Məhkəmə qərarları › İş №1(101)-586/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-586/2025

30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-586/2025 30.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinun iştirakı ilə, xx xxxxxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində azyaşlı uşağı olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 08 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 10 mart 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə saxlama və daşıma niyyəti ilə şəxsiyyəti məlum olmayan Cəfər adlı tanışı və sosial şəbəkələrdən tanış olduğu İran İslam Respublikası vətəndaşı olan “Baba” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncu ilə əvvəldən əldə edilən razılaşmaya əsasən onun bildirdiyi ünvana Cəfər adlı tanışı ilə birlikdə gələrək 06 ədəd polietilen bükümdə, ümumi təmiz çəkisi 6325 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 08 mart 2024-cü il tarixdə, saat 21:55-də ünvan 2 ünvanının qarşısında Azərbyacan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Yasamal RPİ 28-ci polis şöbəsinin inzibati binasına gətirilmiş, inzibati binada onun üzərinə şəxsi axtarış və götürmə aparılan zaman bir ədəd qara rəngli sellofan torbanın içərisindən 06 ədəd polietilen bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1055 qram, 1075 qram, 1065 qram, 1035 qram, 1055 qram və 1040 qram ümumi təmiz çəkisi 6325 qram, külli miqdarda bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, özü narkotik vasitələrdən istifadə edir. Tutulduğu gün o, Balaxanıdan Cəfər adlı tanışı ilə birlikdə çıxmış, sonuncu ona narkotik vasitə qoyulduğu yerin ünvanını demişdir. O, Cəfərin dediyi yerdə narkotik vasitəni tapa bilməmiş və bunu Cəfərə bildirmişdir. Sonra Cəfər ona Yasamalda narkotik olduğunu demiş, o isə, 15 manat pulunun olduğunu, onun da 10 manatını taksiyə verəcəyini, qalan 5 manata narkotik vasitə ala bilməyəcəyini bildirmişdir. Cəfər ona narahat olmamasını, birlikdə gedib özünün narkotik alacağını demişdir. Daha sonra Cəfər gəlib taksi ilə onu götürmüş və onlar Yasamala getmişlər. Cəfər ondan 10 manat pulu götürmüş, ona gözləməsini, özünün gedib narkotik vasitə alıb gələcəyini demişdir. Adam çox olarkən narkotik vasitə verilmədiyini bildirib, Cəfər onu narkotik vasitə alacağı ünvana aparmamışdır. Cəfər düşüb gedəndən sonra polis əməkdaşları gəlib onu tutmuş və polis bölməsinə aparmışlar. Polis əməkdaşları maşında ona təzyiqlər göstərməyə başlamış, heç bir şey etmədiyi halda nəyə görə ona qarşı bu cür hərəkətlər edilməsinə narazılıq etmişdir. Polis işçiləri onun cibindən selofan tapsalar da, həmin selofanın içindən heç nə aşkar olunmamışdır. Lakin polis əməkdaşları onu maşının içində saxlayıb, təxminən bir saat sonra bir selofan torba gətirib onun olduğunu bildirmişlər. O, özünə aid olmayan şeyi boynuna almağa etiraz edəndə, polis işçiləri torbada olan narkotik vasitələrin ona məxsus olduğu etiraf etməyəcəyi halda ailəsini də höbəyə gətirəcəklərini bildirərək ona yenidən təzyiqlər göstərmişlər. Buna görə də o, məcbur qalıb narkotik vasitələrin özünə məxsus olduğunu etiraf etmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı təzyiqlər edildiyini, bədənində xəsarət izləri olsa da, onun 3 gün müvəqqəti saxlama yerində saxlanıldığını və sonra həkimə aparıldığını, buna görə bədənində xəsarət izləri aşkar olunmadığını, ona qarşı təzyiqlər edilməsi ilə bağlı prokurorluqdan gəlib izahatının alındığını, döyülməsi ilə bağlı araşdırma aparılıb-aparılmaması və hansı qərar qəbul olunmasını bilmədiyini, özünün 15 ildir narkotik vasitədən, əsasən heroindən istifadə etdiyini, heroini inyeksiya yolu ilə qəbul etdiyini, hər dəfəyə 1-2 «çet» istifadə etdiyini, saxlanılan vaxt üzərində olan selofanın içində cüzi heroin olduğunu, bir qədər əvvəl həmin heroindən istifadə etdiyini və yerində istifadə edilməyəcək qədər narkotik qaldığını, Cəfər onu tək qoyub gedəndən 10 dəqiqə sonra tutulduğunu, polis əməkdaşları onu saxlayan zaman üzərində marixuana olmadığını, onun 7-8 nəfər polis əməkdaşı tərəfindən saxlanıldığını, videoçəkiliş zamanı onun pis vəziyyətdə olmasının göründüyünü, Cəfərin hazırda harada olduğunu bilmədiyini, Cəfərlə onun arasında üzləşdirmə istintaq hərəkətinin keçirilmədiyini, özünün metal alğısatqısı ilə məşğul olduğunu, vəkili ilə danışan zaman halının olmadığını, prokurorluq işçisi onun izahatını aldığını, lakin barəsində ekspertizanın keçirilmədiyini, onun mobil telefonunda «WhatsApp» tətbiqinin olmadığını məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğu üçün təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan və tədqiq edildi. O, həmin ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19:40 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Səfəvilər küçəsi 39 saylı evdə olan zaman onunla eyni məhəllədə yaşayan Cəfər adlı şəxs onu çölə çağırmış və bildirmişdir ki, Yasamal rayonu ərazisində onun bildiyi ünvanda narkotik vasitə var, onu götürmək lazımdır. Təxminən 3-4 dəfə Cəfərlə birlikdə Yasamal rayonu ərazisinə gələrək, Cəfərin göstərdiyi ünvandan narkotik vasitə götürdüyü üçün Cəfər ona istifadə etməsi üçün narkotik vasitə heroin, bəzən də psixotrop maddə metamfetamin vermişdir. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Cəfərlə birlikdə taksi ilə məkan əsasında Yasamal rayonu ərazisinə gəlmişlər. O, Cəfərin tələbi ilə onun dediyi yerə gəlmiş, lakin həmişə olduğu kimi orada plastik qabın olmadığını görmüş və axtarmağa başlamışdır. Tapa bilmədiyi üçün Cəfərin əyləşdiyi avtomobilə, yəni taksiyə yaxınlaşan zaman onu 3-4 nəfər polis əməkdaşı saxlamışdır. Belə olan halda Cəfər onun saxlandığını görüb taksi ilə oradan uzaqlaşmışdır. Bundan sonra polis əməkdaşları onu avtomobilə əyləşdirib döyməyə başlamışlar. Daha sonra onu Yasamal RPİ, 28-ci polis şöbəsinə aparmışlar. Şöbənin qarşısında həmin polis əməkdaşları onu yenidən döymüş, dəyənəyi göstərərək ona qarşı əxlaqsız hərəkətlər edəcəkləri ilə hədələmişlər və bildirmişlər ki, nə desələr, onların dediklərinə əməl etməlidir. Onu döydükləri üçün və ona qarşı əxlaqsız hərəkətlər etməsinlər deyə, onların dedikləri ilə razılaşmışdır. Şöbədə xidməti otaqların birində müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış videoçəkiliş vasitəsilə keçirilmişdir. Şəxsi axtarışın çəkilişi başlamazdan əvvəl ondan əvvəlcədən ona öyrədilmiş mətni deməyi tələb etmişlər. O da, döyüldüyü üçün və ona qarşı əxlaqsız hərəkətlər edilməsin deyə, onların dedikləri ilə razılaşmış və polis əməkdaşlarının dediklərini çəkiliş zamanı demişdir. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa, təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, sağ tərəfində yerə qoyduğu qara rəngli selofan torbanın içərisindən 6 ədəd bağlamada qurudulmuş marixuananı təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan gödəkçənin sol yan cibindən 1 (bir) ədəd içərisində 050 759-96- 82 simkart nömrəsi olan “Nokia” markalı mobil telefon və 5 (beş) manat pul aşkar edilmişdir. Daha sonra təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuananın ümumilikdə çəkisi 6 (altı) kq 680 (altı yüz səksən) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri onun, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Nokia” markalı mobil telefon da götürülmüş, 5 (beş) manat pul isə özünə qaytarılmışdır. Əvvəlcədən ondan tələb edildiyi kimi ona verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı “Baba” adlı şəxsin vasitəsi ilə bu gün Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Baba” adlı şəxs ona istifadəsi üçün narkotik vasitə verəcəyini bildirmişdir. Lakin o , «Baba» adlı şəxsi tanımır və onunla əlaqəsi olmamışdır. Cəfər adlı tanışının tələbi ilə onunla birlikdə təyin edilmiş yerə gəlmişdir. O, polis əməkdaşları tərəfindən saxlanıldqıdan sonra isə Cəfər taksi sürücüsü ilə birlikdə hadisə yerindən uzaqlaşmışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmur. Cəfərlə birlikdə bundan əvvəl təxminən 3-4 dəfə eyni qayda ilə onda olan təyin edilmiş nöqtəyə gəlib narkotik vasitələri və ya psixotrop maddələri götürmüşdür. Cəfərlə birlikdə həmişə götürdüyü narkotik vasitə və ya psixotrop maddələr plastik qablaşdırmada olmuşdur. Lakin xx.xx.2024-cü il tarixdə həmin plastik qabı tapa bilməmişdir. Avtomobilə tərəf gedən zaman isə polislər onu saxlamışlar (cild 1, iş vərəqi 266-269). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs istintaq zamanı o cür ifadə vermədiyini, məhkəmədə hansı ifadəni vermişsə, istintaqda da eyni ifadə verdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirərək göstərdi ki, 08 mart 2024-cü il tarixdə Baş idarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotiki vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmış, ondan başqa əməliyyat müvəkkili Şahid2 də qrupa daxil edilmişdir. Onlar tərəfindən Təqsirləndirilən şəxs Yasamal rayonunda saxlanılmış və Yasamal RPİ, 28-ci Polis şöbəsinin inzibati binasına gətirilmişdir. Şöbədə keçirilmiş şəxsi axtarış zamanı şübhəli şəxsin əlindəki qara selofan torbanın içərisində 6 kq 680 qram narkotik vasitə marixuana olunaraq götürülmüşdür. Verilən sualları cavablandıran Şahid1 təqsirləndirilən şəxsə qarşı heç bir təsir və təzyiq olunmadığını, təqsirləndirilən şəxsi əvvəllər tanımadığını, saxlanılarkən şübhəli şəxs əlindəki selofan torbanın içərisində olan narkotik vasitənin marixuana olduğunu və özünə məxsus olduğunu, həmin narkotik vasitəni İran vətəndaşından satmaq məqsədilə əldə edib saxladığını etiraf etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, şöbəyə gətirilərək üzərində şəxsi axtarış keçirilməsi zamanı külli miqdarda narkotik vasitələrin aşkar edilərək götürülməsi tədbirində əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 08 mart 2024-cü il tarixli protokola əsasən, həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən saat 21:55-də ünvan 5 ünvanın yaxınlığında əlində selofan torba ilə birlikdə hərəkət edən şübhəli şəxs qismində saxlanılaraq Yasamal RPİ, 28-ci Polis şöbəsinin inzibati binasına gətirilmiş, Təqsirləndirilən şəxs üzərində xx.xx.2024-cü il tarixdə 23:05-də videoçəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış zamanı qara rəngli selofan torbada 6 ədəd içərilərində açıq yaşıl rəngli bitki mənşəli narkotik vasitə marixuanaya bənzər kütlələrin aşkar olunması, tərəzidə qablaşdırma ilə birlikdə çəkildikdə ümumi çəkisinin 6 kq 680 qram olması olması, üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin sol yan çibindən içərisində 050 ***-**-** simkart nömrəsi olan “Nokia” markalı mobil telefon aşkar olunaraq götürülməsi barədə iki nəfər polis əməkdaşlarının, Təqsirləndirilən şəxs özünün və vəkilinin iştirakı ilə müvafiq protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, göstərilən şəxsi axtarış və götürmə aparılarkən videoçəkilişdən istifadə edilməklə çəkilmiş görüntülər 1 ədəd diskə köçürülüb protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 26-28). Cinayət işində olan xx.xx.2024-cü il tarixli baxış protokolundan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi görüntülərinin yükləndiyi diskə baxış keçirilmiş, bu zaman videogörüntülərin xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə protokolunda əks olunanlara uyğun gəlməsi müəyyən edilmişdir (cild 1, iş vərəqi 45-46). İbtidai istintaq orqanının xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə dair videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur (cild 1, iş vərəqi 274-291). Məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16-2-7/395 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş polietilen bağlamada 6 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 1055 qram,1075 qram, 1065 qram, 1035 qram, 1055 qram və 1040 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 6325 qramdır. Tədqiqat zamanı narkotik vasitə qurudulmuş marixuananın 0,6 qram (hər obyekdən 0,1 qram) hissəsi sərf edilmiş, 6324,4 qram hissəsi qalıq qalmışdır (cild 1, iş vərəqi 39-42). İbtidai istintaq orqanının xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə aparılarkən götürülmüş 6 ədəd bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri 1055 qram,1075 qram, 1065 qram, 1035 qram, 1055 qram və 1040 qram, ümumilikdə təmiz çəkisi 6325 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, məhkəmə bioloji ekspertizası tədqiqatına 0,6 qram (hər obyekdən 0,1 qram) çəkidə hissəsi edildikdən sonra qalıq qalan 6324,4 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir (cild 1, iş vərəqi 274-291). Cinayət işinə əlavə olunmuş xx.xx.2024-cü il tarixli baxış protokolundan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş “Nokia” markalı mobil telefona baxış keçirilmiş, bu zaman “Nokia” markalı mobil telefon X2-02(RM-694) modelli, **********51985, **********51993 imei kodludur, içərisində 2 simkart nömrəsi üçün yuvası olması, həmin yuvalardan birinin boş, digər yuvanın içərisində ***-***-**-** simkart nömrəsi olması, korpusu və ekranının qara rəngli olması, ön hissəsində mexaniki düymələrin olması, telefon elektrik cərəyanına qoşulduqda çərəyanı qəbul etməsi müəyyən olunur. Telefonun menyu düyməsi vasitəsilə kontaktlar, məlumatlar və zənglərin jurnalı bölmələrindən ibarətdir. Telefonun yaddaşında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı iş üçün əhəmiyyətli məlumatlar aşkar olunmamışdır. xx.xx.2024-cü il tarixli qərarla mobil telefon maddi sübut kimi tanınınaraq məhkəmə baxışınadək saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir (cild 1, iş vərəqi 125, 274-291). Məhkəmə-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 5/430 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd «Nokia» markalı X2-02 (RM-694) modelli **********51985 **********51993 imei kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan “Nokia” markalı X2-02(RM-694) modelli mobil telefonun yaddaşında (kontaklar, zənglər, “SMS” mesajlar, audio, foto, video fayllar, “WhatsApp” proqram təminatı vasitəsilə aparılmış audio, foto fayllar və s. mövcud olan və yaddaşından qismən pozulmuş məlumatlar müəyyən olundu (bax: rəyə əlavə olunmuş DVD-R diskə). Təqdim edilmiş «Nokia» markalı X2-02(RM-694) modelli mobil telefonun yaddaşına sosial şəbəkələr vasitəsilə aparılmış məlumat mübadiləsi müəyyən olunmadı (bax: rəyə əlavə olunmuş DVD-K diskə köçürülmüş “7.687.0.809 versiyalı UFED 4PC” adlı proqram təminatı vasitəsilə əldə olunmuş hesabata). Bununla bağlı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 5/430 nömrəli xx.xx.2024-cü il tarixli ekspertiza rəyinə əlavə edilmiş ekspertiza tədqiqatı ilə əlaqədar Təqsirləndirilən şəxs götürülmüş “Nokia” markalı X2-02 (RM-694) modelli mobil telefonun yaddaşından məlumatlar köçürülmüş 1 ədəd «DVD-R» formatlı diskin yaddaşına xx.xx.2024-cü il tarixli baxış protokolundan görünür ki, xx.xx.2024-cü il tarixli 5/430 nömrəli rəyə əlavə edilmiş 1 ədəd «DVD-R» formatlı disk üstünə «Ekspertiza 5-430 imza» söz, rəqəmləri və imza qeyd edilmişdir, həmin disk açıldıqda içərisində «Ekspertiza 5-430» adlanan qovluq, həmin qovluğun içərisində «2024- 05-02.11-14-43» qovluq, həmin qovluğun içərisində «EvidenceCollection» adlanan qovluq, həmin qovluğun içərisində «Account Package», «fıles», «İcons», resourcese», «thumbnails» «EvidenceCollection_2024-05-02_Otçet» adlanan qovluqlar vardır. «Account Package» qovluğun içərisində 2 ədəd fayl vardır, həmin fayllarda iş üçün əhəmiyyətli olan məlumat yoxdur, «files» adlanan qovluqda «Application» «Archives», «Audio», Confuqrathion» «Datebase», «İmage», «Text» » adlanan 7 ədəd fayllar vardır. «Application» «Archives», «Audio», Confuqrathion» «Datebase», «İmage», «Text» qovluqlarda narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, həmçinin iş üçün əhəmiyyətli olan məlumatlar aşkar olunmamışdır (cild 1, iş vərəqi 171-175, 176). İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 ***-**-** saylı sim-kart nömrədən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində aparılmış danışqların (daxil olan və çıxan zənglər) çıxarışların, SMS yazışmalaranm mətnlərinin, eləcə də daxil olan və çıxan zənglərə aid abonentlərin anket məlumatlarının və həmin zənglərin hansı antenalar tərəfindən qeydiyyata alınması haqqında məlumatlar Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən 1 ədəd SD disk şəklində istintaqa təqdim olunmuş, həmin diskə xx.xx.2024-cü il tarixli baxış protokolundan görünür ki, «507599682_SMS.txt» adlanan faylda olan məlumatlara əsasən Təqsirləndirilən şəxs istifadəsində olmuş 50 ******* simkart nömrəsindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə saat 21:15:43-ə kimi olan müddət ərzində çıxan və daxil olan SMS məlumatlarına aid qeydlər alınmışdır, həmin SMS mətnlərində cinayət işi üçün əhəmiyyətli ola biləcək aşağıdakı məzmunlu narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı yazışmaların mövcud olması aşkar olunmuşdur: Belə ki, xx/xx/2024, 21:53:59, **********82, **********34, «Rosen hayandasan gelirsen ya yox» xx/xx/2024, 22:01:21, **********82, **********34, «Ayqaqas noldu axi gelmirsen buz bagladime burda», xx/xx/2024, 22:12:57, **********82, **********34 «Qaqas burdayame bidene deqiq yer di goturum gedim diyanmayim», xx/xx/2024, 22:30:05, **********82, **********34 «Ay brad burdayame sen hardasan», xx/xx/2024, 20:38:59, **********31, **********82, 20 manatdı məndə pəncərədəyəm», xx/xx/2024, 21:43:47, **********66, **********82, «Menem royaldi», xx/xx/2024,22:17:44,**********45,**********82,Hec senen gozdemirdim royaldi xx/xx/2024,02:42:36,**********42,**********82,tez cavab, vertapdim tema 3/02/2024, 02:55:22, **********42, **********82, menim pulumu ver gelirem xx/xx/2024, 03:30:52, **********42, **********82, meniim pulumu niye vermirsen. özüve hörmet ele xx/xx/2024, 03:33:16, **********42, **********82, meni bilerekden incidenin Allah belasin ver. xx/xx/2024, 16:18:36, **********41, **********82, Beybala dostumuz məni yalançı elədi uşaqların yaninda. Əvvəl de xx/xx/2024, 16:18:37, **********41, **********82, 150 var məndə dedim atırıq 150ni indi. Deyiir 50 xərclənib bu niyə belə elədi??? xx/xx/2024, 05:33:54, **********82, **********84, Menem, eliza, 40m var. sene qurban olum, ac da telefonu xx/xx/2024, 23:13:20, **********20, **********82, Menim malimi getirmeyenin her bir şeyini sikim, «abunəçilər» adlanan faylda olan məlumatlara əsasən daxil olan və çıxan telefon zənglərinə və SMS yazışmaları aparılan telefon nömrələrinin məxsusluğuna dair məlumatlar qeydə alınmışdır. 507599682 simkart nömrəsi xx.xx.1962-ci il təvəllüdlü Baki şəhəri, Sabunçu ray., Balaxani q., Səfəvilər k., ev.39-da qeydiyatda olan X1, 505926766 simkart nömrəsi 0108.1962-ci il təvəllüdlü Mingəçevir ş., 20 Yanvar küç. ev 9 m 5 5-də qeydiyyatda olan X10, ********** simkart nömrəsi xx.xx.1987cü il təvəllüdlü Ağstafa rayonu, Aşaği Kəsəmən kəndində qeydiyyatda olan X6, 508376841 simkart nömrəsi xx.xx.1968-ci il təvəllüdlü Baki ş., Sabunçu rayonu, Balaxanı q., Sabir k., dön 1, ev 5-də qeydiyyatda olan X5, ********** xx.xx.1949-cü il təvəllüdlü Baki, Balaxani q, Gülüstan k, ev.26a-da qeydiyyatda olan X2 adına qeyd olunmuşdur. Digər mobil operatoruna məxsus simkart nömrələri 702606434, 773150231, 708896141, 555320945, 552581810, 774508482, 557302874, 559148805, 555012520, ********* simkart nömrələri barədə məlumatlar qeyd olunmamışdır. Yuxarıda göstərilən faylların arasından «**********82.txt» adlanan faylda olan məlumatlara əsasən Təqsirləndirilən şəxs istifadəsində olmuş ********* simkart nömrəsinə 08,03.2024-cü il tarixdə saat 19:34 radələrindən xx.xx.2024-cü il 21:26:12-yədək aşağıdakı çıxan və daxil olan zənglər olmuşdur: ********** 507599682 2024-03-08 19:34:37 10 **********82 **********1810 2024-03-08 19:52:36 22 **********82 **********1810 2024-03-08 19:58:50 14 ********** 507599682 2024-03-08 20:00:08 9 ********** 507599682 2024-03-08 20:17:24 21 ********** 507599682 2024-03-08 20:21:42 2 **********82 **********1810 2024-03-08 20:22:02 9 ********** 507599682 2024-03-08 20:22:18 14 ********** 507599682 2024-03-08 20:58:31 14 **********82 **********2874 2024-03-08 21:11:42 31 **********82 **********9042 2024-03-08 21:12:58 35 **********82 **********8805 2024-03-08 21:19:03 66 ********** 507599682 2024-03-08 21:22:52 20 2500(**********41) **********82 2024-03-08 21:24:58 SMS 2500(**********41) **********82 2024-03-08 21:25:00 SMS 9600(**********41) **********82 2024-03-08 21:25:50 SMS 9600(**********41) **********82 2024-03-08 21:25:52 SMS 9600(**********41) **********82 2024-03-08 21:26:10 SMS 9600(**********41) **********82 2024-03-08 21:26:12 SMS «**********82.txt» adlanan və «**********82.txt» adlanan faylda olan məlumatlara əsasən Təqsirləndirilən şəxs istifadəsində olmuş ********* simkart nömrəsinə xx.xx.2024 00:00:00-dən xx.xx.2024 23:59:59 kimi olan müddət ərzində çıxan və daxil olan zənglərə aid qeydlər alınmışdır. Həmin məlumatlara əsasən, ********* simkart nöməsi ilə ********* arasında 41 dəfə, ********* arasında 29 dəfə, ********* arasında 3 dəfə, ********* arasında 3 dəfə, **********42 arasında 3 dəfə, ********* arasında 18 dəfə ********* 4 dəfə, ********* 98 dəfə, ********** arasında 24 dəfə, ********* arasında 209 dəfə, ********* arasında 3 dəfə, ********** arasında 11 dəfə, ********* arasında 9 dəfə, ********* 4 dəfə, ********* arasında 7 dəfə telefon danışıqları aparılmamışdır. Yuxarıda göstərilən faylların arasından «antenna» adlanan faylda olan məlumatlara əsasən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ********* simkart nömrəsinin 2024-cü ilin mart ayının 8-də saat 19:34 radələrindən xx.xx.2024-cü il 21:26:12-yədək müddət ərzində anten dairəsi Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal ərazisində olması qeyd olmmışdır. 553659042 00**********82 2024/03/08 20:22:18 14 ARANAN Balaxani qes., Balaxani cay evi 774508482 00**********82 2024/03/08 20:58:31 14 ARANAN Bineqedi r-nu, Bileceri qes., Dsk Yolu 10-cu donge **********82 **********2874 2024/03/08 21:11:42 31 ARAYAN Bileceri, Yeni Avtovağzal **********82 **********9042 2024/03/08 21:12:58 35 ARAYAN Baki ş.,Yeni Yasamal qes., X17 **********82 **********8805 2024/03/08 21:19:03 66 ARAYAN Baki ş, Yeni Yasamal qes.Yeni yaşayış massivi 559148805 00**********82 2024/03/08 21:22:52 20 ARANAN Baki ş, Yeni Yasamal, X13 00**********822024/03/08 21:26:10 SMS ARANAN Baki ş, Yeni Yasamal, X13 00**********822024/03/08 21:26:12 SMS ARANAN Baki ş,Yeni Yasamal, X13 Baxış zamanı rabitə kanallarından ötürülən məlumatlara aid anten dairəsinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs tutulduğu ərəfədə xx.xx.2024-cu il saat 20 radələrindən saat 21:26 radələrinnə kimi olan dövrdə istifadəsində olmuş ********* simkart nömrəsinin anten dairəsi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal ərazisində olması qeyd olunmuşdur. «abunəçilər» adlanan faylda olan məlumatlara əsasən daxil olan və çıxan telefon zənglərinə və SMS yazışmaları aparılan telefon nömrələrinin məxsusluğuna dair məlumatlar qeydə alınmışdır. 50-759-96-82 simkart nömrəsi xx.xx.1962-ci il təvəllüdlü Baki şəhəri Sabunçu ray., Balaxani q, Səfəvilər k ev.39-da qeydiyatda olan X1, 50-592-67-66 simkart nömrəsi 0108.1962-ci il təvəllüdlü Mingäçevir ş.20 Yanvar küç. ev 9 m 5 5-də qeydiyyatda olan X10, 50-731-29-93 simkart nömrəsi xx.xx.1987cü il təvəllüdlü Ağstafa rayonu. Aşaği Kəsəmən kəndində qeydiyyatda olan X6, 50-837-68-41 simkart nömrəsi xx.xx.1968-ci il təvəllüdlü Baki ş, Sabunçu rayonu, Balaxanı q. Sabir k, dön 1, ev 5-də qeydiyyatda olan X5, 055 ******* xx.xx.1949-cü il təvəllüdlü Baki Balaxanı q., Gülüstan k, ev.26a-da qeydiyyatda olan X2 adma qeyd olunmuşdur. Digər mobil operatoruna məxsus simkart nömrələri 702606434, 773150231, 708896141, 555320945, 552581810, 774508482, 557302874, 559148805,555012520,773345384 simkart nömrələri barədə məlumatlar qeyd olunmamışdır. Bundan başqa, aparılmış ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi Cəfər adlı şəxsin istifadə etdiyi ********* saylı sim-kart nömrədən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək olan müddət ərzində aparılmış danışqların (daxil olan və çıxan zənglər) çıxarışların, SMS yazışmalaranm mətnlərinin, eləcə də daxil olan və çıxan zənglərə aid abonentlərin anket məlumatlarının və həmin zənglərin hansı antenalar tərəfindən qeydiyyata alınması haqqında məlumatlar Bakı şəhəri Yasamal rayon Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2024-cü il tarixli qərara əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2024-cü il tarixli BKC/LGL-7873/24 saylı məktubla Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinə təqdim olunmuş 1 ədəd CD disk elektron məlumat daşıyıcısının yaddaşına yazılmış fayllara tərəfimdən keçirilmiş xx.xx.2024-cü il tarixli baxış protokolundan görünür ki, Nomrenin_Mexsusluq-Tarixcesi- **********3***-*******10» adlanan faylda olan məlumatlara əsasən ********* simkart nömrəsi xx.xx.1936-cı il təvəllüdlü ünvan 6 ünvanda qeydiyyatda olan X3 adına qeyd olunmuşdur. «SMS-Tarixcesi-**********3***-*******10» 552581810 simkart nömrəsindən xx.xx.2024-cü il tarixdən xx-xx-2024-cü il tarix saat 22:10:01-ə kimi olan müddət ərzində çıxan və daxil olan SMS mətinlərinə aid məlumatlar qeydlər alınmışdır, həmin SMS mətnlərində cinayət işi üçün əhəmiyyətli ola biləcək narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə bağlı yazışmaların aşkar olunmadı. «SMS-Tarixcesi-**********3***-*******10», 552581810 simkart nömrəsindən xx.xx.2024-cü il tarixdən xx-xx-2024-cü il tarix saat 00:47:51-ə kimi olan müddət ərzində çıxan və daxil olan SMS mətinlərinə aid məlumatlar qeydlər alınmışdır, həmin SMS mətnlərində cinayət işi üçün əhəmiyyətli ola biləcək narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə bağlı yazışmaların aşkar olunmadı. O cümlədən, «Zenglerin-Detallasmasi-**********5***-*******10»adlanan faylda olan məlumatlara əsasən xx.xx.2024 01:49:36-dən xx.xx.2024 00:03:56 kimi olan müddət ərzində çıxan və daxil olan zənglərin, SMS yazşmalarınm tarixçələri və anten dairəsinə aid məlumatlar qeydə alınmışdır. Həmin məlumatlara əsasən, Təqsirləndirilən şəxs istifadəsində olmuş ********* simkart nöməsi ilə ********* arasında ********* arasında 209 dəfə telefon danışıqları aparılmışdır. Baxış zamanı rabitə kanallarından ötürülən məlumatlara aid anten dairəsinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs tutulduğu ərəfədə xx.xx.2024-cu il saat 20 radələrindən xx.xx.2024-ci il 21:59:16 radələrinə kimi olan dövrdə Cəfər adlı şəxsin istifadəsində olmuş ********* simkart nömrəsinin anten dairəsi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal ərazisində olması qeyd olunmuşdur. 507599682 ********* MTC xx.xx.2024 19:52:36 21 Balaxani şüşə sexi Sabunçu r, Balaxan q, Səfəvilər k. 67 ********* ********* MTC xx.xx.2024 19:54:34 10 Balaxani şüşə sexi Sabunçu r, Balaxan q, Səfəvilər k. 67 ********* xx.xx.2024 19:58:50 Balaxani şüşə sexi Sabunçu r, Balaxan q, Səfəvilər k. 67 ********* ********* MOC xx.xx.2024 20:17:25 20 Balaxani şüşə sexi Sabunçu r, Balaxan q, Səfəvilər k. 67 ********* ********* MTC xx.xx.2024 20:22:01 9 Balaxani şüşə sexi Sabunçu r, Balaxan q, Səfəvilər k. 67 **********10 usage_start xx.xx.2024 20:23:14 2 Balaxani şüşə sexi Sabunçu r, Balaxan q, Səfəvilər k. 67 **********10 usage_start xx.xx.2024 20:23:14 1 Balaxani şüşə sexi Sabunçu r, Balaxan q, Səfəvilər k. 67 **********10 usage_int xx.xx.2024 20:23:15 3398 Yeni Yasamal yolu **********10 usagejnt xx.xx.2024 20:23:15 3528 X15 **********10 usagejnt xx.xx.2024 20:23:18 3357 X18 **********10 GPRS xx.xx.2024 20:23:57 29 Balaxani şüşə sexi Sabunçu r, Balaxan q, Səfəvilər k. 67 **********10 usage_start xx.xx.2024 20:24:00 1 Behremin dukani Balaxanı qəsəbəsi, C.Cahangirov küçəsi, 56D **********10 usagejnt xx.xx.2024 20:24:01 3348 X19//Yasamal/ **********10 GPRS xx.xx.2024 20:24:26 17 Balaxani/"Bakı şəhər, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küç 3, Balaxanı idman kompleksi **********10 GPRS xx.xx.2024 20:24:43 3721 Balaxani şüşə sexi Sabunçu r, Balaxan q, Səfəvilər k. 67 **********10 usage_start xx.xx.2024 20:26:17 1 Agbulag/"Bakı şəhəri, Balaxanı STQ, Mədən 13- cü Balaxanı **********10 usagejnt xx.xx.2024 20:26:18 3265 Fikrat Kafe//Yasamal/ **********10 usage_start xx.xx.2024 20:39:36 1 Binegedi micro Binəqədi r, Binəqədi q, 2-ci mədən küç 37R" **********10 usage_stop xx.xx.2024 20:39:55 2809 Fikrat Kafe//Yasamal/ 508213458 ********* MTC xx.xx.2024 20:40:41 87 Binegedi micro Binəqədi r, Binəqədi q, 2-ci mədən küç 37R **********10 usage_stop xx.xx.2024 20:42:05 2679 Fikrat Kafe//Yasamal/ **********10 usage_start xx.xx.2024 20:42:05 2679 Fikrat Kafe//Yasamal/ Bakcell ********* SMSMT xx.xx.2024 20:46:07 0 Gülüstan dongel Binəqədi q, G.Ramazanov k, döngə 5, ev 1 773013287 ********* MTC xx.xx.2024 20:49:52 17 Gülüstan dongel Binəqədi q, G.Ramazanov k, döngə 5, evi 774508482 ********* MTC xx.xx.2024 21:05:18 13 9-MKR Binagadi 559756515 ********* MTC xx.xx.2024 21:14:58 8 X20 **********10 usage_stop xx.xx.2024 21:19:18 446 Fikrat Kafe//Yasamal **********10 usage_stop xx.xx.2024 21:20:09 395 Fikrat Kafe//Yasamal/ **********10 usage_stop xx.xx.2024 21:20:11 393 Fikrat Kafe//Yasamal Bakcell ********* SMSMT xx.xx.2024 21:20:22 0 Fikrat Kafe//Yasamal/ Bakcell ********* SMSMT xx.xx.2024 21:20:23 0 Fikrat Kafe//Yasamal/ **********10 usage_stop xx.xx.2024 21:20:43 361 Fikrat Kafe//Yasamal **********10 usage_stop xx.xx.2024 21:22:19 265 Fikrat Kafe//Yasamal/ Bakcell ********* SMSMT xx.xx.2024 21:23:55 Fikrat Kafe//Yasamal/ Bakcell ********* SMSMT xx.xx.2024 21:25:02 0 Fikrat Kafe//Yasamal/ (40.391xx/xx.78924) Bakcell ********* SMSMT xx.xx.2024 21:25:03 0 LBBK395902/LBBK3959 Fikrat Kafe **********10 GPRS xx.xx.2024 21:27:14 2130 FHN Hospital "Binagadi" Binagadi **********10 usage_start xx.xx.2024 21:27:35 1 X15 **********10 usage_stop xx.xx.2024 21:27:45 2220 Elçin 4/"Bakı şi, Binəqədi r, Biləcəri q 5ci şimal küç 463 **********10 usage_stop xx.xx.2024 21:27:50 2215 Elçin 4/"Bakı şi, Binəqədi r, Biləcəri q 5-ci şimal küç 463 **********10 usage_start xx.xx.2024 21:29:42 3 Fikrat Kafe//Yasamal **********10 usage_stop xx.xx.2024 21:29:48 2097 Elçin 4/"Bakı şi, Binəqədi r, Biləcəri q 5ci şimal küç 463 **********10 usage_start xx.xx.2024 21:29:48 1 Fikrat Kafe//Yasamal **********10 usage_start xx.xx.2024 21:29:51 2 Fikrat Kafe//Yasamal **********10 usage_stop xx.xx.2024 21:29:52 2093 Elçin 4/"Bakı şi, Binəqədi r, Biləcəri q 5ci şimal küç 463 **********10 usage_stop xx.xx.2024 21:29:57 2088 Elçin 4/"Bakı şi, Binəqədi r, Biləcəri q 5-ci şimal küç 463 **********10 usage_start xx.xx.2024 21:29:57 2 Fikrat Kafe//Yasamal **********10 usage_stop xx.xx.2024 21:30:59 2026 Elçin 4/"Bakı şi, Binəqədi r, Biləcəri q 5ci şimal küç 463 **********10 usage_start xx.xx.2024 21:39:49 1 Yeni Yasamal 2 Heyet evi **********10 usage_stop xx.xx.2024 21:39:51 Elçin 4/"Bakı şi, Binəqədi r, Biləcəri q 5-ci şimal küç 463 ********* 709255181 MOC xx.xx.2024 21:59:16 27 Yeni Yasamal yolu//Yasamal ********* **********54 MOC xx.xx.2024 22:01:15 30 X21 Yasamal **********10 GPRS xx.xx.2024 22:02:44 122 Elçin 4/"Bakı şi, Binəqədi r, Biləcəri q 5-ci şimal küç 463 **********10 GPRS xx.xx.2024 22:40:59 1883 BinaqadiOiP'Baku şəhəri, Binəqədi qəsəbəsi, 3- cü mədən **********10 usage_stop xx.xx.2024 22:41:19 1863 BinaqadiOil"Baku şəhəri, Binəqədi qəsəbəsi, 3- cü mədən **********10 usage_start xx.xx.2024 22:41:19 1863 BinaqadiOil"Baku şəhəri, Binəqədi qəsəbəsi, 3- cü mədən **********10 usage_start xx.xx.2024 22:41:22 1 BinaqadiOiP'Baku şəhəri, Binəqədi qəsəbəsi, 3- cü mədən **********10 usage stop xx.xx.2024 22:41:23 1859 BinaqadiOil"Baku şəhəri, Binəqədi qəsəbəsi, 3- cü mədən **********10 usage_start xx.xx.2024 22:42:10 2 BinaqadiOiP'Baku şəhəri, Binəqədi qəsəbəsi, 3- cü mədən **********10 usage_stop xx.xx.2024 22:42:12 1810 BinaqadiOiP'Baku şəhəri, Binəqədi qəsəbəsi, 3- cü mədən **********10 usage_start xx.xx.2024 22:42:13 1 BinaqadiOil"Baku şəhəri, Binəqədi qəsəbəsi, 3- cü mədən **********10 usage_stop xx.xx.2024 22:42:14 1808 BinaqadiOil"Baku şəhəri, Binəqədi qəsəbəsi, 3- cü mədən **********10 usage_start xx.xx.2024 22:42:22 2 BinaqadiOil"Baku şəhəri, Binəqədi qəsəbəsi, 3- cü mədən **********10 usage_start xx.xx.2024 22:42:25 2 BinaqadiOil"Baku şəhəri, Binəqədi qəsəbəsi, 3- cü mədən **********10 usage_stop xx.xx.2024 22:42:27 1795 BinaqadiOiP'Baku şəhəri, Binəqədi qəsəbəsi, 3- cü mədən **********10 usage_start xx.xx.2024 22:43:02 1 BinaqadiOiP’Baku şəhəri, Binəqədi qəsəbəsi, 3- cü mədən **********10 usage_stop xx.xx.2024 22:43:26 BinaqadiOiP'Baku şəhəri, Binəqədi qəsəbəsi, 3- cü mədən ********* ********* MTC xx.xx.2024 22:55:41 7 BinaqadiOiP'Baku şəhəri, Binəqədi qəsəbəsi, 3- cü mədən ********* ********* MOC xx.xx.2024 22:56:16 36 BinaqadiOiP'Baku şəhəri, Binəqədi qəsəbəsi, 3- cü mədən ********* ********* MTC xx.xx.2024 23:03:03 8 BinaqadiOiP'Baku şəhəri, Binəqədi qəsəbəsi, 3- cü mədən Bakcell ********* SMSMT xx.xx.2024 00:03:29 0 Agbulag Bakı ş, Balaxanı STQ, Mədən 13- cü Balaxanı Bakcell ********* SMSMT xx.xx.2024 00:03:56 0 Agbulag Bakı şəhəri, Balaxanı STQ, Mədən 13. «Zenglerin-Mexsusluq-Tarixceleri-**********5***-*******10-BKC» adlanan faylda olan məlumatlara əsasən daxil olan və çıxan telefon zənglərinə və SMS yazışmaları aparılan telefon nömrələrinin məxsusluğuna dair məlumatlar qeydə alınmışdır. «Zenglerin-Mexsusluq-Tarixceleri-**********5***-*******10-BKC» adlanan faylda olan məlumatlara əsasən ********* simkart nömrəsinin ünvan 7 ünvanda qeydiyyatda olan Zərifə Hüseynova adına qeyd olunmuşdur (cild 1, iş vərəqi 154-155,161-163, 198-199, 200-202). Azərbaycan Respublikası Baş Prokurorluğu Xidməti araşdırmalar idarəsi tərəfindən aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və saxlanıldıqdan sonra döyülməsi və onun fiziki təzyiqlərə məruz qalması təsdiq olunmadığından xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir (cild 1, iş vərəqi 194-196). Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 4061 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatoların birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 187-188). Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 1670 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəlik qeyd olunmamışdır. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazıda öz hərəklərini ölçüb-biçmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 190-192). Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş 08 mart 2024-cü il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 124). Elektron məhkəmə portalından əldə edilmiş məlumatdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, onun himayəsində həyat yoldaşı, biri azyaşlı, iki nəfəri isə yetkinlik yaşına çatmayan olmaqla üç uşağı vardır. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsili bilinərək, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə o, 2 ay 16 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqi 139-141, 156-160, 165-170). Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini törədərkən əvvəllər törətdiyi az ağır cinayət hesab edilən əmələ görə müəyyən edilmiş məhkumluq müddəti ödənilmiş, bu səbəbdən o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, aşkar edilmiş külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olmadığını, Yasamal rayonuna tanışı Cəfər adlı şəxslə istifadə etmək üçün narkotik dalınca getdiklərini, Cəfər ondan 10 manat pul götürüb ona gözləməsini, özünün gedib narkotik vasitə alıb gələcəyini deyərək çıxıb getdiyini, Cəfər gedəndən sonra polis əməkdaşlarının gəlib onu tutduqlarını və polis bölməsinə apardıqlarını, polis əməkdaşlarının maşında ona təzyiqlər göstərdiklərini, polis işçilərinin onun cibindən selofan tapsalar da, həmin selofanın içindən heç nə aşkar olunmadığını, polis əməkdaşlarının onu maşının içində saxlayıb, təxminən bir saat sonra bir selofan torba gətirib onun olduğunu bildirdiklərini və ona qarşı edilən təzyiqlər nəticəsində özünə məxsus olmayan narkotik vasitəni boynuna götürdüyünü bildirib, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı “Baba” adlı şəxsin vasitəsi ilə tutulduğu gün Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Baba” adlı şəxsin ona istifadəsi üçün narkotik vasitə verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulduqdan sonra ona təzyiqlər göstərilməsi və döyülməsi ilə bağlı məhkəmədə gətirdiyi dəlillə bağlı məhkəmə qeyd etməyi lazım bilir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müraciəti əsasında həmin hal yoxlanılmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğu Xidməti araşdırmalar idarəsi tərəfindən aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və saxlanıldıqdan sonra döyülməsi və onun fiziki təzyiqlərə məruz qalması faktı təsdiq olunmadığından xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 759-96-82 saylı telefon nömrəsinə daxil olan və çıxan zənglərə, SMS danışıqlarına dair məlumatlar "xxxx" MMC-dən götürülmüş, istintaq orqanı tərəfindən həmin məlumatların yükləndiyi SD diskə baxış keçirilərkən şəxsə ittiham elan olunduğu müddətə uyğun gələn dövrdə mobil telefona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı çoxsaylı SMS yazışmalarının aparıldığı müəyyən edilmişdir. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadə verməsini, özünün döyülməsi və təzyiqlər altında cinayət əməlini etiraf etməsi barədə bildirdiklərini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, ibtidai istintaq zamanı ondan aşkar olunmuş narkotik vasitələrin özünə məxsus olduğunu, həmin maddələri qazanc müqabilində satmaq məqsədilə İran vətəndaşı kimi tanıdığı “Baba” adlı şəxsin tutulduğu gün Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etməsini etiraf etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Baba” adlı şəxsin ona istifadəsi üçün narkotik vasitə verəcəyini bildirməsini, həmçinin aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın ayrı-ayrı bağlamalara bükülməsini, həmçinin aşkar edilmiş narkotik vasitələrin kütləsinin külli miqdar həcmindən dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 08 mart 2024-cü il tarixli tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 08 mart 2024-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 4061 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatoların birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri, Yasamal RPİ-nin maddi sübutları saxlanma yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 6324,4 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli; - Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Nokia” markalı X2-02(RM-694) modelli mobil telefon aparatı onun ailə üzvlərinə qaytarılmalı; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş videogörüntülərin əks olunduğu 1 ədəd DVD formatlı disk, ’’Nokia” markalı X2-02(RM-694)” modelli “**********51985, **********51993” imei kodlu mobil telefon yaddaşında olan məlumatların köçürüldüyü 1 ədəd disk, "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olan məktuba əlavə edilmiş 2 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 158 (yüz əlli səkkiz) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 158 (yüz əlli səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 mart 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Yasamal RPİ-nin maddi sübutları saxlanma yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 6324,4 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin; - Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Nokia” markalı X2-02(RM-694) modelli mobil telefon aparatı onun ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş videogörüntülərin əks olunduğu 1 ədəd DVD formatlı disk, ’’Nokia” markalı X2-02(RM-694)” modelli “**********51985, **********51993” imei kodlu mobil telefon yaddaşında olan məlumatların köçürüldüyü 1 ədəd disk, "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olan məktuba əlavə edilmiş 2 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 158 (yüz əlli səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar