Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-597/2020 16.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxsin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri "Mərkəz" Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs - xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olmuş, işləməyən, Bakı şəhəri Yasamal rayonu, M.C.Məmmədzadə küçəsi ev 111A-də qeydiyyatda olan və ünvan 1 ünvanda kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçildiyi üçün hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxslə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək silah qismində istifadə edilən əşyanı tətbiq etməklə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla quldurluq etmiş, eləcə də satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək bir (1) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə 17 gün vaxtından əvvəl şərti azad olunmasına baxmayaraq məhkumluğu üzərindən götürülmədiyi və ödənilmədiyi halda, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qeyrirəsmi ər-arvad münasibətində yaşadığı istintaqa adı Xuraman kimi məlum olan şəxslə cinayət ələqəsinə girib qabaqcadan əlbir olaraq qrup təşkil etdikdən sonra, internetdə olan «Tap.az» adlanan sosial şəbəkəsindəki elanlardan “X14 10+” markalı 1.750 manat dəyərində olan mobil telefonunu satan Zərərçəkmiş şəxs1 mobil telefon nömrəsini tapıb götürdükdən sonra, sonuncu ilə əlaqə yaradıb, guya həmin telefonu almaq istədiyini bildirməklə sifariş etmiş və pulunu Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən Bakı Metropoliteninin “İnşaatçılar” stasiyasının üst tərəfində görüşücəkləri zaman ödəyəcəyi barədə razılaşıb xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində Xuramanla birlikdə qeyd olunan metrostansiyasının çıxışının yaxınlığında ünvan 2 ünvanda yerləşən “Bonita” adlanan qadın geyimi satışı mağazasının qarşısına gələrək orada Zərərçəkmiş şəxs1 bir ədəd “X14 10+” markalı, **********39853 İmei-kodlu, 1.750 manat dəyərində, işlənməmiş və qutusunda bağlı vəziyyətdə olan mobil telefonunu götürüb, guya pulunun bir hissəsinin yaşadığı mənzildə olmasını bildirməklə Xuramanla gəldiyi taksi kimi fəaliyyət göstərən avtomobildə Zərərçəkmiş şəxs1 həmin yerdən ünvan 3 ünvanda yerləşən binanın həyətinə gətirərək, yolda gələrkən həmin mobil telefonunu qutusunu açıb tamlığını pozmaqla Xuramana vermiş, sonuncu da əvvəlcədən aralarında əldə olunmuş razılaşma və rolların bölünməsinə əsasən guya qohumunun yaşadığı mənzilə gedib pul gətirəcəyi görünüşünü yaratmaqdan ötrü orada taksidən düşərək həmin binanın ikitərəfli keçidi olan 4 saylı blokuna daxil olub naməlum istiqamətdə getdikdən sonra, həmin taksidə Zərərçəkmiş şəxs1la Yasamal rayonu A.M.Şərifzadə küçəsindəki 96 saylı binanın qarşısına gəlmiş və taksidən düşdükdən sonra Zərərçəkmiş şəxs1 telefonunu və ya telefonun pulunu tələb etdikdə, Təqsirləndirilən şəxs əldə olunmuş əmlakı saxlamaq məqsədi ilə həmin binanın 2 saylı blokunun qarşısında üstündə olan cib bıçağını çıxarıb silah qismində istifadə edilən əşya kimi tətbiq edərək tiyəsinin ucunu Zərərçəkmiş şəxs1 üstünə tutmaqla həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın etməklə dəyəri 1.750 manat təşkil edən həmin telefonu ələ keçirib, telefonun sahibi olan Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla quldurluq etmişdir. Bundan başqa, o satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz halda çəkisi 1,375 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini öz istifadəsi üçün əldə edib, daşıyaraq kirayənişin kimi yaşadığı ünvan 4 ünvana gətirməklə orada qanunsuz saxlamış və hazırkı cinayət işi üzrə qəbul olunmuş xx xxxxxx 2020-ci il tarixli “Axtarış və götürmə aparılması haqqında” qərara əsasən həmin tarixdə saat 21:20-də qeyd olunan mənzildə aparılmış təxirəsalınmaz axtarış tədbirləri zamanı həmin 1,375 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin yuxarıda göstərilən bir ədəd bükümdə və çəkidə onun çarpayısının altından aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək bildirmişdir ki, birinci arvadı ilə 1 il olar ki boşanmış və 2019-cu ilin yaz aylarında X6 ilə Bakı şəhərində yerləşən kafelərin birində tanış olduqdan sonra həmin vaxtdan Xuramanla aralarında ünsiyyət yaranmış və bir-birləri ilə sevdikləri üçün 2019-cu ilin iyun ayında Xuramanla birgə «Nizami» metrostansiyasının yaxınlığında yerləşən «Yaşıl» adlanan məscidə gedərək orada aralarında dini nikah bağlayaraq əvvəlcə onun valiyenlərinin yaşadıqları ünvan 5 ünvanında yaşamışlar. xx.xx.2019-cu il tarixdə isə o, Xuramanla ünvan 6 ünvana köçərək həmin mənzildə kirayədə yaşamağa başlamışlar. 2019-cu ilin dekabr ayının sonunda Xuramanla aralarında mübahisə yarandığına görə Xuraman ondan küsmüşdür. xx.xx.2019-cu il tarixdə barışdıqlarından o, Xuramana bahalı telefon alacağını vəd etmişdir. Bununla bağlı sosial şəbəkə olan “Tap.az” saytında daxil olmuş, “Samsung Note-10+” model markalı mobil telefonların satışı barədə elan gördüyü üçün xx.xx.2020-ci il tarixdə təxminən saat 17 radələrində istifadə etdiyi ***- ***-**-** mobil telefon nömrəsindən elanda yerləşdirilən Fərid adlı şəxsin 55-392-45-97 sim-kart mobil nömrəsinə zəng edib “Samsung Note-10+” markalı mobil telefonla maraqlanaraq həmin telefonu almaq istədiyini bildirmiş və apardıqları danışıq zamanı həmin marka və modelli mobil telefonun satış qiymətini 1750 manata razılaşdıqdan sonra həmin Fərid adlı şəxs bildirmişdir ki, həmin mobil telefonu istənilən yerə gətirərək müştəriyə, yəni ona çatdırmasını özü icra edəcəkdir. O da, Fəridə həmin telefonu almaq istədiyini bildirərək Yasamal rayonu «İnşaatçılar» metrostansiyasının yaxınlığına gətirməyini və məhz orada da həmin telefonu ondan alacağını bildirmişdir. Həmin vaxt telefonu almaq üçün onun nağd 1600 manat və əlavə olaraq cib xərcliyi kimi təxminən 20 manat pulu olmuşdur. Fəridlə danışıb təxminən saat 19 radələrində «İnşaatçılar» metrostansiyasının yanında görüş təyin etdikdən sonra o, Xuramana da həmin telefonu almaq üçün onunla birlikdə görüş yerinə getməsini təklif etmiş və buna görə də, birlikdə kirayədə yaşadıqları qeyd edilən mənzildən çıxmışlar. Kücədə sürücüsünü, dövlət qeydiyyat nişanını bilmədiyi ağ rəngli «Nexia» markalı taksi fəaliyyəti ilə məşqul olan avtomobilə əyşləşmişlər və «İnşaatçılar» metrostansiyasının yaxınlığına çatanda Fərid adlı telefon satan şəxslə zəngləşəndə, Fərid görüş yerinə çatdığını bildirmiş və o da, həmin vaxt göstərilən metrostansiyasının çıxışının yaxınığında yerləşən «Bonita» adlanan qadın geyim paltarlarının satışı mağazanın yanında olduğu üçün onu həmin yerə dəvət edərək orada onunla görüşmüşdür. Fərid özü ilə gətirdiyi üstü sellofan cığıraya bükülməklə qara qutuya yerləşdirilmiş bir ədəd “Samsung Note-10+” model markalı mobil telefonu ona vermişdir. O da, telefonun qutusunun üstündə olan ploynkanı çırıb qutunu açıb içərisində olan telefona baxmış və telefonu bəyəndiyi üçün Fəridə orada 1600 manat pulu verib bildirmişdir ki, qalan 150 manatı hazırda onunla birlikdə gedib ona çatdıracaqdır. Fərid 1600 manat pulu ondan təhvil alaraq onunla razılaşmışdır. Buna görə də, o və Fərid, Xuramanla gəldiyi həmin taksi avtomobilinə əyləşmişdir. Fərid qabağ sağ oturacaqda, o isə, arxada Xuramanın yanında əyləşmişdir. Avtomobilin salonunda o, Fəriddən aldığı telefonu Xuramana verərək sonuncuya bildirmişdir ki, telefonu almağa 150 manat pulu çatmır. Xuraman da demişdir ki, «görüm kimdən pulu tapa bilərəm». Həmin vaxt fikirləşmişdir ki, Xuraman 150 manat pulu tapa bilməsə, özü gedib anasından 150 manat alaraq Fəridə telefon pulunu tamlıqla ödəyər. Oradan əyləşdikləri taksi avtomobili ilə kirayədə yaşadıqları Şərifzadə küçəsindəki 96 saylı binanın həyətinə gəlmişlər. O, Fərid və Xuraman taksidən düşmüşlər, taksi avtomobilinin sürücüsünə 5 manat pul ödəmiş, taksi oradan çıxıb getmişdir. Xuraman mobil telefonunun batareyasını elektirk cərəyanına qoşub-yoxlamaq məqsədi ilə özü tək yaşadığıı mənzilə qalxmış, o isə, Fəridlə söhbətləşərək ona qohum və tanışlarına zəng etdib təcili olaraq 150 manat pul götürüb ona çatdıracağını bildirmişdir. Lakin bir neçə şəxsə zəng edib pul istəsə də, pul tapa bilməmişdir. Bununla bağlı Fəridə təklif etmişdir ki, həmin mobil telefonu ona geri qaytarsın və onun pulundan 200 manatı özündə beh kimi saxlasın ki, sabah bütün, yəni qalıq qalacaq 1550 manatı tam miqdarda toplayaraq ona verməklə telefonu ondan təhvil alsın. Lakin bu kimi sözlərindən sonra Fərid onunla razılaşmayıb, qaşqırıb səs-küy salmağa başlamışdır. Buna görə də o, əsəbi vəziyyətə düşdüyündən, ona oradan çıxıb getməsini və sabah istədiyi vaxt gəlib ondan 150 manatı aparmasını bildirməklə yaşadığı 24 saylı mənzilə getmişdir. Fərid isə ona heç bir söz demədən hansısa səbəbdən onun barəsində Polisə şikayət etmişdir. Onun yaşadığı evdən heç bir narkotik vasitə və şpris aşkar olunmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1, ifadəsibdə bildirmişdir ki, o, Bakı şəhəri Nizami rayonu “Neftçilər” metrostansiyası yaxınlığında yerlşən «Fedya Telekom» mobil telefonların alqı-satqı mağazasında kuryer işləyir və həmin mağazaya aid mobil telefonların satışı barədə internetdə sosial şəbəkə olan “Tap.az” adlanan saytda elan yerləşdirməklə satışını həyata keçirir, satışda olan telefonları müştərilərin sifarişi ilə onlara çatdırmaq üçün mağazadan götürüb onların yaşadıqların ünvanların yaxınlığına gətirir. Həmin saytda əlaqə yaratmaqdan ötrü mobil telefonunda istifadə etdiyi ***-***-**-** sim-kart nömrəsini, adının Fərid və satışda “X14 10+” markalı mobil telefon və digər müxtəlif markalı mobil telefonların mövcud olması yerləşdirmişdir. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə adının Elgün olduğunu bildirən tanımadığı bir oğlan, yəni əsl adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs ***-***-**-** sim-kart nömrəsindən istifadə etdiyi yuxarıda qeyd edilən nömrəyə zəng edərək elana yerləşdirdiyi şərti olaraq start satış qiymətinin 2000 manat olan “X14 10+” markalı mobil telefonu almaq istədiyini bildirmiş və bununla da bağlı aralarında danışıq apararaq həmin telefonun son satış qiymətini 1.750 manata razılaşmışlar. Həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs ona zəng edərək qeyd olunan telefonu alması üçün “İnşaatçılar” metrostansiyasının yaxınlığına gətirməyini sifariş etmişdir. O da, “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən kuryer işlədiyi “Fedya Telekom” adlanan mobil telefonların alqı-satqısı mağazasından “X14 10+” markalı mobil telefonunu götürüb metro ilə “İnşaatçılar” metrostansiyasına gəlmiş və yeraltı çıxışdan küçəyə çıxaraq Təqsirləndirilən şəxs gəlməsini gözləmişdir. Oraya gəlib çatandan təxminən 4-5 dəqiqədən sonra həmin Təqsirləndirilən şəxs mobil telefonuna zəng edərək ondan harada olduğunu soruşmuş və metronun çıxışının yananda dayandığını öyrəndikdən sonra onu təxminən 30-40 metr aralıda yerləşən “Bonita” adlanan qadın geyimlərinin satışı mağazasının qarşısına dəvət etmişdir. Həmin mağazanın qarşısında Təqsirləndirilən şəxs adlı əvvəllər tanımadığı qarayanız, bir qədər arıq bədən qurluşlu, boyu təxminən 175-180 sm, üzü saqqallı oğlan özü tək ona yaxınlaşaraq onunla görüşmüşdür. Gətirdiyi qara rəngli qutuya yerləşdirilmiş istifadə edilməmiş təzə və qutusu istehsalçı zavod tərəfindən sellofan cığaraya bükülmüş vəziyyətdə olan “X14 10+” markalı mobil telefonu görüş zamanı Təqsirləndirilən şəxs baxmaq üçün ona verməyini təklif etmişdir. Qeyd olunan telefonu Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs telefonu ondan aldıqdan sonra dərhal əli ilə qutunun üzərində olan cığaranı açmış və qutunun içərisində olan telefonu götürüb ora-burasına baxmağa başlamışdır. Sonra isə ona demişdir ki, hal-hazırda evdən gəlmir və buna görə də, üstündə yalnız 1.600 manat miqdarda pulu olduğu üçün qalan 150 manatı götürüb ona ödəməsi üçün onunla yaxınlıqda yerləşən yaşadığı mənzilə getməlidirlər. Çıxışsız vəziyyətdə qaldığı üçün onunla razılaşmış, ona görə ki, Təqsirləndirilən şəxs həmin telefonun qutusunun üzərindəki sellofan cığaranı açdığından həmin mobil telefonun tezə bir telefon kimi dəyəri artıq düşmüşdür. Bundan sonra o, Təqsirləndirilən şəxs arxasınca gedərək orada yolun kənarında dayanmış ağ rəngli «Nexia” markalı, dövlət qeydiyyat nişanına diqqət yetirmədiyi və sürücüsünü tanımadığı taksi maşınına yaxınlaşmış və Təqsirləndirilən şəxs dəvəti ilə həmin taksiyə əyləşmiş, həmin avtomobilin sürücüsü sükan arxasında əyləşmiş, bir nəfər təxminən 25-26 yaşlı arıq bədən qurluşlu qadın isə arxa oturacaqda əyləşmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona qabağ sağ oturacaqda oturmağı təklif etmiş, özü arxa oturacağa həmin qadının yanında əyləşmişdir. Buna görə də o, Təqsirləndirilən şəxs təklifi əsasında qarşı oturacaqda sürücünün yanında əyləşmişdir. Təqsirləndirilən şəxs avtomobilə əyləşəndə telefonun Rabitə Nazirliyində qeydiyyatdan keçib-keçməməsini ondan soruşub, bunu yoxlatmaq üçün tanışı olan ustaya göstərməyi təklif etmiş və onunla razılaşmışdır. Həmin vaxt satmaq istədiyi telefonu Təqsirləndirilən şəxs avtomobilin salonunda yanındakı qadına verib həmin telefonu onun üçün aldığınını bildirmişdir. Həmin qadın da telefonu götürüb özündə saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs sürücüyə avtomobili sürməyi bildirmiş və taksi sürücüsü avtomobili Təqsirləndirilən şəxs işarəsi və göstərdiyi yolla Yasamal rayonu Şərifzadə küçəsi ilə Akim Abbasov küçəsinin kəsişməsində yerləşən «İran» klinikasının yaxınlığında yerləşən yaşayış binasının həyətinə sürüb-saxlamışdır. Orda Təqsirləndirilən şəxs arxada oturan qadınla nəsə barədə sakitçə pıçıldaşaraq danışmış və buna görə də, onların hansı məzmunda danışığını eşitməmişdir. Yalnız danışlarının sonunda Təqsirləndirilən şəxs həmin qadına “apar həmin telefonu bibin qızına göstər və ondan 150 manat pul götür” sözlərini deyərək, həmçinin özündə olan mobil telefonunu həmin qadına verərək sonuncuya taksidən düşüb getməyi bildirmişdir. Həmin qadın da taksidən düşüb göstərilən binada olan blokların birinə daxil olaraq satmaq istədiyi telefonu da özü ilə aparmışdır. Onlar bir neçə dəqiqə taksidə əyələşərək gözlədikdən sonra taksi sürücünün mobil telefonuna zəng gəlmiş və o, telefona cavab verdikdən sonra telefonunu Təqsirləndirilən şəxs ötürmüşdür. Təqsirləndirilən şəxs telefonda danışandan sonra həmin ona bildirmişdir ki, arvadının bibisi qızında pul olmadığı üçün telefonun pulunu ona ödəməsindən ötrü yaxınlıqda yerləşən yaşadığı binaya getməlidirlər. Bununla da, Təqsirləndirilən şəxs həmin danışığı nəticəsində başa düşmüşdür ki, Təqsirləndirilən şəxs arvadı, yəni bir qədər əvvəl onun satdığı mobil telefonunu özü ilə apararaq taksidən düşüb getmiş qadınla danışmışdır. Bu kimi vəziyyəti gördükdə hiss etmişdir ki, Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edə bilər və buna görə də, asta və gizlincə olaraq öz mobil telefonundan “Whatsapp“ proqramı vasitəsi ilə iş yoldaşı Elnurun ***-***-**-** sim-kart nömrəsinə SMS məktubunu yazıb, olduğu yer və baş verə biləcək hadisə barədə məlumat verməklə həmin ərazinin yaxınlığına gəlməsini xahiş etmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs taksi sürücüsünə avtomobili sürməyi bildirib özünün işarə və göstərməsi əsasında taksini göstərilən yerdən həmin təxminən 2-3 dəqiqəlik məsafədə yerləşən Yasamal rayonu Şərifzadə küçəsində yerləşən «Araz» marketin yanına sürdürüb saxlatmış və taksi sürücüsünə avtomobilini sürüb getməsini bildirdiyi üçün o, Təqsirləndirilən şəxslə birlikdə taksidən düşərək onun arxasınca piyada olaraq yaxınlıqda, yəni Şərifzadə küçəsində yerləşən 96 saylı binanın qarşısına gəlmişlər. Həmin binanın qarşısında hiss etmişdir ki, Təqsirləndirilən şəxs özünü bir qədər qeyri adekvat aparır və onun davranışı xoşuna gəlmədiyi üçün ondan dərhal alacağı həmin telefonun pulunu tamlıqla ona ödəməsini və ya ona verdiyi həmin telefonu ona geri qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs isə əvvəlcə telefonun pulunu tezliklə ona ödəyəcəyini deməsinə baxmayaraq, sonradan telefonu geri qaytarmamaq və pulu ödəməmək üçün müxtəlif bəhanələr gətirməyə başlamış və qəflətən yanından qaçaraq həmin 96 saylı binanın ətrafında dövr etməyə başlamışdır. Məhz bu səbəbdən də, məcbur olub onu tutmaq üçün arxasınca qaçmağa başlamışdır. Təqsirləndirilən şəxs qaçaraq həmin binanı 3 dəfə dövr etdikdən sonra onu 2-ci blokun qarşında tutmağa nail ola bilmişdir. Belə ki, həmin vaxt sağ əli ilə Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin yaxasından tutaraq onu saxlamağa çalışmış, Təqsirləndirilən şəxs isə həmin an sağ əli ilə qəflətən gödəkçəsinin cibindən parıldayan metalabənzər nəsə çıxarıb onun üstünə, yəni bilavasitə üzünə tərəf istiqamətləndirərək onu vuracağı ilə hədələyib, onu azad buraxmağını tələb etmişdir. Həmin vaxt yalnız parıldayan metal görə bildirmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs onun üzünə xəsarət yetirə biləcəyi ehtimalından qorxuya düşdüyü üçün məcbur olub onu azad buraxmışdır. Təqsirləndirilən şəxs həmin binanın 2-ci blokuna daxil olaraq blokun giriş hisssində üzərində kodlu qıfıl mexanizmi olan dəmir qapını içəridən bağlamışdır. Məhz buna görə də, həmin bloka daxil ola bilməyərək məcbur olub çöldə qalaraq gözlədiyi zaman, bir neçə dəfə qışqırıb, «Elgünü» səsləyərək çölə çıxmasını tələb etmiş, lakin heç bir nəticə əldə edə bilməmişdir. Bundan sonra mobil telefonunda olan «Get kontakt» adlanan proqram vasitəsi ilə özünü «Elgün» kimi təqdim etmiş şəxsin ona zəng etmiş olduğu mobil telefon nömrəsini açdıqda müəyyən etmişdir ki, onun adı həmin proqramda «Tərlan 189» kimi qeyd olunmuşdur. Bundan sonra o, iş yoldaşı Elnurun istifadə etdiyi ***- ***-**-** sim-kart nömrəli mobil telefonuna zəng edib, baş vermiş hadisə və olduğu yer barədə ona məlumat verərək onu yanına çağırmışdır. Elnur da artıq həmin ərazidə olduğu üçün dərhal yanına gəlmişdir. Bundan sonra öz mobil telefonu ilə dəfələrlə Təqsirləndirilən şəxs adlı şəxsin ***-***-**-** sim-kart nömrəsi ilə istifadə etdiyi mobil telefonuna zənglər etmiş, lakin zənglərinə cavab verən olmamışdır. Buna görə də, Elnur özünün istifadəsində ***-***-**-** sim-kart nömrəsidən “Whatsapp“proqramı vasitəsi ilə ***-***-**-** sim-kart nömrəsinə SMS məktublarını yazaraq Təqsirləndirilən şəxs ondan götürdüyü telefonu qaytarmasını xahiş və tələb etmişdir, lakin Təqsirləndirilən şəxs əvəzinə hansısa qadın, ola bilər ki, onun satdığı mobil telefonunu götürüb getmiş qadın yalan və şərdən ibarət olan SMS məktublarını yazıb, guya ona 1650 manat miqdarda pul verdiklərini bildirməklə, həmin telefonu qaytarmaqdan imtina etmişdir. Buna görə də çıxışsız vəziyyətdə qaldıqları üçün Elnur digər, yəni ***-***-**-** sim-kart nömrəsi ilə istifadə etdiyi mobil telefonundan DİN-nin «102 Xidməti»-nə zəng edib baş vermiş hadisə ilə əlaqədar məlumat vermişdir. Bundan sonra, Elnur istifadəsində olan ***-***-**-** sim-kart nömrəsindən, eləcə də o, özünə məxsus ***-***-**-** və ***-***-**-** sim-kart nömrələrindən Təqsirləndirilən şəxs istifadə etdiyi 055 993-93-13 nömrəsinə xahiş, tələb və xəbardarlıqdan ibarət olan müxtəlif məzmunda SMS-lər yazaraq telefonu qaytarmasını tələb etmişlər, lakin heç bir müsbət nəticələr əldə edə bilməmişdirlər. Bununla yanaşı o, etdikləri müraciətlə əlaqədar telefon zəngi əsasında Yasamal rayon Pİ-nin 28-ci PB-nə dəvət edilmiş və orada həmin bölmənin təhqiqatçısı tərəfindən araşdırma aparılmağa başlandığı üçün baş vermiş hadisə ilə əlaqədar izahatını yazmışdır. Müraciəti ilə əlaqədar ertəsi gün, yəni xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 16:00-16:30 radələrində Yasamal RPİ-nin 28-ci PB-nə hər hansı bir məlumat ala bilməsi üçün gəlmişdir. Təxminən 20-30 dəqiqə ərzində həmin bölmənin həyətində dayanıb-gözlədiyi zaman təxminən 2-3 nəfər mülki geyində olan polis işçiləri özeünü «Elgün» kimi təqdim etmiş şəxsi, yəni Təqsirləndirilən şəxs və xx.xx.2020-ci il tarixdə sonuncu mobil telefonu ondan alıb verdiyi, yəni «Nexia» markalı taksidə arxa oturacaqda əyləşmiş həmin qızla birlikdə bölməyə gətirdiklərini görmüşdür. Buna görə, o da, həmin bölməyə daxi olmuş, Təqsirləndirilən şəxs ondan götürdüyü həmin mobil telefonunu tələb etdikdə ona məlum olmuşdur ki, həmin «Elgün» adlı şəxs əsl həqiqətdə Təqsirləndirilən şəxsdur, yanındakı qadın isə onun həyat yoldaşı X4r. Polis bölməsində Təqsirləndirilən şəxs onu gördükdən sonra, törətdiyi cinayətdən yaxasını qurtarmaq və törətdiyi cinayəti ört-basdır etməklə polis əməkdaşlarını aldatmaqdan ötrü özündən yalandan uydurub, guya qeyd olunan telefonu ondan təhvil alarkən ona 1600 manat pul ödədiyini və 150 manat borclu qaldığını bildiməyə başlamışdır. Halbuki, real hadisə məhz göstərdiyi qaydada baş vermiş və Təqsirləndirilən şəxs ondan telefonu alarkən ona heç bir miqdarda pul ödəməmişdir. Təqsirləndirilən şəxs həmin binanın blokuna tərəf qaçarkən və onu tutub 2 saylı blokun qarşısında saxladıqda, Tərlan cibindən balaca bıçağı çıxarıb tiyəsini onun üzünə tərəf tutub xəsarət yetirəcəyi ilə hədələyərək azad buraxmağını tələb etmişdir. Həmin bıçaq nazik tiyəli, tiyənin uzunluğu təxminən 4-5 sm, eni təxminən 1 sm, tiyə gümüşü rəngli parlaq metal olmuşdur. Bıcağın dəstəyi qara rəngli olmuş, lakin Təqsirləndirilən şəxs əlinin ovuc hissəsində olduğundan bıçağın dəstəyini tam və dəqiq görə bilməmişdir. Həmin bıçağı görsə, tiyəsindən tanıya bilər. Hadisə vaxtı Təqsirləndirilən şəxs göstərilən bıçaqla yalnız onu qorxuzmuş, ona heç bir bədən xəsarəti yetirməmişdir. Təqsirləndirilən şəxs hadisə vaxtı alqı-satqı adı ilə ondan təhvil alaraq ələ keçirdiyi mobil telefon qara rəngli karton qutunun içərisinə yerləndirilmiş “X15 10+” markalı **********39853 İmei-kodlu mobil telefon olmuşdur. Həmin telefona aid aksessuarlar, yəni 01 ədəd qara rəngli adaptor və 01 ədəd USB keçidi və naqili, eləcə də 01 ədəd qulaqcıqları və pasportu da qutunun içərisinə yerləşdirilmişdir. Həmin mobil telefon ona tanımaya təqdim edilərsə, tanıya bilər. O, ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsində fəaliyyət göstərən ''Fedya Telekom” adlanan mobil telefonların alqı-satqı mağazasında kuryer kimi işləyir. Həmin mağazanın icarədarı və sahibi Zərərçəkmiş şəxs2dur və “X15 10+” markalı **********39853 İmei-kodlu mobil telefon ona məxsusdur. Belə ki, Zərərçəkmiş şəxs2 öz şəxsi vəsaiti əsasında müxtəlif mobil telefonlarını alaraq həmin mağazada satışa çıxarır və buna görə də, Təqsirləndirilən şəxs törətdiyi cinayət nəticəsində məhz Zərərçəkmiş şəxs2 1750 manat miqdarda maddi ziyan vurulmuşdur. Taksi sürücüsünə aid dəqiq fikir söyləyə bilmr, lakin səhv etmirsə həmin sürücünün törədilmiş cinayətə aidiyyətı olmamışdır, ona görə ki, həmin sürücü taksinin yol haqqısı olan hansısa miqdarda pul tələb etmişdir. X.Məmmədova isə onunla söhbət və danışıq aparmaqla bir başa kontakta girməsə də, sonradan ona məlum olmuşdur ki, o, Təqsirləndirilən şəxslə əlbir olaraq əvvəlcədən ona qarşı dələduzluq etməyi planlaşdırmış və “İran” klinikasının arxa hissəsində yerləşən binanın həyətində satdığı telefonu Təqsirləndirilən şəxs götürüb taksidən düşdükdən sonra həmin binanın 2 tərəfli keçidi olan blokuna daxil olmaqla oradan Şərifzadə küçəsinə çıxaraq qaçıb getməyə nail olmuşdur. Hazırda Təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə Zərərçəkmiş şəxs1 həmçinin onu da bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında qismən ziddiyyətlər olduğundan Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi tədqiq olunmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəlcə telefonun pulunu tezliklə ona ödəyəcəyini deməsinə baxmayaraq, sonradan telefonu geri qaytarmamaq və pulu ödəməmək üçün müxtəlif bəhanələr gətirməyə başlamış və qəflətən yanından qaçaraq həmin 96 saylı binanın ətrafında dövr etməyə başlamışdır. Məhz bu səbəbdən də, məcbur olub onu tutmaq üçün arxasınca qaçmağa başlamışdır. Təqsirləndirilən şəxs qaçaraq həmin binanı 3 dəfə dövr etdikdən sonra onu 2-ci blokun qarşında tutmağa nail ola bilmişdir. Belə ki, həmin vaxt sağ əli ilə Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin yaxasından tutaraq onu saxlamağa çalışmış, Təqsirləndirilən şəxs isə həmin an sağ əli ilə qəflətən gödəkçəsinin cibindən balaca bıçağı çıxarıb tiyəsini onun üstümə, yəni bilavasitə üzünə tərəf istiqamətləndirərək onu vuracağı ilə hədələyib, onu azad buraxmağını tələb etmişdir. Həmin vaxt göstərilən bıçağın dəstəyi Təqsirləndirilən şəxs ovucunda olduğu üçün bıçağı tamlıqla görə bilməmiş, yalnız bıçağın «ülgüc», yəni tiyə hissəsinin nazik və balaca olmaqla təxminən 4-5 sm uzunluğunda olmasını görə bilmişdirdır. Bu səbəbdən də Təqsirləndirilən şəxs onun üzünə xəsarət yetirə biləcəyi ehtimalından qorxuya düşdüyü üçün məcbur olub onu azad buraxmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürüb ''Fedya Telekom” mobil telefonların alqı-satqı mağazasını fiziki şəxs kimi işlədir. Həmin mağazada olan malları öz şəxsi vəsaiti əsasında alır və buna görə də, malların hamısı ona məxsusdur. Zərərçəkmiş şəxs1 onun işlədiyi mağazada kuryer işləyir. Həmçinin mağazadan malları nisiyə alıb bir qədər artıq fərqli qiymətə satmaqlada məşqul olaraq öz biznesini qurur. Zərərçəkmiş şəxs1 mağazaya aid mobil telefonların satışı barədə sosial şəbəkə olan “Tap.az” adlanan saytda elan yerləşdirməklə satışını təşkil edir. Satışda olan telefonları müştərilərin sifarişi ilə satmaq üçün mağazadan götürüb onların yaşadıqların ünvanların yaxınlığına aparıb xidmət göstərməklə alqı-satqını həyata keçirməklə telefonu satııb pulunu mağazaya, yəni şəxsən ona ödəyir. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs1 mağazada qiyməti 1750 manata satılan “X14 10+” markalı mobil telefona müştərisi olduğuni bildirərək, həmşəki kimi nisyə olaraq həmin telefonu ondan götürüb mağazadan getmişdir. Lakin mağazadan götürdüyü həmin mobil telefonunu kimə və harada satacağı barədə onun məlumatı olmamışdır. Belə ki, heç vaxt Zərərçəkmiş şəxs1 telefonu harada və hansı müştəriyə satacağı ilə maraqlanmamışdır. ona görə ki, Zərərçəkmiş şəxs1 mağazadan götürdüyü telefonun itirilməsinə, zədələnməsinə və oğurlanmasına özü cavabdehlik daşıyır. Fərid mağazadan götürdüyü telefonu satıb həmin gün də pulunu mağazaya təqdim etməli idi. xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində mağazada iş vaxtı qurtardığından mağazanı bağlayıb evə getmişdir. Həmin gün təxminən 23-24 radələrində Zərərçəkmiş şəxs1 onunla telefon əlaqəsi saxlayaraq bildirmişdir ki, internetdə olan «Tap.az» adlanan sosial şəbəkəsində “X15 10+” markalı mobil telefonunun satışını elan etmiş, müştəri onunla zəngləşib danışmış və həmin telefonu “İnşaatçılar” metrostansiyasının yaxınlığına gətirmək şərti ilə 1750 manata alacağını vəd etdiyindən xx.xx.2020-ci il tarixdə axşam saatlarında mağazadan yuxarıda qeyd olunan mobil telefonu götürüb həmin ünvana getmiş, həmin ünvanda təxminən 28-29 yaşlı müştəri ilə görüşmüş, müştəri telefonu Fəriddən götürübbaxaraq telefonu bəyəndiyini və pulunu yaşadığı mənzildən götürüb ona verəcəyini bildirmiş, həmin müştəri oğlan yanında olan qadına telefonu vermiş, birlikdə taksi kimi fəaliyyət göstərən avtomobilə əyləşib yola düşmüşlər və hansısa binanın yanında həmin oğlan yanındakı qadına avtomobildən düşüb getməsini bildirdiyindən həmin qadın gedəndə telefonu da özü ilə aparmış, müştəri oğlan telefonun pulunu özü ödəyəcəyini vəd edib bildirərək oradan taksi avtomobili başqa ünvana sürdürüb birlikdə taksidən düşdükdən sonra həmin müştəri oğlandan mobil telefonun pulunu ödəməsini və ya geri qaytarmasını tələb etmiş, müştəri isə əvvəlcə telefonun pulunu tezliklə ona ödəyəcəyini desə də, sonradan telefonu geri qaytarmamaq və pulu ödəməmək üçün bəhanələr gətirməyə başlayaraq sonradan qəflətən yaxınlıqdakı binanın blokuna tərəf qaçmış, onu tutmaq üçün arxası ilə qaçıb həmin müştəriyə yaxınlaşanda sonuncu çibindən bıçaq çıxararaq ona yaxın gəlməməsini bildirərək əlindəki bıçaqla onu vuracağı ilə hədələyərək həmin binanın blokuna daxil olub blokun qapısını içəridən bağlamış, o da, blokun qapısı kodlu olduğundan qapını aça bilməmişdir. Buna görə də, Fərid həmin müştəri tərəfindən mobil telefonun talandığına əmin olduğundan DİN-nin 102 xidmətinə zəng etməklə hadisə barədə məlumat verdiyindən həmin məlumatla əlaqədar Yasamal RPİ-nin 28-ci PB-də araşdırma aparıldığını bildirmişdir. Bununla da, Fəridin deməsinə görə məlum olmuşdur ki, özünü müştəri kimi qələmə vermiş həmin oğlan həmin mobil telefonu götürüb, yanında olmuş qadının vasitəsi ilə aradan çıxartdıqdan sonra, Fəridi bıçaqla hədələyərək heç bir miqdarda pul ödəmədən özü də qaçıb getmişdir. Zərərçəkmiş şəxs1 mağazamdan götüdüyü və müştəri tərəfindən talanmış həmin “X15 10+” markalı mobil telefon ona məxsusdur, o, həmin müştərini tanımır, onunla heç bir əlaqəsi və ünsiyyəti olmamışdır. Buna görə də, həmin mobil telefonu istintaq zərurərəti aradan qalxdıqdan sonra onun özünə qaytarılmasını xahiş edir. Yuxarıda qeyd olunan hadisə nəticəsində talanmış həmin mobil telefon qara rəngli karton qutunun içərisinə yerləndirilmiş “X15 10+” markalı **********39853 İmei-kodlu mobil telefon idi, həmin telefona aid aksessuarlar, yəni 01 ədəd qara rəngli adaptor, 01 ədəd USB keçidi və naqili, 01 ədəd qulaqcıqları və pasportu da qutunun içərisinə yerləşdirilmişdir. Həmin mobil telefon və aksessuarları qara rəngli qutunun içərisində olmaqla həmin qutu istehsalçı zavod tərəfindən şəffaf rəngli sellofan cığaraya bükülməklə tam bağlı vəziyyətdə olmuşdur. Hazırda Təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayonu “Neftçilər” metrostansiyası yaxınlığında yerlşən «Fedya Telekom» mobil telefonların alqı-satqı mağazasında kuryer işləyir, onunla bərabər həmin mağazada Zərərçəkmiş şəxs1 da kuryer işləyir. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 18 radələrində Zərərçəkmiş şəxs1 mağazadan təzə, yəni işlənməmiş və qutusunda bağlı vəziyyətdə olan “X14 10+” markalı mobil telefon götürüb, müştərinin sifariş etdiyi bildirərək həmin telefonu çatdırmaq məqsədi ilə “İnşaatçılar” metrostansiyasına getmişdir. Bundan təxminən saat yarım sonra isə Zərərçəkmiş şəxs1 istifadə etdiyi ***-***-**-** sim-kart nömrəsindən “Whatsapp“ proqramı vasitəsi ilə onun istifadə etdiyi ***-***-**-** sim-kart nömrəsinə SMS məktubunu yazıb bildirmişdir ki, bir nəfər şəxs həmin telefonu sifariş etdirib onu Yasamal rayonu “İnşaatçılar” metrostansiyası yaxınlığına gətizdirdikdən sonra telefonu ondan alıb hansısa qadına vermiş və hazırda şübhələnir ki, həmin şəxslər onu aldatmaq istəyirlər və buna görə də ondan həmin ərazinin yaxınlığına gəlməyini xahiş etmişdir. Həmin vaxt o, Nizami rayonu “Neftçilər” metrostansiyası yaxınlığında kuryer işlədiyi mağazada olduğu üçün dərhal, sürücüsünü tanımadığı, marka və dövlət qeydiyyat nişanına fikir vermədiyi yoldan keçən taksilərdən birinə əyləşərək Yasamal rayonu “İnşaatçılar” metrostansiyasının yaxınlığına gəlmişdir. Yolda gələrkən Fərid yenidən ona zəng edib bildirmişdir ki, telefonu sifariş etmiş həmin şəxs yanında olan qadınla birlikdə onu aldadıb telefonu ələ keçirmişlər, qadın telefonu götürüb getdikdən sonra, telefonu sifariş etmiş şəxs, yəni oğlan onun üstünə bıçaq çıxarıb vuracağı ilə hədələyərək Yasamal rayonu Şərifzadə küçəsində yerləşən “Araz” marketin arxasında yerləşən binanın blokuna girib blokun giriş qapısını bağlayaraq gizlənmişdir. Bu səbəbdən də o, dərhal Fəridin olduğu yerə gəlmişdir. Həmin vaxt Fərid öz mobil telefonundan ona qarşı dələduzluq etmiş, yəni adı həmin vaxt orada Fəridin deməsinə görə ona məlum olmuş, Təqsirləndirilən şəxs adlı şəxsin 055 993-93-13 sim-kart nömrəsi ilə istifadə etdiyi mobil telefona zənglər etsə də, həmin zənglərə cavab verən olmamışdır. Buna görə də, o, özünün istifadəsində olan ***-***-**-** sim-kart nömrəsindən “Whatsapp“ proqramı vasitəsi ilə ***-***-**-** sim-kart nömrəsinə SMS məktublarını yazaraq Təqsirləndirilən şəxs Fəriddən götürdüyü telefonu qaytarmasını xahiş və tələb etmişdir, lakin Təqsirləndirilən şəxsün əvəzinə hansısa qadın yalan və şərdən ibarət olan SMS məktublarını yazıb, guya Fəridə 1650 manat miqdarda pul verdiklərini bildirməklə həmin telefonu qaytarmaqdan imtina etmişdir. Buna görə də, onlar çıxışsız vəziyyətdə qaldıqları üçün o, ***-***-**-** simkart nömrəsi ilə istifadə etdiyi digər telefonundan DİN-nin «102 Xidməti»-nə zəng edib baş vermiş hadisə ilə əlaqədar məlumat vermişdir. Bundan sonra, o, istifadəsində olan ***-***- **-** sim-kart nömrəsindən, eləcə də, Fərid özünə məxsus digər, yəni ***-***-**-** və ***- ***-**-** sim-kart nömrələrindən Təqsirləndirilən şəxsün istifadə etdiyi 055 993-93-13 nömrəsinə xahiş, tələb və xəbərdarlıqdan ibarət olan müxtəlif məzmunda SMS-lər yazaraq telefonu qaytarmasını tələb etmişlər, lakin heç bir müsbət nəticələr əldə edə bilməmişdirlər. Bununla yanaşı, DİN-nin «102 Xidməti»-nə etdikləri müraciətlə əlaqədar telefon zəngi əsasında Zərərçəkmiş şəxs1 Yasamal rayon Pİ-nin 28-ci PB-nə dəvət edildiyi üçün Fərid orada baş vermiş hadisə ilə əlaqədar izahat yazmış və bundan sonra yaşadıqları evə qayıtmışlar. Hadisə barədə onun başqa məlumatı yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2020-ci ilin noyabr ayından hal-hazıradək etibarnamə əsasında idarə etdiyi atası Ulduz Əliyevə məxsus «Daewoo-Nexia” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobillə taksi fəaliyyəti ilə məşqul olaraq fərdi qaydada müştərilərə xidmət göstərir. Həmçinin, Bakı şəhərində “2111” taksi xidmətində taksi sürücüsü kimi fəaliyyət göstəri. Təqsirləndirilən şəxs təxminən 2019-cu ilin dekabr ayının sonunda və ya 2020-ci ilin yanvar ayının əvvəlindən tanımışdır. Belə ki, “2111” taksi xidmətinə Təqsirləndirilən şəxs tərəfindən zəng edilərək Yasamal rayonunda olan əvvəllər “Musabəyov” heykəli olmuş parkın yanında yerləşən “Bank of Baku” bankının yaxınlığına taksi sifariş etmişdir. Bununla bağlı həmin ünvana getmiş və oradan Təqsirləndirilən şəxs götürüb Nərimanov prospektinə aparmış,Tərlan orada avtomobildən düşüb, harasa gedərək ona gözləməyini tapşırmışdır. Təxminən 10-15 dəqiqədən sonra Tərlan geri qayıdaraq avtomobilinə əyləşib və onu “İnşaatçılar” metrostansiyasının yaxınlığına aparmağı xahiş etmişdir. Həmin vaxt Tərlan onunla söhbət edən zaman mobil telefonunda istifadə etdiyi sim-kart nömrəsini ona bildirməyini xahiş edərək təklif etmişdir ki, gələcəkdə taksiyə ehtiyacı yarandıqda bir başa onun özünə zəng edib sifariş etsin. Etiraz etməyərək mobil telefonunda istifadə etdiyi ***- ***-**-** sim-kart nömrəsini Tərlana bildirmişdir. Tərlan Müstafayevlə heç bir bir düşmənçiliyi, şəxsi qərəzçiliyi və ədavəti və yaxudda hər hansı bir digər qanunsuz əlaqələri olmamışdır və yoxdur, İdarə etdiyi avtomobili lə təxminən 3-4 dəfə taksi kimi Təqsirləndirilən şəxs yalnız bir müştəri kimi xidmət etmişdir. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə təxminən 16 radələrində Təqsirləndirilən şəxs 055 993-93-13 sim-kart nömrəsi ilə istifadə etdiyi mobil telefonunda olan «WhatsApp» proqramı vasitəsi ilə istifadə etdiyi 050 348-44-48 sim-kart nömrəli telefonunda olan «WhatsApp» proqramına SMS yazaraq harada olduğunu xəbər almışdır. Tərlana zəng edib yorğun olduğundan yaşadığı evdə istirahət etdiyini və təxminən bir-iki saatdan sonra evdən çıxıb avtomobili ilə taksi fəaliyyəti ilə məşqul olacağını bildirmişdir. Bundan təxminən bir saat keçəndən sonra, Tərlan yenə onun telefonuna zəng edib harada olduğunu soruşmuş, ona hələdə evdə istirahət etdiyini və bir saatdan sonra evdən çıxaçağını bildirmişdir. Bundan bir qədər sonra Tərlan yenidən ona zəng edib, həyat yoldaşı ilə harasa getməli olduğunu bildirib, avtomobili ilə onların kirayədə yaşadıqları Bakı şəhəri Şərifzadə küçəsi 96 saylı binanı qarşısına gəlməyini sifariş etmişdir. Bu səbəbdən də, o, bir neçə dəqiqədən sonra yaşadığı evdən çıxıb idarə etdiyi «Daewoo-Nexia” markalı avtomobillə Bakı şəhəri Şərifzadə küçəsi 96 saylı binanı qarşısına gəlib dayanaraq zəng edib bu barədə Tərlana məlumat vermişdir. Təxminən 2-3 dəqiqədən sonra Tərlan ona zəng edib, bir qədər ləngidiyni və bir iki dəqiqə ərzində arvadı ilə birlikdə mənzildən çıxıb gələcəklərini bildirmişdir. Bununla da təxminən 5-6 dəqiqədən sonra Tərlan arvadı ilə, yəni təxminən 2-3 gün əvvəl görüb tanıdığı Xuraman kimi təqdim etdiyi qadınla birlikdə yaşadığı binanın blokundan həyətə çıxaraq arvadı Xuraman arxa oturacaqda, Tərlan isə qabağ sağ oturacaqda avtomobilinə əyləşərək ondan «İnşaatçılar» metrostansiyasının qarşısına sürməyini xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdən təxminən 1 və 2 gün əvvəl də Tərlan eyni qaydada taksi sifariş edərək onu Nərimanov prospektinə çağırmış və oraya gəldikdə ilk dəfə həmin Xuraman adlı qadını görmüşdür və məhz bu kimi görüşləri zamanı Tərlan həmin qadını öz arvadı kimi ona təqdim etmişdir. xx xxxxxx 2020-ci il tarixdə yuxarıda göstərdiyi qaydada Tərlan və onun arvadı Xuraman gəlib onun avtomobilinə əyləşdikdən sonra o, Tərlanın sifarişi ilə avtomobilini idarə edib Yasamal rayonu Şərifzadə küçəsində yerləşən «Fatimə» adlanan aptekin arxa tərəfində olan «Bonita» adlanan paltar satışı mağazasının yaxınlığında saxlamışdır. Orada Tərlan avtomobildən düşüb mobil telefonu ilə danışa-danışa harasa getmiş, arvadı Xuraman isə avtomobildə qalaraq gözləmişdir. Tərlanın hara getdiyini görməmişdir. Təxminən 5 dəqiqədən sonra Tərlan bir nəfər, yəni əvvəllər tanımadığı və ilk dəfə gördüyü təxminən 22-25 yaşlı, hürdür boy, üzü saqqallı olan cavan oğlanla birlikdə geri qayıdaraq Tərlan arxa oturacağa arvadının yanına, həmin cavan oğlan isə qabağ sağ oturacaqda əyləşmişdir. Həmin vaxt Tərlanın əlində qara rəngli mobil telefon qutusu olmuş və avtomobilə əyləşəndə cavan oğlana telefonun Rabitə Nazirliyində qeydiyyatdan keçibkeçməməsini soruşub, bunu yoxlatmaq üçün tanışı olan ustaya göstərməyi təklif etmişdir. Həmin cavan oğlan da etiraz etməyərək onunla razılaşmışdır. Bundan sonra Tərlan, ona avtomobili sürməyi bildirmişdir. Avtomobilini Tərlanın işarə və deməsinə görə Yasamal rayonunda Şərifzadə küçəsi ilə Akim Abbasov küçəsinin kəsişməsində yerləşən «İran» klinikasının arxasında yerləşən 5 mərtəbəli yaşayış binasının həyətinə sürüb-çatdıqda Tərlan, həmin binanın hansısa blokunun yanında avtomobilini saxlatdıraraq arvadı Xuramana demişdir ki, həmin telefonu almağa 150 manat pulu çatmır. Xuramana həmin blokda olan hansısa mənzildə yaşayan bibisi qızının yanında gedib sonuncudan həmin pulu götürüb gətirməsini tapşırmışdır. Həmçinin, həmin vaxt Tərlan, avtomobilinin qabağ oturacağında əyləşmiş cavan oğlandan götürüb öz əlində tutduğu həmin qara rəngli telefon qutusunu arvadına verərək qutuda olan telefonu da bibisi qızına göstərməsini bildirmişdir. Tərlanın arvadı Xuraman da göstərilən telefon qutusunu Tərlandan götürdükdən sonra avtomobildən düşərək binanın həmin blokuna daxil olmuşdur. Təxminən 10-15 dəqiqədən sonra Xuraman 055 993-93-13 sim-kart nömrəsi ilə olan, yəni Tərlanın istifadə etmiş olduğu mobil telefonundan onun istifadə etdiyi 050 348-44-48 simkart nömrəli telefonuna zəng edərək telefonunu danışması üçün Tərlana ötürməyini xahiş etmişdir. O da, telefonunu danışmaq üçün Tərlana vermişdir. Tərlan həmin telefon danışığından sonra, arvadı Xuramanın bibisi qızından pul götürə bilmədiyini deyərək Xuramana bildirmişdir ki, belə olan halda o, başqa yerdən pul götürəcək. Bundan sonra, Tərlan avtomobilini həmin həyətdən sürüb çıxmağını bildirərək onu, paralel küçə ilə sürdürüb Şərifzadə küçəsində yerləşən “Saf Su” adlanan su satışı məntəqəsi ilə üzbəüzdə saxlatdırmış və telefonu satan həmin oğlanla avtomobilindən düşərək ona sürüb-gedə biləcəyini bildirmişdir. Tərlana bundan əvvəl göstərdiyi xidmətlərə görə ona 5 manat borclu olmuş, sonuncu xidmətimə görə də ona 10 manat pul verməli olduğundan, yuxarıda göstərdiyi yerdə və qaydada Tərlan avtomobilindən düşərkən borclu olduğu cəmi 15 manat pulunu ödəməsini xahiş etmişdir. Tərlan da cavabında ona orada yerləşən «Araz» marketin yaxınlığına dayanıb gözləməyi, bir neçə dəqiqədən sonra kimsə onun mobil telefonuna zəng edib, yanına gələrək həmin pulu ona çatdıracağını demişdir. Buna görə də, Tərlan və telefonu satan oğlan avtomobilindən düşəndən sonra, avtomobilini təxminən 10-15 metr irəliyə sürüb «Araz» marketin yaxınlığında saxlayaraq gözləməyə başlamışdır.Təxminən 2-3 dəqiqədən sonra Xuraman oraya gəlib ona yaxınlaşaraq Tərlanın harada olduğunu soruşmuş, ona Tərlanın həmin telefonu satan oğlanla harasa getdiyini bildirməklə yanaşı, Xuramandan Tərlanın ona olan 15 manat yol borcunu ödəməsini xahiş etmişdir. Xuraman isə pulunun olmadığını bildirdiyi üçün o da, cavabında Xuramana demişdir ki, Tərlana göstərdiyi taksi xidmətinə görə pulunu almamış, onlardan əl çəkən deyildir. Məhz bundan sonra Xuraman onunla birlikdə yaşadıqları mənzilə gedərək orada Tərlanın gəlişini gözləyi təklif etmişdir O da, əlacsız qaldığından Xuramanla birlikdə Yasamal rayonu Şərifzadə küçəsi 96 saylı binada yerləşən 24 saylı mənzilə gələrək orada oturub Tərlanın gözləməyə başlamışdır. Həmin vaxt mənzildə o və Xuramandan başqa digər şəxs olmamışdır. Xuraman ona bir stəkan çay vermişdir. Təxminən 30-40 dəqiqədən sonra əvvəlcə binanın həyətindən bir nəfər kişi səsinin «Elgün və İlqar» adlarını çağıraraq qışqırdığını eşitmişlər, bundan təxminən 20-25 dəqiqədən sonra isə mənzilin giriş qapısını döyüldüyü üçün Xuraman qapını açmış və bu zaman Tərlan mənzilə daxil olduğunu görüb ondan yol haqqına görə borclu qaldığı 15 manat pulu ödəməsini istəmişdir. Tərlan isə hazırda pulu olmadığını bildirərək dərhal mənzildə olan bütün işıqları söndürmüşdür. Qorxu vəziyyətində olaraq mənzildə otaqda sağ divarın dibində olan yataq çarpayısının altına girərək arvadından və ondan tələb etmişdir ki, yerə uzansınlar ki, pəncərəyə düşə biləcək kölgələrinə görə onları görən olmasın. Tərlandan niyə görə yerə uzanmaqlarının səbəbini soruşduqda Tərlan onun dalınca gələn olduğunu demişdir. Buna görə məcbur olub yenidən sual verərək Tərlandan niyə görə onun dalınca gələn olduğunu soruşduqda Tərlan bildirmişdi ki, sifariş edərək götürüb arvadına verdiyi «X15 10+» markalı mobil telefonunu həmin cavan oğlandan heç bir miqdarda pul ödəmədən aldadaraq ələ keçirmiş və həmin cavan oğlan onu tutmaq istəyərkən həmin oğlandan qaçıb yaşadığı mənzilin yerləşdiyi bloka girmiş, həmin oğlan isə blokun qapısı kodlu qıfılla bağlandığı üçün bloka daxil ola bilməyərək çöldə qalıb və hal-hazırda binanın həyətində duraraq onu axtarır. Həmin vaxt o, Tərlanın bu kimi sözlərinə baxmayaraq həmin mənzildən çıxıb getmək istəmiş və ona irad tutaraq bildirmişdir ki, əgər dələduzluqla kiminsə satdığı mobil telefonunu ələ keçirməyə hazırlaşırdısa, onda onu və bilavasitə taksi kimi istifadə etdiyi avtomobilindən istifadə etməməli olmuş, onun heç bir aidiyyətın olmadığı halda onu da təhlükəyə salmışdır. Lakin Tərlan ona yalvar-yaxar edərək həmin telefonu satan oğlan bundan əvvəl onu gördüyü üçün, mənzili tərk edəcəyi təqdirdə bir daha binanın həyətində onu gördükdə dərhal onun, yəni Tərlanın yaşadığı mənzili göstərməyini ondan tələb edəcəkdir. Bu kimi səbəblərə görə də, məcbur olub qaranlıq vəziyyətdə Tərlan və Tərlanın arvadı Xuramanla birlikdə təxminən 2-3 saat ərzində mənzildə qalmış və yalnız bundan sonra sakitçiliyin olmasını gördükdə sonra oradan çıxıb, piyada olaraq «Araz» marketin yaxınlığında yolun kənarında saxladığı avtomobili yanına gəlmiş və sükan arxasına əyləşərək avtomobili idarə edib yaşadığı evə getmişdir. Tərlanın və adı Xuraman adlı qadının yuxarıda göstərilən mobil telefonunu həmin cavan oğlandan dələduzluq yolu ilə ələ keçirmək məqsədində olmalarını və ya bu kimi cinayəti törətməyə hazırlaşdıqlarını istər əvvəlcədən və yaxuda da həmin cinayəti törədərkən bilməmiş və onların bu kimi əməllərindən tam məlumatsız olaraq yalnız bir taksi kimi xidmət göstərmişdir. Təqsirləndirilən şəxs və onun arvadı Xuramanın törətmiş olduqları yuxarıda göstərilən cinayət əməlləri barədə hadisədən sonra hüquq mühafizə orqanlarına məlumat verməyə borcu olmuşdur. Fikirləşmişdir ki, yalnız adam öldürməsini kimsə görərsə, onda bu barədə dərhal Polisə məlumat verməlidir.Həmin hadisənin sabahısı günü, yəni xx xxxxxx 2020-ci il tarixdə gunorta saatlarında Tərlanın ona borclu olduğu 15 manat pulu götürmək məqsədi ilə bir neçə dəfə ardıcıl olaraq onun istifadəsində olan 055 993-93-13 sim-kart nömrəsinə zəng etmiş, lakin həmin nömərə bağlı olduğu üçün onunla əlaqə yarada bilməmişdir. Bu səbəbdən də o, dərhal avtomobilini sürüb onların yaşadıqları Yasamal rayonu Şərifzadə küçəsi 96 saylı binanın həyətinə gəlmişdir, lakin bloklarının qapısı kodlu qıfılla bağlı olduğu üçün bloklarına daxil ola bilməmişdir. Bunua görə də, təxminən 20-30 dəqiqə göstərilən blokun qarşısında durub gözlədiyi zaman həmin blokdan bir nəfər tanımadığı şəxs çıxanda dərhal həmin bloka daxil olmuş və onların yaşadıqları 24 saylı mənzilin qapısını döysə də qapını açan olmamışdır. Məcbur olub əlavə olaraq 20-30 dəqiqə həmin blokun qarşısında gözləmiş və sonra oradan çıxan bir nəfər şəxs kimi gözlədiyini soruşub, Tərlanı və onun arvadı Xuramanı gözlədiyini öyrəndikdən sonra bildirmişdir ki, həmin şəxslərin hər ikisini də polis əməkdaşları bir neçə saat əvvəl tutub aparmışdırlar. Məhz buna görə də, Tərlanla onun arvadı Xuramının artıq tutulduqları bildiyi üçün, onların barələrində əlavə olaraq polisə müraciət etməyi zəruri hesab etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki,o, Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin sahə rəisi vəzifəsində xidmət edir. Belə ki, Zərərçəkmiş şəxs1 xx.xx.2020-ci il tarixdə DİN-in «102 Xidməti»-nə şifahi qaydada müraciət edərək bildirmişdir ki, satdığı “Samsunq Note 10+” markalı mobil telefonu həmin tarixdə tanımadığı kişi və qadın sifariş etdirib “İnşaatçılar” metrostansiyasının yaxınlığına gətizdirdikdən sonra, həmin qadın telefonu götürüb getmiş, həmin kişi isə onu oradan uzaqlaşıdırıb üstünə kəsici alət çıxararaq qaçıb getmişdir. Həmin müraciət üzrə ilkin araşdırmanın aparılması Yasamal RPİ-nin 28-ci Polis bölməsinin təhqiqatçısı polis mayoru Kamil Rəhmanova həvalə olunmuş və onun tərəfindən aparılan təhqiqat zamanı Zərərçəkmiş şəxs1 izahat verdikdə bildirmişdir ki, yuxarıda göstərilən qaydada baş vermiş hadisə zamanı tanımadığı və özünü “Təqsirləndirilən şəxs” kimi təqdim etmiş şəxs onu, Yasamal rayonu Şərifzadə küçəsindəki 96 saylı binanın qarşısına gətirdikdən sonra məhz orada üstünə bıçaq çıxarıb vuracağı ilə hədələyərək qaçıb həmin binanın blokuna girməklə gizlənmişdir. Bu səbəbdən də, Şərifzadə küçəsindəki 96 saylı binanın yerləşdiyi ərazi ona təhkim olunaraq xidmət göstərdiyi inzibati əraziyə aid olduğundan o, həmin hadisə ilə bağlı keçirilən zəruri təhqiqat və əməliyyat-axtarış tədbirlərində yardımçı olaraq müvafiq xidmətini göstərmişdir. Nəticədə də keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən olmuşdur ki, Zərərçəkmiş şəxs1 qarşı həmin cinayətin törədilməsində Şərifzadə küçəsindəki 96 saylı binanın 2-ci blokunun 2-ci mərtəbəsində meydançanın sağ tərəfində yerləşən 24 saylı mənzildə kirayənişin kimi yaşayan Təqsirləndirilən şəxs və onun qeyrirəsmi ər-arvad kimi yaşadığı arvadı X6 şübhəlidirlər. Buna görə də, həmin şəxslər müəyyən edildiyindən hər ikisi də təhqiqat hərəkətlərində iştirak etmələri üçün tərəflərindən 28-ci Polis bölməsinə dəvət olunmuşdurlar. Bundan sonra isə, Zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanmış təhqiqat materialı üzrə Yasamal RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə başlanaraq ibtidai araşdırması aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs və X1 kimi yaşamış olduqları ünvan 9 ünvanda bıçaq, ülgüc, narkotik vasitələ və digər əşya və ya predmetlərin qanunsuz saxlanılması ehtimal olunduğundan təxirəsalınmaz axtarış tədbirlərin keçirilməsinə istintaq zərurəti yarandığından bu məqsədlə o və Yasamal RPİ-nin 28-ci PBnin əməliyyat müvəkili polis leytenantı X11 bölmə rəisinin göstərişinə əsasən həmin ünvanın, yəni mənzilin toxulmamazlığının mühafizəsini təmin etdiklərindən tərəflərindən oraya həmin mənzilin mülkiyyətçisi X5 nümayəndəsi kimi çıxış edən Şahid4 da oraya dəvət olunmuşdur. Bununla yanaşı, o, həmin mənzildə axtarış aparılmasında iştirak etməkdən ötrü mənzilin yerləşdiyi binanın qarşısından keçən şəxslərin arasından iki nəfər şəxsi, yəni adları sonradan məlum olmuş Şahid3 və X8 hal şahidi qismində iştirak etmələri üçün dəvət etmişdir və bundan sonra, həmin hal şahidlərinin, onun və əməliyyat müvəkkili R.Həsənovun, eləcə də Təqsirləndirilən şəxs və Xuraman Məmmədovanın iştirakı ilə mənzil sahibinin nümayəndəsi Şahid4 özündə olan açarla 24 saylı mənzilin giriş qapısını açdıqdan sonra hamı həmin, yəni bir otaq, mətbəx, haman və tualet otağı, dəhliz və balkondan ibarət olan mənzilə daxil olmuşlar. Müstəntiq, axtarış və götürmə aparılması haqqında müvafiq qərarı elan edib, iştirakçıları və hal-şahidlərinə hüquq və vəzifələrini izah etdikdə sonra, Xuraman Məmmədovanın köməyindən istifadə etməklə mənzilin içində axtarış aparmağa başlamışdır. Belə ki, axtarış və götürmə aparılmazdan əvvəl isə müstəntiq tərəfindən qeyd olunan mənzildə bıçaq, ülgüc, narkotik vasitələr və digər qanunsuz saxlanılan əşya və ya predmetlərin saxlanılması ehtimal olunduğundan Şahid4, Xuraman Məmmədova və Təqsirləndirilən şəxs yuxarıda sadalanan əşyaların yerini demələri və könüllü təhvil vermələri təklif edildikdə X.Məmmədova bildirmişdir ki, onun əri Təqsirləndirilən şəxs narkomaniyaya qurşanmış şəxs olduğundan həmin mənzildə iynə vurma və iyləmə yolları ilə müxtəlif narkotik vasitələri qəbul etmiş və buna görə də, mənzildə müxtəlif sellofan torbacıqlar, sprislər, dəmir folqa parçaları və sair əşyalar, eləcə də, mütəmadi olaraq üstündə gəzdirdiyi qara rəngli açılıb-bağlanan balaca bıçaq vardır. Xuraman Məmmədova tərəfindən könüllü olaraq həmin mənzildə olan şifonerin içində olan balaca dəmir seyfdən, döşəyin altından və balaca göy çantadan 30 ədəd balaca ölcülü sellofan torbacıqlar, 6 ədəd balaca ölcülü və 1 ədəd böyük ölçülü folqa adlanan dəmir parçaları, 1 ədəd içində böyük həcmdə ağ rəngli toz maddə olan sellofan torbacıq, 5 ədəd içində qəhvəyi rəngi maddə olan balaca ölcülü sellofan torbacıqlar, 2 ədəd 1 Manatlıq pul əskinas, 3 ədəd 1 qramlıq işlənmiş birdəfəlik şprislər, 4 ədəd eyni həcmli balaca şüşədərman qabları və 1 ədəd balaca cib kitabı, bundan sonra mətbəxdə qabyuyan moykanın içindən 1 ədəd 1 qramlıq və 3 ədəd 2 qramlıq işlənmiş birdəfəlik şprislər və mətbəxdə olan istilik radiatorunun üstündən 1 ədəd qara rəngli balaca cib bıçağı, daha sonra isə hamam otağında döşəməsinin üstündən 2 ədəd plastik dəstəkli mətbəx bıçaqları çıxarılıb təqdim edildiyi üçün götürülmüşdür. Daha sonra isə məcburi qaydada aparılmış axtarış zamanı otaqda sağ tərəfdə yerləşən yataq çarpayısını qalırıldıqda, çarpayının alt astarının içərisindən 1 ədəd içərisində böyük həcmdə qəhvəyi rəngli toz halında maddə ilə olan balaca sellofan torbacıq aşkar edilərək götürülmüşdür. Keçirimiş axtarış və götürmə zamanı X.Məmmədova tərəfindən könüllü olaraq təqdim edilmiş əşya və maddələrlə, eləcə də sonradan məcburi qaydada aşkar edilib götürülmüş maddə ilə əlaqədar Təqsirləndirilən şəxs yalnız susaraq dürüb, heç bir açıqlama və izahlar verməmişdir. Mənzildə aparılmış axtarış zamanı könüllü təqdim olunmuş əşya və maddələr, eləcə də məcburi qaydada aşkar olunub-götürülmüş maddə ilə bağlı müvafiq protokol tərtib olunmuş və o da, axtarışda iştirak etmiş bütün şəxslərlə birlikdə həmin protokolu öz imzaları ilə təsdiq etmişlər və həmin əşya və maddələr 4 ədəd zərflərə yerləşdirilib qablaşdırılmaqla DİN-nin 42 saylı möhrü ilə möhürlənmişdirlər. Bundan sonra isə, Yasamal RPİ-si üzrə xx.xx.2020-ci il tarixdə verilmiş gündəlik məlumata əsasən məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs və Xuraman Məmmədovanın yaşadıqları 24 saylı mənzildə aparılmış axtarış zamanı aşkar olunub-götürülmüş 1 ədəd sellofan torbacığın içində 1,375 qram çəkidə olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə tədqiq edilmiş, iş materiallarında olan protokoldan görünür ki, xx xxxxxx 2020-ci il tarixli qərara əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsindəki 96 saylı evin 24 saylı mənzildəə Xuraman Məmmədova, Təqsirləndirilən şəxs və Şahid4 iştirakları xx.xx.2020-ci il tarixdə, saat 21:20-də təxirəsalınmaz axtarış və götürmə aparılaraq oradan 1 ədəd içində qəhveyi rəngli toz halında olan maddə olan balaca ölcülü sellofan torbacıq, 4 ədəd birdəfəlik şprislər, 4 ədəd eyni həcmli şüşə flakonlar, 1 ədəd bıçaq və sair əşyalar aşkar edilərək müvafiq protokol əsasında götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 269 nömrəli rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs və Xuraman adlı şəxs tərəfindən ələ keçirilmiş təzə vəziyyətdə, Vyetnamda istehsalı edilmiş 1 ədəd “X15 10+”markalı SN975F/DS modelli **********39853 İmei-kodlu mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilmiş aksesuarları ilə birlikdə 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti 1750 manat təşkil edir. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizası təyin olunaraq yuxarıda göstərilən əşya və maddələr ekspertiza tədqiqatına təqdim olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 33 saylı xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs kirayənişin kimi yaşadığı mənzildən götürülmüş : 4 ədəd şüşə flakonların içərisindəki maddə izləri narkotik vasitə olan heroinin izləridir; -4 ədəd şprislərdə narkotik vasitə olan heroinin izləri vardır və -1 ədəd bükümdə təmiz çəkisi 1,375 qram olan qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə tərkibi, cinayət təqibi ilə əlaqədar mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 181.2.1, 181.2.5 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Onun cinayət əməli məhkəmə baxışında iş üzrə dindirilmiş onun özünün, zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə, keçirilmiş istintaq hərəkətlərinin protokolları ilə, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş işə aid biri digərinə uyğun gələn çoxsaylı digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 234.1-ci maddələri ilə təqsirli bilinməli və qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Xəzər rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 17 gün vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs tərəfindən «ciddi» rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinin tələblərinə görə, cinayəti törətməkdə təqsirli bilinən hər bir şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə, cəza təyin edərkən, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin edilən cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi hesab edir ki, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi və himayəsində bir azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən, cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsində göstərilir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin “residivə görə cəza təyini”ndən bəhs edən 65-ci maddəsinin müddəalarını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən, residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. İş üzrə maddi sübut kimi DİN-in Yasamal RPİ-nin Növbətçi Hissəsində saxlanılan, 1 ədəd bıçaq, içərisində narkotik vasitə olan heroinin izləri olan 4 ədəd şüşə flakonlar, içərisində narkotik vasitə olan heroinin izləri olan 4 ədəd şprislər və 1 ədəd bükümdə təmiz çəkisi 1,325 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş musadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın, habelə həmin pul vəsaitləri və yaxud digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsinin; terrorçuluğun, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutmuşdur. Cinayət işi üzrə mülki ididia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 234.1-ci maddələri ilə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 -ci maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətinə, 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq edilməklə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cəzasını «ciddi» rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi DİN-in Yasamal RPİ-nin Növbətçi Hissəsində saxlanılan, 1 ədəd bıçaq, içərisində narkotik vasitə olan heroinin izləri olan 4 ədəd şüşə flakonlar, içərisində narkotik vasitə olan heroinin izləri olan 4 ədəd şprislər və 1 ədəd bükümdə təmiz çəkisi 1,325 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:
1. (sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Mahmud Ağalarov