Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-586/2022 09.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs Qanuni nümayəndə iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2 və 29, 120.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən adam öldürməyə, yəni, digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, rəsmi nikahda olduğu arvadı Qanuni nümayəndə ona xəyanət etməsi bəhanə gətirməklə heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Qanuni nümayəndə şəxsiyyətinin fövqündə qoyaraq xuliqanlıq niyyəti ilə onu qəsdən öldürmək qərarına gəlib, 06 sentyabr 2021-ci il tarixdə saat 06 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 568 saylı bağ evində mətbəxdən götürdüyü soyuq silah hesab edilməyən məişət bıçağı ilə Qanuni nümayəndə evin qonaq otağında yerləşən divanda övladları ilə birlikdə yatdığı zaman onu yuxudan oyadaraq sonuncuya sinə nahiyəsindən qəsdən bir zərbə vurmuş, onun qışqırıq səslərinə yanında yatan azyaşlı övladları Şahid3 və Şahid2 oyanmasına baxmayaraq onların gözləri önündə, müstəsna dərəcədə rəhimsizlik və qəddarlıq göstərib sonunculara xüsusi əzab verdiyini dərk edərək, yəni, xüsusi amansızlıqla bıçaq zərbələri vurmağını davam etdirib Qanuni nümayəndə sağ tərəfli hemotoraksla (sağ döş boşluğuna sərbəst qanın yığılması) müşayiət olunan döş qəfəsinin sağ yarısının ön səthinin, sağ döş boşluğuna nüfuz edən iki ədəd deşilmiş-kəsilmiş yarası olmaqla ümumilikdə və hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid iki ədəd, sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən döş qəfəsinin sol yarısının ön səthinin dörd ədəd kəsilmiş səthi yarası, sol bazu, sol bud və sol diz oynağı nahiyələrinin cızıqları ilə nəticələnən xəsarətlər yetirmiş və həmin vaxt cinayətin aləti olan bıçağın tiyəsi əyildiyi üçün zərbələrini davam etdirə bilmədiyindən, habelə anası Tarifə Yusubovanın hadisənin baş verdiyi otağa gələrək onu itələyib mane olması və Qanuni nümayəndə otaqdan qaçıb canını qurtarması üçün şərait yaratması, buna baxmayaraq mətbəxə keçib yenidən bıçaq götürərək Qanuni nümayəndə ardınca getmək istədiyi zaman anası Tarifə Yusubovanın ona ikinci dəfə mane olaraq bıçağı götürüb getməsinə imkan verməməsi səbəbindən, eləcə də, Qanuni nümayəndə qayınanasının və hadisə yerinə gəlmiş digər şəxslərin köməyi ilə X7 vaxtında çatdırıldığından və orada ixtisaslı tibbi yardım göstərilərək həyatı xilas olunduğundan öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək Qanuni nümayəndə xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni, onu qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2012-ci ildə Qanuni nümayəndə ilə ailə qurmuşlar. Birgə nikahdan onların 7 yaşlı Zəhra adlı qızları, 5 yaşında isə Əli adlı oğulları var. O, təxminən 2002-ci ildən narkotik vasitə olan marixuanadan istifadə etməyə başlamışdır. Psixi vəziyyətinin pis olması ilə bağlı 1 saylı Psixiatrik Dispanserdə müalicə də olunmuşdur. Sonuncu dəfə 2021-ci ilin may ayında Psixiatrik xəstəxanada müalicə almışdır. Son 5 ildir ki, arvadı Günayla aralarında ailə-məişət zəmnində münaqişələri olmağa başlamışdır. Mübahisələrinə səbəb onun Günayı qısqanmağı olmuşdur. Belə ki, o, Günayın ona xəyanət etməsindən şübhələnmişdir. Konkret bununla bağlı dəlili olmasa da, ətrafındakı şəxslərin bu barədə söhbətləri onu düşünməyə vadar etmişdir. 05.09.2021-ci il tarixdə saat 16 radələrində o, yaşadığı evdə olan zaman Günayla söhbət edərkən Günay “Zəhraxanım mənim qızımdır, sürpriz, Əli mənim oğlumdur, sürpriz” sözlərini dedikdə bu sözlər onun beynində qalmış və o, bütün günü bu barədə fikirləşmiş və Günayın bu sözləri nə üçün dediyini, bu sözlərdən hansı məna çıxdığını düşünməyə başlamışdır. Günayın ona xəyanət etməsindən şübhələndiyi üçün bu sözləri Günayın bu tərzdə deməyi onu narahat etmiş və o, bütün günü bu barədə fikirləşmişdir. Həmin sözdən belə nəticəyə gəlmişdir ki, oğlu və qızı Günayın başqa şəxslə ona xəyanət etməsi nəticəsində doğulmuşlar və bioloji olaraq onlar onun övladları deyil. Təxminən saat 22 radələrində arvadı Günay uşaqlarla birlikdə evin zal otağında divanda, anası Tarifə isə başqa otaqda yatmışlar. Günay və uşaqlar yatdıqdan sonra saat 23 radələrində o, zal otağında döşəmədə yatmaq üçün uzanmışdır. Günay isə uşaqlarla otaqda düzbucaqlı divanda yatmışlar. 05.09.2021-ci il tarixdən 06.09.2021-ci il tarixə keçən gecə bütün gecəni yata bilməmiş və Günayla aralarında olan söhbət barədə fikirləşmişdir. Günayın ona xəyanət etməsini düşündüyü üçün Günayı cəzalandırmaq qərarına gəlmişdir. Buna görə də 06.09.2021-ci il tarixdə saat 06 radələrində yatağından durub mətbəxə keçmiş və mətbəxdən mətbəx bıçağını götürüb yataq otağına gəlmiş və Günayı çağıraraq oyatmışdır. Günay nə üçün onu oyatdığını soruşduqda, o, Günaydan bayaq ona dediyi “sürpriz” sözünü nə üçün dediyini soruşduqda, Günay onun sualına cavab verməyib yayınaraq divanda yatan övladlarının üstünü örtməyə başlamışdır. O, özünü idarə edə bilməyib sağ əlindəki həmin bıçaqla Günayın sinə nahiyəsinə 1 dəfə zərbə vurmuşdur. Günay qışqırmış və özünü müdafiə edərək tərpənməyə başlamışdır. İkinci zərbəni həmin nahiyəyə vurduqda bıçaq əyilmişdir. Həmin vaxt otağa anası Tarifə daxil olmuşdur. Tarifə ona mane olmaq üçün onu itələmiş, Günaya isə qaçmasını bildirdikdə Günay ayağa qalxıb qaçaraq otaqdan çıxmışdır. Hirsli olduğu üçün o, mətbəxə keçib başqa bıçaq götürmüşdür. Elə həmin vaxt anası Tarifə onun ardınca mətbəxə girmiş və ona bıçağı atmağını bildirdikdə, o, mətbəxdən götürdüyü bıçağı yerə qoyub Günayın ardınca bayıra çıxmışdır ki, Günay səs-küy salmasın. Günayı vurduğu bıçağı zal otağında döşəmənin üzərinə atmışdır. Günayın arxasınca qaçıb həyətdə həyət darvazasının yanında Günayın əllərindən tutaraq küçəyə çıxmağına imkan verməmiş və Günayı həyətə salmışdır. Həmin vaxt yaranmış səs-küyə qonşuları Lətif və onun arvadı da onların evin həyətinə gəlib həyətə daxil olmuşlar. Bundan sonra anası yoldan keçən tanımadığı bir şəxsin idarə etdiyi avtomobili saxlatdırmış, qonşuları Lətif isə Günaya kömək edib onu həmin avtomobilə otuzduraraq xəstəxanaya yola salmışlar. Bundan sonra o, evdə oturub gözləmiş və bir müddət sonra polis əməkdaşları hadisə yerinə gəlib onu polis bölməsinə aparmışlar. Hərəkətindən peşman olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əridir. Ağa ilə 2012-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan 2014-cü il təvəllüdlü Zəhraxanım, 2016c il təvəllüdlü Əli adlı 2 övladları var. 2012-ci ildən hadisə baş verən günədək əri Ağa, övladları və qayınanası Tarifə ilə birlikdə Sabunçu rayonu, Pirşağı qəsəbəsində 568 saylı bağ evində birlikdə yaşamışlar. Əri Ağa bir neçə ildir ki, narkotik vasitələrdən istifadə etdiyindən narkotik vasitələrdən istifadə etməsi onun psixologiyasına pis təsir etmiş və Ağa aqressiv olmuşdur. Buna görə də bir neçə il imiş ki, Ağa evdə onunla, eləcə də anası Tarifə ilə tez-tez söz-söhbət yaratmış, onlarla pis davranmışdır. 06 sentyabr 2021-ci il tarixdə qayınanası Tarifənin ad günü olacaqmış və buna görə də o, kiçik bir məclislə yaşadıqları evdə ailəvi olaraq qayınanası Tarifənin ad gününü qeyd etməyi planlaşdırmışdır. 05 sentyabr 2021-ci il tarixdə yaşadıqları evdə olarkən Ağa ilə söhbət edən zaman Ağaya demişdir ki, sabah anasının ad günüdür, ananın ad gününü sabah qeyd etməyi planlaşdırır, Zəhraxanım və Əli ilə birlikdə ona sürpriz edəcəklər. Ağa onun bu təklifinə heç bir söz deməmişdir. Ağa, övladları və o, bir otaqda, qayınanası Tarifə isə başqa otaqda yatmışlar. Lakin, həmin vaxt, yəni sentyabr ayında havalar isti keçdiyindən və evin zal otağında kondisioner olduğundan, zal otağı sərin olduğu üçün o, övladları ilə evin zal otağında olan divanda yatırmışlar. Onlar 05.09.2021-ci il tarixdə evdə birlikdə vaxt keçirdikdən sonra axşam 05.09.2021-ci il tarixdə saat 22 radələrində o, övladları ilə birlikdə yatmağa getmişdir. Həmin vaxt Ağa oyaq imiş. Belə ki, o, övladlarını da götürüb zal otağında yatmağa getmişdir. 06.09.2021-ci il tarixdə saat 06 radələrində Ağanın onu əli ilə silkələyib oyatmaq istədiyini hiss etmişdir. Həmin vaxt o, övladları Zəhraxanım və Əli ilə eyni divanda birlikdə yatmışlar. O, yuxudan oyanıb görmüşdür ki, Ağa uşaqlarla birlikdə yatdığı divanda onun yanında oturmuşdur. Ağadan nə istədiyini soruşduqda Ağa ona “sürpriz deyirdin ha, al sənə sürpriz” deyib onun üstünə çıxıb əlində olan bıçağı onun sinə nahiyəsinə vurduqda, o, qışqırmağa başlamışdır. Onun səsinə övladları Zəhraxanım və Əli də yuxudan oyanmışlar. Ağa isə ona bıçaqla ikinci zərbəni vurmuşdur. Bu zaman bıçağı onun sinəsindən dartıb çıxarmaq istəyərkən bıçağın tiyəsi əyilsə də Ağa dayanmamış, onun sinəsindən və bədəninin müxtəlif nahiyələrindən bıçaqla ardıcıl zərbələr vurmağa davam etmişdir. Ağanın onu vurmaması üçün o, Ağaya yalvarsa da Ağa ona məhəl qoymadan onu vurmağa davam etmişdir. Bıçağın tiyəsi əyildiyi üçün Ağanın bıçaqla vurduğu sonrakı zərbələr zamanı bıçaq onun bədəninə dərin bata bilmədiyindən buna görə də Ağa bıçağın əyildiyini görüb onun üstündən ayağa qalxmışdır. Bu zaman qayınanası Tarifə onların olduqları zal otağına daxil olduqda onun üstünün qana bulaşmış vəziyyətdə, Ağanın isə əlində bıçaq olduğunu, uşaqların isə ağladığını görüb Ağaya mane olmaq üçün Ağanın qarşısına keçmiş və ona qaçıb getməyini demişdir. O, yerindən durub evdən bayıra, yəni evin həyətinə çıxıb həyət darvazasına tərəf qaçarkən bu zaman Ağa onun arxasıyca gəlib arxadan onun saçından tutub onu evin həyətindən bayıra çıxmağa qoymamışdır. Qayınanası Tarifə isə qışqıraraq qonşuları köməyə çağırmışdır. Ağa onun saçından tutub yıxaraq onu evin həyətinin ortasına tərəf gətirmişdir. Qayınanası Tarifə isə Ağaya mane olmuşdur. Qonşuları Lətif səs-küyə həyətə gəlib ona kömək etmiş və onu ayağa qaldırıb həyətin darvazasının qarşısında dayanmış bir avtomobilə otuzdurmuşdur. Lətif həmin avtomobilin sürücüsündən onu xəstəxanaya çatdırmağı xahiş etmiş və bundan sonra həmin avtomobilin sürücüsü onu Pirşağı qəsəbəsində yerləşən poliklinikaya çatdırmışdır. Oradan isə onu təcili tibbi yardım avtomobili ilə X7 aparmışlar və orada həkimlər ona tibbi yardım göstərmişlər və xəstəxanada bir neçə gün stasionar müalicə olunmuşdur. Əri Ağa onu öldürmək istəmiş və buna görə də onun üstünə çıxaraq ona bıçaqla ardıcıl zərbələr vuraraq xəsarətlər yetirmişdir. Övladları Zəhraxanım və Əli yuxudan oyandıqdan sonra əri Ağa onların yuxudan oyandığını görmüş, lakin buna baxmayaraq onların gözü qarşısında ona ardıcıl bıçaq zərbələri vurmağı davam etdirmişdir. O, əri Ağanı bağışlamır. Onunla barışmır. Ağaya qanuna müvafiq cəza verilməsini istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Qanuni nümayəndə isə gəlinidir. Onun əri təxminən 17 il əvvəl vəfat etdiyi üçün o, oğlu Ağa, gəlni Günay və nəvələri ilə birgə yaşamışdır. Ağa və Günay 2012-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar və onların birgə nikahından bir qız, bir oğlan olmaqla iki övladı var. Yaşadıqları evdə Ağa, gəlini Günay və onların övladları bir otaqda, o, özü isə başqa otaqda yatır. Son 5 il imiş ki, oğlu Ağa narkotik vasitələrdən istifadə etdiyi üçün, bu Ağaya pis təsir etməyə başlamış və Ağa evdə söz-söhbət yaratmış, arvadı Günayla tez-tez mübahisə etmişdir. Ağa son vaxtlar Günayı əsassız olaraq qısqanmış və Günayın guya kimləsə əlaqəsinin olmasından şübhələnmişdir. Lakin Ağanın şübhələri əsassız imiş. Narkotik vasitələrdən istifadə etməsi Ağanın düşüncələrini pozmuşdur. 06.09.2021-ci il tarixdə saat 06 radələrində o, gəlini Günayın qışqırıq səslərinə oyanıb Ağa ilə Günayın yatdığı otağa getdikdə oğlu Ağanın əlində bıçaq olduğunu və gəlini Günayın isə sinə nahiyəsinin qanlı vəziyyətdə olduğunu görmüşdür. Bu vaxt o, başa düşmüşdür ki, oğlu Ağa Günayı bıçaqla vurmuşdur. Oğlu Ağaya yaxınlaşıb Günaya növbəti zərbələr vurmaması üçün mane olmaqdan ötrü Ağanı itələmiş və Günaya isə qaçmasını bildirmişdir. Bundan sonra Günay qaçıb evin həyətinə düşmüşdür. Ağaya mane olsa da, o, Ağanı saxlaya bilmədiyindən Ağa da Günayın arxasınca həyətə düşmüşdür. O, da Ağanın arxasınca həyətə çıxmışdır. Ağa Günayı evin həyətində darvazanın yanında saçından tutub dartaraq həyətin ortasına tərəf gətirmişdir. O, qonşuları köməyə çağırmışdır. Bu vaxt Ağa onların qışqırdıqlarını görüb Günayı buraxıb həyətdən bayıra çıxmışdır. Həmin vaxt qonşuları Lətif yaranmış səs-küyə onların evinin həyətinə gəlmişdir. Günayın həyətdə uzanmış vəziyyətdə və üzərində olan donunun qana bulaşmış halda olduğunu görmüşdür. Lətifə o, Günayı Ağanın bıçaqla vurduğunu dedikdən sonra o, küçəyə çıxıb yoldan keçən tanımadığı avtomobillərdən birini saxladıb kömək etməsini xahiş etmişdir. Sonra isə qonşuları Lətif ona kömək edib Günayı avtomobilə otuzdurub xəstəxanaya yola salmışlar. Ağa həmin vaxt çox güman ki, narkotik vasitənin təsiri altında olduğu üçün Günayı yuxudan oyadaraq onu bıçaqla vurub öldürmək istəmişdir. Oğlu Ağanın gəlini Günayı bıçaqla vurmaqda məqsədi Günayı öldürmək olmuşdur. X14 vurduğu bıçaq əyilməsəymiş və o, Ağaya mane olub Günayın yerindən durub evin həyətinə qaçmasına və qışqırıb qonşuları köməyə çağırmağına şərait yaratmasaymış, Ağa Günayı öldürəcəkmiş. Oğlu narkotik vasitədən istifadə edir və bu səbəbdən də onun psixologiyası pozulub və əsassız olaraq gəlinini qısqanır və ona əsassız olaraq belə bir xəsarətlər yetirmişdir. Oğlu Təqsirləndirilən şəxs Qanuni nümayəndə bıçaqla vurarkən övladları Əli və Zəhraxanım hər ikisi görmüşdür. Çünki, uşaqlar Ağa və Günayla eyni otaqda yatırlar. O, onların otağına daxil olduqda görmüşdür ki, Ağa əlində bıçaq Günayın başının üstündə dayanan zaman uşaqları Əli və Zəhraxanım hər ikisi artıq yuxudan oyanıb və ağlayırlar. Məhkəmə iclasında anası Qanuni nümayəndə iştirakı ilə şahid qismində dindirilmiş azyaşlı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atasıdır, Qanuni nümayəndə isə anasıdır. O, bacısı Zəhraxanım anası və atası ilə eyni otaqda, nənəsi isə evdə başqa otaqda qalır. Atası Ağa anası ilə pis davranmışdır. 05 sentyabr 2021-ci il tarixdə saat 23 radələrində o, və bacısı anası ilə birlikdə yatmışlar. Səhər saat 06 radələrində anası ilə birlikdə çarpayıda yatarkən səs-küyə oyandıqda görmüşdür ki, atası anasının üstünə oturub və ona əlindəki bıçaqla sinə nahiyəsindən zərbələr vurur. Bu zaman bacısı Zəhraxanım da yaranmış səs-küyə oyandıqda o da bu hadisəni görmüşdür. Çünki, atası anasını bıçaqla vurarkən anası ağlayıb qışqıraraq atasına onu vurmaması üçün yalvarmış, lakin, atası isə məhəl qoymayaraq anasını vurmağa davam etmişdir. Atasının anasına bıçaqla zərbələr vurmasını görüb bacısı Zəhraxanım və o, çarpayıda ağlayırmışlar. Atasının əlindəki bıçaq qırıldığı üçün atası zərbələrini dayandırıb anasının üstündən ayağa durarkən nənəsi Tarifə otağa daxil olduqda atasına mane olmaq üçün atasının qarşısına keçmişdir. Nənəsi anasına demişdir ki, qaç get. Bu zaman anası çarpayıdan durub bayıra qaçdıqda atası evdən anasının ardınca bayıra çıxdığını görmüşdür. Nənəsi də qışqıraraq qonşuları köməyə çağırıb evdən bayıra çıxmışdır. O, və bacısı Zəhraxanım isə qorxudan bayıra çıxmamışlar. Məhkəmə iclasında anası Qanuni nümayəndə iştirakı ilə şahid qismində dindirilmiş azyaşlı Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid4 ifadəsindən görünür ki, o, həyat yoldaşı Gülnarə Aslanova ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar massivi 569 nömrəli evdə yaşayır, hazırda təqaüddədir və heç bir yerdə işləmir. Təxminən 4 ildir ki, o, həmin ünvanda yaşayır və buna görə də qonşularını tanıyır və onlarla münasibətləri həmişə yaxşı olmuşdur. Belə ki, o, Təqsirləndirilən şəxs , habelə onun ailə üzvlərini də tanıyır. Qeyd etdiyi ünvanda son 4 ildə mütəmadi yaşasa da 60 ildir ki, həmin ünvanda onun evi var. Buna görə də həmin əraziyə mütəmadi gedib-gəldiyinə görə Ağanı və ailəsini çoxdan tanımış və onun onlarla yaxşı münasibətləri olmuşdur. Ağanın həyat yoldaşı Günayı və övladlarını üzdən tanıyır, anası Tarifəni də uzun müddət imiş ki, qonşusu olduğu üçün tanıyır. 06.09.2021-ci il tarixdə saat 06 radələrində evdə yatdığı zaman qonşunun həyətindən qışqırıq səsləri gəldiyini eşitmiş, səsə oyanıb bayıra çıxmış və səsə qulaq asdıqda səsin qonşusu Tarifə xanımın səsinin olduğunu görmüş və Tarifə xanım “kömək eliyin” deyib qışqırdığına görə o, tez evdən çıxıb onların evinin həyətinə tərəf getmiş, həyət darvazasının qapısı açıq olduğu üçün qapıdan içəri daxil olduqda Tarifənin qışqırıb ’’kömək edin” dediyini və həyətdə gəlini Günayın yerdə uzanmış vəziyyətdə olduğunu görmüşdür. Lakin , həmin vaxt Ağa özü həyətdə olmamışdır. O, yerdə uzanmış vəziyyətdə olan Günaya yaxınlaşdıqda onun donunun qana bulaşmış vəziyyətdə olduğunu gördükdə Günaydan özünün gedib-gedə bilməyəcəyini soruşmuş, lakin görmüşdür ki, Günay özü gedə biləcək vəziyyətdə deyil. Buna görə də Günayı kömək edib ayağa qaldırmış və onun qolundan tutub həyət darvazasına tərəf aparmış. Günayı kömək edib darvazaya tərəf aparan zaman Günayın əri Ağa evin həyət darvazasından həyətə girdikdə Ağa onun Günayı aparmağını görüb ona heç bir şey deməmişdir. Həyət darvazasının qarşısında tanımadığı adamlar boz rəngli avtomobillə dayanıb Günayı xəstaxanaya apara biləcəklərini təklif etdikdə buna görə də o, Günayı evlərinin həyətindən çıxarıb həmin şəxslərin avtomobilinə oturzdurmuş və Günayı xəstəxanaya aparmalarını demişdir. Bundan sonra isə həmin tanımadığı şəxslər markasını bilmədiyi və dövlət nömrə nişanını xatırlamadığı həmin avtomobillə Günayı xəstəxanaya aparmışlar. O, Günayı avtomobillə xəstəxanaya yola salan zaman Günayın qayınanası Tarifə Günayın əyninə paltar gətirmək üçün evə girmiş, lakin Tarifə evdən çıxdıqda artıq Günayı aparmışlar. Bundan sonra o, oradan çıxıb evinə getmişdir. Həmin gün dəqiq xatırlamadığı axşam saatlarında Tarifəgilin evinə getmiş və Tarifədən gəlini Günayın vəziyyətinin necə olduğunu soruşduqda Tarifə ona Günayın cərrahi əməliyyat olunduğunu və yaşadığını demişdir. Həmin vaxt Tarifə ona onun özünün də səhər tezdən Günayın qışqırıq səslərinə oyandığını, Günayla Ağanın otağına gəldikdə Ağanın Günayı bıçaqla vurduğunu gördüyünü görüb Ağaya mane olduğunu və Günayın evin həyətinə çıxdığını danışmışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid5 ifadəsindən görünür ki, o, arvadı, iki oğlu ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, A.Əliyev küçəsi, döngə 2, ev 10-da yaşayır. Sabunçu rayonu, Pirşağı qəsəbəsində, Bağlar massivi yaşayış sahəsində 15 ildir ki, “İlham market” i işlədir. Marketi adətən səhər 08:30-da açıb saat 22 radələrində bağlayır. Evinin yolu marketdən uzaq olduğu üçün bəzən isə marketin içərisində yatıb qalır. Marketi işlətdiyi ərazidə yaşayan sakinlərin əksəriyyətini tanıyır. Təqsirləndirilən şəxs, onun anası Tarifə xanımı və arvadı Günayı da həmin ərazidən tanıyır və onlar gündəlik marketə gəlib ev üçün ondan ərzaq alırlar. Ağagilin evi onun marketinin lap yaxınlığında yerləşir. Bildiyinə görə Ağa əvvəllər FHN-də xilasedici işləmişdir, lakin, bir neçə il imiş ki, narkotik vasitələrdən istifadə etdiyi üçün daha işləmir. 05 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində marketi bağlamış, lakin həmin gün marketdə yatıb qalmağa qərar verdiyi üçün marketdə yatıb qalmışdır. 06 sentyabr 2021-ci il tarixdə səhər saat 06 radələrində yuxudan durub market üçün ərzaq məhsulları almağa bazara getmək üçün həmin vaxt marketdən bayıra çıxarkən Ağagilin evinin həyət darvazasından Ağanın arvadı Günayın darvazanı açıb bayıra çıxaraq qışqırıb “Ağa məni öldürür, kömək edin” deyə çağırdığını görmüşdür. Bu vaxt Ağa arvadı Günayın qolundan tutub evin həyətinə salmış, bundan sonra Ağanın anası Tarifə də evin həyətindən bayıra çıxıb “Ağa gəlinimi öldürür, kömək edin” deyə çağırmışdır. O, nə baş verdiyini bilmək üçün onların həyətinə tərəf getmişdir. Həmin vaxt qonşulardan Lətif və digər tanımadığı qonşular da hadisə yerinə gəlmişlər. O, onların evinin həyətinə gedəndə qonşusu Lətifin Ağanın arvadı Günaya kömək edərək onu həyət darvazasına tərəf gətirdiyini görmüşdür. Günayın əynində olan don qana bulanmış vəziyyətdə imiş. Həmin vaxt Tarifə yoldan keçən markasını və dövlət nömrə nişanını xatırlamadığı taksi saxlatmışdır. Marketin yanına qayıdarkən Ağa da onun arxasınca marketə gəlib ona siqaret verməyini ondan xahiş etmişdir. O, Ağaya siqaret verib nə baş verdiyini soruşduqda Ağa bildirmişdir ki, arvadı Günayı yaşadıqları evdə bıçaqlamışdır. Nəyə görə Günayı bıçaqladığını Ağadan soruşduqda Ağa bildirmişdir ki, Günay guya ona xəyanət edir, bu səbəbdən də onu bıçaqlamışdır. Ağa ilə söhbət edə-edə onunla birlikdə onların yaşadığı evin həyətinə getmiş, bu zaman görmüşdür ki, X8 saxlatdığı həmin taksiyə əyləşdirib xəstəxanaya yola salır. Bundan sonra Ağa ilə birlikdə onların həyətində oturmuş və Ağaya belə bir iş gördüyü üçün iradını bildirib polisə təslim olmasını tapşırmışdır. Bundan sonra Ağagilin həyətindən çıxıb öz işlərini görməyə getmişdir. Ağanın ailəsini tərbiyəli insanlar kimi tanıyır və buna görə də Ağanın arvadı Günayın ona xəyanət etməsinə inanmır. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 15-ci PB-nin məsul növbətçisi, polis mayoru Şamil Qocayevin 06 sentyabr 2021-ci il tarixli raportundan görünür ki, 06.09.2021-ci il tarixdə saat 07:20 radələrində 1991-ci il təvəllüdlü Qanuni nümayəndə həyat yoldaşı Ağa tərəfindən sol ürək nahiyəsindən daxilə nüfuz edən 2 bıçaq zərbəsi alması barədə 3 saylı ŞKX-dan tibb bacısı Rzayeva məlumat vermişdir. Cinayət işinin 1-ci cild 8-9-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 sentyabr 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri olan ünvan 2 ünvanda yerləşən bağ evinə baxış aparılmış və baxış zamanı hadisə yerindən cinayət hadisəsi zamanı Təqsirləndirilən şəxs Qanuni nümayəndə xəsarət yetirdiyi mətbəx bıçağı götürülmüşdür. Cinayət işinin 1-ci cild 10-16-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 sentyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 2 ünvanda yerləşən bağ evidir. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya, iz aşkar edilməmişdir. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 40-42-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 sentyabr 2021-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs 2 nömrəsi ilə işarələnmiş və hadisə yerindən götürülmüş 01 ədəd qəhvəyi rəngli, taxta sapı olan əyilmiş bıçaq və 3 ədəd əlavə bıçaq təqdim olunmuş, Təqsirləndirilən şəxs 2 rəqəmi ilə işarələnmiş bıçağı tanıyaraq həmin bıçaqla həyat yoldaşı Qanuni nümayəndə vurduğunu, bıçağı rənginə, ölçüsünə, və əyilmiş formada olduğuna görə tanıdığını bildirmişdir. Cinayət işinin 1-ci cild 91-92-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 sentyabr 2021-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, hadisə zamanı zərərçəkmiş şəxs Qanuni nümayəndə əynində olmuş bir ədəd mayka iş üzrə əhəmiyyət kəsb etdiyindən X5 götürülmüşdür. Cinayət işinin 1-ci cild 143-147-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 X4 24 sentyabr 2021-ci il tarixli 1476 saylı canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Qanuni nümayəndə sağ tərəfli hemotoraksla (sağ döş boşluğuna sərbəst qanın yığılması) müşayiət olunan döş qəfəsinin sağ yarısının ön səthinin sağ döş boşluğuna nüfuz edən 2 (iki) ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yarısının ön səthinin 4 ədəd kəsilmiş səthi yarası, sol bud və sol diz oynağı nahiyələrinin cızıqları müəyyən edilmişdir. Xəsarətlər deşici-kəsici əşya (alət) tərəfindən törənmişdir, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilə bilər. Dərəcəsinə görə sağ tərəfli hemotoraksla (sağ döş boşluğuna sərbsət qanın yığılması) müşayiət olunan döş qəfəsinin sağ yarısının ön səthinin sağ döş boşluğuna nüfuz edən 2 (iki) ədəd deşilmiş-kəsilmiş yarası ümumilikdə və hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Döş qəfəsinin sol yarısının ön səthinin 4 (dörd) ədəd, sol əlin V barmağının 1 (bir) ədəd kəsilmiş səthi yarası, sol bazu, sol bud və sol diz oynağı nahiyələrinin cızıqları sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlər qısa zaman kəsiyində yetirildiyindən yetirilmə ardıcıllığı barədə dəqiq fikir söyləmək mümkün deyil. Xəsarət yetirilərkən xəsarət yetirilən şəxslə hücum edən şəxs müxtəlif duruş vəziyyətlərində ola bilərmiş, eləcə də Qanuni nümayəndə dediyi uzanıqlı vəziyyətdə hücum edən şəxsin onun üzərinə çıxaraq qeyd olunan xəsarətləri yetirməsi inkar olunmur. Sol əlin V barmağının dırnaq falanqasında müəyyən olunan kəsilımiş səthi yara müayinə olunan şəxsin özünü müdafiəsi zamanı alına bilər. Cinayət işinin 1-ci cild 221-227-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 X9 X10 26 noyabr 2021-ci il tarixli, 748-2021/MTKŞ saylı maddi sübutların ekspertizasının rəyindən və rəyə əlavə edilmiş fotocədvəldən görünür ki, ekspertizaya təqdim edilmiş və Qanuni nümayəndə məxsus maykanın ön səthinin sağ yarısının orta hissəsində 04 (dörd) ədəd və ön səthinin sol yarısının orta hissəsində 02 (iki) ədəd deşilmiş zədələr vardır. Bu zədələr, deşici xüsusiyyətə malik hər hansı bir əşyanın (əşyaların) təsirindən törənmişlər. Ekspertizaya təqdim edilmiş və Qanuni nümayəndə məxsus mayka üzərində aşkar edilmiş deşilmiş zədələrin tədqiqata təqdim edilmiş hazırki vəziyyətdə olan (tiyəsi əyilmiş və ucu sınmış) bıçaqla törənməsinin mümkünlüyünü istisna etmək olmaz. Ekspertizaya təqdim edilmiş və Qanuni nümayəndə məxsus mayka üzərində aşkar edilmiş deşilmiş zədələrin lokalizasiyasma görə demək olar ki, zədələr yetirilən anda Qanuni nümayəndə xəsarət yetirən şəxslə müxtəlif qarşılıqlı vəziyyətlərdə olmaqla, iz törədən alət maykanın üzərində olan zədə nahiyələrinə tərəf yönəlmiş vəziyyətdə olmuşdur. Ekspertizaya təqdim edilmiş və Qanuni nümayəndə məxsus mayka üzərində aşkar edilmiş deşilmiş zədələrin müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitlərdə yaranmaları istisna olunmur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Ekspertizaya təqdim olunmuş bıçağın üzərində sonradan onun təyinatını dəyişəcək heç bir əlavə və dəyişikliklər edilməmişdir. Cinayət işinin 1-ci cild 230-233-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 X9 X10 26 noyabr 2021-ci il tarixli, 858/2021-MTBŞ saylı rəyində görünür ki, Qanuni nümayəndə AB0 sistemi üzrə qrup göstəricisi: A(İİ) (şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş Qanuni nümayəndə məxsus mayka üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “A” antigeni alınmışdır. Belə olan halda bu qan ləkələri A(İİ) qruplu şəxsə, o cümlədən Qanuni nümayəndə məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş 01 ədəd bıçaq üzərində qan aşkar olunmamışdır. Cinayət işinin 1-ci cild 243-247-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 dekabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs Qanuni nümayəndə ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı, zərərçəkmiş şəxs Qanuni nümayəndə istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs ifşa etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokolunu da sübut növü kimi qəbul edir. Cinayət işinin 1-ci cild 248-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 17 dekabr 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ifadənin yerində yoxlanılması istintaq hərəkətini müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cinayət işinin 1-ci cild 249-253-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 dekabr 2021-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs baş verən hadisəni əyani şəkildə göstərərək istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2 və 29, 120.2.4-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarına əsasən, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslə bağlı bəzi halların araşdırılması üçün müəyyən orqanlara sorğular ünvanlanmış və həmin sorğulara cavablar verilmişdir. Cinayət işinin 1-ci cild 120-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 27 sentyabr 2021-ci il tarixli, 8171 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə 28.06.2018-04.10.2018-ci il, 19.02.2019-20.06.2019-cu il, 01.11.2019- 30.11.2019-cu il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmuş, sonuncu dəfə 09.02.2021-ci il tarixdə xəstəxanaya qəbul olunub, 3105.2021-ci il tarixdə xəstəxanadan evə yazılmışdır. Qanuni nümayəndə arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. Cinayət işinin 1-ci cild 141-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Şəhər Narkoloji X11 şəxsindən daxil olmuş 07 oktyabr 2021-ci il tarixli, 3414 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 25.06.2021-ci il tarixindən Kannabinoidlərin istifadə edilməsi nəticəsində psixi və davranış pozuntuları diaqnozu ilə BŞNM-də qeydiyyatdadır. Qanuni nümayəndə BŞNM-də qeydiyyatda yoxdur. Cinayət işinin 1-ci cild 176-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X11 şəxsindən daxil olmuş 09 oktyabr 2021-ci il tarixli, 19/51-11228 saylı məktubdan görünür ki, Yusubov X1 əbulu nəticəsində asılılıq sindromu diaqnozu ilə 04.09.2020-23.09.2020-ci il tarixdə yuxarıda adı göstərilən mərkəzdə stasionar müalicədə olmuşdur. Qanuni nümayəndə yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. Cinayət işinin 1-ci cild 132-ci vərəqəsində olan Sabunçu RİHB-nın Pirşağı Qəsəbə İƏD üzrə Nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Qanuni nümayəndə barəsində Pirşağı qəsəbəsində yaşadığı müddət ərzində yazılı və ya şifahi şikayət daxil olmamışdır. Cinayət işinin 1-ci cild 136-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 23 sentyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Qanuni nümayəndə məhkumluğu olmamışdır. Cinayət işinin 1-ci cild 136-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 23 sentyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 1-ci cild 130-cu vərəqəsində olan Sabunçu RİHB-nın Pirşağı Qəsəbə İƏD üzrə Nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Pirşağı qəsəbəsində yaşadığı müddət ərzində yazılı və ya şifahi şikayət daxil olmamışdır. Cinayət işinin 1-ci cild 131-ci vərəqəsində olan Sabunçu RİHB-nın Pirşağı Qəsəbə İƏD üzrə Nümayəndəliyindən daxil olmuş arayışdan və cinayət işinin 1-ci cild 178-181-ci vərəqələrində olan doğum haqqında şəhadətnamələr və şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü Şahid3 və xx.xx.2016-cı il təvəllüdlü Şahid2 –iki azyaşlı övladı vardır. Cinayət işinin 1-ci cild 212-215-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Hüquqi Şəxsinin 29 oktyabr 2021-ci il tarixli, 2535 saylı kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə təbdirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik (affekt, kəskin stress, güclü ruhi həyəcan, psixi-emosional gərginlik, frustrasiya və s.) yaranmamışdır. Cinayət əməlini törətməsi fərdi-psixi xüsusiyyətləri (eqosentrizm, kobudluq, xarici qıcıqlara qarşı həssaslıq, kinlilik, şübhəlilik, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, emosional oyanıqlıq və s.) əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işinin 1-ci cild 217-218-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Narkoloji Mərkəzi X10 22 noyabr 2021-ci il tarixli, 4601 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, yaşadığı yer üzrə müsbət səciyyələndirilməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə həmçinin Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinin tələbini nəzərə alır. Belə ki, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi Azərbaycan Respublikası CM-nin müvafiq (120.2.2 və 120.2.4) maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 63.4-cü maddəsində qeyd edilmişdir ki, cinayətə hazırlıga və ya cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. Azərbaycan Respublikası CM-nin 29. 120.2.2 və 29.120.2.4-cü maddələrinin sanksiyasının aşağı həddi 14 il, yuxarı həddi isə 20 il azadlıqdan məhrum etmə göstərilmişdir. Belə olan halda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli qərarının 9-cu bəndində göstərilən tövsiyyələri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinin tələblərinə əsasən müvafiq cəza təyin edilməlidir. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 06 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 29-30-cu vərəqələrində olan cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Həmçinin cinayət işinin 1-ci cild 77-78-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 4(008)-682/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 06 sentyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Prokurorluğunun maddi sübutların saxlanılması yerində saxlanılan Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı və hadisə baş verən zaman zərərçəkmiş şəxs Qanuni nümayəndə Cafır qızının əynində olmuş bir ədəd mayka məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə espertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli və “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2 və 29, 120.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 14 (on dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 06 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Prokurorluğunun maddi sübutların saxlanılması yerində saxlanılan Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı və hadisə baş verən zaman zərərçəkmiş şəxs Qanuni nümayəndə Cafır qızının əynində olmuş bir ədəd mayka məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev
Səbuhi Hüseynov