Məhkəmə qərarları › İş №1(101)-585/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-585/2025

21.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-585/2025 21.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X11 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, X8 və X1 qızının, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni və narkotik vasitəni külli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və ünvandan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 7,462 qram narkotik vasitə heroin və külli miqdarda təmiz çəkisi 5,067 qram psixotrop maddə metamfetamini əldə edib, saxlayaraq, Bakı şəhəri, Sabunçu rayonu, H.Əliyev prospekti 276 ünvanına qədər daşımış, onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq satış məqsədilə əldə etməsi, saxlaması və daşıması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən müvafiq qaydada keçirilmiş əməliyyat tədbirləri nəticəsində 11 iyun 2024-cü il tarixdə saat 15:50 radələrində Bakı şəhəri, Sabunçu rayonu, H.Əliyev prospekti 276 ünvanında saxlanılaraq ünvan 4 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibində satış məqsədilə əldə edib daşıyaraq saxladığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi 7,462 qram külli miqdarda narkotik vasitə heroin və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 5,067 qram külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, sadəcə narkotik istifadəçisi olmuşdur. Bu dərdə düçar olan başqa insanlar da olmuş, narkotik vasitədən istifadə zamanı 4-5 nəfər olmuşlar. Nə zaman özünə narkotik vasitə alsa, dostları üçün də əlavə olaraq alıb kənarda saxlamış, onların ehtiyacı olan zaman çıxardıb vermişdir. Heç bir zaman satış məqsədi olmamışdır. Düzgün hərəkət etmədiyini anlamış, əməlindən çox peşman olmuşdur. Narkotik vasitələri Ceyhun adlı İran İslam Respublikası vətəndaşından almışdır. Ceyhunla “İnstagram” sosial şəbəkəsindən söhbət etmişdir. Sonuncu dəfə narkotik vasitə almaq üçün Ceyhunun kartına, təxminən 590 manata yaxın pul yollamış, metadon, metamfetamin və “kakos” almışdır. Metamfetaminə öz aralarında “şüşə” deyirmişlər. Hərəsindən 5 qram sifariş etmiş, Ceyhun ona “konum” yollamış, o, səhər saat 10:00-da “Gənclik”də yerləşən 5 saylı xəstəxananın önünə gedərək narkotik vasitələri götürmüşdür. Ora Nüsrət və Eltunla birlikdə getmişdir. Nüsrət və Eltunla təsadüfən şəhərdə qarşılaşdıqları yerdən taksi ilə xəstəxananın yanına gəlmişlər. Eltunla Nüsrət onun narkotik vasitə almaq üçün həmin ünvana getdiklərini bilməmişlər. Narkotik vasitələri təhvil aldıqdan sonra taksiyə minib oradan uzaqlaşmaq istəmiş, elə yoldaca polis əməkdaşları önlərini kəsmiş və onları bölməyə gətirmişlər. Üzərində olan bütün narkotik vasitələri polis əməkdaşlarına könüllü şəkildə təqdim etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, onun aşkar olunmuş telefon yazışmaları 2023-cü ildən bu günə qədər olanlar olmuş, ondan narkotik vasitə istəyən şəxslərin sayı göründüyü kimi çox deyil, təxminən 10-15 nəfər olmuşdur. Həmin şəxslərin hamısı narkotik vasitədən istifadə etdiyindən tanışlıqları yaranmışdır. Onların içərisində qadınlar da olmuşdur. Səidə adlı qadın ona narkotik vasitə qarşılığında pul ödəmişdir. Pulu əlbəəl şəkildə verdiyi və ya “Kapital bank” kartına yolladığı vaxtlar da olmuşdur. Səidəyə narkotik vasitələri Ceyhundan aldığı qiymətə də satmışdır. Polis əməkdaşları onu tutub saxlayan zaman ona qarşı heç bir fiziki və ya psixi təzyiq olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 11 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, bununla əlaqədar əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik ona həvalə olunmuşdur. Həmin gün saat 16:00 radələrində Təqsirləndirilən şəxs Heydər Əliyev prospekti 276 ünvanında olması müəyyən edildiyindən əməliyyat qrupunun üzvləri ilə ora yollanmışlar. Təqsirləndirilən şəxs yanında olan Nüsrət və Eltun adlı 2 nəfər şəxslə birlikdə saxlanılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilərək yanındakı şəxslərə birlikdə Baş İdarəyə dəvət edilmişdir. Baş İdarədə dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur və Cəlal özü könüllü olaraq üzərindəki psixotrop maddə metamfetamini və narkotik vasitə heroini çıxarıb təqdim etmiş, həmin maddələri sosial şəbəkə vasitəsilə İran İslam Respublikası vətəndaşından 500 və ya 600 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yanında olan şəxslərin də üzərilərinə baxış keçirilmiş, onlardan qanunsuz hər hansı predmet aşkar olunmamışdır. Sonuncular Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olmasından xəbərlərinin olmadığını bildirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid3 Mehman oğlu eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları tam təsdiq etdi. İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilmiş ifadəsində digər polis əməkdaşı Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları tam təsdiq etmişdir (cild 1, iş vərəqi 113-116). İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilmiş ifadəsində Şahid5 göstərmişdir ki, o, Təqsirləndirilən şəxs yaşadığı Hövsan qəsəbəsindən tanıyır, aralarında dostluq münasibətləri var. xx.xx.2024-cü il tarixdə saat 15:50-də Bakı şəhəri, Sabunçu rayonu, H.Əliyev prospekti 276 ünvanının yaxınlığında qonşuları Təqsirləndirilən şəxs və Şahid4 ilə birlikdə olduğu zaman onlara bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb DİN-in Baş Mütəşəkkil Cinayətkarliqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuş, onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi lə məşğul olduğunu bildirib, onu barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişlər. Təqsirləndirilən şəxs səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində “patı” və “kakos” vardır. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs, Şahid4 və onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Sonra videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış, onun və Şahid4 üstünə isə baxış keçirilmişdir. İlk olaraq Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “patı” və “kakos” olduğunu bildirmişdir. Daha sonra əynində olain göy rəngli cins şalvarının sağ yan cibində olan 02 ədəd sellofan bükümü, şalvarının sol yan cibində olan 01 ədəd “Redmi” markalı mobil telefonu, sağ arxa cibindən içərisində vəsiqələr və kartlar yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd qara rəngli qabı və həmin şalvarın sağ yan cibində olan 16 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 02 ədəd sellofan bükümə baxış keçirilən zaman onun birinin içərisində psixotrop maddə metamfetamin, digərinin içərisində isə narkotik vasitə heroin olması aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs kart qabısına baxış keçirilmişdir. Həmin kart qabında Təqsirləndirilən şəxs məxsus olan 04 ədəd plastik bank kartı, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd sürücülük vəsiqəsi və 01 ədəd üzərində “nar” yazısı olan mobil nömrə qabı aşkar olunmuş və polis əməkdaşı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd “Redmi” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüş və 16 manat pul həmin şəxsin özünə geri qaytarılmışdır. Daha sonra ona üzərində qanunsuz əşya varsa təqdim etməyi təklif edilmişdir. O, üzərində qanunsuz əşya olmadığını bildirib əynində olan göy rəngli qısa yay şalvarının (şortik) sağ yan cibindən “Samsung” markalı mobil telefonunu və şalvarının sol yan cibindən 01 manat pulu çıxarıb təqdim etmişdir. Daha sonra həmin mobil telefon və 01 manat pul ona geri qaytarılmışdır. Bundan sonra Şahid4 üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. Şahid4 üzərində qanunsuz əşya olmadığını bildirib əynində olan boz rəngli klassik parça şalvarının sağ arxa cibindən “Samsung” markalı mobil telefonu, həmin cibindən 15 qəpik pulu və sol əlində olan salfeti çıxarıb təqdim etmişdir. Daha sonra həmin predmetlər Nüsrətə qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “patı” və “kakos”u həmin gün səhər saatlarında tanımadığı, zahiri əlamətlərini, adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə “Whatsapp” vasitəsilə əlaqə saxlayaraq 600 manat qarşılığında aldığını, pulu həmin şəxsə “M10” vasitəsilə göndərdiyini, özünün “patı” və “kakos” adı ilə tanıdığı psixotrop maddə metamfetamindən və narkotik vasitə heroindən istifadə etdiyini, lakin üstündən aşkar edilmiş maddələrdən hələ istifadə etmədiyini, heç kimə satmadıginı, heç kimə vermədiyini və üstündən aşkar edilmiş maddələrdən onun və Şahid4 məlumatlarının olmadığını, onların qonşu olduqlarını, birlikdə yaşadıqları ünvana getmək məqsədi ilə görüşdüklərini bildirmişdir (cild 1, iş vərəqi 96-99). İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilmiş ifadəsində Şahid4 eyni məzmunlu ifadə verərək Şahid5 göstərdiyi xüsusatları tam təsdiq etmişdir (cild 1, iş vərəqi 92-95). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Cəlal adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilir. Müəyyən edilmişdir ki, həmin şəxs xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxsdur (cild 1, iş vərəqi 3). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilməsi, ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 4-5). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədilə əldə edilməsi, saxlanılması, daşınması və satılmasında şübhəli bilinən xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 15:50-də ünvan 5 ünvanın yaxınlığında tanışları Şahid5 və Şahid4 ilə birlikdə olduğu zaman saxlanılmışlar. Saxlanılarkən Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə, Şahid5 və Şahid4 üztlərinə isə baxış keçirilməsinə yerində şərait olmadığına görə həmin şəxslərlə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü onlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə gətirilmişlər (cild 1, iş vərəqi 8). - şəxsi axtarış, baxış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “patı” və “kakos” adı ilə tanıdığı maddələr olduğunu, bildirmiş, daha sonra əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümü, şalvarının sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümə ardıcıllıqla baxış keçirilərkən onlardan birincisinin içərisində ağ rəngli, kristal formalı psixotrop maddə metamfetaminə oxşar, digər sellofan bükümdə isə qəhvəyi rəngli, xüsusi spesifik iyə malik olan, toz şəkilli narkotik vasitə heroinə oxşar maddə olması aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən qanunsuz digər əşya və predmetlər aşkar olunmamışdır. Bundan sonra həmin bükülülər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş “Redmi” markalı mobil telefon da götürülmüşdür. Şahid5 və Şahid4 üzərinə keçirilmiş şəxsi axtarış nəticəsində hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “patı” və “kakos” adı ilə tanıdığı 02 ədəd sellofan bükümdə olan maddələri həmin gün səhər saatlarında tanımadığı İran vətəndaşından 600 manat qarşılığında aldığını, həmin pulu “M10” vasitəsilə göndərdiyini, onunla “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxladığını, adını və zahiri əlamətlərini bilmədiyini, özünün “patı” və “kakos” adı ilə tanıdığı narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğunu, lakin üstündən aşkar edilmiş maddələrdən istifadə etmədiyini, həmin maddələrdən heç kimə vermədiyini və satmadığını bildirmişdir (cild 1, iş vərəqi 26-29). - məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3219 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N6” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş maddələr, 1. Təqsirləndirilən şəxs “imza” və digər yazı, ad, soyad, imzalar qeyd edilmiş zərfdəki: - 01 (bir) ədəd bükümdə təmiz çəkisi 7,462 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - 01 (bir) ədəd bükümdə təmiz çəkisi 5,067 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasımın Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat təşkil edir (cild 1, iş vərəqi 50-55). - təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ittham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, iş vərəqi 67-68). - maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 7,462 qram çəkidə narkotik vasitə heroin və 5,067 qram çəkidə psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalan 7,412 qram çəkidə narkotik vasitə heroin və 5,017 qram çəkidə psixotrop maddə metamfetamin saxlanması Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 104- 105, 266). - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 11 iyun 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 107-108). - məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 2072/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsinin tərkibində tiryək qrupuna aid olan morfın adlı alkoloidin sintetik analoqu olan heroin və fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, kannabinoid (çətənə birkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 1, iş vərəqi 122-124). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 4211 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 125-127). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X13 xx.xx.2024-cü il tarixli, 9170 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə adı yuxarıda göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 148). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 xx.xx.2024-cü il tarixli, 2789 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 5 ildə stasionar müalicə üçün adı yuxarıda göstərilən xəstəxanaya müraciət etməmişdir (cild 1, iş vərəqi 149). - Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin mənbəsinin, həmin maddələri kimdən, nə zaman və haradan əldə etməsinin, əvvəllər narkotik vasitə və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul oub-olmamsının, şübhəli şəxslərlə əlaqəsinin, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı və istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsinin, eləcə də narkotik vasitələri və psixotrop maddələri satdığı şəxslərin əhatəsinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 153). - videoyazıya baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış videoçəkilişin əks olunduğu 01 ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, süni və təbii işıqlandırma ilə işıqlandırılmış otaq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis leytenantı Fəan Süleymanovun əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış onun müdafiəçisi, Bakı şəhəri 22 saylı Vəkil bürosunun vəkili X2, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, əməliyyat müvəkkili, polis kapitanı Şahid3, polis leytenantı Şahid1, Şahid5, Şahid4 iştirakları ilə keçirilir. Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən iki ədəd sellofana bükülmüş bükülünü çıxararaq təqdim edir. Həmin bükülünün bir ədədinin içərisinə keçirilmiş baxış zamanı bükülünün içərisindən narkotik vasitə heroinə bənzər kütlə, digər bükülüdən isə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılır, lakin həmin vaxt Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya müəyyən edilmir. Daha sonra Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələr kağız zərfdə qablaşdırılıb möhürlənir (cild 1, iş vərəqi 175). - mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus "Xiaomi Redmi" markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir (cild 1, iş vərəqi 176). - CD diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və əlavəsindən görünür ki, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskə baxış keçirilmiş, disk açıldıqda həmin diskdə 03 fayl, yəni

1. “Mushteri zenglerinin detallashmasi_MSİSDN_993873587“ adlı,

2. “SMS detallashmasi_MSİSDN_993873587” adlı,

3. “Zenglerin mexsusluq tarixcheleri_MSİSDN_993873587” adlı fayllar müəyyən olunmuşdur. “SMS detallashmasi_MSİSDN_993873587” adlı fayla baxış keçirilən zaman xx.xx.2023-cü il tarixdə saat 13:49-da ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "Qaqa bu karta atarsan. Xeber edersen bilerem. **********654602.kapital." məzmunlu mesaj gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 17:07-də ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "Celal Exidi qaqas cvb ver bomba sozum var sene obxadit eledin bu temani pewman olarsan)))" məzmunlu mesaj gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 16:32-dən xx.xx.2023-cü il saat 15:47-dək ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "Emi oğlu Raminin 240 manatı var 8 dənə istiyir )))" və "+**********28 +**********14" məzmunlu mesajlar gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 16:24-dən 16:47dək Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə "Koda dəqiq bax dede biyabır olaraq", "4127 2044 4803 8974 bu ust rəqəmləri 09 27 bitmə tarixi 140" məzmunlu mesajlar getmişdir. xx.xx.2023-cü il tarixdə saat 18:11-də ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "Ay Calal ne qeder vadim burdadi mawini goturmuwem onnan gelimyola verde meni" məzmunlu mesaj gəlmişdir. xx.xx.2023cü il tarixdə saat 00:09-dan saat 01:13-dək ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "Celal axwamin xeyir menem Seide. Celal mende 40 manat var mene hec olmasa 07 duz qow eliye bilersen can?duzdu bu gun borcumnan hecne vere bilmesemde sabah amma soz verirem putun gunu iwleyecem pul verecem sene arxayin ol.ona gore 07 istiyirem ki gecenide yola verim sabahada saxliyim ki rahat iwleyim mene he yox denen", "Ay Celal ne olar cavab verde sennen bawka bir umud yerim yoxdu", "Ne olar ay Celal mene bir wey denende alinacaq ya yox gozleyim yoxsa yox" məzmunlu mesajlar gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 20:01-dən xx.xx.2023-cü il saat 14:15-dək ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "Salam Seidedi qurban olum sene yatib qalmiwam olurem iwe gede bilmirem bele mene bir wey vere bilmersen gedim iwleyim pulumuz olsun xayiw eliyirem". "Ne olar mene he yoxunu yazda can", "Celal bilirsen ki hemewe pul verirəm indi yoxumdu ozume gelim gedib gelib borcumuda verecem artiq pulda vererdim komek elede mene imkan daxilinde", "Cox sagol can sen bilirsen bu agri nedi olurem burda deniz qiraginda pulum yoxdusa olmeliyem he?", "Ay Celal olum ayagivin altinda bawka ne deyim o cur agrida getdim ki nesede olsa eliyim ki pulum olsun balamin cani o vidte hecne eliye bilmedim inan kusa kusa getdim geldim ne olar yalvariram sene komek ele mene ozume gelim gedib puluvu getirecem". "Celal men burda deniz qiraginda Helilin yaninda qalan Ramizden borca pul goturdum pulnan hec olmasa komek ede bilirsen mene dogurdan uje doze bilmirem pisem" məzmunlu mesajlar gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 20:02-dən xx.xx.2023-cü il saat 15:07-dək ********** sayı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "Gor imkan varsa biraz dawda vere bilersen". "Ne olar yarimi hec olmasa temiz elede xayiw eliyirem", "Manda 30 manatdır" məzmunlu mesajlar gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 05:16-da ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "Ay Celal menem Seide yarim dedin mene seher acilib amma ne qeder vzv atdim sene yigmadin axir mecbur oldum kontur yukluyum bu nomreye mene bir wey denende men burdan cixmaliyam sonra nece elaqe saxliyacam sennen telefon olmayacaq axi burdan cixsam" məzmunlu mesaj gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 22:16-dan xx.xx.2023-cü il saat 00:06-dək ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "Celal axwamin xeyir menem Seide bu menim oz nomremdi bu gun iwlerim cox pis olub hara qirmiwem bow cixmiwam axırdada qirdiyim yerde yanmiwam yene cox wukur ki yalvar yaxar eledim buraxtilar saatda gor uje necedi yene gorum ne iw gorurem birazdan elaqe saxliyacam sennen can", "Celal sene qurban olum menim bir balaca xayiwim var can.menim bu dvijenyam bilirsende hemewe yaxwi olmur.bu gun ele bil it nefsine duwmuwdum.ne zulumnen 40azn duzeltmiwem ne olar imkanin varsa mene bir torpaq ver yerde qalan borcumuda seher verecem birde o biri borcumnanda verecem ne olar men tez tez agiz acan deyilem sene yox demede mene xayiw eliyirem can/mene bir cavab verde", "Konturum yoxdu mesajima bir cavab denende", "Burdayam pekarnida ne olar mene bir cavab verde xayiw eliyirem" məzmunlu mesajlar gəlmişdir. xx.xx.2023-cü il saat 11:29-dan xx.xx.2023-cü il 16:06-dək ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "Calal 25 manat var 5 manatı 1 sata karta vuraram", "Calal qardaşın bidana braslet var bir çete verərdim veziyət pisdi" məzmunlu mesajlar gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 17:43-dən xx.xx.2023-cü il saat 11:58-dək ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "Emoqlu qardasimsan vezyet pisdi", "Emoqlu dasa elmiz catirsa 10 manatdiq dasda atardun onun yanna", "Emoqlu sabahin xeyir emoqlu basva donerem bidene yari torpaq duzqos elemey olar rayona cixmaliyam mamaseynen uzur yeri var ora gedib qayidmaliyiq" məzmunlu mesajlar gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 22:07-də ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "Meni niyi cornuya atirsan dvijenya eledim zeng elede mene" məzmunlu mesaj gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 18:30-da ********** saylı mobil nömrədən X5 məxsus, istifadəsində olan ***-***-**-**dan "Emoqlu niye aamirsane qaqas bidene yari torpaq birde das lazimdi mene bir xeber de 20 deliyem" məzmunlu mesaj gəlmiş, 19.xx.xx.2023-cü il tarixdə saat 02:00-dan 02:06dək ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***- ***-**-** sayından nömrəyə "Atam qurban olum sene alinmirsa eger ne olar mene denen gelim pulu goturum inan ki men agriyiram", "Ne olar qurban olum sene meni duzgun bawa duw bir qepiyim joxdu ozumde dunenen olurem alinmirsa iwin mene denen”. xx.xx.2023cü il tarixdə saat 13:17-də ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "Burda moykadayam. 10daş istirəm brat" məzmunlu mesaj gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 02:40-dan xx.xx.2023-cü il saat 00:27-dək ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Ay ata bu gundu men bilmirem ureyim dayanir menim elimde olan pulumuda atdilar ne olar axi sen indiye kimi olesi deyilsen axi ne olar axi menim canimi kutar bu beladan men olurem deyirem ureyim dayanir ay ata sennen bawka menim hec kimim yoxdu axi ay ata", "Cox sagol ay ata meni bu halda qoyduguva gore", "Atam men ozum iwlemesem mene hec kim hecne veren deyil ne olar eger iwin duzelibse mene nesede olsa ver men gedim iwlerimi gorumde ac susuz colde agrida qalmiwam", "Aglamaqdan indi ureyim dayanacaq sizin axi nece ureyiviz bunu goture bilir deyirem ki men iki gundu acam susuzam birde agrida colde qalmiwam hec mene yazigiviz gelmir yani", "Ata menim uzume o vaxti qapi acilir ne vaxt ki mende nese var yox eger menim hecneyim olmasa bir qapida olsa uzume aciq olmaz men iki gundu ki uje ac susuz coldeyem ne olar hec olmasa senin mene yazigin gelsin yalvariram sene mene cavab ver". "Ay Celal xayiw eledim axi sennen ki cixardasan cornidan men amma men sene qarwi bele olmamiwam hemewe caliwmiwam nesede olsa verim ele bele ki menim ucun elediyin yaxwiliglara gore.indiden deyirem ki bawa vurmaq deyil a bunlar sadece niye bele oldun sen mene o catmir", "Mehlevizdeyem ne olar iki deqiqelik cixda bayra iwim var sennen", "O verdiyim 50manatdan hecne istemirem ne olar cixda iki deqiqelik bura araya", "Bawka pul verimde sene xayiw eliyirem veziyet pisti", "Necedi vəziyyət.30 manat vermey istiyrem" məzmunlu mesajlar gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 23:49-da ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "Zeng vurdum oyag ol sehere yaxin zad havw acilsin nese elib kecicem etaga yoxdu indi yoxsa diyerdim gel ozm kecerdim mende gozdirem alceyler mencunde" məzmunlu mesaj gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 11:50-də Təqsirləndirilən şəxs özünə məxsus istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə "4169 7385 7759 9388" məzmunlu mesaj kart hesabını göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 18:01-də Təqsirləndirilən şəxs özünə məxsus istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə "Məndədir hazram" məzmunlu mesaj göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 20:42-dən 20:43-dək Təqsirləndirilən şəxs özünə məxsus istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə "Brat sən nəqədər lazmdr", "Diyordun qonag gedəcəm Cavid gilin kanal xəbər eliyib” məzmunlu mesajlar göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 02:31-də Təqsirləndirilən şəxs özünə məxsus istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə "Düzü canım ağryr üzsüve salğ" məzmunlu mesaj göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 07:16-dan 07:17-dək Təqsirləndirilən şəxs özünə məxsus istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə "Ya hindi at kart yada ginorta yğma", "4169 7385 7759 9388 kapital məzmunlu mesajlar və mesaj vasitəsilə kart hesabını göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat 14:25-də ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "Gaga 50 lik şurup lazımdı" məzmunlu mesaj gəlmişdir. xx.xx.2023-cü il saat 15:08-də Təqsirləndirilən şəxs özünə məxsus istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə 4169 7385 7759 9388" məzmunlu mesaj vasitəsilə kart hesabını göndərmişdir. xx.xx.2023-cü il saat 15:35-dən xx.xx.2024-cü il saat 02:10-dək ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "Qaqaw manam tarik pul var daw tapa bilmiram komay elada". "Ala osdurag galamana var ucuz tamiz caki" məzmunlu mesajlar gəlmişdir. xx.xx.2024-cü il saat 23:11-də Təqsirləndirilən şəxs özünə məxsus istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə "4169 7385 7759 9388" məzmunlu mesaj vasitəsilə kart hesabını göndərmişdir. xx.xx.2024-cü il tarixdə saat 13:12-də Təqsirləndirilən şəxs özünə məxsus istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə "4169 7385 7759 9388 kapital" məzmunlu mesaj vasitəsilə kart hesabını göndərmişdır. xx.xx.2024-cü il tarixdə saat 14:30-da ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "4169 7388 2616 6401" məzmunlu mesaj vasitəsilə kart hesabı gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 23:55-də Təqsirləndirilən şəxs özünə məxsus istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə "Katafirinde al" məzmunlu mesaj göndərmişdir. xx.xx.2024cü il tarixdə saat 15:49-da Təqsirləndirilən şəxs özünə məxsus istifadəsində olan ***-***-**- ** saylı mobil nömrədən ********** saylı mobi nömrəyə "Ordan seherde 1.8 Ya 2 qram vere bilersen elvine" məzmunlu göndərmişdir. xx.xx.2024-cu il saat 15:52-dən saat 16:12-dək ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəyə "Mewedi elime goturum deyim sene terezi olsa he. Elime goturum yaziram sene Terezi var ayra bilirsen he yox", "Qaqaw gedi goturub gelsin dimşem getirsin terezi olsa getirecek ol masa yox" məzmunlu mesajlar gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 15:15-də ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "30 aldım" məzmunlu mesaj gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 15:56-dan saat 16:11-dək ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "Yetim isdayam 15 m man axsam veracam ama isdayam galim qayıdım 45m", "Götur istayan var" məzmunlu mesajlar gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 15:49 Təqsirləndirilən şəxs özünə məxsus istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə "Salam mededi tebiy lazım olsa de tapmag olur" məzmunlu mesaj göndərmişdir. xx.xx.2024-cü il tarixdə saat 17:53-də Təqsirləndirilən şəxs özünə məxsus istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə "Şey çoxdu sende paylam ona buna adam tapmag Pula cevirey" məzmunlu mesaj göndərmişdir. xx.xx.2024-cü il tarixdə ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəyə "Ay celal gelmeyecek sen?Mene bir kelme de bilimde neolar pissem axi men" məzmunlu mesaj gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 09:21-də Təqsirləndirilən şəxs özünə məxsus istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə "4169 7385 7759 9388" məzmunlu mesaj vasitəsilə hesab kartını göndərmişdir. xx.xx.2024-cü il tarixdə saat 19:29-da Təqsirləndirilən şəxs özünə məxsus istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə "4169 7385 7759 9388 kapital" məzmunlu mesaj vasitəsilə hesab kartını göndərmişdir. xx.xx.2024-cü il tarixdə saat 00:33-də ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "Gec olar uşaqlar gözduyur ne dim" məzmunlu mesaj gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 00:38-dən xx.xx.2024-cü il tarixədək Təqsirləndirilən şəxs özünə məxsus istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə "Yoldayam 15-20 deqeye dansarq", "Masn var varsa 10 deqey çx gelde mehleye", "Zahid imkan daxilində tez atarsanda pulu", "4169 7385 7759 9388 kapital", "Zahid bubiri pulu isdiyir sen can gör nenirsen" məzmunlu mesajlar və kart hesabını göndərmişdir. xx.xx.2024-cü il tarixdə saat 18:23-dən 18:31-dək Təqsirləndirilən şəxs özünə məxsus istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ********** saylı mobil nömrə ilə yazışma əsnasında bir-birilərinə təkrar olaraq eyni sözlərı yəni, "Poftorim?", "Hardasan", "Kilolug", "Pul atim?" sözləri yazmışlar. xx.xx.2024-cü il tarixdə saat 17:33-də ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "Brat burda zigdayam yaxinsansa bidene 20 das verde mene. bu az oldu" məzmunlu mesaj gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 02:36-da ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "Qaqawm bidenede 3 diy kod ala bilersen mene sabah pulu vererem sene" məzmunlu mesaj gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 19:26-da ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "40 atdim" məzmunlu mesaj gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 19:57-də ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "SALAM.DAS. VAR.BİRDana.cavab verda" məzmunlu mesaj gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 06:21-dən xx.xx.2024-cü il saat 02:01-dək Təqsirləndirilən şəxs özünə məxsus istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə "Yatmamsansa pul verim atda karta", "Yatmamsansa vizy at bilim,gel peceley pul veri at". "4169 7385 7759 9388" məzmunlu mesajlar və kart hesabını göndərmişdir. xx.xx.2024-cü il tarixdə saat 15:32-dən 15:35-dək ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "Salam qaqam necesen elmidar di brad o pulu gucnen tapib göneerdik rewada o da diyir ki celal smurun borcunu cixdi beledi qaqam", "Qaqam vezyet cox pisdi brad imkanin varsa komek ele qaqam" məzmunlu mesajlar gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 20:28-dən xx.xx.2024-cü il 20:13-dək Təqsirləndirilən şəxs özünə məxsus istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə "4169 7385 7759 9388", "5411 2498 0738 2911", "4169 3385 7759 9388" məzmunlu mesajlar vasitəsilə kart hesabları göndərmişdir. xx.xx.2024-cü tarixdə saat 01:44-dən 02:00-dək ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil ömrəyə "Mən səninlə qerdew diliylə danışıram dilimede gəlmır başqa cür diyim sən ancaq meynen bariqa dilində danışırsan bidənə bunu fikirlewki biz qonwuyuq harda ist hbət eləməyəni kiwilyne lenet", "Qaqaş mən elədiyim hörmətə görə" məzmunlu mesajlar gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 12:02-də ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "Yetim bir başı gicəllənmiş 20 liyim var. Köməklik elə" məzmunlu mesaj gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 21:52-dən xx.xx.2024-cü il saat 08:01-dək ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "Emoqlu at var?vars bidene 5 yim var imkan varsa onuda at", "Emoqlu saxlamisan qerdesvu astanofqada men yetim gunesliye gedmeliyem". "Emoqlu neynirsen salamatciliq?emoqlu basva donerem isun alindisa bir 10manatdiq D menide nezere alda sabah isde yuxu qiymaz meni isdemeye men seher uzaqi 1lde cixmaliyam hosannan ovaxta yatasi olsan at biryere mesajnan yaz mene yerni" məzmunlu mesajlar gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 08:13-də ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "SALAMLAR SABAHUN XEYİR.MENEM TALİW:QARDAWİM AQRİ ACİDA QALMA ZENG VUR. xx.xx.2024-cü il tarixdə 09:05-də ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "Xalaoğlu m40 əlin catmır?" məzmunlu mesaj gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 12:47-də ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəyə". Pulu nece atim ay qaqas adboy verdin indide acmirsan", "M10 99olan" məzmunlu mesajlar göndərmişdir. xx.xx.2024-cü il tarixdə saat 14:45-də Təqsirləndirilən şəxs özünə məxsus istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə "4169 7385 7759 9388" məzmunlu mesaj vasitəsilə kart hesabını göndərmişdir. xx.xx.2024-cü il tarixdə saat 20:49-da Təqsirləndirilən şəxs özünə məxsus istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə "Gec gələrsən uşağ gedməldi de bilim" məzmunlu mesaj göndərmişdir. xx.xx.2024-cü il tarixdə saat 20:53-də ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "Qaqa masindayam danışa bilmədim seninle day ele eleki danq dunq olsun. Lazım deyilde bir birimizə oyun zad gedişin gelsin zad söhbət" məzmunlu mesaj gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 20:57-də Təqsirləndirilən şəxs özünə məxsus istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə "Yəqinki naxd pulu verib götürəcəyik gəzdiyir bizi gedməlidi oda" məzmunlu mesaj göndərmişdir. xx.xx.2024-cü il tarixdə saat 21:40-da Təqsirləndirilən şəxs özünə məxsus istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə "Atas vəziyyət çox pisdi özüm lomkada usagda buyanan xəstələnib özümə gəlim yağcam snənin oldu brat ikimizin can vezyet çox pisdi" məzmunlu mesaj göndərmişdir (cild 1, iş vərəqi 177-209). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan 01 ədəd CD disk, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmalar olan "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD disk, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmalar olan "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 220-239). - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir (cild 1, iş vərəqi 241-242). - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından narkotik vasitə və psixotrop maddənin əldə edilmə mənbəsinə görə ayrıca icraata cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 260-261). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 800 qramı xüsusilə külli miqdar, metamfetaminin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 400 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitənin yalnız istifadəçisi olması, narkotiklərin satışı ilə məşğul olmaması, ona zəng edən şəxslərin də narkotik vasitə istifadəçiləri olması və həmin şəxslərlə birlikdə istifadə etmələri barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Məhkəmə qeyd edir ki, onun bu ifadələri iş üzrə ibtidai istintaq zamanı toplanılmış və məhkəmə zamanı araşdırılmış sübutlarla tam təkzib olunmuşdur. Xüsusilə təqsirləndirilən şəxsin narkotik vasitələrin satışına dair digər şəxslərlə telefon vasitəsilə apardığı çoxsaylı SMS yazışmaları onu sübut edir ki, o, uzun müddət ərzində narkotik vasitələrin satışı ilə məşgul olmuşdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən ifadəsinin, onun özünün cinayət məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə olduğu qənaətinə gəlir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni və narkotik vasitəni külli miqdarda əldə etməsi, saxlaması və daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, həmin məcəllənin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs Babayev X6 Rayon Məhkəməsinin 28 dekabr 2018-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli qərarı ilə cəzanın çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti azad edilmiş və cəza müddəti başa çatdığından 04 fevral 2020-ci ildə qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqi 152-153). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Babayev X6 Rayon Məhkəməsinin 28 dekabr 2018-ci tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən iki ildən çox vaxt keçdiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü Arzum Babayeva adlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, əməlindən peşman olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası həddində cəza təyin edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2024-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 13 iyun 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11 iyun 2024-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 18, 100-102). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 11 iyun 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, tədqiqatdan sonra qalıq qalan 7,412 qram çəkidə narkotik vasitə heroin və 5,017 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan 01 ədəd CD disk, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmalar olan "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD disk, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmalar olan "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 89 (səksən doqquz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 11 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 7,412 qram çəkidə narkotik vasitə heroin və 5,017 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. Digər maddi sübutlar - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan 01 ədəd CD disk, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmalar olan "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD disk və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmalar olan "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 89 (səksən doqquz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər: (Sədrlik edən) Telman Hüseynov

Aygün Qurbanova

Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar