Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-587/2022 15.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, müdafiəçi: «KREDO» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatında olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edərək üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 17.08.2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 01 ədəd bükümdə təmiz çəkisi 3,422 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış naroktik vasitə heroini əldə edərək, üstündə saxlamaqla daşımış və 17.08.2021-ci il tarixdə saat 15:00 radələrində Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən «Suraxanı Bazarı»nın qarşısında saxlanılıb ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilərək orada üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd gümüşü rəngli bükümə bükülmüş narkotik vasitə, təmiz çəkisi 3,422 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda naroktik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü yalnız narkotik vasitələrin istifadəsində təqsirli bilir. Belə ki, bir ildən artıqdır ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istfadə edir. Onu 17 avqust 2021-ci il tarixədək mart-iyun aylarında polis əməkdaşları saxlamışlar. Lakin həmin vaxtlar onu cinayət məsuliyyətinə cəlb etməmişlər. 17 avqust 2021-ci il tarixdə saat 15.00 radələrində Əmircan qəsəbəsi Suraxanı Bazarı ərazisində 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini 31-ci PB-nin əməkdaşları kimi təqdim edib onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğundan şübhəli olduqlarını bildirərək onu öz maşınlarına mindirib Suraxanı RPİ-nin 31-ci PB-nə gətirmişlər. O, tutulan zaman üzərində heç bir qanunsuz əşya olmamışdır. Bununla belə, bölmədə onu arxayın etmişlər ki, onu məsuliyyətə narkotik vasitələrin istifadəçisi kimi cəlb edəcəklər. Bundan sonra polis özü onun cibinə bir büküm heroin qoymuş, sonra bölmənin xidməti otaqların birində təhqiqatçı üzərində olan əşyaları könüllü təqdim etməyi bildirmiş, o da əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü təqdim etmiş, bükümün içində narkotik vasitə heroin olduğunu, onu tutulmamışdan bir neçə saat əvvəl Suraxanı rayonu, Əmircan qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən iyirmi manata öz istifadəsi üçün aldığını bildirmişdir. Ona polis əməkdaşları belə sözlər deməsini tövsiyyə etdikləri üçün bu cür danışmışdır. Baxış zamanı baş verənlər, ibtidai istintaq zamanı müstəntiqə verdiyi ifadələri həqiqətə uyğun deyildir. Halhazırda məhkəmədə verdiyi ifadəsi düzgündür. Qeyd etmək istəyir ki, baxış zamanı vəkili də olmamışdır. Ona demişlər ki, onsuz da onu buraxacaqlar, vəkilə ehtiyac yoxdur. Onu şübhəli şəxs qismində idarənin müvəqqəti saxlama yerinə yerləşdirmişlər. Lakin rayon prokuroru onun həbsinə dair məhkəməyə təqdimat verməkdən imtina etdiyi üçün onu sərbəst buraxmışlar. Bundan sonra o, yaşadığı Əmircan qəsəbəsində olmuş, öz işləri ilə məşğul olmuşdur. Onu polis əməkdaşları və yaxud müstəntiq çağırmamış, onların çağırışından yayınmamış, müstəntiqin onu axtarışa verməsindən heç bir məlumatı olmamış, 28.10.2021-ci il tarixdə polis əməkdaşları onu yaşadığı ərazidə yenidən tutaraq idarəyə aparıb istintaqa təqdim etmişlər. Orada bilmişdir ki, o, axtarışdadır. Bundan sonra müstəntiq onu həbs etmişdir. Məhkəmədən himayəsində bir azyaşlı oğlunun olmasını nəzərə almasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyataxtarış tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, həmkarı X5 qəsəbəsi sakini «Rauf» adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumatın yoxlanılması və əməliyyat axtarış tədbirinin həyata keçirilməsi məqsədilə əməliyyataxtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş, əməliyyat qrupunun yaradılmasına dair əmr çıxarılmış, qrupun tərkibinə o və Emil Əlizadə daxil edilmişlər. Bundan sonra, 17 avqust 2021-ci il tarixdə saat 15:00 radələrində o və Emil Əlizadə maşınla Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən «Suraxanı» bazarının yaxınlığına getmiş və həmin ərazini müşahidəyə almaqla zahri əlamətlərinə görə Rauf adlı şəxsə oxşar və hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs Əmircan qəsəbəsinin «Suraxanı bazarı » deyilən yerin qarşısından piyada hərəkət edən zaman saxlayaraq 31-ci PB-nin inzibati binasına gətirib təhqiqatçı Sail Hacıyevə təqdim etmişlər. Sonuncu Təqsirləndirilən şəxs üçün bir xanım vəkil dəvət etmiş, təhqiqatçının xidməti otağında onun, Emil Əlizadənin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Müdafiəçi qadın olduğu üçün baxışda iştirak etməmiş, baxışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində dövriyəsi qadağan edilmiş əşyalar varsa könüllü təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində narkotik vasitə heroinə banzər maddəni çıxarıb təqdim edərək bildirmişdir ki, həmin kütlə narkotik vasitə heroindir, təxminən bir neçə saat əvvəl Suraxanı rayonu, Əmircan qəsəbəsində üzdən tanıdığı şəxsdən 20 manata özü istifadə etmək üçün almış, həmin narkotiki üzərində saxlamışdır. Lakin tutulduğu üçün istifadə edə bilməmişdir. Məhkəmə iclasnda şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, ona «Rauf» adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumatın yoxlanılması və əməliyyat axtarış tədbirinin həyata keçirilməsi barədə tərəfindən Suraxanı RPİ-nin 31-ci PB-nin rəhbərliyinə raportla müraciət olunmuş və əməliyyat qrupu yaradılmışdır. 17 avqust 2021-ci il tarixdə saat 15:00 radələrində bölmənin digər əməkdaşı Şahid2 ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən «Suraxanı» bazarının yaxınlığına gedərək orada keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında və istifadəsində şübhəli bilinən Təqsirləndirilən şəxs saxlayaraq Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirib təhqiqatçıya təhvil vermişlər. Orada təhqiqatçı xidməti otağında onun və Şahid2 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə baxış keçirmişdir. Baxışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa təqdim etməsini təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində narkotik vasitə heroinə bənzər maddəni çıxarıb təqdim edərək bildirmişdir ki, həmin kütlə narkotik vasitə heroindir, təxminən bir neçə saat əvvəl Suraxanı rayonu, Əmirxcan qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 20 manata alaraq özü istifadə etmək üçün üzərində saxlamaqla gəzdirmişdir. Bundan sonra aşkar olunmuş büküm zərfə qoyularaq qablaşdırılmış, imzalanmış, həmçinin baxışla əlaqədar tərtib olunmuş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin rəisinə ünvanlanan 17.08.2021-ci il tarixli raportdan müəyyən olunur ki, “Rauf” adlı şəxs Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən «Suraxanı» bazarının yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin rəisinə ünvanlanan 17.08.2021-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 17.08.2021-ci il tarixdə saat 15:00 radələrində Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən «Suraxanı Bazarı»nın qarşısında saxlanılıb Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” 17.08.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş maddə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs İlham 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş maddənin narkotik vasitə heroin olduğunu, təxminən bir neçə saat əvvəl Suraxanı rayonu, Əmircan qəsəbəsində üzdən tanııdığı adını bilmədiyi şəxsdən 20 manata alaraq özü istifadək etmək üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» 17.08.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. 19.08.2021-ci il tarixli qararla müstəntiqin Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatəti təmin edilməmiş, sonuncunun Suraxanı RPİ-nin müvəqqəti saxlama yerindən azad edilməsi barədə qərar qəbul etmiş, həmin tarixdə barəsində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 17.08.2021-ci il tarixdən-19.08.2021-ci il tarixədək - 03 gün msüddətində həbsdə saxlanılmışdır. 15.10.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, 28.10.2021-ci il il tarixdə Suraxanı RPİ-nin 31-ci PB-ninin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tutularaq Suraxanı RPİ-nin İŞ-nə təqdim edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 28.10.2021-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 28 oktyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «diskə baxış keçirilməsi haqqında» 19.08.2021-ci il tarixli protokoldan müəyyən olunr ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd siqaret kağızına bükülmüş bükümü çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulması, bu zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu və həmin bükümün onun özünə məxsus olmasını, həmin narkotik maddəni üzdən tanıdığı şəxsdən özü istifadə etmək üçün 20 manata almasını, üzərində saxlamasını və daşımasını bildirməsi, həmin bükümün qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış davam etdirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 6/3571 saylı, 18 avqust 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №195» dairəvi möhür əks olunan 1 (bir) ədəd kağız zərfdə üzərində «şübhəli şəxs: (imza)Təqsirləndirilən şəxs» yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 3,422 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr» İ siyahısına daxildir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-narkoloji ekspertizasının 4345 saylı, 05 noyabr 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin və psixotrop maddə olan metafetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 2790 saylı, 27 noyabr 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiacı yoxdur. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» 21.12.2021-ci il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq qalmış cəmi 3,322 qram heroin və DVD disk Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 16.09.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 2700 manat cərimə cəzasna məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü yalnız narkotik vasitələrin istifadəçisi olması, tutulan zaman üzərində heç bir qanunsuz əşya olmaması və narkotik vasitəni polis əməkdaşları tərəfindən üzərinə qoyulması barədə ifadələri əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, üzərinə müdafiəçisinin iştirakı və videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş DVD diskdəki görüntülərlə, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Qanuna əsasən heroin növü narkotik maddə 0,15 qramdan şəxsi istehlak miqlarından artıq, 2 qramdan isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs üstündən götürülmüş narkotik vasitənin təmiz çəkisi 3,422 qram olmaqla istehlak miqdarından dəfələrlə çoxdur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opoidlərin və psixatrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu -narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 28 oktyabr 2021-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə Təqsirləndirilən şəxs 03 gün ərzində, yəni 17.08.2021-ci il tarixdən-19.08.2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət ona təyin olunan cəza müddətindən çıxılmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 3,322 qram heroin edilməli, cinayət işinin materiallarına əlavə edilmiş DVD disk cinayət cinayət işi materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 114 (yüz on dörd manat ) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «KREDO» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 240 AZN (iki üz qırx manat) pul «KREDO» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs 17.08.2021-ci il tarixdən-19.08.2021-ci il tarixədək həbsdə saxlanıldığı - 03 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən hesaba alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 05 (beş ) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 3,322 qram heroin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş DVD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd manat ) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul «KREDO» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-587/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-587/2022
15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver