Məhkəmə qərarları › İş №1(101)-588/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-588/2020

19.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-588/2020 19.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: x3 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs - (xx.xx.1972-ci il tarixdə Bakı şəhrində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əfərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbayacan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 09 dekabr 2019-cu il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan yerdə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 10,294 qram çəkidə narkotik vasitə olan heroini, 20,283 qram çəkidə narkotik vasitə olan marixuananı və tərkibində narkotik vasitə olan 04 ədəd metadon həblərini əldə edib daşımaqla yaşadığı ünvan 2 ünvanının saxlamış, əldə etdiyi narkotik vasitə heroinin bir hissəsini, yəni 4,899 qramını üzərində saxlamaqla daşıyarkən 11.12.2019-cu il tarixdə, saat 16:30 radələrində yaşadığı qeyd edilən evin qarşısında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 4,899 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, tədbirin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında axtarış keçirilən zaman yataq otağındakı paltar dolabının üzərindəki qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 20,283 qram təşkil edən çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 5,395 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 01 ədəd gümüşü rəngli kağız bükümdə tərkibində narkotik vasitənin təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən 04 ədəd qəhvəyi rəngli dairəvi formalı üzərindən FM 40 sözləri yazılmış metadon dərman həbləri və üzərində heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona verilən ittihamla özünü qismən, yəni narkotik vasitə olan heroinin istifadəçisi kimi təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2009-cu ildə narkotik vasitələrdən istifadə etdiyinə görə həbs edilmişdir. Həbsdən çıxdıqdan sonra narkotik vasitələrdən istifadə etməmiş, lakin 1 ilə yaxındır ki, bədənində olan ağrılara görə narkotik vasitələrdən istifadə etməyə başlamışdır. 09.12.2019-cu il tarixdə saat 11 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan yerdə tanımadığı şəxsdən 02 bükümdə narkotik vasitə olan heroin, 01 bükümdə 04 ədəd metadon həbini 80 manata almışdır. Narkotik vasitəni aldığı şəxs ona bir bükümdə olan marixuananı hədiyyə vermişdir. Bundan sonra o, həmin narkotikləri yaşadığı evə aparmışdır. O, evdə həmin narkotik vasitə olan heroini evdə olan tərəzi vasitəsi ilə ölçmüş və bir qismini ayırıb üzərində götürmüşdür ki, istifadə edər. Qalan narkotik vasitələrini isə evdə olan qara rəngli gödəkcəsinin sol yan cibinə qoymuş və gödəkcəni yataq otağında olan dolabın üzərinə qoymuşdur ki, narkotik qurtaranda istifadə etsin. 11.12.2019-cu il tarixdə, saat 16:30 radələrində yaşadığı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ələkbərov küçəsi, ev 39 ünvanının qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq ona polis əməkdaşları olduqlarını deyib xidməti vəsiqələrini təqdim etdərək ondan kimliyini soruşmuşlar. O, polis əməkdaşlarına Təqsirləndirilən şəxs olduğunu demişdir. Polis əməkdaşları ona əməliyyat tədbirinin keçirilməsi barədə qərarla tanış etmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və ona hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçiriləcəklərini demişlər. O, etiraz etməmiş və dəvət olunmuş tanımadığı iki nəfərin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Polislər ona üzərində qeyri-qanuni əşya və ya maddə olub-olmadığını soruşmuşlar. O, polis əməkdaşlarına üzərində narkotik vasitə olan heroin olduğunu demiş və əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində heroin olan 01 ədəd şəffaf politelin bükümü və üzərində ***-***-**-** nömrə olan Nokia markalı mobil telefonu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra üzərindən aşkar edilmiş narkotik vasitə hal şahidlərinin iştirakı ilə zərfə qoyulmuşdur. Polis əməkdaşları ona bundan başqa narkotik vasitə olub-olmadığını soruşmuşlar. O da yaşadığı evdə narkotik vasitə olduğunu demişdir. Polis əməkdaşları ona onların və hal şahidlərinin iştirakı ilə evinə baxış keçirmək üçün etirazının olub-olmadığını soruşmuşlar. O da polis əməkdaşlarına heç bir etirazının olmadığını demişdir. Həmçinin bu barədə ərizə yazaraq evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Onlar evə daxil olanda o, polislərə narkotik vasitəni yataq otağında dolabın üzərində gödəkcəsinin cibində saxladığını demişdir. Bundan sonra o, yataq otağında dolabın üzərində olan qara rəngli gödəkcəsinin sol yan cibində saxladığı 01 ədəd elektoron tərəzini, 01 ədəd gümüşü rəngli siqaret kağızna bükülmüş 04 ədəd metadon həbi olan bükülünü, 01 ədəd içərisində heroin olan şəffaf politelin bükümü və 01 ədəd içərisində marixuana olan şəffaf polietilen bükümü polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin bükümlər götürülərək zərfə qoyulmuşdur. Bundan sonra yaşadığı evə, həyətdə olan təsərrüfat təyinatlı evə, quşların saxlanılması üçün dama və həyətə baxış keçirilmiş, lakin heç nə aşkar edilməmişdir. Bundan sonra hal şahidləri və polis əməkdaşlarının iştirakı ilə Baş Narkotiklərlə Mübarizə idarəsinə getmişlər. Orada onun hüquqlarını müdafiə etmək üçün vəkil təyin edilmiş və üzərinə və yaşadığı evə baxış keçrilməsi və maddi sübütun götürülməsi barədə protokol tərtib edilmiş və ucadan oxunmuşdur. Protokol düz olduğu üçün imzası iələ təsdiq etmişdir. Bundan sonra üzərindən aşkar edilmiş narkotik vasitələr ekspertiza təyin edilməsi üçün göndərilmişdir. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış və heç vaxt da satmamışdır. Həmişə özü istifadə etmək məqsədi ilə almışdır. O, polis əməkdaşları tərəfindən tutulacağından və həmişə narkotik vasitə tapa bilmədiyinə görə narkotik vasitəni çox alaraq yaşadığı evdə saxlamışdır. Həmin tərəzi ilə də aldığı narkotik vastəni çəkərək xırda bükümlərə bölərək istifadə etmişdir. O, narkotik vasitələri yüksək dozada istifadə edib şoka girməkdən qorxmuşdur. Buna görə də aldığı narkotik vasitələri tərəzidə çəkib bir istifadəlik üçün hazırlamışdır. O, narkotik vasitəni aldığı şəxsin anket məlumatları və istifadəsində olan mobil telefonu bilməmişdir. O, həmin şəxsdən narkotik vasitələri Binəqədi qəsəbəsi, Mərkəz adlanan yerdə almışdır. Həmin şəxs onun narkotik aludəçisi olduğunu bildiyi üçün həmişə özü ona yaxınlaşmışdır. O, yaşadığı evdə qızı Rəhimə və oğlu Əhədlə birlikdə yaşamış, onların onun yaşadığı evdə narkotik vasitə saxlamağından xəbərləri olmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində bildirmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə x4 İşlər Üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 dekabr 2019-cu il tarixdə ünvan 3 ünvanında yaşayan, əvvəllər məhkum olunmuş, 1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs mütəmadi olaraq Binəqədi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi, satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatını yoxlamaq məqsədilə onun tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və buna görə də ondan, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra dəvət olunmuş hal şahidləri Şahid5 və Şahid4 iştirakı ilə 11 dekabr 2019-cu il tarixdə saat 16:10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ələkbərov küçəsinə gedərək orada əməliyat mövqeyi seçmişlər. Saat 16:30 radələrində ünvan 3 ünvanın yaxınlığında xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar şəxsin əlamətləri ilə üst-üstə şəxsin olmasını və özünü şübhəli apardığını görüb ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs saxlayaraq öznü təqdim etməsini xahiş etmişlər. O özünü xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş və Təqsirləndirilən şəxs mütəmadi olaraq Binəqədi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib dəvət olunmuş hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçiriləcəyini bildirmişlər. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qeyri-qanuni əşya varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf polietilen bükümü və 01 ədəd «Nokia» markalı mobil telefonu çıxarıb onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman həmin bükümün içərisində tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddə alması aşkar olunmuşdur. Bundan sonra həmin bükümdə olan maddə zərfə qoyularaq qablaşdırılmış və DİN-nin 7 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri imzalarla təsdiq edilmişdir. Mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilsə də onun üzərindən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Tərəflərindən edilən sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ələkbərov küçəsi ev 39 ünvanında özünə məxsus 01 ədəd bükümdə narkotik vasitə olan heroin, 01 ədəd bükümdə narkotik vasitə olan marixuana, 01 ədəd bükümdə içərisində 04 ədəd metadon həbləri və 01 ədəd elektron tərəzi olduğunu bildirmişdir. Buna görə də Təqsirləndirilən şəxs yaşadığı evinə baxış keçirilməsinə etirazının olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə etirazının olmadığını deyərək bu barədə ərizə yazaraq etirazının olmadığını demişdir. Bundan sonra onlar hal şahidlərinin iştirakı ilə birlikdə elə həmin küçədə Atamalının yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı ev 1 mərtəbəli, üç otaq, dəhliz, mətbəxdən ibarət olmuşdur, həyətyanı sahədə hamam, tualet, quşların saxlanılması üçün tikili və iki otaqdan ibarət yardımçı təsərrüfat təyinatlı tikili olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evdə öz yataq otağında dolabın üzərində saxladığı qara rəngli gödəkcənin yan cibindən 02 (iki) ədəd şəffaf polietilen, 01 (bir) ədəd gümüşü rəngli kağız bükümləri və 01 (bir) ədəd elektron tərəzini çıxarıb onlara təqdim etmişdir. Həmin bükümlər hal şahidlərinin işştirakı ilə 01 ədəd şəffaf polietilen büküm açıldıqda oradan tünd yaşıl rəngli, bitki mənşəli, narkotik vasitə olan marixuanaya, 01 ədəd şəffaf polietilen büküm açıldıqda oradan tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə, 01 ədəd gümüşü rəngli kağız büküm açıldıqda isə oradan 4 (dörd) ədəd üzərində «FM40» sözləri yazılmış, tünd qəhvəyi rəngli, narkotik vasitə olan metadon həblərinə oxşar maddələr olması aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdən təqdim etdiyi 02 ədəd şəffaf polietilen, 01 ədəd gümüşü rəngli kağız bükümlərə içərisində olan maddələrlə birlikdə və 01 (bir) ədəd elektron tərəzi zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Həmin vaxt baxışda iştirak edən hal şahidləri kimi Təqsirləndirilən şəxs də həmin zərfin üzərinə imza etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə Atamalının yaşadığı evin bütün otaqlarına, dəhlizə, mətbəxə, eləcə də həyətyanı sahəyə və orada yerləşən hamama, tualetə, quşların saxlanılması üçün tikiliyə və iki otaqdan ibarət yardımçı təsərrüfat təyinatlı tikiliyə baxış keçirilsə də əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə aşkar olunmuş narkotik vasitə olan heroinin 1 qramını 40 manata, narkotik vasitə olan metadon həbinin 1 ədədini 10 (manata) saxlandığı vaxtdan 2 gün əvvəl, yəni 09.12.2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində tanımadığı, adını və ünvanını bilmədiyi şəxsdən özü istifadə etmək üçün aldığını, təqdim etdiyi narkotik vasitə olan marixuananı həmin tanımadığı şəxsin ona hədiyyə etdiyini bildirmişdir. Bundan sonra iş yerlərinə, yəni Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmişlər və tədbirdə iştirak edənlərin, həmçinin dəvət olunmuş müdafiçi Ramiz Mirzəyevin iştirakı ilə bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və onun tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş şahidlər Şahid2 və Şahid3 ifadələrində Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 ifadəsində bildirmişdir ki, 11.12.2019-cu il tarixdə, saat təxminən 16:30 radələrində polis əməkdaşları ona hal-şahidi qismində iştirak etməsini xahiş etmişlər. O razılaşaraq Təqsirləndirilən şəxs üzərində və evində baxışda iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik maddə olan heroin olduğunu demiş və əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü və “Nokia” markalı mobil telefonu çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Həmin büküm polis əməkdaşları tərəfindən açılmışdır. Bükümün içərisində tünd qəhvəyi rəngli, kəskin iyi olan, toz formalı maddə olmuşdur. Bundan sonra büküm polislər tərəfindən zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik maddə olduğunu demişdir. Polis əməkdaşları Atamalıdan evə baxış keçirilməsinə etirazının olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə etirazının olmadığını demiş və ərizə yazaraq etirazının olmadığını bildirmişdir. Onlar polislərlə birlikdə elə həmin küçədə Atamalının yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs evin bir mərtəbəli, 3 otaqdan, dəhliz və mətbəxdən ibarət olmuş, həyətində isə quş damı, iki otaqdan ibarət əl damı olmuşdur. Təqsirləndirilən şəxs öz yataq otağında dolabın üzərində saxladığı qara rəngli gödəkcənin sol cibindən 02 ədəd şəffaf polietilen bükümü, 01 ədəd gümüşü rəngli siqet kağızına bükülmüş bükülünü və tərəzini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümlər də polis əməkdaşları tərəfindən açılmışdır. Həmin bükülünün içərisində də tünd qəhvəyi rəngli, kəskin iyi olan toz şəklində maddə aşkar edilmişdir. Digər sellofan büküm açılan zaman içərisində tünd yaşıl rəngli ot kütləsi aşkar edilmişdir. Bundan sonra gümüşü rəngli siqaret kağızı açılan zaman oradan 04 ədəd üzərində “FM40” sözləri yazılmış tünd qəhvəyi rəngli dərman həbləri aşkar edilmişdir. Həmin bükümlər də zərfə qoyularaq möhürlənərək imzalarla imzalanmışdır. Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdən aşkar olunmuş maddələrin narkotik maddələr olduğunu, heroini 40 manata, həblərin hər birini 10 manatdan aldığını, marixuananı isə ona aldığı adamın hədiyyə verdiyini demişdir. Atamalı narkotik maddələri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mərkəz adlanan yerdə tanımadığı şəxsdən aldığınıda qeyd etmişdir. Daha sonra evin otaqlarına, həyətinə, həyətdə olan əl damına və quş damına baxış keçirilmişdir. Bundan sonra o, digər hal şahidi, polis əməkdaşları və Təqsirləndirilən şəxs birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına yollanmışlar. Orada Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət olunmuş və sənədləşdirmə üçün polis əməkdaşları ilə birlikdə inzibati otaqların birində protokol tərtib edilmişdir. Şahid4 oğlnun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan məhkəmədə olunmuşdur. O həmin ifadəsində Şahid5 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün qismən etirafedici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan 11.12.2019-cu il tarixli “əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, 11.12.2019-cu il tarixdə Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evdə axtarış aparılan zaman onun üzərindən və yaşadığı mənzildən 01 ədəd bükümdə 20,283 qram çəkidə narkotik vasitə olan marixuana, 02 ədəd bükümdə ümumilikdə 10,294 qram çəkidə narkotik vasitə olan heroin, 01 ədəd bükümdə tərkibində metadon olan 04 ədəd dərman həbləri və 01 ədəd elektron tərəzi də aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 11.12.2019-cu il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 11.12.2019-cu il tarixli, 30608/09 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş. ..” sözlər və imzalar olan zərfdəki 1 ədəd bükümdə çəkisi - 4,899 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar...” sözlər və imzalar olan zərfdəki 1 ədəd bükümdə çəkisi - 5,395 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi - 20,283 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, bir ədəd bükümdə ümumi sayı 4 (dörd) ədəd qəhvəyi rəngli dairəvi formalı həblər metadon adlı dərman preparatıdır və 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır, heroin iz şəklində olduğu üçün tədqiqata təqdim olunmuş heroinlərlə eynilik aparmağ mümkün deyildir. Metadon adlı preparat Azərbaycan Respublikasının ərazisində məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndinə (sıra N°6) daxildir) və həblərin təsiredici maddəsinin ümumi miqdarı- 0,16 qramdır (bir həbdə 0,04 qr). Tədqiqata təqdim edilmiş üzərlərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və “ Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar....” sözlər və imzalar olan 02 ədəd zərflərdəki, ümumi sayı 02 ədəd bükümlərdə olan heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 25.12.2019-cu il tarixli, 3018 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 06 mart 2020-ci il tarixli, 489 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansi bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə 13.12.2019-cu il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 11 dekabr 2019-cu il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-dən alınmış tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Rzayev x2 Rayon Məhkəməsinin 20.05.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublkası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 09.07.2020-cu il tarixdə Nərimanov Rayon Məhkəməsinin 05.07.2010-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 77-ci maddəsinə əsasən cəzanın qalan 7 ay 29 gün hissəsi azadlığın məhdulaşdıma cəzası il əvəz edilmiş və 04.03.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırda məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi barədə qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş təhqiqatdan sonra qalıq qalmış 10,194 qram natkotik vasitə olan heroin, 20,263 qram olmuş narkotik vasitə olan marixuana, 03 ədəd metadon həbləri və 01 ədəd elektorn tərəzi saxlanılması üçün DİN-nin Bakı şəhər Binəqədi RPİ-ə təhvil verilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə özünü qismən təqsirli bilməsi, üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitələri satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasi-tələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı ol-ma-yaraq Azərbaycan Respublika--sının qanunvericiliyi ilə müəyyən edilmiş qay-da-ları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəza-çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələblərinə əsasən əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əm-lakı müəy-yən edilmədi-yin-dən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra hazırki cinayət işi üzrə maddi sübut kimi tanınaraq Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş və təhqiqatdan sonra qalan 10,194 qram natkotik vasitə olan heroin, 20,263 qram olmuş natkotik vasitə olan marixuana, 03 ədəd metadon həbləri və 01 ədəd elektorn tərəzi məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 11 dekabr 2019-cu il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat, ibtidai araşdırma zamanı göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkil bürosunun vəkili x1 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 11 dekabr 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş və təhqiqatdan sonra qalan 10,194 qram natkotik vasitə olan heroin, 20,263 qram olmuş natkotik vasitə olan marixuana, 03 ədəd metadon həbləri və 01 ədəd elektorn tərəzi məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat, ibtidai araşdırma zamanı göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkil bürosunun vəkili x1 300 (üç yüz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar