Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-595/2023 02.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və 36 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Ermənistan Respublikası, Masis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işsiz, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində tutulduğu vaxtdan hesablanmaqla Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 29 iyun 2015-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdar təşkil edən narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, saxlamış, daşımış və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasımın gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmişdir. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasımın gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilərək Azərbaycan Respublikasında həmin narkotik vasitələrin satışının təşkil edilməsi barədə 05 sentyabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının vətəndaşı X14 və digər şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, Vasif Zeynalabduyev qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətiriləcək narkotik vasitələri əldə edəcəyi, saxlayacağı, daşıyacağı barədə razılaşmış, ümumi cinayətkar niyyətə uyğun olaraq o, təmiz çəkisi 1110 qram olan qurudulmuş marixuana narkotik vasitəsini Rusiya Federasiyasında əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə sarı rəngli yapışqanlı lentlə bükülmüş bağlamada uşaq oyuncaq motosiklinin içərisində yerləşdirərək, həmin tarixdə Rusiya Federasiyasının Pyateqorsk şəhərindən Azərbaycan Respublikasına gələn «X36» markalı **-DH-*** nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerinə qoymaqla narkotik vasitənin həmin üsulla cinayətdən xəbərsiz olan sürücü Şahid4 tərəfindən daşınaraq 06 sentyabr 2014-cü ildə saat 00:30 radələrində Xaçmaz Gömrük İdarəsinin «Samur» gömrük postundan, gömrük nəzarətindən gizli keçirilməsinə nail olmuş, həmin gömrük postunda qeyd edilən nəqliyyat vasitəsinə gömrük baxışı zamanı avtomobildən uşaq oyuncaq motosiklinin içərisində gizlədilmiş külli miqdarda, yəni 1110 qram çəkidə qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilmiş və bundan sonra Dövlət Gömrük Komitəsi X1rşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilərək külli miqdarda olan həmin narkotik vasitə «X36» markalı **-DH-*** nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən daşınaraq 06 sentyabr 2015-ci ildə saat 09:30 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində «Turan» restoranın yaxınlığında yerləşən avtomobil sexinin qarşısına gətirilmiş, orada cinayətkar qrupun qabaqcadan əlbir olmuş üzvü X14 tərəfindən külli miqdarda, yəni 1110 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi götürməklə əldə edilərək daşıyan vaxt gömrük əməkdaşları tərəfindən saxlanılmış və qeyd edilən narkotik vasitə götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitənin Azərbaycan Respublikasına göndərilməsində ümumiyyətlə iştirak etməmiş, hadisənin gedişatı barədə məlumatı yoxdur, uşaq velosipedi ona aid deyildir və onun tərəfindən göndərilməmişdir. Buna görə də velosipedə narkotik vasitənin yerləşdirilməsi barədə hər hansı məlumata malik olmamışdır. X19 narkotik vasitə ilə bağlı alış-verişi olmamış, sonuncunu yaşadığı məhlədən tanımışdır. İşi ilə bağlı Gürcüstana, Rusiyaya, Türkiyəyə səfərlər etmiş, hadisələr baş verən dövrdə isə o, Gürcüstanda olmuşdur. Belə ki, Vasifin tutulmağı barədə məlumatı dostları ona Gürcüstanda olarkən vermişdir. Vasifin hansı cinayətə görə tutulduğunu, narkotik maddənin marixuana olduğunu bilmiş, lakin narkotik vasitənin miqdarından, gömrükdən hansı vasitə ilə keçirilməsi ilə bağlı hallardan xəbəri olmamışdır. Vasifin tutulmasının səbəbi, narkotik vasitənin növü ilə bağlı məlumatı xırdalıqlarına qədər ona Vasifin ailə üzvləri bildirmişdir. Bildiyinə görə Rusiyada yaşayan, adını xatırlamadığı, narkotik vasitənin göndərilməsi ilə məşğul olan 5-10 nəfər adam narkotik maddənin sərhəddən keçirilməsi ilə məşğuldur. O, özü narkotik vasitələrdən istifadə etmir. Gürcüstan ərazisində isə hansı nömrədən istifadə etdiyini xatırlamır. Onun adına olan +**********5 saylı telefon nömrəsi ilə Vasif Zeynalabduyevin adına olan telefon nömrəsi arasında yazışmalardan xəbəri vardır, lakin Gürcüstana gedərkən adını xatırlamadığı şəxsə həmin telefon nömrəsini verərək getmişdir. Nömrəni verdiyi şəxsin də 2014-cü ildən Rusiya Federasiyasında yaşadığını bilir. İstintaq dövründə yorğun olduğundan hadisə baş verən dövrdə həmin nömrənin ona məxsus olmadığını bildirməmişdir. Məhkəmə hadisəni düzgün araşdıracaq deyə bütün sənədlərə oxumadan qol çəkmişdir. Onun adından istifadə edib, narkotik göndərən şəxsi Vasif tanıyır. Narkotik vasitənin sərhəddən keçirmək üçün təhvil alan avtobus sürücüsünü tanımır. Həmin avtobusun sürücüsü ilə Bakıdan Rusiyaya getməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, hadisə baş verən dövrdə o, gömrük idarəsində xidmət etmişdir. Onlar Rusiyadan gələn maşında sərhəddəki qurğular vasitəsilə oyuncağın içində təxmini 1 kiloqram 110 qram narkotik vasitə olan marixuananı aşkar etmişlər. Sürücü qeyd etmişdir ki, narkotik vasitə onun deyil, Bakıda təhvil alınması gözlənilən narkotik vasitəni ona Rusiyada təqdim etmişlər. Oyuncağın içindən narkotik vasitə aşkar edildikdən sonra əməliyyat tədbirinin davamı olaraq rayondan Bakıya Biləcəri ərazisinə gəlmişdirlər. Bakıda narkotik vasitəni almalı olan şəxslə aparılmış danışıqlara müvafiq olaraq bağlamanın sahibi gəlib onu götürdükdə saxlanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X20 ifadə verərək göstərmişdir ki, hadisə 2014-cü ildə baş vermişdir və üzərindən bir neçə il keçdiyinə görə Təqsirləndirilən şəxs xatırlamır. O, şəxsin adını əməliyyatçılar oyuncağı götürən zaman eşitmişdir. Əməliyyatçılar oyuncağı Seymur adlı şəxsin göndərdiyini demişdirlər. O, taksi şoferidir ona 3-5 manat pul verirlər, o da bağlamanı götürüb gətirir. Ona verilən bağlamanı açıb içinə baxmış, motosiklet olduğunu görmüş, yenidən onu qutuya qoymuşdur. Bakıya gələn zaman gömrükdə saxlanmış və oyuncağın içindən narkotik vasitə aşkar edilmişdir. Ona bağlamanı verən şəxs təqdim etdiyi nömrə ilə əlaqə saxlanılmasını və müvafiq bağlamanı Vasif adlı şəxsə çatdırmasını xahiş etmişdir. Məhkəmə iclasıdan elan edilərək tədqiq edilən Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, təxminən 2 ilə yaxındır ki, özünə məxsus “X37” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Rusiya Federasiyasının Pyateqorsk şəhərindən Bakı şəhərinə, Bakı şəhərindən isə Pyateqorsk şəhərinə reys ilə sərnişinlərin daşınmasını təşkil edir. 05 sentyabr 2014-cü il tarixdə o, Pyateqorsk şəhərindən reyslə Bakı şəhərinə çıxmalı olmuş, həmin vaxt “X37” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Pyateqorsk şəhərində yerləşən bazarın yanında dayanacaqda dayanıb Bakı şəhərinə gedən sərnişinlərin siyahısını qeyd edən zaman ona təxminən 1 il bundan qabaq bir dəfə Bakı şəhərindən Pyateqorsk şəhərinə sərnişin kimi apardığı Seymur adlı şəxs yaxınlaşmış və Bakı şəhərinə gedib-getmədiyini soruşmuş, o da Seymura bir qədər sonra Bakı şəhərinə reyslə çıxacağını dedikdə Seymur əlində sellofan torba və içərisində kiçik uşaqlar üçıın nəzərdə tutulmuş oyuncaq motosikl olan qutunu dostunun uşağının ad günü olduğu üçün Bakı şəhərinə göndərmək istədiyini və Bakı şəhərində Vasif adlı dostunun həmin malları qəbul edəcəyini bildirmiş və Vasif adlı şəxsin ***-***-**-** saylı nömrəsini ona demişdir ki, Bakı şəhərinə çatan vaxt Vasifin nömrəsinə zəng vursun ki, gəlib mallarını götürsün. O da Seymurla razılaşdıqdan sonra Seymur Bakıya göndərəcəyi sellofan torbanın içərisinə baxdıqda onun içərisində qatlaşdırılmış süd və yağ olduğunu görmüş, içərisində motosikl olan qutuya baxdıqda isə onun içərisində motosikldən başqa heç nə olmamış, bundan sonra o, avtomobilin baqaj hissəsini açmışdır ki, Seymur Bakıya göndərəcəyi malları avtomobilin baqajına yerləşdirsin. Seymur həmin malları baqaja qoyduqdan sonra ona yol haqqı olaraq 500 rus rublu vermiş və çıxıb getmişdir. Həmin gün saat 12 radələrində Bakıya gedən sərnişinlər avtobusa əyləşdikdən sonra Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postu istiqamətində yola düşmüşdür. 06 sentyabr 2014-cü il tarixdə saat 00:30 radələrində Rusiya Federasiyasının "Yaraq Qazmalar” gömrük postunu keçib "Samur” gömrük postuna daxil olmuşdur. Sərnişinləri düşürtdükdən sonra avtomobili gömrük postunda yerləşən rentgen aparatına daxil etmiş, rentgen aparatından keçdikdən sonra gömrük əməkdaşları ona yaxınlaşaraq rentgen aparatmdan keçən zaman avtomobildə olan uşaq motosiklinin içərisində şübhəli nə isə müşahidə edildiyini bildirmişlər. O da gömrük əməkdaşlarına əgər avtomobildə şübhəli nə isə varsa avtomobilə baxış keçirmələrini bildirmişdir. Bundan sonra gömrük əməkdaşları içərisində oyuncaq motosikl olan qutuya baxış keçirilməsi məqsədilə iki nəfər hal şahidi qismində şəxsləri dəvət edib Seymurun Pyateqorsk şəhərində Bakı şəhərinə aparmağı üçün avtomobilinə yerləşdirdiyi həmin motosikl qutusuna baxış keçirmişlər. Baxış keçirilən zaman qutunun içərisində olan kiçik uşaqlar üçün nəzərdə tutulmuş motosiklin içərisindən qablaşdırılmış şəkildə 02 ədəd sarı rəngli polietilenə sarınmış narkotik vasitə qurudulmuş marixuanaya oxşar bağlamalar aşkar edilmişdir Həmin maddə ilə bağlı gömrük əməkdaşları onunla sorğu-sual edən zaman o, gömrük əməkdaşına həmin oyuncaq motosikl və içərisində qatlaşdırılmış süd və yağ olan sellofan torbanı Pyateqorsk şəhərində olan zaman bir nəfər Azərbaycan milliyətli Seymur adlı oğlan Bakı şəhərinə aparamağı üçün avtomobilinə yerləşdirdiyini və həmin malları Bakı şəhərində Vasif adlı dostunun qəbul edəcəyini bildirdiyini demişdir. O, gömrük əməkdaşlarına Seymurun ona dediyi Vasif adlı şəxsin mobil telefon nömrəsini də verdikdən sonra gömrük əməkdaşları Vasif adlı şəxsin ifşa olunması üçün əməliyyat-axtarış tədbiri keçiriləcəyini bildirmişlər və bundan sonra gömrük əməkdaşları ilə birlikdə Bakı şəhərinə gəlmişlər. Bakı şəhərində gömrük əməkdaşlarının tapşırığına əsasən 06 sentyabr 2014-cü il tarixdə səhər saatlarında Vasif adlı şəxsin ***-***-**-** saylı nömrəsinə zəng vurub Pyateqorsk şəhərindən onun adına mallar göndərildiyini və onları gəlib Biləcəri qəsəbəsində, “Turan” şadlıq saraynın yanında yerləşən 16 mərətəbəli binaların arxasında, avtomobil təmiri sexinin yanında götürməyini bildirmişdir. Bundan təxminən 30-40 dəqiqə sonra Vasif onun nömrəsinə zəng vurub həmin yerdə olduğunu bildirmiş və sarı rəngli "Tofaş Şahin” markalı taksi avtomobili ilə oraya gəlmişdir. Vasif ona yaxınlaşan vaxt artıq gömrük əməkdaşları kənardan Vasifin ona yaxınlaşdığını izləyirmişlər. Vasif ona yaxınlaşan vaxt Seymur adlı dostu tərəfindən onun adına göndərilən malları götürmək üçün gəldiyini demişdir. O da avtomobilin baqaj yerini açmışdır ki, Vasif adına gələn malları götürsün. Vasif qeyd olunan malları avtomobilin baqajından götürən vaxt gömrük əməkdaşları ona yaxınlaşıb onu saxlamışlar. Bundan sonra gömrük əməkdaşları Vasifi, onu və Vasifin gəldiyi taksi avtomobilinin sürücüsünü Dövlət Gömrük Komitəsinin inzibati binasına gətirmişlər. Orada Vasifin avtomobildən götürdüyü uşaq motosikleti qutusuna və içərisində qatlaşdırılmış süd və yağ paketi olan torbaya baxış keçiriləcəyi bildirilmiş, bu məqsədlə baxış prosesində hal şahidi qismində iştirak etmələri üçün iki nəfər şəxs dəvət olunmuş, hal şahidlərinə hüquq və vəzifələri izah edildikdən sonra içərisində uşaq motosikleti olan qutuya baxış keçirilmiş, baxış keçirilən zaman qutunun içərisində olan uşaq motosikletinin içərisindən 02 ədəd həmin narkotik vasitə marixuana bağlamaları aşkar olunmuşdur. Bundan sonra həmin bağlamalar tərəzi vasitəsilə çəkilərkən ayrıayrıiıqda qablaşdırrnaları ilə birlikdə çəkiləri 590 qram və 610 qram, ümumi çəkiləri 1200 qram olduğu müəyyən edilmişdir. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs adını çəksə də məhkəmə iclasında qeyd edilən şəxsin adını bilməməsi barədə ifadələri arasındakı ziddiyyəti izah edərkən Əliabbas Əliyev ona oyuncağı verən şəxsin adını bilmədiyini, Pyateqorsk şəhərində dayanacaq tipli yerdə olarkən üzərində çanta olan müştərinin ona yaxınlaşaraq Bakıya qardaşı oğlunun ad günü üçün əşyaları göndərmək istədiyini, motosikleti göndərənin adının Seymur olduğunu Bakıda əməliyyatçılardan eşitdiyini, əşyaları çatdırmaq müqabilində ona 500 rubl məbləğində pul verildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Samur gömrük postunda Sprinter markalı avto-nəqliyyat vasitəsi qurğudan keçərkən həmin avtomobildə uşaq oyuncağının içinə yerləşdirilmiş marixuana növündə narkotik vasitə aşkar edilmişdir. Davam etdirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsinin sürücüsü oyuncağı qəbul edəcək şəxslə telefon vasitəsilə əlaqə saxlamış, oyuncağı götürməli olan şəxsin dediyi yerə gedilmiş, həmin şəxs sürücüyə yaxınlaşaraq oyuncağı götürərkən saxlanılmışdır. Sürücüyə qeyd olunan narkotik vasitə Rusiyadan Bakıya çatdırılmaq üçün oyuncaq içərisində verilmiş, sürücünün müvafiq narkotik vasitələrdən xəbəri olmamışdır. Xatırladığı qədər həmin oyuncaq at və ya velosiped formasında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, Rusiya Federasiyasından ərzaq malları və uşaq oyuncağı ilə birgə iki bağlama narkotik vasitə göndərilmişdir. Sürücü narkotik vasitədən xəbərinin olmadığını bildirmişdir. Həmin vaxtlar yəni 9 il əvvəl o, əməliyyatçı olaraq işləmişdir. Narkotik vasitə “Vito” markalı maşınla gətirilmişdir. Yükün kimə çatdırıldığını onu gətirən şəxsin verdiyi nömrə əsasında müəyyən etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadə verərək göstərmişdir ki, 6 sentyabr 2014-cu ilin sentyabr ayında gömrük işçiləri tərəfindən tutulmuşdur. Ona Rusiyadan narkotik vasitənin göndərilməsi Vaqif adlı şəxs tərəfindən təşkil edilmişdir. Sonuncu ilə Pirşağı dənizinin kənarında tanış olmuşdur. 6 sentyabr 2014-cü ildə ona tanımadığı nömrədən zəng gəlmiş, götürməli olduğu əşya olması bildirilmişdir. Vaqif ona kimin vasitəsilə əşya çatdıracağını əvvəldən demişdir. Hadisələrdən sonra Vaqif yoxa çıxmışdır. O, Vaqifin narkotik vasitəni haradan çatdıracağını bilməmişdir. O, tutulandan sonra bilmişdir ki, həmin əşya xaricdən gəlib. Onda Vaqifin nömrəsi olmuş, narkotik vasitəni ondan almışdır. O, narkotik vasitənin pulunu Vaqifə Pirşağıda körpünün yanında görüşüb nağd şəkildə vermişdir. Ona narkotik vasitəni Vaqif göndərmiş, narkotik vasitənin növü marixuana olmuşdur. Təqsirləndirilən şəxs qonşuluqdan tanımış, Seymurla birgə heç vaxt narkotik vasitə qəbul etməmiş, Seymurun narkotik vasitə istifadə etməsi ilə bağlı məlumatı olmamışdır. O, barəsində olan cinayət işinə baxılan zaman məhkəmə iclasında dindirilərkən ibtidai istintaq dövründə verdiyi ifadələri təkzib etmişdir. Seymur ona narkotik vasitə göndərməmiş, bununla bağlı da onunla danışmamışdır. Seymurla danışıqlarının məzmunu ev təmiri ilə bağlı olmuş, lakin həbs olunduğuna görə razılaşdıqları müvafiq təmir işlərini həyata keçirə bilməmişdir. Ona göndərilən malın içərisində narkotik vasitə olduğunu bilmişdir. Vaqif Seymuru tanımamış, onun Seymur adında dostu olduğunu bilməmişdir. İstintaq zamanı o, Seymurun adını çəkməmişdir. Narkotik vasitə Rusiyadan gəlsə də Vaqif həmin vaxt Azərbaycanda yaşamışdır. Sonuncunun Azərbaycanda yaşamasına baxmayaraq narkotik vasitənin Rusiyadan necə gətizdirdiyini bilməmişdir. Belə ki, ödənişi verərkən Vaqif narkotik vasitəni haradan gətirəcəyini deməmişdir. Narkotik vasitəni ona avtobus sürücüsü çatdırmışdır. Bakıda yaşamağına baxmayaraq Vaqifin əvəzinə narkotik vasitənin ona avtobus sürücüsü tərəfindən çatdırılması səbəblərini bilməmişdir. İbtidai istintaq dövründə Vaqifin adını söyləsə də cinayət işi materiallarına əlavə edilmiş sənədlərdə onun adını ifadəsinə qeyd etməmişlər. Seymurla aralarında münasibətləri tanış münasibətləri olmuş, tez-tez danışmışdırlar. Təqsirləndirilən şəxs ona Rusiya nömrəsi ilə zəng etmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Vasif Zeynalabduyevin cinayət işi materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs qismində verdiyi ifadəsindən görünür ki, usta işləyir, arabir sifariş əsasında evlərdə təmir işləri ilə məşğul olub ailəsinin dolanacağını təmin edir. Seymuru təxminən 10-15 ildir ki, tanıyır. Seymurla Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci Dəmiryolu küçəsində qonşuluqda yaşamışlar. Seymur 1 ildən çox olar kı, alverlə məşğul olmaq üçün Rusiya Federasiyasının Pyateqorsk şəhərinə getmişdir. O mütəmadi olaraq “Whatsapp” sosial şəbəkəsi vasitəsilə Seymurla yazışırmış, 05 sentyabr 2014-cü il tarixdə saat 23 radələrində o, yaşadıqları məhlədə olan vaxt Seymur öz istifadəsində olan +**********5 saylı nömrəsindən "Whatsapp” sosial şəbəkəsi vasitəsilə onun istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng vuraraq Rusiyadan avtobusla narkotik vasitə marixuana göndərdiyini, narkotik vasitənin uşaq motosikletinin içərisində gizlədildiyini və şübhəli olmasın deyə yanında sellofan paketin içərisində qatlaşdırıİmış süd və yağ da qoyduğunu bildirmişdir. Seymur həmin malı götürmək üçün “Samur” gömrük postuna getməyini və malı oradan götürməyini demişdir. O da yol uzaq olduğu üçün ona gedə bilmədiyini, sürücünün Bakı şəhərinə gələn zaman ona zəng vurmasını və malı ondan o cür götürməyini demişdir. Həmin vaxt Seymur mesajla avtobusun dövlət qeydiyyat nişanlarının **-DH-*** olmasını da yazmışdır ki, avtobusun sürücüsündən malı götürmək üçün gedən zaman avtobusu tapmaq çətin olmasın. Danışıqlarının səhəri günü, yəni 06 sentyabr 2014- cü il tarixdə saat 09 radələrində o, yuxudan oyanan zaman telefonuna baxanda görmüşdür ki, ***-***- **-** saylı nömrədən zəng gəlmişdir. Həmin nömrəyə zəng vurub ondan kim olduğunu soruşduqda həmin şəxs avtobus sürücüsü olduğunu və onun adına avtobusda mallar gəldiyini deyib onları gəlib götürməyini bildirmişdir. O da ondan malları haradan gəlib götürməyini soruşduqda həmin sürücü avtobusun nasaz olduğunu və Biləcəri qəsəbəsində yerləşən 16 mərtəbəli binaların yanında görüşmələrini və malı oradan qəbul etməsini bildirmişdir. O da yaşadığı evdən çıxıb piyada yaşadıqları evin yaxınlığında yerləşən “Favorit” marketin yanından keçən zaman onlarla qonşuluqda yaşayan və öz avtomobili ilə fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olan Əhmədi görüb ondan Biləcəri qəsəbəsində yerləşən 16 mərtəbəli binaların yerləşdiyi yeri tanıyıb-tanımadığını soruşmuşdur. O da ona həmin yeri tanıdığını dedikdə o, ona taksi kimi onu həmin yerə aparmağını xahiş etmiş və onun sarı rəngli “Tofaş” markalı avtomobilinə əyləşmişdir. Lakin, yolda Əhmədə narkotik vasitəni götürmək üçün getdiyini deməmişdir. Əhməd idarə etdiyi avtomaşınla onu Biləcəri qəsəbəsində yerləşən 16 mərtəbəli binaların qarşısına gətirmiş, o, həmin yerdə bir qədər gözlədikdən sonra heç kimin gəlmədiyini görüb Əhmədə avtomobilini binaların arxa tərəfinə sürməsini bildirmişdir. Həmin yerə gəldikdə “Mercedes-Benz Vito” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtobusun dayandığını görüb avtomobildən düşüb avtobusa yaxınlaşmışdır. Lakin, avtobusun içərisində və kənarında heç kimin olmadığına görə bir qədər aralıda avtomobil təmiri yerində təxminən 3 nəfər şəxsin oturduğunu görüb onlara yaxınlaşmış və onlardan həmin avtobusun sürücüsünün kim olduğunu soruşmuşdur. Onlardan biri, adını sonradan bildiyi Əliabas avtobusun sürücüsünün özü olduğunu bildirdikdə o, adına göndərilən malları götürmək üçün gəldiyini demişdir. Bu vaxt Əliabas avtobusun yük yerini açmış və o, oradan Seymur tərəfindən onun adına göndərilən içərisində narkotik vasitə marixuana olan uşaq motosikletini və içərisində qatılaşdırılmış süd və yağ paketi olan malları götürüb Əliabasın avtomobilinə tərəf getmək istəyən zaman onun yanında avtomobil saxlanmış və avtomobildən bir neçə nəfər şəxs düşüb özlərini gömrük əməkdaşları kimi təqdim edib onu avtomobillə Dövlət Gömrük Komitəsinin inzibati binasına gətirmişlər. Orada Seymur tərəfindən ona göndərilən içərisində narkotik vasitə marixuana olan uşaq motosikletinə və içərisində qatlaşdırılmış süd və yağ paketi olan torbaya baxış keçiriləcəyi bildirilmişdir. Bu məqsədlə baxış prosesində hal şahidi qismində iştirak etmələri üçün iki nəfər şəxs dəvət olunmuş, hal şahidlərinə hüquq və vəzifələri izah edildikdən sonra içərisində uşaq motosikleti olan qutuya baxış keçirilmişdir. Baxış keçirilən zaman qutunun içərisində olan uşaq oyuncağının içərisindən qablaşdırılmış şəkildə 02 ədəd sarı rəngli polietilenə sarınmış narkotik vasitə marixuana bağlamaları aşkar edilmiş, içərisində qatılaşdırılmış süd və yağ olan sellofan paketə baxış keçirilən zaman oradan hər-hansı bır maddə aşkar olunmamışdır. Bundan sonra həmin bağlamalar tərəzi vasitəsilə çəkilərkən ayrı-ayrılıqda qablaşdırmaları ilə birlikdə çəkiləri 590 qram və 610 qram, ümumi çəkilən 1200 qram olduğu müəyyən edilmişdir. Bundan sonra bununla bağlı protokol tərtib olunmuş və həmin protokol tərəflərindən imzalanmışdır. Məhkəmə iclasında ifadələri arasındakı ziddiyyəti Vasif Zeynalabduyev oxumandan imzalaması ilə əlaqələndirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Malların və nəqliyyat vasitələrinin yoxlanılması haqqında 6 sentyabr 2014-cü il tarixli protokoldan görünür ki, avtonəqliyyat vasitəsinin yüklərinə baxış keçirilən zaman, yüklər “Haiman X-Ray” markalı rentgen aparatından keçirilərkən kiçik oyuncaq velosipedin içində iki ədəd xüsusi üsulla hazırlanmış paket aşkar edilmişdir. Sürücü bu paketlərin ona aid olmadığını və tanışı tərəfindən göndərildiyini bildirmişdir. Aşkar edilən paketdən yaşıl rəngdə spesifik iyə malik olan və narkotik vasitə marixuanaya oxşar olan bitki araşdırma aparılması məqsədi iə Xaçmaz Gömrük İdarəsinin Təhqiqat böməsinə təhvil verilmişdir. Aşkar olunmuş narkotik vasitəyə bənzər maddə “AMTN” markalı tərəzi ilə çəkilmişdir, təqribi çəkisinin 1,2 kq olması müəyyən edilmişdir. (cild 1, iş vərəqə 17-19). 06 sentyabr 2014-cü il tarixli qərardan görünür ki, qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitə marixuanaya oxşar maddənin Bakı şəhərində təhvil alacaq “Vasif” adlı şəxsin və onunla cinayət əlaqəsində olan digər şəxslərin müəyyən edilərək yaxalanması məqsədi ilə “X13 haqqında” Qanununa uyğun olaraq müvafiq əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (Cild 1, iş vərəqə 13-14). 06 sentyabr 2014-cü il tarixli protokoldan görünür ki, narkotik vasitə olan marixuanaya oxşar maddəni təhvil alacaq şəxsin və ya şəxslərin müəyyən edilməsi məqsədi ilə keçirilmiş əməliyyat tədbiri zamanı 06 sentyabr 2014-cü il tarixdə saat 08:45 radələrində bir nəfər ***-***-**-** nömrəsindən Şahid4 zəng vuraraq özünü “Vasif” kimi təqdim etmiş və Rusiyadan ona yük göndərildiyini bildirmişdir. Şahid4 yükün onda olduğunu bildirərək yükü götürmək üçün Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Turan” restoranının yaxınlığında olan avtomobil təmiri sexinin qarşısına gəlməyini bildirmişdir. Təqribən 40-45 dəqiqə sonra “Tofaş Şahin” markalı, ** UR *** dövlət nömrə nişanlı minik avtomobili həmin əraziyə gəlmişdir. Qeyd olunan minik avtomobilində sərnişin kimi əyləşmiş şəxs avtomobildən düşərək Şahid4 məxsus “Mersedes Vito” markalı, ** DH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə yaxınlaşaraq nəqliyyat vasitəsinin yük yerindən biçərisində kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulmuş oyuncaq motoskl olan 1 ədəd karton qutunu və içərisində 5 kq çəkidə kərə yağı və 3 ədəd 1 litr həcmli qatılaşmış şirin süd olan 1 ədəd qara rəngli polietilen torba yükünü götürüb gəldiyi “Tofaş Şahin” markalı, ** UR *** dövlət nömrə nişanlı taksiyə tərəf gedərkən əməliyyat işçiləri ona yaxınlaşıb özlərini təqdim etmişdirlər. Daha sonra həmin şəxs X14 və “Tofaş Şahin” markalı, ** UR *** dövlət nömrə nişanlı minik avtomobili ilə taksi kimi fəaliyyət göstərən X17 müvafiq araşdırma aparılması məqsədi ilə Dövlət Gömrük Komitəsinin inzibati binasın dəvət edilmişdir. Komitənin inzibati binasında üzərində “Funny happily grow up Motorcycle” sözləri yazılmış 1 ədəd karton qutuya keçirilmiş baxış zamanı qutuda olan kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulmuş 1 ədəd oyuncaq motosklin içərisində qablaşdırılmış şəkildə iki ədəd sarı rəngli polietilenə sarınmış bağlamalar aşkar edilmişdir. Qeyd olunan bağlamalar tərəflərindən “Qosmetr” markalı elektron tərəzi ilə çəkilmiş və onların ayrılıqda çəkiləri 590 qram, 610 qram, qablaşdırma ilə birlikdə ümumi çəkilərinin isə 1200 (bir min iki yüz) qram olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqə 24-26). 09 dekabr 2014-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş foto-şəkillərdən görünür ki, bir ədəd uşaqlar üçün nəzərdə tutulan motosiklə baxış keçirərkən, motosiklin plastmas materildan hazırlandığını, tünd göy rəngdə olduğu, iki ədəd təkəri olduğu müşahidə edilmişdir. Baxış keçirilən zaman narkotik vasitənin aşkar olunduğu yer motosiklin oturacaq hissəsinin içərisində yerləşdiyi müəyyən edilmişdir( cild 1, iş vərərəqə 139). 6 sentyabr 2014-cü il tarixli ekspert arayışından görünür ki, vətəndaş X21 idarə etdiyi avtomaşından aşkar olunaraq götürülmüş və tədqiqata təqdim olunmuş bir ədəd polietilen torbanın içərisində iki ədəd yapışqanlı uzunsov formada qablaşdırılmış iri sellofan bağlamalarda ümumi təmiz çəkisi- 1110,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixunalardır. Ekspert tədqiqatından sonra marixuananın təmiz çəkisi 1109,6 qram təşkil etmişdir.(cild 1, iş vərəqə 42-43). Məhkəmə-bioloji ekspertizasının 30 sentyabr 2014-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş təmiz çəkisi 1110,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Ekspertiza tədqiqatından sonra marixuananın təmiz çəkisi 1109,5 qram təşkil etmişdir (cild 1, iş vərəqə 129-130). 29 oktyabr 2014-cü il tarixli X1rşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinin əməliyyat tapşırığından görünür ki, X5 qabaqcadan əlbir olduğu xx.xx.1984-cü il tarixdə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs yerinin müəyyən edilərək İstintaq İdarəsinə gətirilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, iş vərəqə 118-119). “Sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında” 10 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İstintaq İdarəsinin böyük müstəntiqi, gömrük xidməti mayoru X25 Azərbaycan Respublikası CPM-nin 85 və 236-cı maddələrinin tələblərinə riayət etməklə tərtib etdim həmin protokolu ondan ötrü ki, icraatımda olan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar İAMAS-dan çıxarılmış sərhəd keçmə hesabatına baxış keçirdim və baxış keçirilən zaman müəyyən edilir ki, təqsirləndirilən şəxs X14 ilə qabaqcadan əlbir olması ehtimal edilən şəxsiyyəti istintaqa məlum olan Təqsirləndirilən şəxs 2012-2013-cü il tarixləri ölkə ərazisini bir neçə dəfə tərk edərək geri qayıtmış, 2014-cü il tarixdə, yəni xx.xx.2014-cü il tarixdə “Samur” gömrük postundan keçməklə ölkə ərazisini tərk edərək Rusiya Federasiyası ərazisinə getmiş, xx.xx.2014-cü il tarixdə Bakı-Minvodı reysi ilə ölkə ərazisinə daxil olmuşdur. xx.xx.2014-cü il tarixdə “X23 Aeroportu”ndan Bakı-İstanbul reysi ilə ölkə ərazisini tərk etmiş, xx.xx.2014-cu il tarixdə “Culfa” Gömrük Postundan ölkə ərazisinə daxil olmuşdur. xx.xx.2014-cu il tarixdə “Culfa” Gömrük Postundan keçməklə ölkə ərazisini tərk etmiş, həmin tarixdə Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postundan ölkə ərazisinə daxil olmuşdur. xx.xx.2014-cü il tarixdə “Xanoba” Gömrük Postunu keçməklə ölkə ərazisini tərk etmiş, xx.xx.2014-cü il tarixdə “Samur” gömrük postundan ölkə ərazisinə daxil olmuş, xx.xx.2014-cü il tarixdə “Xanoba” gömrük postunu keçməklə ölkə ərazisini tərk etmiş, xx.xx.2014-cü il tarixdə “Samur” gömrük postundan keçməklə ölkə ərazisinə daxil olmuşdur. xx.xx.2014-cü il tarixdə “Samur” gömrük postundan keçməklə ölkə ərazisini tərk etmiş, xx.xx.2014-cü il tarixdə Minvodı-Bakı reysi ilə ölkə ərazisinə daxil olmuşdur. xx.xx.2014-cü il tarixdə “X23 Aeroportu”ndan Bakı- Minvodı reysi ilə ölkə ərazisini tərk etmiş, xx.xx.2014-cü il tarixdə “Samur” gömrük postundan “Mercedes” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ölkə ərazisinə daxil olmuşdur. Təqsirləndirilən şəxs sonuncu dəfə 01 avqust 2014-cü il tarixdə “X23 Aeroportu”ndan “Bakı-Minvodı” reysi ilə ölkə ərazisini tərk etmişdir.(Cild 1, səh 113- 117) 08 dekabr 2014-cü il tarixli “Telefon məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi X11 alınmış telefon danışıqlarına dair məlumatlara keçirilmiş baxış zaman müyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan +**********5 saylı nömrə ilə X5 istifadəsində olan ***-***-**-** saylı nömrə arasında xx.xx.2014-cü il tarixdə saat 14:43:26-da 121 saniyə, xx.xx.2014-cü il tarixdə saat 14:20:08-də 42 saniyə, saat 22:07:22- də 126 saniyə, xx.xx.2014-cü il tarixdə saat 15:51:48-də 156 saniyə, xx.xx.2014-cü il tarixdə saat 13:52:21-də 263 saniyə, saat 13:58:45-də 21 saniyə, saat 16:45:20-də 110 saniyə, saat 17:12:10-da 42 saniyə, xx.xx.2014-cü il tarixdə saat 13:20:50-də 20 saniyə, saat 17:13:05-də 157 saniyə, xx.xx.2014-cü il tarixdə saat 17:45:32-də 117 saniyə, xx.xx.2014-cü il tarixdə saat 17:20:34-də 47 saniyə, saat 17:21:53-də 98 saniyə, saat 20:55:33-də 69 saniyə, xx.xx.2014-cü il tarixdə saat 17:22:48-də 327 saniyə, xx.xx.2014-cü il tarixdə saat 13:37:39- da 21 saniyə, saat 14:19:18-də 12 saniyə, saat 14:43:45-də 84 saniyə, xx.xx.2014-cü il tarixdə saat 14:22:12-də 443 saniyə, xx.xx.2014-cü il tarixdə saat 00:22:13-də 454 saniyə, xx.xx.2014- cü il tarixdə saat 00:33:45-də 121 saniyə, xx.xx.2014-cü il tarixdə saat 13:58:04- də 200 saniyə, saat 15:51:18-də 30 saniyə, saat 15:52:34-də 18 saniyə, xx.xx.2014-cü il tarixdə saat 13:44:29-da 200 saniyə, xx.xx.2014cü il tarixdə saat 09:14:45-də 54 saniyə danışıqlar aparılmışdır ( cild 1, iş vərəqə 138). 24 noyabr 2014-cü il tarixli məhkəmə komputer-texniki ekspertizasının rəyindən görünür ki, tədqiq olunan mobil smartfonun yaddşında “Whatsapp” proqram təminatına aid olan fayllar müəyyən edilmiş, həmin faylların saxlandığı qovluqlara baxış keçirilərək tədqiqat işləri aparılmışdır. Aparılmış tədqiqatlar nəticəsində “Whatsapp” proqram təminatında “Vasif Ali oğlu” istifadəçinin adında “peteknur1981” adlı profil vasitəsiilə aparılmış yazışmaların məzmunları, ötürülən media məlumatlar müəyyən edilmişdir (cild 1, iş vərəqə 144-178). 06 sentyabr 2014-cü il tarixli “Telefon məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, X7 məxsus "Samsung Galaxy DUOS" markalı, GT-S6102 modelli mobil telefon aparatının yaddaşında olan məlumatlara baxış keçirilmiş və baxış zaman müəyyən edilmişdir ki, telefon aparatının “menyu” bölməsində olan "Whatsapp" proqramının daxilində +**********5 saylı mobil telefon nömrəsi ilə X5 istifadəsində olan mobil telefon nömrəsi arasında qeyd olunan istintaq əhəmiyyəti kəsb edən məlumatlar yer almışdır. Qarşısında “+” işarəsi ilə işarələnmiş +**********5 saylı mobil telefon nömrəsindən gələn sms-lər, qarşısında işarəsi ilə işarələnmiş X14 tərəfindən yazılmış sms- lərdir. 30 avqust 2014-cü il tarixdə saat 12:23-də “+bildim yazanda herifnen yaz reqemi, duzelt da axsamada”, 30 avqust 2014-cü il tarixdə saat 12:24/25-də -“kisidan min goturdum, qalanında 1 gun qalanı goturacam”, 30 avqust 2014-cü il tarixdə saat 21:26/27-də +”be sende ne oldu, ver yusife”, 30 avqust 2014-cü il tarixdə saat 22:54-də - “bes manda min kisi, 03 sentyabr 2014- cü il tarixdə saat 22:10-da +”pul duzeld,” 03 sentyabr 2014-cü il tarixdə saat 22:11-də -“sahar axsam veracam”, 03 sentyabr 2014-cü il tarixdə saat 22:36-da +”yuz faiz calis yaxsı pul duzeld”, 04 sentyabr 2014-cü il tarixdə saat 18:49-da + “ne var ne yox, neynedin”, 04 sentyabr 2014-cü il tarixdə saat 18:54-də - “axsama yusifnən görüşəcəm”, 04 sentyabr 2014-cü il tarixdə saat 18:55-də + “ne qederdi”, 04 sentyabr 2014-cü il tarixdə saat 18:56-da - “bes yuz”, 05 sentyabr 2014-cü il tarixdə saat 12:02-də + “doqquzyüz on səkkiz”, 05 sentyabr 2014-cü il tarixdə saat 12:48də - “basa dusmadim”, 05 sentyabr 2014-cü il tarixdə saat 13:38-də + “99”, 05 sentyabr 2014-cü il tarixdə saat 13:39-da “-na demakdi”, 05 sentyabr 2014-cü il tarixdə saat 13:41də “+99dh918”, maşın nömrəsidi, 05 sentyabr 2014-cü il tarixdə saat 13:42-də - “öyrənmək lazımdi”, 05 sentyabr 2014-cü il tarixdə saat 13:42-də “+yadda. saxla aq vitodu”, 05 sentyabr 2014-cü il tarixdə saat 13:43-də - “nə vaxt gələcək”, 05 sentyabr 2014-cü il tarixdə saat 14:01-də - “samux kecit mantaqasi”, 4 sentyabr 2014-cü il tarixdə saat 14:16-da “+he”, 05 sentyabr 2014-cü il tarixdə saat 14:17-də- “gancanin yanındadı”, 05 sentyabr 2014-cü il tarixdə saat 14:18/19-da “+Samur, Qubada”, 05 sentyabr 2014-cü il tarixdə saat 14:20-də - “sedeka”, 06 sentyabr 2014-cü il tarixdə saat 08:52-də + “zeng vurdu”, 06 sentyabr 2014-cü il tarixdə saat 08:52-də - “ha indi galib”, 06 sentyabr 2014cü il tarixdə saat 08:53-də + “get gotur”, 06 sentyabr 2014-cü il tarixdə saat 08:53-də - “o bilir san na gondarmisan”, 06 sentyabr 2014-cü il tarixdə saat 08:54-də + “iqruskadi yaqdi sukusonnudu”, 06 sentyabr 2014-cü il tarixdə saat 08:55-da - “oda didi san didiyini”, 06 sentyabr 2014-cü il tarixdə saat 08:56-da - “diyir mardakanda qallram”, 06 sentyabr 2014-cü il tarixdə saat 08:56-da + “deyir gel ora”, 06 sentyabr 2014-cü il tarixdə saat 08:59-da- “yox diyir orda qallram, man bilacarida gorusacam”, 06 sentyabr 2014-cü il tarixdə saat 09:02-də - “dedim hara gedacan bilacariya qaraja gedacam bilacarida”, 06 sentyabr 2014-cü il tarixdə saat 09:03-də + “hacana dedi, gel vesderi gotur”, 06 sentyabr 2014- cü il tarixdə saat 09:03-də - “8da”, 06 sentyabr 2014-cü il tarixdə saat 09:04-də + “axsam”, 06 sentyabr 2014-cü il tarixdə saat 09:07-da + “gozlayir mani indi danışdım ” ( cild 1, iş vərəqə 47-49). 06 may 2015-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin o, istintaqdan gizləndiyi üçün ona ittiham elan etmək mümkün olmadığından elə həmin tarixdə barəsində axtarış elan edilmiş və 16 iyul 2015-ci il tarixdə Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən iş üzrə icraat dayandırılmışdır. (cild 2, iş vərəqə 61-64). Axtarışda olan şəxsin təhvil alınması haqqında 09 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:10 radələrində Heydər Əliyev adına X22 X24 İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Əməliyyat İstintaq Baş İdarəsinin əməkdaşlarına təhvil verilmişdir. (cild 2, iş vərəqə 65). Təqsirləndirilən şəxs həmin gün istintaq orqanına təhvil verildiyindən, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və icraata qəbul edilmişdir. (cild 2, iş vərəqə 66). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının 18 noyabr 2022-ci il tarixli, 10914 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı qeyd olunan xəstəxanada müalicədə olmamışdır (cild 2, iş vərəqə 139). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 22 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı qeyd olunan mərkəzdə müalicədə və qeydiyyatda olmamışdır ( cild 2, iş vərəqə 150). Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Rzayev X10 rayon məhkəməsinin 15 noyabr 2007-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.2.1-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 2, iş vərəqə 131-133). Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 iyul 2015-ci il tarixli 1(101)-685/2015 saylı hökmü ilə X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə, 234.4.1 və 234.4.3-cü maddələri ilə isə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzaları təyin edilmiş, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X7 cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir (cild 2, iş vərəqə 41-50). X2 aşkar edilərək götürülmüş 1109,5 qram qurudulmuş marixuana cinayətin predmeti olduğundan maddi sübut kimi tanınmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(101)-685/2015 nömrəli hökmünə əsasən məhv edilmişdir(cild 2, iş vərəqə 110-111).. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin tarixli 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respubliası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəzhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə narkotik vasitələrin keçirilməsi formasında təzahür edən qaçaqmalçılıq əməlinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcələsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdiur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 12-ci bəndinə əsasən - qurudulmuş halda 500 qram və daha artıq çəkidə narkotik vasitə marixuana külli miqdar təşkil edir. Məhkəmə, təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmaması, Azərbaycan Respublikasının dövlət sərhəddindən keçirilən narkotik vasitənin ona aid olmaması, Vasif Zeynalabduyevlə narkotik vasitələrin satışı, dövlət sərhəddindən keçirilməsi barədə danışıqların aparıldığı +**********5 saylı telefon nömrəsinin ona məxsus olmaması, hadisə baş verdiyi dövrdə həmin nömrəni tanımadığı şəxslərə verib Gürcüstana getməsi barədə məhkəmədə verdiyi ifadələrini, iş materialları ilə təkzib olunması əsası onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Məhkəmə +**********5 saylı telefon nömrəsinin ona məxsus olmaması barədə müdafiə tərəfinin dəlili ilə əlaqədar əvvəla qeyd edir ki, 08 dekabr 2014-cü il tarixli “Telefon məlumatlarına baxış keçirilməsi haqqında” protokolla 28 oktyabr 2014-cü il tarixli Təqsirləndirilən şəxs “sərhədkeçmə hesabatına baxış” protokolu müqayisəli şəkildə tədqiq olunarkən müəyyən edilir ki, Vasif Zeynalabduyevin istifadəsində olan ***-***-**-** saylı nömrə ilə +**********5 saylı telefon nömrəsi arasında danışıqlar məhz Təqsirləndirilən şəxs Azərbaycan Respublikası sərhəddini tərk etdiyi zamanlara təsadüf edir. Bundan başqa Vasif Zeynalabduyevin istifadəsində olan telefon nömrəsi ilə danışıqlar aparılan nömrə istifadəçiləri müəyyən edilən şəxslərin əskəriyyəti ibtidai istintaq dövründə dindirilmişdir. Həmin şəxslərdən bəzilərinin, məsələn X8, X9, X18 eyni vaxtda həm +**********5 saylı telefon nömrəsi ilə, həm də 070 ***-**-** saylı nörmə ilə əlaqə saxladığı müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Nizami Quliyevin dindirmə protokolundan (Cild 1, iş vərəqə 232-237)görünür ki, +**********5 nömrəsi ilə onun istifadəsində olan 070 ***-**-** nömrə arasında aparılmış 07 sentyabr 2014-cü ildə saat 22:43 radələrində 181 saniyə, saat 23:50 radələrində 1 saniyə, 23:51 radələrində 406 saniyə danışıqların məzmunu barədə sual verildikdə sonuncu Seymurun Vasifin tutulmasından sonra ona zəng etməsi, Vasifin hansı orqan tərəfindən tutulması, həmçinin “ Vasif mənim zibillərimə görə tutulub,görəsən işini pulla həll etmək olar? ” deyə sualına onu bu işlərə qatmamalarını öz “zibilləri” ilə özlərinin məşğul olmalarını bildirməsi məzmununda olmasını qeyd etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş X9 dindirmə protokolundan(Cild 1, iş vərəqə 223-227) görünür ki, +**********5 nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı nömrə arasında aparılmış 07 sentyabr 2014-cü ildə saat 16:48 radələrində 51 saniyə, saat 17:21 radələrində 43 saniyə, saat 18:19 radələrində 84 saniyə, 18:12 radələrində 71 saniyə danışıqların məzmunu barədə verilmiş sualı sonuncu Seymurun ondan Vasifin hansı orqan tərəfindən nece tutulduğu, o isə bu barədə məlumatının olmadığını bildirdiyi barədə olması ilə cavablandırmışdır. Cinayət işi materiallarına əlavə edilmiş X18 dindirmə protokolundan (Cild 1, iş vərəqə 96- 101)görünür ki, 06 sentyabr 2014-cü ildə Vasifin istifadəsində olan telefon nömrəsindən onun telefon nömrəsinə “Whatsapp” tətbiqi vasitəsilə daxil olmuş Seymurun ona Pyateqorsk şəhərindən pay gönərməsi, nömrəsini taksi sürücüsünə verməsi, onunla əlaqə saxlanılacağı barədə məsajı oxuyaraq Seymurun istifadəsində olan +**********5 saylı telefon nömrəsinə zəng etdiyini və ondan sonuncuya nə isə göndərib göndərməməsi barədə sual verdiyini bildirmişdir. Göründüyü kimi, hər üç şahid bilavasitə və ya dolayı yolla +**********5 mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs istifadəsində olduğunu təsdiq etmişlər. Bundan başqa X8, X12 4 ədəd şəxs fotoşəkil üzrə tanınmaya təqdim edilərkən hər iki şahid X15 göstərərək həmin şəxsdən bəhs etdiklərini bildirmişlər. Bundan başqa məhkəmənin ilk iclasında Təqsirləndirilən şəxs hadisələrin baş verdiyi zaman göstərilən telefon nömrəsini başqa şəxsə verərək Gürcüstanda olduğunu bildirsə də sonrakı məhkəmə iclasında ümumiyyətlə qeyd olunan nömrənin ona məxsus olmadığnı qeyd etmiş, lakin ifadələri arasındakı ziddiyyəti əsaslandıra bilməmişdir. Bundan başqa müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş Vasif Zeynalabuyev məhkum olunduğu cinayətlə əlaqədar əlbir olduğu şəxsin Seymur olmadığını qeyd etsə də Seymurla həmin ərəfədə danışdığını, lakin aralarında olan danışıqların təmir tikinti işləri ilə əlaqədar olduğunu bildirmiş, sonuncuya “təqsirləndirilən şəxsin onunla əlaqə yaratdığı telefon nömrəsinin hansı ölkənin mobil operatoruna məxsus olması” barədə verilmiş suala o, sonuncu ilə Rusiya mobil operatorlarına məxsus nömrə ilə əlaqə saxladığını bildirmişdir. Məhkəmə Vasif Zeynalabduyevin telefon yaddaşında olan zənglərin siyahısında Rusiya Federasiyası mobil operatorlarına məxsus yalnız +**********5 nömrəsinə rast gəlindiyini, həmin telefon nömrəsindən Vasif Zeynalabduyevin istifadəsində olan telefon nömrəsinə “+99dh918”, “maşın nömrəsidi yadda. saxla aq vitodu”, “samux kecit mantaqasi, iqruskadi yaqdi sukusonnudu” məzmundan məsajların gəlməsini, narkotik vasitənin həqiqətən də Şahid4 məxsus “Mersedes Vito” markalı, ** DH *** nömrəli nəqliyyat vasitəsindən aşkar edilməsini nəzərə alaraq, habelə iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş yuxarıda göstərilən mötəbər sübutlara əsaslanaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Cinayətlətin təsnifatına görə hər iki maddədə öz əksini tapan əməllər ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində, həmin Məcəllənin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirici hallar, 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində həmin Məcəllənin 66.3-cü maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həm 206.3.2-ci, həm də 234.4.1 və 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 29 iyun 2015-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli tutulduğu vaxtdan hesablanmaqla 2 ay 8 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir( cild 2, iş vərəqə 58-60). Cinayət işinin materiallarından isə görünür ki, 7 may 2015-ci il tarixli qərarla barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs 9 noyabr 2022-ci il tarixdə saat 01:10 radələrində Heydər Əliyev adına X22 X24 İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaq orqanına təhvil verilmişdir ( cild 2, iş vərəqə 65). Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı onun tutularaq həbsə alındığı vaxtdan, yəni, 9 noyabr 2022-ci il tarixdən hesablanmalıdır Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 7182 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psxiostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur( cild 2, iş vərəqə 173-174). Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ********* nömrəli cinayət işi üzrə X2 aşkar edilərək götürülmüş və maddi sübut kimi tanınmış ilkin tədqiqat zamanı 1110,0 qram təşkil edən narkotik vasitə olan marixuananın Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(101)-685/2015 nömrəli hökmünə əsasən məhv edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı 36 saylı Vəkil Bürosunun vəkili X16 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 40(qırx) iş saatı həcmində hüquqi yardımla bağlı X4 vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03. 2011-ci il, tarixli “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əmələrini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5(beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplamaqla ona qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 09 noyabr 2022-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olan ekspert tədqiqatından sonra qalıq çəkisi 1109,5 qram təşkil edən narkotik vasitə olan marixuananın Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(101)-685/2015 nömrəli hökmünə əsasən məhv edilməsi nəzərə alınsın. Məhkəmə mərhələsində göstərilmiş 40(qırx)iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına vəkil X16 üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-595/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-595/2023
02.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver