Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-594/2024 14.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 16:15-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1987-ci ildə Xocavənd rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, evli, himayəsində azyaşlı uşaqları olan, məhkumluğu olmayan, Xocavənd rayonu, Kuropatkino Ə/D, Kuropatkino kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Levanovski küçəsi, ev 17/9-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 1,085 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 15 fevral 2023- cü il tarixdə saat 01:00-da Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, İ.Həbibov küçəsində yerləşən 30 saylı poçtun qarşısında saxlanılaraq ünvan 1 ünvanda yerləşən Xətai RPİ-nin 37-ci polis şöbəsinə gətirilərək inzibati binada müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının qabaq sağ yan kiçik cibindən bir ədəd sellofan kəsiyində olan bükümdə içərisində təmiz çəkisi 1,085 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,045 qram narkotik vasitə heroin əldə edib saxlamaqla daşımış, 05 aprel 2023-cü il tarixdə saat 17:30-da ünvan 3 ünvanının yanında Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb ünvan 1 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilərək inzibati binada müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının sol yan cibindən külli miqdarda 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,045 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Xətai rayonu, NZS qəsəbəsində 2023-cü ilin fevral ayında saxlanılaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bundan sonra onun mobil telefonu müstəntiqdə qaldığına görə ona gələn zənglərə cavab verə bilməmiş və yenidən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bu zaman əməliyyat müvəkkilləri ona zor tətbiq edib, ona aid olmayan narkotik vasitələri onun üzərinə qoymuşlar. O, təzyiqlərə dözə bilməyib, polis əməkdaşlarının tələbi ilə razılaşmışdır. İlk dəfə o, saxlanılan zaman ona qarşı hər hansı qanunsuzluq edilməmiş, lakin, ikinci dəfə saxlanılan zaman təzyiqlərə məruz qalmış, başında zədə olmuş, lakin hər hansı yerdə qeydiyyata alınmamışdır. Qətimkan tədbirinin seçilməsi ilə bağlı keçirilən məhkəmə iclasında hakimə narkotik vasitənin ona aid olmadığını bildirmiş, saxlanılan zaman onun üzərində hər hansı narkotik vasitə olmamışdır. Həmin vaxtı 37-ci Polis Bölməsinə gəldikdən sonra əməliyyat müvəkkilləri ona təzyiq göstərib narkotik vasitələrin ona aid olduğunu qəbul etməsini tələb etmişlər. Vüsal adlı əməliyyat müvəkkili ona təzyiq göstərmişdir. Təcridxanaya daxil olduqda bədəninə baxış keçirilmiş, başının arxa tərəfində zədə alsa da, lakin, təcridxanaya daxil olduqda həmin zədə artıq sağalmışdır. Onun himayəsində 4 azyaşlı uşağı vardır. Məhkəmədə şahid qismində dindirilmiş Xətai rayon Polis idarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru polis baş leytenantı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi və dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən Polis Şöbəsinə məlumat daxil olmuşdur. Həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. O da adının Mərahim, soyadının isə Məmmədov olmasını bildirdikdə onlar həmin şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu Xətai RPİ-nin 37-ci PŞ- nə dəvət etmişlər. Bundan sonra xidməti otaqda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın qabaq sağ yan cibindən içərisində psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Həmin maddə möhürlənərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və imzalanmışdır. Təqsirləndirilən şəxs saxlayan zaman barəsində cinayət işinin olmasını bilməmiş, lakin, onun narkotik vasitələrdən istifadə etməsinə dair onlarda məlumat olmuşdur. Təqsirləndirilən şəxs saxlayan zaman ona hər hansı təzyiq göstərilməmiş, o, narkotik vasitənin özünə məxsus olmasını, Babək prospektində tanımadığı şəxsdən almasını demişdir. Mərahimi 5 aprel 2023-cü il tarixdə saxlamış, Mərahim 5 aprel 2023-cü il tarixindən əvvəl saxlanılmasının təfərrüatlarını dəqiq xatırlamır. Mərahimin üzərindən aşkar edilən maddə tərəzidə çəkilmiş, üzərindən aşkar edilən maddənin neçə qram olmasını hazırda xatırlamır. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki, psixi zorakılıq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xətai RPİ-nin 37-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs adlı şəxsin “Nzs” qəsəbəsi ərazisində narkotik vasitələrdən istifadə etməsi, daşıması ilə əlaqədar əməliyyat məlumatı daxil olmuşdur. Məlumat barədə rəhbərliyə raportla məruzə edərək, Mərahim adlı şəxsin olduğu yerə yollandıq. “Nzs” qəsəbəsi ərazisində Mərahim adlı şəxsə yaxınlaşaraq, özlərini təqdim edərək, onu Xətai RPİ-nin 37-ci PŞ- nə dəvət etmişlər. Polis bölməsində Mərahim adlı şəxsin üzərinə təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə şəxsi axtarış keçirilən zaman Mərahim üzərində olan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümü haradan almasını soruşduqda öz istifadəsi üçün tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Mərahim adlı şəxsi Nzs qəsəbəsində saxlamışlar. Mərahimin barəsində narkotik vasitə daşıması barədə dəfələrlə məlumat daxil olmuşdur. Narkotik vasitə tərəziyə qoyularaq çəkisi müəyyən edilmişdir. Mərahimə qarşı hər hansı fiziki, psixi təzyiq göstərməmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 15 fevral 2023-cü il tarixli 6/914 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 153” möhür əksi olan “Vətəndaş Təqsirləndirilən şəxs...’’sözləri, soyad və imzalar olan 01 ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,085 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. (iş vərəqə 138- 141) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 06 aprel 2023-cü il tarixli 6/1999 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 153” möhür əksi “...Təqsirləndirilən şəxs...”və s.sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,045 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (iş vərəqə 45-48) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli, 2996 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 198-199) İş materiallarında olan 15 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, təhqiqatçının təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın qabaq sağ yan cibindən içərərisində ağ rəngli, kristal şəkilli maddə olan bir ədəd ağ şəffaf rəngli sellofan bükümü sol yan cibindən isə 01 ədəd “Samsung” markalı mobil telefonu masanın üzərinə qoyur. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirir sonuncunun üzərindən hər hansı əşya və ya predmet aşkar edilmir. Daha sonra təqdim olunan kütlələr elektron tərəzidə çəkildi, çəkilən zaman 01 ədəd büküm ağ rəngli kristal şəkilli maddəni ümumi çəkisi isə 1,17 qram çəkidə olması müəyyən edilir. Zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» möhürü ilə möhürlənir. Bundan sonra təhqiqatçı aşkar edilən maddəni haradan və hansı məqsədlə əldə etdiyini soruşur. Cavabında Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələri heç bir anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün aldığını bildirir. (iş vərəqə 130-131) İş materiallarında olan 05 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardaraq təqdim edir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin gün Abşeron rayonu Saray qəsəbəsində üzdən tanıdığı lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə olan maddə zərfə qoyularaq qablaşdırılır, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanır. (iş vərəqə 33-34) İş materiallarında olan 13 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi onun 234.1-1-ci maddə ilə təqsirləndirilməsinə dair cinayət işi ilə bir icraatda birləşdirilmişdir. (iş vərəqə 97) İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, telefonda olan məlumatlarda istintaq üçün əhəmiyyətli hal aşkar edilməmişdir. (iş vərəqə 169) İş materiallarında olan 29 iyun 2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni kimdən alması müəyyən edilməmiş, həmçinin, narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı məlumat əldə etmək mümkün olmamışdır. (iş vərəqə 200) Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən, yəni, ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ümumiyyətlə təqsirli bilməməsinə dair ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi məsuliyyətini yüngülləşdirmək məqsədi daşımaqla, həqiqəti əks etdirməyərək, iş üzrə şahidlərin, həmçinin, özünün ibtidai istintaq zamanı ifadəsi, məhkəmə-kimyəvi ekspertizasının 15 fevral 2023-cü il tarixli, 06 aprel 2023-cü il tarixli rəyləri, 15 fevral 2023-cü il tarixli, 05 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokollar və digər mötəbər sübutlarla tam təkzib edilir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Abşeron rayonu Saray qəsəbəsində tanımadığı şəxsdən 20 manat pul verməklə öz istifadəsi üçün 2 qram çəkidə narkotik vasitə heroin alaraq istifadə etmək üçün cibində saxlamışdır. xx.xx.2023-cü il tarixdə ünvan 6 ünvanında olduğu zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları onu Xətai RPİ-nin 37-ci PŞ-nə gətirmişlər. Polis şöbəsində hüquq və vəzifələri ona izah olunmuş, ona müdafiəçi seçmək üçün vəkillərin siyahısı təqdim edilmişdir. O, sərbəst olaraq hüquqlarının vəkil tərəfindən müdafiə olunmasını istəmişdir. Daha sonra üzərində müdafiəçinin və digər polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan əvvəl ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar olduğu halda onları təqdim etmək təklif olunmuşdur. O, əynindəki qara rəngli cins şalvarının qabaq sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroini təqdim etmişdir. Eyni zamanda ondan həmin narkotiki haradan və kimdən almağını soruşanda, o, həmin narkotiki özü qəbul etmək üçün Abşeron rayonu Saray qəsəbəsində tanımadığı şəxsdən 20 manat pul verməklə öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ondan başqa harada hər hansı qanunsuz əşya saxlayıb-saxlamamağım soruşanda, o, təqdim etdiyi narkotikdən başqa heç bir yerdə qanunsuz əşya və ya narkotik maddə saxlamadığını bildirmişdir. Sonra isə polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş narkotik vasitə heroin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Əlavə olaraq bildirmişdir ki, həmin narkotik maddə aldığı tanımadığı şəxsi yalnız üzdən gördüyü şəxsdən almış və istifadə etmək üçün üzərində saxlamışdır. Əldə etdiyi narkotik vasitəni kiməsə satmaq, bağışlamaq və ya kiməsə hədiyyə vermək fikri olmamış, o, həmin maddəni özü qəbul etmək üçün alaraq üstündə saxlamışdır. (iş vərəqə 64-66) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə qeyd edir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 2,045 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 185.2.1, 132-ci maddələri ilə təqsirli bilinib ona 03 il 01 ay 28 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və barəsində AR CM-in 70-ci maddəsi tətbiq olunmaqla azadlıqdan məhrum etmə cəzası sınaq müddəti təyin edilməklə şərti hesab olunmuşdur. (iş vərəqə 179-180) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2020-ci il təvəllüdlü X1, xx.xx.2023-cü il tarixli X3 olmaqla 4 azyaşlı uşağı vardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində 4 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi cinayətin təkrar törədilməsi kimi nəzərə alınmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna az ağır və ağır cinayətlər daxil olduğundan, məcmuya daxil olan cinayətlərə görə təyin olunan cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə uyğun olaraq qismən toplanılmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. İş materiallarında olan 15 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. (iş vərəqə 120) İş materiallarında olan 16 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, həbsdən azad edilmişdir. (iş vərəqə 167-168) İş materiallarında olan 05 aprel 2023-cü il tarixli “şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(011)-245/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 05 aprel 2023-cü il tarixdən hesablanmışdır. (iş vərəqə 21, 76-79) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 gün ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli, 2996 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 175 (yüz yetmiş beş) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə AR Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş 2,045 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroindən ekspertiza tədiqatından sonra qalıq qalmış 1,945 qram çəkidə narkotik vasitə heroin, 1,085 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindən ekspertiza tədiqatından sonra qalıq qalmış 1,035 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə şəxsi axtarış və götürmə protokollarının videoyazıları olan 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 gün ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Xətai rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş ekspertiza tədiqatından sonra qalıq çəkisi 1,945 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və qalıq çəkisi 1,035 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə şəxsi axtarış və götürmə protokollarının videoyazıları olan 02 ədəd DVD disk cinayət işinin materialarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 175 (yüz yetmiş beş) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-594/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-594/2024
14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver