Məhkəmə qərarları › İş №1(101)-591/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-591/2024

18.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-591/2024 18.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Lerik rayonu, Boykəndil kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşamış, barəsində Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 30 yanvar 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silahı əldə etmiş və gəzdirmiş, eləcə də qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silah gəzdirmə halları istisna olmaqla qanunsuz olaraq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağı hesab edilən, təyinatı üzrə istifadəyə yararlı, üzərində hər hansı əlavə və dəyişiklik edilməmiş iki ədəd soyuq silahı əldə edib üzərində saxlamaqla gəzdirmiş, habelə qanunsuz olaraq külli miqdarda, yəni 8,481 qram çəkidə psixotrop maddə metamfetamini üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 yanvar 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində həmin gün saat 12:45-də ünvan 3 ünvanının yaxınlığında etibarnamə ilə idarə etdiyi “Kia Optima” markalı, **-NS-*** qeydiyyat nişanlı avtomobilin yanında olan zaman saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə ünvan 4 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilərkən qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 8,481 qram çəkidə psixotrop maddə metamfetamin əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür.Əməliyyat-tədbirlərinin davamı olaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 yanvar 2023-cü il tarixdə saat 15:50-də Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi “Kia Optima” markalı, **-NS-*** qeydiyyat nişanlı avtomobilə özünün razılığı və iştirakı ilə baxış keçirilən zaman onun milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silah gəzdirmə halları istisna olmaqla qanunsuz olaraq əldə edib avtomobilində gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş, iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağı hesab edilən, təyinatı üzrə istifadəyə yararlı, üzərində hər hansı əlavə və dəyişiklik edilməmiş iki ədəd soyuq silah avtomobilin arxa saxlanc yerindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki,Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə elan edilmiş ittihamı qəbul etsə də narkotik vasitə ilə əlaqədar irəli sürülmüş ittihamı təkzib edir. O, ümumiyyətlə narkotik vasitələrin istifadəçisi deyildir. Ev təmir və dizayn işi ilə məşğul olmuşdur. Hadisə günü ünvan 5 ünvanında saat 11-12 radələrində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 5 nəfər mülki geyimdə əməkdaşları tərəfindən saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin binasına aparılmışdır. Saxlanılarkən yanında Cavidan və Şahid5 adlı şəxslər də olmuşdur. Həmin şəxslər də onunla birgə İdarəyə aparılmışdır. Ramal başqa avtomobillə aparılmışdır. Polis əməkdaşları özlərini onlara təqdim etməmişdir. Avtomobildə polis əməkdaşları ona narkotik vasitə istifadəçisi olduğunu bildirmiş, sonuncu bu faktı təsdiq etmək üçün onu narkoloji dispanserə aparılmasını təklif etmişdir. Maşından düşdükdən sonra sonuncuya narkotik vasitələrin satışı ilə məşğul olduğu bildirilmişdir. Onun təklifi ilə polis əməkdaşları tərəfindən mobil telefonu yoxlanılmış və qanunsuz heç nə aşkar edilməmiş, avtomobilində olan 5300 manatdan 5000 manatı polis əməkdaşları tərəfindən götürülmüşdür. Onunla birlikdə saxlanılan adamlar da narkotik vasitə istifadəçisi olmamışdır. İdarədə ona 3 büküm narkotik vasitə verilmiş, videoçəkiliş zamanı təqdim etməsi və həmin narkotik vasitəni tanımadığı şəxs, İran vətəndaşından almasını deməsi tələb edilmişdir. Əvvəlcə polis əməkdaşlarının tələbləri ilə razı olmasa da dubinka ilə döyülmüş, ona eletrik cərəyanı qoşulmuş, habelə avtomobilindən üç kiloqram narkotik vasitə aşkar ediləcəyi barədə psixoloji təzyiqə məruz qalmışdır. Həmçinin Cavidan və Ramalın azad olunması üçün onların dedikləri ilə razılaşmışdır. Maşınıda olan bıçaqları isə hər hansı bir cinayət əməlini törətmək üçün yox, qəlyan çəkən insan olduğu üçün saxlamışdır. Döyülməsi ilə bağlı prokurorluğa şikayət etmiş, polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı Bakı şəhəri Nərimanov rayon Prokurorluğu tərəfindən araşdırma aparılmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, 28 fevral 2023-cü il tarixdə Neftçilərdəki təkər məntəqəsində olarkən saat 12-1 radələrində 3-4 nəfər polis əməkdaşları tərəfindən tutularaq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdır. Polis əməkdaşları onlara yaxınlaşan zaman özlərini təqdim etməmiş, tutulmalarının səbəbini onlara bildirməmişdir. Birlikdə tutulduğu adamlarla ayrı-ayrı kameralarda olmuş, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunduğunu sonradan bilmişdir. Nizaminin narkotik vasitə istifadəçisi deyildir və bu barədə istintaq orqanına məlumat vermişdir. İdarədə hər üçünün üzərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs maşınından bıçaq aşkar edilmişdir. O, həmin bıçaqdan qəlyan düzəltmək üçün istifadə etdiyini qeyd etmişdir. Sərbəst buraxıldıqdan bir neçə ay sonra bəzi sənədləri imzalmaq üçün yenidən Polis İdarəsinə getmiş, polis əməkdaşları tərəfindən tələsdirildiyi üçün ifadələrindəki yazıları oxumadan sənədlərə qol çəkmişdir. Nizami Allahverdiyə qarşı fiziki və psixi təzyiq göstərilmişdir. Birbaşa şahidi olmasa da Nizami barəsində təzyiqə yol verildiyini sonuncunun danışığı və duruşundan hiss etmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 28 yanvar 2023-cü il tarixdə saxlanılmazdan 1-2 saat əvvəl Nizami ilə görüşmüş və Nizamiyə məxsus olan “Kia Optima” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobildə olmuşlar. Lakin Nizaminin üzərində “şüşə” və maşınında bıçaq olmasından xəbəri olmamışdır. Təxminən 12:45 radələrində tanışları Təqsirləndirilən şəxs və Şahid5 ilə birlikdə ünvan 3 ünvanının yaxınlığında olduğu zaman onlara mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, polis əməkdaşları onlardan özlərini təqdim etməyini xahiş etmiş, onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları Nizaminin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmiş, o, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində “şüşə” vardır. Bundan sonra polis əməkdaşları onları baş polis idarəsinə dəvət etmiş, onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmiş, polis idarəsində Nizami hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Onlara hüquq və vəzifələri izah olunmuş, sonra Nizaminin üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış, onun və Ramalın üzərinə isə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Nizami üzərində “şüşə” olduğunu bildirib, əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi ifadələr arasındakı ziddiyyəti Şahid5 dindirilmə protokollarını tələsdirildiyi üçün oxumadan imza etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 28 fevral 2023-cü il tarixdə Neftçilər ərazisində avtomobil təmir xidmətində olarkən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşları ilk olaraq Təqsirləndirilən şəxs, daha sonra isə onu maşına əyləşdirərək Baş İdarəyə aparmışdır. Polis əməkdaşları onları saxlayarkən özlərini təqdim etməmişlər. Onları tutan adamlardan kim olduqlarını soruşduqda polis əməkdaşı olduqlarını bildirmişlər. Əvvəl üzərlərinə İdarənin həyətində, daha sonra idarədə ayrı-ayrı otaqlarda barələrində baxış istintaq hərəkəti həyata keçirilmişdir. Maşından aşkar edilən bıçaq Nizamiyə məxsus olmuş və ondan qəlyan düzəltmək üçün istifadə olunacağını bildirmişdir. Nizami Alllahverdiyevin narkotik vasitələrlə əlaqəsi olmamışdır. Saxlanılan zaman polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmamış və qarşısına üzərinə götürməsi üçün narkotik vasitə qoyulmamışdır. Baş İdarədə iki gün qalmış və dəhlizdə Təqsirləndirilən şəxslə rastlaşarkən onun üzünün qızardığını görmüş, sonuncu fiziki təzyiqə məruz qaldığını bildirmişdir. Təqsirləndirilən şəxs barəsində şəxsi axtraış istintaq hərəkətinin keçirilməsi zamanı o da orada olmuş, onun üzərindən narkotik vasitə aşkar edilərkən təəccüblənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid1 Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmış, Nizami rayonu Çobanzadə 40 küçəsində özlərini təqdim etmiş və təqsirləndirilən şəxsə yaxınlaşdıqdan sonra o, Baş İdarəyə dəvət edilmişdir. Təqsirləndirilən şəxslə bərabər iki nəfər də saxlanılmışdır. Baş İdarədə təqsirləndirilən şəxsin üzərinə keçirilmiş baxış nəticəsində psixotrop maddə metamfetamin , avtomobilinə baxış keçirilərkən üç ədəd bıçaq aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsin üzərində qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə və soyuq silah gəzdirməsi ilə bağlı ona daxil olan əməliyyat məlumatı əsasında 28 yanvar 2023-cü il tarixdə günorta saat 12-1 radələrində ünvan 6 ünvanında Təqsirləndirilən şəxs yaxınlaşmış, həmin an onun yanında iki nəfər başqa şəxs də olmuşdur. Əməliyyat tədbirində 4 nəfər polis əməkdaşı iştirak etmiş, Təqsirləndirilən şəxs olduğu ünvana bir avtomobillə getmişlər. Daxil olan əməliyyat məlumatı narkotik vasitələrinin satışı ilə bağlı informasiyanı ehtiva etməmişdir. Özlərini Təqsirləndirilən şəxs yanında olan şəxslərə təqdim etdikdən sonra həmin şəxslərin də anket məlumatlarını öyrənmişdir. Təqsirləndirilən şəxs qərarla tanış edildikdən sonra Baş İdarəyə gətirilmişdir. Təqsirləndirilən şəxs “Kia” markalı avtomobilini Şahid3 idarə etmiş, Şahid4 və Şahid2 isə digər iki şəxsi öz idarə etdikləri avtomobillə Baş Mütəşəkkil Cinayətkarlıqla üzrə Mübarizə İdarəsinə gətirmişlər. Xidməti otaqlardan birində müdafiəçinin iştirakı ilə videoçəkiliş zamanı təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmiş, şəxs sellofan bükümdə olan bir büküm metamfetaminə bənzər maddəni və telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxsin yanında olan şəxslərin üzərlərindən qanunsuz heçnə aşkar edilməmişdir. Təqsirləndirilən şəxsin icazə ilə onun idarə etdiyi avtomobilinə baxış keçirilmiş və maşının yük hissəsindən 03 ədəd soyuq silaha bənzər dəmir predmet aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs metamfetaminə bənzər maddəni öz istifadəsi üçün saxladığını və təxminən 15-30 gün əvvəl Cəlilabad rayonunda yaşadığı evin yaxınlığındakı zibil tullantılarının yanından aşkar etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir fiziki və psixi təzyiq göstərilməmişdir. Əvvəllər təqsirləndirilən şəxs barəsində ona əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 daxil olmuş narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs yeri müəyyən edildikdən sonra 28 yanvar 2023-cü il tarixdə günorta saat 12-1 radələrində sonuncuya yaxınlaşaraq özünü təqdim etmiş və onu yanında olan iki nəfərlə birlikdə idarəyə dəvət etmişlər. İdarədə olarkən vəkilin iştirakı ilə təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmiş, şəxs üzərində olan psixotrop maddə olan metamfetamini könüllü surətdə təqdim etmiş, həmin maddə təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Aşkar edilmiş maddə tərəzi vasitəsilə çəkilməmişdir. Təqsirləndirilən şəxs avtomobilini Şahid3 və Şahid1 idarəyə gətirdiyini güman edir. Digər şəxslər isə özünün avtomobili ilə Baş İdarəyə gətirilmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki-psixi təzyiq göstərməmişdir. Məhkəmədə elan edilərək tədqiq edilən Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, o Şahid3, X5 və Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 28 yanvar 2023-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokol və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 yanvar 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 12:45-də ünvan 3 ünvanında “Kia Optima” markalı, **-NS-*** qeydiyyat nişanlı avtomobilin yaxınlığında saxlanılmış, avtomobillə birlikdə İdarəyə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən içində psixotrop maddə metamfetamin olan 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim edilmiş 01 ədəd sellofan bükümün içərisində ağ rəngli, spesifik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Təqdim edilmiş 01 ədəd büküm götürülmüşdür. Şifahi sorğu zamanı təqsirləndirilən şəxs təqdim edilən həmin maddənin yaşadığı ünvana yaxın ərazidə məişət tullantıları olan qabın yanından tapdığını və şəxsi istifadəsi məqsədilə üzərində gəzdirdiyini bildirmişdir( cild 1, iş vərəqi 28-30). 28 yanvar 2023-cü il tarixli “baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokol və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD diskdən görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 yanvar 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 12:45-də ünvan 3 ünvanında “Kia Optima” markalı, **-NS-*** qeydiyyat nişanlı avtomobilin yaxınlığında saxlanılmış, avtomobillə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və avtomobilə baxış keçirilən zaman avtomobilin arxa saxlanc hissəsindən 03 ədəd bıçaq tipli dəmir predmet aşkar edilərək götürülmüşdür ( cild 1, iş vərəqi 34-36). 28 yanvar 2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün №6" dairəvi möhür əksi “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı və imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 8,481 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 8,381 qram təşkil etmişdir ( cild 1, iş vərəqi 62-63). 16 fevral 2023-cü il tarixli məhkəmə ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağıdır, istifadəyə yararlıdır və soyuq silah hesab edilir, üzərində hər hansı dəyişiklik və əlavə edilməmişdir. Tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağıdır, istifadəyə yararlıdır və soyuq silah hesab edilir, üzərində hər hansı dəyişiklik və əlavə edilməmişdir. Təqdiqata təqdim edilmiş 01(bir) ədəd bıçaq kustar üsulla hazırlanmış hər iki tərəfi küt, ucu deşici xassəyə malik suvenir bıçağıdır, istifadəyə yararlıdır və soyuq silah hesab edilmir üzərində hər hansı dəyişiklik və əlavə edilməmişdir (cild 1, iş vərəqi 188-191). 31 yanvar 2023-cü il tarixli “Maddi sübut hesab edilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 8,381 qram olan psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama yerinə təhvil verilməsi nəzərdə tutulmuşdur (cild 1, iş vərəqi 131- 133). 22 fevral 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, bir ədəd ağ rəngli iphone markalı telefona telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxslə ayrı-ayrı şəxslər arasında müxtəlif məzmunlu mesajlaşmalar olsa da iş üzrə əhəmiyyət kəsb edən hır hansı bir məlumat aşkar edilməmişdir(cild 1, iş vərəqi 160). Cinayət işi üzrə verilmiş əməliyyat tapşırığına cavab olaraq bildirilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçiribkeçirməməsi, həmçinin, “Kia Optima” markalı, **-NS-*** qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş soyuq silah hesab edilən 02 ədəd bıçağı haradan əldə etməsi və həmin bıçaqla hər hansı bir cinayət törədib-törətməməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Həmçinin qeyd edilmişdir ki, bu və digər halların müəyyənləşdirilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirlər davam etdirilir, müsbət nəticə əldə olunduğu halda əlavə məlumat veriləcəkdir(cild 1, iş vərəqi 161). Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılan telefon danışıqlarına dair məlumatları özündə əks etdirən Bakcell MMC-dən daxil olan 20 aprel 2023-cü il tarixli 1 ədəd CD diskə baxış keçirilən zaman həmin nömrə ilə müxtəlif nömrələr arasında yazışmalar müəyyən edilsə də iş üzrə əhəmiyyət kəsb edəcək məlumat aşkar edilməmişdir(cild 1, iş vərəqi 186). 18 may 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, avtomobilinə baxış və götürmə istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən iki ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilməsinin nəzərə alınması, avtomobilinə axtarış keçirilərkən aşkar edilmiş soyuq silah hesab edilən iki ədəd bıçağın saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama yerinə təhvil verilməsi müəyyən edilmişdir (cild 1, iş vərəqi 210- 222). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət- Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə əməllərinə görə qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarış və götürmə, habelə avtomobilinə baxış və götürmə istintaq hərəkəti protokollarından, müvafiq protokollarınn məzmununu əks etdirən DVD diskdən də görünür ki, təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətləri həyata keçirilərkən üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin, idarə etdiyi “Kia Optima” markalı avtomobildən aşkar edilən 3 ədəd bıçaq tipli predmetin özünə məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələrdə də avtomobildən aşkar edilən bıçaqların onun özünə məxsus olmasını mübahisələndirməmişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə təkrar dindirilərkən, həmçinin məhkəmə iclasında verdiyi ifadələrində narkotik vasitənin ona məxsus olmadığını, üzərinə şəxsi axtarış keçirilərkən, habelə ilkin ifadələr verən zaman ona fiziki və psixi təzyiq edildiyini, polis əməkdaşları tərəfindən elektrik cərayanına bağlandığını, bəzi xəsarətlərin izinin qalmadığını, lakin sol bud nahiyəsinə və qollarına üzərində hələ də xəsarət yerlərinin olduğunu, aşkar edilərək götürülən narkotik vasitənin ona polis əməkdaşları tərəfindən verildiyini, həmin narkotik vasitənin ona məxsus olmasını etiraf edəcəyi təqdirdə əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona ittiham elan ediləcəyi söyləndiyini göstərmişdir . Məhkəmənin təşəbbüsü ilə əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 21 avqust 2023-cü il tarixli məktubla müşaiyət edilən tibbi müayinə sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs həbs olunmadan əvvəl xəsatələr almasını inkar edilmiş, aparılmış tibbi müayinə zamanı isə üzərində xəsarət izləri aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 25 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə məruz qalması barədə izahatı ilə bağlı aparılmış araşdırma üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Qərar qəbul edilərkən Şahid1 Zəki oğlu, Şahid3, Şahid4 tərəflərindən saxlanılan təqsirləndirilən şəxs barəsində hər hansı bir təzyiq yol verilməməsi barədə izahatları, təqsirləndirilən şəxsin bədən səthində 28 yanvar 2023-cü il tarixə təsadüf edən hər hansı xəsarətin aşkar edilməməsi barədə 25 iyun 2023-cü il tarixli məhkəmə tibb ekspertiza rəyi əsas götürülmüşdür (Cild 1, iş vərəqə 169-170). Bundan başqa təqsirləndirilən şəxs saxlanılarkən yanında olmuş və idarəyə aparılan iki nəfər şahid məhkəmə iclasında dindirilmişdir. Şahid5 təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən dindirilərkən Təqsirləndirilən şəxs onunla birgə İdarəyə aparılan şəxslər vasitəsilə təzyiq edildiyini, hər üçünün qabağına bir büküm narkotik vasitə qoyulduğunu, Təqsirləndirilən şəxs əməli etiraf etməyəcəyi təqdirdə onların da cinayət məsuliyyətinə cəlb ediləcəyinə dair hədəyə məruz qaldığı barədə verdiyi ifadəsinin doğru olduğunu bildirsə də əvvəla sərbəst ifadə verərkən həmin xüsusatı məhkəməyə bildirməmiş, yalnız təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsi bildirildikdən sonra həmin halı təsdiq etmiş, lakin ibtidai istintaq dövründə verdiyi ifadə ilə məhkəmə dövründə verdiyi ifadələri arasında ziddiyyəti təkzib etmək üçün tutarlı əsaslar gətirə bilməmişdir. Digər tərəfdən onun ifadəsi həmin hissədə Şahid6 tərəfindən inkar edilmişdir. Məhkəmə onu da qeyd edir ki, adı çəkilən şahidlər Təqsirləndirilən şəxs təzyiqə məruz qalmasını qeyd etsələr də onun döyüldüyünü görmədiklərini , sonuncunun sözlərinə əsasən fiziki təzyiqə məruz qalmasını bildiklərini qeyd etmişlər. Məhkəmə təqsirləndirilən şəxsin bir-biri ilə ziddiyyət təşkil edən ifadələrini, eləcə də barəsində həyata keçirilən şəxsi axtarış və götürmə, habelə avtomobilə baxış və götürmə istintaq hərəkəti protokollarının mötəbərliliyinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsasların olmaması kimi halları iş üzrə mövcud olan şahid ifadələri, üzləşdirmə protokolları ilə birgə müqayisə edərək qiymətləndirməklə təqsirləndirilən şəxsin şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülən narkotik vasitə heroinin ona aid olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək hesab edir ki, üzərindən aşkar edilərək götürülən psixotrop maddənin ona məxsus olması işin mübahisəsiz halıdır. İş materiallarından görünür ki, istintaq orqanı Təqsirləndirilən şəxs ittiham elan edərkən sonuncunun üzərindən aşkar edilərək götürülən narkotik vasitənin satış məqsədilə əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmişdir. "Savalanlı və digərləri Azərbaycana qarşı" işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli Qərarının məzmunundan aydın olur ki, satış məqsədilə narkotik vasitələrin və ya psixotrop maddələrin dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılması zamanı cinayət törətməkdə təqsirləndirilən şəxslərə münasibətdə istintaq hərəkətləri axtarış və götürmə aparılması ilə məhdudlaşmamalı, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla əlaqədar müvafiq istintaq hərəkətləri aparılmalı, nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutların, habelə təqsirləndirilən şəxslərin sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanması və müəyyən edilməsinə nail olunmalıdır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərək üzərindən narkotik vasitə aşkar edilsə də, istintaq orqanı şəxsi axtarış və İdarəyə gətirildiyi avtomobilə baxış keçirilməsi istintaq hərəkəti ilə kifayətlənmiş, təqsirləndirilən şəxsin yaşadığı evə münasibətdə ümumiyyətlə axtarış həyata keçirilməmişdir. Bundan başqa nə təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı üzərindən aşkar edilərək götürülən “İphone” markalı mobil telefona, nə də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon nömrəsindən müxtəlif nömrələrlə telefon danışıqları və SMS yazışmalarının mətnini özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi zamanı iş üçün əhəmiyyət kəsb edən, o cümlədən şəxsin üzərindən aşkar edilən narkotik vasitələri əldə etməsi, daşıması və saxlamasında satış məqsədinin olmasına dəlalət edən hər hansı hallar aşkar edilməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş 14 fevral 2013-cü il tarixli məktubdan görünür ki, sonradan keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni aldığı şəxsin müəyyən edilməsinin, həmçinin digər cinayət əməllərinin törədilməsində iştirakının, narkotik vasitə və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli şəxslərlə əlaqələrinin olubolmaması, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt kimdən, hansı şəraitdə əldə etməsi müəyyən edilə bilməmişdir (Cild 1, iş vərəqə 151). Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi ilə əlaqədar düzgün nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri elementlərindən biri olan “satış” məqsədinin sübuta yetirilməməsi ilə əlaqədar isə təqsirləndirilən şəxsin əməlləri satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini qəsdən törətmişdir. Həmin əməllər başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əvvəllər məhkum edilməməsini, qismən etirafedici ifadələr verməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməməsi, qismən etirafedici ifadələr verməsi kimi barəsində olan cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin edilməli Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar tam toplanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən həmin Məcəllənin 228.4-cü maddəsində göstərilən cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olsa da, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməli ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 28 yanvar 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 19; 126-130). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 28 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. 15 aprel 2023-cü il tarixli məhkəmə-narkoloji ekspertizasından görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 192-193). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8,381 qram təşkil edən metamfetamin məhv edilməli, 2 ədəd soyuq silah Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-texniki Təminat Baş İdarəsinin Silah-sursat anbarına təhvil verilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 178 (yüz yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 61, 189). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 300 ( üç yüz ) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci və Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar tam toplamaqla ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 28 yanvar 2023-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8,381 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərindən götürülmüş 2 ədəd soyuq silah saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-texniki Təminat Baş İdarəsinin Silah-sursat anbarına təhvil verilsin; - Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarış və götürmə, habelə avtomobilə baxış və götürmə istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 178 (yüz yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi2 üçün 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar