Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-593/2020 29.07.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəmləsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 və müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 2 il 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və x xxxxxx 2019-cu il tarixdə cəzasını çəkib qurtarmış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq soyuq silah əldə edərək üzərində gəzdirmiş və qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır: belə ki, o, xx xxxxxx 2019-cu il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan yerdən istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 3 ədəd bükümdə olmaqla ümumi çəkisi 3,918 qram olan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroini və 1 ədəd bükümdə təmiz çəkisi 1,835 qram ağ rəngli kristallardan ibarət maddə olan metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, həmçinin istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan mənbədən 1 ədəd soyuq silah hesab edilən bıçağı əldə edərək üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, o, uzun müddətdir narkotik vasitə və psixotrop maddələri iynə ilə əzələyə vurmaqla qəbul edir, buna görə də dəfələrlə məhkum olunmuş, sonuncu dəfə narkotik vasitə və psixotrop maddədən qanunsuz şəkildə istifadə etdiyinə görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə xx xxxxxx 2017-ci il tarixdə Yasamal rayon məhkəməsinin qərarı ilə 2 il 4 ay müddətinə azadlıqdan məhrum edilmiş, x xxxxxx 2019-cu il tarixdə isə azadlığa çıxmışdır; azadlığa çıxdıqdan sonra narkotik vasitə və psixotrop maddələrdən istifadə etməyə davam etmiş, xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında Nəsimi rayonu “Kubinka” adlanan yerdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 3 büküm heroin və 1 büküm metamfetamin almış, ümumilikdə 150 manat pul vermiş, narkotik vasitə, psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etmiş, xx xxxxxx 2019-cu il tarixdə saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Bakı metropoliteninin “Azadlıq Prospekti” stansiyasının yaxınlığında olan zaman özlərini polis əməkdaşları kimi təqdim etmiş şəxslər ona yaxınlaşmış, xidməti vəsiqələrini təqdim edərək ona narkotik vasitə və psixotrop maddələrin saxlanmasında şübhəli olduğunu və üzərinə baxış keçirmək istədiklərini bildirmişlər, o, Binəqədi RPİ-nin 5-ci PBnə dəvət edilmiş, ona müdafiəçi qismində təyin edilmiş vəkil İqbal Həsənov təqdim olunmuş, bundan sonra polis əməkdaşları tərəfindən ona üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etməsi təklif olunmuş, daha sonra video çəkilişlə üzərinə baxış keçirilmiş, baxış zamanı əynindəki tünd göy rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd elekton tərəzini, qış gödəkçəsinin sol yan cibindən 1 ədəd 10 manatlıq, 4 ədəd 1 manatlıq əskinazlar və 1 ədəd qara rəngli alışqan, əynindəki tünd göy rəngli cins şalvarın arxa sağ cibindən 1 ədəd qara rəngli qatlanan bıçaq, qış gödəkçəsinin sol döş cibindən içərisində 3 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü və 1 ədəd şəffaf rəngli ağzı bağlanan sellofanda olan 1 ədəd ağ rəngli kağız bükülü aşkar olunmuş və qablaşdırılmış, o, polis əməkdaşlarına narkotik vasitə və psixotrop maddəni xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında Nəsimi rayonu ərazisində qerləşən “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 150 manata aldığını, onu şəxsi istifadəsi üçün saxladığını bildirmiş, polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış və götürmə aparılan zaman üzərindən digər heç bir qeyri-qanuni əşya aşkar olunmamış, narkotik vasitə heroin, psixotrop maddə olan metamfetamin, 1 ədəd bıçaq və 1 ədəd elektron tərəzi polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunaraq, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. İş üzrə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 5-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadə verərək göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Elçin adlı şəxsin mütəmadi olaraq narkotik vasitələri əldə edib üzərində saxlaması və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və buna görə də ondan və 5-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuş, o, Coşqunla birlikdə məlumat əsasında xx xxxxxx 2019-cu il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən parka gedərək orada əməliyyat mövqeyi seçmiş, həmin vaxt onlar Elçin adlı şəxsin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olduğunu, özünü şübhəli apardığını görmüş, həmin şəxsə yaxınlaşmış, xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş, Elçin adlı şəxsə üzərində narkotik vasitə olması barədə məlumat aldıqlarını bildirmiş, üzərinə baxış keçirilməsi üçün 5-ci polis bölməsinə dəvət etmişlər, sonuncu heç bir etiraz etmədən onlarla birlikdə Binəqədi RPİ-nin 5-ci PB-nə gəlmiş, bölmədə üzərinə baxış keçiriləcək şəxsin şəxsiyyəti müəyyən edildikdə həmin şəxsin Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi ev 125-də qeydiyyatda olan Təqsirləndirilən şəxs olması təsdiq olunmuş, Elçin 5-ci polis bölməsində xidməti iş otaqlarının birinə dəvət edilmiş, həmin otaqda onlardan başqa Binəqədi RPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Elvin Tanarverdiyev, Binəqədi RPİ-nin ekpert-kriminalisti Fuad Cəbrayılov və 11 saylı Vəkil bürosunun vəkili İqbal Həsənov olmuş, Elvin Tanarverdiyev baxış keçirilən zaman video çəkilişdən istifadə ediləcəyini bildirmiş, xx xxxxxx 2019-cu il tarixdə saat 19:00-dan etibarən şübhəli kimi gətirilən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməyə başlandığını elan etmiş və baxışda iştirak edən hər kəs özü haqqında məlumat verdikdən sonra Elvin Tanarverdiyev Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya olduğu halda çıxarıb təqdim etməsini bildirmiş, Elçin əynindəki tünd göy rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd elekton tərəzini, qış gödəkçəsinin sol yan cibindən 1 ədəd 10 manatlıq, 4 ədəd 1 manatlıq əskinazlar və 1 ədəd qara rəngli alışqan, əynindəki tünd göy rəngli cins şalvarın arxa sağ cibindən 1 ədəd qara rəngli qatlanan bıçaq, qış gödəkçəsinin sol döş cibindən içərisində 3 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü və 1 ədəd şəffaf rəngli ağzı bağlanan sellofan olan 1 ədəd ağ rəngli kağız bükülünü çıxarıb masanın üzərinə qoymuş, Elçindən bükümlərin içərisində nə olduğunu soruşduqda Elçin həmin bükümlərin içərisində narkotik maddə “heroin” və psixotrop maddə olan metamfetamin olduğunu və həmin maddələri xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında Nəsimi rayonunda, “Kubinka” adlanan yerdə, üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 150 manata aldığını, şəxsi istifadəsi üçün saxladığını, bıçağı mütəmadi olaraq üzərində gəzdirdiyini, elektron tərəzidən narkotik vasitədən istifadə edən zaman onun çəkisini müəyyən etmək üçün istifadə etdiyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamış, bundan sonra baxış iştirakçılarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə olan narkotik vasitə heroin, psixotrop maddə olan metamfetamin, 1 ədəd bıçaq və 1 ədəd elektron tərəzi qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, bu barədə protokol tərtib olunaraq iştirakçılara ucadan oxunmuş, iştirakçılar və onun tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. İbtidaiistintaqzamanı şahid qismində dindirilmiş məhkəmə zamanı ifadəsi elan edilərək tadqiq edilmiş Yasamal RPİ-nin 27-ci polis bölməsinin sahə rəisi Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadə etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs cinayət başında yaxalanması, maddi sübutla birlikdə saxlanması istiqamətində lazımi əməliyyat-axtarış tədbirləri görülərək aidiyyəti əməkdaşlara məlumat verilmiş, lakin Elçinin barəsində kifayət qədər məlumat olmadığından sonuncunu yaxalamaq mümkün olmamış, sonradan Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçrilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən Bakı metropoliteninin “Azadlıq Prospekti” stansiyasının yaxınlığında saxlanılaraq 5-ci PB-yə aparılmış və orada üzərinə keçirilmiş baxış zaman üzərindən külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür (1-ci cild iş vərəqi 120-121) Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 3,768 qram olan narkotik vasitə olan heroin və 1,785 qram metamfetamin, 1 ədəd bıçaq və 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılmaları üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (1-ci cild iş vərəqi 148-157). İşdə olan CD diskə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protkoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş (050) ***-**-** «xxxxxxxx» MMC-yə məxsus kart nömrəsinə xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək daxil olan və həmin nömrədən çıxan zənglərdən çıxarışları, SMS-lərdən çıxarışları, nömrələrə aid ötürücü antenalar cədvəlinin, çıxarışda əks olunan nömrələrin abonentlərinin anket məlumatların və SMS-lərin açıqlanmış mətnlərinin götürülməsi üçün Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qərarı alınaraq «xxxxxxxx» MMC-yə göndərilmiş və (050) ***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglərin siyahısı «xxxxxxxx» MMC tərəfindən təqdim olunmuşdur; «xxxxxxxx» MMC tərəfindən təqdim olunmuş 1 ədəd CD diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan (050) ***-**-** saylı mobil nömrə ilə (055) ***-**-** və (070) ***-**-** saylı mobil nömrələrin arasında xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək olan müddət ərzində istintaq üçün mühüm əhəmiyyət kəsb edən müddət ərzində aşağıdakı mesajların olması aşkar edilmişdir: xx.xx.2019 tarixdə saat 20:04:36-da: **********66, **********36, “Brat hardasan meledesense tecili meynen danish 2 qram kola lazimdi”; xx.xx.2019 tarixdə, saat 02:36:54-də **********60, **********36, “Goturdum sene 2 deneni” (1-ci cild iş vərəqi 112-113). İşdə olan məhkəmə-ballistik ekspertiza üzrə xx xxxxxx 2020-ci il tarixli 247 №-li ekspert rəyindən görünür ki, təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində təyinatını dəyişdirən hər-hansı əlavə və dəyişikliklər edilməmişdir (1-ci cild iş vərəqi 129-131 ). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə xx xxxxxx 2019-cu il tarixli 32035 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “..... Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotikə bənzər lütlə.......” sözlər və imzalar olan zərfdəki 3 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri – 2991 qram, 0579 qram, 0348 qram, ümumi təmiz çəkisi – 3918 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və onlar kimyəvi tərkiblərinə görə eynidirlər, 01 ədəd bükümdə təmiz çəkisi – 1835 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir; tədqiqata təqdim edilmiş üzərində “....Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd elektron tərəzi....” sözləri və imzalar olan zərfdəki 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır, heroin iz şəklində olduğu üçün tədqiqata təqdim olunmuş heroinlərlə eynilik aparmaq mümkün deyildir; metamfetamin adlı preparat 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qnunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir (1-ci cild iş vərəqi 35-39) İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə xx xxxxxx 2020-ci il tarixli 132 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır; Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1ci cild iş vərəqi 129-131). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 alınmış xx xxxxxx 2020-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 226.1-ci maddəsi ilə təqsirli bilinərək əmlak müsadirə olunmaqla 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx xxxx 1999-cu il tarixdə şərti olaraq cəzadan azad olunmuşdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin x xxxxxxxx 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Azərbaycan Respublikası Milli Məclisin xx xxxx 2009-cu il tarixli amnistiya qərarına əsasən x xxxxx 2009-cu il tarixdə cəzasını çəkib qurtarmış, həmçinin Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx xxxxxx 2012-ci il tarixdə cəzasının sonu ilə azadlığa çıxmış, daha sonra Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin x xxxxx 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin x xxxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1 və 66.5-ci maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx xxxxxx 2015-ci il tarixdə cəzasını çəkib qurtarmış; Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və x xxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azadlığa çıxmış, Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər təyin olunmuş cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluğu ödənilmiş hesab olunurlar; göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir, yəni onda cinayətlərin residivi vardır (1-ci cild iş vərəqi 95-97). İşdə olan şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (1-ci cild iş vərəqi 16-17). İşdə olan Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 83-86). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İş üzrə Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması tam təsdiqini tapmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı, narkotik vasitələr)» əsasən, heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, saxladığı və daşıdığı narkotik vasitə heroinin çəkisi 3,918 qram olduğundan külli miqdar təşkil edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 228.4 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsinin sanksiyasında üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və həmin Məcəllənin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi böyük ictimati təhlükə törətməyən cinayətlər kateqoriyasına, həmin Məcəllənin 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə həmin Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə həmin Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 alınmış xx xxxxxx 2020-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin x xxxxx 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin x xxxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1 və 66.5-ci maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx xxxxxx 2015-ci il tarixdə cəzasını çəkib qurtarmış; Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və x xxxxxx 2019-cu il tarixdə cəzasını çəkib qurtarmışdır. (1-ci cild iş vərəqi 95-97). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs sonuncu məhkumluğu üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan, məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Bununla da Təqsirləndirilən şəxs cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutumuş azadlıqdan məhrum etmə cəzasının son həddinin, yəni 12 il müddətə azadlıqdan məhrum etmə cəzasının yarısından - 6 il müddətə azadlıqdan məhrum etmə cəzasından, Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutumuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yəni 1 il müddətə azadlıqdan məhrum etmə cəzasının yarısından - 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasından az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini olmasını cəzasını ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” xx xxxx 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən X3 Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 228.4 və 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx xxxx 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza çəkmələrinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 228.4 və 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla), azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Məhkəmə-narkoloji ekspertiza üzrə xx xxxxxx 2020-ci il tarixli 132 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur; narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır; ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 129-131). Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş Binəqədi RPİ-nin saxlanc anbarında saxlanılan 3 ədəd bükümdə ilkin çəkisi 3,918 qram olmuş, lakin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 3,768 qram çəkidə narkotik vasitə olan heroin, psixotrop maddə olan metamfetaminin ilkin çəkisi 1,835 qram, lakin tədqiqat zamanl aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 1,768 qram metamfetamin, həmçinin də 1 ədəd bıçaq və 1 ədəd elektron tərəzi məhv edilməli; iş üzrə maddi sübut qismində cinayət işinə əlavə edilmiş 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş məhkəmə-kimyəvi ekspertiza xərci 65,00 (altmış beş) manat, məhkəmə-ballistik ekspertizasının xərci 64,00 (altmş dörd) manat, ümumilikdə 129 (yüz iyirmi doqquz) manat məbləğində Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixliqərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X4 qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğicı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Binəqədi RPİ-də saxlanılan 3 ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,768 qram təşkil edən narkotik vasitə olan heroin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,768 qram təşkil edən psixotrop maddə olan metamfetamin, 1 ədəd bıçaq və 1 ədəd elektron tərəzi məhv edilsin; iş üzrə maddi sübut qismində cinayət işinə əlavə edilmiş 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 65,00 (altmış beş) manat, məhkəməballistik ekspertiza üzrə tədqiqatın dəyəri 64,00 (altmş dörd) manat, cəmi 129 (yüz iyirmi doqquz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bak Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-593/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-593/2020
29.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver