Məhkəmə qərarları › İş №1(101)-589/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-589/2020

21.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-589/2020 21.07.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X7 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, x xxxxx 1990-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olmuş, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş (Qazax Hərbi Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 300 (üç yüz) manat cərimə cəzasına məhkum edilmiş və xx xxx 2013-cü il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərara əsasən cərimə cəzasından azad edilmiş), məhkumluğu ödənilmiş, Yevlax şəhəri, Nizami prospekti, ev 41 A-da qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonunda kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, tanışı Zərərçəkmiş şəxs borc aldığı 30 manat nağd pul vəsaitini qaytarmadığı üçün xx xxxxxxxx 2019-cu il tarixdə saat 16 radələrində ünvan 1 ünvanında yerləşən “Şəki” kafesinin arxasında aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs adamların olmadığı sakit yerə gedib orada söhbət etmələrini təklif eldikdə, sonuncunun əlində qayçı olduğunu görüb ona xəsarət yetirəcəyini düşünüb “Şəki” kafesinə daxil olaraq orada soyuducunun üzərindən bıçaq götürüb sağ cibinə qoyaraq kafedən çıxıb Zərərçəkmiş şəxs ilə birlikdə ünvan 3 ünvanında yerləşən yaşayış binasının sağ yanına, adamların olmadığı sakit yerə getmiş və orada şəxsi münasibətlərin pozulması zəminində aralarında olan mübahisə davam etdikdə Zərərçəkmiş şəxs əlində olan qayçının bir dilimi ilə döş qəfəsinin sol yarısının arxa qoltuqaltı nahiyəsindən vuraraq ona yüngül dərəcəli bədən xəsarəti yetirib qayçını cibinə qoymaqla ünvanına nalayiq ifadələr işlətdikdən sonra o, qisas almaq məqsədilə sağ cibində olan bıçağı sağ əli ilə çıxarıb həmin bıçaqla qəsdən Zərərçəkmiş şəxs sol qolunun alt arxa hissəsindən bir dəfə vuraraq daxili qanaxma, hemopnevmotoraks və hemoperiteniumla müşayiət olunan 9-cu qabırğanın yerdəyişmiş sınığı, diafraqma və dalağın zədələnməsi, döş qəfəsinin sol yarısının daxilə nüfuz edən 1 ədəd deşilmişkəsilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarət yetirmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nizami rayonu, 8-ci km qəsəbəsində yerləşən meyvə-tərəvəz bazarında fəhlə işləyərək özünü dolandırmışdır. Zərərçəkmiş şəxs də onunla birlikdə həmin bazarda fəhlə işləmişdir. Təxminən hadisədən 10 gün əvvəl Qabildən 30 manat borc pul almış, ancaq həmin pulu ona qaytara bilməmiş, buna görə də aralarında narazılıq yaranmışdır. xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 16 radələrində Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən “Şəki” kafesinin arxasında Zərərçəkmiş şəxslə təsadüfən görüşmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs 30 manat pulu ondan istəmiş, o da Zərərçəkmiş şəxs üzərində həmin məbləğdə pul olmadığını deyərək pulu olan kimi qaytaracağını bildirmişdir. Zərərçəkmiş şəxs əlində qayçı olmuş və bu vaxt sonuncu ona demişdir ki, “gəl keçək sakit bir yerə, səninlə işim var”. O, başa düşmüşdür ki, Zərərçəkmiş şəxslə kənara çəkilsə, sonuncu əlindəki qayçı ilə ona xəsarət yetirəcəkdir. Buna görə də Zərərçəkmiş şəxs “gözlə gəlirəm” deyib “Şəki” kafesinə daxil olmuşdur. Orada soyuducunun üzərindən qırmızı qulplu bıçağı götürüb sağ cibinə qoymuş və kafedən bayıra çıxaraq Qabilin yanına getmişdir. Sonra da birlikdə kənara çəkilib yaşayış binasının sağ tininə getmişlər. Orada Qabil ona qarşı nalayiq söyüşlər söyərək “səni məhv edərəm” deyib əlində saxladığı qayçını açaraq bir dilimi ilə üzərinə hücum edib onu vurmaq istəyərkən o əyilmiş və həmin qayçının bir dilimi döş qəfəsinin sol yarısının arxa qoltuqaltı nahiyəsinə girmişdir. Zərərçəkmiş şəxs əlində olan qayçını bağlayıb cibinə qoymuş və ona qarşı yenə də nalayiq söyüşlər söyərək “görürsənmi adamı nə günə salırlar” demişdir. Qabilin ona həm xəsarət yetirməsi, həm də nalayiq söyüşlər söyməsi ona pis təsir etmiş və buna görə də cibindən qırmızı qulplu bıçağı çıxarıb Qabilin döş qəfəsindən bir dəfə zərbə vurmuşdur. Qabil ilə aralarındakı mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Qabil xəsarət aldığına görə sonuncu dərhal oradan getmişdir. O da qaçıb başqa istiqamətə getmiş və sonra da əlində olan qanlı bıçağı yerə atıb oradan uzaqlaşmışdır. xx xxxxxxxx 2019-cu il tarixdə 8-ci km bazarına iş yerinə gələrkən Nizami rayon X5-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb 24-cü Polis Şöbəsinə aparılmışdır. Hadisə zamanı Qabil də ona xəsarət yetirmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünü etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla birlikdə 8-ci km qəsəbəsində yerləşən bazarda fəhlə işləmişdir. Təqsirləndirilən şəxs 2019-cu ilin sentyabr ayının əvvəllərində ondan 30 manat borc pul almış, lakin qaytarmamışdır. xx xxxxxxxx 2019-cu il tarixdə saat 16 radələrində 8-ci km qəsəbəsində yerləşən “Şəki” kafesinin arxasında Təqsirləndirilən şəxsla təsadüfən görüşmüş və orada sonuncuya bildirmişdir ki, ona olan 30 manat borcunu qaytarsın. Təqsirləndirilən şəxs isə hazırda pulunun olmadığını və borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs “Şəki” kafesinin tualetinə girib gələcəyini ona demişdir. Ancaq o, Təqsirləndirilən şəxs gözləməmiş və yavaş-yavaş addımlarla getməyə başlamışdır. Nizami rayonu, Naxçıvanski küçəsi, 336-346 ünvanında yerləşən yaşayış binasının sağ yanına çatdıqda arxa tərəfdən kəsici-deşici olan bir alətin sol tərəfinə girərək burulub çıxdığını hiss etmişdir. Əlini həmin yerə tutaraq arxaya çönmüş və Təqsirləndirilən şəxs əlində qanlı bıçaqla qaçdığını görmüşdür. Bu vaxt başa düşmüşdür ki, Təqsirləndirilən şəxs ona bıçaqla qəsdən vuraraq xəsarət yetirmişdir. Hadisə zamanı əlində qayçı olmamış, Elçinə heç bir xəsarət yetirməmişdir. O, dərhal 8-ci km bazarında meyvə-tərəvəz satışı ilə məşğul olan atası Şahid1 yanına qaçmışdır. Atası onu qanlı vəziyyətdə görüb dərhal orada olan tanınmadığı taksi ilə onu xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Nizami rayon X5-Patrul Xidməti Bölüyündə polis nəfəridir. xx xxxxxxxx 2019-cu il tarixdə Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin növbətçi hissəsinə “Azərsutikinti” xəstəxanasından həmin gün təxminən saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, 8ci km qəsəbəsində yerləşən “Şəki” kafesinin yaxınlığında Təqsirləndirilən şəxs Qalib Abdullayev ilə mübahisə etməsi və mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən bıçaqla vuraraq ona xəsarət yetirməsi faktına görə daxil olmuş məlumat əsasında xx xxxxxxxx 2019-cu il tarixdə iş yoldaşı Şahid4 ilə 8-ci km qəsəbəsində yerləşən meyvə-tərəvəz bazarında xidmət apararkən həmin bazarda fəhlə işləyən Təqsirləndirilən şəxs orada görüb ona yaxınlaşaraq özlərini təqdim edib onu baş vermiş hadisə ilə əlaqədar Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə dəvət etdikdə o, etiraz etmədən onlarla birlikdə həmin Polis Şöbəsinə getmişdir. Polis Şöbəsində Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdiyini etiraf etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahidlər Şahid1 və Şahid5 qızınınibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, onlar Zərərçəkmiş şəxs ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər (cild 1, iş vərəqə 85-86; 100-101). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, ünvan 1 ünvanında yerləşən “Şəki” kafesini icarəyə götürüb işlədir. xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 16 radələrində işlətdiyi “Şəki” kafesinə adını sonradan bildiyi Təqsirləndirilən şəxs daxil olaraq oradakı soyuducunun üzərindən mətbəxdə istifadə edilən bıçağı heç bir şəxsin xəbəri olmadan götürüb çıxıb getmişdir. Həmin şəxs sonradan həmin kafenin yaxınlığında həmin bıçaqla adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs vuraraq ona xəsarət yetirmişdir. Belə ki, eşitdiyi qədər onlar bir-birinə xəsarətlər yetirmişlər. O, həmin zaman kafedə olmamış, orada ofisiant işləyən Yeganə hazırda kafedə işləmir. O, Yeganədən bu barədə soruşduqda, sonuncu ona bıçağın kafedən gölürülübgötürülməməsi barədə məlumatsız olduğunu demişdir. Həmin bıçaq qırmızı qulplu mətbəx bıçağı olmuşdur (cild 1, iş vərəqə 87-88). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs onun ifadəsi verində yoxlanılarkən ifadəsini təsdiq edərək hadisənin hansı qaydada baş verdiyini əyani şəkildə yerində göstərib təsvir elmiş, həmçinin cinayətdə istifadə etdiyi bıçağı tulladığı yeri də göstərmişdir (cild 1, iş vərəqə 52-55). Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılarkən ifadəsini təsdiq etmişdir (cild 1, iş vərəqə 133-135). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 xx xxxxxxxx 2019-cu il tarixli 943 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs daxili qanaxma, hemopnevmotoraks və hemoperiteniumla müşayiət olunan 9cu qabırğanın yerdəyişmiş sınığı, diafraqma və dalağın zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yarısının daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası olmuşdur. Qeyd olunan xəsarət deşici-kəsici əşyanın, ola bilsin ki, bıçağın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx xxxxxxxx 2019-cu il tarixdə yarana bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilmişdir. Lokalizasivasına və xarakterinə əsasən xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsində yaranması inandırıcı deyil (cild 1, iş vərəqə 113-115). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 xx xxxxxx 2019-cu il tarixli 62/943 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs daxili qanaxma, hemopnevmotoraks və hemoperiteniumla müşayiət olunan 9cu qabırğanın yerdəyişmiş sınığı, diafraqma və dalağın zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yarısının daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası olmuşdur. Qeyd olunan xəsarət deşici-kəsici əşyanın, ola bilsin ki, bıçağın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx xxxxxxxx 2019-cu il tarixdə yarana bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilmişdir. Lokalizasiya və xarakterini, şəxsin adına tərtib edilən tibbi sənəddə qeyd edilən yaranın təsviri və yara kanalının istiqamətini nəzərə alaraq demək olar ki, xəsarətin qərarın təsviri hissəsində qeyd edilən Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində bildirdiyi, yəni “əlini sağ cibinə atıb orada olan qırmızı qulplu bıçağı cibindən çıxardıb sağ əli ilə Qabilin sol qolunun alt arxa hissəsindən bir dəfə zərbə yetirmişdir” şəraitdə yaranması daha inandırıcıdır (cild 1, iş vərəqə 152-154). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 xx xxxxxxxx 2019-cu il tarixli 933 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs döş qəfəsinin sol yarısının arxa qoltuqaltı nahiyəsinin 1 ədəd deşilmiş-kəsilmiş yara aşkar olunmuşdur. Qeyd olunan xəsarət deşici-kəsici alətlə (əşya ilə), ola bilsin ki, qayçının bir dilimi ilə törənmiş, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx xxxxxxxx 2019-cu il tarixdə alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olmuşdur. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə istinad edərək qeyd etmək olar ki, Təqsirləndirilən şəxs bədən səthində müəyyən edilmiş xəsarət müxtəlif şəraitdə, o cümələdən qərarın təsviri hissəsində və şəxsin göstərdiyi şəraitlərdə əmələ gələ bilər, lakin bu xəsarətin şəxsin özü tərəfindən yetirilməsi və ya öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyil (cild 1, iş vərəqə 110-111). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 verilmiş tələbnamədən və Qazax Hərbi Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Qazax Hərbi Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 300 (üç yüz) manat cərimə cəzasına məhkum edilmiş və xx xxx 2013-cü il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərara əsasən cərimə cəzasından azad edilmişdir (cild 1, iş vərəqə 67; 174-178). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələbinə görə “böyük ictimai təhlükə törətməyən” cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 1 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs hazırki cinayəti əvvəlki cinayətə görə cəzasını çəkib qurtardıqdan 1 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2 və 83.4-cü maddələrinin tələblərinə əsasən onun məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbləri yoxdur (cild 2). Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif etməklə yanaşı, onun həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. İş materiallarında olan Nizami rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 63-65). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu gündən, yəni xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar