Məhkəmə qərarları › İş №1(101)-589/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-589/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-589/2024 22.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X7 və X11, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, sonuncu dəfə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyun 2013-cü il tarixli, 1(004)-137/2013 saylı hökmü ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1 və 71.5-ci maddələrinə əsasən Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 12 mart 2008-ci il tarixli, 1(101)-384/2008 saylı hökmü ilə ona təyin olunmuş şərti məhkum etmə ləğv edilərək qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Çaykovski küçəsi, ev 2, mənzil 25-də qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Çaykovski küçəsi, ev 2, mənzil 73-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.3.2 və 310-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 22 may 2024-cü il tarixdə, saat 10:20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ittiham elan edilmişdir ondan ötrü ki, o, tanışı Şahid9 və Şahid8 ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə aralarındakı cinayətkar niyyətə uyğun olaraq rəhbəri olduğu "xxxx" MMC-də mühasib işləmiş Şahid3 uşaq tələbi mübahisəsi ilə bağlı əvvəlki məhkəmə instansiyaları tərəfindən qəbul olunmuş qərarların qanuniliyinin yoxlanılması və ləğvi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etməsi və həmin məhkəmə prosesinin sonuncunun xeyrinə tamamlanmasında köməklik göstərilməsi üçün Zərərçəkmiş şəxs1 2018-ci ilin noyabr ayında qabaqcadan əlbir olduğu Şahid8 müraciətindən sonra sonuncu, özü və Şahid9lə aralarındakı cinayətkar niyyətə və əvvəlcədən aralarında əldə olunmuş razılaşmaya əsasən, Şahid8 özbaşına özünü vəzifəli şəxs, yəni Vəkillər Kollegiyasının üzvü olmaqla vəkil kimi Zərərçəkmiş şəxs1 təqdim edib guya qeyd edilən mülki işin müsbət həll ediləcəyinə köməklik göstərə biləcəklərini, həmin məsələni həll etmək imkanında olduqlarını Zərərçəkmiş şəxs1 yalandan bildirib özlərinə qarşı inam yaratdıqdan sonra Zərərçəkmiş şəxs1 Şahid3 müraciətinin guya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən icraata götürülüb baxılacağını, həmin məsələnin müsbət həlli üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində işləyən hakimə və yüksək vəzifəli şəxslərə Şahid3 xeyrinə edəcəkləri hərəkətə görə qrup üzvlərinin əvvəlcədən aralarındakı razılaşmalarına əsasən maddi nemət olan 60.000 (altmış min) manat məbləğində pul vəsaitinin rüşvət qismində, inam yaratmaq üçün isə 5.000 manat məbləğində pul vəsaitinin isə özləri üçün xidmət haqqı adı ilə verilməsinin zəruri olmasını 2018-ci ilin noyabr ayında qabaqcadan əlbir olduğu Şahid8 vasitəsilə cinayətdən xəbərsiz Şahid2 məxsus Sumqayıt şəhəri, 9-cu və 10-cu mikrorayonlar arasında yerləşən “Çinar” adlı kafedə görüşləri zamanı yalandan bildirib, Zərərçəkmiş şəxs1 razılığını Şahid8 vasitəsilə almaqla onunla sövdələşib, həmin adla 26 noyabr 2018-ci il tarixdə ünvan 3əşən “Bizim Market” mağazasının qarşısında 30.000 manat, 27 noyabr 2018-ci il Bakı şəhəri, Yasamal rayonu, X32 küçəsi 157 ünvanında yerləşən 3 saylı “ASAN” xidmət mərkəzinin yaxınlığında 5.000 manat olmaqla ümumilikdə 35.000 (otuz beş min) manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olduğu Şahid8 vasitəsilə Zərərçəkmiş şəxs1 alıb, görüntü yaratmaq məqsədi ilə qrup üzvləri ilə aralarında əvvəlcədən əldə edilmiş ümumi razılığa uyğun olaraq, qabaqcadan əlbir olduğu Şahid9 istifadəsində olan ***-***-**-** saylı mobil telefonla Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 2018-ci ilin dekabr ayında zəng edərək özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Konsitutusiya Məhkəməsinin rəhbər vəzifəli şəxsi kimi təqdim edib, Şahid3 uşaq tələbi mübahisəsi ilə bağlı yuxarı instansiya məhkəməsində müsbət qərar qəbul ediləcəyini aldatmaqla bildirib, Zərərçəkmiş şəxs1 inam yaratdıqdan sonra, yenidən cinayətkar niyyətlərini davam etdirərək qrup üzvü kimi aralarında əvvəlcədən əldə edilmiş ümumi razılığa uyğun olaraq özü şəxsən istifadəsində olan ***-***-**-** saylı mobil telefonla Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə həmin tarixdə, yəni 2018-ci ilin dekabr ayında zəng edərək özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Prezidentinin Administasiyanın vəzifəli şəxsi kimi təqdim edib, Şahid3 uşaq tələbi mübahisəsi ilə bağlı yuxarı instansiya məhkəməsində müsbət qərar qəbul ediləcəyini bir daha Zərərçəkmiş şəxs1 aldatmaqla bildirdikdən sonra, əldə etdikləri pul vəsaitini Şahid9 və Şahid8 ilə aralarında bölərək şəxsi ehtiyaclarına xərcləyərək, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus cəmi 35.000 (otuz beş min) manat məbləğində pul vəsaitini ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, Şahid9 və Şahid8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi ilə əlaqədar hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədərək vahid niyyətlə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, sonradan Zərərçəkmiş şəxs1 qalan pul vəsaitini verməkdən imtina etdiyinə görə, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməllərini öz iradələrindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, həmin pul vəsaitini ondan ala bilməyib, Şahid9 və Şahid8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 65.000 (altmış beş min) manat məbləğində pul vəsaitini ona vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir.

2. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsində işlə təmin edilməsinə köməklik göstərməsi üçün 2021-ci ilin dekabr ayında cinayətdən xəbərsiz Şahid6 vasitəsilə özünə müraciətindən sonra 22 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 və sonuncunun anası Şahid5 ilə Bakı şəhərində, istintaqla müəyyən edilməyən ünvanda görüşləri zamanı özünün geniş əlaqələrə malik olmaqla, yuxarı vəzifə tutan səlahiyyətli şəxslərlə yaxın münasibətlərinin olduğunu, Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə təyin edilməsini yüksək vəzifədə işləyən tanışları vasitəsilə müsbət həll etmək imkanında olduğunu yalandan bildirib, özünə qarşı inam yaratdıqdan sonra həmin məsələlərin müsbət həlli üçün yüksək vəzifədə işləyən tanışına Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 6.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşərək, həmin adla Zərərçəkmiş şəxs2 atası Şahid4 tərəfindən Zaqatala şəhəri, F.Əmirov küçəsində yerləşən “Araz” marketində quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə xx.xx.2021-ci il tarixdə 4.000 manat pul vəsaitinin köçürmə yolu ilə cinayətdən xəbərsiz arvadı - X12 adına "xxxx" ASC-də olan **********419179 nömrəli bankomat kartına, 27 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 tərəfindən Zaqatala şəhəri, Vidadi küçəsində yerləşən “Bazarstore” marketində quraşdırılmış “MilliÖN” ödəmə terminalı vasitəsilə 1.000 manat pul vəsaitinin köçürmə yolu ilə özünün adına "xxxx" ASC-də olan **********273137 nömrəli bankomat kartına köçürülməsindən sonra həmin pul vəsaitlərini qeyd edilən plastik kartlar vasitəsilə "xxxx" ASC-nin Bakı şəhərində yerləşən ayrı-ayrı bankomatlarından çıxarmaqla nağdlaşdırılaraq, 2022-ci ilin yanvar ayının sonlarında isə 1.000 manat pul vəsaitini Bakı şəhəri, Nizami metrostansiyasının yaxınlığında cinayətdən xəbərsiz Şahid6 vasitəsilə alıb, əldə etdiyi ümumilikdə 6.000 manat məbləğində pul vəsaitini şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus cəmi 6.000 (altı min) manat məbləğində pul vəsaitini ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmişdir.

İşin halları və dəlilləri:

3. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.3.2 və 310-cu maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni Zərərçəkmiş şəxs2 ilə bağlı epizod üzrə ittihama münasibətdə tam təqsirli bilərək, Zərərçəkmiş şəxs1 ilə bağlı olan ittihama münasibətdə isə özünü təqsirli bilməyərək, Zərərçəkmiş şəxs2 ilə bağlı epizod üzrə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Röyalə Muradavoya məhkəməyədək icraat zamanı 2450 manat pul ödəmiş, ödənilməmiş qalan 3550 manat məbləğində pulu isə ödəyəcəkdir. Belə ki, 2021-ci ilin təxminən payız və qış aylarında, əvvəldən tanışı olan Vüqar ona müraciət edərək Röyalə adlı qızı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şəkidə yerləşən Regional idarəsinə işə düzəldə biləcəyini ondan soruşmuş, o da Vüqara müsbət cavab vermişdir. Vüqarı uzun illərdir tanımış və Vüqar onun geniş əlaqələrə malik olduğunu bilmişdir. Özü də əvvəldən Vüqara geniş əlaqələrə malik olduğunu, hansısa bir işi olarsa ona deyə biləcəyini bildirmiş və Vüqar da buna görə ona müraciət etmişdir. Röyalə işi ilə bağlı Hikmət adlı qohumuna bildirmiş, Hikmət isə Vüqara demiş, Vüqar da ona bildirmiş, özü birbaşa Röyaləni tanımamışdır. O, Vüqara müsbət cavab verdikdən sonra Röyalə və ailə üzvləri ilə də görüşüb məsələni həll edəcəyini bildirmiş və bu işə görə onlardan 6.000 manat pul istəmişdir. Ümumi tanışlarına bu məsələ barədə deyib iş barədə ümumi maraqlanmış, lakin konkret olaraq kiməsə deyib onunla razılaşmamış və onun həmin nazirlikdə heç bir tanışı olmamışdır. Xatırladığı qədər Röyalə 2 dəfəyə olmaqla onun "xxxx" bank kartına 5.000 manat, daha sonra isə 2022-ci ilin yanvar ayında Hikmət vasitəsilə ona 1.000 manat pul göndərmişdir. Röyalədən cəmi 6.000 manat pul almış və həmin pulları götürüb öz şəxsi ehtiyaclarına sərf etmişdir. Sonradan maraqlandıqda Röyaləyə kömək edə bilməmiş və həmin ərəfələrdə borcları olduğundan pulu da tam qaytara bilməmişdir. İşi həll edə bilmədiyinə görə Röyalə və valideynləri ondan pulu tələb etdikdə onlara hissə-hissə olmaqla cəmi 2.500 manat pul qaytarmış, qalan pulu qaytara bilməmişdir. Həmin puldan heç kəsə, o cümlədən Vüqara və ya Hikmətə hər hansı məbləğdə pul verilməmiş, sonuncuların onun həmin işi hansı qaydada, kimin vasitəsilə görəcəyi barədə heç bir məlumatı olmamışdır. 6.000 manat pulun hamısı onda olmuş, o isə pulu xərclədiyindən sonradan tam qaytara bilməmişdir. Hazırda Röyaləyə 3.500 manat pul qaytarmalıdır.

4. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, o, Şahid9 bir neçə ildir polis işçisi kimi tanımışdır. Şahid9 ona zəng edib görüşmək istədiyini bildirdikdə onunla görüşmüş, görüş zamanı sonuncu ona məsələnin mahiyyəti barədə tam məlumat vermədən kimsə tərəfindən aldadıldığını, habelə bir nəfər şəxslə danışıb iki min manat pulun onda olmasını demək lazım olduğunu bildirmişdir. Belə ki, Şahid9 ona əvvəllər kömək etdiyindən sonuncunun təklifi ilə razılaşaraq əvvəllər tanımadığı, sonradan Zərərçəkmiş şəxs1 olduğunu bildiyi şəxsə zəng edib onunla danışmış, lakin heç kimdən pul almamışdır. O, məsələnin nədən ibarət olduğunu ibtidai istintaq zamanı öyrənmiş, orada ona İlkinin fotoşəklini göstərib sonuncunu tanıyıb-tanımaması barədə soruşduqda tanıdığını bildirmişdir.

5. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Şahid9 ona məhkəmədə işi düzəltdiyi adamla Xəyyamı danışdıra bilmədiyini, həmin adamın adından zəng edib Xəyyamla danışaraq iki min manat məbləğində pulun onda olduğunu deməsini istəmişdir. İlkin ona Xəyyamla danışarkən özünü məhkəmə aparatının işçisi kimi təqdim edərək başqa addan istifadə etməsini bildirdiyindən Xəyyamla danışarkən özünü məhkəmə aparatının işçisi kimi təqdim etmişdir. O, Xəyyamın işi ilə bağlı heç kimdən, habelə İlkindən hər hansı məbləğdə pul almamışdır. Sonradan Xəyyamın ona zəng edərək pul tələb etməsi barədə İlkinə demiş, sonuncu da həmin məsələni həll edəcəyini bildirmişdir. Daha sonra Xəyyamla telefon vasitəsilə danışıqlar apararkən sonuncuya ona pul verildiyini iddia edən şəxsləri yanına gətirəcəyi təqdirdə həmin şəxslərin qarşısında ona iki min manat pul verəcəyini demişdir. O, Xəyyamdan pul almadığından ona hər hansı pul qaytarmayacaqdır. O, Şahid8 adlı şəxsi tanımamaqla sonuncu ilə Xəyyam arasında olmuş söhbətlər barədə hər hansı məlumatı yoxdur.

6. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.3.2 və 310-cu maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək həmin ifadələrdə göstərmişdir ki, 2018-2019-cu il ərəfələrində ortaq tanışlar vasitəsilə tanıdığı Şahid9lə bir yerdə olan zaman İlkin ona Xəyyam adlı şəxsin məhkəmə işi ilə bağlı sonuncudan 12.000 manat pul aldığını, lakin həmin işi görə bilmədiyini bildirmişdir. O, İlkini həmin hadisədən təxminən 1-2 il əvvəldən tanımış və onun polis olduğunu bilmişdir. İlkinlə münasibətləri qaydasında olmuş, mütəmadi olaraq telefon əlaqələri olmuşdur. İlkini geniş əlaqələrə malik şəxs kimi tanımış, özü də İlkinə polislə bağlı bir neçə dəfə xahiş etmiş, sonuncu da təmənna olmadan həmin işləri həll etmişdir. İlkinlə bir yerdə olan zaman İlkin ona müraciət edərək onun mobil telefonu ilə Xəyyam adlı şəxsə yığmasını, guya onun Xəyyamdan aldığı puldan 2.000 manatın da ona çatdığını bildirməsini və işi həll edəcəyini deməsini ondan xahiş etmişdir. O da İlkinin sözünü yerə salmamış və onun deməsi əsasında istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Xəyyam adlı şəxsin hazırda xatırlamadığı mobil telefon nömrəsinə zəng edərək öz adını ona bildirib, İlkinin deməsi əsasında özünü Prezident Adminstrasiyasının əməkdaşı kimi təqdim edib İlkinin ona onun (Zərərçəkmiş şəxs1) məhkəmə işi ilə bağlı 2.000 manat pul verdiyini, həmin məsələni həll edəcəyini və narahat olmamasını bildirmişdir. Əslində isə o, Xəyyam adlı şəxsi görməmiş, İlkinin deməsi əsasında ona zəng etmişdir. Onun Xəyyamla iş barədə əvvəldən heç bir danışığı olmamışdır, sonuncuya heç bir vəd verməmiş və İlkinlə də Xəyyamın işi ilə bağlı heç bir sövdələşməsi olmamışdır. Həmin vaxt zəng etdiyi şəxsin də Xəyyam olub-olmamasını dəqiq bilməmiş, lakin deməsinə görə sonuncunun adının Xəyyam olduğunu bilmişdir. Bundan başqa, onun həmin məsələ ilə bağlı heç bir danışığı, heç kəslə görüşü olmamışdır. Şahid8 isə ümumiyyətlə tanımır, onunla heç bir ünsiyyəti olmamış, Allahqulu onunla ümumiyyətlə görüşüb danışmamışdır. Bu faktla bağlı ilk dəfə Bakı şəhəri, Yasamal rayon Polis İdarəsində izahat vermiş, lakin həmin izahatında dediklərini xatırlamır. Xəyyamın müraciəti ilə bağlı ona heç bir pul çatmamış və sonradan İlkin və Allahqulu adlı şəxsin Xəyyamdan 30.000 və ya 35.000 manat pul aldıqlarını bilmişdir. Həmin məsələdə onun da adı hallandığına görə tutulacağından ehtiyat etmiş, həmin məsələdə heç bir təqsiri olmadan İlkinin yalnız sözünə görə Xəyyamla danışıb ona da pul çatdığını və işi həll edəcəyini demişdir və səhv etdiyini bilir. O nə Xəyyamı, nə də ki, Allahqulunu tanımamış, yalnız İlkinlə münasibəti olmuşdur. Bundan başqa, o, barəsində cinayət işi olduğunu bilmiş, həmin işdə onun heç bir günahı olmamış, həmin işi üzrə günahı olmadığından tutulacağından ehtiyat etmiş və ayaqlarında xəstəliyi olduğuna görə Gəncə şəhərinə gedib orada təbii vasitələrlə müalicələr almışdır. Lakin axtarışda olduğu müddət ərzində nə Gəncədə, nə də ki, Bakıda heç bir xəstəxanada rəsmi müalicədə olmamış, Gəncəyə təbii üsulla müalicə üçün getmiş, ona görə də, istintaqa gələ bilməmişdir. Hazırda isə səhv etdiyini bilir, təqsirini boynuna alır və istintaqdan yayınmayacağına söz verir. Xəyyamın şikayəti ilə bağlı ona pul çatmamış, lakin Röyalə ilə bağlı bütün pullar ona çatmışdır, sonuncuya vədi öz yanında vermişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə bağlı ittiham üzrə isə məhkəməyədək icraat zamanı məhkəmədə verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verməsi müəyyən edildi (Cild 1, iş vərəqi (bundan sonra i.v.) Cild 1, 132- 133; Cild 4, i.v. 26-31; 154-158;)

7. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

8. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.

9. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, 2018-ci ilin oktyabr ayında rəhbəri olduğu “Turays” tikinti şirkətində mühasib işləyən X1 əri sonuncuya zərbə vurmaq məqsədi ilə 7 və ya 8 yaşlarında olan azyaşlı uşağının anadan alınaraq ataya verilməsi ilə bağlı məhkəmədə mülki iddia qaldırmış və ilkin olaraq Bakı şəhəri, Yasamal Rayon Məhkəməsində həmin iddia tələbi rədd edilsə də, sonradan Bakı Apellyasiya Məhkəməsi həmin iddianı təmin etmiş və daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Buna görə də, Solmaz çox böyük stress və sarsıntı yaşadığından kömək üçün ona müraciət etmiş və o da bir xeyirxahlıq kimi Solmaza kömək edəcəyini öz üzərinə götürərək Azərbaycan Respublikasının Konstitusiyası Məhkəməsinə müraciət etməklə əvvəlki məhkəmələrin qətnamələrini ləğv etdirməklə övladın anasında saxlanmasına nail olmağın mümkün olması məsələsinin müsbət həlli üçün yaxşı bir hüquqşünas və ya bilavasitə vəkil axtarmağa başlamışdır. X4 əvvəlki instansiya məhkəməsində mülki işi üzrə çıxarılmış məhkəmə qərarından narazı qaldığından Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinə əvvəlki instasiya məhkəməsinin çıxardığı qətnaməsinin ləğv olunması barədə müraciət etmişdir. Bununla bağlı o, bütün tanış və dostlarına, eləcə də Sumqayıt şəhərində qonşuluğunda yaşayan və Sumqayıt şəhərində yerləşən “Çinar” adlanan kafeni işlədən Şahid2 da bildirərək savadlı hüquqşünas və ya bilavasitə vəkilin tapılmasında köməklik göstərmələrini xahiş etmişdir. Nəticədə, tanışı Şahid2 2018-ci il noyabr ayının əvvəllərində işlətdiyi, Sumqayıt şəhərində yerləşən kafedə onu, adı həmin vaxt kafedə ona məlum olmuş Şahid8 ilə tanış edərək Solmazın övladı ilə bağlı məhkəmə problemi haqqında sonuncuya danışdığını və Şahid8 müəyyən pul müqabilində həmin məsələni müsbət həll edilə biləcəyini dediyini bildirmişdir. Həmçinin, aralarında olan söhbət zamanı Cəlil ona Şahid8 vəkillik fəaliyyəti ilə məşğul olduğunu və mülki işlər üzrə böyük səriştəsi olduğundan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində baxılan mülki işlər üzrə də çıxış etdiyini bildirmişdir. Şahid1 da dostudur, sonuncu Sumqayıt şəhərində yaşadığından asudə vaxtlarında onlar məhz birlikdə olmaqla mütəmadi Cəlilin işlətdiyi kafeyə, Sumqayıt şəhərində yerləşən “Çinar” adlanan kafeyə gedib-gələrək orada yeyibiçmişlər. Məhz bu səbəbdən də, Allahqulu ilə olan ilk və sonrakı görüşlərinin əksər hissəsində Şahid1 da iştirak etmişdir. İlk görüşü zamanı Şahid8 onunla söhbətləşib vəkillik fəaliyyəti ilə məşğul olduğunu deyərək Solmazın məhkəmə problemi haqqında şifahi qaydada ətraflı məlumat aldıqdan sonra həmin məhkəmə mübahisəsini Konstitusiya Məhkəməsində həll etməyin mümkün olacağını bildirərək daha ətraflı məlumatı olmasını və həmin sənədləri Konstitusiya Məhkəməsində işləyən hakimlərə göstərməklə bu işin həlli yollarını axtara bilməsi üçün ondan Solmazda olan əvvəlki məhkəmələrin bütün sənəd və qətnamələrinin surətlərini ona verməsini istəmişdir. Həmin görüşləri qeyd olunan məzmunda apardığı söhbətlə tamamlanmış və Şahid8 həmin vaxtlar istifadə etmiş olduğu ***-***-**-** və ***-***-**-** mobil nömrələrini ona verərək bundan sonra özü birbaşa həmin nömrələrə zəng etməklə onunla əlaqə saxlaya biləcəyini bildirmişdir. Buna görə də, sonradan istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə və həmçinin həmin nömrə ilə qeydiyyatdan keçdiyi “WhatsApp” mobil tətbiqi vasitəsi ilə zəngləşməklə və yazışmaqla Şahid8la əlaqə saxlamağa başlamışdır. Həmin görüşündən sonra o, Solmaza bu barədə bildirmiş və bir neçə gündən sonra ondan sənədləri götürərək Allahqulu ilə Cəlilin işlətdiyi həmin kafedə görüşmüş, həmin sənədləri ona vermişdir. Bir neçə gündən sonra isə dostu Şahid1la birlikdə yenidən göstərilən kafeyə gedərək orada Şahid8la görüşmüş və həmin görüşdə aralarında olmuş söhbəti zamanı Şahid8 həmin məsələni, yəni Ali Məhkəmə tərəfindən qəbul olunmuş qərarın qanuniliyi və ləğvi ilə bağlı Şahid3 şikayətinin Konstitusiya Məhkəməsi tərəfindən icraata götürülüb baxılacağını və bu prosesin tamlıqla müsbət həllini təmin etdirəcəyini vəd edib öz üzərinə götürərək guya hansısa vəzifəli şəxslərə rüşvət kimi xeyli miqdarda pul verməli olduğunu bildirərək həmin şəxslərə verilməsi məqsədi ilə ondan ümumilikdə 60.000 manat, eləcə də, özünə zəhmət haqqı kimi əlavə 5.000 manat miqdarda pul istəmişdir. Şahid8 razı olduğu təqdirdə əvvəlcədən 30.000 manatı verməli olduğunu, qalan 35.000 manatın isə işi müsbət həll etdikdən sonra verilməli olduğunu bildirmişdir. Şahid8 artıq Konstitusiya Məhkəməsində işləyən hansısa hakimlə danışıqlar apardığını və həmin işi müsbət həll edə biləcəyinə əmin olduğunu bildirmişdir. Allahqulu işin sonunda zəhmət haqqı kimi verməli olduğu 5.000 manatı da əvvəlcədən verməsini xahiş etmiş və bununla da, həmin görüş tamamlanmışdır. Bundan sonra o, Solmazla görüşərək Allahqulunun söz verdiyi və ilkin olaraq 35.000 manat miqdarda olan pul istəyi barədə ona bildirmişdir. Solmaz isə oğlunu özündə saxlamaqdan ötrü istər Şahid8 vasitəsilə, istərsə də, hər hansı bir digər vəkil və hakimə istənilən miqdarda pul ödəmək məqsədi ilə yaşadığı evini də sataraq əldə edə biləcəyi pulları həmin işə sərf etməyə hazır olduğunu demişdir. Solmazın razılığını nəzərə alaraq, həmçinin Şahid8la ümumi tanışı Şahid2 vasitəsi ilə tanış olduğundan etibar edərək Allahqulunun dediklərinə inanaraq onunla zəngləşmiş, ilkin olaraq tələb etdiyi 35.000 manat miqdarda pulu verməyə razılaşmışdır. 2018-ci ilin noyabr ayının 26-da Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Əsəd Əhmədov küçəsində fəaliyyət göstərən “Bizim market” mağazasının qarşısında tanışı Şahid1 iştirakı ilə Allahqulu ilə görüşərək ona 30.000 manat pulu vermişdir. Danışığına əsasən sabahısı gün, yəni 27 noyabr 2018-ci il tarixdə yenidən dostu Şahid1la birlikdə Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “ASAN” xidmət mərkəzinin yanında Allahqulu ilə görüşərək ona əlavə olaraq 5.000 manat miqdarda pulu vermişdir. Həmin vaxt Allahqulu görüş yerinə idarə etdiyi “Honda CRV” markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmiş və avtomobilində qabaq sağ oturacaqda əyləşmiş təxminən 30 yaşında olan bir qadın da olmuş və Allahqulu pulları ondan götürdükdən sonra həmin pulları avtomobilində olmaqla ona qızı kimi təqdim etdiyi qadına verərək saymasını xahiş etmiş və qadın da pulları sayıb 5000 manat olduğunu təsdiq etmişdir. Allahqulu təxminən 10-15 gün ərzində Konstitusiya Məhkəməsində Solmazın məsələsini müsbət həll edəcəyini bildirmişdir. Lakin bundan bir neçə gün sonra, yəni 2018-ci ilin dekabr ayının birinci yarısında Solmazın deməsinə görə ona məlum olmuşdur ki, həmin məhkəmə Solmazın müraciətinin təmin olunmaması, yəni sonuncunun şikayətinin icraata qəbul olunmasından imtina edilməsi barədə 2018-ci ilin noyabr ayının 29-da qərar qəbul etmiş və həmin qərar poçt vasitəsi ilə bir neçə gündən sonra ona çatdırılacaqdır. Məsələyə aydınlıq gətirilməsi məqsədilə o, əvvəlcə mobil telefonu vasitəsi ilə Allahqulu ilə əlaqə saxlamış, sonradan isə bir neçə dəfə Şahid3 ilə birlikdə Sumqayıtdan Bakı şəhərinə gələrək Şahid8la görüşmüşdür. Lakin sonuncu hər dəfə müxtəlif bəhanələr göstərməklə yalnız vaxtı uzatmağa çalışmış, hətta guya o, qalıq qalmış pul vəsaitini də verdiyi halda, onda ikinci dəfə Konstitusiya Məhkəməsinə müraciət etməklə Solmazın məsələsini müsbət həll etdirə biləcəyini demişdir. Hətta bir dəfə o, Solmazla birlikdə Konstitusiya Məhkəməsinin qəbul şöbəsinə gedərkən mobil telefonu ilə zəng edib Allahquluya bu barədə bildirmiş, sonuncu da həmin məhkəmənin yanına gələrək orada görüşmüş və Solmaz da bu kimi görüşünün şahidi olmuşdur. Həmin görüş zamanı Allahqulu yenidən onu inandırmağa çalışaraq müxtəlif bəhanələr gətirmiş və hətta sonuncu özü tək gedib Konstitusiya Məhkəməsinin qəbul şöbəsinə daxil olaraq təxminən 10-15 dəqiqədən sonra geri qayıtmış, heç bir narahatlığa səbəb olmadığını, qalan 30.000 manatın hakimə çatdırıldığı halda yaxın günlərdə məhkəmənin Solmazın 2-ci müraciətini alaraq onun işini müsbət həll edə biləcəyini demişdir. Lakin özü artıq inanmadığından həmin pulları verməkdən imtina edərək əvvəl vermiş olduğu 35.000 manatı Allahquludan geri tələb etməyə başlamışdır. Məhz bundan sonra Allahqulu ona götürmüş olduğu həmin 35.000 manatın 10.000 manatını İlkin adlı şəxsə verdiyini, qalan 25.000 manat hissəsini isə guya Konstitusiya Məhkəməsində işləyən hakimə və həmin hakimin adamına verməsini deyib bununla da ondan möhlət istəyərək yaxın vaxtlarda, yəni təxminən 15-20 gün ərzində həmin adamların hamısından pulları geri alaraq ona qaytaracağını bildirmişdir. Daha sonra isə Allahqulu, onu inandırmaq üçün, özü idarə etdiyi “Honda CRV” markalı **- LX-*** dövlət qeydiyyat nişanlı gümüşü metallik rəngli avtomobili və “Hyundai Sonata” markalı ağ rəngli avtomobilllərini Sumqayıt şəhərində 9-cu mikrorayonda yerləşən ümumi tanışı Cəlilin əvvəllər işlətmiş olduğu kafenin yanındakı avtomobil dayanacağına gətirib saxlamış və guya pulların zəmanəti kimi açarları Cəlilə verib pulunu qaytaranda Cəlilin də maşınları ona qaytaracağını demişdir. Lakin sabahısı günü o, həmin avtomobil dayanacağına gedib baxanda Cəlilin açarları geri qaytardığı üçün Allahqulunun avtomobilləri oradan apardığını görmüşdür. Bu barədə Cəlildən soruşanda sonuncu Allahqulunun ondan aldığı 35000 manat pulu sabah qaytaracağına dair ona söz verdiyini bildirərək, ona görə də, avtomobilləri Allahquluya qaytardığını demişdir. Hətta, 2018-ci ilin dekabr ayında o, pullarını geri almağa nail olmaq məqsədi ilə Allahquluya guya ona vermiş olduğu pulları faiz ödəmək şərti ilə borca götürdüyünü və borca aid olan faizlərin çoxalmaması üçün pullarını tezliklə qaytarmalı olduğunu bildirmiş və bununla bağlı Allahqulu həmin ay ərzində Cəlilin işlətdiyi kafeyə gələrək sonuncunun və İlqarın iştirakı ilə ona 2.000 və ya 2.200 ABŞ dolları miqdarda pul verməklə borcunun faizlərini ödəməklə pullarını digər adamlardan geri alaraq özünə qaytara bilməsi üçün bir qədər möhlət almasını xahiş etmişdir. Lakin bundan sonra Allahqulu onunla görüşməkdən ümumiyyətlə yayınmış və onu bir daha görməmişdir. Sonra isə Allahqulu ona +7903-131 52 04 saylı “Whatsapp” nömrəsi ilə yazaraq Maxaçqala şəhərinə gəldiyini və oradan Moskvaya yollanacağını, eləcə də, Bakıda Emin və Seyid adlı, yəni İlkin adlı şəxslərin ona 10.000 manat pul verəcəklərini bildirərək, İlkin adlı şəxsin ***-***-**-** saylı və Emin adlı şəxsin ***- ***-**-** saylı nömrəsini SMS vasitəsi ilə onun mobil telefonuna göndərərək həmin şəxslərlə əlaqə saxlamasını tapşırmışdır. Buna görə də, o, 2018-ci ilin dekabr ayının 2-ci yarısında İlkin adlı şəxsə zəng edib əlaqə saxlamış və Sumqayıt şəhərində Cəlilin işlətmiş olduğu kafedə onunla görüşmüşdür. Həmin görüşdə dostu İlqar və kafeni işlədən Cəlil də iştirak etmiş və görüş zamanı həmin Seyid kimi təqdim olunan şəxsin əsl adının İlkin, soyadının isə Babayev olduğu məlum olmuşdur. Həmin İlkin adlı şəxs də özünün Konstitusiya Məhkəməsində işlədiyini, sədrin qohumu olduğunu bildirib Allahqulunun Solmazın işinin düzəlməsi üçün ona 10.000 manat pul verməsini və onun da öz növbəsində həmin pulu Prezident Administrasiyasında işləyən Emin adlı tanışına verdiyini, məhz həmin Eminin tapşırığına əsasən Konstitusiya Məhkəməsindəki işi həll etdiyini bildirmişdir. Həmin vaxt Şahid9 eyni olaraq həmin Emin adlı şəxsin ***-***-**-** telefon nömrəsini ona verərək onunla əlaqə saxlamağını məsləhət görmüşdür. Bundan sonra o həmin Emin adlı şəxsin istifadə etdiyi ***-***- **-** telefon nömrəsinə zəng etmiş və danışıq zamanı Emin də Prezident Adminstrasiyasında işlədiyini təsdiq edib ona Şahid3 Konstitusiya Məhkəməsinə etdiyi müraciətinə baxılaraq sonuncunun xeyrinə qərar qəbul edilməsinə köməklik göstərilməsi üçün İlkinin ona cəmi 2.000 manat pul verməsini, məsələni həll edəcəyinə söz verməsini, lakin köməklik göstərə bilməməsini və buna görə də, həmin pulu geri qaytarmağa hazır olmasını, ancaq İlkini və Allahqulunu birlikdə görüşə dəvət etməyi, məhz sonuncuların iştirakı ilə pulları ona verəcəyini və İlkinin hansı səbəbdən ona 2.000 manat deyil, guya 10.000 manat verməsinə aydınlıq gətirməsini xahiş etmişdir. Bundan sonra o, İlkinlə ələqə saxlamaq istəmiş, lakin onun telefon nömrəsi bağlı olduğundan əlaqə saxlaya bilməmişdir. Allahqulu da onun telefon zənglərinə cavab verməyərək, ondan qaçıb gizlənmişdir. Həmin ərəfədə Allahqulu yalnız bir neçə dəfə öz mobil telefonundan “Whatsapp” proqramı vasitəsi ilə İlkin və Emin adlı şəxslərə aid mobil telefon nömrələrini göndərməklə yanaşı həmçinin guya onun pullarından 25.000 manatın 20.000 manatını Konstitusiya Məhkəməsində işləyən Rövşən adlı hakimə və 5.000 manatını isə həmin Rövşən adlı hakimin hansısa adamına, yəni Mahir adlı şəxsə, eləcə də, qalan 10.000 manatının həmin məhkəmənin sədrinə vermək məqsədilə Şahid9 verməsi ilə bağlı Allahqulu öz səsini mobil telefonunda yazararaq “Whatsapp” proqramı vasitəsi ilə onun mobil telefonuna göndərmiş və o da sonradan həmin səsyazmaları istintaqa təqdim etmişdir. Bununla da, Allahuqulu qaçıb gizləndikdən sonra o həmin ərəfədə soraqlaşıb Şahid8 oğlu İbrahimin ***-***-**-** mobil telefon nömrəsini öyrənərək onunla 2019-cu ilin yanvar ayında əlaqə saxlayaraq Allahqulunun harada olduğunu soruşduqda, İbrahim atasının Moskva şəhərinə getdiyini və hələ ki, geri qayıtmadığını bildirmişdir. Daha sonra isə ona məlum olmuşdur ki, Allahqulu Bakıdadır və ***-***-**-** saylı nömrəsini istifadə edir, lakin o həmin nömrəyə zəng edəndə Allahqulu onun nömrəsini bloka atmaqla yenidən danışmaqdan yayınmışdır. Daha sonra isə o, Allahqulu, İlkin və Emin adlı şəxsləri axtarmış, onlar haqqında araşdırmalar apardıqda ona məlum olmuşdur ki, onların üçü də dələduz olmaqla bir cinayətkar dəstədirlər və onun kimi bir çox insanları aldatmışlar. Allahqulu +7***-***-**-** saylı “Whatsapp” nömrəsi ilə apardığı danışıqlar zamanı ondan möhlət istəyərkən bildirmişdir ki, Bakı şəhərində hansısa Faiq adlı tanışı ondan iki ay müddətinə borc olaraq 20.500 ABŞ dolları miqdarda pulu götürmüş və əgər o gözləsə, həmin şəxsdən pullarını geri alan kimi onun pullarını geri qaytaracaqdır. O isə razılaşmayaraq bildirmişdir ki, necə olur ki, onun pullarını qaytarmağa imkanı olmadığı halda, Allahqulu özü hansısa Faiq adlı şəxsə borca pul versin. Allahqulu isə onu inandırmaq üçün bildirmişdir ki, guya ondan aldığı pulların 10.000 manatı İlkinlə Emində, 25.000 manatı isə Konstitusiya Məhkəməsində hakim işləyən Rövşəndədir və həmin şəxslərdən geri götürə bilmədiyi üçün ona pullarını qaytara bilməmiş, Faiq isə onun yaxın dostudur və buna görə də köməklik etmək məqsədi ilə məcbur olub öz pullarını Faiqə borc vermişdir. Hətta bununla bağlı 2019-cu ilin yanvar ayının 22-də Allahqulu +7903-131 52 04 saylı “Whatsapp” nömrəsindən həmin Faiq adlı şəxsin göstərilən pulu borc götürməsi ilə bağlı yazmış olduğu qəbzin fotoşəkilini də ona göndərmişdir ki, onu inandıra bilsin. Həmçinin, onun Allahqulu barəsində Yasamal RPİ-də çoxsaylı müraciətləri əsasında bir neçə dəfə araşdırma aparılmışdır. Lakin müsbət nəticələr olmadığını görə o, hər dəfə qəbul edilmiş qərardan şikayət vermişdir. Sonda Yasamal rayon prokurorluğu tərəfindən cinayət işi başlanılmış və istintaqın aparılması üçün Yasamal RPİ-nin İŞ-nə göndərilmişdir. İstintaq zamanı Allahqulu məsuliyyətə cəlb olunmaqla 2022-ci ilin iyun ayında məhkəmə tərəfindən həbs edilmişdir. Bundan sonra Allahqulunun oğlu tərəfindən ona dəymiş ziyandan 7.000 manat pul qaytarılmış və ondan Allahquludan şikayətinin olmaması və onun ev dustaqlığına buraxılması barədə ərizə yazması xahiş edilmiş, Allahqulu buraxıldıqda bir ay müddətinə qalan məbləğin də ona qaytarılacağını bildirmişdir. O da inanıb Allahqulunun ev dustaqlığına çıxmasına etirazı olmadığını bildirmiş və düşünmüşdür ki, Allahqulu həbsdə olduğu halda pulunu qaytara bilməyəcəkdir, azadlıqda olarsa yəqin onun pulunu qaytarar və ilk 7.000 manatın ödənilməsi də onu çaşdırmışdır. Lakin Allahqulu 2022-ci ilin iyul ayında məhkəmə tərəfindən ev dustaqlığına buraxıldıqdan sonra heç bir məbləğdə pul qaytarmamış və dəfələrlə onunla əlaqə saxlasa da, pul verməkdən imtina etmişdir. Hazırda vermiş olduğu 35.000 manat puldan 7.000 manat qaytarılmış, 28.000 manat pulu isə hələ də qaytarılmamışdır.

10. Davam edən məhkəmə iclaslarında Zərərçəkmiş şəxs1 verilən suallara cavab olaraq ifadəsinə əlavə edərək göstərdi ki, Şahid8 Təqsirləndirilən şəxs və Şahid9 mobil telefon nömrələrini ona “Whatsapp” sosial şəbəkəsi vasitəsilə göndərdikdən sonra o, Şahid9lə danışmış, bundan sonra Təqsirləndirilən şəxs Allahqulunun ona verdiyi nömrə ilə zəng edib onunla dəfələrlə danışmışdır. Allahqulu ona həmin puldan Eminə də verdiyini bildirdikdən 7-10 gün sonra Eminlə əlaqə saxlamış, sonuncu da ona Prezident Aparatında işlədiyini, habelə 2.000 manat pulun onda olduğunu, İlkin və Allahqulunu da çağırıb görüşdükdən sonra pulu geri qaytaracağını demişdir. Belə ki, o, Şahid9lə görüşmüş, Şahid8 İlkinin ona 10.000 manat pul qaytaracağını demişdir. Onun məhkəmə işini Allahqulu həll etməli olmuş, lakin sonuncu pulları İlkin və Eminə verdiyini bildirmişdir. Sonradan Təqsirləndirilən şəxsla Şahid9 Şahid8la qabaqcadan əlbir olduğunu, öz aralarında razılaşaraq onun 35000 manat məbləğində pulunu ələ keçirərək aralarında bölüşdürdüklərini, habelə əlavə olaraq da 30000 manat məbləğində pulunu ələ keçirmək üçün aralarında razılaşdıqlarını, lakin o, həmin şəxslər barədə araşdırma apararaq onların çoxsaylı şəxslərə qarşı dələduzluq etdiklərini öyrəndiyindən həmin pulu verməkdən imtina etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs1 ona dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini xahiş etdi.

11. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, 2021-ci ilin dekabr ayının əvvəllərində Zaqatala rayonu Qımır kəndində yaşayan qohumu Şahid6 ona və valideynlərinə Bakı şəhərində yaşayan tanışı Təqsirləndirilən şəxs onu işə düzətmək imkanında olduğunu bildirmiş və ona Bakı şəhərinə gedib Eminlə görüşməyi məsləhət bilmişdir. Buna görə 22 dekabr 2021-ci il tarixdə o, anası Şahid5 ilə Bakı şəhərinə getmiş və onlar Bakı şəhərində Təqsirləndirilən şəxsla görüşmüşlər. Həmin vaxt Emin 6000 manat müqabilində onu 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə işə düzəltməyə söz vermişdir. Emin həmin vaxt ilkin olaraq ondan 4000 manat pul istəmiş və anasına məxsus "xxxx"ın **********419179 nömrəli kartının şəklini “WhatsApp” vasitəsi ilə ona göndərərək 4000 manat pulu həmin karta köçürməyini demişdir. Buna görə də, o həmin gün Bakı şəhərində Eminin yanından zəng vurub atası Şahid4 "xxxx"ın **********419179 nömrəli kartına 4.000 manat pul köçürməsini istəmiş, atası 22 dekabr 2021-ci il tarixdə Zaqatala şəhəri F.Əmirov küçəsində yerləşən “Araz” marketdəki “eManat” ödəmə terminalından "xxxx"ın **********419179 nömrəli kartına 4.000 manat pul köçürmüşdür. Bundan sonra Emin bankomata yaxınlaşıb pulun kartına göndərilibgöndərilmədiyini yoxlamış və pulun kartına köçürüldüyünü bildirmişdir. Həmin vaxt Emin kartdan pul çıxarmaq istəmiş, lakin kartında limit olduğu üçün pulu çıxara bilməmişdir. Bundan sonra Emin ondan diplomunu, attestatını, şəxsiyyət vəsiqəsinin surətini və sağlamlıq haqqında arayış istəmiş, o, Eminə, rayona qayıtdıqdan sonra istədiyi sənədləri ona göndərəcəyini bildirmiş və Emindən ayrılıb anası ilə birlikdə rayona qayıtmışlar. 25 dekabr 2021-ci il tarixdə Zaqatala rayonundan Bakı şəhərinə gedən Şahid6la Bakı şəhərində yaşayan Eminə diplomunu, attestatını, şəxsiyyət vəsiqəsinin surətini və sağlamlıq haqqında arayış göndərmişdir. 27 dekabr 2021-ci il tarixdə Emin zəng vurub ondan əlavə 1.000 manat pul göndərməyini bildirmiş və özünə məxsus "xxxx"ın **********273137 nömrəli kartının şəklini “WhatsApp” vasitəsi ilə göndərərək ondan 1.000 manat pulu həmin karta köçürməyini istəmişdir. Buna görə də, o həmin gün Zaqatala şəhəri, Vidadi küçəsində yerləşən “Bazarstore” adlanan supermarketdəki “MilliÖn” ödəmə terminalından "xxxx"ın **********273137 nömrəli kartına 1.000 manat pul köçürmüş və bundan sonra isə Emin ondan bir müddət gözləməyini istəmişdir. Daha sonra 2022-ci ilin yanvar ayının sonlarında Emin zəng edib ondan qalan 1.000 manat pulu da istəmiş və buna görə də 2022-ci ilin yanvar ayının sonlarında o, Zaqatala rayonundan Bakı şəhərinə gedən Şahid6la Bakı şəhərində yaşayan Eminə 1.000 manat pul göndərmişdir. Hikmət həmin pulu Bakı şəhərində Eminə vermiş, Emin Hikmətdən 1.000 manat pulu götürdükdən sonra zəng vurub ona işlərin qaydasında olduğunu, qısa zaman ərzində işə düzələcəyini bildirmişdir. Lakin aradan bir-neçə ay keçdikdən sonra o, Eminin onu aldadaraq 6.000 manat pulunu ələ keçirdiyini bilmiş və zəng edib Emindən pulunu istəmişdir. Eminə barəsində şikayət edəcəyini bildirdikdən sonra 13 noyabr 2022-ci il tarixdə 1.000, 5 dekabr 2022-ci il tarixdə isə 500 manat olmaqla ümumilikdə 1.500 manat pulunu qaytarmışdır. Daha sonra Emin ona 1.000 manat da pul qaytarmışdır.

12. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs2 ifadəsinə əlavə edərək göstərdi ki, hazırda Təqsirləndirilən şəxs ona 2.450 manat ödəniş etmiş, qalan 3.550 manat pulun ödənilməsini tələb edir.

13. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 və Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu, Zərərçəkmiş şəxs2 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları özlərinə aid hissələrdə bir daha təsdiq etmişlər.

14. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və cinayət prosesi tərəflərin vəsatəti ilə məhkəmədə üzrlü səbəbdən iştirak etməyən Şahid4 və Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, Şahid4 və Şahid6 həmin ifadələrdə Zərərçəkmiş şəxs2, habelə şahidlər Şahid5 və Şahid7 ilə eyni məzmunlu ifadələr vermələri müəyyən edilmişdir (Cild 4, i.v.52-54; 77-79).

15. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu, Zərərçəkmiş şəxs1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq edərək əlavə olaraq göstərdi ki, o, Sumqayıt şəhərində “Çinar” adlı kafeni işlədir. Allahqulu dostları ilə onun işlətdiyi kafedə yemək yeyərkən yanındakı şəxsləri vəkil kimi təqdim etmişdir. Belə ki, həmin vaxt Xəyyamın tanışının məhkəmədə işi olduğundan Allahqulunun kim olduğunu soruşub onunla tanış olmaq istədiyini bildirmiş, bu səbəbdən Xəyyamla Allahqulunu tanış etmiş, sonuncu Xəyyamdan məhkəmədəki işini düzəltmək müqabilində pul almışdır. O, Xəyyamla Allahqulu arasında olan söhbətdə, o cümlədən pulun verilməsində iştirak etməmişdir. Xəyyam Allahqulunun ona yalan vəd verərək pulunu alıb məhkəmədəki işini həll etmədiyini bildirmişdir. Məhkəmə tərəfindən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edildikdə onlar Allahquluya zəng edərək işi həll edə bilməyəcəyi təqdirdə pulu qaytarmasını tələb etmiş, sonuncu da işi həll edəcəyini bildirmişdir. Bir müddət sonra Allahqulu onun yanına gələrək iki min manat pul gətirdiyini demiş, o da sonuncuya pulu Xəyyama verməsini bildirmişdir. Allahqulu pulu Xəyyama verdikdən sonra pulun qalan hissəsini sonradan gətirəcəyini söyləmişdir. Bundan sonra Allahquluya zəng etdikdə o, Rusiyada olduğunu, 15 günə geri qayıdacağını, qayıdanda pulu geri verəcəyini, habelə İlkin adlı dostuna pul verdiyini, sonuncu da onlara 10.000 manat pul qaytaracağını bildirmişdir. Kafedə onunla birlikdə Xəyyamla dostu İlqar olarkən İlkin adlı şəxs kafeyə gəlib 15 günə pulu qaytaracağını demiş, lakin 15 gün keçdikdən sonra Xəyyam İlkin adlı şəxsin pulu qaytarmadığını bildirmişdir. Xəyyam ona Emin adlı şəxsin ona zəng edib Prezident Aparatında işləməsi barədə söylədiyini bildirmiş, bundan başqa aralarında nə barədə danışıqlar aparıldığını deməmişdir. O, ümumiyyətlə Emin adlı şəxsi tanımır.

16. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu, Zərərçəkmiş şəxs1 və Şahid2 ilə oxşar məzmunlu ifadə verərək sonuncuların ifadələrində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir.

17. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu, Zərərçəkmiş şəxs1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq edərək əlavə olaraq göstərdi ki, Xəyyam Eminlə telefon vasitəsilə onun yanında danışsa da, aralarındakı danışığın nədən ibarət olmasını bilməmişdir. Allahqulu ilə telefon danışıqları zamanı sonuncu pulun bir hissəsini Eminə verdiyini bildirmişdir.

18. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid9 ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxsla bağlı hazırkı cinayət işi üzrə dindirilməmiş, barəsində axtarış olmamış, habelə hüquq-mühafizə orqanlarına aparılmamışdır. Şahid8 barəsində aparılan cinayət işi üzrə icraat 12 aprel 2019-cu il tarixdə başlanılmışdır. Belə ki, onun Faiq adlı şəxslə aralarında borc məsələsi olmuş, o da sonuncuya olan borcunu silmək üçün Allahqulu ilə birgə həmin məsələni həll etməsini təklif etmişdir. Lakin onlar həmin məsələni həll edə bilməmişlər. Təqsirləndirilən şəxs bu işdə heç bir təqsiri olmamış, Emin onun xahişi əsasında Zərərçəkmiş şəxs1la əlaqə saxlamışdır. Belə ki, Faiq ona Binəqədi Rayon Məhkəməsinin hakimi Emin Quliyev tərəfindən qəbul edilmiş 20500 dollarlıq mülki işə dair qərarda ona aid hissənin olduğunu, əgər həmin məsələni həll edərsə ona olan borcunu siləcəyini bildirmişdir. Buna görə də, o, Emindən Xəyyamla danışaraq hər hansı idarənin adını çəkib sonuncuya kömək göstəriləcəyini bildirməsini xahiş etmişdir. O, Xəyyamın işini həmin vaxt Ali Məhkəmədə işləmiş Nicat Şəmşirov və qardaşı Nahid vasitəsilə həll etmək istəmişdir. O, Nicatla danışıb işin həll edilməsində köməklik göstərməsini istəmiş, lakin alınmamış, bu səbəbdən Faiqlə danışıb pulunu qaytaracağını bildirmişdir. Şahid3 uşağın onda qalmasına dair işi ilə bağlı sonuncuya köməklik edilməsini Faiq ondan xahiş etmiş, o, Allahqulunu tanımamışdır. Faiq ona Xəyyamla danışıb 10 min manata görə vaxt istəməsini demiş, o da Sumqayıt şəhərinə gedib Xəyyamla görüşüb 10 min manatın onlarda olduğunu, həmçinin işi yoluna qoyacaqlarını bildirmiş, bu zaman sonuncunun yanında başqa bir şəxs də olmuşdur. Faiq hazırda həbsdə olmaqla istintaq təcridxanasında saxlanılır, onunla arasında 10 min manat borc məsələsi olmuş, aldığı pulu Faiqə geri qaytarmışdır. O, Faiqdən Xəyyamın işi ilə bağlı, o cümlədən Allahquludan pul almamışdır. Emindən Xəyyamla danışıb özünü vəzifəli şəxs qismində təqdim etməsini xahiş etməsində məqsədi vaxt qazanmaq olmuşdur. “Praqa” restoranında Eminlə görüşüb danışmış, bu zaman sonuncu içkili vəziyyətdə olmuşdur. Emin Xəyyamdan pul almamış, sadəcə sonuncu ilə telefon vasitəsilə əlaqədə olmuş, onun Eminlə arasında hər hansı iş görməsi barədə sövdələşməsi olmamışdır. Belə ki, ibtidai istintaq zamanı Şahid8 telefon danışıqları əldə edilmiş, həmin danışıqlarda Allahqulu pulu Elşən Abdullayevə verdiyini, onun 10 min manat borcu olduğunu, həmin şəxsi “banditizmə” şikayət etməsini, bu iş adı altında ondan pul almalarını demiş, bu zaman sonuncuların danışıqlarında onların adını çəkməmişlər. O, Eminə 2000 manat pul verməmişdir.

19. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid9 ifadəsi elan edilərək tədqiq edilmiş və o, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs kimi tanındığı epizodla bağlı ifadəsində göstərmişdir ki, Şahid8 Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olub Zərərçəkmiş şəxs1 tanışı Solmazın məhkəmədə olan mülki işinin həll edilməsi üçün 35.000 manat almağı faktı ilə bağlı Allahqulunun nə qədər pul aldığını bilmir, lakin özü işi məhkəmədə həll etməsi üçün Allahquludan 10.000 manat pul almışdır. Sonradan iş alınmadığından pulu Allahquluya geri qaytarmışdır. Eminə isə işin heç bir aidiyyəti yoxdur. Onun işlətmiş olduğu nömrə Eminin adına olmuş, həmin nömrə ilə Xəyyamla danışılmışdır. Eminə heç bir pul çatmamış, onun məsələdən xəbəri olmamışdır. Xəyyamla özü görüşmüş, görüşməsinin səbəbi pulun qaytarılması olmuş, pulu Allahquluya qaytarmışdır. Xəyyam ondan Allahquluya verdiyi artıq məbləği istəmişdir. Emin heç kəslə danışmamışdır (Cild 2, i.v.236-244;).

20. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid8 ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımır, onunla heç vaxt ünsiyyətdə olmamış, sonuncuya Zərərçəkmiş şəxs1 işinin həll edilməsi ilə bağlı pul verməmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs1 tanımaqla ondan Şahid3 “qəyyumluq işinin” həll edilməsi ilə bağlı 35 min manat deyil, Sumqayıt şəhərində ilk dəfə 15 min manat, Binəqədi rayonunda iki dəfə ayrı-ayrılıqda 5 min manat olmaqla, ümumilikdə 25 min manat pul almış, həmin puldan Şahid9, o cümlədən Təqsirləndirilən şəxs hər hansı məbləğdə pul verməmişdir. O, Xəyyamdan aldığı pulu Faiq Ələkbərov adlı şəxsə vermiş, sonuncu da pulu qaytararkən bir hissəsini Şahid9 qaytaracağını dediyindən Xəyyama 10 min manat pulu İlkinin qaytaracağını bildirmişdir. Faiq Ələkbərov onun dostu Şahid9 ona 10 min manat pul qaytaracağını deyib ona iki nömrə göndərmiş, o da Faiqin göndərdiyi həmin nömrələri Zərərçəkmiş şəxs1 göndərmişdir. O həmin pulun qaytarılması ilə əlaqədar Faiqə mülki iddia qaldırmış, bununla bağlı məhkəmə qərarı qəbul edilmişdir. Belə ki, o, Şahid3 qəyyumluq işinin Konstitusiya Məhkəməsində necə həll ediləcəyini bilməmişdir.

21. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid8 ifadələri məhkəmədə elan edilərək tədqiq edilmişdir. Şahid8 həmin ifadələrdə göstərmişdir ki, əvvəl bir dəfə məhkum olunmuşdur, hazırda heç bir yerdə işləmir, peşəsi hüquqşünasdır və əvvəllər Rusiya Federasiyasının Moskva şəhərində yaşayaraq peşəsi üzrə işləmiş, 2010-cu ildə isə oradan daimi yaşamaq üçün Azərbaycana köçmüş və peşəsi üzrə burada işləməmişdir. 2012-ci ildə Biləsuvar Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddələri ilə 1(bir) il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum olunaraq həmin cəzasını Bakı şəhəri 16 saylı Cəzaçəkmə müəssisəsində çəkərək orada həmin ərəfədə onun kimi həmin cəzaçəkmə müəssisəsində cəza çəkən Şahid2 Hüseyin oğlu ilə tanış olmuşdur. Azadlığa buraxıldıqdan sonra Cəlil müxtəlif yerlərdə müxtəlif kafelər icarəyə götürüb işləməyə başladığından, o da bir neçə dəfə nahar etmək məqsədi ilə onun yanına gedib-gəlmişdir. Məhz bu yolla da, 2018-ci ilin noyabr ayında Cəlilin işlədiyi Sumqayıt şəhərində yerləşən “Çinar” adlanan kafedə olduğu zaman orada Cəlilin vasitəsi ilə onun tanışları olan, əvvəllər tanımadığı və adları həmin vaxt ona məlum olmuş Xəyyam və İlqar adlı şəxslərlə tanış olmuşdur. Lakin bundan sonra onunla həmin Xəyyam və İlqarın aralarında Konstitutsiya Məhkəməsi ilə bağlı hər hansı bir iş və ya pulların alış-verişi ilə bağlı heç bir danışıq olmamışdır. Yalnız Cəlilin işlədiyi kafedə yeyib-içdiyi zaman Xəyyam bir nəfər qadına təxminən 20.000 manata yaxın miqdarda pul borcunun olmasını ona bildirərək, guya həmin pulları kimlərəsə verməsi görünüşünü yaratmaq məqsədi ilə həmin qadına səsləndirməkdən ötrü ondan xahiş etmişdir ki, onun bir neçə telefon danışığını apararaq yalandan bildirsin ki, guya başqa-başqa adamlara 35.000 manat miqarda pul vermişdir. O da aralarında yaranmış xoş münasibətləri nəzərə alaraq, Xəyyama kömək etmək məqsədi ilə mobil telefonunda Xəyyamın dediyi mövzuda danışıq aparaq həmin səsini mobil telefonunda fəaliyyət göstərən “Whatsapp” proqramı vasitəsi ilə Xəyyamın mobil telefonuna göndərmişdir. Bundan başqa Xəyyamla aralarında heç bir başqa mövzuda danışıqlar olmamışdır. Zərərçəkmiş şəxs1 şikayət ərizəsində qeyd olunmuş ***-***-**-** mobil telefon nömrəsini istifadə etmiş İlkin və ***-***-**-** mobil telefon nömrəsini istifadə etmiş Emin adlı şəxslərə aid bildirmişdir ki, ümumi tanışlarının vasitəsi ilə tanış olduğu Şahid9 adlı şəxs 2018-ci ilin təxminən sentyabr və ya oktyabr ayılarında öz tanışı olan bir nəfər Samirə adlı qadının avtomobilinin girovdan çıxarılması ilə bağlı, özünə məxsus “Nissan-Pathfinder" markalı avtomobili ona satacağı adı ilə ondan 10.500 ABŞ dolları miqdarda pulu aldıqdan sonra onu süründürməçiliyə salaraq aldatmağa başlamışdır. Son nəticədə isə İlkin və onun tanışı onu aldatdıqları üçün məcbur olaraq onların barələrində 2019-cu ilin yanvar ayında Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin ərizəsinə baxılaraq cinayət işi başlanması rədd edilmiş, lakin o, qeyd olunan qərardan şikayət etdiyi üçün həmin qərar Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsi tərəfindən ləğv olunaraq material əlavə araşdırma aparılması üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmiş və orada müstəntiq Rövşən Cavadov tərəfindən araşdırma aparılsa da, yenə də cinayət işi başlanmamışdır. O, Emin adlı şəxsi tanımır və həmin şəxsin istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsini İlkin ona verərək bildirmişdir ki, borclu olduğu pulları özü gətirib ona verə bilməsə, onda həmin Emin adlı şəxsin vasitəsi ilə pulları ona çatdıracaqdır. Buna görə də, o, 10.500 ABŞ dolları miqdarda pulun alınması məqsədi ilə Xəyyamla danışıqlar apararkən öz mobil telefonundan SMS vasitəsi ilə İlkin adlı şəxsin mobil telefon nömrəsi ilə yanaşı, həmçinin həmin Emin adlı şəxsin də mobil telefon nömrəsini Xəyyamın mobil telefonuna göndərmişdir. O, yalnız Zərərçəkmiş şəxs1 xahişi əsasında ona kömək etmək məqsədi ilə yazaraq sonuncunun mobil telefonuna göndərmişdir ki, borclu olduğu qadına həmin səsyazmaları nümayiş etdirməklə pulları geri qaytarması ilə bağlı vaxt ala bilsin. Daha sonra isə Zərərçəkmiş şəxs1 ondan 10.000 manat miqdarda borca pul istəmiş və buna görə də İlkin və Emin adlı şəxslərin mobil telefon nömrələrini ona verməklə bildirmişdir ki, əgər həmin şəxslərdən pullarını geri ala bilsə, onda həmin pulları öz borcunun bağlanması məqsədi ilə pul borcu olduğu qadına qaytara bilər. Lakin bundan sonra, Zərərçəkmiş şəxs1 onun bu kimi köməyini öz xeyrinə istifadə edib və barəsində yalandan şikayət edərək bildirmişdir ki, guya ondan pul almış və guya pullarını geri qaytarmayaraq ona həmin səsyazmaları və İlkinlə Emin adlı şəxslərin mobil telefon nömrələrini göndərməklə etdiyi əməlləri etiraf etmişdir. Belə ki, həmin avtomobil həyat yoldaşı X13 adına olmaqla ona məxsus olmuş və 2018-ci ildə o, həmin avtomobili satmaq qərarına gəldiyi üçün bu barədə hamıya bildirmişdir. Nəticədə də, Xəyyam avtomobil alveri ilə məşğul olduğundan həmin avtomobili Sumqayıt şəhərinə gətirməsini xahiş etmişdir. Belə ki, nə Şahid1 iştirakı ilə, nə də, hər hansı bir digər şəxslərin iştirakı ilə Zərərçəkmiş şəxs1 ona heç bir miqdarda pul verməmişdir. Həmçinin, Yasamal rayonunda yerləşən “Bizim Market” adlanan mağazanın qarşısında o, nə İlqarla və nə də, Xəyyamla, həmçinin Yasamal rayonu, Şərifzadə küçəsindəki “ASAN” xidmətin qarşısında da Xəyyamla görüşməmiş, eləcə də, ümumiyyətlə həmin marketin və “ASAN” xidmətin qarşısında heç vaxt olmamışdır. 2018-ci ildə “Honda CRV” markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuş, lakin sonradan həmin avtomobili satmışdır. Məhz göstərilən avtomobillə o, Cəlilin işlədiyi həmin kafeyə gəlib-getmiş və məhz bu yolla da Xəyyam həmin avtomobili görmüşdür. 050 310- 44-77, 055 ***-**-** və 055 ***-**-** mobil telefon nömrələri ona və ailə üzvlərinə məxsus olmaqla istifadəsindədir. +7 903 131-52-04, +7 966 ***-**-** və +7 915 446- 00-09 mobil telefon nömrələrinin isə kimlərə məxsus olmasını xatırlamadığı üçün bu barədə dəiqiq fikir söyləyə bilmir. Təqsirləndirilən şəxs tanımır və həmin şəxslə heç bir əyani görüşləri və ya telefon danışıqları olmamışdır. O, Şahid3 adlı şəxsi tanımır, Konstitusiya Məhkəməsində və ya digər məhkəmədə baxılan hər hansı bir iş üzrə bu kimi şəxslə və ya onun övladı ilə bağlı Zərərçəkmiş şəxs1la aralarında heç vaxt hər hansı bir söhbətlər olmamışdır. O cümlədən, o, nə həmin qadının göstərdiyi qaydada və nə də ki, digər məsələlərlə bağlı nə Konstitusiya Məhkəməsinə gedib-gəlməmiş, nə də ki, Zərərçəkmiş şəxs1 35.00 manat məbləğində pul almamış və 65.000 manat pul tələb etməmişdir. Həmçinin, o, Zərərçəkmiş şəxs1la yalnız Sumqayıt şəhərində görüşmüş və bu kimi görüşləri zamanı Zərərçəkmiş şəxs1 yanında heç bir qadın olmamışdır. Buna görə də, Şahid3 adlı şəxsin haqqında yazdıqları tam yalandır. Şahid1la onu ümumi tanışı Cəlil tanış etmiş və İlqar kommersiya fəaliyyəti ilə məşğul olaraq özünün mürəbbə hazırlayıb qablaşdıran sexi olmuş və buna görə də o, İlqarla razılaşmışdır ki, gələcəkdə hər biri bu sahəyə pul yatırım etməklə birgə kommersiya ilə məşğul olub qazanc əldə etsinlər və məhz bu məqsədlə də o, müvafiq məzmunda olan səsyazmanı öz mobil telefonundan İlqarın mobil telefonuna göndərmişdir. Bundan əvvəl istintaqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin surətini əlavə etmiş və həmin qətnamədə adı qeyd olunmuş X14 ondan 2019-cu ilin yanvar ayında 35000 manat miqdarda pulu borc götürmüş və geri qaytarmadığı üçün aralarında problem yarandığından o, Faiqlə aralarında olan məsələlərlə bağlı həmin səsyazmanı özü icra edərək mobil telefonundan Zərərçəkmiş şəxs1 mobil telefonuna göndərmişdir. Lakin həmin məzmunda olan səsyazmanı hansı səbəbdən və hansı məqsədlə Zərərçəkmiş şəxs1 göndərdiyini hal-hazırda xatırlaya bilməmiş, ola bilər ki, ondan hal-əhval turaraq bu barədə soruşmuş və o da cavab kimi həmin səsyazmanı göndərmişdir. Vəkillik fəaliyyəti ilə məşğul olmamışdır. Lakin bununla yanaşı həmin illər ərzində qanun imkan verdiyindən mülki proseslərlə bağlı müxtəlif məhkəmələrdə öz qohum, tanış və dostlarına kömək edərək, onların nümayəndəsi kimi iştirak etmişdir. Şahid9 2018-ci ildə ona Emin adlı şəxsin Prezident Adminstrasiyasında işləməsini və Eminin ona xeyli miqdarda pul verəcəyinin olduğunu bildirərək, ona 050 ***- **-** mobil telefon nömrəsini vermiş, həmin Emin adlı şəxsə zəng edib danışmaqla onun, yəni İlkinin ona borclu olduğu 10.500 ABŞ dollarını Emindən istəməsini bildirmişdir. Məhz bu məqsədlə də o həmin Emin adlı şəxsin mobil telefonuna zəng edərək danışıqlar aparmış, lakin ona hər hansı bir məzmunda sms yazıb göndərdiyini xatırlamır. Həmçinin, o, 02 iyun 2022-ci il tarixli ifadəsində göstərmişdir ki, 2018-ci ilin dekabr ayının əvvəlində Cəlil mobil telefonu ilə onun mobil telefonuna zəng edərək onun Xəyyam adlı yaxın tanışının olmasını bildirmiş və Xəyyamın ona öz tanışı olan Şahid3 adlı qadının övlad tələbi ilə bağlı olan Konstitusiya Məhkəməsinə müraciət etdiyini bildirərək həmin müraciətin müsbət həll olunması üçün tanış bir adam axtarmasını demişdir. Cəlil ondan həmin məsələ haqqında maraqlanmasını və müsbət həll olunması mümkün olarsa Xəyyama köməklik etməsini xahiş etmişdir. Bununla bağlı o, Cəlilin dəvəti ilə onun işlədiyi Sumqayıt şəhərində yerləşən “Çinar” adlanan kafeyə gələrək orada Cəlilin vasitəsi ilə onun tanışları olan, əvvəllər tanımadığı və adları həmin vaxt ona məlum olmuş Zərərçəkmiş şəxs1la və sonuncunun tanışı Şahid1la tanış olmuşdur. Həmin vaxt aralarında olmuş söhbət zamanı Zərərçəkmiş şəxs1 özünün tanışı olan Şahid3 adlı qadının Konstitusiya Məhkəməsinə aid olan məsələsi barədə ona məlumat vermiş, o, həmin Solmaz adlı qadının müraciəti ilə bağlı bir sıra məlumatları öyrəndikdən sonra, öz tanışları vasitəsi ilə maraqlanmış və Konstitusiya Məhkəməsinin həmin qadının müraciətinin icraata qəbul edilməsindən imtina edilməsi haqqında artıq müvafiq qərardadını çıxarmasını öyrənmişdir. Buna görə də o, Cəlilə zəng edərək bu barədə ona məlumat verərək həmin qadının məsələsini müsbət həll etməyin artıq mümkün olmadığını bildirmişdir. Sabahısı gün isə o, Bakı şəhəri Binəqədi rayonunda təsadüfən tanışı X14 ilə rastlaşıb söhbətləşdiyi zaman Cəlil yenidən onun mobil telefonuna zəng edərək bir daha xahiş etmişdir ki, həmin Solmaz adlı qadının məsələsinin müsbət həlli ilə bağlı hər hansı bir yolla onun tanışı Xəyyama köməklik etmək üçün Konstitusiya Məhkəməsində hər hansı bir tanış adamların tapılmasını həll etsin. Həmin danışıq zamanı onun mobil telefonu səs ucaldanda olduğundan Cəlilinin dediklərini Faiq Ələkbərov eşitmiş və eşidən kimi ona Konstitusiya Məhkəməsinin sədrinin bacısı oğlunun yaxın tanışı olduğunu və həmin məhkəmədə istənilən məsələni müsbət həll edə biləcəyini demişdir. Hətta, həmin vaxt Faiq mobil telefonunu ondan götürüb özü də Cəlillə danışaraq ona da, bu barədə bildirmiş və Cəlil də, cavabında Faiqə bildirmişdir ki, həmin məsələnin həlli ilə bağlı onun tanışının dediyi miqdarda pul sərf etməyə hazırdır. Bununla da, həmin danışıqdan dərhal sonra Faiq öz mobil telefonundan əvvəllər tanımadığı Seyid ləqəbi ilə müraciət etdiyi Şahid9 zəng edərək görüşə çağırmış və üçü Binəqədi rayonunda Azadlıq metrostansiyasının yaxınlığında küçədə görüşərək söhbət edən zaman İlkin özünü Konstitusiya Məhkəməsinin sədrinin bacısı oğlu kimi təqdim edərək bildirmişdir ki, lazım olan məsələni həmin məhkəmədə müsbət həll etmək iqtidarındadır. Daha sonra isə İlkin öz mobil telefonundan zəng edərək kimləsə danışmış, həmin danışıqdan sonra İlkin həmin Solmaz adlı qadının müraciətinin müsbət həlli üçün məhkəmənin sədri olan dayısına 10.000 ABŞ dolları pulu hörmət kimi verilməli olmasını, özünə zəhmət haqqı kimi bu işi həll etməkdən ötrü əlavə olarq 1.000 ABŞ dolları miqdarda pul istəmişdir. O öz növbəsində mobil telefonundan Cəlilə zəng edərək Xəyyamın həmin miqdarda pul verib-verə bilməyəcəyi ilə maraqlanmışdır. Cəlil də cavabında Xəyyamın istənilən qədər pulu Solmaz adlı qadından alıb verə biləcəyini, əgər o, İlkinin dediyi miqdarda pulu İlkinə versə, onda elə həmin gün də Xəyyam bu miqdarda olan pulu Cəlil vasitəsi ilə çatdıracağını bildirmişdir. Buna görə də, o, İlkinin dedikləri ilə razılaşmış və mobil telefonundan oğlu İbrahimə zəng edərək evində olan pullardan 11.000 ABŞ dolları miqdarda götürərək ona çatdırmasını demişdir. Təxminən 30-40 dəqiqədən sonra İbrahim və qızı Zəhra gəlmiş və onlara yaxınlaşaraq 11.000 ABŞ dollar miqdarda pulu oğlu İbrahimdən götürmüş, həmin vaxt oğlu İbrahim və qızı Zəhra avtomobildən düşməsələr də, küçədə həmin Faiq, İlkin və Samirə adlı qadınla birlikdə durduğunu görmüşdür. Bundan sonra o, həmin 11.000 ABŞ dolları miqdarda puldan 500 ABŞ dolları ayırmış və İlkinə əlavə olaraq 1.000 ABŞ dolları deyil, yalnız 500 ABŞ dolları pulu ona zəhmət haqqı kimi verə biləcəyini demiş və onunla razılaşdığı üçün, özündə olan 10.500 dollarını küçədə Faiqə vermişdir. Faiq də pulu götürən kimi dərhal pulları tamlıqla ötürmüş, həmin İlkin adlı şəxsə vermişdir. Bununla da həmin görüş tamamlanmışdır. Bundan sonra o, Cəlillə zəngləşərək ona bu barədə bildirmiş və həmin gün axşam və ya sabahısı gün Cəlil onu işlətdiyi kafeyə dəvət edərək 15.000 manat miqdarda pulu Xəyyam və İlqarın qarşısında ona vermiş və Xəyyam qalan 3.000 manatı da ona sabah çatdıracağını bildirmişdir, çünki, Faiqə verdiyi 10.500 ABŞ dolları məzənnəyə görə 18.000 manat miqdarda pul təşkil etmişdir. Həmçinin, Cəlil bildirmişdir ki, Xəyyam üçün pul problem deyildir və bu işin müsbət həlli ilə bağlı gələcəkdə tələb olunan digər miqdarda olan pulları da Xəyyam ona verməyə hazırdır. Bundan təxminən 3 gün sonra Faiq ona zəng edərək bildirmişdir ki, Solmaz adlı qadının müraciəti ilə bağlı məsələnin müsbət həlli üçün İlkin əlavə olaraq 5.000 manat miqdarda pul istəmişdir. Bununla bağlı o, mobil telefonundan Cəlilə zəng edərək bu barədə bildirmiş və həmin gün Xəyyam özü Bakı şəhəri Binəqədi rayonunda yerləşən Azadlıq metrostansiyasının yaxınlığına gələrək küçədə onunla görüşüb 5.000 manatı ona verib getmişdir. Həmin vaxt Xəyyamın idarə etmiş olduğu avtomobilin qabaq sağ oturacağında sərnişin kimi bir qadın oturmuş və Xəyyam onu göstərib Şahid3 olduğunu bildirmişdir. O da həmin pulları Xəyyamdan götürdükdən sonra Faiqlə zəngləşmiş və bir neçə dəqiqədən sonra İlkin və Samirə adlı qadınla birlikdə eyni olaraq Binəqədi rayonunda yerləşən Azadlıq metrostansiyasının yaxınlığına gələrək onunla küçədə görüşmüş və o həmin görüş zamanı Xəyyamdan aldığı 5.000 manatı tamlıqla Faiqə vermiş, Faiq də öz növbəsində pulları götürən kimi dərhal pulları tamlıqla həmin İlkin adlı şəxsə ötürmüşdür. Həmin görüş zamanı Samirə adlı qadın da İlkin adlı şəxsin dediklərini tam təsdiq etməklə yanaşı, həmçinin eyni olaraq bildirmişdir ki, Solmaz adlı qadının müraciətini yaxın günlərdə müsbət həll edəcəklər. Bununla da həmin görüş tamamlanmışdır. Bundan təxminən 2 gün sonra Faiq yenidən ona zəng edərək bildirmişdir ki, Solmaz adlı qadının müraciəti ilə bağlı məsələnin müsbət həlli üçün əlavə olaraq 5.000 manat miqdarda pul tələb olunur və həmin pulları İlkinə vermək lazımdır ki, tez bir zamanda həmin məsələni həli etsin. Bununla bağlı o, gedib Binəqədi rayonunda yerləşən Azadlıq metrostansiyasının yaxınlığında Faiqlə görüşmüş və həmin vaxt onunla birlikdə həmin Samirə adlı qadın da gəlmişdir. Görüş zamanı Faiq öz mobil telefonundan İlkinə zəng etmiş və İlkin bu məsələnin təcili müsbət həll olunması üçün pulları götürmək məqsədi ilə Bakı şəhəri “20 Yanvar” dairəsinin yaxınlığına görüşə çağırmışdır. Bundan sonra o, mobil telefonundan Cəlilə zəng edərək bu barədə bildirmiş və Cəlil də, bu barədə Xəyyama bildirərək onu pulla birlikdə Sumqayıt şəhərindən Bakı şəhərinə göndərmiş və təxminən bir saatdan sonra Xəyyam idarə etdiyi avtomobillə Azadlıq metrostansiyasının yaxınlığına qələrək orada onunla görüşmüşdür. Həmin vaxt Şahid3 Xəyyamın idarə etmiş olduğu avtomobildə qabaq sağ oturacağında sərnişin kimi əyləşmişdir. Bundan sonra o və Samirə adlı qadın Faiqin İdarə etmiş olduğu avtomobilə əyləşərək oradan birbaşa “20 Yanvar” dairəsinə tərəf getmiş və eyni olaraq Xəyyam da öz avtomobilini idarə edərək arxasınca gəlmişdir. Bununla da o, Faiq və Samirə, eləcə də, Xəyyam və onun avtomobilində olmuş həmin Solmaz adlı qadın yuxarıda göstərdiyi qaydada Dərnəgül yolu ilə “20 Yanvar” dairəsinə tərəf gəldiyi zaman “3-cü mikrorayon” dairəsini keçdikdən sonra “20 Yanvar” dairəsinə çatmamış o, Faiqin avtomobilindən düşərək Xəyyamla görüşmüş və özündə olan 5.000 manat miqdarda pulu ona vermişdir. O da geri qayıdaraq Faiqin avtomobilinə əyləşib həmin pulları Faiqə vermiş və bu zaman İlkin də ora gəlmiş və Faiq də eyni olaraq avtomobilindən düşüb İlkinlə yolun kənarında görüşərək ondan aldığı həmin 5 000 manatı İlkinə vermişdir. Xəyyam arxasında durduğu üçün bu prosesləri görmüşdür. Daha sonra Xəyyam avtomobilini idarə edərək Solmazla birlikdə oradan çıxıb getmişdir. Eyni olaraq İlkin də pulları götürdükdən sonra avtomobillə oradan çıxıb getmiş, o isə Samirə ilə birlikdə Faiqin idarə etdiyi avtomobillə geri, Binəqədi rayonunda yerləşən Azadlıq metrostansiyasının yaxınlığına qayıtmış və orada onu düşürüb getmişlər. Bundan təxminən 5 və ya 7 gün sonra Faiq zəng edib onu Binəqədi rayonunda yerləşən Azadlıq metrostansiyasının yaxınlığında görüşə dəvət etmiş və ora həmin Samirə adlı qadınla gəldikdən sonra onu kənara çəkərək təklikdə ona bildirmişdir ki, İlkin dələduzluq edərək ondan götürdüyü pulların hamısını mənimsəyərək Konstİtusiya Məhkəməsinə çatdırmamış və buna görə də, oradakı hakimlər əsəbləşdiklərindən Solmazın işini pozmaq istəmişdir. Həmçinin, Faiq həmin məsələ ilə bağlı özü hakimlərlə görüşmüş və hakimlər bildirmişlər ki, yalnız əlavə olaraq 35.000 manat miqdarda pul onlara veriləcəyi təqdirdə həmin məsələni Solmazın xeyrinə müsbət həll edə bilərlər. Bununla bağlı o, Cəlillə zəngləşərək ona bu barədə bildirmiş və Cəlil də özü Xəyyamın əvəzinə danışaraq cavabında ona, istənilən miqdarda pulun xərclənməsinin problem olmadığını və Xəyyama yalnız həmin məsələnin Solmazın xeyrinə həll olunmasının vacib olduğunu bildirərək xahiş etmişdir ki, o, bu işin həlli üçün özündən lazımı qədər pulu xərcləsin, qısa müddət ərzində həmin pulları artıqlaması ilə birlikdə Xəyyamdan alaraq ona çatdıracaq. Buna görə də, o, Cəlilin bu kimi söz və vədlərinə inanaraq Faiqlə razılaşmış, lakin bundan əvvəl onun vasitəsi ilə İlkinə 10.500 ABŞ dolları və iki dəfəyə 10.000 manat miqdarda pulları verdikdə aralarında heç bir sənəd tərtib etməmiş və heç bir yazışma aparmamış və nəticədə də, İlkin dələduzluq edib həmin pulları tamlıqla mənimsədiyindən hazırda məcbur olub ikinci dəfə pul ödəməli olmuş və buna görə də ona, yəni Faiqə həmin 35.000 manatı verəcəyi təqdirdə aralarında rəsmi qaydada müqavilənin tərtib və imza olunmasını tələb etmişdir. Faiq də onunla razılaşmışdır. Faiqə bildirmişdir ki, həmin ərəfədə ona məxsus olmaqla qızı Zəhranın adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yeni inşa edilmiş binada olan 3 otaqlı mənzilini satdığından onda kifayət qədər nağd pul vardır və buna görə də, elə həmin gün o, həmin mənzilin satışından əldə etdiyi pullardan 35.000 manatı götürmüş, Faiqlə birlikdə borc müqaviləsi bağlamaqdan ötrü Bayıl qəsəbəsində yerləşən notariat kontoruna getmiş, lakin orada kontorun işçisi onları qəbul edərək bildirmişdir ki, yanvar ayının 1-dən borc vermə üzrə müqavilələrin bağlanması qaydaları dəyişmiş və yeni qaydalara görə təxminən 500 manat dövlət rüsumu ödəməklə həmin 35.000 manatı bank hesabına köçürməli olacaqlar və yalnız bir neçə gündən sonra həmin pulların bankdan çıxarılması mümkün olacaqdır. 500 manat dövlət rüsumunun ödənilməsi qaydası onu qane etməmişdir. Həmçinin Faiq bildirmişdir ki, məhkəmədə hakimlər bir neçə gün gözləməyəcək və buna görə də o, hal- hazırda aparıb 35.000 manatı hakimlərə verməlidir ki, Solmazın işini müsbət həll etsinlər. Buna görə də, o, məcbur olub borc vermənin qanuni qaydalarına əsaslanaraq Faiqlə öz aralarında borc müqaviləsini tərtib etmiş və Faiq 35.000 manatı ondan borc götürməsi ilə bağlı özü həmin müqaviləni yazaraq imzalamış və həmçinin, iki nəfər ümumi tanışları şahidlik edərək həmin müqaviləni imzaları ilə təsdiq etmişlər. Məhz bundan sonra özündə olan 35.000 manat nağd pulu orada Faiqə vermişdir. Lakin o həmin pulu Azərbaycan manatı ilə deyil, həmin vaxt məzənnəyə uyğun olaraq 20.500 ABŞ dolları ilə vermiş və buna görə də, həmin müqavilədə borc verilmiş pullar məhz 20.500 ABŞ dolları kimi göstərilmişdir. Həmin vaxt Samirə adlı qadın da Faiqin avtomobilində əyləşmiş, lakin Faiq həmin müqaviləni onunla bağlamasını və 35.000 manatı ondan götürdüyünü Samirədən gizli saxlayaraq, ona Samirənin ondan borca pul istədiyini və əgər bu kimi proses barədə bilsə, həmin 35.000 manatdan ona verməsini xahiş edəcəyini, məhz buna görə də, Samirəyə bu barədə məlumat vermədiyini bildirmişdir. Lakin bundan 4-5 gün sonra Faiq mobil telefonunu söndürərək ondan qaçıb gizlənmiş və onu tapa bilmədiyi üçün məcbur olub aralarında bağlanmış müqavilənin tələb və şərtlərinə uyğun olaraq 2 ay müddəti gözlədikdən sonra, mülki iddia ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və həmin proses onun xeyrinə yekunlaşaraq 35.000 manatın Faiqdən alınaraq ona verilməsi qət edilmişdir. Daha sonra isə Apellyasiya Məhkəməsi həmin qətnaməni qüvvədə saxlamışdır. Lakin Faiq yenə də ondan gizlənmiş və yalnız təxminən bir ildən sonra Faiq başqa şəxslərə qarşı eyni olaraq dələduzluq cinayətini törətdiyi üçün Binəqədi Rayon Məhkəməsinin hökmünə əsasən barəsində azadlıqdan məhrum etmə cəzası tətbiq edildiyindən cəza çəkməsini bilmişdir. Bundan başqa o, Faiq qaçıb gizləndikdən sonra, mülki iddianı məhkəməyə verdiyi ərəfədə, eyni olaraq onunla birlikdə həmçinin Samirə və İlkinin də barələrində Bakı şəhəri Binəqədi rayon Polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin ərizəsinə baxılaraq cinayət işi başlanması rədd edilmiş, lakin o, qeyd olunan qərardan şikayət etmiş, həmin qərar məhkəmə tərəfindən ləğv olunaraq material əlavə araşdırma aparılması üçün Polis şöbəsinə göndərilmiş və orada müstəntiqlər Rövşən və sonra Nuru yenə də cinayət işi başlamamışdır. İlkin, Samirə və Faiq bu kimi əməlləri törətdiklərindən o, stress keçirmiş və nəticədə də, məcbur olub müalicə olunmasından ötrü Rusiya Federasiyasına getməli olmuşdur. Buna görə də, o, Xəyyamla zəngləşərək ona bu barədə məlumat vermiş, həmçinin bildirmişdir ki, onun pulları ilə birlikdə 35.000 manat miqdarda pulu İlkin və Samirə aldı qadın tərəfindən ələ keçirilmişdir. Nəticədə də o, İlkin, Samirə və Faiqdən bu günə qədər verdiyi pulları geri ala bilmədiyi üçün, eyni olaraq Xəyyamdan da alaraq İlkinə verdiyi 25.000 manatı da Xəyyama geri qaytara bilməmişdir. Hazırda isə onda olan məlumata görə Şahid9 Binəqədi rayon Polis idarəsinin İstintaq şöbəsində barəsində müstəntiq Vüsal adlı əməkdaş tərəfindən istintaq olunan cinayət işi üzrə həbs edilmişdir. O, Zərərçəkmiş şəxs1 2.000 və 2200 ABŞ dolları miqdarda pulu verməmişdir. Belə ki, 2018-ci ilin sonunda 2.200 ABŞ dolları miqdarda pulu Cəlil özü bir kömək kimi ondan istəmiş və o da həmin pulu onun işlətdiyi Sumqayıt şəhərində yerləşən həmin kafeyə gətirərək əlbəəl Cəlilin özünə vermişdir. Sonradan isə Cəlilin deməsinə görə o, həmin pulları kömək məqsədi İlə Xəyyama vermişdir. “Hundai” markalı avtomobili məhz satmaq məqsədi ilə Sumqayıt şəhərinə gətirib avtodayanacağa qoymuşdur. Belə ki, həmin avtomobil həyat yoldaşı X13 adına olmaqla ona məxsus olmuş və 2018-ci ildə o, həmin avtomobili satmaq qərarına gəldiyi üçün bu barədə hamıya bildirmişdir. Nəticədə də, Xəyyam avtomobil alveri ilə məşğul olduğundan həmin avtomobili Sumqayıt şəhərinə gətirməsini xahiş etmişdir. Məhz bu məqsədlə də o, həmin avtomobili gətirib Sumqayıt şəhərində yerləşən avtodayanacaqda saxlayaraq bu barədə Xəyyam və Cəlilə bildirmişdir. Lakin Cəlil və Xəyyam onun təyin etdiyi satış qiyməti olan 9.000 manat miqdar ilə razılaşmayaraq, avtomobilin dəyərini 5.000 manat qiymətləndirmiş və həmin qiymət onu qane etmədiyi üçün avtomobilini oradan aparmışdır. O, Zərərçəkmiş şəxs1 istər 2.000 və ya 2200 ABŞ dollarını və ya digər miqdarda pulu verməmiş, yaxud da pul borcunun əvəzinə həmin avtomobilini ona heç vaxt təklif etməmişdir. Bundan başqa, o, heç vaxt idarə etmiş olduğu “Honda CRV” markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobildə qızı ilə birlikdə gələrək Zərərçəkmiş şəxs1la görüşməmiş və heç vaxt istər Zərərçəkmiş şəxs1, istərsə də hər hansı bir başqa şəxsdən hər hansı bir miqdarda pulu alaraq sayılması üçün qızına verməmişdir. 2018-ci ildə “Honda CRV” markalı 99- LX-734 dövlət qeydiyyat nişanlı avtomobili olmuş, lakin sonradan həmin avtomobili satmışdır. Məhz göstərilən avtomobillə o, Cəlilin işlətdiyi həmin kafeyə gəlib-getmiş və məhz bu yolla da Xəyyam həmin avtomobili gördüyü üçün sonradan öz yalanlarında avtomobil haqqında göstərmişdir. Həmçinin, Bakı şəhərində Yasamal rayonunda yerləşən “Bizim Market” adlanan mağazanın qarşısında, eləcə də, Yasamal rayonu Şərifzadə küçəsindəki “ASAN” xidmətin qarşısında da o, nə İlqarla, nə Xəyyamla görüşməmiş, nə də, onların hər hansı birindən hər hansı bir miqdarda pul götürməmişdir. Lakin buna baxmayaraq Xəyyam və onun tanışı İlqar barəsində yalanlar yazmaqla guya ona Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Bizim Market” adlanan mağazanın qarşısında 30.000 manat və sonradan da, Bakı şəhəri, Yasamal rayonunda yerləşən Şərifzadə küçəsindəki “ASAN” xidmətin yanında 5.000 manat vermələrini bildirdiklərindən o da əsəbləşərək, ümumiyyətlə Xəyyamdan pul almadığını bildirmişdir. O, 2 may 2023-cü il tarixli ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun barəsində vermiş olduğu şikayətlə bağlı göstərmiş olduğu xüsusatlarla tam razı deyildir. Belə ki, o, Xəyyamla heç vaxt Yasamal rayonu, Yeni Yasamal ərazisində yerləşən “Bizim” marketin qarşısında görüşməmiş və ondan heç vaxt 35.000 manat pul almamışdır. Amma Xəyyamla onun arasında müəyyən anlaşılmamazlıq olmuşdur. Belə ki, Xəyyamı Sumqayıt şəhərində Cəlil vasitəsilə tanımışdır. Bundan başqa Şahid9 isə ümumi tanışlar vasitəsilə tanımışdır. Bir dəfə Sumqayıtda Cəlilin kafesində olarkən Cəlil ona Xəyyamın məhkəmə işi olduğunu bildirmiş, Xəyyam isə öz növbəsində tanışı Solmaz adlı şəxsin övladı ilə bağlı keçmiş əri ilə arasında mülki mübahisənin olduğunu bildirib məhkəmə orqanlarında məsələnin həlli üçün köməklik istəmişdir. O da bundan sonra maraqlananda təsadüfən tanışları vasitəsilə İlkini tanımış, İlkin özünü Konstitusiya Məhkəməsinin sədrinin bacısıoğlu kimi təqdim edərək, həmin məsələni müsbət həll edəcəyinə dair söz verib həmin işi 20.000 manata görə biləcəyini bildirmişdir. O da sonra Xəyyamla danışdıqda Xəyyama həmin işi həll edə biləcəyini bildirmiş, Xəyyamdan 5.000 manat da öz qazancı olmaqla 25.000 manat pul istəmişdir. Xəyyam da razılaşmış və ilk olaraq Sumqayıtda Cəlilin kafesində Cəlil və İlqarın yanında 15.000 manat pulu hazırda xatırlamadığı tarixdə Xəyyam ona vermişdir. Həmin puldan 10.000 manatını Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən “Şahənşah” marketin yanında İlkinə vermişdir. 5.000 manat da özünə qalmış, ondan sonra xatırlamadığı tarixlərdə iki dəfəyə, hərəsində 5.000 manat olmaqla, ümumi 10.000 manat da Xəyyam ona yenə də, “Şahənşah” marketinin yanında və “20 Yanvar” dairəsi yaxınlığında pul vermişdir. Sonradan o, İlkinin müxtəlif bəhanələr gətirdiyini görüb Xəyyamın əlavə verdiyi 10.000 manatı hələ ona verməmişdir ki, İlkin işi tam gördükdən sonra versin. Artıq İlkin bəhanələr gətirməklə verdiyi vədə əməl etməmişdir. Xəyyam da, məsələni belə görüb pulu ondan geri tələb etmişdir. Buna görə də, o, ilk olaraq özündə olan 2.200 ABŞ dolları məbləğində pulu Xəyyama qaytarmışdır. Bundan sonra İlkin tamamilə itərək onu pis vəziyyətdə qoymuş, daha sonra səhhəti ilə əlaqədar müalicə almaq üçün o, Moskva şəhərinə getdiyinə görə bu işlə çox maraqlana bilməmiş və qalan pulu da geri qaytara bilməmişdir. Daha sonra Xəyyamın müraciəti əsasında Yasamal rayon polis idarəsində araşdırma aparılmış və cinayət işi başlanılmışdır. Sonra İlkin tapılmadığına və qaçdığına görə məsələ onun üzərində qalmış və o, həbs edilmişdir. Həbsdə olarkən ailə üzvləri tərəfindən Xəyyama 7.000 manat pul qaytarılmış və o, əlavə pulları da qaytaracağını bildirmişdir. Lakin sonra maddi imkanına görə qalan pulu qaytara bilməmişdir. Xəyyama qalan pulu qaytaracağına söz vermiş, lakin İlkinə çatan pul məbləğinin isə İlkin tərəfindən ödənilməli olmasını bildirmişdir. Bütün hadisələrin ardıcıllığı hazırkı ifadəsində göstərilən kimi olmuş, başqa bir hal olmamışdır. O, Xəyyamla Yasamalda görüşməmiş və pul almamışdır. Şahid8 əlavə olaraq bildirmişdir ki, əvvəlki ifadələrində müvafiq məsələnin Konstitusiya məhkəməsində həlli üçün sonradan tanışı X9 35.000 manat pul verdiyini bildirmiş, əsl həqiqətdə o həmin pulu Faiqə borca vermiş, Faiqə o, 20.500 ABŞ dollarında məbləğ vermiş, bununla bağlı aralarında müqavilədə bağlanmış və borc məsələsinə dair Binəqədi Rayon Məhkəməsinin 1 iyul 2019-cu il tarixli qətnaməsidə vardır. O, Solmazın işinə görə Faiqə pul verməmişdir. Təqsirləndirilən şəxs adlı şəxsi tanımır, belə bir şəxsi görməmiş, yalnız İlkinin xahişi ilə zəng etmiş, çünki İlkin aldığı pulu həmin şəxsin qaytaracağını demişdir (Cild 1, i.v.142-145; Cild 2, 20-29; 69-73; 221-223;).

22. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə ifadələri elan edilməklə tədqiq edilmiş şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

23. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 11 may 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, kiçik ədliyyə müşaviri X27 tərəfindən ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs və X15 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.2, 29,178.2.4, 29,178.3.2, 178.2.1, 178.2.2, 178.2.4, 178.3.2, 310 və 32.4, 312.2-ci maddələri ilə ********* nömrə altında ayrıca cinayət işi icraata ayrılmaqla və həmin tarixdə müstəntiq İ.Z.Hüseynov tərəfindən icraata qəbul edilərək istintaqı aparılmışdır (Cild 1, i.v 1-3;).

24. “Hadisə yerinə baxış” 17 aprel 2019-cu il tarixli protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmədə olan mülki məsələnin həlli üçün Şahid8 pul vəsaitini verdiyi ünvan ünvan 3əşən “Bizim Market” mağazasının qarşısıdır (Cild 1, i.v.48;).

25. Zərərçəkmiş şəxs1 təqdim etdiyi “Elektron maqnit məlumat daşıyısıcı olan diskə baxış keçirilməsi haqqında” 19 mart 2021-ci il tarixli protokoldan görünür ki, “CD-R” diskə “AUD-20210411-WA0013”, “AUD-20210411-WA0014”, “AUD-20210411-WA0021”, ”AUD- 20210411-WA0022”, “AUD-20210411-WA0023”, “AUD-20210411-WA0023”, “AUD- 20210411-WA0024”, “AUD-20210411-WA0025”, “AUD-20210411-WA0026”, “AUD- 20210411-WA0027”, “AUD-20210411-WA0028” və “AUD-20210411-WA0029” adlanan 11 ədəd audio-səs yazıları olan fayllar köçürülmüşdür. Baxış zamanı Zərərçəkmiş şəxs1 bildirmişdir ki, yuxarıda göstərilən səsyazmalarda olan danışıq səsləri barəsində şikayət etmiş olduğu Şahid8, həmçinin Şahid1 və İlkin adlı şəxslərə məxsusdur, həmin səsyazmaları mobil telefonunda “WhatsApp” vasitəsi ilə qeydə alınmış və mobil telefonunun yaddaşından bir ədəd elektron maqnit məlumat daşıyıcısı olan “CD-R” diskə köçürərək ərizəsinə əlavə etmişdir. Qeyd olunan fayllardan “AUD-20210411-WA0013” adlanan faylda bir nəfər kişinin müraciət etməsindən ibarət 2 dəqiqə 20 saniyə ərzində olan səs yazma parçası vardır. Həmin səsyazmanın məzmunu aşağıdakı kimidir - Kişi səsi – “Salam Oleykum, nə var, nə yox qardaş, İlqar müəllim, mən bir az xəstələndim pis vəziyyətdə idim. Bu heç, bu öz yerində, indi, İrana kömür vurmuşam, bir də o adamlardan 10 yeşik siqaret almışam. “Winston”, dövlət qiyməti 125 rubl üstündə də, indi onu dəyişib vururam. Nəsə bir iş görürəm də. Bu birisiləri yazıb atıb vermişəm məhkəməyə. Birin də polisə yazıb verəcəm. Nəm nəsə o belə bir şeydi. İndi şükür Allah hər nədi bir maşın kömür vurmuşam. 23 tondu. Vurmuşam deyəndə hələ çıxmıyıb ordan. Dollar yarımnan İranda verməyə danışmışam. İndi görüm nəsə eliyirəm ki, vəziyyətdən çıxım da. Vəziyyətdən çıxmaq lazımdı. Uşaq mənə zəng elədi dedi İlqar müəllim belə-belə filanbesməkan. indi vallah mən neyniyim qardaşlıq eliyirsiz axıra kimi eliyin. Mən üstümə düşəni eliyəcəm, indi aldadıblar da məni aldadıblar. Neyniyimdə səhv elədim inandım kiməsə. İndi burda mənim özümün də 10 min manat, 10 min 500, bir də 2200 dollar, yəni məndən gedibdə. O, heç e, o mənim öz işimdi. Yəni deməyim odu ki, utanıram da sizdən vallah görüşməyə də, danışmağa da xəcalət çəkirəm. Ama mən indi bunu pis-yaxşı düzübqoşmuşam. Allah qoysa mal İrana gələn kimi İnşallah, indi zəng eliyərəm gələrsiz, bir yerdə həll eliyərik. Sağ ol, çox sağ ol, o dediklərin də pul istəyirsən mənim gözüm üstə. Mən xəcalət çəkirəm. Mən Allahın bir ölümün istəyirəm ki, elə bir dostum-qardaşımnan pis oldum. Mən əlaqə saxlayacam siznən. Mal elə İrana çatan kimi mən sizə zəng eliyəcəm”. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, «AUD-20210411- WA0013» adlanan faylda olan səsyazıları Şahid8 məxsusdur. “AUD-20210411-WA0014” adlanan faylda bir nəfər kişinin müraciət etməsindən ibarət 2 dəqiqə 20 saniyə ərzində olan səs yazma parçası vardır. Həmin səsyazmanın məzmunu və səs yazısı da “AUD-20210411- WA0013” faylda olan səs yazıları ilə eynidir. “AUD-20210411-WA0021” adlanan faylda bir kişinin müracəti etməsindən ibarət 1 dəqiqə 15 saniyə ərzində olan səs yazma parçası vardır. Həmin səsyazmanın məzmunu aşağıdakı kimidir - Kişi səsi 1 – “Salam Xəyyam. Xəyyam mən bunları diriyib məcbur oldum dilinnən iltizam aldım. Daha doğrusu, getdik natariusa. Natarius dedi ki, yanvarın 1-dən ancaq dəqiq hesabına pul qoyasan borc müqaviləsi kimi, yəni hesabıma qoymalısan sonra o götürməlidir, sonra ver də. Əlbəttə bunlara daveryat eləmək olmaz, bir də təzədən hesabına qoy filan - basmekan. Obşim, məsləhətləşdim, dedilər ki, belə də yazsan olar. Ozü yazsın, özü yazıb dilinnən ki, yazıb ki, mən, yəni evdəkiləri narahat eləmiyin, yəni ki, bir şey olmasın mən onu gətirib verəcəm. İndi bu dediyinə görə bu gəlib, buna pul gətirirlər. Rusiyadan guya Şirvanovkadan keçməli imiş, orda qalıb səhərə keçəcək. İndi bu kağızın qorxusundan, bu yəni bunun qorxusundan eliyib. Deyir ki, yəni ki, pul gətizdirir də indi özünün dediyinə görə, indi ordan da zəng eliyirlər danışırlar belə filan-bəşməkan da. Deyir ki, guya ki, 7-yə cən işləyirmiş Şirvanofka, bura çatdıra bilməyiblər, 7-dən sonra bağlanır yəni. Sabahları açılandan sonra keçirəcəklər.” Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, “AUD- 20210411- WA0021” adlanan faylda olan səsyazıları Şahid8 məxsusdur. “AUD- 20210411-WA0022” adlanan faylda bir nəfər kişinin müracət etməsindən ibarət 29 saniyə ərzində olan səs yazma parçası vardır. Həmin səsyazmanın məzmunu aşağıdakı kimidir. Kişi səsi – “X39 necəsən? Kefin necədir? Xəyyam, mən dünənnən səhərə yaxınnan gəlmişəm bura keçmişəm. SDK-nı bu üzə bularnan gəlmişəm Maxaçkalaya. Ba burda oturub gözdəyirəm, bulardan əl çəkmirəm. Mən neyniyim mənim başım çıxmır. Bular mənə söz veriblər deyillər həll eliyəcik qurtaracayıq. Mən demişəm polisə verəcəm sizi başqa əlacı yoxdu, indi mən burdayam. Burdan qurtarım zəng eliyərəm sənə”. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, “AUD-20210411- WA0022” adlanan faylda olan səsyazıları Şahid8 məxsusdur. “AUD-20210411-WA0023” adlanan faylda bir nəfər kişinin müraciət etməsindən ibarət 27 saniyə ərzində olan səs yazma parçası vardır. Həmin səsyazmanın məzmunu aşağıdakı kimidir. Kişi səsi – “Qardaş necəsən nə var, nə yox? Bunlar səni diriyirlərsə, pul zad istəyirlərsə pul-zad vermə e onların işləri həll olur. 7 aydı 8 aydı bular sürünürlər ki, bu iş həll olsun indi iş olan momenti bular sənnən pul istəyirlər? Elə olmur axı pul zad vermə qardaş, işləri həll olacaq. Sabaha birigünə inşallah sənədlərini verək, sora gedib sözünü deyərsən onlara.” Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, “AUD-20210411- WA0023” adlanan faylda olan səsyazı İlkin adlı şəxsə məxsusdur, həmin səsyazısını İlkin adlı şəxs Şahid8 göndərmişdir. Şahid8 da həmin səsyazılarını ona göndərmişdir. “AUD-20210411- WA0024” adlanan faylda bir nəfər kişinin müraciət etməsindən ibarət 36 saniyə ərzində olan səs yazma parçası vardır. Həmin səsyazmanın məzmunu aşağıdakı kimidir. Kişi səsi – “Xəyyam mən Seyidlə danışdım. Seyid deyir sənə deyir ki, guya sənnən danışıb birinci gün sənə 10 min pul verəcək, indi özü nətər danışıb bilmirəm. Ama Seyid mənə dedi ki, sən ona deyibsən ki, guya 25 mini sən verməlisən. Sən indi bilmirəm nə fikirləşirsən, sən yadunda saxla 25 mini Seyiddən qabaq başqasına vermişdik. Seyid 10 min verdi, dedi Fərhad Abdullayevlə mən danışmışam belə. Yəni o 10 mini verəndə mən özümdən vermişəm. Səninçün nə fərqi var, pulu al qoy orda o birisi qalanında mən verərəm.” Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, “AUD-20210411-WA0024” adlanan faylda olan səsyazıları Şahid8 məxsusdur. “AUD-20210411-WA0025” adlanan faylda bir nəfər kişinin müraciət etməsindən ibarət 21 saniyə ərzində olan səs yazma parçası vardır. Həmin səsyazmanın məzmunu aşağıdakı kimidir- Kişi səsi – “Bir də ki, o banditizm zad məsələsi o düzgün fikirdir. Onu eləməsən mümkün deyil. Yəni ki, əgər o pulu verməsələr indi bu dəyqə, o yəni ki, 10 min 500 yüz olara pul vermişəm mən. Mən dedim sən o pulu alginən ordan. 10 min 500-ü verməsələr yaz ver banditizmə, hara istəsən yaz ver, məni da yaz ver.” Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, “AUD-20210411- WA0025” adlanan faylda olan səsyazıları Şahid8 məxsusdur. “AUD- 20210411-WA0026” adlanan faylda bir nəfər kişinin müraciət etməsindən ibarət 28 saniyə ərzində olan səs yazma parçası vardır. Həmin səsyazmanın məzmunu aşağıdakı kimidir- Kişi səsi – “Söz deyirəm Xəyyam, sən olardan 10 min pul alacaqsan. Yəni ki, bu 10 mini bu Rövşənə, adamına verdiyimizdən sonra bunu mən vermişəm ki, bu dedi Fərhad Abdullayevlə sənə dedim e danışdı filan- bəşməkan Fərhad Abdullayevə verirəm. Prosta aranı qarışdırma pulları ala bilmərik. Bu birisi də mənim yanımdadı, burda.” Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, “AUD-20210411-WA0026” adlanan faylda olan səsyazıları Şahid8 məxsusdur. “AUD-20210411-WA0027” adlanan faylda bir nəfər kişinin müraciət etməsindən ibarət 34 saniyə ərzində olan səs yazma parçası vardır. Həmin səsyazmanın məzmunu aşağıdakı kimidir-Kişi səsi – “Sabahın xeyir Xəyyam necəsən? Axşam mən gec gəldim. Ora bura da, üzüm gəlmədi sizə də indi heç kəsin əlində nəğd evində də pulu olmur adətən qismən. Olur. İndi bizdə qismənləri toplayırıq. Mən indi çıxıram rayona axşamüstü qayıdacam Allahqoysa. Ama sabahları onsuz da zəng eliyib danışmışam sabahları işiniz alınacaq da, mənim öz pulumu verəcəklər.” Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, “AUD-20210411-WA0027” adlanan faylda olan səsyazıları Şahid8 məxsusdur. “AUD-20210411-WA0028” adlanan faylda bir nəfər kişinin müracət etməsindən ibarət 1 dəqiqə 14 saniyə ərzində olan səs yazma parçası vardır. Həmin səsyazmanın məzmunu aşağıdakı kimidir- Kişi səsi – “Salam Əleykum, Xəyyam, sən necə sözə qulaq asırsan mən bilmirəm. Mən sənə demişəm ki, olara 25 min vermişəm 25 min istə? Sənə dedim olardan 10 min istə. 25 minin 20-sin Rövşənə hakim, o, vermişik, 5 də Rövşənin adamına. 10 min bulara mən vermişəm. Prosta bulara yalan demişəm. Demişəm ki, sən veribsən. Sənin üçün nə fərqi var, 10 mini ordan götür də, dedim sənə 10 min olardan pul verəcək alginən. Gedirsən aləmi orda mutit eliyirsən. Deyirsən ki, nə bilim mən 25 min pul vermişəm, neynəmişəm. Olar da kozur götürür onnan. Başa düşdün?! Mən o biri 25 min verdiyimdən padpiska almışam da sənə nə dəxli var ki, sənə dedim olardan 10 min alginən sənə dedim 10 min istə sənə demədim get olara nağıl deginən ki, 25 min vermişəm, nə bilim nə. Sən əvvəldən bilirsən ki, 20 min kimə verilib, 5 min kimə verilib. Elə döyül? Sora da 10 min. Bu dedi ki, Fərhad Abdullayevlə, danışmışam 10 min ver düzəlir. Elə döyül? Mən də sənə demədim, özüm apardım verdim. Onu Cəlil bilir ki, sənə də demişəm.” Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, “AUD-20210411- WA0028” adlanan faylda olan səsyazıları Şahid8 məxsusdur. “AUD-20210411-WA0029” adlanan faylda bir nəfər kişinin müraciət etməsindən ibarət 10 saniyə ərzində olan səs yazma parçası vardır. Həmin səsyazmanın məzmunu aşağıdakı kimidir- Kişi səsi – “Ordan deyiblər on min verəcəyik sənə bayaxdan ona görə zəng eliyirəm sənə. Sən də imkan vermirsən. Deyim on min ordan versinlər bular, sonra qalan pullarımızı da alaq gətirək”. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 2AUD-20210411- WA0029” adlanan faylda adlanan faylda olan səsyazıları Şahid8 məxsusdur (Cild 1, i.v.43; 91-93;).

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2018-ci il tarixli, 2(202)-5438/2018 saylı qərarından görünür ki, cavabdeh Şahid3 kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 aprel 2018ci il tarixli, 2(103)-3414/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Həmin qərardan görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim Şahid8) 19 dekabr 2017-ci il tarixli, 2(004)-4299/2017 saylı qətnaməsi ilə iddiaçı X16 cavabdeh Şahid3 qarşı “uşağın anadan alınaraq ataya verilməsi” tələbinə dair iddiası rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 aprel 2018-ci il tarixli, 2(103)-3414/2018 saylı qətnaməsi ilə (hakimlər İ.Xəlilov, X.Cəmilova, A.Hüseynov) iddiaçı X16 apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 19 dekabr 2017ci il tarixli, 2(004)-4299/2017 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı X16 cavabdeh Şahid3 qarşı “uşağın anadan alınaraq ataya verilməsi” tələbinə dair iddiası təmin edilmiş, 17 avqust 2010-cu il təvəllüdlü X21 anasından alınaraq atasına verilməsi və uşağın yaşamaq üçün iddiaçının yanında qalması qət edilmişdir (Cild 1, i.v. 98-103).

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 29 noyabr 2018-ci il tarixli qərardadından görünür ki, Şahid3 şikayətinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsindən imtina edilmişdir (Cild 1, i.v.104-105).

28. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 xeyli miqdarda pulunu dələduzluqla ələ keçirilməsi faktına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə Bakı şəhəri, Yasamal rayon prokuroru tərəfindən 5 mart 2022-ci il tarixdə cinayət işi başlanmış və Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin müstəntiqi, polis mayoru Əli Babayev tərəfindən 9 mart 2022-ci il tarixdə icraata qəbl edilməklə istintaqı davam etdirilən ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (Cild 1, i.v.202;).

29. "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında” 15 mart 2022-ci il tarixli protokoldan görünür ki, Şahid8 adına olan ********* mobil telefon nömrəsinin anten dairələrinə əsasən Şahid8 27, 28, 29 və 30 noyabr 2018-ci il tarixlərində Bakı şəhəri Yasamal rayonu və digər rayon ərazilərində danışıqlar apardığı qeydə alınmışdır (Cild 1, i.v.188-189; 211-214).

30. “"xxxx" MMC-dən daxil olmuş CD disk elektron maqnit daşıyıcısına baxış keçirmə haqqında” 1 aprel 2022-ci il tarixli müstəntiq Əli Babayev tərəfindən tərtib edilmiş protokoldan görünür ki, Şahid9 istifadəsində olan ********* mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ********* nömrə arasında çoxlu sayda telefon danışığı aparılmışdır. Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ********** nömrəsi ilə və ********* nömrəsi 24 yanvar 2019-cu il tarixdən başlayaraq aralarında telefon danışıqlarının anten dairəsi qeydə alınmışdır. Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ********** nömrəsi ilə ********* nömrəsi 24 yanvar 2019-cu il tarixdən başlayaraq aralarında telefon danışıqlarının anten dairəsi qeydə alınmışdır. Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ********** nömrəsi ilə ********* simkart nömrəsi 4 yanvar 2019-cu il tarixdən başlayaraq aralarında telefon danışıqlarının anten dairəsi qeydə alınmışdır. ********* simkart nömrəsi ilə ********* simkart nömrəsi 23 yanvar 2019-cu il tarixdən başlayaraq aralarında telefon danışıqlarının bir çox anten dairəsi qeydə alınmışdır. ********* simkart nömrəsi ilə ********* simkart nömrəsi 15 fevral 2019-cu il tarixdən başlayaraq aralarında telefon danışıqlarının anten dairəsi qeydə alınmışdır. Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ********** nömrəsi ilə və ********* simkart nömrəsi 23 yanvar 2019-cu il tarixdən başlayaraq aralarında telefon danışıqlarının bir neçə anten dairəsi qeydə alınmışdır. ********* nömrəsi ilə ********* nömrəsi arasında telefon danışıqlarına dair çoxlu sayda anten dairəsi qeydə alınmışdır. ********* nömrəsi ilə ********* simkart nömrəsi arasında telefon danışığına dair bir anten dairəsi qeydə alınmışdır. ********* mobil telefon nömrəsi ilə ********* ilə arasında telefon danışıqlarına dair bir çox anten dairəsi qeydə alınmışdır. ********* nömrəsi ilə ********* nömrəsi ilə 19 yanvar 2019-cu il tarixdən başlamış 26 yanvar 2019-cu il tarixə kimi aralarında 10 dəfə telefon danışığının anten dairəsi qeydə alınmışdır. ********* nömrəsi ilə ********* mobil telefon nömrəsi arasında telefon danışığına dair bir anten dairəsi qeydə alınmışdır. ********* nömrəsi ilə 515555539, 502113716, ********* və ********* nömrələri arasında telefon danışığının çoxlu sayda anten dairəsi qeydə alınmışdır. “502113716_SMS” adlanan faylda olan məlumatlara baxış keçirilərkən orada 1 noyabr 2018-ci il tarixdən 4 sentyabr 2019-cu il tarixə kimi olan müddət ərzində daxil olan və çıxan SMS-lərin mətnlərinə dair məlumatlar vardır. Belə ki, ********* telefon nömrəsi ilə ********* telefon nömrəsi arasında çoxlu sayda SMS yazışmaları qeyd edilmişdir. ********* telefon nömrəsini istifadə edən şəxsə “İlkin” deyə müraciət olunmasına dair SMS yazışmaları aşkar olmuşdur. “503104477_SMS” adlanan faylda olan məlumatlara baxış keçirilərkən orada 10 noyabr 2018-ci il tarixdən 26 aprel 2019-cu il tarixə kimi olan müddət ərzində daxil olan və çıxan SMS-lərin mətnlərinə dair məlumatlar vardır. ********* telefon nömrəsini istifadə edən şəxsə “Allahqulu” deyə müraciət olunmasına dair SMS yazışmaları aşkar olmuşdur. “502120396_SMS” adlanan faylda olan məlumatlar baxış keçirilərkən orada 22 mart 2019-cu il tarixdə SMS yazışmaları qeyd olunduğu aşkar olmuşdur. “502300396_SMS” adlanan faylda olan məlumatlara baxış keçirilərkən orada 6 noyabr 2018-ci il tarixdən 12 may 2019-cu il tarixə kimi olan müddət ərzində daxil olan və çıxan SMS-lərin mətnlərinə dair məlumatlar vardır. ********* telefon nömrəsini istifadə edən şəxsə “Emin”, “Fərman müəllim” deyə müraciət olunmasına dair SMS yazışmaları aşkar olmuşdur. “506459605_SMS” adlanan faylda olan məlumatlara baxış keçirilərkən orada 19 noyabr 2018-ci il tarixdən 29 mart 2019-cu il tarixə kimi olan müddət ərzində daxil olan və çıxan SMS-lərin mətnlərinə dair məlumatlar vardır, ********* nömrəsindən ********* nömrəsinə SMS yazısı göndərilmişdir. “515555539_SMS” adlanan faylda olan məlumatlara baxış keçirilərkən orada 17 dekabr 2018-ci il tarixdən 8 mart 2019-cu il tarixə kimi olan müddət ərzində daxil olan və çıxan SMS-lərin mətnlərinə dair məlumatlar vardır. Həmin fayllardan “**********16” adlanan faylda olan məlumatlara baxış keçirilərkən orada 1 noyabr 2018-ci il tarixdən 4 iyun 2019-cu il tarixə kimi olan müddət ərzində daxil olan və çıxan zənglərə dair məlumatlar qeydə alınmışdır. Zərərçəkmiş şəxs1 istifadəsində olanmış ********* telefon nömrəsi ilə ********* telefon nömrəsi arasında 24 yanvar 2019-cu il tarixdən 4 iyun 2019-cu il tarixə kimi 50 dəfə danışıqlar aparılması qeyd olunmuşdur. ********* telefon nömrəsi ilə ********* telefon nömrəsi arasında 3 dekabr 2018-ci il tarixdən 28 fevral 2019cu il tarixə kimi 228 dəfə danışıqlar aparılması qeyd olunmuşdur. ********* telefon nömrəsi ilə ********* telefon nömrəsi arasında 23 yanvar 2019-cu il tarixdən 7 mart 2019-cu il tarixə kimi 7 dəfə danışıqlar aparılması qeyd olunmuşdur. Həmin fayllardan “**********96” adlanan faylda olan məlumatlara baxış keçirilərkən orada 1 noyabr 2018-ci il tarixdən 4 iyun 2019-cu il tarixə kimi olan müddət ərzində daxil olan və çıxan zənglərə dair məlumatlar qeydə alınmışdır. ********* telefon nömrəsi ilə ********* telefon nömrəsi arasında 3 dekabr 2018-ci il tarixdən 28 fevral 2019-cu il tarixə kimi 228 dəfə danışıqlar aparılması qeyd olunmuşdur. ********* telefon nömrəsi ilə ********* telefon nömrəsi arasında 16 dekabr 2018-ci il tarixdən 30 yanvar 2019-cu il tarixə kimi 13 dəfə danışıqlar aparılması qeyd olunmuşdur. ********* telefon nömrəsi ilə ********* telefon nömrəsi arasında 24 dekabr 2018-ci il tarixdən 3 yanvar 2019-cu il tarixə kimi 4 dəfə danışıqlar aparılması qeyd olunmuşdur. ********* telefon nömrəsi ilə ********* telefon nömrəsi arasında 15 fevral 2019-cu il tarixdə 3 dəfə danışıqlar aparılması qeyd olunmuşdur. ********* telefon nömrəsi ilə ********* telefon nömrəsi arasında 27 fevral 2019cu il tarixdə 3 dəfə danışıqlar aparılması qeyd olunmuşdur. Həmin fayllardan “**********77” adlanan faylda olan məlumatlara baxış keçirilərkən orada 1 noyabr 2018-ci il tarixdən 4 iyun 2019-cu il tarixə kimi olan müddət ərzində daxil olan və çıxan zənglərə dair məlumatlar qeydə alınmışdır. ********* telefon nömrəsi ilə ********* telefon nömrəsi arasında 24 dekabr 2018-ci il tarixdən 18 yanvar 2019-cu il tarixə kimi olan müddət ərzində 39 dəfə danışıqlar aparılması qeyd olunmuşdur. ********* telefon nömrəsi ilə ********* telefon nömrəsi arasında 8 yanvar 2019-cu il tarixdən 22 yanvar 2019-cu il tarixə kimi olan müddət ərzində 54 dəfə danışıqlar aparılması qeyd olunmuşdur. ********* telefon nömrəsi ilə ********* telefon nömrəsi arasında 8 yanvar 2019-cu il tarixdən 26 yanvar 2019-cu il tarixə kimi olan müddət ərzində 3 dəfə danışıqlar aparılması qeyd olunmuşdur. Həmin fayllardan “**********05” adlanan faylda olan məlumatlara baxış keçirilərkən orada 1 noyabr 2018-ci il tarixdən 4 iyun 2019-cu il tarixə kimi olan müddət ərzində daxil olan və çıxan zənglərə dair məlumatlar qeydə alınmışdır. ********* telefon nömrəsi ilə ********* telefon nömrəsi arasında 8 fevral 2019-cu il tarixdən 16 aprel 2019-cu il tarixə kimi olan müddət ərzində 2 dəfə SMS yazısı və danışıq aparılması qeyd olunmuşdur. ********* telefon nömrəsi ilə ********* telefon nömrəsi arasında 23 yanvar 2019-cu il tarixdən 7 mart 2019-cu il tarixə kimi olan müddət ərzində 8 dəfə danışıqlar aparılması qeyd olunmuşdur. ********* telefon nömrəsi ilə ********* telefon nömrəsi arasında 15 fevral 1019-cu il tarixdə 3 dəfə danışıqlar aparılması qeyd olunmuşdur. Həmin fayllardan “**********39” adlanan faylda olan məlumatlara baxış keçirilərkən orada 1 noyabr 2018-ci il tarixdən 4 iyun 2019-cu il tarixə kimi olan müddət ərzində daxil olan və çıxan zənglərə dair məlumatlar qeydə alınmışdır. ********* telefon nömrəsi ilə **********39 telefon nömrəsi arasında 16 dekabr 2018-ci il tarixdən 30 yanvar 2019-cu il tarixədək 18 dəfə danışıqlar aparılması qeyd olunmuşdur (Cild 1, i.v. 184-185; 230-245).

31. "xxxx" MMC-dən ələ keçirilərək götürülmüş CD disk elektron maqnit daşıyıcısında olan məlumatlara baxış keçirilməsi haqqında” 14 may 2022-ci il tarixli müstəntiq Əli Babayev tərəfindən tərtib edilmiş prokoldan görünür ki, həmin CD diskdə telefon danışıqları aparılan nömrələrə aid SMS yazışmaları, zənglərin detallaşdırılmasına dair aşağıdakı 15 ədəd faylların olması müəyyən edilmişdir: “SMS Tarixçəsi **********3945 5********.pdf” adlanan faylda olan məlumatlara əsasən Şahid1 istifadəsində olan 055 ***- **-** saylı simkart nömrəsindən 1 noyabr 2018-ci il tarixdən 31 may 2019-cu il tarixə kimi olan müddət ərzində çıxan SMS yazışmalarının mətnləri barədə qeydlər alınmışdır, o cümlədən iş üçün əhəmiyyət kəsb edən SMS yazışmaları olduğu aşkar edilmişdir. Şahid8 qızı X5 adına olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə Şahid1 istifadəsində olan ***-***-**-** simkart nömrəsindən SMS mətnləri göndərilməsi aşkar edilmişdir. “SMS-Tarixçəsi-**********3948 5********.pdf»” adlanan faylda olan məlumatlara əsasən Şahid1 istifadəsində olan 055-609-12- 09 saylı kart nömrəsindən 7 aprel 2019-cu il tarixdən 22 may 2019-cu il tarixə kimi olan müddət ərzində daxil olan SMS-lərin mətnləri barədə qeydlər alınmışdır. “SMS_Tarixçəsi **********3958 5********.pdf”, “SMS_Tarixçəsi **********4002 5********.pdf”, “SMS_Tarixçəsi **********4013 5********.pdf”,“SMS_Tarixçəsi********************018.pdf” fayllarında Şahid8 istifadə etdiyi, qızı X5 adına olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə daxil olan və çıxan iş üçün əhəmiyyət kəsb edən SMS mətnləri göndərildiyi aşkar edilmişdir. “SMS_Tarixçəsi **********4036 5********.pdf”, “SMS Tarixçəsi **********4040 5********.pdf” adlanan faylda olan məlumatlara əsasən Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ********** kart nömrəsi ilə Şahid9 istifadə etmiş olduğu ***-***-**-** simkart nömrəsi ilə iş üçün əhəmiyyət kəsb edən SMS mətnləri qeydə alındığı aşkar edilmişdir. “SMS Tarixçəsi **********4048 5********.pdf”, “SMS Tarixçəsi **********4123 5********.pdf” adlanan faylda olan məlumatlara əsasən Şahid9 istifadə etmiş olduğu ********* simkart nömrəsi ilə iş üçün əhəmiyyət kəsb edən SMS mətinləri qeydə alındığı aşkar edilmişdir. “Zəngİərin_Detallaşması **********2342 5********.pdf” adlanan faylda olan məlumatlara əsasən Şahid1 istifadəsində olan 055 ***-**-** saylı kart nömrəsinə Şahid8 istifadəsində olmuş ********* nömrəsindən daxil olan və çıxan zənglərin anten darəsi barədə məlumatlar qeydə alınmışdır.”ZənglərinJDetallaşması **********2306 5********.pdf” adlanan faylda olan məlumatlara əsasən Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ********** kart nömrəsi ilə ********* simkart nömrəsi arasında 24 noyabr 2018-ci il tarixdə 14 dekabr 2018-ci il tarixədək telefon danışıqlarının anten dairəsi qeydə alınmışdır. Xəyam Zamanov istifadəsində olmuş **********11 mobil nömrəsi ilə Şahid8 istifadəsi də olan ********* nömrə ilə 18 yanvar 2019-cu il tarixdə, saat 16:59-da Sumqayış şəhəri, S.Vurğun küçəsi 381 ünvanda anten dairəsində olarkən aparılmış danışıq qeydə alınmışdır. Zərərçəkmiş şəxs1 istifadəsində olmuş **********11 mobil nömrəsi ilə ********* saylı nömrə ilə 3 dəfə, ********* saylı mobil nömrə ilə 65 dəfə telefon danışıqları aparılmışdır. ”Zənglərin_Detallaşması_**********2317_5********.pdf”, ”Zənglərin_Detallaşması **********2330 5********.pdf” adlanan fayllarda olan məlumatlara əsasən Şahid8 istifadə etmiş olduğu ********* və ********* saylı kart nömrəsindən iş üçün əhəmiyyətli olan ********* saylı nömrə ilə 2 dəfə, ********* saylı telefon nömrəsi ilə 1 dəfə, ********* saylı nömrə ilə 14 dəfə telefon danışıqları qeydə alınmışdır. Həmçinin qeyd olunan mobil telefon istifadəçisinin 27 və 28 noyabr 2018-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində qeyd olunan vaxt və yerlərdə anten dairəsində olması aşkar edilmişdir (Cild 1, i.v. 186-187; Cild 2, 30-35;).

32. “Üzləşdirmə” 16 may 2022-ci il tarixli protokoldan görünür ki, Şahid2 ilə Şahid8 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Şahid2 Şahid8 üzünə qarşı ifadəsini təsdiq etməklə eyni zamanda Təqsirləndirilən şəxsla bağlı sonuncunun bildirdiklərini də bir daha üzünə qarşı deməklə təsdiq etmişdir (Cild 2, i.v.36-42).

33. “Üzləşdirmə” 31 may 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Şahid8 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs1 Şahid8 üzünə qarşı ifadəsini təsdiq etməklə eyni zamanda Təqsirləndirilən şəxsla bağlı sonuncunun bildirdiklərini də bir daha üzünə qarşı deməklə təsdiq etmişdir (Cild 2, i.v.50-56;).

34. “Üzləşdirmə” 31 may 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 ilə Şahid8 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Şahid1 Şahid8 üzünə qarşı ifadəsini təsdiq etməklə eyni zamanda Təqsirləndirilən şəxsla bağlı sonuncunun bildirdiklərini də bir daha üzünə qarşı deməklə təsdiq etmişdir (Cild 2, i.v.58-68).

35. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 30 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilmiş və həmin ittiham 28 may 2023-cü il tarixdə ona elan olunmuşdur (Cild 2, i.v.76-77).

36. “İttiham elan edilməsi üçün təqsirləndirilən şəxs barəsində axtarış elan olunması haqqında” 30 iyun 2022-ci il tarixli qərardan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs çağırışlara gəlməkdən qəsdən yayındığı və olduğu yer müəyyən olunmadığından tutulması üçün barəsində axtarış elan olunmuşdur (Cild 2, i.v. 79-80)

37. “Rabitə kanallarından ötürülən məlumatlara baxış keçirilməsi haqqında” 13 iyul 2022ci il tarixli protokoldan görünür ki, "xxxx", "xxxx" və "xxxx" MMC-dən götürülüb ibtidai istintaq orqanına təqdim olunmuş “CD” disk elektron maqnit məlumat daşıyıcılarında olan məlumatlara və həmin məlumatlarda olan anten dairələrinə internetdə olan “Google” şəbəkəsindəki “Xəritə” proqramı vasitəsi ilə uyğunlaşdırma aparmaqla baxış keçirdikdə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 iş üzrə təqsirləndirilən şəxs Şahid8 ilə keçirilmiş üzləşdirmə zamanı vermiş olduğu ifadəsində və istintaqa təqdim etdiyi 12 iyul 2022-ci il tarixli ifadəsində, həmçinin iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadələrində göstərmişlər ki, Şahid8 30.000 manatı 26 noyabr 2018-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi yerləşən “Bizim Market” adlanan mağazanın yaxınlığında və 5.000 manatı 27 noyabr 2018-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Asan Xidmət”in yaxınlığında vermişlər. Bununla əlaqədar "xxxx" MMC-dən təqdim olunmuş məlumatlardan görünür ki, Zərərçəkmiş şəxs1 istifadəsində olmuş 055 ***-**-** saylı kart nömrəsi ilə 26 noyabr 2018-ci il tarixdə, saat 18:29-da Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivinin cənub hissəsində və 27 noyabr 2018-ci il tarixdə, saat 11:23-də Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 187, saat 11:59-da Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən Tibb Kolleci və saat 12:09-da ünvan 4 ünvanların yaxınlığında zəngləri icra etmişdir. Həmçinin, yuxarıda göstərilən məlumatlara əsasən müəyyən olmuşdur ki, Şahid1 istifadəsində olmuş 055 ***-**-** saylı kart nömrəsi ilə 26 noyabr 2018-ci il tarixdə, saat 17:57-də və 18:57-də Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, bina 10 saylı və 27 noyabr 2018-ci il tarixdə, saat 11:56-da Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti və saat 12:00-da ünvan 4 ünvanların yaxınlığında zəngləri icra etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 və Şahid1 ifadələrinə əsasən müəyyən olmuşdur ki, 2018-ci və 2019cu illər ərzində Şahid8 yalnız öz adına olan mobil kart nömrələrindən deyil, həmçinin ailə üzvlərinin adlarına olan digər mobil kart nömrələrindən də istifadə etmişdir və bunanla bağlı "xxxx" MMC-dən təqdim olunmuş məlumatlardan görünür ki, Şahid8 özünün adına olan ***-***-**-** saylı sim-kart nömrəsi ilə 26 noyabr 2018-ci il tarixdə, saat 18:21-də ünvan 5 ünvanda və özünün adına olan 070-737-19- 67 saylı kart nömrəsi ilə 27 noyabr 2018-ci il tarixdə, saat 12:42-də ünvan 6 ünvanda, saat 14:23-də ünvan 7at 16:06-da Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə ünvanında, saat 17:28-də Bakı şəhəri, ünvan 10 ünvanında, saat 18:31-də ünvan 11ə Bakı şəhəri, Yasamal rayonu, Elmlər Akademiyası metrostansiyasınm yerləşdiyi ünvanda, həmçinin, onun qızı Zəhra Qüdrətlinin adına olan 055 ***-**-** saylı kart nömrəsi İlə 26 noyabr 2018-ci il tarixdə, saat 11:06-da Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 506-cı məhəllə ünvanında, saat 12:05-də Bakı şəhəri, Yasamal rayonu, “Park İNN Hotel” ünvanında və saat 16:36-da ünvan 15əlif zəng və danışıqlar icra edilmişdir. Bununla da, internetdə olan “Google” şəbəkəsindəki “Xəritə” proqramı vasitəsi ilə uyğunlaşdırma aparmaqla Şahid8 istifadəsində olmuş yuxarıda göstərilən kart nömrələri ilə aparılmış zəng və danışıqların anten məlumatları əsasında müəyyən olmuşdur ki, Şahid8 2018-ci ilin noyabr ayının 26-da və 27-də Bakı şəhəri, Yasamal rayonu ərazisində olmaqla, bilavasitə Zərərçəkmiş şəxs1 və Şahid1 həmin tarix və saatlarda olduqları anten dairələrinə yaxın məsafələrdə olaraq müxtəlif zəng və danışıqları icra etmişdir. Həmçinin, müəyyən olmuşdur ki, Şahid8 istifadəsində olan ***-***-**-** saylı sim-kart nömrəsinə 24 dekabr 2018-ci il tarixdə, saat 18:25- də ***-***-**-** saylı kart nömrəsindən “********** emin muel” rəqəm və sözlərindən ibarət olan SMS məktubu gəldikdən sonra, onun tərəfindən 050 ***-**-** saylı sim-kart nömrəsinə 24 dekabr 2018-ci il tarixdə, saat 18:28-də və 26 dekabr 2018-ci il tarixdə, saat 15:43-də zənglər edilərək müvafiq olaraq 36 və 21 saniyə ərzində danışıqlar aparılmış və eyni olaraq 26 dekabr 2018-ci il tarixdə, saat 15:45-də ***-***-**-** saylı sim-kart nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı sim-kart nömrəsinə zəng olunaraq 158 saniyə ərzində danışıq aparılmış, daha sonra isə Şahid8 həmin sim-kart nömrəsindən 3 yanvar 2019-cu il tarixdə, saat 16:08-də 050 ***-**-** nömrəsinə boş SMS göndərmişdir. Həmin baxış protokolunun qeyd hissəsində göstərilmişdir ki, cinayət işinin başlanmasına səbəb olmuş ilkin yoxlama materiallarında olan Təqsirləndirilən şəxs izahatından görünür ki, Təqsirləndirilən şəxs bildirmişdir ki, ***-***-**-** saylı sim-kart nömrəsini 2008-ci ildə əldə etdikdən sonra həmin sim-kart nömrəsini ehtiyac olmadığı üçün istifadə etməyərək yaşadığı evdə saxlamış, sonradan isə həmin sim-kart nömrəsinin hara və necə olması və hansı şəraitdə itməsi ona məlum deyildir. Həmçinin, Təqsirləndirilən şəxs bildirmişdir ki, ***-***-**-**, 055 213-30- 18, 050 ***-**-** və 055 ***-**-** saylı nömrələr ona tanış gəlmir və bu kimi sim-kart nömrələrinin ona heç bir aidiyyəti yoxdur. Bununla bağlı, mobil operatorlarından daxil olmuş məlumatlara əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs adına olan 077 ***-**-** mobil telefon nömrəsi ilə 27 noyabr 2018-ci il tarixdə, saat 21:40-da ünvan 16 ünvanda zəng və danışıq icra edilmişdir. Həmçinin müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil telefon nömrəsindən 3 noyabr 2018ci il tarixdə, saat 17:53-də ünvan 17 ünvanda və 26 yanvar 2019-cu il tarixdə, saat 13:05də Bakı şəhəri, X8 yerləşdiyi ünvandan ***-***-**-** saylı sim-kart nömrəsinə zənglər olunaraq danışıqlar aparılmış, eləcə də müəyyən olmuşdur ki, qeyd olunan kart nömrələri arasında göstərilən müddət ərzində cəmi 21 dəfə qarşılıqlı zənglər icra edilmişdir. O cümlədən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs atası X17 adına olan ***-***-**-** saylı sim-kart nömrəsindən 27 noyabr 2018-ci il tarixdə, saat 12:08-də Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı sim-kart nömrəsinə zəng edilmiş və həmin vaxt sonuncu nömrə ünvan 19 ünvanında olmuşdur. Bununla da, internetdə olan “Google” şəbəkəsindəki “Xəritə” proqramı vasitəsi ilə uyğunlaşdırma aparmaqla müəyyən olmuşdur ki, Şahid8, Zərərçəkmiş şəxs1 və Şahid1la Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsində yerləşən “AsanXidmət”in qarşısında görüşüb 5.000 manatı aldığı müddət ərzində Təqsirləndirilən şəxs da həmin görüş yerinə yaxın ərizə hesab olunan Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 559-cu məhəllə ünvanında olmuşdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs izahatına və onun şəxsiyyət vəsiqəsinə aid əldə olunmuş portal çıxarışına əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs ünvan 20 ünvanda qeydiyyat olmaqla, həminin binanın 73 saylı mənzilində yaşayır. Bununla da əlaqədar olaraq, mobil operatorlarından daxil olmuş məlumatları ilə internetdə olan “Google” şəbəkəsindəki “Xəritə” proqramı vasitəsi ilə uyğunlaşdırma aparmaqla müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs adına olmaqla hadisə vaxtı istifadəsində olmuş ***-***-**-** saylı və 050 ***-**-** saylı sim-kart nömrələri əksər vaxtı onun yaşayış yeri üzrə bir ərazidə olmuşdur. Eyni olaraq “Xəritə” proqramı vasitəsi ilə müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı Çaykovski küçəsinin yerləşdiyi eyni ərazidə Murtuza Nağıyev, İsayıl Hidayətzadə, Ənvər Nəsirov, Mayakovski, Arif Heydərov, Məmməd Arif və Hacı Məmmədov küçələri, eləcə də “Tərəqqi Liseyi”, “66 və 57 saylı Orta Məkbətlər”, “291 saylı Lisey” yerləşir və Təqsirləndirilən şəxs istifadəsində olmuş digər mobil nömrələrlə eyni olaraq 050 ***-**-** saylı sim-kart nömrəsi ilə də məhz həmin ərazilərdən mütəmadi olaraq müxtəlif digər nömrələrə zənglər icra edilmişdir. Bununla da müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs adına olan 050 ***-**-** saylı sim-kart nömrəsi Zərərçəkmiş şəxs1 qarşı törədilmiş cinayət hadisəsi zamanı bilavasitə Təqsirləndirilən şəxs özünün istifadəsində olmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxsla Şahid9 tanış və əlaqədə olması ilə bağlı mobil operatorlarından daxil olmuş məlumatlara əsasən müəyyən olmuşdur ki, Şahid9 istifadəsində olmuş 050 ***-**-** saylı sim-kart nömrəsinə 24 fevral 2019-cu il tarixdə, saat 13:21-də ***-***-**-** saylı kart nömrəsindən “Mani yig ******* emin” rəqəm və sözlərindən ibarət olan SMS məktubu daxil olmuşdur (Cild 2, i.v.85-86;).

38. “Maddi ziyanın ödənilməsi ilə bağlı nağd pul vəsaitinin təhvil-təslimi haqqında” 14 iyul 2022-ci il tarixli protokoldan və Zərərçəkmiş şəxs1 həmin tarixli ərizəsindən görünür ki, həmin tarixdə Şahid8 oğlu İbrahim Qüdrətli tərəfindən Zərərçəkmiş şəxs1 7.000 (yeddi min) manat məbləğində nağd pul vəsaiti ödənilmiş və Zərərçəkmiş şəxs1 ona vurulmuş 35.000 (otuz beş min) manat məbləğində olan maddi ziyandan qalıq 28.000 (iyirmi səkkiz min) manat məbləğində olan hissəsinin də ödənilməsi üçün Şahid8 ev dustaqlığına braxılması dair istintaq orqanına ərizə ilə müraciət etmişdir (Cild 2, i.v. 95-96;).

39. Zərərçəkmiş şəxs2 23 dekabr 2022-ci il tarixli ərizəsindən görünür ki, 2021-ci ilin dekabr ayında Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs onu işə düzəltmək adı ilə aldadaraq 6000 manat pulunu ələ keçirmiş, barəsində şikayət edəcəyini bildirdikdən sonra 2022-ci ilin noyabr ayında sonuncu 6000 manat pulun 1500 manatını qaytarmış, 4500 manat məbləğində olan ziyan isə ödənilməmişdir (Cild 2, i.v.123).

40. “Baxış keçirilməsi haqqında” 10 iyun 2023-cü il tarixli protokoldan və “eManat” və “MilliÖn” elektron ödəmə-terminal sistemlərindən əldə edilmiş ödəniş qəbzlərindən görünür ki, 22 dekabr 2021-ci il tarixdə müvafiq olaraq saat 12:46 və 12:48-də Zaqatala rayonu, “Araz” marketdə yerləşən “eManat” ödəmə terminalı vaitəsilə 2.000 və 2.000 manat olmaqla ümumilikdə 4.000 manat pul vəsaiti köçürmə yolu ilə 4613-8602-0341-9179 nömrəli "xxxx" bankomart kartına, 27 dekabr 2021-ci il tarixdə saat 11:59:40-da Zaqatala rayonu, “Bazarstore” marketdə yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsilə 1.000 manat pul vəsaiti köçürmə yolu ilə 5213-6751-4527-3137 nömrəli "xxxx" bankomart kartına köçürülmüşdür (Cild 2, i.v. 127; Cild 4, i.v. 83).

41. “Baxış keçirilməsinə dair” 17 aprel 2023-cü il tarixli protokoldan görünür ki, iş materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs1la Şahid9 arasında olan “Whatsapp” mobil tətbiqi vasitəsi ilə yazışmaların mətnlərinə əsasən Şahid9, Şahid8 və Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs1 aldadaraq pullarını ələ keçirməklə aralarında bölmüş, lakin verdikləri vədə əməl etməmişlər. Yazışma mətnlərinə əsasən Şahid9 ilk vaxtlar müxtəlif bəhanələr gətirdiyi, sonradan isə Zərərçəkmiş şəxs1 cavab verməyərək onun nömrəsini bloka atdığı müəyyən olunur (Cild 2,199-200;).

42. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 3 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.3.2, 310 və 32.4,312.2-ci maddələri ilə ittiham elan edilməsinə dair qərar qəbul edilmiş və həmin qərar Təqsirləndirilən şəxs 28 may 2023-cü il tarixdə elan olunmuşdur (Cild 2, i.v. 231-235).

43. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 2 may və 6 may 2023-cü il tarixli qərarlardan görünür ki, müvafiq olaraq Şahid8 və Şahid9 hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 ilə bağlı epizod üzrə Təqsirləndirilən şəxs verilmiş ittihamla eyni məzmunlu ittihamlar elan edilmişdir (Cild 3, i.v.1-29;).

44. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, kiçik ədliyyə müşaviri X27 tərəfindən Şahid9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2, 310 və 32.4,312.2-ci, X22 həmin Məcəllənin 29,178.2.1, 29,178.2.2. 29,178.2.4, 178.3.2, 310 və 32.4,312.2-ci, X6 həmin Məcəllənin 29,178.2.1, 29,178.2.2, 29,178.2.4, 178.3.2, 310 və 32.4,312.2-ci, Şahid8 həmin Məcəllənin 178.2.1,178.2.4, 29,178.3.2, 310 və 32.4,312.1-ci və X24 həmin Məcəllənin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2, 29,178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə 27 may 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Həmin ittiham aktından görünür ki, Şahid9 və Şahid8 hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 ilə bağlı epizod üzrə Təqsirləndirilən şəxs verilmiş ittihamla eyni məzmunlu ittiham elan edilmişdir (Cild 3, i.v.30-227;).

45. “Birgə istintaq qrupunun yaradılması haqqında” 24 may 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, kiçik ədliyyə müşaviri X18 rəhbərliyi ilə Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X19 ibarət tərkibdə birgə istintaq qrupu yaradılmışdır (Cild 4, i.v. 1-2).

46. Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ramin Məmmədovun 27 may 2023-cü il tarixli məktubu və bu barədə müvafiq protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 may 2023-cü il tarixə, saat 01:20-də Bakı şəhəri, Nərimanov rayonu, N.Əliyev küçəsində yerləşən “Esnaf Baku” restoranında saxlanılaraq həmin idarənin müvəqqəti saxlama yerinə təhvil verilmişdir (Cild 4, i.v. 3-4).

47. “Qətimkan tədbiri seçilməsi haqqında” 28 may 2023-cü il tarixli qərardan görünür ki, müstəntiq İ.Z.Hüseynov tərəfindən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (Cild 4, i.v. 32-33).

48. Zərərçəkmiş şəxs2 ərizəsi əsasında müstəntiq İ.Z.Hüseynov tərəfindən o, 3 iyun 2023-cü il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmışdır (Cild 4, i.v.42-44).

49. Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 38 saylı Mənzil-Kommunal İstismarı sahəsi tərəfindən tərtib olunmuş 039217 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Mansurov X3 2 saylı evin 73-cü mənzilində yaşamaqla şəxsiyyəti müsbət xarkaterizə olunur (Cild 4, i.v. 59-60).

50. Zərərçəkmiş şəxs1 ərizəsi əsasında müstəntiq İ.Z.Hüseynov tərəfindən o, ********* nömrəli cinayət işi üzrə 5 iyun 2023-cü il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmışdır (Cild 4, i.v.64-66).

51. “Sübutların qiymətləndirilməsi haqqında” 12 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.2, 29,178.2.4, 29,178.3.2, 178.2.1, 178.2.2, 178.2.4, 178.3.2, 310 və 32.4,312.2-ci maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.2,178.2.4, 29,178.3.2 və 310-cu maddələrinə tövsif edilmişdir. Eyni zamanda, həmin qərarla Zərərçəkmiş şəxs1 tərəfindən istintaqa təqdim edilmiş səs yazılarının əks olunduğu 1 (bir) ədəd CD daşıyıcı, “Whatsapp” mobil tətbiqi vasitəsi ilə aparılan yazışma mətnlərinin təsdiq edilmiş surətləri, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 3 (üç) ədəd CD disklər, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş ödəmə qəbzlərinin surətləri cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən iş üzrə maddi sübut kimi tanınmaqla iş materiallarına əlavə edilmişdir (Cild 4, i.v. 84-135).

52. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 13 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.3.2 və 310-cu maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir (Cild 4, i.v. 143-146).

53. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin mühüm işlər üzrə müstəntiqi, kiçik ədliyyə müşaviri X27 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.3.2 və 310-cu maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə 25 iyun 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktı həmin tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və həmin cinayət işi 20 iyul 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur (Cild 4, i.v.168-216; Cild 5).

54. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyəti və məhkumluğu təsdiq edən sənədlər üzrə axtarış sistemindən əldə edilmiş məlumatlardan, müvafiq hökm və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 12 mart 2008-ci il tarixli, 1(101)-384/2008 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza şərti tətbiq edilməklə 2(iki) il sınaq müddəti müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyun 2013-cü il tarixli, 1(004)-137/2013 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 4(dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 67.1 və 71.5-ci maddələrinə əsasən Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 12 mart 2008-ci il tarixli, 1(101)-384/2008 saylı hökmü ilə ona təyin olunmuş şərti məhkum etmə ləğv edilərək qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli, 7(002)-173/2018 saylı qərarı ilə Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 12 mart 2008-ci il tarixli hökmündən onun zərərçəkmiş şəxs Yusif Haxıyevə 21364 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə cinayətin külli miqdarda ziyan vurmaqla törədilməsinə dair tövsifedici əlaməti xeyli miqdarda ziyan vurmaqla törədilməsinə dair əlaməti hesab edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyun 2013-cü il tarixli hökmündən isə onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissə xaric edilmiş, 7 sentyabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (Cild 1, 148-155; Cild 2,88-93; 140-145; Cild 5).

55. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış 20 noyabr 2023-cü il tarixli AZ6200/********** nömrəli teleqramdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyandan qalıq qalmış 3550 manat hissəsindən 2000 manat hissəsini də ödəmiş, hazırda 1550 manat ödənilməmiş hissəsi qalmışdır (Cild 5).

56. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış 28 fevral 2024-cü il tarixli AZ6205/********** nömrəli teleqramdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməmiş qalmış 3550 manat məbləğində ziyanın hamısı ödənilmişdir (Cild 5).

57. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış 26 aprel 2024-cü il tarixli AZ6205/********** nömrəli teleqramdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməmiş qalmış 3550 manat məbləğində ziyanın hamısı ödənilmiş, ondan hər hansı şikayəti yoxdur, gələcəkdə də olmayacaq, barışıq əldə edilmişdir (Cild 5).

58. "xxxx" ASC tərəfindən verilmiş 5 aprel 2024-cü il tarixli, 23062 nömrəli ödəniş qəbzinə əsasən cinayət məsuliyyətindən azad olmaq üçün təyinatı üzrə Təqsirləndirilən şəxs tərəfindən 626 manat və K0142011 nömrəli terminal vasitəsilə isə nağd formada 875 manat pul dövlət büdcəsinə ödənilmişdir (Cild 5).

59. “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi 2 aprel 1980-ci il təvəllüdlü arvadı X25 və övladı 10 oktyabr 2003-cü il təvəllüdlü X10 ibarətdir (Cild 5). Əməlin tövsifi və digər hüquqi məsələlər:

60. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

61. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

62. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.

63. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində seçdiyi müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuş, o cümlədən müdafiə hüququnun həyata keçirilməsi ilə əlaqədar müdafiəçisi vasitəsi ilə məhkəməyə yeni sübutlar təqdim etmişdir. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Eyni zamanda müdafiə tərəfi məhkəmə istintaqında irəli sürülmüş ittihamı (Zərərçəkmiş şəxs2 ilə bağlı epizod istisna olmaqla) bütövlükdə mübahisələndirmişdir.

64. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

66. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

67. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

68. CM-in 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə görə CM-in 178.1-ci maddəsinə əsasən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar və xeyli miqdarda törədildikdə həmin maddələrlə cinayət məsuliyyəti müəyyən edilir. Qeyd edilən məcəllənin 178.3.2-ci maddəsinə görə CM-in 178.1 və 178.2-ci maddələrində nəzərdə tutulmuş dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti müəyyən edilir və həmin maddənin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

69. CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.

70. CM-in 310-cu maddəsində özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməyə cinayət məsuliyyəti müəyyən edilir və həmin maddənin sanksiyasında min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

71. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

72. Belə ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.

73. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Zərərçəkmiş şəxs2 ilə bağlı epizoda münasibətdə düzgün olaraq CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Onun həmin əməlləri törətməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tam tapmışdır.

74. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi həmin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə müvafiq olaraq az ağır cinayətlər kateqoriyasına aid edilir.

75. Məhkəmə ilk növbədə həmin epizodla bağlı qeyd edir ki, ittiham və müdafiə tərəfinin təklifi, yəni ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin Zərərçəkmiş şəxs2 ilə bağlı epizoda münasibətdə CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün olaraq tövsif edilməklə Zərərçəkmiş şəxs2 vahid niyyətlə üç dəfəyə - 4.000 (dörd min), 1.000 (bir min) və 1.000 (bir min) manat olmaqla ümumilikdə 6.000 (altı min) manat məbləğində olan xeyli miqdarda pul vəsaitinin təkrarən aldatma və etibardan suiistifadə yolu ilə dələduzluqla ələ keçirilməsi ilə bağlı CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə icraata həmin Məcəllənin 73-1.2-ci maddəsinin tələblərinə əsasən xitam verilməsinə dair təklifləri qanunla müəyyən edilmiş tələblərə cavab verdiyindən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə icraata xitam verilməlidir (ayrıca aktla).

76. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

77. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

78. Məhkəmə Təqsirləndirilən şəxs irəli sürülmüş digər ittiham üzrə (Zərərçəkmiş şəxs1 ilə bağlı epizoda münasibətdə) CM-in 178.2.1, 178.2.4 və 29,178.3.2-cü maddələri ilə olan cinayət əməllərinin tövsifi ilə əlaqədar qeyd edir ki, mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. Ümumiyyətlə, mülkiyyət əleyhinə olan cinayətlərin bir növü kimi talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd və əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Talamın obyektiv cəhəti mülkiyyət münasibətlərinə qəsdən ibarətdir. Cinayət qanunvericiliyi cinayətin törədilmə üsullarından asılı olaraq, talamanın oğurluq (CM-in 177-ci maddəsi), dələduzluq (CM-in 178-ci maddəsi), soyğunçuluq (CM-in 180-ci maddəsi) və quldurluq (CM-in 181-ci maddəsi) formalarını fərqləndirir. Qanunverici talamanın ayrı-ayrı formalarına görə cinayət məsuliyyətini məhz talamanın üsullarını nəzərə alaraq fərqləndirmişdir. Hansı formada törədilməsindən asılı olmayaraq, talama özgənin əmlakının götürülməsindən və (və ya) özünün, yaxud başqa şəxsin xeyrinə keçirilməsindən ibarətdir. Özgənin əmlakını talama cinayətlərinin əksəriyyəti (yalnız kəsik tərkibli cinayət hesab edilən quldurluq istisna olmaqla) maddi tərkibli cinayət olduğundan, belə cinayətlərin daha bir obyektiv əlaməti ictimai təhlükəli nəticənin-əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Bu tərkiblərdə ziyanın miqdarı əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Talama cinayətləri törədildikdə zərərçəkmiş şəxsə dəymiş başqa ziyan (məsələn, əldən çıxmış fayda) təqsirkarın vurduğu real maddi ziyanın miqdarı müəyyən edilərkən nəzərə alınmır (lakin zərərçəkmiş talama cinayətləri nəticəsində əldən çıxmış fayda formasında maddi ziyanın da əvəzinin ödənilməsi ilə əlaqədar mülki iddia qaydasında tələb irəli sürə bilər).

79. Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir (qərarın 31-ci bəndi). CM-in 17.1-ci maddəsinə əsasən, CM-nin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qanunun bu tələbi baxımından, şəxs CM-in eyni maddəsi ilə nəzərdə tutulmuş həm başa çatmış, həm də başa çatmamış dələduzluq cinayətləri törətdikdə o, həmin əməllərə görə CM-in müvafiq maddələri ilə təqsirli bilinir və ona cinayətlərin məcmusu üzrə deyil, başa çatmış cinayətə görə vahid cəza təyin edilir (qərarın 32-ci bəndi). Şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Bununla belə xeyli və ya külli miqdarda əmlakı ələ keçirmək niyyətində olan şəxs istədiyi miqdarda yox, bundan az, lakin yenə də xeyli və ya külli miqdar təşkil edən əmlakı ələ keçirdikdə təqsirkarın əməli başa çatmış cinayət kimi CM-nin 178.2.4-cü və ya 178.3.2-ci maddəsi ilə tövsif edilir (qərarın 33-cü bəndi). Qeyd edilən qərarın 36-cı bəndinin 3, 4 və 10-cu abzaslarında göstərilmişdir ki, izah edilsin ki, özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna görə pul, qiymətli kağızlar və sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Hər hansı xidmət göstərmək, güzəşt etmək və müstəsna olaraq yalnız vəzifəli şəxslərə aid olan digər səlahiyyətləri həyata keçirmək hüququ olmayan şəxs tərəfindən zərər çəkmiş şəxsə onun xeyrinə hər hansı hərəkətin edilməsində köməklik göstərəcəyini vəd edərək vəzifəli şəxsə vermək adı ilə deyil, özü üçün hər hansı əmlakın və ya əmlaka olan hüququn verilməsini istəyib aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə həmin əmlakın (əmlaka olan hüququn) ələ keçirilməsi yalnız dələduzluq kimi qiymətləndirilir. Belə halda təqsirkar rüşvətxorluqda vasitəçi kimi iştirak etmədiyindən əmlakı ələ keçirilmiş şəxs zərər çəkmiş, cinayət təqibi zamanı mülki iddia verdikdə isə - həm də mülki iddiaçı kimi tanınmalıdır. Təqsirkarın özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməsi aldatmanın üsulu kimi çıxış etdiyinə görə onun əməlinin əlavə olaraq CM-in 310-cu maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur. Lakin özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar dələduzluq cinayətini törədən şəxs özgənin əmlakını (əmlaka olan hüququnu) ələ keçirməklə yanaşı, fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan digər hərəkətlər də törətdikdə onun əməli cinayətlərin məcmusu üzrə CM-in 178 və 310-cu maddələri ilə tövsif edilir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (qərarın 39-cu bəndi).

80. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi).

81. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsə CM-in 310-cu maddəsi ilə elan edilmiş ittihamla bağlı qeyd edir ki, cinayət hüququnda özünü vəzifəli şəxs kimi təqdim etmə dedikdə, şəxsin özünü başqalarına əslində malik olmadığı səlahiyyətlərin daşıyıcısı kimi təqdim etməsi başa düşülməlidir. Bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, CM-in 310-cu maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsi nəticəsində dövlət xidmətinin və yerli özünüidarə xidmətinin mənafeyinə qəsd edilir, həmin orqanların fəaliyyəti təhlükə altına alınır, onlar əhalinin gözündə nüfüzdan düşür, həmçinin fiziki və ya hüquqi şəxslərin hüquqları və qanuni mənafeləri kobud şəkildə pozulur. Bu cinayətin obyektiv cəhətini təşkil edən hərəkət fiziki və ya hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini əhəmiyyətli dərəcədə (əmlak xarakterli ziyan vurulması, şəxslərin müxtəlif hüquq və azadlıqlarının pozulması, fiziki və ya hüquqi şəxslərin işgüzar nüfuzunun ləkələnməsi və sair) pozduqda baş çatmış cinayət hesab ediləcəkdir. Hər bir halda baş vermiş pozuntu ilə törədilmiş əməl arasında səbəbli əlaqə olmalıdır. Təqsirkar özünü özbaşına vəzifəli şəxs kimi təqdim etməklə ictiami təhlükəli hərəkət etdiyini dərk edir, bunun nəticəsində fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulacağını qabaqcadan görür və bunun baş verməsini arzu edir və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir.

82. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 178.2.1, 178.2.4, 29,178.3.2 və 310-cu maddələri ilə verilmiş ittiham üzrə (Zərərçəkmiş şəxs1 epizoduna münasibətdə) onun törətdiyi əməllərin məzmunu düzgün tövsif edilsə də, həmin əməllərin cinayət qanunvericiliyində ifadə olunan rəqəm ifadəsi düzgün göstərilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri həmin hissədə CM-in 29,178.3.2 və 310-cu maddələri ilə tövsif edilməli, həmin əməllər qəsdən törədilmiş, başa çatmış (CM-in 310-cu maddəsinə münasibətdə) cinayət və cinayət etməyə cəhd (CM-in 29,178.3.2-ci maddəsinə münasibətdə) olmaqla, təsnifata görə CM-in 310-cu maddəsi ilə olan cinayət əməli az ağır, CM-in 178.3.2-ci maddəsi ilə olan cinayət əməli isə ağır cinayətlər kateqoriyasına aid edilir.

83. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və digər sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-in 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində (Zərərçəkmiş şəxs1 epizoduna münasibətdə) CM-in 29,178.3.2 və 310-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri mövcuddur.

84. Başqa sözlə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vahid niyyətlə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir.

85. Belə ki, Təqsirləndirilən şəxs tanışları olan qeyriləri ilə aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə aralarındakı cinayətkar niyyətə uyğun olaraq rəhbəri olduğu "xxxx" MMC-də mühasib işləmiş Şahid3 uşaq tələbi mübahisəsi ilə bağlı əvvəlki məhkəmə instansiyaları tərəfindən qəbul olunmuş qərarların qanuniliyinin yoxlanılması və ləğvi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etməsi və həmin məhkəmə prosesinin sonuncunun xeyrinə tamamlanmasında köməklik göstərilməsi üçün Zərərçəkmiş şəxs1 2018-ci ilin noyabr ayında qabaqcadan əlbir olduğu tanışı olan qeyrisinə müraciətindən sonra sonuncu, özü və digəri ilə aralarındakı cinayətkar niyyətə və əvvəlcədən aralarında əldə olunmuş razılaşmaya əsasən, qeyrisi özbaşına özünü vəzifəli şəxs, yəni Vəkillər Kollegiyasının üzvü olmaqla vəkil kimi Zərərçəkmiş şəxs1 təqdim edib guya qeyd edilən mülki işin müsbət həll ediləcəyinə köməklik göstərə biləcəklərini, həmin məsələni həll etmək imkanında olduqlarını Zərərçəkmiş şəxs1 yalandan bildirib özlərinə qarşı inam yaratdıqdan sonra Zərərçəkmiş şəxs1 Şahid3 müraciətinin guya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən icraata götürülüb baxılacağını, həmin məsələnin müsbət həlli üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində işləyən hakimə və yüksək vəzifəli şəxslərə Şahid3 xeyrinə edəcəkləri hərəkətə görə qrup üzvlərinin əvvəlcədən aralarındakı razılaşmalarına əsasən maddi nemət olan 60.000 (altmış min) manat məbləğində pul vəsaitinin rüşvət qismində, inam yaratmaq üçün isə 5.000 manat məbləğində pul vəsaitinin isə özləri üçün xidmət haqqı adı ilə verilməsinin zəruri olmasını 2018-ci ilin noyabr ayında qabaqcadan əlbir olduğu qeyrisi vasitəsilə cinayətdən xəbərsiz Şahid2 məxsus Sumqayıt şəhəri, 9-cu və 10-cu mikrorayonlar arasında yerləşən “Çinar” adlı kafedə görüşləri zamanı yalandan bildirib, Zərərçəkmiş şəxs1 razılığını qeyrisi vasitəsilə almaqla onunla sövdələşib, həmin adla 26 noyabr 2018-ci il tarixdə ünvan 3əşən “Bizim Market” mağazasının qarşısında 30.000 manat, 27 noyabr 2018-ci il Bakı şəhəri, Yasamal rayonu, X32 küçəsi 157 ünvanında yerləşən 3 saylı “ASAN” xidmət mərkəzinin yaxınlığında 5.000 manat olmaqla ümumilikdə 35.000 (otuz beş min) manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olduğu qeyrisi vasitəsilə Zərərçəkmiş şəxs1 alıb, görüntü yaratmaq məqsədi ilə qrup üzvləri ilə aralarında əvvəlcədən əldə edilmiş ümumi razılığa uyğun olaraq, qabaqcadan əlbir olduğu digər şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil telefonla Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 2018-ci ilin dekabr ayında zəng edərək özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Konsitutusiya Məhkəməsinin rəhbər vəzifəli şəxsi kimi təqdim edib, Şahid3 uşaq tələbi mübahisəsi ilə bağlı yuxarı instansiya məhkəməsində müsbət qərar qəbul ediləcəyini aldatmaqla bildirib, Zərərçəkmiş şəxs1 inam yaratdıqdan sonra, yenidən cinayətkar niyyətlərini davam etdirərək qrup üzvü kimi aralarında əvvəlcədən əldə edilmiş ümumi razılığa uyğun olaraq özü şəxsən istifadəsində olan ***-***-**-** saylı mobil telefonla Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə həmin tarixdə, yəni 2018-ci ilin dekabr ayında zəng edərək özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının vəzifəli şəxsi kimi təqdim edib, Şahid3 uşaq tələbi mübahisəsi ilə bağlı yuxarı instansiya məhkəməsində müsbət qərar qəbul ediləcəyini bir daha Zərərçəkmiş şəxs1 aldatmaqla bildirdikdən sonra, əldə etdikləri pul vəsaitini qeyriləri ilə aralarında bölərək şəxsi ehtiyaclarına xərcləyərək, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus cəmi 35.000 (otuz beş min) manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmiş, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi ilə əlaqədar hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədərək vahid niyyətlə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, sonradan Zərərçəkmiş şəxs1 qalan pul vəsaitini verməkdən imtina etdiyinə görə, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməllərini öz iradələrindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, həmin pul vəsaitini ondan ala bilməyib, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 65.000 (altmış beş min) manat məbləğində pul vəsaitini ona vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir.

86. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs, Şahid9 və Şahid8 müvafiq dövlət orqanlarının əməkdaşları olduqlarını bildirmiş, lakin onların adlarını qeyd etdikləri müvafiq dövlət orqanlarının rəsmi əməkdaşı olmadıqları müəyyən edilmişdir. Təqsirləndirilən şəxsin həmin hərəkətləri nəticəsində dövlət orqanlarının şəffaflığı və obyektivliyini şübhə altına qoymaqla həmin dövlət orqanlarının nüfuzuna xələl yetirmələri müəyyən edilmişdir.

87. Məhkəmə Təqsirləndirilən şəxs CM-in 29,178.3.2 və 310-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi nəticəsinə gələrkən ilk növbədə ona istinad etmişdir ki, o, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrində özünü ona ittiham elan edilmiş əməllər üzrə təqsirli bilməsə də, həmin ifadələrində faktiki olaraq törətmiş olduğu cinayət əməllərinin törədilmə üsulunu və mexanizmini açıqlamışdır.

88. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraatın ilkin mərhələsində ümumiyyətlə Zərərçəkmiş şəxs1 tanımadığını, ***-***-**-** mobil telefon nömrəsini istifadə etmədiyini, ***-***-**-** mobil telefon nmrəsini isə başqa şəxsə pay verdiyini, həmin nömrələrin kim tərəfindən istifadə edilməsinə dair məlumatı olmadığını, onun adından kimlərin Zərərçəkmiş şəxs1la danışmasını bilmədiyini qeyd etsə də, ibtidai istintaqın gedişində təqdim edilmiş təkzibedilməz sübutlar qarşısında Şahid9 deməsindən sonra özünün Zərərçəkmiş şəxs1 zəng edib özünün Azərbaycan Respublikası Prezident Administrasiyasının əməkdaşı kimi təqdim edərək Zərərçəkmiş şəxs1 məhkəmə məsələsi ilə bağlı 2000 manat pulun ona çatdığını bildirmişdir.

89. Məhkəmə, CPM-in 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 29,178.3.2 və 310-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vahid niyyətlə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir.

90. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. CPM-nin 21.2-ci maddəsinin tələblərinə görə Cinayət-Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.

91. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

92. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.

93. Təqsirləndirilən şəxs ifadələrində Şahid8 və Şahid9lə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını (Zərərçəkmiş şəxs1) külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmədiyini, qabaqcadan əlbir olan bir qrup şəxs qismində özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vahid niyyətlə vəzifəli şəxsin səlahiyyətlərini mənimsədiyini, tanışı Şahid9 xahişi ilə Zərərçəkmiş şəxs1la mobil telefonla əlaqə saxlayaraq Şahid9 ondan xahiş etdiyi kimi guya sonuncunun Zərərçəkmiş şəxs1 aldığı puldan 2000 (iki min) manatın ona çatdığını deyərək və özünü yalan Prezident Administrasiyasının əməkdaşı kimi təqdim edərək işi həll edəcəyini və narahat olmamasını bildirdiyini, həqiqətdə isə Şahid9lə Zərərçəkmiş şəxs1 arasında hansı münasibətin olmasını və digər məsələlərdən məlumatı olmadığını, habelə Şahid8 ümumiyyətlə tanımadığını, Şahid9 xahişi ilə mobil telefonla danışarkən hər hansı maddi və sair marağının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs qeyd edilən ifadələrində göstərdiyi işin faktiki hallarına uyğun olmayan xüsusatlar başqa hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığından məhkəmə həmin ifadələrə tənqidi yanaşaraq Təqsirləndirilən şəxs cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir.

94. Eyni zamanda, məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş Şahid9 və Şahid8 ifadələrinə məhkəmə tənqidi yanaşaraq qeyd edir ki, həmin ifadələrdə göstərilənlər məhkəmə iclasında tədqiq edilmiş hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığından inkar edilir. Həmçinin məhkəmə həmin ifadələrdə Təqsirləndirilən şəxs və onların özlərinin müdafiəsinə yönəlmiş xüsusatların iş materialları ilə hər hansı sübutla təsdiq edilmədiyini qeyd edir.

95. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etməsi, qabaqcadan əlbir olan bir qrup şəxs qismində özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vahid niyyətlə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməsi tam sübuta yetirildiyindən onun əməli yuxarıda qeyd edilənlər nəzərə alınmaqla CM-in 29,178.3.2 və 310-cu maddələri ilə tövsif edilməli və o həmin maddələrlə təqsirli bilinməklə ona cəza təyin edilməlidir.

96. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində (Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs olduğu epizoda münasibətdə) CM-in 29,178.3.2 və 310-cu maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 29,178.3.2 və 310-cu maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

97. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

98. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

99. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

100. CM-in 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması və qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törədilməsi cinayətin təhlükəli residivi yaradır.

101. CM-in 83-cü maddəsinin tələbinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Az ağır və ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən müvafiq olaraq iki və altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.

102. Məhkəmə CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində Zərərçəkmiş şəxs1 dəymiş ziyanın qismən ödənilməsini (hökmün 38-ci bəndi), habelə CM-in 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (hökmün 49-cu bəndi) onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.

103. Məhkəmə CM-in 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin təhlükəli residivinin olmasını (hökmün 54, 100 və 101-ci bəndləri), habelə CMin 310-cu maddəsi ilə nəzərdə tutulan cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini həmin Məcəllənin 61.1.3-cü maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar kimi müəyyən edir. Həmin Məcəllənin 65.1 və 65.2-ci maddələrinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz.

104. CM-in 63.3-cü maddəsinin tələbinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz.

105. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 29,178.3.2 və 310-cu maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

106. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz.

107. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirli bilindiyi hər bir cinayət əməlinə görə ayrılıqda cəza təyin edilməli, daha sonra CM-in 66.3cü maddəsinə əsasən cinayətlərin məcmusuna görə ona hazırkı iş üzrə qəti cəza təyin edilməlidir.

108. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

109. CM-in 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə şəxslərin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

110. Belə ki, hazırkı cinayət işi üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ağır və az ağır cinayət əməllərinə görə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını cəzaçəkmə müəssisəsində çəkməklə 7 sentyabr 2018-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, lakin törətdiyi ağır və az ağır cinayətlərə görə məhkumluğu ödənilmədən hazırkı cinayət əməlini törətmişdir (bax hökmün 54-cü bəndi).

111. CPM-in 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

112. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 27 may 2023-cü il tarixdə tutularaq müvəqqəti saxlama yerinə təhvil verilmiş və barəsində 28 may 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (bax hökmün 42-43-cü bəndləri). Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 4, i.v. 32-33; Cild 5).

113. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 may 2023-cü il tarixdən 28 may 2023-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və cəzaçəkməsinin əvvəli bu gündən, yəni 22 may 2024-cü il tarixdən hesablanmalıdır.

114. Zərərçəkmiş şəxs1 vurulan maddi ziyan tam ödənilmədiyindən məhkəmə hesab edir ki, iş üzrə vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququnun olması ona izah edilməlidir.

115. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

116. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş, səs yazılarının əks olunduğu 1 (bir) ədəd CD disk, “Whatsapp” mobil tətbiqi vasitəsilə aparılan yazışma mətnlərinin təsdiq edilmiş surətləri, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 3 (üç) ədəd CD disk, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş ödəmə qəbzlərinin surətləri cinayət işi materiallarında saxlanılmalıdır.

117. İş üzrə ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır.

118. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

119. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

120. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

121. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.3.2 və 310-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 may 2023-cü il tarixdən 28 may 2023-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 7 (yeddi) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 may 2024-cü tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından dərhal həbsə alınsın və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Taboruna və Bakı İstintaq Təcridxanasına həvalə olunsun. İş üzrə maddi sübut olmaqla Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş səs yazılarının əks olunduğu 1 (bir) ədəd CD disk, “Whatsapp” mobil tətbiqi vasitəsilə aparılan yazışma mətnlərinin təsdiq edilmiş surətləri, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 3 (üç) ədəd CD disk, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş ödəmə qəbzlərinin surətləri hazırkı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın, xüsusi müsadirə edilməli əmlakın və məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxs1 izah edilsin ki, vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında iddia qaldıra bilər. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar