Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-590/2023 30.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, “Xəzər Konsaltinq” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal adlanan ərazidə 20 manat ödəyərək istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, 01 ədəd siqaretin qara rəngli kağız bükümündə təmiz çəkisi 2,085 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 05 sentyabr 2022-ci il tarixdə saat 17:00 radələrində yaşadığı ünvan 1 ünvanının yaxınlığında Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanında yerləşən 6-cı Polis bölməsinə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sol yan cibindən həmin 01 ədəd siqaretin qara rəngli kağız bükümündəki külli miqdarda təmiz çəkisi 2,085 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, 3-4 il olar ki, narkotik vasitə istifadəçisidir. O, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşamışdır. O, öz istifadəsi üçün heroini 5-10 manata almışdır. Hadisə ilə əlaqədar bildirmək istəyir ki, səhər saat 11-12 radələrində evdə oturarkən 10 nəfər polis əməkdaşı evə gəlib onu götürərək polis bölməsinə aparmışlar. Bölmədə ona təzyiq göstərərək, döyərək, verdikləri narkotik vasitəni götürməsini istəmişlər, o da məcbur olub boynuna götürmüşdür. Videoyazı zamanı təhqiqatçının öyrətdiyi kimi narkotik vasitəni Yasamal rayonu ərazisindən 20 manata aldığını söyləmişdir. Əslində orada göstərilən narkotik vasitə ona aid olmamışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, ilk məhkumluğu 11 aydır ki, bitmişdir. Narkotik vasitədən asılılıq qaldığı üçün məhkumluğu bitdikdən sonra da istifadə etməyə davam etmişdir. Gündəlik istifadə dozası 0,1 qram olmuş və onu 10 manata almışdır. Ay ərzində təxminən 100-120 manat narkotikə pul xərcləmişdir. Ay ərzində narkotik vasitəni 3-4 nəfərdən almışdır. Narkotik vasitəni aldığı adamları tanımır. Polis əməkdaşlarının təzyiqi nəticəsində götürdüyü narkotik vasitənin miqdarı ittiham aktında qeyd olunan miqdardan az olmuşdur. Polis əməkdaşları narkotik vasitəni götürməsini istəyən zaman narkotik vasitəni götürməyə razı olsa narkotik vasitənin miqdarı az olduğu üçün onu sadəcə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirəcəklərini vəd etmişlər. Döyülməsi ilə bağlı hər hansı ekspertiza keçirilməmişdir. Bədənində ciddi xəsarət izləri qalmamışdır, polis əməkdaşları onu yumruq, təpiklə döymüşlər. Onu döyən polis əməkdaşlarından birinin adı Möhlət olmuşdur. Belində və bəzi nahiyələrdə zədə izləri olmuş, təcridxanaya daxil olarkən üzərinə baxış keçirilərkən bədənindəki zədələr aşkar olunmuşdur. Təcridxanaya daxil olarkən üzərinə baxış keçirilərkən onu döydüklərini deməmişdir. Döyülməsi ilə bağlı prokurorluğa şikayət yazmışdır. İfadəsində onu döyən şəxs kimi adını çəkdiyi şahid – polis əməkdaşı Şahid1 məhkəmədə dindirilərkən Təqsirləndirilən şəxs çarpaz suala cavab olaraq onu döyən polislərin adlarını bilmədiyini bildirmiş, Möhlətin isə onu döyüb-döymədiyini dəqiq xatırlamadğını söyləmiş, məhkəmədə dindirilmiş Şahid2 isə onu döymədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, cinayət hadisəsi ilə bağlı bildirmək istəyir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs tərəflərindən evinin yaxınlığında saxlanılmışdır. Onlar Həsənağanı polis bölməsinə gətirmişlər. Vəkilin iştirakı təmin edilmiş və videoçəkiliş aparılmışdır. Həsənağanın üzərindən 1 ədəd siqaretin qara rəngli kağızında narkotik vasitə aşkarlanmışdır. O, sual-cavab zamanı bildirmişdir ki, narkotiki səhər saatlarında Yeni Yasamaldan tanımadığı şəxslərdən öz istifadəsi üçün almışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, Həsənağanın üzərindən aşkar olunan narkotik vasitə heroin olmuşdur. Tərəflərindən Nəsənağaya qarşı heç bir zorakılıq olmamışdır. Döyülməsi ilə bağlı təqsirləndirilən şəxs yalan ifadə vermişdir, onlar Həsənağanı döyməmiş və yanlarında da kiminsə döydüyünün şahidi olmamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, bu işlə əlaqədar yaradılmış əməliyyat qrupunun üzvü olmuşdur. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr gəzdirməsi barəsində olmuş, onlar Həsənağanı evinin yaxınlığında, Dağlıq küçəsi 9 ünvanında saxlamış və bölməyə dəvət etmişlər. Bölmədə Həsənağa özü könüllü olaraq şalvarının cibindəki narkotik vasitəni təqdim etmişdir. Daha sonra protokol tərtib olunmuş və onlar imza etmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, Həsənağa özü narkotik vasitəni Yasamaldan aldığını bildirmişdir. Tərəflərindən Həsənağaya qarşı heç bir zorakılıq olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx xxxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan X1 qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi bildirilmişdir (cild 1, iş vərəqi 3). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarın məzmunundan görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə alaraq xx xxxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (iş vərəqi 4-5). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, 05 sentyabr 2022-ci il tarixdə Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr gəzdirməkdə şübhəli bilinən xx xxxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında bir qədər gizli müşahidə etdikdən sonra əlverişli şərait yarandığı zaman saat 17:00 radələrində saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis bölməsinə gətirilmişdir (iş vərəqi 7). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, bundan sonra o, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş halda olan bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sonra isə vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunmuşdur. O, 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümün içərisində olan maddənin heroin adlanan narkotik maddə olduğunu bildirmiş, ona həmin bükülünü haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi sual edildikdə o, narkotik maddə heroini Yeni Yasamal adlanan yerdən tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra narkotik maddə hesab edilən büküm zərfə qoyularaq qablaşdırılmışdır (iş vərəqi 32-34). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4802 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün 175” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 2,085 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı 1) daxildir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (iş vərəqi 41- 45). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 05 sentyabr 2022-ci il tarixdə Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin xidməti otağında Təqsirləndirilən şəxs keçiriləcək şəxsi axtarış və götrürmədən əvvəl bu barədə qərar və iştirakçıların tərkibi elan olunaraq hüquqları izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd siqaretin qara rəngli kağızından bükümünü çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunmuş, o, həmin bükümün içərisində olan vasitənin heroin deyilən narkotik vasitə olduğunu bildirmiş, ona həmin bükülünü haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi sual edildikdə özünün narkotik vasitədən istifadə etməsini, həmin bükümü səhər saatlarında Yasamal rayonu, Yeni Yasamal adlanan ərazidə 20 manat ödəyərək tanımadığı şəxsdən öz istifadəsi üçün alıb üzərində gəzdirdiyini sərbəst şəkildə bildirmişdir. Daha sonra aşkar edilmiş büküm zərfə qoyularaq qablaşdırılmış, tədbirin nəticələrinə dair protokol tərtib olunaraq iştirakçılar tərəfindən imza edilmişdir (iş vərəqi 74). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mənzilə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında baxış keçirilmiş, baxış zamanı mənzildən narkotik vasitələr, psixotrop maddələr, prekursorlar, onları ölçmək üçün elektron tərəzi, istifadələrində ola biləcək alətlər və araşdırma üçün əhəmiyyət kəsb edən digər əşyalar aşkar edilməmişdir (iş vərəqi 100-105). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin xx.xx.2022-ci il tarixli, 062-24442-1222 saylı məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməliyyat tapşırığının icrası ilə bağlı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik maddənin mənbəyini və əldə etməsi barədə göstərdiyi xüsusatların doğruluğunun müəyyən edilməsi məqsədi ilə bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı faktla bağlı müsbət nəticə əldə etmək mümkün olmamışdır (iş vərəqi 122). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 24631 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına hal-hazırda "xxxx" MMC-də nömrə qeydə alınmamışdır (iş vərəqi 133). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, BKC/LGL-13012/22 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Bakcell şəbəkəsində aktiv nömrə qeydə alınmamışdır (iş vərəqi 134). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 6288 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 136-137). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 2970 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik əlamətləri qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür (iş vərəqi 138-140). İşdə olan maddi sübut kimi tanınmaq haqqında xx.xx.2022-ci il tarixli qərardan və xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, iş üzrə təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 2,085 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd DVD disk cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmış, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra heroinin 2,035 qram qalığı istintaq tamamlandıqdan sonra möhürlənmiş zərfdə saxlanılması üçün Binəqədi rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (iş vərəqi 141, 160). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işindən Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroinin əldə olunma mənbəyi barədə material ayrılmış, cinayəti törətmiş şəxsin müəyyən edilməsi üçün Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis bölməsinə göndərilmişdir (iş vərəqi 142-150). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Məhkəmədə Təqsirləndirilən şəxs evdə oturarkən 10 nəfər polis əməkdaşının evə gəlib onu götürərək polis bölməsinə aparmaları, bölmədə ona təzyiq göstərərək, döyərək, verdikləri narkotik vasitəni götürməsini istəmələri, onun da məcbur olub ona aid olmayan narkotiki boynuna götürməsi barədə məhkəmədə verdiyi ifadələrinə, həmin ifadələrdə qeyd edilənlər heç bir sübuta əsaslanmadığından tənqidi yanaşır, bunu onun müdafiə mövqeyi kimi dəyərləndirir və hesab edir ki, belə ifadələr verməklə o, məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıyır. Belə ki, məhkəmə həmin ifadələrin yoxlanılması üçün tədbirlər həyata keçirmişdir. Məhkəmədə dindirilmiş polis əməkdaşları olan şahidlərə verilən suallara cavablardan görünür ki, hər hansı polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki təzyiq göstərilməmişdir. Həmin polis əməkdaşları məhkəmədə dindirilərkən verilmiş çarpaz suallara cavab olaraq təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclasında onu döyən şəxsin adını çəkdiyi ifadəsindən fərqli olaraq özünü döyən şəxsi xatırlamadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməklə təzyiqlərə məruz qalması barədə ilk dəfə məhkəmədə verdiyi ifadəsində bildirmişdir. Lakin, o, döyülməsini təsdiq edən hər hansı dəlil məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və ya təzyiq tətbiq edilmədiyini bildirmiş, barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilərkən nə təqsirləndirilən şəxsin özü, nə də ki, onun müdafiəçisi tərəfindən təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi və ya hər hansı təzyiqə məruz qalması barədə heç nə bildirilməmişdir. Buna baxmayaraq, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tibbi kitabçasının surəti onun saxlanıldığı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasından tələb edilib baxışı keçirilmiş, təcridxanaya qəbul edilərkən üzərinə baxış keçirilən zaman o, həbs olunan zaman xəsarət aldığını bildirsə də, onun bədən səthində yeni zədələr aşkar edilməmiş, sağ saidin iç hissəsində və çənəaltı nahiyədə köhnə çapıq izləri aşkar edilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən Bakı şəhəri Binəqədi rayon prokurorluğundan daxil olmuş cavab məktublarından isə aydın olmuşdur ki, Təqsirləndirilən şəxs saxlanılarkən onun polis əməkdaşları tərəfindən döyülməsi və ya işgəncələrə məruz qalası ilə bağlı həmin prokurorluğa müraciət daxil olmadığından həmin faktla bağlı rayon prokurorluğunda hər hansı araşdırma aparılmamışdır. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən döyülmə barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-397/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəlinin xx.xx.2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqi 113-114, 126-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayətə görə məhkum edilmiş, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdir və o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd edilən səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcuddur. Məhkəmə təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab edir. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını ağırlaşdıran halın mövcudluğunu, cəzasını yüngülləşdirən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 07 sentyabr 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 sentyabr 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (iş vərəqi 21, 87-91). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 05 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Binəqədi rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq 2,035 qram heroin məhv edilməlidir. Digər maddi sübut - şəxsi axtarış və götürmə barədə protokoluna əlavə edilmiş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 05 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Binəqədi rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq 2,035 qram heroin məhv edilsin. Digər maddi sübut - şəxsi axtarış və götürmə barədə protokoluna əlavə edilmiş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əli Məmmədov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-590/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-590/2023
30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver