Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-589/2022 16.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X19 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi- X15, Dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, Müdafiəçi - Bakı şəhər “Fides” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi 4,419 qaram narkotik vasitə heroni əldə edib üzərində saxlamaqla yaşadığı ünvan 2 ünvanına daşımış, həmin narkotik vasitədən 10 sentyabr 2021-ci il tarixdə saat 19:30 radələrində həmin ünvanda dəyəri sonradan ödənilmək şərti ilə ayrı-ayrılıqda hər birinə 15 manat müqabilində cəmi 30 manata olmaqla X7 təmiz çəkisi 0,284 qram və X8 təmiz çəkisi 0,224 qram narkotik vasitə heroini satmış, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanda Fərid Mustafayev və Şahlar Bədirxanovla birlikdə saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinə gətirilmiş və üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd rəngli idman şalvarının sağ yan cibindəki “Kent” markalı siqaret qutusunun içərisindən 4 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,330 qram, 0,225 qram, 0,242 qram, 0,114 qram olmaqla, ümumi təmiz çəkisi 3,911 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin üzərilərində keçirilmiş şəxsi axtarış zamanı X5 əynindəki açıq rəngli cins şalvarının sağ yan cibindən təmiz çəkisi 0,284 qram, X6 tünd göy rəngli cins şalvarın sağ cibindən təmiz çəkisi 0,224 qram narkotik vasitə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Uzun müddətdir narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetamindən istifadə edir. Özü ali təhsilli hüquqşünas olmaqla, uzun müddət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində işləmişdir. Xidmətdə olduğu zaman qaraciyər sirrozu və hepatit C xəstəliyinə düçar olması səbəbindən işdən ayrılmış və ona 2-ci dərəcəli əlillik təyin edilmişdir. Səhhətində yaranmış problemlərlə bağlı ona 2016-cı ildə təyin olunmuş və müddəti keçən ilin fevral ayında bitmiş 2-ci dərəcəli əlilliyin təyin edilməsi məsələsi ilə bağlı həmin vaxt vətən müharibəsinin iştirakçıları tərəfindən edilən çoxsaylı müraciətlərlə əlaqədar tibbi sosial ekspert komissiyasından keçməklə, əlilik dərəcəsinin təyinatı ilə bağlı prosedurun uzanması, daha sonra isə hazırkı iş üzrə həbsə alınması səbəbindən o, bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya xidmətinə müraciət etməmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, narkotik vasitələrin aludəçisi olduğundan artıq iki ildir ki, “Whatsapp” vasitəsilə İran İslam Respublikasının vətəndaşı “Nəsir” adlı şəxsdən mütəmadi olaraq online ödəniş etməklə şəxsi istifadə məqsədilə patı və heroin almışdır. Tutulmazdan bir neçə gün öncə Nəsirdən 110 manat müqabilində 10 qram heroin almışdır. Fərid Mustafayev və X12 rayon sakinləri kimi tanımış və onlarla münasibəti normal olmuşdur. 10.09.2021-ci il tarixdə axşam saatlarında Fərid, daha sonra isə Şahlar onun narkotik vasitələlərin istifadəçisi olduğunu bildikləri üçün onunla əlaqə saxlamış və heroin istəmişlər. O da onlara etiraz etməyərək yaşadığı məhəlləyə gəlmələrini demiş və həmin gün 19:30 radələrində razılaşdırılmış ünvanda həmin şəxslərlə görüşmüşdür. Fərid və Şahlarla dostluq münasibətlərində olduğundan və onların ona xəstə olduğu vaxtlarda kömək etdikləri səbəbindən Nəsir adlı şəxsdən şəxsi istifadəsi üçün aldığı narkotik vasitələri onlara pulsuz vermişdir. Həmin vaxt onun cibində olan Kent markalı siqaret qutusunun içində 4 büküm heroin olmuşdur. Daha sonra Fərid və Şahlar onun yanında olarkən 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq Sabunçu RPİ-nin əməkdaşları olduğunu bildirmiş və qanunsuz olaraq narkotik vasitələri əldə edib, saxlama, istifadə etmə və satmaqda şübhəli olduğu üçün saxlanıldığını bildirmişlər. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə gətirmişlər. Polis bölməsinə gətirildiyi zaman ona mənəvi təzyiq göstərilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş və dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sonra isə polis əməkdaşları videoçəkiliş aparmaqla üzərinə baxış keçirmişlər. Əynində olan tünd rəngli idman şalvarının sağ yan cibindən 4 bükümdə narkotik vasitəni təqdim etmişdir. Narkotik vasitəni və psixotrop maddəni polis əməkdaşlarına təqdim etdiyi zaman, həmin dövriyyəsi qadağan olunan vasitələri polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir neçə gün əvvəl “Nəsir” adlı şəxsdən 110 manata əldə etdiyini bildirmişdir. Daha sonra ona məlum olmuşdur ki, Fərid və Şahbaz onunla birlikdə tutulduqdan sonra barələrində aparılmış cinayət təqibi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuşlar. Həmin şəxslər polis əməkdaşlarının təziqi altında ibtidai istintaq zamanı ondan narkotik vasitələri pul müqabilində almaları barədə ifadə vermişlər. Bir daha bildirir ki, narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olmamışdır. İbtidai istintaq zamanı ifadəsində qeyd olunan guya narkotik vasitələrin Nəsir adlı şəxsdən alıb satmasına dair halı təsdiq etmir. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin 60-63-cü vərəqlərində olan “Təqsirləndirilən şəxsi dindirmə haqqında” 24 iyun 2020-ci il tarixli protokol ona tanışdır, həmin protokolun hər bir vərəqinin aşağısında və “Təqsirləndirilən şəxs” qrafasındakı imza ona məxsusdur, həmin protokol tərtib olunduğu vaxt təqsirləndiirlən şəxs qismində dindirilərkən müdafiəçisi iştirak etmişdir. İfadənin sonunda əlyazma formasında yazılmış,-“Əlavəm yoxdur, ifadəmi oxudum.” sözlərini o, özü yazmışıdır. Həmin protokolun məzmununda verilmiş suallara cavab olaraq “2 ildir ki, vatsap vasitəsilə nağd olaraq İran İslam Respublikası vətəndaşı Nəsir adlı şəxsdən online ödəməklə patı və heroin alıram, özüm də istifadə edirəm, həmçinin satıram. Bir neçə gün öncə Nəsirdən 10 qram heroin almışdım, bir hissəsini satmışdım 10.09.2021-ci il tarixdə axşam saatlarında Fərid sonra isə Şahlar mənimlə əlaqə saxladı, heroin istədi, mən də onlara etiraz etməyib onları yaşadığım məhləyə gəlməyini dedim. 19:30 radələrində Ə.Əliyev küçəsi 34F saylı ünvana məndə heroin aldı, lakin pullarının olmadığını yaxın zamanda ödəyəcəklərini dedilər. Mən də razılaşdım.” məzmunda ifadə verməsi ona aydındır, polis əməkdaşları tərəfindən ona mənəvi təzyiq göstərildiyinə görə belə ifadə vermişdir. Elan edilməklə ona təqdim olunmuş "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında 28 dekabr 2021-ci il tarixli protokol ona tanışdır, həmin protokolun məzmununda onun istifadəsində olmuş ********** saylı mobil nömrə üzrə göndərilmiş və daxil olmuş sms yazışmalarının olduğu, həmin ********** saylı mobil nömrəyə 19.05.2021-ci il tarixdə ********** saylı mobil nömrəsindən “ele bil menim sennen dusmenkesdiyim var rosen, hemise gelib goturmusem hacan bele bir soz yığıb demisam sana qaqas birinic defedi elebil kakos cekirem”, həmin nömrədən “cini onu men aldımki eve gelende yatıb durandan sonra lomkada qalmıyım. Odaki bude gel indi nahib bu veziyyetde pul tap kakos al nebilime” məzmunlu, 23.05.2021ci tarixdə ********** saylı npmrədən “rovsen men dunenbir pulu verdim 07 geldi cıhtı bugun 19 manat verdin 05 verdin” məzmunlu, 24.05.2021-ci il tarixdə həmin nömrədən “niye bele edirsan basima oyun acırsan bugun butun gunu dolamısan məni tappatap satırsan mene diyirsan yoxdu men qe*beyem neyem 5 ildi mal vururam kisi kimi vururam” məzmunlu, 25.05.2021-ci il tarixdə ********** saylı mobil nömrədən “roska ne oldu gelim 5diy demisdim” məzmunlu, 28.05.2021-ci il tarixdə ********** saylı nömrədən “ekim atım birde qaqa 3 dene 04 de patı verersa gorusey verey kimi” məzmunlu, 13.07.2021-ci il tarixdə ******* saylı mobil nömrədən “qardasım mutleq maan 05 patı gotur bir de kofe bayaq dediyimi hesabında ozum veracam atas” məzmunlu məzmunlu smslərin yazıldığının müəyyən edilməsi ona aydındır. Sadalanan smslərin məzmunundan narkotik vasitə və psixotrop maddələrin satışının və müxtəlif ərazilərə çatdırılması ilə bağlı söhbətlərin aparılması ona aydındır. Lakin bildirir ki, qeyd olunan məzmunda smsləri onun yazdığını və ya ona yazıldığını xatırlamır. Son olaraq özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildiyini qeyd edib, əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməsi və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, qaraciyər sirrozu və hepatit C xəstəsi olmasını nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsini əks etdirən videogörüntülər, ekspertiza rəyləri və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Sabunçu RPİ-nin CAŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyir. 10.09.2021-ci il tarixdə iş yoldaşı Şahid1 Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması, daşıması və satması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın dəqiqləşdirilməsi üçün Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə idarə rəhbərliyinə raportla müraciət etmiş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunduqdan sonra əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra 10.09.2021-ci il tarixdə, saat 19:30 radələrində Sabunçu RPİ-nin CAŞ-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid1 ilə birlikdə ünvan 3 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs, həmçinin sonuncu ilə birlikdə olan X10 və X7 yaxınlaşıb özlərini təqdim etmiş və Sabunçu RPİ-nin CAŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra qanunsuz olaraq narkotik vasitələri əldə edib istifadə etmək və üzərində saxlamaqda, daşımaqda və satmaqda şübhəli olduqlarını bildirərək sonuncuların hər üçünü Sabunçu RPİ-nə dəvət etmişlər. X10, X11 və Təqsirləndirilən şəxs onlarla razılaşmış və birlikdə Sabunçu RPİ-nə getmişlər. İdarədə Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən olunduqdan sonra onlar video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilməsinin zəruri olmasını bildirmiş, sonuncu buna etiraz etməmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, dövlət tərəfindən müdafiəçinin yardımından istifadə etmək hüququ izah edilmişdir. Müdafiəçi təqdim edilmiş, sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirmişlər. Təqsirləndirilən şəxs əynində olan tünd rəngli idman şalvarın sağ yan cibindən 4 büküm bükülmüş narkotik vasitələri təqdim etmişdir. Həmin büküm açıldıqda o, bildirmişdir ki, bükümlərin içərisində olan heroin narkotik vasitədir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə onlar tərəfindən götürülərək iştirakçıların iştirakı ilə qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı Şahid2 digər Şahid3 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermiş və öz ifadəsi ilə iş üzrə tərtib olunmuş raportlarda və istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununda qeyd olunan xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı ifadə vermiş və məhkəmədə ifadəsi elan edilmiş tədqiq edilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 cinayət işinin 155-156-cı vərəqlərində olan ifadəsindən görünür ki, şahid əməliyyat tədbirində iştirak etmiş Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” 11 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Orxan Qnyazov tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan kustar üsulla hazırlanmış 3,911 qram heroini əldə edərək üzərində dayışayaq saxlamaqla, 10 sentyabr 2021-ci il tarixdə saat 19:30 radələrində Sabunçu RPİnin CAŞ-nin əməkdaşları tərəfindən əməliyyat axtarış tədbiri nəticəsində ünvan 2 ünvanında saxlanılaraq, Sabunçu RPİ-nə gətirildikdə onun üzərinə inzibati binada şəxsi axtarış keçirilən zaman əynindəki tünd rəngli idman şalvarının sağ yan cibindən “Kent” markalı siqaret qutusunun içərisində olan 4 ədəd selofana bükülmü, hər birində 3,330 qram, 0,225 qram, 0,242 qram, 0,114 qram ümumi təmiz çəkisi 3,911 qram kustar üsulla hazırlanmış heroinin aşkar edilərək götürülməsi faktına görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılması və icraata qəbul edilməklə ibtidai istintaqın aparılması qərara alınmışdır. (cild 01, iş vər. 1) Sabunçu RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Sabunçu Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradova ünvanladığı 10 sentyabr 2021-ci il tarixli raportdan görünür ki, həmin tarixdə Sabunçu Rayon Polis İdarəsinin CAŞdə baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 Sabunçu rayon Polis İdarəsinin rəisinə raportla məruzə edərək, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx xxxxxx 1980-cı ildə Bakı şəhəri, Sabunçu qəsəbəsi, İ.Anaşqin küçəsi ev 34F-də qeydiyyatla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması bildirilmiş və daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunaraq yaxalaması, narkotik vasitələrin, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (cild 01, iş vər. 04) “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 10 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Sabunçu rayon Polis İdarəsinin CAŞ-də baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan xx xxxxxx 1980-cı ildə Bakı şəhəri, Sabunçu qəsəbəsi, İ.Anaşkin küçəsi ev 34F-də qeydiyyatla yaşayan Təqsirləndirilən şəxs oğlunun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda Təqsirləndirilən şəxs tərəfindən onda saxlanılan narkotik vasitənin qısa müddətdə realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması və yaxalanması, narkotik vasitənin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat axtarış tədbirləri həyata keçirilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilməsi, onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, polis orqanına gətirilməsi, üzərində şəxsi axtarış, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə, yaşayış yerinə, bina və saxlanc yerlərinə baxış keçirilməsi, əməliyyat-axtarış tədbirləri həyata keçirilən zaman zərurət yarandığı halda mövcud şəraitdən asılı olaraq «Əməliyyat axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə qanunvericiliyə uyğun şəkildə tədbirin davam etdirilməsi qərara alınmış və həmin qərar Sabunçu Rayon Polis İdarəsinin rəisi tərəfindən təsdiq edilmişdır. (cild 01, iş vərəqə 05-06) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 10.09.2021-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin keçirilməsinin videogörüntüsü yazılmış diskə baxış keçirilməsi haqqında 12.09.2021-ci il tarixli protokoldan görünür ki, əsasən, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən əynində olan tünd rəngli idman şalvarın sağ yan cibindən 4 büküm bükülmüş narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmin əməliyyat-axtarış tədbirini əks etdirən görüntülər olan bir ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin videogörüntüləri əks etdirən CD disk və heroin iş üzrə maddi sübut kimi tanınmışdır. (cild 01, iş vərəqi 26-28,80) Məhkəmə-kimyəvi ekspertizasının 11.09.2021-ci il tarixli, 6/3993 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində vət. Fətəliyev» və s. yazısı olan kağız zərfdəki 04 ədəd bükümdə təmiz çəkisi 3.330 qram, 0.225 qram, 0.114 qram, ümumi təmiz çəkisi 3.911 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Vətəndaş Təqsirləndirilən şəxs götürülmüş heroinlər vətəndaş X3 götürülmüş heroinlə (11.09.2021-ci il tarixli, 6/3992 saylı ekspert rəyi ilə) və X4 aşkar edilərək götürülmüş heroinlə (11.09.2021-ci il tarixli, 6/3991 saylı ekspert rəyi ilə) kimyəvi komponent tərkiblərinə görə və xarici əlamətlərinə görə eynidirlər. 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahısına əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrimin siyahısına (Siyahı İ) daxildir. Məhkəmə-kimyəvi ekspertizasının 11.09.2021-ci il tarixli, 6/3993 sayh rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən sübut kimi qiymətləndirilmişdir. (cild 01, iş vərəqi 33-39) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 11 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və müdafiəçinin iştirakı ilə ona həmin maddə ilə ittiham elan olunmuşdur. (cild 1, iş vər. 49). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(008)-693/2021 saylı, 11 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 sentyabr 2021-ci il tarixdən hesablanaraq «həbs» qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vər. 70-72). İşdə olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı vardır. (cild 01, iş vərəqə 97). Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 15.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vər. 105) “Telefon məlumatlarına baxış keçirilməsi barədə” 28.12.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə daxil olan və çıxan smsmlər olan DVD diskə baxış keçirilmişdir. DVD diskdə olan məlumatların məzmunundan görünür ki, 19.05.2021 tarixində 070 *** ** ** nömrəsindən “ele bil menim sennen dusmenkesidiyim var rosen, hemise gelib goturmusem hacan bele bir soz yığıb demisam sana qaqas birinci defedi elebil kakos cekirem,həmin tarixdə həmin nömrədən cini onu men aldımki eve gelende yatıb durandan sonra lomkada qalmıyım.Odaki bude gel indi nahib bu veziyyetde pul tap kakos al nebilime”, 23.05.2021 tarixində 055 ******* saylı nömrədən “rovsen men dunenbir pulu verdim 07 geldi cıhtı bugun 19 manat verdim 05 verdin”, 24 may 2021 tarixində isə həmin nömrədən “niye bele edirsan basima oyun acırsan bugun butun gunu dolamısan məni tappatap satırsan mene diyirsan yoxdu men qe*beyem neyem 5 ildi mal vururam kisi kimi vururam”, 25 may 2021 tarixində 055 *** ** ** nömrəsindən “roska ne oldu gelim 5diy demişdim,27 may 2021 tarixində 050 *** ** ** saylı nömrədən ekim atım birde qaqa 3 dene 04 de patı verersa gorusey verey”, 13 iyul 2021 tarixdə ******* nömrəsindən “qardaşım mutleq maan 05 patı gotur bir de kofe bayaq dediyimi hesabında ozum veracam atas” kimi narkotik vasitənin satışı ilə bağlı mesajlar müəyyən edilmiş,baxış keçirilmiş, sms mətnləri iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. (cild 01, iş vərəqə 111-154, 175-199) Kompüter-texniki ekspertizasının 07.10.2021-ci il tarixli, 5/1050 nömrəli rəyindən müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 6.0” əməliyyat sistemi ilə təchiz edilmiş “ZTE BLADE” markalı “V0720”modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, SMS mesajlar, foto, video, audio fayllar, Whatsapp proqram təminatı vasitəsilə aparılmış məlumat mübadiləsi və s. fayllar) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olundu. Təqdim edilmiş “ZTE BLADE” “V0720”modelli mobil smartfondan istifadə edilməklə narkotik vasitələrə və psixotrop maddələrə baxılıb-baxılmaması barədə “UFED TOUCH2” markalı qurğu vasitəsilə əldə olunmuş "Hesabat’da qeyd olunmuşdur. (cild 1, iş vərəqi 161-164) Məhkəmə-psixiatrik ekspertizasının 22.10.2021-ci il tarixli 2464 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixiki xəstəlikdən əziyyət çəkmir,ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Hal- hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun məcbur müalicəyə ehtiyacı yoxdur. O, cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. (cild 1, iş vərəqi 165-168) Məhkəmə-narkoloji məcburi-narkoloji tibbi yoxlamanın 13.12.2021-ci il tarixli, 5067 nömrəli rəyi götürülərək cinayət işinə əlavə edilmişdir. Həmin rəyə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulundan fiziki və psixi asılılıq vardır, opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu yəni narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vərəqi 169-170) Cinayət işinin 224-227-ci vərəqlərində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30.12.2021-ci il tarixli hökmündən görünür ki, X11 Azərbaycan Respublikasının 234.1-ci maddəsi ilə məhkum olunub ona görə ki, o narkotik vasitəyə olan tələbatını təmin etmək məqsədi ilə təmiz çəkisi 0,284 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 10.09.2021-ci il tarixində ünvan 2 ünvanının qarşısında tanışı Təqsirləndirilən şəxs 15 manat müqabilində alıb üzərində daşıyaraq saxlamış, 10.09.2021ci il tarixində saat 19:30 radələrində Sabunçu Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanında saxlanılmış, Sabunçu RPİ-nə gətirilərək onun üzərinə inzibati binada şəxsi axtarış keçirilən zaman əynindəki açıq rəngli cins şalvarın sağ yan cibindən bir büküm sellofana bükülmüş ümümi təmiz çəkisi 0,284 qram kustar üsulla hazırlanmış heroin aşkar edilib götürülmüşdür. Həmçinin həmin hökmdən görünür ki, təqsirləndirilən şəxs X11 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun illərdir ki, narkotik vasitə heroindən və patıdan istifadə etməyə başlamışdır. Sabunçu sakini Təqsirləndirilən şəxs iki ildir tanıyır. 10 sentyabr 2021-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxslə əlaqə saxlayaraq ondan heroin istəmişdir. Rövşən də etiraz etməyərək onu öz yaşadığı məhlləsinə çağırmışdır. Həmin günü saat 19.30 radələrində ünvan 6 ünvana getmiş, Rövşəndən 15 manat müqabilində, pulunu sonradan vermək şərti ilə nisyə bir bükümdə heroin almışdır. Bu zaman üç nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib, Sabunçu RPİnin əməkdaşları olduqlarını bildirmişlər. Ona qanunsuz olaraq narkotik vasitələri əldə edib istifadə etmək və üzərində saxlamaqda şübhəli olduğu üçün saxlanıldığını bildirmişlər. Bundan sonra polis əməkdaşları onu Sabunçu RPİ-nə aparmış, İdarədə şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, buna etiraz etməmiş, ona hüquq və vəzifələri izah olunmuş, dövlət tərəfindən müdafiəçinin yardımından istifadə etmək hüququ izah edilmiş, müdafiəçi təqdim edilmiş, sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə soruşulduqda, özü əynində olan açıq rəngli cins şalvarın sağ yan cibindən bir bükm sellofana bükülmüş, öz şəxsi istifadəsi üçün saxladığı narkotik vasitəni təqdim etmişdi. Həmin büküm açıldıqda bildirmişdi ki, bükümün içərisində olan heroin narkotik vasitədir, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün 10 sentyabr 2021-ci il tarixdə axşam saatldarında Təqsirləndirilən şəxs almışdır. Bundan sonra ondan aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmış və zərf möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf özü və iştirakçılar tərəfindən imzalanmışdır. O, əməlindən peşmançılıq hissi keçirdiyini bildirdi. Cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11.01.2022-ci il tarixli hökmündən görünür ki, X10 narkotik vasitəyə olan tələbatını təmin etmək məqsədi ilə təmiz çəkisi 0.224 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 10 sentyabr 2021-ci il tarixdə ünvan 7 ünvanın qarşısında tanışı Təqsirləndirilən şəxs 15 manat müqabilində alıb üzərində daşıyaraq saxlamış, 10 sentyabr 2021-ci il tarixdə, saat 19:30 radələrində Sabunçu RPİ-in Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 8 ünvanda saxlanılmış, Sabunçu RPİ-nə gətirilərək onun üzərinə inzibati binada şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ cibindən bir büküm siqaretin qara rəngli iç kağızına bükülmüş təmiz çəkisi 0.224 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Həmçinin həmin hökmdən görünür ki, təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, 10 sentyabr 2021- ci il tarixdə axşam saatlrında Təqsirləndirilən şəxslə əlaqə saxlayaraq ondan heroin istəmiş, o etiraz etməyərək onu öz yaşadığı məhləyə çağırmışdı. Həmin günü saat 19:30 radələrində ünvan 10 ünvana etmişdir. Təqsirləndirilən şəxs 15 manat müqabilində, pulunu sonradan vermək şərti ilə nisyə bir bükümdə heroin almış, həmin vaxt Fərid adlı şəxsin də Rövşəndən narkotik vasitə aldığını görmüşdü. Həmin vaxt üç nəfər mülki geyimdə olan polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmiş, Sabunçu RPİ-in əməkdaşları olduqlarını bildirmiş və qanunsuz olaraq narkotik vasitələri əldə edib istifadə etmək və üzərində saxlamaqda şübhəli olduğu üçün saxlanıldığını bildirmişlər. Bundan sonra polis əməkdaşları onu Sabunçu RPİ-nə aparmış, İdarədə şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş, o da əynində olan tünd göy rəngli cins şalvarın sağ cibindən bir büküm siqaretin qara rəngli iç kağızına bükülmüş, öz şəxsi istifadəsi üçün saxladığı narkotik vasitəni təqdim etmişdi. Həmin büküm açıldıqda bildirmişdi ki, bükümün içərisində olan narkotik vasitə heroindir, həmin narkotik vasitəni yuxarıda qeyd etdiyi kimi şəxsi istifadəsi üçün 10 sentyabr 2021-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs almışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. Cinayət işinin 224-227-ci vərəqlərində olan “Sübutların qiymətləndirilməsi və cinayət işinin ayrılması haqqında” 2 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 11.09.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması, ********* saylı cinayət işindən iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin mənbəyini müəyyən edilməsi üçün hazırkı cinayət işindən naməlum şəxs barəsində ********* saylı cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə hərəkətlərin görüntülərini əks etdirən DVD disk iş üzrə maddi sübut kimi tanınması qərara alınmış, Təqsirləndirilən şəxs oğlundan aşkar edilmiş 3.911 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmə qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya xidməti 4 saylı Tibbi Sosial Ekspert Komissiyasının arayışından görünür ki, Təqsirləndirilən şəxs Xroniki virus hepatiti “C”, qaraciyər sirrozu, portal hipertenziya, assit. xəstəliyindən əziyyət çəkir. Komissiya tibbi ekspertizası müəyyən etmişdir ki, o, ikinci qrup əlildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin 04.02.2022-ci il tarixli çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 20.03.2016-cı il tarixdə təyin edilmiş ikinci dərəcəli əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti 20.02.2021-ci il tarixdə bitmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Odlar Yurdu” Universitetinin A № 094506 seriya və nömrəli, 18.06.2001-ci il tarixli diplomundan görünür ki, Təqsirləndirilən şəxs hüquqşünaslıq ixtisası üzrə bakalavr ali təhsil dərəcəsinə malikdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında narkotik vasitə heroinin xalis çəkisi 2 qramdan yuxarı aşkar olunması külli miqdar hesab olunur. Məhkəmə iclasında nümayiş etdirilməklə cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd «DVD» diskdə olan videgörüntülərə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə “Şəxsi axtarış aparılması haqqında” 10 sentyabr 2021-ci il tarixli protokolun məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması onun özünün mahiyyət etibarı ilə qismən etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkətlərinin həyat keçirilməsinə dair protokolların məzmunu, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı qeydə alınan videogörüntülər, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən istifadəsində olmuş telefon nömrəsi ilə aparılmış sms yazışmalarının məzmununu, o cümlədən ondan narkotik vasitələri almış X11 və X10 barəsində çıxarılmış məhkəmə hökmləri ilə müəyyən edilmiş hallar və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı, narkotik vasitə və psixotrop maddəni satış məqsədi olmadan əldə edib, saxlamaqla, daşıdığı barədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmiş və onun yuxarıda qeyd edilən cinayət əməlini, yəni satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda narkotik vasitə olan heroini əldə edib, özündə saxlayıb daşımaqda təqsirli olması iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv subutların məcmusu ilə tam təsdiq olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan həmin tövsiyyələri, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun müddəalarını və işin faktiki hallarını, yəni əməliyyat axtarış və ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmununu, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına və işin hallarına uyğun etirafedici ifadələri, Təqsirləndirilən şəxs üzərindən aşkarlanıb götürülmüş narkotik vasitələrin miqdarını, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddənin satışı ilə məşğul olmasına əsaslı şübhələr olduğuna dəlalət edən istifadəsində olan mobil telefon nömrələri ilə apardığı və cinayət işi materiallarına çıxarış şəklində əlavə edilmiş sms yazışmalarına dair məlumatları, mobil telefon aparatına baxış zamanı müəyyən edilmiş oxşar halları, X11 və X6 barəsində çıxarılmış məhkəmə hökmləri ilə müəyyən edilmiş halları və digər sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayət əməllərinin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə həmin tövsiyyələri və işin faktiki hallarını, yəni Təqsirləndirilən şəxs üzərindən yuxarıda göstərilən şəraitdə külli miqdarda olmaqla 04 ədəd bükümdə ümumi çəkisi,- 4,419 qram narkotik vasitə heroinin aşkar edilmiş olmasını, eləcə də digər halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etmiş olduğu, bir qismini isə X11 və X1 olduğu təsdiq olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini qismən etiraf edib peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ali təhsilli hüquqşünas olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, qaraciyər sirrozu və Hepatit C xəstəliklərdən əziyyət çəkməsi olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət əməlini törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli faktiki olaraq azadlığının məhdudlaşdırıldığı 10 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunduğundan (hazırki vaxtda əlilliyinin olmaması nəzərə alınmaqla) , məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübutlar: AR DİN Sabunçu RPİ-nin növbətçi hissəsinin saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmaqla, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,- ümumi çəkisi 3,831 qram olan narktoik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs oğlunun üzərinə 10.09.2021-ci il tarixdə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan bir ədəd «DVD» disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 114 manat (yüz on dörd manat) Təqsirləndirilən şəxs dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X20 tərəfindən, məhkəmə mərhələsində isə “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, ibtidai istintaq mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı X14 vəkil işlədiyi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi “Fides” Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 05 (beş) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 10 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübutlar: AR DİN Sabunçu RPİ-nin növbətçi hissəsinin saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmaqla, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,- ümumi çəkisi 3,831 qram olan narktoik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs oğlunun üzərinə 10.09.2021-ci il tarixdə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan bir ədəd «DVD» disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri cəmi 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlətin büdcəsinə ödənilsin. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X20 üçün 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 90 (doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surətinin X9 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər, apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Məhəmməd Əkbərov Hakimlər Faiq Qəniyev İlham Mahmudov
Məhkəmə qərarları › İş №1(101)-589/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-589/2022
16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver