Məhkəmə qərarları › İş №1(101)-587/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-587/2024

27.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-587/2024 27.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X1 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Rəcəbova Nəzrin Səməndər qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Bakı şəhəri “Kredo” Vəkil Börosunun vəkili Müdafiəçi2 və Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan 01 (bir) övladı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə ümumi təmiz çəkisi 150,104 qram, yəni külli miqdarda olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 15 mart 2023-cü il tarixdə, saat 19:00 radələrində Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsində yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 2-ci PŞ-nə dəvət olunmuş və orada Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofan kəsiyinə bükülmüş 01 ədəd bükümdə 12,379 qram çəkidə, yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, həmin tarixdə, saat 21:15-də əməliyyat tədbirlərinin davamı olaraq Xəzər RPİ-nin 2-ci PŞnin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs öz razılığı ilə yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi evə video çəkiliş vasitəsilə baxış keçirilən zaman həmin evin həyətinin sağ tərəfində yerləşən ikimərtəbəli yaşayış evinin ikinci mərtəbəsindəki yataq otağında olan çarpayının döşəyinin alt hissəsindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə 137,725 qram çəkidə, yəni külli miqdarda tərkibinə görə Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 ədəd bükümdə 12,379 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 15 mart 2023-cü il tarixdə günorta saat 16 radələrində evdə yatdığı zaman 8-9 nəfər şəxs hasardan atlanaraq qapını qırıb və onu şort və qırmızı rəngli mayka ilə evdən çıxarmışlar. Onlar onu ata-anasının yanında döyə-döyə polis bölməsinə aparmışlar. Həmin görüntülər evindəki kameraya çəkilmişdir. O, polis əməkdaşlarından bunun səbəbini soruşduqda isə onlar ona polis şöbəsində bildirəcəklərini söyləmişlər. Orada onu 2 dəfə cərəyana verdikdən sonra döymüşlər. Polislər yaşadığı evi darmadağın edərək döşəyin altına narkotik vasitə qoyub və onu boynuna götürməyə məcbur etmişlər. Əks təqdirdə atasını da bu işə qoşacaqları ilə hədələmişlər. O, da məcburiyyət qarşısında qalaraq polis əməkdaşları ilə razılaşmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o Rusiyada yaşamış və orada dava-dalaş etdiyi üçün məhkum olunmuşdur. O, Azərbaycan Respublikasına karantin vaxtı qayıtmışdır. Evdə ata-anası, həyat yoldaşı və 1 övladı ilə birgə yaşayır. 2-3 ildir ki, narkotik vasitə olaraq heroindən istifadə edir. Heroinə günə təxminən 30-40 (otuz-qırx) manat pul verir. Özü bəzən taksi sürücüsü kimi də fəaliyyət göstərmişdir. O, narkotik vasitə istifadə edərək taksi sürmüşdür. Polis əməkdaşlarının onu evdən çıxaran vaxt anası və atası bunu görmuşlər. Polislər onu darvazadan döyə-döyə çıxarıb öz maşınlarına mindirmiş və polis bölməsinə aparmışlar. Bundan sonra onu orada da döymüşlər. O, polislərin dediklərini etmədiyinə görə onu 2 dəfə cərəyana vermişlər. O, polis idarəsində uzun müddət olmuşdur. Belə ki, günorta saat 16:00-da polislər evinə gələrək onu bölməyə aparmış, axşam saat 22:00-da isə evinə gələrək videoçəkiliş etmişlər. Günorta saat 16:00-dan axşam saat 22:00-a qədər olan müddət ərzində o, polis idarəsində olmuşdur. Orada uzun müddət qalmağına səbəb narkotik vasitəni boynuna almaması ilə bağlı olmuşdur. Polislər 01 büküm narkotik vasitəni boynuna götürməyini istəmişlər. O da məcburiyyət qarşısında qalaraq onlarla razılaşmışdır. Onun üzərində, eyni zamanda evində narkotik vasitə olmamışdır. Polis əməkdaşlarının ona qarşı olan qərəzinin səbəbini bilmir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, 15 mart 2023-cü il tarixdə axşam saat 19:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsində yerləşən yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə dəvət etmişlər. Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə olan «şüşə» deyilən psixotrop maddə metamfetamini və yaşadığı evin 01 ədəd açarını təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən başqa qeyri-qanuni heç bir əşya aşkar olunmamışdır. Daha sonra həmin kütlə qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. 01 ədəd açar isə ona geri qaytarılmışdır. Ona verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş psixotrop maddəni sosial şəbəkədə tanış olduğu adını «Həsən» kimi bildiyi özünü İran vətəndaşı kimi təqdim edən şəxsdən hazırda xatırlamadığı hesab nömrəsinə marketlərdən birində yerləşən «e-manat» ödəmə terminalı vasitəsi ilə 150 manat pul ödəməklə 13 mart 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ yolunda quraşdırılmış yol nişanının altından əldə etdiyini bildirmişdir. Belə ki, «Həsən» adlı şəxs «WhatsApp» sosial şəbəkəsində hazırda xatırlamadığı nömrədən ona göndərdiyi hesab nömrəsinə ödəniş etdikdən sonra Bakı şəhəri, Suraxanı rayonu, Zığ yolunda quraşdırılmış yol nişanının altında psixotrop maddəni yerləşdirib şəklini ona göndərmiş və ona həmin maddəni oradan götürə biləcəyini bildirmişdir. O da qeyd olunan yerə gedib həmin psixotrop maddə metamfetamini oradan götürmüşdür. Həmin psixotrop maddəni əldə edib bir qismini üzərində gəzdirmişdir. Həmin psixotrop maddənin bir qismini isə ünvan 2 ünvanında yerləşən yaşadığı evdə saxladığını, həmin psixotrop maddəni təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazının olmadığını polis əməkdaşları tərəfindən ona zor tətbiq olunmadığını, hər hansı həkim müayinəsinə ehtiyacının olmadığını, verilən sualları tam başa düşdüyünü bildirmiş və bununla bağlı onun ərizəsi alınmışdır. Bundan sonra o müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə ünvan 2 ünvanında yerləşən yaşadığı ünvana getmişdir. Baxış və axtarış zamanı həmin ünvanda yerləşən iki mərtəbəli yaşayış evinin ikinci mərtəbəsində yataq otağında yerləşən çarpayının döşəyinin altında gizlətdiyi şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamini təqdim etmişdir. Daha sonra həmin psixotrop maddə qablaşdırılaraq üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra evin digər hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya predmet maddə aşkar olunmamışdır. Etdiyi əməldən səmimi olaraq peşmançılıq hissi keçirdiyini bildirmişdir. (Cild 1, iş vərəqi 73-75) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Daxili İşlər Nazirliyinin Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə rəisi vəzifəsində çalışır. Uzun müddətdir ki, Buzovna qəsəbəsində sahə rəisi vəzifəsində işləyir. “Elxan” adlı şəxsin narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bununla əlaqədar qrup təşkil edilmişdir. Onun barəsində zəruri məlumatlar toplandıqdan sonra “Elxan” barəsində tədbir görülməsi üçün hərəkətə keçmişlər. Belə ki, onun olduğu yer müəyyən edildikdən sonra yaşadığı ünvanın yaxınlığında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Onu şöbəyə dəvət edərək, orada vəkilin də iştirakı ilə üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və baxış keçirilmişdir. Bu zaman üzərindən narkotik vasitə aşkar edilmişdir. Bundan başqa səhv etmirsə, Elxanın evindən də külli narkotik vasitələr aşkar edilmişdir. Bir çox tədbirlərdə iştirak etdiyi üçün məlum hadisəni təfərrüratları ilə xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, əməliyyat qrupunda baş əməliyyat müvəkkili Şahid1 və digərləri iştirak etmişlər. Təqsirləndirilən şəxs barəsində olan sənədləşməni Şahid1 aparmışdır. Məlum hadisənin konkret baş vermə tarixini xatırlamır. Ancaq onu deyə bilər ki, təxminən 3-4 ay əvvəl, yaz ayları və günün ikinci yarısı olmuşdur. Təqsirləndirilən şəxs tərəflərindən Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs onlara müqavimət göstərməmiş və əmrə tabe olmuşdur. Təqsirləndirilən şəxs narkotik maddəni özü könüllü şəkildə təqdim etmişdir. Onun üzərindən aşkar olunmuş narkotik vasitənin növünü xatırlamır. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilən zaman təhqiqatçı, baş əməliyyat müvəkkili Şahid1, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili və o iştirak etmişdir. Təqsirləndirilən şəxs evində keçirilən axtarış və baxış istintaq hərəkətində iştirak edib-etmədiyini dəqiq xatırlamır. Təqsirləndirilən şəxs tərəflərindən fiziki və psixi təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı ondan ibarət olmuşdur ki, o, narkotik vasitələri İrandan gətizdirərək Buzovna ərazisində onun satışı ilə məşğul olur və eyni zamanda, o, narkotik vasitə istifadəçisidir. Təqsirləndirilən şəxs evinin qarşısında saat təxminən 15-16 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin ona məxsus olduğunu və istifadə etdiyini bildirmişdir. Məhkəmədə tərəflərin razılığı ilə tədqiq və elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 göstərmişdir ki, 15 mart 2023-cü il tarixdə alınmış əməliyyat məlumatı əsasında məlum olmuşdur ki, «Elxan» adlı şəxs narkotik vasitələr və psixotrop maddələrin qəbulu ilə məşğul olur. Eyni zamanda həmin şəxsin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsində yerləşən yaşadığı evin yaxınlığında olduğu bildirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, «Elxan» adlı şəxs xx xxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və Təqsirləndirilən şəxs ifşa etmək məqsədi ilə digər polis əməkdaşı Şahid1 ilə birlikdə 15 mart 2023-cü il tarixdə, saat 18:50 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsinə yollanmışlar. Orada müşahidələr aparmağa başlamışlar və saat 19:00-da Təqsirləndirilən şəxs qeyd olunan yerdə müəyyən etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim edərək Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları olduqlarını bildirib onu Xəzər RPİnin 2-ci PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də heç bir etiraz etməyib onlarla birlikdə Xəzər RPİ-nin 2- ci PŞ-nə getmişdir. Xəzər RPİ-nin 2-ci PŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla İdarə rəisinə müraciət etmişlər. Faktla bağlı araşdırma aparılmasından ötrü material Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Fariz Məmmədova həvalə edilmiş və Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim olunmuşdur. X2 Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi dəvət etmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Daha sonra X2 şübhəli Təqsirləndirilən şəxs, dəvət olunmuş müdafiəçi Bəhruz Səfərovun və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq ona hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd açarı və şəffaf sellofan kəsiyinə bükülmüş 01 ədəd bükümü təqdim edərək psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin bükümün içərisindən ağ rəngli kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetamini 13 mart 2023-cü il tarixdə sosial şəbəkədə tanış olduğu özünü «Həsən» adlı İran vətəndaşı kimi təqdim edən şəxsin dediyi ünvandan, yəni Bakı şəhəri, Suraxanı rayonu, Zığ yolunda quraşdırılmış yol nişanının altından, yerdən götürdüyünü bildirmişdir. Eyni zamanda həmin psixotrop maddə metamfetamini əldə etmək üçün «Həsən» adlı şəxsin hazırda xatırlamadığı kart hesabına «e-manat» ödəmə terminalı vasitəsi ilə 150 manat pul göndərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən qanunsuz digər əşya və predmet aşkar olunmamışdır. Daha sonra 01 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə zərfə qoyulmuş, zərf möhürlənərək üzərində müvafiq qeydlər aparılmış və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. 01 ədəd açar isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddənin bir qismini yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi evdə saxladığını, həmin psixotrop maddəni təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizəsi alındıqdan sonra onun öz iştirakı ilə yaşadığı qeyd olunan ünvana yollanmışlar. X2 15 mart 2023-cü il tarixdə, saat 21:15-də Təqsirləndirilən şəxs, dəvət olunmuş müdafiəçi Bəhruz Səfərovun və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə həmin ünvana baxış keçirməyə başlamışdır. Baxış keçirilməzdən əvvəl X2 şübhəli şəxs Təqsirləndirilən şəxs sözügedən evdə olması ehtimal olunan narkotik vasitələri və psixotrop maddələri, eləcə də saxlanması qanunla müəyyən edilmiş əşyaları və sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs fərdi evin həyətinin sağ tərəfində yerləşən iki mərtəbəli yaşayış evinin ikinci mərtəbəsindəki yataq otağında olan çarpayının döşəyinin alt hissəsindən şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Həmin bükümün içərisindən ağ rəngli kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş 01 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə qablaşdırılaraq üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra evin digər hissələrinə baxış keçirilsə də, əhəmiyyət kəsb edən hər hansı bir əşya, predmet və maddə aşkar olunmamışdır. Qeyd olunanlarla bağlı X2 tərəfindən müvafiq protokol tərtib edilərək tərəflərindən imzalarla təsdiq edilmişdir. (Cild 1, iş vərəqə 102-104) Məhkəmədə ifadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxs mənzilində cəmi bircə dəfə, yəni baxış keçirilən vaxt olmuşdur. O üzərində olan və evindən aşkar edilən narkotik maddələri İran vətəndaşından əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs evində saxladığı psixotrop maddənin yerini özü göstərmişdir. Təqsirləndirilən şəxs evində axtarış keçirilən vaxt ata və anası da orada olmuşlar. Narkotik maddələr Təqsirləndirilən şəxs özünün də iştirakı ilə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs yaşadığı küçəyə saat 19 radələrində gəlmişlər. Saat 16:38 radələrində Rafiqlə birlikdə Təqsirləndirilən şəxs yaşadığı mənzilə daxil olaraq onu döyməmişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid1 ifadəsində məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid2 məhkəmə baxışı zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək onunla eyni əməliyyat qrupunda olduqlarını bildirmiş və Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, “Elxan” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 4) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında bir sıra əməliyyat-axtarış tədbirlərinin keçirilməklə yaxalanmasından ötrü Daxili İşlər Nazirliyinin Xəzər rayon Polis İdarəsində əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 9) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 19:00-da Təqsirləndirilən şəxs ünvan 5 ünvanının qarşısında saxlanılaraq 19:15-də Xəzər RPİ-nin 2-ci PŞ-nə gətirilmişdir. (Cild 1, iş vərəqə 12) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 15, 25-26) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı o əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd açar və bir şəffaf sellofan kəsiyinə bükülmüş bükümü təqdim edərək, həmin bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu və bu psixotrop maddəni xx.xx.2023-cü il tarixdə sosial şəbəkədə tanış olduğu, özünü Həsən adlı İran vətəndaşı kimi təqdim edən, adını bilmədiyi şəxsi telefon vasitəsi ilə dediyi ünvandan, yəni Suraxanı rayonu, Zığ yolunun üstündə quraşdırılmış yol nişanının altından yerdən götürdüyünü, həmin psixotrop maddəyə görə özünü Həsən adlı, İran vətəndaşı kimi təqdim edən şəxsə “e-manat” ödəniş terminalı vasitəsilə onun verdiyi, lakin hazırda xatırlamadığı kart hesabına 150 manat pul göndərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş maddə möhürlənərək qablaşdırılmışdır. (Cild 1, iş vərəqə 35, 37-39) xx.xx.2023-cü il tarixli “Təxirəsalınmaz axtarış, baxış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi ev 9 ünvanında yerləşən yaşadığı evinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yataq otağına daxil olduqda sol tərəfdə yerləşən 2 nəfərlik çarpayının üzərində olan döşəyin yuxarı hissəsini qaldıraraq oradan şəffaf rəngli içərisində bərk kristal formalı metamfetaminə bənzər maddə olan sellofanı təqdim edərək, içərisində psixotrop maddə metamfetamin olduğunu deyib, həmin maddəni Həsən adlı, İran vətəndaşından onlayn vasitəsilə Suraxanı rayonu, Zığ yolu üstündə quraşdırılmış yol nişanının altından götürdüyünü bildirmişdir. (Cild 1, iş vərəqə 41, 44-46) Məhkəmə kimyəvi ekspertizasının 16 mart 2023-cü il tarixli 6/1587 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Azərbaycan Respublikası DİN Zərflər üçün №193» dairəvi möhür əksi, «Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs» yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 12,379 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində: «Azərbaycan Respublikası DİN Zərflər üçün №193» dairəvi möhür əksi, «Vət. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş...şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs» yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd torbada təmiz çəkisi 137,725 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 150,104 qram təşkil edir və həmin metamfetamin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. (Cild 1, iş vərəqə 52-56) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 143-144) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 82-86) Məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3620 nömrəli rəyindən görünür ki, NAĞİYEV ELXAN NOVRUZ oğlunda OPİOİDLƏRİN qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 139-140) xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, işdə olan təqsirləndirilən şəxsin ifadələri, videoçəkiliş, şahidlərin ifadələri, ekspert rəyləri, diskə baxış keçirilməsi protokolu sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 143-149) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün müddətinə, yəni 04 avqust 2023-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 171-174) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (Cild 1, iş vərəqə 96) Cinayət işinin materiallarına əlavə edilmiş DVD diskdə olan görüntüdən görünür ki, Təqsirləndirilən şəxs özünü təqdim edərək “İranlı Həsən” qardaşı ilə narkotiklə bağlı iş gördüyünü, onu aldadacağını, nə atacağını, nə də malını yeməyəcəyinə söz verir. Əgər qeyd olunanlardan birini etdiyi təqdirdə ..... Prezidentin və polisin ünvanına nalayiq ifadələr söyləyir. AZ-İ №780852 saylı doğum haqqında şəhadətnamədən görünür ki, 26 iyun 2006-cı il tarixdə anadan olmuş Sərxan adlı uşağın atası Təqsirləndirilən şəxsdur. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirməsinin səbəblərini araşdırmış, müdafiə tərəfi ibtidai istintaq zamanı etirafedici ifadə verməsinin səbəbini polis əməkdaşları tərəfindən döyülməsi, həmçinin ona qarşı fiziki və psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2023-cü il tarixli, 20-12/593 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs təcridaxanaya gətirilən zaman ilkin tibbi müayinədən keçirilmiş və müayinə zamanı bədənində yeni xəsarət izləri aşkarlanmamış, sorğu zamanı həbs edilmiş şəxs zədə almadığını bildirmişdir. Daxili İşlər Nazirliyinin Xəzər rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli, 45/2- 24043/23 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs MSY-ə gətirilən zaman bədən səthində xəsarətlərin olmadığı müəyyən edilmişdir. Bakı şəhəri Xəzər rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli, 366-C/23 saylı cavab məktubundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki zorakılığa məruz qalması barədə rayon prokurorluğunda araşdırma aparılmış və Təqsirləndirilən şəxs qarşı istər saxlanılan zaman, istərsə də polis bölməsində hər hansı polis əməkdaşı tərəfindən fiziki və ya psixi zorakılıq edilməməsi müəyyən edilmiş, bu səbəbdən də xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən yaşadığı evdən zorla çıxarılaraq polis bölməsinə aparıldığını, orada döyüldüyünü, 2 dəfə cərəyana verildiyini, narkotik vasitələrin evinə polislər tərəfindən qoyulduğunu və atası ilə hədələndikdən sonra məcburiyyət qarşısında qalaraq həmin narkotik vasitələri boynuna götürməyə razılaşdığını söyləmişdir. Şahidlər Şahid2 və Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, üzərindən aşkar olunan maddənin özünə məxsus olduğunu və istifadə etdiyini dediyini, ona qarşı hər hansı polis əməkdaşı tərəfindən tutulmazdan əvvəl və ya sonra heç bir psixi və fiziki zorakılıq edilmədiyini bildirmişlər. Məhkəmə istintaqı zamanı şəxsi axtarış və götürmənin və təxirəsalınmaz axtarış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə və təxirəsalınmaz axtarış və götürmə istintaq hərəkətləri Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” və “Təxirəsalınmaz axtarış, baxış və götürmə aparılması haqqında” protokolların məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımasına görə ittiham irəli sürülmüşdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə aşkar olunmuş psixotrop maddələr ilə bağlı qeyd edir ki, həmin vaxt Təqsirləndirilən şəxs üzərində və evində olan metamfetaminin ümumi təmiz çəkisi şəxsi istehlak miqdarı (birdəfəlik istehlak həcmi) üçün nəzərdə tutulduğundan dəfələrlə çoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən polis bölməsinə aparılaraq orada döyülməsi, onun polis əməkdaşları tərəfindən yaşadığı evdən aparılmalarını, narkotik vasitələrin evinə polislər tərəfindən qoyulması və atası ilə hədələndiyi üçün məcburiyyət qarşısında qalaraq həmin narkotik vasitələri boynuna götürməyə razılaşması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu, işin faktiki halları, o cümlədən özünün narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını özündə əks etdirən videogörüntü ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən məhz onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini əsas götürür. Məhkəmə təqsirləndirilən şəxsin həm üzərinə şəxsi axtarış keçirilməsi, həm də istintaq dövründə eyniməzmunlu ifadə verməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən və evindən ümumi təmiz çəkisi külli miqdarda 150,104 qram olan psixotrop maddə metamfetaminin aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Psixotrop maddənin miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində həlledici rol oynamasa da, məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilən psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, həmçinin üzərindən aşkar olunan psixotrop maddə ilə yanaşı, eyni zamanda yaşadığı evində də külli miqdarda psixotrop maddə saxlaması hallarını birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Habelə, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş DVD diskə baxış keçirilməsi haqqında 01 iyul 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı diskdə olan video görüntüdə Təqsirləndirilən şəxs özünü təqdim edərək “İranlı Həsən” qardaşı ilə narkotiklə bağlı iş gördüyünü, onu aldadacağını, nə atacağını, nə də malını yeməyəcəyinə söz verir. Əgər qeyd olunanlardan birini etdiyi təqdirdə ..... Prezidentin və polisin ünvanına nalayiq ifadələr söyləyir ...... video görüntü 27 saniyə davam etmişdir. (Cild 1, iş vərəqə 138). Məhkəmə istintaqı zamanı müdafiə tərəfi DVD diskə əlavə edilmiş videgörüntünü məhkəməyə təqdim edərək təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsassız olduğunu, təqsirləndirilən şəxsin ittihamda qeyd edilən tarixdə və saatda Xəzər rayonu Polis İdarəsinin 2-ci polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsində yerləşən yaşadığı evin yaxınlığında saxlanılmadığını, 15 sentyabr 2023-cü il tarixdə, saat 16:30 radələrində polis əməkdaşlarının təqsirləndirilən şəxsin yaşadığı mənzilə daxil olaraq narkotik vasitələri mənzilə özlərinin yerləşdirdiklərini bildirmişdir. Müdafiə tərəfinin təqdim etdiyi DVD diskə əlavə edilmiş video görüntü məhkəmə iclasında tədqiq edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi həmin videogörüntünün həqiqiliyi, mənbəyi və əldə olunma halları mövcud Cinayət Prosesual Qanunveiciliyinin tələblərinə uyğun deyildir. Belə ki, Qanunvericiliyin tələblərinə əsasən hər bir sübut əldə edildikdən sonra tədqiq edilməlidir. Həmin videoçəkilişin aparıldığını göstərən vasitələr, həmin görüntülərin haradan və hansı formada götürülməsi, bu barədə kimə müraciət edilməsi, kim tərəfindən və hansı qərara əsasən əldə edilməsi ilə bağlı müdafiə tərəfi məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, sübutların mötəbərliliyi baxımından həmin video disk sübut kimi tanına bilməz. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143- 145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasına görə, həmin əməlləri törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində 1 (bir) nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən onun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini, cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halın müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 15 mart 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası Xəzər RPİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 12,279 qram və 137,525 qram psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmə və təxirəsalınmaz axtarış və götürməni zamanı aparılmış videoçəkilişin əks edildiyi 01 ədəd DVD disk və Təqsirləndirilən şəxs videogörüntüsü olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “KREDO” Vəkil Bürosunun vəkili Müdafiəçi2 üçün 402 (dörd yüz iki) manat məbləğində pul köçürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 15 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in Xəzər RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,279 qram və 137,525 qram psixotrop maddə metamfetamin məhv edilsin, şəxsi axtarış və götürmə və təxirəsalınmaz axtarış və götürməni zamanı aparılmış videoçəkilişin əks edildiyi 01 ədəd DVD disk və Təqsirləndirilən şəxs videogörüntüsü olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “KREDO” Vəkil Bürosunun vəkili Müdafiəçi2 üçün 402 (dörd yüz iki) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar