Məhkəmə qərarları › İş №1(101)-592/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-592/2022

22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-592/2022 22.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin Bakı Ağır Cinayətlər məhkəməsi üzrə prokuroru X3, Zərərçəkmiş şəxs2 və nümayəndəsi Nümayəndə2 Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs və mülki iddiaçı: Zərərçəkmiş şəxs1 və nümayəndəsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1, Müdafiəçilər: Müdafiəçi2 və Müdafiəçi3 Tərcüməçi: X2 iştirakı ilə xx xxxxxx 1987-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə xx xxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və ünvan 4 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 ittiham verilmişdir ona görə ki, o özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib qızıl zinət əşyaları, daşınmaz əmlak və məişət əşyaların alqı-satqısı ilə məşğul olmasını bildirməklə verəcəyi pulların qarşılığında qısa müddət ərizində həmin pulun məbləği ilə birlikdə ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 2020-ci ilin noyabr ayının əvvəllərində ünvan 5 ünvanında cinayətə aidiyyəti olmayan Zərərçəkmiş şəxs2 bacısı oğlu Şahid3 vasitəsilə həmin tarixə olan milli məzənnə ilə 53550 (əlli üç min beş yüz əlli) manat dəyərində 31500 (otuz bir min beş yüz) ABŞ dolları pulu ələ keçirərək, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib qızıl zinət əşyaları, daşınmaz əmlak və məişət əşyaların alqı-satqısı ilə məşğul olmasını bildirməklə verəcəyi pulların qarşılığında qısa müddət ərizində həmin pulun məbləği ilə birlikdə ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 2020-ci ilin noyabr ayının əvvəllərində ünvan 5 ünvanında cinayətə aidiyyəti olmayan Zərərçəkmiş şəxs3 oğlu Şahid3 vasitəsilə həmin tarixə olan milli məzənnə ilə 12750 (on iki min yeddi yüz əlli) manat dəyərində 7500 (yeddi min beş yüz) ABŞ dolları pulu, 2020-ci ilin dekabr ayının əvvəllərində eyni ünvanda eyni üsulla həmin tarixə olan milli məzənnə İlə 37400 (otuz yendi min dörd yüz) manat dəyərində 22000 (iyirmi iki min) ABŞ dolları olmaqla ümumilikdə 50150 (əili min yüz əlli) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz oiaraq ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir elan bir qrup şəxs halında ortaq tanışları Zərərçəkmiş şəxs1 öz evini satdığı üçün nağd pula malik olması barədə məlumat alıb guya ucuz qiymətə təklif edilən bağ evini alıb kosmetik təmir etdikdən sonra, baha qiymətə sataraq gəlir əldə etmək üçün veriləcək pulun qarşılığında qısa müddət ərizində həmin pulun məbləği ilə birlikdə ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, 09 fevral 2021-cı il tarixdə ünvan 6 ünvanında 160000 (yüz altmış min) manat pulu ələ keçirərək, zərərçəkmiş Nərgiz İbrahirnovaya külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında ortaq tanışları Zərərçəkmiş şəxs1 öz evini satdığı üçün nağd pula malik olması barədə məlumat alıb guya Bakı şəhərində, metronun Həzi Aslanov stansiyasının yaxınlığında ucuz qiymətə təklif edilən mənzili alıb baha qiymətə satmaqla gəlir əldə etmək üçün veriləcək pulun qarşılığında qısa müddəi ərizində həmin pulun məbləği ilə birlikdə ona qazanc verəcəyinə dair Təqsirləndirilən şəxs1 vasitəsilə yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 12 fevral 2021-ci il tarixdə ünvan 6 ünvanında 40000 (qırx min) manat pulu ələ keçirərək zərərçəkmiş Nərgiz İbrahirmovaya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1 özgənin əmlakım əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə, tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında ortaq tanışları Zərərçəkmiş şəxs1 öz evini satdığı üçün nağd pula malik olması barədə məlumat alıb guya ucuz qiymətə təklif edilən bağ evini alıb kosmetik təmir etdikdən sonra baha qiymətə sataraq gəlir əldə etmək üçün veriləcək pulun qarşılığında qısa müddət ərizində həmin pulun məbləği ilə birlikdə ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 09 fevral 2021-ci il tarixdə ünvan 6 ünvanında 160000 (yüz altmış min) manat pulu ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında ortaq tanışları Zərərçəkmiş şəxs1 öz evini satdığı üçün nağd pula malik olması barədə məlumat alıb guya Bakı şəhərində, metronun Həzi Asianov stansiyasının yaxınlığında ucuz qiymətə təklif edilən mənzili alıb baha qiymətə satmaqla gəlir əldə etmək üçün veriləcək pulun qarşılığında qısa müddət ərizində həmin pulun məbləği İlə birlikdə ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 12 fevral 2021-ci il tarixdə ünvan 7 ünvanında 40000 (qırx min) manat pulu ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, 2014-cü ildən etibarən əvvəlcə gigiyenik vasitələrin, sonra isə cehizlik qab-qacaq mallarının ticarəti ilə məşğul olmuşdur. Əvvəllər bu fəaliyyətlə tək məşğul olurdu, Təqsirləndirilən şəxs1 ilə tanışlıqlarından sonra onunla əməkdaşlıq etməyə başladı. Lakin onlar şərik deyildi. Sevinc də pal-paltar ticarəti ilə məşğul olurdu. Bəzən o ondan mal alırdı, bəzən isə o ondan mal alıb satırdı. Bir dəfə Sevinc təklif etdi ki, o mağazasına mal alacaq, ona 2.000 manat pul versin və o hər ay ona 50 manat qazanc kimi verəcək. O da Sevinclə razılaşdı və ona 2000 manat pul verdi, o da iki ay ərzində pulunu geri qaytardı. Sonra isə ona qızıl ticarəti üçün onunla şərik olmasını təklif etdi. O da razılaşdı və birinci dəfə ona 8.000 manat pul verdi və o 1 həftə sonra həmin pulu üzərinə qazanc da əlavə edilməklə Sevincə qaytardı. Daha sonra isə Sevinc məbləği artıraraq ona təqribən 25.000-26.000 manat pul verdi. O yenə üzərinə qazanc əlavə olmaqla Sevincə pulunu tam həcmdə qaytardı. Bu şəkildə fəaliyyətləri inkişaf etdi, Sevinc başqa şəxslərdən pul alıb ona verirdi, o isə üzərinə qazanc da əlavə olunmaqla Sevincə qaytarırdı, Sevinc də həmin pulu borc aldığı şəxslərlə arasında bölürdü. İki il ərzində mütəmadi olaraq bu formada fəaliyyət göstərirdilər. 2021-ci ilin fevral ayında o Sevincə 300.000 manata satılan ev olduğunu, həmin evi almaqla sonra daha baha qiymətə satıb qazanc əldə etməyin mümkün olduğunu bildirdi. Həmin vaxtlar o maddi baxımdan çətinlik çəkirdi və ona pul lazım idi. Sevinc isə tanıdığı, əvvəllər də borc aldığı şəxslərə həmin evi almaq üçün borc verməyi təklif edəcəyini bildirdi. Sevincin bu barədə təklif etdiyi şəxslərdən biri Zərərçəkmiş şəxs1 idi. O həmin qadını tanımırdı, sadəcə 10 ay əvvəl Sevinc ondan həmin şəxsin ona verəcəyi pulu gedib götürməyini xahiş etmişdi və o da həmin qadından pul götürmüşdü. Sevinc evi almaq üçün 40.000-45.000 manat tapmışdı. Sevinc ona Nərgizin evini satdığını və onlara 60.000 manat pul verə biləcəyini dedi. Bundan sonra o Sevinclə birlikdə Nərgizgilə getdi. Onlar Nərgizgildə olarkən Nərgiz 60.000 manat pul gətirib stolun üzərinə qoydu və mətbəxə getdi. Bu vaxt o Sevincdən Nərgizin pulu artira biləcəyini soruşduqda, Sevinc Nərgizə məbləği artırmasını təklif etdi və əgər məbləği artırsa daha çox qazanc ona verəcəyini bildirdi. Nərgiz bir az tərəddüd etdi, lakin ona da başqa ev almaq üçün pul lazım olduğundan o razılaşaraq 100.000 manat əlavə olaraq verdi. Umumilikdə, Nərgiz 160.000 manat pul verdi. Sevinc də üzərində olan təqribən 40.000-45.000 manat pulu mənə verdi. Nərgizə də evi satdıqdan sonra qazanc kimi 45.000 manat qazanc olmaqla, yəni 205.000 manat pul verəcəkdilər. Nərgizin evini tərk etdikdən sonra o üzərində olan 160.000 manatdan 31.000 manat pulu Sevincə verdi. Çünki Sevincə əvvəlki ticarətlə əlaqədar pul qaytarmalı idi. Bundan sonra Sevinclə sağollaşaraq ayrıldı. 2021-ci il 9-12 fevral tarixində Sevinc ona zəng edərək, Nərgizin əlavə olaraq 40.000 manat pul verəcəyini bildirib, pulu Nərgizdən götürməyini xahiş etdi. Sevinc həmçinin bildirdi ki, Nərgizə həmin pulu verməsi üçün başqa səbəb demişdir. Nərgiz 40.000 manat pulu metronun Həzi Aslanov stansiyası yaxınlığında yerləşən başqa bir evin alışı üçün verirdi. X18 təklif etmişdi. O da Nərgizgilə getdi və o da ona 40.000 manat pul verdi. Növbəti gün Sevinc onun yaşadığı evə gəlmişdi. Sevincə əvvəlki ticarət fəaliyyətləri ilə əlaqədar pul borclu idi. Sevinc ona verdiyi pulu başqa şəxslərdən almışdı və o da Sevincə ödəniş edə bilmədikdə o, onun yerinə həmin şəxslərə ödəniş edirdi. Nərgizin ona verdiyi 40.000 manatı və əlavə olaraq üzərində olan 169.000 manatdan 15.000 manatı götürüb, ümumilikdə Sevincə 55.000 manat pul verdi. Bundan sonra onda 154.000 manat pul qaldı. Almaq istədikləri 300.000 manat dəyərindəki ev Rufina adlı qadına məxsus idi. Rufina xanım ərinin onlara məxsus olan evin 300.000 manata satılmasına razı olmadığını bildirərək, evin qiymətini qaldırdı. O da bu səbəbdən onda olan 154.000 manatı qızıl və qabqacaq ticarətinə yönləndirdi və Sədərək ticarət mərkəzində bağlanmaq ərəfəsində olan bir mağazaya məxsus olan malları aldı. Bundan sonra 20 gün bitdi və Nərgiz pulunu qaytarmağını istədi. O isə Sevincə evi ala bilmədiyini və topladığı pulu qızıl, qab-qacaq ticarətinə yönləndirdiyini, Nərgizə qaytarmalı olduqları pulu ödəyə bilmədiyini bildirdi. Sevinc isə Nərgizin pulunu təcili olaraq tələb etdiyini ona dedi. Bir dəfə o Sevincgilə getmişdi və Nərgiz, onun əri və yanında digər bir şəxs Sevincgilə gəldi. Nərgizgil onların adına 245.000 manat dəyərində hər hansı ev rəsmiləşdirməyi tələb etdi və bu halda pulunu tələb etməyəcəyini bildirdi. Bundan sonra Sevincin anası öz adına olan evi Nərgizin adına rəsmiləşdirdi. Lakin Sevincin anasına məxsus olan evin 2 paylı mülkiyyətçisi var idi. Onlardan biri Sevincin anası, digəri isə Ərşad adlı şəxs idi. Ərşada həmin evin satışından 160.000 manat pul verilməli idi. Buna görə də ev elə qiymətə satılmalıydı ki, həm Ərşadın pulu ödənilsin, həm də Nərgizə olan borc həmin evin satışından əldə olunan pulun qalan hissəsi ilə ödənilsin. Sevinc evi 345.000 manata almağa razılaşmış müştəri də tapmışdı, lakin Nərgiz təkcə verdiyi pulun maya dəyərini yox, həm də qazanc kimi olan hissəsini də istədiyi üçün Nərgiz evin bu qiymətə satılması ilə razılaşmadı. Nərgiz dəfələrlə digər müştərilərlə də qiymət barədə razılaşmadı. Bundan sonra Sevinc evi sadəcə olaraq girov qoyduğunu bildirib, evi satmaq fikrindən yayındı və ona bildirdi ki, “pulu sən ödəyəcəksən”. Bundan sonra Nərgiz o və Sevinc barədə şikayət etdi. Güşvər və Şəmsiyyə xanımdan heç vaxt pul almamışdır. 2019-cu ildə onlardan birinin oğlu Rasim ona ticarət məqsədilə 51.000 ABŞ dolları pul vermişdi. Rasim həmin pulu faizlə qaytarmaq məqsədi ilə vermişdi, pulu iki il ərzində hər ay iki dəfə olmaqla hər 15 gündən bir 10.200 manat pul qaytarırdı. Lakin dekabr ayında onlara maddi baxımdan çətinlik çəkdiyini və bundan sonra qaytaracağı pulları faizə yox, faktiki verilmiş 51.000 ABŞ dollar məbləğə hesablanmalı olduğunu onlara bildirdi. O iki il ərzində umumilikdə 175.000 manat pul onlara qaytarmışdır. Bunu təsdiq edən telefon danışıqları da olub. Rasimin ona verdiyi pulu qızıl və ev ticarətinə xərcləməyindən onlar məlumatlı idi. Ətrafındakı insanlar onu Safiya adıyla tanıyırdı. Nərgizgilə gedəndə özünü Safiya kimi təqdim etməyində hər hansı xüsusi səbəb olmayıb. Ətrafındakı insanlar da bu formada dini adlardan istifadə edirlər. Hətta ikinci dəfə 40.000 manat almaq üçün Nərgizgilə gedəndə əsl adının Aytən olduğunu Nərgizə dedi, gizlətmədi. Nərgiz iki il idi ki, onlara ticarət fəaliyyətilə məşğul olmaq üçün pul verirdi, lakin heç vaxt hansı fəaliyyətlə məşğul olduqları ilə maraqlanmırdı. Buna görə də Nərgizdən aldığı pulu ona dediyi məqsəddən kənar istifadə etməyi barədə Nərgizə məlumat vermədi və onun razılığını almadı. Nərgiz iki ildir ki, pulu ona yox, Sevincə verirdi, Sevinc də ona verirdi. O malları kreditlə satırdı, müştəriləri malın dəyərini hissə-hissə ödəyirdi. 154.000 manata aldığı malları satmışdı, lakin müştəriləri hissəhissə ödəniş etdiyi üçün pulu toplamamışdır. Pul borc aldığı şəxslər ticarət fəaliyyətində yaranmış zərərə şərik deyildilər, pulun ödənilməsini gecikdirdikdə 2-3% əlavə hesablayırdılar. O, Rufinanı tanıyır. Rufina evini satırmış və o da onun evini almaq istəyirmiş. Lakin Rufina razılaşmalarından sonra evin qiymətini qaldırdığı üçün onun evini ala bilməmişdir. Sevincin onun almaq istədiyi evi ala bilmədiyindən məlumatı var imiş, lakin Sevincin evin Rufinaya məxsus olmasından xəbəri yox imiş. O, Nərgizə evi ala bilmədiyini deməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, Aytəni 2019cu ildən etibarən tanıyır, həmin vaxt hicab mağazası var idi, Aytən isə başqa mağazada işləyirdi. 2019-cu ilin iyun ayında Aytən ona qızıl ticarəti ilə məşğul olduğunu bildirib ondan ona pul verməyini təklif etdi və gələcəkdə əldə edəcəyi qazancdan ona da verəcəyini bildirdi. Aytən verdiyi pulu faiz olaraq yox, sadəcə olaraq qazanc kimi ona verəcəyini demişdi. Aytən ətrafındakı şəxslərə də bu barədə təklif etməyini xahiş etdi. O da tanışlarından pul alaraq Aytənə verirdi və bu formada əməkdaşlıq edirdilər. O ona aldığı qızılları da göstərmişdi. Pandemiya dövründə Aytən əlavə qızıl ala bilmədiyini, əlində qalan qızılları sataraq ona əvvəlkindən daha az olmaqla qazanc verəcəyini bildirdi. Aytənin bu fəaliyyətlə əlaqədar halhazırda ona 600.000 manat borcu var. Daha sonra Aytən ona ev ticarəti ilə məşğul olacağını bildirib ona pul verməyini təklif etdi. O da yenə bu fəaliyyətlə əlaqədar tanışlarından pul toplayaraq, Aytənə vermişdi və o, Masazır qəsəbəsi ərazisində 10 ev almışdı. Nərgizi isə o uzun illərdir ki, tanıyır, o da qızıl ticarəti ilə əlaqədar onlara 10.000 manat pul vermişdi. 2021-ci ilin fevral ayının 9-u tarixdə Aytən ona zəng edərək, 750.000 manat dəyərində villanın 380.000 manata təcili olaraq satıldığını, həmin villanı alıb daha baha qiymətə satıb əldə olunan qazancı bölməyi təklif etdi. Aytən həmçinin bildirdi ki, həmin villanı 500.000 manata almağa razılaşan müştərilər də tapıb və onlardan bəziləri banka ilkin ödəniş olaraq pul da köçürüb. O Aytənə pulunun olmadığını, pulunun hamısını Masazır qəsəbəsi ərazisində yerləşən evləri almaq üçün ona verdiyini, tanışlarından da əlavə pul ala bilməyəcəyini dedi. Aytən 380.000 manat tapıb verəcəyi təqdirdə 150.000 manat qazancla 20 günə qaytaracağını bildirdi. O da Aytənə inanıb onunla razılaşdı. Bundan sonra Arzu adlı rəfiqəsinə zəng edərək, ondan ev alqı-satqısı üçün pul verməsini təklif etdi, o isə özünün pulunun olmadığını, lakin Nərgizin evini satdığını və buna görə də onun pulunun ola biləcəyini bildirdi. Arzu Nərgizlə bu barədə danışdı və Nərgiz pul vermək barədə razılaşdı. Bundan sonra 9 fevral tarixində Aytən onu Nərgizgilə apardı, o heç Nərgizgilin evinin yolunu belə tanımırdı. Nərgizgilin evində Nərgiz əvvəlcə 60.000 manat pul verdi. Aytən Nərgizin həmin vaxt satdığı lakin müvəqqəti olaraq yaşamağa davam etdiyi evə nəzər yetirib bu evin baha olmasını, Nərgizin həmin evi yəqin ki, daha baha qiymətə satmasını ehtimal edib Nərgizə əlavə pul verməsini təklif etmək fikrini irəli sürəndə, o Aytənə bu barədə Nərgizə təklif edə bilməyəcəyini bildirdi. Aytən isə özü əlavə pul verməsini Nərgizə təklif etdi və Nərgiz də Aytənə əlavə olaraq 100.000 manat pul verdi. Daha sonra 12 fevral tarixində Nərgiz Aytənə əlavə olaraq 40.000 manat pul da vermişdi. Nərgiz evin alışı üçün umumlikdə 200.000 manat pul verdi. O özü də əlavə olaraq 207.000 manat digər şəxslərdən toplayaraq Aytənə verdi. Beləliklə, ev alqı-satqısı üçün Aytənə 407.000 manat pul verildi. Lakin Aytən ona verdiyi pulu qaytarmadı. Nərgiz də öz pulunu tələb edirdi. O Aytəndən pulu qaytarmasını tələb edəndə Aytən pulu hazırda qaytara bilməyəcəyini, bir çox şəxsdən alacağı pulların olduğunu bildirərək, ona pulu qaytarması üçün aprel və may ayına qədər vaxt verməyi istədi. Bir dəfə Nərgiz Aytənlə onu bu barədə danışmaq üçün evinə də çağırdı. Həmin vaxt danışıq zamanı hətta Nərgizin əri Aytəni telefonla video ilə çəkdi və Aytən videoçəkiliş zamanı Nərgizi aldatdığını, Nərgizin pulunu aprel-may ayına qədər qaytarcağını dedi. Aytən onlara bacısının Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini və əgər kimsə onun barədə şikayət etsə, pulunu məhkəmə yolu ilə geri ala bilməyəcəyi ilə hədələdi. Nərgiz hər dəfə pulunu tələb edirdi. O da məcbur olub anasının adına olan öz evini Nərgizin adına girov kimi rəsmiləşdirdi. Lakin həmin evdə ondan başqa digər bir şəxsin də payı var idi, evin dəyəri 350.000 manat idi, lakin o 195.000 manat ödəməklə həmin evdə pay əldə etmişdi. Razılaşmaya görə, o öz evini Nərgizin adına girov kimi onun verdiyi pulun 100.000 manat olan hissəsi əvəzində rəsmiləşdirdi və Aytən də qalan 100.000 manatı hər ay 20.000 manat Nərgizə pul qaytaracaqdı. Aytən isə yenə pulları qaytarmadı və guya pulu sentyabr ayında qaytaracağını dedi. Lakin Aytən sonda onun heç kimə borcunun olmadığını və pulu qaytarmayacağını bildirdi. Nərgiz də Aytən barəsində şikayət etdi. Araşdırma başlanıldı və 10 ay müddətində o şahid kimi dindirildi. Daha sonra isə onu təqsirləndirilən şəxs kimi cəlb etdilər. O bu iş üzrə zərərçəkmişdir. Aytən onu aldadaraq pulunu almışdır və qaytarmamışdır. O, Rufinanı tanıyır, Rufina onun qoşusunun qohumu imiş. X14 villasını almaq üçün pul toplamasından xəbəri olmamışdır. Aytən bu barədə ona deməmişdir. Bir dəfə Aytəndən Rufinanın bu işlə əlaqəsinin olub-olmamasını soruşmuşdur, o isə Rufinanın bu işlə əlaqəsinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Sevinci 10 ildir ki, tanıyır və ondan əvvəllər bir neçə dəfə mal almışdı. O, əxlaqlı bir insandır. 2019-cu ilin Ramazan ayında Sevinc qızıl ticarəti ilə məşğul olduqlarını bildirib, ona da investisiya qoymağını təklif etdi. O ilk dəfə 5.000 manat pul verdi və həmin pulu bir il ərzində ona qaytardılar. Bundan sonra Sevinc yenə ona bu barədə təklif etdi və o da qızıllarını sataraq Sevincə 5.000 manat pul verdi. Umumilikdə onlar verdiyi 10.000 manat puldan 7.000 manatını qaytardılar, bu formada ticarət fəaliyyətilə məşğul olurdular. Bundan sonra Sevinc bir dəfə ona zəng edərək, Aytənlə onlara gəlmək istədiklərini və ona təkliflərinin olduğunu dedi. Bundan sonra Sevinc və Aytən onlara gəlib, ona1.000.000 manatlıq evin ucuz qiymətə satıldığını, onu 500.000 manata alıb daha baha qiymətə satacaqlarını, onun da pul qoymağını təklif etdilər, onlardan ev üçün müştərinin olub-olmamasını soruşduqda, Aytənlə Sevinc bildirdi ki, evi alan müştəri də var və onlar 38.000-40.000 manat beh də götürmüşdürlər. Lakin evin sahibinin evi satmaq barədə razılığını gözləyirlər. Onlar ona əgər evin sahibi evi satmasa, onun pulunu geri qaytaracaqlarını vəd etdilər. O da onlara 60.000 manat pul verdi və evində digər otağa keçdi. O onların yanına qayıdanda Aytən ona “Bacı, bizi ora-bura salma, gəl sən birdəfəlik pul qoy, yaxşı gəlir götür” deyənda o da, razılaşdı və əlavə olaraq 100.000 manat pul verdi. 160.000 manat pul razılaşmaya görə iki həftə sonra təqribən 30.000 manat qazanc olmaqla, 190.000 manat olaraq ona qaytarılacaqdı. Umumilikdə həmin gün onlara 160.000 manat pul verdi və onlar getdilər. 12 fevral tarixdə səhər Sevinc ona yazdı ki, Həzi Aslanov metrostansiyası yaxınlığında ev var, istəsə də pul verər. O bu təklifə də razılaşdı və 40.000 manatı Aytən gəlib götürdü. Razılaşmaya görə, bu ev üçün ona 5.000 manat qazanc olmaqla 45.000 manat pul qaytaracaqdılar. İki həftə sonra onun pulunu qaytarmadılar. O özü üçün ev almaq istəyirdi və təcili olaraq pula ehtiyacı var idi, ev sahibinə beh verməliydi. Onlara əgər evi satmaq alınmırsa, pulunu qaytarmalarını xahiş etdi. Sevinc ona gedib beh verməyini dedi. Üçüncü həftə də bitməsinə baxmayaraq onlar yenə pulu qaytarmadılar. O Sevincgilə gedib, Sevincin anası ona məxsus olan evin çıxarışını təqdim edərək, Aytən pulu qaytarana qədər bu evi girov kimi qəbul etməyini təklif etdi. Bundan sonra evin yarısını onun adına rəsmiləşdirdi. Lakin evin digər bir pay sahibi var və həmin şəxs o evdə yaşayır. Aytənlə Sevincə pul verməkdə məqsədi qazanc əldə etmək olmuşdur. Sevincgilin ona verdiyi evdə yaşaya bilmir, həmin evdə hal-hazırda başqa şəxs öz ailəsiylə birgə yaşayır. Sevincin adına rəsmiləşdirdiyi evi girov kimi qəbul etmişdi, həmin evi borcun əvəzi olaraq qəbul etməmişdi, mülki idiasını müdafiə edir və o, hər iki təqsirləndirilən şəxslərdən pullarını tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o 2020-ci ilin noyabr ayında bacısı oğlunun baldızı vasitəsilə tanıdığı Aytənə 51.500 ABŞ doları pul vermişdir, Aytənin ev alqı-satqısı ilə məşğul olduğunu və ona pul verən şəxslərə qazanc kimi pul qaytardığını bildirdilər. O da xəstə olduğu üçün maddi ehtiyacını təmin etmək məqsədi ilə Aytənə pul vermək qərarına gəldi. Aytənin ona hər ay verəcəyi pulları müalicəsinə sərf etməyi planlaşdırırdı. Aytən hər 42 gündən bir ona pul qaytarırdı. O, 2021-ci ilin dekabr ayında ona 3.500 manat pul qaytardı. Lakin yanvar ayının pulunu gecikdirdi. Lakin sonra 3000 manat qaytardı. Aytən əvvəlcədən bildirmişdi ki, pulun maya dəyərini almaq üçün bir ay əvvəl bu barədə ona məlumat verilməlidir. O da pulunu qaytarmağını istədiyini Aytənə dedikdə, Aytən fevral ayının 8-i tarixində pulunu qaytaracağını bildirsə də, qaytarmadı. 2021-ci ilin mart ayında bacısı Güşvər, bacısının oğlu Rasim, onun arvadı Səbinə və Səbinənin bacısı İrad ilə Aytənin yaşadığı evə getdilər. Orada Aytən iltizam yazdı. Həmin sənəddə Aytən öz iradəsi ilə, öz xətti ilə ondan 51.500 ABŞ dolları aldığını və 2 ay müddətində, yəni aprel və may aylarında həmin pulu qaytaracağını yazdı. Səbinənin mobil telefonunun diktafonu ilə həmin gün olan danışıqlarıı qeydə aldı. Lakin Aytən pulu qaytarmadı. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Məmmədova X13 ifadəsində göstərmişdir ki, o Aytəni tanımırdı, Aytəni gəlininin bacısı vasitəsilə tanımışdı. Gəlini Səbinənin bacısı Aytənin ev və qızıl ticarəti ilə məşğul olduğunu, pul istədiyini, ona verilən puldan hər ay qazanc verəcəyini bildirdi. O da qazanc əldə etmək məqsədi ilə onun dindar bir insan olmasına güvənib ona pul vermişdir. 2020-ci ilin dekabr ayının əvvəllərində özünə məxsus olan 22.000 ABŞ dolları pulu oğlu Rasimin vasitəsi ilə Aytənə verdi. Oğlu və bacısı Şəmsiyyə də Aytənə pul vermişdi. Pulu aldıqdan bir neçə gün sonra Aytən aldığı umumilikdə, 51.000 dollar pulun qarşılığında qazanc kimi Rasimə 9.700 manat verdi. Həmin puldan 3.000 manat bacısı Şəmsiyyə, 3.000 manat Rasim, 1.500 manat isə özü üçün götürdü. Sonra dekabr ayının sonlarında Aytən aldığı 51.000 dollardan qazanc olaraq 4.400 manat pul verdi. Həmin pulun 3.000 manatını Şəmsiyyə, 500 manatını o, qalan 900 manatı isə Rasim götürdü. 2021-ci ilin yanvar ayının əvvəlində Aytən ondan aldığı 22.000 ABŞ dollardan qazanc olaraq 2.200 manat ona verdi. Həmin pulun hamısını o götürdü. Bundan sonra 2021-ci ilin yanvar ayının əvvələrində Aytən yenidən zəng edərək eyni şərtlərlə pul istədi. Oğlu Rasim bu dəfə gəlini Səbinənin bibisi Sədaqətə müraciət etdi. Ona şərtləri izah edib Sədaqətdən 30.000 ABŞ dollar pul alıb Aytənə verdi. Sədaqətdən pulu götürdükdən 10 gün sonra əldə ediləcək xeyirin kənara getməməsi məqsədilə Sədaqəti məsələdən kənarlaşdırmaq üçün Şəmsiyyədən 20.000 ABŞ dollar götürüb üzərinə Rasimə məxsus olan 10.000 ABŞ dollar və 3.000 manat pulu qoyub Sədaqətə verdilər. Beləliklə, Sədaqətin verdiyi pul qazancı ilə birlikdə tamamilə ödənildi. 09 fevral 2021-ci il tarixdə Aytən ümumilikdə aldığı 103.000 ABŞ dollar pulun qazancı kimi Rasimə 6.500 manat pul verdi. Həmin pulun 3.000 manatını Şəmsiyyə, 2.000 manatını o, 1.500 manatını Rasim götürdü. Bundan sonra Aytən ödənişi dayandırdı və müxtəlif bəhanələrlə yayınmağa başladı. Buna görə də Aytəndən verdikləri pulları geri tələb etməyə başladılar. Hal hazıra kimi Aytən ona borclu olduğu 29500 ABŞ dollar pulunu qaytarmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanında yerləşən ev 1995-ci ildən etibarən mülkiyyətindədir. 2006-cı ildə isə həmin fərdi yaşayış evinə həyat yoldaşının adına çıxarış əldə etmişdir. Həmin evi 350.000 manata satmaq istəyirdi. Ev bankda ipotekaya qoyulmuşdu və banka 60.000 manat borcu var idi. Sevincin əri onunla əlaqə saxlayaraq evi almaq istədiklərini bildirdi. Onlar belə razılığa gəldilər ki, Yusif və Sevinc ona ilkin olaraq 60.000 manat pul versinlər, həmin pulla ipoteka borcunu ödəsin, sonrakı ayda ona bır mənzilin alınması üçün pul versinlər ki, mənzil alıb evdən köçsün, sonra 3 ay vaxt ərzində onlar qalan pulu hər ay bir hissəsini, yəni 1/3 hissəsini ödəməklə pulu tam ödəsinlər. 2020-ci ilin noyabr ayında Yusif və həyat yoldaşı Sevinc ona 60.000 manat pul verdilər. O da həmin pulla ipoteka borcunu tam bağladı və sonradan alqı-satqı zamanı əlavə ödəniş etməmək üçün ipoteka borcunu bağlayan kimi fərdi yaşayış evini həyat yoldaşının adından bankın sənədi ilə birbaşa Sevincin anası Svetlana Hacıyevanın adına rəsmiləşdirdi. 2020-ci ilin dekabr ayının əvvəli 65.000 manat və ayın sonuna yaxın 65.000 manat olmaqla həmin ayda Yusif və Sevinc ona 130.000 manat pul verdi. Beləliklə, 3 dəfəyə ona 190.000 manat pul verdilər və onların ona 160.000 manat borcu qaldı. 2021-ci ilin mart ayında Yusif və Sevinc ona pulu hələ verə bilmədiklərini, Sevincin pulu biznes üçün başqa bir nəfər qadına verdiyini və həmin qadının da onu aldadıb pulu ələ keçirdiyini, buna görə möhlət istəyərək özlərinə məxsus mənzili satandan sonra qalan pulu verəcəklərini dedilər. Onlar isə onlara bildirdi ki, əgər vəziyyət belədirsə, evin yarı payını ona qaytarsınlar. Onlar da belə etdi və evin yarısı onun adına, qalan hissəsi isə Nərgiz adlı qadının adına rəsmiləşdirildi. Hal-hazırda evdə o yaşayır və ev satışdadır. Ev satıldıqda evin satış qiymətinin 160.000 manatını özünə götürəcək, qalan hissəsi isə Nərgiz adlı qadına veriləcək. Əmlak Komitəsi tərəfindən ev 380.000 manat dəyərində qiymətləndirilib. Evin həyətinə iki giriş var. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Aytəni 2020-ci ilin noyabr ayından etibarən tanıyır. Aytəni bacısı İradə vasitəsi ilə tanıyır. Əvvəllər bacısı ona pul verirdi və Aytən də qazanc kimi bacısına pul qaytardı. Aytən onunla əlaqə saxlayaraq ona da ona pul verməyini və əvəzində onun ona qazancla pulunu qaytaracağını bildirdi. O həyat yoldaşı Rasimə bu barədə bildirdi. Ərinin anası Güşvər və xalası Şəmsiyyə ilə məsləhətləşdikdən sonra təklifi qəbul edərək, Şəmsiyyənin onlarda olan 31.500 ABŞ dolları pulunu, Güşvərin 7.500 ABŞ dolları pulunu və özlərinə məxsus olan 12.000 ABŞ dolları pulu, umumilikdə 51.000 ABŞ dolları pulu evdə onun yanında Aytənə verdi. Daha sonra dekabr ayında Aytən yenidən əlaqə saxlayaraq əlavə pul lazım olduğunu bildirdi. Rasim də anasına bu barədə bildirdi və qaynası Güşvər özünə məxsus olan 22.000 dollar pulu Aytənə verməyi qərara aldı. Bir neçə gün sonra Aytən evə gəldi və qaynanasının yanında 22.000 ABŞ dolları pulu Rasimdən götürüb getdi. Pulu aldıqdan sonra Aytən bir neçə dəfə qazanc kimi pul verdi, lakin o pulu tam həcmdə geri qaytarmadı. Daha sonra 2021-ci ilin yanvar ayında Aytən yenidən pul istədi və bu dəfə bibisi Sədaqət də qazanc əldə etmək üçün bu fəaliyyətə qoşulmaq istədiyindən 30.000 ABŞ dolları pulu əri Rasimə verdi ki, Aytənə versin. Rasim də 30.000 ABŞ dollarını onun yanında Aytənə verdi. Bundan 10 gün sonra xeyrin kənara getməməsi üçün əri xalası Şəmsiyyədən 20.000 ABŞ dolları alaraq, üzərinə özü 10.000 ABŞ dolları və 3.000 manat pul əlavə edərək Sədaqətə verdi. Beləliklə, Sədaqətin verdiyi pul qazancla birlikdə ona qaytarılmış oldu. 09 fevral 2021-ci il tarixdə Aytən yenə onlara pul verdi. Lakin bundan sonra Aytən ödənişi dayandırdı və pul verməkdən yayındı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Aytəni baldızı İradə vasitəsilə tanımış. Aytən ev alqı-satqısı ilə məşğul olurdu. O, evləri ucuz alıb, baha qiymətə satırdı. O heç vaxt Aytənin ev alqı-satqısı fəaliyyətində iştirak etməmiş, sadəcə olaraq ona pul vermiş. Aytən dindar olduğu və baldızı da onu tanıması səbəbilə ona inanıb pul vermiş. 2020-ci ilin noyabr ayında Aytənə 51.000 ABŞ dolları pul verdi. Həmin pul xalası Şəmsiyyəyə məxsus idi. Xalası xarici ölkədə müalicə aldığı üçün ona pul lazım idi və qazanc əldə etmək məqsədilə xalasının razılığı ilə onun pulunu Aytənə vermişdi. Aytənə pul verəndə pulun xalasına məxsus olduğunu və xalası bu kimi işlərdən ehtiyat etdiyini bildirdi. Aytən noyabr ayında ona verdiyi 51.000 ABŞ dollarına qazanc olaraq dekabr ayının əvvəlində ona 9.700 manat pul qaytardı. O, 9.700 manat pulun ev alqı-satqısından əldə etdiyi qazancdan onlara düşən hissə olduğunu bildirdi. Bundan sonra Aytənə anası Güşvərə məxsus olan 22.000 ABŞ dolları pulu verdi. Aytən də həmin pulun dövriyyəsindən əldə etdiyi qazancdan 4.400 manat verdi. 2021-ci ilin yanvar ayının sonunda Aytən ev alqı-satqısından əldə etdiyi qazancdan 2.200 manat pul verdi. 2021-ci ilin fevral ayının 8-9-u tarixdə Aytən yenə qazanc kimi 6.500 manat pul verdi. Pulu Aytənə verdikdən sonra onun qazanc verməsini dərhal tələb etmədilər. Pulu verdikləri tarixdən 1 ay keçdikdən sonra, yəni fevral ayında Aytəndən pulu qaytarmasını tələb etdilər. Aytən fevral ayının 18-i pul verməli idi, lakin o, fevralın 28-i pulu qaytaracağını dedi. Lakin pulu yenə vermədi və mart ayının 10-u qaytaracağını bildirdi. Mart ayının 8-i Aytən telefon vasitəsilə əlaqə saxlayaraq pulu qaytara bilməyəcəyini dedi. Aytənlə razılaşmaya görə, əgər ev alqı-satqısı alınmasa, hər bir halda verdikləri pulun əsas məbləği qaytarılacaqdı. Yəni qazancı yox, ona verdikləri pulu qaytaracaqdı. Aytən qazanc kimi pul verəndə həmin pulları ev alqı-satqısından əldə etdiyini bildirirdi. Cinayət işində olan Azərbaycan Respublikası Mərkəzi Bankının www.cbar.az internet saytından çıxarışa əsasən 01 noyabr 2020-ci il tarixdən 30 yanvar 2021-ci il tarixədək olan müddətdə milli məzənnə ilə 1 ABŞ dolları 1.7000 manat dəyərində olmuşdur. Cinayət işində olan mənkəmə-xətşünaslıq ekspertizasının 13 iyul 2021-cı il tarixli 4\750 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, dama-dama qoşa dəfıər vərəqi üzərində "Təqsirləndirilən şəxs2" yazıları ilə başlayıb. "Qaytarılma tarixi xx.xx.2021 xx.xx.2021tarixlərdə" yazıları ilə bitən yazılar və üzərində "Dəftər Geo" yazıları olan dəftərin 1-ci vərəqinin üz tərəfində ("Bunlar hamısı Aytəndədi" yazılarından başqa) "X4 yazıları ilə başlayıb, "İnşaallah 170 min dollar ve 36750 m məbləği xx.xx.2021 yazıları ile bitən yazılar - Təqsirləndirilən şəxs2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, üzərində "Defter Goo" yazıları olan dəftərin 1-ci vərəqinin üz təəfində "Bunlar hamısı Aytəndədi" yazılar - Təqsirləndirilən şəxs2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.(ekspertiza tətqiqatın dəyəri 100 (yüz) manat Cinayət işində olan məhkəmə-xətşünaslıq ekspertizasının 30 iyun 2021-ci il tarixli 5\577 saylı ekspert rəyindən görünür ki, tədqiqata teqdim edilmiş dəftərin V-ci vərəqindəki əlyazılan, tarix göstəricisi və imza rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Tədqiqata təqdim edilmiş dəftərə tikilmiş vərəqdəki əlyazılan, tarix göstəriciləri və imza rengləyici maddələrinin kimyavi tərkiblərinə göre eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Tədqiqata təqdim edilmiş dəftərdə və həmin dəftərə tikilmiş vərəqdə olan elyazma mətnlərdəki əlyazılan, tarix göstəricileri və imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarinda eyni diyircəkli qələmlə icra olunmuşdurlar. (ekspertiza tətqiqatın dəyəri 80 (səksən) manat Qanunun qeyd olunan tələblərini və məhkəmə iclaslarında tədqiq olunan sübutları tam, hərtərəfli və obyektiv təhlil etdikdən sonra məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilib və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilsə də, məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamlar üzrə – onun Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib qızıl zinət əşyaları, daşınmaz əmlak və məişət əşyaların alqı-satqısı ilə məşğul olmasını bildirməklə verəcəyi pulların qarşılığında qısa müddət ərizində həmin pulun məbləği ilə birlikdə ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 2020-ci ilin noyabr ayının əvvəllərində ünvan 5 ünvanında cinayətə aidiyyəti olmayan Zərərçəkmiş şəxs2 bacısı oğlu Şahid3 vasitəsilə həmin tarixə olan milli məzənnə ilə 53550 (əlli üç min beş yüz əlli) manat dəyərində 31500 (otuz bir min beş yüz) ABŞ dolları pulu ələ keçirərək, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi və onun təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib qızıl zinət əşyaları, daşınmaz əmlak və məişət əşyaların alqı-satqısı ilə məşğul olmasını bildirməklə verəcəyi pulların qarşılığında qısa müddət ərizində həmin pulun məbləği ilə birlikdə ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 2020-ci ilin noyabr ayının əvvəllərində ünvan 5 ünvanında cinayətə aidiyyəti olmayan Zərərçəkmiş şəxs3 oğlu Şahid3 vasitəsilə həmin tarixə olan milli məzənnə ilə 12750 (on iki min yeddi yüz əlli) manat dəyərində 7500 (yeddi min beş yüz) ABŞ dolları pulu, 2020-ci ilin dekabr ayının əvvəllərində eyni ünvanda eyni üsulla həmin tarixə olan milli məzənnə İlə 37400 (otuz yendi min dörd yüz) manat dəyərində 22000 (iyirmi iki min) ABŞ dolları olmaqla ümumilikdə 50150 (əili min yüz əlli) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi epizodları üzrə Təqsirləndirilən şəxs2 əməlində ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibi yoxdur, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ilə arasında yaranmış mübahisələr sırf mülki xarakter daşıyır və ona həmin epizodlar üzrə bəraət verilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında izah edilmişdir ki, əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Aparılmış məhkəmə istintaqında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs2 onların etibarından sui-istifadə edib onları aldatmağını bildirsələr də, onların Təqsirləndirilən şəxs2 verdikləri pulun Təqsirləndirilən şəxs2 konkret olaraq hansı işə görə verdiklərini məhkəmə istintaqında onlara verilən suallarda heç cür əsaslandıra bilməmişlər, pulu Təqsirləndirilən şəxs2 gah onun qeyri-müəyyən ev alğı-satqısıyla, gah da qeyri-müəyyən qızıl alveri ilə məşğul olmasına görə verdiklərini bildirmişlər. Eyni zamanda həmin pulları müddət olmadan və konkret olaraq verdikləri pulun müqabilində onlara ziyan olmaması şərti ilə əlavə gəlir əldə etmək məqsədi ilə verdiklərini bildirmişdirlər. Həm özlərinin, həm də şahid ifadələrindən müəyyən olunur ki, onlar ilk aylarda verdikləri pulun müqabilində Təqsirləndirilən şəxs2 tərəfindən müəyyən məbləğlərdə əlavə pul almışlar, sonradan isə Təqsirləndirilən şəxs2 verdikləri pulun müqabilində onlara əlavə pulun verilməsini dayandırmışdır. Həm zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, həm də Təqsirləndirilən şəxs2 ifadəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 aldığı pulların müqabilində əlavə gəlir verməklə, onlara müəyyən vaxtlarda və məbləğdə pullar vermişdir, lakin onun maddi baxımdan çətinlik çəkdiyi üçün uğursuz kommersiya fəaliyyəti nəticəsində sonradan pulları qaytara bilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Aparılmış məhkəmə istintaqının nəticələrinə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamın Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 aid hissədə həyata keçirilmiş ibtidai araşdırmanın əsasını cinayət prosesini həyata keçirən istintaq orqanının subyektiv mülahizələri təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Əsas Qanunun bu müddəası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində də daha geniş formada əksini tapmışdır. Həmin maddədə də qeyd olunur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsiri olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll olunmalıdır. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə prosesində onlara elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməmələrinə dair ifadələrinə tənqidi yanaşaraq, inandırıcı saymır və onların ifadələrini özünümüdafiə edilməsi kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onların hər birinin şəxsiyyətini, törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin təqdim etdiyi tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdırlar. İş materialarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birinin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materialarında olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 04 avqust 2021-ci il tarixli 4(011)-329/2021 saylı qərarından görünür ki, 02 avqust 2021-ci il tarixdə Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış Təqsirləndirilən şəxs2 həbsə alınması barədə Xətai rayon prokurorun təqdimatı təmin edilməmiş və o məhkəmə iclas zalından azad edilmişdir. İş materialarından müəyyən olunur ki, xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2016-ci il təvəllüdlü X10 Təqsirləndirilən şəxs1 uşaqlarıdır və onlar onun himayəsindədir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, qadın olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini, himayəsində 3 yetkinlik yaşına catmayan uşaqlarının olmasını cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməlində iş üzrə cəzanı ağırlaşdıran halların olmasını müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayətin məqsədi və motivini, cinayətin törədilməsində rolunu nəzərə alıb hesab edir ki, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəza seçilməli və cəzasını tutulduğu vaxtdan hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu, cinayətin ictimai təhlükəliliyini habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, onun barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəza seçilməli və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini rəhbər tutaraq, məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində olan övladları xx.xx.2016-ci il təvəllüdlü X10, xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X6 anaları Təqsirləndirilən şəxs1 himayəsindən və qayğısından kənar qala biləcəyini nəzərə alıb, məhkəmə onun barəsində təyin olunmalı cəzanın çəkilməsini yuxarıda adları qeyd olunan uşaqların 14 yaşına çatana qədər təxirə salınmasını mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya 14 yaşına qədər uşağı olan qadınlar, habelə, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq 14 yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər . Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət işində olan Azərbaycan Respublikası ƏMDKYDƏDRX-nin reyestr №**********44- 10301 çıxarışdan görünür ki, ünvan 9 ünvanında olan 0,01392 ha torpaq sahəsi üzərində yerləşən 235,20 kv m fərdi yaşayış evi 1\2 hissə (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021) X7 və 1\2 hissə (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021) Zərərçəkmiş şəxs1 xüsusi mülkiyyətindədir. Cinayət işində olan “Azərbaycan Qiymətələndiricilər Cəmiyyəti” tərəfindən verilmiş №0016 saylı şəhadətnamə ilə fəaliyyət göstərən“FM consultinqq MMC tərəfindən verilmiş №2164\SQ saylı aktdan görünür ki, reyestr №**********44-10301, qeydiyyat № **********, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən olan ünvan 10 ünvanında olan 0,01392 ha torpaq sahəsi üzərində yerləşən, 235,20 kv m. ümumi sahəsindən ibarət 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin bazar dəyərinin qiyməti 160000 min manat təşkil edir. Cinayət işində olan Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış iddia ərizəsindən görünür ki, o 210000 (iki yüz on min) manat məbləğində pul vəsaitinin və 500 (beş yüz) manat dövlət rüsumunu təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə verilmiş mülki iddianı müzakirə edib, iş üzrə təqdim edilmiş sübutlara məcmu halında tam və obyektiv hüquqi qiymət verərək, hesab edir ki, mülki iddia qismən təmin edilməli, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 dəymiş ziyanın ödənilməmiş hissəsi 100000 (yüz min) min manat Təqsirləndirilən şəxs2 və 30000 (otuz min) manat Təqsirləndirilən şəxs1 tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməlidir və eyni zamanda Zərərçəkmiş şəxs1 tərəfindən mülki iddia üçün ödənilmiş 500 (beş yüz) manat dövlət rüsumu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməlidir. Belə ki, cinayət işi materiallarından müəyyən edildiyi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs1 vurulmuş ziyandan, Təqsirləndirilən şəxs1 yuxarıda qeyd olunan 160000 min manat dəyərində qiymətləndirilmiş evin yarı hissəsini Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirmişdir, bu da onun tərəfindən vurulmuş ziyanın yarı hissəsi 80000(səksən min) manat təşkil edən ziyanının natura qaydasında qaytarmışdır, qalan 10000 (on min) min manat hissə isə onun əvvəldən aldığı və qaytarılmadığı borc məbləğidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə müsadirə ediləsi əmlak müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan üzərində “Dəftər Geo” yazılan olan bir ədəd dəftər, dəyəri və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilməli, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş 02 ədəd CD disk, üzərində Təqsirləndirilən şəxs2 tərəfindən yazılmış iltizam olan A4 vərəq və 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməklə, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs1 seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır və ekspertiza xərci təşkil edən 180 (yüz səksən) manat Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinə keçirillməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamlar üzrə – onun Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib qızıl zinət əşyaları, daşınmaz əmlak və məişət əşyaların alqı-satqısı ilə məşğul olmasını bildirməklə verəcəyi pulların qarşılığında qısa müddət ərizində həmin pulun məbləği ilə birlikdə ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 2020-ci ilin noyabr ayının əvvəllərində ünvan 5 ünvanında cinayətə aidiyyəti olmayan Zərərçəkmiş şəxs2 bacısı oğlu Şahid3 vasitəsilə həmin tarixə olan milli məzənnə ilə 53550 (əlli üç min beş yüz əlli) manat dəyərində 31500 (otuz bir min beş yüz) ABŞ dolları pulu ələ keçirərək, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi və onun təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib qızıl zinət əşyaları, daşınmaz əmlak və məişət əşyaların alqı-satqısı ilə məşğul olmasını bildirməklə verəcəyi pulların qarşılığında qısa müddət ərizində həmin pulun məbləği ilə birlikdə ona qazanc verəcəyinə dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 2020-ci ilin noyabr ayının əvvəllərində ünvan 5 ünvanında cinayətə aidiyyəti olmayan Zərərçəkmiş şəxs3 oğlu Şahid3 vasitəsilə həmin tarixə olan milli məzənnə ilə 12750 (on iki min yeddi yüz əlli) manat dəyərində 7500 (yeddi min beş yüz) ABŞ dolları pulu, 2020-ci ilin dekabr ayının əvvəllərində eyni ünvanda eyni üsulla həmin tarixə olan milli məzənnə İlə 37400 (otuz yendi min dörd yüz) manat dəyərində 22000 (iyirmi iki min) ABŞ dolları olmaqla ümumilikdə 50150 (əili min yüz əlli) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi epizodları üzrə Təqsirləndirilən şəxs2 əməlində ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibi olmadığından, ona həmin epizodlar üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 02 avqust 2021-ci il tarixdən 04 avqust 2021-ci il tarixədək həbsdə saxlanıldığı hər günü azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər tutulmaqla, həmin günlər təyin edilmiş cəza müddətindən çıxılmaqla, Təqsirləndirilən şəxs2 qəti olaraq 4(dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 22 iyun 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində təyin olunmuş cəzanın çəkilməsi onun övladları xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2016-ci il təvəllüdlü X10 14 yaşına çatana qədər təxirə salınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 dəymiş ziyanın ödənilməmiş hissəsi 100000 (yüz min) min manat Təqsirləndirilən şəxs2 və 30000 (otuz min) manat Təqsirləndirilən şəxs1 tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 xeyrinə ödənilsin və eyni zamanda zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 tərəfindən mülki iddia üçün ödənilmiş 500 (beş yüz) manat dövlət rüsumu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilsin. İş üzrə maddi sübut olan və Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan üzərində “Dəftər Geo” yazılan olan bir ədəd dəftər, dəyəri və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilsin, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş 02 ədəd CD disk, üzərində Təqsirləndirilən şəxs2 tərəfindən yazılmlış iltizam olan A4 vərəq və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci təşkil edən 180 (yüz səksən) manat Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar