Məhkəmə qərarları › İş №1(101)-590/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-590/2021

27.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-590/2021 27.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X15 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxsin hüquqi varisi X3, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Kəngərli və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 1 iyun 1989-cu il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2020-ci il sentyabrın 10-da saat 18 radələrində idarə etdiyi “Mercedes E-Class” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində “Elmar” marketin yaxınlığında taksi fəaliyyəti ilə məşğul olarkən “Renault Megane” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən əvvəllər tanımadığı Zərərçəkmiş şəxs onun avtomobilinin yanında saxlayaraq yaxınlıqda olan şirniyyat mağazasının qarşısında dayanan tanımadığı biri 18 yaşlarında, digəri 50 yaşlarında olan qadınlara söz atmış, həmin qadınların Zərərçəkmiş şəxs bu hərəkətinə pis olduğunu görüb sonuncuya onlara sataşmamasını və oradan getməsini desə də, Zərərçəkmiş şəxs onu dava-dalaşa sürükləyici söhbətlər edərək bir neçə dəfə təkid etdikdən sonra onu avtomobilinə əyləşdirmiş və Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən idman kompleksinin yaxınlığında olan tikinti üçün ayrılmış boş əraziyə aparmış və orada ona olduqları ərazinin insanlardan kənar olduğunu və onlara heç kimin müdaxilə edə bilməyəcəyini bildirərək barmaqları ilə onun sinəsinə sərt şəkildə vurduqdan sonra onlar arasında əlbəyaxa dava başlamış və o, Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr endirdikdən sonra sonuncu yerə yıxılmış və onun ünvanına nalayiq ifadələr işlədərək öldürəcəyini demiş, o isə Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsindən əsəbləşərək qisas almaq niyyəti ilə sonuncunu qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə yumruq-təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək beyin toxumasına, qişalarına və mədəciklərinə qansızma, beyin kötüyünə qansızma və ənsə sümüyünün xətti sınığı ilə müşayiət olunan başın yumşaq toxumalarına qansızma və dərialtı hematoması, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid, sağ ağciyərə qansızma ilə müşayiət olunan döş qəfəsinin sağ yan səthinin yumşaq toxumalarının altına qansızma və burun sümüyünün sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançırı və səthi əzilmiş yarası həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid, alt dodağın selikli qişasının əzilmiş-cırılmış yarası və qansızması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, üst göz qapağının və çənənin ön səthinin qançırları, hər iki dizin ön səthinin, sol dirsəyin sıyrıqları və üst dodağın selikli qişasına qansızma ilə müşayiət olunan həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan dərəcəsi təyin olunmayan xəsarətləri yetirib Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə baş verən günədək taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. Sonuncu dəfə 2020-ci il sentyabrın 10-da saat 18 radələrində 18-ci mikrorayon dairəsi “Elmar” marketin yaxınlığında metalik rəngli “Mercedes E-Class” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilində olmuş və taksi fəaliyyəti ilə məşğul olduğundan müştəri gözləmişdir. Həmin vaxt onun kimi taksi fəaliyyəti ilə məşğul olan tünd boz rəngli “Mercedes E-190” markalı avtomobili idarə edən tanışı Şahid2 də orada olmuşdur. Bu zaman tünd rəngli “Renoult” markalı avtomobil maşınının yanında saxlamış, həmin avtomobili 30-35 yaş arası, normal çəkidə, qara saçlı, qarayanız bir oğlan idarə etmişdir. O həmin ərazidə taksi fəaliyyəti ilə məşğul olmasına baxmayaraq adını sonradan bildiyi Zərərçəkmiş şəxs tanımamış və sonuncunun maşınının üzərində taksi işarəsi olmamışdır. Həmin vaxt onların dayandıqları yerin yanında, şirniyyat dükanının qarşısında yaşları təxminən 18 və 50 olan 2 qadın dayanmışdır. Zərərçəkmiş şəxs da həmin xanımlara söz atmışdır. O, əvvəlcə sakit dursa da, sonra xanımların Zərərçəkmiş şəxs bu hərəkətini bəyənmədiyini görüb sonuncuya “düz hərəkət etmirsən, hamının anası-bacısı var, dayanma burda, çıx get” demişdir. Bu zaman Zərərçəkmiş şəxs ona “sənlik deyil, sənə istisoyuğu yoxdur” deyəndə o, yenə də təmkinlə buna ehtiyac olmadığını və getməsini demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs eqoistcəsinə dikbaş şəkildə “əə gəl görüm bura” deyəndə sonuncuya “sözün varsa düş aşağıda söhbət edək” demiş, Zərərçəkmiş şəxs isə eyni ifadələri bir neçə dəfə təkrarlayıb ona maşına minməyini demişdir. Bundan sonra o da Zərərçəkmiş şəxs maşınının ön oturacağına əyləşmiş və bu zaman Zərərçəkmiş şəxs sürətli şəkildə maşını üzü 18-ci mikrorayon istiqamətində sürməyə başlamışdır. O, Elgündən haraya getdiklərini soruşduqda sonuncu “ala dayan da, görəcən indi hara gedirik” demişdir. O, Zərərçəkmiş şəxs bir neçə dəfə maşını saxlamasını desə də, sonuncu maşını saxlamamış və 17-ci mikrorayon ərazisində idman kompleksinin yaxınlığında boş bir ərazinin qarşısında dayanmışdır. Həmin vaxt Şahid2 onların mübahisə etdiklərini görüb arxalarınca düşmüş, lakin Zərərçəkmiş şəxs maşını çox surətli sürdüyündən Mirsahil onları tapa bilməyib Saray qəsəbəsi istiqamətində getmişdir. Onlar maşından düşdükdən sonra həmin boş əraziyə daxil olmaq üçün köhnə setkalı taxta qapını açıb girmişlər və Zərərçəkmiş şəxs qapını arxadan əli ilə bağlamışdır. Zərərçəkmiş şəxs onu həmin ərazidə sol tərəfdə olan köhnə tikilinin qabağına tərəf apardıqdan sonra “bura krıtı yerdir, bizim yerdir, burda it-qurd olmur, indi de görüm nə deyirsən” deyib onu əli ilə itələmişdir. O dava etmək istəməsə də, Elgün onu buna məcbur etmişdir. Zərərçəkmiş şəxs bir neçə dəfə bu cür hərəkətlər etdikdən sonra sinəsindən barmaqları ilə vurmuş və aralarında dava düşmüşdür. O da Zərərçəkmiş şəxs bir neçə zərbə endirmişdir. Bir yumruq zərbəsi Zərərçəkmiş şəxs burun nahiyəsinə dəymiş və sonuncu arxaya gedərək başı divara dəymişdir. Dava zamanı Zərərçəkmiş şəxs burnu bir az qanamışdır. Buna baxmayaraq Zərərçəkmiş şəxs ona zərbələr endirməyə davam etmişdir. Həmin zərbələr nəticəsində dodağından, başından və ayaqlarından kiçik xəsarətlər almışdır. Zərərçəkmiş şəxs onunla bacarmadığını görüb həmin ərazidən çıxmaq istəmiş, ancaq anidən ağzıüstə yerə yıxılmışdır. Kömək üçün Zərərçəkmiş şəxs arxasınca getdiyində oraya tanımadığı bir cavan oğlan gəlmiş və həmin oğlanla Zərərçəkmiş şəxs tanış olduğunu zənn edərək ona “mən dava etmək istəmirdim, özü məcbur etdi, mən problem istəmirəm, xahiş edirəm üzünə su vur ayılsın” deyib oranı qorxduğu üçün tərk etmiş və Şahid2 ilə zəngləşdikdən sonra sonuncu gəlib onu götürərək maşınının yanına düşürtmüşdür. Şahid2 baş verənlərlə bağlı danışıb sonuncudan hadisə yerinə getməyini, X12la əlaqə saxlayaraq Zərərçəkmiş şəxs kömək etməsini xahiş etmişdir. Bundan sonra o, dostu Şahid5 ilə görüşmüş və baş verən hadisə ilə bağlı ona danışmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs ölməyəcəyini düşündüyündən Şahid5 də bu hadisəni adi dava-dalaş zənn edib ona təskinlik vermişdir. Buna baxmayaraq o, tez-tez Şahid2 ilə telefon əlaqəsi saxlamış və sonuncu ona Zərərçəkmiş şəxs səhhəti ilə bağlı konkret bir söz deyə bilməmişdir. Sonuncu danışığında isə Şahid2 ona xəstəxananın həyətində olduğunu və dəqiq olmasa da, Zərərçəkmiş şəxs öldüyünü bildirmişdir. Bundan sonra o, Şahid5lə sağollaşıb evə getmiş və yolda 17-ci mikrorayon dairəsində taksi yoldaşı Şahid6 gördüyü üçün ona işarə edərək arxasınca gəlməsini demiş və sonuncu da ardınca evinə qədər gəlmişdir. O, evə girib çıxdıqdan sonra Şahid6 idarə etdiyi avtomobillə dostu Raminlə görüşmək üçün “Gənclik” metrostansiyası yaxınlığında yerləşən “Gənclik Mall” ticarət mərkəzinin qarşısına gəlmişdir. Həmin vaxt Ramin orada onu gözləmiş və Şahid6 yolda həyəcanlı olduğunu görüb nə baş verdiyini soruşsa da, hadisə barədə ona heç bir söz deməmişdir. Raminin yanına çatdıqdan sonra hadisə barədə sonuncuya danışmış və Zərərçəkmiş şəxs ölüb-ölmədiyini dəqiq bilmədiyini bildirmişdir. Bu zaman Ramin ona Sumqayıt ŞPİ-nin CAŞ-nin rəis müavini Şahid12 sinif yoldaşı olduğunu və sonuncudan Zərərçəkmiş şəxs ölüb-ölməməsini dəqiq maraqlanacağını demişdir. Ramin Şahid12lə danışıb Zərərçəkmiş şəxs öldüyünü bildikdən sonra o təslim olmaq üçün Sumqayıt şəhərinə gələcəyini demiş və bu zaman Şahid12 Sumqayıt şəhərinin girişində maşın bazarının qarşısında onları gözləyəcəyini bildirmişdir. Bundan sonra o, Raminlə sağollaşıb Şahid6lə birlikdə evə gedib qardaşı İsrafili də götürüb təslim olmaq üçün maşın bazarının qarşısına getmiş və çatdıqlarında orada Şahid12 yanında bir neçə polis əməkdaşı da olmuşdur. O, maşından düşdükdən sonra hadisəni törətdiyini və könüllü təslim olmaq üçün gəldiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Sumqayıt ŞPİ-nə, oradan da şəhər prokurorluğuna gətirmişlər. Zərərçəkmiş şəxsi əvvəllər görməmişdir. Elgünün qadınlara nə dediyini eşitməmişdir. O, Elgünün üz nahiyəsinə də vurmuş və yumruqlardan biri Elgünün dodağına dəymişdir. Elgün yıxıldığı zaman ona zərbə endirməmişdir. Elgünə neçə dəfə zərbə vurduğunu xatırlamır. Cüdo və sambo ilə məşğul olmuşdur. Hadisə baş verən yer torpaq və daşdan ibarət olmuşdur. Hadisə baş verən yerin yaxınlığında uşaqlar da olmuşdur. Zərərçəkmiş şəxs qadınlara əl ilə hərəkət etmişdir. Qadınlardan təxminən birinin 18, digərinin isə 45-50 yaşı olmuş və onların yanında başqa şəxslər də olmuşdur. Həmin qadınlar şirniyyat mağazasına girib çıxmamışlar. Şahid12 Ramin tanımış, Bəxtiyarla o, sinif yoldaşı olmamışdır. Hadisə baş verən gün evə tək getmişdir. O, Raminlə ona olan 200 manat borcunu ödəmək üçün görüşmüş və pulu ona vermişdir. Ramin aviabilet satışı ilə məşğul olmamışdır. O, hadisə zamanı özünə məxsus olan telefonu istintaq orqanına təhvil verməmişdir. Elgün hadisə zamanı onu su şlanqı ilə vurmuşdur. İstintaq orqanı ona təzyiq göstərməmişdir. İstintaqda 4-5 dəfə ifadə vermiş və həmin ifadələrin hamısını oxumamışdır. Hadisənin yaxınlığında təxminən yaşı 15-dən çox olmayan 10 nəfərə yaxın uşaq olmuş və baş verən hadisəni görmüşlər. Həmin uşaqların dindirilməsi ilə bağlı müstəntiqə hər hansı bir vəsatət verməmişdir. Elgünün dostlarının gələ biləcəyini fikirləşdiyindən X12a zəng etməyib həmin ərazidən getmişdir. Hadisə baş verdikdən sonra “Elmar” marketin yaxınlığında olan maşınını park etmək üçün “Elmar” marketin yanına gəlmiş, sonra isə İntiqamla görüşmüşdür. Raminin telefon nömrəsini xatırlamır. Elgünün baş nahiyəsinə zərbə vurmamışdır. O, Elgün ilə hadisə baş verən yerə gəldiyi vaxt Nurlan adlı şəxs orada olmuş, ancaq başı telefona qarışmışdır. Hadisə yerinə yaxın olan binalardan onlara kiminsə baxıbbaxmadığını bilməmişdir. Elgün 10-15 metr getdikdən sonra üzüüstə yerə yıxılmış və bu zaman Nurlan içəri girmişdir. Hadisə zamanı zərərçəkmiş şəxsin sinə və üz nahiyələrinə zərbə vurmuş, məqsədi onu özündən uzaqlaşdırmaq olmuşdur. Elgünün içkili olduğunu hiss etməmişdir. O, hadisə yerində olan zaman Elgün hələ sağ olmuşdur. Elgün arxasıüstə taxta qapı olan tərəfə yıxılmışdır. Hadisə zamanı Elgünün burnu qanamışdır. Əvvəllər həmin qadınları görməmişdir. İlk zərbəni Elgünün özü vurmuşdur. İbtidai istintaq zamanı verdiyi həmin ifadələri oxuyan zaman tərəfindən deyilməyən cümlələri müstəntiqə bildirmiş, müstəntiq də onu aldadaraq həmin cümlələrin protokoldan çıxarılacağını demişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində bildirmişdir ki, Zərərçəkmiş şəxsla dava etmək istəməsə də, sonuncu onu buna məcbur etmişdir. Zərərçəkmiş şəxs bir neçə dəfə bu cür hərəkətlər etdikdən sonra onun sinəsini barmaqları ilə vurmuş və onların arasında dava düşmüşdür. O, Zərərçəkmiş şəxs bir neçə dəfə baş nahiyəsindən, bədəninin müxtəlif nahiyələrindən yumruq-təpiklə zərbələr endirmişdir (cild 1, iş vərəqə 58-62; 89-93). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi həmin ifadələri iş materiallarına və işin hallarına uyğun olduğundan məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla tam sübuta yetirildi. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində bildirdi ki, mərhum Zərərçəkmiş şəxs qardaşı olmuşdur. Qardaşı taksi fəaliyyəti ilə məşğul olmuşdur. Sonuncu dəfə 7 sentyabr 2020-ci il tarixdə Elgünün ad günü olduğu üçün atasının bağında ailəlikcə yığışıb doğum günü qeyd etmişlər. Həmin gün Elgünün əhval-ruhiyyəsi yerində olmuş və hər hansı problemi ilə bağlı bir söz deməmişdir. 10 sentyabr 2020-ci il tarixdə təxminən saat 16:45-də hal-əhval tutmaq üçün Elgünə zəng etmişdir. Telefon danışığı zamanı Elgünün səsindən içkili olduğunu hiss etmiş və sonuncudan bu barədə soruşduqda ona “Baba” ləqəbli dostu Şahid8 “Milli Xörəklər” kafesində pivə içdiyini bildirmişdir. Bundan sonra qardaşı ilə axşam görüşəcəkləri barədə razılığa gəlib sağollaşmışlar. Həmin vaxt Bakı şəhərində olmuş və saat 18 radələrində Saray qəsəbəsi yolu ilə Sumqayıt şəhərinə qayıdarkən anası Yeganə İsmayılova zəng edib Elgünün dava etdiyini demişdir. O bu xəbəri bir o qədər də ciddiyə almamışdır. Bu zəngdən təxminən 5 dəqiqə sonra başqa bir nömrədən zəng gəlmiş və tanımadığı bir cavan oğlan Elgünün qardaşı olub-olmadığını və harada olduğunu soruşduqda o həmin şəxsə yerini deyib Elgünün qardaşı olduğunu bildirmişdir. Həmin vaxt telefonda kənardan qardaşının arvadı Səidə İsmayılova ilə qardaşı oğlu Kamran İsmayılovun ağlaşma səsini eşitdikdə nəsə pis bir hadisənin baş verdiyini başa düşüb həmin şəxsdən harada olduqlarını soruşmuş və sonuncu ona olimpiya kompleksinin yanında olduğunu dedikdən sonra oraya getmişdir. Hadisə yerinə çatdıqda qardaşı Zərərçəkmiş şəxs yerdə hərəkətsiz vəziyyətdə uzandığını, ətrafda çoxlu insanların toplaşdığını və X12 avtomobilini görmüşdür. Həmin vaxt X12 əməkdaşlarının qardaşına yaxın durmadığını görüb onlardan nə baş verdiyini soruşmuş, ona Elgünün öldüyü bildirilmişdir. Elgünün kiminləsə düşmənçiliyi və ədavəti olmamışdır. Elgünün nəyə görə öldürüldüyünü bilməmişdir. Təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid7 Ələddin oğlu ifadəsində bildirdi ki, qardaşı Təqsirləndirilən şəxs hadisədən əvvəl metalik rəngli “Mercedes E-Class” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. Teymur adətən Sumqayıt şəhəri, 18-ci mikrorayon dairəsi, “Elmar” marketin yaxınlığında dayanıb müştəri toplamışdır. Sonuncu dəfə 2020-ci il sentyabrın 10-da qardaşı Teymur iş qrafikinə görə evdə olmuş, saat 18:45-də Teymur ***-***-**-** saylı mobil nömrəsi ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində bir cavan oğlanla dalaşdığını və evə gəldiyini demişdir. Həmin vaxt Teymurdan kiminlə dalaşdığını soruşduqda həmin şəxsi tanımadığını bildirmişdir. Teymurun səsinin həyəcanlı gəldiyini görüb tez evə gəlməsini tapşırmışdır. Buna baxmayaraq Teymurun evə gəlmədiyini görüb bir neçə dəfə onunla əlaqə saxlamış və Teymur bir azdan gələcəyini demişdir. Təxminən birinci zəngindən 40 dəqiqə sonra Teymur evə gəlmişdir. Teymur ona saat 18 radələrində 18-ci mikrorayon dairəsi, “Elmar” marketin yaxınlığında avtomobilində müştəri gözləyərkən tünd rəngli “Renoult” markalı avtomobilin yanında saxladığını, avtomobili idarə edən cavan oğlanı tanımadığını, dayandığı yerin yanında həmin şəxsin 2 xanıma söz atdığı üçün onların arasında mübahisə olduğunu, bu mübahisədən sonra adını sonradan bildiyi Elgünün qardaşı Teymuru təkidlə maşınına otuzdurub kənar yerdə mübahisəsini davam etdirmək istədiyini, Teymur isə bir neçə dəfə Elgünə buna ehtiyac olmadığını bildirsə də, sonuncunun təkidlə Teymuru öz maşınına otuzdurub yaşadığı yerə yaxın olan 17-ci mikrorayon ərazisindəki boş ərazidə saxladığını və həmin ərazidə Teymuru dava etməyə sürüklədiyini, bundan sonra onların arasında yumruq-təpik davası olduğunu, davanın sonunda Zərərçəkmiş şəxs həmin ərazini tərk etmək istəyərkən ağzıüstə yerə yıxıldığını, qardaşı Təqsirləndirilən şəxs bunu görüb qorxduğundan orada olan başqa cavan oğlana Zərərçəkmiş şəxs su verməsini və kömək etməsini xahiş etdikdən sonra oradan ayrıldığını demişdir. Teymur baş verənlər barədə ona danışdıqdan sonra Sumqayıt şəhərində olan tanıdıqları ilə əlaqə saxladıqda Zərərçəkmiş şəxs hadisə yerində keçindiyini, lakin X12 maşınının onu xəstəxanaya apardığını öyrənmişdir. O, xəstəxana ilə də əlaqə saxladıqda Zərərçəkmiş şəxs öldüyü bildirilmişdir. Teymur özü gedib polisə könüllü təslim olmuşdur. Qardaşı Teymur polisə könüllü olaraq təslim olmağa gedəndə o da qardaşı ilə getmişdir. Onları Sumqayıt şəhərinin girişində əməliyyat müvəkkili Bəxtiyar müəllim qarşılamışdır. O, hadisə baş verən gün Sumqayıtda olmuş, hadisə yerinə getməmişdir. Həmin gün Bakıya getməmişdir. O, polis idarəsinə taksi ilə, qardaşı isə polis əməkdaşlarının xidməti maşını ilə getmişdir. Qardaşı evə axşam saat 7-8 radələrində gəlmiş və evdə təxminən 1 saat olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs 1 ildən çoxdur ki, tanıyır. Belə ki, Təqsirləndirilən şəxs da onun kimi taksi sürücüsü olmuş və ikisi də həmişə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Elmar” marketin qarşısında dayanaraq Bakı-Sumqayıt yolu üzrə sərnişin gözləmişlər. 10 sentyabr 2020-ci il tarixdə axşamüstü saat 18 radələrində həmişə olduğu kimi Bakı şəhərinə sərnişin daşımaq üçün “Mercedes-190” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Elmar” marketin qarşında dayanmışdır. Orada olarkən Təqsirləndirilən şəxs da “Mercedes” markalı avtomobilinin baqajında oturub sərnişinlərin gəlməsini gözləmişdir. Təxminən 10-15 dəqiqə sonra bir avtomobil onların olduğu yerə yaxınlaşmışdır. Həmin avtomobil bir neçə dəqiqə orada qaldıqdan sonra Təqsirləndirilən şəxs həmin avtomobildəki adama tərəf baxaraq “nəyə baxırsan?” deyə səslənmişdir. O həmin adamın Zərərçəkmiş şəxs olduğunu sonradan öyrənmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs “Fərid” şirniyyat evinin qarşısında olan qızlara söz atmış, onları narahat etmişdir. Sonuncunun bu hərəkəti Təqsirləndirilən şəxs xoşuna gəlmədiyi üçün o, Zərərçəkmiş şəxs mədəni formada bu hərəkəti etməməsini bildirmişdir. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs bu sözlərinə kobud formada cavab vermiş, Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs kobud cavablarından sonra avtomobilə yaxınlaşıb pəncərədən başını içəriyə salaraq danışmağa başlamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs avtomobilini qırağa çəkməsini və danışmaq üçün düşməsini demiş, ancaq sonuncu təkidlə Təqsirləndirilən şəxs avtomobilə minməsini söyləmiş və bu sözündən sonra Təqsirləndirilən şəxs məcbur olub həmin avtomobilin qabaq oturacağına əyləşmişdir. Təqsirləndirilən şəxs avtomobilə əyləşən kimi Zərərçəkmiş şəxs avtomobili sürətli sürərək oradan ayrılmış və “Daş bazarı” istiqamətində getmişdir. Bundan təxminən 1-2 dəqiqə sonra avtomobilinə əyləşib Saray qəsəbəsi istiqamətində hərəkət etmişdir. Həmin vaxt istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonu ilə Təqsirləndirilən şəxs nömrəsinə bir neçə dəfə zəng etmiş, lakin sonuncu zənglərinə cavab verməmişdir. O, Zərərçəkmiş şəxs avtomobili “Daş bazarı” istiqamətində sürdüyünü nəzərə alaraq ətrafa baxmış, ancaq gözünə heç nə görünməmişdir. Buna görə də onların Saray qəsəbəsi istiqamətində getdiklərini düşünüb avtomobilini həmin istiqamətdə sürmüş, lakin Saray qəsəbəsində yerləşən “Panarama” adlı kafenin qarşısına qədər yolboyu onlar gözünə görünməmişdir. Bundan sonra o, yenə də bir neçə dəfə Təqsirləndirilən şəxs zəng etdikdən sonra sonuncu cavab verərək həyəcanlı səslə onu “Daş bazarı” tərəfdən gəlib götürməyini xahiş etmişdir. Təqsirləndirilən şəxsla danışdıqdan 3 dəqiqə sonra isə deyilən yerə çatmışdır. Çatan kimi Təqsirləndirilən şəxs avtomobilə oturmuş və “Elmar” marketin qarşısına sürməyini xahiş etmişdir. Bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla dalaşdığını, sonuncunun yaralandığını demişdir. Təqsirləndirilən şəxs ondan dalaşdığı yerə, yəni Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “İdman kompleks”i tərəfə getməyini, nə baş verdiyini öyrənməyini, eyni zamanda Zərərçəkmiş şəxs kömək etməyini xahiş etmişdir. O da Təqsirləndirilən şəxs “Elmar” market tərəfdə düşürdükdən dərhal sonra deyilən yerə getmiş, orada Zərərçəkmiş şəxs yerdə uzandığını və ətrafda çoxlu insanların olduğunu görmüşdür. Dərhal avtomobilindən düşərək bir müddət orada qalmışdır. Daha sonra Təqsirləndirilən şəxs zəng edərək baş verənləri danışmış, sonuncu isə hər şeyi özü qaydasına qoyacağını demişdir. Bir müddət keçdikdən sonra yenidən Təqsirləndirilən şəxs zəng etdiyi zaman sonuncunun qardaşı Şahid7 telefonu götürüb Zərərçəkmiş şəxs artıq öldüyünü, buna görə də Təqsirləndirilən şəxs təslim etməyə getdiklərini bildirmişdir. Teymurla Elgün gedəndən 1 dəqiqə sonra o da onların arxasınca getmişdir. O, hadisə yerinə tək getmişdir. Elgün arxası üstə yerə uzanmış, üst-başı qan olmuşdur. Teymuru “Daş bazarı” istiqamətində yolun kənarından götürmüş və 18-ci mikrorayon istiqamətinə gedib Teymuru orada düşürmüşdür. Onun Teymuru maşınla götürdüyü yerlə hadisə baş verən yer arasında 300-400 metr məsafə olmuşdur. Hadisə yerinə gedən zaman polis əməkdaşları hadisə yerində olmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 və Şahid3 Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində bildirdi ki, 10 sentyabr 2020-ci il tarixdə həmişə olduğu kimi saat 17 radələrində işdən çıxmış və təxminən bir saat yarıma Sumqayıt şəhərinə çatmışdır. Sumqayıta çatan kimi 17-ci mikrorayon ərazisində yerləşən “Ucuz market”ə gedib spirtli içki aldıqdan sonra oradan çıxmışdır. Marketdən ayrılıb telefonla danışaraq Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən “İdman kompleksi” tərəfə gəzərək gəlmiş və kompleksin qarşısındakı yolda daşın üzərində oturmuşdur. Saat 18:15 radələrində ani olaraq başını sağa tərəf döndərəndə yerə yıxılmış vəziyyətdə bir oğlan görmüş, dərhal telefon zəngini sonlandırıb oraya getmişdir. Yerdə üzü asfalta doğru yıxılmış vəziyyətdə olan adamı, yəni sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs qucaqlayıb divara tərəf oturtmaq istəmiş, ancaq bunu edə bilmədiyindən adamı düzünə istiqamətdə yenidən yerdə uzatmışdır. Həmin yaralıya yaxınlaşdığı zaman orada olan 165-170 sm hündürlükdə, girdə sifət, orta köklükdə, üzü bir az tüklü bir oğlan həmin yaralıya kömək etməyini və üzünə su vurmağını xahiş etmişdir. Sonradan həmin adamın Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs çox həyəcanlı görünmüş və günahının olmadığını, Zərərçəkmiş şəxs göstərərək sonunucunun onu davaya təhrik etdiyini demişdir. Təqsirləndirilən şəxs bu sözləri dedikdən sonra həmin yerdən sağ istiqamətə doğru irəliləyib oranı tərk etmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində tünd rəngli qısaqol köynək olmuşdur. Hadisə baş verən yerdə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və ondan başqa heç kim olmamışdır. Həmçinin Zərərçəkmiş şəxs burun hissəsi tərəfdə yüngülvari qan olduğunu, şalvarının da yaş olduğunu görmüşdür. Bundan sonra o həmin ərazidə oynayan azyaşlı uşaqlardan su gətirmələrini xahiş etmişdir. Uşaqlar suyu gətirdikdən sonra suyu Zərərçəkmiş şəxs üzərinə tökmüş, ancaq sonuncu yenə də hərəkətsiz vəziyyətdə qalmışdır. Zərərçəkmiş şəxs telefonunu tapıb yaxınlarına zəng etmək üçün sonuncunun ciblərinə baxmış, ancaq tapa bilməmişdir. Orada olan azyaşlı bir uşaq ona Zərərçəkmiş şəxs tanıdığını, qonşusu olduğunu, orada olan avtomobilin də Zərərçəkmiş şəxs məxsus olduğunu bildirmişdir. Telefonu tapmaq üçün avtomobilə baxmış, ancaq yenə də tapa bilməmişdir. Daha sonra həmin uşaqdan Zərərçəkmiş şəxs ailəsinə xəbər verməsini xahiş etmişdir. Artıq hadisə yerinə başqa insanlar da gəlmiş, onlar X12a və polisə zəng etmişlər. X12 avtomobili gələn kimi orada olan insanlarla birlikdə Zərərçəkmiş şəxs X12 avtomobilinə qoymuş, daha sonra isə evə getmişdir. Teymur özü Elgünə kömək etməmişdir. Elgünün üz nahiyəsində zədələr olmuş, öldüyünü X12 əməkdaşları demişdir. Elgünü yerdə görən zaman onunla mərhumun arasında 10-15 metr məsafə, orada olan uşaqlarla onların arasında isə 30-40 metr məsafə olmuşdur. Orada təxminən 10-15 nəfər uşaq olmuş, o həmin uşaqlara yaxınlaşmamışdır. Hadisə yerində hər hansı kəsici alət və ya küt əşya görməmişdir. Elgünə kömək edən zaman sonuncu hərəkətsiz olmuşdur. Elgünün gözləri açıq olmuş, ancaq gözləri tərpənməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid6 ifadəsində bildirdi ki, hadisə günü, yəni 10 sentyabr 2020-ci il tarixdə günün sonuna yaxın saat 19:40 radələrində həmişə taksi kimi dayandığı “Elmar” marketin yaxınlığına gəlmişdir. Oradan keçdiyi zaman Təqsirləndirilən şəxs da avtomobili ilə yanından keçmişdir. Təqsirləndirilən şəxs yanından keçərkən ona siqnal verərək ardınca gəlməyini demişdir. O da ilk başda Təqsirləndirilən şəxs birlikdə sərnişin aparmalı olduqlarından belə etdiyini zənn etmiş, buna görə də Təqsirləndirilən şəxs avtomobilini izləmiş, ancaq yolda olarkən işıqforun qırmızı işığına düşdüyündən Təqsirləndirilən şəxs itirmiş və sonra öz istifadəsində olan ***-***-**-** saylı nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan (+**********) saylı mobil nömrəsinə zəng etmişdir. Təqsirləndirilən şəxs telefonuna cavab verdiyi zaman sonuncuya yolu itirdiyini demiş, Təqsirləndirilən şəxs isə qabaqda onu gözlədiyini bildirmişdir. Bundan sonra onlar Saray qəsəbəsində yerləşən “internatın kruqu” deyilən yerə yaxın yerləşən Təqsirləndirilən şəxs evlərinin qarşısında avtomobili saxlamışlar. Onlar orada dayandıqdan sonra Təqsirləndirilən şəxs avtomobilindən düşərək tələsik bir şəkildə evə keçmiş, o da Təqsirləndirilən şəxs nə olduğunu, nə üçün buraya gəldiklərini soruşmağa belə fürsət tapa bilməmişdir. Teymur evə girdikdən təxminən 3-5 dəqiqə sonra çıxaraq dərhal onun avtomobilinə minmiş və ondan Bakı şəhərinə sürməyini xahiş edərək orada bir işi olduğunu demişdir. O da avtomobili Bakı şəhəri, “Gənclik” metrostansiyası istiqamətinə sürmüşdür. Avtomobildə olarkən Təqsirləndirilən şəxs həyəcanlı olduğunu görüb nə baş verdiyini soruşduğu zaman o heç bir şey demək istəməmişdir. Onlar “Gənclik” metrostansiyasının yaxınlığına çatdıqdan sonra Təqsirləndirilən şəxs ona “Gənclik Mall” ticarət mərkəzinin qarşısında dayanmağını bildirmiş, o, avtomobili orada saxladıqdan sonra Təqsirləndirilən şəxs avtomobildən düşmüş, o da avtomobildən enmişdir. Təqsirləndirilən şəxs orada Ramin adlı bir dostu gözləmişdir. Təqsirləndirilən şəxs Raminlə görüşüb söhbət edərkən tanımadığı bir şəxslə yumruq davası etdiklərini, ancaq sonradan dalaşdığı şəxsin ölmüş ola biləcəyini demişdir. Ramin də Təqsirləndirilən şəxs dediklərindən sonra Sumqayıt şəhər Polis İdarəsinin CAŞ-nin rəis müavini, polis mayoru Şahid12 zəng edib hadisəni danışmış, Şahid12 Təqsirləndirilən şəxs dalaşdığı şəxsin ölüb-ölmədiyi barədə dəqiq bir məlumatı olub-olmadığını soruşmuşdur. Şahid12 də həmin şəxsin artıq öldüyünü bildirmişdir. Ramin Şahid12 təslim olmaq üçün Təqsirləndirilən şəxs hara gəlməli olduğunu soruşduqda o, Sumqayıt şəhərinin çıxışına “Maşın bazarı” tərəfə gəlmələrini demişdir. Sonra onlar Təqsirləndirilən şəxs evinə gedərək sonuncunun qardaşı Şahid7 götürüb birlikdə həmin yerə getmişlər. Ramin isə onlarla gəlməyib şəhərdə qalmışdır. Onlar orada Şahid12lə görüşdükdə sonuncunun yanında bir neçə polis əməkdaşı da olmuşdur. Şahid12 onlarla görüşdükdən sonra Təqsirləndirilən şəxs cinayəti törətdiyini bildirmiş, bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs polis idarəsinə aparmışlar. Bakıya gedən zaman Teymur yolda Sahilə zəng etmişdir. Teymur Sumqayıt şəhərinin çıxışında polisə təslim olmuşdur. Sonradan öyrənmişdir ki, polis əməkdaşı Şahid12 Raminin sinif yoldaşı olmuşdur. Teymuru gecə saat 12 radələrində təslim olmağa aparmışlar. Teymur ona taksi pulu kimi 20 manat vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid8 ifadəsində bildirdi ki, mərhum Zərərçəkmiş şəxsla tanışlığı 2012-ci ildən başlamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs, Şahid10 və Cəlal Manafov “Atena” süd və süd məhsulları şirkətində birgə işləmişlər. Oradan işdən çıxdıqdan sonra Zərərçəkmiş şəxs taksi fəaliyyəti ilə məşğul olmağa başlayaraq, əsasən, Bakı şəhəri, “20 yanvar” dairəsində dayanıb Bakı-Sumqayıt marşrutu üzrə sərnişin daşımışdır. Hadisə günü, yəni 10 sentyabr 2020-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək kafedə olub-olmadığını soruşduqda orada olduğunu bildirmiş və Elgün pivə içmək üçün kafeyə gələcəyini demişdir. Bundan təxminən 15-20 dəqiqə sonra Elgün kafeyə gəlmiş və o, tək olmuşdur. Onlar haləhval etdikdən sonra Elgün kafedəki otaqların birinə keçib pivə sifariş etmiş, bir neçə bakal pivə içmişdir. O həmin vaxt iş başında olduğu, digər müştərilərlə maraqlandığı üçün arasıra Zərərçəkmiş şəxs yanına gedib-gəlmişdir. Saat 16 radələrində Elgün ona kafenin qarşısına çıxıb bir az söhbət etməyi təklif etmiş, Elgün həmin vaxt içkili olduğundan maşın sürməsi üçün digər dostu Şahid9 çağırmışdır. Onlar bir qədər danışdıqdan sonra Şahid9 kafenin qarşısına gəlmiş, daha sonra Zərərçəkmiş şəxs Şahid9la oranı tərk etmişdir. Bundan təxminən 40-45 dəqiqə sonra Zərərçəkmiş şəxs kafeyə geri dönüb Şahid9 düşürtdüyünü demişdir. Ancaq yenidən kafeyə daxil olmamış və qapının ağzında onunla sağollaşıb evə gedəcəyini demişdir. O, Elgünə içkili maşın sürməməsini dedikdə sonuncu ona yol polislərinin günorta saatlarında içkiyə görə maşın saxlamadığını və yorğun olduğu üçün evə getmək istədiyini demişdir. Zərərçəkmiş şəxs sağollaşdıqdan sonra maşınına minib oranı tərk etmişdir. Saat 20 radələrində Sumqayıt ŞPİ-nin əməkdaşları kafeyə yaxınlaşıb ona bir şəkil göstərək şəkildəki şəxsi tanıyıb-tanımadığını soruşmuşlar. O da şəkilə baxıb şəkildəki şəxsin Elgün olduğunu görmüş və polis əməkdaşlarından nə baş verdiyini soruşduqda ona 18-ci mikrorayon dairəsində “Elmar” marketin yaxınlığında Zərərçəkmiş şəxs hansısa şəxslə mübahisə edib dalaşdığını və dava zamanı aldığı xəsarətlərdən öldüyünü bildirmişlər. Elgün hadisə baş verən gün bir neçə bakal pivə içmişdir. Elgün dava-dalaşa meyilli şəxs olmamışdır. O, Teymur adlı şəxsi əvvəllər tanımamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid9 ifadəsində bildirdi ki, mərhum Zərərçəkmiş şəxsla tanışlığı 2013-cü ildən başlamışdır. Hadisə günü, yəni 10 sentyabr 2020-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək görüşmək istədiyini bildirmişdir. Bundan sonra o, saat 16 radələrində evdən çıxmış və “Milli Xörəklər” restoranına getmişdir. Oraya çatdıqda restoranın önündə Zərərçəkmiş şəxs Şahid8 ilə söhbət etdiyini görmüş və həmin vaxt Zərərçəkmiş şəxs sərxoş olduğunu anlamışdır. Zərərçəkmiş şəxs nə içdiyini soruşduqda o, pivə içdiyini demişdir. Sonra Zərərçəkmiş şəxs ona telefon ustasına gedərək arvadının telefonunu təmirdən götürməli olduğunu bildirmiş və onlar birlikdə Sülh prospektindəki “Məktəbli kitab evi”nin yanında yerləşən telefon təmiri mağazasına gedib telefonu götürmüşlər. Daha sonra H.Əliyev prospektində yerləşən “Paliqon” adlı hərbi geyim mağazasına getmişlər, o, oradan xidməti forması üçün “POLİS” yazısı almış və yenidən “Milli Xörəklər” kafesinin önünə getmişlər. Zərərçəkmiş şəxs avtomobilini ustaya aparmalı olduğunu, ustadan çıxdıqdan sonra Cəlal Manafovu götürərək yenidən yanına gələcəyini deyib getmişdir. Bundan sonra ustaya getmiş, təxminən 1 saat ustanın yanında olduqdan sonra Cəlal Manafova zəng edərək sonuncunu götürməyə gələcəyini demiş və yola çıxmasını bildirmişdir. Cəlal Manafovun yanına çatana yaxın Elvin ona zəng edərək Zərərçəkmiş şəxs avtoqəzaya düşdüyünü və X1 bildirmişdir. O da dərhal xəstəxanaya getmiş və ora çatdıqdan sonra 18-ci mikrorayon dairəsində “Elmar” marketin yaxınlığında Zərərçəkmiş şəxs bir şəxslə mübahisə edib sonra dalaşdığını və dava zamanı aldığı xəsarətlərdən yerə yıxıldığını bilmişdir. O, Zərərçəkmiş şəxs yanından ayrıldıqdan 2 saat sonra onun öldüyü xəbərini eşitmişdir. Elgünün həyat yoldaşının telefonunu götürməyə gedəndə maşını o sürmüşdür. Elgünün kiməsə sataşdığını görməmişdir. Elgün müsbət xarakterizə olunan bir şəxs olmuşdur. Elgünün içkili olduğu vaxt mübahisə etməsini görməmişdir. Hadisə barədə ilk dəfə ona Elvin məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid10 Şahid9 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid11 ifadəsində bildirdi ki, mərhum Zərərçəkmiş şəxs dayısı Aydın Məhəmmədovun kürəkəni olmuşdur. 10 sentyabr 2020-ci il tarixdə saat 18:00-da işdən çıxıb iş yoldaşının avtomobili ilə evə gəlmiş, evə gedərkən 17-ci mikrorayon ərazisində yerləşən “Olimpiya” kompleksinin yanından keçərkən Elgünün oğlu Kamranın həyəcanlı şəkildə qaçdığını görmüş, bu vaxt Kamranı saxlayıb hara qaçdığını soruşduqda o, atasının kiminləsə dalaşdığını deyib kompleksin yanında olan əraziyə tərəf getmişdir. Həmin istiqamətə baxanda 10-15 nəfərin kompleksin qarşısında olan boş ərazidə yarımtikilinin yanında olduğunu görüb o istiqamətə getmişdir. Ora çatanda Elgünün burun nahiyəsinin az da olsa qanadığını, hərəkətsiz üzü yuxarı vəziyyətdə yerdə uzandığını və ətrafdakıların onun paltarlarını qasıq nahiyədən yuxarı çəkib üz-gözünə su vurub köməklik etdiklərini görmüşdür. O, dərhal Elgünə yaxınlaşıb əli ilə üzünə və bədəninə vurmuş və bədəninin soyuq, üz-gözünün isti olduğunu görmüşdür. Bundan sonra o, sol əli ilə Elgünün bilək nahiyəsindən sıxıb nəbzini yoxlamış və nəbzinin 3-4 saniyədən sonra bir dəfə zəif atdığını hiss etmişdir. X12 çağırmaq istəyəndə oradakı insanlar artıq çağırdıqlarını bildirmişlər. Həmin vaxt dayısı qızı Səidə ilə sonuncunun anası Sevda xanım ora gəlmiş və vəziyyəti görüb ağlamağa başlamışlar. Təxminən 2-3 dəqiqə sonra X12ın əməkdaşları gələrək Elgünü ilkin müayinə etdikdən sonra artıq onun öldüyünü demişlər. Həmin vaxt o, həkimlərə Elgünü xəstəxanaya aparmalarını desə də, onlar polislər gəlmədiyindən Elgünə əl vura bilməyəcəklərini bildirmişlər. Bundan sonra o, saat 18:40 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə DİN-nin “102” zəng xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Təxminən 2-3 dəqiqə sonra polis əməkdaşları gəlmiş və vəziyyəti öyrənərək Elgünü TTTY avtomobilinə yerləşdirib xəstəxanaya aparmışlar. Hadisə yerinə gəldiyi zaman Elgün yerdə uzanıqlı vəziyyətdə olmuşdur. Hadisə yerinə gəldiyi vaxt orada təxminən 10-15 nəfər olmuşdur. Hadisə yerində olan şəxslər Elgünün dalaşdığını bildirmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid12 ifadəsində bildirdi ki, 10 sentyabr 2020-ci il tarixdə saat 19 radələrində Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsi tərəfindən Sumqayıt şəhəri, 17-ci mikrorayon, idman kompleksinin yaxınlığında xx.xx.1988ci il təvəllüdlü, Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 1, otaq 164 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında o və digər polis əməkdaşları birgə cinayəti törətmiş şəxsi tapmaq üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri görməyə başlamışlar, lakin təqsirləndirilən şəxsin şəxsiyyəti onlara məlum olmamışdır. Saat 22 radələrində əvvəlcədən qiyabi tanıdığı Ramin adlı sinif yoldaşı istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən zəng edərək həmin cinayəti dostunun törətdiyini və təslim olmaq üçün Sumqayıt ŞPİ-nə gəlmək istədiyini bildirmiş, o da Raminə Bakı-Quba magistral yolundan Sumqayıt şəhərinə girəcəkdə maşın bazarının qarşısında onları qarşılayacağını demişdir. Bundan təxminən 1 saat sonra Təqsirləndirilən şəxs, qardaşı İsrafil və digər xatırlamadığı şəxs avtomobillə oraya gəlmişlər. Təqsirləndirilən şəxs avtomobildən düşdükdən sonra cinayəti özünün törətdiyini bildirərək təslim olmaq istədiyini demişdir. Bundan sonra onlar da Təqsirləndirilən şəxs oradan götürərək prokurorluğa təqdim etmişlər. Onun Təqsirləndirilən şəxsla qohumluq münasibəti olmamışdır. Hadisə yerinə getmişdir. Teymurla dəqiq saat neçədə görüşdüklərini xatırlamır. Görüşdükləri vaxt axşam olmuşdur. Hadisə barədə məlumat aldıqdan sonra əməliyyat-axtarış tədbirlərinə başlamışlar. İsmayıl İsrafilovu tanımır. Ramin adlı sinif yoldaşı olmuş, onunla Sumqayıt şəhərində 17 nömrəli tam orta məktəbdə oxumuş, lakin çox az münasibəti olmuşdur. Orta məktəbi 1998-ci ildə bitirmişdir. Ramin Teymurla Bakıda olduqlarını bildirmişdir. Teymur təslim olmağa gəldiyi vaxt Ramin onunla gəlməmişdir. Raminin nə işlə məşğul olduğunu bilmir. Sonradan Raminin təxəllüsünün “Baraka” olduğunu öyrənmişdir. Hadisə baş verən yerdə olan şəxslərdən biri “onlar orada dalaşdılar, sonra onlardan biri yaxınlaşıb ona su verin, kömək edin” sözlərini dediyini bildirmişdir. Onlar zərərçəkmiş şəxsi dindirmək üçün xəstəxanaya getsələr də, orada onun öldüyünü öyrənmişlər. Teymurla görüşən zaman ondan başqa orada 3 nəfər polis əməkdaşı da olmuşdur. O, hadisə barədə Teymurla danışmışdır. Teymur ona mərhum zərərçəkmiş şəxslə qıza söz atdığı üçün dalaşdığını bildirmişdir. Teymur təslim olduqdan sonra hadisəni özünün törətdiyini etiraf etmişdir. Teymur təslim olmağa gələn zaman sonuncunun qardaşı İsrafil də onunla gəlmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid5 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, 10 ildən artıqdır ki, taksi sürücüsü kimi çalışır. Belə ki, o, əsasən Bakı-Sumqayıt yolu üzrə sərnişin daşıyır və daha çox “Sülh Plaza” tərəfdə dayanır. O, Təqsirləndirilən şəxs 2 il ildir ki, tanıyır, sonuncu da onun kimi taksi sürücüsü olmuşdur. Buna baxmayaraq o, Təqsirləndirilən şəxsla ibadət əhli kimi tanış olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs da onun kimi namaz qılıb ibadət edən olmuşdur. Sonuncu dəfə isə o, Təqsirləndirilən şəxs öncədən götürdüyü 100 manat borcu qaytarmaq üçün 10 sentyabr 2020-ci il tarixdə saat 18:20 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs səsi həyəcanlı gəlmişdir. O, Təqsirləndirilən şəxs nə baş verdiyini soruşduğunda ona tanımadığı bir şəxslə dalaşdığını və həmin şəxsin yerə yıxıldığını, buna görə də bərk qorxduğunu, hazırda “Elmar” market tərəfə maşınının yanına getdiyini demişdir. O, telefonla danışdığı zaman Təqsirləndirilən şəxs avtomobilsiz olduğunu və buna görə onu gəlib 6-cı mikrorayon ərazisində yerləşən “AzPetrol”un qarşısından götürməsini demişdir. Bundan təxminən 20 dəqiqə sonra Təqsirləndirilən şəxs ona yenə zəng edərək onun yerini dəqiqləşdirib yanına gəlmişdir. O, Təqsirləndirilən şəxsla görüşəndə borcu olan 100 manatı sonuncuya vermiş, həmçinin Təqsirləndirilən şəxs ona hadisə barədə ətraflı danışmışdır. Belə ki, Təqsirləndirilən şəxs adını sonradan bildiyi Zərərçəkmiş şəxs “X13”nin qarşısında dayanan iki qadına söz atdığı üçün əsəbləşib sonuncunu qızları narahat etməməsi barədə xəbərdarlıq etmişdir. Bu sözlərdən sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs dava etməyə məcbur edərək təkidlə maşınına oturtmuş və hadisə yerinə 17-ci mikrorayon ərazisində yerləşən olimpiya kompleksinin yanına boş əraziyə sürmüşdür. Zərərçəkmiş şəxs orada Təqsirləndirilən şəxs əl ataraq dava etməyə məcbur etmişdir. Dava yalnızca yumruq-təpiklə olmuş və davanın sonunda Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Buna görə də Təqsirləndirilən şəxs hadisə yerini tərk etdikdən sonra taksi yoldaşı Şahid2 Zərərçəkmiş şəxs kömək etmək üçün ora getməsini xahiş etmişdir. Bu sözlərdən sonra o, Təqsirləndirilən şəxs 29-cu məhəllədə yerləşən “Kalxoz” bazarının yanında çayxanaya sürməsini demişdir. Belə ki, o, Təqsirləndirilən şəxs çox həyəcanlı olduğunu bildiyindən orada sonuncunu sakitləşdirmək istəmişdir. Təqsirləndirilən şəxs onunla olduğu vaxtda teztez Şahid2 ilə danışmış və Zərərçəkmiş şəxs barədə məlumat almışdır. Sonuncu dəfə saat 19:20 radələrində Şahid2 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldüyünü bildirmiş və Təqsirləndirilən şəxs da özünü itirərək evə getmək istəmişdir. O, Təqsirləndirilən şəxsla sağollaşıb təskinlik verdikdən sonra sonuncunu evə yola salmış və bundan sonra o, Təqsirləndirilən şəxs görməmişdir. Bundan bir neçə saat sonra o, Təqsirləndirilən şəxs könüllü olaraq Sumqayıt ŞPİ-nə gedərək təslim olduğunu öyrənmişdir (cild 1, iş vərəqə 197-200). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən hadisəni törətdiyi yeri və şəraiti əyani olaraq göstərmişdir (cild 1, iş vərəqə 70-73). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı hadisə yerinə baxış keçirilərkən müəyyən edilmişdir ki, baxış keçirilən hadisə yeri Sumqayıt şəhəri, 17-ci mikrorayon, ərazisində yerləşən Olimpiya Kompleksinin yanında yarımtikili kimi ətrafı çəpərlənmiş boş ərazidir. Həmin ərazi giriş hissəsi 1,45m hündürlükdə kənarları taxta olan dəmir setka ilə əhatələnmiş və giriş qapısı 1,92x1,07m ölçülərdə taxta çərçivə olub aşağı hissədən yarımçıq 1,1 m hündürlükdə 7 ədəd bir-birinə bərkidilmiş taxta parçası ilə örtülmüşdür. Həmin giriş qapısından içəri daxil olduqda mərkəzi hissədə 1,53 m məsafə irəlidə yerdə asfalt örtüyün üzərində qanabənzər ləkələr müşahidə edilmiş və pambıq vasitəsilə hopdurulmaqla nümunələr müvafiq formada qablaşdırılaraq götürülmüşdür. Həmin giriş qapısından içəri daxil olduqda sol tərəfdə üzəri kafellə üzlənmiş yarımtikili, həmin yarımtikilinin yan və qarşı hissəsində müxtəlif tikinti materialları və digər əşyalar müşahidə olunmuşdur. Hadisə yerinə baxış zamanı hər hansı əhəmiyyət kəsb edən hal, əşya və ya iz, həmçinin hadisə yerində şübhəli əşya və ya predmet müşahidə edilməmişdir. Həmçinin meyitə baxış keçirilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs təşrih stolu üzərində arxası üstə kişi meyiti uzadılmış və meyitin əynində aşağıdakı paltarlar vardır: göy rəngli cins şalvar, şalvarın belində qara rəngli kəmər, qəhvəyi rəngli 3 düymə köynək, ağ rəngli mayka, boz rəngli tuman, 1 cüt qara corablar, 1 cüt qara ayaqqabı vardır. Paltarların cibləri boşdur. Meyit zəif qidalı olmaqla düzgün bədən quruluşuna sahibdir və boyu 170,0 sm-dir. Meyitə əllə toxunduqda ilıq olub qıcıması üz-çənə əzələlərində və əl barmaqlarında zəif inkişaf etmişdir, digər əzələ qruplarında inkişaf etməmişdir. Meyit ləkəsi bədənin arxa və yan səthini əhatə etməklə solğun göyümtül rəngdə olub barmaqla təzyiq etdikdə rəngi itir və 15-20 saniyəyə əvvəlki rəngini bərpa edir. Baş tükləri qara rəngdə olub qıvrımdır, uzunluğu 2-3 sm-ə qədərdir. Gözləri qapalıdır, bəbəklər bərabər genəlmişdir, diametri 0,5 sm-dir, güzehli qişa qəhvəyi rəngdədir. Ağlı qişa qansızmasızdır. Burun sümüklərində patoloji hərəkətlilik qeyd olunur. Üz-skelet sümüklərini əllədikdə patoloji hərəkət qeyd olunmur. Ağzı qapalıdır, dişləri tamdır, təbiidir. Xarici qulaq və burun keçəcəkləri sərbəstdir. Boynu bədənə müvafiqdir, adi hərəkətlidir. Döş qəfəsi silindrik olub simmetrikdir. Qarnı döş qəfəsi səviyyəsindən aşağıda yerləşmişdir, əllədikdə yumşaqdır. Xarici cinsiyyət üzvləri kişi tipli olub düzgün inkişaf etmişdir. Xəstəlik və zədə əlamətləri yoxdur. Arxa dəlik ətrafı təmiz və zədəsizdir. Meyitin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ üst göz qapağında 1,0x0,8 sm, burun nahiyəsində 3,0x2,8 sm ölçüdə qırmızımtıl-göy rəngli qeyrimüəyyən formalı qançırlar vardır. Burun nahiyəsində qançır fonunda 0,3x0,2 sm ölçüdə kənarları nahamar, üzəri tam qurumamış qanla örtülü səthi yara vardır. Çənənin ön səthində 4,5x3,5 sm analoji qançır vardır. Sağ dizin ön səthində 5,0x4,0 sm, sol dizin ön səthində 6,0x4,8 sm fasiləli yerləşmiş, sol dirsəyin arxa səthində 2,5x2,0 sm ölçülərdə səthləri ətraf dəri səviyyəsindən aşağıda yerləşmiş qırmızı rəngli, üzəri nəmli sıyrıqlar vardır. Alt dodağın selikli qişasında 4,0x3,0 sm ölçüdə tünd qırmızı rəngli qansızma sahəsi və qansızma fonunda 1,5x0,6 sm ölçüdə kənarları nahamar, içərisi qan laxtası ilə dolmuş, mənfəzi açıq yara vardır. Üst dodağın selikli qişasında 3,5x3,0 sm ölçüdə tünd qırmızı rəngli qeyri-müəyyən formalı qansızma vardır. Meyitin bədəni üzərində digər xəsarət və ya xəsarət izi aşkar edilməmişdir (cild 1, iş vərəqə 3-10). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi hadisə zamanı üzərində 1 ədəd qara rəngli qısaqol köynək və üzərində dəri kəmər olan qəhvəyi rəngli şalvar, zərərçəkmiş Zərərçəkmiş şəxs 1 ədəd qısaqol futbolka, 1 ədəd ağ rəngli mayka, 1 ədəd üzərində dəri kəmər olan göy rəngli cins şalvar və 1 cüt dəri ayaqqabıya baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aid olan şalvar qarışıq materialdandır, qəhvəyi rənglidir, üzərində zolaqlar vardır. Uzunluğu 84 sm, bel nahiyəsində eni 50 sm-dir. Şalvarın ön səthində 2 cib, arxa səthində 2 cib vardır. Şalvar öndən zəncirbənd düymə ilə təsbit olunur. Bel nahiyəsində qara rəngli kəmər vardır. Şalvar üzərində zədə və zədə izləri aşkar edilmədi, lakin şalvarın ön səthində sağ diz hissəsində cüzi sürtünmə izləri müşahidə edildi. 1 ədəd qara rəngli qısaqol futbolka, köynək qarışıq materialdandır, qara rənglidir, qısaqoldur. Çiyin nahiyəsində eni 43 sm, uzunluğu 72 sm, qollarının uzunluğu 18 sm. Köynək üzərində zədə və zədə izləri aşkar edilmədi. Zərərçəkmiş şəxs aid 1 ədəd qısaqol futbolka: futbolka qarışıq materialdandır, qəhvəyi rənglidir, üzərində qırmızı-göy böcək şəkilləri var, qısaqoldur. Çiyin nahiyəsində eni 41 sm, uzunluğu 54 sm, qollarının uzunluğu 14 sm. Kofta öndən 3 ədəd düymə ilə təsbit olunur. Futbolkanın səthi çirkli (toz-torpaq ləkələri) vəziyyətdədir. Kofta üzərində zədə və zədə izləri aşkar edilmədi. Həmçinin futbolkanın üzərində qanabənzər ləkələr müşahidə edilir. 1 ədəd ağ rəngli mayka: mayka ağ rəngli, qolsuzdur. Uzunluğu 41 sm, eni 58 sm-dir. Maykanın səthi çirkli (toz-torpaq ləkələri) vəziyyətdədir. Mayka üzərində zədə və zədə izləri aşkar edilmədi. Həmçinin maykanın üzərində qanabənzər ləkələr müşahidə edilir. 1 ədəd üzərində dəri kəmər olan göy rəngli cins şalvar: şalvar cins materialdandır, göy rənglidir. Uzunluğu 95 sm, bel nahiyəsində eni 45 sm-dir. Şalvarın ön səthində 2 cib, arxa səthində 2 cib vardır. Şalvar öndən zəncirbənd düymə ilə təsbit olunur. Bel nahiyəsində qara rəngli kəmər vardır. Şalvarın səthi çirkli (toz-torpaq ləkələri) vəziyyətdədir. Şalvar üzərində zədə və zədə izləri aşkar edilmədi. 1 cüt dəri ayaqqabı: ayaqqabı qara rənglidir, uzunluğu 27 sm, eni 9 sm, dabanın hündürlüyü 1,5 sm. Ayaqqabının səthi çirkli (toz-torpaq ləkələri) vəziyyətdədir. Bir cüt ayaqqabı üzərində zədə və zədə izləri aşkar edilmədi. Həmçinin ayaqqabının sağ tayında üzərində qanabənzər ləkələr müşahidə edilmişdir (cild 1, iş vərəqə 45-51). Cinayət işinin materiallarından görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Elmar” marketdə quraşdırılmış videomüşahidə kameralarına baxış keçirilərkən müəyyən edilmişdir ki, baxış keçirilən Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Elmar” marketin giriş hissəsinin çöl tərəfdən quraşdırılmış videomüşahidə kamerasının 10 sentyabr 2020-ci il tarixdə aldığı görüntülərdir. Belə ki, marketin giriş qapısında quraşdırılmış 1-ci kameranın 10.09.2020-ci il tarixdə saat 17:51-də olan görüntüsündən müşahidə edilir ki, Zərərçəkmiş şəxs idarə etdiyi “Renault Megane” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil “X13”nin qarşısındakı piyada zolağında dayanır. Bundan 1 dəqiqə sonra isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus olan avtomobilə yaxınlaşır və avtomobilin sağ qabaq pəncərəsinə tərəf əyilib danışması müşahidə olunur. Təqsirləndirilən şəxs avtomobilin sağ qabaq pəncərəsinə yaxınlaşıb danışmağa başladıqdan təxminən 40 saniyə sonra Zərərçəkmiş şəxs avtomobilinin sağ, ön oturacağında əyləşir. Təqsirləndirilən şəxs avtomobilə əyləşdikdən dərhal sonra Zərərçəkmiş şəxs özünə məxsus qara rəngli “MEGANE” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə yüksək sürətlə düz istiqamətdə gedərək oradan ayrılır (cild 1, iş vərəqə 100). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı "xxxx" MMC-dən 11 noyabr 2019-ci il tarixdə daxil olan CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, baxış keçirilən diskin üstü qırmızı rəngli olmaqla üzərində qara rəngli qələmlə 11058 rəqəminin yazılması müşahidə olunur. Təqdim olunan diskə “HP” markalı kompüterdə baxış keçirildi. Diskin içərisində“SMS_Tarixçəsi__**********3803__706010070”,”SMS_Tarixçəsi__**********3809__ 706010070”,“Zənglərin_Detallaşması__**********3640___706010070”,“Zənglərin_Məxsuslu q_Tarixçələri__**********3710___706010070_NAR”,“SMS_Tarixçəsi__**********3751__7030 09892”,“SMS_Tarixçəsi__**********3756__703009892”,“Zənglərin_Detallaşması__********** 3629___703009892”,”Zənglərin_Məxsusluq_Tarixçələri__**********3659___703009892_NA R” adlı 8 fayl vardır. Fayllarda Təqsirləndirilən şəxs adına qeydiyyatda olan (+**********92) mobil nömrədən və Zərərçəkmiş şəxs adına qeydiyyatda olan (+**********70) mobil nömrədən daxil olan və çıxan müxtəlif mobil nömrələrin, həmçinin abunəçilərinə məxsus məlumatlar, mobil telefon nömrəsinə müxtəlif mobil nömrələrdən daxil olan və çıxan sms mətnlərinin məlumatları vardır. Həmin məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs adına qeydiyyatda olan (+**********92) mobil nömrəsindən Zərərçəkmiş şəxs adına qeydiyyatda olan (+**********70) mobil nömrəyə, yaxud da Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hər hansı bir zəngin edilməsi, sms mətnin göndərilməsi, həmçinin hər iki mobil nömrəyə daxil olub-çıxan sms mətnlərində istintaq əhəmiyyəti kəsb edən hal müəyyən olunmadı. Həmçinin Təqsirləndirilən şəxs daxil olan, yaxud da ondan çıxan zənglərə baxış keçirilən zaman hadisə günü Təqsirləndirilən şəxs adına qeydiyyatda olan mobil nömrəsi ilə 19:06:00-da, 19:27:41-də, 20:06:35-də, 23:32:05-də (+**********25) mobil nömrə arasında, 18:22:47-də, 18:47:20-də (+**********16) mobil nömrəsi arasında, 19:33:27-də, 19:36:05-də, 19:39:15-də və 22:08:42-də (+7********) mobil nömrəsi arasında, 19:41:00-də (+**********88) mobil nömrəsi arasında, 19:48:56-da (+5********) mobil nömrəsi arasında, 19:55:18-də (+**********71) mobil mobil nömrəsi arasında zəng danışığı müşahidə edildi. Eyni zamanda, Zərərçəkmiş şəxs daxil olan, yaxud da ondan çıxan zənglərə baxış keçirilən zaman Zərərçəkmiş şəxs adına qediyyatda olan mobil nömrəsilə 9.09.2020-ci il tarixdə 12:47:00-da (+**********28) mobil nömrəsi arasında, hadisə günü 12:36:43-də (+**********89) mobil nömrəsi arasında, 15:19:18-da, 15:20:14-də, 15:27:00da, 15:30:34-də, 15:54:33-də, 17:48:44-də (+**********26) mobil nömrəsi arasında, 15:39:11-də, 15:44:47-də (+**********77) mobil nömrəsi arasında, 15:47:19-da, 17:35:54-də, 17:59:53-də (+**********70) mobil nömrəsi arasında, 15:58:33-də, 16:12:42-də (+**********34) mobil nömrəsi arasında, 16:44:13-də, 17:55:00-da (+**********70) mobil nömrəsi arasında zəng danışığı müəyyən edilmişdir (cild 1, iş vərəqə 176-177). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Sumqayıt ŞPİ-dən daxil olan Zərərçəkmiş şəxs idarə etdiyi “Renault Megane” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin 10.09.2020-ci il tarixdə hərəkət trayektoriyası Sumqayıt şəhər ərazisində quraşdırılmış Pİ-nin “Təhlükəsiz Şəhər” xidmətinin kameralarında qeydə alınmış videogörüntülərin olduğu CD diskə baxış keçirərkən müəyyən edilmişdir ki, CD disk ağ rəngli olmaqla üzərində hər hansı yazı həkk olunmamışdır. Diskə daxil olarkən “Sülh- S.Vurğun QİS.avi”, “TŞ-012.3.avi”, “TŞ-017.2.avi”, “TŞ-018.3.avi”, “TŞ-023.3.avi”, “TŞ- 025.2 Dairədən çıxır.avi”, “TŞ-025.2 Məhləyə girir.avi”, “TŞ-025.3 Dairəyə girir.avi”, “TŞ- 032.3.avi”, “TŞ-047.3.avi”, “TŞ-049.2.avi”, “TŞ-049.3 17 MK TƏRƏF.avi” və “TŞ-051.2.avi” adlarında 13 ədəd videogörünütü vardır. Belə ki, videogörüntülərə baxış zamanı ilkin olaraq 10.09.2020-ci il tarixdə saat 17:38-də Zərərçəkmiş şəxs idarə etdiyi “Renault Megane” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, Sülh küçəsində hərəkəti başlayıb saat 17:52-də yaşadığı ünvan 3 ünvanına doğru hərəkət edir, daha sonra saat 18:07-də yenidən geri qayıdaraq Sumqayıt şəhəri, 17 mikrorayon dairəsinə daxil olur və saat 18:09-da dairədən çıxaraq digər avtomobillərdən daha surətli “Daş bazarı” deyilən ərazi istiqamətində hərəkət edərək 17-ci mikrorayon ərazisi istiqamətində yolayrıcından sola dönür. Videogörüntülərə baxış zamanı Zərərçəkmiş şəxs idarə etdiyi “Renault Megane” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilinin hərəkət edərkən hər hansı şəxslə mübahisəsinin düşməsi və ya digər bunun kimi hərəkətlər müşahidə edilməmişdir (cild 1, iş vərəqə 147). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və X8 Hüquqi Şəxsinin 10 oktyabr 2020-ci il tarixli 99 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Baş-beyin toxumasına, qişalarına və mədəciklərinə qansızma. Beyin kötüyünə qansızma. Ənsə sümüyünün xətti sınığı. Burun sümüyünün sınığı. Başın yumşaq toxumalarının iç səthinə qansızma və dərialtı hematoması. Sağ ağciyərə qansızma. Döş qəfəsinin sağ yan səthinin yumşaq toxumaları altına qansızma. Sağ üst göz qapağının, burun nahiyəsinin qançırları, burun nahiyəsinin səthi əzilmiş yarası, çənənin ön səthinin qançırı, hər iki dizin ön səthinin, sol dirsəyin arxa səthinin sıyrıqları, alt dodağın selikli qişasına qansızma və əzilmiş-cırılmış yarası, üst dodağın selikli qişasının qansızması. Qeyd olunan xəsarətlər həyatidir, bərk-küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, onun ölümündən az əvvəl olmaqla qərarda göstərilən vaxta, yəni 10.09.2020-ci il tarixdə əmələ gələ bilərdi və dərəcələrinə görə başbeyin toxumasına, qişalarına və mədəciklərinə qansızma, beyin kötüyünə qansızma və ənsə sümüyünün xətti sınığı ilə müşayiət olunmuş başın yumşaq toxumalarına qansızma və dərialtı hematoması ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanm əlamətlərinə malikdir, sağ ağciyərə qansızma ilə müşayiət olunmuş döş qəfəsinin sağ yan səthinin yumşaq toxumalarının altına qansızma və burun sümüyünün sınığı ilə müşayiət olunmuş burun nahiyəsinin qançırı və səthi əzilmiş yarası həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Alt dodağın selikli qişasının əzilmiş-cırılmış yarası və qansızması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdir. Üst göz qapağının və çənənin ön səthinin qançırları, hər iki dizin ön səthinin, sol dirsəyin sıyrıqları və üst dodağın selikli qişasına qansızma isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilməmişdir. Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (10.09.2020-ci il tarixdə saat 20:00-da) 1-2 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs ölümünə səbəb baş-beyinə və beyin kötüyünə qansızma ilə müşayət olunmuş ənsə sümüyünün sınığı olmuşdur. Zərərçəkmiş şəxs meyitində dəri səthində, dərialtı yumşaq toxumalarda, kəllə sümüklərində (ənsə nahiyəsinin xətti sınığı) aşkar olunan xəsarətlərdə hər hansı bir əşyanın (alətin) özünəməxsus xüsusiyyətləri aşkar olunmadığına görə qərarın təsviri hissəsində qeyd olunan xəsarətlərin hansı şəraitdə alınması və hər hansı bir alətlə yetirilməsi barəsində qeydlər olmadığına görə xəsarət yetirən əşya (alət) barəsində dəqiq fikir söyləmək mümkün olmamış, lakin ola bilsin ki, xəsarətlər xüsusiyyətlərinə görə həm məhdud, həm də geniş səthə malik əşyaların (alətlərin) təsirindən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilən xəsarətlərin lokalizasiyalarına əsasən demək olar ki, xəsarət yetirilən zaman o, müxtəlif duruş vəziyyətlərində ola bilərdi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi müayinəsi zamanı 0,4% etil spirti aşkar edilmişdir ki, bu da mövcud cədvəl üzrə canlı şəxslərdə praktiki ayıq kimi qiymətləndirilmişdir (cild 1, iş vərəqə 229- 238). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və X8 Hüquqi Şəxsinin 14 sentyabr 2020-ci il tarixli 1097 saylı ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Alt dodağın selikli qişasının qansızması, sol gicgah nahiyəsinin qançır-şişkinliyi, hər iki diz oynağı nahiyəsinin və sağ ayağın bayır topuq nahiyəsinin qançırları. Qeyd olunan xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən 10.09.20-ci il tarixdə yarana bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməmişdir (cild 1, iş vərəqə 226-228). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsinin 25 sentyabr 2020-ci il tarixli 1911 saylı ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işinin materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs özünə və başqalarına qarşı hörmət tələb etmək, qıcığa qarşı həssaslıq, ünsiyyətçillik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (affekt) olmamışdır (cild 1, iş vərəqə 249-251). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9 oktyabr 2020-ci il tarixli 6/1920 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs aid olduğu qeyd edilən paltarlardan köynəyin üzərindən tapılmış qara rəngli pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs köynəyinin tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs təqdim etdiyi paltarların üzərində Zərərçəkmiş şəxs paltarlarının tərkib liflərindən yoxdur (cild 2, iş vərəqə 4-10). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və X8 Hüquqi Şəxsinin 24 noyabr 2020-ci il tarixli 465-MTKŞ/2020 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus kofta, şalvar, mayka, 1 cüt ayaqqabı üzərində zədə və zədə izləri aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynək və şalvar üzərində zədə və zədə izləri aşkar edilmədi. Ekspertzaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus kofta, şalvar, mayka üzərində olan qan ləkələri geniş sahəli qan mənbəyi ilə (qanlı səthlə) statik (hərəkətsiz) və ya az dinamik kontakt və fiziki kapilyarlıq faktoru üzrə hopması nəticəsində əmələ gələ bilərdi. Həmin ləkələrin ətrafında olan digər qan ləkələri qan mənbəyindən (qanlı səthdən) səthə az hündürlükdən, onlardan bəziləri bucaq altında, bəziləri isə bir-birinin üstünə düşən damcılar nəticəsində əmələ gəlmişdir (cild 1, iş vərəqə 239-241). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və X8 Hüquqi Şəxsinin 25 noyabr 2020-ci il tarixli 719/2020-MTKŞ nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: 0(1)/şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/. -Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: B(İİİ)/şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/. -Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qısaqol kofta, qolsuz mayka və 1 cüt ayaqqabının sağ tayı üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alındı. “H” antigeni 0(1) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə Oalfa, beta(İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Bu ləkələrdə Təqsirləndirilən şəxs qanının olması inkar olunur.-Təqdim olunmuş Zərərçəkmiş şəxs şalvarı üzərində qan, Zərərçəkmiş şəxs 1 cüt ayaqqabısının sol tayı, Təqsirləndirilən şəxs məxsus qısaqol kofta və şalvar üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. -Qərarın təsviri hissəsində ləkələrin canlı insana, yoxsa meyitə məxsus olması və əmələ gəlmə müddəti barədə olan suallara halhazırda elmi əsaslandırılmış dəqiq tədqiqat metodları olmadığı üçün cavab vermək mümkün olmamışdır (cild 1, iş vərəqə 242-247). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 157-158). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törətməsi hüquq-mühafizə orqanlarına məlum olmamışdan, hadisəni törətdikdən bir neçə saat sonra Sumqayıt ŞPİ-nin əməkdaşları ilə əlaqə saxlayaraq qardaşı Şahid7 və tanışı Şahid6lə Sumqayıt şəhərinə gəlmiş və könüllü olaraq təqsirini boynuna almış, buna baxmayaraq Sumqayıt ŞPİ-də Cinayət-Prosessual Məcəlləsinin 204.2-ci maddəsinin tələbinə riayət edilməmiş və bununla bağlı protokol tərtib edilməmişdir. Bununla bağlı Sumqayıt ŞPİ-nin CAŞ-nin rəis müavini, polis mayoru Şahid12 ifadəsində göstərmişdir ki, 10 sentyabr 2020-ci il tarixdə saat 19 radələrində Sumqayıt ŞPİnin 1-ci Polis Bölməsi tərəfindən Sumqayıt şəhəri, 17-ci mikrorayon, İdman kompleksinin yaxınlığında xx.xx.1988-ci il təvəllüdlü, Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 1, otaq 164 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə məlumat daxil olması əsasında o və digər polis əməkdaşları birgə cinayəti törətmiş şəxsi tapmaq üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri görməyə başlamış, lakin təqsirləndirilən şəxsin şəxsiyyəti onlara məlum olmamışdır. Saat 22 radələrində əvvəlcədən qiyabi tanıdığı Ramin adlı sinif yoldaşı ona zəng edərək qeyd olunan cinayəti dostunun törətdiyini və təslim olmaq üçün Sumqayıt ŞPİ-nə gəlmək istədiyini bildirmiş və onlar Bakı-Quba magistral yolundan Sumqayıt şəhərinə girəcəkdə görüşəcəkləri ilə bağlı razılaşmışlar. Bundan təxminən 1 saat sonra Təqsirləndirilən şəxs, qardaşı Şahid7 və Şahid6lə avtomobildə oraya gəlmişlər. Teymur avtomobildən düşdükdən sonra o, cinayəti özünün törətdiyini bildirərək könüllü təslim olmağa gəldiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, “könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Könüllü gəlib təqsirini boynuna alma heç bir məcburiyyət olmadan təqsirkar şəxsin könüllü olaraq öz-özünü istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına təqdim etməsini, törədilmiş və ya hazırlanan cinayət və ya həmin cinayətdə iştirak etməsi barədə bu orqanlara dürüst məlumat verməsini ehtiva edir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, könüllü gəlib təqsirini boynuna alma haqqında ərizə yazılı və ya şifahi ola bilər. Şifahi ərizə zamanı CPM-in 204.2-ci maddəsində göstərilmiş qaydada ayrıca protokol tərtib edilməlidir. Protokol və yazılı ərizə, ərizəni verən və onu qəbul edən şəxs tərəfindən imzalanmalıdır. Eyni zamanda bu qaydaya riayət edilməməsi nəticəsində könüllü gəlib təqsirini boynuna alan şəxsin haqqında rəsmiləşdirmənin aparılmaması aşkar edildikdə, konüllü gəlib təqsirini boynuna almanın mövcud olub-olmaması faktı cinayət prosesini həyata keçirən orqanlar tərəfindən icraatlarında olan cinayət işində və ya cinayət təqibi ilə bağlı digər materiallarda olan sübutlar əsasında araşdırıb müəyyən etməlidir. Odur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürməsi ilə əlaqədar könüllü gəlib təqsirini boynuna alarkən CPM-in 204.2-ci maddəsində göstərilmiş qaydada ayrıca protokol tərtib edilməməsinə və onun haqqında rəsmiləşdirmə aparılmamasına baxmayaraq onun hadisədən sonra könüllü gəlib təqsirini boynuna alması faktı cinayət işinin materialları ilə tam təsdiq olunur, yəni Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinin təsiri altına düşdüyü müəyyən edilir. Məhkəmə həmin halı könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna aldığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən onlara təyin ediləcək cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif etməklə yanaşı, onun həmin maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 sentyabr 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 17-18). Cinayət işinin materiallarında olan Sumqayıt şəhər məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 11 sentyabr 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 68-69). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinin tələbinə əsasən cinayətlərin təsnifatına görə “xüsusilə ağır” cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətdiyindən ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 11 sentyabr 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 108,46 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər prokurorluğunda saxlanılan mərhum Zərərçəkmiş şəxs məxsus olmuş 1 ədəd üzərində göy-qırmızı-sarı rəngli böcək şəkilləri olan açıq qəhvəyi rəngli qısaqol futbolka, 1 ədəd ağ rəngli mayka, 1 ədəd üzərində dəri kəmər olan göy rəngli cins şalvar və 1 cüt dəri ayaqqabı, Təqsirləndirilən şəxs məxsus 1 ədəd qara rəngli qısaqol köynək və üzərində dəri kəmər olan qəhvəyi rəngli şalvar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən dəyəri olmadığı üçün məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197,198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 11 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 108,46 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər prokurorluğunda saxlanılan mərhum Zərərçəkmiş şəxs məxsus olmuş 1 ədəd üzərində göy-qırmızı-sarı rəngli böcək şəkilləri olan açıq-qəhvəyi rəngli qısaqol futbolka, 1 ədəd ağ rəngli mayka, 1 ədəd üzərində dəri kəmər olan göy rəngli cins şalvar və 1 cüt dəri ayaqqabı, Təqsirləndirilən şəxs məxsus 1 ədəd qara rəngli qısaqol köynək və üzərində dəri kəmər olan qəhvəyi rəngli şalvar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən dəyəri olmadığı üçün məhv edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar