Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-589/2021 18.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X4 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, - Təqsirləndirilən şəxs (xx.xx.1995-ci il tarixdə Kürdəmir rayonu, Ərəbqubalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Çölqubalı kəndində pasport qeydiyyatında olan, Abşeron rayonu Sulutəpə qəsəbəsi 10 saylı döngə, fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq psixotrop maddəni əldə etmiş və saxlamışdır. Belə ki, o, 07 sentyabr 2020-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” kimi tanınan ərazidə şəxsiyyəti məlum olmayan “Əmi” ləqəbli şəxsdən öz istifadəsi üçün 80 manat müqabilində bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 2,973 qram olan psixotrop maddə metamfetamini əldə edib özündə saxlayaraq daşımış, 08 sentyabr 2020-ci il tarixdə saat 03:40-da ünvan 1 ünvanın qarşısında özünü şübhəli apardığından Bakı şəhəri, Nəsimi rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPİ-nin 20-ci PB-nə aparılmış və polis bölməsində üzərində şəxsi axtarış keçirilən zaman üzərində olan narıncı rəngli çantanın sağ yan cibindən həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, əvvəllər əsəblərini sakitləşdirmək üçün resept əsasında psixotrop maddələrdən istifadə etmişdir. Həmin narkotik vasitələri özü istifadə etmək üçün Bakı şəhərində "Papanin" deyilən ərazidən tanımadığı şəxsdən almışdır. O, 2010-cu ildən 2018-ci ilədək "Meyvəli" bazarında, sonra isə Bakı şəhər Nizami rayonu ərazisində yerləşən «8-ci km» bazarı deyilən yerdə arabaçı işləmişdir. 07 sentyabr 2020-ci il tarixdə saat 10-11 radələrində «8-ci km» bazarından gələrkən, Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzinin qarşısına çatanda polis əməkdaşları ona yaxınlaşaraq karantin qaydalarını pozduğunu bildirmişlər. Sonra polis əməkdaşları ona bunula bağlı 150 manat cərimə ödəməli olduğunu demişlər. O da polislərə pulunun olmadığını bildirmiş, polislər isə onun üzərinə axtarış keçirilməli olduqlarını bildirmişlər. Sonra polis əməkdaşları onu Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə aparmışlar. Bölmədə polis əməkdaşları onu döyərək təhqir etmişlər və Elnur müəllimin dediklərin etməli olacağını bildirmişlər. Polis əməkdaşları daha sonra metamfetamin deyilən narkotik vasitəni gətirərək, ona məxsus olması barədə ifadələr verməyə onu məcbur etmişlər. Sonra Polis əməkdaşları narkotik vasitənin ona məxsus olmasını təsdiq etmək üçün videoçəkiliş həyata keçirmişlər. Polis əməkdaşları ona qırmızı rəngdə olan çanta göstərərək, onun içindəkilərin ona məxsus olması barədə ifadə verməyə məcbur etmişlər. Əslində isə onun çantası olmamışdır. Polis əməkdaşları onu döydükləri üçün onların yazdığı ifadələri imzalamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o göstərmişdir ki, əvvələr psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. Psixotrop maddə olan metamfetamini Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidə yaşayan anket məlumatlarını bilmədiyi “Əmi” ləqəbli şəxsdən almışdır. 07 sentyabr 2020-ci il tarixdə saat 22 radələrində Nəsimi rayonu, Papanin adlanan əraziyə getmiş, “Əmi” ləqəbli şəxs ona yaxınlaşıb onda psixotrop maddə olan “şüşə” kimi tanınan metamfetamin olduğunu, psixotrop maddə olan metamfetamin istəyibistəmədiyini soruşmuşdur. O da həmin şəxsdən psixotrop maddə olan metamfetamin istəmiş, həmin şəxs ona şəffaf sellofana bükülü halda şəffaf rəngli kristal formalı bir büküm psixotrop maddə olan metamfetamini 80 manata satacağını bildirmişdir. O, həmin şəxslə razılaşmış və şəffaf sellofana bükülü halda olan bir büküm psixotrop maddə olan metamfetamini “Əmi” ləqəbli şəxsdən 80 manata almış, həmin psixotrop maddəni üzərində gəzdirdiyi narıncı rəngli əl çantasının sağ yan cibinə qoyub oradan uzaqlaşmışdır. Sonra şəxsi işləri ilə məşğul olduğundan aldığı metamfetamini qəbul etməmişdir. Özünün iş yeri olmadığından əlvan metal toplayaraq satmaqla pul qazanmış, bunun üçün də o, bir neçə saat sonra, yəni 08.09.2020-ci il tarixdə saat 02 radələrində Nəsimi rayonu, keçmiş İnqilab küçəsi kimi adlanan Nəsimi rayonu, Həsən Əliyev küçəsi 17 saylı ünvanda yerləşən X5 İnzbati binasına hasardan aşaraq daxil olmuş və həmin ərazidən bir qədər mis və alüminyum toplamışdır. Sonra həmin əlvan metalları çeşidləyərək narıncı rəngli çanatasına yığmış və ərazini tərk etməyə çalışan zaman polis geyimində olan iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin polis əməkdaşları özlərini təqdim etdikdən sonra ərazidə nə axtardığını soruşmuşlar, o da narkotik vasitədən istifadə etdiyi üçün mis topladığını bildirmişdir. Daha sonra polis əməkdaşları onu Nəsimi RPİ-nin 20-ci PB-nə dəvət etmişlər, bölmədə polis əməkdaşları onun üzərində axtarış aparacağını bildirmişlər. Sonra vəkil dəvət olunmuş, axtarış videoçəkiliş vasitəsilə aparılmışdır. Axtarışda iştirak etmək üçün 2 nəfər şahid, video çəkiliş aparan bir nəfər mütəxəssis dəvət olunmuşdur. Ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, o da üzərində olan narıncı rəngli çantasının sağ yan cibində olan el arasında “şüşə” kimi deyilən psixotrop maddə metamfetaminin olmasını demiş və narıncı rəngli əl çantasının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Sorğu zamanı psixotrop maddə olan metamfetamini Papanin kimi tanınan ərazidən 07.09.2020-ci il tarixdə anket məlumatını bilmədiyi “Əmi” ləqəbli şəxsdən 80 manata aldığını demişdir. Bundan başqa narıncı rəngli çantasından qırmızı rəngli metal borular və alüminyuma oxşayan metaldan hazırlanan günclüklər (uqolnik), bir ədəd qara dəstəkli mətbəx bıçağını aşkar olmuşdur. Onun təqdim etdiyi metamfetamin zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərfin üzəri imzalanmışdır. O, narkotik vasitələrin və ya psixotrop maddənin satışı ilə məşğul olmamış, əvvəllər narkotik və psixotrop maddəni tanımadığı şəxslərdən öz istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadələri polis əməkdaşlarının təzyiqlərinə məruz qaldığı üçün məcbur olub imzalamışdır, həmin ifadələri təsdiq etmir. Məhkəmədə şahid qismində ifadə vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər, Nəsimi Rayon, Mühafizə İdarəsinin polis əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 08 sentyabr 2020-ci il tarixdə tarixdə saat 01:40 radələrində digər polis əməkdaşı Şahid2 ilə birlikdə xidmət aparan zaman həmin ünvanda yerləşən X5 Bakı şəhər Nəsimi rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən mühafizə edilən inzibati əraziyə qanunsuz daxil olan bir şəxsin əlində olan çantada hər hansı bir əşya yığdığını görmüşlər. Həmin şəxs uzaqlaşmağa çalışarkən həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra onlar həmin şəxsdən ərazidə nə etdiyini soruşduqda həmin şəxs natkotik vasitədən əziyyət çəkdiyi üçün mis və alüminyum oğurladığını bildirmişdir. Bundan sonra onlar həmin şəxsi Nəsimi RPİ-nin 20-ci PB-nə dəvət etmişlər və faktla bağlı 20-ci PB-nin rəisinə raportla müraciət etmişlər. 20-ci PB-də bilmişlər ki, saxladıqları şəxs Təqsirləndirilən şəxsdur. 21-ci PB-nə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparacağını bildirmişlər və bunun üçün video çəkilişdən istifadə ediləcəyini demişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, sonra ona dövlət hesabına müdafiəçi təyin olunaraq axtarış videoçəkiliş vasitəsilə aparılmışdır. Axtarışda video çəkilişi mütəxəssis X2 aparmış, axtarış zamanı Təqsirləndirilən şəxs məxsus narıncı rəngli çantanın sağ yan cibində psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs özü bildirmişdir ki, həmin bükümün içərisində olan psixotrop maddə olan metafetamindir, həmin maddəni Papanin kimi tanınan ərazidən 07 sentyabr 2020ci il tarixdə “Əmi” ləqəbli şəxsdən 80 manata almışdır. Bundan başqa Təqsirləndirilən şəxs məxsus çantadan içərisində qırmızı rəngli kişik ölçülü mis borular və alüminyuma oxşayan metalllar və bir ədəd qara dəstəkli mətbəx bıçağını aşkar olunmuşdur. Təqsirləndirilən şəxs çantasında olan əlvan metalları X5 İnzibati binasından oğurladığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunan psixotrop maddə zərfə qoyularaq möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Lakin məhkəmə bu nəticəyə gəlir ki, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibi yoxdur. Cinayət işinin ilkin materiallarında olan “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokoldan və cinayət işinə əlavə edilmiş 01 ədəd DVD diskin məzmununda olan videogörüntüdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sorğu-sual nəticəsində üzərində olan narıncı rəngli çantanın sağ yan cibiundən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin psixotrop maddəni 07 sentyabr 2020-ci il tarixdə «Əmi» ləqəbli şəxsdən alaraq üzərindəki narıncı rəngli çantanın sağ yan cibində saxladığını bildirmişdir. Cinayət işinin materiallarında olan "şübhəli şəxsin tutulması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 08 sentyabr 2020-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 08 sentyabr 2020-ci il tarixli № 6/1817 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs...” yazısdı olan zərfdəki, 1(bir) ədəd bükümdə, təmiz çəkisi 2,973 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 23 noyabr 2020-ci il tarixli 3267 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının 03.11.2020-ci il tarixli 2203 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs isterik tipli şəxsiyyət pozuntusu aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırki psixiatrilk müayinənin nəticələri yeniyetmə yaşlarından xasiyyətcə əsəbi, inadkar, emosional reaksiyalara meylli olması, əsəbi gərginlik anlarında özünə xəsarət yetirmə, hərbi xidmətə çağırış zamanı psixiatriya stasionarında müayinə olunduqdan sonra hərbi xidmətə yararsız hesab edilməsi, 2014 və 2015-ci illərdə SN Respublikası Psixiatriya Xəstəxanasında yuxarıda göstərilən diaqnozla müalicə olunması, həmçinin hazırki müayinə zamanı davranışının nümayişkarlığı, əhval-ruhiyyəsinin dəyişkənliyi, emosional dayanıqsızlığı və s. təsdiq edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkar edilən isterik tipli şəxsiyyətə pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməyib. Təqsirləndirilən şəxs qeyd olunan isterik tipli şəxsiyyət pozuntusu onun törətdiyi əməl dövründə kompensasiya (yaxşılaşma) vəziyyətində olmuş və hal-hazırda da, kompensasiya vəziyyətindədir.Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarında normadan kənaraçıxma halları müəyyən edilmədi. Əhval-ruhiyyə fonunda dəyişkənlik, emosional sferasında dayanıqsızlıq müşahidə edilir. Qıcığa qarşı həssaslıq, inadkarlıq nüayişkaranəlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə və xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri qeyd olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə isterik tipli şəxsiyyət pozuntusu kompensasiya vəziyyətində qeyd olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən isterik tipli şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməyib. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs isterik tipli şəxsiyyət pozuntusu kompensasiya vəziyyətində aşkar olunur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və bu barədə istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda isterik tipli şəxsiyyət pozuntusu kompensasiya vəziyyətində qeyd olunur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədən anda əqli inkişafında ruhi xəstəliklə bağlı olmayan əlamətləri olmamışdır. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri yoxdur. Qıcığa qarşı həssaslıq, emosional dayanıqsızlıq, inadkarlıq, nümayişkaranəlik və s. kimi fərdi-psixi xüsusiyytələrə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır.Təqsirləndirilən şəxs cinayət torədən zaman psixi-emosional vəziyyətində şüuruna və fəaliyyətinə təsir göstərə bilən hər hansı emosional hal yaranmamışdır. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 234.1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamaya tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrini fərqləndirən əsas əlamət qanunsuz əldə edilmiş narkotik vasitənin "satış məqsədi" daşıyıb-daşımaması ilə bağlıdır. Dindirilmiş şahid ifadələrindən görünür ki, onlarda Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə əlaqədar onlarda heç bir məlumat olmamışdır. Bundan başqa ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxs "təqsirsizlik prezumpsiyası"nın tələblərinin pozulması ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunmuşdur. Belə ki, heç bir mötəbər sübut növü olmadan, əsaslı bir səbəb göstərilmədən şübhəli hallara qiymət verilmədən, ehtimallara əsaslanmaqla təqsirləndirilənin əməli daha ağır maddə ilə tövsif edilmiş və nəticədə onun üzərinə "özünün təqsirsizliyini sübuta yetirmək vəzifəsi" qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən "hər kəsin təqsirsizlik prezumpsiyası vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir". Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsi də Azərbaycan Respublikası Konstitusiyasının qeyd olunan maddəsi ilə üst-üstə düşür, əlavə olaraq həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilənin xeyrinə həll edilməsi, eyni ilə cinayət və cinayət prosessual qanunların tətbiqində aradan qaldırılmış şübhələrin də onun xeyrinə həll olunması, ittihamı sübuta yetirmək, təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsinin ittiham tərəfinin üzərinə düşməsi göstərilir. "İnsan Hüquqlarının və X1 haqqında Konvensiya"nın "ədalətli məhkəmə araşdırması hüququ"ndan və "qanunsuz cəzalandırılmamaq"dan bəhs edən müddəalarına əsasən "cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir". (mad. 6) "Heç kəsə cinayət əməli törədildiyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza verilə bilməz". (mad.7) "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, "təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır". Məhkəmə həmin halları nəzərə almaqla gəldiyi nəticələri tam əsaslı hesab edir. Təqsirləndirilən şəxsin həmin narkotikdən qazanc əldə etmək və ya digər məqsədlə başqasına vermək, göstərmək, satmaq, bağışlamaq niyyəti, fikri olmamışdır. Bu halı təkzib edən hər hansı bir hal və ya sübut növü nə ibtidai istintaq, nə də məhkəmə zamanı müəyyən edilməmişdir. Bundan başqa "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 28 iyun 2005-ci il tarixli qanun"la təsdiq edilmiş siyahıya əsasən 2 (iki) qramdan artıq miqdarda heroin növündə narkotik vasitə "külli miqdar" hesab olunur. Digər mötəbər sübut növü olmadan isə yalnız bu əlamətə görə, göstərilən cinayət əməli şübhəli vəziyyətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif oluna bilməz. Başqa sözlə qanunsuz əldə edilmiş həmin narkotik vasitənin şəxsi istehlakı da mümkün ola bilər. Buna əsas da vardır. Belə ki, cinayət işində olan şahid ifadələrindən məlum olur ki, Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etmiş saxlamışdır. Bundan başqa məhkəmə istintaqında müəyyən edilmişdir ki, aşkarlanmış narkotik vasitə ilə bağlı çəki tərəzisi, alıcı, şərti alıcı, hər hansı sövdələşmə olmamışdır. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Təqsirləndirilən şəxsin əməlində isə bu kimi hallar, o cümlədən şəxsi maraq məqsədilə narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsi aşkar edilməmiş və olmamışdır. Həmin halların olmaması şəksizdir və iş üzrə mübahisə doğurmur. Belə ki, ibtidai və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin heç biri təqsirləndirilən şəxsin narkotik vasitənin "əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi" barədə ifadə verməmişlər, bununla bağlı hər hansı digər sübut növü də əldə edilməmişdir. İbtidai istintaq orqanı sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, ittihamın həlli üçün onların məcmusuna düzgün qiymət verməmiş, həmçinin "sübutların kifayət etməsi"ni düzgün qiymətləndirməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin" sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi"ndən bəhs edən 143-145-ci maddələrinə əsasən: - sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. (mad. 143.1). - cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. (mad. 144); - hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. (mad. 145.1); Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (mad. 146.1). Cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. (mad. 146.2) Qanunun bu tələbləri pozularaq, iş üzrə toplanmış sübutlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət etdiyi halda, ibtidai istintaq orqanı həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə ittiham vermişdir. Halbuki, bunun üçün qanunda nəzərdə tutulmuş qeyd edilən əsaslar olmamışdır. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa məhkəmə, qeyd edilən nəticələrə gələndə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin o tələblərini də nəzərə alır ki, - hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. (mad. 145.2); - ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. (mad. 145.3) "Məhkəmənin ittiham hökmü ehtimallara əsalana bilməz və yalnız məhkəmə baxşı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır". (mad. 351.2) Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Göstərilənlərə əsasən, məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməlinin həmin Məcəllənin 234.1-ci maddəsinə- satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamaya tövsif edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır və o, həmin əməli törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə uyğun olaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Təqsirləndirilən şəxs 2-ci qrup əlil olduğu üçün narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdr. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132-cı maddəsinə uyğun olaraq cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN Nəsimi rayon Pİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş 2,873 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 1 CD disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə ekspertizanın dəyəri 90,00 (doxsan) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 08 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. İbtidai istintaq və məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkilləri X7 108 (yüz səkkiz) manat, Müdafiəçi isə 150 (yüz əlli) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 08 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 2-ci qrup əlil olduğu üçün narkomaniyadan məcburi müalicə təyin edilməsin, lakin ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in Nəsimi rayon Pİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş 2,873 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 1 CD disk iş materiallarında saxlanılsın. Cinayət işi üzrə aparılmış ekspertizasının dəyəri 90,00 (doxsan) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İbtidai istintaq və məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkilləri X7 108 (yüz səkkiz) manat, Müdafiəçi isə 150 (yüz əlli) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-589/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-589/2021
18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver