Məhkəmə qərarları › İş №1(101)-596/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-596/2025

29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-596/2025 29.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X4 və X1 ibarət tərkibdə, X9 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2amış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ondan gizli keçirilməklə cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda narkotik vasitələri və xüsusilə külli miqdarda psixotrop maddəni əldə etməyi, gizlətməyi və onlar üzərində sərəncam verməyi qabaqcadan vəd verib qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələri və xüsusilə külli miqdarda psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələri və xüsusilə külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək aralarında olan cinayətkar razılaşmaya əsasən sonuncular tərəfindən naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ondan gizli İran İslam Respublikasından keçirilməsi planlaşdırılan xüsusilə külli miqdarda narkotik vasitələri və xüsusilə külli miqdarda psixotrop maddəni əldə etməyi, gizlətməyi və onlar üzərində sərəncam verməyi qabaqcadan vəd verməklə köməkçi qismində iştirak etdiyi qaçaqmalçılıq cinayəti yolu ilə istintaqa məlum olmayan tarixdə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı və qeyriləri tərəfindən dəniz yolu ilə Sumqayıt şəhərinə, Azərbaycan Respublikası ərazisinə keçirilmiş xüsusilə külli miqdarda 1946,928 qram psixotrop maddə metamfetamini, xüsusilə külli miqdarda 3890 qram çəkidə narkotik vasitə heroini, xüsusilə külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 351,2 qram olan 8780 ədəd narkotik vasitə metadon həbini, külli miqdarda 27173,99 qram çəkidə qurudulmuş marixuananı 13 iyun 2024-cü il tarixdə istintaqa məlum olmayan dəqiq vaxtda və şəraitdə Sumqayıt şəhəri ərazisində dəniz kənarında həmin şəxslərdən qanunsuz olaraq əldə edib daşımaqla satışını həyata keçirmək məqsədi ilə psixotrop maddə metamfetaminin 16,928 qram çəkidə və narkotik vasitə qurudulmuş marixuananın 5,99 qram çəkidə hissəsini üzərində, 1930 qram çəkidə psixotrop maddə metamfetamini, üzərində “Methadone 40” markalanma göstəricisi olan “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli, dairəvi formalı xüsusilə külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 351,2 qram olan 8780 ədəd narkotik vasitə metadon həbini və 3890 qram çəkidə narkotik vasitə heroini, 15990 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və nəm vəziyyətdə çəkisi 780 qram olmaqla quru çəkisi 373 qram olan narkotik vasitə marixuananı tanışı Şahid2 idarə etdiyi “Toyota Prius” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə, qalan 10805 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və üzərində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd gümüşü rəngli elektron tərəzini yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 98 ünvanına daşıyaraq saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 14 iyun 2024-cü il tarixdə, saat 03:15-də ünvan 4 ünvanının yaxınlığında tanışı Şahid2 idarə etdiyi “Toyota Prius” markalı, 77- FJ-590 dövlət qeydiyyat nişanlı avtomobilin yanında olan zaman saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada 14 iyun 2024-cü il tarixdə, saat 04:30-dan etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şortun sol yan cibindən bir ədəd sellofan bükümdə xeyli miqdarda təmiz çəkisi 5,99 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 16,928 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 14 iyun 2024-cü il tarixdə, saat 05:40-dan etibarən Təqsirləndirilən şəxs və Şahid2 öz könüllü razılıqları və onların iştirakları ilə, sonuncunun idarə etdiyi “Toyota Prius” markalı, 77-FJ- 590 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman həmin avtomobilin arxa sərnişin yerində olan iki ədəd kisənin içərisindən 03 ədəd bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 5840 qram, 5100 qram və 5050 qram olmaqla, ümumi çəkisi 15990 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, nəm vəziyyətdə çəkisi 780 qram olmaqla, quru çəkisi 373 qram olan narkotik vasitə marixuana, 02 ədəd bağlamada xüsusilə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1910 qram və 1980 qram olmaqla, ümumi çəkisi 3890 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd bağlamada xüsusilə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 980 qram və 950 qram olmaqla, ümumi çəkisi 1930 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və xüsusilə külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 351,2 qram olan 8780 ədəd narkotik vasitə metadon həbi aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 14 iyun 2024-cü il tarixdə, saat 07:10-dan etibarən Təqsirləndirilən şəxs öz könüllü razılığı, icazəsi və iştirakı ilə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 98 ünvanına baxış keçirilən zaman mənzilin yataq otağında olan dolabın içərisində iki ədəd bağlamanın içərisindən külli miqdarda ayrıayrılıqda təmiz çəkiləri 5110,0 qram və 5695,0 qram olmaqla, ümumi çəkisi 10805 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərində psixotrop maddə metamfetamin izləri olan bir ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.3.2 və 234.4-1-ci maddələri ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, yuxarıda göstərilən üsul və vasitələrlə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik və psixotrop maddələrin qaçaqmalçılığı cinayətinin törədilməsində köməkçi qismində iştirak etmiş, bundan başqa yuxarıda təsvir olunan şəkildə həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələri və xüsusilə külli miqdarda psixotrop maddəni əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə Cinayət Məcəlləsinin 32.5,206.3.2 maddələri mübahisələndirilmiş, həmin ittihamı qəbul etmədiyi və yalnız Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi üzrə ittihamı qəbul etdiyi bildirilmişdir. Məhkəmədə ittiham tərəfini təmsil edən dövlət ittihamçısı ittiham tərəfinin təqdim etdiyi sübutların qanuniliyini, həmçinin təqsirləndirilən şəxsin cinayət əməlinin Cinayət Məcəlləsinin 32.5,206.2 və 234.4-1-ci maddələri ilə tövsif edilməsini müdafiə etmişdir. Cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri: İşdə iştirak edən şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün əhəmiyyətli olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiqinin aparılmasından və iş üzrə həqiqətin müəyyən edilməsindən ötrü, həmçinin məhkəmə araşdırması zamanı proses tərəflərinin birini digəri qarşısında zəif duruma salmayacaq şərtlər daxilində hər bir tərəfin (həm ittiham, həm müdafiə tərəfinin) sübutlarını və mövqeyini təqdim etməsi şəraitində keçirilmiş məhkəmə araşdırmasında cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri aşağıdakılardan ibarət olmuşdur. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü qaçaqmalçılıqla bağlı cinayətdə təqsirli bilmir, digər cinayətdə isə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələri və xüsusilə külli miqdarda psixotrop maddəni əldə etmə, daşıma və saxlama cinayətini törətməkdə özünü təqsirli bilir. O, özü dövlət sərhədi ilə bağlı qaydaları pozmadığına görə hesab edir ki, qaçaqmalçılıq cinayəti ilə onun heç bir əlaqəsi yoxdur. O, Seyid adlı İran İslam Respublikasının vətəndaşı ilə instaqram sosial şəbəkəsi vasitəsi ilə tanış olmuş və instaqram vasitəsilə onlar əlaqə saxlamışlar. O, əvvəllər Seyid adlı şəxsdən təxminən 7-8 dəfə narkotik vasitə götürmüşdür. Seyid adlı şəxs həmişə göndərdiyi külli miqdara narkotik vasitələrin konumunu (məkanın yerini) telefon vasitəsilə göndərirmiş. Ona hazırki elan edilmiş ittihamda göstərilən narkotik vasitələri Seyid adlı şəxs ona göndərməmişdən əvvəl ona bildirmişdir ki, İrandan göndərdiyi həmin külli miqdarda narkotik vasitələri Xəzər dənizi ilə saat 00 radələrində Sumqayıt şəhəri, X3 qəsəbəsinə qayıqla gətirəcəklər. O, Seyid adlı şəxslə razılaşmış və həmin narkotik vasitələri qəbul etmək üçün həmin əraziyə gedib dənizin kənarında gözləmişdir. Qayığın səsi gəldikdə o, özünün həmin ərazidə olduğunu bildirmək üçün əlində olan fənəri bir neçə dəfə yandırıbsöndürmüşdür. Çünki, Seyid ona bildirmişdir ki, İran vətəndaşları qayıqla narkotik vasitəni gətirəcəklər və bu zaman o, fənəri bir neçə dəfə yandırıb-söndürməli imiş. Onun Seyid adlı şəxslə danışıb razılaşmalarına əsasən o, fənəri yandırıb-söndürdükdən sonra həmin şəxslər narkotik vasitəni ona verdikdən sonra çıxıb getməli imişlər. O, Seyidin göndərdiyi qayıqla gələn həmin şəxslərlə heç nə danışmamışdır. O, Seyidlə razılaşmışdır ki, sonuncunun dediyi narkotik vasitələri qayıqla gətirən adamlar gəldikdə onları qarşılayacaq və narkotik vasitələri qəbul edəcək. Qayıq gəlib çatdıqda təxminən 2-3 nəfərin olduğunu görmüşdür. Qayıqla gələn həmin şəxslər narkotik vasitələri ona əlbəəl vermişlər, lakin onlarla heç nə danışmamışdır. Ona verilən torbanın içərisində 30 (otuz) kiloqramdan çox narkotik vasitə olmuşdur. Həmin narkotik vasitələrin arasında “kokos” adlandırdıqları heroin, “patı” deyilən psixotrop maddə metamfetamin, marixuana, üzərində “M40” yazılan metadon həbləri var idi. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərmişdir ki, Seyid adlı şəxsin İrandan dəniz yolu ilə göndərdiyi həmin narkotik vasitələri qəbul etdikdən sonra, o, həmin narkotik vasitələri gətirib evdə bölmüşdür. O, narkotik vasitələri əvvəlcədən razılaşdırılmış müxtəlif yerlərə qoymaq üçün apararkən Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində polis əməkdaşları onu saxlamışlar. O, Seyid adlı şəxsin göndərdiyi həmin narkotik vasitələri əvvəlcədən razılaşdırılmış müxtəlif yerlərə qoyacağı təqdirdə ona 35000 (otuz beş min) manat məbləğində pul veriləcəkmiş. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, o, əvvəllər narkotik vasitələri az miqdarda götürürmüş və pul müqabilində tanışlara verirmiş. İlk dəfə imiş ki, bu qədər külli miqdarda narkotik vasitə götürmüşdür. Polis əməkdaşları onu Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində saxlamışlar, onun üzərində Polis İdarəsində şəxsi axtarış keçirilmiş, bundan başqa onun yaşadığı evə və həmin vaxt narkotik vasitəni daşıdığı nəqliyyat vasitəsinə də baxış keçirilmişdir. Həqiqətən də onun üzərindən, yaşadığı evindən və nəqliyyat vasitəsindən ona elan edilmiş ittihamda göstərilən narkotik və psixotrop maddələr aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz təsir, təzyiq olmamışdır. Təqsirləndirilən şəxs daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, narkotik vasitələri əvvəllər də şəxsi istifadəsi üçün götürən zaman Seyid adlı şəxsdən alırmış. Əvvəllər də həmin narkotik vasitələrdən satdığı vaxtlar olurmuş. Əvvəllər Seyid adlı şəxs ona narkotik vasitələr göndərən zaman həmin maddələri Seyidin vasitəsilə şəhərin müxtəlif yerlərindən-Bayıl qəsəbəsindən, Bakmildən, Mehdiabad qəsəbəsindən götürürmüş. Sonuncu dəfə danışan zaman Seyid ona narkotik vasitələri dəniz vasitəsilə keçirərək qayıqla göndərəcəyini bildirmişdir. Lakin, narkotik vasitəni İrandan dənizlə gətirən şəxslərin neçə nəfər olacaqlarını deməmişdir. Ona yalnız gələnlərdən birinin adının Bəhrəm olacağını, Bəhrəmin ona Seyid deyə müraciət edəcəyini bildirmiş, onun da həmin şəxsə Bəhrəm deyə müraciət etməsini istəmişdir. İrandan dənizlə qayıqda gələn həmin şəxslərin 2-3 nəfər olduğunu görmüşdür. Həmin şəxslərdən biri ona Seyid deyə səslənən zaman o da həmin şəxsə Bəhrəm deyə səslənmişdir, həmin şəxslər narkotik vasitələri ona verib getmişlər. Həmin narkotik vasitələr torbanın içində olmuşdur. O, daha sonra eşitmişdir ki, ona narkotik vasitələri verdikdən bir həftə sonra həmin şəxsləri X5 İdarəsi Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən tutulmuşlar. O, həmin şəxslərdən birinin adının Bəhrəm olduğunu bilmiş, digərlərinin isə adlarını bilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmçinin göstərmişdir ki, İran vətəndaşı olan Seyid adlı şəxs ona əvvəlcədən narkotik vasitələri İrandan qayıqla dənizdən keçirib gətirəcəklərini və həmin narkotik vasitələri dənizin kənarında həmin şəxslərdən götürməyini demişdir. O, Seyidə söz vermişdir ki, narkotik vasitələri gətirən şəxslər qayıqdan düşən kimi narkotik vasitələri həmin şəxslərdən qəbul edəcək. Təqsirləndirilən şəxs məhkəmənin sonrakı iclaslarında verilən suallara cavab olaraq onu da göstərmişdir ki, onun üzərindən aşkar edilmiş mobil telefonunda adını “Persik” kimi qeyd etdiyi şəxs ifadəsində göstərdiyi həmin “Seyid”adlı şəxsdir. Telefonunda adını “Persik” kimi qeyd etdiyi, yəni Seyid adlı şəxslə whatsapp mobil tətbiqində aşkar edilmiş mesajlar narkotik vasitələrin hansı konuma (məkanın yeri) qoyulması və həmin maddələri haradan əldə etməli olması ilə bağlı olan mesajlardır. Həmçinin bildirir ki, ibtidai istintaq zamanı ona qarşı heç bir təsir, təzyiq olmamış və ibtidai istintaq zamanı verdiyi ifadəsini də təsdiq edir. Törətdiyi cinayət əməlini həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı səmimi olaraq etiraf etmiş və əməlindən peşmandır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində saxlanılaraq Polis İdarəsinə aparılmışdır. Polis İdarəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik və psixotrop maddələr aşkar edilmişdir. Eyni zamanda təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs narkotik vasitələri daşıdığı avtomobilə və yaşadığı ünvana da baxış keçirilmişdir. Təqsirləndirilən şəxsin üzərindən, yaşadığı ünvandan və nəqliyyat vasitəsindən psixotrop maddə metamfetamin, həmçinin narkotik vasitələrin heroin, marixuana və digər növləri aşkar edilmişdir. Narkotik vasitələrin böyük hissəsi kisənin içərisində olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs həmin narkotik vasitələri İran İslam Respublikası vətəndaşından əldə etdiyini və müəyyən yerlərə qoymaq üçün daşıdığını bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, tanışı Təqsirləndirilən şəxs tutulmamışdan əvvəl ona zəng etmiş və başqa ünvana köçdüyünü, maddi imkanının olmadığını və bununla əlaqədar köməyə ehtiyacı olduğunu bildirmişdir. O, həmin ərəfədə taksi fəaliyyəti ilə məşğul olurmuş. Ona görə də Təqsirləndirilən şəxs kömək edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ona getməli olduğu yerin konumunu göndərmiş və o, Sumqayıt şəhəri ərazisində həmin ünvana getmişdir. O, Təqsirləndirilən şəxs bildirdiyi ünvanda sonuncu ilə görüşmüş və Tələtin çantalarını avtomobilinə qoymuşlar. Həmin çantaları götürüb Təqsirləndirilən şəxs yeni yaşadığı ünvana gəlmişlər. Yeni yaşadığı ünvandan iki çanta götürmüşlər və Tələt demişdir ki, həmin çantaları zibilliyə atmalıdırlar. Çantaları zibilliyə atmaq istəyərkən polis əməkdaşları onları saxlamış və Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada avtomobilinə baxış keçirilmiş və çantaları açdıqda məlum olmuşdur ki, çantalarda narkotik vasitələr var. Təqsirləndirilən şəxs üzərinə də şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri haradan əldə etməsi barədə nə deməsinə dair məlumatı yoxdur. Eyni zamanda Təqsirləndirilən şəxs yaşadığı ünvana da baxış keçirilmişdir. Mənzilə baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan çantalara baxış keçirilmiş və həmin çantalar götürülmüşdür. Mənzilə baxış keçirilərkən o, çöldə imiş, ona görə də çantaların içərisində narkotik vasitələrin olmasından məlumatı olmamışdır. Təhqiqatçı narkotik vasitələri haradan əldə etməsi ilə bağlı sual verdikdə Təqsirləndirilən şəxs narkotik vasitələri tanımadığı şəxsdən əldə etdiyini və pul müqabilinə həmin narkotik vasitələri kiməsə verəcəyini bildirmişdir. Şahid2 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. O, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində dənizə yaxın bir restoranın yanından götürmüşdür. Təqsirləndirilən şəxs onu çağıran zaman saat təxminən 00-01 radələri olarmış. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, çantada paltarları var, həmin ünvanın şəhərdən uzaq olması ilə əlaqədar Bakı şəhərinə köçdüyünü bildirmişdir. Onun çantada narkotik vasitələr olması barədə xəbəri olmamışdır və Təqsirləndirilən şəxs da bu barədə ona heç nə deməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkilinin 13 iyun 2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqə: cild İ, səh.6). 14 iyun 2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında protokol”dan və 19 iyun 2024-cü il tarixli “videogörüntülərə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə və videoçəkilişlə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şortun sol yan cibindən bir ədəd sellofan bükümdə açıq yaşıl rəngli, spesifik iyli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər və 1 (bir) ədəd ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə, “Redmi” markalı mobil telefon və 1 (bir) ədəd 5411 2498 0187 1869 nömrəli bank kartı aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 7 (yeddi) qram, metamfetaminə bənzər kütlənin çəkisi 20 (iyirmi) qram olmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğu, həmin kütlələri İran islam Respublikasının vətəndaşı “Seyid” adlı şəxsin göstərişi ilə 1 (bir) gün əvvəl Sumqayıt şəhərində dəniz kənarından tanımadığı və adlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşlarından “Seyid” adlı şəxsin göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, “Seyid ” adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə ona 35000 (otuz beş min) manat pul verəcəyini, daha əvvəl də “Seyid” adlı şəxsdən 10 (on) dəfə narkotik vasitə götürdüyünü, bundan başqa, sərnişini olduğu “Toyota Prius” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə və yaşadığı evdə narkotik vasitə olduğunu, həmin avtomobilə və yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, Şahid2la tanış olduqlarını, onun bu kütlələrin nə olması barəsində xəbərsiz olduğunu, polis əməkdaşları tərəfindən ona fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (iş vərəqə: cild İ, səh.28-31, 137). 14 iyun 2024-cü il tarixli “baxış və götürmə haqqında protokol”dan və 19 iyun 2024cü il tarixli “videogörüntülərə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs sərnişin qismində əyləşdiyi “Toyota Prius” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə müdafiəçisinin iştirakı ilə və videoçəkilişlə baxış keçirilən zaman avtomobilin arxa sərnişin yerindən 2 (iki) ədəd kisə aşkar olunmuş, həmin kisələrin birindən 2 (iki) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlə, digər kisənin içərisindən 1 (bir) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlə, 2 (iki) ədəd bağlamada heroinə bənzər kütlə, 2 (iki) ədəd bağlamada metamfetaminə bənzər kütlə və 8780 (səkkiz min yeddi yüz səksən) ədəd metadon həbinə bənzər kütlə aşkar edilmişdir. Bundan sonra, həmin kütlələr elektron tərəzidə çəkilmiş, metamfetaminə bənzər kütlənin çəkisi 2 (iki) kiloqram 175 (yüz yetmiş beş) qram, heroinə bənzər kütlənin çəkisi 5 (beş) kiloqram 245 (iki yüz qırx beş) qram, qurudulmuş marixuanaya bənzər kütlələrin çəkisi 17 (on yeddi) kiloqram 685 (altı yüz səksən beş) qram olması müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh.35-37, 138). 14 iyun 2024-cü il tarixli “baxış və götürmə haqqında protokol”dan və 19 iyun 2024cü il tarixli “videogörüntülərə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 98 ünvanına müdafiəçisinin iştirakı ilə və videoçəkilişlə baxış keçirilən zaman yataq otağındakı dolabdan 2 (iki) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr və 1 (bir) ədəd elektron tərəzi aşkar edilmişdir. Bundan sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlələrin çəkisi 11 (on bir) kiloqram 330(üç yüz otuz) qram olmuşdur (iş vərəqə: cild İ, səh.40-42, 139). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2024-cü il tarixli, 3-16-16/2-7/981 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə bir ədəd sellofan bükülüdə təmiz çəkisi 5,99 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş bir ədəd naxışlı göy rəngli çantada 02 (iki) ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 5840,0 qram və 5100,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Üzərində “Təqsirləndirilən şəxs” oğlunun yaşadığı evdən aşkar edilmiş kütlələr...” sözləri yazılmış ağ rəngli sintetik torbada 02 (iki) ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 5110,0 qram və 5695,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Üzərində “Təqsirləndirilən şəxs Toyota Prius...” sözləri yazılmış göy rəngli çantada bir ədəd qara rəngli polietilen bağlamada 5050,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin çantada nəm vəziyyətdə olan çəkisi 780,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuanadır. Həmin marixuananın quru çəkisi - 373,0 qramdır. Marixuananın ümumi çəkisi 27 kiloqram 173,99 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin qalıqları (izləri) yoxdur və ona görə müqayisəli tədqiqat aparılmamışdır (iş vərəqə: cild İ, səh.58-61). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2024-cü il tarixli, 3-16-16/2-6/3260 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş... şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 16,928 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi “Təqsirləndirilən şəxs sərnişin olduğu Toyota Prius markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan çantadakı: -2 (iki) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1980 qram və 1910 qram, ümumi təmiz çəkisi 3890 qram (3 kiloqram 890 qram) olan qəhvəyi rəngli tozşəkilli maddə kütlələri xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, -2 (iki) ədəd bağlamada arı-ayrılıqda təmiz çəkiləri 980 qram və 950 qram, ümumi təmiz çəkisi 1930 qram (1 kiloqram 930 qram) olan ağ rəngli kristalşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, -üzərində “Methadone 40” markalanma göstəricisi olan ümumilikdə 8780 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 8780 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 351,2 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). Həblər xarici əlamətlərinə və təsiredici maddəsinin miqdarına görə eynidirlər. Tədqiqata təqdim edilmiş bir ədəd “gümüşü” rəngli elektron tərəzinin üzərində metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin təmiz çəkisini və bükümlərdəki metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Vət. Təqsirləndirilən şəxs üzərindən və sərnişin olduğu Toyota Prius markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 1946,928 qramdır (1 kiloqram 946,928 qram) və həmin metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər (iş vərəqə: cild İ, səh.63-67). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X6 məhkəmə-narkoloji ekspertizasının 15 iyul 2024-cü il tarixli, 4832 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı kannabinoidlərin və psixostimulyatorların, psixotrop maddələrə aid olmayan güclü təsiredici dərman preparatı olan preqabalin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.200-201). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X6 məhkəmə kimyəvi ekspertizasının 28 iyun 2024-cü il tarixli, 2177/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid və fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edilmişdir (iş vərəqə: cild İ, səh.202-204). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X6 məhkəmə-tibbi ekspertizasının 15 iyun 2024-cü il tarixli, 356/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh.205-206). 14 iyun 2024-cü il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən həmin istintaq hərəkəti zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha ifadələrini təsdiq etmişdir (iş vərəqə: cild İ, səh.88-95). 20 iyun 2024-cü il tarixli “maddi sübut kimi tanınma haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq çəkiləri 27173,69 qram narkotik vasitə qurudulmuş marixuana, 16,828 qram psixotrop maddə metamfetamin, 3889,8 qram narkotik vasitə heroin, 1929,8 qram psixotrop maddə metamfetamin, 8770 ədəd narkotik vasitə metadon həbi və gümüşü rəngli elektron tərəzi maddi sübut kimi tanınaraq saxlanması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində təhvil verilmişdir (işvərəqə: cild İ, səh.140-143). 27 avqust 2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Redmi» markalı mobil telefona baxış keçirilərkən həmin mobil telefonun içərisində ***-***-**-**, 070- ***-**-** saylı mobil nömrələrin olması müəyyən edilmişdir. Mobil telefona baxış keçirilən zaman “whatsapp” ani mesajlaşma proqramında onun adını “Persik” kimi qeyd etdiyi şəxslə yazışması müəyyən edilmişdir. Belə ki, o, telefonunda adını “Persik” kimi qeyd etdiyi şəxsə narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsini özündə əks etdirən fotoşəkillər göndərmişdir. Yazışmaların fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (iş vərəqə: cild İ, səh.197-199). 30 avqust 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd “Redmi” markalı mobil telefon və Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış və götürmə”, sərnişini olduğu avtomobilə “baxış və götürmə”, yaşadığı evə “baxış və götürmə” istintaq hərəkətləri zamanı video görüntülərin qeydə alındığı üç ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.207-224). 04 sentyabr 2024-cü il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərar”dan görünür ki, “Seyid” adlı şəxsin və qeyrilərinin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4-1 maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır (iş vərəqə: cild İ, səh.244-246). 14 iyun 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.20). Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 iyun 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 14 iyun 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.129-134). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 15 avqust 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh.188-189). Hüquqi məsələlər. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə hazırki cinayət işi üzrə təqdim edilmiş sübutların qəbuledilən olubolmamasını, onların çəkisini və kifayət qədərliyini tənzimləyən qayda və prinsiplərə istinad etməklə, işin faktiki hallarını yalnız həqiqiliyinə və əldə edilməsi hallarına heç bir şübhələr olmayan sübutları əsas götürmək yolu ilə müəyyən etməklə, tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanan yekun qərarın qəbul edilməsi və məhkəmənin ittiham olunan şəxsin təqsirli və ya təqsirsizliyinə dair hökmünü formalaşdırmaq üçün yalnız qanunun istifadə etməyə icazə verdiyi hüquqi vasitələrə əsaslanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Açıq məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs iş üzrə keçirilmiş açıq məhkəmə iclaslarında özünü şəxsən və vəkili vasitəsilə müdafiə etmiş, şahidlərin dindirilməsində, onun əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, ona qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, cinayət işinin araşdırılması və məhkəmədə baxılıb həll edilməsinə münasibətdə istinad edilən əməlin törədilməsi, həmin əməldə cinayət tərkibinin və onu cinayət kimi xarakterizə edən bütün əlamətlərin olub-olmaması sübutların köməyilə müəyyən edilir. Cinayət işi və bununla bağlı materiallar üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün kifayət edən sübutların cəmi sübutetmə həddini xarakterizə edir. Beləliklə, təqdim edilmiş obyektiv sübutların məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxslə əlaqəsi, onun əməlində cinayətin əlamətlərinin olması kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında araşdırılıb tədqiq edilmiş, sübutlar toplusuna məcmu halında qiymət verilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ondan gizli keçirilməklə cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda narkotik vasitələri və xüsusilə külli miqdarda psixotrop maddəni əldə etməyi, gizlətməyi və onlar üzərində sərəncam verməyi qabaqcadan vəd verib qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələri və xüsusilə külli miqdarda psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Məhkəmə həyata keçirilən mühakimə fəaliyyəti nəticəsində heç bir şübhəyə yer verməyən mütləq həqiqətin aşkarlanmasından ötrü ittiham tərəfinin təqdim etdiyi sübutları, təqsirləndirilən şəxsin özünün müdafiəsi ilə bağlı göstərdiyi dəlilləri cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdırmış və hesab edir ki, məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin həm 32.5,206.3.2, həm də 234.4-1-ci maddələrinə münasibətdə onun əməllərinə ayrı-ayrılıqda hüquqi qiymət verilməlidir. Belə ki, hər bir cinayət əməlinin araşdırılmasında onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi əmələ hüquqi qiymət verilməsində mühüm əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.3.2ci maddələri ittiham ona görə elan edilmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ondan gizli keçirilməklə cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda narkotik vasitələri və xüsusilə külli miqdarda psixotrop maddəni əldə etməyi, gizlətməyi və onlar üzərində sərəncam verməyi qabaqcadan vəd verib qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayəti ilə bağlı özünü təqsirli bilmədiyini göstərsə də, o, özünün ifadələrində faktiki olaraq qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsi planlaşdırılan xüsusilə külli miqdarda narkotik və psixotrop maddələri əldə etməyi, gizlətməyi və onlar üzərində sərəncam verməyi qabaqcadan vəd verərək köməkçi qismində iştirak etdiyini etiraf etmiş və cinayətin icraçısına qabaqcadan kömək edəcəyi ilə bağlı vəd verdiyi hərəkətləri hansı qaydada yerinə yetirdiyini təfərrüatlı şəkildə göstərmişdir. Belə ki, o, məhkəmə baxışı zamanı ifadə verərkən göstərmişdir ki, İran İslam Respublikasının vətəndaşı Seyid adlı şəxsin ona elan edilmiş ittihamda göstərilən narkotik və psixotrop maddələri İrandan Azərbaycan Respublikasına Xəzər dənizi ilə qayıqla göndərəcəyini, İrandan göndərdiyi həmin maddələrin saat təxminən 00 radələrində Xəzər dənizinin Sumqayıt şəhəri, X3 qəsəbəsində sahilinə qayıqla çatdırılacağını, həmin narkotik və psixotrop maddələr qayıqla dənizin sahilinə çatan zaman ona fənəri bir neçə dəfə yandırıb-söndürməli olduğunu demiş və o, Seyid adlı şəxslə qayıqla İrandan göndərilən həmin maddələri Sumqayıt şəhəri, X3 qəsəbəsində dənizin sahilinə çatan kimi qəbul edəcəyinə söz vermiş, sonra isə Seyid adlı şəxsin göndərdiyi həmin narkotik və psixotrop maddələr qayıqla dənizin sahilinə çatdırılan zaman sonuncuya söz verdiyi kimi, o, özünün həmin ərazidə olduğunu bildirmək üçün əlində olan fənəri bir neçə dəfə yandırıbsöndürdükdən sonra həmin maddələri əlbəəl ona vermişlər. Daha sonra isə o, həmin xüsusilə külli miqdarda narkotik və psixotrop maddələri Seyid adlı şəxsin bildirdiyi yerlərə qoymaq üçün evində aparıb saxlamış, həmin maddələr polis əməkdaşları tərəfindən onun üzərində, evində və daşıdığı nəqliyyat vasitəsində aşkar edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirildiyi videogörüntü məhkəmə baxışı zamanı nümayiş etdirilərkən də Təqsirləndirilən şəxs həmin maddələr aşkar edildikdən sonra, sorğu-sual zamanı da həmin maddələri Seyid adlı şəxsin qayıqla göndərdiyini, həmin maddələri Seyid adlı şəxsə söz verdiyi kimi, Sumqayıt şəhərində dənizin kənarında həmin şəxslərdən götürdüyünü etiraf etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində göstərdiyi həmin hallar onun ibtidai istintaq zamanı verdiyi ifadələri, şəxsi axtarış və üzləşdirmə istintaq hərəkətləri zamanı özünün göstərdikləri, cinayət işi üzrə yuxarıda göstərilən digər mötəbər sübutlarla və həmin sübutlara əsaslanan işin faktiki halları ilə təsdiq edildiyindən onun həmin ifadələri mötəbər sübut növü kimi qəbul edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, belə əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Bununla bağlı qeyd edilməlidir ki, köməkçi cinayətdə iştirakçıların növlərindən biri olduğu üçün iştirakçılığın obyektiv və subyektiv əlamətlərinə dair tələblər ona da şamil olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə bir-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. Lakin, digər şəxsin cinayət törətməsi üçün şərait yaradan istənilən hərəkəti iştirakçılıq sayılmır. Yalnız cinayətkar hərəkətlərin yerinə yetirilməsi, icraçının cinayətkar məqsədinə çatması üçün əhəmiyyətli olan şərtlərin yaradılması iştirakçılıq kimi qiymətləndirilə bilər (yəni, elə şərtlərin ki, onlarsız konkret vəziyyətdə cinayətin törədilməsi ümumiyyətlə mümkün olmazdı və yaxud onun törədilməsi xeyli dərəcədə çətinləşərdi). Hazırki cinayət işinin faktiki halları və məhkəmədə tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs ittihamda göstərilən xüsusilə külli miqdarda narkotik və psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ondan gizli İran İslam Respublikasından keçirilməsində özü birbaşa iştirak etməsə də, o, həmin cinayətin icraçısına özünün məlumatları ilə yardım edərək cinayətin predmetini və cinayət yolu ilə əldə edilmiş əmlakı İrandan qayıqla Azərbaycan Respublikasına çatan kimi dəniz sahilində həmin maddələri gətirən şəxslərdən özü birbaşa qəbul edib gizlətməklə, belə əmlakı əldə etməyi, ona sahiblik, istifadə və sərəncam verməyi qabaqcadan vəd edib kömək etməklə və özünün birbaşa qəsdi ilə həm öz hərəkətlərinin, həm də cinayətin icraçısının hərəkətinin ictimai təhlükəliliyini və öz hərəkətlərinin həyata keçirilən cinayətlə əlaqəsini dərk etmiş, həmin cinayətin törədilməsində göstərilən hərəkətləri ilə köməkçi kimi iştirak etməyi arzu etmiş və buna şüurlu surətdə yol vermişdir. Təqsirləndirilən şəxs cinayətin törədilməsində köməkçi kimi həmin cinayətkar hərəkətləri ilə icraçının cinayətkar məqsədinə çatması üçün əhəmiyyətli olan şərtlərin yaradılmasında iştirak etmiş, yəni, qaçaqmalçılıqla keçirilməkdə olan narkotik və psixotrop maddələri yerində dərhal birbaşa qəbul etməyi və digər hərəkətləri törətməyi vəd verdiyi əməllərini yerinə yetirmiş, hansıki onun vəd verdiyi hərəkətlər yerinə yetirilmədən həmin cinayətin törədilməsi ümumiyyətlə mümkün olmaya bilərdi və yaxud onun törədilməsi xeyli dərəcədə çətinləşə bilərdi. Göstərilənləri təsdiq edən hallarla bağlı həmçinin qeyd edilməldir ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasında olan şəxslə əlaqəsi, o cümlədən ona Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ondan gizli qanunsuz keçiriləcək narkotik vasitələri və psixotrop maddəni qəbul edəcəyini qabaqcadan vəd etməsi təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefonuna baxış keçirilən zaman “whatsapp” ani mesajlaşma proqramında onun adını “Persik” kimi qeyd etdiyi şəxslə yazışmasının müəyyən edildiyi və Təqsirləndirilən şəxs özünün məhkəmədə verilən suallara cavab olaraq telefonunda adını “Persik” kimi qeyd etdiyi şəxsin İran vətəndaşı “Seyid” adlı şəxs olduğu, həmin şəxslə whatsapp mobil tətbiqində aşkar edilmiş mesajların narkotik vasitələrlə bağlı mesajlar olmasına dair ifadələri ilə də sübuta yetirilmişdir. Beləliklə də, işin şərh edilən faktiki halları və yuxarıda göstərilən məhkəmədə tədqiq edilmiş obyektiv sübutların məcmusu Təqsirləndirilən şəxs qaçaqmalçılıq yolu ilə xüsusilə külli miqdarda narkotik və psixotrop maddələrin keçirilməsində cinayətin icraçısına əvvəlcədən vəd etdiyi (icraçının qaçaqmalçılıq yolu ilə göndərdiyi həmin maddələri Azərbaycana çatan kimi dərhal birbaşa qəbul edəcəyi, sonra özündə saxlayacağı və onların üzərində cinayət yolu ilə digər hərəkətlərlə sərəncam verəcəyi) hərəkətlərindən ibarət əməli onun həmin cinayətin törədilməsində köməkçi kimi iştirak etməsini birmənalı şəkildə təsdiq etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz.” Odur ki, Təqsirləndirilən şəxs göstərilən cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyindən, onun əməlində həmin cinayətin obyektiv cəhətinin tərkib əlamətləri mövcud olmadığından, bununla da əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilmədiyindən və Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ondan gizli keçirilməklə cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda narkotik vasitələri və xüsusilə külli miqdarda psixotrop maddəni əldə etməyi, gizlətməyi və onlar üzərində sərəncam verməyi qabaqcadan vəd verib qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etməkdə ifadə olunan həmin cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddələri ilə tövsif edilməlidir. Belə ki, cinayət işinin göstərilən faktiki hallarına və məhkəmə araşdırması zamanı tədqiq edilmiş yuxarıda sadalanan obyektiv sübutlara, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-cü maddələri ilə ittiham olunduğu əməli həmin Məcəllənin 32.5,206.2-ci maddələrinə tövsif olunmalıdır. Ona görə də, cinayət işinin şərh edilən hallarına əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində qaçaqmalçılıqla bağlı heç bir əlaqəsinin olmamasına dair göstərdiklərini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi və törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə də ittiham elan edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin həmin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya”nın konkret müddəalarını, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya” əsasən “metamfetamin” psixotrop maddəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram, xüsusilə külli miqdar daxil olmaqla aşağı həddi 400 qram, “heroin” narkotik maddəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram, xüsusilə külli miqdar daxil olmaqla aşağı həddi 800 qram, “marixuana” narkotik maddəsinin qurudulmuş halda xeyli miqdar daxil olmaqla aşağı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram, xüsusilə külli miqdar daxil olmaqla aşağı həddi 50000 qram, “metadon” narkotik maddəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 0,02 qram, külli miqdar daxil olmaqla aşağı həddi 1,6 qram, xüsusilə külli miqdar daxil olmaqla aşağı həddi 160 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş “metamfetamin” psixotrop maddəsinin, “heroin” və “metadon” narkotik maddələrinin miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı”da müəyyən edilmiş həmin maddələrin xüsusilə külli miqdar həddindən, “qurudulmuş marixuana” isə külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, “ ... Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Cinayət işi üzrə təqsirləndirilən şəxsin həm ibtidai, həm də məhkəmə istintaqı zamanı etirafedici ifadələri, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə”, “baxış və götürmə”, “üzləşdirmə” istintaq hərəkətlərinin protokolları, şəxsi axtarışın, həmçinin baxışın video görüntülərinin əks olunduğu disklər, həmin disklərə baxış protokolları, təqsirləndirilən şəxsdən aşkar olunmuş “telefona baxış protokolu”, maddi sübutlar, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri kimi qanuniliyi heç bir mübahisə doğurmayan mötəbər sübutlarla Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələri və xüsusilə külli miqdarda psixotrop maddəni əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik və psixotrop maddələri məhz satış məqsədilə əldə edib daşıması və saxlaması qənaətinə gələrkən ondan aşkar edilmiş həmin maddələrin çəkisinin hətta xüsusilə külli miqdar həddindən də dəfələrlə artıq miqdarda, müxtəlif növlərdə, müxtəlif bağlamalarda olmasını və yanında elektron tərəzinin də aşkar edilməsini, onun üzərindən başqa, həmçinin evindən, nəqliyyat vasitəsindən həmin maddələrdən xüsusilə külli miqdarda aşkar edilməsini, təsirləndirilən şəxsin özünün də həm ibtidai, həm də məhkəmə istintaqı zamanı həmin maddələri pul müqabilində müxtəlif yerlərə qoymasını və bu məqsədlə həmin maddələri saxladığını etiraf etməsinə dair ifadələrini, cinayət işinin Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən yuxarıda göstərilmiş tədqiq edilən bütün digər hallarını da nəzərə alır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf edib səmimi ifadələr verməklə əməlindən peşman olmasını, ilkin ibtidai araşdırma başlandığı vaxtdan cinayət təqibi orqanına cinayəti törətdiyi bütün üsul və vasitələri təfərrüatlı şəkildə göstərib etiraf etməklə onun həmin hərəkətlərinin cinayətin ifşa edilməsində əhəmiyyət kəsb etməsini, həmçinin cinayətin digər iştirakçısı barəsində də səmimi ifadələr verməsini təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən xüsusilə ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5-ci,206.2-ci və 234.4-1-ci maddələrinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, həmçinin yuxarıda göstərilmiş cəzasını yüngülləşdirən hallar və cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 14 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 14 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 iyun 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 14 iyun 2024-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 15 iyul 2024-cü il tarixli, 4832 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanca təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 27173,69 qram narkotik vasitə qurudulmuş marixuana, 16,828 qram psixotrop maddə metamfetamin, 3889,8 qram narkotik vasitə heroin, 1929,8 qram psixotrop maddə metamfetamin, 8770 ədəd narkotik vasitə metadon həbi və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə”, “avtomobilə baxış və götürmə” və “evə baxış və götürmə” istintaq hərəkətlərinin video görüntülərinin əks olunduğu üç ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 186 (yüz səksən altı) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.2ci maddələri ilə 03 (üç) il müddətinə, Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 14 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanca verilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 27173,69 qram narkotik vasitə qurudulmuş marixuana, 16,828 qram psixotrop maddə metamfetamin, 3889,8 qram narkotik vasitə heroin, 1929,8 qram psixotrop maddə metamfetamin, 8770 ədəd narkotik vasitə metadon həbi və 01 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə”, “avtomobilə baxış və götürmə”, “evə baxış və götürmə” istintaq hərəkətlərinin video görüntülərinin əks olunduğu üç ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 186 (yüz səksən altı) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar