Məhkəmə qərarları › İş №1(101)-590/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-590/2025

13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-590/2025 13.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X15 və X4 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhər 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cinayət işinin ibtidai istintaq materiallarına görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 6,237 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nərimanov rayonu, Damcılı küçəsində yerləşən “Oliqarx Baku” restoranının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 23:15-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada xx.xx.2024-cü ildə saat 00:52-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilərkən əynində olan qara rəngli idman şalvarının sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd bükümdə 6,237 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, sərbəst güləş üzrə dünya üçüncüsü və avropa ikincisi olmuşdur. Daha sonra maddi vəziyyətlərində sıxıntılar yaranması səbəbindən idmanla məşğul ola bilməmiş və Nərimanov rayonu ərazisində yerləşən “Ekstra” klubda mühafizəçi vəzifəsində işləməyə başlamışdır, lakin orada əmək haqqı az olduğu və rəhbərliklə münasibəti yaxşı olmadığı üçün işdən çıxmışdır. Bundan sonra ingilis və ərəb dillərini bildiyi üçün bələdçiliklə məşğul olmağa başlamış və “Ekstra” klubun qarşısında gələn qonaqlara bələdçilik xidməti göstərmişdir. Bir müdət bu qaydada işlədikdən sonra bələdçi kimi qruplara ayrılmışlar. Digər qrupdan olanlar onunla mübahisə etməyə başlamış və ona gəlib bütün müştəriləri apardığını və bu səbəbdən onu tutduracaqlarını bildirmişlər. Bundan sonra “Ekstra” klubun müdriyyəti onu çağıraraq onun barəsində şikayətlər olduğunu bildirmişdir. Bir neçə dəfə də mülki geyimli şəxslər ona “elə etmə səni aparıb ağıllandıraq, bura bizim yerimizdir, burada işə çıxma” kimi təhdidlər etmişlər. Hətta obyekt sahibləri və bələdçilərlə aralarında yüngül mübahisələr də olmuşdur. Bundan sonra xəstələndiyinə görə bir neçə gün işə getməmişdir. Orxan adlı bələdçi dostu onun evinə gəlmiş, sonuncunun avtomobili ilə “Firuzə” restoranına getmişlər. Orada ərəblərlə oturub yemək yedikdən sonra “Ekstra” klubun qarşısına getmişlər. Ora çatdıqdan sonra Orxan maşından düşərək kluba getmiş, o da çöldə digər bələdçi Fəqanla söhbət etməyə başlamışdır. Həmin vaxt bir nəfər ona baxaraq üstünə gəlməyə başlamış, ona yaxınlaşdıqda “Salam, Əhliman” deyərək, qoluna girmək istəmiş, o isə həmin şəxsi itələmişdir. Həmin vaxt orada “Jeep” markalı maşın dayanmış, maşından 5-6 nəfər şəxs düşərək onu maşına oturtmaq istəyərkən o, səbəbin soruşmağa başlamış, lakin onlar ona istər orada, istərsə də, zorla mindirdikləri maşında fiziki güc və təsirlər göstərərək onu Baş Mütəşəkkül Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. İdarənin həyətində də o, buna etiraz etdikdə onun arxadan qollarını qandalla bağlayıb yenidən fiziki güc tətbiq edərək bir otağa aparmışlar. Orada ona, guya, cəzaçəkmə müəssisələrinə pul yığdığını bildirmişlər, o isə belə halın olmadığını bildirmişdir. Həmin otaqda olan və məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 otaqdan hamını çıxardaraq ondan silahının olub-olmadığını soruşmuş, o isə olmadığını bildirmişdir. Daha sonra Şahid1 onun nə olursa, olsun Kürdəxanıya getməli olduğu barədə tapşırıq aldığını bildirmiş, o isə etirazını bir daha bildirdikdə polis əməkdaşları otağa daxil olaraq yenidən ona qarşı daha acımasız halda fiziki güc tətbiq etmişlər. Fiziki gücün nəticəsi olmadığını gördükdə polis əməkdaşları ona qarşı təhqiredici və rüsvayedici hərəkətlər etmək istədikdə isə o, məcbur qalaraq polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Polis əməkdaşları onu Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə rəsmiləşdirəcəklərini bildirmişlər. O isə məcburiyyət qarşısında qaldığı üçün polis əməkdaşları tərəfindən təqdim edilmiş bütün sənədləri imzalamışdır. Həmçinin videoçəkilişlə keçiriləcək şəxsi axtarış zamanı polis əməkdaşlarının tapşırığına əsasən üzündə olan xəsarətlərlə bağlı ona verilmiş suala cavab olaraq bildirmişdir ki, guya, o, saxlanılarkən polis əməkdaşlarına zor tətbiq etmiş, onlardan birini vurmuş və bundan sonra da qaçmaq istəyərkən yıxılıb xəsarət almışdır. Həmçinin, onun saxlanıldıqdan 2 gün əvvəl harada olduğunu soruşduqda isə polis əməkdaşlarına yalandan “Tarqovu” ərazisində olduğunu və şəxsi axtarış zamanı üzərindən aşkar ediləcək bükümün 2 gün əvvəl oradan əldə etdiyini videoçəkiliş zamanı bildirmişdir. Lakin o, saxlanılmamışdan 2 gün əvvəl Tarqovuda yox, evdə və başqa ərazilərdə olmuşdur. Bundan başqa videoçəkiliş zamanı üzündə olan xəsarətləri gizlətmək üçün saçını üzünə tökmüşlər, ona qarşı fiziki təsirlər göstərərkən əynində olan köynəyi cırıldığından köynəyi də şalvarının içinə salmışlar. Bu proseslər bitdikdən sonra ona su və çay vermişlər. X12 keçərkən özünü pis hiss etməyə, həmçinin, ürək döyüntüləri də artmağa başlamışdır. MYS-nin həkimləri gəlib onun təzyiqini ölçmüş, ona dərman, soyuq su vermişlər. Növbəti gün isə müstəntiq gəlmiş, onu Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə rəsmiləşdirəcəklərini və bu barədə tapşırıq olduğunu bildirmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə hakim üzündə olan xəsarətləri soruşarkən BMCMİ-nin əməkdaşları yanında olduğu üçün qaçarkən yıxıldığını, narkotiklə bağlı isə 50 manat ödəyərək tanımadığı şəxsdən saxlanılmamışdan 2 gün əvvəl Tarqovu ərazisində aldığını bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan “patı” kimi tanıdığı psixotrop maddə metamfetamini xx.xx.2024-cü ildə tanımadığı şəxsdən şəxsi istifadəsi məqsədi ilə 50 manat ödəməklə almışdır. Saxlanıldığı günə qədər ara-sıra qurudulmuş marixuanadan istifadə etmişdir. Həmin gün də əldə etdiyi psixotrop maddəni heç kimə verməmiş, heç kimə satmamış və həmin maddənin üstündə olmasından heç kimin məlumatı olmamışdır. İçərisində psixotrop maddə olan bükümü 01 gün üzərində daşımış və xx.xx.2024-cü il tarixində saat 23:15-də Bakı şəhəri, Nərimanov rayonu, Damcılı küçəsində yerləşən “Oliqarx Baku” restoranının yaxınlığında olarkən ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşaraq özlərini təqdim etmək istəyərkən üstündə “patı” olduğu üçün qaçmağa cəhd etmiş, həmin vaxt ayağı büdrəyib yıxılmış və üz nahiyəsindən və bədəninin çiyin nahiyəsindən xəsarətlər almışdır. Daha sonra polis əməkdaşları DİN-in BMCMİ-nin əməkdaşları olduqlarını bildirərək ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək barəsində qəbul edilmiş “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Bundan sonra polis əməkdaşlarına yalan danışmağın artıq əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edərək hazırda üzərində “patı” olduğunu bildirmişdir. Polis əməkdaşları onu BMCMİ-yə dəvət etmiş və o, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə idarəyə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş, şübhəli şəxs qismində tutulmuş və ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş əşyalar varsa, könüllü təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən içərisində “patı” olan 01 ədəd şəffaf sellofan bükümü, həmin şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, 20 manat pulunu və 01 ədəd alışqanı çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən üstündən digər əşya və predmetlər aşkar edilməmiş və təqdim etdiyi əşyalara polis əməkdaşı tərəfindən ardıcıllıqla baxış keçirilmişdir. Təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə keçirilən baxış zamanı içərisində ağ rəngli, kristal formalı, xüsusi spesifik iyə malik olmayan “patı” olması müşahidə edilmiş və 01 ədəd sellofan bükümdə olan “patı” polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfdə möhür ilə möhürlənərək qablaşdırılıb iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra təqdim etdiyi 01 ədəd “Samsung” markalı mobil telefona baxış zamanı telefonun arxa hissəsində olan qara rəngli qoruyucunun içərisində hər hansı əşya və ya predmet olmadığı müəyyən edilmiş və “Samsung” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. Eyni zamanda təqdim etdiyi 20 manat pul və 01 ədəd qara rəngli alışqan polis əməkdaşı tərəfindən ona geri qaytarılmışdır. Şifahi sorğu zamanı üz nahiyəsinin sağ tərəfində olan qızartı izlərinin necə yarandığı ilə bağlı sual verilərkən o, polis əməkdaşları ona yaxınlaşan zaman üstündə narkotik vasitə olduğundan qaçmağa cəhd etdiyini, bu zaman yıxılıb üz nahiyəsinin sağ tərəfindən xəsarət aldığını və ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki və ya psixi təsir olunmadığını bildirmişdir. Bundan başqa təqdim etdiyi maddəni “patı” adı ilə tanıdığını, xx.xx.2024-cü ildə Bakı şəhəri “Tarqovu” ərazisində anket məlumatlarını bilmədiyi, tanımadığı şəxsdən 50 manat qarşılığında əldə etdiyini, həmin şəxsin narkotik vasitə və ya psixotrop maddə satışı ilə məşğul olduğunu, özünün əvvəllər marixuanadan istifadə etdiyini, lakin təqdim etdiyi maddədən hələ ki, istifadə etmədiyini, həmin maddəni şəxsi istifadə məqsədilə əldə etdiyini, həmin maddədən heç kimə pay və ya hədiyyə vermədiyini, heç kimin həmin maddənin onda olmasından məlumatının olmadığını bildirmişdir. Bundan əlavə məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşlarının birini dəqiq xatırlamır digər ikisi isə onu saxlayan polis əməkdaşları olmamış, onları yalnız idarədə görmüşdür. Ona qarşı fiziki güc və təzyiqlər göstərənlər Şahid1, Şahid2 və onu saxlayan polis əməkdaşları olmuşlar. O, şəxsi axtarış zamanı polis əməkdaşlarının narkotik vasitənin ona məxsus olmasını bildirməsi ilə razılaşmadığı üçün sonuncular ona qarşı fiziki təzyiqlər göstərməyə davam etmişlər. Həmçinin istintaq təcridxanasına gətirilərkən, bədəninin müxtəlif yerlərində, qol və üz nahiyələrində olan xəsarətləri orada qeyd edilmiş, həmin xəsarətlərin necə yarandığı soruşulduqda isə saxlanılarkən BMCMİ-nin əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qaldığını və xəsarətləri həmin əməkdaşların yetirdiyini bildirmişdir. Bundan başqa bildirmişdir ki, saxlanıldıqdan 3-4 dəqiqə sonra onu idarəyə gətirmişlər və onlar idarəyə çatdıqda artıq vəkil orda imiş. Sonrakı gün isə müstəntiq tərəfindən dindirilərkən vəkil orada olmamış və bundan sonra vəkili onun barəsində həbs qətimkan seçilərkən məhkəmədə görmüşdür. Polis əməkdaşları tərəfindən saxlanıldığı günün səhərisindən barəsində həbs qətimkan tədbiri seçilməsi barədə məhkəməyədək vəkili görməmiş, vəkil istintaq təcridxanasına da gəlməmişdir. Həmçinin, o, narkotik vasitə və psixotrop maddə istifadə istifadə etməmiş, ekspertiza zamanı polis əməkdaşları yanında olduğu üçün narkotik vasitə marixuanadan istifadə etdiyini bildirmişdir. Bundan başqa o, saxlanıldıqdan sonra polis əməkdaşı Şahid1 hansısa bir şəxsə zəng edərək dərhal “Oliqarx” restoranının qarşısındakı obyektdən videogörüntülərin götürülməsini bildirmişdir. Həmçinin İdarədə dindirilərkən ona verilmiş suala yalnız üzündə olan xəsarət barədə məlumat vermiş, bədənində olan digər xəsarətləri gələcəkdə ona polis əməkdaşlarının təzyiq və güc tətbiq etməsini sübut etmək üçün bildirməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrı-ayrılıqda, həm də məcmusuna qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, sonuncunun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib saxlamaqla daşıması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024cü ildə idarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra sonuncunun barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş, qərarın icrası ilə bağlı əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. xx.xx.2024-cü ildə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu ərazisində olması ilə əlaqədar məlumat daxil olmuş və onlar əməliyyat qrupunun digər üzvləri ilə birlikdə onun olması ehtimal olunan əraziyə, yəni Bakı şəhəri, Nərimanov rayonuna getmiş və saat 23:15-də Bakı şəhəri, Nərimanov rayonu, Damcılı küçəsində yerləşən “Oliqarx Baku” restoranının yaxınlığında olarkən zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin olduğunu müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər, bundan sonra həmin şəxs qaçmağa cəhd etmiş və ayağı büdrəyərək yıxılıb üz nahiyəsindən xəsarət almışdır. Bundan sonra həmin şəxsə özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, həmin şəxsdən özünü təqdim etməsini xahiş etmiş və həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bu zaman sonuncuya narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu barəsində qəbul edilmiş qərarla tanış etmiş və sonuncu da üzərində “patı” olduğunu bildirmişdir. Daha sonra onu Azərbaycan Respublikası DİN-in BMCMİ-nin inzibati binasına dəvət etmişlər və o da etiraz etmədən onlarla birlikdə idarəyə gəlmişdir. İdarənin inzibati binasının xidməti otaqlarının birində Baş İdarənin təhqiqatçısı X6 tərəfindən həmin şəxs müdafiəçi ilə təmin olunaraq, hüquq və vəzifələri izah edilmiş və bundan sonra videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. xx.xx.2024-cü ildə BMCMİ-nin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmasına başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında və ya əşyalarında olması ehtimal edilən narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyalar varsa, könüllü təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, həmin şalvarın sağ yan cibindən 01 ədəd mobil telefonu, 20 manat pulu və 01 ədəd alışqanı çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən digər əşya və predmetlər aşkar edilməmişdir. Daha sonra sonuncunun təqdim etdiyi əşyalara ardıcıllıqla baxış keçirilmiş və Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilərkən içərisində ağ rəngli, kristal formalı, xüsusi spesifik iyə malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən edilmiş və 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefona baxış keçirilmiş və telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sonuncunun təqdim etdiyi pul və alışqan iş üzrə əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üz nahiyəsinin sağ tərəfində olan qızartı izlərinin necə yarandığı ilə bağlı sual verilərkən sonuncu polis əməkdaşları ona yaxınlaşan zaman üstündə narkotik vasitə olduğundan qaçmağa cəhd etdiyini və bu zaman yıxılıb üz nahiyəsinin sağ tərəfindən xəsarət aldığını və ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki və ya psixi təsir olunmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə metamfetaminə oxşar maddəni “patı” adı ilə tanıdığını, həmin maddəni xx.xx.2024cü ildə Bakı şəhəri “Tarqovu” ərazisində tanımadığı şəxsdən 50 manat qarşılığında əldə etdiyini, həmin şəxsin narkotik vasitə və ya psixotrop maddə satışı ilə məşğul olduğunu, özünün əvvəllər marixuanadan istifadə etdiyini, lakin təqdim etdiyi maddədən hələ ki, istifadə etmədiyini, həmin maddəni şəxsi istifadə məqsədilə əldə etdiyini, həmin maddədən heç kimə pay və ya hədiyyə vermədiyini, heç kimin həmin maddənin onda olmasından məlumatının olmadığını bildirmişdir. Bundan başqa məhkəmə iclasında Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs o, Şahid2 və Şahid3 saxlamış, ilkin olaraq Təqsirləndirilən şəxs o yaxınlaşmış və bu zaman sonuncu qaçmağa cəhd edib və ayağı nəyəsə ilişdiyindən üzü üstə yerə yıxılmışdır. Onlar tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən və idarədə sonuncuya qarşı hər-hansə fiziki və psixi təsirlər edilməmiş, bədənində olan digər xəsarətlər barədə məlumatı yoxdur. Həmin vaxt istifadəsində olan mobil telefonda ***-***-**-** nömrəsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in BMCMİ-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 onlardan əvvəl şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadələr verərək göstərmişlər ki, xx.xx.2024-cü ildə saat 23:15-də Bakı şəhəri, Nərimanov rayonu, Damcılı küçəsində yerləşən “Oliqarx Baku” restoranının yaxınlığında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlayaraq idarəyə gətirmişlər, burada üzərinə videoçəkilişlə şəxsi axtarış zamanı sonuncu əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim edərək bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni xx.xx.2024-cü ildə Bakı şəhəri “Tarqovu” ərazisində tanımadığı şəxsdən 50 manat ödəməklə şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan əlavə Şahid2 və Şahid3 onlara verilmiş suallara cavab olaraq bildirmişlər ki, təqsirləndirilən şəxsi onlar və Şahid1 saxlamış, Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra sonuncu qaçmağa cəhd etmiş, bu zaman ayağı nəyəsə ilişdiyindən üzü üstə yıxılaraq üz nahiyəsindən xəsarət almışdır. Həmçinin, onlar tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən və idarədə sonuncuya qarşı fiziki və psixi təsirlər edilməmişdir. Həmin vaxt Şahid2 istifadəsində olan mobil telefonda ***-***-**-** mobil nömrəsinin, Şahid3 isə 077(909)-561-93-24 mobil nömrəsinin olduğunu bildirmişdir. Məhkəmənin təşəbbüsü ilə məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş "xxxx" MMC-nin əməkdaşı X7 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, məhkəmənin qərarının icrası ilə əlaqədar "xxxx" MMC tərəfindən müraciətdə göstərilmiş mobil nömrələrin anten məlumatları, danışıq zəngləri və internet məlumatları müəyyən edilərək məhkəməyə göndərilmişdir. Zənglər arasında müddətlər çox olduğu üçün həmin vaxtlardakı anten məlumatları tam dəqiq olmasa da, internetdən istifadə əsasında müəyyən edilmiş anten məlumatları dəqiqdir. Belə ki, məhkəmə tərəfindən anten məlumatlarının müəyyən edilməsi üçün təqdim edilmiş vəkil X11 məxsus olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatları internetdən istifadə əsasında müəyyən edilmiş, xx.xx.2024-cü ildə mobil nömrənin istifadəçisinin ünvanı saat 12:54-dən 13:20-dək Gənclik ərazisinə yaxın, BMCMİ-yə servis verən ərazidə olmuş, lakin dəqiqliklə həmin idarənin inzibati binasında olub-olmaması müəyyən etmək mümkün deyil. Həmin gün saat 13:20-dən sonra isə mobil nömrənin istifadəçisi ərazini dəyişmiş və BMCMİ ərazisindən uzaqlaşmışdır. xx.xx.2024-cü ildə mobil nömrənin istifadəçinin anten məlumatlarına əsasən ünvanı saat 10:34-dən 10:54-dək Hacı Məmmədov küçəsi 7, Nərimanov rayon Polis İdarəsinin ərazisində olmuş, saat 10:54-də X13 yaxınlığında, saat 10:54-dən sonra isə BMCMİ ərazisində, saat 11:20-də isə Nərimanov rayonu, 212 nömrəli məktəb, Metropark ünvanlarının ərazisində olmuş, yəni BMCMİ-yə servis verən ərazidə olmamışdır. Digər ***-***-**-** saylı mobil nömrənin anten məlumatları isə xx.xx.2024-cü ildə saat 22:22-dən saat 22:43-dək Qara Qarayev, 8-ci km bazar ətrafı ünvanında olmuşdur. Cinayət işinin İ cild 19-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il saat 23:15-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cild 98-102-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü ildən hesablanmaqla 04 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİ cild 9-10-cu vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İ cild 64-67-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:00-dan 13:40-dək şübhəli şəxs qismində dindirilmişdir. Cinayət işinin İ cild 68-69-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli təqsirəndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:35-də təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin İ cild 79-83-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli təqsirəndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:45-dən saat 11:20-dək təqsirləndirilən şəxs qismində dindirilmişdir. Cinayət işinin İ cild 41-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3388 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №6” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs aşkar edilmiş 01 büküm Təqsirləndirilən şəxs (imza) ...” yazısı və imzalar olan paketdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 6,237 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi – 6,237 qram, tədqiqata sərf edildi – 0,1 qram qalıq – 6,137 qram. Cinayət işinin İ cild 42-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin İ cild 122-123-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 4455 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən və opioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda sonuncuya müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur və narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin İ cild 124-127-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X19 xx.xx.2024-cü il tarixli 2250/K rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaloid və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “kannabinoid” aşkar edilmişdir. Barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, amfetamin, metamfetamin və salisilatlar aşkar edilmədi. Cinayət işinin İ cild 172-175-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X19 xx.xx.2024-cü il tarixli 377/MEŞ rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – alın nahiyəsinin, sağ bazu oynağı nahiyəsinin və sağ bazunun sıyrıqları, alın, sağ üst göz qapağı, sağ almacıq-yanaq, boyun, sağ kürək nahiyələrinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər. Sol diz oynağı nahiyəsinin sıyrığı bərk küt əşyanın təsirindən müayinədən 6-8 gün əvvəl əmələ gəlmişdir. Həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, həmçinin qərarın təsviri hissəsində qeyd olunan və müayinə olunan şəxsin göstərdiyi şəraitlərdə törənə bilərdilər. Cinayət işinin İ cild 176-178-ci vərəqələrində olan Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin prokuroru X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 2-2- 110/3-073193/2024 qeydiyyat nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs bədənində olan dərəcəsi təyin edilməyən xəsarətlərlə bağlı toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət-Prosseual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin İ cild 103-104-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli maddi sübut hesab edilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və ekspertiza tədqiqatından sonra qalıq qalmış kustar üsulla hazırlanmış 6,137 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin İ cild 146-147-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü ildə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İ cild 30-cu vərəqəsində olan şəxsi axtarış və götürmə aparılması gedişatını əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2024-cü il tarixdə, saat 00:52-dən 01:33-dək DİN-in BMCMİ-də qeydə alınmışdır. DİN-in BMCMİ-nin təhqiqatçısı F.B.Süleymanov özünü, müdafiəçini və digər şəxsləri təqdim edir, daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra sonuncunun üzərinə xidməti otaqda şəxsi axtarış keçirilir. Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilmiş əşyanın olduğu təqdirdə təqdim edilməsi təklif olunur və bundan sonra sonuncu əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, həmin şalvarın sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, 01 ədəd “20” manatlıq pulu və 01 ədəd alışqanı çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən sonuncunun üzərindən digər əşya və predmetlər aşkar edilməmiş və daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalara ardıcıllıqla baxış keçirilmişdir. Sonuncunun təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə keçirilən baxış zamanı içərisində ağ rəngli, kristal formalı, xüsusi spesifik iyə malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Bundan sonra sonuncunun təqdim etdiyi 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Samsung” markalı mobil telefona baxış zamanı telefonun arxa hissəsində olan qara rəngli qoruyucunun içərisində hər hansı əşya və ya predmet olmadığı müəyyən edilir və iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülür. Sonuncu 20 manat pulu hər hansı qeyri-qanuni yolla əldə etmədiyini bildirir, eyni zamanda Təqsirləndirilən şəxs təqdim etdiyi 20 manat pul və 01 ədəd qara rəngli alışqan iş üzrə əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üz nahiyəsinin sağ tərəfində olan qızartı izlərinin necə yarandığı soruşulanda o, polis əməkdaşlarının ona yaxınlaşan zaman üstündə narkotik vasitə olduğundan qaçmağa cəhd etdiyini və bu zaman yıxılıb üz nahiyəsinin sağ tərəfindən xəsarət aldığını, həmçinin ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki və ya psixi təsir olunmadığını bildirir. Sonuncu təqdim etdiyi psixotrop maddə metamfetaminə oxşar maddəni “patı” adı ilə tanıdığını, həmin maddəni xx.xx.2024-cü il tarixində Bakı şəhəri “Tarqovu” deyilən ərazidə tanımadığı şəxsdən əldə etdiyini, həmin şəxsin narkotik vasitə və ya psixotrop maddə satışı ilə məşğul olduğunu bildiyini, təqdim etdiyi psixotrop maddə metamfetaminə oxşar maddəni 50 manat qarşılığında aldığını, özünün əvvəllər marixuanadan istifadə etdiyini, lakin təqdim etdiyi maddədən hələ ki, istifadə etmədiyini, həmin maddəni şəxsi istifadə məqsədilə əldə etdiyini, həmin maddədən heç kimə pay və ya hədiyyə vermədiyini, heç kimin həmin maddənin onda olmasından məlumatının olmadığını bildirir. Cinayət işinin İİ cildinə əlavə edilmiş Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 3-16-17/40/2-6875/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubundan və tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixində Bakı İstintaq Təcridxanasına gətirilmiş, ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Müayinə zamanı sağ gözətrafı və almacıq nahiyəsində yaşılımtıl-sarı rəngli, alının ön səthində sarımtıl-qırmızı rəngli qançırlar, sol diz oynağının ön səthində 1-2 sm ölçüdə sıyrılmış üzəri qərtməkli yara müşahidə olunmuşdur. Xəsarətləri həbs olunan zaman aldığını bildirmişdir. Cinayət işinin İİ cildinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin Bakı Ağır Cinayətlər Məhkəməsinə həmin məhkəmənin qərarının icrası ilə bağlı göndərdiyi CD diskdəki məlumatlar məhkəmə iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, Bakı şəhər 25 saylı Vəkil Bürosunun vəkili X11 məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsinin anten məlumatlarına əsasən o, xx.xx.2024-cü il, saat 13:16-dan saat 13:45dək Təbriz küçəsi 108, AzDEMTTETİ ünvanında, həmin gün saat 14:06-dan saat 14:34dək ünvan 6 xx.xx.2024-cü il, saat 10:45-dən saat 11:32-dək ünvan 7 ünvanında, həmin gün saat 11:32-dən saat 12:49-dək Nərimanov rayonu, F.Xoyski küçəsi ünvanında olmuşdur. Cinayət işinin İİ cildinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin Bakı Ağır Cinayətlər Məhkəməsinə həmin məhkəmənin qərarının icrası ilə bağlı göndərdiyi CD diskdəki məlumatlar məhkəmə iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, Şahid3 məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsinin anten məlumatlarına əsasən o, xx.xx.2024-cü il, saat 23:03-dən saat 23:15-dək Qara Qarayev prospekti , saat 23:15dən saat 23:30-dək ünvan 15 olmuşdur. Cinayət işinin İİ cildinə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şahid3 məxsus ***-***-**-** saylı mobil nömrə xx.xx.2024-cü il saat 22:00-dan xx.xx.2024-cü il saat 22:00-dək istifadə olunmamışdır. Həmçinin məhkəmə iclasında təqdim etdiyi digər 77(909)-561-93-24 saylı nömrə isə təyin edilməmişdir. Cinayət işinin İİ cildinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin Bakı Ağır Cinayətlər Məhkəməsinə həmin məhkəmənin qərarının icrası ilə bağlı göndərdiyi CD diskdəki məlumatlar məhkəmə iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, Şahid2 məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsinin anten məlumatlarına əsasən o, xx.xx.2024-cü il saat 22:11-dən xx.xx.2024-cü il saat 01:07-dək Abu Arena/Nərimanov ünvanında (kordinat-40.39xx/xx.8581), daha sonra isə xx.xx.2024-cü il saat 10:56-dan, saat 11:03-dək Nərimanov rayonu, Təbriz küçəsi 61, “Şuşa Restoranı” ünvanında olmuşdur. Cinayət işinin İİ cildinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin Bakı Ağır Cinayətlər Məhkəməsinə həmin məhkəmənin qərarının icrası ilə bağlı göndərdiyi CD diskdəki məlumatlar məhkəmə iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, Şahid2 məhkəmə iclasında təqdim etdiyi ***-***-**-** saylı mobil nömrənin anten məlumatlarından görünür ki, o, xx.xx.2024-cü il saat 23:00-dan xx.xx.2024-cü il saat 04:34-dək ünvan 8i ünvanında olmuşdur. Cinayət işinin İİ cildinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin Bakı Ağır Cinayətlər Məhkəməsinə həmin məhkəmənin qərarının icrası ilə bağlı göndərdiyi CD diskdəki məlumatlar məhkəmə iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, Şahid2 məxsus olan ***-***-**-** saylı saylı mobil nömrənin anten məlumatlarından görünür ki, o, xx.xx.2024-cü il saat 23:38-dən, xx.xx.2024-cü il saat 02:15-dək Nəsimi rayonu, Radio yayım qovşağı ünvanında olmuşdur. Cinayət işinin İİ cildinə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şahid2 məxsus olan ***-***-**-** saylı mobil nömrə xx.xx.2024cü il saat 22:00-dan, xx.xx.2024-cü il saat 22:00-dək istifadə olunmamışdır. Cinayət işinin İİ cildinə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şahid1 məhkəmə iclasında təqdim etdiyi ***-***-**-** saylı nömrə "xxxx" MMC-yə məxsusdur və xx.xx.2024-cü il tarix saat 22:00-dan xx.xx.2024cü il tarixə, saat 22:00-dək istifadə olunmamışdır. Məhkəmə hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşıma cinayətini törətməsi sübuta yetirilmir Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Həmin Məcəlləsinin 125.2-ci maddəsinin tələblərinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, o cümlədən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və sair hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 125.8-ci maddəsinə əsasən Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin Məcəllənin 134.1-ci və 134.2-ci maddələrinə əsasən istintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların bilavasitə qavranılmasını təsdiq edən və Məcəlləyə uyğun yazılı formada tərtib edilmiş sənədlərdir. Cinayət prosesini həyata keçirən orqan tərəfindən bu Məcəlləyə müvafiq tərtib edilmiş dindirmə istintaq hərəkətlərinin protokolları sübut kimi istifadə oluna bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən şübhəli şəxsin tutulduğu halda o öz ifadələrini müdafiəçinin iştirakı ilə vermək hüququna malikdir. Qanunun mənasına görə, istintaq hərəkətinin aparılması haqqında protokol tərtib edilərkən bir qayda olaraq natamamlıq olmadan həmin istintaq hərəkətinin növü protokolun adında, aparılması qaydası və ardıcıllığı, istintaq hərəkətinin aparıldığı vaxt, tarix və yeri, iştirak edən şəxslər haqqında məlumat isə protokolun təsviri hissəsində əks olunmalıdır. Qanunverciliyin qeyd edilən normalarını nəzərə alaraq məhkəmə iş üzrə ibtidai araşdırma dövründə Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən müdafiə hüququnun təmin edilməsi və müdafiəçinin həmin istintaq hərəkətlərində iştirakına münasibət bildirməyi zəruri hesab edir. Bu baxımdan məhkəmə cinayət işinin İ cild 64-67-ci vərəqələrində olan xx.xx.2024cü il tarixli şübhəli şəxsin dindirilməsi və cinayət işinin İ cild 79-83-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolları təhlil edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən müdafiə hüququ pozulmuş, həmin istintaq hərəkətləri müdafiəçinin iştirakı olmadan keçirilmiş və sonradan müstəntiq tərəfindən vəkilə imzalatdırılmışdır. Belə ki, cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsin və təqsirləndirilən şəxsin dindirilməsi protokollarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il saat 13:00-dan saat 13:40-dək şübhəli şəxs qismində, həmçinin xx.xx.2024-cü il saat 10:45dən saat 11:20-dək təqsirləndirilən şəxs qismində dindirilmişdir (İ cild i/v 64-67, 79-83). Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar xx.xx.2024-cü il, saat 10:35-də vəkilin iştirakı ilə elan edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında (ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi) təqsirləndirilən şəxs qismində cəlb edilməsi, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilməsi zamanı ona hüquqlarının müdafiəsi üçün dövlət hesabına təyin edilmiş müdafiəçi Bakı şəhər 25 saylı Vəkil Bürosunun vəkili E.Q.Tağıyev iştirak etməmişdir. Məhkəmə iclasında mobil operator şəbəkələrindən daxil olmuş anten məlumatlarının tədqiq edilməsi zamanı müəyyən edilmişdir ki, vəkil E.Q.Tağıyevə məxsus olan ***-***-**-** saylı mobil telefon nömrə barədə "xxxx" MMC-dən daxil olmuş anten məlumatlarına əsasən o, xx.xx.2024-cü il, saat 13:16-dan saat 13:45-dək Təbriz küçəsi 108, AzDEMTTETİ ünvanında, həmin gün saat 14:06-dan saat 14:34-dək ünvan 6 xx.xx.2024-cü il, saat 10:45-dən saat 11:32-dək ünvan 7 ünvanında, həmin gün saat 11:32-dən saat 12:49-dək Nərimanov rayonu, F.Xoyski küçəsi ünvanında olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, vəkil E.Q.Tağıyevin fəliyyət göstərdiyi 25 saylı Vəkil Bürosu ünvan 11 ünvanında yerləşir və həmin büronun köhnə ünvanı ünvan 12manov rayonunda Xoyski və Təbriz küçələrinin yaxınlığında yerləşir. Həmçinin məhkəmənin təşəbbüsü ilə məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş "xxxx" MMC-nin əməkdaşı bildirmişdir ki, ***-***-**-** saylı mobil nömrənin anten məlumatlarına əsasən xx.xx.2024-cü ildə mobil nömrənin istifadəçisinin ünvanı saat 12:54-dən 13:20-dək Gənclik ərazisinə yaxın, BMCMİ-yə servis verən ərazidə olmuş, lakin dəqiqliklə həmin idarənin inzibati binasında olub-olmaması müəyyən deyil. Həmin gün saat 13:20-dən sonra isə mobil nömrənin istifadəçisi ərazini dəyişmiş və BMCMİ ərazisindən uzaqlaşmışdır. xx.xx.2024-cü ildə mobil nömrənin istifadəçinin anten məlumatlarına əsasən ünvanı saat 10:34-dən 10:54-dək Hacı Məmmədov küçəsi 7, Nərimanov rayon Polis İdarəsinin ərazisində olmuş, saat 10:54-də X13 yaxınlığında, saat 10:54-dən sonra isə BMCMİ ərazisində, saat 11:20-də isə Nərimanov rayonu, 212 nömrəli məktəb, Metropark ünvanlarının ərazisində olmuş, yəni BMCMİ-yə servis verən ərazidə olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin xx.xx.2024-cü il saat 13:00-da, təqsirləndirilən şəxs qismində cəlb edilməsinin xx.xx.2024cü il saat 10:35-də, təqsirləndirilən şəxs qismində dindirilməsinin isə xx.xx.2024-cü il saat 10:45-də başlamasına baxmayaraq vəkil E.Q.Tağıyevin anten məlumatlarının ünvan 14 ünvanlarda olması, həmçinin onun həmin saatlarda hərəkətdə olmaqla, qeyd olunan saatlarda 16 saniyə, 169 saniyə, 51 saniyə və 287 saniyə telefon danışıqlarının olması onun Təqsirləndirilən şəxs həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində dindirilməsi istintaq hərəkətlərində həmçinin təqsirləndirilən şəxs qismində cəlb edilməsi zamanı iştirak etməməsini təsdiq edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaqı aparmış DİN-in BMCMİnin İstintaq Şöbəsinin müstəntiqi X2 tərəfindən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi protokolları saxtalaşdırılmış, müdafiəçinin həmin istintaq hərəkətlərində iştirak etməməsinə baxmayaraq protokollarda müdafiəçinin iştirak etdiyini göstərmiş, müstəntiq tərəfindən iş təhrif edilmişdir. Bununla da məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, vəkil E.Q.Tağıyevin istifadəsində olan mobil nömrənin anten məlumatlarını, məhkəmə istintaqı zamanı aparılmış araşdırmalarla müqayisəli şəkildə təhlil edərək bir daha Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən müdafiəçinin həmin istintaq hərəkətlərində iştirak etməməsi, təqsirləndirilən şəxsin müdafiə hüququnun kobud şəkildə pozulması qənaətinə gəlir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli, 1 nömrəli Qərarının 13-cü bəndinə əsasən birinci instansiya və kassasiya instansiyaları məhkəmələri istintaq-məhkəmə araşdırmalarının hansı mərhələsində yol verilməsindən asılı olmayaraq müttəhimlərin müdafiə hüquqlarının hər hansı şəkildə pozulması hallarına münasibət bildirməli, onların müdafiə hüquqlarının bərpası üçün qanunla müəyyən edilən tədbirləri görməlidirlər. Bundan başqa məhkəmə iş üzrə toplanmış sübutları təhlil etməyi və aradan qaldırılması mümkün olmayan ziddiyyətlərin qeyd olunmasını, onlara qanuna müvafiq qaydada qiymət verilməsini zəruri sayır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməkdaşları Şahid1, Şahid2 və Şahid3 məhkəmə istintaqı zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 23:15-də Bakı şəhəri, Nərimanov rayonu, Damcılı küçəsində yerləşən “Oliqarx Baku” restoranının yaxınlığında saxladıqlarını bildirmişlər. Lakin məhkəmə iclasında mobil operator şəbəkələrindən daxil olmuş anten məlumatlarının tədqiq edilməsi zamanı müəyyən edilmişdir ki, Şahid1 məhkəmə iclasında istifadəsində olduğunu bildirərək təqdim etdiyi ***-***-**-** saylı mobil nömrə özünə deyil, "xxxx" MMC-yə məxsusdur və xx.xx.2024-cü il tarix saat 22:00-dan xx.xx.2024-cü il tarixə, saat 22:00-dək istifadə olunmamışdır. Bundan başqa Şahid2 məhkəmə iclasında təqdim etdiyi ***-***-**-** saylı mobil nömrənin anten məlumatlarından görünür ki, o, xx.xx.2024-cü il saat 23:00-dan xx.xx.2024-cü il saat 04:34-dək ünvan 8i ünvanında olmuş, sonuncuya məxsus olan digər ***-***-**-** saylı saylı mobil nömrənin anten məlumatlarından görünür ki, o, xx.xx.2024-cü il saat 23:38-dən, xx.xx.2024-cü il saat 02:15-dək Nəsimi rayonu, Radio yayım qovşağı ünvanında və ona məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsinin anten məlumatlarına əsasən o, xx.xx.2024-cü il saat 22:11-dən xx.xx.2024cü il saat 01:07-dək Abu Arena/Nərimanov ünvanında (kordinat-40.39xx/xx.8581), daha sonra isə xx.xx.2024-cü il saat 10:56-dan, saat 11:03-dək Nərimanov rayonu, Təbriz küçəsi 61, “Şuşa Restoranı” ünvanında olmuşdur. Bundan əlavə Şahid3 məhkəmə iclasında təqdim etdiyi 77(909)-561-93-24 saylı mobil nömrə təyin edilməmişdir. Həmçinin Şahid3 məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsinin anten məlumatlarına əsasən o, xx.xx.2024-cü il, saat 23:03-dən saat 23:15-dək Qara Qarayev prospekti , saat 23:15-dən saat 23:30-dək ünvan 15 ünvanında olmuş, ona məxsus digər ***-***-**-** saylı mobil nömrə xx.xx.2024-cü il, saat 22:00-dan xx.xx.2024-cü il, saat 22:00-dək istifadə olunmamışdır. Göründüyü kimi məhkəmə iclasında şahid qismində dindirilmiş hər üç polis əməkdaşının istifadəsində olan mobil nömrələrin anten məlumatları xx.xx.2024-cü ildə saat 23:15-də fərqli ünvanlarda olmuş, həmin ünvanlar heç bir halda eyni vaxt kəsiyində eyni ərazidə üst-üstə düşməmişdir. Bununla da, məhkəmə istintaqı zamanı aparılmış araşdırmalar və sübutların məcmusuna əsasən polis əməkdaşları olan şahidlərin Təqsirləndirilən şəxs onlar tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Damcılı küçəsində yerləşən “Oliqarx Baku” restoranının yaxınlığında saxlanılması barədə həqiqətə uyğun olmayan ifadə verdikləri və bu səbəbdən də istintaqın iş üzrə yanlış nəticəyə gəlməsi müəyyən edilmişdir. Bütün bu sadalananlara əsasən bir daha təsdiq edilir ki, təqsirləndirilən şəxs iş üzrə obyektiv ifadə versə də, şahid qismində ifadə vermiş polis əməkdaşları qeyri-səmimi və həqiqətə uyğun olmayan ifadələr vermişlər. Məhkəmənin fikrincə, belə olan halda qanuna uyğun olmayan qaydada aparılmış həmin istintaq hərəkətinin nəticələri, onun məntiqi davamı kimi istintaq hərəkətinin aparılmasında iştirak etmiş şəxslərin ifadələri sübut növü baxımından da əhəmiyyətsiz hesab edilməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli, 1 nömrəli Qərarının 6-cı bəndinə əsasən vurğulamaq lazımdır ki, Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də məhkəmələr işlərə baxarkən cinayət-prosessual qanununun göstərişlərini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 1996-cı il 27 dekabr tarixli Qərarının 3-cü bəndinin izahlarını rəhbər tutaraq heç bir halda qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməməlidir. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutun qanunsuz yolla əldə olunması nəticəsinə gəldikdə, bütün hallarda həmin sübutu iş üzrə toplanmış başqa sübutların cəmindən çıxmaqla qanunu pozmuş vəzifəli şəxsin hərəkətinə münasibətini bildirməlidir. Bu izah şahid ifadələrinə qiymət verilməsi hallarına da aiddir. Bundan başqa cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə aparılmasının gedişatını əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq o, sadəcə üz nahiyyəsində xəsarətin olduğunu bildirmişdir (İ cild i/v 30). Lakin cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” PHŞ-nin xx.xx.2024-cü il tarixli 377/MEŞ rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində alın nahiyəsinin, sağ bazu oynağı nahiyəsinin və sağ bazunun sıyrıqları, alın, sağ üst göz qapağı, sağ almacıq-yanaq, boyun, sağ kürək nahiyələrinin qançırları kimi müayinədən 1 günə qədər əvvəl bərk küt əşyanın təsirindən əmələ gəlmiş və sol diz oynağı nahiyyəsinin sıyrığı kimi müyinədən 6-8 gün əvvəl əmələ gəlmiş xəsarətlər aşkar edilmiş, xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmiş, həmçinin Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş həmin xəsarətlər müayinə olunan şəxsin göstərdiyi şəraitlərdə törənə bilərdilər (İ cild 172-175). Bundan əlavə cinayət işi materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 3-16-17/40/2-6875/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubundan da görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə Bakı İstintaq Təcridxanasına gətirilmiş, müayinə zamanı sağ gözətrafı və almacıq nahiyəsində yaşılımtıl-sarı rəngli, alının ön səthində sarımtıl-qırmızı rəngli qançırlar, sol diz oynağının ön səthində 1-2 sm ölçüdə sıyrılmış üzəri qərtməkli yara müşahidə olunmuş və o, xəsarətləri saxlanılarkən aldığını bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai araşdırma gedişində verdiyi ifadələrində saxlanılan zaman polis əməkdaşlarından qaçmaq istəyərkən yıxılıb üz nahiyyəsindən xəsarət almasını bildirsə də, məhkəmə tibbi ekspertizasının rəyində Təqsirləndirilən şəxs bədən səthininin sadəcə üz nahiyəsində deyil sağ bazu, sol diz və kürək nahiyyələrində xəsarətlərin olması, həmçinin, həmin xəsarətlərdən sağ bazu və kürək nahiyyəsində olan xəsarətlərin müayinə edilməsindən 1 gün əvvəl, sol diz nahiyyəsində olan xəsarətlərin müayinə edilməsindən 6-8 gün əvvəl bərk küt əşyanın təsirindən törənməsi qeyd edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına aparılarkən də bədəninin müxtəlif nahiyələrində olan xəsarətlər tibbi kitabçasına qeyd edilmiş və sonuncu həmin xəsarətləri saxlanılarkən aldığını bildirmişdir. Bununla da məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs bədəninin müxtəlif nahiyyələrində xəsarətlər olmasına baxmayaraq şəxsi axtarışın gedişatını əks etdirən videogörüntülərdə sadəcə üz nahiyəsində xəsarət olduğunu bildirməsi faktı sonuncunun şəxsi axtarış zamanı və ibtidai araşdırmanın gedişində verdiyi ifadələrini polis əməkdaşlarının təzyiqi altında, öz iradə ifadəsinə uyğun olmayaraq verdiyini bir daha təsdiq edir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli, 1 nömrəli Qərarının 3-cü bəndinə əsasən Plenum qərara almışdır ki, məhkəmələrə izah edilsin ki, təhqiqat, ibtidai istintaq dövründə, habelə cəza çəkilərkən vəzifəli şəxslər tərəfindən vətəndaşların işgəncələrə və ləyaqəti alçaldan qeyri-insani rəftar və bəzi növlərinə məruz qalmaları cinayət qaydasında cəzalandırılmalı əməllərdir və bu məzmunda məlumatlara məhkəmə bütün hallarda münasibətini mütləq bildirməlidir. Birləşmiş Millətlər Təşhkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş “İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiya”ya görə “işgəncə” dedikdə, vəzifəli şəxs və ya rəsmi şəxslər tərəfindən, onların təhriki və razılıqları ilə şəxsdən və ya üçüncü şəxsdən məlumat və ya etirafın alınması məqsədilə hər hansı şəxsə qəsdən fiziki və ya mənəvi ağrı və əzab verilməklə edilən hər hansı hərəkət, bu şəxsin özünün və ya üçüncü şəxsin törətdiyi əmələ görə, yaxud belə əməlin törədilməsində şübhəli bilindiklərinə görə cəzalandırılması, eləcə də bu şəxslərin qorxudulması və ya hər hansı şəkildə diskriminasiyaya söykənən hərəkəti başa düşülməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx.xx.2014-cü il tarixli qərarında hazırki işin halları ilə oxşar olan vəziyyətlə bağlı göstərilmişdir: “Məhkəmə təkrar edir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax: “Assenov və Digərləri Bolqarıstana qarşı”. Pis rəftar 3-cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmasa minimum sərtlik səviyyəsində olmalıdır. Bu minimum sərtlik səviyyəsinin qiymətləndirilməsi işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun doğurduğu fiziki və psixi nəticələr, bəzi hallarda zərər çəkmiş şəxsin cinsi, yaşı və səhhətindən asılıdır (bax: “Kudla Polşaya qarşı və “Pirs Yunanıstana qarşı”). Məhkəmə, qəsdən, bir neçə saat ərzində fasiləsiz tətbiq edilmiş və bədənə real xəsarət vurulmasına və ya əhəmiyyətli dərəcədə fiziki və mənəvi iztirablara səbəb olmuş rəftarı “qeyri-insani” hesab etmişdir. Rəftar zərər çəkmiş şəxsdə qorxu, əzab və alçalma hissləri yaradaq onu təhqir edirsə və ya ləyaqətini aşağılayırsa, Məhkəmə tərəfindən “alçaldıcı” hesab edilir (bax: “Kudla” işi, 92-ci bənd). Məhkəmə təkrar edir ki, “polis təcridxanasına aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin təcridxanadan azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır” (bax: “Tomasi Fransaya qarşı”). Məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Hazırkı işin hallarına gəlincə Məhkəmə ilk öncədən qeyd edir ki, ərizəçinin polis tərəfindən pis rəftara məruz qoyulması ölkə məhkəmələrinin qərarları ilə açıq şəkildə etiraf edilmişdir (yuxarıda 20-21-ci bəndlərə bax). Məhkəmə bu qərarlardan fərqli qərar qəbul etmək üçün hər hansı əsas görmür. Məhkəmə bununla bağlı hesab edir ki, ərizəçi 2005-ci il 17 mart tarixində polis tərəfindən pis rəftara məruz qoyulduğunu təsdiq etmək üçün kifayət qədər güclü sübutlar təqdim edə bilmişdir. Xüsusilə, 2005-ci il 13 mart tarixli məhkəmə-tibb ekspertizasının rəyi onun boyun nahiyəsində ağır küt predmetlə yetirilmiş oval formalı qançırın olduğunu və bunun yetirilmə vaxtının 2005-ci il 17 mart tarixinə uyğun gəldiyini təsdiq etmişdir. Məhkəmə sözü gedən xəsarətin polis əməkdaşlarının ərizəçini polis şöbəsinə salan zaman yetirildiyi ilə bağlı Hökumətin arqumentini qəbul edə bilməz. Əslində məhkəmə-tibb ekspertizasının rəyində açıq şəkildə göstərilmişdir ki, xəsarət “çəkmə” nəticəsində deyil, ağır küt predmet vasitəsilə yetirilmişdir. Hər bir halda Məhkəmə ərizəçi qaçmağa səy göstərdiyi üçün ona qarşı güc tətbiqinin əsaslı olduğu və həddini aşmadığı ilə bağlı Hökumətin arqumentini qəbul edə bilməz. Məhkəmə bununla bağlı qeyd edir ki, ərizəçinin həbsi və ya onun üzərində axtarış aparılması ilə bağlı tərtib edilmiş protokollarda qaçmağa səy göstərdiyi və ya həbs zamanı polisə müqavimət göstərdiyi ilə bağlı hər hansı qeyd yoxdur. Bundan əlavə, ərizəçinin polisə qarşı zor işlətdiyi və ya həbsi zamanı, yaxud sonradan onlar üçün təhlükə yaratdığı və bunun da ona qarşı güc tətbiq edilməsini tələb etdiyi heç yerdə göstərilməmişdir. Məhkəmə həmçinin açıq şəkildə xahiş etməsinə baxmayaraq Hökumətin ərizəçinin üzərində axtarışın aparılmasına dair video çəkilişin ona təqdim etmədiyini də göz ardına vurmur. O qeyd edir ki, belə bir çəkilişin olduğu Apellyasiya Məhkəməsinin 2006-cı il 22 dekabr tarixli qərarında da təsdiq olunmuşdur. Belə olan halda o, ərizəçinin polis tərəfindən həbs edildiyi və ya həbsdə saxlandığı zaman pis rəftara məruz qoyulduğu ilə bağlı iddialarında hər hansı ziddiyyət və ya uyğunsuzluq görmür. Pis rəftarın ciddiliyi məsələsinə gəlincə, Məhkəmə hesab edir ki, ərizəçiyə yetirilmiş xəsarətlər hər hansı mühüm tibbi müdaxilə tələb etməsə də, ona ciddi fiziki ağrılar və iztirablar yetirmişdir. Pis rəftar və onun nəticələri yəqin ki, həmçinin ona əhəmiyyətli mənəvi əzab vermiş, insan ləyaqətini alçaltmışdır. Belə olan halda Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş pis rəftar 3-cü maddə ilə tələb olunan ağırlığın minimum səviyyəsinə çatmaq və qeyriinsani və alçaldıcı rəftar hesab olunmaq üçün kifayət qədər ciddi xarakterli olmuşdur. Beləliklə də Konvensiyanın 3-cü maddəsinin maddi hüquqi tələbləri pozulmuşdur.” Bundan başqa cinayət işi materiallarında olan Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin prokuroru Z.A.Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 2-2-110/3-073193/2024 qeydiyyat nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs bədənində olan dərəcəsi təyin edilməyən xəsarətlərlə bağlı toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (İ cild i/v 176-178). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təsirlərə və qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı prokurorluq orqanı tərəfindən araşdırma aparılsa da, araşdırma formal şəkildə olmuş, araşdırma zamanı xəsarətlərin xarakteri, törənmə vəziyyəti konkret faktlara əsasən araşdırılmamışdır. Bundan başqa “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının 34-cü bəndində Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmələrin diqqətinə çatdırmışdır ki, CPM, 728-İQ nömrəli Qanun və yaxud hər hansı bir digər normativ hüquqi akt narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyataxtarış tədbirləri keçirildikdə götürülməsinə zərurət yaranan, cinayət prosesində maddi sübut əhəmiyyətinə malik ola biləcək bu və ya digər əşyanın (məsələn, narkotik vasitənin, psixotrop maddənin, prekursorun) bilavasitə əməliyyataxtarış tədbirinin gedişində deyil, müstəsna olaraq şübhə edilən şəxs saxlanılıb polis qurumunda təhqiqatçıya təhvil verildikdən və təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulma protokolu tərtib edildikdən sonra istintaq hərəkəti (məsələn, şəxsi axtarış və götürmə) vasitəsi ilə əldə edilməsini nəinki tələb etmir, hətta bunun əksini, yəni bilavasitə əməliyyat-axtarış tədbirinin gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin və ya prekursorların götürülməsini və bunun əməliyyat-axtarış tədbirlərinin nəticələrini rəsmiləşdirən sənəddə (məsələn, raportda və ya protokolda) CPM-in 245.8 və 247.1.9-cu maddələrində nəzərdə tutulanlara analoji şəkildə - götürülən predmetin miqdarı, çəkisi, nə cür qablaşdırıldığı və digər xüsusi əlamətləri göstərilməklə əks etdirilməsini, habelə CPM-in 148.2-ci maddəsində təsbit edilən əsaslar olduqda, yəni şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən (məsələn, şəxsin güdülməsi kimi əməliyyat-axtarış tədbirinin gedişində onun narkotik vasitəni əldə etməsi, daşıması, başqasına satması və ya əməliyyat-axtarış tədbiri qismində yaşayış sahəsinə baxış keçirilərkən onun narkotik vasitəni saxlaması müşahidə edildikdə) və yaxud bilavasitə əməlin törədilməsindən sonra yaxalandıqda; hadisəni görən şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərdikdə; şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən edildikdə şəxsin şübhəli şəxs qismində tutma protokolunu tərtib etmək səlahiyyətində olan (təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş) şəxsə təqdim edilməsi üçün təhqiqat orqanının əməkdaşı hesab edilən müvafiq əməliyyat-axtarış tədbirini həyata keçirən şəxs tərəfindən tutulub-saxlanılmasını (bu məqsədin təmin edilməsi üçün zəruri olan müddəti aşmamaq şərti ilə azadlığının faktiki məhdudlaşdırıla bilməsini) ehtiva edir. CPM-in 148.2-ci maddəsi ilə yanaşı, 86.8-ci maddəsi də təhqiqat orqanının əməkdaşına “cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törədən şəxsləri və şübhəli şəxsləri” tutmaq səlahiyyəti verir (maddə 86.8.2), CPM-in 86.8.3-cü maddəsi isə təhqiqat orqanının əməkdaşının məhz tutduğu yerdə tutulan şəxsin üstünü yoxlamaq səlahiyyətini nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarından da göründüyü kimi şübhəli şəxs qismində tutulmuş şəxsin üzərinə məhz tutulduğu yerdə, əməliyyataxtarış tədbirinin gedişində şəxsi-axtarış keçirilməli və sübut əhəmiyyətinə malik ola biləcək predmetlər, o cümlədən narkotik vasitələr, psixotrop maddələr və ya prekursorlar götürülməlidir. Lakin cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması və şəxsi axtarış və götürmə aparılması haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 23:15-də saxlanılmış, daha sonra DİN-in BMCMİ-yə gətirilmiş və saat 00:52-də üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir (İ cild i/v 19, 27-29). Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs saxlanılandan dərhal sonra onun üzərinə şəxsi axtarış keçirilməsi və həmin istintaq hərəkətinin rəsmiləşdirilməsini mümkünsüz edən hər hansı xüsusi halın olmasını güman etməyə əsas verən heç bir hal olmamış və bununla da cinayət-prossesual qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Bunundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanılması ilə rəsmiləşdirilmiş şəxsi axtarışın keçirilməsi arasında 1 saat 37 dəqiqə vaxtın keçməsi, məhkəmə üçün aydın və başadüşülən deyil, hətta həmin sübutun “yerləşdirilməsinin” mümkünlüyü ilə bağlı əsaslı şübhələr yaradır, çünki həmin müddət ərzində şübhəli şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli, 1 nömrəli Qərarının 12-ci bəndinə Plenum qərara alır ki, məhkəmələrə izah edilsin ki, təhqiqat aparan şəxs, müstəntiq və ya prokuror tərəfindən vətəndaşlar süni ittiham sübutları düzəltmək yolu ilə cinayət məsuliyyətinə cəlb edildikdə təqsirkar şəxsin əməli bilə-bilə təqsiri olmayan şəxsi cinayət məsuliyyətinə cəlb etmək üstündə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin174-cü maddəsi ilə tövsif edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üzərinə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Həmçinin, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs tutulduğu andan polisin nəzarətində olduğundan ona edilən təzyiqlər nəticəsində ilkin ifadələrində narkotik vasitənin ona məxsus olmasını etiraf etməyə məcbur olmuş, daha sonra hüquqlarının müdafiəsi üçün müqavilə bağladığı vəkilinin iştirakı ilə keçirilmiş dindirmədə saxlanılarkən polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qaldığı üçün narkotik vasitənin ona məxsus olmasını bildirmişdir (İ cild i/v 135-138). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kobiaşvili Gürcüstana qarşı” 14 mart 2019-cu il tarixli qərarında polis şahidlərlə bağlı qeyd edilmişdir ki, “Bəzi sübutların yaranma mənbəyinin həqiqiliyinə şübhə yarandıqda, həmin şübhələr digər mənbələrdən alınmış sübutlarla aradan qaldırıla bilər. Məhkəmə qeyd edir ki, ərizəçinin şəxsi axtarışı barədə mötəbər hesabatın olmaması şəraitində həmin halı təsdiq edən hər hansı başqa mötəbər sübut iş materiallarında mövcud. Bundan fərqli olaraq ərizəçinin dostlarının ifadələri subyektiv mülahizə xarakterli, olmamışdır. Yuxarıda qeyd olunduğu kimi, prosesdə iştirak edən şahidlərdən birinin ziddiyyətli ifadələri və ikinci şahidin inandırıcı olmamasına dair toplanmış materiallar məhkəmə iclasında ətraflı tədqiq edilməmişdir. Polis əməkdaşlarına gəldikdə Avropa Məhkəməsi qeyd edir ki, onlar ərizəçiyə qarşı cinayət təqibinin təşəbbüskarları idilər, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları idilər və ona görə də onlar ərizəçiyə qarşı cinayət təqibinin nəticələrində maraqlı idilər. Onların maraqlılığı xüsusilə ərizəçinin narkotik maddənin onun cibinə polislər tərəfindən atıldığını iddia etdiyini nəzərə alaraq daha aydın görünürdü. Buna baxmayaraq onların ifadələri məhkəmələr tərəfindən birbaşa olaraq etibarlı sübut kimi qəbul edilmişdirşübhə doğuran ifadələr kimi rədd edilmişdir (bax: 26-cı bənd). Məhkəmə qeyd edir ki, polis əməkdaşlarının ifadələri ərizəçinin məhkəmə qərarı olmadan şəxsi axtarışına dair qərarı ilə ziddiyyət təşkil edir. Məhkəmə yuxarıda göstərilənlərə və iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, qanunun tələblərinin kobud surətdə pozulması ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında, xx.xx.2024-cü il tarixli şübhəli şəxsin dindirilməsi, xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolları təhqiqat və istintaqın gedişini düzgün əks etdirmədiyi, protokollarda şübhəli və təqsirləndirilən şəxsin ifadəsi təhrif edilmiş formada əks etdirildiyi üçün həmin protokollar və polis əməkdaşlarının ifadələri mümkün olmayan sübut kimi qiymətləndirilərək Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinin tələblərinə əsasən sübut kimi qəbul edilə bilməz və əhəmiyyətsiz hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmələrin diqqətinə çatdırmışdır ki, materiallar (məsələn, raport və yaxud protokol, eləcə də əşyalar) onların əldə edilməsinin qanunauyğunluğu (mənbəyinin mötəbərliyi) yoxlanıldıqdan və CPM-in 125-ci maddəsinin, habelə digər normalarının tələbləri baxımından sübut kimi yolverilən olması müəyyən edildikdən sonra cinayət prosesində istifadə edilə bilən sübut növü (məsələn, raport və yaxud protokol - CPM-in 135-ci maddəsində nəzərdə tutulmuş sənəd, əşya isə CPM-in 128-ci maddəsində nəzərdə tutulmuş maddi sübut) kimi ibtidai araşdırma üzrə icraatın materiallarına əlavə edilə bilər. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs, yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla müşayiət edildiyi hallara istintaq hərəkətinin keçirilməsində iştirakı məcburi olan bir və ya bir neçə subyektin iştirakı olmadan həmin hərəkətin həyata keçirilməsi halı da aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Beləliklə də iş üzrə tərtib edilmiş ittiham aktından və məhkəmə iclasında ittihamı müdafiə edən dövlət ittihamçısının mövqeyindən görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan ittihamı cinayət işi üzrə toplanmış şahid ifadələri, məhkəmə-narkoloji, məhkəməkimyəvi ekspertizasının rəyi və digər istintaq materialları ilə sübuta yetirdiyindən onun barəsində Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü çıxarılmalıdır. Lakin məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlində təqsirliliyi sübuta yetirilmir. Beləliklə məhkəmə baxışında Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi istintaq hərəkətlərində müdafiəçinin iştirak etməməsi, müstəntiq tərəfindən həmin istintaq hərəkətlərinin protokolları saxtalaşdırılaraq müdafiəçinin iştirakı ilə keçirilmiş kimi qeyd edilməsi və protokolların istintaq hərəkətində iştirak etməyən müdafiəçi tərəfindən imzalanması, Təqsirləndirilən şəxs saxlanılarkən və idarədə polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalaraq çox saylı xəsarətlər alması, bu səbəbdən də şəxsi axtarış zamanı və ibtidai araşdırma gedişində polis əməkdaşlarının təzyiqi altında, iradə ifadəsinə uyğun olmayan ifadələr verməsi, bundan başqa Təqsirləndirilən şəxs üzərinə cinayət prosessual qanuvericiliyin tələbi pozulmaqla tutulduğu yerdə deyil, saxlanıldıqdan 01 saat 37 dəqiqə sonra şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi, həmçinin, Təqsirləndirilən şəxs məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşları tərəfindən saxlanılmaması və həmin şahidlərin məhkəmədə yalan ifadələr verməsi və sair pozuntular müəyyən edilmişdir. Bununla da iş üzrə aradan qaldırılması mümkün olmayan çoxsaylı ziddiyyətlərin mövcud olması, Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş və iş üzrə ittihamın əsası kimi çıxış edən sənədlərin hadisənin konkret hallarını və real mexanizmini əks etdirməməsi və həmin sənədlərin tərtibi zamanı yol verilmiş prosessual pozuntular, eləcə də ibtidai araşdırma zamanı sübutların toplanması üçün aparılan prosessual hərəkətlərin qanunvericiliyin tələblərinin pozulması ilə icra edilməsi ittihamın istinad etdiyi sübutların mötəbərsizliyini təsdiq edir. Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli Qərarının 24-cü bəndində məhkəmələrə izah edilir ki, işin məhkəmə baxışı zamanı Konvensiyada nəzərdə tutulmuş insan hüquq və azadlıqlarının pozulmasına səbəb olan halların aşkara çıxması məhkəmələrə Azərbaycan Respublikası CPM-in 355-ci və MPM-in 265-ci maddəsinə əsasən xüsusi qərar çıxarmasına əsas verir. Xüsusi qərarda hüquq və azadlıqların pozulmasına səbəb olan fakt və hallar vəzifəli şəxslərin nəzərinə çatdırılmaqla, pozulmuş hüquqların bərpası, onlara yol vermiş şəxslərin cəzalandırılması və gələcəkdə bu kimi hallara yol verilməməsi üçün zəruri tədbirlərin görülməsini ehtiva edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli Qərarının 8-ci bəndində məhkəmələrə izah edilir ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də məhkəmə baxışı nəticəsində iş üzrə maddi sübut kimi tanınmış 6,137 qram psixotrop maddə olan metamfetaminin Təqsirləndirilən şəxs aidiyyəti və Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmiş, eləcə də ittiham olunduğu cinayətin törədilməsində onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Buna görə də, sonuncuya həmin maddə ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, bəraət almış şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə zalından azad edilməlidir. İş materiallarına əsasən aşkar edilərək götürülməsi iddia edilən 6,237 qram qram metamfetaminin ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 6,137 qram qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmaqla saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Həmin maddi sübutların bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan hazırki hökm qanuni qüvvəyə mindikdən sonra həmin fakt üzrə müvafiq araşdırmanın aparılması və cinayət təqibi məsələsinin həll edilməsi üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli və bununla əlaqədar maddi sübut kimi saxlanılan 6,137 qram metamfetamin həmin fakta görə aparılan cinayət təqibi üzrə Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan cinayət işi üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,137 qram psixotrop maddə olan metamfetamin materiala əlavə edilməlidir. Həmçinin maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs bəraət verildiyi üçün iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti dövlətə aid edilməlidir. İş üzrə mülki iddia yoxdur. Bundan əlavə fəaliyyətlərində kobud qanun pozuntularına yol vermiş DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X1 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilən ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən psixotrop maddə olan 6,237 qram metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin və ekspertiza tədqiqatından sonra qalmış maddi sübut kimi tanınmış psixotrop maddə olan 6,137 qram metamfetamin həmin araşdırma ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasına xərclənmiş 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti dövlətə aid edilsin. İş üzrə mülki iddia yoxdur. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X1 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılsın. Həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar