Məhkəmə qərarları › İş №1(101)-592/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-592/2021

30.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-592/2021 30.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 2019-cu ilin sentyabr ayında Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilərək göndərilməsi barədə cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2lə birlikdə istintaqla müəyyən edilməmiş şəraitdə X3 tərkibində həşiş qatranı narkotik vasitəsinin miqdarı şəxsi istehlak miqdarından artıq miqdarda- 23,805 qram təşkil edən ümumilikdə 45 ədəd elektron siqaret üçün müştükləri sifariş vermiş, buna uyğun olaraq cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş və X1 üzvü tərkibində həşiş qatranı narkotik vasitəsinin miqdarı şəxsi istehlak miqdarından artıq miqdarda- 23,805 qram təşkil edən ümumilikdə 45 ədəd elektron siqaret üçün müştükləri malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə digər mal görüntüsünü verilməsi məqsədilə üzərində “puzzle” sözü yazılmış 3 ədəd oyuncaq qutuda yerləşdirib saxlamaqla gizlətmiş və “EMS” poçt daşımaları şirkəti vasitəsi ilə ölkə ərazisində qrupun üzvü Təqsirləndirilən şəxs2 adına və ona məxsus ***-***-**-** saylı mobil telefon nömrəsini qeyd etməklə ünvanına göndərilməsi üçün 22 oktyabr 2019-cu il tarixdə ABŞ-ın Mayami ştatında poçt şöbəsinə təhvil verərək qanunsuz daşınmasını təşkil etmiş, öz növbəsində qrupun üzvü Təqsirləndirilən şəxs2 izləmə kodu EZ163064535US olan həmin göndərişin hərəkət trayektoriyasını internet vasitəsilə izləmiş və 27 noyabr 2019-cu il tarixdə saat 16 radələrində tərkibində 23,805 qram həşiş qatranı narkotik vasitəsi olan 45 ədəd elektron siqaret üçün müştüklərin poçtla Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmuş, 28 noyabr 2019-cu il tarixdə saat 11 radələrində Bakı şəhərinin Nəsimi rayonu, Droqal dongəsi məhəllə 702 ünvanında yerləşən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Poçt Göndərişləri” gömrük postunda qaçaqmalçılıq yolu ilə keçirilmiş tərkibində 23,805 qram həşiş qatranı narkotik vasitəsi olan 45 ədəd elektron siqaret üçün müştüklər gömrük nəzarəti zamanı aşkar edilərək gömrük qanunvericiliyinə uyğun götürülmüş, elə həmin tarixdə qeyd olunan bağlamanın çatmasına dair qrupun üzvü Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə "xxxx" MMC-dən SMS daxil olduqdan sonra qrupun üzvü Təqsirləndirilən şəxs2 bu barədə Təqsirləndirilən şəxs1 məlumat vermiş, cinayətkar bölgüyə uyğun olaraq Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsi ilə həmin tarixdə saat 17 radələrində Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Poçt Göndərişləri” gömrük postuna getmiş və içərisində narkotik vasitənin yerləşdirilərək saxlanıldığı bağlamanı satış məqsədi ilə qanunsuz olaraq əldə edərkən gömrük əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs2 2019-cu ilin sentyabr ayında Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilərək göndərilməsi barədə cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1lə birlikdə istintaqla müəyyən edilməmiş şəraitdə X3 tərkibində həşiş qatranı narkotik vasitəsinin miqdarı şəxsi istehlak miqdarından artıq miqdarda - 23,805 qram təşkil edən ümumilikdə 45 ədəd elektron siqaret üçün müştükləri sifariş vermiş, buna uyğun olaraq cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş və X1 üzvü tərkibində həşiş qatranı narkotik vasitəsinin miqdarı şəxsi istehlak miqdarından artıq miqdarda- 23,805 qram təşkil edən ümumilikdə 45 ədəd elektron siqaret üçün müştükləri malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə digər mal görüntüsünü verilməsi məqsədilə üzərində “puzzle” sözü yazılmış 3 ədəd oyuncaq qutuda yerləşdirib saxlamaqla gizlətmiş və “EMS” poçt daşımaları şirkəti vasitəsi ilə ölkə ərazisində Təqsirləndirilən şəxs2 adına və ona məxsus ***-***-**-** saylı mobil telefon nömrəsini qeyd etməklə ünvanına göndərilməsi üçün 22 oktyabr 2019-cu il tarixdə ABŞ-ın Mayami ştatında poçt şöbəsinə təhvil verərək qanunsuz daşınmasını təşkil etmiş, öz növbəsində Təqsirləndirilən şəxs2 izləmə kodu EZ163064535US olan həmin göndərişin hərəkət trayektoriyasını internet vasitəsilə izləmiş və 27 noyabr 2019-cu il tarixdə saat 16 radələrində tərkibində 23,805 qram həşiş qatranı narkotik vasitəsi olan 45 ədəd elektron siqaret üçün müştüklərin poçtla Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmuş, 28 noyabr 2019-cu il tarixdə saat 11 radələrində Bakı şəhərinin Nəsimi rayonu, Droqal dongəsi məhəllə 702 ünvanında yerləşən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Poçt Göndərişləri” gömrük postunda qaçaqmalçılıq yolu ilə keçirilmiş tərkibində 23,805 qram həşiş qatranı narkotik vasitəsi olan 45 ədəd elektron siqaret üçün müştüklər gömrük nəzarəti zamanı aşkar edilərək gömrük qanunvericiliyinə uyğun götürülmüş, elə həmin tarixdə qeyd olunan bağlamanın çatmasına dair Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə "xxxx" MMC-dən SMS daxil olduqdan sonra Təqsirləndirilən şəxs2 bu barədə Təqsirləndirilən şəxs1 məlumat vermiş, cinayətkar bölgüyə uyğun olaraq qrupun üzvü Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsi ilə həmin tarixdə saat 17 radələrində Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Poçt Göndərişləri” gömrük postuna getmiş və içərisində narkotik vasitənin yerləşdirilərək saxlanıldığı bağlamanı satış məqsədi ilə qanunsuz olaraq əldə edərkən gömrük əməkdaşları tərəfindən saxlanılmış, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 saxlanılması barədə onun özündən məlumat aldıqdan sonra həmin gün saat 19 radələrində ölkə ərazisindən qaçmağa çalışarkən X9 Hava Limanında steril zonada gömrük əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitələrdən 9-10 il olar ki, “nəşə” kimi adlandırılan marixuanadan istifadə etmişdir. Əvvəllər bir neçə dəfə “kakos” yəni, heroindən də istifadə etmiş, eyni zamanda xaricdə olarkən narkotik tərkibli vape yəni, müştüklərdən də istifadə etmişdir. Onun bundan əvvəl də CM-nin 234.1-ci maddəsi ilə məhkumluğu olmuş, 2017-ci ildə azadlığa buraxılmış, 20 ilə yaxındır ki, Təqsirləndirilən şəxs2 tanıyır. O, ABŞ-dan “california.org” saytından internet vasitəsilə narkotik tərkibli müştüklər sifariş vermək qərarına gəlmiş, özünün adına izləmə kodu olmadığı üçün Orxandan sifarişi onun adına gətirməyi xahiş etmişdir. O, Orxana bildirmişdir ki, X3 şəxsi istifadəsi üçün bir neçə əşya sifariş vermiş və həmin sifariş artıq gəlib Bakı şəhərinə çatmışdır. Ona görə də gedib həmin sifarişləri təhvil almaq üçün özünün adına indeks olmadığı üçün Orxanın şəxsiyyət vəsiqəsini istəmiş, Orxana bağlamanın içərisində heç bir qanunsuz əşya olmadığını bildirdikdən sonra Orxan onunla razılaşmışdır. 28 noyabr 2019-cu il tarixdə günorta saatlarında ***-***-**-** saylı mobil telefon nömrəsindən onun istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək “Sovetski” ərazisində kirayə yaşadığı evinə çağırmışdır. Orxanın evinin qarşısına gedərək həyətlərində onunla görüşmüş, görüş zamanı Orxan ona öz şəxsiyyət vəsiqəsini vermiş və poçta gedib təhvil alarkən oradakı məsul əməkdaşlara guya Orxanın ölkədən kənarda yəni, xaricdə olduğunu, bu səbəbdən də gələ bilmədiyini və onun gedib təhvil almağını xahiş etdiyini bildirəcəyini demişdir. O, sonradan Orxanın şəxsiyyət vəsiqəsini onların evindən götürüb günortadan sonra poçt bağlamasını təhvil almaq üçün “28 may” ərazisində yerləşən poçt qəbul şöbəsinə getmiş, orada girişdə əvvəlcədən tanıdığı və orada çalışan Şahid5 görmüşdür. Onunla salamlaşdıqdan sonra tanışı Orxanın adına poçt bağlamasının gəldiyini, Orxanın xaricdə olduğunu, ona görə həmin bağlamanı onun götürməyi üçün göndərdiyini demiş, Tofiq isə ona bildirmişdir ki, Orxanın adından etibarnamə olmadan bağlamanı ona verməyəcəklər. Bundan sonra o həmin bağlamanın gəlib-gəlmədiyini Tofiqdən dəqiqləşdirmiş, Tofiq isə ona əlindəki izləmə nömrəsi ilə keçib içəridən maraqlana biləcəyini demişdir. O, poçt şöbəsinə girib izləmə nömrəsini oradakı digər əməkdaşlara göstərdikdən sonra bir nəfər əməkdaş gəlmiş və onu oradakı bir otağa dəvət etmiş, otağa keçdikdən sonra orada ona bildirmişlər ki, Təqsirləndirilən şəxs2 adına göndərilən poçt bağlamasından narkotik tərkibli təxminən 40 ədəd müştük aşkar olunmuşdur. O, həmin müştüklərdən xəbəri olmadığını, Orxanın tapşırığı əsasında bağlamanı götürmək üçün gəldiyini, eyni zamanda Orxanın da ölkədən xaricdə yəni, Londonda olduğunu demiş, bundan sonra ona bildirmişlər ki, bu faktla bağlı izahat vermək üçün əməkdaşlarla birlikdə idarəyə getməlidir. Elə oradaca o, Orxana mesaj yazaraq ona problem yaratdığı üçün üzr istəyərək bildirmişdir ki, onu burada saxlayıblar, sonra orada gömrük əməkdaşlarından birinin avtomobilinə əyləşərək hava limanında yerləşən idarəyə getmək üçün yola çıxmışlar. Artıq o, hiss etmişdir ki, ora aparıldıqdan sonra tutulacaq, bu səbəbdən də qaçmaq barədə fikirləşmiş, əməkdaşın nəqliyyat vasitəsi ilə yolda olarkən yolun Babək prospekti ilə Heydər Əliyev prospektinin kəsişən hissəsində tıxac olduğundan asta surətlə hərəkətdə olan avtomobilin ani olaraq qapısını açaraq avtomobildən enmiş və əks istiqamətdə qaçmışdır. Oradan biraz uzaqlaşdıqdan sonra Orxana telefonla zəng etmiş və Orxana qaçdığını bildirmiş, Orxan isə ilk olaraq onun nə üçün qaçdığını soruşmuş, o isə bu işi boynuna götürməmək üçün qaçdığını demişdir. Daha sonra Orxan onu “zibilə saldığını” demiş və onunla sağollaşmış, əməkdaşlardan qaçdıqdan sonra ilk olaraq Təbriz küçəsində həyat yoldaşının qaldığı evə gedib həyat yoldaşı və uşağını görmüşdür. Orada yoldaşı ilə söhbət zamanı ona demişdir ki, Orxan ABŞ-dan nəyisə sifariş verib, onun arxasınca gedəndə onu tutmuşlar, o da qaçmışdır. Bunu deməkdə məqsədi də o olmuşdur ki, əgər həyat yoldaşına desəydi ki, narkotiki o sifariş vermişdir, o zaman boşana bilərmiş, ona görə də yalandan elə demişdir. Həmin tarixdən bu tərəfə axtarıldığını bilə-bilə orqandan yayınmağa çalışırmış və Masazır qəsəbəsindəki evinin ünvanını kimsə bilmədiyindən əmin olduğundan orada qalmışdır. Eyni zamanda Orxanla da bütün əlaqələrini kəsmiş, həmin hadisədən bir neçə gün sonra eşitmişdir ki, Orxan da həmin gün hava limanı ilə ölkədən qaçarkən saxlanılmışdır. Bunu isə Orxanla onun ümumi tanışları və internet portallarında xəbərlərdən öyrənmiş, 29 aprel 2020-ci il tarixdə axşam saatlarında yaşadığı evdən çıxarkən qapının önündə bir neçə tanımadığı avtomobil olduğunu görmüş, avtomobillərin içərisində əyləşənlərin onun arxası ilə gəldiklərindən şübhələndiyindən yenidən evə qayıtmışdır. Bundan sonra Orxanla “vatsap” vasitəsilə əlaqə saxlamış və onun arxası ilə gəldiklərini bildirmiş və Orxandan onun işi ilə bağlı maraqlanmışdır. Orxan isə ona bildirmişdir ki, o artıq ifadə vermişdir və işi məhkəməyə göndərilmiş, bundan sonra o, şəxsi əşyalarını, passportunu, digər sənədlərini də götürüb yenidən qapının önünə çıxmış və məqsədi də o olmuşdur ki, artıq yaşadığı ünvanı müəyyən ediblər, qalmaq üçün ayrı bir yerə getsin. Qapının ağzından çıxdıqdan sonra bir neçə mülki geyimdə olan əməkdaşlar ona yaxınlaşıb gömrük əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmiş və onlarla birlikdə idarəyə getməli olduğunu demişlər. Bundan sonra o, əməkdaşlarla birlikdə idarəyə gəlmiş, narkotik tərkibli vasitələri satış məqsədilə deyil, şəxsi istifadəsi üçün gətirmiş olduğunu və Təqsirləndirilən şəxs2 onun sifarişlərinin içərisində narkotik vasitələrin olmasından ümumiyyətlə xəbəri olmadığını bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2019-cu ilin sentyabr ayında 15 ildir ki, tanıdığı Təqsirləndirilən şəxs1 onunla görüşərək poçt vasitəsilə X3 övladı üçün oyuncaqlar sifariş etmək fikri olduğunu söyləmiş, lakin həmin poçt bağlamasını onun adına göndərmək istədiyini bildirmiş, səbəbini isə Xırdalanda yaşadığı üçün poçt bağlamasının gətirilib çatdırılmamasını göstərmişdir. Etibarla ilk dəfə görüşəndə ona ABŞ-dan həmin bağlamanı onun adına sifariş etmək fikri olduğunu bildirmiş, o da ona etiraz etməmişdir. Növbəti dəfə isə Etibar ona Dubaydan zəng etmiş və bildirmişdir ki, həmin bağlamanı sifariş vermiş və onun anket məlumatlarını soruşmuş, o da telefon vasitəsilə anket məlumatlarını ona vermiş və ünvan 4 ünvanını vermişdir. Həmin ərəfələrdə Etibar daimi olaraq BƏƏ-nin Dubay şəhərinə gedib gəlmiş və Etibarın telefonu mütəmadi olaraq açıq olsa da, arada bir bağlı olmuş, ona görə də sifariş verilmə zamanı əlaqə telefonu nömrəsi kimi öz telefon nömrəsini də vermişdir. Etibarla görüşərkən həmin şəxsin internet əlaqəsi olmadığı üçün, onun mobil telefonuyla izləmə kodu vasitəsilə Etibarın sifariş verdiyi poçt bağlamasının hazırkı yeri ilə marqalanmış, həmin vaxt Nigeriyada olmuşdur. Bu hadisədən sonra onlar 3-4 dəfə görüşmüş və o, hər dəfə həmin poçt bağlamasının Nigeriyada olduğunu görmüş, 23 noyabr 2019-cu il tarixdə Etibar ona zəng edərək həmin bağlamanın harada olduğuna baxmağını xahiş etmiş, o da baxmış və Etibara məlumat vermişdir ki, bağlama artıq Rusiya Federasiyasındadır. 28 noyabr 2019cu il tarixdə saat 09:48-də onun +**********49 nömrəli telefonuna sms gəlmiş, həmin smsdə adına poçt bağlaması daxil olduğunu, gəlib həmin bağlamanı götürmək lazım olduğunu bildirmişlər. Həmin vaxtı o, yatdığı üçün həmin sms-i vaxtında oxuya bilməmiş, yalnız saat 14:00-da yuxudan oyandıqdan sonra həmin sms-i oxumuş və başa düşmüşdür ki, bu Etibarın sifariş verdiyi bağlamadır. O da saat 14:30-da Etibarla əlaqə saxlamış və ona bildirmişdir ki, onun adına sifariş verdiyi bağlama gəlib gedib götürsün, oda ona cavabında bağlamanı götürmək üçün onun şəxsiyyətini təsdiq edən sənəd lazım olduğunu söyləmişdir. Həmin vaxtı o, Etibara bildirmişdir ki, hal-hazırda o, övladının dalınca məktəbə gedir, vaxtı olmadığı üçün evinə yaxınlaşsın və evindən həyat yoldaşından şəxsiyyət vəsiqəsini götürsün. Həmin vaxtı Etibar ondan xahiş etmişdir ki, poçta onunla birlikdə getsin, çünki, ona pul da lazım olacaqdır, pulu da o versin. Bundan sonra o da ona demişdir ki, uşağı saat 4-də məktəbdən götürəcək, saat 5-ə işləmiş 28 may ərazisində görüşərlər. Bu söhbətlərdən sonra o, həyat yoldaşı ilə əlaqə saxlamış, Etibarın gələcəyini ona, onun şəxsiyyət vəsiqəsini verməsini bildirmişdir. Elə də olmuş, o, uşağı məktəbdən götürüb həmin gün saat 5-ə işləmiş 28 may ərazisində Səməd Vurğun parkının yanında Etibarla görüşmüş, oradan da poçt şöbəsinin yerləşdiyi Droqal döngəsinə getmişlər. O, küçənin girişində maşını saxlamış, Etibara 20-30 manat pul vermiş, Etibar isə ondan xahiş etmişdir ki, gözləsin, 5-10 dəqiqəyə poçt bağlamasını götürüb qayıdacaqdır. O da Etibarı orada gözləməyə başlamış, həmin vaxt övladı da onun yanında maşında olmuş, bir neçə dəqiqə sonra Etibar ona saxlanılması barədə SMS yazmışdır. O da uşaqla olduğundan, yanında uşaq ola-ola birdən onu da tutarlar deyə fikirləşib oradan uzaqlaşmış, eyni zamanda həmin vaxt poçtda işləyən köhnə tanışı Şahid5 da zəng vurub bu barədə soruşmuş, Tofiq isə ona Etibarın saxlanıldığını, amma nə məsələ olduğunu bilmədiyini bildirmişdir. Bundan sonra o, oradan uzaqlaşmış, həmin vaxt kirayə yaşadığı mənzilə yəni, Sovetski adlanan yerdə olan evinə getmiş, sonra isə axşam saatlarında hava limanına getdikdən sonra orada saxlanılmışdır. O, Etibarın narkotik vasitələr sifariş etdiyindən ümumiyyətlə xəbərsiz olmuş, sadəcə olaraq, məsuliyyətə cəlb edilməsindən ehtiyat etdiyi üçün qaçmağa qərar vermiş, əslində isə onun heç bir günahı yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, DGK HNBGİ-nin Skanlaşdırma və TNVT şöbəsinin böyük inspektoru vəzifəsində çalışır. 28 noyabr 2019-cu il tarixdə xidməti vəzifəsini “Poçt Göndərişləri” gömrük postunda yerinə yetirmişdir. Həmin tarixdə X3 “EMS” poçt daşımaları şirkəti vasitəsi ilə daxil olmuş, üzərində alıcının ünvanı Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi; alıcının adı isə Təqsirləndirilən şəxs2 kimi göstərilmiş ümumi çəkisi 3.150 kq, izləmə kodu EZ163064535US olan poçt bağlamasına “Poçt Göndərişləri” gömrük postunda özü rentgen aparatı vasitəsilə baxış keçirərkən, monitorda şübhəli əşyaların təsvirini görmüşdür. Həmin bağlamanın üzərinə yapışdırılmış CN23 gömrük bəyannaməsinə əsasən, bağlamanın içərisində olan əşyaların sənədlər, uşaq oyuncaqları, rəngli qələmlərdən, ibarət olduğu qeyd olunmuşdur. Bağlamaya yoxlama keçirilən zaman, bağlamanın içərisindən 11 ədəd uşaq oyuncağı, 6 qutu rəngli qələmlər, üzərində “puzzle” sözü yazılmış 3 qutu, üzərində “marijuanna product” sözləri yazılmış içərisində qırmızı rəngli maddə olan 8 ədəd ağ rəngli kiçik ölçülü paket aşkar olunmuşdur. Üzərində “puzzle” sözü yazılmış 3 qutu tərəflərindən açılmış və ümumilikdə 45 ədəd içərisində maye olan elektron siqaret müştüyü aşkar edilmişdir. Həmin gün saat 16:00 radələrində Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 həmin bağlamanı götürmək üçün Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsi ilə (AA*******) “Poçt Göndərişləri” gömrük postuna yaxınlaşmışdır. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 hazırda Londonda olduğunu, Londondan ona gizli nömrə ilə zəng edərək, evlərindən şəxsiyyət vəsiqəsini götürərək poçta yaxınlaşmasını və adına gələn bağlamanı götürməsini xahiş etdiyini bildirmişdir. Bundan sonra gömrük əməkdaşı Şahid2 bağlama ilə birlikdə Təqsirləndirilən şəxs1 araşdırma aparılması məqsədilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə aparmışdır. Sonradan ona məlum olmuşdur ki, Şahid2 Təqsirləndirilən şəxs1 şəxsi avtomobili ilə birlikdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə apararkən, yolun Babək prospekti ilə Heydər Əliyev prospektinin kəsişən hissəsində tıxac olduğundan o, asta surətlə hərəkətdə olan avtomobilin ani olaraq qapısını açaraq qaçmışdır. Məhkəmədə şahid qismində dindirilmiş DGK-nin HNBGİ-nin Poçt göndərişləri gömrük postunun inspektoru Şahid1 və DGK HNBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin instruktor-kinoloqu Şahid4 da Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, DGK “Azərterminalkompleks” Birliyindən HNBGİ Poçt Göndərişləri gömrük postuna ezam olunmuş inspektoru vəzifəsində çalışır. 28 noyabr 2019-cu il tarixdə xidməti vəzifəsini “Poçt Göndərişləri” gömrük postunda yerinə yetirirmiş, həmin tarixdə X3 “EMS” poçt daşımaları şirkəti vasitəsi ilə daxil olmuş, üzərində alıcının ünvanı Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi; alıcının adı isə Təqsirləndirilən şəxs2 kimi göstərilmiş ümumi çəkisi 3.150 kq, izləmə kodu EZ163064535US olan poçt bağlamasına “Poçt Göndərişləri” gömrük postunda gömrük əməkdaşı Şahid3 tərəfindən rentgen aparatı vasitəsilə baxış keçirilərkən, monitorda şübhəli əşyaların təsviri əks olunmuşdur. Həmin bağlamanın üzərinə yapışdırılmış CN23 gömrük bəyannaməsinə əsasən, bağlamanın içərisində olan əşyaların sənədlər, uşaq oyuncaqları, rəngli qələmlər, puzzledən ibarət olduğu qeyd olunmuşdur. Bağlamaya yoxlama keçirilən zaman, bağlamanın içərisindən 11 ədəd uşaq oyuncağı, 6 qutu rəngli qələmlər, üzərində “puzzle” sözü yazılmış 3 qutu, üzərində “marijuanna product” sözləri yazılmış içərisində qırmızı rəngli maddə olan 8 ədəd ağ rəngli kiçik ölçülü paket aşkar olunmuşdur. Üzərində “puzzle” sözü yazılmış 3 qutu tərəflərindən açılmış və ümumilikdə 45 ədəd içərisində maye olan elektron siqaret müştüyü aşkar edilmişdir. Həmin gün saat 16:00 radələrində Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 həmin bağlamanı götürmək üçün Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsi ilə (AA*******) “Poçt Göndərişləri” gömrük postuna yaxınlaşmışdır. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 hazırda Londonda olduğunu, Londondan ona gizli nömrə ilə zəng edərək, evlərindən şəxsiyyət vəsiqəsini götürərək poçta yaxınlaşmasını və adına gələn bağlamanı götürməsini xahiş etdiyini bildirmişdir. Bundan sonra o, bağlama ilə birlikdə Təqsirləndirilən şəxs1 araşdırma aparılması məqsədilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə aparmaq üçün yola düşmüş, yolun Babək prospekti ilə Heydər Əliyev prospektinin kəsişən hissəsində tıxac olduğundan Təqsirləndirilən şəxs1 asta surətlə hərəkətdə olan avtomobilin ani olaraq qapısını açaraq qaçmışdır. O, dərhal bu hadisə barədə rəhbərliyə məruzə etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2004-cü ildən gömrük orqanlarında xidmət edir. 2018-ci ildən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri gömrük postunda inspektor vəzifəsində çalışır. Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 məktəb illərindən tanıyır. Ümumi tanışları vasitəsilə münasibəti yaranmışdır. Oxuduğu Bakı şəhəri 160 nömrəli orta məktəbə gəlib getmiş, şəhər uşağı kimi münasibəti yaranmış, lakin son bir neçə ildir ki, onu görməmişdir. Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 da Orxanı tanıdığı kimi, orta məktəb illərindən tanımış, həmçinin Orxanın dostu kimi bilirmiş. Onu isə sonuncu dəfə 2019-cu ilin noyabr ayında poçt bağlamaları postunda olarkən görmüşdür. 2019-cu ilin noyabr ayının 28-də postda olarkən Təqsirləndirilən şəxs1 görmüş, Etibarla poçt şöbəsinin qarşısında görüşərkən ona bildirmişdir ki, dostu Orxanın adına X3 göndərilən bağlamanı təhvil almaq üçün oraya gəlmişdir. O da əlində olan izləmə kodu ilə yaxınlaşıb poçt əməkdaşlarına göstərməsini və həmin bağlamanı təhvil almasını bildirmişdir. Etibar yaxınlaşıb poçt əməkdaşına qeyd olunan izləmə kodunu göstərdikdən bir neçə dəqiqə sonra HNBGİ-nin əməliyyat şöbəsinin əməkdaşları gəlib Təqsirləndirilən şəxs1 digər bir otağa dəvət etmişdirlər. O orada əməkdaşlardan soruşduqda ona bildirmişdirlər ki, sonuncunun təhvil almaq üçün istədiyi bağlama nəzarətdə olan bağlama olmuşdur. Bir müddət sonra Orxan ona məxsus mobil telefon nömrəsinə zəng etmiş və dostu Etibarın poçt bağlamasını təhvil almaq üçün gələrkən orada saxlanıldığını, nə məsələ olduğunu soruşmuşdur. O isə Orxana dəqiq məlumatı olmadığını və əməkdaşlar tərəfindən sorğu sual olunduğunu bildirmişdir. Bundan sonra Orxanla sağollaşmış, həmin bağlama bir neçə saat əvvəlcədən gəlib artıq poçta çatmış və nəzarətdə olan bağlama olmuşdur. Həmin vaxt o bilmişdir ki, qeyd olunan bağlama Təqsirləndirilən şəxs2 adına göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 oğlu ifadəsində göstərdi ki, "xxxx" MMC-də fəhlə işləyir. 28 noyabr 2019-cu il tarixdə X3 “EMS” poçt daşımaları şirkəti vasitəsi ilə daxil olmuş, üzərində alıcının ünvanı Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi; alıcının adı isə Təqsirləndirilən şəxs2 kimi göstərilmiş poçt bağlamasına yoxlama keçirərkən, gömrük əməkdaşı onun hal şahidi qismində iştirak etməyini xahiş etmiş, o da qəbul etmişdir. Onunla birlikdə baxışda İsmayıl adlı digər hal şahidi də iştirak etmişdir. Bağlamaya yoxlama keçirilən zaman, bağlamanın içərisindən 11 ədəd uşaq oyuncağı, 6 qutu rəngli qələmlər, üzərində “puzzle” sözü yazılmış 3 qutu, üzərində “marijuanna product” sözləri yazılmış içərisində qırmızı rəngli maddə olan 8 ədəd ağ rəngli kiçik ölçülü paket aşkar olunmuşdur. Üzərində “puzzle” sözü yazılmış 3 qutu gömrük əməkdaşları tərəfindən açılmış və ümumilikdə 45 ədəd içərisində maye olan elektron siqaret müştüyü aşkar edilmişdir. Bu barədə gömrük əməkdaşı tərəfindən protokol tərtib olunmuş və o da həmin protokolu imzalamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Ədilov İsmayıl İbrahim oğlu da Şahid6 oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan 29 noyabr 2019-cu il tarixli 29595 №-li məhkəmə ekspertizası rəyindən görünür ki, müayinə zamanı tədqiqata təqdim edilmiş 08 (səkkiz) ədəd ağ rəngli, üzərlərində “FUEL 420” və “Marijuana Product” sözləri olan kiçik ölçülü paketlərdəki qırmızı rəngli maddələrin tərkibində narkotik tərkibli çətənə (kannabis) bitkisinə məxsus narkotik aktivliyə malik tetrahidrokannabinol vardır.Tədqiqata təqdim edilmiş ümümi sayı 45 (qırx beş) ədəd siqaretlər üçün müştüklərin içərisində ümümi çəkisi 23,805 qram olan maddələr narkotik vasitə həşiş qatranıdır. Qeyd: Təqdim olunmuş iki ədəd müştüklərdəki həşiş qatranı tədqiqata sərf edildi. Ümumi çəkisi – 23,805 qram, cəmi tədqiqata sərf edildi 1,058 qram, qalıq 22,747 qramdır. Bir ədəd ağ rəngli paketdə olan qırmızı rəngli maddə tədqiqata sərf edildi. Tədqiqata təqdim edilmiş 08 (səkkiz) ədəd ağ rəngli, üzərlərində “FUEL 420” və “Marijuana Produst” sözləri olan kiçik ölçülü paketlərdəki qırmızı rəngli maddələrin tərkibində narkotik tərkibli çətənə (kannabis) bitkisinə məxsus narkotik aktivliyə malik tetrahidrokannabinol vardır. Tədqiqata təqdim edilmiş ümumi sayı 45 (qırx beş) ədəd siqaretlər üçün müştüklərin içərisində ümumi çəkisi 23,895 qram olan maddələr narkotik vasitə həşiş qatranıdır. (cild 01, iş vərəqə 57-60) İş materiallarında olan 06 mart 2020-ci il tarixli, 7/14 №-li məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş birinci kağız paketdəki (vət. Təqsirləndirilən şəxs2 adına göndərilən poçt bağlamasında olan) siqaretlər üçün müştüklərdə və ikinci kağız paketdə (vət. Təqsirləndirilən şəxs2 baqajında olan) bir ədəd siqaret üçün müştükdə olan həşiş qatranları tərkiblərinə görə eynidirlər. Qeyd: Təqdim olunmuş müştüklərdəki həşiş qatranının ümumi çəkisi 23,426 qram, cəmi tədqiqata sərf edildi 0,88 qram, qalıq 22,546 qram. (cild 01, iş vərəqə 143-145) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 dair 04 dekabr 2019-cu il tarixli, 2839 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 ÇƏTƏNƏ bitkisi preparatlarından və narkotik vasitələrə, psixotrop maddələrə aid olmayan, güclü təsir edən maddələrə aid olan tramadoldan sui-istifadə edilməsi ilə nəticələnən ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vərəqə 114-116) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 dair 20.07.2020-ci il tarixli, 1991 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 03, iş vərəqə 58-60.) İş materiallarında olan 19.06.2020-ci il tarixli 5/221 №-li MEM-nin məhkəmə ekspertizası rəyindən görünür ki, təqdim edilmiş bir ədəd həssas təzyiqlə (sensorlu) çalışan “İOS” əməliyyat sistemi ilə təchiz edilmiş “İphone 6s” markalı, “A1688” modelli “**********71716” İMEİ kodlu mobil telefon olmaqla, hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Təqdim edilmiş “İphone 6s” markalı, “A1688” modelli mobil telefonun yaddaşında olan “Cellebrite” firmasının “UFED TOUCH 2” markalı qurğunun tərtib etdiyi məlumatlar müəyyən olundu, həmin müəyyən olunmuş məlumatlar “Ekspertiza 5-221” adlı iş çantasında “Hp” yazısı olan DVD-R diskə köçürülərək ekspert rəyinə əlavə edildi. “İphone 6s” markalı, “A1688” modelli mobil telefonun yaddaşından hər hansı bir məlumatların pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. (cild 02, iş vərəqə 155-158) İş materiallarında olan CN23 saylı beynəlxalq poçt göndərişləri gömrük bəyannaməsindən görünür ki, X3 “EMS” poçt daşımaları şirkəti vasitəsi ilə daxil olmuş, üzərində alıcının ünvanı Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 8; alıcının adı isə Təqsirləndirilən şəxs2 kimi göstərilmiş, telefon nömrəsi +**********49 olan, ümumi çəkisi 3.150 kq, izləmə kodu EZ163064535US olan poçt bağlamasının içərisində olan əşyaların sənədlər, uşaq oyuncaqları, rəngli qələmlər, pazldan ibarət olduğu qeyd olunmuşdur. (cild 01, iş vərəqə 18) İş materiallarında olan 28 noyabr 2019-cu il tarixli “yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında” protokoldan görünür ki, yoxlama zamanı X3 “EMS” poçt daşımaları şirkəti vasitəsi ilə daxil olmuş, üzərində alıcının ünvanı Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi; alıcının adı isə Təqsirləndirilən şəxs2 kimi göstərilmiş ümumi çəkisi 3.150 kq, izləmə kodu EZ163064535US olan poçt bağlamasına rentgen aparatı vasitəsilə baxış keçirilərkən, monitorda şübhəli əşyaların təsviri əks olunmuşdur. Həmin bağlamanın üzərinə yapışdırılmış CN23 saylı gömrük bəyannaməsinə əsasən, bağlamanın içərisində olan əşyaların sənədlər, uşaq oyuncaqları, rəngli qələmlər, pazldan ibarət olduğu qeyd olunmuş, bağlamaya yoxlama keçirilən zaman, bağlamanın içərisindən 11 ədəd uşaq oyuncağı, 6 qutu rəngli qələmlər, üzərində “puzzle” sözü yazılmış 3 qutu, üzərində “marijuanna product” sözləri yazılmış içərisində qırmızı rəngli maddə olan 8 ədəd ağ rəngli kiçik ölçülü paket aşkar olunmuş, üzərində “puzzle” sözü yazılmış 3 qutu tərəflərindən açılmış və ümumilikdə 45 ədəd içərisində maye olan elektron siqaret müştüyü aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş əşyalar götürülmüş və HNBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə təhvil verilmişdir. (cild 01, iş vərəqə 19-20) İş materiallarında olan Təqsirləndirilən şəxs1 məxsus **********71716 İMEİ nömrəli və **********7171 İMEİ nömrəli “İphone 6S” markalı sensorlu mobil telefon aparatına baxış keçirilməsi haqqında 01 may 2020-ci il tarixli protokoldan görünür ki, “WhatsApp” mobil əlavəsində siyahıda olan “Azayev” adı altında yazılan +994 50 *** ** ** saylı Azercell mobil operatoruna məxsus mobil nömrə ilə mesaj bölümündə mesajın mətnlərindən və audio səs yazılarından belə aydın olur ki, “Azayev” adı altında yazılan +994 50 *** ** ** saylı mobil nömrədən mesaj yazan şəxs ********* saylı iş üzrə tərəfimdən təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2dur. 29.04.2020-ci il tarixdə yəni, Təqsirləndirilən şəxs1 əməkdaşlar tərəfindən saxlanıldığı tarixdə tutulmamışdan öncə rus dilində aparılan yazışma mətnlərində Təqsirləndirilən şəxs1 Orxana vəziyyətdən necə qurtula biləcəyi və onu saxlamaq üçün gələn əməkdaşlardan qurtulmaq üçün qaçmaq istədiyi barədə sms-lər göndərir. Eyni zamanda Təqsirləndirilən şəxs2 də Təqsirləndirilən şəxs1 onu saxlamaq üçün gələn şəxslərdən necə qurtula biləcəyi barədə məsləhətlər verir. Bundan başqa Etibar Orxana bildirir ki, bilməzdi ki, onun adresini tapsınlar, əgər saxlanılacağı təqdirdə istintaqa guya günahsız olduğunu, poçt göndərişinin içərisində nə olduğundan məlumatı olmadığını və qorxduğundan bu müddətə qədər istintaqdan yayındığını və qaçdığını bildirəcəyini qeyd edir. Arxasınca Orxan cavabında ona, belə deyəcəyi təqdirdə bütün günahın onun üstündə qalacağını çatdırır. Baxış nəticəsində mobil telefonda iş üzrə əhəmiyyət kəsb edə biləcək “WhatsApp” mobil əlavəsində olan mesajların mətnləri “secreenshot” vasitəsilə köçürülmüş, məzmunlarında olan və rus dilində aparılan yazışmalar Azərbaycan dilinə tərcümə olunmuş və baxış protokoluna əlavə olunmuşdur. (cild 02, iş vərəqə 76-87) İş materiallarında olan "xxxx" MMC-dən 10014 saylı məktubla daxil olmuş Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı və ***-***-**-** saylı mobil telefon nömrələrinə və "xxxx" MMC-dən BKC/LGL-7225/20 saylı məktubla daxil olmuş və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olmuş və çıxan zənglərin və SMS-lərin əks olunduğu disklərə-telefon danışıqlarına dair məlumatlara yenidən baxış keçirilməsi haqqında 22 avqust 2020-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən olunmuşdur ki, hadisə ərəfəsində yəni, 28.11.2019-cu il tarixdə AZERPOÇT MMC-dən Təqsirləndirilən şəxs2 saat 09:48-də bağlamanın çatmasına dair SMS göndərilir. Bundan sonra ilk dəfə saat 13:33-də Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng olunduğu və tərəflər arasında 30 saniyə danışıq aparıldığı görünür. Həmin vaxt Təqsirləndirilən şəxs2 anten dairəsi "Yasamal TQK, ATS 438/439” adlı ərazini, Təqsirləndirilən şəxs1 anten dairəsinin isə Novxanı qəsəbəsində olduğunu göstərir. Növbəti dəfə saat 14:29-da yenə Təqsirləndirilən şəxs2 tərəfindən zəng olunur və tərəflər arasında 40 saniyə danışıq aparılır və onların anten dairələrinin dəyişməz olduğu görünür. Saat 16:37-də isə Təqsirləndirilən şəxs1 tərəfindən Təqsirləndirilən şəxs2 zəng olunur və tərəflər arasında 27 saniyə danışıq aparılır. Həmin vaxt Təqsirləndirilən şəxs1 anten dairəsi “28 may, Dəmir yolu Vağzalı, Poçt Daşınma İdarəsi” yəni, “Poçt göndərişləri” gömrük postunda olduğunu göstərir. Həmin vaxtda da Təqsirləndirilən şəxs2 anten dairəsi sonuncunun “PDM, Droqal dongəsi məhəllə 702-də” olduğunu göstərir. Elə həmin vaxt və dəqiqədə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 “EZ163064535US” məzmununda SMS yəni, poçt bağlamasının izləmə kodunu göndərdiyi görünür. Saat 16:44-də Təqsirləndirilən şəxs1 “Poçt göndərişləri” gömrük postunda olarkən Təqsirləndirilən şəxs2 “Menə vzəli” yəni, “məni saxladılar” məzmununda SMS mətni göndərir. Saat 16:47-də isə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 “Ladno ala?” məzmununda SMS mətni göndərərək təəcüblü olduğunu bildirir. Təqsirləndirilən şəxs2 anten dairəsi onun həmin vaxt yenə "Bakı şəhəri, PDM, Droqal dongəsi məhəllə 702" adlı yerdə olduğunu göstərir. Bundan sonra Təqsirləndirilən şəxs2 anten dairəsi sonuncunun “Bakı şəhəri, Yasamal rayonu, Fizuli küçəsi 1”, “Yasamal TQK ATS 438/439”, “Bakı şəhəri, Yasamal rayonu, 8 saylı İSİS, 140 saylı Qazanxana”, “Bakı şəhəri, H. Əliyev prospekti 105”, “Bakı şəhəri H.Əliyev adına Beynəlxalq Aeroportunda” olduğunu göstərir. Təqsirləndirilən şəxs1 hərəkət trayektoriyaları üzrə məlumatlardan isə onun poçt şöbəsindən izahatının alınması üçün HNBGİ-nin inzibati binasına aparılarkən yolun Babək prospekti ilə Heydər Əliyev prospektinin kəsişən hissəsində ( “Excelsior” hotelin yaxınlığında) tıxac olduğundan asta surətlə hərəkətdə olan avtomobilin ani olaraq qapısını açaraq qaçması faktı da müəyyən olunur. (cild 03, iş vərəqə 168-173) İş materiallarında olan Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən aparılan telefon danışıqlarına dair məlumatlara baxış zamanı müvafiq operatorda qeyd olunmuş anten məlumatlarının dəqiq ünvanının müəyyən edilməsi üçün internet elektron resurslarına və hadisə yerinə baxış keçirilməsi haqqında 12 oktyabr 2020-ci il tarixli və 13 oktyabr 2020-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 hadisə baş verən tarixdə yəni, 28.11.2019-cu il tarixdə 16:37-16:49 saatları arasında anten məlumatları üzrə olduğu “Bakı şəhəri, PDM Droqal dongəsi məhəllə 702” ünvanınının - “Poçt göndərişləri” gömrük postunun ünvanının yəni, PDM (X12), Droqal dongəsi məhəllə 702-də olduğu müəyyən olunmuşdur. Beləliklə, hadisə baş verən tarixdə yəni, 28.11.2019-cu il tarixdə 16:37-16:49 saatları arasında Təqsirləndirilən şəxs2 anten məlumatlarından onun həmin tarixdə hadisə ərəfəsində “Poçt göndərişləri” gömrük postuna narkotik tərkibli müştükləri götürmək üçün Təqsirləndirilən şəxs1lə birgə gəldiyi və hadisə ərəfəsində hər ikisinin orada olduqları yəni, Təqsirləndirilən şəxs1 anten dairəsi 28 may, Dəmir yolu Vağzalı, Poçt Daşınma İdarəsi yəni, “Poçt göndərişləri” gömrük postunda olduğunu göstərərkən, həmin vaxtda Təqsirləndirilən şəxs2 də anten dairəsindən onun PDM (X12), Droqal dongəsi məhəllə 702-də yəni, “Poçt göndərişləri” gömrük postunda olduğunu, Təqsirləndirilən şəxs1 poçt şöbəsinə daxil olarkən, Təqsirləndirilən şəxs2 də poçt şöbəsinin yanında onu gözlədiyini təsdiq etmişdir. (cild 04, iş vərəqə 81-86) İş materiallarında olan X3 göndərilmiş bağlamaların fotoşəkillərinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, fotoşəkillərə baxış zamanı narkotik tərkibli 45 ədəd elektron siqaret üçün müştüklərin üzərində “puzzle” sözü yazılmış 3 ədəd qutunun içərisində yerləşdirildiyi yəni, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə bir mala digər bir mal görüntüsü verilməklə həmin müştüklərin uşaq oyuncaqları qutusunun içərisinə qoyulduğu müşahidə olunur. (cild 01, iş vərəqə 92-96) İş materiallarında olan Təqsirləndirilən şəxs1 ifadələrində göstərdiyi və narkotik tərkibli müştükləri sifariş verdiyini bildirdiyi “california.org” internet portalının mövcud olubolmaması və iş üzrə əhəmiyyət kəsb edən digər hallarla əlaqədar olaraq internet resurslarında olan məlumatlara baxış keçirilməsi haqqında 08 iyul 2020-ci il tarixli protokoldan görünür ki, baxış zamanı portalda narkotik tərkibli müştük yaxud digər bu kimi məhsulların satışının həyata keçirilmədiyi görünür. . (cild 03, iş vərəqə 19) İş materiallarında olan Təqsirləndirilən şəxs1 məxsus **********71716 İMEİ nömrəli və **********7171 İMEİ nömrəli “İphone 6S” markalı mobil telefonda olan elektron poçt ünvanına baxış keçirilməsi haqqında 21 avqust 2020-ci il tarixli protokoldan, mobil telefonda poçt ünvanı kimi mailto:etibar_babayev79@icloud.comElektron ünvan 1 elektron poçt ünvanının istifadədə olduğu, mailto:etibarbabayev79@mail.ruElektron ünvan 2 elektron poçt ünvanı adı altında ünvanın ümumiyyətlə mövcud olmadığı, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatların burada öz əksini tapmadığı, mailto:etibar_babayev79@icloud.comElektron ünvan 1 elektron poçt ünvanından sonuncunun “california.org” elektron ünvanına elektron poçt göndərmədiyi, həmçinin həmin ünvandan ona hansısa elektron poçt göndərilmədiyi, ümumiyyətlə «vape» müştüklərin sifarişi ilə bağlı başqa elektron ünvanlarla elektron poçt yazışmalar aparılmadığı müəyyən olunmuşdur. (cild 03, iş vərəqə 151-155) İş materiallarında olan saxlanılmış və izləmə kodu EZ163064535US olan poçt bağlamasına dair internet elektron resurslarında hər hansı məlumatların olub-olmamasının yoxlanılması məqsədilə internet elektron resurslarına baxış keçirilməsi haqqında 28 avqust 2020-ci il tarixli protokoldan görünür ki, “trackingmore.com” internet adresində izləmə kodu EZ163064535US olan poçt bağlamasının 22.10.2019-cu il tarixdə ABŞ-da Mayami şəhərində poçta təhvil verildiyi, 23.10.2019-cu il tarixdə oradan göndərildiyi, 29.10.2019-cu il tarixdə Nigeriyaya çatdırıldığı, 12.11.2019-cu il tarixdə oradan göndərildiyi, 23.11.2019-cu il tarixdə tranzit qaydada Rusiya Federasiyasına çatdırıldığı və həmin tarixdə oradan göndərildiyi, 27.11.2019-cu il tarixdə isə Azərbaycan Respublikasına çatdırıldığı müəyyən olunmuşdur. Cinayət işinin müəyyən olunmuş hallarından da həmin poçt bağlamasına 28 noyabr 2019-cu il tarixdə saat 11 radələrində Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Poçt Göndərişləri” gömrük postunda gömrük yoxlaması keçirildiyi və faktın aşkar olunduğu müəyyən olunmuşdur. (cild 03, iş vərəqə 194-195) Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxslərin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilməsi, Təqsirləndirilən şəxs2 isə özünü təqsirli bilməməsi barədə verdikləri ifadələrinə qiymət verərək, belə nəticəyə gəlir ki, onların bu ifadələri iş üzrə mötəbər sübutlarla təkzib olunur və həmin ifadələr özlərini müdafiə xarakteri daşıyaraq həqiqəti əks etdirmir. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanında qeydiyyatda olsa da, artıq 1 il yarım olar ki, Abşeron rayonu, Masazır qəsəbəsi, “Abşeron City” yaşayış massivində tək yaşayır. Ailəli olub ayrılmışdır, 1 azyaşlı övladı var. İşləmir, əvvəl mobil telefonların alqı-satıqısı ilə məşğul olmuşdur, hazırda işləmir. Özü narkotik vasitələrdən istifadə edir. 9-10 il olar ki, “nəşə” kimi adlandırdılan marixuanadan istifadə edir. Lap əvvəllər isə bir neçə dəfə “kakos” yəni, heroindən də istifadə etmişdir. Eyni zamanda xaricdə olarkən narkotik tərkibli vape yəni, müştükdən də istifadə etmişdir. Bundan əvvəl də CM-nin 234.1-ci maddəsi ilə məhkumluğu olmuşdur. 2017-ci ildə azadlığa buraxılmışdır. 20 ilə yaxındır tanıdığı Təqsirləndirilən şəxs2 Akif oğlu 28 noyabr 2019-cu il tarixdə günorta saatlarında ***-***-**- ** saylı mobil telefon nömrəsindən onun istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək “Sovetski” ərazisində kirayə yaşadığı evinə çağırmışdır. Orxanın evinin qarşısına gedərək həyətlərində onunla görüşmüşdür. Görüş zamanı Orxan ona bildirmişdir ki, X3 şəxsi istifadəsi üçün narkotik tərkibli 3-4 ədəd müştük yəni, vape sifariş vermişdir və həmin sifariş artıq gəlib Bakı şəhərinə çatmışdır. Ona görə də gedib həmin müştükləri təhvil almağını, əvəzində isə istifadə etmək üçün ona də qeyd olunan müştükdən verəcəyini bildirmişdir. O narkotik vasitələrdən istifadə etdiyinə görə, eyni zamanda həmin narkotik tərkibli müştükdən xaricdə olarkən istifadə etdiyinə görə və dadı xoşuna gəldiyinə görə, gedib təhvil götürüb Orxana gətirib verəcəyini, eyni zamanda bunun qarşılığında ona da 1 ədəd şəxsi istifadəsi üçün müştük verməsi ilə bağlı razılığa gəlmişdir. Həmçinin belə razılaşmışdırlar ki, poçtda saxlanılsa miqdarı az olduğuna görə o, öz boynuna götürəcəkdir. Çünki, 3-4 ədəd narkotik tərkibli müştüyün məsuliyyət yaratmadığını bilirmiş. Daha sonra Orxan ona öz şəxsiyyət vəsiqəsini vermiş və poçta gedib təhvil alarkən oradakı məsul əməkdaşlara guya Orxanın ölkədən kənarda yəni, xaricdə olduğunu, bu səbəbdən də gələ bilmədiyini və onun gedib təhvil almağını xahiş etdiyini bildirməyini demişdir. O, Orxanın şəxsiyyət vəsiqəsini də götürüb günortadan sonra poçt bağlamasını təhvil almaq üçün “28 may” ərazisində yerləşən poçt qəbul şöbəsinə getmişdir. Orada girişdə əvvəlcədən tanıdığı və orada çalışan Şahid5 görmüşdür. Onunla salamlaşdıqdan sonra tanışı Orxanın adına poçt bağlamasının gəldiyini, Orxanın xaricdə olduğunu, ona görə həmin bağlamanı onun götürməyi üçün göndərdiyini demişdir. Tofiq isə ona bildirmişdir ki, Orxanın adından etibarnamə olmadan bağlamanı ona verməyəcəklər. Daha sonra o həmin bağlamanın gəlib-gəlmədiyini Tofiqdən dəqiqləşdirmiş, Tofiq isə ona əlindəki izləmə nömrəsi ilə keçib içəridən maraqlana biləcəyini demişdir. O poçt şöbəsinə girib izləmə nömrəsini oradakı digər əməkdaşlara göstərdikdən sonra bir nəfər əməkdaş gəlmiş və onu oradakı bir otağa dəvət etmişdir. Otağa keçdikdən sonra orada ona bildirmişdirlər ki, Təqsirləndirilən şəxs2 adına göndərilən poçt bağlamasından narkotik tərkibli təxminən 40 ədəd müştük aşkar olunmuşdur. O, həmin müştüklərdən xəbəri olmadığını, Orxanın tapşırığı əsasında bağlamanı götürmək üçün gəldiyini, eyni zamanda Orxanın da ölkədən xaricdə yəni, Londonda olduğunu demişdir. Bundan sonra ona orada bildirmişdirlər ki, bu faktla bağlı izahat vermək üçün əməkdaşlarla birlikdə idarəyə getməlidir. Elə oradaca o Orxana mesaj yazaraq bildirmişdir ki, onu burada saxlayıblar. Daha sonra orada gömrük əməkdaşlarından birinin avtomobilinə əyləşərək hava limanında yerləşən idarəyə getmək üçün yola çıxmışdırlar. O artıq hiss etmişdir ki, ora aparıldıqdan sonra tutulacaq, bu səbəbdən də qaçmaq barədə fikirləşmişdir. Əməkdaşın nəqliyyat vasitəsi ilə yolda olarkən yolun Babək prospekti ilə Heydər Əliyev prospektinin kəsişən hissəsində tıxac olduğundan asta surətlə hərəkətdə olan avtomobilin ani olaraq qapısını açaraq avtomobildən enmiş və əks istiqamətdə qaçmışdır. Oradan bir az uzaqlaşdıqdan sonra Orxana telefonla zəng etmiş və bildirmişdir ki, ona 3-4 ədəd müştük göndərildiyini demiş, halbuki bağlamadan 40 ədədə yaxın müştük çıxmışdır, bunun isə miqdarı çoxdur. O əvvəllər məhkum olunduğuma görə bilirmiş ki, miqdarı çox olduğuna görə məsuliyyəti də ağırdır. Ona görə də Orxana qaçdığını bildirmiş, Orxan isə ilk olaraq onun nə üçün qaçdığını soruşmuş, o isə bu işi boynuna götürməmək üçün qaçdığını demişdir. Daha sonra Orxan onu “zibilə saldığını” demiş və onunla sağollaşmışdır. Bundan sonra yoldan keçən hər hansı bir taksiyə minib evə getmişdir. Həmin tarixdən bu tərəfə isə axtarıldığını bilə-bilə orqandan yayınmağa çalışırmış və hazırda yaşadığı Masazır qəsəbəsindəki evinin ünvanını kimsə bilmədiyindən əmin olduğundan orada qalırmış. Və eyni zamanda Orxanla da bütün əlaqələrini kəsmişdir. Həmin hadisədən bir neçə gün sonra isə eşitmişdir ki, Orxan da həmin gün hava limanı ilə ölkədən qaçarkən saxlanılmışdır. Bunu isə Orxanla onun ümumi tanışları və internet portallarında xəbərlərdən öyrənmişdir. 29 aprel 2020-ci il tarixdə axşam saatlarında yaşadığı evdən çıxarkən qapının önündə bir neçə tanımadığı avtomobil olduğunu görmüş, avtomobillərin içərisində əyləşənlərin onun arxası ilə gəldiklərindən şübhələndiyindən yenidən evə qayıtmışdır. Bundan sonra Orxanla “vatsup” vasitəsilə əlaqə saxlamış və onun arxası ilə gəldiklərini bildirmişdir və Orxandan onun işi ilə bağlı maraqlanmışdır. Orxan isə ona bildirmişdir ki, o artıq ifadə vermişdir və işi məhkəməyə göndərilmişdir, eyni zamanda ifadəsində bütün cinayəti onun boynuna atmışdır. O isə Orxana demişdir ki, əgər tutulsa hadisəni əvvəldən axıra qədər necə olubsa o qaydada da bildirəcəkdir. Bundan sonra o şəxsi əşyalarını, pasportunu, digər sənədlərini də götürüb yenidən qapının önünə çıxmış və məqsədi də o imiş ki, artıq yaşadığı ünvanı müəyyən ediblər, qalmaq üçün ayrı bir yerə getsin. Qapının ağzından çıxdıqdan sonra bir neçə mülki geyimdə olan əməkdaşlar ona yaxınlaşıb gömrük əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişdirlər və onlarla birlikdə idarəyə getməli olduğunu demişdirlər. Daha sonra əməkdaşlarla birlikdə idarəyə gəlmişdirlər. Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının birinci bəndinin ikinci abzasında qeyd edilir ki, nəzərə alınmalıdır ki, malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra mətində GM) və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna görə, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və bu məcəllədə nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. X10 3-cü bəndində qeyd edilir ki, GM-nin 1.0.14-cü maddəsinə müvafiq olaraq gömrük nəzarəti dedikdə, gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlər başa düşülür. Həmin Məcəllənin 1.0.22-ci maddəsinin tələbinə görə, gömrük sərhədindən keçirmə malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş üsullarla, o cümlədən beynəlxalq poçt göndərişləri, boru kəmərləri və elektrikötürücü xətlər vasitəsilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması ilə bağlı hərəkətlərin edilməsindən ibarətdir. X10 13-cü bəndinə əsasən, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. X10 19-cu bəndinə əsasən, məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha çox icraçı tərəfindən qabaqcadan razılaşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən edildikdə, qrup üzvlərinin hər birisinin belə əməlləri cinayətin predmetinə və CM-nin 206.3.1, 206.3.3 və ya 206.3.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olub-olmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir. Qeyd edilən Plenum Qərarının 26-cı bəndinin 4-cü abzasına əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar (narkotik vasitələr, psixotrop maddələr, odlu silah, döyüş sursatı və sair), CPM-nin 132.0.1-ci maddəsinin tələblərinə müvafiq olaraq müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, yaxud da məhv edilməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. X10 11-ci bəndinin 2-ci abzasına əsasən, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. X10 11-ci bəndinin 3-cü abzasına əsasən, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. X10 6-cı bəndinin 4-cü abzasına əsasən, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 17.04.2020ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai rayon Məhkəməsinin 16.03.2004-cü il tarixli hökmü ilə AR CM-in 221.2-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07.04.2004cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Abşeron rayon Məhkəməsinin 03.10.2016-cı il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20.02.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (cild 02, iş vərəqə 16) Odur ki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 02.12.2019cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vərəqə 102). Eyni zamanda iş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29.09.2021-ci il tarixli, 1(003)-184/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, AR CM-in 66.2-ci maddəsinə əsasən ona 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, AR CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 28.11.2019-cu il tarixdən 30.11.2019-cu il tarixədək həbsdə saxlanıldığı 02 gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmçinin, qeyd edilən cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 11.11.2021-ci il tarixli, 1(103)-1411/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29.09.2021-ci il tarixli, 1(003)-184/2020 nömrəli hökmündən verdiyi apelyasiya şikayətindən imtina etdiyindən apelyasiya şikayətinə baxılmasına xitam verilmişdir. İş materiallarında olan AZİİİ665036 və AZİİİ411168 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 25.06.2013-cü il təvəllüdlü və 09.11.2018-ci il təvəllüdlü iki azyaşlı övladı vardır. (cild 04, iş vərəqə 210) Məhkəmə AR CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını, müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə AR CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını, müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah edilmələri mümkün olmadığından onlara təqsirli bilindikləri maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin cəza təyin edərkən təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətlərin məcmusuna ağır cinayətlər daxil olduğundan, təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmalı və təqsirləndirilən şəxslərə qəti cəza təyin edilməlidir. AR CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 16-cı bəndinə əsasən, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Odur ki, AR CM-in 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29.09.2021-ci il tarixli, 1(003)-184/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 qəti olaraq təyin edilmiş 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona AR CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəza ilə qismən toplanmalı və bu yolla Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən onlara təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 dair 04 dekabr 2019-cu il tarixli, 2839 nömrəli və 20.07.2020-ci il tarixli, 1991 nömrəli rəylərinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə ehtiyacları olduğundan və ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görüldüyündən onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdırlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən, onların barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan ekspertiza tədqiqatlarından sonra 22,546 qram qalan həşiş qatranı, ümumilikdə 45 ədəd elektron siqaret üçün müştüklər, oyuncaq qutuları və üzərlərində “FUEL 420” və “Marijuana Product” sözləri olan kiçik ölçülü paketlərdəki qırmızı rəngli maddələr hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 59.94 (59 manat 94 qəpik) məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 30 manat və Təqsirləndirilən şəxs2 29 manat 94 qəpik olmaqla tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 30.04.2020-ci il tarixli, 4(004)-283/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 29 aprel 2020-ci il tarixdən hesablanmışdır. (cild 02, iş vərəqə 73-75) Odur ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 29 aprel 2020-ci il tarixdən hesablanmalıdır. İş materiallarında olan 27 oktyabr 2020-ci il tarixli ittiham elan etmək üçün şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 4(004)-615 nömrəli, 27.10.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilərək, həbs etmənin əvvəli 27 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. (cild 04, iş vərəqə 106-107, 138-140) Odur ki, Təqsirləndirilən şəxs2 barəsində cəzaçəkmə müddətinin əvvəli 27 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İbtidai istintaqda Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 300 manat miqdarında pul ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 240 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 06 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1ci maddəsi ilə 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 29 aprel 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 06 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1ci maddəsi ilə 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs2 qəti olaraq 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29.09.2021-ci il tarixli, 1(003)-184/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 oğluna qəti olaraq təyin edilmiş 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə ona təyin edilmiş 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs2 qəti olaraq 09 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 27 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan 22,546 qram həşiş qatranı, ümumilikdə 45 ədəd elektron siqaret üçün müştüklər, oyuncaq qutuları və üzərlərində “FUEL 420” və “Marijuana Product” sözləri olan kiçik ölçülü paketlərdəki qırmızı rəngli maddələr hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 59.94 (59 manat 94 qəpik) məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər, Təqsirləndirilən şəxs1 30 manat və Təqsirləndirilən şəxs2 29 manat 94 qəpik tutularaq dövlət büdcəsinə keçirilsin. İbtidai istintaqda Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X5 təqsirləndirilən şəxsə göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 300 manat miqdarında pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 240 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev Hakimlər: Azər Paşayev İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar