Məhkəmə qərarları › İş №1(101)-592/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-592/2020

20.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-592/2020 20.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər X3 və Mahmud Muradxan oğlu Ağalarovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1978-ci ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 51 ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs 52500 manat pul verəcəyi təqdirdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən özünə məxsus olmayan, bankda girovda olan başqasına məxsus bağ evini hərrac yolu ilə onun üçün almağa köməklik göstərəcəyini yalandan ona vəd verib aldadaraq etibarından sui-istifadə edib ondan 2018-ci ilin may ayının əvəllində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “Ağ çiçəyim” gül dükanının yanında 30.000 (otuz min), həmin ilin may ayının sonunda Xətai rayonunda bankların ləğvedici idarəsinin yanında 15.000 min manat, sonuncu dəfə isə 2018-ci ilin iyun ayının əvəllində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Z. Qəmbərov küçəsində 7.500 (yeddi min beş yüz) manat ümumilikdə 52500 manat pulu alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs, ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, Zərərçəkmiş şəxs 1999-cu ildən tanıyır, münasibətləri normal olmuşdur. Onlar əvvəllər birlikdə işləmişlər. O, bir müddət fərdi qaydada qeyri-rəsmi olaraq hal-hazırda bağlanmış “xxxxxxxxxxxxx”da işləmiş, sonra isə fərdi qaydada kommersiya fəaliyyəti ilə məşğul olmuşdur. 2018-ci ilin may ayında Şahid1 adlı tanışına məxsus Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 18 sot torpaq sahəsini 10.000 manata ona satmağa razılıq vermişdir. Həmin vaxtda da bu iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış Anar da özü üçün torpaq sahəsi almaq istəyirdi. Buna görə də Anar həmin torpağı ona satmağı xahiş etdi. O da, İradə ilə razılığa gələrək Anarın ona verdiyi 10.000 manat pulu İradəyə verib ona torpağı özü üçün aldığını demişdir, lakin torpaq sahəsini Anar öz adına rəsmi qaydada sənədləşdirdi. Bundan təxminən bir-iki ay sonra Anar aldığı torpaq sahəsinin içində “xxxxxxxxxxxxx”da girovda olan, əvvəllər Elbrus adlı şəxsə məxsus olmuş, bank tərəfindən hərraca qoyulmuş altı sot torpaq sahəsini iki mərtəbəli evlə birlikdə alıb on səkkiz sota qatmaq istədiyini dedi. Həmin bağ evi torpaq sahəsi ilə birlikdə hərrac tərəfindən 48000 manata qiymətləndirilmişdi, daha sonra qiyməti 50000 manata qalxdı. Anar 50000 manat pulu hissə-hissə təxminən 4 dəfəyə 2 ay ərzində Bakı şəhəri Nəsimi rayonu “Ağ çiçəyim” mağazasının yanında, “Xətai” metrosunun yanında və Bakı şəhəri Binəqədi rayonu Miqrasiya xidmətinin yanında ona vermişdir. Lakin Anar pulu ona verib qurtarandan sonra torpaq sahəsinin qiyməti 139.000 manata qalxdı. O, bu barədə Anara deyib pulunu özünə qaytarmaq istədiyini təklif etdikdə Anar ona bu məsələni təkidlə 50.000 manata həll etməyi xahiş etdi. O, Anarın 50000 manat pulunu onun razılığı ilə özündə saxlayaraq digər kommersiya fəaliyyətinə cəlb etmiş, lakin uğursuz kommersiya fəaliyyəti nəticəsində pul batmışdır. Ona görə də Anardan aldığı 50.000 manat pula altı sot torpaq sahəsini bağ evi ilə birlikdə bankdan ala bilməmiş, eləcə də pulu xərclədiyindən qaytara bilməmişdir. Bir neçə aydan sonra Anarın xahişi ilə öz xətti ilə qəbz yazıb orada 52.500 manat pulu aldığını etiraf edərək xx xxxxxxx 2018-ci il tarixədək qaytaracağını qeyd etmişdir. O, Zərərçəkmiş şəxs Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən altı sot torpaq sahəsində yerləşən bağ evini hərrac yolu ilə almaq üçün 2018-ci ilin yay aylarında hissə-hissə ümumilikdə 50000 manat pul almış, 2500 manat pulu Anar hərracda iştirak etmək üçün torpaq sahəsini ümumi qiymətinin 5 faizi kimi ödəniş etmişdir, ona görə də, Anar ərizə və izahatında dəymiş ümumi ziyanın 52.500 manat təşkil etdiyini göstərir. Anarla o, ilkin olaraq 10.000 manata İradə xanımdan 18 sot torpaq sahəsini almışlar, daha sonra 52.500 manata 6 sot torpaq sahəsində yerləşən bağ evini almaq qərarına gəlmişlər. Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. Münasibətləri yaxşı olub, aralarında ədavətləri olmayıb. 2018-ci ilin may ayında özünə Mərdəkan qəsəbəsində bağ evi axtararkən həmin ərazidə daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan Niyaz adlı şəxs ona iki mərtəbəli evi göstərərək həmin evin satışa qoyulduğunu, evin Səbuhi adlı şəxsə məxsus olduğunu deyərək Səbuhinin telefon nömrəsini verdi. O, Səbuhiyə zəng edib onunla “Gənclik” metrostansiyasının yaxınlığında görüşərkən, Səbuhini tanıyıb onun keçmiş iş yoldaşı olduğunu bilmişdir. Səbuhi həmin ikimərtəbəli evlə birlikdə təxminən 8 sot torpaq sahəsinin özünə məxsus olduğunu, lakin hal-hazırda bankda girovda olduğunu bildirib, hərracdan qəbz almaq üçün banka 52.500 manat pul köçürmək lazım olduğunu dedi. O da razılaşıb 2018-ci ilin may və iyun aylarında Səbuhiyə hissə-hissə ümumilikdə 52.500 manat pul vermişdir. O, 52.500 manat məbləğdə pulun 30.000 min manatını 2018ci ilin may ayının əvəllində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “Ağ çiçəyim” gül dükanının yanında yaşayan Səbuhinin tanışına çatdırmaq üçün vermiş, daha sonra 15.000 min manat hissəsini may ayının sonunda Xətai rayonunda bankların ləğv edici idarəsinin yanında və sonuncu dəfə isə 2018-ci ilin iyun ayının əvvəlində Səbuhinin yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Z.Qəmbərov küçəsində yerləşən evin yanında 7.500 manat vermişdir. Daha sonra həmin bağ evinin ətrafında yerləşən hasarla əhatəyə alınmış 18 sot torpaq sahəsini də almaq istədiyini bildirdikdə, Səbuhi həmin sahənin İradə adlı qadına məxsus olduğunu dedi. O, Səbuhinin vasitəsi ilə həmin torpaq sahəsini heç bir sənədləşdirmə aparılmadan 10.000 manata İradə Əliyevadan almış və Səbuhinin sözlərinə inanıb bankda girov qoyulmuş evin sənədləri ona təqdim olunandan sonra ümumi bir sənəd almaq qərarına gəlmişdir. Buna baxmayaraq, Səbuhi ona banka ödədiyi pula görə heç bir ödəniş qəbzi vermədi. Səbuhi verdiyi pulu heç yerə ödəmədi və hissə-hissə onun 52.500 manat pulunu bağ almaq adı ilə aldı. Onun İradədən 10.000 manata aldığı torpaq sahəsi girovda olmamışdır. Səbuhi digər 8 sot torpaq sahəsini 52.500 manata satarkən həmin torpaq sahəsinin özünə məxsus olduğunu,lakin bankda girovda olduğunu bildirdi. Səbuhi pulu alandan sonra hərracın başqa vaxta keçirildiyi və sair bəhanələr gətirib məsələni uzatdı. Səbuhi sonradan əli ilə qəbz yazdı ki, pul ondadır. Həmin pulun 3000 manatına Səbuhi onun aldığı torpağın ətrafına hasar hördürdü. O, bu məbləği Səbuhiyə verdiyi 52500 manatdan çıxır. Qalan pulu isə məhkəmənin gedişində Səbuhinin qohumları ona ödəyiblər. O, Səbuhi ilə barışıb. Səbuhiyə qarşı tələbi və şikayəti yoxdur. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Aralarında ədavətləri olmayıb, münasibətləri normal olub. İş üzrə Zərərçəkmiş şəxs isə torpaq alğı-satqısına görə tanıyır. Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 24 sot torpaq mərhum ərinə məxsus olmuş, o isə ərinin varisi kimi təxminən 10-15 il əvvəl həmin sahədə olan iki mərtəbəli bağ evini daş hasarla əhətəyə alaraq onu 6-8 sot torpaq sahəsi ilə birlikdə «Elbrus Əliyev» adlı şəxsə alğı-satqı müqaviləsi əsasında satmışdır. Sonradan Elbrus həmin bağ evini “xxxxxxxxxxxxx”da girov qoyaraq oradan pul götürmüşdür. Həmin torpaq sahəsinin ümumi təxminən 18 sot təşkil edən digər hissəsi isə onun sərəncamında olmuşdur. 2018-ci ilin may ayında 18 sot torpaq sahəsini bank sektorunda işləyən Təqsirləndirilən şəxs vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs 10000 manata satmışdır. Bundan sonra ona məlum olmuşdur ki, 2018-ci ilin may ayında Səbuhi Anar üçün “xxxxxxxxxxxxx”da girovda olan və özünə məxsus hərraca çıxarılmış, onun Elbrus Əliyevə satdığı sahəni satmaq adı ilə Anardan 2018-ci ilin may ayında təxminən 52000 manat pul alaraq Zərərçəkmiş şəxs aldadıb pulunu ələ keçirmişdir O, Təqsirləndirilən şəxs konkret olaraq harada işlədiyini bilməmişdir. Başqa məlumatı yoxdur. Məhkəmədə ifadələri elan olunub araşdırılmış Şahid2 istintaq zamanı verdiyi xx xxxx 2020-ci il tarixli ifadəsində göstərmişdir ki, təxminən üç il əvvəl Təqsirləndirilən şəxs ilə tanış olmuş, həmin vaxtı, Səbuhi hal-hazırda ləğv edilmiş “xxxxxxxxxxxxx” ASC-yə nümayəndə işləmiş, lakin həmin bankın rəsmi işçisi olub-olmaması barədə dəqiq məlumatı olmamışdır. Bundan başqa, o, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, sonuncu ilə yalnız bir dəfə xx xxxxxxx 2018-ci il tarixdə mobil telefon vasitəsi ilə danışmışdır. Zərərçəkmiş şəxs telefon danışığı vaxtı ondan Səbuhini tanıyıb-tanımadığını soruşmuş və söhbət əsnasında ona məlum olmuşdur ki, Səbuhi bankın adına olan bağ sahəsini Anara satmaq adı ilə hissə-hissə pul almış, lakin konkret olaraq, nə qədər pul verdiyini ona deməmişdir. Hətta Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pul alandan sonra bir dəfə onun Bakı şəhəri Nəsimi rayonu “Ağ çiçəyim” gül mağazasının yanındakı evinin həyətinə gedərək orada onunla görüşüb satmaq istədiyi bağ sahəsi ilə bağlı söhbət etdiyini bildirmişdir. Ona görə həmin günü, yəni xx xxxxxxx 2018-ci il tarixdə Anarla söhbət etdiyi vaxt Anar Səbuhinin ona satmaq istədiyi torpaq sahəsi ilə bağlı onun hər hansı bir məlumatı olub-olmadığını soruşmuş, o isə, Anara, bu işdən heç bir xəbəri olmadığını demişdir. Təqsirləndirilən şəxs cəmi bir dəfə təxminən 2018-ci ilin yay aylarında həqiqətən onun yaşadığı “Ağ çiçəyim” gül mağazasının yanında yerləşən evinin həyətinə gedərək orada onunla görüşüb bankın adına olan, lakin qeyri-yaşayış sahəsi kimi istifadədə olan mənzilin sökülməsi təqdirdə hansı qaydada kompensasiya ödəniləciyini soruşmuş və o, sualı cavablandıraraq, sağollaşıb evinə getmişdir. Ona sonradan məlum olmuşdur ki, həmin gün Səbuhi Anarla birlikdə oraya getmiş, Anar Səbuhini avtomaşında gözləmiş, Səbuhi onunla sağollaşandan sonra yalandan Anara demişdir ki, guya Anara satmaq istədiyini bağ sahəsi ilə əlaqədar onunla məsləhətləşmişdir. Təqsirləndirilən şəxs özünə məxsus olmayan torpaq sahəsini satmaq adı ilə Zərərçəkmiş şəxs aldadaraq etibarından sui-istifadə etməklə, külli miqdarda 52.500 manat məbləğdə pulunu ələ keçirməsi barədə onun heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs onunla görüşdüyü zaman bankın hesabında olan, qeyri-yaşayış sahəsi kimi istifadəyə verilən mənzilin sökülməsi təqdirdə, dövlət tərəfindən hansı qaydada kompensasiya ödəniləciyi ilə maraqlanmış, o, hüquqşünas kimi bunun qanuni yolunu Təqsirləndirilən şəxs izah etmişdi. Lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı dələduzluq etmə niyyəti və bu əməlini həyata keçirməsi barədə onun heç bir məlumatı və xəbəri olmamış, bu barədə yalnız Zərərçəkmiş şəxs özü ona zəng edərək məlumat verdikdən sonra xəbərdar olmuşdur. Məhkəmədə elan olunub araşdırılmış xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs yanında təsdiq edib əlavə olaraq, o, pulları Səbuhiyə verərkən bir dəfə Səbuhi ilə birlikdə Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospetki “Ağ Çiçəyim” gül dükanının yanında yerləşən yeni tikilinin yanına getdiyini, orada Səbuhinin əvvəllər tanımadığı, adı ona sonradan məlum olan Şahid2 ilə təklikdə görüşüb söhbət edərək bir neçə dəqiqədən sonra onun yanına qayıtdığını, həmin şəxsin onun işi ilə məşğul olduğunu dediyini, həmin vaxtadək o, pulun bir qismini artıq verdiyini, sonradan ona Səbuhinin həmin Şahid2 adlı şəxslə görüşərkən ona aidiyyəti olmayan mövzuda söhbət etdiyini, lakin ona guya onun işi ilə bağlı söhbət etdiyi görüntüsünü yaratdığnı göstərdiyini, özünün Səbuhiyə 50.000 manat deyil, 52.500 manat məbləğdə pul vermiş olduğunu, Səbuhinin pulu ondan alandan sonra müxtəlif bəhanələr gətirərək hərracın guya başqa vaxta təyin olunduğunu bildirməsini, eləcə də, onun heç vaxt Səbuhidən pulu özündə saxlamasını və gələcəkdə kommersiya fəaliyyətinə cəlb etməsini xahiş etmədiyini, Şahid1 10.000 manat müqabilində aldığı torpaq sahəsinə görə Səbuhinin ona heç bir sənəd təqdim etməməsinə görə onun bankda girovda olan 18 sot torpraq sahəsini də alandan sonra ümumi torpaq sahəsinə görə ümumi çıxarış çıxarmaq istədiyini, Səbuhinin ona həmin torpaq sahəsinin bankda girovda olduğunu, lakin özünə məxsus olduğunu deməsini göstərmişdir. Məhkəmədə elan olunub araşdırılmış qəbzdən görünür ki, Təqsirləndirilən şəxs əl yazısı ilə “Mən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Mərdəkan qəsəbəsində 50.000 manat bağ sahəsi satmışam. 52.500 hərraca verməyə pul almışam. xx.xx.2017-ci il tarixində hərrac protokolaşmasını yekun protokolunu verəcəm.” yazılarını yazmış və qəbzin sonunda “imza” etmişdir. Məhkəmədə elan olunub araşdırılmış Xəzər rayonu İcra və Probasiya şöbəsinin xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, X4 Xəzər rayonu Mərdəkan bağlar massivində yerləşən bağ sahəsinin hərrac yolu ilə satılmasına dair İcra və Probasiya şöbəsinə heç bir icra sənədi daxil olmamışdır. Məhkəmədə elan olunub araşdırılmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, **********16 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Bakı şəhərində dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmədə elan olunub araşdırılmış Azərbaycan Respublikası “Respublikası Psixiatriya Xəstəxanası” X8 tərəfindən cinayət işinə əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli, 201 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicə olunmamışdır. Deməli o,anlaqlıdır. Məhkəmə, yuxarıda göstərilən sübutları cinayət əməlinin baş verməsini, bu əməlin Təqsirləndirilən şəxs tərəfindən anlaqlı vəziyyətdə törədilməsini sübuta yetirən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs 52500 manat pul verəcəyi təqdirdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən özünə məxsus olmayan, bankda girovda olan başqasına məxsus bağ evini hərrac yolu ilə onun üçün almağa köməklik göstərəcəyini yalandan ona vəd verib aldadaraq etibarından sui-istifadə edib ondan 2018ci ilin may ayının əvəllində manatı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “Ağ çiçəyim” gül dükanının yanında 30.000 (otuz min), həmin ilin may ayının sonunda Xətai rayonunda bankların ləğvedici idarəsinin yanında 15.000 (on beş min) min manat, sonuncu dəfə isə 2018-ci ilin iyun ayının əvəllində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Z. Qəmbərov küçəsində 7.500 (yeddi min beş yüz) manat ümumilikdə 52500 (əlli iki min beş yüz) manat pulu alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi sübuta yetirildi. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəlir. Bu səbəbdən də məhkəmə, onun əməllərinin həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cinayət qanunvericiliyində nəzərdə tutulan qaydada cəzalanmalıdır. Çünki işə məhkəmədə baxılarkən, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar və təqsirləndirilən şəxsin cəzadan azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məxsus qanunvericilikdə nəzərdə tutulan qaydada müsadirə edilməsi mümkün olan əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə məhkəmə xərci yoxdur. Məhkəmə maddi sübutları mahiyyəti üzrə həll edərkən istintaq orqanının xx xxxx 2020-ci il tarixli qərarı ilə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs tərəfindən tərəfindən istintaq orqanına təqdim edilmiş 01 ədəd A4 formatlı vərəqdə qəbzin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış xx xxxx 2020-ci il tarixli qəbzdən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs bacısı X2 tərəfindən iş üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın 5.000 (beş min) manat hissəsi ödənilmişdir. Məhkəmədə elan olunub araşdırılmış Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İdarəsi üzrə Dövlət komitəsi tərəfindən verilmiş x xxxxxxxx 1998-ci il tarixli, 54815 saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs məcburi köçkündür. Məhkəmədə elan olunub araşdırılmış Bakı şəhəri Binəqədi Rayon İcra hakimiyyəti tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli arayışdan, xx xxxxxxxx 2016-cı il tarixli nikah haqqında şəhadətnaməsindən, xx xxxxx 2015-ci il tarixli, xx xxxxxx 2017-ci il tarixli və xx xxxxxx 2019-cu il tarixli doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs evlidir, 3 azyaşlı övladları var. Məhkəmədə elan olunub araşdırılmış Binəqədi Rayon İcra hakimiyyəti tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmədə elan olunub araşdırılmış Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş xx xxxx 2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam olaraq ödənilib, ona qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, bu halları Təqsirləndirilən şəxs şəxsiyyətini müsbət xarakterizə edən və onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs ələ keçirdiyi məbləğin 3000 (üç min) manatını zərərçəkmiş şəxsə özünün vasitəçiliyi ilə Zərərçəkmiş şəxs satılmış torpaq sahəsinin sonuncunun razılığı ilə hasarlanmasına sərf etməsini də ona təyin ediləcək cəzaya təsir edən amil kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs təyin edələcək cəza növünü müzakirə edərəkən onun iş yerinin və ya müstəqil gəlir yerinin olmamasını nəzərə alıb ona azadılıqdan məhum etmə cəzasına nisbətən yüngül cəza təyin etməyin mümkün olmadığı qənəatinə gəlib ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır. Məhkəmə, göstərilənlərlə bərabər Təqsirləndirilən şəxs şəxsiyyətini o, cümlədən də, onun məcburi köçkün olmasını, ailəli olub himayəsində 03 (üç) azyaşlı uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakaterizə olmasını, ittiham oldunduğu əməli törətməmişdən və törətdikdən sonrakı davranışlarını, o, cümlədən də zərərçəkmiş şəxslə barışıb ona vurulmuş zərəri tam şəkildə ödəməsini, bununla da törətdiyi əməlin ictimai təhlükəli nəticələrini aradan qaldırmasını, habelə zərərçəkmiş şəxsin özünün onunla barışıb ona qarşı heç bir iddia və tələbinin olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs kənar müdaxilə olmadan islah olunmağa meyilli olması qənaətinə gəib ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının məqsədinə həmin cəzanı hazırda icra etmədən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq edərək onun şərti məhkum edilməsini əsaslı sayır. Məhkəmədə, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən hazırkı tarixə qədər 07 (yeddi) ay 11 (on bir) gün həbsdə olduğu müəyyən olundu. Məhkəmə, cinayətə görə cəza təyin edilməsini tənzimləyən qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin ona təyin ediləcək cəzanın müddətinə daxil edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanı şərti tətbiq etmək qərarına gəldiyindən istintaq orqanı tərəfindən onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmasını və bu qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını, təqsirləndirilən şəxsin isə məhkəmə zalından həbsdən azad edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə qədər həbsdə olduğu 07 (yeddi) ay 11 (on bir) gün ona təyin edilmiş cəzanın müddətinə daxil edilməklə təyin edilmiş cəzanın çəkilməli qalıq müddətinin 04 (dörd) il 04 (dörd) ay 19 (on doqquz) gün olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunsun və ona təyin edilmiş cəza şərti hesab olunmaqla onun üzərində 02 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddəti ərzində onun üzərində nəzarəti həyata keçirən orqanın icazəsi olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi qeydiyyatda olduğu Laçın rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs ləğv edilsin və dərhal məhkəmə zalında həbsdən azad edilsin. Onun barəsində qətimkan təbdiri qismində başqa yerə getməmək haqqında iltizam almaq seçilsin və qətimkan tədbiri hökm qanuni qüəvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs tərəfindən tərəfindən istintaq orqanına təqdim edilmiş 01 ədəd A4 formatlı vərəqdə qəbz cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar