Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-586/2024 01.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məcidov X13 və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, X2 qızı və Niyazova Nəzrin Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və zərərçəkmiş şəxsin hüquqi varisi: Qanuni nümayəndə, Zərərçəkmiş şəxslərin hüquqi varisləri: X6 və X1, Zərərçəkmiş şəxslərin hüquqi varisləri X3 və Qanuni nümayəndə (həmçinin yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi) nümayəndəsi: Bakı şəhəri “Sirius” Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçi: Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1975-ci ildə Salyan rayonu, Xıdırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "xxxx" MMC-də sürücü işləyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,149.1 və 157.1-ci maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə, 500 manat cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Salyan rayonu, Xıdırlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozub, ehtiyatsızlıqdan üç nəfər şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində «BC» kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Şahid məxsus «Shacman SX331» markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, Motodrom qəsəbəsi, Atıcılıq küçəsi ilə Qaradağ rayonu istiqamətində 35-40 km/saat sürətlə hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək, həmin küçə ilə əks istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs1 «BC» kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan sonuncuya məxsus «Nissan X-Trail» markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Atıcılıq küçəsi ilə Kənar Dairəvi yolun kəsişdiyi nizamlanmayan yolayrıcında toqquşma nəticəsində, «Nissan X- Trail» markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 - baş beyinin yumşaq qişaları altına, toxumasına, mədəciklərə və beyinciyə qansızmalar ilə müşayiət olunan sağ gicgah və sol təpə-gıcgah sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli sınıqları, döş sümüyü dəstəsinin sınığı, sağ ağciyərə qansızma ilə müşayiət olunan sağ tərəfdən İİ-X qabırğaların sınıqları, sol ağciyərə qansızma ilə müşayiət olunan sol tərəfli İİ-Vİİİ qabırğaların sınıqları, sol dirsək oynağının qapalı sınığı, başın sol gicgah nahiyəsinin əzilmiş yarası, döş qəfəsinin sol yarısının ön səthinin, sol bud-çanaq oynağı nahiyəsinin, sağ və sol bud nahiyələrinin, sağ ayağın iç topuğunun qançırları, sol bazu oynağı nahiyəsinin, sol bazu nahiyəsinin, sol said nahiyəsinin, sağ və sol dirsək oynağı nahiyələrinin, sol əlin arxa səthinin, sağ və sol diz oynağı nahiyələrinin, sağ ayağın ön səthinin sıyrıqları, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olan xəsarətlər yetirərək ehtiyatsızlıqdan zərərçəkmiş Zərərçəkmiş şəxs1 ölümünə səbəb olan, «Nissan X-Trail» markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişin oturacağında oturmuş Zərərçəkmiş şəxs3 - baş beyinin yumşaq qişaları altına, toxumasına, mədəciklərə və beyinciyə qansızmalar ilə müşayiət olunan sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ ağciyərə qansızma ilə müşayiət olunan sağ tərəfdən İ-İX qabırğaların sınıqları, sol ağciyərə qansızma ilə müşayiət olunan sol tərəfli İ- X qabırğaların sınıqları, sol bazu oynağının və sol dirsək oynağının qapalı sınıqları, sol gözaltı nahiyənin, sol qaş nahiyəsinin bayır kənarının, sol bud-çanaq oynağı nahiyəsinin, sağ diz oynağı nahiyəsinin, sağ baldır nahiyəsinin, sol diz oynağı nahiyəsinin qançırları, sol gözaltı nahiyənin, sol dirsək oynağı nahiyəsinin, sağ əlin arxa səthinin, sağ əlin İİ-İİİ-İV barmaqlarının sıyrıqları ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olan xəsarətlər yetirərək ehtiyatsızlıqdan zərərçəkmiş Zərərçəkmiş şəxs3 ölümünə səbəb olan, həmin avtomobilin sərnişin oturacağında oturmuş Zərərçəkmiş şəxs2 - baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərə qansızma ilə müşaiyət olunan alın-təpə sümüyünün kəllə əsasın keçən çoxqəlpəli sınığı, sağ ağciyərə qansızma ilə müşaiyət olunan sağdan V qabırğanın sınığı, sol ağciyərə qansızma ilə müşaiyət olunan soldan İV-V qabırğaların sınıqları, sağ bazu və sağ budçanaq oynaqlarının sınıqları, alın və burun nahiyəsinin əzilmiş-cırılmış yaraları, sol üst göz qapağının, sol yanaq nahiyəsinin əzilmiş yaraları, sol bazu oynağı nahiyəsinin sıyrıqları, hər iki göz qapaqları və gözaltı nahiyələrin, sağ bazu oynağı nahiyəsinin, döş qəfəsinin, sağ və sol baldır nahiyələrinin qançırları ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olan xəsarətlər yetirərək ehtiyatsızlıqdan zərərçəkmiş Zərərçəkmiş şəxs2 ölümünə səbəb olan, eləcə də həmin avtomobilin sərnişin oturacağında oturmuş azyaşlı Zərərçəkmiş şəxs4 - sol ağciyərin yuxarı və aşağı paylarının kontuziyası (silkələnməsi) ilə müşayiət olunan soldan Vİİ-X qabırğaların yerdəyişən sınıqları baş beyin silkələnməsi ilə müşayiət olunan alın nahiyəsinin və burun nahiyəsinin əzilmiş yaraları kimi ehtiyatsızlıqdan zərərçəkmiş azyaşlı Zərərçəkmiş şəxs4 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaqla, yəni ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, bir ilə yaxın idi ki, “Qarabağ AND MMC” də sürücü işləmiş, hadisə baş verən əraziləri yaxşı tanımışdır. O, öz yolu ilə avtomaşını idarə etdiyi vaxt ani vaxtda qarşı tərəfdən sürətlə maşının gəldiyini görmüşdür. O, qarşıdan gələn avtomobili gördüyü an əyləcə basmış və maşını yolun sol tərəfinə hərəkət etdirməyə çalışmışdır. Qarşıdan gələn avtomaşını idarə edən şəxs nə yoldakı gözləmə nişanına əhəmiyyət verməmiş, nə də əyləcə basmamış və yüksək surətlə hərəkət etmişdir. Həmin şəxs azyaşlı uşağı ön oturacaqda əyləşdirmiş, hadisə baş verdikdən sonra o, tez maşından düşmüş, həmin maşına tərəf hərəkət etmişdir. Maşında olan uşağın maşından çıxarılmasına kömək etmişdir. Həmin vaxt hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşı da gəlmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, hadisə vaxtı Biləcəri qəsəbəsindən gəlmiş, Qaradağ istiqamətində hərəkət etmişdir. Həmin gün o, Qobustan qəsəbəsindən yük gətirmişdir. Geri qayıdan zaman digər maşının yaxın məsafədə yüksək surətlə gəldiyini görmüşdür. O yol ayrıcına təzə döndüyü zaman həmin maşını sağ tərəfində görmüşdür. Həmin maşın yüksək surətlə gəlmiş, əvvəlcədən qarşıdan həmin maşının gəldiyini görməmişdir. O, 45 km/saat surətlə hərəkət etmişdir. O, 20 ildir ki avtomaşın idarə edir, digər maşının surətinin dəqiq nə qədər olduğunu xatırlamır, lakin yüksək surətlə hərəkət etdiyini bilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini, zərərçəkmiş şəxsin hüquqi varislərinin və şahidlərin ifadələrini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda yoxlayıb və həmin sübutlaraq obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi və yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs1 işdən gəlmişdir. Mərhum həyat yoldaşının anası Zərərçəkmiş şəxs3 öz bacısı Zərərçəkmiş şəxs2 ilə birlikdə Şəki şəhərindən Bakıya gəlmiş, Famil də onları qarşılamaq üçün avtovağzala getmişdir. Həyat yoldaşı oğlu Vaqifi də özü ilə nənəsini gətirməyə aparacağını bildirmişdir. O, mərhum həyat yoldaşı ilə sonuncu dəfə saat 22 radələrində danışmış, o vaxtlarda avtobus hələ gəlməmişdir. Sonra o, həyat yoldaşına yazmış, lakin cavab verən olmamışdır. Ehtimal edir ki, həmin an maşını qarşılamışdır. Təxminən 30 dəqiqə keçəndən sonra baldızı gəlmiş və qəza barədə ona məlumat vermişdir. Daha sonra xəstəxanaya getmişlər. Familin zədəsi daha çox sol tərəfindən olmuş, ona görə ki, Famil sağ tərəfi ilə oğlu Vaqifi saxlamışdır. Vaqif də oturacağın altına, ya da harasa dəyib çənəsindən xəsarət almışdır. Nə təqsirləndirilən şəxs, nə də onun ailə üzvləri bir dəfə də olsun ona baş sağlığı verməmiş, ona heç bir yardım göstərməmişlər. O, təqsirləndirilən şəxslə barışmamış, ondan şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə anası Zərərçəkmiş şəxs3 və bacısı Zərərçəkmiş şəxs2 Şəki rayonuna getmişlər. xx.xx.2023-cü il tarixdə onlar Bakı şəhərinə qayıtmış, qardaşı Zərərçəkmiş şəxs1 onları qarşılamaq üçün avtovağzala getmişdir. Daha sonra qəza baş verdiyi, 3 nəfərin öldüyü, bir nəfər azyaşlının isə sağ qaldığı xəbəri gəlmişdir. Onlar dərhal hadisə yerinə getmişlər. Təqsirləndirilən şəxsin ailəsi yas mərasiminə gəlmişlər. Təqsirləndirilən şəxsin ailəsi məhkəmədən bir həftə əvvəl barışıq üçün hərəkətə keçmiş, güman edir ki, müdafiəçisi bu barədə ona məsləhət vermişdir. Onların yaxınları isə artıq 4 aydır ki, vəfat etmişdir. Bu müddətdə təqsirləndirilən şəxs və ailəsi bir dəfə olsun onlara baş sağlığı verməmişlər. O, təqsirləndirilən şəxslə barışmamış, ondan şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs2 onun həyat yoldaşıdır. Mərhum həyat yoldaşı xx.xx.2023-cü il tarixdə bacısı ilə birlikdə Ramazan bayramı münasibəti ilə bağlı Şəki rayonuna getmişdir. Səhəri gün onlar rayondan qayıdanda həyat yoldaşına 2 dəfə zəng etmiş, cavab ala bilməmişdir. Təxminən 20 dəqiqədən sonra həyat yoldaşına yenidən zəng etdikdə isə polis əməkdaşı telefona cavab vermişdir. Polis əməkdaşı ona bildirmişdir ki, Binəqədi rayonunda yerləşən Bakı Beynəlxalq avtovağzalının yaxınlığında hadisə baş vermişdir. Bu xəbəri aldıqdan sonra o, dərhal hadisə yerinə getmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmamışdır və ondan şikayətçidir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid ifadəsində bildirmişdir ki, «SHACMAN SX331» markalı, **- TR-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ona məxsusdur. Həmin avtomobili o, xx.xx.2021-ci il tarixdə icarə müqaviləsi əsasında "xxxx" MMC-yə icarəyə vermiş və avtomobili həmin şirkətdə əmisi oğlu Təqsirləndirilən şəxs idarə etmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Motodrom qəsəbəsi, Atıcılıq küçəsi ilə Qaradağ rayonu istiqamətində hərəkətdə olarkən, həmin küçə ilə əks istiqamətində hərəkətdə olan «Nissan X-Trail» markalı, **-UE- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə «Nissan X-Trail» markalı avtomobildə olan üç nəfər şəxs dünyasını dəyişmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona maddi ziyan dəyməmiş, bununla bağlı heç kimdən şikayət və tələbi yoxdur. (cild İ, i/v: 161-162) Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi «Shacman SX331» markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, Motodrom qəsəbəsi, Atıcılıq küçəsi ilə Qaradağ rayonu istiqamətində hərəkətdə olarkən, həmin küçə ilə əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi «Nissan X-Trail» markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncu, sərnişinlər, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 aldıqları xəsarətlərdən hadisə yerində ölmüşlər, azyaşlı Zərərçəkmiş şəxs4 isə alın hahiyəsindən zədə almışdır. (cild İ, səh. 1). Cinayət işində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Motodrom qəsəbəsi, Atıcılıq küçəsilə Kənar Dairəvi yolun kəsişdiyi nizamlanmayan yolayrıcında baş vermişdir, hadisə baş verdiyi yer asfalt örtüklü, düz və qurudur. (cild İ, i/v: 4-13) Cinayət işində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş «DVD diskə baxış keçirilməsi haqqında» 15 may 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN X4 Xidmətindən daxil olmuş 24 may 2023-cü il tarixli 3-13-3/2-8613/2022 nömrəli məktuba əlavə edilmiş 01 ədəd DVD diskə istintaq dövründə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, diskdə olan görüntülər Bakı şəhəri, Binəqədi rayonu, Motodrom qəsəbəsi, Atıcılıq küçəsində quraşdırılmış «Təhlükəsiz şəhər» - stasionar müşahidə kamerası ilə qeydə alınmışdır. Video görüntünün yuxarı sol hissəsində tarix və saat qeydə alınmışdır. Həmin tarix və saat qeydinə əsasən görüntünün 23 aprel 2023-cü il saat 22:50:33-dən 22:50:33-ə qədər olan müddəti əhatə etdiyi müəyyən edilmişdir. Müşahidə kamerası ilə qeydə alınmış görüntülərin 7-ci dəqiqəsinin 38-ci saniyəsində «Shacman» markalı yük avtomobilinin Bakı şəhəri, Binəqədi rayonu, Motodrom qəsəbəsi, Atıcılıq küçəsi ilə Qaradağ rayonu istiqamətində hərəkət etdiyi və Atıcılıq küçəsi ilə Kənar Dairəvi yolun kəsişdiyi nizamlanmayan yolayrıcında qabaq sağ hissəsi ilə əks istiqamətdə hərəkətdə olan «Nissan X-Trail» markalı avtomobilin qabaq sol yan hissəsi ilə toqquşması və toqquşmadan sonra avtomobillər bir neçə metr məsafə qət edərək yolun sağ kənarında dayandıqları, yol-nəqliyyat hadisəsindən sonra isə hadisə yerinə polis əməkdaşlarının və digər avtomobillərin sürücülərinin yığışması müşahidə olunmuşdur. (cild İ, i/v: 139) İş üzrə yol nəqliyyat hadisəsinin görüntülərini əks etdirən 01 ədəd CD formatlı disk sübut əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzindən alınmış sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2023-cü il tarixli 2/11966 №-li aktla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu aşkar edilməmişdir. (cild İ, i/v: 14) Cinayət işində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-dən alınmış xx.xx.2023-cü il tarixli 3-13-16/2-63611/2023 №-li məktubdan görünür ki, DİN BDYPİ-nin Qeydiyyat-imtahan Şöbəsinin kompüter uçot bazasına əsasən xx.xx.1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 xx.xx.2016-cı il tarixdə (xx.xx.2026-cı il tarixədək etibarlı olan) AE 024645 nömrəli «BC» kateqoriyalı və xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə (xx.xx.2026-cı il tarixədək etibarlı olan) AE 518247 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. (cild İ, i/v: 136) Cinayət işində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 8/1219 nömrəli ekspert rəyindən görünür ki:
1. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Nissan X-Trail» markalı **-UE- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.
2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Shacman SX331» markalı, **- TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəktlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (cild İ, i/v: 79-83) Cinayət işində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 91 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki:
1. Mərhum Zərərçəkmiş şəxs2 meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: -baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərə qansızma ilə müşaiyət olunan alın-təpə sümüyünün kəllə əsasın keçən çoxqəlpəli sınığı; -sağ ağciyərə qansızma ilə müşaiyət olunan sağdan V qabırğanın sınığı; -sol ağciyərə qansızma ilə müşaiyət olunan soldan İV-V qabırğaların sınıqları; - sağ bazu və sağ bud-çanaq oynaqlarının sınıqları; -alın və burun nahiyəsinin əzilmiş-cırılmış yaraları; -sol üst göz qapağının, sol yanaq nahiyəsinin əzilmiş yaraları; -sol bazu oynağı nahiyəsinin sıyrıqları; -hər iki göz qapaqları və gözaltı nahiyələrin, sağ bazu oynağı nahiyəsinin, döş qəfəsinin, sağ və sol baldır nahiyələrinin qançırları; Qeyd olunan xəsarətlər həyatı olub, onun ölümündən az əvvəl bərk küt əşyaların təsirindən əmələ gəlmişdirlər və ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər.
2. Mərhumə Zərərçəkmiş şəxs2 ölümünə səbəb alın-təpə sümüyünün kəllə əsasına keçən çoxqəlpəli sınığı nəticəsində inkişaf edən baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərə qansızma olmuşdur. Beləliklə, Zərərçəkmiş şəxs2 yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərlə onun ölümü arasında səbəbli əlaqə vardır. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs2 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (meyitin müayinəsi xx.xx.2023-cü il tarixdə saat 01.25-də başlanmışdır) 2- 4 saat əvvəl baş vermişdir.
3. Mərhumə Zərərçəkmiş şəxs2 meyitində aşkar olmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı sərnişini olduğu avtomobilin yük avtomobili ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər.
4. Mərhumə Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar olunmamışdır. (cild İ, i/v: 165-172) Cinayət işində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 93 nömrəli ekspert rəyindən görünür ki:
1. Mərhum Zərərçəkmiş şəxs3 meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: - baş beyinin yumşaq qişaları altına, toxumasına, mədəciklərə və beyinciyə qansızmalar ilə müşayiət olunan sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yarası; -sağ ağciyərə qansızma ilə müşayiət olunan sağ tərəfdən İ-İX qabırğaların sınıqları; -sol ağciyərə qansızma ilə müşayiət olunan sol tərəfli İ-X qabırğaların sınıqları; - sol bazu oynağının və sol dirsək oynağının qapalı sınıqları; sol gözaltı nahiyənin, sol qaş nahiyəsinin bayır kənarının, sol bud-çanaq oynağı nahiyəsinin, sağ diz oynağı nahiyəsinin, sağ baldır nahiyəsinin, sol diz oynağı nahiyəsinin qançırları; - sol gözaltı nahiyənin, sol dirsək oynağı nahiyəsinin, sağ əlin arxa səthinin, sağ əlin İİ-İİİ-İV barmaqlarının sıyrıqları. Qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən az əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər.
2. Mərhum Zərərçəkmiş şəxs3 meyitində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə sərnişini olduğu minik avtomaşınının yük avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər.
3. Mərhum Zərərçəkmiş şəxs3 ölümünə səbəb baş beyinin yumşaq qişaları altına, toxumasına, mədəciklərə və beyinciyə qansızmalar olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, mərhum Zərərçəkmiş şəxs3 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2023-cü il tarixdə, saat 02:30-da meyitin müayinəsi başlanmışdır) 2- 4 saat əvvəl baş vermişdir.
4. Mərhum Zərərçəkmiş şəxs3 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsiredici maddələr aşkar edilməmişdir. (cild İ, i/v: 181-188) Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 92 nömrəli ekspert rəyindən görünür ki:
1. Mərhum Zərərçəkmiş şəxs1 meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: - baş beyinin yumşaq qişaları altına, toxumasına, mədəciklərə və beyinciyə qansızmalar ilə müşaiyət olunan sağ gicgah və sol təpə-gicgah sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli sınıqları; -döş sümüyü dəstəsinin sınığı; -sağ ağciyərə qansızma ilə müşayiət olunan sağ tərəfdən İİ-X qabırğaların sınıqları; -sol ağciyərə qansızma ilə müşayiət olunan sol tərəfli İİ-Vİİİ qabırğaların sınıqları; -sol dirsək oynağının qapalı sınığı; -başın sol gicgah nahiyəsinin əzilmiş yarası; -döş qəfəsinin sol yarısının ön səthinin, sol bud-çanaq oynağı nahiyəsinin, sağ və sol bud nahiyələrinin, sağ ayağın iç topuğunun qançırları; -sol bazu oynağı nahiyəsinin, sol bazu nahiyəsinin, sol said nahiyəsinin, sağ və sol dirsək oynağı nahiyələrinin, sol əlin arxa səthinin, sağ və sol diz oynağı nahiyələrinin, sağ ayağın ön səthinin sıyrıqları. Qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən az əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər.
2. Mərhum Zərərçəkmiş şəxs1 meyitində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə idarə etdiyi minik avtomaşınının yük avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər.
3. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb sağ gicgah və sol gicgah-təpə sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli sınıqları nəticəsində inkişaf edən baş beyinin yumşaq qişaları altına, toxumasına, mədəciklərinə və beyinciyə qansızmalar olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, mərhum Zərərçəkmiş şəxs1 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2023-cü il tarixdə, saat 01:35-də meyitin müayinəsi başlanmışdır) 2-4 saat əvvəl baş vermişdir.
4. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanının məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və gücülü təsiredici maddələr aşkar olunmamışdır. (cild İ, i/v: 173- 180) Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1018 nömrəli ekspert rəyindən görünür ki:
1. Vət. V.F.Məhərrəmli tibbi yardım üçün X11 PHŞ-nə xx.xx.2023-cü il tarixdə saat 23:30-da müraciət edərkən onun bədənində KT müayinəsi zamanı aşkar olunmuş sol ağciyərin yuxarı və aşağı paylarının kontuziyası (silkələnməsi) ilə müşayiət olunan soldan Vİİ-X qabırğaların yerdəyişən sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər.
2. Vət. V.F.Məhərrəmli bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər göstərilən şəraitdə, yəni yol- nəqliyyat hadisəsi zamanı sərnişini olduğu avtomobilin yük avtomobili ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər. (cild İ, i/v: 189-192) Cinayət işinin materiallarından görünür ki, «Shacman SX331» markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və «Nissan X-Trail» markalı, 90-UF-S53 dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmış və məhkəmə hökmünədək saxlanılması üçün sahiblərinə qaytarılmışdır. (cild İ, i/v: 200-209) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.3cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsi, yol-nəqliyyat hadisəsi törətməsinin səbəbini isə «Nissan X-Trail» markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ikinci dərəcəli yoldan, onun baş yolla idarə etdiyi yük avtomobilinin qarşısına çıxmasını göstərməsi və öz müdafiəsi üçün gətirdiyi digər dəlillər iş üzrə şahid ifadələri, yol-nəqliyyat hadisəsi yerinə baxış protokolu və ekspert rəyləri ilə tam təkzib edilmişdir. Belə ki, təqsirləndirilən şəxs öz ifadəsində «Nissan X-Trail» markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ani vaxtda qarşı tərəfdən sürətlə onun yoluna çıxdığını bildirsə də, məhkəmə iclasında bilavasitə nümayiş etdirilməklə tədqiq edilmiş təhlükəsiz şəhər kameralarının videogörüntüləri ilə həmin xüsusat tam təkzib olunmuşdur. Bundan başqa, müdafiə tərəfi qəzanın baş vermə səbəbi olaraq «Nissan X-Trail» markalı, **- UE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozması nəticəsində təqsirləndirilən şəxsin qəzanın qarşısını almaq üçün onun texniki imkanını olmasını bildirsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 8/1219 nömrəli ekspert rəyindən görünür ki, «Shacman SX331» markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Müdafiə tərəfinin həmin mövqeyi ilə bağlı yuxarıda qeyd olunan ekspert rəyini vermiş ekspert X8 məhkəmə iclasına dəvət olunaraq dindirilmiş və o, öz ifadəsində bildirmişdir ki, cinayət işi üzrə təqdim etdiyi rəyi təsdiq edir, təhlükənin yaranma anının müəyyən edilməsi ekspertin səlahiyyətinə aid deyil. Təhlükənin yaranma anı istintaq zamanı müəyyən edilmişdir. O, istintaqın təqdim etdiyi materiallar əsasında rəy vermişdir. İstintaqın verdiyi materiallar və onun verdiyi rəyə əsasən təhlükə anının başlanması düzgün qeyd olunmuşdur. Avtomobil 1.13 xəttini keçdiyi anda təhlükə anı yaranır. Saatından asılı olmayaraq, əgər şəxs qarşı tərəfin yol istiqamətinə baxmırsa, təhlükə anı yaranır. Tədqiq olunan videogörüntü ilə cinayət işinin materiallarında olan sxem arasında heç bir ziddiyət yoxdur, verdiyi rəyi təsdiq edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, o, özünü ittiham üzrə təqsirli bilməyərək məhkəmədə ifadə verərkən məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və digər sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi avtomobillə yol-hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan üç nəfər şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətdiyinə görə onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 29,149,1 və 157.1-ci maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə, 500 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (cild İ, i/v: 142-157) Bakı şəhər Probasiya idarəsindən daxil olmuş məktubdan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 500 manat cərimə cəzası icraya yönəldilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» qərarında göstərilmişdir ki, başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli hökmü hazırkı cinayət işi üzrə cinayət əməli törədilən zaman artıq qanuni qüvvəsini almış olduğundan Təqsirləndirilən şəxs hökmlərin məcmusu qaydasında cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 500 manat məbləğində cərimə cəzası hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına tam birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsində göstərilmişdir ki, - müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Belə olan halda Təqsirləndirilən şəxs təyin ediləcək 500 manat məbləğində cərimə cəzası müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə tərətmiş olduğu əməl ehtiyatsızlıqdan törədilmiş cinayət əməlidir. Belə olan halda Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmır. Zərərçəkmiş şəxsin hüquqi varisləri məhkəmədə təqsirləndirilən şəxslə barışmadıqlarını və ondan şikayətçi olduqlarını bildirmişlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən olunmadı. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 dekabr 2011-ci il tarixli Qərarı). «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1, 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı tutulduğu və həbsdə olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilmə müddətinin əvvəli 03 may 2023-cü il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin olunacağından onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində əlavə cəza kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının təyin edilməsini qanuni hesab edir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 15 noyabr 2013-cü il tarixli «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, həmçinin, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübutlar - «Shacman SX331» markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və «Nissan X-Trail» markalı, 90-UF-S53 dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalı, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-352, 353 maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli 1(101)-1334/2016 saylı hökmü ilə təyin edilmiş 500 manat məbləğində cərimə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına tam birləşdirilsin və ona qəti olaraq 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası və 500 (beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 500 (beş yüz) manat məbləğində cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 03 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - «Shacman SX331» markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və «Nissan X-Trail» markalı, 90-UF-S53 dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri –128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər: Azad Məcidov Əli Məmmədov