Məhkəmə qərarları › İş №1(101)-588/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-588/2023

11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-588/2023 11.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X7-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, X2, X6, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun vəkili Müdafiəçi1 və Sumqayıt Regional Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi ev 9da qeydiyyatda olan, ünvan 1 ünvanda yaşamış, 07 oktyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs naməlum vaxtda və mənbədən satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,668 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımış, 05 oktyabr 2022-ci il tarixdə onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş rəsmi məlumat əsasında o, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saat 23:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əmir Bağırov küçəsində saxlanılaraq, Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirildikdən sonra orada onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda, yəni təmiz çəkisi 2,668 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətəməkdə özünü qismən təqsirli bilərək ifadələrində göstərdi ki, 05 oktyabr 2022-ci il tarixdə o, evdə ailəsi ilə dava-dalaş salmışdır. Həyat yoldaşının anası dava-dalaş saldığını bilib, dava-dalaş saldığı üçün “102” Xidmətinə zəng vurdu. Bundan sonra da polis əməkdaşları gəldilər. O, yaşadığı həyətdə çətənə kolu əkmişdir, polis əməkdaşları da həmin çətənə kolunu tapdılar və onu bölməyə aparmışlar. Bölmədə olarkən onun qabağına narkotik vasitə qoydular, həmin narkotik vasitə də guya ondan aşkar olunmuşdur. O, polis bölməsində olarkən döyüldüyünə görə məcburiyyətdən hər şeyi boynuna aldı. O, özünü narkotik vasitələrin satışında təqsirli bilmir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Ailəsi ilə dalaşmağının səbəbi o oldu ki, həmin vaxt onda narkotik vasitə yox idi, “lomka”da idi, canı ağrıyırdı, hirsini də evdəkilərdən çıxırdı. O, heroin istifadəçisidir. Dava-dalaş təxminən saat 17:30 radələrində, ya da saat 18:00 radələrində olmuşdur. Polis əməkdaşları saat 18:30 radələrində gəldilər. O, çətənə kolunu evin qapısının yanında əkmişdir, boyu təxminən doxsan santimetr olardı. Adətən onun evinə gəlibgedən olmurdu. Həmin evdə ailəsi ilə birlikdə yaşamışdır. O, sonuncu dəfə tutulmamışdan əvvəl narkotikdən istifadə edib. O, tutulduğu gün səhər tezdən narkotik vasitə qəbul etmişdir, axşama doğru artıq canı ağrıyırdı. Cinayət işinin materiallarına əlavə olunmuş protokollardakı imzalar və yazılar ona məxsusdur. O, məhkəmədə verdiyi ifadəsini təsdiq edir. Ona təzyiq olunduğuna görə, ibtidai istintaq zamanı məcbur olub hər şeyi boynuna almışdır. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, həyat yoldaşı Şahid3 və bir azyaşlı uşağı ilə birlikdə yaşayır. Təxminən iki ilə yaxın olardı ki, narkotik vasitələrdən istifadə edir. Həyat yoldaşı Leyla da narkotik vasitələrdən istifadə etdiyini bilmişdir. Narkotik vasitələri daima tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə dəqiq tarix yadında deyil, bir neçə gün əvvəl Sabunçu rayonunda Şuşa şəhərciyində adını, soyadını və ata adını bilmədiyi üzdən tanıdığı şəxsdən əlli beş manata bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroin almışdır. 05 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Sabunçu rayonu Əmir Bağırov küçəsində olan zaman iki nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər, polis əməkdaşları ondan şəxsiyyətini təsdiq edən sənəd istədiklərində üzərində sənədinin olmadığını bildirmişdir. Eyni zamanda üzərində narkotik vasitə olduğu üçün həyəcanlanmış və polis əməkdaşlarından yayınmaq istəmişdir. Lakin, polis əməkdaşları onu 12-ci PŞ-nə dəvət etmişlər. Onların müşayiəti ilə polis şöbəsinə gəlmiş, 12-ci PŞ-də inzibati otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Daha sonra üzərinə videoçəkiliş aparılmaqla axtarış keçirilmiş, axtarış keçirilməzdən əvvəl vəkilinin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına etirazı olmaması barədə ərizə yazmışdır. Axtarış zamanı üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bu səbəbdən ifşa olunduğunu düşünüb əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroini və bir ədəd qara rəngli “Katel” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. İlkin sorğu zamanı narkotik vasitəni həm özü istifadə etmək, həm də satış məqsədilə Şuşa şəhərciyində tanımadığı şəxsdən əlli beş manata əldə etdiyini, həmçinin yaşadığı evdə dibçəkdə narkotik təbiətli bitki əkib-becərdiyini bildirmişdir. Başqa üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılmış, şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, özü və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Bundan sonra həmin günü yaşadığı evə polis əməkdaşlarının iştirakları ilə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı yaşadığı evdə anbar kimi istifadə olunan və dəmir əl qapısı olan yerdən dibçəkdə əkib becərdiyi bir ədəd narkotik təbiətli çətənə bitkisini təqdim etmişdir. Həmin çətənə bitkisini təxminən üç-dörd ay əvvəl özü həmin aşkar olunmuş dibçəkdə həyətində əkmiş və dibinə su, peyin və s. verməklə becərib yetişdirmişdir. Həmin narkotik təbiətli çətənə bitkisini də əkib becərməkdə məqsədi həm özü istifadə etmək, həm də satmaq olmuşdur. Əvvəllər tanımadığı şəxsdən narkotik vasitə olan qurudulmuş marixuana almışdır. Həmin marixuananın içərisində olan bir ədəd toxumu dibçəkdə əkib becərmişdir. Qeyd olunan bir ədəd çətənə bitkisi polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş, başqa yaşadığı evdən və həyətyanı sahədən heç nə aşkar olunmamış və götürülməmişdir. Bu barədə də protokol tərtib olunmuş, ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Şahid3 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Onunla ədavəti yoxdur. Hadisə günü onun həyat yoldaşı ilə arasında mübahisə yaranmışdır. Qonşuluqda səs-küyu eşidib anasına xəbər vermişlər. Anası isə “102” xidmətinə zəng vurub Röyalın narkotik istifadəçisi olması barədə şikayət etmişdir. O, əsəbi olduğuna görə ibtidai istintaq zamanı başqa məzmunlu ifadə vermişdir. Onun həyat yoldaşı narkotik istifadəçisidir. Lakin həmin gün Röyal narkotik vasitədən istifadə etməyib, elə istifadə etmədiyinə görə də əsəbi olurdu, bu səbəbdən də onlar dalaşdılar. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumayıb. Yaşadıqları evin həyətyanı sahəsində kiçik bir daxma var. Aralarındakı dava-dalaş axşam saatlarında baş vermişdir, qaranlıq düşmüşdür. Onların Röyal ilə səs-küyünə qonşuluqda yaşayan qohumları da gəldilər. Daxma evin həyətinə daxil olarkən görünür. O, həyəcanlı idi deyə, polis əməkdaşları gəldikdən sonra yoldaşı ilə bağlı ərizə yazdı ki, Röyal onu incidir, narkotik istifadəçisidir. O, ərizəsini evdə yazmışdır. O, 12-ci Polis bölməsinə getməyib. Çətənə kolu onların həyətyanı sahəsindəki daxmada idi. Röyalın üzərindən narkotik vasitənin aşkar olunması ona sonradan məlum olub. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmə elan olunub araşdırılmış ifadələrində Şahid3 ifadələrində göstərmişdir ki, 05 oktyabr 2022-ci il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-nə ərizəni özü yazmışdır. Belə ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Birgə nigahlarından bir azyaşlı övladı vardır. Həyat yoldaşı Röyalın narkotik vasitələrdən istifadə etməsini eşidib bilmişdir. Bunun üstündə tez-tez Röyalla aralarında mübahisələri olmuşdur. Sabunçu RPİ-nin 12-ci PŞ-nə ərizə ilə müraciət etməzdən bir neçə gün əvvəl yaşadıqları evin həyətyanı sahəsində anbar kimi istifadə olunan və dəmir qapısı olan saxlanc yerinə girdikdə görmüşdür ki, dibçəkdə bir ədəd yaşıl rəngli narkotik tərkibli bitkiyə bənzər bitki vardır. Bundan sonra Sabunçu RPİ-nin 12-ci PŞ-nə gələrək cinayət hadisəsi barədə məlumat vermişdir. Röyal həyətlərində narkotik tərkibli çətənə bitkisini əkib becərməsini görməmişdir. Yalnız yuxarıda qeyd etdiyi kimi məlumat verməzdən bir neçə gün əvvəl həmin bitkini aşkar etmişdir. Çünki həmin saxlanc kimi istifadə olunan yerə uzun müddət sonra girəndə görmüşdür. Şahid1 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs xidməti vəzifələri ilə əlaqədar tanıyır, onunla heç bir ədavəti və yaxınlığı yoxdur. 05 oktyabr 2022-ci il tarixdə Şahid2 olğlu ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən Əmir Bağırov küçəsində özünü şübhəli apardığına görə Təqsirləndirilən şəxs yaxılaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs onlardan yayındığına görə, onu 12-ci Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində rəhbərliyə müraciət olunaraq, təhqiqatçı Hüseyn Nağıyev tərəfindən şəxsin üzərinə video çəkiliş ilə baxış keçirildi. Şəxsin üzərindən narkotik vasitə aşkar edildi. Həmçinin şəxsin evində də çətənə bitkisinin olduğunu dediyinə görə, Təqsirləndirilən şəxs evinə mütəxəssis - aqronomun iştirakı ilə video çəkiliş ilə baxış keçirildi. Təqsirləndirilən şəxs evindəki əldamından bir ədəd çətənə kol bitkisi aşkar olundu və qablaşdırılaraq ekspertizaya göndərildi. O, verdiyi ifadəsi ilə təqsirləndirilən şəxsə böhtan atmır. Röyal necə tutulub elə də deyir.Onun arvadının şikayətinin olmasını bilib. Royala heç bir fiziki və psixi təsir göstərilməyib. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 göstərmişdir ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir düşmənçiliyi, ədavəti olmamışdır. 05 oktyabr 2022-ci il tarixdə Şahid3 Sabunçu RPİ-nin 12-ci PŞ-nə ərizə ilə müraciət edərək, həyat yoldaşı Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitədən istifadə edərək onunla mübahisə etdiyini bildirərək, narkotik vasitə istifadə edən, əkib-becərən və satışı ilə məşğul olan həyat yoldaşı Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Sabunçu RPİnin 12-ci PŞ-nin sahə müvəkkili, polis leytenantı Şahid2 ilə xidmətdə olarkən, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əmir Bağırov küçəsində Təqsirləndirilən şəxs görüb ona yaxınlaşıb özlərini təqdim edərək ondan şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini bildirdiklərində Təqsirləndirilən şəxs şübhəli hərəkətlərlə onlardan yayınmaq istəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olmasından şübhələnib üzərində şəxsi axtarış keçirilməsi üçün Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. 12-ci PŞ-də xidməti otaqda təhqiqatçı, polis mayoru Hüseyn Nağıyev tərəfindən ona hüquqları izah edildikdən sonra müdafiəçi təyin olunmuş, eyni zamanda şübhəli şəxs qismində tutulduqdan sonra video çəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər-hansı qanunsuz əşya varsa təqdim etməsi təklif olunduqda o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü və bir ədəd qara rəngli “Katel” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükümün içərisindən qəhvəyi rəngli, toz halında maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış zamanı başqa əşya və ya predmet aşkar edilməmişdir. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin “kakos” olduğunu, Şuşa şəhərciyində tanımadığı şəxsdən əlli beş manata aldığını, məqsədinin özü istifadə etmək və satmaq olduğunu, təxminən üç-dörd aydır ki, narkotik vasitələrin satışı ilə məşğul olduğunu, yaşadığı evdə narkotik tərkibli bitki əkib-becərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə sellofan bükümlə birlikdə zərfə qablaşdırılmış, üzəri möhürlənmiş, həmçinin bu barədə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən zərfin üzəri və protokol imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əmir Bağırov küçəsində nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində dəmir giriş qapısı olan anbar kimi istifadə olunan yerdən bir ədəd dibçəkdə yaşıl rəngli bitki aşkar olunmuşdur. Həmin bitkiyə aqronom-mütəxəssis tərəfindən baxış keçirilərkən sonuncu həmin bitkinin narkotik təbiətli çətənə bitkisini olduğunu və aqrotexniki qaydada qulluq edilib yetişdirildiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin bitkini təxminən üç-dörd ay əvvəl yaşadığı ünvanda dibçəkdə əkibbecərdiyini, məqsədinin həm özü istifadə etmək, həm də istəyən olanda tanışlarına vermək olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı başqa iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Aşkar edilmiş bitki qablaşdırılaraq götürülmüş, bu barədə də protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 ifadələrində Şahid1 ifadələri ilə eyni məzmunlu ifadələr verib onun ifadələrində göstərdiyi ittihamı sübuta yetirən edən halları təsdiq etdi. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş 06 oktyabr 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan və həmin protokola əlavə edilmiş CD diskə keçirilmiş baxışdan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı ona üzərində olan əşyaları təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümü və bir ədəd qara rəngli “Katel” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükümün içərisindən qəhvəyi rəngli, toz halında maddə aşkar olunur. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış zamanı başqa əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin “kakos” olduğunu, Şuşa şəhərciyində tanımadığı şəxsdən 55 (əlli beş) manata aldığını, məqsədinin özü istifadə etmək və satmaq olduğunu, təxminən üç-dörd aydır ki, narkotik vasitələrin satışı ilə məşğul olduğunu, yaşadığı evdə narkotik tərkibli bitki əkib-becərdiyini bildirir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 06 oktyabr 2022-ci il tarixli, 6/5741 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs imza ...” yazı və imzalar olan zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,668 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş 07 dekabr 2022-ci il tarixli “Diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 01:55:13 dəqiqədə ***-***-**-** saylı mobil nömrəyə “qaqa tay öldüm mən səndən bir xəbər çıxmadı”, xx.xx.2022-ci il tarixdə saat 12:31:15 dəqiqədə ***-***-**-** saylı mobil nömrəyə “Qaqaş kola yoxdu birazdan olacaq”, xx.xx.2022-ci il tarixdə saat 19:55:38 dəqiqədə +**********82 saylı mobil nömrəyə “qaqa aç telefonu bir söz de mən işimi bilim lomkada qalmayım” xx.xx.2022-ci il tarixdə saat 23:00:56 dəqiqədə ***-***-**- ** saylı mobil nömrəyə “qaqaş heçnə yoxdu özüm ölürəm pul atmışam gözdüyrəm” məzmunlu mesajlar yazılmışdır. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 20:07:21 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən “Röyal Husendi evin nömrəsidir qaqa birdə məndə 2 ədəd 5 manatlıq kontur var götürə bilərsən 15 manatda pul səndən yarı kola birdə patı əsas patıdır 04 kolada olar 02 patı 25 manatdı obşi hə yox”, xx.xx.2022-ci il tarixdə saat 20:07.623 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən “Röyalam hə deməli sənə belə hörmət qoyursan vermirsən de məndə bilimda məşni qoydun pis vəzyətə 30 manatnan qoydun ağrıda”, xx.xx.2022-ci il tarixdə saat 22:12:49 dəqiqədə “qaqaş götürdüm raşotu götür budağa maşın bazarını keçdim 20 dəqiqəyə məhlədə ol bir dənə doza vuraq”, xx.xx.2022-ci il tarixdə saat 07:59:09 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən “Qaqa mən ölürəm gəlim? Dünən dediyim hazırdı bir yarım və 10 manatlıq”, xx.xx.2022-ci il tarixdə saat saat 12:26:01 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən “Ayıb olsun sənə özüvü ... etdin yalandan varyox söydün ki mən ... . Nəysə ağrıdayam mal vermirsən mənə”, xx.xx.2022-ci il tarixdə saat 22:29:43 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən “Hikmətdi 20 m var mənə kola yarım ver”, xx.xx.2022-ci il tarixdə saat 06:37:10 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən “ale qaqaş mən sənə 15 manatlıq kola verim 03 kola, səndə 02 kola versən dəyişərəm”, xx.xx.2022-ci il tarixdə saat 09:05:09 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən “qaqaş ölürəm ağrıdan tez de gedim”, 09:11:45 dəqiqədə “qaqaş sən məni dolama bax axrıncı dəfə deyirəm peşman eliyərəm səni mənim pulumu yada malımı ver”, xx.xx.2022-ci il tarixdə saat 13:28:36 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən “Röyal ölürəm ağrıdan 5 ce m pulum var mənidə çıxarda vəziyətdən”, xx.xx.2022-ci il tarixdə saat 20:45:00 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən “Röyal mənəm Fərid qaqa 25 m pul var yarı 5 diydə patı əmələ gələr evdəyəm gəlim evin nömüdü cvb didə”, xx.xx.2022-ci il tarixdə saat 21:15:59 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən “Qaqa 25m veririy qurban olum 2 dənə babat çet ver bidənə 5diy patı” məzmunlu mesajlar yazılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyib, küçədə hərəkət edərkən deyil, yaşadığı evdə ailə üzvləri ilə mübahisə edərkən qayınanasının şikayəti əsasında tutulduğunu, tutulduğu gün üzərində hər hansı narkotik vasitənin olmamasını, narkotik vasitənin satışı ilə məşğul olmadığını, yaşadığı evin həyətyanı sahəsində aşkar olunmuş çətənə kolunu yalnız öz istifadəsi üçün əkib-becərdiyini, polis əməkdaşları tərəfindən döyüldüyünü göstərdi. Məhkəmədə Təqsirləndirilən şəxs bu iddiaları araşdırılarkən öz təsdiqini tapmadı. Çünki məhkəmə baxışında şahidlərin ifadələrində Təqsirləndirilən şəxs məhz Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əmir Bağırov küçəsində piyada hərəkət edərkən özünü şübhəli aparması səbəbindən polis əməkdaşları tərəfindən saxlanılması, onu təzyiq və təsir göstərilməsi inakar olundu. Bundan əlavə, məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarında təqsirləndirilən şəxsin döyülüb hər hansı xəsarətlər almasını təsdiq edən sübut müəyyən olunmadı. Məhkəmənin bu qənaəti məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş şahid ifadələri, ekspert rəyləri, 06 oktyabr 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında”, 06 oktyabr 2022-ci il tarixli “Baxış keçirilməsi və götürmə aparılması haqqında”, 07 dekabr 2022-ci il tarixli “Diskə baxış keçirilməsi” haqqında protokollar və digər ittihamı təsdiq edən sübütlar baxımından da əsaslı sayır. Məhkəmə, bu səbəbdən də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrinə istinad edilməsini əsaslı sayır və ondan külli miqdarda narkotik vasitə heroin aşkar olunduğunun sübüta yetirildiyi qənaətinə gəlir.. Məhkəmədə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin həyat yoldaşı Şahid3 ifadələri araşdırılarkən onun Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan hallarla uyğunsuzluq müəyyən olundu. Məhkəmə, bu uyğunsuzluğu Şahid3 təqsirləndirilən şəxsin həyat yoldaşı, yaxın qohum kimi ifadə verməkdə sərbəst olması hüquqndan yararlanması kimi qiymətləndirir və onun ibtidai istintaq zamanı verdiyi ifadələrinin işin faktiki hallarına uyğun olub sübuta yetirildiyini nəzərə alıb onun ibtidai istintaq zamanı verdiyi ifadələrinə istinad olunmasını əsəaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu əməlin qəsdən törətməsi qənaətinə gəlib onun təqsirli bilinməsini əsaslı sayır. Bundan başqa istintaq orqanı Təqsirləndirilən şəxs elan etdiyi ittihama ümumi çəkisi 375 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisini ittiham aktına X4 təqsirini sübuta yetiriən hal kimi təqdim etmişdir. Məhkəmədə araşdırılan cinayət işinin materiallarına əlavə olunmuş 06 oktyabr 2022-ci il tarixli «baxış keçirilməsi və götürmə aparılması haqqında» prokoldan və həmin protokola əlavə edilmiş CD diskə keçirilmiş baxışdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış zamanı sonuncu yaşadığı evin həyətyanı sahəsində dəmir giriş qapısı olan anbar kimi istifadə olunan yerdən bir ədəd dibçəkdə yaşıl rəngli bitkini təqdim edir. Həmin bitkiyə aqronom mütəxəssis tərəfindən baxış keçirilərkən sonuncu həmin bitkinin narkotik təbiətli çətənə bitkisini olduğunu və aqrotexniki qaydada qulluq edilib yetişdirildiyini bildirir. Həmçinin Təqsirləndirilən şəxs həmin bitkini təxminən 3-4 ay əvvəl yaşadığı ünvanda dibçəkdə əkib becərdiyini, məqsədinin həm özü istifadə etmək, həm də istəyən olanda tanışlarına vermək olduğunu qeyd edir. Məhkəmədə araşdırılan cinayət işinin materiallarına əlavə olunmuş məhkəməbioloji ekspertizasının 06 oktyabr 2022-ci il tarixli, 7/1146 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş sellofan bağlamadakı sayı 01 ədəd yaş vəziyyətdə təmiz çəkisi 375 qram olan bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisidir. Məhkəmə, 375 qram olan bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisini istintaq orqanı tərəfindən ittihamın həcminə daxil edilmədiyini nəzərə alıb ittiham aktından xaric edir və hazırkı iş üzrə hökm qanuni qüvvəyə mindikdən sonra həmin hallar barədə materialları hüqüqi qiymət verilməsi üçün prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olduğunu əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlinin cinayət olmasını aradan qaldıran hal və ya onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak və ya cinayətin aləti müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 166 (yüz altmış altı) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləği dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 166 (yüz altmış altı) manatın məhkəmə məsrəfi qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsini əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən 45 (qırx beş) saat hüquqi yardım göstərilməsi və buna görə ona 270 (iki yüz yetmiş) manat pul ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini və Təqsirləndirilən şəxs həmin ödəmədən azad olunmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təvil verilmiş təmiz çəkisi 2,618 qram narkotik vasitə olan heroinin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini əsaslı sayır. Məhkəmə, 01 ədəd yaş vəziyyətdə təmiz çəkisi 374,9 qram narkotik təbiətli çətənə bitkisinə aid materialların hazırkı cinayət işindən ayırıb cinayət işinə prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması qənaətinə gəldiyiyndən bu maddi sübutun mahiyyəti üzrə həl edilməsinin mümkün olmadığını və maddi sübutun Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə saxlanılmasını nəzərə alır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olmuş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi əvvəllər məhkum olunmaması, ibtidai istintaq zamanı ittihamın mahiyyəti üzrə ətraflı ifadələr verməsi müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs Yəyha oğlunun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs Yəyha oğlunun şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Yəyha oğlunun hazırkı cinayət işi üzrə 06 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub, 07 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunub barəsində həbs qətimkan tədbirinin seçilməsi və hazırkı vaxta qədər onun dəyişdirilmədən saxlanılması müəyyən olundu. Məhkəmə, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın çəkilməsinin başlanğıcını müəyyən edərkən həmin halı nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən, ibtidai istintaq zamanı onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 18 noyabr 2022-ci il tarixli 6946 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müəlicə tədbirlərinin tətbiq olunmasını və narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 06 oktyabr 2022-ci il tarixdən hesablansın. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müəlicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına materialların məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 166 (yüz altmış altı) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Həmin məbləğ məhkəmə məsrəfi qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 270 (iki yüz yetmiş) manat pul Azərbaycan Respublikası Vəkillər X5 və Tədris Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş təmiz çəkisi 2,618 qram narkotik vasitə olan heroin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin. Hazırkı cinayət işindən 375 qram olan bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisi aid sübutlar ittiham aktından xaric edilsin, hazırkı iş üzrə hökm qanuni qüvvəyə mindikdəçn sonra həmin hallar barədə materiallar hüqüqi qiymət verilməsi üçün prosessual rəhəbərliyi həyata keçiriən prokurora qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd yaş vəziyyətdə təmiz çəkisi 374,9 qram narkotik təbiətli çətənə bitkisinə aid materialların hazırkı cinayət işindən ayırıb cinayət işinə prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması səbəbindən mahiyyəti üzrə həll edilməsin və maddi sübutun üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılması nəzərə alınsın. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar