Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-595/2021 03.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlunun sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1974-cü il tarixdə Xaçmaz rayonunun Rodnikovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Xaçmaz rayonu, Ağtala kəndində qeydiyyatda olmaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən ümumi təhlükəli üsulla adam öldürməyə, yəni digər şəxsi qəsdən ümumi təhlükəli üsulla həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 20 radələrində yaşadığı Xaçmaz rayonu, Ağtala kəndindəki fərdi yaşayış evində orta dərəcəli alkoqol sərxoşluğu halında ailə üzvləri ilə ailə-məişət zəminində mübahisə baş verdikdən sonra qonşuluqda yaşayan qaynı Zərərçəkmiş şəxs onun evinə gələrək ona irad bildirməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə nəticəsində sonuncuya “güllələyib sənin ocağını söndürərəm” deyərək evindən qovmuş, daha sonra Zərərçəkmiş şəxs qisas almaq üçün onu qəsdən öldürmək qərarına gələrək bu məqsədlə həmin gün saat 22:20 radələrində yaşadığı evin zirzəmisində saxladığı mərhum atası Şahid2 qalmış, müvafiq dövlət orqanında qeydiyyatda olmayan 1955-ci il tarixli SSRİ istehsalı olan 16 kalibrli, C17215 nömrəli təklüləli yivsiz ov tüfəngini götürüb yaşadığı evin darvazasının qarşısına çıxaraq Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 21011 markalı, **-BM- *** dövlət qeydiyyat nişanlı avtomobilinin sükanı arxasında görüb qəsdən öldürmək niyyəti ilə təxminən 40 metr məsafədən qaranlıq hava şəraitində orta dərəcəli alkoqol sərxoşluğu halında şüurlu surətdə nəinki zərərçəkmişin, həmçinin başqalarının da həyatı üçün təhlükəli olan vasitə ilə sonuncunun istiqamətində və ətrafa həmin tüfənglə dörd dəfə atəş açmış, nəticədə avtomobilin sağ ön qapısından salona daxil olmuş iki güllədən biri Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərərvurmaya aid sol baldırın yuxarı 1/3-də incik sümüyünün sınığı ilə dəlib keçən odlu silah yarası xəsarəti yetirdikdən sonra onun avtomobildən düşüb həyətə daxil olmaq istədiyini görərək yenidən onun istiqamətində daha 02 dəfə atəş açmış, lakin sonuncunun yanına gəlmiş bacısı Qanuni nümayəndə köməyi ilə öz evinə gətirilməsi, daha sonra evə çağırılmış təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılaraq həkimlərin göstərdiyi ixtisaslı tibbi yardım nəticəsində həyatının xilas olunması ilə əlaqədar olaraq öz iradəsindən asılı olmayan səbəblərdən Zərərçəkmiş şəxs qəsdən ümumi təhlükəli üsulla öldürə bilməmiş, yəni onu qəsdən ümumi təhlükəli üsulla həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə barədə deyə bilər ki, o, xx xxxxx 2020-ci il tarixdə Muradın onun evinə gəlib ailə probleminə görə ona ağıl öyrətməsinə görə çox əsəbiləşmişdir. Buna görə də axşam saat 22:15 radələrində darvazanın qarşısına siqaret çəkmək üçün çıxdıqda Muradın avtomobilinin öz darvazasının qarşısında olduğunu görüb onu cəzalandırmaq məqsədilə evin zirzəmisinə gedib orada saxladığı atamdan qalma ov tüfəngini götürüb küçəyə çıxaraq tut ağacının yanında dayanıb təxminən 35-40 metr məsafədən onun maşınına tərəf 02 dəfə atəş açmışdır. Murad həmin vaxt avtomobildə və onun ətrafında deyildi. Bundan sonra da həyətinə keçib orada olmuşdur. Polislər gələndə də tüfəngi və cibində olan patronları təqdim etmişdir. Muradı öldürmək niyyəti olmamışdır. Sadəcə Muradın gəlib ondan üzr istəməyini gözləmişdir. Murad da bunu etmədiyi üçün əsəbiləşib onun gözünü qorxutmaq, cəzalandırmaq üçün avtomobilinə 2 dəfə atəş açmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, hadisə baş verən gün içkili olmuş, təxminən 200-300 qram içki içmişdir. İstifadə etdiyi silahın sənədləri olmuşdur. O, Muradın özünə yox, maşınına atəş açmışdır. Həmin vaxt orada heç kim olmamışdır. O, 5 güllə yox, cəmi 2 güllə atmışdır. Qalan patronun hamısını polisə təqdim etmişdir. Maşında adam olmamış, o, maşına atəş açanda Muradı orada görməmişdir. Əməlindən peşmandır, qaynı ilə barışmışdır. Bununla belə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tədqiqi olunmuş ifadəsində göstərmişdir ki, ailə üzvləri 5 nəfərdən ibarətdir. Arvadı 1980-ci il təvəllüdlü Qanuni nümayəndə evdar qadındır. Böyük qızı 1999-cu il təvəllüdlü Ayşəm Quliyeva ailə həyatı qurduqdan sonra ailəsi ilə ayrıca yaşayır. X8 2001-ci il təvəllüdlüdür, heç bir yerdə işləmir, xəstədir, həqiqi hərbi xidmətdə olmamışdır. Kiçik qızı Şahid3 2012-ci il təvəllüdlüdür, orta məktəb şagirdidir. Özü rəsmi heç bir yerdə işləmir, yaşadığı kənddə fərdi təsərrüfatla məşğul olur. Atası vəfat etdikdən sonra onun bir ədəd 1955-ci il istehsalı olan təklüləli ov tüfəngi ona qalmışdır. Tüfəngin icazə sənədi atasının adınadır. Sonradan həmin tüfəngi saxlamaq üçün öz adına rəsmiləşdirməmişdir. Tüfəngi yaşadığı evin zirzəmisində saxlamışdır. 1997-ci ildə öz həmkəndlisi və qonşusu Qanuni nümayəndə ilə ailə həyatı qurmuşdur. Azadənin 1 qardaşı və 5 bacısı vardır. Onun qardaşı Zərərçəkmiş şəxs ilə yeznə-qayın olmaqla bərabər, həmkəndli və qohum olmuşlar. Belə ki, Muradın atası Rəsul Allahverdiyev onun bibisi oğlu, anası Tabarkə Allahverdiyeva isə doğma əmisi qızıdır. O, spirtli içki içməyə aludəçi, tez-tez içki içib sərxoş olmuşdur. Bunun üstündə dəfələrlə ailədaxili mübahisələri, münaqişləri baş vermişdir. İstər arvadı Qanuni nümayəndə, istərsə də qaynı Zərərçəkmiş şəxs bunu ona irad tutub içki içməkdən çəkindirməyə çalışmışlar. Lakin o yenə də içki içməyə davam etmişdir. Qaynı Muradla aralarında başqa nəyəsə görə ədavətləri, münaqişələri, düşmənçilikləri olmamışdır. Muradın onun həmişə ailədaxili işinə qarışmasını qəbul etməmiş, bu pisinə gəlmişdir. Ən azından ona görə ki, o, Muraddan 20 yaş böyükdür, Muradın ona irad tutmasını, üstündə ağsaqqallıq etməsini özünə qəbul etməmişdir. Bu bir tərəfə qalsın ailə işlərinə də qarışmışdır. xx.xx.2020-ci il tarixdə evdə olmuş, heç bir yerə getməmişdir. Oğlu Bəybala isə dayısı Muradla onun qayınatasının Xaçmaz rayonu, Nərəcan kəndində təzə tikilən evinin bünövrəsinin qazılması işinə köməklik etmək üçün getmişdir. Evdə arvadı və azyaşlı qızı olmuşdur. Arvadı da həmin vaxt ev işləri ilə məşğul olmuşdur. Günortaya yaxın yenidən kənd dükanına gedib 0,5 lirtlik 1 şüşə həmin araqdan alıb gətirib özü tək evdə zalom balığı yeməyi ilə içməyə başlamışdır. Arağın yarısını günorta içib yatmışdır. Axşam saat təxminən 19 radələrində yenə də özü tək yarımçıq qalmış həmin arağı içib qurtarmışdır. Evdə yenə də ona arvadı irad bildirib bütün günü araq içməyinə görə narazılıq etmişdir. Axşam arağı içərkən oğlu Bəybala artıq evdə olmuş, Bəybalaya buyurmuşdur ki, gedib yumurta soyutması gətirsin, araq içəndə qəlyanaltı etsin. O da artıq içkili olmuş, oğlunun onun buyruğuna baxmadığı üçün oğlunu vurub itələyib evdən qovmuş, arvadı ilə aralarında dava-dalaşları başlamışdır. Oğlunun onun sözünə baxmaması ona içkili olduğu üçün çox pis təsir etmişdir. Bir tərəfdən arvadı Azadənin içki içməsinə danışığı, bir tərəfdən oğlunun sözünə baxmaması onu təsirləndirmişdir. Oğlu Bəybalanı evdən qovandan bir müddət sonra o, dayısı Muradla bir yerdə evə gəlmişlər. Murad evə girərkən evin qapısının ağzında ayaq üstə durmuşdur. Murad içəri girər-girməz onunla mübahisə etməyə başlamış, “içirsən, içirsən, uşaqla nə işin var, evində bu nə sözsöhbətdir?”. O da Murada acıqlanmışdır ki, “sənin nə işinə qalıb, uşaq mənimdir, özüm bilərəm, az mənim ailə işlərimə qarış”. Bir tərəfdən də uşağınını onun üzünə qayıtması, qaynı Muradın onun üstünə gəlib böyük-böyük danışıb ona ağıl qoyması çox pisinə gəlmiş, acıqlanb, əsəbiləşmişdir. Murada demişdir ki, bir də ailə işinə qarışsa onu güllələyəcəyini, ocaqlarında bir adam qoymayacağını, hamını öldürəcəkdir. Onun bu hədə-qorxularından sonra Murad tez çıxıb getmişdir. Murada acıqlı olduğu üçün sonra çölə çıxmışdır. Bütün baş verənlər ona çox pis təsir etmişdir. Bir az keçəndən sonra Muradın özünə məxsus olan VAZ 21011 markalı avtomobili ilə öz evlərinin qarşında dayandığını görmüşdür. Hələ də əsəbi soyumadığından əvvəlcədən evin zirzəmisinə düşüb mərhum atasından qalma təklülə ov tüfəngini götürmüşdür. Bir xeyli patronlar da tüfəngin yanında olmuşlar. Lakin patronların sayını dəqiq xatırlamamışdır. Təxminən saat 23 radələrində hava qaranlıq olmuş, tüfəngi və patronları götürüb həyətdən çölə çıxmış, Muradın avtomobilini yanında olduğunu görüb onu qəsdən öldürmək məqsədi ilə tüfəngi ona tərəf tuşlayıb hazırda xatırlamadığı sayda, bir neçə dəfə ard-arda atəş açmışdır. Hər dəfə də boş gilizi çıxarıb yenidən patron qoyub atmışdır. Birinci atəş açanda Murad maşından düşmüşdür. Həmin vaxt açdığı atəşlərdən Muradın harasına dəyibdəymədiyini bilməmiş, Murad güllələrin ona dəyməməsi üçün qaçıb canını qurtarmış, o da Muradı vurmaq üçün hara gəldi atmışdır. Ancaq atdığı güllələrin Murada dəyməsini həmin an bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, tüfənglə atdığı güllələrdən Muradın ayağına, maşınına dəymişdir. Murad onu o qədər hirsləndirmişdir ki, bir anlığına evində bütün olan qanqaraçılığın, söz-söhbətin səbəbkarı kimi Muradı görmüşdür. Ona görə də Muradı öldürmək istəmişdir. Hər bir halda etdiyi hərəkətə görə peşman olmuş, səhvini başa düşmüşdür. Nə söz-söhbət olsa belə Muradın etdiyi bu hərəkət qohumluğa yaraşan hərəkət deyil. Səhəri gün Xaçmaz RPŞ-də olduğu vaxt eşitmişdir ki, Murad ayağından xəsarət almış, hazırda Xaçmaz xəstəxanasındadır. Ümumilikdə Murad istiqamətində 6 dəfə atəş açmışdır. Üstündə olan güllələrinin qurtardığını görüb daha atəş açmamış, həyətlərində qalmışdır. Baş vermiş hadisədən başqa həmin ov tüfəngindən atəş açmamış, heç bir vaxt istifadə etməmişdir (cild 1, iş vərəqi 47-55). Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə, saat 20 radələrində o, bacısı Azadənin və təqsirləndirilən şəxs Fazilin qızı Gülsümün onu çağırması səbəbindən onların evinə getmişdir. Evə çatdıqda Fazilin öz arvadını, yəni onun bacısını döydüyünü görmüş və ona sakitləşməsini, Azadəni döyməməsini bildirmişdir. X9 buraxıb onun üstünə gəlmiş, ona dəfələrlə “bu gün sənin axrıncı günündür, sənin ocağını söndürəcəm” deyib qışqırmışdır. O da Fazilin həmin vaxt özündə olmadığını, həddindən artıq əsəbi olduğunu görüb onunla daha da mübahisə etmədən çıxıb getmişdir. Axşam saat 22:20 radələrində arvadı və körpə övladı ilə qayınatasıgildən gəlib evinə çatmışdır. Həyat yoldaşı qucağında uşağı götürüb həyətə keçmiş, özü isə darvazanı açmışdır ki, maşını həyətə sürsün. Elə darvazanı açıb maşına əyləşmişdir ki, qəfildən atəş səsi gəlmiş, maşına güllə dəymişdir. Nə baş verdiyini anlamağa çalışdığı vaxt 2-ci atəş atılmış, bu vaxt sol ayağının baldır nahiyəsindən güllə dəymişdir. Birtəhər maşından düşüb axsaya-axsaya həyətə girməyə çalışmışdır. Görmüşdür ki, Fazil öz darvazasının yanında dayanıb ona atəş açır. O, qorxusundan və hadisənin şokundan nə edəcəyini bilməmişdir. Güc-bəla ilə həyətə daxil olmuşdur. Ancaq Fazil dayanmamış, tüfənglə atəş açmağa davam etmişdir. O, həyətə daxil olana qədər yadındadır ki, Fazil 4 dəfə atəş açmış, həyətə daxil olanda isə bacısı Azadənin ona tərəf gəldiyini görmüşdür. Azadə ondan nə olduğunu soruşduqda Azadəyə Fazilin onu tüfənglə yaraladığını demiş və Azadəni qucaqlamışdır. Bacısı onun qoluna girib evə gətirmişdir. Ancaq Fazil dayanmaq bilməmiş, yenə 2 dəfə də atəş açmışdır. Maşından başqa həyətinin darvazasında və küçədə olan su borusunda Fazilin atdığı güllə izləri vardır. Digər atdığı 1 güllə isə yəqin ki, heç bir yerə dəyməmişdir. Fazil ard-arda o qədər atəş açmışdır ki, özünü sanki müharibədə hiss etmişdir. Hələ xoşbəxlikdən Fazil güllələri atanda onun ailəsi, körpə övladı orada olmamışlar, yoxsa Fazilin onun evi tərəfə hara gəldi atdığı güllələr onlara da dəyə bilər, öz arvadı Azadəyə də dəyə bilərmiş. O, Fazillə yalnız bacısına görə barışmışdır. Ondan heç bir tələbi və şikayəti yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın tam olaraq ödənildiyini və Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Şahid5 məhkəmədə ifadəsində göstərdi ki, onlar ailədə 6 bacı, 1 qardaşdırlar, ailənin ən kiçik övladı olan qardaşı Murad onunla qonşuluqda öz ailəsi ilə birlikdə yaşayır, Muradın 1 övladı vardır. Muraddan başqa bacısı Qanuni nümayəndə da onlarla qonşuluqda öz ailəsi ilə birlikdə yaşayır. xx xxxxx 2020-ci il tarixdə, saat 23 radələrində yaşadığı evdə olarkən birdən bacısı Azadəgilin evi tərəfdən atəş səsləri gəldiyini eşitmişdir. Onların evi ilə bacısıgilin evinin arasında iki ev yerləşir. Atəş səsləri eşitdikdə düşünmüşdür ki, bacısının yoldaşı Təqsirləndirilən şəxs yenə spirtli içki içərək bacısı Azadəyə atəş açmışdır. Çünki Fazil mütəmadi olaraq sərxoş olub bacısını döyüb, gün verib, işıq verməmişdir. Həm də Fazilin atasından qalmış ov tüfənginin olduğunu bilmişdir. Buna görə də düşünmüşdür ki, yəqin Fazil bacısı Azadəyə atəş açmışdır. Yadında qaldığı qədər Fazil təxminən 4-5 dəfə atəş açmışdır. Atəş səslərini eşidib narahat olduğundan dərhal qardaşı Muradın mobil telefon nömrəsinə zəng etmiş, lakin telefonu məşğul olmuş, ard-arda 2-3 dəfə yığsa da Muradla əlaqə saxlaya bilməmişdir. Təxminən 5 dəqiqə sonra Murad özü onu yığıb Fazilin Muradı tüfənglə vurub yaraladığını, təcili onlara gəlməyini bildirmişdir. O da dərhal evdən çıxıb qaçaraq Muradgilə getmişdir. Həyətə daxil olub ev istiqamətində getdikdə pilləkənlərdə qan olduğunu görmüş, evə girdikdə isə Muradın ayaq nahiyəsindən dayanmadan qan axdığını görmüşdür. Murad özü təcili-tibbi yardıma zəng etdiyindən evə təcili tibbi yardım həkimi gəlmiş və TTY avtomobili ilə X7 Rayon Xəstəxanasına aparmışlar. Qardaşı cərrahiyyə şöbəsində əməliyyat olunmuşdur. Sonradan ona məlum olmuşdur ki, xx xxxxx 2020-ci il tarixdə Fazil yenə evdə spirtli içki içərək arvadı Azadəni döyməyə başlamış, buna görə də onun azyaşlı qızı Gülsüm qaçaraq dayısı Muradı çağırmış, Murad gələrək Fazili sakitləşdirməyə çalışsa da, Fazil daha da əsəbiləşərək Muradı çıxıb getməyəcəyi təqdirdə öldürəcəyini bildirdiyindən Murad da məcbur olub getmişdir. Axşam saatlarında Murad arvadı və körpə uşağı ilə özünə məxsus avtomobil ilə Nərəcan kəndindən evinə qayıdaraq, ailəsini evə yola salmış, özü isə həyətin darvazasını açıb maşını həyətə daxil etmək istəyərkən Fazil öz darvazalarının qarşısından, təxminən 30-35 metr məsafədən onun avtomobilinə doğru bir neçə dəfə tüfənglə atəş açmış, qırmalar avtomobilin sağ qapısından daxil olub Muradın ayaq nahiyəsindən dəymişdir. Xoşbəxtlikdən qırmalar qardaşının bədən nahiyəsinə dəyməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X2 Şahid5 ifadəsinə uyğun məzmunda ifadə verməklə onun ifadəsində göstərdiyi xüsusatları tam olaraq təsdiq etdi. Şahid Qanuni nümayəndə Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsi və CPM-in 20-ci maddəsinə əsasən məhkəmədə ərinə qarşı ifadə verməkdən imtina etmiş, bununla yanaşı o, ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tədqiq olunan ifadəsində göstərmişdir ki, o, oğlu Şahid2 və 8 yaşlı qızı Şahid3 ilə birlikdə yaşayır. 1997-ci ildə Xaçmaz rayonu, Ağtala kənd sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və bu evlilikdən 3 övladı vardır. Əri Fazil uzun illərdir ki, spirtli içki aludəçisidir, mütəmadi olaraq içki içir. Hər dəfə də içki içib sərxoş olarkən evdə onunla mübahisələr etmişdir. İçki içdikdə çox aqressivləşir, əsassız yerə dava-dalaş salır, qanqaraçılıq yaradır. Bir neçə dəfə ondan boşanmaq istəsə də, övladlarına görə dözüb fikrindən daşınmışdır. Son vaxtlar Fazil içki içdikdən sonra daha da aqressiv olmağa başlamışdır. Evdə mərhum qayınatasından qalma təklüləli ov tüfəngləri vardır. Fazil onu patronları ilə birlikdə evlərinin zirzəmisində saxlamışdır. xx xxxxx 2020-ci il tarixdə oğlu Beybala qonşulquda yaşayan qardaşı Muradla onun qayınatasının Nərəcan kəndində yeni tikiləcək olan evində köməklik etmək məqsədi ilə işləmək üçün oraya getmişdir. Özü, Fazil və qızı Gülsüm isə evdə olmuşlar. Günorta saatlarında Fazil evdə balıq kotleti ilə arağın yarısından çoxunu içmişdir. Bu vaxt Fazil ona soyutma yumurta verməsini istəmiş, o da yumurta qaynadıb Fazilə vermiş, ondan yumurtanı duzla yeyəcəyini soruşduqda razılıq əlaməti olaraq başını yelləmişdir. O da gedib çörək bişirməyə davam etmişdir. Birdən qəflətən Fazil arxadan onu tutub “sənə demədim yumurtanın yanında yağ da ver” deyib onu döyməyə başlamışdır. Bu vaxt oğlu Beybala evə gəlmiş, Fazilin onu döydüyünü görüb atasını sakitləşdirməyə çalışmış, Beybalanı görən kimi Fazil onu buraxıb oğlunun üstünə cummuş, Beybalanı döymək istəmişdir. Bütün bu olanlardan az yaşlı qızı Gülsüm qorxub ağlamağa başlamış və həyətdən çıxıb harasa getmişdir. Bir də görmüşdür ki, qonşuluqda yaşayan qardaşı Murad onlara gələrək Fazili sakitləşdirməyə çalışmışdır. Lakin Fazil o qədər əsəbi olmuşdur ki, Murada “sənin burada nə işin var, kimsən ki, mənim qolumu tutursan” deyib evdən çıxıb getməsini tələb etmiş, Murada “sənin ocağını söndürərəm” deyib Muradı evdən qovmuşdur. Murad da Fazilin əsəbi, aqressiv olduğunu görüb mübahisənin qızışmaması üçün çıxıb getmişdir. Fazilə Muradla işinin olmamasını, nə problemi varsa onunla həll etməsini demişdir. Fazil də acıqlı şəkildə “gözümə görsənmə” dediyi üçün o da Gülsümü götürüb evin həyətində olan bağa çıxmışdır. Bir neçə saat Gülsümlə bağda qalmışdır ki, Fazil nə vaxt sakitləşsə qayıdıb evə girər. Beybala isə evdə qalmışdır. Artıq hava qaralmış, saat 22 radələrində o, hələ də qızı ilə birlikdə bağda olmuşdur. Birdən qardaşı Muradın evi tərəfdən atəş səsləri eşidib qorxaraq dərhal qaçaraq bağdan onların həyətinə keçmişdir. Görmüşdür ki, Murad həyətin darvazasını açıb öz avtomobilini həyətə salmağa çalışır. Muradın maşından düşərkən ağsadığını görmüş, ondan nə olduğunu soruşduqda Murad “Azadə yaralanmışam, deyəsən Fazil mənə güllə atdı” dedikdə onun yanına gedib qoluna girərək birtəhər onu evinə gətirmişdir. Həmin vaxt Fazil daha 2 dəfə atəş açmışdır. 6 dəfə atəş açıldıqdan sonra səs kəsilmişdir. O da Muradın evinə girmiş, Muradın arvadı və körpə uşağı da evdə olmuş, təzəcə evə gəlmişlər. Dərhal təcili tibbi yardıma zəng edib xəbər vermişlər. Az sonra həkim evə gəlmiş və Muradı TTY avtomobili ilə Xaçmaz rayon xəstəxanasına aparmışlar. Bir az sonra isə evlərinə polis və prokurorluq əməkdaşları gəlmişlər, baxış keçirildikdən sonra Fazili tutub aparmışlar. Bir neçə saat sonra məlum olmuşdur ki, Fazil qardaşı Muradı qəsdən öldürməyə cəhd etdiyinə görə barəsində Xaçmaz rayon prokurorluğunda cinayət işi açılmışdır (cild 1, iş vərəqi 112-116). Şahid3 Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsi və CPM-in 20ci maddəsinə əsasən məhkəmədə atasına qarşı ifadə verməkdən imtina etmiş, bununla yanaşı o, ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tədqiq olunan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır, onlar hazırda Xaçmaz rayonu, Ağtala kəndində anası Azadə və qardaşı Beybala ilə birlikdə yaşayırlar, o, Xaçmaz rayonu, Ağtala kənd orta məktəbinin 3-cü sinif şagirdidir. Onlarla qonşuluqda dayısı Zərərçəkmiş şəxs yaşayır, hasar qonşusudurlar. Dayısı Murad evlidir və 1 oğlu vardır. Atası Fazil tez-tez evdə spirtli içki olan araq içir. Atasının öz atasından qalan ov tüfəngi də vardır. Hərdən atası tüfənglə ova getmişdir. xx xxxxx 2020-ci il tarixdə, axşamtərəfi evlərinin həyətində topla oynayarkən evdən anasının qışqırıq səslərinin gəldiyini eşitmiş, evə gedib baxdıqda atasının yenə də anasını döydüyünü görmüşdür. Dərhal qaçaraq qonşuluqda yaşayan əmisi Ramazangilə getmiş, lakin əmisi evdə olmamış, həmin vaxt onun talada olduğunu demişlər. O da oradan çıxıb dayısı Muradgilə getmişdir ki, atasının anasını döydüyünü desin, dayısı gəlib kömək etsin. Dayısı həmin vaxt hamamda olmuş, ona tez gəlməsini demişdir. Dayısı da tez əynini geyinib evlərinə gəlmiş, atasına anasını vurmamasını, sakitləşməsini dedikdə atası ona qışqırmış, “səni bura kim çağırıb, çıx get evimdən” deyib dayısını qovmuşdur. Özü həmin vaxt həyətdə olmuş, çox qorxmuşdur, qorxusundan kənara çəkilmişdir. Dayısı da atasının əsəbi olduğunu görüb daha mübahisə etmədən çıxıb getmişdir. Anası ilə evin arxa tərəfindən dayısı Muradın bağ sahəsinə getmişlər. Orada gözləmişlər ki, atası sakitləşsin, sonra evə gəlsinlər. Təxminən 2 saat bağda dayanmışlar. Bağda olduqları vaxt birdən tüfəngdən atəş səsləri gəlmişdir. Atəş açanın atası olduğunu başa düşmüşdür. Anası ilə birlikdə dayısının həyətinə gəlmişlər. O, evin yanında dayanmış, anası isə həyətin darvazasına tərəf getmişdir. Bir də görmüşdür ki, anası dayısı Muradı qucaqlayıb ev tərəfə gətirir, dayısı həmin vaxt axsamışdır. Birtəhər gəlib evə çatmışlar. Bu vaxt dayısı Muradın sol ayağından qan axdığını görmüş, başa düşmüşdür ki, atasının atdığı güllələrdən biri dayısının ayağına dəymişdir. Atəş səslərinə qonşuluqda yaşayan xalası Aytən də dayısının evinə gəlmişdir. Muradın ayağını sarımışlar ki, qan axmasın. Bir az sonra evə təcili tibbi yardım həkimi gəlmiş və dayısını xəstəxanaya aparmışlar. Onlar isə qorxularından dayısının evində qalmışlar. Həmin vaxt qardaşı Beybala öz evlərində olmuşdur. Bir qədər sonra polislər gəlmiş, sonradan bilmişdir ki, atasını polislər aparmışlar. Atası Fazil sərxoş vəziyyətdə olduğu üçün həmişə evdə dava-dalaş salmaq üçün bəhanə axtarmış, həmişə anasını səbəbsiz yerə döymüşdür, həmin günü atasının hansı səbəbdən dayısına atəş açmasını bilmir. Həmin vaxt qorxduğu üçün atasının neçə dəfə atəş açdığını xatırlamır. Amma o yadındadır ki, bir neçə dəfə atəş açmışdır. Həmin vaxt dayısından başqa xəsarət alan olmamışdır. Sonradan bilmişdir ki, həmin vaxt dayısı öz maşınını darvazanın qarşısında saxlamış, arvadı Rəqsanə oğlu Rəsulu qucağında götürüb evə getmiş, dayısı isə darvazanı açıb maşını həyətə sürmək istəyərkən atası atası öz evlərinin darvazasının qarşısından durub dayısının maşını tərəfə atəşlər açmış, hətta güllələrdən bəzisi hasarın yanında olan dəmir boruya, dayısının həyətinin darvazasına dəymişdir (cild 1, iş vərəqi 238-241). Şahid2 Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsi və CPM-in 20ci maddəsinə əsasən məhkəmədə atasına qarşı ifadə verməkdən imtina etmiş, bununla yanaşı o, ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tədqiq olunan ifadəsində göstərmişdir ki, atası Təqsirləndirilən şəxs, anası Qanuni nümayəndə və kiçik bacısı Gülsüm ilə birlikdə yaşayır. Ailədə 5 nəfərdirlər. Atası Fazil uzun illərdir ki, spirtli içki aludəçisidir, mütəmadi olaraq içki içir. Hər dəfə də içki içib sərxoş olarkən evdə anası ilə mübahisələr etmişdir. Atası içki içdikdə çox aqressivləşir, əsassız yerə dava-dalaş salır, qanqaraçılıq yaradır. Onların evində mərhum babasından qalma təklüləli ov tüfəngləri vardır. Atası onu patronları ilə birlikdə evlərinin zirzəmisində saxlamışdır. Son vaxtlar atası içki içdikdən sonra daha da aqressiv olmağa başlamışdır. Hasar qonşuluqlarında dayısı Zərərçəkmiş şəxs öz ailəsi ilə birlikdə yaşayır. Evlərində nə sözsöhbət, atası qanqaraçılıq salanda məcburən dayısına demişlər. xx xxxxx 2020-ci il tarixdə səhər saatlarında dayısı Muradla onun qayınatasının Nərəcan kəndində tikilməli olan evinin bünövrəsini qazmaqda kömək etmək üçün getmişdir. Axşam saat 20 radələrində kəndə qayıtmışlar, o, öz evlərinə, dayısı isə öz evinə getmişdir. Evə daxil olduqda atasıın hər zamankı kimi yenə də sərxoş olduğunu görmüşdür. Öz hamamları hazır olmadığı üçün yuyunmaq məqsədilə dayısıgilin hamamında çimmişdir. Hamamdan çıxıb evlərinə qayıtdıqda sərxoş halda olan atası Fazil nalayiq ifadələrlə onunla danışmağa başlamış, o da atasının bu hərəkətlərindən əsəbiləşib evdən çıxıb küçəyə getmişdir. Atasının xasiyyətini bildiyi üçün daha onunla sözü uzatmayıb, mübahisə etmədən çölə çıxmışdır. Dayısı Murada məxsus VAZ 21011 markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobildə oturub dayısının hamamdan çıxmasını gözləmişdir. Çünki dayısı ilə birgə yenidən Nərəcan kəndinə qayınatasıgilə getməli imişlər. Elə bu vaxt bacısı Gülsümün qaçaraq yanına gəlib atasının anasını döydüyünü bildirmiş, onun gəlməsini istəmişdir. O da dərhal qaçıb evə getmiş, anasının həyətdə oturub ağladığını, evə daxil olduqda isə əşyaların dağıdıldığını, evin pis gündə olduğunu görmüşdür. Atasına spirtli içki içməməsini, belə yaşayışın düzgün olmadığını bildirdikdə, atası acıqlı şəkildə üstünə gələrək onu vurmağa çalışdıqda onu güc-bəla ilə tutub saxlamışdır. Bacısı Gülsüm də qorxduğundan qaçıb bu barədə dayısı Murada xəbər verdiyi üçün Murad onlara gəlmişdir. Atasını sakitləşdirməyə çalışdıqda atası onu sillə ilə vurub kənara itələmişdir. O da böyüyü kimi atasının üzünə qayıtmamışdır. Dayısı nə qədər cəhd göstərsə də, atasını sakitləşdirə bilməmiş, əksinə atası ondan evdən çıxıb getməsini tələb etmiş, əks halda onu, ailəsini tüfənglə vurub öldürəcəyini bildirib hədə-qorxu gəlmişdir. Dayısı da atasının bu sözlərindən sonra heç nə demədən çıxıb evinə, sonradan isə Nərəcan kəndinə qayınatasıgilə getmişdir. Bundan sonra atası yenə də aqressiv olmuş, həyətdə, evin içərisində özünə yer tapa bilməmişdir. Həyətlərində tikilmiş yeni evin zirzəmisinə gedib tüfəngini götürmüş və gəlib yemək yediyi otaqda araq içməyə davam etmişdir. Atasının yanına gedib ona səbirli olmasını, bu qədər hirslənməməsini dedikdə “get burdan, gözüm səni görməsin” demiş, o da əlində tüfəng olduğu üçün hər an hər şey edə biləcəyindən qorxub atasının olduğu otaqdan çıxıb yeni evə getmişdir. Həmin vaxt anası və balaca bacısı isə dayısı Muradın bağında olmuşlar. Bir müddətdən sonra atası əlində tüfəng evdən çölə çıxmış və həyətdə tövlənin qarşısında dəmirin üstündə oturmuşdur. İstəmişdir ki, getsin onun yanında dayansın, atası onu yanından qovmuşdur. O da gedib evdə oturmuşdur. Təxminən saat yarım sonra evdə olduğu vaxt ard-arda iki dəfə atəş səsi eşitmiş, dərhal çölə çıxdıqda atasının həyətlərinin darvazasından təxminən 5 metr məsafədə yerləşən küçədəki tut ağacının yanında ayaq üstə dayanıb dayısı Muradın maşınına tərəf tüfənglə atəşlər açdığını görmüşdür. Evdən küçəyə çıxdıqda görmüşdür ki, atası Fazil öz təklülə tüfəngi ilə dayısıgil tərəfə, yəni onların darvazasına, evlərinə tərəf dalbadal atəşlər açır. Həmin vaxt dayısı Muradı görməmişdir. Onun yanında atası Muradgil tərəfə, daha dəqiq desə Muradgilin darvazasının qarşısında dayanan maşını istiqamətində bir dəfə atəş açmışdır. Həmin vaxt çox qorxmuş, bir tərəfdən atasını sakitləşdirmək istəmiş, digər tərəfdən isə onu da tüfənglə vuracağından ehtiyat etmişdir. Əvvəlcə dayısı Muradın xəsarət aldığını bilməmiş, ancaq başa düşmüşdür ki, atası Fazil dayısı Muradı öldürmək üçün güllələri atmışdır. Atası həmin vaxt 6 güllə atmış, axşam hadisə yerində də 6 ədəd boş giliz olduğunu görmüşdür. Sonra yenə də boş giliz tapılıb-tapılmadığını dəqiq bilməmişdir. Qorxusundan şoka düşmüş, həyəcanlı olmuşdur. Atası oradan onunla birlikdə birbaşa evə gəlmişdir. Ona çay veməsini istədikdə o da atasına çay vermiş, 1-2 qurtum içib yenidən çölə çıxaraq tövlənin qarşısında oturmuş, tüfəng də həmin vaxt əlində olmuşdur. İstəmişdir ki, xoşluqla, yalvara-yalvara tüfəngi onun əlindən alsın, lakin atası tüfəngi ona verməyib çıxıb getməsini tələb etmişdir. O da qorxusundan evə getmişdir. Yalnız hüquqmühafizə orqanlarının əməkdaşları hadisədən təxminən yarım saat sonra ora gələrkən ona məlum olmuşdur ki, atası həmin vaxt dayısı Muradı tüfənglə ayağından vurub yaralamış və dayısını Xaçmaz Mərkəzi rayon xəstəxanasına aparmışlar. Atası ilə dayısı arasında başqa heç bir ədavət, düşmənçilik olmamışdır. Bu hadisənin yeganə səbəbi atası Fazilin mütəmadi spirtli içki içib anasını, onları incitməsi, evdə daima münaqişə yaratması və qonşu, dayı kimi Muradın gəlib ona bunu irad bildirib özünü yığışdırmasına hirslənməsi, dayısı Muradın bu hərəkətini qəbul etməməsi səbəbindən baş vermişdir. Doğrusu həmin gün atası sərxoş halda dayısı Muradı öz tüfəngi ilə öldürəcəyini deyib hədələyəndə onun bu işi törədəcəyini ciddiyə almamışlar. Lakin sonda atası dediyini etmiş, dayısını güllələmişdir. Xoşbəxtlikdən dayısı onun əlindən qaçıb güc-bəla ilə canını qurtardığı üçün sağ qalmışdır. Həmin gün xoşbəxtlikdən dayısından başqa xəsarət alan olmamışdır. Dayısı öz avtomobilini darvazasının qarşısında saxlamış, arvadı və körpə övladı həyətə daxil olub evlərinə getmiş, sonra dayısı darvazanı açıb maşını həyətə sürmək istəyərkən atası ona tərəf 6 dəfə atış açmışdır (cild 1, iş vərəqi 102-106). Şahid7 ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tədqiq olunan ifadəsində göstərmişdir ki, arvadı Şafiyət Quliyeva, oğlu Asif Quliyev və onun ailəsi ilə birlikdə yaşayır. Orta təhsillidir, rəsmi olaraq heç bir yerdə işləmir, pensiyaçıdır, özünə məxsus fərdi təsərrüfatla məşğul olur. Təqsirləndirilən şəxs onun ata bir, ana ayrı olan ögey qardaşıdır. Fazil də, öz ailəsi ilə birlikdə Xaçmaz rayonu, Ağtala kəndində onunla qonşuluqda yaşayır. Fazil ailələrində ən kiçik övladdır. O, İ Qarabağ müharibəsindən qayıdandan sonra cavan yaşlarından spirtli içki içməyə başlamış, düzdür onu böyük kimi qəbul edib yanında siqaret belə çəkməmiş, həmişə də sözünə qulaq asmışdır. Lakin son illər Fazil mütəmadi olaraq spirtli içki içmiş, get-gedə artıq sərxoş olanda özünü idarə edə bilməmişdir. Tez-tez də içib evində dava-dalaş salmışdır. Fazilin qaynı Zərərçəkmiş şəxs evi onun evi ilə Fazilin evi arasında yerləşir. Murad özü cavan oğlandır, ailəlidir, 1 körpə övladı vardır. Murad çox tərbiyəli, sakit, böyük-kiçik yeri bilən insandır. Muradın anası onun əmisi qızı, atası isə bibisi oğludur. Hərtərəfli qohumdurlar. Muradın valideynlərinin hər ikisi vəfat etmişlər. Öz zəhməti ilə ailəsini dolandıran bir oğlandır. Bundan başqa Fazilin yaşadığı ev ata evləridir, evin ən kiçik övladı olduğu üçün Fazil orada yaşamışdır. Sonradan həyətdə təzə ev də tikmişdir. Onun evində mərhum atalarında qalan ov tüfəngi vardır. Lakin Fazilin həmin tüfəngə dair sənədləri yoxdur. xx xxxxx 2020-ci il tarixdə günorta saatlarında kənd ərazisində çayxanada olduğu vaxt eşitmişdir ki, xx xxxxx 2020-ci il tarixdə Fazil yenə sərxoş halda arvadı Azadəni döymüş, buna görə onun evinə gəlmiş Murad Fazili sakitləşdirməyə çalışan vaxt Fazil daha da aqressivləşmiş, Muradın üstünə qışqıraraq onu evindən qovmuş, axşam saat 22:30 radələrində Murad evinə gələrkən avtomobilini həyətin darvazasının qarşısında saxlayıb həyətə sürmək istəyərkən Fazil öz evinin qarşısından, təxminən 35-40 metr məsafədən tüfənglə Muradın maşınına və ətrafa bir neçə dəfə atəş açmış, nəticədə güllələrdən biri avtomobilin sağ ön qapısından salona daxil olaraq Muradın sol ayağının baldır nahiyəsinə dəymiş, Murad birtəhər, gizlənə-gizlənə çətinlikdə gedib evinə daxil olmuşdur (cild 1, iş vərəqi 242-245) Şahid4 ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tədqiq olunan ifadəsində göstərmişdir ki, əri Zərərçəkmiş şəxs və 2 yaşlı oğlu Rəsul ilə birlikdə yaşayır. Natamam orta təhsillidir, heç bir yerdə işləmir, evdar qadındır. 2017-ci ilin dekabr ayında Xaçmaz rayonu, Ağtala kənd sakini Zərərçəkmiş şəxs ilə ailə həyatı quraraq həmin kəndə gəlin köçmüşdür. Bu evlilikdən 1 oğlan övladı vardır. Əri Murad rəsmi olaraq heç bir yerdə işləmir, yaşadıqları kənddə fərdi olaraq təsərrüfatla məşğul olur. Murad ailəsinin kiçik övladıdır, onun özündən böyük 6 bacısı vardır. Muradın bacısı Qanuni nümayəndə onlarla qonşuluqda öz ailəsi ilə birlikdə yaşayır. Evləndikdən sonra Azadənin əri Fazili spirtli içki aludəçisi kimi tanımışdır. xx xxxxx 2020-ci il tarixdə, saat 22 radələrində əri Muradın “VAZ 21011” markalı avtomobili ilə Nərəcan kəndində ata evindən çıxıb öz evlərinə gəlmişlər. Yolda olarkən Murad axşamtərəfi Fazilin yenə də spirtli içki içib arvadı Azadəni, oğlu Beybalanı döydüyünü, bacısının kiçik qızı Gülsümün gəlib onu evdən çağırması səbəbi ilə onlara gedərkən Fazilin onun da üstünə acıqlandığını, onun bu gün axrıncı günü olduğunu, onu güllələyib öldürəcəyini dediyini bildirmişdir. Bunları eşitdikdə çox qorxmuş, Murada ehtiyatlı olmasını bildirmişdir. Təxminən 10 dəqiqə sonra evlərinin darvazasının qarşısına gəlib çatdıqda Murada qorxduğunu, onu evə aparmasını bildirmiş, qucağındakı oğlu ilə həyətə daxil olub evə qalxmışdır. Evə girər-girməz birdən atəş səsləri gəldiyini eşitmiş, qorxusundan dəhşətə gəlmiş, atəş səslərinə uşağı da ağlamağa başlamışdır. Evin qapısından həyətə baxıb Muradı səsləmiş, lakin cavab verən olmamış, daha da qorxmuş, həyətə düşə bilməmişdir. Kimsə dayanmadan silahla atəş açmışdır. Bir də görmüşdür ki, Azadə Muradın qoluna girib onu evə tərəf gətirir. Murad birtəhər axsaya-axsaya evə gəlib çatmış, sol ayağından dayanmadan qan axmışdır. Murad ona pəncərədən kənara durmasını bildirmişdir ki, birdən atılan atəş pəncərəyə tuş gələr. Murad özü dərhal təcili tibbi yardıma zəng edib məlumat vermiş, az sonra evlərinə həkim gəlmiş və Muradı TTY avtomobili ilə xəstəxanaya aparmışlar. O isə Azadə, onun az yaşlı qızı Gülsümlə birlikdə evdə qalmışdır. Həmin vaxt evlərinə qonşuluqda yaşayan Muradın digər bacısı Aynurə də gəlmişdir. Mənə məlum olmuşdur ki, Fazil onların evə gəldiklərinii görüb özünə məxsus olan ov tüfəngi ilə Muradın avtomobilinə bir neçə dəfə atəş açmış, güllə avtomobilin sağ ön qapısından maşının salonuna daxil olaraq Muradın sol ayağına dəymişdir. Bir qədər sonra Fazilin evinə və onların evinə polis əməkdaşları gəlmişlər. Daha sonra Fazili də götürüb aparmışlar. Xəsarət alması səbəbindən əri Murad əməliyyat olunmuşdur (cild 1, iş vərəqi 157-160) Şahid8 ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tədqiq olunan ifadəsində göstərmişdir ki, öz ailə üzvləri ilə birlikdə yaşayır. Orta-ixtisas təhsillidir, 2018-2019-cu illərdə Xaçmaz rayon, Nərəcan peşə məktəbində avtoelektrik ixtisası üzrə təhsil almış, bundan başqa dəmirçi kimi də işləyir. Avtomobil ustasıdır. 2020-ci ilin iyul ayının ortalarında Xaçmaz rayonu, Ağtala kəndində yaşayan Zərərçəkmiş şəxs özünə məxsus olan “VAZ 21011” markalı, **-BM-*** nömrə nişanlı avtomobili işlədiyi sexə gətirərək maşını təmir etməsini bildirmişdir. Avtomobilə baxdıqda sağ ön qapısında 02 ədəd deşik və çoxlu sayda xırda ölçülü deşiklər olmuşdur. Muraddan nə baş verdiyini soruşduqda o, xx xxxxx 2020-ci il tarixdə yeznəsi Təqsirləndirilən şəxs onu öldürmək məqsədilə tüfənglə atəşlər açması nəticəsində güllələrin avtomobilinə dəyib qapıdan keçərək bir güllənin onun sol ayağına dəyib keçdiyini bildirmişdir. Avtomobilin sol ön qapısına baxdıqda da 02 ədəd deşik olduğunu görmüşdür. Avtomobilin hər iki qapısını çöl tərəfdən təmir etsə də, lakin içəri hissəsini təmir etməmişdir. Bir usta olaraq deyə bilər ki, ümumilikdə avtomobilə dəymiş zərər 150-200 manat təşkil etmişdir. Muraddan da həmin vaxt təmir haqqı olaraq 170 manat pul almışdır (cild 1, iş vərəqi 246-248). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. İşdə olan və məhkəmədə tədqiq edilmiş kompleks məhkəmə-ballistik, trasoloji, daktiloskopik ekspertizasının xx.xx.2020-ci il tarixli, 3/325, 326,327, 509 №-li rəyindən görünür ki, təqdim edilmiş 16 kalibrli, İjK modelli, C 17215 №-li ov tüfənginin tətiyinin səthindəki papilyar naxış izlərinin ayrı-ayrı fraqmetləri tam və aydın əks olunmadığına görə habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından eyniləşdirmə tədqiqatı üçün yararsızdır. Tədqiqata təqdim edilmiş bir ədəd silah -1955-ci ildə keçmiş SSRİ-də İjevsk mexaniki zavodunda hazırlanmış patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, “İJK” modelli, C 17215 №-li, xarici çaxmaqlı, təklükəli tüfəngdir, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir-yivsiz odlu ov silahı hesab edilir, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 5 (beş) ədəd patron - zavod üsulu ilə hazırlanmış, 16 kalibrli olmaqla, həmin kalibrə malik, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardılar və təyinatları üzrə istifadəyə –atəşə yararlıdırlar. Tədqiqata təqdim edilmiş 6 (altı) ədəd giliz – zavod üsulu ilə hazırlanmış, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 16 kalibrli patronların atəşlə ayrılmış hissələridirlər– gilizləridirlər. Həmin gilizlər, tədqiqata təqdim edilmiş 16 kalibrli, “İJK” modelli, C17215 №li təhlükəli ov tüfəngindən atılmışlar. Tədqiqata təqdim edilmiş bir ədəd tüfəngin lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, ondan sonuncu təmizləmədən sonra atəş (atəşlər) açılmışdır. Lakin müvafiq elmi metodika olmadığından atəşin açılmış vaxtını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd belində qara kəməri, olan qara rəngli cins şalvar, bir ədəd boz rəngli alt şalvarının üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin və qurguşun metal izinin aşkar edilməsinə baxmayaraq, onların formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən, bir ədəd belində qara kəməri olan, qara rəngli cins şalvarın üzərində olan «b» zədəsi, bir ədəd boz rəngli alt şalvarının üzərində olan, üst-üstə düşən «ç» və «d» zədələri giriş, cins şalvarın üzərind olan «a» zədəsi və alt şalvarının üzərində olan «c» zədəsi ilə çıxış zədələri olmaqla odlu-silahdan açılan bir atəş nəticəsində, 2 metrdən yuxarı məsafədən, nisbətən arxadan önə sağdan sola doğru istiqamətdə yetirilməyə xarakterikdir. Tədqiqata təqdim edilmiş Murad Allahveridyevə məxsus bir cüt corab və bir ədəd yaylığın üzərində odlu silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən yaranmağa xarakterikdir zədə(lər) və atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının üzərində odlu silahdan açılan atəş nəticəsində mərmillərin-qırmaların təsirindən yaranmağa xarakterik zədə(lər) aşkar edilmədi. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthində atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edildi. Lakin bu hissəciklərin hansı növ və markalı odlu silaha məxsus patronların hissəcikləri olmasını və onların predmetlərin üzərinə nə vaxt düşməsini təyin etmək mümkün deyil. Həmin hissəciklər predmetlərin üzərinə təqdim edilmiş silahdan açılan atəş nəticəsində də düşə bilər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus geyim əşyalarına baxış keçirildi və onların üzərində fiziki qüvvənin təsirindən yaranmağa xarakterik zədə(lər) aşkar edilmədi. Aparılmış tətqiqatın dəyəri 459 manat təşkil edir (cild 1, iş vərəqi 164-168). İşdə olan və məhkəmədə tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2020-ci il tarixli, 6/694 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxsa və Təqsirləndirilən şəxsa məxsus olması qeyd edilən paltarlar üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və növü rəyin 1 №-li cədvəlində göstərildi. Zərərçəkmiş şəxs məxsus olması qeyd edilən paltarlar üzərində Təqsirləndirilən şəxs məxsus olması qeyd edilən paltarların tərkib liflərindən yoxdur. Təqsirləndirilən şəxs məxsus olması qeyd edilən paltarlar üzərində Zərərçəkmiş şəxsa məxsus olması qeyd edilen paltarların tarkib liflərinden yoxdur. Aparılmış tətqiqatın dəyəri 108,46 manat təşkil edir (cild 1, iş vərəqi 172-175). İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020ci il tarixli, 263 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir (cild 1, iş vərəqi 193). İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020ci il tarixli, 264 saylı rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol baldırın yuxarı üçdə birində incik sümüyünün sınığı ilə dəlib keçən odlu silah yarası ov tüfəgindən açılmış atəşin təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2020ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir. Qeyd olunan xəsarət ov tüfəngindən açılmış bir atəşin təsirindən törənmiş və atəş açılan zaman zərərçəkmişin sol baldırının yuxarı üçdə birinin içəri səthi atəş istiqamətində olmuşdur (cild 1, iş vərəqi 196-197) İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 460/2020-MTBŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edildmiş hadisə yerindən pambıq tamponla götürülmüş ləkədə Zərərçəkmiş şəxs məxsus alt şalvarı, cins şalvar, 01 cüt corab və qadın baş yaylığı üzərində kişi genetik cinsli, periferik mənşəli insan qanı ləkələri aşkar olundu. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda “H” antigeni, bəzi ləkələrdə həmçinin alfa və beta aqqlyutininləri alındı. Bu qan ləkələri alfabeta/İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus köynək, gödəkçə, papaq və 01 cüt ayaqqabı üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Dəqiq elmi əsaslandırılmış müayinə metodları olmadığından maddi sübutlar üzərindəki qana əsasən onun məxsus olduğu şəxsin yaşını təyin etmək mümkün deyil (cild 1, iş vərəqi 180-185) İşdə olan və məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 1670 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən onda hər hansı bir psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. O, öz hərəkətlərini idarə edib onları qiymətləndirmək qabiliyyətinə malikdir, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Həmin halın yaranma səbəbi situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında və ya güclü ruhi həyəcan vəziyyətində olmamışdır (cild 2, iş vərəqi 13-15). İşdə olan və məhkəmədə tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Bəybala oğluna məxsus ev mişar daşından tikilmiş birmərtəbəli, kürsülü ev olmaqla Xaçmaz rayonu, Ağtala kəndində yerləşir. Evin giriş qapısı qara rəngli dəmir darvazadan ibarətdir. Evin həyətinə daxil olduqda darvaza ilə üzbəüz evin altında zirzəmi yerləşir. Baxış zamanı Təqsirləndirilən şəxs cinayət aləti olaraq istifadə etdiyi 01 ədəd təklüləi ov tüfənginin və tüfəngin patronlarının qeyd olunan zirzəmidə saxladığı müəyyən edildi. Evin həyətində 04 ədəd boz giliz aşkar edilərək qablaşdırılıb götürüldü. Bundan sonra xəsarət almış şəxs Zərərçəkmiş şəxs evinə gedildi. Həmin ev Təqsirləndirilən şəxs yaşadığı evdən təxminən 30 metr qərb istiqamətindədir. Evin giriş qapısı dəmir darvazadandır. Darvazada güllə izləri vardır, bundan başqa mişar daşından olan hasarının yaxınlığından keçən qaz borusunda da güllə olduğu müəyyən edildi. Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında ön tərəfi darvazaya tərəf vəziyyətdə dayanmış qırmızı rəngli “Vaz 21011” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Avtomobilin sağ ön qapısında və sol ön qapısında güllə izlərinin olduğu müəyyən edildi. Müəyyən edildi ki, kartej qırmaları avtomobilin sağ ön qapısından daxil olmuş, sol ön qapısından çıxmışdır. Zərərçəkmiş şəxs yaşadığı evin giriş qapısına yaxınlışdaqda açıq vəziyyətdə olan qapısının qarşısında və evin dəhlizində qanabənzər qan gölməçəsinin olduğu aşkar edildi. Həmin qan gölməçəsindən 02 ədəd pambıq tamponla nümünələr hopdurularaq götürüldü. Baxış zamanı öz evinin həyətində olan Təqsirləndirilən şəxs əlindəki tüfəngi və gödəkçəsinin cibindən çıxardığı 02 ədəd giliz könüllü olaraq təqdim edərək Murad Allahveridyevə açdığı atəşlərin həmin tüfənglə atdığını bildirdi. Bundan başqa evin darvazasından həyətə daxil olduqda sol tərəfdə yerdə 05 ədəd patoron aşkar edilib qablaşdırılaraq götürülmüşdür (cild 1, iş vərəqi 6-11). İşdə olan və məhkəmədə tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yerinə əlavə baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Xaçmaz rayonu, Agtala kəndi ərazisində cinayət işi üzrə Zərərçəkmiş şəxs yaşadığı evin qarşısıdır. Əlavə baxış zamanı Zərərçəkmiş şəxs özünə məxsus "VAZ 21011" markalı, **-BM-*** nömrə nişanlı avtomoblini hadisə baş verən gündəki kimi hayətinin darvazasının qarşısında saxlamışdır. Əlava baxış zamanı avtomobildən 21 metr məsafadə Təqsirləndirilən şəxs həyətinin darvazası istiqamətində küçədə olan istifadə olunmayan dəmir materialdan olan su borusunda, həmçinin Zərərçəkmiş şəxs həyətinin darvazasının üzbəüz dayandıqda sağ tayında güllə izinə xarakterik olan zada olduğu aşkar edilmişdir. Darvaza küçəyə doğru açılır. Qeyd olunan su borusundan Təqsirləndirilən şəxs hadisə vaxtı dayandığı tut ağacına qədər olan məsafə isa 19 metr təşkil edir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, hadisə vaxtı həyətin darvazasını küçəyə doğru açıb avtomobilini həyətə sürmək istəyərkən Təqsirləndirilən şəxs ona doğru ümumilikdə 6 dəfə ataş açmış, həmin güllələrdən biri darvazaya, biri isə su borusuna dəymiş və həmin yerləri özü göstərmişdir (cild 1, iş vərəqi 249-252). İşdə olan və məhkəmədə tədqiq edilmiş əşyaya baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Avtomaşının qapılarını açıb salona baxıldıqda müəyyən olunmuşdur ki, oturacaqların üzəri parça materialından olmaqla sağ ön oturacağın qabaq hissəsinin parçası cırılmış vəziyyətdədir. Bundan başqa sürət qutusunun ötürücüsünün dərisinin aşağı hissəsi cırılmışdır. Ötürücü ilə sağ oturacaq arasında taxta materialdan olan əsa vardır. Avtomobilin sağ ön qapısına baxdıqda içəri üzlüyündəki dəridə 02 adəd, sol ön qapısında da 02 adəd cırılmış deşik olduğu aşkar edilmişdir. Avtomaşının salonunda və baqaj yerində istintaq üçün əhəmiyyət kəsb edən hər-hansı əşya, sənəd və ya şübhəli iz aşkar edilməmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, xx xxxxx 2020ci il tarixdə baş vermiş hadisə zamanı o, avtomobilini evinin həyətinə sürmək istəyərkən yeznəsi Təqsirləndirilən şəxs onun avtomobilinə doğru ataş açmış, güllələr avtomobilin sağ ön qapısından salona daxil olaraq biri sol ön qapını dəlib keçmiş, digəri isə onun sol ayağının baldır nahiyəsini dəlib keçdikdən sonra qapıya dəymişdir. Sonradan avtomobilini maşın ustasına aparmış və usta Şahid8 ön qapıların çöl tərəfini təmir etdiyindən hazırda həmin yerdə güllə izləri yoxdur (cild 1, iş vərəqi 253-258). İşdə olan və məhkəmədə tədqiq edilmiş ifadələrin yerində yoxlanılması haqqında xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs öz ifadəsində göstərdiklərini hadisə yerində olduğu kimi dəqiq göstərərək ifadəsini təsdiq edərək, evinin darvazanın çöl və içəri tərəfində olan güllə izini, su borusunda olan gülə izini, su borusunda olan güllə izini, Təqsirləndirilən şəxs ona atəş açdığı yeri, avtomobilinin sağ ön qapısında və sağ ön qapısında güllə izlərini, yaralı vəziyyətdə ilk dəfə yıxıldığı və ikinci dəfə yıxıldığı yeri əyani olaraq göstərmişdir (cild 2, iş vərəqi 1-7). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək həmin ifadəsini bir daha təsdiq etmişdir (cild 2, iş vərəqi 51- 53). İşdə olan xx.xx.2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, hadisə yerinə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş 01 ədəd 1955-ci il SSRİ istehsalı olan 16 kalibrli C17215 nömrəli təklüləli yivsiz ov tüfəngi, 06 ədəd giliz, 05 ədəd patron və qanabənzər maye gölməçəsinə hopdurulmuş 02 ədəd pambıq tamponlar, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qara rəngli şalvar və kəmər, 01 ədəd boz rəngli alt şalvarı, 01 cüt corab və qanaxmanın qarşısını kəsmək üçün ayağına bağladığı 01 ədəd yaylıq, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd papaq, 01 ədəd gödəkçə, 01 ədəd boz rəngli sviter, 01 ədəd şalvar və 01 cüt qara rəngli ayaqqabı xx.xx.2020-ci il tarixli qərarla maddi sübut qismində tanınmış və saxlanması üçün Xaçmaz rayon prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmişdir (cild 2, iş vərəqi 8-10). İşdə olan xx.xx.2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus olan “VAZ 21011” markalı **-BM-*** nömə nişanlı avtomobil maddi sübut qismində tanınmış və saxlanılması üçün mülkiyyətçi Zərərçəkmiş şəxs təhvil verilmişdir (cild 2, iş vərəqi 22-41). İşdə olan və məhkəmədə tədqiq edilmiş götürmə aparılması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qara rəngli şalvar və kəmər, 01 ədəd boz rəngli alt şalvarı, 01 cüt corab və qanaxmanın qarşısını kəsmək üçün ayağına bağladığı 01 ədəd yaylıq müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür (cild 1, iş vərəqi 54-55). İşdə olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 58). İşdə olan xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və heç bir şikayət və tələbi yoxdur (cild 1, iş vərəqi 177). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə 221.3-cü maddə ilə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Nərimanov rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı ilə xx.xx.2004-cü ildə cəzasının 01 il 10 ay 23 günü azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuşdur (cild 1, iş vərəqi 129-130, 154-155). Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Buna görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi az ağır cinayətə görə cəzanı çəkib qurtardığı vaxtdan iki ildən çox müddət keçdiyinə görə o, məhkumluğu ödənilmiş şəxs hesab edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü Gülsüm adlı azyaşlı övladı vardır. Xaçmaz rayon İHB-nın Nərəcan kənd İƏD-nin xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqi 135, 136). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2002-ci il tarixli, 3 №-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Qeyd edilən Qərarın 3-cü bəndinin 2-ci abzasında göstərilmişdir ki, burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarının 8-ci bəndində göstərilmişdir ki, ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürmək istərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur. Ümumi təhlükəli üsulla adam öldürməyə yandırmaqla, partlatmaqla, zəhərləməklə, dağıtmaqla, qəzalar törətməklə, zərərçəkmiş şəxsi qətlə yetirmək məqsədilə onun olduğu qapalı yerə qaz buraxmaqla, kütləyə nizamsız atəş açmaqla adam öldürmə hallarını aid etmək olar. Məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini də nəzərə alır. Beləliklə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara məhkəmə müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən ümumi təhlükəli üsulla adam öldürməyə, yəni digər şəxsi qəsdən ümumi təhlükəli üsulla həyatdan məhrum etməyə cəhd etməsi kifayət qədər sübuta yetirilir, o, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, bu əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək niyyətində olmaması, sonuncunun əmlakını, yəni avtomobilini zədələmək məqsədilə atəş açması barədə ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla xüsusilə ağır cinayət törətməyə cəhd etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin bu məqamla bağlı ifadələrini qəbul etməyərək belə hesab edir ki, törədilmiş cinayətin halları, o cümlədən cinayəti törətməmişdən qabaq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürməklə hədələməsi, sonuncunu görərək onun istiqamətində tüfəngdən atəşlər açması, atəş açarkən həmin istiqamətdə zərərçəkmişin ailə üzvlərinin olması və dördüncü atəşdən sonra Təqsirləndirilən şəxs arvadı Qanuni nümayəndə zərərçəkmişə kömək məqsədilə zərərçəkmişin yanına gəlməsi, hətta bundan sonra da Təqsirləndirilən şəxs 2 dəfə həmin istiqamətdə nizamsız atəş açması belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qeyd edilən xəsarətləri yetirərkən niyyəti məhz onu həyatdan məhrum etmək olmuş, bu hərəkəti ümumi təhlükəli üsulla həyata keçirmiş, etdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunu arzu etmişdir. Lakin zərərçəkmişin vaxtında xəstəxanaya çatdırılaraq ona ixtisaslı tibbi yardım göstərilməsi təqsirləndirilən şəxsi öz iradəsindən asılı olmayaraq niyyətini başa çatdırmaqdan məhrum etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, ona dəyən maddi ziyanın ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, himayəsində 1 azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs оğlunun cinayəti odlu silahdan istifadə etməklə törətməsini Azərbaycan Respublikası CM-nin 61.1.10-cu maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alması ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası CM-nin 61.1.10-cu maddəsinə əsasən cinayətin odlu silahdan, partlayıcı vasitələrdən və ya digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə etməklə törədilməsi cəzanı ağırlaşdıran hal hesab edilir. Buradan belə anlaşılır ki, odlu silahdan istifadə ümumi təhklükəli üsulun bir forması kimi çıxış edir. Azərbaycan Respublikası CM-nin 61.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Təqsirləndirilən şəxs verilmiş ittihamdan da göründüyü kimi onun odlu silahdan istifadə etməklə, yəni yivsiz ov tüfəngindən insanların olduğu istiqamətdə nizamsız atəşlər açması cinayətin ümumi təhlükəli üsulla törədilməsi anlamına gətirmiş və bu hal nəzərə alınmaqla ona CM-in 29,120.1-ci maddəsi ilə deyil, daha ağır olan CM-in 29,120.2.4-cü maddəsi ilə ittiham verilmişdir. Bu səbəbdən məhkəmə həmin halı cəzanı ağırlaşdıran hal kimi təkrar nəzərə ala bilməz. Beləliklə, məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cavan olmasını, əvvəllər məhkum olunmamasını, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 63.4-cü maddəsinə əsasən cinayətə hazırlığa və ya cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək qəsdən adam öldürməyə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməyə cəhd etdiyinə görə həmin maddə ilə ona təyin ediləcək cəzanın müddəti həmin maddədə başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il Qərarının 9-cu bəndinin 3-cü abzasında qeyd olunub ki, başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət kimi təsnif edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci ildə Xaçmaz rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 42-43, 88-89, 151-152, 219-220). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu xx xxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Xaçmaz rayon prokurorluğunda saxlanılan 01 ədəd 1955-ci il SSRİ istehsalı olan 16 kalibrli C17215 nömrəli təklüləli yivsiz ov tüfəngi, 05 ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməli, 06 ədəd giliz, qanabənzər maye gölməçəsinə hopdurulmuş 02 ədəd pambıq tamponlar, Zərərçəkmiş şəxs götürülmüş və hadisə zamanı onun əynində olmuş 01 adəd qara rəngli şalvar və kəmər, 01 ədəd boz rəngli alt şalvarı, 01 cüt corab və qanaxmanın qarşısını kəsmək üçün ayağına bağladığı 01 ədəd yaylıq təyinatını itirdiyindən məhv edilməli, Təqsirləndirilən şəxs götürülmüş və hadisə zamanı onun əynində olmuş 01 ədəd papaq, 01 adəd gödəkçə, 01 ədəd boz rəngli sviter, 01 adəd şalvar və 01 cüt qara rəngli ayaqqabı Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılmalı, Zərərçəkmiş şəxs məxsus olan “VAZ 21011” markalı **-BM-*** nömə nişanlı avtomobilin qanuni sahibinə qaytarıldığı nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar 567,46 (beş yüz altmış yeddi manat qırx altı qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Xaçmaz rayon prokurorluğunda saxlanılan: - 01 ədəd 1955-ci il SSRİ istehsalı olan 16 kalibrli C17215 nömrəli təklüləli yivsiz ov tüfəngi, 05 ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin; - 06 ədəd giliz, qanabənzər maye gölməçəsinə hopdurulmuş 02 ədəd pambıq tamponlar, Zərərçəkmiş şəxs götürülmüş və hadisə zamanı onun əynində olmuş 01 adəd qara rəngli şalvar və kəmər, 01 ədəd boz rəngli alt şalvarı, 01 cüt corab və qanaxmanın qarşısını kəsmək üçün ayağına bağladığı 01 ədəd yaylıq təyinatını itirdiyindən məhv edilsin; - Təqsirləndirilən şəxs götürülmüş və hadisə zamanı onun əynində olmuş 01 ədəd papaq, 01 adəd gödəkçə, 01 ədəd boz rəngli sviter, 01 adəd şalvar və 01 cüt qara rəngli ayaqqabı Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılsın; - Zərərçəkmiş şəxs məxsus olan “VAZ 21011” markalı **-BM-*** nömə nişanlı avtomobilin ona qaytarıldığı nəzərə alınsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 567,46 (beş yüz altmış yeddi manat qırx altı qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əli Məmmədov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-595/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-595/2021
03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver