Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-595/2025 24.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Qurbanova Aygün Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Bakı şəhər 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, “ünvan 3 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib saxlama və daşıma ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir.
İşin faktiki halları
2. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1,422 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Abşeron rayon polis idarəsinin Cinayət Axtarış Şöbəsinin və X1 əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 may 2024-cü il tarixdə saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksinin həyətində saxlanılaraq Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 6 ünvanında yerləşən Abşeron rayon polis idarəsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının cibindən 01 bükümdə təmiz çəkisi 1,422 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
3. Bundan başqa o, təkrarən narkotik vasitələrin ölkə ərazisində satışım həyata keçirmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan “Beyrut” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqla müəyyən edilməyən vaxtda “Beyrut” adlı şəxsin göstərişi ilə satış məqsədilə qanunsuz olaraq külli miqdarda 4415 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və təsiredici maddəsinin ümumi miqdarı 16 qram olmaqla külli miqdarda “Methadone 40” markalanma göstəricisi olan 40 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla üzərilərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli, dairəvi formalı 400 ədəd narkotik vasitə metadon həblərini istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamaqla daşımış, Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyinin Baş Narkotiklər Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 may 2024-cü il tarixdə saat 22:50-də ünvan 7 ünvanının yaxınlığında saxlanılaraq ünvan 8da yerləşən Bakı şəhəri Nəsimi rayon polis idarəsinin 20-ci polis şöbəsinin inzibati binasına aparılmış və üzərində aparılmış şəxsi axtarış zamanı əlində olan kisənin içərisindən 01 ədəd bağlamada üzərində “Methadone 40” markalanma göstəricisi olan 40 ədəd konvalyutda, üzərilərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli, dairəvi formalı, təsiredici maddəsinin ümumi miqdarı 16 qram təşkil edən külli miqdarda 400 ədəd həmin narkotik vasitə metadon həbləri və 04 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1035 qram, 1130 qram, 1110 qram, 1140 qram olmaqla ümumi təmiz çəkisi 4415 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
4. xx.xx.2024-cü il tarixli raportdan (cild 1, iş vərəqə 03) görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir.
5. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 21) görünür ki, xx.xx.2024-cü il tarixda saat 22:50-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur.
6. xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 30-31) görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı əlində olan sintetik torbanın içəsirindəki polietilen bükümdə üzərində “Methadone 40” markalanma göstəricisi olan 40 ədəd ədəd konvalyutda, hər bir konvalyutda 10 həb olmaqla, üzərilərində “F/M40” yazısı həkk olunmuş ümumilikdə 400 ədəd metadon tərkibli həblər və 04 ədəd polietilen bağlamada ümumi təmiz çəkisi 4415 qram təşkil edən qurudulmuş marixuana və “Redmi” markalı mobil telefon aparatı götürülmüş, bir ədəd siqaret qutusu və bir ədəd azadlığı məhdudlaşdıran cihaz Aqşinə geri qaytarılmış və bu barədə protokol tərtib edilmiş, şəxsi axtarış və götürmə istintaq hərəkətinin gedişatım əks etdirən görüntülər “DVD” diskə köçürülməklə “DVD” disk iş materiallarına əlavə edilmişdir.
7. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 6/2921 saylı rəyindən (cild 01, iş vərəqə 42-44) görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün No7”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs əlindəki torbadan aşkar edilmiş kütlələr şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan torbadakı, üzərində “Methadone 40” markalanma göstəricisi olan 40 (qırx) ədəd konvalyutda, hər konvalyutda 10 (on) həb olmaqla, ümumilikdə 400 ədəd üzərilərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 400 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 16 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon vardır). Tədqiqata təqdim edilmiş metadon tərkibli həblər xarici əlamətlərinə və tərkibindəki təsir edici maddəsin miqdarına görə eynilik təşkil edirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, İ siyahısına daxildir. Qeyd: Metadon tərkibli həblər 400 ədəd, tədqiqata sərf edildi 5 həb, qalıq 395 həb.
8. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 7/819 saylı rəyindən (cild 01, iş vərəqə 48-49) görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan ağ rəngli sintetik torbadakı 04 (dörd) ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 1035 qram, 1130 qram, 1110 qram, 1140 qram olan bitki mənşəli kütələlər tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi təmiz çəkisi -4415 qramdır.Tədqiqata təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd.’Marixuananm ümumi təmiz çəkisi 4415 qramdır (1 -4№ -ob), sərf edildi 0,4 qram (hər çəkidən 01, qram götürüldü), qalıq -4414,6 qram.
9. DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan (cild 01, iş vərəqə 59-60) görünür ki, iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb Nəsimi RPİ-nin 20-ci PŞ-nə gətirilərək üzərinə dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyalarını masanın üzərinə qoymaq təklif olunmuş və sonuncu sağ əlində olan ağ rəngli kisəni masanın üstünə qoydu. Həmin kisə içərisində 4 ədəd qara rəngli sellofan bağlamada yaşıl rəngli ota oxşar bitki, 1 ədəd qara rəngli sellofan bağlamada 10 ədəd həb olmaqla 40 ədəd konvalyutda ümumilikdə 400 ədəd metadon həbi aşkar edilmişdir. Qeyd edilən içərisində yaşıl rəngli ota oxşar kütlə olan bağlamalar tərəzi vasitəsilə çəkildikdə ümumi çəkisi 4,745 kq olduğu müəyyən edildi. Həmin bağlamalar qablaşdırılıb möhürlə təsdiq edilərək iştirakçılar tərəfindən imzalandı. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparıldı və əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd qara rangli Redmi markalı mobil telefon, 01 ədəd "Prima" markalı siqaret qutusu, 01 ədəd azadlığın məhdudlaşdırılmasına nəzarət cihazı aşkar edildi. Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd "Prima" markalı siqaret qutusu, 01 ədəd azadlığın məhdudlaşdırılmasına nəzarət cihazı özünə qaytarıldı, mobil telefon isə sübut əhəmiyyəti kəsb etdiyindən götürüldü. Təqsirləndirilən şəxs əlavə suallara cavab olaraq, əvvəllər CM-nin 234.1-ci maddəsi ilə məhkum olunduğunu, azadlığını məhdudlaşdıran cihaz daşıdığını, Azərbaycan dilində sərbəst bildiyini, ona verilən sualları tam olaraq başa düşdüyünü, tərcüməçiyə ehtiyacı olmadığını, narkotik vasitə satmadığını, üzərindən aşkar edilmiş kisəni sosial şəbəkədən tanış olduğu "Beyrut" adlı İran vətəndaşının ona konum ataraq bildirdiyi Nəsimi rayonu ərazisində yerləşən götürdüyünü, həmin şəxsin deyəcəyi ünvana çatdırmaq müqabilində 500 manat pul almalı olduğunu, "Beyrut" adlı şəxsin ona göndərdiyi konumu sildiyini bildirmişdir. Bundan sonra videoçəkilişdə iştirak edən Şahid6 taksi fəaliyyəti ilə məşğul olduğunu, Təqsirləndirilən şəxs bir nəfər xanımla müştəri kimi götürdüyünü, Nəsimi rayonu ərazisində həmin şəxsin düşdüyünü, xanımın isə maşında qaldığını, bir qədər aralıda həmin şəxsin mülki geyimli şəxslər tərəfindən saxlanıldığını, həmin şəxslərin özlərini polis əməkdaşı kimi edərək onları polis idarəsinə dəvət etdiklərini bildirdi. Təqsirləndirilən şəxs isə saxlanıldığı yerə gəldiyi taksi sürücüsü Şahid6 və yanında olmuş tanışı X3 onun götürdüyü narkotik vasitədən məlumatları olmadığını, aşkar edilmiş narkotik vasitələrdən başqa heç yerdə narkotik vasitə saxlamadığını, polis əməkdaşları tərəfindən saxlanılarkən, polis şöbəsinə gətirilərkən və polis şöbəsində olarkən ona heç bir psixi və fiziki zor tətbiq edilmədiyini, videoçəkilişdən əvvəl heç kimin üzərinə baxış keçirmədiyini bildirdi.
10. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 01, iş vərəqə 61-62) görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir.
11. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 4(006)-276/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından (cild 01, iş vərəqə 87-91) görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxalma müddəti 04 ay həddində müəyyən edilmiş, həbsmüddətinin əvvəlinin 23 may 2024-cü il tarixdən, saat 22:50-dən hesablanması qərara alınmışdır.
12. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-də alınmış tələbnamədən (cild 01, iş vərəqə 106-111) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığının məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olan təqsirləndirilən şəxs hesab edilir.
13. xx.xx.2024-cü il tarixli 5(006)-414/2024 saylı əməliyyat-axtarış tədbrinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair qərarından (cild 01, iş vərəqə 115) görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisinin müavini, poli polkovnik-leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov tərəfindən təsdiq edilmiş 23 may 2024-cü il tarixli qərar qanuni hesab edilməsi qərara alınmışdır. a. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 4367 nömrəli rəyindən (cild 01, iş vərəqə 130-131) görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.
14. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan (cild 01, iş vərəqə 134) görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə marixuana və metadonu əldə etdiyi “Beyrut” adlı şəxsin şəxsiyyətinin və yerinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
15. xx.xx.2024-cü il tarixli qərardan (cild 01, iş vərəqə 147) görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon, Xırdalan şəhərində narkotik maddəni üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur.
16. xx.xx.2024-cü il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulma protokolundan (cidl 01, iş vərəqə 170) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23.30 dəqiqədə tutulmuşdur.
17. xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın qabaq sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülüyə bükülmüş bükülünü təqdim etdi. Həmin sellofan bükülü açıldıqda isə içərisində ağ rəngli, kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddəyə bənzər metamfetamini xx.xx.2024-cü il tarixə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, “Kaktus” restoranının yaxınlığında, tanımadığı şəxsdən 20 manata aldığını, şəxsi istifadə üçün üzərində saxladığını bildirdi.
18. Məhkəmə-kimyəvi ekspertizasının 09 may 2024-cü tarixli, 3-16-16-2-6/2609 nömrəli rəyindən(cild 01, iş vərəqə 189-191) göründüyü kimi təqdiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N°56 dairəvi möhrü əksi və “...Təqsirləndirilən şəxs-imza, beş-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 ədəd bükümdəki təmiz çəkisi-1,422 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, İİ siyahısına daxildir. Qeyd:Metamfeatminin təmiz çəkisi 1,422 qramdır sərf edildi 0,05 qr, qalıq- 1,372 qr.
19. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan (cild 01, iş vərəqə 217-219) görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir
20. 18.07.2024-cü il tarixli baxış aparılması haqqında protokoldan (cild 01, iş vərəqə 9) görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin xx.xx.2024-cü il tarixdə saat 22.00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsində olduğu müəyyən edilmişdir.
21. 24.07.2024-cü il tarixli baxış aparılması haqqında protokoldan (cild 01, iş vərəqə 4) görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə aid ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş Whatsapp proqramı vasitəsi ilə “Beyrut” adlı istifadəçi ilə danışıqların və aralarında ismarıcların olduğu müəyyən edilmişdir.
22. Bakı şəhəri Probasiya İdarəsinin 11 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığının məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış və cəzasının sonu xx.xx.2025-ci il tarixə hesablanmışdır. Onun barəsində Bakı şəhəri Nəsimir ayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)276/2024 saylı qrəarı ilə 04 ay müddətinə həsb qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmış və həmin tarixədək cəzasının 01 il 02 ay 07 günün çəkmiş, çəkilməmiş hissəsi 09 ay 19 gün təşkil etmişdir.
23. Ali Təhsil haqqında dövlət sənədindən görünür ki, xx.xx.2016-cı il tarixdə Təqsirləndirilən şəxs “Ekologiya və təbiətdən istifadə “Su ehtiyatlarının mühafizəsi və kompleks istifadə” ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir.
24. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən verilmiş diplomlardan görünür ki, Təqsirləndirilən şəxs bir neçə dəfə qalaqapı idman növü üzrə birinci və üçüncü yerə layiq görülmüşdür.
25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs müvafiq müddətlər üzrə hərəkət trayektoriyasına dair məlumatlar məhkəməyə təqdim edilmiş və müəyyən edilmişdir ki, "Attenti” elektron monitoring sistemindən əldə edilmiş məlumata əsasən koordinatlar üzrə məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixda saat 22:01-da yaşayış yerini (Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 76A, mənzil 5) tərk edərək Heydər Əliyev prospekti, Zabrat-Sabunçu şossesindən istifadə etməklə saat 22:19-dan saat 22:32-dək Sabunçu rayonu, Zabrat qəsəbəsi, Ruhulla Axundov küçəsində olmuş, saat 22:33də hərəkətə başlayaraq saat 22:51-də yaşayış yerinə gəlmiş, xx.xx.2023-cu il tarixdə saat 21:01-də hərəkətə başlayaraq saat 21:06-dan saat 21:21-dək Narimanov rayonu, Əliyar Əliyev küçəsində olmuş, saat 21:34-də yaşayış yerinə gəlmiş xx.xx.2023-cü il tarixdə saat 20:55-də hərəkətə başlayaraq saat 21:19-dan saat 22:51-dək Səbail rayon Polis İdarəsinin 9cu Polis Bölməsində olmuş, saat 23:07-da yaşayış yerinə gəlmış həmçinin müraciətinizdə qeyd olunan digər vaxtlarda yaşayış yerində və onun yaxınlığında olmuşdur. Qeyd olunur ki, xx.xx.2023-cu il tarixdə saat 06:44-dən saat 10:33-dək va xx.xx.2023-cu il tarixdə saat 05:20dan saat 15:22-dək elektron nəzarət vasitəsinin (mobil nəzarət qurğusunun) enerji ehtiyatının tükənməsi ilə əlaqədar məhkumun coğrafi yerdəyişməsini müəyyən etmek mümkün olmamışdır.
26. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrənin sms detallaşması barədə "xxxx" MMC-dən daxil olmuş diskdə olan məlumatlara baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin məlumatlarda “Şamildi ac telefonuda saxlatdırıblar. Nə qədər tez oldu cıxacam.bezdim e uje” məzmunlu, “tatiam ot duşi pokayfoval, senin şetuva brat!! coxdan bele tema düşmemişdi, sps!!! Brat inanki biraz olar kak ya prosnulsa, indi mene ayus, posle vceraşnevo visokoklasnova narika pover brat ya povsem s”, “Керя куда надо скажи да пожалуста я приду я сильно болею Керя возмида телефон”, “Brat amberi öne ili day vizör арата закину тебе деньги. Я нашёл, все ок. Карты код брось, если можешь смс-ом пошли, я с ап”, “salam.bratka 1 torpag 1daw”, “камейке после чираг плазы светафор ,где и зебра пешеход.”, “ко или нет, чтоб я тут просто так не торчал”, “Акшин я вышел к церкви, на мобиле и-нета нет. Ты мне скажи ты дале”, “Kerya tak nedelaida cto ya tebe plohova zdelal vozmi trubku men lomkada qalmisam zacem sende olan tuxta maldan vermisen”, “Отбой даешь, вообщем я пасс . Меня в расчет не бери”, “Salam aleykum brat uzurlu bil narahat eliyirem bidene danwa bilirsen se bir kelme danwag da 3-4 dene wey wuy lazımdı elden cıxmasın” məzmunlu narkotik dövriyyəsi ilə bağlılığı olan sms mətnlər var.
27. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hadisənin üzərindən kifayət qədər vaxt keçdiyi üçün hazırda təfərrüatları xatırlamaqda əziyyət çəkir. Təqsirləndirilən şəxsi Abşeron rayonu, Gənclər şəhərciyində saxlamışlar. Daha sonra o polis idarəsinə gətirilmiş, videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış və baxış istintaq hərəkətləri keçirilmişdir. Bu zaman şəxs üzərindən könüllü formada 01 bükümdə narkotik vasitə çıxararaq təqdim etmiş və narkotik istifadəçisi olduğunu bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq Abşeron RPİ-ə aparılmışdır. Təqsirləndirilən şəxsi onlar aparmamışlar, onlara təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmamışdır.
28. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2024-cü ilin may ayında Təqsirləndirilən şəxs saxlanılaraq 20-ci PŞ-ə aparılmışdır. Həmin vətəndaşın yanında bir nəfər qadın va bir nəfər kişi olmuşdur. Şəxsi axtarış zamanı isə əlində saxladığı bağlamanı təqdim etmişdir. Oradan "methodone" həbləri və 4 bağlamada marixuana aşkar olunaraq götürülmüşdür. Həmin narkotikləri sosial şəbəkədə tanış olduğu İİR vətəndaşı vasitəsi ilə əldə edib aralarında olan sövdələşməyə görə narkotik vasitələri deyəcəyi yerə çatdırmalı idi və onun müqabilində İİR vətəndaşı ona 500 manat pul verməli olmuşdur. Əlavə olaraq onun üzərindən mobil telefon, siqaret qutusu və azadlığın məhdudlaşdırılması ilə bağlı cihaz aşkar olunmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Əməliyyat qrupuna o rəhbərlik etmişdir. Əməliyyat qrupunda Şahid2 və Miryusif Seyidov olmuşdur.Ona qarşı hər hansı zorakılıq tətbiq olunmamışdır. İstintaqdakı ifadəsini təsdiq edir. Əməliyyat məlumatı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə olmuşdur.Onlar əməliyyat məlumatının mötəbərliyini yoxlamışlar. Onlar Aqşini tutandan sonra 20-ci PŞ-yə aparmışlar. Aqşin sağ əlində torba saxlamışdır. Torbaya açıb baxmamışlar. Amma telefonu götürülərək istintaq materiallarına əlavə edilmişdir. Telefonda iranlının konumu olmuş, lakin o həmin konumu hazırda xatırlamır. Onlar Aqşini nə Nərimaniv RPİ, nə də ki Nərimanov rayonu İcra və Probarsiya şöbəsinə aparmamışlar.Aqşinin üzərindən cihaz götürmüş, amma işləyibişləməməsi onun yadında deyildir. Aqşin videoçəkilişdə dədemişdir ki, o xanımın bu məsələdən xəbəri yoxdur. Orada 1 kq yox, 4 kq narkotik vasitə olmuşdur. Əməliyyat zamanı telefon olmamış, ratsiya var idi. Qrup üzvləri ilə ratsiya vasitəsilə əlaqə saxlamışlar. Üç nəfər olmuşlar, üçündə də ratsiya olmuşdur. Ratsiyanı götürəndə telefon ya evdə olmuşdur ya da idarədə olmuşdur. İstintaqdakı ifadəsini təsdiq edir.
29. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 23 May tarixində əməliyyat qrupu yaradılmış, qrup rəhbəri isə Şahid1 olmuşdur. Anar müəllimlə birlikdə Nəsimi rayonunda yerləşən Azər Əliyev küçəsində Aqşinə yaxınlaşıb özlərini təqdim etmişlər və onunla birlikdə 20-ci PŞ-nə getmişlər. Vəkilin iştirakı ilə videoçəkilişlə Aqşinin üzərinə baxış keçirilmişdir. Onun üzərindən marixuana və M40 aşkarlanmış, Onlar isə həmin anrkotik vasitərləri qablaşdıraraq ekspertizaya göndərmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Aqşinin dediyinə görə narkotik vasitələri "Beyrut" adlı İİR vətəndaşından almıışdır. 500 manat müqabilində dediyi yerə çatdıracaqmış. İbtidai istintaqdakı ifadəsini təsdiq edir.Aqşinə qarşı hər hansı zorakılıq tətbiq olunmamışdır. Hadisə yerinə ilk onlar getmişlər. Anar müəllim yaxınlaşmalarını demiş və onlar da yaxınlaşmışlar. Maşında 1 nəfər kişi və 1 nəfər qadın olmuşdur. Maşın biraz aralıda olmuşdur. Onu saxlayanda əlində qara sellofan torba olmuş lakin sellofanı açıb baxmamışlar, Aqşin özü demişdir ki, həmin torbada olan narkotikdir, iranlı ilə danışmışdır. Telefonu da çox güman istintaqda götürmüşlər. Onun üzərində ratsiya olmuş, ratsiyadan istifadə etmişdir. Telefon maşında olmuşdu. Onlar Aqşini nə Nərimanov RPİ-yə, nə də ki Nərimanov rayonu İcra və Probarsiya şöbəsinə aparmamışlar. Aqşinin qolbaqı olmuşdur, lakin işləyib-işləmədiyini bilmir. Aqşinə qarşı hər hansı zorakılıq tətbiq olunmayıb.
30. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki,əməliyyat qrupu yaradılaraq əməliyyatda iştirak etmişdir. Əməliyyat qrupu ilə birlikdə saxlamışlar, bölməyə gətirmişlər. Videoçəkilişlə üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Əlindəki bükümdə narkotik vasitə aşkarlanaraq qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Əməliyyatda o, Şahid1 və Miryusif Seyidov iştirak etmişlər. İİR vətəndaşı ona bildirmişdir ki, orada narkotik vasitə var, apar onu "zakladka" et. Şəxsin adı ya "Behbud" ya da "Beyrut" olmuşdur. Aqşin 500 manat müqabilində narkotik vasitəni əldə etmişdir. Ona qarşı hər hansı zorakılıq tətbiq olunmamışdır. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət olunmuşdur.İbtidai istintaqdakı ifadəsini təsdiq edir. Əməliyyat qrupunda vəzifə bölgüsünə əsasən, onun vəzifəsi saxlanılan adamın təhlükəsizliyini təmin edib bölməyə gətirməkdir. Nəsimi rayonunda təxminən İnqilab deyilən yerdə şəxsi saxlamışlar. Əməliyyat qrupu orada olanda Aqşin piyada hərəkət edirdi, onlar da Aqşinə yaxınlaşmışlar. O Aqşinin maşına mindiyini görməmişdir. Aqşindən başqa həmin ərazidə 2 nəfər piyada var idi. Həmin vaxtı O ratsiyadan istifadə etmişdir. Aqşini saxlayıb 20-ci PŞ-yə gətirmişlər. Aqşinin üzərində pul olmamışdır. Əgər demişsə də, deməli, olmuşdur, pulun məbləğini bilmir. İstintaqdakı ifadəni təsdiq edir. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
31. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Nərimanov rayon Məhkəməsinin hökmü ilə ona azadlığın məhdudlaşdırılması cazası təyin olunmuş və buna görə o, 8 may 2023-cü il tarixdə, yəni polis əməkdaşları tərəfindən saxlanılarkən ayağında elektron nəzarət vasitəsi olmuşdur. O və ailə üzvləri yaşadıqları evi satmış və Gənclər şəhərciyinə köçmüşlər. O Probasiya İdarəsinə gedib ərizə yazmalı olmuş, lakin onun cəzasına nəzarət edən icra məmuru dəyişdirildiyi üçün, yeni icra məmuru ona zəng etsə də, o həmin nömrəni tanımamış və buna görə də telefona cavab verməmişdir. Həmin icra məmuru onu 8 mayda axtarışa vermişdir. Buna görə də onu polis əməkdaşları saxlamışlar və Xırdalan şəhər Polis İdarəsinə apararaq 3 gün ərizndə orada saxlanılmışdır. Onun üzərində guya 1 qram metamfetamin olmasına görə onun barəsində cinayət işi açmışlar. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona ittiham vermək istəmişlər, ancaq ona demişdirlər ki, o onsuz da istifadəçisidir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsi lə onu rəsmiləşdirəcəklər. Rəsmiləşdirəndən sonra onu Nərimanov RPİ-nin MSY-yə, sonra da Probarsiya İdarəsinə aparmışlar. Onun barəsində həsblə bağlı olmayan qətimkan tədbiri seçildikdən sonra o, 1 həftə ərzində internet üzərindən özünə yeni nömrə axtarmış, bir list metadon almaq istəmişdir. 1 həftədən sonra Nəsimi rayonuna getmiş, metadonu aldığı şəxsin kartına 50 manat pul da atmışdır. Narkotik vasitəni götürmək üçün getidyi yerdə onu polis əməkdaşları saxlamış və Nəsimi RPİ-ə aparmışlar, 4 kq marixuana, bir neçə list dərmanlar çıxarılıb onu rəsmiləşdirib buraya göndərmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, birinci epizod üzrə özünü təqsirli bilir. Onu günorta saat 13:00-17:00 arası tutmuşlar, üzərinə videoçəkiliş ilə baxış keçirilən zaman deyiblər ki, o guya “Kaktus” restoranının yanında olmuşdur. Lakin o həmin ərazidə olmamışdır. Onu evinin yerləşdiyi Gənclər şəhərciyində saxlamışlar və idarəyə aparmışlar. Metadon və marixuana ilə bağlı internetdən nömrə tapıb bir list metadon almaq istəmişdir. Lakin həmin yerə getmiş, oradan isə onu Nəsimi RPİ-yə aparmışlar. Narkotiki götürəcəyi əraziyə konumla getmiş və "konum" yerində onu tutmuşlar. Həmin vaxt üzərində heç nə olmamışdır. O 50 manat pul verin 50 manata bir list metadon almaq istəmişdir. Ona polis əməkdaşları onlar tərəfindən verilən sənədlərə imza etsə işinin bağlanacağını demişlər. Ona istintaqda öz vəkilini heç görməmiş, sadəcə adını eşitmişdir. O yalnız narkotik avsitə istifadəçisi olmuşdur. Saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Saxlanılmamışdan əvvəl narkotik istifadəsi ilə məşğul olmuşdur. Nərimanov rayon İcra və Probarsiya şöbəsində hökmün icrası ilə bağlı əvvəlki icraçı Tamella xanım olmuşdur. İcra və Probarsiya şöbəsinə gedib Nərimanov rayonunda olan evi satıb Gənclər şəhərciyinə köçdüyü barədə ərizə verməli idi. Ona təyin edilmiş cəzanın icrasına nəzarət edən yeni icraçının nömrəsini tanımadığından zənglərə cavab verməmişdir. Daha sonra bununla bağlı onu axtarışa vermişlər. Onu ilk saxlayanda Xırdalanda idarəyə aparmışlar. 3 gün saxlayandan sonra Nərimanov rayonuna aparmışlar. Oradan isə Probarsiya idarəsində yeni icra məmuru, gəlib ərizə yazmalı olduğunu demişdir. İcra məmuru ilə görüşməmişdən əvvəl onu Xırdalanda rəsmiləşdirmişdirlər. Onu Nəsimi rayonunda saxaldıqları üçün o ərizə yazmağa gedə bilməmişdir. 08 may tarixində o Masazır ərazisində yerləşən evində olmuş, həmin ayın 23-ü isə onu Nəsimi rayonunda saxlamışlar. O Beyrut adlı şəxsi tanımır. Həmin şəxsi şəxsən tanımasa da ondan 1 list metadon həbi almaq üçün ona yazmışdır. Həmin şəxsin adını bilmir. O ən çox bir büküm heroin almışdır, həmin bir list metadona görə 50 manat vermişdir. 23 may tarixdə üzərində ***-***-**-** nömrəli mobil telefon nömrəsi olmuşdur.Onunla bərabər bir nəfər də qız olmuş, amma o həmin konuma getməmişdir. O çatmamışdan əvvəl tanış bir taksi sürücü onu orada qarşılamağa gəlmişdi. Günel gedəndə tanış taksi sürücüsünün maşınına mindirib göndərmiş, o da konuma getmişdir. Həmin vaxt onun xəbəri olmadan polis əməkdaşları Güneli və taksi sürücüsünü də görmüş və onlarla birlikdə aparmışlar. Onu bölməyə aparanda Günelgil artıq orada olmuşdur. Metadonun bir listində 10 ədəd tabletka olmuşdur. Onu MSY-də saxlayanda narkotik vasitəni ondan götürmüşlər. Elektron nəzarət vasitəsinin aparatını götürmüşlər, qandal isə qalmışdır. Videoçəkiliş ilə üzərinə baxış gecə saat 11-dən sonra olmuşdur. Onu MSY-də 3 gün saxlamış və həmin gün də çəkiliş etmişlər. Çəkilişi edəndə qandal üzərində olmuşdur.Onun üzərində olan elektron nəzarət vasitəsi həmişə işlək vəziyyətdə olmuşdur. Onu Gənclər şəhərciyinin həyətində saxlamışlar. Onun üzərində narkotik vasitə olmamışdır.
32. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o taksi fəaliyyəti ilə məşğul olur. O mütəmadi olaraq taksi kimi Aqşini müəyyən ünvanlara aparırdı. Aqşini daha çox evinə və s. yerlərə aparmışdır. Aqşini müxtəlif ünvanlara aparmışdır. O hadisə günü Aqşini və tanışı 1 nəfər xanımı Xırdalan ərazisinə aparmalı olmuşdur. Lakin onlar avtomobilə əyləşməyə macal tapmamış polis əməkdaşları tərəfindən saxlanıldılar. Aqşingil Tbilisi prospektində saxlanılmış, həmin zaman yanında 01 nəfər xanım olmuşdur. Aqşin ondan gözləməyi xahiş edərək, xalasıgilin evindən açarı götürüb, geri qayıdacağını bildirmişdir. Aqşingil geri qayıdan zaman səs-küy və insident yaranmışdır. Bir neçə nəfər mülki geyimli şəxs yaxınlaşmışdır. Onlardan bəziləri Aqşinə, bir nəfər isə ona yaxınlaşmışdır. Həmin polis əməkdaşı özünü təqdim etmədiyi üçün onunla aralarında mübahisə yaranmışdır. Daha sonra hər birini polis bölməsinə aparmışlar. Hadisə zamanı Aqşinin əlində hansı predmetin olmasını xatırlamır. O özü də həmin zaman həyəcan içərisində olmuş və Aqşin saxlanıldığı istiqamətdə nələr baş verdiyini xatırlamır. Aqşini və onu ayrı-ayrı avtomobillərdə polis idarəsinə aparıb onlar ayrı otaqlarda saxlamışdır.
Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
33. Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar və külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
34. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır
35. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
36. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
37. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
38. Maddə 56.1.2. qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkməsi müəyyən edilir.
39. Maddə 67.1. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.
40. Maddə 68.1.1-1 Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur.
41. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
42. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır
43. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
44. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
45. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
46. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir
47. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
48. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir
49. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
50. Maddə 327.1.3. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər.
51. Maddə 349. Məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.
Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
52. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, təmiz halda 0,15 qramdan artıq çəkidə psixotrop maddə metamfetamin xeyli miqdar, təmiz halda 1,6 qramdan artıq çəkidə narkotik vasitə metadon, həmçinin 500 qramdan artıq marixuana külli miqdar hesab olunur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanun
53. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
54. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
55. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
56. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”
57. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, istintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: 5.7.5. bənd. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı
58. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
59. Qərarın 12-ci bəndi. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
60. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
61. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
Avropa Məhkəməsinin presedent hüququ:
62. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
63. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3cü maddələri ilə düzgün tövsif edilmişdir.
64. Məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsə verilmiş ittiham, yəni Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi sübuta yetirilmişdir.
65. Belə ki, cinayət işi materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilmiş, Təqsirləndirilən şəxs istifadəsində olmuş “**********” saylı mobil telefon nömrəsinə müxtəlif nömrələrdən narkotik vasitə alış-verişini təsdiq edən sms mətnlərin daxil olduğu və həmin şəxslərin Təqsirləndirilən şəxs xitab edərək ondan narkotik vasitə istəmələri müəyyən edilmişdir. Həmin sms mətnlərinin narkotik vasitə dövriyyəsi ilə bağlı məzmunda olmasına əsaslı şübhələr vardır. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitənin növ müxtəlifliyi, şəxsi istehlak miqdarından dəfələrlə artıq olması və digər sübutlar narkotik vasitə və psixotrop maddənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir.
66. Həmçinin ibtidai istitaq orqanı tərəfindən Təqsirləndirilən şəxs məxsus mobil telefon qurğusunda mövcud olan “whatsapp” sosial şəbəkəsində İİR mobil telefon nömrəsinin qeyd olunduğu "Beyrut” adlı kontakt ilə yazışması müəyyən edilmişdir.
67. Təqsirləndirilən şəxs narkotiklərin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir.
68. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Beyrut adlı İran vətəndaşının ona konumla göndərdiyi yerdən narkotik vasitəni götürüb Beyrutun deyəcəyi başqa bir ünvana qoymağı müqabilində Beyrutun ona 500 manat verəcəyi ilə razılaşmasını bildirmişdir.Təkcə bu hal narkotiklərin yayılmasına yönəldilmiş hərəkətlər hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən ifadələrini, habelə iş üzrə toplanılmış və məhkəmə zamanı araşdırılmış sübutları əsas götürərək hesab edir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotikləri məhz satış məqsədilə əldə etmişdir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən ifadəsinin, onun özünün cinayət məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə olduğu qənaətinə gəlir.
69. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və xeyli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur.
70. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.
71. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.
72. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Həmçinin məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid6 ifadəsini iş üçün əhəmiyyət kəsb edən, Təqsirləndirilən şəxs cinayət törətməməsini təsdiq edən mötəbər sübut hesab etmir. Şahid məhkəmə iclasında cinayət işi ilə bağlı konkret və dəqiq məlumatlar verə bilməmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona psixoloji təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nə də başqa şəxslər bildirməmiş, istintaq təcridxanasına yerləşdirilərkən üzərində hərhansı xəsarət olması və ya döyülməsi barədə məlumat verməmişdir. Nəzərə almaq lazımdır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.
73. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (qərarın 43,44,45,46-cı bəndi).
74. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitə heroinin şəxsi istehlak miqdarından dəfələrlə artıq halda olmasını habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, narkotik vasitə və psixtrop maddələri məhz satış məqsədilə əldə etmişdir.
75. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. (qərarın 42-ci bəndi).
76. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
77. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 34,35,36-ci bəndləri).
78. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir.
79. Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olmuş və hazırki cinayət əməllərini törədərkən azadlığın məhdudlaşdırılması növündə cəza çəkmişdir. Beləliklə onun üzərində olan məhkumluq ödənilməmiş və götürülməmişdir, həmçinin onun üzərində çəkilməmiş 09 ay 19 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası vardır. Lakin Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmadığından Təqsirləndirilən şəxs əvvəlki cəzası azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğundan, onun məhkumluğu ödənilməsə də, qüvvədə olan cinayət qanunvericiliyinin müddəalarına əsasən onun əməlində cinayətin residivi yoxdur.
80. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, o cümlədən onun cəza çəkdiyi dövrdə yenidən ağır cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
81. Təqsirləndirilən şəxs məhkumluğu götürülməsə də, əməlində cinayətlərin residivi olmadığından cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 38-ci bəndi)
82. İşdə olan tutma protokollarından və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixli şübhəli şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilmiş və o müvəqqəti saxlama yerindən azad edilmişdir. Həmçinin xx.xx.2024-cü il tarixli Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 23 may 2024-cü il tarixdən hesablanmışdır və hökm çıxarılana kimi o fasiləsiz olaraq həbsdə saxlanılmışdır.Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 47,48-ci bəndləri).
83. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalı, onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu və Müvəqqəti saxlama yerində saxlanıldığı 3 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
84. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
85. İş üzrə maddi sübut olan, Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 395 ədəd metadon tərkibli həb, 1,372 qram metamfetamin və 4414,6 qram çəkidə qurudulmuş marixuana məhv edilməlidir. Digər maddi sübut - şəxsin üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 2 ədəd və "xxxx" MMC-dən götürülmüş telefon məlumatlarını özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır (qərarın 45-ci bəndi)
86. İş üzrə maddi sübut olub Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 01 ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. (qərarın 45-ci bəndi).
87. Məhkəmə-narkoloji ekspertizasının rəyinə Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Bu səbəbdən ona cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə tətbiq edilməlidir
88. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 284 (iki yüz səksən dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 49-cu bəndi).
89. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 1(005)-90/2023 nömrəli hökmü ilə ona təyin olunmuş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 09 ay 19 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 4 ay 23 gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə ona təyin olunmuş 6 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu və Müvəqqəti saxlama yerində saxlanıldığı 3 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 395 ədəd metadon tərkibli həb, 1,372 qram metamfetamin və 4414,6 qram çəkidə qurudulmuş marixuana məhv edilsin, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan təqsirləndirilən şəxsə məxsus 01 ədəd “Redmi” markalı mobil telefon təqsirləndirilən şəxsin özünə qaytarılsın, şəxsin üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 02 ədəd və "xxxx" MMC-dən götürülmüş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 284 (iki yüz səksən dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Aygün Qurbanova Hakimlər Telman Hüseynov Fərid Namazov