Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-590/2020 08.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şöbəsinin prokuroru ədliyyə müşaviri X7, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Allahmanov Şöhrət Nəbi oğlunun, iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Tərtər rayonunun Qaynaq kəndində qeydiyyatda olmaqla, ünvan 1 mənzil 31 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilənTəqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs vahid niyyətlə əhatə edilən qəsdlə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə qohumu Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib pul verəcəyi təqdirdə həmin pulla Türkiyə Respublikası və Çin Xalq Respublikasından qadın və kişi paltarları gətirib “Binə” Ticarət Mərkəzində qeyrirəsmi icarə əsasında işlətdiyi obyektdə sataraq gündəlik satılan malın maya dəyərinin 15- 16 faizi məbləğində xeyr əldə edəcəklərinə, həmin xeyrin yarısını Zərərçəkmiş şəxs verəcəyinə, həmçinin verdiyi əsas pulu isə istədiyi vaxt götürə biləcəyinə dair yalan vəd verib aldadaraq sonuncunun Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Çinar küçəsində yaşadığı fərdi həyət evinin qarşısında xx xxxxxxxx 2018-ci il tarixdə həmin dövrə olan məzənnəyə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə 17.000 manat təşkil edən 10.000 ABŞ dolları, xx xxxxxxxx 2018-ci il tarixdə həmin dövrə olan məzənnəyə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə 59.500 manat təşkil edən 35.000 ABŞ dolları, 2018-ci ilin oktyabr ayının ortalarında həmin dövrə olan məzənnəyə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə 82.110 manat təşkil edən 48.300 ABŞ dollarını və 2018-ci il noyabr ayının əvvəllərində həmin dövrə olan məzənnəyə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə 166.600 manat təşkil edən 98.000 ABŞ dolları məbləğində nağd pulunu aldatma və etibardan sui-istifadə etməklə vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 325.210 manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun əminəvəsidir. Onlar bir-birilərinə əmioğlu deyə müraciət edirlər. Xaliqlə yaxın münasibəti olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Uzun müddətdir ki, “Binə” ticarət mərkəzində icarəyə yer götürərək geyim paltarları və cehizlik malların alqı-satqısı ilə məşğul olur. Əsasən yaxın tanışlarından götürdüyü pul hesabına Çin Xalq Respublikası və Türkiyə Respublikasından mallar sifariş vermişdir. Həmin malların satışından əldə olunan gəlirin əsas hissəsini pulu aldığı adama bir hissəsini isə özünə götürmüşdür. Bu üsulla demək olar ki, gəlirin çox hissəsini ona pul verən şəxslərə qazandırmışdır. Buna görə də o 2018-ci ilin yay aylarında Xaliqlə yaxın qohumların toy mərasimində görüşüb söhbət edən zaman ona işlərinin qaydasında getmədiyini başqa bir işlə məşğul olmaq istədiyini bildirmişdir. O da Xaliqə gördüyü iş barəsində məlumat vermiş və bu işdə xeyiri başqalarının qazandığını əgər Xaliq pul versə elə qazancı özü qazanacağını bildirmişdir. Xaliq da nağd pulunun olmadığını lakin bir ədəd avtomobili və iki ədəd evi olduğunu həmin əmlakları satıb onların pulu ilə birlikdə işləyə biləcəklərini bildirmişdir. Bundan sonra Xaliq bir dəfə də onun “Binə” ticarət mərkəzində icarə əsasında işlətdiyi cehizlik malları satdığı obyektə də gəlib baxmışdır. Bundan sonra Xaliq onunla birlikdə işləməyə razılıq vermişdir. Xaliq ona qeyd etdiyi iki ədəd evi və bir ədəd maşınını satıb təxminən 200.000 ABŞ dollarına yaxın pulu bu işə qoya biləcəklərini bildirmişdir. O da Xaliqə gün ərzində olan alış-verişin 15-16 faizi miqdarında qazanc əldə edə biləcəklərini və həmin pulun yarısının Xaliqə çatacağını bildirmişdir. Bu minvalla Xaliq xx xxxxxxxx 2018-ci il tarixdə yaşadığı Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Çinar küçəsində yerləşən evində ilk dəfə 10000 ABŞ dolları və həmin ünvandan xx xxxxxxxx 2019-cu il tarixdə 35000 ABŞ dolları pul vermişdir. Həmin 35 000 ABŞ dollarını da o özünə məxsus “Lexus 570” markalı avtomobilini 45500 ABŞ dolarına satdıqdan sonra həmin pulun üzərindən götürərək ona vermişdir. Həmin 45000 ABŞ dollarına bir ədədi bütün xərcləri ilə birlikdə 1000 ABŞ dollarına olmaqla 45 ədəd şuba almışdır. O həmin şubaları Çin Xalq Respublikasından bazarda işləyən İsa adlı tanışı vasitəsi ilə sifariş vermişdir. Həmin şubalar noyabr ayında artıq bazarda olmuşlar. Təxminən 2018-ci ilin oktyabr ayının ortalarında Zərərçəkmiş şəxs Xətai rayonu ərazisində olan 3 otaqlı mənzilini onun iştirakı ilə 98000 ABŞ dollarına sataraq həmin pulu yaşadığı evdə ona vermişdir. Həmin ayın sonlarında da Xətai rayonu ərazisində yerləşən 1 otaqlı mənzilini 48300 ABŞ dollarına sataraq həmin pulu ona vermişdir. Lakin Xaliq həmin mənzilin pulunun əvəzində əldə etdiyi gəlirdən götürdüyü pulun 2 faiz məbləğində pul ödəməli olduğlarını bildirmişdir. O da onun təklifi ilə razılaşmışdır. Sonradan aldığı pula Türkiyə Respublikasında və ÇXR-dan qadın geyimləri gətirmişdir. O Azərbaycana 100000 ABŞ dollarlıq paltar gətirmiş və həmin paltarın maya dəyəri 60000 ABŞ dolları olmuş, 40000 ABŞ dolları isə digər xərclərə sərf olunmuşdur. Həmin mallar qış malları olduğundan onlardan o 30000 ABŞ dollarlıq mal satsa da 30000 ABŞ dolları ziyana düşmüşdür. Əvvəl qeyd etdiyi 45 ədəd şubanı da sataraq yaxşı qazanc əldə etmişlər və həmin pulu da Xaliqə vermişdir. Bundan başqa Xaliq ona 2 faizlə 30000 ABŞ dolları pul tapıb vermişdir. Həmin pulun faizini və 30000 ABŞ dollarını geri qaytarmışdır. 2018-ci ilin sentyabr ayından etibarən Xaliqə ayda 8-10 ABŞ dolları məbləğində pul vermişdir. Həmin pulun bir qismi əldə etdiyi gəlir olsa da qalan pul Xaliqin ona verdiyi pul olmuşdur. Çünki Xaliq özünə pul lazım olduğunu bildirərək ondan pulu geri istəyir və həmin pulu geri qaytaracağını demişdir. O 2019-cu ilin sentyabr ayına qədər Xaliqə ümumilikdə 120000 ABŞ dolları pul qaytarmışdır. Qalan pulu da qeyd etdiyi kimi gətirdiyi mallara görə zərər etmişdir. Təxminən 20000 ABŞ dolları məbləğində həmin malları verdiyi şəxslərin ona borcu olmuşdur. Hazırda onun Xaliqə 71300 ABŞ dolları borcu qalmışdır. O vergi ödəyicisi kimi qeydiyyatdan keçməmiş, vergi ödəməmiş və malların gətirilməsi barədə heç bir sənədi və ya hesabatı olmamışdır. Bildirmişdir ki, özü 3-cü qrup, himayəsində olan oğlu isə 1-ci qrup əlildir, ailənin yeganə qazanc gətirənidir, hal-hazırda törətdiyi əməldən peşmandır və zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəyərək, onunla barışmışdır. Cəza təyin edilərkən bütün bu xüsusatların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən 2018-ci ilin yay aylarında uzaq qohumu olan Təqsirləndirilən şəxs ilə toyda görüşmüşlər. Söhbət zaman Təqsirləndirilən şəxs ona “X8 iki ədəd yer icarəyə götürərək orda paltar və yataq dəstləri satdığını və həmin puldan da yaxşı gəlir gəldiyini bildirmişdir. Elmir hazırda Masallıdan olan “talış uşaqlarla” işlədiyini bildirmişdir. Yəni həmin adamlar ona pul verir və həmin pulla o mağazaya mal alır. Bunun qarşılığında həmin pul verən adamlar yaxşı gəlir götürür. Əgər o pul verə bilsə elə pulu özü qazanacağını bildirmişdir. O da Elmirə maddi sıxıntıları olduğunu və buna görə də evini və avtomobilini satıb hər hansı bir bizneslə məşğul olmaq istədiyini bildirmişdir. O bir dəfə də Elmirlə birlikdə X8 yerləşən mağazasına gedib baş çəkmişdir. O görmüş ki, həqiqətən də onun “Binə” ticarət mərkəzində iki ədəd böyük obyekti var və orada bahalı qataq dəstləri olmuşdur. O həqiqətən də onun mağazaları olduğunu gördüyündən və eləcə də onunla qohum olduğundan ona pul vermək qərarına gəlmişdir. Elmir ona bildirmiş ki, hər gətirdiyi mala görə həmin malın aldığı pulun 15-16 faizi miqdarında pul qazanır. Elmir ona nə qədər çox pul versə bir o qədər qazancının çox olacağını bildirmişdir. O da ona nağd pulu olmadığını lakin Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən iki mənzilini və ona məxsus olan “Lexsus 5.7 markalı” avtomobilini sataraq pulunu həmin işə qoya biləcəklərini bildirmişdir. Bundan sonra 2019-cu ilin yay aylarında Elmir onun iki ədəd mənzilini 146300 ABŞ dollarına avtomobilini isə 45500 manata satmışdır. Həmin puları da Elmir götürmüşdür. Bundan başqa Elmir ona əlavə də pul tapsa gəlir daha çox olacağını bildirmişdir. O da faizə 30000 ABŞ dolları daha sonra 10000 ABŞ dolları faizə pul götürmüş və həmin pulları yaşadığı Novxanı qəsəbəsində Elmirə vermişdir. Həmin pulların faizini də qazandığı puldan vermişlər. Daha sonra faizə pul verən şəxslər pullarını tələb etdiyindən Elmirdən 40000 ABŞ dolları götürərək faizə pul götürdüyü şəxslərə qaytarmışdır. Həmin ərəfələrdə yəni 2018-ci ilin sentyabr ayından etibarən Elmir ona ayda 8000-9000 ABŞ dolları civanında pul vermişdir. Elmir 2019-cu ilin sentyabr ayına qədər pul vermişdir. Bu üsulla Elmir ona 80000-90000 ABŞ dollarına yaxın pul vermişdir. Lakin Elmirin ona verdiyi pul gördükləri işdən əldə olunan qazanc olduğundan o Elmirin verdiyi ümumi, yəni 193 000 ABŞ dollarını tələb etmişdir. Birinci dəfə Elmirə xx xxxxxxxx 2018-ci il tarixdə 10.000 ABŞ dolları vermiş, özünə məxsus “Lexsus” markalı avtomobilini Elmirin vasitəsi ilə sataraq ona xx xxxxxxxx 2018-ci il tarixdə 35.000 ABŞ dolları vermişdir. Təxminən 2018-ci ilin oktyabr ayının ortalarında Elmir onun ünvan 2 ünvanında tikilən binada olan bir otaqlı mənzilini öz tapdığı müştəriyə 48.300 ABŞ dollarına daha sonra isə 2018-ci il noyabr ayının əvvəllərində həmin ünvanda yerləşən 3 otaqlı mənzilini 98.000 ABŞ dollarına sataraq həmin pulları yaşadığı Sumqayıt şəhəri Novxanı qəsəbəsi, Çinar küçəsində yerləşən fərdi evinin qarşısında ona vermiş və o da birgə iş görməsi üçün Elmirin özünə qaytarmışdır. Bildirmişdir hazırda Elmir ona olan borcunu tamamilə ödəmiş, onun Elmirə qarşı şikayəti və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun uzaq qohumudur. Onunla normal münasibəti olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Təxminən 2016-cı ilin payız aylarında Xaliq Əlimməmmədov onunla əlaqə saxlayaraq özünə məxsus olan “Lexus 5.7” markalı avtomobilini onun adına keçirtmək istədiyini bildirmişdir. Çünki həmin avtomobil onun sürücüsünün adında olmuş və o həmin sürücünü ona məlum olmayan səbəbdən işdən çıxartmışdır. O da Xaliq Əlimməmmədov ilə razılaşaraq avtomobili onun adına keçirtməyə razılıq vermişdir. Bundan sonra avtomobili onun adına keçirtdikdən sonra o Xaliqin sürücüsünə avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Bundan xeyli müddət sonra təxminən 2018-ci ilin payız aylarında Xaliq onunla əlaqə saxlayaraq həmin avtomobili satmaq istədiyini və müvafiq sənədləşmə aparılması üçün Baş Dövlət X13 gəlməsini bildirmişdir. O da Xaliqin dediyi kimi həmin yerə getmiş, Xaliq özü də oraya gəlmiş və onun yanında bir neçə nəfər başqa adam da olmuşdur. Orada müvafiq sənədləşmə aparıldıqdan sonra Xaliq avtomobili tanımadığı şəxsə satmışdır. O Xaliqin avtomobili kimə və neçəyə satdığını, həmçinin avtomobilin satışından əldə olunan pulu nəyə sərf etdiyini bilməmişdir. Lakin bundan bir müddət sonra onun məlumatı olmuşdur ki, Xaliqin qohumu olan Təqsirləndirilən şəxs Xaliqi aldadaraq külli miqdarda pulunu ələ keçirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, həmyerli kimi tanıyır. Elmir də onun kimi X8 həmin bazar açıldığı vaxtdan yer icarəyə götürərək cehizlik əşyaların satışı ilə məşğul olurdu. Zərərçəkmiş şəxs da tanıyır, onların hər ikisi ilə normal münasibəti olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Onlar arasında olan mübahisədən heç bir məlumatı olmamış, sonradan o Elmirlə Xaliq arasında pul məsələləri ilə bağlı mübahisə baş verdiyini eşitmişdir. Söhbətlərin birində Zərərçəkmiş şəxs ona bildirmiş ki, Elmir onun işlədiyi mağazanı Xaliqə göstərərək həmin mağazanın ona məxsus olduğunu və Xaliqin verdiyi pulla orada geyim əşyaları satacağını bildirmişdir. O Xaliqinin Elmirə nə qədər pul verdiyini, həmin pulu nə məqsədlə verdiyini bilməmişdir. O əvvəllər 2006-2007-ci illərdə Elmirin satıcısı olmuş, təxminən 2015-2016-cı illərdə də qardaşı X9 satıcısı işləmişdir. Lakin nə onun nə də qardaşının həmin zaman Elmirlə işləmədiyinə görə onlar arasında olan mübahisə barəsində heç bir məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun əmisi, Təqsirləndirilən şəxs isə onların uzaq qohumlarıdır. Onun Təqsirləndirilən şəxsla normal münasibəti olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. O Elmirin “Binə” ticarət mərkəzində icarəyə yer götürərək geyim paltarları və cehizlik malların alqı-satqısı ilə məşğul olduğunu bilmişdir. Təxminən 2018-ci ilin oktyabr aylarında Zərərçəkmiş şəxs Elmirin ona birlikdə işləmək təklif etdiyini, bunun üçün pul lazım olduğunu demişdir. Elmir əmisinin pul verəcəyi təqdirdə onun pulu ilə xaricdən Azərbaycana geyim əşyaları gətirib, “Binə” ticarət mərkəzində işlədiyi mağazada satıb yaxşı qazanc əldə edəcəklərini, istədiyi vaxtda da işə görə verdiyi pulu, yəni “mayanı” geri ala biləcəyini, görəcəkləri işdə ziyana düşmək ehtimallarının olmadığını bildirmişdir. Əmisi də Elmirin qohum olduğunu, onu heç vaxt aldatmayacağını bildirərək onunla işləmək, yəni ona pul vermək qərarına gəlmişdir. Təxminən 2010-2011-ci illərdə Zərərçəkmiş şəxs özünə ünvan 2 ünvanında tikilən binanın 15-ci mərtəbəsində üç otaqlı 148.6 kvadrat metr sahəsi olan 113 nömrəli və bir otaqlı 64.4 kvadrat metr sahəsi olan 114 nömrəli mənzilləri onun adına almışdır. Buna görə də əmisi həmin mənzilləri satıb pulunu Elmirə vermək istədiyini bildirmişdir. Bundan sonra xx xxxxxxx 2018-ci il tarixdə əmisi ona zəng edərək Elmirin bir otaqlı mənzil üçün müştəri tapdığını bildirmiş, o da Elmirlə əlaqə saxlayaraq onunla satacaqları binanın qarşısında görüşmüş və həmin vaxtı Elmirin yanında bir nəfər müştəri də gəlmişdir. Orada binanı tikən şirkətin nümayəndəsinin yanında müqavilə bağlanmış, o da notarial qaydada ərizə yazaraq mənzildən imtina etdiyini bildirmiş, lakin həmin mənzilin satılmasına görə ona pul verilməmiş, mənzilin neçəyə satılmasını da bilməmişdir. Həmin vaxtı mənzili alan şəxs pulu Elmirə vermiş, bundan sonra əmisi onun adına olan digər mənzili də satmaq istədiyini bildirmişdir. Buna görə də xx xxxxxx 2018-ci il tarixdə yenə də eyni qaydada Elmirlə əlaqə saxlamış, həmin müştərini də Elmir gətirmişdir. O formal qaydada müqavilələrə imza edib ərizə yazmış, Buna görə də hər iki mənzilə görə müştərinin Elmirə nə qədər pul verdiyini, Elmirin həmin pulu əmisinə veribvermədiyini bilməmişdir. Bundan sonra Elmirin əmisinin idarə etdiyi “Lexsus” markalı avtomobilini də satdığını bilmiş, bir müddət əmisi və Elmirin münasibətləri normal olsa da sonradan onun məlumatı olmuşdur ki, Elmir əmisini aldadaraq onun külli miqdarda pullarını ələ keçirmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir. (iş vərəqə 53-55) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəsinə qiymət verərək belə nəticəyə gəlir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun gəlmir və öz məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Çünki onun məhkəmədə verdiyi ifadəsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tam təkzib olunmuşdur. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmədə verdikləri ifadələrini, eləcə də digər sənədləri tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqlarını əldə edərkən, hər hansı öhdəliyini yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqları əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərərçəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 81-82) İş materiallarında olan Tərtər rayonu İHB-nın Qaynaq kənd X10 üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan, xasiyyətnamədən, nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birgə yaşamış və müsbət xarakterizə olunur. (iş vərəqə 107-112) İş materiallarında olan AR Əmək və X6 Nazirliyinin X1 xx.xx.2020-ci il tarixli məlumatından, Tərtər rayon poliklinikası tərəfindən verilmiş çıxarışlar və onlara əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 3-cü dərəcəli əlildir və onda “şəxsiyyətin paranoid pozuntusu” xəstəliyi vardır. Həmçinin, iş materiallarında olan AR Əmək və X6 Nazirliyinin X1 xx.xx.2019-cu il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs oğlu X5 1-ci dərəcəli əlildir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış, notarial qaydada təsdiq edilmiş xx xxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tam şəkildə ödəmişdir, hal-hazırda ona qarşı şikayəti və ya tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, müsbət xarakterizə olunmasını, əməlini qismən etiraf edərək peşmançılıq çəkməsini, özünün 3-cü qrup və himayəsində olan oğlu X3 isə 1-ci qrup əlil olmalarını, zərərçəkmiş şəxslə barışmasını, ona vurulmuş ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayəti və ya tələbinin olmamasını, ailənin yeganə qazanc gətirəni olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İşdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal olduğundan və ağırlaşdırıcı hallar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cəza təyin edilərkən, təqsirləndirilən şəxsə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında, yəni sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğundan ona təqsirli bilindiyi maddələrinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş cəza şərti olaraq tətbiq edilməli və üzərində sınaq müddəti müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 4(005)-1231/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2019-cu il tarixdə həbs qətimkan tədbiri seçilmiş və onun həbsdə saxlanılma müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır.(iş vərəqə 78-80) Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2019-cu il tarixdə həbs qətimkan tədbiri seçildiyindən, onun hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət, yəni 08 ay 15 gün ona təyin edilmiş qəti cəzadan çıxılmalıdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X4 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesabına 120 manat miqdarında pul ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Allahmanov Şöhrət Nəbi oğluna Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 120 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 il müddətəazadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni 08 ay 15 gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 04 il 03 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sabunçu rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun. Barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X4 təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesabına 120 manat miqdarında pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Allahmanov Şöhrət Nəbi oğluna təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 120 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-590/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-590/2020
08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver