Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-587/2023 20.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə) Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 127.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri küllü miqdarda əldə edib saxlayaraq daşımış, zərərçəkmiş şəxsin həyat üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 05 aprel 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində olarkən, onun cibindən 250 manat pulunun götürülməsində şübhəli bildiyi Zərərçəkmiş şəxs irad tutması səbəbdən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun üz nahiyəsindən yumruqla qəsdən vurmuş nəticədə Zərərçəkmiş şəxs burun vasitəsilə tənəffüsün pozulması ilə müşayiət olunan burun sümüyünün cərrahi müdaxilə tələb edən yerini dəyişən qapalı sınığı ilə nəticələnən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-in 126cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid olan xəsarət yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan «Amir» və «Kamis» adlı şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada qara rəngli sellofan paketin içərisində üç ədəd ayrı-ayrılıqda şəffaf sellofan olmaqla iki ədəd şəffaf sellofanın içərisində ümumi çəkisi 90 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd şəffaf sellofanın içərisində 12 ədəd bükümdə ümumi təmiz çəkisi 16,976 qram olmaqla qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin və 40 ədəd bükümdə ümumi təmiz çəkisi 18,019 qram olmaqla ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamini əldə edib, sonradan istintaqa məlum olmayan şəxslərə satmaq niyyəti ilə həmin narkotik vasitə hesab edilən heroini, qurudulmuş marixuananı və metamfetamini özü ilə daşımış, xx.xx.2022-ci il tarixdə, saat 16:00 dəqiqədə Sabunçu RPİ-nin 12 PŞ-nin əməkdaşları tərəfindən barəsində olan 50796 nömrəli axtarış işi üzrə keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə Savxozu ünvanının yaxınlığında saxlanılaraq əlində olan paketdə narkotik maddə olmasını dediyi üçün 12-ci PŞ-nin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman etiraf etdiyi və əlində saxlayaraq özü ilə PŞ-nə gətirdiyi sol əlində saxladığı qara rəngli sellofan paketdən külli miqdarda 12 ədəd bükümdə ümumi təmiz çəkisi 16.976 qram, qəhvəyi rəngli tozşəkilli maddə olan narkotik vasitə hesab edilən heroin və külli miqdarda 40 ədəd bükümdə təmiz çəkisi 18.019 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və iki ədəd şəffaf sellofanın içərisində ayrı-ayrılıqda hər birinin çəkisi 45 qram olmaqla ümumi çəkisi 90 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, CM-nin 127.1-ci maddəsi ilə isə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə dost olmuş, aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onu vurmuş, o da qarşılıq olaraq Fəridi vurmuşdur. Zərərçəkmiş şəxs onu hüquq mühafizə orqanlarına şikayət etdiyindən məlumatı olmamışdır. Üzərindən aşkar olunan narkotik vasitələr və psixotrop maddələr ona aid olmamış, bir xanım ondan narkotik istəmiş və evinə çağırıb ona yemək vermiş, “Eltun” adlı şəxs həmin xanımın dostu olmuşdur. Həmişə xanıma zəng etmiş, bir dəfə xanım ona 5 qram “şüşə” vermiş və avtomobildə əyləşən “Eltun” adlı şəxsə verməsini bildirmişdir. O da deyilənləri etmiş, “Eltun” adlı şəxs ona “şüşə”nin qarşılığında pul ödəmiş, o da həmin pulu xanıma vermişdir. O, xəstə olmasını bildirməyinə baxmayaraq, həmin xanım onu döymüş, ona iynə vurmuş, o, isə buna icazə verməmişdir. “Şüşə” və “nəşə” adlı narkotik vasitələri tanımış, polis əməkdaşları ona zor tətbiq etməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxslə uzun müddətdir tanış və dost olmuşlar. Təqsirləndirilən şəxs əsgərlikdən gəldikdən sonra onun başında problem yaranmış, bəzən əsəbləşmiş, bəzən də özünü idarə edə bilməmişdir. Etibarın psixoloji xəstəxanada qeydiyyatda olduğunu və müalicə aldığını bildiklərindən, onun qeydiyyat kağızından istifadə etməklə özlərinə dərman almaq istəmiş, amma Etibar razı olmamışdır. Ancaq qardaşı həmin kağız vasitəsilə onun dərmanlarını almış, bu səbəbdən həmin gün bir evə yığışmışlar. Onların arasında mübahisə olmuş, bir- birilərinə nalayiq ifadələr, söyüşlər işlətmişlər. O da Etibarı söymüş və Etibar onu vurmuş, o da əsəbləşib Etibarı polisə şikayət etmişdir. Müstəntiq ona Etibarın üzərindən narkotik vasitələr aşkar olunduğunu bildirmışdir. O, əvvəllər narkotik vasitə istifadə etmiş, hazırda metadon suyu içərək müalicə alır. Etibarın narkotik vasitə istifadə etməsi və ya satışı ilə məşğul olması barədə məlumatı olmamışdır. Etibarın anasının xəstə olmasını, qardaşı ilə üz-üzə gəlməsini, düşmən qazanmaq istəməməsini və Etibarın xəstəliyini nəzərə alaraq işin bu həddə gəlməsini istəməmiş, hazırda Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və ya tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X1 məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 628 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədən səthində hər iki gözyüvasıaltı nahiyyənin dərialtı hematomaları, burun vasitəsilə tənəffüsün pozulması ilə müşayiət olunan burun sümüyünün cərrahi müdaxilə tələb edən yerini dəyişən qapalı sınığı, ənsə, sağ təpə və sol baldır nahiyyələrinin əzilmiş yaraları, alın nahiyyəsinin bir ədəd kəsilmiş, döş qəfəsinin iki ədəd daxilə nüfuz etməyən kəsilmişdeşilmiş yaraları, döş qəfəsinin, sol dirsək oynağı və sol sağrı nahiyyələrinin sıyrıqları kimi xəsarətlər müəyyən edilmiş, xəsarətlərin yetirilmə müddəti şəxsin məhkəmə-tibbi ekspertizasından 1-2 gün əvvələ uyğun gəlir. Xəsarətlərdən hər iki gözyuvası altı nahiyyənin dərialtı hematomaları, burun vasitəsilə tənəffüsün pozulması ilə müşayət olunan burun sümüyünün cərrahi müdaxilə tələb edən yerini dəyişən qapalı sınığı, ənsə, sağ təpə və sol baldır nahiyyələrinin əzilmiş yaraları, döş qəfəsinin, sol dirsək oynağı və sol sağrı nahiyyələrinin sıyrıqları bərk küt əşya tərəfindən, alın nahiyyəsinin bir ədəd kəsilmiş, döş qəfəsinin iki ədəd daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş yaraları isə deşicikəsici alətin təsirindən törənmişdir, bıçaqla yetirilə bilər. Dərəcəsinə görə burun vasitəsilə tənəffüsün pozulması ilə müşayət olunan burun sümüyünün cərrahi müdaxilə tələb edən yerini dəyişən qapalı sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, hər iki gözyüvasıaltı nahiyyənin dərialtı hematomaları, ənsə, sağ təpə və sol baldır nahiyyələrinin əzilmiş yaraları, alın nahiyyəsinin bir ədəd kəsilmiş, döş qəfəsinin iki ədəd daxilə nüfuz etməyən kəsilmiş- deşilmiş yaraları ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, döş qəfəsinin, sol dirsək oynağı və sol sağrı nahiyyələrinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilmir, xəsarətlərin lokalizasiya və xarakterinə görə yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. (cild 02, iş vərəqə 5-7) Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli AR CM-in 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti, tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. AR Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. AR CPM-in 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, AR CM-in 127.1-ci maddəsinə dair hissədə təqsirli bilinərək AR CM-in 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 40.3, 41.6, 43.1.1, 314.2 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs AR CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinsin, AR CM-in 73.2-ci maddəsinə əsasən, onun barəsində həmin maddə ilə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Əhməd Quliyev Hakimlər Rasim Sadıxov İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-587/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-587/2023
20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver