Məhkəmə qərarları › İş №1(101)-597/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-597/2021

29.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-597/2021 29.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X2 və İbadov Əli Akif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxsin hüquqi varisi X4 və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx xxxxxx 1990-cı ildə Naxçıvan MR-nın Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19.06.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan şossesi küçəsi, ev 15B, mənzil 5-də qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, İlham Məmmədov küçəsi, ev 26-da yaşamış, 14 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 sentyabr 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və ya qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda 13 sentyabr 2020-ci il tarixdə, saat 22 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, İlham Məmmədov küçəsi 26 ünvanının qarşısında Zərərçəkmiş şəxs öz tanışları ilə yüksək səslə danışmalarına irad tutduğundan sonuncu ona davranış qaydalarını öyrətməməsini deyib yumruqla onun üzündən vurub sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərərəvurmaya aid bədən xəsarəti yetirdikdən sonra o, qisas almaqdan ötrü qəsdən ağır bədən xəsarəti yetirmək məqsədi ilə yerdən götürdüyü daşla Zərərçəkmiş şəxs bir dəfə baş nahiyəsinə vuraraq insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa AĞİR zərərvurmaya aid olan baş beyininin ağır dərəcəli əzilməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması, baş beyin maddəsinə, qişasına, toxumasına və beyin mədəciklərinə qansızmalar, subaraxnoidal və mədəcik daxili qansızma, sağ göz orbitası və gözaltı nahiyədə hematoma və üzərində sağ gözaltı nahiyənin bayır hissəsində əzilmiş yara, sağ göz almasının ağlı qişasında qansızmalar, habelə dərəcələri təyin edilməyən sağ dirsək oynağı və sağ əl nahiyələrində sıyrıqlar xəsarətləri yetirmiş, onun qəsdən yetirdiyi ağır bədən xəsarətləri nəticəsində Zərərçəkmiş şəxs 15 sentyabr 2020-ci il tarixdə, saat 09:10-da 3 saylı Şəhər Klinik Xəstəxanasında ölmüş, bununla da o, Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan ölümünə səbəb olan sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayətini törətməsi tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 13 sentyabr 2020-ci il tarixdə, saat 17 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, İlham Məmmədov küçəsi, ev 26-dan çıxaraq dostları ilə görüşmək üçün getmişdir. Yaşadığı evin yaxınlığında dostları ilə görüşdükdən sonra “Kia Motors” avtoservisə getmiş, avtoservisin mühafizəçisi ilə bir qədər söhbət etdikdən sonra Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, İlham Məmmədov küçəsində yerləşən yaşadığı ev istiqamətində getmişdir. Yaşadığı məhəlləyə çatdıqda məhəllənin girişində üç nəfərin dayandığını və yüksək səslə söhbət etdiklərini görmüşdür. Onların yüksək səslə danışdıqlarını eşitmiş və söyüş də söydüklərini ehtimal edərək onlara yaxınlaşıb onlara öz iradını bildirmişdir. Həmin vaxt onlardan tanıdığı biri - Orxan adlı şəxs ona “sən mənə ağıl öyrədə bilməzsən, get işinlə məşğul ol” cavabını vermişdir. O, yenidən Orxana məhəllədə hamının ailəsinin yaşadığını xatırladaraq asta səslə danışıb söyüş söyməməsini bildirdikdə, Orxan ona yaxınlaşıb onun sifət nahiyəsindən bir dəfə yumruq zərbəsi ilə vurmuş və təhqiramiz ifadələrlə onu söyməyə başlamışdır. Orxanın yumruq zərbəsinin təsirindən onun bir ədəd dişi sınmışdır. Bundan sonra, o, yerdən bir ədəd əl boyda daş götürüb ovcunun içində tutaraq yan tərəfdən Orxana yaxınlaşmış, sağ əli ilə sonuncunun baş nahiyəsindən bir dəfə zərbə vurmuş, zərbənin təsirindən Orxan yerə yıxılmışdır. Orxanın yanındakı digər iki nəfərdən biri ona yaxınlaşdıqda o, həmin oğlanın əllərindən tutaraq məhəllədən getmələrini tələb etmişdir. Bundan sonra həmin şəxs ondan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, Orxan xəsarət aldıqdan sonra o, yaxınlaşaraq ilk yardım göstərməyə başlamış, əynində olan maykanı çıxardaraq qanın qarşısını almaq üçün sonuncunun baş nahiyəsinə sıxmış və orada olan şəxslərdən kömək etmələrini istəmişdir. Həmin şəxslər ona yaxınlaşdıqda o, Orxana yardım etmək üçün sonuncunu yaşadığı evə aparacağını, sonra isə ya təcili tibbi yardıma, ya da Oxranın atasıgilə təcili məlumat verəcəyini bildirmiş və Orxanı yerdən qaldırması üçün köməklik etmələrini xahiş etmişdir. Həmin şəxslər ona köməklik edərək Orxanı yerdən qaldırmış və o, Orxanın qolunu özünün çiyninə alaraq yaşadığı ünvana, yəni ünvan 1mışdır. Həmin vaxt hadisə ərəfəsində Orxanın yanında olmuş şəxslərdən biri tanımadığı digər şəxslə avtomobillə hadisə yerinə gəlmiş, onlar Orxanı həmin avtomobilə əyləşdirmişdir. O, avtomobili sürən şəxsə evinin yolunu izah edib evə sürmələrini, oradan Orxanın atasına xəbər verib, birlikdə sonuncunu xəstəxanaya aparacaqlarını bildirmişdir. Həmin vaxt atası ilə anası xəstəxanada olduğundan yaşadıqları evdə heç kim olmamışdır. O, Orxanı yaşadığı evə gətirib avtomobilin sürücüsü və hadisə zamanı Orxanın yanında olan, sonradan adının Aydın olduğunu bildiyi şəxslə birlikdə divana uzatmışdır. Bundan sonra Aydıngilə evi tərk edib getmələrini, Orxanın atasına təcili xəbər edəcəyini demişdir. Bundan sonra Orxana ilkin tibbi yardım göstərməyə başlamışdır. Belə ki, dəsmalı isladıb Orxanın baş nahiyəsinin qanını silmişdir. Qan silindikdən sonra Orxanın gicgah nahiyəsinin şişdiyini görmüş və soyuducudan buz götürərək maykanın içərisinə yığıb onun baş-gicgah nahiyəsinə qoymuşdur. Bundan sonra Orxanın əynində olan şalvarının cibindən onun mobil telefonunu götürmüş və həmin mobil telefonun içərisində olan mobil nömrələrə baxmağa başlamışdır. Orada “Taleh Ev” adı ilə qeyd edilmiş mobil nömrəni görmüş və həmin nömrənin Orxanın atası olduğunu başa düşmüş və həmin nömrəyə zəng etmişdir. Zəngə cavab verən şəxsə həqiqəti deməmiş, Orxanın kiminləsə dalaşdığını, xəsarət alaraq huşunu itirdiyini və Orxana kömək etmək məqsədi ilə küçədən götürərək özünün yaşadığı evə gətirdiyini demiş, yaşadığı mənzilin ünvanını həmin şəxsə vermiş və gəlmələrini istəmişdir. Həmin vaxt Orxanın telefonuna dayanmadan zənglər gəlmiş, lakin həyəcanlı olduğundan həmin zənglərə cavab verib vermədiyi yadında qalmamışdır. Təxminən 15-20 dəqiqə sonra yaşadığı mənzilə iki nəfər şəxs gəlmiş, onlardan biri Orxanın atası olmuş, ondan oğlunu kimin vurduğunu soruşmuşdur. O, qorxduğu və özünü itirdiyi üçün Orxanı kimin vurduğunu bilmədiyini və görmədiyini bildirərək Orxanın köməksiz vəziyyətdə küçədə olduğunu görərək ilk tibbi yardım göstərmək üçün yaşadığı mənzilə gətirdiyini ona demişdir. İkinci şəxsi isə tanımamışdır. Bundan sonra o, həmin şəxslərə köməklik göstərərək Orxanı atasının idarə etdiyi dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı, qaranlıq olduğu üçün rəngini seçə bilmədiyi avtomobilin arxa oturacağının üzərinə uzatmışdır. Bundan sonra həmin şəxslər onun yaşadığı məhəlləni tərk edərək adını və ünvanını bilmədiyi xəstəxanaya getmişlər. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, hadisədən sonra Orxanın ölə biləcəyini fikirləşib qorxmuş, tutulmaq istəməmiş və bu səbəbdən ona kömək etməyə çalışmışdır. Hadisə yerindən qaçmamış, Orxanı xilas etmək məqsədilə sonuncunu özünün evinə gətirmişdir. Orxanın atası ilə danışarkən ona evinin yerini dəqiq izah etmiş və təcili olaraq onlara gəlmələrini tapşırmışdır. Mənasız və boş bir məsələyə görə mübahisələri yaranmış və nəticədə ağır bir hadisə baş vermişdir. Orxanın ölməyini qətiyyən istəməmişdir. Hadisə zamanı Orxanı vurduğu daşı, daha sonra Orxanın başına qoyduğu dəsmalı hara atdığını unutmuşdur. Hadisə zamanı o, tək, Orxangil isə 3 nəfər olmuş, onu Orxandan başqa heç kim vurmamışdır. Orxanın baş nahiyəsindəki ağır xəsarət onun Orxanı daş ilə vurması nəticəsində əmələ gəlmiş, sağ dirsək nahiyəsindəki xəsarəti isə yerə yıxılan zaman almış, sağ əl nahiyəsindəki xəsarəti isə Orxan onu yumruqla vurduğu zaman almışdır. Orxanla əvvəllər aralarında heç bir mübahisə və ədavət olmamışdır. 14 sentyabr 2020-ci il tarixdə, saat 15 radəlrəində Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə yaxınlaşmış və polis əməkdaşlarına hadisə bardə real məlumat vermişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan, ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadələri hadisə yerində yoxlanılmış və təqsirləndirilən şəxs sərbəst ifadəsində göstərdiyi etirafedici xüsusatları bir daha təsdiq edərək hadisənin gedişatını hadisə yerində əyani şəkildə göstərmişdir (iş vərəqə: səh. 54- 59). Məhkəmə baxışı zamanı iş üzrə dindirilən zərər çəkmiş şəxsin hüquqi varisi, mərhum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs atası X7 ifadəsində göstərdi ki, 13 sentyabr 2020-ci il tarixdə oğlu Orxan onlara yaxınlıqda öz ailəsi ilə yaşayan bacısı Pərvanəgilə gəlmiş, həmin vaxt o, özü də orada olmuşdur. Evdə o, qızı və Orxan olmuşdur. Orxan evə gələrək bacısına bir az qızdırması olduğunu demiş, aspirin dərmanı istəmişdir. Evdə aspirin olmadığından qızı Orxan üçün yemək çəkmək istəmiş, lakin Orxan ac olmadığını və yemək istəmədiyini bildirmiş, qısa müddət oturduqdan sonra Orxan özü aspirin almaq üçün getmişdir. Orxan getdikdən bir müddət sonra kürəkəni Taleh evə gəlmiş, qardaşı oğlu Yusifin dostu Əvəzin ona zəng etdiyini demiş, Orxanın kiminləsə dalaşdığını, sonuncunu kiminsə vurduğunu bildirmiş və tez gedib Orxanı götürmələrini təklif etmişdir. Oğlu Orxanın harada olduğunu soruşduqda, Yusif elə Orxanın öz nömrəsinə yığmalarını təklif etmiş, yanında kiminsə olduğu təqdirdə zəngə cavab verib yeri izah edə biləcəyini demişdir. Orxanın telefonuna zəng etmiş və bir nəfər tanımadığı adam telefonu götürüb onlara yolu izah etmişdir. Onlar deyilən həmin ünvana, yəni ünvan 2mişlər. Həmin evə daxil olduqda heç kim olmamış, onları çağıran və özünü Kamran kimi təqdim edən şəxs, yəni baxılan iş üzrə Təqsirləndirilən şəxs də evə onlarla birlikdə daxil olmuşdur. Kamran onlara Orxanın evin qarşısında kiminləsə dalaşdığını demiş və yaralandığını görüb yazığı gəlmiş və götürüb evə gətirdiyini danışmışdır. Oğlu Orxanı otaqda divana uzadılmış, başından yaralanmış və xırıldayan vəziyyətdə görmüşdür. Orxanın başındakı yara hissəsinə dəsmal da qoyulmuşdur. O, kürəkəni Taleh ilə köməkləşib oğlu Orxanı götürüb özünə məxsus olan “KİA Sportage” markalı, tünd yaşıl rəngli, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına uzadaraq xəstəxanaya aparmış, onu 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirmişdir. Vəziyyətlə tanış olan həkimlər oğlunun vəziyyətinin olduqca ağır olduğunu bildirmişlər. Bir qədər sonra polis əməkdaşları xəstəxanaya gəlmiş, o, olanları polislərə danışmışdır. 14 sentyabr 2020-ci il tarixdə artıq polislər ona hadisə ilə əlaqədar Kamran, Aydın, Fərid və daha bir nəfər şəxsi saxladıqlarını bildirmişlər. Lakin sonradan onlar hadisəni törədənin elə Təqsirləndirilən şəxs özünün olduğunu öyrənmişlər. Oğlu Zərərçəkmiş şəxs növbəti gün, yəni 15 sentyabr 2020-ci il tarixdə, saat 09:10-da 3 saylı Şəhər Klinik Xəstəxanasında ölmüşdür. Eşitdiyinə görə uzun müddət əvvəl Orxanla Kamran arasında bir dəfə də mübahisə olmuş, lakin bu barədə dəqiq olaraq ona heç nə məlum deyildir. Oğlu Orxan əvvəllər Respublika Narkoloji Mərkəzdə müalicə almışdır. Orxana xəsarət yetirilməsi, onun ölməsi ilə çəkilən xərclərlə bağlı nə təqsirləndirilən şəxs və nə də onun qohumları onlara yaxınlaşmamış, üzr belə istəməmişlər. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs bacısının əridir, ailəsi ilə birlikdə ayrı yaşamış, Orxan isə öz valideynləri ilə birlikdə yaşamışdır. Orxanın narkoloji müalicələrə ehtiyacı olduğu üçün xəstəxanada müalicə almış, heç yerdə işləməmişdir. 13 sentyabr 2020-ci il tarixdə öz evinə gedən zaman, Orxanın əmisi oğlu Şahid4 ona zəng edərək Orxanın döyüldüyünü, “Arzu” şadlıq sarayının arxasında olduğunu bildirmişdir. Yusif ona hazırda Xızıda olduğu üçün gələ bilmədiyini, təcili ora getmək lazım olduğunu demişdir. Həmin vaxt artıq evə çatmış və qayınatası Mirzə Yusifovun da onlarda olduğunu görmüşdür. Evə çatan kimi o, qaynatasına Yusifin zəng vurduğunu və Orxanın döyülməsi barədə xəbər verdiyini demiş, ona təcili durub getməyi təklif etmişdir. Onlar “Arzu” şadlıq evinin arxasına getmiş, Yusif deyən ərazilərdə gəzişmiş, lakin Orxanı tapa bilməmişlər. Odur ki, o, təkrarən Yusifə zəng edib Orxanı tapa bilmədiyini dedikdə Yusif Orxanın öz nömrəsinə zəng etməyi tövsiyyə etmişdir. O, Orxanın nömrəsinə zəng etdikdə bir nəfər telefona cavab verib evin yerini izah etmişdir. Qaynatası Mirzə ilə birlikdə həmin ünvana getmiş, evə daxil olduqda Orxanın divanda uzanıqlı olduğunu, üzündə qanlı vəziyyətdə dəsmal olduğunu görüb onları çağıran oğlandan, yəni sonradan adının Kamran olduğunu bildiyi oğlandan, yəni hazırda baxılan iş üzrə təqsirləndirilən şəxsdən əsəbi halda Orxanı kimin vurduğunu soruşmuşdur. Kamran isə hadisəni kimin törətdiyini bilmədiyini, sadəcə Orxanı “Arzu” şadlıq evinin arxasında yaralı vəziyyətdə yerə yıxıldığını görüb, götürüb evə gətirdiyini demişdir. Orxanı gördükləri vaxt artıq Orxan huşsuz halda Kamranın evində xırıldamış və danışa bilməmişdir. Ondan sonra o, Kamran və qaynatası birlikdə köməkləşib Orxanı atasının “KİA Sportage” markalı avtomobili ilə 3 saylı X6 aparmışlar. Həmin ərəfədə Orxan hələ sağ olsa da, xəstəxanada həkimlər onlara vəziyyətinin ağır olduğunu demişlər. Şahid5 ifadəsinin davamında göstərdi ki, o, 14 sentyabr 2020-ci il tarixdə Xətai RPİyə gedərək məsələni aydınlaşdırmaq istəmiş və orada ona hadisəni elə Kamranın özünün törətdiyini, onları isə guya Orxanı başqa adamın vurması adı ilə aldatdığını bildirmişlər. 15 sentyabr 2020-ci il tarixdə isə səhər saatlarında Orxan aldığı xəsarətdən 3 saylı X5 ölmüşdür. Orxanla Kamran arasında əvvəllər hər hansı mübahisənin olmasından məlumatsız olmuş, hadisə ərəfələrində Orxanın kiminləsə ədavətinin və ya probleminin olmasını eşitməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, 2002-ci ildən etibarən ünvan 3 ünvanında yaşamış, Kamran və Orxan adlı şəxsləri qonşusu olaraq tanımışdır. 13 sentyabr 2020-ci il tarixdə, saat 22 radələrində yaşadığı evin darvazasının önündə məhəllədə durduğu zaman Orxan adlı şəxsin adını xatırlamadığı qonşuluqda yaşayan şəxs ilə birgə gəldiyini görmüşdür. Orxan və yanındakı oğlan yaxınlaşaraq onunla salamlaşaraq söhbət etməyə başlamışdır. Təxminən 5 dəqiqə sonra Kamran oraya yaxınlaşaraq onlarla salamlaşmış və yanlarında dayanmışdır. Öz aralarında söhbət etdikləri zaman Kamran Orxana “yavaş danış” deyərək irad bildirmiş, Orxan isə Kamrana “sən mənə danışmaq öyrədəcəksən?” sualını vermiş və kənara çəkilmələrini istəmişdir. Kamranla Orxan bir qədər kənara çəkilmiş, həmin vaxt Orxan Kamranı bir dəfə yumruq zərbəsi ilə vurmuşdur. Həmin vaxt onlar Orxan və Kamranı ayıraraq mübahisənin davam etməsinin qarşısını almışlar. Kamran isə onlardan ayrılaraq getmiş, lakin istiqamətinə fikir verməmişdir. Onlar söhbətlərini davam etdirərkən Kamran yenə də onlara yaxınlaşaraq yanlarında dayanmışdır. Həmin vaxt Orxan Kamrana söhbət etdiklərini bildirmiş və onların yanından uzaqlaşmasını istəmişdir. Kamran isə getməmiş, onların yanında dayanaraq söhbətlərinə qulaq asmışdır. Təxminən 2-3 dəqiqə sonra Kamran anidən Orxanın baş nahiyəsindən bir dəfə zərbə ilə vurmuş və zərbənin təsirindən Orxan qışqıraraq yıxılmışdır. Orxan yıxıldıqda Kamran hadisə yerindən uzaqlaşmışdır. O, Orxanın baş nahiyəsinin qanadığını görmüş və onun baş nahiyəsinin qanını su ilə yumaq məqsədi ilə su almaq üçün marketə getmişdir. Marketdən su alıb çıxdığı vaxt qonşuluqda yaşayan Fərid adlı şəxsi görmüş, Fəridə yaxınlaşıb Kamranın Orxanı vurduğunu və Orxanın baş nahiyəsinin qanadığını bildirərək avtomobili ilə Orxanı xəstəxanaya aparmağı xahiş etmişdir. Fərid onunla birlikdə dərhal avtomobili ilə hadisə yerinə getmişdir. Onlar hadisə yerinə çatdıqda Kamranın da orada olduğunu görmüşdür. O, Kamrana onlara köməklik etməyi və Orxanı xəstəxanaya aparmalarını demişdir. Kamran isə Orxanın atasının zəng etdiyini və hadisə yerinə gələrək onu özünün xəstəxanaya aparacağını demiş, onlardan Fəridin avtomobili ilə Orxanı özünün yaşadığı evə aparmağı xahiş etmişdir. Onlar köməkləşərək Orxanı Fəridin avtomobilinin arxa oturacağının üzərinə oturtmuşlar. X16 avtomobilinə oturtduqları zaman Orxanın yanında olan, lakin adını xatırlamadığı şəxs onlardan ayrılaraq getmişdir. Onlar Fəridin avtomobili ilə Orxanı Kamranın yaşadığı mənzilə aparmış, o, avtomobilin qabaq oturacağında, Kamran isə arxa oturacağında Orxanın yanında oturmuşdur. X14 yaşadığı mənzilə apardıqları vaxt o, Kamrandan Orxanı nə ilə vurduğunu soruşmuş, Kamran isə Orxanı daşla vurduğunu bildirmişdir. Onlar Kamrana kömək edərək Orxanı Kamranın yaşadığı evə aparıb divanın üzərinə uzatmışlar. Bundan sonra Kamran onlara Orxanın atasının Orxanı götürməyə gələcəyini bildirmiş və onlara çıxıb getmələrini demişdir. Bundan sonra onlar Kamranın yaşadığı mənzili tərk edərək oradan uzaqlaşmışlar. Hadisənin sonrakı gedişatı barədə məlumatı olmamış, Orxanın növbəti gün aldığı xəsarətlərdən xəstəxanada öldüyünü öyrənmişdir. Şahid1 ifadəsinin yekununda göstərdi ki, hadisə vaxtı Orxan həqiqətən də yüksək səslə danışmış və mübahisə də məhz bu səbəbdən yaranmışdır. Orxan söhbət etdiyi vaxt yüksək səslə danışsa da, heç bir söyüşdən istifadə etməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, 2015-ci ildən etibarən Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Aşıq Qurban küçəsində kirayə əsasında yaşamışdır. 13 sentyabr 2020-ci il tarixdə, saat 23 radələrində bazarlıq etmək üçün yaşadığı evin yaxınlığında yerləşən marketə getmiş, marketə çatdığı vaxt qonşuluqda yaşayan Aydın adlı şəxsi görmüş və Aydın ona yaxınlaşaraq Kamranın Orxanı vurduğunu, Orxanın baş nahiyəsinin qanadığını bildirmiş və ona məxsus olan avtomobillə Orxanı xəstəxanaya aparmağı xahiş etmişdir. Razılaşaraq Aydınla birlikdə dərhal avtomobili ilə hadisə yerinə getmiş və Kamranın da orada olduğunu görmüşdür. Həmin vaxt Aydın Kamrana onlara köməklik etməsini bildirmiş və Orxanı xəstəxanaya aparmaq lazım olduğunu demişdir. Kamran isə Orxanın atasının zəng etdiyini və hadisə yerinə gələrək özünün Orxanı xəstəxanaya aparacağını demiş, onlardan avtomobillə Orxanı onun yaşadığı evə aparmaqlarını xahiş etmişdir. Onlar köməkləşərək Orxanı ona məxsus avtomobilin arxa oturacağının üzərinə oturtmuş, Aydın avtomobilin qabaq oturacağında, Kamran isə arxa oturacaqda Orxanın yanında oturmuşdur. Orxanı Kamranın yaşadığı evə apardıqları vaxt X12 nə ilə vurduğunu soruşmuş və Kamran Orxanı daş ilə vurduğunu bildirmişdir. Onlar Kamrana kömək edərək Orxanı sonuncunun yaşadığı evə aparmış və divanın üzərinə uzatmışdır. Bundan sonra Kamran onlara Orxanın atasının oğlunu götürməyə gələcəyini bildirərək daha onlara ehtiyac qalmadığını demiş və getmələrini istəmişdir. Bundan sonra onlar Kamranın yaşadığı mənzili tərk edərək oradan uzaqlaşmışlar. Orxanın aldığı xəsarətlərdən xəstəxanada öldüyünü sonradan öyrənmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, mərhum Orxan onun əmisi oğlu olmuş, o da Orxangilin evlərinin yaxınlığında yaşamış və Orxanla tez-tez görüşmüşdür. Lakin hadisə olan ərəfələrdə Bakı şəhərində deyil, işlə əlaqədar Xızı rayonunda olmuşdur. 13 sentyabr 2020-ci il tarixdə qonşusu Əziz ona zəng edərək Orxanın küçədə dalaşdığını, Orxanın vurulduğunu, vəziyyətinin yaxşı olmadığını bildirmişdir. O isə təcili gələ bilməyəcəyini demiş, lakin bundan sonra Orxanın yeznəsi Talehə zəng edərək hadisə barədə ona məlumat vermişdir. Həmin gecə Bakı şəhərinə gəlmiş və Bakıya çatdıqda Orxanın 3 saylı X1 öyrənmişdir. Orxan həmin vaxt hələ sağ olmuş, reanimasiya şöbəsində yatmışdır. 2 gün sonra, yəni 15 sentyabr 2020-ci il tarixdə Orxan həmin xəstəxanada ölmüşdür. Məsələni dəqiqləşdirdikdə Orxanın tanışı Kamran adlı şəxslə mübahisə etdiyini və Kamranın daşla Orxanı baş nahiyəsindən vurduğunu öyrənmişdir. Bundan sonra Əziz adlı tanışı ilə də söhbət etmiş, Əziz də ona Orxanın küçədə Aydın adlı digər qonşuyla dayanıb söhbət edərkən Kamranla aralarında mübahisə yarandığını və Orxanın Kamrana bir zərbə vurduqdan sonra Kamranın gücü çatmadığını, yerdən daşı götürərək Orxanın başına vurduğunu bildirmişdir. Orxanla Kamranın arasında əvvəllər hər hansı mübahisənin olması barədə eşitməmiş və onda məlumat olmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, hadisə baş verən ərazidə, yəni Bakı şəhəri, Xətai rayonu, İlham Məmmədov küçəsi ərazisində tanışları, dostları yaşamışdır. Eyni ərazi olduğu üçün bəzən həmin ərazilərə gedib-gəlmişdir. 13 sentyabr 2020-ci il tarixdə həmin ərazidən keçən zaman zibilqabılarının yanında kiminsə yerə yıxıldığını, 2-3 nəfərin yığışıb həmin şəxsə yardım etdiyini görmüşdür. O, həmin əraziyə yaxınlaşdıqda tanışı Orxan adlı şəxsin yerə yıxıldığını görmüşdür. Orxanın özünü sadəcə üzdən tanımışdır. Belə ki, Orxan onun dostu Yusifin əmisi oğlu olmuşdur. Yaxınlaşıb nə baş verdiyini soruşduqda sonradan adının Kamran olduğunu bildiyi şəxs Orxanın yıxılıb xəsarət aldığını demişdir. O, gəlib xəstəxanaya aparsınlar deyə təcili Orxanın qohumlarına xəbər vermək lazım olduğunu tövsiyyə etmişdir. Kamran isə onlarda avtomobil olduğunu, özlərinin xəstəxanaya aparacağını bildirmişdir. Bundan sonra Orxanın atasıgilə hadisə barədə məlumat verməsi üçün o, zəng edib dostu Yusifə məlumat vermişdir. Sonra Kamran və yanında olan 2 nəfər Orxanı ağ rəngli avtomobilə oturdub getmişdir. Gedən zaman Kamran onlara Orxanın mobil telefonunun üstündə olduğunu, zəng daxil olacağı təqdirdə, cavab verib yerlərini izah edəcəklərini demişdir. Kamrangil avtomobili sürüb getdikdən sonra, o, evə qayıtmışdır. X9 xəstəxanaya deyil, öz evlərinə apardığını, oradan Orxanın atasıgillə telefonla danışaraq evlərinin yerini izah etdiyini, Orxanın atasının da gəlib Orxanı öz avtomobili ilə 3 saylı X6 apardığını eşitmişdir. Bundan 2 gün sonra Orxanın həmin xəstəxanada vəfat etdiyini, camaatdan Orxanı Kamranın vurduğunu eşitmişdir. Kamran da hadisədən qısa müddət sonra tutulmuşdur. Orxanı və Kamranı yaxından tanımadığı üçün aralarında əvvəllər ədavət və mübahisənin olub-olmadığını bilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs əleyhinə ifadə vermək istəməyən atası Şahid6 məhkəməyədək icraat zamanı vermiş olduğu şahid ifadəsi elan edilməklə tədqiq edildi. Şahid6 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs və arvadı Atikə ilə birlikdə ünvan 4 ünvanında yaşamışdır. Kamran əvvəllər oğurluqla əlaqədar məhkumluq həyatı yaşamış, cəzasını çəkib çıxdıqdan sonra fərdi qaydada avtomobil təmiri ilə məşğul olmuş, lakin daimi iş yeri olmamışdır. Kamran orta təhsilli və subay olmuşdur. 13.09.2020-ci il tarixdə arvadı Atikə ilə birlikdə qızının övladı dünyaya gəldiyi üçün xəstəxanaya getmiş, gecəni evlərinə qayıtmayaraq qızının evində qalmışlar. Bundan əvvəl də həmin ərəfələrdə evə gəlməyərək həm xəstəxanada, həm də qızıgildə qalmışlar. 14.09.2020-ci il tarixdə evə dəymək üçün gəldikdə qonşulardan bir müddət əvvəl evlərinin hasarından evə polis əməkdaşları daxil olduğunu, nə baş verməsi ilə maraqlandıqda qonşulardan evlərinin qarşısında bir nəfərin döyüldüyünü, o səbəbdən də ərazidə olan bir neçə nəfərin şübhəli şəxs kimi polislər tərəfindən aparıldığını öyrənmişdir. Həmin vaxt o, oğlu Kamrana zəng edərək nə baş verdiyini soruşmuşdur. Kamran isə döyülən adamın Orxan adlı şəxs olduğunu, Orxanla dalaşdığını, sonuncunu sadəcə daşla bir dəfə vurduğunu, Orxanın ölmək ehtimalı olmasınıne inandırıcı olmadığını demişdir. Kamranın deməsinə görə mübahisə zamanı Orxangil 4-5 nəfər olmuş, Orxan adlı şəxsin Kamranı vuraraq dişini də sındırmışdır. Bundan sonra, o, Kamrandan nə etmək fikrində olduğunu soruşduqda, Kamran polisə zəng edib hadisəni törətdiyini etiraf edəcəyini və bölməyə gedəcəyini bildirmişdir. Bundan sonra 14.09.2020-ci il tarixdə Kamran polis bölməsindən ona zəng edərək hadisəni özünün törətdiyini etiraf etmiş, daha sonra bölməyə yaxınlaşaraq təslim olmuşdur. 15.09.2020-ci il tarixdə o, Xətai RPİ-nin 34-cü PŞyə zəng edib Kamranı soruşduqda Kamranın mübahisə edib vurduğu adamın öldüyünü, bu səbəbdən cinayət işinin prokurorluğa keçdiyini demişlər. Yaşadıqları evdə hadisədən sonra hadisəyə aid hər hansı əşya və ya iz aşkar etməmişdir (iş vərəqə: səh.115-117). Məhkəmə istintaqı zamanı şahid, baxılan iş üzrə Təqsirləndirilən şəxs anası Şahid7 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid7 Şahid6 ilə oxşar məzmunlu ifadə verib sonuncunun işin halları ilə bağlı göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir(iş vərəqə: səh.118-120). Məhkəmə baxışı zamanı tədqiq olunan, hadisə yerinə baxış keçirilməsi haqqında 15 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Xətai rayonu, İlham Məmmədov küçəsi, ev 26 ünvanının qarşısıdır. Həmin küçəyə baş asfalt yol gəlir, evlərə çatdıqda isə yol sağa və sola olmaqla iki yerə haçalanır. Həmin yol ayrıcında yolkənarı hissədə MKİS tərəfindən qoyulmuş dəmir materialdan olan boz rəngli 4 ədəd zibil qabılar vardır. Zibil qabılarının ətrafında yerdə daş parçaları, taxta qırıntıları və digər tullantı əşyaları vardır. Hadisə həmin zibil qabılarının yanında baş vermişdir. Baxış zamanı hadisə baş verən ərazidə qanabənzər ləkələr və ya iş üçün əhəmiyyət kəsb edə biləcək izləri özündə əks etdirən hər hansı əşya aşkar olunmadı. Baxış zamanı hadisə yerində və yaxınlığında müşahidə kamerası və ya başqa kamera olmadığı müəyyən edilmişdir (iş vərəqə: səh. 43-47). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibb ekspertizasının 12 oktyabr 2020-ci il tarixli, 87 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizası zamanı bədənində aşkar edilmiş xəsarətlər - baş beyinin ağır dərəcəli əzilməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması; baş beyin maddəsinə, qişasına toxumasına və beyin mədəciklərinə qansızmalar; subaraxnoidal və mədəcik daxili qansızma; sağ göz orbitası və gözaltı nahiyədə hematoma və üzərində sağ gözaltı nahiyənin bayır hissəsində əzilmiş yara, sağ göz almasının ağlı qişasında qansızmalar, sağ dirsək oynağı və sağ əl nahiyələrində sıyrıqları həyati olub, bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və xəstəlik tarixində qeyd olunan 13.09.2020-ci il tarixdə və şəraitdə, yəni 3 saylı ŞKX-ya daxil olmasından az əvvəl kənar şəxs tərəfindən daşla vurulma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlərdən baş beyinin ağır dərəcəli əzilməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması; baş beyin maddəsinə, qişasına, toxumasına və beyin mədəciklərinə qansızmalar; subaraxnoidal və mədəcik daxili qansızma; sağ göz orbitası və gözaltı nahiyədə hematoma və üzərində sağ gözaltı nahiyənin bayır hissəsində əzilmiş yara və sağ göz almasının ağlı qişasında qansızmalar ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağir zərərvurmanın əlamətlərinə malik olub, baş vermiş ölümlə birbaşa səbəbli əlaqədədirlər, sağ dirsək oynağı və sağ əl nahiyələrində sıyrıqlar isə ümumilikdə və ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir və baş vermiş ölümlə səbəbli əlaqəsi yoxdur. Tədqiq olunan həmin rəydən görünür ki, mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt travması nəticəsində yaranmış baş beyin toxumasının əzilməsi ilə qeyd olunan baş beyinin yumşaq qişasına, beyin toxumasına və beyin mədəciklərinə qansızmalar olmuşdur. Ölüm 15.09.2020-ci il tarixdə, saat 09:10 radələrində 3 saylı ŞKX-da baş vermişdir, bu da meyit əlamətlərinin inkişaf dərəcəsi ilə təsdiq olunur. Zərərçəkmiş şəxs adına tərtib olunmuş xəstəlik tarixində 3 saylı ŞKX-ya daxil olarkən onun spirtli içkilər qəbul edib-etməməsi barədə hər hansı bir məlumat qeyd edilməmişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiozin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Qarşılıqlı mübarizə məfhumu hüquqi məfhum olub, məhkəmə-tibb ekspertinin səlahiyyətlərinə aid deyildir. Zərərçəkmiş şəxs meyitinin bədənində müəyyən edilmiş xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin özü-özünə yetirilməsinə xarakterik deyil (iş vərəqə: səh. 132-135). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibb ekspertizasının 19 sentyabr 2020-ci il tarixli, 1001 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində müəyyən edilmiş xəsarətlər - üst dodağın sol yarısının selikli qişasında əzilmiş səthi dəri yarası və həmin yaraya uyğun nahiyədə üst çənədə solda bir ədəd dişin travmatik sınığı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 13.09.2020-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi və ümumilikdə dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamliğa yüngül zərərvurmaya aiddirlər. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, Təqsirləndirilən şəxs bədənində müəyyən edilmiş xəsarətlərin xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin öz-özünə yetirilməsinə xarakterik deyildir (iş vərəqə: səh. 124-125). Məhkəmə baxışı zamanı tədqiq olunan, kompleks ambulator məhkəmə-psixiatrik psixoloji ekspertizasının 24 noyabr 2020-ci il tarixli, 2326 saylı rəyindən görünür ki, Məhkəmə-psixiatrik ekspertizası üzrə: Təqsirləndirilən şəxs hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməmişdir və hal-hazırda da hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs “Emosional davamsız şəxsiyyət pozuntusu” qeyd olunmuşdur və hal-hazırda da, “Emosional davamsız şəxsiyyət pozuntusu” qeyd olunur. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan “Emosional davamsız şəxsiyyət pozuntusu” onu öz hərəkətlərinə cavab vermək, yaxud rəhbərlik etməkdən məhrum etmir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyəti ilə əlaqədar məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs tərtdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Məhkəmə-psixoloji ekspertizası üzrə: Təqsirləndirilən şəxs inadkarlıq, qıcığa qarşı həssaslıq, özünə qarşı hörmət tələb etmək, emosional qeyri-sabitlik, emosional dayanıqsızlıq, özünü tənzimləmə çatışmazlığı kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Fərdi-psixi xüsusiyyətlərində özündən uydurmaya meyillilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmadı. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, gərginlik yaranmışdır. Həmin halın yaranması onda müəyyən edilən emosional davamsız şəxsiyyət pozuntusu fonunda situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır (iş vərəqə: səh. 222- 225). Məhkəmə baxışı zamanı tədqiq olunan, Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinin 23 sentyabr 2020-ci il tarixli, 011-9257-1220 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 (bir) ədəd üzərində qara bəzəkləri olan qısaqol idman köynəyinin üzərində və 01 (bir) ədəd qara rəngli cins şalvarın sol diz nahiyəsində insan mənşəli qan nümunəsi aşkar edilmiş və həmin qan nümunələrinin Zərərçəkmiş şəxs məxsus olduğu müəyyən edilmişdir. Həmçinin ekspertiza nəticəsində, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş və ekspertiza tədqiqatına təqdim olunmuş 01 (bir) ədəd ön tərəfində bəzəyi olan ağ rəngli qısaqol idman köynəyi üzərində də insan mənşəli qan nümunəsi aşkar edildi və həmin qan nümunəsinin də Zərərçəkmiş şəxs məxsus olduğu müəyyən edilmişdir (iş vərəqə: səh. 138-142). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-trasoloji ekspertizasının 20 noyabr 2020-ci il tarixli, 3/1329 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs əynində olmuş...” yazı ilə qeydləri olan bağlamadan aşkar edilmiş qısaqol köynəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Həmin zədələr fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik cırılma zədələridir (iş vərəqə: səh. 194-197). Məhkəmə baxışı zamanı tədqiq olunan materiallarla müəyyn edildi ki, məhkəməyədək icraat mərhələsində “xxxx” MMC-dən götürülmüş bir ədəd “CD” formatlı disk və Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin videogörüntüləri yerləşdirilmiş bir ədəd “DVD” formatlı disk cinayət işi üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmiş, şəxs Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş bir ədəd qısaqol idman köynəyi və bir ədəd qara rəngli cins şalvar, həmçinin mərhum zərər çəkmiş Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd ağ rəngli qısaqol idman köynəyi yenə də cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir (iş vərəqə: səh. 249-264). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 23 noyabr 2020-ci il tarixli, 3273 saylı rəyindən görünür ki, tədqiqat zamanı Təqsirləndirilən şəxs alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmamışdır və o, alkoqolizm xəstəliyindən əzab çəkmir və onun alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asililiq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh. 198-199). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X13 7492 və 7694 saylı məktublarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs və iş üzrə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışlar (iş vərəqə: səh. 167-168). Məhkəmə baxışı zamanı tədqiq olunan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər X10 Hüquqi Şəxsin 04 noyabr 2020-ci il tarixli, 3421 nömrəli arayışından və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X10 Hüquqi Şəxsin 18 noyabr 2020-ci il tarixli, 19/51-11099 saylı məktubundan gorünür ki, Təqsirləndirilən şəxs 08.06.2020-ci il tarixdən narkotik və digər psixoaktiv maddələrdən birlikdə istifadə edilməsi nəticəsində psixi və davranış pozuntuları diaqnozu ilə BŞNM-də qeydiyyatdadır, xx.xx.1990-cı il təvəllüdlü, ünvan 5 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs 03.07.2017-03.07.2017, 25.01.2020-07.02.2020-ci il tarixlərdə yuxarıda adı göstərilən mərkəzdə stasionar müalicədə olmuşdur (iş vərəqə: səh. 178; 200-207). Məhkəmə baxışı zamanı tədqiq olunan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər X10 Hüquqi Şəxsin 04 noyabr 2020-ci il tarixli, 3422 nömrəli arayışından və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X10 Hüquqi Şəxsin 18 noyabr 2020-ci il tarixli, 19/51-11098 saylı məktubundan gorünür ki, Zərərçəkmiş şəxs 08.06.2020-ci il tarixdən narkotik və digər psixoaktiv maddələrdən birlikdə istifadə edilməsi nəticəsində psixi və davranış pozuntuları diaqnozu ilə BŞNM-də qeydiyyatdadır, xx.xx.1990-cı il təvəllüdlü, ünvan 6 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs 16.03.2020-07.04.2020-ci il tarixlərdə yuxarıda adı göstərilən mərkəzdə stasionar müalicədə olmuşdur (iş vərəqə: səh. 179; 208-216). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vuran bədən xəsarəti yetirməsi əməlinin ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs özünü müdafiə üçün heç bir dəlil gətirməmiş, törətdiyi əməli səmimi şəkildə etiraf etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından və müvafiq məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə, o cümlədən Bakı şəhər Xətai Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, sonuncu - Bakı şəhər Xətai Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli hökmü üzrə olan məhkumluq istisna olmaqla, digər məhkumluqlar artıq ödənilmişdir (iş vərəqə: səh. 243-247). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin 02 dekabr 2020-ci il tarixli sorğu-cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində ilkin axtarış tədbirləri davam etdirildiyindən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli hökmü üzrə ona təyin olunan 2 (iki) il müddətinə islah işləri cəzası çəkilməmiş qalmışdır (iş vərəqə: səh. 232). Yuxarıdakı abzasda qeyd olunmaqla tədqiq olunan sənədlərdən də göründüyü kimi ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsində təqsirli bilinməklə məhkum olunmuşdur və onun baxılan iş üzrə Azərbaycan Respublikasının CMnin 126.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətdiyi vaxt Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkum olunduğu Azərbaycan Respublikasının CMnin 127.1-ci maddəsi həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 83.3.2-ci maddəsinin tələblərinə görə isə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya - islah işləri cəzasına məhkum edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən, məhkumluğun ödənilməsi üçün tələb olunan bir illik müddət keçmədiyindən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Həmin Məcəllənin 83.1-ci maddəsinin tələblərinə görə isə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğu və bu məhkumluğun yarada biləcəyi hüquqi nəticələrlə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmasına baxmayaraq onun bu məhkumluğu cinayətlərin residivini yaratmayacaqdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Lakin həmin Məcəllənin 18.4, 18.4.1 və 18.4.4-cü maddəsinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ehtiyatsızlıqdan ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsinin sanksiyası daxilində, eyni zamanda hökmlərin məcmusu üzrə Azərbaycan Respublikası CM-nin 67.1ci maddəsinin tələbləri nəzərə alınmaqla şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs baxılan iş üzrə cinayət əməlini Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli hökmü ilə məhkum olunduqdan sonra törətmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, yeni hökm üzrə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli hökmü üzrə təyin edilmiş 2 (iki) il müddətinə islah işləri cəzası (təyin edilmiş islah işləri cəzası çəkilməmişdir) Azərbaycan Respublikası CM-nin 67.4-cü maddəsinin tələblərinə əməl olunmaqla tamamilə və ya qismən birləşdirilməli və təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə hökmlərin məcmusu üzrə qəti cəza təyin edərkən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs islah işləri cəzası təyin edilməsi nəzərə alınmalı və bu zaman Azərbaycan Respublikası CM-nin 68-ci maddəsinə əsasən cəzaların toplanması zamanı müddətlərin müəyyən edilməsi qaydası tətbiq olunmalıdır. Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə islah işləri cəzasının dörd günü bərabər tutulur. Belə olan halda, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş və çəkilməmiş 2 (iki) il müddətinə islah işləri cəzası azadlıqdan məhrum etmənin 6 (altı) ayına bərabət tutulmalı və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə yeni hökm üzrə təyin edilmiş cəzaya tamamilə və ya qismən birləşdirilməli və Təqsirləndirilən şəxs qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunacağı nəzərə alınmalı və o, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 14 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 sentyabr 2020-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 14 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2020-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə işdə olan maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi qiymətləndirilib Xətai rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan, hadisə vaxtı məhkum Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qısaqol idman köynəyi və bir ədəd qara rəngli cins şalvar, hadisə vaxtı mərhum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd ağ rəngli, qısaqol idman köynəyi təyinatını itirdiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri - ekspertiza tədqiqatlarına sərf olunan 64,00 (altmış dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.3-cü maddələrinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş və çəkilməmiş 2 (iki) il islah işləri cəzasının dörd günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 6 (altı) ay azadlıqdan məhrum etmə müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş və çəkilməmiş 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin edilmiş 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il 6 (altı) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 14 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - məhkəməyədək icraat mərhələsində “xxxx” MMC-dən götürülmüş bir ədəd “CD” formatlı disk və Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin videogörüntüləri yerləşdirilmiş bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın; - Xətai rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qısaqol idman köynəyi və bir ədəd qara rəngli cins şalvar, həmçinin hadisə vaxtı mərhum zərər çəkmiş Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd ağ rəngli qısaqol idman köynəyi istifadə təyinatını itirdiyindən məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri - ekspertiza tədqiqatlarına sərf olunan 64,00 (altmış dörd) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar