Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-596/2022 24.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X5 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs (xx xxxxxx 1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşamış barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə istintaqa məlum olmayan mənbədən təmiz çəkisi külli miqdar təşkil edən 30,255 qram psixotrop maddə metamfetamini satış məqsədilə əldə edib özündə saxlamaqla daşımış, Nəsimi RPİ-nin 21-ci PB-nin, Nəsimi RPİ-nin CAŞ-ın və Nəsimi RPİ-nin NMB-nin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 20.07.2021-ci il tarixdə saat 12:50-də ünvan 3 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon polis idarəsinə gətirilmiş, polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 bükümdə ümumi təmiz çəkisi 30,255 qram təşkil edən külli miqdarda həmin psixotrop maddə metamfetamin və əynindəki şalvarın sol yan cibindən psixotrop maddənin satışında istifadə etmək məqsədilə saxladığı 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 20 iyul 2021-ci il tarixdə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, S.Salayev küçəsi, 84 nömrəli evdə yatmış vəziyyətdə olduğu zaman iki nəfər polis işçisi əl qandalı ilə əllərini bağlayıb onu Nəsimi rayon polis idarəsinə aparmışlar. Orada onun qarşısına psixotrop maddə qoyub bildirmişlər ki, bunlar onundur. Sonra da üzərinə baxış keçirib, həmin psixotrop maddəni onun üstündən çıxartmışlar. Bu barədə protokol tərtib edib zorla ona imza etdirmişlər. O bildirmişdir ki, narkotik vasitə istifadə etdiyinə görə əvvəllər məhkum olunmuş, üzərindən çıxan psixotrop maddə ona məxsus olmamışdır. O, narkotik vasitə istifadə etdiyinə görə özünü qismən təqsirli bilmişdir. O, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Polis işçiləri onu saxlayarkən üzərində narkotik vasitə və tərəzi olmamışdır. O, Rza adlı şəxsi tanımamış, isintaq zamanı da, barəsində qətimkan tədbiri seçilərkən də təzyiq altında olduğuna görə başqa ifadə vermişdir. ********** №-li telefon ona məxsus olub, SMS vasitəsilə həmin telefonla kimdənsə narkotik vasitə istəməmiş, nə də kiməsə satmamışdır. Narkotik vasitəni Yasamalda “Qara bazardan” naqd qiymətə 5 manat verib alırmış. İstintaq zamanı müdafiəçi əvvəldən iştirak etməmiş, sonradan gəlmişdir. Təqsirləndirilən şəxs oğlunun ibtidai araşdırma zamanı verdiyi ilkin ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. Həmin ifadəsində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər narkotik vasitələrdən istifadə etdiyi üçün məhkum olunmuşdur. Təxminən 4 ildir ki, narkotik vasitələr olan heroindən və metamfetamindən bədənində olan ağrılara görə mütəmadi olaraq istifadə edir, narkotik vasitələr ona sakitləşdirici təsir göstərir. 20 iyul 2021-ci il tarixdə saat 12:50 radələrində ünvan 5 ünvanın qarşısında olarkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirdikdən sonra onun ad və soyadını soruşmuşlar. Sonra polis əməkdaşları onun hərəkətlərinin şübhəli olduğunu, həmçinin narkotik vasitələrin istifadəsində və satışında şübhəli olduğunu bildirib üzərində hər hansı qanunsuz əşya olub olmadığını soruşmuşlar. O, isə polis əməkdaşlarına üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ona onlarla birlikdə Nəsimi RPİ-nə getməyi bildirmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Nəsimi RPİ-nə gəlmişdir. Polis idarəsində xidməti otaqlardan birinə dəvət edilmiş, baxışda iştirak etmək üçün 3 nəfər şahid yəni polis əməkdaşları, video çəkiliş aparan bir nəfər mütəxəssis dəvət edilmişdir. Ondan üstündə, paltarında və paltarlarının ciblərində, bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O, əynindəki boz rəngli şalvarının sağ yan cibində 01 ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Sol yan cibindən isə bir ədəd Samsung markalı telefonu və gümüşü rəngli tərəzini çıxarıb masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra üzərində axtarış aparılmağa başlanılmış və qadağan olunmuş başqa əşya aşkar edilməmişdir. Ondan üzərindən aşkar olunmuş maddənin nə olduğu soruşulduqda 01 ədəd gümüşü kağıza bükülmüş bükülünün içərisindəki kristal şəkilli maddənin metamfetamin adlanan psixotrop maddə olduğunu bildirmişdir. Ondan həmin psixotrop maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə, uzun müddətdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyini və narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu, saxlanılmamışdan əvvəl, yəni 19 iyul 2021-ci il tarixdə 715 manat pulu İran İslam Respublikası vətəndaşı Rza adlı şəxsin kartına ödəyib “Whatsapp” proqramı vasitəsi ilə kartın şəklini Rza adlı şəxsin mobil nömrəsinə göndərdikdən sonra Rzanın əvvəlcədən təyin etdiyi Yasamal rayonunda “Sovestki” deyilən ərazidə köhnə söküntülərin içərisindən 19 iyul 2021-ci il tarixdə gecə saat 01 radələrində götürdüyünü bildirmişdir. İran İslam Respublikası vətəndaşı Rza adlı şəxsdən təxminən 30 qramdan bir qədər artıq metamfetamin almış, onun bir qədərini özü istifadə etmiş, qalıq hissəsi isə üzərində olmuşdur. Bundan sonra iştirakçılara həmin şəffaf sellofanın içində olan narkotik vasitəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmiş, əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİnin zərflər üçün nəzərdə tutulmuş “186” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. O, ona verilmiş suallara cavab olaraq ifadəsində göstərmişdir ki, heroindən bədənində olan ağrılara görə əzələyə vurmaqla istifadə edir, həmçinin heroinin və metamfetaminin satışı ilə məşğul olur. Maddi durumu aşağı olduğuna görə narkotik vasitələrin satışı ilə özünü dolandırmaq üçün məşğul olur. Psixotrop maddə əldə etməyi barədə heç kimin məlumatı olmamış, İran İslam Respublikası vətəndaşı Rza adlı şəxsdən psixotrop maddə əldə edərkən aralarında heç bir razılaşma olmamış, Rzaya 715 manat pulu kart vasitəsilə göndərib ondan psixotrop maddə almışdır. Rza adlı şəxsi görməmiş, aralarında “Whatsapp” proqramı vasitəsi ilə danışıqlar olmuş, əvvəllər də 2 dəfə Rza adlı şəxsdən narkotik vasitə almış, Rzanın şəxsiyyəti və kim olması barədə dəqiq məlumatı olmadığını bildirmişdir. Ona narkotik vasitə lazım olduqda Rza özü onunla özü əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs özünün istifadəsində ***-***-**-** saylı mobil nömrə olduğunu, ruhi dispanserdə qeydiyyatda olmadığını, törətdiyi əməlin cinayət olduğunu və əməlindən peşman olduğunu, başqa heç bir cinayət əməli törətmədiyini, saxlanılarkən və ondan sonra polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki və yaxud psixi təzyiqə məruz qalmadığını bildirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini bildirmiş, həmin ifadəni təyziq altında olduğu üçün verdiyini göstərmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Nəsimi RPİ-nin 21-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 15 aprel 2020-ci il tarixdə "Əflatun" adlı şəxsin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması həmçinin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması üzrə ondan və Nəsimi RPİ-nin NMB-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 və Nəsimi RPİ-nin CA şöbəsinin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra "Əflatun" adlı şəxsin ifşa olunması istiqamətində Bakı şəhəri, Nəsimi rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. 20 iyul 2021-ci il tarixdə həmin qərarın icra edilməsi ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 12:50-da ünvan 6 ünvanın qarşısında özünü şübhəli aparan, xarici görünüşcə “Əflatun” adlı şəxsə oxşar bir nəfər şəxsin olduğunu gördükdə dərhal ona yaxınlaşıb saxlayaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmişlər. Həmin şəxsdən ad və soyadını soruşduqda o, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Nəsimi RPİ-nin inzibati binasına gəlməsi təklif edilmiş, o buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişdir. Polis İdarəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə edilməsi, üzərində daşımasında şübhəli olduğu və bu səbəbdən üzərinə video çəkilişlə “şəxsi axtarış” keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədikdən sonra Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs oturduğu stuldan qalxaraq əynindəki boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində ağ rəngli kristal şəkilli bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sol yan cibindən isə bir ədəd Samsung markalı mobil telefonu və gümüşü rəngli tərəzini çıxarıb masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, o, üzərində hər hansı bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə axtarış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs geyindiyi ağ rəngli göynəyin, ətrafı, boyun hissəsi yoxlanılmış, daha sonra geyindiyi boz rəngli şalvarın sağ, sol, arxa cibləri yoxlanılmışdır. Onun üzərində heç bir qanunsuz əşya aşkar edilməmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisindəkini deməklə təqdim etməsi təklif olunmuşdur. O, bir ədəd gümüşü kağıza bükülmüş içərisində ağ rəngli kristal şəkilli maddənin el içində “Metamfetamin” deyilən psixotrop maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual etdikdə o, bildirmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir, həmçinin satışı ilə məşğul olur. Həmin bükümü 19 iyul 2021-ci il tarixdə saxlanmamışdan əvvəl Vatsap vasitəsi ilə 715 manat pulu İran İslam Respublikası vətəndaşı Rza adlı şəxsin kartına ödəyərək Rza adlı şəxsin əvvəlcədən təyin etdiyi Yasamal rayonu, “Sovetski” adlanan yerdə köhnə söküntülərin içərisindən götürdüyünü, həmin narkotik vasitənin bir hissəsini bədənində olan ağrılara görə istifadə etdiyini, qalıq qalmış hissəsini isə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş maddə zərfə qoyulub 186 nömrəli möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daxil olmuş ilkin əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, üzərində gəzdirməsi, həmçinin satışı ilə məşğul olması barədə məlumat olmuşdur. Həmçinin şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmiş, tərəflərindən ona heç bir təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Nəsimi RPİ-nin NMB-nin kiçik inspektoru Şahid2 və Nəsimi RPİ-nin CA üzrə kiçik inspektoru Şahid3 ifadələrində Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 20 iyul 2021-ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan və ona əlavə edilmiş DVD diskdə olan videodan məlum olur ki, Təqsirləndirilən şəxs şəxsi axtarış başlanan zaman Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə edilməsi, üzərində daşımasında şübhəli olduğu və bu səbəbdən üzərinə video çəkilişlə “şəxsi axtarış” keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədikdən sonra Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs oturduğu stuldan qalxaraq əynindəki boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində ağ rəngli kristal şəkilli bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sol yan cibindən isə bir ədəd Samsung markalı mobil telefonu və gümüşü rəngli tərəzini çıxarıb masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, o, üzərində hər hansı bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə axtarış keçirilmişdir. Onun üzərində heç bir qanunsuz əşya aşkar edilməmişdir. O, bir ədəd gümüşü kağıza bükülmüş içərisində ağ rəngli kristal şəkilli maddənin el içində “Metamfetamin” deyilən psixotrop maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual etdikdə o, bildirmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir, həmçinin satışı ilə məşğul olur. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə-kimyəvi ekspertizasının 20 iyul 2021-ci il tarixli 6/2991 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunan 01 ədəd bükümdə təmiz çəkisi 30,255 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Digər zərfdəki bir ədəd elektron tərəzinin səthində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Metamfetamin 2005-ci il 28 iyun tarixli “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına daxildir. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə-narkoloji ekspertizasının 27 sentyabr 2021-ci il tarixli 3636 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs OPİODLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə təmiz çəkisi 30,255 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi, cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdiyi üçün 24 noyabr 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra psixotrop maddə metamfetaminin qalıq qalan 30,155 qram hissəsi və bir ədəd elektron tərəzi qablaşdırılmaqla möhürlənmiş vəziyyətdə saxlanması üçün Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 20.07.2021-ci il tarixli raportdan görünür ki, ünvan 6 qarşısında “Əflatun” adlı şəxsin narkotik vasitələrin istifadəsi saxlaması gəzdirməsi və satması barədə polis əməkdaşlarında əməliyyat məlumatı olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş 22.07.2021-ci il tarixli axtarış qərarı və protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanda keçirilmiş axtarış zamanı mənzildən qanunla qadağan edilmiş heç bir şey aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 18.11.2021-ci il tarixli mobil telefona baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan Samsung markalı mobil telefondan sübut əhəmiyyətli hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs sərhəd keçməsi yoxlanılmış onun İran İslam Respublikasına keçməsi müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 20 iyul 2021-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri rayon Nəsimi rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə 22 iyul 2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 20 iyul 2021-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış müvafiq tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin 02.06.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi rayon Məhkəməsinin 27.12.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nəsimi rayon Məhkəməsinin 16.12.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05.12.2016-cı il Xəzər rayon Məhkəməsinin qərarı ilə 04 ay 19 gün vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqdarı gündən iki il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməlləri törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs oğlu X3 44 günlük Vətən Müharibəsində iştirak etmiş və Zəngilanın azad olunmasına görə medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs övladı X1 44 günlük Vətən Müharibəsində iştirak etməsi və medal ilə təltif olunması cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmmişdir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99- 1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və saxlanılması üçün Bakı şəhər Nəsimi RPİ-nin Növbətçi hissəsinə təhvil verilmiş təmiz çəkisi 30,255 qram olan psixotrop maddə metamfetaminin tədqiqatdan sonra 30,155 qram qalığı və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və 03 (üç) ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 20 iyul 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 81 (səksən bir) manat 82 (səksən iki) qəpiq məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 20 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan və saxlanılması üçün Bakı şəhər Nəsimi RPİ-nin Növbətçi hissəsinə təhvil verilmiş təmiz çəkisi 30,255 qram olan psixotrop maddə metamfetaminin tədqiqatdan sonra 30,155 qram qalığı və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 03 (üç) ədəd disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 81 (səksən bir) manat 82 (səksən iki) qəpiq məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-596/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-596/2022
24.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver