Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-590/2024 20.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 16:45-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, X3 və X5 oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Cəlilabad rayonunun, Qarazəncir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, 2-ci dərəcəli əlil, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşamış, Cəlilabad rayonu, Qarazəncir kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və belə zorun tətbiq edilməsi hədəsi ilə, özgənin əmlakının zədələnməsi, ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etmiş və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər, yəni əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə əlaqədar olan zərər vurmuşdur. Belə ki, o, 28 dekabr 2022-ci il tarixdə saat 19:30 radələrində, alkoqol sərxoşluğu vəziyyətində, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən, Zərərçəkmiş şəxs1 işlətdiyi internet kluba gələrək, orada öz hərəkətləri ilə zalda olan müştərilərə mane olduğuna görə ona irad tutub zalı tərk etməyi təklif edən Zərərçəkmiş şəxs1la birlikdə küçəyə çıxandan sonra, ictimai qaydanı kobud surətdə pozaraq və cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, əvvəl ünvansız, sonra Zərərçəkmiş şəxs1 ünvanına nalayiq söyüşlər söymüş, ətrafda vətəndaşların olmasına və Zərərçəkmiş şəxs1 iradlarına məhəl qoymayıb hərəkətlərini davam etdirərək, təkidlə sonuncunu internet klubun qapısından aralıda qaranlıq yerə gətirəndən sonra, ətrafda yol ilə keçən şəxslərə məhəl qoymadan nalayiq söyüşlər söyməkdə davam edərək, yumruqla Zərərçəkmiş şəxs1 sifətinə zərbələr vuraraq, sağ üst göz qapağının səthi əzilmiş yarası və üst çənədə mərkəzdən sola kəsici dişin travmatik sınığı kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə üzərində zor tətbiq etmiş, bu zaman onları görüb hadisə yerinə gəlmiş və qərəzli xuliqanlıq hərəkətlərinə son qoymasını tələb etməklə ictimai qaydanı pozmasının qarşısını alan Zərərçəkmiş şəxs2 hücum edib, cibindən çıxartdığı naməlum nümunəli bıçaqdan silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs2 müqavimət göstərərək, bıçaqla zərbələr atıb əynindəki gödəkcəsinin sol qolunu kəsib zədələyərək 10 manat məbləğində ziyan vurmuş, daha sonra hərəkətlərini davam etdirərək, silah qismində istifadə etdiyi bıçaqla yenidən Zərərçəkmiş şəxs1 hücum edib zərbə vuraraq, sonuncunun İ-İİ-İİİ-İV-V barmaqlarının bükücü vətərinin, mil-dirsəyin bükücü vətərlərinin, orta və dirsək sinirlərinin kəsilməsi ilə müşayiət olunan sol saidin aşağı 1/3-nin ön səthinin kəsilmiş yarası kimi ümumi əmək qabiliyyətinin 1/3-dən çox olmaqla (55%) dayanıqlı itirilməsinə səbəb olan xəsarətlər yetirərək, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Bununla da, o, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 üzərində zor tətbiq olunması ilə və belə zorun tətbiq edilməsi hədəsi ilə, Zərərçəkmiş şəxs2 gödəkcəsinin zədələnməsi, ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs2 müqavimət göstərməklə, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etmiş və xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər, yəni əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə əlaqədar olan zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, “internet-klub”a getmişdir. Oraya daxil olanda Zərərçəkmiş şəxs1 içəriyə girməməsini demiş və bu zaman aralarında mübahisə yaranmışdır. Onlar bu mübahisəni dəqiqləşdirmək məqsədilə çölə çıxmışlar. Elşən ilə çöldə mübahisələri davam etmiş və bir-birilərinə əl-qol atmışlar. Bu zaman Elşənin qardaşı Şəhriyar da həmin yerə gəlmişdir. O, Elşən və Şəhriyarı qorxutmaq məqsədilə cibində olan “rezak”ı çıxarmışdır. Onun məqsədi onları qorxutmaq olmuş, lakin, həmin bıçaqla Elşənin əlinə xəsarət yetirmişdir. Daha sonra isə hadisə yerindən çıxıb getmişdir. Hadisə vaxtı içkili olmuş, həmin vaxt onu “internet klub”a buraxmamaqlarının səbəbinin içkili olmasına görə bilməmişdir. Onu ilk dəfə “internet klub” dan çıxarırmışlar. Ona heç bir səbəb olmadan içəri girməməsini bildirmişlər. O, həmin vaxt anlaqsız vəziyyətdə olduğu üçün onu “internet klub”a buraxmamalarının səbəbini öyrənə bilməmişdir. Belə ki, psixi vəziyyəti ilə bağlı anlaqsız vəziyyətdə olur. Anlaqsız vəziyyətdə olduqda əsəbləşir və özündən çıxır. Özündə olmayanda hərəkətlərinin mənasını qavraya bilmir. Bu hadisədə də söhbət elədiyi zaman əsəbləşmiş və özündən çıxmışdır. O, Elşən ilə söhbət etdiyi zaman Elşən onu sinəsindən itələmiş və beləcə əsəbləşmişdir. İlk olaraq o Elşəni, daha sonra Elşən onu vurmuşdur. Hər ikisi bir-birilərini əl ilə vurmuşlar. Elşən onu vurduğu üçün onun gözünün altı partlamışdır. Bu hadisə küçədə baş vermişdir. Yaxınlıqda mağaza olmuş və həmin küçə mağazanın arxasında yerləşmişdir. Mübahisə klubun içində başlamış, daha sonra çölə çıxmışlar. “İnternet-klub”un içində dalaşmamışlar. Ümumiyyətlə anlaqsız vəziyyətdə olduqda baş verən bütün hadisələri unudur. Ona bu hadisəni 1 gün sonra danışdıqları üçün xatırlayır. Ona hadisəni sonradan qardaşı danışmış, qardaşına da başqa şəxs danışmışdır. Hadisəni Elşən və Şəhriyardan başqa heç kim görməmişdir. “Rezak” ilə Elşənin qoluna xəsarət yetirmişdir. Elşənin qolu kəsilmiş, Şəhriyara isə xəsarət yetirib-yetirmədiyini xatırlamır. Hadisədən sonra çıxıb evə getmişdir. Onları dava zamanı heç kim aralamamışdır. O, Elşən və Şəhriyar ilə barışmaq istəsə də, Elşəngil barışmaq üçün əvvəlcə vurulmuş zərərin ödənilməsini tələb edirlər. Elşən və Şəhriyar 2 nəfər, o isə tək olduğundan özünü müdafiə etmək və onları qorxutmaq üçün üstlərinə “rezak” çıxartmışdır. Elşən və Şəhriyarın əlində silah görməmişdir. Hadisə zamanı küçədən heç kim keçməmişdir. Elşən və Şəhriyar onun üzərinə tərəf gəlmiş, o da belə qənaətə gəlmişdir ki, onu vurmaq istəyirlər. Elşən və Şəhriyar təxminən 50 metrə qədər onun üzərinə doğru gəlmişlər. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Suraxanı rayonunda, öz yaşadığı məhəllədə “internet-klub” işlədir. Təqsirləndirilən şəxs və Asif, Vasif adlı dostları daha əvvəllər də bir neçə dəfə “internetklub”a gələrək səs-küy salmış, söyüş söymüş və qeyri-etik hərəkətlər etmişlər. O, hər dəfə belə hərəkətlərə görə onu “internet-klub”dan göndərmişdir. Hadisə baş verən axşam Məhəbbət yenə bir dostu ilə birlikdə “internet-klub”a gələrək qardaşı Şəhriyarı barmaqla göstərərək “bunu nə vuraram” demişdir. O, həmin vaxt əlindəki pultu yerə qoyaraq Məhəbbəti kənara çağırıb onunla söhbət etməyə çalışmışdır. O, Məhəbbətə daha əvvəllər də buraya gələrək insanları narahat etdiyini bildirib, ona “internet-klub”dan getməsini və bir daha bura gəlməməsini xahiş etmişdir. Məhəbbət bu zaman onu təhqir etməyə və söyüşlər söyməyə başlamışdır. Məhəbbət ona onunla əks gəldiyini bildirərək onu çöldə söhbət etməyə çağırmışdır. Onlar “internet-klub”dan çıxmışlar və mağazanın sağından keçərək küçədə münasibətlərini aydınlaşdırmağa çalışmışlar. Məhəbbət dayanmadan onu təhqir etmiş, o, Məhəbbətə nə qədər xəbərdarlıq etsə də faydası olmamışdır. Sonuncu dəfə Məhəbbətə söyüş söyməməsini dedikdə Məhəbbət onu vurmuş və bu zaman zərbədən dişi sınmış və qaşı açılmışdır. Daha sonra o, Məhəbbəti cavab olaraq bir dəfə vurmuşdur. Bu zaman Məhəbbət cibindən bıçağını çıxardaraq “bu gün bir nəfər ölməlidir” demişdir. O, bıçağı gördükdə özünü müdafiə etmək üçün yerdən asfalt qırığını götürmüşdür. Elə həmin anda da qardaşı Şəhriyarın gəldiyini görmüşdür. O, Şəhriyara Məhəbbətin yumruqla dişini sındırdığını bildirmiş, Şəhriyar gəlib Məhəbbətin əlini tutaraq bıçağı almağa çalışmışdır. O, bu anda kənarda dayanmış, daha sonra Məhəbbətin əlindəki bıçağı alıb yerə atmaq istəyəndə Məhəbbət bıçaqla biləyinə vurmuşdur. Hadisədən sonra qolu sağlamlıq funksiyaları itirilmiş formada qalmışdır. Daha sonra Məhəbbət hadisə yerindən qaçaraq uzaqlaşmışdır. Məhəbbətin onu vurduğu alət bıçaq olmuş, bıçaqla qolunu kəsmişdir. Həmin vaxt məhəllədə heç kim olmamış, onları aralayan olmamışdır. Onun qolunun əvvəlki vəziyyətə gəlməsi üçün lazım olan müalicə pulu ödənilsə, barışa bilər. Onun bu zamana qədər çəkdiyi müalicə xərcləri ümumilikdə 8000 manat olmuşdur. Onlar Məhəbbətin ailə üzvlərinə də bu barədə bildirsələr də, onlarla əlaqə saxlayan olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, hadisə baş verməmişdən əvvəl, Təqsirləndirilən şəxs və qardaşı Elşən söhbət etmək üçün dostcasına çölə çıxmışlar. O, bu zaman hələ “internet-klub”da olmuşdur. Daha sonra bayırdan səs-küy gəldiyini eşidərək, çölə çıxmış, Məhəbbət və Elşənin söhbət etdiyi yerə, mağazanın sağındakı küçəyə keçmişdir. O, Elşənə “ayıbdır, camaat var, küçədə dalaşmayın” deyə bildirmiş, Elşən isə ona Məhəbbətin onun dişini sındırdığını bildirmişdir. O, Məhəbbətə tərəf yaxınlaşmış, bu zaman Məhəbbət cibindən bıçağını çıxardaraq “bu gün bir nəfər ölməlidir” demişdir. O, bıçağı gördükdə Məhəbbətin əlini tutaraq bıçağı almağa çalışmış, bu zaman Məhəbbət bıçaqla onun qoluna vurmağa çalışmış, lakin, o, Məhəbbətin qolunu möhkəm tutduğundan Məhəbbətin bıçaq zərbəsi onun qoluna dəydikdə sadəcə paltonu kəsmişdir. Daha sonra Məhəbbət hadisə yerindən qaçaraq uzaqlaşmışdır. O, bu zaman birinci öz qoluna baxmış, bıçağın onu yaralamadığını, sadəcə paltarını kəsdiyini görmüşdür. Ardınca qardaşının yerdə qan içində uzandığını görmüşdür. Ona həmin anda məlum olmuşdur ki, Məhəbbət onun əlindən çıxıb qaçarkən qardaşının əlinə xəsarət yetirmişdir. Məhəbbət bıçağı özü ilə aparmış, o, arxadan Məhəbbəti nə qədər səsləsə də, o, geri qayıtmamışdır. Hadisə baş verən yerdə o, üçündən başqa heç kim olmamış, hadisə təxminən saat 20:00 radələrində baş vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Tanrıverdi oğlu ifadəsində göstərdi ki, o, hadisə baş verən zaman hadisə yerində olmamışdır. Həmin gün işdən çıxıb evə gedən zaman hadisə yerindən keçərkən hadisəni görmüş, lakin oradan ötüb keçmişdir. Hadisə haqqında məlumatı bundan ibarətdir. O, hadisə yerindən keçərkən Məhəbbət və Elşəni sadəcə söhbət edən görmüşdür. Aralarında hər-hansı mübahisə və münaqişənin şahidi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, hadisə baş verən günü, “internet-klub”da olmuşdur. Ona zəng gəlmiş və o, “internet-klub”dan çölə çıxaraq telefonla danışmağa başlamışdır. Bu zaman Məhəbbətlə Elşən də çölə çıxmışdır və o dayandığı yerdən bir qədər uzaqlaşmışlar. Daha sonra səs-küy eşitmiş, hadisə ilə bağlı şahidlik etdiyi məsələlər bundan ibarət olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Belə ki, Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 bir məhəllədə yaşayan qonşu kimi tanıyır. Elşən əvvəllər Suraxanı rayonunda Bülbülə qəsəbəsinin Samir Əliyev küçəsində internet klub işlətmiş, o da həmin internetkluba getmişdir. Təqsirləndirilən şəxs da internetkluba tez-tez gələn müştərilərdən biri kimi tanımış, şəxsi yoldaşlıq münasibətləri olmamışdır. Onların hər ikisini adları ilə tanımış, artıq polisdə araşdırma aparılanda soyadlarını bilmiş, onların heç biri ilə ədavəti, narazılığı olmamışdır. 28 dekabr 2022-ci il tarixdə saat 19-20 radələrində həmin kluba gəlmiş, qış vaxtı olduğundan artıq hava qaralmış, klubun qapısı yaxınlığında bayırda dayanıb telefonla danışdığı məqamda Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs ikisi birlikdə mübahisə edərək qapıdan bayıra çıxmışlar və çıxan kimi elə qapının qabağında dayanıb mübahisə etmişlər. Məhəbbətin danışığından, nalayiq söyüşlər işlətməsindən, ayaq üstündə səndələyərək dayanmasından və hərəkətlərindən sərxoş olduğu aşkar görünmüşdür. Məübahisə edənlərdən 4-5 addım aralıda dayanmış, mübahisəyə müdaxilə etməmiş, telefon danışığı ilə məşğul olduğuna görə onların mübahisəsinin məzmununa da çox diqqət yetirəmiş, amma eşitmişdir ki, Elşən narazı şəkildə Məhəbbətə kluba gəlib onun müştərilərinə ilişməklə düzgün hərəkət etmədiyini demiş, Məhəbbət isə deyilənləri qəbul etmək istəməmiş və ünvansız söyüşlərlə deyinmişdir. Bu qaydada orada bir dəqiqədən də az qalmış və qapıdan içəri keçmişdir. Ondan sonra Elşən və Məhəbbət arasında nə baş verdiyini görməmişdir. Amma üstündən bir neçə dəqiqə keçəndən sonra, dəqiq müddəti xatırlamır, səs-küy düşmüşdür ki, Məhəbbət mübahisədə Elşəni bıçaqla vurub, qardaşı Şəhriyar isə yaxınlaşıb Elşənə kömək istəyəndə Məhəbbət Şəhriyarın üstünə də bıçaq çəkib. Hamı klubdan küçəyə çıxmış, özü də çıxanda artıq Məhəbbət orada olmamışdır. Şəhriyar qardaşı üçün təcili tibbi yardım çağırmış və Elşəni xəstəxanaya aparmışlar. Hadisə barədə bildikləri bu qədərdir. Elşənin və Məhəbbətin sözlə mübahisələrinin şahidi olmuş, yəni bir dəqiqədən də az müddətdə onların yanında olmuş, amma onların dalaşmaları, bıçaqdan istifadə olunması zamanı orada olmamışdır. Onların yaxınlığında olduğu qısa müddətdə heç birində bıçaq və ya başqa alət, əşya görməmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 25 yanvar 2023-cü il tarixli 07 №-li rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 İ-İİ-İİİ-İV-V barmaqlarının bükücü vətərlərinin, mil-dirsəyin bükücü vətərlərinin, orta və dirsək sinirlərinin kəsilməsi ilə müşayiət olunan sol saidin aşağı 1/3-nin ön səthinin kəsilmiş yarası; sağ üst göz qapağının səthi əzilmiş yarası və üst çənədə mərkəzdən solda ikinci kəsici dişin travmatik sınığı müəyyən edildi. Xəsarətlərdən sol saidin kəsilmiş yarası kəsici kənara malik alətin təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, digər xəsarətlər isə bərk küt əşyanın(əşyaların) təsirinidən törənmişdir. Xəsarətlərin xarakterinə və lokalizsiyasına görə özü tərəfindən özünə yetirilməsi nəticəsində əmələ gəlməsi inkar olunur. (iş vərəqə 24-26) İş materiallarında olan təkrar məhkəmə-tibbi ekspertizasının 22 may 2023-cü il tarixli T307/2023 №-li rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 İ-İİ-İİİ-İV-V barmaqlarının bükücü vətərinin, mil-dirsəyin bükücü vətərlərinin, orta və dirsək sinirlərinin kəsilməsi ilə müşayiət olunan sol saidin aşağı 1/3-nin ön səthinin kəsilmiş yarası, sağ üst göz qapağının səthi əzilmiş yarası və üst çənədə mərkəzdən sola kəsici dişin travmatik sınığı müəyyən edilmişdir. Qeyd edilən xəsarətlərdən sol saidin kəsilmiş yarası iti uclu və ya kənarlı alətin təsirindən, sağ üst göz qapağının səthi əzilmiş yarası və üst çənədə mərkəzdən sola kəsici dişin travmatik sınığı isə bərk küt əşyanın(əşyaların) təsirindən törənmiş, qərarda göstərilən tarixdə, yəni xx.xx.2022-ci il tarixdə yarana bilərdi, dərəcəsinə görə İ-İİ-İİİ-İV-V barmaqlarının bükücü vətərinin, mil-dirsəyin bükücü vətərlərinin, orta və dirsək sinirlərinin kəsilməsi ilə müşayiət olunan sol saidin aşağı 1/3-nin ön səthinin kəsilmiş yarası ümumi əmək qabiliyyətinin 1/3-dən çox olmaqla (55%) dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərərvurmaya aiddirlər, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. (iş vərəqə 153-158) İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 08 iyun 2023-cü il tarixli 1584 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda isterik tipli şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən “isterik tipli şəxsiyyət pozuntu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməyib. Cinayət işinin materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vərəqə 165-171) AR Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs “Ağır dərəcədə ifadə olunmuş uzunmüddətli davamlı qarışıq dissosiativ-konversion pozuntu, özünü kəsmələrlə davranış pozuntuları ilə” diaqnozu ilə müalicə alması qeyd edilsə də, yuxarıda qeyd olunan 08 iyun 2023-cü il tarixli 1584 №-li rəyin təsviri əsaslandırıcı hissəsindən görünür ki, AR Səhiyyə Nazirliyi Respublika X1 Məhəbbət Məhəmməd oğlunun xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixə kimi “Ağır dərəcədə ifadə olunmuş uzunmüddətli qarışıq dissosiativ-konversion pozuntu, özünü kəsmələrlə davranış pozuntuları ilə” diaqnozu ilə müalicə almasına dair məktubuna, eləcə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməsinə dair arxiv məlumatlarında olan Məhkəmə-Psixiatriya Ekspertizasının xx.xx.2017-ci il tarixli, 1468 saylı həmin rəydə istinad edilməklə, yəni, rəy verilərkən şəxsin qeyd edilən diaqnozu nəzərə alınmışdır. İş materiallarında olan internetklubun videomüşahidə kameralarının qeydə aldığı görüntülərə baxış keçirilməsinə dair 17 fevral 2023-cü il tarixli protokoldan məlum olur ki, xx.xx.2022-ci il tarixdə saat 19:32-də hadisənin baş verdiyi internetklubun salonuna sərxoş vəziyyətdə olan şəxs üçün xarakterik dayanıqlılığı pozulmuş hərəkətlərlə daxil olan Təqsirləndirilən şəxs salonda öz işləri məşğul olub onun gəlişinə diqqət göstərməyən iştirakçılara toxunaraq, onunla ünsiyyətdə olmayan şəxslərin müxtəlif nahiyələrinə vuraraq müdaxilə edir, danışıqlarını olduğu şəraitə uyğun görünməyən əl-qol jestləri ilə müşayiət edir, sonra salonda olan Zərərçəkmiş şəxs1 tərəfindən salonun çıxışına aparılır, salondan çıxandan sonra həmin vaxt bayırda telefonla danışan Şahid2 yanında mübahisəli tərzdə ünsiyyətlər davam edir və davamında həyətə tərəf gedərək videomüşahdə kamerasının əhatə dairəsindən çıxırlar. (iş vərəqə 47-49) İş materiallarında olan cinayət işinin istintaqı zamanı verilmiş əməliyyat tapşırığına Suraxanı RPİ-nini 31-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli cavabından görünür ki, alınmış əməliyyat məlumatlarına əsasən, 28 dekabr 2022-ci il tarixdə Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində internetkluba sərxoş vəziyyətdə gəlib orada olan müştərilərə lüzumsuz müraciətləri, ucadan danışıb səs-küy salması ilə mane olan Təqsirləndirilən şəxs öz davranışını ilə ictimai qaydanı pozduğuna görə, həmin vaxt zalda olan internetklubu işlədən Zərərçəkmiş şəxs1 ona irad bildirib maneçilik etməməsini və zalı tərk etməsini tələb etmiş. Bundan sonra Təqsirləndirilən şəxs vətəndaşlar arasında nalayiq danışaraq Zərərçəkmiş şəxs1la birlikdə bayıra çıxmış, orada da təhqiramiz nalayiq söyüşlərini davam etdirərək əvvəl internetklubun qapısında, sonra bir az aralıda sonuncunu danışıqları davam etdirmək üçün apardığı qaranlıq yerdə Zərərçəkmiş şəxs1 sifətinə yumruq zərbələri vuraraq xəsarət yetirmiş, bu vəziyyəti uzaqdan görüb yaxınlaşan Zərərçəkmiş şəxs2 onun qarşısını almasına etiraz edərək cibindən çıxartdığı bıçaqla üstünə hücum etmiş və vurduğu zərbədən müəyyən qədər yayına bilmiş Zərərçəkmiş şəxs2 gödəkcəsini zədələmiş, daha sonra Zərərçəkmiş şəxs1 hücum edil qolunu bıçaqla yaralamışdır. On dəqiqədən artıq müddətdə davam edən hadisə zamanı yoldan keçən vətəndaşlar hadisənin şahidi olmuşlar, amma bıçaqla hərəkət edən Təqsirləndirilən şəxs qabağına çıxan olmamış, şahidlərin kimliyi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs bıçağını aşkar edib götürmək mümkün olmamış, alınmış məlumatlatlara görə cibində həmişə orta ölçülü itilənmiş cib bıçağı gəzdirir. Təqsirləndirilən şəxs hadisə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirmək məqsədi olmadığı, qorxutmaq üçün hərəkət etdiyi barədə dedikləri özünün uydurmasıdır, çünki ona qarşı hücum və hədələr olmadığından kimisə bıçaqla qorxutmağa lüzum olmamışdır. Təqsirləndirilən şəxs başqa vaxtlar uşaqlardan pul alması, tələb etməsi və ya açıq talaması barədə sübut əhəmiyyətli məlumatlar əldə edilməmiş, polis bölməsinə bu barədə şikayət və məlumatlar daxil olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs şəxsi xarakterinə görə onu tanıyanlar arasında çılğın xarakterli, sərxoşluğa meyilli, sərxoş hallarda tez-tez narazılıqlar, münaqişələr yaradan, dalaşqan, bıçaqdan istifadə etməyə meyilli şəxs kimi tanınır. O, əvvəllər də Suraxanı rayonu ərazisində bıçaqdan istidə etməklə xuliqanlıq etməyə və qəsdən xəsarət yetirməyə görə xarakterindən irəli gələn cinayətə görə məhkum olunmuşdur. (iş vərəqə 172) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, hadisə zamanı onun əməlində xuliqanlıq niyyətinin olmaması, özünü onun üzərinə gələn iki nəfərə qarşı müdafiə etmək üçün kəsici aləti çıxarması barədə ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi həqiqəti əks etdirməyərək, məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyıraraq məhkəmə-tibbi ekspertizasının 25 yanvar 2023-cü il tarixli, məhkəmə-tibbi ekspertizasının 25 yanvar 2023-cü il tarixli 07 №-li, 22 may 2023-cü il tarixli T307/2023 №-li rəyləri, internetklubun videomüşahidə kameralarının qeydə aldığı görüntülərə baxış keçirilməsinə dair 17 fevral 2023-cü il tarixli protokol, Suraxanı RPİ-nini 31-ci Polis Bölməsinin əməliyyat tapşırığına xx.xx.2023-cü il tarixli cavabı, zərərçəkmiş şəxslərin, eləcə də şahidlərin ifadələri və iş üzrə digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli qərarına əsasən, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. İctimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə də müqavimət göstərməklə törədilən xuliqanlıq hərəkəti Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin dispozisiyası ilə tam əhatə olunduğundan, CM-nin digər maddələri ilə əlavə tövsüfə ehtiyac qalmır. Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan hakimiyyət nümayəndəsi dedikdə, ictimai qaydanın pozulmasının qarşısını almaq səlahiyyəti olan bütün vəzifəli şəxslər başa düşülür. Digər şəxslər dedikdə isə, üzərinə ictimai vəzifələrin yerinə yetirilməsi öhdəliyi qoyulmuş, yaxud vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirak edən, hakimiyyət nümayəndəsi olmayan şəxs başa düşülür. Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsüf edilməsi üçün əsasdır. Xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə, silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Göründüyü kimi, Təqsirləndirilən şəxs müxtəlif şəxslərin əyləşdiyi internet kluba daxil olmaqla, orada olan şəxslərə münasibətdə aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, daha sonra isə nalayiq söyüşlər söyərək, ətrafda vətəndaşların olmasına və Zərərçəkmiş şəxs1 iradlarına məhəl qoymayıb hərəkətlərini davam etdirməsi, ətrafda yol ilə keçən şəxslərə məhəl qoymadan nalayiq söyüşlər söyməkdə davam edərək, yumruqla Zərərçəkmiş şəxs1 sifətinə zərbələr vurması, bu zaman onları görüb hadisə yerinə gəlmiş və qərəzli xuliqanlıq hərəkətlərinə son qoymasını tələb etməklə ictimai qaydanı pozmasının qarşısını alan Zərərçəkmiş şəxs2 hücum edib Zərərçəkmiş şəxs2 müqavimət göstərərək, bıçaqla zərbələr atıb əynindəki gödəkcəsinin sol qolunu kəsib zədələyərək 10 manat məbləğində ziyan vurması, eləcə də, bıçaqla yenidən Zərərçəkmiş şəxs1 hücum edib Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər vurması onun əməllərinin AR Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə düzgün tövsif edildiyini təsdiq edir. Odur ki, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Bağırov X2 rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinərək, 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına 02 il sınaq müddəti təyin edilməklə şərti məhkum edilmişdir. xx.xx.2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. (iş vərəqə 55-56) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir və onun əməlində cinayətlərin residivi halı müəyyən olunmur. İş materiallarında olan Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Təqsirləndirilən şəxs “Ağır dərəcədə ifadə olunmuş uzunmüddətli qarışıq dissosiativ-konversion pozuntu, özünü kəsmələrlə davranış pozuntuları ilə” diaqnozu ilə 2-ci dərəcəli əlildir, əlillik səbəbi hərbi xidmət dövrü ilə əlaqədardır. (iş vərəqə 106) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq, AR CM-in 59.1.9. cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsini, 2-ci dərəcəli əlil olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna az ağır və ağır cinayətlər daxil olduğundan, təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan və 28 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti saxlanma yerindən azad olunmuşdur. (iş vərəqə 65; 110-112) Təqsirləndirilən şəxs məhkəmənin çağırışlarından yayınması səbəbindən Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 1(101)-590/2024 nömrəli qərarı ilə cinayət işi üzrə icraat dayandırılmaqla məhkəmə iclası qeyri müəyyən müddətə təxirə salınmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və axtarış elan edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Məhkəməyə təqdim olunmuş “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müvəqqəti saxlanma yerində həbsdə saxlanıldığı 03 gün ona təyin edilmiş cəzadan çıxılmalı, onun cəzaçəkmə müddətinin əvvəli həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan, yəni, 27 mart 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən, onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, internetklubun videomüşahidə kameralarının qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd zədələnmiş gödəkcənin Zərərçəkmiş şəxs2 saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Məhkəmə tərkibi hesab edir ki, cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddia verməmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müvəqqəti saxlanma yerində həbsdə saxlanıldığı 03 gün ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 06 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan, yəni, 27 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, 01 ədəd zədələnmiş gödəkcənin Zərərçəkmiş şəxs2 saxlanılması nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-590/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-590/2024
20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver