Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-588/2025 14.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X9 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada və müddətdə götürülməmiş, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, dalan 2, ev 12-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, dalan 5, ev 5-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi:
1. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib özündə saxlayaraq daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.
İşin faktiki halları
2. Təqsirləndirilən şəxs 17 may 2024-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan şəxsdən külli miqdarda, yəni təmiz çəkisi 2,552 qram tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış, 17 may 2024cü il tarixdə Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 13:30-da ünvan 1 ünvanının qarşısında küçədə saxlanılaraq Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin inzibati binasına aparılmış, Polis bölməsində onun üzərində aparılmış şəxsi axtarış zamanı külli miqdarda, yəni təmiz çəkisi 2,552 qram tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin bir ədəd siqaretin qızılı rəngli kağızı bükümündə onun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi işlə əlaqədar tanımışdır. Hər hansı ədavəti və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxsi Nizami metrosunun arxa tərəfində saxlamışlar. Faiqin saxlanılmasında ondan başqa digər polis əməkdaş Samir də olmuşdur. Təqsirləndirilən şəxs təxminən aprel-may aylarında, günorta 1-2 radələrində saxlamışlar. Faiq saxlanılan zaman hava yağışlı olmuşdur. Sonuncunu saxladıqdan sonra 26-cı PB-ə bölməsinə dəvət etmişlər. Faiqin saxlanıldığı yerdən bölməyə 7-10 dəqiqəlik məsafə vardır. Faiqin üzərinə şəxsi axtarış videoçəkilişlə keçirilmiş və o, şəxsi axtarış zamanı iştirak etmişdir. Eyni zamanda, digər şahid Samir və təhqiqatçı da şəxsi axtarışda iştirak etmişdir. Şahid1 məhkəmə istintaqında ona verilən suallara cavab olaraq göstərdi ki, onlar Təqsirləndirilən şəxs görən zaman sonuncu Nizami metristansiyasının arxasındakı yolla piyada hərəkətdə olmuşdur. Faiqi məsciddən yuxarıda tərəfdə saxlamışlar. Onda Təqsirləndirilən şəxs vizual görünüşü ilə məlumat verilmişdir. Lakin Faiqin ad, soyad və ata adında qeyri-dəqiqlik olduğu üçün portaldakı məlumatları əldə etməmişlər. Faiqi saxladıqdan dərhal sonra bölməyə aparmış, aparıllan zaman sonuncu onlara müqavimət göstərməmişdir. Faiq barəsində daxil olan məlumatda satış məqsədi qeyd olunsa da, sonradan onun satış məqsədi müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsin telefonu ilə bağlı ona hər hansı məlumat verilməmişdir. Faiq narkotik vasitəni Kubinkada tanımadığı şəxsdən aldığını bildirmişdir. Daha sonra onun narkotik vasitə aldığı şəxs və onu satacağı şəxs barəsində məlumatları dəqiqləşdirməmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs qarşı hər hansı formada təzyiq edilməmişdir.
4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs digər polis nəfəri Şahid1la birgə 17 may 2024-cü il tarixdə günorta saatlarında Nizami metrostansiyasının arxa hissəsində saxlamışlar. Onlar özlərini Təqsirləndirilən şəxs təqdim edən zaman anlaşılmazlıq yaranmışdır. Faiq əvvəlcə gəlmək istəməsə də, növbəti dəfə çağırdıqda Faiq onlarla bölməyə getməyə razı olmuşdur. Bölmədə təhqiqatçı ilə birlikdə, videoçəkilişlə Faiqin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Faiqin üzərindən narkotik vasitə aşkar edilmişdir. Şahid2 məhkəmə istintaqında ona verilən suallara cavab olaraq göstərdi ki, Təqsirləndirilən şəxs barəsində olan əməliyyat məlumatı Şahid1 daxil olmuşdur. Məlumatda Faiqin zahiri əlamətləri, yəni gözlərinin göy, saçını ağ rəngdə olması qeyd edilmişdi. Onlar Faiqə yaxınlaşdıqdan sonra bölməyə dəvət etmişlər. sonuncunun saxlanıldığı yer bölmədən 15-20 dəqiqəlik məsafədə yerləşir.. saxlanılan zaman təqsirləndirilən şəxsin üzərinə baxış keçirməmişlər. Faiqin üzəriə keçirilən şəxsi axtarışda müdafiəçi iştirak etmişdir. Faiqin satış məqsədinin sonradan təsdiq olunması barədə məlumatı yoxdur. İstintaq zamanı Təqsirləndirilən şəxs qarşı hər hasnı formada təzyiq edilməmişdir.
5. 17 may 2024-cü il tarixli raportdan görünür ki, xx xxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, işləməyən Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, dalan 2, ev 12-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, dalan 5, ev 5-də yaşayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək saat 13:30-da ünvan 1 ünvanının qarşısında küçədə saxlanılaraq Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin inzibati binasına aparılmışdır. (Cild 1 i.v. 9)
6. 17 may 2024-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 14:10-da (faktiki saxlanılma saat 13:30-da) Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1 i.v. 23)
7. 19 may 2024-ci il tarixli Bakı şəhəri Yasamal rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1 i.v. 79-83)
8. 19 may 2024-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. (Cild 1 i.v. 55)
9. 17 may 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sol yan cibindən siqaretin qızılı kağızına bükülmüş bir ədəd bükümü təqdim etmiş, həmin bükümün içərisində narkotik vasitə heroinə bənzər tünd qəhvəyi rəngli tozşəkilli kütlənin aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin kütlənin “kokos” adlandırdığı narkotik vasitə heroin olduğunu, həmin kütləni 17 may 2024-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Kubinka” adlandırılan ərazidə tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manat verib almaqla üzərində saxladığını bildirmişdir. (Cild 1 i.v 33-34)
10. 24 avqust 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan sms məlumatlarına baxış zamanı iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilməmişdir. (Cild 1 i.v 156)
11. Məhkəmə-kimyəvi ekspertizasının 18 may 2024-cü il tarixli 3-16-16/2-6/2810saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 may 2024-cü il tarixli 3-16-16/2-6/2810 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №170” dairəvi möhür əksləri “Zərf içərisində heroinə bənzər narkotik vasitə....şübhəli şəxs Təqsirləndirilən şəxs (imza) ..” imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,552 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Cild 1 i.v 42-45)
12. Məhkəmə narkoloji ekspertizasının 10 iyun 2024-cü il tarixli 4119 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi nakoloji dispanserində qeydiyyata alınması məsləhəhət görülür. (Cild 1 i.v 157-158)
13. Məhkəmə psixiatrik ekspertizasının 01 iyul 2024-cü il tarixli 1910 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal- hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarına malikdir. Yoxlanılan şəxs 17 may 2024-cü il tarixdə, ondan əvvəlki və sonrakı tarixlərdə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxsona ittiham elan edilən zaman həmin ittihamın mahiyyətini dərk etmək iqtidarındadır. (Cild 1 i.v 159-162)
14. Yasamal RPİ-nin 26-cı PŞ-ə ünvanlanmış əməliyyat tapşırığının cavabından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyinin, həmin narkotik vasitəni əldə etdiyi şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat- axtarış tədbirləri həyata keçirilmiş, lakin keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində müsbət nəticə əldə edilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə dəfələrlə əməliyyat məlumat daxil olmuşdur. (Cild 1 i.v 140)
15. Yasamal RPİ-nin 26-cı PB-dən məhkəməyə daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 17 may 2024-cü il tarixdə saat 13:40-da Yasamal RPİ-nin 26-cı PBnin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən polis bölməsinə gətirilmiş və həmin gün saat 16:30-da Yasamal RPİ-nin MSY-ə təhvil verilmiş və bu prosesin gedişində onun üzərindən mobil telefon aşkar edilməmişdir.
16. Yasamal RPİ-nin 26-cı PB-dən məhkəməyə daxil olmuş məktuba əlavə edilmiş qeydiyyat kitabının surətindən görünür ki, Təqsirləndirilən şəxs 17 may 2024-ci il tarixdə saat 13:40-da bölməyə əməliyyat müvəkkili Səmədov soyadlı şəxs tərəfindən gətirilmiş, həmin gün saat 16:30-da bölmənin MSY-dən azad edilmişdir.
17. Yasamal RPİ-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 17 may 2024-ci il tarixdən 20 may 2024-ci il tarixədək Yasamal RPİ-nin MSY-də saxlanılarkən polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə məruz qalmamış, üzərinə baxış keçirilən zaman xəsarət almamışdır.
18. 08 iyul 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərərk götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,502 qram narkotik vasitə heroin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (Cild 1 i.v. 144)
19. 24 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması ilə bağlı aparılmış araşdırma üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. (Cild 1 i.v. 152-153)
20. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Diskə baxılarkən müəyyən edilmişdir ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək təhqiqatçının təklifi ilə o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümü təqdim edərərk, həmin bükümün içərisində “kokos” olduğunu bildirir. O, həmin narkotik vasitəni 17 may 2024-cü il tarixdə səhər saatlarında Kubinkada tanımadığı ərazidə tanımadığı şəxsdən aldığını bildirir. Bundan sonra o, narkotik vasitəni 20 manata öz istifadəsi üçün aldığını bildirir. O, 17 may 2024-cü ildə saat 13:30-da Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsi, 51 ünvanında polis əməkdaşları tərəfindən saxlanıldığın qeyd edir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm qablaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün götürülür.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
21. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2024-cü ilin may ayının 6-da Yasamal rayon 26-cı Polis Böliməsinin əməkdaşları onu anasıgilin evindən çıxan zaman məhəllədə məni tutub həmin bölməyə aparmışlar. Bölmədə ona təzyiq etmiş və CM-nin 234.1-ci maddəsi ilə rəsmiləşdirmişlər. Sonra onu Yasamal RPİ-nin MSY-ə aparmışlar. 8 mayda nəzarətçi onun buraxılacağını bildirmişdir. Onu yenidən 26-cı PB-ə qaytarmışlar. 9 mayda bölmənin rəis müavini ona şəxsiyyətinin araşdırıldığını və onu azad etmək qərarına gəldiklərini bildirmişlər. İkinci dəfə 17 mayda anasıgilin məhəlləsində taksidən düşərkən polislər onu tutmuşlar. Həmin günorta 2 radələri olmuş, hava yağışlı olmuşdur. Tutularkən o, Murtuza Muxtarov küçəsində olmuşdur. Lakin ittihamda Əlibəy Hüseynzadə küçəsində tutulduğu yazılmışdır. O zaman onun telefonu, cibində 10 manat pulu olmuşdur. Həmin puldan 4 manatını taksi sürücüsünə ödəmişdir. Bundan sonra onda 6 manat pul, siqaret, alışqan və evinin açarı olmuşdur. Əvəlcə polislər onun telefonunu əlindən almışlar. Polislərin sayı 6 nəfər olmuşdur. 4 nəfər maşının yanında dayanmış, 2 nəfər də yuxarıdan gəlmişlər. Polislər onu maşına otuzdurmuşlar. Maşında bir iki dəfə ona yumruq vurmuşlar. 26-cı PBə aparılmış, orada ona CM-nin 234.1-ci maddəsi ilə həbs olunmalı olduğunu demişlər. Bunun səbəbini soruşduqda onlara CM-nin 234.1-ci maddəsi ilə ittiham verməyə adam lazım olduğunu, məhkumluğu olduğu üçün onun da tutulmalı olduğunu demişlər. O, yenicə azadlığa çıxdığını, iki azyaşlı övladının olduğunu deyərək polislərlə razılaşmamışdır. Bundan sonra da polislər ona təzyiq etmiş, gödəkçəsini cırmışlar. O da dözməyib CM-nin 234.1-ci maddəsi ilə ittiham üzrə adından yazılmış ifadəyə imza etməyə məcbur olmuşdur. Yasamal RPİ-nin MSY-də müstəntiq ona külli miqdarda narkotik vasitənin satışı ilə ittiham verildiyini, barəsində CM-nin 234.1-ci maddəsi ilə olmayacağını demişdir. O, müstəntiqə heç bir sənədə imza etməyəcəyini demişdir. Bundan sonra onu prokurorluğa aparmışlar. O, prokurora xəsarətlərini göstərdikdə, prokuror araşdıracağını demişdir. Yasamal rayon Məhkəməsində də hakimə xəsarətlərini göstərərək polislərdən şikayət etmişdir. Hakim onu dindirdikdən barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə qərar elan etmişdir. Telefonu hələ də polisdədir. Cəzasını çəkib qurtardıqan sonra narkotik vasitədən istifadə etməmişdir. Şəxsi axtarış zamanı cibindən telefon çıxmamışdır. Telefon əlində olmuşdur. Bölməyə aparılan kimi cibindəki əşyaların hamısını ondan almışlar. Şübhəli şəxs kimi dindirmədə ifadəyə imzalamamışdır.
22. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, fərdi qaydada Yasamal rayonu, Murtuza Muxtarov küçəsində Metro polislərinin idarəsinin yanında avtomobillərin dayanacağında gözətçi işləyir. Rəsmi olaraq heç bir iş yeri yoxdur. Dayanacağın yanında məscid və hamam da var. Təqsirləndirilən şəxs qonşu kimi tanıyır. Sonuncunun polislər tərəfindən saxlanılması anını görmüşdür. Faiqin polislər tərəfindən saxlanıldığı küçə Murtuza Muxtarov 145 küçəsidir. Əlibəy Hüseynzadə ilə kəsişən küçədir. Lakin həmin küçə Əlibəy Hüseynzadə küçəsi deyil. Aralarında 50-60 metr məsafə var. O, avtomobillərin yanında dayanarkən Faiqin avtomobildən düşdüyünü görmüşdür. Faiq maşından düşən kimi qara maşındakı bir nəfər mülki geyimli şəxs düşüb Faiqə yaxınlaşmışdır. Həmin qara rəngli maşında bir nəfər olmuşdur. Faiqə yaxınlaşıb görüşən kimi onu qara maşının içinə salmışdır. Qara rəngli maşını şüşələrində “plyonka” olduğu üçün içərisində nə baş verdiyini görməmişdir. Maşından səs gəldiyi üçün Faiqə qarşı maşının içərisində təzyiq olmasını hiss etmişdir. O, Faiqi tutan şəxslərin polis olduğunu bilmişdir. Çünki maşında gələn səslərdən Faiqin “buraxın məni, mən nə cinayət etmişəm ki, məni tutursunuz” deməsini eşitmişdir. Polislərin saxladığı maşının arası 3-5 metr olmuşdur. O, maşının içindən gələn səsləri aydın eşitmişdir. Faiqi saxlanılan zaman əlində telefon olub-olmamasını görməmişdir. Faiqi saxlayarkən ona yaxınlaşan şəxsin Faiqin üzərində axtarış aparmasını görməmişdir.
23. Cinayət işinə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 03 aprel 2011-ci il təvəllüdlü X6 adında bir yetkinlik yaşına çatmayan övladı vardır. (Cild 1 i.v. 240)
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
24. CM-nin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma üç ildən səkkiz azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
25. Maddə 3. Yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
26. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
27. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir.
28. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
29. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
30. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
31. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
32. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
33. Maddə 139. Cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.
34. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
35. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
36. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
37. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
38. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
39. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
40. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.
41. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir.
Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
42. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 2-ci Siyahısının 118-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan 800 (səkkiz yüz) qramadək çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
43. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
44. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
45. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
46. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 2 №-li qərarı
47. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
48. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
49. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
Avropa Məhkəməsinin president hüququ:
50. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
51. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.
52. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.
53. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.
54. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
55. Məhkəmə ilk olaraq şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıbaparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olubolmamasını araşdırmağı zəruri hesab edir.
56. CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPM-nin 207.4-cü maddəsində göstərilmişdir ki,…cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur.
57. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, şəxsi axtarış videoçəkilişlə aparılmış və orada təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə üzərindən çıxan heroini könüllü təqdim etmişdir.
58. Müdafiə tərəfi məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirdiyindən məhkəmə təqsirləndirilən şəxsin saxlanılmazdan əvvəl üzərində narkotik vasitə olub-olmadığını, olmadığı halda üzərindən aşkar edilmiş narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən edilən təzyqilər nəticəsində üzərinə qoyulub-qoyulmadığını araşdırmalıdır.
59. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı qeyd edilməlidir ki, ibtidai araşdırma zamanı qeyd edilən hallar barədə araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və fiziki və psixi zorakılığa məruz qalması təsdiq olunmadığından cinayət işinin başlanması rədd edilmişdir.
60. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmaması, sonuncular tərəfindən edilən təzyiqlər nəticəsində narkotik vasitələrin ona məxsus olmasını etiraf etməsi ilə bağlı hissədə qeyd edilməlidir ki, məhkəmədə tədqiq edilmiş sübutlardan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs polis bölməsinə aparıldıqdan sonra orada müdafiəçi ilə təmin olunmuş və müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, üzərində olan bir ədəd bükümdə heroini təqdim etmişdir. Odur ki, müdafiəçi ilə təmin edildikdən sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması, həmçinin müdafiəçisinin iştirakı ilə etirafedici ifadələr verməsi və polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı fikir bildirməməsi inandırıcı və ağlabatan arqument kimi qəbul edilə bilməz.
61. Məhkəmə Təqsirləndirilən şəxs saxlanılma vaxtı və bölməyə aparılması ilə bağlı qeyd edir ki, göstərilən halların müəyyən edilməsi məqsədilə müvafiq polis orqanlarna sorğular göndərilmiş, məhkəməyə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsindən məhkəməyə daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 17 may 2024-cü il tarixdə saat 13:40-da Yasamal RPİ-nin 26-cı PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən polis bölməsinə aparılmış və həmin gün saat 16:30-da Yasamal RPİ-nin MSY-ə təhvil verilmişdir.
62. Həmçinin məhkəmə qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxsin şəxsi axtarış zamanı bildirdikləri daha mötəbər və inandırıcıdır. Belə ki, üzərindən heroin aşkar edilməsi ilə bağlı şəxsi axtarış zamanı bildirdikləri digər sübutlarla dəstəklənmişdir. Həmçinin o, da qeyd edilməlidir ki, inandırıcılığın əsas meyarı ayrıntıdır. Burada önəmli olan təqsirləndirilən hadisənin ayrıntılı bir şəkildə anlada bilməsidir. Hazırki iş üzrə də görünür ki, Təqsirləndirilən şəxs isintaq zamanı videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı hadisə ilə, yəni heroinin əldə edilməsi, saxlanılması bağlı halları bir-biri ilə əlaqəli, zəncir kimi bağlı, detallı ayrıntılarla anlatmış, özü könüllü şəkildə narkotik vasitəni təqdim etmişdir.
63. Məhkəmə əlavə şahid qismində dindirilmiş X4 ifadəsi ilə bağlı qeyd edir ki, sonuncu Təqsirləndirilən şəxs təzyiq edildiyini vizual olaraq görməmişdir. Lakin məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşları X8 küçəsində saxladıqlarını, Faiqə qarşı heç bir təzyiq etmədiklərini bildirmişlər. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs deməsindən də aydın olur ki, sonuncu məhz Əlibəy Hüseynzadə küçəsində saxlanılaraq bölməyə aparılmışdır. Ağaəmi Qurbanovun da ifadəsindən aydın olduğu kimi müdafiə tərəfinin saxlama yerini kimi bildiydiyi Murtuza Muxtarov küçəsi Əlibəy Hüseynzadə küçəsi ilə kəsişmədə yerləşir.
64. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında satış məqsədi subyektiv cəhətin zəruri əlaməti kimi nəzərdə tutulmuş və təqsirləndirilən məhz satış məqsədi olmadığını mübahisələndirmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs satış məqsədinin olmasının sübuta yetirilməsini araşdırmalıdır.
65. İbtidai istintaq orqanı satış məqsədini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs aşkar edilən heroin külli miqdarda olmuşdura.
66. Məhkəmə hesab edir ki, narkotik vasitənin külli miqdarda olması özlüyündə satış məqsədinin olmasına dəlalət edə bilməz. Belə ki, hazırki işdə əldə edilmiş 2,552 qram heroin külli miqdar təşkil etsə də, az bir müddət ərzində istifadə edilə bilməsi onun narkotik vasitəni satış məqsədi olmadan əldə edib saxlamasına dəlalət edir.
67. Eləcə də, Təqsirləndirilən şəxs barəsində olan narkoloji ekspertizanın rəyi ilə də müəyyən olunur ki, hal-hazırda Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs heroin (opioid maddə sinifinə daxil olan) istifadəçisi olmuşdur.
68. Bundan başqa, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları ifadələrində və verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir sübut əldə etmədiklərini bildirmişlər.
69. Məhkəmə həmçinin qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə razılığa gəlməsi ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir mötəbər sübut yoxdur.
70. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda heroin əldə etməsi, üzərində saxlayaraq daşıması xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun üzərindən külli miqdarda, ümumi təmiz çəkisi 2,552 qram heroin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin maddələri məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır.
71. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür.
72. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə heroin əldə etməsi, üzərində saxlaması və daşıması, başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil.
73. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir.
74. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir.
75. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur.
76. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır.
77. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
78. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan övladının olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən əməlində cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir.
79. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal cinayətlərin residividir.
80. DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 23 fevral 2011-ci il tarixdə Bakı şəhəri, Xətai rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə təqsirli bilinməklə, 1 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 iyun 2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 09 mart 2018-ci il tarixdə Bakı şəhəri, Yasamal rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə təqsirli bilinməklə, 1 il 5 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 6 ay 17 gün hissəsini çəkməkdən azad edilməklə, vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs 28 sentyabr 2021 -ci il tarixdə Bakı şəhəri, Yasamal rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə təqsirli bilinməklə, 10 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021 -ci il tarixli Amnistiya qərarının 2.4 bəndi tətbiq edilməklə, amnistiya qərarının 36-cı bəndinə əsasən, cəzadan azad edilməsi barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 26 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə təqsirli bilinməklə, 1 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin qərarı ilə 3 ay 1 gün vaxtından əvvəl şərti azad edilmiş, 04 noyabr 2023cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır (i.v. 119-120)
81. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.
82. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
83. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir.
84. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır.
85. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.
86. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ağır cəzanın yuxarı həddinin yarısından az olmayaraq cəza təyin etməlidir.
87. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
88. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir.
89. Məhkəmə narkoloji ekspertizasının rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.
90. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.
91. Maddi sübutlarla bağlı məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,502 qram narkotik vasitə heroin məhv edilməli, 2 (iki) ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır.
92. İş üzrə məhkəmə-kimyəvi ekspertizasına sərf edilmiş 80 (səksən) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir.
93. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i :
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 17 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,502 qram narkotik vasitə heroin məhv edilsin, 2 (iki) ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-kimyəvi ekspertizasına sərf edilmiş 80 (səksən) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Kamran Muxtarov X10 Azər Tağıyev