Məhkəmə qərarları › İş №1(101)-587/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-587/2020

18.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-587/2020 18.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: sədrlik edən: Xankişiyev Mirzə Aslan oğlu, hakimlər: Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi: X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və X2, müdafiəçilər Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili – Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkil Dövlət ittihamçısı2, zərərçəkmiş şəxsin hüquqi varisi Şahid1 və onun nümayəndəsi Nümayəndə1 iştirakları ilə xx.xx.1986-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 2-da qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tətbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1, 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməsi mümkün olmayan tarixdə və mənbədən qanunsuz olaraq 01 ədəd kustar üsulu ilə hazırlanmış. 5,6 mm kalibirli, atəş açmaq üçün yararlı, yivli odlu silah hesab olunan revolveri və 03 ədəd zavod üsulu ilə hazırlanmış, 5,6 mm kalibrli, həmin kalibrə malik yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, atəşə yararlı və döyüş sursatı hesab olunan patronları əldə edərək qeydiyyatda olmaqla yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Düşərgə döngəsi, 16 saylı evin həyətində yerləşən kiçik otaqda gizlətməklə saxlamış, 12.04.2017-ci il tarixdə rəsmi nikaha daxil olduğu arvadı Şahid4 ilə sonuncunun bacısının əri, yəni öz bacanağı Zərərçəkmiş şəxs bir-birinə qarşı mehriban münasibət bəsləmələri, ailəvi məclisdə birgə mahnı oxumaları, özü evdə olmadığı zaman Zərərçəkmiş şəxs onlara gəlməsinə görə sonuncu ilə arvadının intim münasibətdə olmalarını zənn edib, arvadının Zərərçəkmiş şəxsla ona xəyanət etməsindən şübhələnərək, bununla bağlı dəfələrlə öz ailə üzvlərinə və qohumlarına şikayətlənmiş, eləcə də 2019-cu ilin sentyabr ayından etibarən arvadı Şahid4 və azyaşlı qızı Nəzrin Mahmudova ilə birlikdə kirayədə yaşadığı ünvan 1 ünvanda mobil telefonunu diktofonu işlək vəziyyətdə gizlədərək, özü evində olmadığı müddətdə bacanağı Zərərçəkmiş şəxs həmin mənzilə gəlib arvadı ilə görüşməsini iddia etməyə başlamış, həmçinin arvadı Şahid4 Zərərçəkmiş şəxs tərəfindən 11.12.2019-cu il tarixdə öz adına kreditə alıb verdiyi «X17 8» markalı mobil telefon ilə 16 dekabr - 22 dekabr 2019-cu il tarixlərdə bədəninin intim nahiyələrini başqasına nümayiş etdirməsini qeyd olunan mənzildə gizlincə quraşdırdığı müşahidə kamerası ilə müəyyən edərək, həmin şəxsin Zərərçəkmiş şəxs olduğunu düşünərək, Zərərçəkmiş şəxs qısqanclıq üzündən qisas məqsədi ilə qəsdən öldürmək qərarına gələrək cinayətkar niyyətini həyata keçirmək üçün əlverişli şəraitin yaranmasını gözləmiş, 26 dekabr 2019-cu il tarixdə saat 18 radələrındə kirayədə yaşadığı yuxarda qeyd olunan həmin mənzildə olarkən arvadı Şahid4 birlikdə yaşamaq istəmədiyini və ondan boşanacağını bildirdikdən sonra həmin mənzili tərk edərək qəbul etdiyi bir neçə şüşə spirtli içki olan pivənin təsirindən yüngül dərəcəli sərxoş vəziyyətə düşərək ailəsinin dağılmasında təqsirkar hesab etdiyi Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyətini həyat keçirmək məqsədi ilə ünvan 2 ünvanındakı evin həyətində yerləşən kiçik otaqda gizlətdiyi içərisində 03 ədəd patron olan kustar üsulla hazırlanmış revolveri götürüb üzərində gəzdirməklə, 27.12.2019-cu il tarixdə saat 08 radələrində Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 264 saylı orta məktəbliseyin yaxınlığına gedib Zərərçəkmiş şəxs gözləməyə başlamış, Zərərçəkmiş şəxs həmin müddətdə idarə etdiyi «Mercedes Benz E270» markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə qızı Nərmin Cəfərovanı məktəbə yola salandan sonra gizlincə avtomobilin arxa oturacağına oturaraq sükan arxasında oturan Zərərçəkmiş şəxs söhbət etmək istədiyini deyərək avtomobili məhəlləarası yollarla Xətai rayonu, General Mehmandarov küçəsindəki 74 saylı çoxmərtəbəli yaşayış binasının qarşısından keçən yola idarə etdirmiş və binanın yan tərəfnə çatarkən sonuncuya arvadı Şahid4 ilə görüşməsi barədə məlumatlı olduğunu deyərək Zərərçəkmiş şəxs yerə düşürtdürüb üzərində gəzdirdiyi yuxarda qeyd olunan odlu silahla yaxın məsafədən baş nahiyəsinə iki dəfə atəş açaraq, sonuncuya sol gözyuvasının iç səthindən kəllə boşluğuna nüfuz edən kəllə əsası sümüklərinin sınıqları ilə müşayiət olunan və baş beyin toxumasının əzilib-dağılmasına səbəb olan bir ədəd kor odlu silah (güllə) yaralanması kimi dərəcəsinə görə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirərək Zərərçəkmiş şəxs qısqanclıq üzündən qisas motivi ilə qəsdən öldürmüş, yəni həyatdan məhrum etmiş, cinayəti törətdikdən sonra qeyd olunan 01 ədəd odlu silahı və 01 ədəd döyüş sursatı olan patronu ünvan 2 ünvanındakı evin həyətində yerləşən kiçik otaqda gizlətməklə saxlamışdır. 27.12.2019-cu il tarixdə isə istintaq orqanı tərəfindən cinayətin aləti olan 01 ədəd revolver, içərisindəki 01 ədəd patron və 02 ədəd gilizlə birlikdə göstərilən ünvandakı evin həyətində yerləşən kiçik otaqda aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2017-ci ildə Samirə ilə ailə qurandan, Samirə ilə yeznəsi Xəyalın çox mehriban olduqlarını görmüşdür. Xəyalla Samirə bir-birinə zəng vurub danışırmış və onların yaxın münasibətləri olmasından şübhələnsə də, onları birlikdə tuta bilməmişdir. Hələ toydan əvvəl Samirə ilə görüşüb hədiyyə verərkən Xəyal Samirəyə zəng vuraraq əsəbi, hirslə danışaraq harada olduğunu soruşmuş, sanki öz arvadı ilə danışırmış kimi. Samirə isə həmin vaxt onunla birlikdə olduğunu deməmiş, Samirədən nəyə görə Xəyalın belə tərzdə danışdığını və Xəyala nəyə görə onunla birlikdə olduğunu demədiyini soruşduqda Samirə bəhanə etməyə başlamış, guya Xəyal böyük qardaşı kimi onunla davranır, həmçinin hələ evlənmədiklərindən yanında olduğunu Xəyala demək istəməmişdir. Bundan başqa, dəfələrlə Samirənin mobil telefonunda Xəyal ilə danışdığın sonradan görmüş, səbəbini soruşduqda isə Samirə yalandan demişdir ki, guya Xəyal ilə qardaş-bacı kimi münasibəti olduğundan danışır. Bununla əlaqədar olaraq Samirə ilə aralarında dəfələrlə mübahisələr baş vermişdir. Xəyalın yanında işlədiyi müddətdə isə, Xəyal onu iş dalınca göndərərək Samirə ilə yaşadığı evə getməsi hallarını da müəyyən etmişdir, lakin, heç biri aralarında yaxın münasibət olmasını boynuna almaq istəməmişdir. Qayınanası Xuramanın mənzilində yaşadıqları zaman bir dəfə Xəyal onu iş dalınca Hövsana göndərdikdən sonra, Xəyalın hərəkətindən şübhələnərək Samirəyə zəng vuraraq orada kimin olduğunu soruşarkən, Samirə Xəyalın pul almaq üçün oraya gəldiyini demişdir. Həmin vaxt qayınanası Xuraman evdə olmamış və Samirəyə demişdir ki, telefonu açıq vəziyyətdə qoysun ki, Xəyal ilə aralarında nə söhbət olduğunu bilsin. Samirə isə danışığı bitirmiş, yenidən dəfələrlə zəng vurduqda da zənglərə cavab verməmiş, daha sonra isə telefonunu söndürmüşdür. Sonradan evə qayıtdıqda Samirədən niyə belə etdiyini soruşduqda, guya həmin vaxt telefonun enerjisi bitdiyini demişdir. Bir dəfə isə Xəyalın idarə etdiyi avtomobildə Səbinə qarşıda, o və Samirə isə arxada oturub haradansa evə qayıdarkən Samirə ilə mübahisə edərkən Xəyal hirslənib avtomobili möhkəm sürməyə başlamış və sanki Samirəyə irad bildirmişdir. Hətta arvadı Səbinə də bundan acığı tutaraq Xəyala «Sənə nə olub e? Özləri bilərlər» demişdir. Bundan başqa Xəyalın avtomobili ilə Nazimin bağından şəhərə qayıdarkən yolda Xəyal əlini Samirənin boynuna atmış, guya mehribançılıq olduğunu göstərmişdir. 2018-ci ildə isə baldızı Gülşənin 3-cü mikrorayon ərazisindəki kafelərdən birində ad gününü ailələri birlikdə qeyd edərkən Xəyal ortada oynayan Samirənin arxa nahiyyəsinə doğru baxaraq gülümsəmiş, həmçinin özü orada olduğu halda, Samirə sintizatorda ifa edən Xəyal ilə birlikdə mahnı oxuyarkən fürsətdən istifadə edərək mahnıdakı «səni sevirəm» sözlərini bir-birinə demişlər. Bunları gördükdən sonra narazılıq edərək küsüb həmin məclisdən evə getmişdir. X5 çox güvənmişdir. 2019cıı ilin yayının sonlarında Samirə ilə yenidən şübhəli hərəkətlərinə görə mübahisə etdikdən sonra bu barədə anası Xuramana xəbər vermiş, anası da baldızı Səbinəyə zəng vuraraq demişdir ki, bacısı Samirəyə başa salsınlar ki, onunla düzgün rəftar etsin və ailəsində sözsöhbət yaratmasın. Elə həmin gün Samirə ilə bacısı Mətanət, ardınca isə digər bacıları Səbinə, Gülşən və baldızları Təranə bacanağı Vüqarın avtomobili ilə anasının yaşadığı Nəsimi rayonundakı evə gəlmişlər. Təranə sadəcə evin yerini göstərmək üçün gəlmişdir. Evdəki söhbət zamanı Samirə və bacıları onun barəsində nalayiq sözlər işlədərək guya ailədə baş verənlərin onun səbəbkar olduğunu, anasını inandırmaq istəmişlər. Həmin vaxt Samirə anası Xuramana həmçinin demişdir ki, guya heç bir əsas olmadan onu yeznəsi Xəyala qısqanır və aralarında yaxınlıq olduğunu deyir. Bu zaman Səbinə daha da coşdu və əxlaqsız sözlər işlətməklə böyük səs-küy salmağa başlamışdır ki, nəyə görə əri Xəyalın adını hallandırır. Həmin vaxt baş verənlərdən həm utanmış, həm də əsəbiləşmiş və Samirədən, eləcə də onunla gələnlərdən onun anasının evini tərk etmələrini tələb etmişdir. Xəyalın Samirə ilə yaxınlıq etməsinə dair sübut əldə edərək bunu hamısına təqdim etməklə dediklərinin doğru olduğunu göstərmək istəmişdir. Samirəni yoxlamaq üçün 2019cu ilin oktyabr ayının sonlarına yaxın mobil telefonunun diktofonunu açıq vəziyyətdə kirayədə yaşadığı mənzilin otağındakı divanda gizlədərək işə getmiş, bir neçə saat sonra həmin mənzilə qayıdaraq gizlin telefonu götürüb yenidən işə qayıdaraq telefondakı səsyazmaya qulaq asmağa başlamışdır. Evdən çıxandan 27 dəqiqə sonra Samirə «Nəzrin bir dəqiqə dayan» demiş və həmin vaxt qapı döyülmüş, sonra qapının açılması və bacanağı Xəyalın «salam» verməsi, sonra xışıltı səsi eşidilmiş və başqa heç nə qeyd olunmamışdır. Evə qayıdandan sonra Samirədən kiminsə gəlib-gəlmədiyini soruşduqda, heç kimin gəlmədiyini demişdir. Dəfələrlə and içdirsə də, Samirə yenə öz dediyini təkrarlamışdır. Telefondakı səsyazmanı həmin vaxt Samirəyə göstərmişdir. 26 oktyabr 2019-cu il tarixdə bacanağı Nazimin evinə gedərək uşağının ad günündə Samirə ilə iştirak etmişlər. Orada Xəyal olmamış, lakin arvadı Səbinə qızı Nərmin ilə gəlmişlər. Nazimə mobil telefonundakı həmin səsyazmaya qulaq asdıraraq evinə gələn kişinin Xəyal olduğunu demişdir ki, bəlkə bir böyük kimi Samirəyə başa salar ki, belə hərəkətlərindən əl çəksin. Nazim demişdir ki, əgər Samirənin xəyanət etdiyini hesab edirsənsə və yola getmirsinizsə, arvadından boşan. 2019-cu ilin dekabr ayının ortalarında kirayədə yaşadığı mənzildə Samirədə yeni «Redmi» mobil telefon olduğunu görərək haradan əldə etdiyini soruşanda, Xəyal öz adına kreditə alaraq ona verdiyini demişdir. Daha bununla bağlı mübahisə yaratmamış və bildirmişdir ki, telefonun kreditini özü ödəyəcək. Telefonu almamışdan əvvəl isə Samirə və ya Xəyal bu barədə ona heç nə deməmişdir. Buna görə Xəyaldan daha da şübhələnməyə başlamış və Xəyal ilə münasibətləri bərpa edərək Samirə ilə əlaqəsini sübut etmək üçün 2019-cu ilin dekabr ayının ortalarından sonrakı müddətdə bir dəfə Xəyalın Bakıxanov qəsəbəsindəki mağazasına gedərək söhbəti olduğunu bildirmiş və sonra yaxınlıqdakı kafelərdən birində Xəyal ilə görüşüb yalandan demişdir ki, guya xətrini çox istəyir, həmişə ona yaxşılıq edib, indi də Samirəyə öz adına kreditə mobil telefon alıb vermişdir, onu böyük qardaşı sayır, aralarını Samirə boş- boş sözlərlə vurmuş, digər bacanaqları Nazim ilə Vüqardan da zəhləsi gedir. Bir müddət sonra Samirə ondan boşanmaq istədiyni bildirmişdir. O, Samirəyə demişdir ki, ona elə şey göstərəcək ondan üzr istəyəcək. O, Samirə paylaşdığı lüt şəkillərini göstərəndə ona demişdir ki, tanımadığı adamlara pul qarşılığında pylaşmış və ona yalvarmışdır. Artıq baş verənlərdən çox əsəbiləşmiş və Xəyalı cəzalandırmaq istəyir. Mənzildən çıxandan sonra Samirə telefonuna mesaj da göndərərək daha yanına gəlməsin və sair bu kimi sözləri yazmışdır. Evə gələndə yolda pivə alıb içmiş, gecəni yata bilməmişdir. Xəyalın maşınının yük yerindən “revolver” silahını götürmüş evdə saxlamış, həmin silahın ümumiyyətlə işləyib işləməməyini də bilməmişdir. 27 dekabr 2019-cu il tarixdə səhər saatlarında silahıda götürüb küçəyə çıxararaq taksiyə minib Xətai rayonunun «Ukrayna» dairəsinə gəlmişdir. Sonra başqa bir taksi ilə bacanağı Xəyalın həmişə uşağını apardığı Xətai rayonu, General Mehmandarov küçəsindəki orta məktəbin yanına getmiş və Xəyalın gəlməsini gözləmişdir. Xəyal idarə etdiyi avtomobili ilə gətirdiyi qızı Nərmini həmin məktəbə qoyub sonra avtomobilin qarşı sol qapısını açaraq sükan arxasında oturan zaman, tez həmin avtomobilin arxa sağ qapısını açaraq arxa sağ tərəfdə oturmuşdur. Xəyal burada nə işi olduğunu dedikdə, onunla söhbəti olduğunu bildirmişdir. Xəyal yenə Samirə ilə aramızda nə baş verdiyini soruşmuş və avtomobili məhəllə arası yol ilə idarə etməyə başlamışdır. Xəyala demişdir ki, Samirə ilə aralarındakı münasibətləri bilir. Xəyal isə ona «bicbala, qələt eləmə» deyərək təhqir etməyə başlamışdır. Xəyala onunla belə danışmamasını dedikdə isə, Xəyal sağ əlinin arxası ilə onun ağzının üstünə bir zərbə vurmuş və ona görə ağzından xəsarət almışdır. Bu zaman artıq hadisə yerinə çatmışlar. Həmin vaxt avtomobilin arxa qapısından düşüb qabaq sağ qapını açaraq Xəyala “bu nə hərəkətdir edirsən? düş aşağı söhbət edək” demişdir. Xəyal da avtomobildən düşərək onu təhqir etməyə başlamışdır ki, əcəb edib Samirə ilə yaşayır, hələ ona evdə almış, onu saxlayır. Bir sözlə Xəyal onu «dalbit» etmişdir. Xəyal onun üstünə hücum etmiş, o, qaçmağa başlamış və avtomobilin ətrafında bir dövrə vurmuşdur. Həmin vaxt cibindən “revolver” silahını götürüb və Xəyala «Gəlmə, səni vuraram» demişdir. Xəyal isə «Sən kimsən məni vurasan? Səni dağıdaram» demişdir. Həmin vaxt aralarında təxminən bir metr məsafə olmuşdu. Revolveri Xəyalın birbaşa sifətinə tutmuş və dediyi sözlərdən sonra dərhal atəş açmış və hadisə yerindən qaçaraq uzaqlaşmışdır. Yolda taksi maşınına minib anası ilə yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi öz ifadəsindən başqa məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və digər sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Kamran yalnız göstərişlərlə hərəkət etmişdir. Əgər Kamran belə qısqanc olmuşdursa, hələ nişanlı vaxtı belə bir söhbət olmuşdursa, nəyə görə o zaman elə o vaxt nişanı pozmamış və nə üçün ailə qurmuşdur. Kamrangil birinci Moskvada yaşamışlar, sonra gəlib nənəsigildə yaşamışlar, sonra gəlib onların binasının yanında kirayədə qalmışlar. Belə bir iş olsaydı bu müddət ərzində qohumlar arasında bu işin üstü açılardı. O, hesab edir ki, bütün bunlar hamısı Nazim tərəfindən qurulmuş plandır. Eşidəndə ki, atasını vurublar o, bölmədə birinci Nazimin adını vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 26 dekabr 2019-cu il tarixdə axşam Kamran sərxoş vəziyyətdə evə gəlmiş və evə gələndə kefsiz olmuşdur. Kamrandan nə baş verdiyini soruşanda cavab verməmişdir. Kamran gecəni rahat yata bilməmiş, tez-tez həyətə çıxıb-qayıtmışdır. Kamranın kiminləsə görüşməsini və ya telefonla danışmasını görməmişdir. Saat 06-07 radələrində, hələ hava qaranlıq olarkən Kamran yenə həyətə çıxmış, sonra isə evə qayıdaraq mobil telefonunu evdə qoyub əyninə üst paltarları geyinərək harasa çıxmağa hazırlaşmışdır. Kamrandan haraya getmək istədiyini soruşduqda isə əsəbi şəkildə işi olduğunu deyərək evdən həyətə çıxmışdır. Həmin vaxt Kamranın əlində heç nə olmamış, bir qədər sonra səhər namazını qılmış və ev işləri ilə məşğul olmağa başlamışdır. Saat 09 radələrində Kamran tək evə qayıtdıqda çox həyəcanlı olduğunu, əllərinin əsdiyini, rənginin qaçdığını görmüş və nə baş verdiyini soruşmuşdur. Kamran isə «heç nə, heç nə» deyərək həyətə və çölə çıxıb-geri qayıtmağa başlamışdır. Bir müddət sonra Kamran qapıda gözləyərkən polis əməkdaşları gələrək oğlunu aparmışlar. Ondan sonra ona məlum olmuşdur ki, Kamran Xəyalı silahla öldürüb. Bildiyinə görə Kamranın bacanağı Xəyaldan çox acığı gəlmiş və onu məhz arvadı Samirə ilə yaxınlıq eldiyinə görə öldürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, onun məlumatı var ki, bir ana kimi onun düşmanı birinci Nazim, ikinci isə Kamrandır. Nazim Kamranla əlbir olub 10000 manat Nazimdən pul alıb oğlunu öldürmüşdür. Kamran başqa adamların yanında da demişdir ki, 10000 manata qızını da satar. Onun oğlu ilə Nazim 1 il yarıma kimi düşman kimi olmuşdur. Oğlu həmişə Nazimə yaxınlaşmaq istəmiş, Nazim isə oğluna düşmən kimi yaxınlaşmışdır. Səbəb də o olmuşdur ki, Moskvada aralarında pul söhbəti olmuş, Nazimə az pul verilmişdir. Sonra Nazim demişdir ki, bunun nəticəsini görəcək. Sonra Nazimin qardaşı İntiqam iki dəfə oğlu Xəyalın yanına gəlib ona ehtiyatlı olmasını demiş, Xəyalda gəlib evdə yoldaşına demişdir. Səbinə də bacısına zəng edib Nazimlə danışmasını bildirmişdir. Sonra İntiqam yenədə Xəyalın yanına gəlib demişdir ki, “Xəyal mən sənə dedim ki, özündən və ailəndən müğayət ol, mənim ağzımı pul ilə bağladı indi özün bilərsən”. Xəyalın üçü günü İntiqam gəlib Səbinəyə demişdir ki, “mən sənə demişdim müğayət olun özünüzdən, indi o mənim qardaşımdı mən indi onun adını necə verim”. Söhbətlər bu yolla davam edə-edə, sonda, onun oğlunu bədbəxt etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, hadsə heçnədən baş vermiş, Kamran yoldaşın qısqanıb ona görə də bu hadisə baş verib. Kamran qısqanc insan olmuş, arvadı Samirəni hər məsələdə qısqanmış, aralarında qısqanclıq üstündə çoxsaylı mübahisələr olmuşdur. Xəyal Kamrana çox köməkliklər etmiş, bir müddət yanında işlədib pul da vermiş, lakin Kamran çox məsuliyyətsiz insan olduğundan işdən mütəmadi olalaraq yayınıb və sonda Xəyal bezərək Kamrana demişdir ki, işləməyəcəksə çıxıb getsin. Bundan sonra Kamran işdən çıxmış və taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Kamrana avtomobili də Xəyal almış, Bir müddət əvvəl Kamran başlamışdır arvadı Samirə ilə mübahisə etməyə ki, guya Xəyal ilə görüşür. Son günlərdə isə hətta Kamran evinə kamera qoyub və guya evinə Xəyala oxşayan bir nəfərin gəldiyini görmüşdür. Samirə isə birmənalı olaraq bütün bunları inkar etmişdir. 27 dekabr 2019-cu il tarixdə Səbinə zəng edərək bildirmişdir ki, evə polislər gələrək əri Xəyalı axtarırlar. Xəyala zəng etmiş, telefona cavab verməmişdir. Səbinənin narahat olduğunu görüb onlara gəlmişdir. Orada olan zaman Samirənin telefonuna zəng gəlmiş və kimsə Kamranın hansı ünvanda yaşadığın soruşmuşdur. Telefonu götürərkən danışanın polis əməkdaşı olduğunu bilmişdir. Polisə Kamranın yaşadığı anasıgilin ünvanının yerini izah etmiş, bir qədər sonra Samirəyə yenidən polis əməkdaşları zəng edib 35-ci polis bölməsinə çağırmışlar. Ora gəldikdə isə Xəyalın Kamran tərəfindən öldürüldüyünü bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid5 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, 27 dekabr 2019-cu il tarixdə saat 08:30 radələrində yuxudan oyandıqdan təxminən 10 dəqiqə sonra həyətin darvazası döyülmüş, qapını açarkən polis əməkdaşı özünü təqdim edərək bir qədər əvvəl küçədə atəş səsi eşidib-eşitmədiyini soruşmuş, polis əməkdaşına, təxminən 10 dəqiqə əvvəl yuxudan oyandığını və bu müddətdə heç bir atəş səsi eşitmədiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, təxminən bir il 3 ay Təqsirləndirilən şəxsla iş yoldaşı olmuşdur. Hərdən ailədən söhbət düşəndə hörmətlə qulaq asmış və danışmağa şərait yaratmışdır. Lakin, zaman keçdikcə görmüşdür ki, Kamran çox əsəbləşir, fikr edir. Soruşanda ki, nə məsələdir, demişdir ki, ailə ilə bağlıdı yoldaşı ilə problemləri var. Hadisədən sonra bilmişdir ki, Kamran qısqanclıq zəmnində bacanağını öldürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, onun bu hadisə ilə bağlı heç bir məlumatı olmamışdır. Hadisədən sonra o, Xətai RPİ-nə gələndə qardaşını görmüş, nə məsələ olduğunu soruşduqda ona sonra bilərsən deyərək getmişdir. Bu hadisədən 5-6 saat sonra eşitmişdir ki, Xəyal güllələnib. Sonra Səbinənin evinə gəlib, qardaşının bu işdə günahı olmadığını desədə, ona inanmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, Kamran onun bacısının həyat yoldaşıdır. Kamran hər zaman qısqanc biri olmuş, tez-tez işdən çıxıb gəlib evdə Samirəni yoxlamışdır, telefonların yoxlamışdır. Hər zaman telefonun evdə açıq qoyub getmişdir, bir dəfədə onu çağırıb demişdir ki, “bacının başına ağıl qoy”. Hər zaman evdə qırğın dava olmuşdur. Kamrana demişdir ki, böyüklər var çağır, demişdir ki, 5 barmağın beşidə bir deyil ona inanır. O da Kamrana demişdir ki, evdə telefonu açıq qoyub getmək düzgün deyil. Samirəyə nə istəyir onu etməsini xahiş etdim, Samirə and içib hər şeyi etdiyini demişdir. Sonda da qısqanclıqdan bu faciə baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Kamranın Xəyalı öldürməsinin tamam başqa səbəbləri olmuşdur, sadəcə onu bəhanə ilə səbəb kimi ortaya atmışlar. Bəhanə etmişlər ki, guya Xəyalla onun arasında münasibət olmuşdur. Xəyal ona qardaş kimi olmuşdur. O, yəni o qədər şərəfsiz olmuşdur? Məyər ona kişi qəhət idi ki, bacının yoldaşı ilə yaşasın. O, 10 il boşanmış vəziyyətdə qalmış, o, bu müddətdə özünə bir kişi tapa bilməhdimi, Kamranla evlənəndən sonra Xəyalla əlaqə qursun?. Onun evində Xəyalın adı hallanmamışdır. Kamran qısqanc idisə nə üçün onun yatdığı yerdə arxa hissənin şəklini çəkib kiməsə göstərmişdir. Qısqanc adam bu hərəkətləri etməzdi. Bu ölüm hadisəsi sadəcə bəhanə olmuş, Xəyalı başqa məqsədlə öldürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 Əbilfəz oğlu ifadəsində göstərdi ki, Hadisədən bir gün əvvəl Kamran ona demişdir ki, səhər onu evdən götürüb dənizə aparsın. Səhər məhləyə gəlmiş, orada evdən Kamranı soruşduqda məlum olmuşdur ki, Kamran bacanağını öldürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, Kamranla məhlə uşağı olmuşlar. Hadisə günü eşitmişdir ki, Kamran adam vurub öldürüb. Nə hadisəni görmüş, nə hadisənin şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid21 ifadəsində göstərdi ki, hadisə günü səhər tezdən qızını məktəbə aparıb evə gəlmiş yemək yemiş, sonra yola çıxmışdır. O, 3-cü mikrorayon bazarında yük daşıyır, orada saxlayıb maşını üstünə taksi işarəsini qoymuş, işə başlamışdır. Bir nəfər şəxs qabaq qapını açmış və onu Neapl dairəsinə aparmağını xahiş etmiş, o, Neapl dairəsinə çatmamış maşını saxlatmış və maşından düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərdi ki, O, restoranda işləyir, Nazimdə demişdir ki, iş qurmaq istəyir, o da gəlib orada işləyib çörək pulu qazana bilər. Bu səbəblə Nazimə ondan zəng getmiş, həmin ərəfələrdə yalnız bu məqsədlə Nazimə zəng etmişdir. Əslində bu hadisəni bildiyi qədər Kamran qısqanclıq zəminində törətmişdir. Lakin, orada qısqanılacaq bir səbəb ola bilməzdi. Samirə onun bibisi qızıdır onu hamı tanıyır, yəni belə bir şey ola bilməzdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, o, eşitdiyinə görə Kamran qısqanclıqla zəmnində rəhmətlik Xəyalı qətlə yetirmişdir. Lakin onun arada olan söhbətlərdən heç bir məlumatı olmamış, nə səbəbə qısqandığını bilmir, həqiqətəndə qısqanılacaq bir hal olub olmadığını bilmir. X11 silahla vurub öldürdüyünü eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, hadisə günü yoldaşı ona zəng etmişdir ki, Səbinə onla danışmaq istəyir. Sonra Səbinə ona zəng vurub demişdir ki, Xəyal itib, o, Səbinəyə necə yəni itib deyə soruşduqda Səbinə Xəyalın maşınla bir yerdə itdiyini bildirmişdir. Nömrəsini soruşmuş, zəng etmiş, nömrə cavab verməmişdir. Sonra polislər gəlib onu aparmışlar. Orada ona məlum olmuşdur ki, bu hadisə Kamran tərəfindən qısqanclıq zəmnində baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid22 ifadəsində göstərdi ki, o, dayanacaqda gözətçi işləyir. Rəhmətlik Xəyalı ordan tanıyır. Sonuncu dəfə mərhum Xəyalı hadisə günü səhər saat 8 raddələrində görmüş, həmən gün Xəyalı görəndən təqribən 40 dəqiqə sonra iki nəfər cavan oğlan qara maşında, yaxınlaşıb ondan Xəyalı soruşmuşlar və o, onlara Xəyalın getdiyini demişdir. Həmin oğlanlar ona demişlər ki, Xəyalı vurublar, sonra isə onlar çıxıb getmişlər. Bir müddət sonra Xəyalın öldüyünü eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, Rəhmətik Xəyal onun qohumudur. O, özü taksi faliyyəti ilə məşgul olur. Hadisə günü o, Nazimgilə getmiş, maşını köhnə olduğundan yenisini almaq üçün köməklik etməsini istəmişdir. Sonra Nazimlə görüşüb Maştağaya getmişlər, orada maşının sahibi ilə söhpət edəndən sonra razılaşmamışlar. Ondan sonra Nazimdən ayrılmışlar. Bir müddət sonra Nazim zəng vurub ona demişdir ki, Səbinə zənğ vurub ona demişdir ki, Xəyal itib, sonra təkrar zəng vurub ki, qəzaya düşüb. Sonra Nazimə demişdir ki, onlara gəlsin birlikdə Səbinə gilə gedərlər. Bir müddət sonra Nazimi Xətai Rayon Polis bölməsinə çağırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, Əhmədlidə yerləşən «Nəlbəki» restoranı açıldığı vaxtdan orada masa xidmətçisi işləmişdir. Obyektdə qalyan, çay, müxtəlif fasd-fud yeməkləri verir, domino və şahmat təqdim edir. Hadisədən bir müddət əvvəl üzdən tanıdığı daimi müştərisi olan keçəl bir kişi çayxanaya gəlmişdir. Çay sifariş etmişlər, oda sifarişi təqdim edərək masadan uzaqlaşmışdır. Bundan başqa hadisə ilə əlaqədar hər hansı bir halın şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərdi ki, Səbinə onun dayısı qızıdır. Xəyalnan münasibəti yaxşı olmuş və xeyir-şər məclislərində dəfələrlə görüşmüşlər. Xəyal ev qapılarının və mebellərin satışı ilə məşğul olmuşdur, lakin özü həmin mağazalarda olmamışdır. Digər dayısı qızı Samirənin əri Təqsirləndirilən şəxs isə təxminən 2 dəfə əvvəlki illərdə bacanağı Nazimin bağında görmüş, lakin elə bir yaxın münasibəti olmamışdır. Kamranın öz evində və ya Samirə ilə kirayədə qaldıqları mənzildə heç vaxt olmamış, nə işlə məşğul olmasını da bilmir. Əvvəllər Xəyal və Kamranın aralarında yaxşı münasibət olmasını müşahidə etmişdir. 27 dekabr 2019-cu il tarixdə günorta saatlarında qohumların deməsindən Xəyal ilə nəsə hadisə baş verdiyini eşitdikdə maraqlanmaq üçün evə getmiş və orada deyilənlərdən bilmişdir ki, Xəyal səhər avtomobili ilə qızı Nərmini orta məktəbə aparıb düşürdükdən bir qədər sonra güllələnərək öldürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, o, Xəyalın maqazininə 2 dəfə getmişdir. Xəyal ona qapı söz vermişdir. O, Xəyala demişdir ki, yalan danışdığına görə bir gün onu vuracaqlar. O, heç vaxt Samirəyə Nazimin onu pulla susduracağını deməmiş, Xəyalla münasibəti normal olmuş, Xəyala onu öldürəcəklərini deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid20 ifadəsində göstərdi ki, o, hadisə baş verən yerin yaxınlığında kirayədə yaşayır, 27 dekabr 2019-cu il tarixdə saat 08 radələrində evdən çıxaraq binanın sağ tərəfindəki məhəllə arası yolla avtobus dayanacağına doğru getmiş, həmin məhəlləvi yol ilə keçərkən yolun tən ortasında qara rəngli «Mercedes” avtomobilinin dayandığını görmüşdür. Avtomobilin sol tərəfindən keçdikdə avtomobilə həm sürücü, həm də sürücünün sağ yan sərnişin oturacağında adam əyləşdiyini görmüşdür. Həmin şəxslərin üzlərini görməmişdir. Lakin hər ikisi kişi olmuşdur. Avtomobili ötüb keçdikdən təxminən 20-30 saniyə sonra bir dəfə partıltı səsi eşitmişdir. Birinci nə baş verdiyini başa düşməmiş, lakin, geri döndükdə sürücü tərəfdə olan şəxsin yerə yıxılmış vəziyyətdə olduğunu görmüşdür. O, yerdəki şəxsə tərəf gedəndə həmin istiqamətdə bir nəfər şəxsin dalandan qaçaraq döndüyünü görmüşdür. Avtomobilin sağ tərəfindəki yerdə uzanan şəxsə yaxınlaşdıqda bir yaşlı başı çalma ilə bağlı qadın da məhəllədən çıxaraq yerdə uzanan şəxsə yaxınlaşmışdır. Yerdə uzanan şəxsin baş nahiyyəsindən yaralandığını, qan gəldiyini görmüşdür. Həmin şəxs tam hərəkətsiz olmuş və heç bir söz danışmamışdır. Həmin vaxt qadın da orada olmuş, o, 102 və 103 xidmətlərinə zəng edərək hadisə barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə-tibbi ekspertizasının 27.01.2020-ci il tarixli 101 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs meyiti üzərində - sol gözyuvasının iç səthindən kəllə boşluğuna nüfuz edən kəllə əsası sümüklərinin sınıqları ilə müşayiət olunan və baş beyin toxumasının əzilib-dağılmasına səbəb olan bir ədəd kor odlu silah (güllə) yaralanması müəyyən edilmişdir. Xəsarətlər həyatidir, mərhumun ölümündən az əvvəl odlu silahdan açılmış bir atəş nəticəsində güllənin təsirindən törənmişdir. Atəş natamam dirənmiş vəziyyətdə açılmışdır, bu da yaranın ətrafında olan yanıq valının bır tərəfli olması ilə təsdiq edilir. Odlu silah güllə yaralanmasında yaranın giriş dəliyi sol gözyuvasınm iç səthində, yara kanalının dibi isə baş beyinin ənsə payında qurtarır. Yara kanalının istiqaməti öndən arxaya, bir qədər də bayırdan-içəriyə doğrudur. Yan kanalının istiqamətinə əsasən atəş, zərərçəkmişə ondan arxaya, bir qədər də bayırdan- içəriyə doğru açılmışdır. Dərəcəsinə görə, canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla, onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb aldığı odlu silah (güllə) yaralanması ilə əlaqədar baş-beyinin dağılması olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyıtxanada müayinəsindən 3-4 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil propil, butil və amil spirtləri, barbi turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin. Pirazalon, 1.4 benzodiazepin törəmələri və silisatlar aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 06.01.2020-ci il tarixli 1369 saylı ekspert rəyində göstərilmişdir ki, məhkəmə-tibbi müayinə zamanı Təqsirləndirilən şəxs, alt dodağın iç səthinin ağızın selikli qişasının səthi əzilmiş yarası müəyyən edilmişdir. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilmiş 27.12.2019-cu il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə, qeyd edilən xəsarətin yıxılma nəticəsində alınması, eləcə də özüııün-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi bioloji ekspertizasının 22.01.2020-ci il tarixli 15/2020-MTBŞ saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi AB(İV)-dir. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus göy rəngli gödəkçə, şalvar, mayka, qırmızı rəngli idman gödəkçəsi. 03 ədəd çubııqlu pambıq üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu ləkələrdə qarnın qrup göstəriciləri ABO sistemi üzrə tədqiq edildikdə A və B antigeni alınmışdır, aqlütiniııbr isə alınmamışdır. Belə olan halda bu qan ləkələri ABO sistemi üzrə AB (İV) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus bir cüt ayaqqabı, kəmər, tuman, bir cüt corab və maşın açarı üzərində qana şübhəli ləkə aşkar edilməmişdir. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs Aydm oğluna məxsus göy rəngli gödəkçə, şalvar, mayka, qırmızı rəngli idman gödəkçəsi, 03 ədəd çubuqlu pambıq üzərindəki ləkələrdən hazırlanmış preparatlarda qanın cinsi mənsubiyyəti və regional mənşəyinin təyini üçün yararlı olmaqla hər hansı hüceyrə elementi aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş kompleks məhkəmə-daktiloskopik, məhkəmə-ballistik və məhkəmə-trasoloji ekspertizasının 21.01.2020-ci il tarixli 325/326/327/573 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd silahı kustar üsulu ilə hazırlanmış. 5.6 mm kalibrlı revolverdir, yivli odlu silahdır, nasazdır, lakin atəş açmaq üçün yararlıdır, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməyib. Tədqiqat təqdim edilmiş və şərti olaraq «C» hərflə işarələnmiş patron zavod üsulu ilə hazırlanmış, pistonu yandan alışan, 5,6 mm kalibrli olmaqla, həmin kalibrə malik «TOZ- 8» («TOZ-İJ Ymo. «TOZ-M», «TOZ-16», «TOZ-21-1». «TOZ-18», «TOZ-29». «TOZ-172 modelli idman-ov tüfəng və kara hinlərində, «Marqolin» konstruksiyalı. «P-3». «TOZ-ə ə». «İJ-1» markalı idman tapançalarında, «Sinirin» markalı revolverlərdə, «Amerikan! 80» markalı avtomatlarda, habelə digər yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur - döyüş sursatıdır və atəşə yararlıdır. Tədqiqata təqdim edilmiş U2 ədəd giliz, zavod üsulu ilə istehsal edilmiş, 5.6 ram kalibrli. «TOZ-8» («TOZ-Sm»). «TOZ- İJ. «TOZ-16», «TOZ-21-1», «TOZ-18», «TOZ-29». «TOZ-172 və s. modelli idman ov tüfəng və kara hinlərində, «Marqolin» konstruksiyalı, «P- 3», «TOZ-35», «İJ-1» markalı idman tapançalarında, «Snirin» markalı revolverlərdə. «Amerikan-180» markalı avtomatlarda, habelə digər yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronların atəşlə ayrılmış hissəsidir - gilizləridir, hal-hazırda təyinatı üzrə istifadəyə yararsızdırlar, təqdim edilmiş kustar üsulla hazırlanmış 5.6 mm kalibrli revolverdən atılmışdırlar. Tədqiqata təqdim edilmiş metal predmet 5.6 mm kalibrli. «TOZ-8» («TOZ-8 m»}. « fO/ 11», «TOZ-16», «TOZ-21-1», «TOZ-18». «TOZ-29», «TOZ- 172 və s. modelli idman-ov tüfəng və karabınlərində. «Marqolin» konstruksiyah, «P-3». «TOZ-35». «İJ-1» markalı idman tapançalarında. «Sinirin» markalı revolverlərdə, «Amerikan-180>- markalı avtomatlarda və sair yivli odlu silahlarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, pistonu yandan alışan, 5,6 ııını kalibrli patronun atəşlə ayrılmış hissəsidir - gülləsidir, tədqiqata təqdim edilmiş revolverdən, eləcə də başqa hansısa konkret bir silahdan atılıb-atılmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş və şərti olaraq «A» və «B» hərilə işarələnmiş gilizlərin. «CX hərflə işarələnmiş patronun və 01 ədəd güllənin üzərində hər hansı zavod işarələn mövcud olmadığımın eyni və ya müxtəlif zavodlarda istehsal olunub-olunmaması müəyyən elmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd göy rəngli gödəkçə. 01 ədəd qırmızı rəngli, ön hissəsi zəncirbəndli gödəkçə, 01 ədəd ağ rəngli mayka. 01 ədəd belində qara rəngli kəməri olan cins şalvar. 01 ədəd qara rəngli tuman. 01 cüt qara rəngli corab. 01 cüt qara rəngli ayaqqabının səthinə adi gözlə təbbi və süm isa; altında baxdıqda geyim əşyaları üzərində odlu silahdan açılan atəş nəticəsində güllənin təsirindən yaranmağa xarakterik zədə yoxdur. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs meyitindən götürülmüş paltarları üzərində qarşılıqlı mübarizə zamanı fiziki qüvvənin təsirindən yarana bilən hər-hansı mexaniki zədə yoxdur. Təqdim edilmiş 5.6 mm kalibrli. kustar üsulla hazırlanmış revolverin səthində papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından eyniləşdirmə tədqiqatı üçün yararsızdır. Ona görə də təqdim edilmiş 03 ədəd daktiloxəritələrə köçürülmüş eksperimental əl-barmaq və ovuc izlərinin tədqiqatı aparılmamışdır. Həmin ekspertiza rəyinin tədqiqi hissəsində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş 01 ədəd silahın gövdəsi bozumtul və qaramtıl rəngli olmaqla, metaldan fiqurlu formada nisbətən səliqəsiz hazırlanmışdır, dəstəyinin səthində plastikə oxşar materialdan hazırlanmış üzlüklər yapışdırılmışdır, hissələri zədələnməmişdir, üzərində çirk-pas təbəqəsi vardır, səthində zavod işarələri müşahidə edilmir, barabanı silahın çərçivəsinə metal vintlə berkidilib-açlır. barabana patron qoymaq üçün hər hansı bir tərəfdən sağ-sol digər tərəfə basılmaqla açılır, patron qoyulduqdan sonra əks hərəkətlə geri qaytarılır. lüləsi boşdur, barabanın içində 02 ədəd giliz və 01 ədəd patron aşkar edilmişdir, (həmin gilizlər və patron ekspert tərəfindən barabanda yerləşdiyi yuvacıqları ilə birlikdə müvafiq olaraq, gilizlər «A». «B» hərilərlə, patron isə «C» hərflə şərli olaraq işarələnmişdir), lülə kanalının daxili divarları yivlidir 04 ədəd (sağ tərəf istiqamətli), vurucu-buraxılış mexanizmi pistonu yandan alışan 5.6 mm kalibrli patronlardan istifadə etməklə atəş açmağa uyğunlaşdırılmışdır. Həmin revolverdən atəş açmaq üçün tətik basıldıqda çaxmaq hərəkət edərək vurucu iynəyə zərbə endirir, lakin döyüş yayın sərtliyi nisbətən zəiflədiyinə (azaldığına) görə, ayrı-ayrı hallarda çaxmaq lazımı qüvvəylə iynəyə zərbə endirə və vurucu iynə öz növbəsində lazımı uzunluqda çıxıb pistona kifayət qədər qüvvəylə zərbə endirərkən alışdıra bilmir, lakin təkrar zərbələr edərkən atəşlər normal baş verir. Bununla da, təqdim edilmiş silahın döyüş yayının sərtliyi azaldığına görə ayrı-ayrı hallarda atəş açılarkən çətinlik yaranır, lakin revoiver atəş üçün yararlıdır. Beləliklə, məhkəmə iclasında dindirilmiş, şahidlərin ifadələri, habelə cinayət işinin materialları üzrə toplanmış sübutların məcmusu ona elan olunmuş ittihamın əsasını təşkil etdiyinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi kifayət qədər sübut olunmuşdur. Cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddələri ilə tövsüf edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.10-cu maddəsinə əsasən cinayətin odlu silahla törədilməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, törətdiyi əməli etiraf edib səmimi peşimançılıq hissi keçirməsi onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Azərbaycan Respublikasının Cinayət Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəza ciddi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 dekabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur, odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu, yəni 27 dekabr 2019cu il tarixdən hesablanmalıdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Təqsirləndirilən şəxs mərhum Zərərçəkmiş şəxs Bank Melliramın Bakı filialından illik 19 faizlə 30.000 manat götürməsi nəticəsində ödənilməmiş faizlə birlikdlə 35.185 manat 56 qəpik maddi və 100.000 manat mənəvi ziyanın məbləğində mülki iddia verərək mülki iddiaçı qismində tanınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Cinayət-Prosessual Məcəlləsinin 181.1 və 181.1.2-ci maddəsinə əsasən ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, cinayət mühakimə icraatında mülki iddia verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 183.3.2-ci maddəsinə əsasən cinayət mühakimə icraaı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə, zərərçəkmiş şəxsin hüquqi varisinin verdiyi mülki iddianın 35.186.56 manat maddi ziyanla bağlı hissəni müzakirə edərək hesab edir ki, iddianın kifayət qədər təsdiq olunması üçün subutlar təqdim olunmadığından mülki iddianın həmin hissəsi təmin edilməməlidir. Məhkəmə, zərərçəkmiş şəxsin hüquqi varisinin verdiyi mülki iddianın mənəvi ziyanla bağlı hissəni müzakirə edərək hesab edir ki, iddianın bu hissəsinin əsasları müəyyən edilmədiyindən, bu əsaslar göstərildikdə isə onun təsdiq olunması üçün subutlar təqdim olunmadığından mülki iddianın mənəvi ziyanla bağlı hissəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi ona mənəvi sarsıntı və psixi iztirab keçirməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə, işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edərək qeyd olunan zərərçəkmiş şəxsin hüquqi varisinin mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu izah edilməsini əsaslı sayır. İş üzrə maddi sübut olan və Bakı şəhər prokurorluğunda saxlanılan hadisə yerindəki qanabənzər ləkələrdən götürülmüş nümunələr, mərhum Zərərçəkmiş şəxs məxsus 01 ədəd göy rəngli gödəkçə, 01 ədəd cins şalvar, 01 ədəd ağ rəngli mayka, 01 ədəd qırmızı rəngli idman gödəkçəsi, meyitindən çıxarılmış 01 ədəd güllə, cinayətin aləti olan revolverin barabanında aşkar olunmuş 02 ədəd giliz məhv edilməlidir. Təqsirləndirilən şəxs məxsus 01 ədəd «Xiuomi Redmi 6A» markalı mobil telefon qohumlarına qaytarılmalıdır. Məhkəmə-kompüter texniki ekspertizasının 05.02.2020-ci il tarixli 867 saylı rəyinə əlavə edilmiş 01 ədəd xarici yaddaş qurğusu (filəşkart) cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Xətai RPİ-də saxlanılan cinayətin aləti olan 01 ədəd revolver və həmin silahın barabanında aşkar olunmuş 01 ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah Sursat anbarına təhvil verilməlidir. İş üzrə məhkəmə məsrəfləri 681 manat 94 qəpik (ekspertizaların xərci) Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsiri bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona 13 (on üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 27 dekabr 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxsin hüquqi varisi Şahid1 Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilsin. İş üzrə maddi sübut olan və Bakı şəhər prokurorluğunda saxlanılan hadisə yerindəki qanabənzər ləkələrdən götürülmüş nümunələr, mərhum Zərərçəkmiş şəxs məxsus 01 ədəd göy rəngli gödəkçə, 01 ədəd cins şalvar, 01 ədəd ağ rəngli mayka, 01 ədəd qırmızı rəngli idman gödəkçəsi, meyitindən çıxarılmış 01 ədəd güllə, cinayətin aləti olan revolverin barabanında aşkar olunmuş 02 ədəd giliz məhv edilsin. Təqsirləndirilən şəxs məxsus 01 ədəd «Xiuomi Redmi 6A» markalı mobil telefon qohumlarına qaytarılsın. Məhkəmə-kompüter texniki ekspertizasının 05.02.2020-ci il tarixli 867 saylı rəyinə əlavə edilmiş 01 ədəd xarici yaddaş qurğusu (filəşkart) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Xətai RPİ-də saxlanılan cinayətin aləti olan 01 ədəd revolver və həmin silahın barabanında aşkar olunmuş 01 ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah Sursat anbarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri 681 manat 94 qəpik (ekspertizaların xərci) Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən, elan olunduğu andan Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar