Məhkəmə qərarları › İş №1(101)-594/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-594/2022

03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-594/2022 03.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1969-cu ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 8-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Mədən küçəsi fərdi evdə yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 29 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, rus bazarı adlanan yerdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 30 manat pul müqabilində satış məqsədilə külli miqdarda təmiz çəkisi 2,746 qram qəhvəyi rəngli, maddə kütlələri, kustar üsulla hazırlanmış narkotik vasitə- heroini əldə edərək, saxlamaqla daşımış və 30 avqust 2021-ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanda Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən şübhəli qismində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Nizami Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 02 (iki) ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,463 qram və 1,283 qram, ümumilikdə təmiz çəkisi 2,746 qram olan külli miqdarda qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 30 avqust 2021-ci il tarixdə saat 12:00 radələrində avtomobilini hər zaman yuduzdurduğu Nizami Rayon Polis İdarəsinin yanında yerləşən avto-yuma məntəqəsində saxladığı zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq maşınında axtarış aparmışlar. Bundan sonra avtomobilin arxa oturacağından 01 ədəd büküm çıxarmışlar və o, həmin bükümün içərisində nə olduğunu bilməmişdir. Bundan sonra onu polis idarəsinə aparmışlar və orada təzyiqlərə məruz qalmışdır. Daha sonra isə sənədə imza etdirib buraxacaqlarını bildirmişlər. Lakin ona sonradan məlum olmuşdur ki, avtomaşından götürdükləri büküm narkotik vasitə heroin olmuşdur. Həmin narkotk vasitəni polis əməkdaşları özləri onun avtomaşınına qoymuşlar. O, narkotik vasitə istifadəçisi deyil. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin polis nəfəri vəzifəsində xidmət edir, polis serjantı rütbəsini daşıyır. 30 avqust 2021-ci il tarixdə saat 15 radələrində Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin kiçik inpektoru Şahid3 və baş əməliyyat müvəkkili Şahid1la birgə xidməti ərazidə olarkən Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunzuz olaraq əldə edilməsi və saxlanılması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra həmin məlumat idarə rəisinə raportla məruzə edildikdən sonra əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsindən ötrü Şahid1 rəhbərliyi altında qrup yaradılmışdır. Bundan sonra ünvan 5 ünvanın qarşısında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq Nizami Rayon Polis İdarəsinə gətirilmişdir. Orada üzərinə videoçəkiliş zamanı şəxsi axtarış keçirilmişdir. Bu zaman o, göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümdə nə olduğu və kimdən əldə etdiyi sual edildikdə, o, heroin olduğunu, həmin narkotik vasitəni Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən rus bazarından üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 30 manat pul müqabilində əldə etdiyini bildirmişdir. Həmin maddə qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilmişdir. Tərtib edilmiş protokollar iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid3 Şahid2 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadələr vermişlər. Məkəmə baxışı zamanı zamanı tədqiq olunmuş «Şəxsi axtarış və götürmə keçirilməsi barədə» 30 avqsut 2021-ci il tarixli protokoldan görünür ki, Nizami Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Mehrac Niftəliyev tərəfindən 30 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunur, Təqsirləndirilən şəxs heç bir etiraz etmədən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümü təqdim edərək bükümdəkilərin narkotik vasitə olan heroin olmasını, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün Sabunçu rayonu, Sabunçu qəsəbəsi, rus bazarı adlanana yerdən adınıbilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 30 manat ödəməklə almasını bildirmişdir. Məkəmə istintaqı zamanı tədqiq olunmuş «Videogörüntüyə baxış keçirilməsi haqqında» 15 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Nizami Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Mehrac Niftəliyev tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunur, Təqsirləndirilən şəxs heç bir etiraz etmədən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümü təqdim edərək bükümdəkilərin narkotik vasitə olan heroin olmasını, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün Sabunçu qəsəbəsində yerləşən rus bazan adlanan yerdə adını bilmədiyi şəxsdən 30 manat ödəməklə almasını bildirir. Məkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 31 avqust 2021-ci il tarixli 6/3787 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut...» yazı və imzalar olan zərfdə 02(iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,463 qram və 1,283 qram, ümumi təmiz çəkisi 2,746 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir AzərbaycanRespublikasmın 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrvin siyahısına əsasən heroin Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrvin siyahısına (Siyahı İ) daxildir. 23 dekabr 2021-ci il tarixli qərarla şəxsi axtarış və götürmə aparılması, axtarış keçirilməsi və götürmə aparılması istintaq hərəkətlərini özündə əks etdirən 1 ədəd CD disk, təmiz çəkiləri 1,463 qram və 1,283 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmiş, tədqiqatdan sonrakı qalıq çəkisi 2,666 qram narkotik vasitə heroin maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 05.11.2021-ci il tarixli 4331 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan Asıllıq Sindromu aşkar olunur, narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən fərqli ifadə verərək onda narkotik vasitə olmadığını, narkotik vasitələrin satışı ilə məşqul olmadığını, həmin narkotik vasitə polis əməkdaşları tərəfindən onun istifadə etdiyi avtomabilə qoyuluduğunu bildirməsi və özünü müdafiə üçün gətirdiyi digər dəlillər iş üzrə şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, əməliyyat aparatından daxil olmuş məktub və digər istintaq sənədləri ilə tam təkzib olunmuşdur, odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsini inandırıcı hesab etmir və onun ifadəsinə tənqidi yanaşır. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, baxış keçirilməsi barədə protokoldan və ekspertiza rəyləri ilə tam təsdiqini tapmışdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməllərində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmə istintaqı zamanı müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 30 avqust 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Nizami Rayon Polis İdarəsində saxlanılan, qalıq çəkisi 2,666 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin və yaşadığı evə baxış keçirilməsinin görüntüsü köçürülmüş 01 ədəd DVD disk maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 30 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübutlar:- Nizami Rayon Polis İdarəsində saxlanılan, qalıq çəkisi 2,666 qram olan narkotik vasitə heroin məhv edilsin. - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin və yaşadığı evə baxış keçirilməsinin görüntüsü köçürülmüş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar