Məhkəmə qərarları › İş №1(101)-592/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-592/2025

03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-592/2025 03.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X4 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru – Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlamaqla daşımış, həmçinin qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir. Belə ki, o, 2024-cü ilin may ayının əvvəllində yaşadığı ünvan 2 ünvanda bir ədəd plastmas qabın içərisində qanunsuz olaraq tərkibində narkotik maddələr olan 45 ədəd çətənə (kannabis) bitkisinin şitillərini külli miqdarda kultivasiya etmiş, yəni əkib, yetişdirməklə həmin şitilləri əkilmiş vəziyyətdə idarə etdiyi “VAZ 2109” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla, daşımış, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmək, saxlamaq, daşımaq niyyətilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, pul vəsaiti müqabilində qrup üzvü İran İslam Respublikasının vətəndaşının müəyyən edəcəyi yerlərə çatdırılması üçün əvvəlcədən aralarında olan razılığa əsasən o, külli miqdarda cəmi 4025 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 10,220 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və təmiz çəkisi 9,295 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə - kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində, qrup üzvü İran İslam Respublikasının vətəndaşı tərəfindən qoyulması təşkil edildiyi yerdən götürüb əldə edərək, üzərində və idarə etdiyi “VAZ 2109” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq, daşımış və xx.xx.2024-cü il tarixdə saat 02:50 radələrində Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev 127 ünvanında yerləşən Nizami RPİ-yə gətirilmiş, idarədə onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə, külli miqdarda, təmiz çəkisi 10,220 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bükümdə, külli miqdarda, təmiz çəkisi 9,295 qram olan ağ rəngli krisstalik hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, daha sonra əməliyyat tədbirinin davamı olaraq həmin gün rayon polis idarəsinin həyətində onun idarə etdiyi “VAZ 2109” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin arxa oturacaq yerindəki ayaq altından bir ədəd qara rəngli polietilen bağlamadakı külli miqdarda, təmiz çəkisi 4025 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmçinin avtomobilin arxa yük yerindən bir ədəd plastmas qabın içərisində, özü tərəfindən əkilib yetişdirilməklə kultivasiya edilmiş 45 ədəd, yaş vəziyyətdə ümumi çəkisi 7,46 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o Qaradağ rayonunda tutulmuşdur. Qaradağ rayonunda o maşında yatan zaman Eldar və Elvin adlı polis əməkdaşları onu saxlamışlar. Daha sonra onu idarəyə aparmışlar. İdarədəona qarşı fiziki təsir göstərilmişdir. Daha sonra ona sənədlərə qol çəkdirmişlər. O qol çəkdiyi sənədlərin nə olduğunu bilməmiş, sonradan sənədlərə qol çəkməkdən də imtina etmiş və izahat da verməmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, əməkdaşlar ona yaxınlaşaraq maşınında axtarış keçirəcəklərini bildirmişlər. Həmin vaxt onun maşınında 200-300 qram marixuana olmuşdur. O tutulan zaman narkotik vasitə istifadə etmişdir. Onun üzərində marixuana olmuş, lakin digər narkotik vasitələr onun olmamışdır. O, Göyçay şəhərində yaşamış, Bakıya marixuana götürməyə gəlmişdir. 300 qram marixuana ona təxminən bir ay bəs edir. O, hər gün marixuana istifadə edirmiş. O, 15-16 yaşından narkotik vasitə istifadə edir. Marixuananın 100 qramını 700 manata almışdır. O, Göyçay bazarına toplu mal - mövsümi olan meyvə, tərəvəz, pambıq verirmiş. O, yalnız marixuana və dərman həbləri – lirika və metadon istifadə etmişdir. Birinci dəfə narkotik vasitəni Göyçayda istifdə etmişdir. Bakıdan marixuananı iranlı şəxsdən almışdır. İranlı şəxslə instagram sosial şəbəkəsində tanış olmuşlar. O saxlanılan zaman yanında dostu da olmuşdur. Yanında olan dostu Bakıda olmuşdur. O, dostunu götürüb rayona gedirmiş. Yolda yuxusu gəldiyi üçün Qaradağ rayonunda maşını saxlamışdır. O, narkotik vasitəni Xırdalandan götürmüşdür. Ona qarşı fiziki təsir göstərmişlər, eyni zamanda yaxınları ilə ona hədə-qorxu gəlmişlər. O, əvvəllər məhkum olunmamışdır. O ittiham aktında qeyd edilən narkotik vasitələri videoçəkilişdə görmüşdür. İttiham aktında qeyd olunan, guya onu saxlayan şəxsləri tanımır. Qaradağda saxlandıqdan sonra onun maşınını sürərək qamışlıq kimi bir yerə aparmışlar. Daha sonra isə onu Nizami rayonu polis idarəsinə aparmışlar. Maşınında axtarış keçirilən zaman videoçəkiliş olmamışdır. Yanında olan dostunu uşaqlıqdan tanıyır, dostunu buraxmaları üçün hansı sənədə desələr qol çəkməyə razı olmuşdur. O, hansı sənədlərə qol çəkdiyini bilmir. Onu Nizami rayon Polis İdarəsində döymüşlər. Mehman adlı polis əməkdaşı onun saxlanılmasında iştirak etməmişdir. Belə ki, o, Şahid2 ilk dəfə bölmədə görmüşdür. Şahid2 bölmədə onun üzərinə və avtomobilinə baxış keçirilən zaman iştirak etmişdir. Hikmət adlı polis əməkdaşı onun saxlanılmasında iştirak etməmişdir. O Hikməti bölmədə görmüşdür. Onu Elvin və Eldar adlı şəxslər saxlamışdır. Yunis adlı polis əməkdaşı onun saxlanılmasında iştirak etməmişdir. Saxlanılan zaman onun üzərində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, o, narkotik vasitə olan qurudulmuş marixauanadan istifadə etmişdir. Belə ki, özü üçün qurudulmuş marixuana alan zaman onun içində tumları da olmuş və həmin tumları o, may ayının əvvəllərində yaşadığı şəhərdə evində plastik qabda əkmiş, onlardan 45 ədəd ştil əmələ gəlmişdir. O, həmin çətənə ştillərinə mütamadi olaraq su vermiş və qulluq etmiş, onlar böyüyəndə isə qurudub istifadə etmək niyyətində olmuşdur. Bir müddət əvvəl “Vatsap” sosial şəbəkəsi vasitəsi ilə tanıdığı adını bilmədəyi İran vətəndaşı ilə tanış olmuşdur. Onunla danışan zaman həmin şəxs ona, narkotik vasitələri göndərəcəyini və o, həmin narkotik vasitən götürüb sonra özünün dediyi ünvana çatdıracağı halda bunun əvəzində ona pul verəcəyini bildirmiş, lakin nə qədər verəcəyini deməmiş, o da həmin şəxslə razılaşmışdır. xx.xx.2024-cü il tarixdə o, idarə etdiyi “VAZ 2109” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilində Bakı şəhərinə gəlmiş, gələndə özü ilə çətənə ştilləri olan plastik qabı da götürmüş və onu avtomobilin yük yerinə qoymuşdur. Həmin günü saat 18 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsinə getmiş və orada İran vətəndaşının dediyi yerdən bir ədəd bağlamada qurudulmuş marixuananı, bir ədəd bükümdə heroin və bir ədəd bükümdə metamfetamini götürmüşdür. Bükümləri üstündə saxlamış, bir ədəd bağlamanı isə avtomobilin arxa oturacağının ayaq altına qoymuşdur. xx.xx.2024-cü il tarixdə axşam saat 20 radələrində tanışı, Göyçay şəhər sakini Məhəmmədtağı ona zəng etmiş, rayona gedəcəyini bildirmiş və o Məhəmmədtağı ilə “20 Yanvar” metrostansiyasmm yaxınlığında görüşmüşdür. O, Məhəmmədtağıya, avtomobildə bir az qurudulmuş marixuananın olduğunu demiş, lakin çox olduğunu gizlətmiş, Məhəmmədtağı ondan nə qədər olduğunu soruşduqda isə 200-300 qram olduğunu demiş, həmçinin digər narkotik vasitələrin olması barədə heçnə deməmişdir. Artıq gecə olduğu üçün o Məhəmmədtağı ilə danışmış və Nizami rayonun ərazisinə gedib gecələməyə yer axtarmışdır. Həmin vaxt o, ucuz yer tapa bilməmiş və artıq səhərə az saatlar qaldığından avtomobildə yatmaq qərarına gəlmişdir. Buna görə də o, Bakı şəhəri, Nizami rayonu M.Əliyev küçəsində avtomobili saxlamış və orada avtomobildə oturub bir az istirahət etmək, səhər açılanda isə rayona getmək fikrində olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 03 radələrində 3 nəfər mülki geyimdə olan polis əməkdaşları onlara yaxınlaşmış və özləri ilə birlikdə Nizami RPİ-yə getməyimizi təklif etmişlər. Şübhə yaranmasın deyə onunla Məhəmmədtağı polis əməkdaşlarının təklifini qəbul etmişlər. O, idarədə şübhəli şəxs qismində tutulduqdan sonra ona hüquqları izah edilmiş və müdafiəçi ilə təmin edilmişdir. Daha sonra onun üstünə şəxsi axtarış keçirilən zaman ilk əvvəl üstündə qadağan edilmiş əşyaları təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən də o, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümü, həmin şalvarın sağ yan cibindən özünə məxsus bir ədəd “Samsung” markalı mobil telefonu, bir ədəd avtomobil açarı, 31 ABŞ dolları və 90 manat pulu çıxarıb təqdim etmişdir. Həmin sellofan bükümlərə açılıb baxılan zaman bir ədədin içərisində narkotik vasitə heroin və digər bükümdə metamfetamin olması müəyyən edilmişdir. Həmçinin o həmin vaxt, idarə etdiyi avtomobildə bir ədəd bağlamada olan qurudulmuş marixuananın və bir ədəd plastik qabda çətənə bitkisi şitillərinin olmasını etiraf etmişdir. Onu üstündən aşkar edilmiş iki ədəd bükümdə olan maddə qablaşdırılmış və üzəri imzalanmışdır. Bundan sonra polis əməkdaşları, mütəxəssis-aqronomun və müdafiəçinin işirakı ilə idarə etdiyi “VAZ 2109” markalı, **-EG- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobildə bir ədəd bağlamada saxladığı narkotik vasitəni və avtomobilin arxa yük yerindən bir ədəd plastik yeşikdə olan çətənə bitkilərini təqdim etmişdir. Həmin bir ədəd bağlamaya açılıb baxılan zaman içərisində narkotik vasitə qurudulmuş marixaunanın olması müəyyən edilmişdir. Həmçinin bir ədəd plastmas qabda olan çətənə bitkisinin ştilləri sayılmış, 45 ədəd çətənə şitilin olması müəyyən edilmiş və sonra sellofan torbaya qoyulmuşdur. Daha sonra həmin bir ədəd bağlama qablaşdırılmış, üzəri möhürlənmiş və imzalanmışdır. Avtomobildən başqa heç bir əşya və predmət aşkar edilməmişdir. Belə ki, Məhəmmədtağı avtomobilə oturan zaman avtomobildən qurudulmuş marixuananın iyi gəldiyini bildirmiş, o isə avtomobildə qurudulmuş marixuananın olduğunu, lakin yalandan 200-300 qram olduğunu bildirmiş, bağlama onun oturacağının arxasında olduğundan və hava qaranlıq olduğundan Məhəmmədtağı bağlamanı görməmiş, həmçinin digər narkotik vasitələrin avtomobildə olması barədə Məhəmmədtağıya heç nə deməmiş, həmçinin əməllərindən peşmandır. (cild 1, iş vərəqə 117-119) İbtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra məhkəmə iclasında verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona ailə üzvləri ilə hədə-qorxu gəldikləri üçün məcbur olub ifadənin altına imza çəkmişdir. Məhkəmə şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, eləcə də qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə vermiş olduğu ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı inkaredici məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş, Nizami RPİ NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadə verərək göstərmişdir ki, 2024-cü ilin may ayında Nizami RPİ NMB-yə Azər adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 2024-cü ilin may ayının 22-də saat 02- 03 radələrində Təqsirləndirilən şəxs avtomobili ilə birlikdə saxlanılmış, saxlanılan zaman Təqsirləndirilən şəxs yanında başqa bir şəxs də olmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı metamfetamin və heroin, avtomobildən isə marixuana və 45 şitil əkili formada marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri Şüvəlan qəsəbəsindən iranlı şəxsdən götürdüyünü və sonradan maddi qazanc əldə etmək üçün iranlı şəxsin dediyi yerlərə qoyacağını bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, avtomobildən aşkar edilmiş şitillərə aqronom baxış keçirmiş, həmin baxışda o da iştirak etmişdir. Əməliyyat qrupu 3 nəfərdən ibarət olmuş: o, Şahid1 və Şahid3. Əməliyyat qrupunun rəhbəri Şahid1 olmuşdur. Təqsirləndirilən şəxslə birlikdə saxladıqları şəxsin adı Məhəmmədtağı olmuşdur. Saxlanılan zaman onlara heç bir müqavimət göstərməmişlər. Tərəflərindən şəxslərə qarşı heç bir fiziki və psixi təsir və təzyiq olmamışdır. Aşkar edilmiş şitillərin harada yetişdirildiyini müəyyənləşdirməmişlər. Təqsirləndirilən şəxs qeyd etdiyi Elvin müəllim onların şöbə rəisidir, külli miqdarda narkotik vasitə aşkar edildiyi üçün Elvin müəllimə məlumat vermişlər. Ola bilsin ki, hadisə yerində Elvin müəllimi görmüş olsun, amma Elvin müəllim əməliyyat tədbirində iştirak etməmişdir. Təqsirləndirilən şəxs M.Əliyev küçəsi 32, Neolit restoranın arxasında saxlamışlar. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2015-ci ildən DİOda, 2021-ci ildən isə hazırda tutduğu vəzifədə, yəni Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində xidmət edir. Belə ki, iş yoldaşı, baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, “Azər” adlı adlı şəxsin Bakı şəhəri, Nizami rayonun ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatını əldə etmişdir. Daha sonra Şahid1, bu barədə rəhbərliyə raportla məruzə etmiş, həmin şəxsin yaxalanması məqsədi ilə ondan, Şahid1 və iş yoldaşları polis leytenantı Şahid3 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Azər” adlı şəxs 22 may 2024-cü il tarixdə saat 02:50-də ünvan 6 ünvanının qarşısında idarə etdiyi “Vaz-2109” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilində tanışı ilə birlikdə saxlanılmışdır. Həmin vaxt onlar həmin şəxsə polis əməkdaşları olduqlarını bildirmiş və saxlanılmasının səbəbini bildirərək, Nizami RPİ-nə gətirmiş, həmin “Azər” adlı şəxsin Göyçay şəhər sakini Təqsirləndirilən şəxs, yanındakı tanışının isə Göyçay şəhər sakini Şahid4 olması müəyyən edilmişdir. RPİ-də təhqiqatçı, polis mayoru Muxtar Muxtarov tərəfindən müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilərək üzərinə video çəkiliş vasitəsi ilə “şəxsi axtarış” istintaq hərəkəti keçirilmiş, sonuncuya üzərində qanunla qadağan edilən hər hansı bir əşyanın olduğu halda təqdim edilməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd sellofan bükümünü və həmin şalvarın sağ yan cibindən özünə məxsus 1 ədəd “Samsung” markalı mobil telefonunu, bir ədəd avtomobil açarını, 31 ABŞ dolları və 90 manat pul vəsaitini çıxardıb təqdim etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümündə narkotik vasitə heroinin, digər sellofan bükümündə isə metamfetaminin olduğunu, onları “Votsap” ani mesajlaşma programı vasitəsi ilə tanış olduğu, adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs qeyd etdiyi İran İslam Respublikasının vətəndaşından əldə etdiyi narkotik vasitələri həmin şəxsin dediyi ünvanlara aparıb çatdırmağı planlaşdırdığını, həmin şəxsin dediyi Xəzər rayonu, Şüvəlan qəsəbəsində qoyduğu yerdən narkotik vasitələri götürdüyünü demişdir. Təqdim edilmiş bükümlərə baxıldıqdan onların birində kristallik şəkilli maddənin, digərində isə toz şəkilli qəhvəyi rəngli maddənin olması müəyyən edilmişdir. Şəxsi axtarış davam etdirildikdən sonra Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilən başqa hər hansı əşya aşkar edilməmişdir. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs həmçinin idarə etdiyi avtomobilində də bir bağlamada narkotik vasitə qurudulmuş marixuananın və dibçəkdə özünün əkdiyi çətənə bitkisinin şitillərinin olmasını bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 02 ədəd bükümdəki maddələr götürülərək qablaşdırılmış, həmçinin mobil telefon, avtomobil açarı və pul vəsaiti materiala əlavə edilməsi edilməsi üçün götürülmüşdir. Daha sonra Təqsirləndirilən şəxs istifadəsində olan “VAZ2109” markalı, **- EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə Nizami RPİ-ni inziabti binasının həyətində baxış keçirilmişdir. Baxış başlayan zaman Təqsirləndirilən şəxs hüquqları izah edilmiş və baxış prosesinin aparıldığı müddətdə video çəkilişdən istifadə ediləcəyi bildirilmişdir. İstintaq hərəkəti başlanan zaman Təqsirləndirilən şəxs videoçəklişin aparılmasına və vəkilinin iştirakı ilə prosesin həyata keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitəni avtomobildə saxladığı yeri göstərilməsi təklif edilmiş və Təqsirləndirilən şəxs avtomobilin arxa qapısını açaraq orada ayaq altında bir ədəd qara rəngli polietilen bağlamanı göstərmiş və həmin bağlamanın içində qurudulmuş marixuananın olmasını bildirmişdir. Həmin bağlamanın içinə baxıldıqda orada yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddənin olması aşkar edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs avtomobilin arxa yük yerini açmış və oradan bir ədəd plastik yeşikdə bitki şitillərin olması müəyyən edilmişdir. Aşkar edilmiş şitillər baxışda iştirak edən mütəxəssis-aqronom tərəfindən sayılmış və ümumilikdə 45 ədədin olmasını, həmin bitkilərin çətənə bitkisinin şitillərinin olmasını və aqrotexniki qaydada əkilib qulluq edildiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş bağlamadaki kütlə və bitki şitilləri ekspertizaya təqdim edilməsi üçün götürülmüş və qablaşdırılmışdır. Daha sonra təhqiqatçı, polis mayoru Muxtar Muxtarov tərəfindən Şahid4 hüquq və vəzifələri izah edilərək üzərinə video çəkiliş vasitəsi ilə “şəxsi axtarış” istintaq hərəkəti keçirilmiş, sonuncuya üzərində qanunla qadağan edilən hər hansı bir əşyanın olduğu halda təqdim edilməsi təklif edilmişdir. Həmin vaxt Şahid4 üzərində qanunla qadağan edilən hər-hansı əşyanın olmadığını bildirmiş və yalnız əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən özünə məxsus 1 ədəd “Samsung” markalı mobil telefonunu çıxardıb təqdim etmişdir. Həmin vaxt Şahid4 üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan edilən hər-hansı əşya aşkar edilməmişdir. İstintaq hərəkəti zamanı Şahid4, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilində özünə qurudulmuş marixuananın olması barədə məlumatın verməsini demiş, başqa heç bir məlumatının olmamasını bildirmişdir. (cild 1, iş vərəqə 174-177) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş, Nizami RPİ NMB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, Azər adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs gecə 02-03 radələrində avtomobilində saxlanmış, saxlanılan zaman yanında başqa bir şəxs də olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs və yanındakı şəxsi Nizami RPİ-yə dəvət etmişlər. Nizami RPİ-də üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən mobil telefon, pul, metamfetamin və heroin aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs avtomobilində də narkotik vasitə olduğunu bildirmişdir. Avtomobilə baxış keçirilən zaman arxa salondan torbada narkotik vasitə heroin və avtomobilin baqaj hissəsində isə dibçəklərdə şitillər aşkar edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, əməliyyat qrupu 3 nəfərdən ibarət olmuş: o, Şahid2 və Şahid3. Qrupun rəhbəri o olmuşdur. Təqsirləndirilən şəxs gecə saat 02-03 radələrində saxlanılmışdır. Təqsirləndirilən şəxslə birlikdə saxlanılan şəxsin adını xatırlamır. Şitillərin harada əkilməsi ilə bağlı əməliyyat tədbiri keçirilməmişdir. Təqsirləndirilən şəxs sorğu-sual zamanı şitilləri əkməyə apardığını bildirmişdir. Tərəflərindən şəxsə qarşı fiziki və psixi təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarın qanuniliyinin yoxlanması barədə məhkəməyə məlumat verilmişdir. O, Təqsirləndirilən şəxs saxlanmasında iştirak etmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2013-cü ildən DİO-da, 2021-ci ildən isə hazırda tutduğu vəzifədə, yəni Nizami RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində xidmət edir. Belə ki, o, “Azər” adlı adlı şəxsin Bakı şəhəri, Nizami rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatını əldə etmişdir. Daha sonra o, bu barədə rəhbərliyə raportla məruzə etmiş, həmin şəxsin yaxalanması məqsədi ilə ondan, iş yoldaşları polis leytenantı Şahid3 və polis mayoru Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Azər” adlı şəxs 22 may 2024-cü il tarixdə saat 02:50-də ünvan 6 ünvanının qarşısında idarə etdiyi “Vaz-2109” markalı, **-EG-*** dövlət qeydiyyat nişanh avtomobilində tanışı ilə birlikdə saxlanılmışdır. Həmin vaxt onlar həmin şəxsə polis əməkdaşların olduqlarını bildirmiş və saxlanılmasının səbəbini bildirərək, Nizami RPİ-nə gətirmiş, həmin “Azər” adlı şəxsin Göyçay şəhər sakini Təqsirləndirilən şəxs İqlar oğlunun, yanındaki tanışının isə Göyçay şəhər sakini Şahid4 olması müəyyən edilmişdir. RPİ-də təhqiqatçı, polis mayoru Muxtar Muxtarov tərəfindən müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilərək üzərinə video çəkiliş vasitəsi ilə “şəxsi axtarış” istintaq hərəkəti keçirilmiş, sonuncuya üzərində qanunla qadağan edilən hər hansı bir əşyanın olduğu halda təqdim edilməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd sellofan bükümünü və həmin şalvarın sağ yan cibindən özünə məxsus 1 ədəd “Samsung” markalı mobil telefonunu, bir ədəd avtomobil açarını, 31 ABŞ dolları və 90 manat pul vəsaitini çıxardıb təqdim etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümündə narkotik vasitə heroinin, digər sellofan bükümündə isə metamfetaminin olduğunu, onları “Votsap” ani mesajlaşma programı vasitəsi ilə tanış olduğu, adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs qeyd etdiyi İran İslam Respublikasının vətəndaşından əldə etdiyi narkotik vasitələri həmin şəxsin dediyi ünvanlara aparıb çatdırmağı planlaşdırdığını, həmin şəxsin dediyi Xəzər rayonu, Şüvəlan qəsəbəsində qoyduğu yerdən narkotik vasitələri götürdüyünü demişdir. Təqdim edilmiş bükümlərə baxıldıqdan onların birində kristallik şəkilli maddənin, digərində isə toz şəkilli qəhvəyi rəngli maddənin olması müəyyən edilmişdir. Şəxsi axtarış davam etdirildikdən sonra Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilən başqa hər hansı əşya aşkar edilməmişdir. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs həmçinin idarə etdiyi avtomobilində də bir bağlamada narkotik vasitə qurudulmuş marixuananın və dibçəkdə özünün əkdiyi çətənə bitkisinin şitillərinin olmasını bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 02 ədəd bükümdəki maddələr götürülərək qablaşdırılmış, həmçinin mobil telefon, avtomobil açarı və pul vəsaiti materiala əlavə edilməsi edilməsi üçün götürülmüşdir. Daha sonra Təqsirləndirilən şəxs istifadəsində olan “VAZ2109” markalı, **- EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə Nizami RPİ-ni inziabti binasının həyətində baxış keçirilmişdir. Baxış başlayan zaman Təqsirləndirilən şəxs hüquqları izah edilmiş və baxış prosessinin aparıldığı müddətdə video çəkilişdən istifadə ediləcəyi bildirilmişdir. İstintaq hərəkəti başlanan zaman Təqsirləndirilən şəxs videoçəklişin aparılmasına və vəkilinin iştirakı ilə prosesin həyata keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitəni avtomobildə saxladığı yeri göstərilməsi təklif edilmiş və Təqsirləndirilən şəxs avtomobilin arxa qapısını açaraq orada ayaq altında bir ədəd qara rəngli polietilen bağlamanı göstərmiş və həmin bağlamanın içində qurudulmuş marixuananın olmasını bildirmişdir. Həmin bağlamanın içinə baxıldıqda orada yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddənin olması aşkar edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs avtomobilin arxa yük yerini açmış və oradan bir ədəd plastik yeşikdə bitki şitillərin olması müəyyən edilmişdir. Aşkar edilmiş şitillər baxışda iştirak edən mütəxəssis-aqronom tərəfindən sayılmış və ümumilikdə 45 ədədin olmasını, həmin bitkilərin çətənə bitkisinin şitillərinin olmasını və aqrotexniki qaydada əkilib qulluq edildiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş bağlamadaki kütlə və bitki şitilləri eskpertizaya təqdim edilməsi üçün götürülmüş və qablaşdırılmışdır. Daha sonra təhqiqatçı, polis mayoru Muxtar Muxtarov tərəfindən Şahid4 hüquq və vəzifələri izah edilərək üzərinə video çəkiliş vasitəsi ilə “şəxsi axtarış” istintaq hərəkəti keçirilmiş, sonuncuya üzərində qanunla qadağan edilən hər hansı bir əşyanın olduğu halda təqdim edilməsi təklif edilmişdir. Həmin vaxt Şahid4 üzərində qanunla qadağan edilən hər-hansı əşyanın olmadığını bildirmiş və yalnız əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən özünə məxsus 1 ədəd “Samsung” markalı mobil telefonunu çıxardıb təqdim etmişdir. Həmin vaxt Şahid4 üzərin çəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan edilən hər-hansı əşya aşkar edilməmişdir. İstintaq hərəkəti zamanı Şahid4, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilində özünə qurudulmuş marixuananın olması barədə məlumatın verməsini demiş, başqa heç bir məlumatının olmamasını bildirmişdir. (cild 1, iş vərəqə 161-164) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş, Nizami RPİ NMB-nin əməliyyat müvəkkili Şahid3 ifadə verərək göstərmişdir ki, daxil olmuş məlumata əsasən 2024-cü ilin may ayının 22-də Mikayıl Əliyev küçəsində Təqsirləndirilən şəxs yaxınlaşaraq sonuncunu idarəyə dəvət etmişlər. Saxlanılan zaman Təqsirləndirilən şəxs avtomobildə olmuş və yanında bir şəxs də olmuşdur. İdarədə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman 02 büküm narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükümlərdə metamfetamin və heroin olduğunu bildirmişdir. Daha sonra avtomobilə baxış keçirilən zaman arxa oturacağın altından qurudulmuş marixuana, baqajda isə şitillər aşkar olunmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, əməliyyat qrupu 3 nəfərdən ibarət olmuş: o, Şahid2 və Şahid1. Qrup rəhbəri Şahid1 olmuşdur. Təqsirləndirilən şəxs saxlayan zaman yanında bir şəxs də olmuş, lakin həmin şəxsin adını xatırlamır. Təqsirləndirilən şəxs Mikayıl Əliyev küçəsində saxlamışlar. Təqsirləndirilən şəxs Qaradağ rayonu ərazisində saxlanılmamışdır. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı fiziki və psixi təsir olmamışdır. Təqsirləndirilən şəxs şitilləri harada əkəcəyi barədə məlumatı yoxdur. Əməliyyat məlumatının nədən ibarət olduğunu xatırlamır. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2016-cı ildən DİO-da, 2024-cü ildən isə hazırda tutduğu vəzifədə, yəni Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı rütbəsində xidmət edir. Belə ki, iş yoldaşı, baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən “Azər” adlı şəxsin Bakı şəhəri, Nizami rayonun ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı əldə edilmişdir. Daha sonra Şahid1 bu barədə rəhbərliyə raportla məruzə etmiş, həmin şəxsin yaxalanması məqsədi ilə ondan, iş yoldaşları polis baş leytenantı Şahid2 və polis mayoru Şahid1 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Azər” adlı şəxs 22 may 2024-cü il tarixdə saat 02:50-də ünvan 6 ünvanının qarşısında idarə etdiyi “Vaz-2109” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilində tanışı ilə birlikdə saxlanılmışdır. Həmin vaxt onlar Azər və yanındakı olan tanışına özlərini təqdim etmişlər və saxlanılmasının səbəbini bildirərək, Nizami RPİ-nə gətirmişlər və həmin “Azər” adlı şəxsin Göyçay şəhər sakini Təqsirləndirilən şəxs İqlar oğlunun, yanındaki tanışının isə Göyçay şəhər sakini Şahid4 olması müəyyən edilmişdir. RPİ-də təhqiqatçı, polis mayoru Muxtar Muxtarov tərəfindən müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilərək üzərinə video çəkiliş vasitəsi ilə “şəxsi axtarış” istintaq hərəkəti keçirilmiş, sonuncuya üzərində qanunla qadağan edilən hər hansı bir əşyanın olduğu halda təqdim edilməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd sellofan bükümünü və həmin şalvarın sağ yan cibindən özünə məxsus 1 ədəd “Samsung” markalı mobil telefonunu, bir ədəd avtomobil açarını, 31 ABŞ dolları və 90 manat pul vəsaitini çıxardıb təqdim etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümündə narkotik vasitə heroinin, digər sellofan bükümündə isə metamfetaminin olduğunu, onları “Votsap” ani mesajlaşma programı vasitəsi ilə tanış olduğu, adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs qeyd etdiyi İran İslam Respublikasının vətəndaşından əldə etdiyi narkotik vasitələri həmin şəxsin dediyi ünvanlara aparıb çatdırmağı planlaşdırdığını, həmin şəxsin dediyi Xəzər rayonu, Şüvəlan qəsəbəsində qoyduğu yerdən narkotik vasitələri götürdüyünü demişdir. Təqdim edilmiş bükümlərə baxıldıqdan onların birində kristallik şəkilli maddənin, digərində isə toz şəkilli qəhvəyi rəngli maddənin olması müəyyən edilmişdir. Şəxsi axtarış davam etdirildikdən sonra Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilən başqa hər hansı əşya aşkar eilməmişdir. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs həmçinin idarə etdiyi avtomobilində də bir bağlamada narkotik vasitə qurudulmuş marixuana və dibçəkdə özünün əkdiyi çətənə bitkisinin şitillərinin olmasını bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 02 ədəd bükümdəki maddələr götürülərək qablaşdırılmış, həmçinin mobil telefon, avtomobil açarı və pul vəsaiti materiala əlavə edilməsi edilməsi üçün götürülmüşdir. Daha sonra Təqsirləndirilən şəxs istifadəsində olan “VAZ2109” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə Nizami RPİ-ni inziabti binasının həyətində baxış keçirilmişdir. Baxış başlayanda Təqsirləndirilən şəxs hüquqları izah edilmiş və baxış prosessinin aparıldığı müddətdə video çəkilişdən istifadə ediləcəyi bildirilmişrir. İstintaq hərəkəti başlanan zaman Təqsirləndirilən şəxs videoçəklişin aparılmasına və vəkilinin iştirakı ilə prosesin həyata keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitəni avtomobildə saxladığı yeri göstərilməsi təklif edilmiş və Təqsirləndirilən şəxs avtomobilin arxa qapısını açaraq orada ayaq altında bir ədəd qara rəngli polietilen bağlamanı göstərmiş və həmin bağlamanın içində qurudulmuş marixuananın olmasını bildirmişdir. Həmin bağlamanın içinə baxıldıqda orada yaşıl rəngli, spesifik iyə amlik olan narkotik avsitə qurudulmuş marixuanaya bənzər maddənin olması aşkar edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs avtomobilin arxa yük yerini açmış və oradan bir ədəd plastik yeşikdə bitki şitillərin olması müəyyən edilmişdir. Aşkar edilmiş şitillər baxışda iştirak edən mütəxəssi-aqronom tərəfindən sayılmış və ümumilikdə 45 ədəd olmasını, həmin bitkilərin çətənə bitkisinin şitillərinin olmasını və aqrotexniki qaydada əkilib qulluq edildiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş bağlamadaki kütlə və bitki şitilləri eskpertizaya təqdim edilməsi üçün götürülmüş və qablaşdırılmışdır. Daha sonra təhqiqatçı, polis mayoru Muxtar Muxtarov tərəfindən Şahid4 hüquq və vəzifələri izah edilərək üzərinə video çəkiliş vasitəsi ilə “şəxsi axtarış” istintaq hərəkəti keçirilmiş, sonuncuya üzərində qanunla qadağan edilən hər hansı bir əşyanın olduğu halda təqdim edilməsi təklif edilmişdir. Həmin vaxt Şahid4 üzərində qanunla qadağan edilən hər-hansı əşyanın olmadığını bildirmiş və yalnız əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən özünə məxsus 1 ədəd “Samsung” markalı mobil telefonunu çıxardıb təqdim etmişdir. Həmin vaxt Şahid4 üzərin çəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan edilən hər-hansı əşya aşkar edilməmişdir. İstintaq hərəkəti zamanı Şahid4, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilində özünə qurudulmuş marixuananın olması barədə məlumatın verməsini demiş, başqa heç bir məlumatının olmamasını bildirmişdir. (cild 1, iş vərəqə 180-183) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, o Bakıda usta kimi işləyir. O, Təqsirləndirilən şəxs qardaşı ilə dostdur. Bakıda olan zaman rayona qayıtmaq üçün maşın tapa bilmədiyini Azərin qardaşına demiş, Azərin qardaşı da Azərin Bakıda olduğunu və onunla qayıda biləcəyini demişdir. Daha sonra 3-cü mkr dairəsində Azər onu maşınla götürmüş və rayona yola düşmüşlər. Səhv etmirsə, Qaradağ rayonu ərazisində yanacaq doldurma məntəqəsinə girərək orada yanacaq dolurmuşlar, su və yemək almışlar. Daha sonra Azər yuxusunun gəldiyini bildirmişdir. Sonra maşını kənara çəkib yatmışlar. Təzəcə yuxuya getmişlər ki, 2 nəfər yaxınlaşıb şüşəni döymüşdür. Onlar şüşəni açmışlar və həmin şəxlər axtarış keçirəcəklərini onlara bildirmişlər. Həmin şəxslər özlərini təqdim etmişlər. Əməkdaşlardan birinin adı Eldar, digərinin adı isə Elvin olmuşdur. Daha sonra avtomobilə baxış keçirmişlər və kiçik büküm aşkar etmişlər. O bükümdə nə olduğunu bilməmişdir. Sonra onları idarəyə aparmışlar və idarədə 2 gün qalmışdır. Daha sonra isə onu azadlığa buraxmışlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid4 bildirdi ki, o 9-10 il əvvəl narkotik vasitə marixuana istifadə etmişdir. Avtomobilə minən zaman narkotik vasitə marixuananın qoxusunu hiss etmiş, Azərdən soruşan zaman Azər ona şəxsi istifadəsi üçün avtomobilində marixuana olduğunu bildirmişdir. O, narkotik vasitənin olduğu bağlamanı görməmişdir. Bağlama avtomobildə sürücü oturacağının arxa hissəsindən aşkar edilmişdir. Belə ifadə vemrəyə onu heç kəs məcbur etməmişdir. Onları Qaradağ rayonu ərazisində saxlamışlar. Əməkdaşlar onlara yaxınlaşıb özlərini təqdim etmişlər, əməkdaşlardan birinin adı Elvin, digərinin adı Eldar olmuşdur. Daha sonra bir xeyli yol getdikdən sonra idarəyə gəlmişlər. Səhv etmirsə, onları Nizami Rayon Polis İdarəsinə aparmışılar. O şəxsi axtarış zamanı videoçəkilişdə iştirak etmişdir. Şəxsi axtarış videosu çəkilən zaman onu idarəyə gətirən əməkdaşlar olmamış, başqa əməkdaşlar olmuşdur. O, avtomobildə bitki görməmişdir. Onu Təqsirləndirilən şəxslə birlikdə saxlamışlar. Şahid4 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs uşaqlıqdan tanımışdır. Onlar eyni küçədə yaşamış və münasibətləri normal olmuşdur. Azərin böyük qardaşı Faiq ilə də normal münasibətləri vardır. 20 may 2024-cü il tarixdə o, yol avtomobilində tək Bakı şəhərinə iş danışmağa gəlmişdir. Belə ki, o, işi danışmış və təmir avadanlıqlarını rayondan götürüb Bakı şəhərinə qayıtmalı olmuşdur. O, Azərin qardaşı Faiq ilə danışdıqda Faiq ona, Azərin Bakıda olduğunu və Azərlə birlikdə qayıda biləcəyini demişdir. Buna görə də o Azərə zəng etmiş və “20 Yanvar” metrostasiyasının yaxınlığında olduğunu demiş, Azər də onu həmin ərazidən götürmüşdür. Onlar avtomobillə şəhərin içində bir neçə kilometr getmişdir. Nizami rayon ərazisində olan zaman avtomobildən narkotik vasitə olan marixuananın iyi gəlmiş, o da əvvəllər marixuanadan istifadə etdiyi üçün iyini tanımışdır. O bu barədə Azərdən soruşduqda Azər avtomaşında qurudulmuş marixuananın olduğunu demiş, lakin nə qədər olduğunu bilməmiş, heç görməmişdir də. Daha sonra onlar bir neçə kilometr də gedəndə Azər yorğun olduğunu demiş və bir qədər dincəlib yola davam etməyi təklif etmişdir. O həmin vaxt Azərlə razılaşmış və Azər yol kənarında avtomobilini saxlamışdır. Bundan bir az keçəndən sonra onları çöldən kiminsə çağırdığını eşitmişdir. Həmin şəxslər özlərini Nizami rayon Polis İdarəsinin əməkdaşları kimi təqdim etmiş və özləri ilə idarəyə dəvət etmiş, üstlərinə baxış keçiriləcəyini demiş, onlar da razılaşmışlar. İdarədə onun üstünə axtarış keçirilmiş, üzərindən narkotik vasitə və ya qanunla qadağan edilən hər hansı başqa əşya aşkar edilməmişdir. Bundan sonra o, Azərin avtomobilindən narkotik vasitələr aşkar edildiyini eşitmişdir. Belə ki, Azər ona narkotik vasitələri kimdən əldə etdiyini bildirməmiş, həmçinin o, əvvəllər Azərin üzərində və ya avtomobilində narkotik vasitələr görməmişdir. (cild 1, iş vərəqə 108-109) İbtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra məhkəmə iclasında verilən əlavə suallara cavab olaraq Şahid4 bildirmişdir ki, o Bakı şəhərini yaxşı tanımır, bu səbəbdən hansı rayonda saxlanmalarını dəqiq xatırlamır. Onları Bakının çıxacağına az qalmış saxlamışlar. Buna görə düşünür ki, həmin yer Qaradağ rayonu ərazisi olmuşdur. O, Bakını tanımadığı üçün ibtidai istintaqda ifadə verən zaman Nizami rayonunda saxlandıqlarını qeyd etmişdir. O, saxlandıqları yerin Qaradağ rayonu ərazisi olduğunu sonradan qardaşı ilə birlikdə Təqsirləndirilən şəxs yanına gələn zaman öyrənmişdir. Ona idarədə Nizami rayonunda saxlandıqlarını dedikləri üçün ifadəsində o cür yazmışdır. O saxlanılan zaman üzərində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Hazırda həmin nömrəni istifadə etmir, nömrəsini dəyişmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Cinayət işinin başlanılması və icraata götürülməsi haqqında 22 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 237.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (cild 1, iş vərəqə 1) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, “Azər” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. (cild 1, iş vərəqə 4) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, 22 may 2024-cü il tarixdə, saat təxminən 02:50 radələrində Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev 32 B ünvanının qarşısında narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində və istifadəsində şübhəli bilinən, VAZ 2109 markalı, 10EG692 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və saxlanılarkən onunla birlikdə olan Şahid4 həmin markalı avtomobil ilə birlikdə saxlanılaraq Nizami RPİ-nə gətirilmişdir. (cild 1, iş vərəqə 3) xx.xx.2024-cü il tarixli, 3-13-52/Ə237/2024 saylı “əməliyyat qrupunun yaradılması barədə” əmrdən və həmin tarixli “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, “Azər” adlı şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə şəxsiyyətinin və yaşadığı ünvan müəyyən edilərək yaxalanmasından ötrü Nizami RPİ-də əməliyyat qrupu yaradılmışdır. (cild 1, iş vərəqə 5- 7) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə, saat 04:15-də şübhəli şəxs qismində tutularaq azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən, saat 02:50-dən tutulmuş hesab edilmişdir. (Cild 1, iş vərəqə 11, 21) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 may 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilməklə, müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış və götürmə aparılır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmamışdan əvvəl ona hüquqları izah edilir və şəxsi axtarış prosesinin aparıldığı müddətdə video çəkilişdən istifadə ediləcəyi bildirilir. İstintaq hərəkəti başlanan zaman Təqsirləndirilən şəxs videoçəklişin aparılmasına və vəkilinin iştirakı ilə prosesin həyata keçirilməsinə etirazının olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hansı bir qanunsuz əldə edilmiş əşya və ya maddə varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd sellofan bükümünü və həmin şalvarın sağ yan cibindən özünə məxsus 1 ədəd “Samsung” markalı mobil telefonunu, bir ədəd avtomobil açarını, 31 ABŞ dolları və 90 manat pul vəsaitini çıxardıb təqdim etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümündə narkotik vasitə heroinin, digər sellofan bükümündə isə metamfetaminin olduğunu, onları “Votsap” ani mesajlaşma programı vasitəsi ilə tanış olduğu, adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs qeyd etdiyi İran İslam Respublikasının vətəndaşından əldə etdiyi narkotik vasitələri onun dediyi ünvanlara aparıb çatdırmağı planlaşdırdığını, onun dediyi Xəzər rayonu, Şüvəlan qəsəbəsində qoyduğu yerdən narkotik vasitələri götürdüyünü demişdir. Təqdim edilmiş bükümlərə baxıldıqdan onların birində kristallik şəkilli maddə, digərində isə toz şəkilli qəhvəyi rəngli maddənin olması müəyyən edilmişdir. Şəxsi axtarış davam etdirildikdən sonra onun üzərindən qanunla qadağan edilən başqa hər hansı əşya aşkar edlməmişdir. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs həmçinin idarə etdiyi avtomobilində də bir bağlamada narkotik vasitə qurudulmuş marixuana və dibçəkdə özünün əkdiyi çətənə bitkisinin şitillərinin olmasını bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 02 ədəd bükümdəki maddələr götürülərək qablaşdırılmış, həmçinin mobil telefon, avtomobil açarı və pul vəsaiti materiala əlavə edilməsi edilməsi üçün götürülmüşdir. (cild 1, iş vərəqə 31, 33-34) Baxış keçirilməsi haqqında 22 may 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs istifadəsində olan “VAZ2109” markalı, **-EG- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirir. Baxış başlayanda Təqsirləndirilən şəxs hüquqları izah edilir və baxış prosesinin aparıldığı müddətdə video çəkilişdən istifadə ediləcəyi bildirilir. İstintaq hərəkəti başlanan zaman Təqsirləndirilən şəxs videoçəklişin aparılmasına və vəkilinin iştirakı ilə prosesin həyata keçirilməsinə etirazının olmadığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitəni avtomobildə saxladığı yeri göstərilməsi təklif edildikdən sonra o, avtomobilin arxa qapısını açaraq orada ayaq altında bir ədəd qara rəngli polietilen bağlamanı göstərmiş və həmin bağlamanın içində qurudulmuş marixuananın olmasını bildirmişdir. Həmin bağlamanın içinə baxıldıqda orada yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddənin olması aşkar edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs avtomobilin arxa yük yerini açmış və oradan bir ədəd plastik yeşikdə bitki şitillərin olması müəyyən edilmişdir. Aşkar edilmiş şitillər baxışda iştirak edən mütəxəssis-aqronom tərəfindən sayıldı və ümumilikdə 45 ədəd olmasını, həmin bitkilərin çətənə bitkisinin şitillərinin olmasını və aqrotexniki qaydada əkilib qulluq edildiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş bağlamadaki kütlə və bitki şitilləri eskpertizaya təqdim edilməsi üçün götürülmüş və qablaşdırılmışdır. (cild 1, iş vərəqə 40-41) 22 may 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 22 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus “VAZ2109” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı həmin avtomobilin yük yerində 1 ədəd plastik qabda qanunla qadağan olunmuş çətənə bitkisinin ştil-cücərti fazasında olan bitkilər aşkar edilmişdir. Narkotik tərkibli çətənə cücərti-ştillər sayılmış və 45 ədəd olduğu müəyyən edilmişdir. Qidalı torpaqda plastik qabda əkilmiş çətənə cücərtilərinə ilkin aqrotexniki qulluq göstərilmiş və suvarılmışdır. (cild 1, iş vərəqə 44) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Şahid4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə, saat 06:40-da şübhəli şəxs qismində tutularaq azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən, saat 02:50-dən tutulmuş hesab edilmişdir. (Cild 1, iş vərəqə 46, 56) Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 may 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Şahid4 üzərinə şəxsi axtarış keçirilmişdir. Baxış zamanı üzərindən qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Həmçinin sorğu zamanı Şahid4 Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə qurudulmuş marixuana olması barədə ona məlumat verdiyini bildirmişdir. (cild 1, iş vərəqə 66, 68-69) Məhkəmə-bioloji ekspertizasının 22 may 2024-cü il tarixli, 3-16-16/2-7/804 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən...” yazıları və imzalar olan 01 ədəd polietilen bağlamadakı təmiz çəkisi - 4025 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən...” yazısı və imzalar olan sintetik paketdəki bir ədəd plastmass qabın içərisində sayı 45 ədəd yaş vəziyyətdə ümumi çəkisi - 7,46 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə(Kannabis) bitkisinin şitilləridir. Aqronomun(mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş çətənə(kannabis) şitillərinə aqrotxeniki qaydada qulluq edilmişdir. QEYD:Marixuananın təmiz çəkisi 4025 qram, tədqiqata sərf olundu 0,2 qram, qalıq 4024,8 qram. (cild 1, iş vərəqə 80-83) Məhkəmə-kimyəvi ekspertizasının 22 may 2024-cü il tarixli, 3-16-16/1-6/2863 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 10,220 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 9,295 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. QEYD: Heroinin təmiz çəkisi 10,220 qram, tədqiqata sərf edildi 0,100 qram, qalıq 10,120 qram, metamfetaminin təmiz çəkisi 9,295 qram, tədqiqata sərf edildi 0,100 qram, qalıq 9,195 qram. (cild 1, iş vərəqə 85-90) Şübhəli şəxsin tutulmadan azad edilməsi haqqında 23 may 2024-cü il tarixli qərardan görünür ki, Şahid4 dərhal tutulmadan azad edilmişdir. (cild 1, iş vərəqə 107) “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 237.2.3-cü maddələri təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 110-112) İşdə olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 31 ABŞ dolları və 90 manat pulunu təhvil almışdır. Həmin qəbz Təqsirləndirilən şəxs tərəfindən şəxsən imza edilmişdir. (cild 1, iş vərəqə 120) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(007)-154/2024 saylı qərarından (hakim:N.H.Mehdiyev) görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 22 may 2024-cü il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 133-135) Maddi sübut kimi tanınma haqqında 23 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 9,295 qram olan psixotrop maddə metamfetamin, 10,220 qram narkotik vasitə heroin, onun idarə etdiyi “VAZ 2109” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş 4025 qram olan narkotik vasitə qurudulmuş marixuana və 45 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, onlardan ekspertizadan sonra qalıq qalmış 9,195 qram metamfetamin, 10,120 qram heroin, 4024,8 qram narkotik vasitə qurudulmuş marixuana və 45 ədəd çətənə bitkisi saxlanılması üçün Nizami RPİ-nin maddi sübutlar otağına təhvil verilmişdir. (cild 1, iş vərəqə 136) “Diskə baxış keçirilməsi haqqında” 25 may 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış 01 ədəd videogörüntü vardır. Görüntüyə daxil olduqda videoçəkiliş başlayır. Baxış zamanı müəyyən edilir ki, Nizami RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Muxtar Muxtarov tərəfindən Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilməklə, müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış və götürmə aparılır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmamışdan əvvəl ona hüquqları izah edilir və şəxsi axtarış prosesinin aparıldığı müddətdə video çəkilişdən istifadə ediləcəyi bildirilir. İstintaq hərəkəti başlanan zaman Təqsirləndirilən şəxs videoçəklişin aparılmasına və vəkilinin iştirakı ilə prosesin həyata keçirilməsinə etirazının olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hansı bir qanunsuz əldə edilmiş əşya və ya maddə varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd sellofan bükümünü və həmin şalvarın sağ yan cibindən özünə məxsus 1 ədəd “Samsung” markalı mobil telefonunu, bir ədəd avtomobil açarını, 31 ABŞ dolları və 90 manat pul vəsaitini çıxardıb təqdim etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümündə narkotik vasitə heroinin, digər sellofan bükümündə isə metamfetaminin olduğunu, onları “Votsap” ani mesajlaşma programı vasitəsi ilə tanış olduğu, adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs qeyd etdiyi İran İslam Respublikasının vətəndaşından əldə etdiyi narkotik vasitələri onun dediyi ünvanlara aparıb çatdırmağı planlaşdırdığını, onun dediyi Xəzər rayonu, Şüvəlan qəsəbəsində qoyduğu yerdən narkotik vasitələri götürdüyünü demişdir. Təqdim edilmiş bükümlərə baxıldıqdan onların birində kristallok şəkilli maddə, digərində isə toz şəkilli qəhvəyi rəngli maddənin olması müəyyən edilmişdir. Şəxsi axtarış davam etdirildikdən sonra onun üzərindən qanunla qadağan edilən başqa hər hansı əşya aşkar edməmişdir. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs həmçinin idarə etdiyi avtomobilində də bir bağlamada narkotik vasitə qurudulmuş marixuana və dibçəkdə özünün əkdiyi çətənə bitkisinin şitillərinin olması bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd bükümdəki maddələr götürülərək qablaşdırılmış, həmçinin mobil telefon, avtomobil açarı və pul vəsaiti materiala əlavə edilməsi edilməsi üçün götürülmüşdir. (cild 1, iş vərəqə 146) “Diskə baxış keçirilməsi haqqında” 25 may 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan “VAZ 2109” markalı, **-EG- *** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış keçirilməsi zamanı qeydə alınmış 01 ədəd videogörüntü vardır. Görüntüyə daxil olduqda videoçəkiliş başlayır. Baxış zamanı müəyyən edilir ki, Nizami RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Muxtar Muxtarov tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs istifadəsində olan “VAZ-2109” markah, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirir. Baxış başlayanda Təqsirləndirilən şəxs hüquqları izah edilir və baxış prosessinin aparıldığı müddətdə video çəkilişdən istifadə ediləcəyi bildirilir. İstintaq hərəkəti başlanan zaman Təqsirləndirilən şəxs videoçəklişin aparılmasına və vəkilinin iştirakı ilə prosesin həyata keçirilməsinə etirazının olmadığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitəni avtomobildə saxladığı yeri göstərilməsi təklif edildikdən sonra o, avtomobilin arxa qapısını açaraq orada ayaq altında bir ədəd qara rəngli polietilen bağlamanı göstərmiş və həmin bağlamanın içində qurudulmuş marixuananın olmasını bildirmişdir. Həmin bağlamanın içinə baxıldıqda orada yaşıl rəngli, spesifik iyə amlik olan narkotik avsitə qurudulmuş marixuanaya bənzər maddənin olması aşkar edildi. Həmçinin Təqsirləndirilən şəxs avtombilin arxa yük yerini açmış və oradan bir ədəd plastik yeşikdə bitki şitillərin olması müəyyən edildi. Aşkar edilmiş şitillər baxışda iştirak edən mütəxəssi-aqronom tərəfindən sayıldı və ümumilikdə 45 ədəd olamsım, həmin bitkilərin çətənə bitkisinin şitillərinin olmasını və aqrotexniki qaydada əkilib qulluq edildiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtombilindən aşkar edilmiş bağlamadaki kütlə və bitki şitilləri eskpertizaya təqdim edilməsi üçün götürülmüş və qablaşdırılmışdır. (cild 1, iş vərəqə 147) “Baxış keçirilməsi haqqında” 25 may 2024-cü il tarixli protokoldan görünür ki, Şahid4 üzərinə şəxsi axtarış istintaq hərəkəti aparılarkən götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefonuna baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyətli hal və ya məlumat aşkar edilməmişdir. (cild 1, iş vərəqə 149) “Baxış keçirilməsi haqqında” 25 may 2024-cü il tarixli protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş “Samsung Galaxy A53 5G” markalı mobil telefona baxış keçirilmiş, baxış keçirmə başlayarkən telefonun ekrana “3794” kodu daxil edilərək telefona girişin açılması təmin edilmişdir. Telefona baxış keçirilərkən telefonda müxtəlif proqramların olması aşkar olunmuşdur. İlk öncə sms bölümünə baxılmış və iş üçün maraq kəsb edən yazışma aşkar edilməmçişdir. Daha sonra telefonun “Galereya” bölümünə baxılmış və orada narkotik vasitələrin “zakladka” yolu ilə satışının təşkil edilməsini, yəni narkotik vasitələrin qoyulduğu yerlərin çəkilmiş fotoşəkillərin olması, yerinin izahı, həmçninin eyni məzmunlu videoçarxların da olması aşkar edilmişdir. Daha sonra “Whatsapp” ani mesajlaşma proqramına baxılmış, lakin iş üçün əhəmiyyət kəsb edən hal və məlumat aşkar edilməmişdir. “Samsung Galaxy A53 5G” markalı mobil telefon maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 150-156) İşdə olan qəbzdən görünür ki, X7 ona məxsus VAZ 2109 markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. Həmin qəbz Faiq Əliyev tərəfindən şəxsən imza edilmişdir. (cild 1, iş vərəqə 170) DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Göyçay RPŞ-də Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə material araşdırılmış və xx.xx.2013-cü il tarixdə həmin material üzrə Azərbayan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. (cild 1, iş vərəqə 194) Bakı şəhəri Nizami rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 5(007)-278/2024 saylı qərarından görünür ki, Nizami RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş "Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında" 21 may 2024-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. (cild 1, iş vərəqə 197) “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli, 14067 nömrəli məktubla daxil olmuş 01 ədəd CD diskinə baxış keçirildikdə Təqsirləndirilən şəxs istifadəsində olan (010)-321-92-42 SİM nömrəsinə 01 yanvar 2024-cü il tarixdən 23 may 2024-cü il tarixədək olan müddət ərzində daxil olan və göndərilən SMS mətnlərin, eləcə də həmin nömrəyə daxil olan və həmin nömrədən çıxan zənglərin siyahısının, abonentlərinin anket və anten məlumatlarının olması, Təqsirləndirilən şəxs həmçinin xx.xx.2024-cü il tarixdə saat 02:50 radələrində Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində olması müəyyən edilmişdir. "xxxx" MMC-dən daxil olmuş CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 199) “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan götürünür ki, "xxxx" MMC -dən xx.xx.2024-cü il tarixli, BKC/LGL-10623/24 nömrəli məktubla daxil olmuş 01 ədəd CD diskdə baxış keçirildikdə Təqsirləndirilən şəxs istifadəsində olan (055)-575- 74-71 CİN nömrəsinə 01 yanvar 2024-cü il tarixdən 23 may 2024-cü il tarixədək olan müddət ərzində daxil olan və göndərilən SMS mətnlərin, eləcə də həmin nömrəyə daxil olan və həmin nömrədən çıxan zənglərin siyahısının, abonentlərinin anket və anten məlumatlarının olması, Təqsirləndirilən şəxs həmçinin xx.xx.2024-cü il tarixdə saat 02:50 radələrində Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində olması müəyyən edilmişdir. "xxxx" MMC-dən daxil olmuş CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 200-203) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 4072 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidləri qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 205-206) Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 1797 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. O, halhazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, iş vərəqə 207-209) Sübutların qiymətləndirilməsi haqqında 03 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin qeydinin 1ci hissəsi Təqsirləndirilən şəxs şamil edilməməklə, o, məsuliyyətdən azad olunmamış, Məhəmmədtağı Ehtibar oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət təqibinin xitam verilmiş və tutulmadan azad edilməsi nəzərə alınmış, Şahid4 barəsində əməlində Azərbaycan Respublikası CM-nin 307-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, Şahid4 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 237.2.1-ci maddələri ilə cinayət işinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 185-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, Məhəmmədtağı Ehtibar oğlunun tərəfindən narkotik vasitələrin istehlak etməsi hər hansı bir sübutla təsdiq edilmədiyindən, o, inzibati məsuliyyətə cəlb edilməmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 332.1 və 332.2-ci maddələri ilə, X7 isə həmin Məcəllənin 335.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın sürəti Nizami RPİ-nin DYPŞ-nə göndərilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 10,220 qram narkotik vasitə heroin və 9,295 qram psixotrop maddə metamfetamin, eləcə də onun idarə etdiyi “VAZ 2109” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş 4025 qram olan narkotik vasitə qurudulmuş marixuana və 45 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri maddi sübut kimin tanınmaları, onlardan ekspertizadan sonra qalıq qalmış 9,195 qram metamfetamin, 10,120 qram heroin, 4024,8 qram narkotik vasitə qurudulmuş marixuana və 45 ədəd çətənə bitkisi saxlanılması üçün Nizami RPİ-nin maddi sübutlar otağına təhvil verilməsi nəzərə alınmış, «şəxsi axtarış və götürmə»ni özündə əks etdirən 01 ədəd DVD disk, xx.xx.2024-cü il tarixdə “VAZ 2109” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxışı özündə əks etdirən 01 ədəd DVD disk, "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli, 14067 nömrəli məktubla daxil olmuş 01 ədəd CD diski və "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli, BKC/LGL-10623/24 nömrəli məktubla daxil olmuş 01 ədəd CD diski, Şahid4 dindiriməsi zamanı çəkilmiş videogörüntüsünün köçürüldüyü 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A53 5G” markalı mobil telefon maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, Şahid4 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması haqqında protokol, həmin vaxt aparılmış videoçəkilişin köçürüldüyü diskə baxış protokolu sübut növü kimi, Şahid4 üzərindən aşkar olunaraq götürülmüş “Samsung” markalı mobil telefonun baxışının aparılması haqqında tərtib edilmiş 25 may 2024-cü il tarixli protokol sübut növü kimi, Şahid4 üzərindən aşkar olunaraq götürülmüş “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 31 ABŞ dolları və 90 manat pul, Şahid4 üzərinə şəxsi axtarış və götürmə” istintaq hərəkətinin videogörüntülərinin köçürüldüyü disk və Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2109” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut növü kimi tanınmamış, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2109” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 31 ABŞ dolları və 90 manat pulun, və Şahid4 üzərindən aşkar olunaraq götürülmüş “Samsung” markalı mobil telefonun sahiblərinə qaytarılması nəzərə alınmış, İstintaq zamanı Təqsirləndirilən şəxs məlum cinayət əməlini şəxsiyyəti istintaqa məlum olmayan İran İslan Respublikası vətəndaşı ilə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup halında törətməsi müəyyən edilsə də, istintaqın gedişində həmin şəxsin şəxsiyyətinin müəyyən olunaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olmadığından və barəsində göstərilən maddələrlə cinayət təqibinin həyata keçirilməsi zəruri olduğundan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 211-ci maddəsinin tələblərinə əsasən hazırki cinayət işinin materiallarından onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işinin ayrılması haqqında qərar qəbul edilmişdir. (cild 1, iş vərəqə 210-226) Cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməsi haqqında 03 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 237.2.3-cü maddələri ilə istintaqı aparılan hazırki işdən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmış və icraata qəbul edilmişdir. (cild 1, iş vərəqə 227- 228) Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən Qaradağ rayonunda tutulduğunu, Qaradağ rayonunda maşında yatan zaman Eldar və Elvin adlı polis əməkdaşlarının onu saxladıqlarını, həmin vaxt maşınında 200-300 qram marixuana olduğunu, həmçinin üzərində marixuana olduğunu, lakin digər narkotik vasitələrin onun olmadığını, polis idarəsində ona qarşı fiziki təsir göstərildiyini, eyni zamanda yaxınları ilə ona hədə-qorxu gəlindiyini, ittihamda qeyd edilən narkotik vasitələri videoçəkilişdə gördüyünü, Qaradağda saxlandıqdan sonra onun maşınını sürərək qamışlıq kimi bir yerə apardıqlarını, maşınında axtarış keçirilən zaman videoçəkiliş olmadığını, yanında olan dostunu buraxmaları üçün hansı sənədə desələr qol çəkməyə razı olduğunu, Nizami rayon Polis İdarəsində döyüldüyünü, Mehman, Yunis və Hikmət adlı polis əməkdaşlarının onun saxlanılmasında iştirak etmədiklərini, polislərin ona ailə üzvləri ilə hədə-qorxu gəldikləri üçün məcbur olub istintaqda yazılan ifadənin altına imza çəkdiyini söyləmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatların araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2025-ci il tarixli 3-16-20-10/2-220 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 3 saylı İstintaq təcridxanasına daxil olmuş, tibbi müayinədən keçirilmiş, səhhəti ilə bağlı şikayəti olmamışdır. Sorğu zamanı xəsarət almadığını bildirmişdir. Bədən səthinin müayinəsi zamanı yeni xəsarət və zədə izi aşkar edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Baş Prokurorluğunun 28 fevral 2025ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, məhkəmə-tibbi ekspertizasının 13 fevral 2025-ci il tarixli, 164 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində qərarın təsviri hissəsində göstərilən, yəni 22 may 2024-cü il tarixə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. Beləliklə, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalması, polis əməkdaşlarının əməllərində Azərbaycan Respublikası CM-nin 293cü maddəsinin, yəni işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qoyma cinayətinin, yaxud digər cinayətlərin tərkib əlamətləri olması öz müəyyən edilmədiyi üçün toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsi, yəni cinayət hadisəsi olmaması əsası ilə material üzrə cinayət işinin başlanılması rədd olunmuş, həmin qərar Təqsirləndirilən şəxs göndərilməklə qərardan narazı qaldığı halda şikayət etmək hüququ izah olumuşdur. Bundan başqa cinayət işi üzrə şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxs saxlanılmasında bilavasitə iştirak etmiş Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid3 ifadələrində 2024-cü ilin may ayında Nizami RPİ NMB-yə Azər adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğunu, 2024-cü ilin may ayının 22-də saat 02-03 radələrində Təqsirləndirilən şəxs avtomobili ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində saxladıqlarını, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı metamfetamin və heroin, avtomobildən isə marixuana və 45 şitil əkili formada marixuana aşkar edildiyini, Təqsirləndirilən şəxs narkotik vasitələri Şüvəlan qəsəbəsindən iranlı şəxsdən götürdüyünü və sonradan maddi qazanc əldə etmək üçün iranlı şəxsin dediyi yerlərə qoyacağını bildirdiyini, tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi təsir və təzyiq olmadığını bildirmişdirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X1rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə, avtomobilə baxış istintaq hərəkətləri keçirilərkən, habelə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, həmçinin, mötəbərliyi şübhə altına alınmayan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin qəbul etdiyi 28 fevral 2025-ci il tarixli qərarda istinad edilmiş sənədlərə əsasən də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Onu da nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs ona polis əməkdaşları tərəfindən fiziki və psixoloji zor tətbiq edilməsi ilə bağlı aparılmış araşdırmanın nəticəsində mötəbərliyi şübhə altına alınmayan Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən qəbul edilmiş 28 fevral 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda Təqsirləndirilən şəxs həmin qərardan narazı qaldığı halda şikayət etmək hüququ izah olunmasına baxmayaraq o, müdafiə tərəfi olaraq həmin qərardan şikayət verməmiş və qərarı mübahisələndirməmişdir. Həmin qərar hazırda qüvvədədir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixoloji zor tətbiq edilməsi ilə bağlı cinayəti etiraf etməsi barədə ifadələrinə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Əvvəla, hadisənin baş verməsi ilə bağlı yuxarıda qeyd olunan hallar təqsirləndirilən şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, həmçinin, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmasını tam olaraq təsdiq edir. O cümlədən, şəxsi axtarış və götürmə, həmçinin avtomobilə baxış və götürmənin audio-video ilə aparılması, həmin prosesdə təqsirləndirilən şəxsin cinayət əməllərini etiraf etməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı təqsirləndirilən şəxsin özünün şəxsi mobil telefonunda aşkar edilmiş fotoşəkillər və digər təkzibedilməz sübutlar onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən və şübhəli şəxs qismində izahat verərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin döyülməsi barədə, yəni aşkar olunan narkotik vasitənin, psixotrop maddənin və narkotik təbiətli çətənə (kannabis) bitkilərinin şitillərin ona məxsus olmaması, həmin narkotik vasitənin, psixotrop maddənin və narkotik təbiətli çətənə (kannabis) bitkilərinin şitillərinin polis əməkdaşları tərəfindən onun üzərinə və avtomobilinə qoyulması, döyülməsi nəticəsində məcburiyyət qarşısında cinayəti etiraf etməsi ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazlarını bildirməmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs tərəfindən qeyd olunan xüsusatlar Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırılmış və həmin xüsusatlar (polis əməkdaşları tərəfindən fiziki və psixoloji təsirlərə məruz qalması) öz təsdiqini tapmadığından xx.xx.2025-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar məhkəmə istintaqı zamanı sorğu əsasında əldə olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Müdafiə tərəflərindən qeyd edilən qərar mübahisələndirilməmiş və həmin qərar hazırda qüvvədədir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs barəsində olan şəxsi axtarış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış və götürmə aparılır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmamışdan əvvəl ona hüquqları izah edilir və şəxsi axtarış prosesinin aparıldığı müddətdə video çəkilişdən istifadə ediləcəyi bildirilir. İstintaq hərəkəti başlanan zaman Təqsirləndirilən şəxs videoçəklişin aparılmasına və vəkilinin iştirakı ilə prosesin həyata keçirilməsinə etirazının olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hansı bir qanunsuz əldə edilmiş əşya və ya maddə varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd sellofan bükümünü və həmin şalvarın sağ yan cibindən özünə məxsus 1 ədəd “Samsung” markalı mobil telefonunu, bir ədəd avtomobil açarını, 31 ABŞ dolları və 90 manat pul vəsaitini çıxardıb təqdim etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümündə narkotik vasitə heroinin, digər sellofan bükümündə isə metamfetaminin olduğunu, onları “Votsap” ani mesajlaşma programı vasitəsi ilə tanış olduğu, adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs qeyd etdiyi İran İslam Respublikasının vətəndaşından əldə etdiyi narkotik vasitələri onun dediyi ünvanlara aparıb çatdırmağı planlaşdırdığını, onun dediyi Xəzər rayonu, Şüvəlan qəsəbəsində qoyduğu yerdən narkotik vasitələri götürdüyünü demişdir. Təqdim edilmiş bükümlərə baxıldıqdan onların birində kristallik şəkilli maddə, digərində isə toz şəkilli qəhvəyi rəngli maddənin olması müəyyən edilmişdir. Şəxsi axtarış davam etdirildikdən sonra onun üzərindən qanunla qadağan edilən başqa hər hansı əşya aşkar edməmişdir. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs həmçinin idarə etdiyi avtomobilində də bir bağlamada narkotik vasitə qurudulmuş marixuana və dibçəkdə özünün əkdiyi çətənə bitkisinin şitillərinin olmasını bildirir. Belə ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd bükümdəki maddələr götürülərək qablaşdırılır, həmçinin mobil telefon, avtomobil açarı və pul vəsaiti götürülür. Həmin şəxsi axtarış və götürmə istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Bundan başqa məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməsi və götürülmənin qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan “VAZ-2109” markah, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilir. Təqsirləndirilən şəxs hüquqları izah edilir və baxış prosesinin aparıldığı müddətdə video çəkilişdən istifadə ediləcəyi bildirilir. İstintaq hərəkəti başlanan zaman Təqsirləndirilən şəxs videoçəkilişin aparılmasına və vəkilinin iştirakı ilə prosesin həyata keçirilməsinə etirazının olmadığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitəni avtomobildə saxladığı yeri göstərilməsi təklif edildikdən sonra o, avtomobilin arxa qapısını açaraq orada ayaq altında bir ədəd qara rəngli polietilen bağlamanı göstərmiş və həmin bağlamanın içində qurudulmuş marixuananın olmasını bildirmişdir. Həmin bağlamanın içinə baxıldıqda orada yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddənin olması aşkar edilir. Həmçinin Təqsirləndirilən şəxs avtomobilin arxa yük yerini açmış və oradan bir ədəd plastik yeşikdə bitki şitillərin olması müəyyən edilir. Aşkar edilmiş şitillər baxışda iştirak edən mütəxəssis-aqronom tərəfindən sayılır və ümumilikdə 45 ədəd olması, həmin bitkilərin çətənə bitkisinin şitillərinin olmasını və aqrotexniki qaydada əkilib qulluq edildiyini bildirir. Baxış zamanı Təqsirləndirilən şəxs avtombilindən aşkar edilmiş bağlamadaki kütlə və bitki şitilləri eskpertizaya təqdim edilməsi üçün götürülür və qablaşdırılır. Həmin baxış keçirilməsi və götürülməsi istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2024cü il tarixli “ baxış keçirilməsi və götürülmə barədə” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 237.2.3-cü maddələri ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlayaraq daşımasına və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməsinə görə ittiham irəli sürülmüşdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 21-ci bəndində göstərilmişdir ki, CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 fevral 2013-cü il tarixli qərarında göstərilmişdir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də, bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlülüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 6 iyul 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Qanunsuz olaraq xeyli və ya külli miqdarda əkilmiş, yetişdirilmiş tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə tövsif edilməlidir. Toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir.” İşdə olan 22 may 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 22 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus “VAZ 2109” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı həmin avtomobilin yük yerində 1 ədəd plastik qabda qanunla qadağan olunmuş çətənə bitkisinin ştil-cücərti fazasında olan bitkilər aşkar edilmişdir. Narkotik təbiətli çətənə cücərti-ştillər sayılmış və 45 ədəd olduğu müəyyən edilmişdir. Qidalı torpaqda plastik qabda əkilmiş çətənə cücərtilərinə ilkin aqrotexniki qulluq göstərilmiş və suvarılmışdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, o polis əməkdaşları tərəfindən Bakı şəhəri Nizami rayonunda deyil, Qaradağ rayonunda saxlanılmışdır. Qaradağ rayonunda o maşında yatan zaman Eldar və Elvin adlı polis əməkdaşları onu saxlamışlar. Saxlanılan zaman üzərində ***-***-**-** saylı mobil nömrə olmuş, həmçinin, şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman o Təqsirləndirilən şəxs yanında olmuşdur. Polislər onu və Təqsirləndirilən şəxs Qaradağ rayonu ərazisində saxlamışlar. Saxlanılan zaman onun üzərində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Cinayət işi üzrə tam və obyektiv araşdırmanın təmin edilməsi məqsədi ilə məhkəmənin müvafiq qərarı ilə Təqsirləndirilən şəxs məxsus (məhkəmə iclasında istifadəsində olduğunu bildirdiyi) ***-***-**-** mobil nömrənin və Şahid4 məxsus (məhkəmə iclasında istifadəsində olduğunu bildirdiyi) ***-***-**-** mobil nömrənin 21 may 2024-cü il tarixdən, 23 may 2024-cü il tarixədək anten dairələri barədə məlumatlar "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş, həmin məlumatlar məhkəmə iclasında tədqiq edilərək baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş Şahid4 qeyd etdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahidlər ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, “avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqına” protokol, mobil telefona baxış protokolu, ekspertiza rəyləri və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməllərini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən məhz onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini əsas götürür. Məhkəmə təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsi, avtomobilinə baxış keçirilməsi, ibtidai istintaq zamanı eyniməzmunlu ifadə verməsini və təqsirini etiraf etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən külli miqdarda, təmiz çəkisi 10,220 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda, təmiz çəkisi 9,295 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, idarə etdiyi “VAZ 2109” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacaq yerindəki ayaq altından külli miqdarda, təmiz çəkisi 4025 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və avtomobilin arxa yük yerindən bir ədəd plastmas qabın içərisində, kultivasiya edilmiş 45 ədəd, yaş vəziyyətdə ümumi çəkisi 7,46 qram olan əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitillərinin aşkar edilməsi və mobil telefonunda narkotik vasitə və psixotrop maddələrin qoyulduğu ərazilərin fotoşəkillərinin aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Narkotik vasitənin və psixotrop maddənin külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində həlledici rol oynamasa da, məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitənin və psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, əldə etdiyi narkotik vasitəni və psixotrop maddəni üzərində və avtomobilində gəzdirməsini, şəxsi axtarış və götürmə zamanı mobil telefonun üzərindən çıxmasını, mobil telefonunda “narkotik vasitə və psixotrop maddələrin qoyulduğu ərazilərin fotoşəkillərinin olmasını, həmçinin avtomobilin arxa yük yerindən bir ədəd plastmas qabın içərisində, kultivasiya edilmiş 45 ədəd, yaş vəziyyətdə ümumi çəkisi 7,46 qram olan əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitillərinin aşkar edilməsini və bu kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımış, həmçinin, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” 25 may 2024-cü il tarixli protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş “Samsung Galaxy A53 5G” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı telefonun “Galereya” bölümündə narkotik vasitələrin “zakladka” yolu ilə satışının təşkil edilməsini, yəni narkotik vasitələrin qoyulduğu yerlərin çəkilmiş fotoşəkillərin olması, yerinin izahı, həmçinin eyni məzmunlu videoçarxların olması aşkar edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə, həmçinin, avtomobil baxış keçirilməsi və götürmə istintaq hərəkətləri zamanı təqdim etdiyi narkotik vasitənin və psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasına, əldə etdiyi narkotik vasitəni və psixotrop maddəni üzərində və avtomobilində gəzdirməsinə, şəxsi axtarış və götürmə zamanı mobil telefonun üzərindən çıxmasına, mobil telefonunda narkotik vasitə və psixotrop maddələrin qoyulduğu ərazlərin fotoşəkillərinin olmasına, həmçinin avtomobilin arxa yük yerindən bir ədəd plastmas qabın içərisində, kultivasiya edilmiş 45 ədəd, yaş vəziyyətdə ümumi çəkisi 7,46 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitillərinin aşkar edilməsinə dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib hüquqi qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 237.2.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməllərini törətməsi və əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməlləri başa çatmış cinayətlərdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyasına görə həmin əməli törətmiş şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə, təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 237.2.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Nizami rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 22 may 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 159 (bir yüz əlli doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınaraq Nizami rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 10,120 qram heroin, 9,195 qram metamfetamin, 4024,8 qram narkotik vasitə qurudulmuş marixuana, 45 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri məhv edilməli, Təqsirləndirilən şəxs İnqilab oğlunun üzərinə şəxsi axtarış və götürmə aparılması, həmçinin avtomobilə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 02 ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş 02 ədəd CD disk, Şahid4 dindirilməsi zamanı çəkilmiş videogörüntünün qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, 1 ədəd “Samsung Galaxy A53 5G” markalı mobil telefon Təqsirləndirilən şəxs İnqilab oğluna (öz razılığı ilə yaxın qohumlarına) qaytarılmalı, “VAZ 2109” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil isə sahibi X5 qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 28-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 490 (dörd yüz doxsan) manat məbləğində pul köçürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X2 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası DİN-in Nizami RPİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan 10,120 qram heroin, 9,195 qram metamfetamin, 4024,8 qram narkotik vasitə qurudulmuş marixuana, 45 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri məhv edilsin, Təqsirləndirilən şəxs İnqilab oğlunun üzərinə şəxsi axtarış və götürmə aparılması, həmçinin avtomobilə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 02 ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş 02 ədəd CD disk, Şahid4 dindirilməsi zamanı çəkilmiş videogörüntünün qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, 1 ədəd “Samsung Galaxy A53 5G” markalı mobil telefon Təqsirləndirilən şəxs İnqilab oğluna (öz razılığı ilə yaxın qohumlarına) qaytarılsın, “VAZ 2109” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil isə sahibi X5 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 159 (bir yüz əlli doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 490 (dörd yüz doxsan) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar