Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-596/2024 19.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5, X2 və X8, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X3, X11 və Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkilləri X9 və Müdafiəçi2 Əvsəl oğlu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1- 1-ci maddələri ilə, xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işsiz, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclas zalında saat 12:00-da açıq məhkəmədə baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan şəxs halında, saxlanc yerinə, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, təkrarən oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 24 mart 2023-cü il tarixdə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan qrup halında, Zərərçəkmiş şəxs2 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Neftçi MTK, ərazi 44 ünvanında yerləşən fərdi evin həyətinə hasardan aşaraq qanunsuz daxil olub, oradakı yeni tikilən yaşayış sahəsinə qapını açmaqla qanunsuz daxil olaraq içəridə olan 120 manat dəyərində 200 metr uzunluğunda, 300 manat dəyərində 100 metr uzunluğunda elektrik naqillərini, 100 manat dəyərində 1 ədəd preforatoru, 100 manat dəyərində 1 ədəd laqondanı, 80 manat dəyərində 1 ədəd dreli, 180 manat dəyərində 1 ədəd plastik boru qaynaqlayıcısını, 8 manat dəyərində 1 ədəd kəlpətini, 15 manat dəyərində 1 ədəd dəmir kəsən qayçını, 66 manat dəyərində 1 ədəd üç başlıqlı elektrik ötürücüsünü, 30 manat dəyərində 6 ədəd elektrik spotlarını, 55 manat dəyərində 1 ədəd dəmir arabanı götürməklə gizli olaraq talayıb zərərçəkmiş şəxsə cəmi 1134 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 03 aprel 2023-cü il tarixdə saat 03 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan qrup halında, Zərərçəkmiş şəxs1 məxsus olan ünvan 5 ünvanda yerləşən fərdi evin həyətinə hasardan aşaraq qanunsuz daxil olmaqla həyətdə olan saxlanc yeri hesab edilən tikiliyə qanunsuz daxil olaraq oradan hər biri 50 manat olan 3 ədəd dəmir manqalları, 200 manat dəyərində 1 ədəd samovarı, 850 manat dəyərində 1 ədəd LG markalı kondisioneri, həyətdə olan hər biri 15 manat dəyərində 6 ədəd dəmir boruları və 60 manat dəyərində 1 ədəd dəmir əl arabanı götürməklə gizli olaraq talayıb zərərçəkmiş şəxsə cəmi 1350 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda külli miqdarda 1 ədəd kağız bükümdə təmiz çəkisi 2,109 qram olan kustar üsulla hazırlanmış, psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış, 05 aprel 2023-cü il tarixdə saat 20:00-da Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 6 ünvanının yaxınlığında saxlanılaraq Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış, baxış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş 2,109 qram ağ rəngli kristallik hissəciklərdən ibarət olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İttiham aktına görə, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan şəxsi halında, saxlanc yerinə, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, təkrarən oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 24 mart 2023-cü il tarixdə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan qrup halında, Zərərçəkmiş şəxs2 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Neftçi MTK, ərazi 44 ünvanında yerləşən fərdi evin həyətinə hasardan aşaraq qanunsuz daxil olub, oradakı yeni tikilən yaşayış sahəsinə qapını açmaqla qanunsuz daxil olaraq içəridə olan 120 manat dəyərində 200 metr uzunluğunda, 300 manat dəyərində 100 metr uzunluğunda elektrik naqillərini, 100 manat dəyərində 1 ədəd preforatoru, 100 manat dəyərində 1 ədəd laqondanı, 80 manat dəyərində 1 ədəd dreli, 180 manat dəyərində 1 ədəd plastik boru qaynaqlayıcısını, 8 manat dəyərində 1 ədəd kəlpətini, 15 manat dəyərində 1 ədəd dəmir kəsən qayçını, 66 manat dəyərində 1 ədəd üç başlıqlı elektrik ötürücüsünü, 30 manat dəyərində 6 ədəd elektrik spotlarını, 55 manat dəyərində 1 ədəd dəmir arabanı götürməklə gizli olaraq talayıb zərərçəkmiş şəxsə cəmi 1134 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakım gizli olaraq ələ keçirmək məqsədi ilə 03 aprel 2023-cü il tarixdə saat 03 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan qrup halında, Zərərçəkmiş şəxs1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Sultanova nömrəsiz ünvanda yerləşən fərdi evin həyətinə hasardan aşıb qanunsuz daxil olaraq həyətdə olan saxlanc yeri hesab edilən tikiliyə qanunsuz daxil olaraq oradan hər biri 50 manat olan 3 ədəd dəmir manqalları, 200 manat dəyərində 1 ədəd samovarı, 850 manat dəyərində 1 ədəd LG markalı kondisioneri, həyətdə olan hər biri 15 manat dəyərində 6 ədəd dəmir boruları və 60 manat dəyərində 1 ədəd dəmir əl arabanı götürməklə gizli olaraq talayıb zərərçəkmiş şəxsə cəmi 1350 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd kağız bükümdə təmiz çəkiləri 0,350 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış, psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış, 05 aprel 2023-cü il tarixdə saat 20:30-da Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində, Buzovna-Mərdəkan yolunda fəaliyyət göstərən “Duz Çörək” restoranının yaxınlığında saxlanılaraq Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış, baxış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,350 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 05 aprel 2023-cü il tarixdə saat 14 radələrində 12 nəfər polis əməkdaşı onu Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə aparıb orada ona fiziki zorakılıq etdiklərindən, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdim edilmiş sənədləri imzalamışdır. O, ittihamda göstərilən yerlərdən oğurluq etdiyini təsdiqləmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 oğurladığı əşyaları Buzovna qəsəbəsində yaşayan Coşqun adlı şəxsə 80 manat müqabilində satdığını, hazırki iş üzrə şahid olan Şahid5 tanımadığını, oğurladığı predmetləri tək satdığını, Təqsirləndirilən şəxs2 həmin oğurluq əməllərinin törədilməsində iştirak etmədiyini, fiziki zor tətbiq edildiyinə görə polis əməkdaşları tərəfindən qoyulmuş narkotik vasitəni cibindən çıxarıb ona məxsus olduğunu videoçəkilişlə aparılmış istintaq hərəkəti zamanı söylədiyini, prokurorluq orqanında qəbul edilmiş barəsində olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla tanış olmadığını, Çingiz adlı şəxsin evindən oğurluq etdiyini, eyni evdən 2 dəfə, 01 aprel və 02 aprel 2023-cü il tarixlərdə oğurluq etdiyini, satdığı əşyaların ümumi qiymətinin 140 manat olduğunu bildirdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 24 mart 2023-cü il tarixdə saat 23:30 radələrində yaşadığı evin yaxınlığında dostu Təqsirləndirilən şəxs2lə görüşdükdən sonra pul əldə etmək üçün gecə saatlarında Buzovna qəsəbəsində yeni tikilməkdə olan və yaxud yaşayış olmayan evlərdən hər hansı bir əşyaları oğurlayıb satmaq qərarına gələrək Neftçi küçəsinə getmişlər. Orada yerləşən, sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs2 məxsus evin həyətinə hasardan aşaraq keçmiş, evin giriş qapısını dartıb açaraq içəri girdikdən sonra əvvəlcə evin divarları üzəri ilə çəkilmiş elektrik naqillərini söküb çıxartmış, içəridə müxtəlif yerlərdə olan preforatoru, laqondanı, direli, plastik boru qaynaqlayıcı ütünü, dəmir kəsən qayçını, kəlbətini və işıq spotlarını, üç başlıqlı elektrik ötürücüsünü (traynik) götürüb hamısını həyətə çıxarmış, həyətdə olan əl arabasına yükləyib həyət qapısını açaraq küçəyə çıxardıb evdən xeyli aralıda, gediş-gəliş olmayan yerə gətirmişlər. Səhər açılana yaxın yola çıxıb markasını və sürücüsünü tanımadığı, taksi saxladıb oğurladıqları əşyaları həmin maşınla Sabunçu bazarına gətirmiş və hamısını bir yerdən tanımadığı şəxsə 200 manata satıb əldə etdikləri pulu öz aralarında bölüb götürmüşlər. Bundan başqa, o, 03 aprel 2023-cü il tarixdə Buzovna qəsəbəsində Təqsirləndirilən şəxs2lə görüşüb oğurluq etmək üçün münasib olan ev axtararaq küçələrlə gəzərkən, sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 məxsus evin işıqlarının yanmadığını görüb əvvəlcə qapını bir-iki dəfə döymüşlər. Evdə və həyətdə işıq yanmamasını, səsə çıxan olmadığını görüb evdə heç kimin olmadığına əmin olduqdan sonra hasarın üstündən aşaraq həyətə keçib anbar kimi istifadə edilən qapısı açıq yardımçı tikiliyə girib oradan 3 ədəd müxtəlif ölçülərdə manqalları, 1 ədəd samovarı götürmüşlər. Daha sonra həyətdə olan kondisionerin divara birləşən qutusunu, həyətdə dəmir torların çəkildiyi borulardan 5-6 ədədini çıxardıb hamısını həyətdə olan əl arabasına yığıb küçə qapısından çıxardaraq həmin evdən xeyli aralıda, gediş-gəliş olmayan yerə gətirib gizlətmişlər. Səhər açılanda yola çıxıb markasını və sürücüsünü tanımadıqları taksini saxladıb oğurladıqları əşyaları Buzovna qəsəbəsində yerləşən metal qəbul məntəqəsinə gətirib, hamısını xam metal şəklində 80 manata satmışlar. Bundan savayı, o, 05 aprel 2023-cü il tarixdə, gündüz saatlarında Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 15 manata şəxsi istifadə etmək məqsədi ilə 1 ədəd gümüşü rəngli kağız bükümdə metamfetamin alaraq sonra qəbul etməsi məqsədi ilə əynindəki göy rəngli cins şalvarının sağ yan cibinə qoyub saxlamış, həmin gün axşam vaxtı yaşadığı ünvan 9 ünvanında yerləşən evin yaxınlığında olarkən iki nəfər mülki geyimdə olan polis əməkdaşı ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib, ondan adını soruşduqda, o da özünü təqdim etmiş, daha sonra polis əməkdaşları onu Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin inzibati binasına dəvət etdiklərindən oraya getmişdir. Orada hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçisinin iştirakı ilə polis əməkdaşları tərəfindən videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və baxış keçirilən zaman o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 1 ədəd gümüşü rəngli kağız bükümdə olan metamfetamini təqdim edib həmin bükümdə olan metamfetaminin ona məxsus olduğunu, həmin gün şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 15 manata əldə etdiyini bildirmiş, baxış protokolu tərtib olunduqdan sonra imzalanmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 05 aprel 2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yaşadığı evdə olarkən 12-13 nəfər polis əməkdaşı həmin evə daxil olduqdan sonra onu Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə aparıb orada üzərinə baxış keçirmiş, lakin üzərindən heç nə aşkarlanmamışdır. Bundan sonra ona oğurluq və satış məqsədi olmadan narkotik vasitəni əldə edib üzərində saxlama və daşımaya görə ittiham irəli sürülmüşdür. İttiham edildiyi maddələrlə razılaşması üçün ona fiziki zor tətbiq edilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 əvvəllər oğurluq etdiyinə görə məhkum olunsa da, narkotik vasitədən istifadə etsə də, irəli sürülmüş ittihamda göstərilən əməlləri törətmədiyini, prokurorluq orqanı tərəfindən fiziki zorakılıqla bağlı araşdırmanın aparıldığını bildirdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 24 mart 2023-cü il tarixdə saat 23:30 radələrində dostu Təqsirləndirilən şəxs1la sonuncunun yaşadığı Bakı şəhəri Buzovna qəsəbəsində yerləşən evinin yaxınlığında görüşüb gecə saatlarında Buzovna qəsəbəsində yeni tikilməkdə olan və yaxud yaşayış olmayan evlərdən hər hansı əşyanı oğurlayıb sataraq pul əldə etmək qərarına gəlmişlər. Bundan sonra, Familin fikri ilə onlar Buzovna qəsəbəsində yerləşən Neftçi küçəsinə gəlmiş, orada yeni tikilən, sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs2 məxsus evin həyətinə hasardan aşaraq keçmişlər. Evin giriş qapısını dartıb açaraq içəri girdikdən sonra əvvəlcə evin divarları üzəri ilə çəkilmiş elektrik naqillərini söküb çıxartmış, içəridə müxtəlif yerlərdə olan preforatoru, laqondanı, direli, plastik boru qaynaqlayıcı ütünü, dəmir kəsən qayçını, kəlbətini və işıq spotlarını, üç başlıqlı elektrik ötürücüsünü (traynik) götürüb hamısını həyətə çıxarmış, həyətdə olan əl arabasına yükləyib həyət qapısını açaraq küçəyə çıxardaraq evdən xeyli aralıda, gediş-gəliş olmayan yerə gətirmişlər. Səhər açılana yaxın yola çıxıb markasını və sürücüsünü tanımadığı taksini saxladıb oğurladıqları əşyaları həmin maşınla Sabunçu bazarına gətirmiş və hamısını bir yerdən tanımadığı şəxsə 200 manata satıb əldə etdikləri pulu öz aralarında bölmüşlər. Bundan başqa, 03 aprel 2023-cü il tarixdə yenə də Famillə Buzovna qəsəbəsində görüşüb oğurluq etmək üçün münasib olan ev axtararaq küçələrlə gəzərkən, sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 məxsus evin işıqlarının yanmadığını görüb əvvəlcə qapını bir-iki dəfə döymüşlər. Bundan sonra evdə və həyətdə işıq yanmamasını, səsə çıxan olmadığını görüb əmin olmuşlar ki, evdə heç kim yoxdur. Bundan sonra, Famillə birlikdə hasarın üstündən aşaraq həyətə keçib anbar kimi istifadə edilən qapısı açıq yardımçı tikiliyə girib oradan 3 ədəd müxtəlif ölçülərdə manqalları, 1 ədəd samovarı götürmüşlər. Ardınca həyətdə olan kondisionerin divara birləşən qutusunu, həyətdə dəmir torların çəkildiyi borulardan 5-6 ədədini çıxardıb hamısını həyətdə olan əl arabasına yığıb küçə qapısından çıxardaraq hamısını həmin evdən xeyli aralıda, gediş-gəliş olmayan yerə gətirib gizlətmişlər. Səhər açılanda yola çıxıb markasını və sürücüsünü tanımadıqları taksini saxladıb oğurladıqları əşyaları Buzovna qəsəbəsində yerləşən metal qəbul məntəqəsinə gətirib, hamısını xam metal şəklində 80 manat satmışlar. Bundan savayı, o, 05 aprel 2023-cü il tarixdə gündüz saatlarında şəxsi işi ilə əlaqədar Bakı şəhəri, Suraxanı qəsəbəsinə getmiş, orada rastlaşdığı tanımadığı şəxslə söhbət zamanı həmin şəxsin narkotik vasitə və psixotrop maddə satdığını bilmiş, həmin şəxsdən şəxsi istifadəsi üçün 15 manat müqabilində 1 ədəd gümüşü rəngli kağıza bükülü halda “patı” və ya “şüşə” adlandırılan metamfetamin almışdır. O, aldığı bir büküm metamfetamini əynində olan göy rəngli cins şalvarının arxa sağ cibinə qoyub saxlamışdır ki, bədəni tələb edəndə, ağrıları olanda qəbul etsin. Təxminən saat 20 radələrində Suraxanı qəsəbəsindən Buzovna qəsəbəsinə gəlmiş və orada Buzovna-Mərdəkan yolunun kənarında “Duz-çörək” restoranının yaxınlığında piyada gedərkən mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim etdikdə həmin şəxslərin polis əməkdaşları olduğunu bilmiş, polis əməkdaşları ona narkotik vasitədən istifadəyə görə şübhəli olduğunu bildirərək üzərinə baxış keçirilməsindən ötrü Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə dəvət etmişlər. O, razılaşaraq polis əməkdaşları ilə birlikdə həmin polis şöbəsinə gəlmiş, orada ona hüquq və vəzifələri izah olunduqdan sonra müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və baxış keçirilən zaman o, əynində olan göy rəngli cins şalvarının arxa sağ cibində saxladığı 1 ədəd gümüşü rəngli kağız bükümdə olan metamfetamini təqdim etmiş, sorğu zamanı həmin bükümdə metamfetamin olduğunu bildirmiş, bundan sonra rəsmiləşdirmə aparılmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, əvvəllər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Hadisədən uzun müddət keçdiyindən dəqiq tarixi xatırlamır. Onun ünvan 10 ünvanında yerləşən bağ evindən oğurluq edilmişdir. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 həyətindən kondisioner, generator və bir sıra başqa əşyaların oğurlandığını, ona vurulmuş ziyanın ümumilikdə təxminən 1350 manat olduğunu, vurulmuş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsləri tanımadığını, hazırda həmin şəxslərə qarşı heç bir şikayət, tələb və iddiasının olmadığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, əvvəllər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Onun Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Neftçi MTK 1 saylı ərazidə yerləşən bağ evindən oğurluq edildiyindən, bu barədə Daxili İşlər Nazirliyinin “102 Xidməti-Zəng” Mərkəzinə məlumat vermiş, o, bu səbəbdən Xəzər Rayon Polis İdarəsinə dəvət edilmişdir. Bir müddət araşdırma aparılsa da, heç kim müəyyən olunmamış, sonradan ona oğurluq edənlərin narkotik aludəçilərinin olduğu söylənilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 onun evindən kabellər, preforator, ütü, laqonda və s. kimi əşyalar oğurlanmaqla ümumilikdə ona 1000-1500 manat aralığında ziyan vurulduğunu, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, hadisənin üzərindən uzun müddət keçdiyindən baş verənlər dəqiq yadında deyil. O, metal tədarükü və satışı ilə məşğul olur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona bir sıra dəmir əşyalar gətirib özlərinə məxsus olmasını bildirmişlər. O da həmin şəxslərdən aldığı dəmir əşyaları başqa şəxsə satmışdır. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid5 həmin metal əşyaları əl arabasında 2 nəfər şəxsin gətirdiyini, həmin şəxslərdən birinin Təqsirləndirilən şəxs1 olduğunu, digərini isə dəqiq xatırlamadığını, Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsinə baxsa da, yanındakı şəxsin şəxsiyyət vəsiqəsinə baxmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edərkən, 05 aprel 2023-ci il tarixdə Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında o və həmin polis şöbəsinin əməkdaşı Şahid4 ibarət əməliyyat qrupu yaradılmış, həmin tarixdə, saat 22:00 radələrində Xəzər Rayonu, Buzovna qəsəbəsində yaşadığı ünvanın yaxınlığında Təqsirləndirilən şəxs1 saxlayaraq özlərini təqdim etdikdən sonra sonuncunu Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə dəvət etmişlər. Orada təhqiqatçı tərəfindən videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman Təqsirləndirilən şəxs1 üzərində olan 01 ədəd bükümü təqdim edib içərisində metamfetamin olduğunu, Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 15 manat qarşılığında şəxsi istifadəsi məqsədilə əldə etdiyini bildirmiş, psixotrop maddə metamfetaminə bənzər kütlə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid3 Təqsirləndirilən şəxs1 saxlanılarkən tək olduğunu, həmin vaxt sonuncunun polis əməkdaşlarına hər hansı müqavimət göstərmədiyini, Təqsirləndirilən şəxs1 üzərindən aşkarlanmış 01 ədəd bükümü könüllü şəkildə təqdim etdiyini, Təqsirləndirilən şəxs1 qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi zorakılığın edilmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 məhkəmə baxışı zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edərkən, 05 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş əməliyyat məlumatı əsasında o və həmin polis şöbəsinin əməkdaşı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində həmin tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Mərdəkan yolunun yaxınlığında saxlanılıb 2-ci Polis Şöbəsinə dəvət edilmiş, təhqiqatçı tərəfindən müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 könüllü şəkildə üzərində olan psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmiş, aşkar olunmuş psixotrop maddə metamfetaminə bənzər kütlə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 saxlanılarkən Təqsirləndirilən şəxs2 polis əməkdaşlarına qarşı hər hansı müqavimət göstərmədiyini, polis əməkdaşlarının Təqsirləndirilən şəxs2 hər hansı zorakılıq etmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahid X1 məhkəmə baxışı zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə verdi. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, “Xalid” adlı şəxsin Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Mərdəkan yolunun yaxınlığında qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin şəxsin Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. (Cild 1, iş vərəqə 4) xx.xx.2023-cü il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərar, “Əməliyyat qrupunun yaradılması barədə” qərar, protokol və əmrdən görünür ki, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 8-11) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 20:30-da Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Mərdəkan yolunun yaxınlığında saxlanılıb Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 14) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 15; 25-26) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, həmin tarixdə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə olan ağ rəngli kristal şəkilli maddəni çıxararaq təqdim edib həmin maddəni eyni gün günorta saatlarında Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 15 manata öz istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Aşkarlanmış həmin maddə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 193 saylı möhürü ilə möhürlənmişdir. (Cild 1, iş vərəqə 35; 37-40) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/2005 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №193” dairəvi möhür əksi, “vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş... (imza) Təqsirləndirilən şəxs2” yazısı və imzalar zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,350 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi 0,350 qram olmuş, 0,05 qram tədqiqata sərf edildikdən sonra 0,300 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 45-48) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs2 Zahid oğlu həmin tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən yarım tikili vəziyyətdə olan bağından oğurluq edilməsi barədə məlumat vermişdir. (Cild 1, iş vərəqə 62) xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, "xxxx" MTK, 1-ci ərazi, 44 saylı ərazidə Zərərçəkmiş şəxs2 Zahid oğluna məxsus fərdi yaşayış evidir. (Cild 1, iş vərəqə 71- 74) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs1 həmin tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ayna Sultanova küçəsində yerləşən evinin həyətindən oğurluq edilməsi barədə məlumat vermişdir. (Cild 1, iş vərəqə 83) xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Buzovna qəsəbəsi, Ayna Sultanova küçəsində yerləşən fərdi yaşayış evidir. (Cild 1, iş vərəqə 86-88) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, “Famil” adlı şəxsin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ə.Ağayev küçəsində yaşadığı ünvanın yaxınlığında qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. (Cild 1, iş vərəqə 105) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 22:00-da Bakı şəhəri, Xəzər rayonu, Ə.Ağayev küçəsində, yaşadığı ünvanın yaxınlığında saxlanılıb Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 14) xx.xx.2023-cü il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərar, “Əməliyyat qrupunun yaradılması barədə” qərar, protokol və əmrdən görünür ki, Təqsirləndirilən şəxs1 yaxalanması məqsədilə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 108; 110-112) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 115; 125-126) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, həmin tarixdə müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni xx.xx.2023-cü il tarixdə gündüz saatlarda Sabunçu rayonu ərazisindən tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını və şəxsi istifadəsindən ötrü üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Aşkarlanmış büküm qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 193 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. (Cild 1, iş vərəqə 135; 137-139) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/2006 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №193” dairəvi möhür əksi, “vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş... (imza) Təqsirləndirilən şəxs1” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,109 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanununu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi 2,109 qram olmuş, 0,1 qram tədqiqata sərf edildikdən sonra 2,009 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 145-148) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. (Cild 1, iş vərəqə 172-174) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. (Cild 1, iş vərəqə 185-187) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(003)-178/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(003)-320/2023 nömrəli qərarına əsasən, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 01 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 214-215, Cild 2, iş vərəqə 65-67) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(003)-179/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(003)-321/2023 nömrəli qərarına əsasən, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 01 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 216-218, Cild 2, iş vərəqə 68-70) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 218) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 Əlibaba oğlu həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 234) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsi 6 ay azaldıldığından, dərhal azad edilmişdir. (Cild 2, iş vərəqə 4-6; 10-18) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndi tətbiq edilməklə cəzadan azad edilmiş, həmin qərarın 36-cı bəndinə əsasən cəzadan azad edilməsi barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. (Cild 2, iş vərəqə 7-9) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin istintaq hərəkəti zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evlərini göstərib həmin ünvanlardan digər Təqsirləndirilən şəxs2 ilə birgə oğurluq etdiyini bildirmişdir. (Cild 2, iş vərəqə 35-38) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin istintaq hərəkəti zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evlərini göstərib həmin ünvanlardan digər Təqsirləndirilən şəxs1 ilə birgə oğurluq etdiyini bildirmişdir. (Cild 2, iş vərəqə 39-42) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X14 Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2023-cü il tarixli, 3258 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin, psixostimulyatorların və kannabinoidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar edilir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqə 71-72) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X14 Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2023-cü il tarixli, 3398 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar edilir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqə 73-74) xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarda görünür ki, Təqsirləndirilən şəxs2 götürülən, ekspertiza tədqiqatından sonra 0,300 qram qalığı qalmış 1 ədəd bükümdə psixotrop maddə metamfetamin, həmin axtarış və götürmə istintaq hərəkətinin görüntülərinin köçürüldüyü 1 ədəd CD disk, Təqsirləndirilən şəxs1 götürülən, ekspertiza tədqiqatından sonra 2,009 qram qalığı qalmış 1 ədəd bükümdə psixotrop maddə metamfetamin, həmin axtarış və götürmə istintaq hərəkətinin görüntülərinin köçürüldüyü 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış, psixotrop maddələr saxlanılması üçün Xəzər Rayon Polis İdarəsinin saxlanc anbarına verilmiş, 2 ədəd diskin cinayət işinə əlavə olunması nəzərə alınmışdır. Cinayət işi üzrə alınmış təqsirləndirilən şəxsin etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ifadənin yerində yoxlanması protokolları, ekspert rəyləri, şəxsi axtarış və götürmə, baxış və götürmə protokolları iş üzrə sübut növü kimi tanınmışdır. (Cild 2, iş vərəqə 87-96) Təqsirləndirilən şəxs1 barəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən verilmiş 3688/2023 nömrəli tibb kitabçasının kserosurətindən görünür ki, həmin kitabçanın “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” adlı 12-ci qrafasında “zədə aldığını bildirir” yazısı, “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” adlı 13-cü qrafasında “Sağ qabırğaaltı nahiyədə 1 ədəd bənövşəyi rəngli qançır aşkar edildi” yazısı qeyd edilmişdir. Təqsirləndirilən şəxs2 barəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən verilmiş 3659/2023 nömrəli tibb kitabçasının kserosurətindən görünür ki, həmin kitabçanın “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” adlı 12-ci qrafasında “zədə almadığını bildirir” yazısı, “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” adlı 13-cü qrafasında “Saiddə çoxsaylı çapıq toxuma” yazısı qeyd edilmişdir. Bakı şəhəri Xəzər rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli, C-xid-1610/23 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarlardan görünür ki, müvafiq olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 fiziki və psixi zorakılıq edilməsinə dair materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, onlara sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün onlara şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxslərin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, müdafiə tərəfi ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini onlara qarşı ibtidai istintaq zamanı fiziki və psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 məhkəməyə verdiyi ifadəsində tutulması ərəfəsində polis əməkdaşlarının ona fiziki və psixi zorakılıq etdiyini desə də, şahidlər Şahid1 və Şahid2 məhkəməyə verdikləri ifadələrində Təqsirləndirilən şəxs2 tutulmazdan əvvəl və ya sonra heç bir zorakılıq edilmədiyini bildirmişlər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatların araşdırılması üçün Bakı şəhəri Xəzər rayon prokurorluğuna və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına müraciət edilmiş, cavabları alınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. 3 saylı İstintaq Təcridxanasından təqdim edilmiş Təqsirləndirilən şəxs2 barəsində olan tibbi kitabçaya əsasən, onun bədəni üzərində yeni xəsarət aşkarlanmamış, habelə Təqsirləndirilən şəxs2 həbs olunan zaman xəsarət almadığını bildirmişdir. Eləcə də, Bakı şəhəri Xəzər rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən fiziki təzyiqlərə və işgəncələrə məruz qalması faktı üzrə prokurorluqda aparılmış araşdırma zamanı cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanılmasının rədd edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 məhkəməyə verdiyi ifadəsində tutulması ərəfəsində polis əməkdaşlarının ona fiziki və psixi zorakılıq etdiyini desə də, şahidlər Şahid3 və Şahid4 məhkəməyə verdikləri ifadələrində Təqsirləndirilən şəxs1 tutulmazdan əvvəl və ya sonra heç bir zorakılıq edilmədiyini bildirmişlər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatların araşdırılması üçün Bakı şəhəri Xəzər rayon prokurorluğuna və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına müraciət edilmiş, cavabları alınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. 3 saylı İstintaq Təcridxanasından təqdim edilmiş Təqsirləndirilən şəxs1 barəsində olan tibb kitabçasına əsasən, onun bədəni üzərində “Sağ qabırğaaltı nahiyədə 1 ədəd bənövşəyi rəngli qançır” xəsarəti aşkarlanmışdır. Həmin xəsarətlərlə bağlı Bakı şəhəri Xəzər rayon prokurorluğunda aparılmış araşdırmanın nəticəsində xx.xx.2023-cü il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Sözügedən qərarın təsviri-əsaslandırıcı hissəsində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 417 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarət- döş qəfəsinin qançırı əşya təsirindən törənmiş, törənmə müddəti onun 3 saylı İstintaq Təcridxanasına müraciətindən və müayinəsindən 3-4 gün əvvələ uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs1 bədənində aşkar olunmuş xəsarətin müxtəlif şəraitlərdə, o cümlədən kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 140.0.1-ci maddəsinə əsasən, ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri tibb sahəsində olan ekspertin rəyi əsasında müəyyən edilə bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində xəsarət olmasını istisna etmir, lakin müvafiq ekspert rəyinə istinad edərək Təqsirləndirilən şəxs1 həmin xəsarəti tutulduqdan əvvəl, yəni 03-04 aprel 2023-cü il tarixdə (07 aprel- 3 gün= 04 aprel və ya 07 aprel- 4 gün= 03 aprel) aldığı qənaətinə gəlir. Yuxarıda qeyd edilən qərarlardan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yuxarı prokurora və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən onlara fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdikləri ifadələri hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyil. Onlar fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsində 05 aprel 2023-cü il tarixdə saat 14 radələrində 12-13 nəfər polis əməkdaşının onun Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən evinə qanunsuz daxil olub onu Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə apardığını, həmin polis şöbəsində şəxsi axtarış və baxış istintaq hərəkəti aparılarkən üzərində qanunla qadağan edilmiş əşya, predmet, o cümlədən 1 ədəd bükümdə psixotrop maddə-metamfetamin olmadığını, polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılıq edilərək həmin metamfetaminin özünə məxsus olduğunu deməyə məcbur edildiyini bildirsə də, şahidlər Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 20:30-da Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Mərdəkan yolunun yaxınlığında saxlanılaraq Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin inzibati binasına dəvət edildiyini, orada videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs2 könüllü şəkildə əynindəki göy rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd bükümdə psixotrop maddəyə bənzər maddəni təqdim etdiyini, aşkarlanan maddənin qablaşdırılaraq ekspertizaya göndərildiyini bildirmişlər. Cinayət işinin materiallarının 1-ci cildinin 14-cü vərəqində olan raportdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 20:30-da saxlanılmışdır. Cinayət işinin materiallarına əsasən başqa polis əməkdaşının Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirakı müəyyən edilmir. Cinayət işinin materiallarının 1-ci cildinin 37-39-cu vərəqlərində olan “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” protokoldan, habelə məhkəmə istintaqı zamanı həmin protokola əlavə edilmiş diskə baxışdan müəyyən edilir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin inzibati binasında aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs2 könüllü olaraq əynindəki göy rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd bükümdə psixotrop maddəyə bənzər maddəni təqdim etmiş, aşkarlananlar zərfdə qablaşdırılıb möhürlənmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmçinin, məhkəmə baxışı zamanı həmin videoyazının tədqiqindən də görünür ki, videogörüntüdə kəsinti olmamış, ardıcıl olaraq, fasiləsiz videoçəkiliş aparılmışdır. Həmin protokoldan görünür ki, zərf “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 193 saylı” möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs2 və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/2005 nömrəli ekspert rəyinin təsviri hissəsində tədqiqata təqdim olunmuş AR DİN “Zərflər üçün №193” möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş...(imza) Təqsirləndirilən şəxs2” və s. yazılar, imzalar olan bir ədəd zərfin tamlığının pozulması ilə bağlı hər hansı qeyd aparılmamış, təqdim olunanlar əsasında keçirilmiş ekspertizanın nəticəsində 1 ədəd bükümdə təmiz çəkisi 0,350 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqini tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Bundan savayı, təqsirləndirilən şəxs Faiq Sultanov məhkəmədə verdiyi ifadəsində 05 aprel 2023-cü il tarixdə saat 14 radələrində 12 nəfər polis əməkdaşının onu Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə apardığını, həmin polis şöbəsində şəxsi axtarış və baxış istintaq hərəkəti aparılarkən üzərində qanunla qadağan edilmiş əşya, predmet, o cümlədən 1 ədəd bükümdə psixotrop maddə-metamfetamin olmadığını, polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılıq edilərək həmin metamfetaminin özünə məxsus olduğunu deməyə məcbur edildiyini bildirsə də, şahidlər Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 22:00-da Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ə.Ağayev küçəsində yaşadığı ünvanın yaxınlığında saxlanılaraq Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin inzibati binasına dəvət edildiyini, orada videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs1 könüllü şəkildə əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə psixotrop maddəyə bənzər maddəni təqdim etdiyini, aşkarlanan maddənin qablaşdırılaraq ekspertizaya göndərildiyini bildirmişlər. Cinayət işinin materiallarının 1-ci cildinin 104-cü vərəqində olan raportdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 22:00-da saxlanılmışdır. Cinayət işinin materiallarına əsasən başqa polis əməkdaşının Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirakı müəyyən edilmir. Cinayət işinin materiallarının 1-ci cildinin 137-140-cı vərəqlərində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, habelə məhkəmə istintaqı zamanı həmin protokola əlavə edilmiş diskə baxışdan müəyyən edilir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin inzibati binasında aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 könüllü olaraq əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə psixotrop maddəyə bənzər maddəni təqdim etmiş, aşkarlananlar zərfdə qablaşdırılıb möhürlənmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmçinin, məhkəmə baxışı zamanı həmin videoyazının tədqiqindən də görünür ki, videogörüntüdə kəsinti olmamış, ardıcıl olaraq, fasiləsiz videoçəkiliş aparılmışdır. Həmin protokoldan görünür ki, zərf “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 193 saylı” möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs1 və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/2006 nömrəli ekspert rəyinin təsviri hissəsində tədqiqata təqdim olunmuş AR DİN “Zərflər üçün №193” möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş...(imza) Təqsirləndirilən şəxs1” və s. yazılar, imzalar olan bir ədəd zərfin tamlığının pozulması ilə bağlı hər hansı qeyd aparılmamış, təqdim olunanlar əsasında keçirilmiş ekspertizanın nəticəsində 1 ədəd bükümdə təmiz çəkisi 2,109 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqini tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 hər iki zərərçəkmiş şəxsin, yəni Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Neftçi MTK ərazi 44 ünvanında yerləşən fərdi evin həyətinə və Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Sultanova küçəsində nömrəsiz ünvanda yerləşən fərdi evin həyətinə daxil olub oğurluq etdiyini etiraf etsə də, həmin cinayət əməlini digər Təqsirləndirilən şəxs2 iştirakı olmadan törətdiyini bildirmişdir. Lakin məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş X12 metal qəbulu edərkən Təqsirləndirilən şəxs1 təqdim etdiyi metalları aldığı zaman sonuncunun yanında başqa şəxsin də olduğunu söyləmiş, cinayət işinin materiallarında olan təqsirləndirilən şəxslərin ifadələrindən, ifadələrin yerində yoxlanılması protokollarından və digər sənədlərdən hər iki təqsirləndirilən şəxsin, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurluq əməlini birgə törətməsi sübuta yetirilmişdir. Bu səbəbdən, məhkəmə Təqsirləndirilən şəxs1 oğurluq cinayətini tək törətməsi, Təqsirləndirilən şəxs2 isə oğurluq cinayətində iştirak etməməsi barədə verdikləri ifadələrinə tənqidi yanaşır, digər sübutlarla tam təkzib edilməklə həqiqətə uyğun olmayan hesab edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittihamda təsvir olunanlara zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışında təqsirləndirilən şəxslərə bilavasitə dinlənilməsi ilə məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini əsas götürür. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145.1-ci maddələrinin tələblərinə əsasən, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə ittiham elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Azərbaycan Respublikasının Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının müvafiq bəndlərindən görünür ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi bə ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayaraq, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, Cinayət Məcəlləsinin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə isə bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən, psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahıların 2-ci Siyahısının 118-ci bəndinə əsasən isə psixotrop maddə metamfetamin təmiz halda 0,15 qramdan artıq olduqda xeyli miqdar, 2 qramdan artıq olduqda isə külli miqdar təşkil edir. Cinayət işinin materiallarından görünür ki, 05 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bir bükümdə psixotrop maddə olan metamfetaminin təmiz çəkisi 2,109 qram, həmin tarixdə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bir bükümdə psixotrop maddə olan metamfetaminin təmiz çəkisi isə 0,35 qram təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına əsasən, şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir. Təqsirləndirilən şəxslərə elan edilmiş ittihamda Zərərçəkmiş şəxs2 fərdi evinin həyətindən oğurlanmış əmlakların ümumi dəyəri 1134 manat olması göstərilsə də, həmin əşyaların ümumi dəyərinin riyazi qaydada hesablandıqda 1054 manat olması müəyyən edilir. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs2 fərdi evinin həyətindən oğurlanmış əmlakın ümumi dəyəri 1054 manat olmasına baxmayaraq, ittihamda və digər müvafiq sənədlərdə riyazi hesablama səhvi nəticəsində 1134 manat yazılmışdır. Bu, riyazi hesabla səhvidir və bu hal cinayətin tövsifinin dəyişməsinə səbəb olmur. Həmin epizodla bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 24 mart 2023-cü il tarixdə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan qrup halında, Zərərçəkmiş şəxs2 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Neftçi MTK, ərazi 44 ünvanında yerləşən fərdi evin həyətinə hasardan aşaraq qanunsuz daxil olub, oradakı yeni tikilən yaşayış sahəsinə qapını açmaqla qanunsuz daxil olaraq içəridə olan 120 manat dəyərində 200 metr uzunluğunda, 300 manat dəyərində 100 metr uzunluğunda elektrik naqillərini, 100 manat dəyərində 1 ədəd preforatoru, 100 manat dəyərində 1 ədəd laqondanı, 80 manat dəyərində 1 ədəd dreli, 180 manat dəyərində 1 ədəd plastik boru qaynaqlayıcısını, 8 manat dəyərində 1 ədəd kəlpətini, 15 manat dəyərində 1 ədəd dəmir kəsən qayçını, 66 manat dəyərində 1 ədəd üç başlıqlı elektrik ötürücüsünü, 30 manat dəyərində 6 ədəd elektrik spotlarını, 55 manat dəyərində 1 ədəd dəmir arabanı götürməklə gizli olaraq talayıb zərərçəkmiş şəxsə cəmi 1054 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələrində, Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onlar tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində onlar təqsirlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməllərini qəsdən törətmişlər. Onların əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır və ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxslərin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələrinə, Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə düzgün tövsif edilmiş, onların həmin cinayət əməllərini törətmələri və əməlləri törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Oğurluq cinayətinin tövsifedici əlaməti kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmə, 177.2.2-ci maddəsində təkrar törədilmə, 177.2.3-cü maddəsində isə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törmədilmə nəzərdə tutulmuşdur. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma Cinayət Məcəlləsinin 234.1-ci maddəsində, eyni əməllər külli miqdarda törədildikdə isə həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə, həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkumluğunun olmamasını, əməlini qismən etiraf etməsini, zərərçəkmiş şəxslərin ona qarşı hər hansı şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslərin ona qarşı hər hansı şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixli Salyan Rayon Məhkəməsinin qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılmış və dərhal cəzadan azad olunmuşdur. Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət az ağır kateqoriyaya aiddir və həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, cəza çəkilib qurtardığı gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi və cəza təyin edilərkən məhkumluq Məcəlləyə uyğun nəzərə alınır. Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə müəyyən edilmiş cəzası Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən 6 ay azaldılaraq cəzadan azad olunmuş, azad olduğu tarixdən isə yeni cinayət törədənək 2 il müddət keçməmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 olunun və Təqsirləndirilən şəxs2 şəxsiyyətlərini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halın olmasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunacaq cəzanı ümumi, Təqsirləndirilən şəxs2 isə ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın əvvəli onların tutulduğu vaxtdan, yəni 05 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə əlaqədar 114 (bir yüz on dörd) manat pul vəsaiti Təqsirləndirilən şəxs1, 114 (bir yüz on dörd) manat pul vəsaiti Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 (bir) ədəd bükümdə 0,300 qram psixotrop maddə metamfetamin və 1 (bir) ədəd bükümdə 2,009 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, 2 (iki) ədəd CD disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X14 xx.xx.2023-cü il tarixli, 3258 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs1 məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X14 xx.xx.2023-cü il tarixli, 3398 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs2 məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 05 aprel 2023-cü il tarixdən hesablansın. İbtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 05 aprel 2023-ci il tarixdən hesablansın. İbtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 (bir) ədəd bükümdə 0,300 qram psixotrop maddə metamfetamin və 01 (bir) ədəd bükümdə 2,009 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, 02 (iki) ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat pul vəsaiti Təqsirləndirilən şəxs1, 114 (bir yüz on dörd) manat pul vəsaiti Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-596/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-596/2024
19.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver