Məhkəmə qərarları › İş №1(101)-591/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-591/2025

11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-591/2025 11.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər X5 və X2 ibarət tərkibdə, X9 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 03 avqust 1996-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2a yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədilə ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi külli miqdarda bir ədəd sellofan bükümün içərisində bir ədəd bükümdə təmiz çəkisi 2,904 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə təmiz çəkisi 3,931 qram olan külli miqdarda psixotrop maddə metamfetamini əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxlamaqla daşımış, 17 iyun 2024cü il tarixdə, saat 15:20 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanın yaxınlığında saxlanılıb, Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, orada 17 iyun 2024-cü il tarixdə, saat 16:50-dən etibarən üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən külli miqdarda bir ədəd sellofan bükümün içərisində bir ədəd bükümdə təmiz çəkisi 2,904 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 3,931 qram olan külli miqdarda psixotrop maddə metamfetamin, həmin tarixdə saat 17:50-dən etibarən ünvan 4 ünvanda yerləşən yaşadığı evə baxış keçirilərkən həmin evin yataq otağında olan stolun altında gizlətdiyi bir ədəd selofan plastik torbanın içində iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 57,440 qram, 146,361 qram olmaqla ümumi təmiz çəkisi 203,801 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, eyni zamanda həmin plastik torbanın içində iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 43,696 qram, 155,566 qram olmaqla ümumi təmiz çəkisi 199,262 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüş, bununla da Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunusuz olaraq əldə edib, üzərində daşıdığı və yaşadığı ünvanda saxladığı külli miqdarda ümumilikdə təmiz çəkisi 206,705 qram olan xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən narkotik vasitə heroin və ümumilikdə təmiz çəkisi 203,193 qram olan xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun narkotik vasitələrdən asılılığı olmuşdur. Ona elan edilmiş ittihamda göstərilən həm üzərindən, həm də yaşadığı evindən aşkar edilmiş ümumilikdə 206,705 qram narkotik vasitə heroin və 203,193 qram psixotrop maddə metamfetamin həqiqətən də ona məxsus olmuşdur. Belə ki, həmin maddələrin təxminən 6 qramı onun cibindən, digər hissəsi isə onun mənzilinə baxış keçirilərkən polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Həmin narkotik və psixotrop maddələri şəxsi istifadəsi üçün əldə etmişdir. Həmin narkotik və psixotrop maddələrin çəkisinin çox olması isə hər dəfə həmin maddələri götürmək üçün harasa getmək istəməməsi ilə əlaqədar olmuşdur. Ona polis əməkdaşları tərəfindən heç bir təsir, təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq göstərmişdir ki, o, həmin narkotik və psixotrop maddələri saxlanıldığı gün səhər təzdən götürmüşdür. O, narkotik və psixotrop maddələri Ramin adlı X3 vətəndaşından əldə edirmiş. Həmin maddələri Bakı şəhərində Hövsan qəsəbəsi ərazisindən götürüb Səbail rayonu ərazisində yerləşən evinə aparmışdır. Ramin adlı şəxsə həmin narkotik vasitələrin müqabilində pul ödəyəcəkmiş. Narkotik vasitənin hər qramına görə 35 manat məbləğində ödəniş edəcəkmiş. O, həmin narkotik və psixotrop maddələri istifadə etdikcə istifadə etdiyi miqdara uyğun Raminə pul ödəyəcəkmiş. Onunla Ramin adlı şəxs arasında narkotik vasitələri aparıb harasa qoymağı və bunun müqabilində Raminin ona ödəniş etməsi ilə bağlı heç vaxt danışıq olmamışdır. Onu polis əməkdaşları Bakı şəhəri, Səbail rayonu ərazisində saxlamışlar. Polis əməkdaşlarının onda narkotik vasitələrin olmasını haradan bildikləri barədə məlumatı yoxdur, yəqin ki, narkotik vasitələri Hövsan qəsəbəsi ərazisində götürərkən kameraya düşmüşdür. O, həmin maddələri götürərkən bükümlərdə heroin və metamfetamin olduğunu bilirmiş. Onun evində də həmin iki növdə, yəni narkotik maddə heroin və psixotrop maddə metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq daha sonra göstərmişdir ki, aşkar olunmuş həmin maddələrin ayrı-ayrı bükümlərdə olmasının səbəbi harasa gedəndə narkotik vasitələrin hamısını aparmaq istəməməsi ilə əlaqədar olmuşdur. Buna görə də, həmin narkotik və psixotrop maddələrin hamısını bir bükümdə saxlamırmış. Narkotik vasitələrdən asılı olduğu üçün çox istifadə edirmiş. O, aşkar edilmiş həmin narkotik və psixotrop maddələrin ödənişini etməmiş, həmin maddələri istifadə etdikcə hər qramı üçün 35 manat ödəniş edəcəkmiş. Narkotik vasitələri aldığı şəxsin ona inamı yarandığına görə bu miqdarda narkotik vasitənin ödənişini sonra etmək şərti ilə ona vermişdir. O, narkotik vasitələri götürdüyü şəxsdən əvvəllər də iki-üç dəfə beş qram olmaqla narkotik vasitə almışdır. Narkotik vasitələri götürdüyü şəxs ona həmin maddələri Hövsan qəsəbəsi ərazisindən götürməyi söyləmişdir. O, həmin narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etmiş və istifadə edib bitirənə qədər özündə saxlayacaqmış. Təqsirləndirilən şəxs həmin narkotik maddə heroin və psixotrop maddə metamfetamini aldığı şəxsə həmin maddələrin pulunu ödəməyə maddi imkanının olubolmaması barədə verilmiş suala cavab olaraq taksi fəaliyyəti ilə məşğul olduğunu, həmin maddələrin pulunu ödəməyə maddi imkanı olmasa da, həmin maddələri aldığı şəxsi aldadacağını düşündüyünü bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmənin sonrakı iclaslarında verilən suallara cavab olaraq həmçinin göstərmişdir ki, onun yaşadığı evindən göstərdiyi narkotik maddə heroin və psixotrop maddə metamfetaminlə yanaşı, elektron tərəzi də aşkar edilmişdir. O, həmin tərəzini narkotik vasitəni götürən zaman götürmüş, onu götürməkdə məqsədi narkotik vasitəni hər dəfə istifadə etdikcə tərəzidə çəkib narkotik vasitəni əldə etdiyi şəxsə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə həmin məlumatları göndərməli olması ilə əlaqədar olmuşdur. Həmin tərəzi işlək vəziyyətdə olmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 17 iyun 2024-cü il tarixdə verdiyi izahatında, daha sonra isə 19 iyun 2024-cü il tarixdə şübhəli şəxs və həmin tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 17 iyun 2024-cü il tarixdə, saat 15:20-də Bakı şəhəri, Səbail rayonu, 1-ci yaşayış massivi, ev 91 ünvanın yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə onun şübhəli şəxs qismində tutulmağı barədə qərarı elan etmişlər. Şübhəli şəxsə aid hüquq və vəzifələri izah edilərək buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə videogörüntü ilə şəxsi axtarış aparılması izah olunduqda buna etirazı olmamışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla saxlanılması və gəzdirilməsi qadağan olunmuş əşya varsa təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən, bir ədəd sellofana bükülmüş içərisində iki ədəd aydın görünən bükülünü təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra isə üzərinə şəxsi axtarış aparılmış və şalvarının ciblərindən bir ədəd «Samsung markalı mobil telefon və iki ədəd qapı açarları aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi bir ədəd sellofan bükülü açıldıqda içərisində iki ədəd ayrı-ayrılıqda büküm müəyyən edilmişdir. Bükümlər açıldıqda birində ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə, digər bükümdə açıq qəhvəyi rəngli, spesifik iyli heroinə bənzər kütlə aşkar edilmişdir. Təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmişdir. Metamfetaminə bənzər kütlənin çəkisi 5 (beş) qram, heroinə bənzər kütlənin çəkisi 6 (altı) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bir ədəd mobil telefon müvafiq izah verilərək götürülmüş və iki ədəd qapı açarları ona qaytarılmışdır. O, verilən suallara cavab olaraq üzərində aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Ramin” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisindən əvvəlcədən təyin edilmiş yerdən 1 (bir) gün qabaq ayrı-ayrı yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini, daha əvvəl də 5 (beş) dəfə həmin şəxsin vasitəsi ilə narkotik vasitə əldə etdiyini, hazırki maddələri ünvanlara daşımaq müqabilində sonuncunun ona 1000 (min) manat pul verəcəyini, lakin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını söyləmiş, bundan başqa o, yaşadığı ünvan 2a narkotik vasitə və psixotrop maddə olduğunu, təqdim edə biləcəyini, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirərək tərtib edilmiş protokolu imzaladıqdan sonra, müdafiəçi və polis əməkdaşları ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, 1-ci yaşayış massivi, ev 91 ünvanına, yəni yaşadığı evə getdiklərini və həmin evdə baxış zamanı yataq otağındakı stolun altında gizlətdiyi 1 (bir) ədəd sellofanın içərisindən 1 (bir) ədəd elektron tərəzi, 2 (iki) ədəd sellofanda psixotrop maddə olan metamfetamini və 2 (iki) ədəd sellofanda açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroini təqdim etmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, metamfetaminlərin çəkisi 200 (iki yüz) qram, heroinlərin çəkisi 208 (iki yüz səkkiz) qram olması müəyyən edilmişdir. Narkotik vasitə və psixotrop maddələr, elektron tərəzi qablaşdırılmış və möhürlənmişdir. Yaşadığı evin digər hissələrinə baxış keçirilmiş, narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və eletron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Ramin” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən 1 (bir) gün qabaq ayrı-ayrı yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini, daha əvvəl də 5 (beş) dəfə həmin şəxsin vasitəsi ilə narkotik vasitə əldə etdiyini, hazırki maddələrin ünvanlara daşımağın müqabilində sonuncunun ona 1000 (min) manat pul verəcəyini, digər heç bir yerdə narkotik maddə saxlamadığını, ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Narkotik vasitə olan heroindən təxminən iki ildir ki, istifadə edir. Həmin vasitəni müxtəlif vaxtlarda və yerlərdə tanımadığı İran vətəndaşından sosial şəbəkə vasitəsi ilə əlaqə saxlamaqla alır. “Ramin” adlı şəxsi yaxından tanımır, onu sosial şəbəkədən tanısa da, heç vaxt görüşməmişdir. Onun yalnız dediyi ünvandan narkotik vasitəni və psixotrop maddəni götürüb, əvəzində başqa yerə aparıb pul qazanmaq məqsədi olmuşdur (iş vərəqə: cild İ, səh.38-39, 54-57, 66-68) . Məhkəmə baxışı zamanı elan olunan ifadələrində müəyyən olunan fərqli və ziddiyyətli hallara münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq zamanı xəstə olduğuna görə həqiqətən də fərqli ifadələr verdiyini bildirmiş, bundan başqa ibtidai istintaq zamanı verdiyi ifadələrinin ondan aşkar olunan narkotik vasitələri və psixotrop maddələri müəyyən yerlərə qoyması müqabilində “Ramin” adlı İran İslam Respublikasının vətəndaşından pul almasına dair hissəsini təsdiq etmədiyini, həmçinin ona polis əməkdaşları tərəfindən heç bir təsir, təzyiq göstərilmədiyini bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, həmin vaxt Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 17 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs tərəflərindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində saxlanılaraq polis idarəsinə aparılmışdır. Polis idarəsində Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə və müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələrə bənzər maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt sorğu-sual zamanı müəyyən miqdarda narkotik və psixotrop maddələri də evində saxladığını bildirmişdir. Sonra əməliyyat qrupu Təqsirləndirilən şəxs yaşadığı evə gedərək videoçəkilişlə və müdafiəçisinin iştirakı ilə həmin evə baxış keçirilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs yataq otağından təxminən xatırladığı qədər ümumi çəkisi 200 qram olan narkotik vasitə heroini, həmçinin ümumi çəkisi 200 qrama yaxın olan psixotrop maddə metamfetamini təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin vaxt bildirmişdir ki, aşkar edilmiş həmin maddələri İran İslam Respublikasının vətəndaşından əldə etmiş və həmin şəxsin dediyi yerlərə qoyurmuş. Şahid2 həmçinin verilən suallara cavab olaraq göstərmişdir ki, onlar əməliyyat qrupunda iki nəfər polis əməkdaşı iştirak etmişlər. Əməliyyat qrupunun rəhbəri özü olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən və ya evindən aşkar edilmiş narkotik və psixotrop maddələrlə bağlı onlara heç bir etirazını bildirməmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı heç bir təsir, təzyiq və ya digər qanunsuz hərəkətlərə yol verilməmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilinin 17 iyun 2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Səbail rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqə: cild İ, səh.4). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 17 iyun 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında protokol”dan və 18 iyun 2024-cü il tarixli “diskə baxış keçirilməsi barədə protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə və videoçəkilişlə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş bir ədəd sellofan bükümdə ağ rəngli kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə, bir ədəd sellofan bükümdə açıq qəhvəyi rəngli, spesifik iyi olan narkotik vasitə heroinə bənzər kütlə, bir ədəd «Samsunq» markalı mobil telefon aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmin kütlələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı Ramin adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Suraxanı rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən bir gün əvvəl ayrı-ayrı yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini, bundan əvvəl də beş dəfə həmin şəxsin vasitəsi ilə narkotik vasitə əldə edib müxtəlif ərazilərdə qoyaraq sonuncunun ona 1000 manat pul verəcəyini vəd etdiyini, narkotik vasitə satışı ilə məşğul olmadığını bildirir. Həmçinin göstərir ki, üzərində aşkar olunanlardan başqa, yaşadığı evində də narkotik vasitələr saxlayır və evinə baxış keçirilməsinə etiraz etmir (iş vərəqə: cild İ, səh.30-32, 51). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 17 iyun 2024-cü il tarixli “baxış və götürmə haqqında protokol”dan və 18 iyun 2024-cü il tarixli “ diskə baxış keçirilməsi barədə protokol”dan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Səbail rayonu, 1-ci yaşayış massivi, ev 91 ünvanına müdafiəçisinin iştirakı ilə və videoçəkilişlə baxış keçirilərkən yataq otağındakı stolun altında gizlətdiyi 1 (bir) ədəd sellofanın içərisindən 1 (bir) ədəd elektron tərəzi, 2 (iki) ədəd sellofanda psixotrop maddə metamfetaminə bənzər kütlə və 2 (iki) ədəd sellofanda açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilmişdir (iş vərəqə: cild İ, səh.35-37, 52). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyun 2024-cü il tarixli, 3-16-16/2- 6/3287 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün No7” dairəvi möhür əksi olan bir ədəd zərfdə və bir ədəd sellofan bağlamada olan: -üzərində “Təqsirləndirilən şəxs üzərindən ...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,904 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 3,931 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. -üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd sellofan bağlamada iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 57,440 qram, 146,361 qram, ümumi təmiz çəkisi 203,801 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 43,696 qram, 155,566 qram ümumi təmiz çəkisi 199,262 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Təqdim edilmiş 3 ədəd bükümdə metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş 3 ədəd bükümdə heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün deyildir (iş vərəqə: cild İ, səh.45-47). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsin məhkəmə-narkoloji ekspertizasının 08 iyul 2024-cü il tarixli, 4659 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.116-117). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 22 iyul 2024-cü il tarixli, 2121 saylı kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona istinad edilən törətdiyi əməl dövründə hər hansı psixi xəstəliyi olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən sonra hər hansı psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxsndə xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək qabiliyyətinə malikdir. Onun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İ, səh.119-121). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 14 sentyabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 206,555 qram narkotik vasitə olan heroin və 203,043 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanca təhvil verilmişdir, həmçinin Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış və götürmə” və “evə baxış və götürmə” istintaq hərəkətləri zamanı video görüntülərin qeydə alındığı iki ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir, həmin qərardan həmçinin görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik və psixotrop maddələrin mənbəyinin müəyyən olunması ilə əlaqədar hazırki cinayət işindən başqa cinayət işi ayrıca icraata ayrılmışdır (iş vərəqə: cild İ, səh.122-133). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 17 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.21). Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 19 iyun 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 17 iyun 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.82-86). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 09 iyul 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh.93). Cinayət işinin materiallarına əlavə edilmiş Səbail rayon İcra Hakimiyyətinin Badamdar qəsəbəsi üzrə nümayəndəliyindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində qəsəbədə yaşadığı müddətdə nümayəndəliyə sakinlər tərəfindən heç bir şikayət daxil olmamışdır (iş vərəqə: cild İ, səh.113). Beləliklə də, məhkəmə hazırki cinayət işi üzrə təqdim edilmiş sübutların qəbuledilən olub-olmamasını, onların çəkisini və kifayət qədərliyini tənzimləyən qayda və prinsiplərə istinad etməklə, işin faktiki hallarını yalnız həqiqiliyinə və əldə edilməsi hallarına heç bir şübhələr olmayan sübutları əsas götürmək yolu ilə müəyyən etməklə, tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanan yekun qərarın qəbul edilməsi və məhkəmənin ittiham olunan şəxsin təqsirli və ya təqsirsizliyinə dair hökmünü formalaşdırmaq üçün yalnız qanunun istifadə etməyə icazə verdiyi hüquqi vasitələrə əsaslanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Açıq məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs iş üzrə keçirilmiş açıq məhkəmə iclaslarında özünü şəxsən və vəkili vasitəsilə müdafiə etmiş, şahidlərin dindirilməsində, onun əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, ona qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişdir. Təqdim edilmiş obyektiv sübutların məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxslə əlaqəsi, onun əməlində cinayətin əlamətlərinin olması kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında araşdırılıb tədqiq edilmiş, sübutlar toplusuna məcmu halında qiymət verilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədilə ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib, saxlamış və daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya”nın konkret müddəalarını, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya” əsasən “metamfetamin” psixotrop maddəsinin və “heroin” narkotik vasitəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş “metamfetamin” psixotrop maddəsinin və “heroin” narkotik vasitəsinin miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya”da müəyyən edilmiş həmin psixotrop maddənin və narkotik vasitənin külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutların tədqiq edilməsi və həmin sübutlara əsaslanan cinayət işinin faktiki halları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, Təqsirləndirilən şəxs saxlanılaraq 17 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində onun üzərinə müdafiəçisinin iştirakı ilə və video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, həmin vaxt onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümün içərisində 1 ədəd bükümdə təmiz çəkisi 2,904 qram olan külli miqdarda narkotik vasitə heroin və 1 ədəd bükümdə təmiz çəkisi 3,931 qram olan küllü miqdarda psixotrop maddə metamfetamin aşkar edilmiş, daha sonra həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı evə müdafiəçisinin iştirakı ilə və video çəkilişdən istifadə edilməklə baxış keçirilmiş, həmin vaxt evin yataq otağında 2 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 57,440 qram, 146,361 qram olmaqla ümumi təmiz çəkisi 203,801 qram təşkil edən narkotik vasitə heroin, eyni zamanda həmin plastik torbanın içində 2 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 43,696 qram, 155,566 qram olmaqla ümumi təmiz çəkisi 199,262 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı həqiqətən də onun üzərindən bir ədəd bükümdə 2,904 qram narkotik vasitə heroinin, bir ədəd bükümdə 3,931 qram psixotrop maddə metamfetaminin, daha sonra isə yaşadığı evindən bir ədəd sellofan plastik torbanın içində iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 57,440 qram, 146,361 qram olmaqla ümumi təmiz çəkisi 203,801 qram narkotik vasitə heroinin, həmin plastik torbanın içində iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 43,696 qram, 155,566 qram olmaqla ümumi təmiz çəkisi 199,262 qram psixotrop maddə metamfetaminin, yəni ümumilikdə 206,705 qram narkotik vasitə heroinin və 203,193 qram psixotrop maddə metamfetaminin aşkar edildiyini etiraf etsə də, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamı mübahisələndirərək, həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etdiyini, həmin maddələrin çəkisinin külli miqdar həddindən dəfələrlə çox olmasını isə hər dəfə həmin maddələri götürmək üçün harasa getmək istəməməsi ilə əlaqədar olduğunu, həmin maddələrin ayrı-ayrı bükümlərdə olmasının səbəbinin isə harasa gedəndə narkotik vasitələrin hamısını aparmaq istəməməsi ilə əlaqədar olduğunu, həmçinin evindən həmin maddələrin yanında elektron tərəzinin də aşkar edilməsini narkotik vasitəni hər dəfə istifadə etdikcə tərəzidə çəkib narkotik vasitəni əldə etdiyi şəxsə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə həmin məlumatları göndərməli olması ilə əlaqədar olduğunu bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində göstərilmişdir ki, “Hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.” Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində onun üzərindən və yaşadığı evindən aşkar edilmiş narkotik və psixotrop maddələri satış məqsədi olmadan əldə edib saxladığına dair ifadəsində göstərdiyi xüsusatları cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq edərək müəyyən etmişdir ki, onun özünü müdafiə üçün gətirdiyi həmin dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Əvvəla qeyd edilməlidir ki, cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə ibtidai araşdırma başlandığı ilkin mərhələdən başlayaraq verdiyi izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi bütün ifadələrində ondan aşkar edilmiş ayrı-ayrı bükümlərdə və növlərdə olan həmin maddələri, yəni heroin və metamfetamini müxtəlif vaxtlarda və yerlərdə İran vətəndaşı “Ramin” adlı şəxsin vasitəsilə əldə edib müxtəlif ünvanlara daşımağın müqabilində sonuncunun ona 1000 (min) manat pul verəcəyini, onun məqsədinin həmin maddələri deyilən yerlərə qoymaqla pul qazanmaq olduğunu bildirmiş (iş vərəqə: cild İ, səh.38-39, 54-57, 66-68), o, həmin ifadələrində, həmçinin məhkəmədə də ona polis əməkdaşları tərəfindən heç bir təsir, təzyiq və ya hər hansı qanunsuz hərəkətlərə yol verilmədiyini, eyni zamanda ibtidai istintaq yekunlaşarkən və təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə cinayət işinin materialları ilə tanış olarkən də Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunmasına baxmayaraq, heç bir etirazının, şikayətinin, vəsatətinin olmadığını bildirmişdir (iş vərəqə: cild İ, səh.144). Bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, “ ... Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini məhz satış məqsədilə əldə edib saxlayıb daşıması qənaətinə gələrkən onun üzərindən və evindən aşkar edilmiş həmin maddələrin müxtəlif növlərdə olmasını, onların çəkilib ayrı-ayrı bağlamalara bükülməsini, üzərindən aşkar edilmiş həmin maddələrlə yanaşı, evindən də aşkar edilmiş həmin narkotik və psixotrop maddələrin yanında həmçinin elektron tərəzinin də aşkar edilməsini, aşkar edilmiş heroin və metamfetaminin ümumi çəkisinin külli miqdar həddindən yüz dəfədən də artıq olmasını, onun məhkəmədə ifadəsində həmin narkotik maddə heroin və psixotrop maddə metamfetamini aldığı şəxsə həmin maddələrin pulunu ödəməyə maddi imkanının olmadığını təsdiq etməsi və bununla yanaşı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həqiqətən də həmin maddələri qazanc əldə etmək məqsədilə daşıyıb müxtəlif yerlərə qoymasına dair ifadələri də cinayət işinin göstərilən faktiki halları ilə təsdiq edildiyindən məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi həmin ifadələrini mötəbər sübut növü kimi qəbul edir. Beləliklə də, Təqsirləndirilən şəxs ifadəsində ondan aşkar edilmiş narkotik və psixotrop maddələri satış məqsədi olmadan əldə edib saxladığına dair göstərdiyi inkaredici hallar təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, şahid ifadələri, “şəxsi axtarış və götürmə haqqında” və “evə baxış və götürmə haqqında” protokollar, şəxsi axtarışın və evə baxışın video görüntülərinin əks olunduğu disklər, həmin disklərə baxış protokolları, maddi sübutlar, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edildiyindən və heç bir faktla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmir və onun məhkəmədə göstərdiyi həmin halları həqiqi olmayan məlumatlar olmaqla, cinayət törətməyə görə daha ağır cinayət məsuliyyətindən və cəzadan yayına bilmək məqsədilə verilmiş və onun tərəfindən seçilmiş müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Odur ki, cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib daşıyıb saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 17 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 17 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 19 iyun 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 17 iyun 2024-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 08 iyul 2024-cü il tarixli, 4659 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanca təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 206,555 qram narkotik vasitə heroin və 203,043 qram psixotrop maddə metamfetamin məhv edilməli, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə” və “evə baxış və götürmə” istintaq hərəkətlərinin video görüntülərinin əks olunduğu iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 17 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 206,555 qram narkotik vasitə heroin və 203,043 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə” və “evə baxış və götürmə” istintaq hərəkətlərinin video görüntülərinin əks olunduğu iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar