Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-597/2022 27.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X37 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X12, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 20 avqust 1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş (Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 dekabr 2014cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2,177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli qərarı ilə onun cəzası 4 (dörd) il 9 (doqquz) aya endirilmiş, 23 fevral 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur), məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 9,518 qram olan narkotik vasitə heroini və ümumi təmiz çəkisi 1,539 qram olan psixotrop maddə metafetamini əldə edib üzərində saxlayaraq daşımış, 24 oktyabr 2021-ci il tarixdə saat 7 radələrində Azərbaycan Respublikası DİN X32 Alayının 8-ci Patrul Bölüyünün və Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Heybət Heybətov küçəsində yerləşən “Heydər Parkı”nın yaxınlığında idarə etdiyi “Saipa” markalı ** PC *** dövlət nömrə nişanlı avtomobili yolun əksi ilə hərəkət etdirib qəza vəziyyəti yaratdığı üçün saxlanılmış, bu zaman özünü şübhəli apardığı üçün Sabunçu RPİ-nin 14-ci PB-nə gətirilmiş, bölmədə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindəki 1 ədəd sarı rəngli plastik qabın içərisindən 1 ədəd qara rəngli siqaret kağızındakı bükülüdə ümumi təmiz çəkisi 1,539 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, 13 ədəd şəffaf sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,379 qram, 0,542 qram, 0,321 qram, 0,457 qram, 0,512 qram, 0,791 qram, 0,573 qram, 0,553 qram, 0,397 qram, 0,253 qram, 0,285 qram, 0,483 qram, 0,022 qram, o cümlədən 1 ədəd gümüşü rəngli siqaret kağızında 3,950 qram, ümumi təmiz çəkisi 9,518 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 il bundan əvvəldən narkotik vasitə heroindən və psixotrop maddə metafetamindən istifadə etməyə başlamışdır. Ehtiyacı olan narkotik vasitəni və psixotrop maddəni üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi müxtəlif şəxslərdən almışdır. Həmçinin 2014-cü il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə məhkum edilərək 5 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 2019-cü il tarixində cəzasının sonu ilə azad edilmişdir. Cəzadan azad edildikdən sonra “Saipa” markalı ** PC *** dövlət nömrə nişanlı avtomobili icarəyə götürüb onunla taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Taksi fəaliyyəti ilə məşğul olmağına baxmayaraq narkotik vasitə və psixotrop maddə istifadə etməyə davam etmişdir. Tutulmazdan təxminə 1 ay əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə gəlib oradan üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 2 büküm narkotik vasitə heroin və 1 büküm psixotrop maddə metafetamin almışdır. Əldə etdiyi narkotik vasitənin 1 bükümünü və psixotrop maddəni özünə məxsus olan sarı rəngli plastik qabın içərisinə yerləşdirmiş, digər bükümü isə onlardan kənarda saxlamışdır. 23 oktyabr 2021-ci il tarixində axşam saatlarında əvvəldən tanıdığı Kamil və Samir onunla əlaqə saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinə getməli olduqlarını bildirmiş və onları taksi kimi aparmağını xahiş etmişlər. O da etiraz etməmişdir. Onlar 24 oktyabr 2021- ci il tarixində saat 6 radələrində onları götürməli olduğunu demişlər. Deyilən saatda onları Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsindən götürmüşdür. Kamillə Samiri götürdükdən sonra Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinə gəlmişlər. Qəsəbəyə çatdıqdan sonra Samir qohumu yaşayan evi axtarsa da, tapa bilmədiyindən ona geri qayıtmağını demişdir. O, Sumqayıt şəhərinə geri qayıdan zaman bilmədən yola səhv daxil olmuşdur. Bu zaman üzərində X34 yazılmış polis avtomobili onları saxlamışdır. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra onların özlərini təqdim etmələrini xahiş etmişlər. Onlar özlərini polis əməkdaşlarına təqdim etdikdən sonra polis əməkdaşları şəxsiyyət vəsiqələrini istəyib nə üçün əks yola daxil olduğunu soruşmuşlar. Üzərində narkotik vasitə və psixotrop maddə olmasından narahat qaldığı üçün polis əməkdaşlarına dağınıq cavab verərək oradan uzaqlaşmaq istəmişdir. Ancaq polis əməkdaşları şübhələnib onları maşından düşürüb üzərlərini axtarmağa başlamışlar. Bu zaman onun üzərindən 2 büküm narkotik vasitə heroin və 1 büküm psixotrop maddə heroin aşkar etmişlər. Daha sonra onları Sabunçu RPİ-nin 14-cü PB-nə gətirmişlər. Bölmədə polis əməkdaşları raport yazaraq Növbətçi Hissəyə təqdim etmişlər. X11 tərəfindən şübhəli şəxs qismində tutulmuş və hüquq və vəzifələri izah edilmişdir. Daha sonra müdafiəçi dəvət edilmiş, hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bununla bağlı qərarla tanış edilmişdir. Daha sonra şəxsi axtarışın videoçəkiiişlə həyata keçiriləcəyi bildirilmiş və vəkilinin iştirakı olmadan şəxsi axtarış keçirilməsi ilə bağlı etirazının olubolmaması soruşulmuşdur. O da şəxsi axtarışın videoçəkilişlə və vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış başlanmazdan əvvəl polis əməkdaşları ona təzyiq göstərərək cibinə əlavə narkotik maddə qoymuş və videoçəkiliş zamanı həmin narkotik vasitə və psixotrop maddələrin hamısının özünə məxsus olmasını bildirməyini tələb etmişlər. Ona fiziki təsir göstərildiyi üçün məcbur olub videoçəkiliş zamanı 14 büküm narkotik vasitə heroinin və 1 büküm psixotrop maddə metafetaminin özümə məxsus olduğunu demişdir. Üzərində aşkar olunan narkotik vasitə heroini və psixotrop maddə metafetamini şəxsi istifadəsi üçün əldə etmişdir. Saxlanılan zaman üzərində 1,5 qram heroin, 0,5 qram isə metafetamin olmuşdur. Üzərindən aşkar olunan narkotik vasitə heroindən və psixotrop maddə metafetamindən heç kimə, eyni zamanda X7 və X20 verməmiş və satışını həyata keçirməmişdir. Saxlanılan zaman Kamil və Samir də yanında olmuşlar. Kamil və Samirin üzərindən də narkotik maddə aşkar olunmuşdur. Kamillə Samirin narkotik maddədən istifadə etdiyini bilməmişdir. Polis əməkdaşları onları maşından düşürüb üzərlərini axtarmışlar. Saxlanılan zaman üzərində 1,5 qram narkotik vasitə heroin, 0,5 qram psixotrop maddə metafetamin olmuşdur. Həmin narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün almışdır. Üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddəni neçəyə aldığını unutmuşdur. Üzərində şəxsi axtarış videoçəkilişlə həyata keçirilmişdir. Polis əməkdaşları bölmədə olan zaman ona zor tətbiq etmişlər. İttihamda qeyd edilən bükümlər polis əməkdaşları tərəfindən bölmədə olan zaman cibinə qoyulmuşdur. Heç vaxt narkotik vasitə və ya psixotrop maddənin satışı ilə məşğul olmamışdır. Narkotik vasitə və psixotrop maddəni falqanın üzərinə qoyub çəkmişdir. Ona fiziki təsir göstərildiyi üçün məcbur olub videoçəkiliş zamanı 14 büküm narkotik vasitə heroinin və 1 büküm psixotrop maddə metafetaminin özünə məxsus olduğunu demişdir. İbtidai istintaq zamanı yazılan həmin ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, təqribən 2 il bundan əvvəldən narkotik vasitə heroindən və psixotrop maddə metafetamindən istifadə etməyə başlamışdır. Ehtiyacı olan narkotik vasitəni və psixotrop maddəni müxtəlif üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxslərdən almışdır. Həmçinin 2014-cü il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə məhkum edilərək 5 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 2019-cu il tarixində cəzasının sonu ilə azad edilmişdir. Cəzadan azad edildikdən sonra “Saipa” markalı ** PC *** dövlət nömrə nişanlı avtomobili icarəyə götürmüş və onunla taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Taksi fəaliyyəti ilə məşğul olmasına baxmayaraq narkotik vasitə və psixotrop maddə istifadə etməyə davam etmişdir. Təqribən 1 ay bundan əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə gəlmiş və oradan üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsə 500 manat ödəyərək 14 büküm narkotik vasitə heroin və 1 büküm psixotrop maddə metafetamin əldə etmişdir. Əldə etdiyi narkotik vasitənin 13 bükümünü və psixotrop maddəni özünə məxsus olan sarı rəngli plastik qabın içərisinə yerləşdirmişdir. Bir büküm narkotik vasitənin miqdarı çox olduğu üçün onu kənarda saxlamışdır. 23 oktyabr 2021-ci il tarixində, axşam saatlarında əvvəldən tanıdığı Kamil və Samir onunla əlaqə saxlamış və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinə getməli olduqlarını bildirərək onları taksi kimi aparmağı xahiş etmişlər. O etiraz etməmiş və onlar 24 oktyabr 2021- ci il tarixində, saat 6 radələrində onları götürməli olduğunu demişlər. O onlarla razılaşmış və deyilən saatda onları Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsindən götürmüşdür. Kamillə Samiri götürdükdən sonra Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinə gəlmişdir. Qəsəbəyə çatdıqdan sonra Samir qohumu yaşayan evi axtarsa da, tapa bilməmiş və bundan sonra geri qayıtmasını demişdir. O, Sumqayıt şəhərinə geri qayıtdığı zaman bilmədən yola səhv daxil olmuşdur. Bu zaman üzərində X34 yazılmış polis avtomobili onları saxlamışdır. Onlar özlərini təqdim etdikdən sonra özlərini təqdim etməklərini xahiş etmişlər. Onlar özlərini polis əməkdaşlarına təqdim etdikdən sonra polis əməkdaşları şəxsiyyət vəsiqələrini istəmiş və nə üçün əks yola daxil olduğunu soruşmuşlar. Üzərində narkotik vasitə və psixotrop maddə olmasından narahat qaldığı üçün polis əməkdaşlarına dağınıq cavab verərək oradan uzaqlaşmaq istəmişdir. Ancaq polis əməkdaşları onlardan şübhələnmiş və Sabunçu RPİ-nin 14- cü PB-nə dəvət etmişlər. Onlar ilk əvvəl bölməyə getmək istəməsələr də, polis əməkdaşlarının təkid etdiyini görüb onlarla razılaşmış və bölməyə gəlmişlər. Bölmədə polis əməkdaşları raport yazaraq Növbətçi Hissəyə təqdim etmişlər. Raportun araşdırılması bölmənin təhqiqatçısı, polis baş leytenantı Firon İsgəndərova həvalə edilmişdir. X11 tərəfindən barəsində şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilərək müvafiq protokol tərtib edilmiş və tutulması ilə əlaqədar hüquq və vəzifələri izah edilmişdir. Daha sonra o dövlət hesabına vəkillə təmin edilərək ümumi hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi elan edilmiş, bununla bağlı qərar qəbul edilmiş, həmin qərarla o tanış edilmişdir. Qeyd edilən hərəkətlər edildikdən sonra şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilmiş və həm bununla, həm də vəkilinin iştirakı olmadan şəxsi axtarış keçirilməsi ilə bağlı etirazının olub-olmaması soruşulmuşdur. O, şəxsi axtarışın videoçəkiiişlə və vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış başlamamışdan əvvəl üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olubolmaması soruşularaq olduğu halda təqdim etməsi təklif edilmişdir. O, bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd sarı rəngli plastik qabı və bir ədəd şəffaf sellofan bükülünü təqdim etmişdir. Polis əməkdaşları plastik qaba və şəffaf sellofan bükümün içərisinə baxış keçirtmişlər. Baxış keçirtdikdən sonra polis əməkdaşları aşkar edilmiş maddələrin nə olduğunu, haradan, kimdən, nə vaxt, neçəyə və nə məqsədlə aldığını soruşmuşlar. Polis əməkdaşlarının sualına cavab olaraq o təqdim etdiyi bükümlərdən 14 ədədinin narkotik vasitə heroin olduğunu, 1 bükümdə olan maddənin isə psixotrop maddə metafetamin olduğunu, onları təqribən bir ay əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindən, üzdən tanıdığı, lakin adını və soyadını bilmədiyi şəxsdən öz istifadəsi üçün 500 manata aldığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş və ona məxsus olan “Samsung” markalı mobil telefon aparatı da aşkar edilərək götürülmüşdür. Üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, həmçinin “Samsung” markalı mobil telefon aparatı qablaşdırılmış, qablaşmanın üzəri o və polis əməkdaşları tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol da onun və polis əməkdaşları tərəfindən imzalanmışdır. Qeyd edilən hərəkətlər edildikdən sonra təhqiqatçı tərəfindən idarə etdiyi “Saipa” markalı, ** PC *** dövlət nömrə nişanlı avtomobilə də baxış keçiriləcəyi bildirilmiş, hüquq və vəzifələrini izah etmiş, eyni zamanda videogörüntü ilə avtomobilə baxış keçirilməsinə dair etirazının olub-olmamasını soruşmuşdur. O, etirazının olmadığını bildirdikdən sonra təhqiqatçı tərəfindən avtomobildə qanunla əldə edilməsi, saxlanılması, daşınması 1 qadağan edilən maddə, əşya və ya predmetin olub-olmamasını soruşmuş və olduğu halda təqdim etməsini təklif etmişdir. Bu zaman o, avtomobildə qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən maddə, əşya və ya predmetin olmadığını bildirmişdir. Onun sözündən sonra avtomobilə baxış keçirilmiş, lakin qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bununla bağlı müvafiq protokol tərtib edilmiş, həmin protokol da onun və polis əməkdaşları tərəfindən imzalanmışdır (cild 1, iş vərəqə 101-104 və 123-126). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı qismən etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Müstəcab oğlu ifadəsində göstərmişdir ki, 24 oktyabr 2021-ci il tarixində saat 7 radələrində Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili Şahid3, sahə rəisi Şahid2, eyni zamanda Sabunçu rayon Pİ-nin ÇPA-nın 8-ci PB-nin polis nəfəri Şahid4 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsində yerləşən “Heydər” parkının yaxınlığında xidmət etdikləri zaman göy rəngli, “Saipa” markalı, ** PC *** dövlət nömrə nişanlı avtomobilin yolun əksi ilə hərəkət edərək qəza şəraiti yaratdığını görüb dərhal həmin avtomobili saxlamışlar. Avtomobili saxladıqları zaman avtomobildə sürücüdən başqa iki nəfər sərnişinin də olduğunu görmüşlər. Sürücüdən nə üçün yolun əksi ilə hərəkət etdiyini soruşaraq sürücülük vəsiqəsinin olub-olmamasını soruşmuşlar. Bu zaman sürücünün həyəcanlı şəkildə sürücülük vəsiqəsinin olduğunu bildirdiyini və onların suallarına dağınıq cavab verərək oradan uzaqlaşmaq istədiyini görmüşlər. Onlar sürücüdən və sərnişinlərdən şəxsiyyətlərini təsdiq edən sənədlərini təqdim etmələrini xahiş etmişlər. Bu zaman onlar şəxsiyyət vəsiqələrinin üzərlərində olmadığını, tələsdiklərini, yolu tanımadıqlarını bildirərək onlardan yayınmağa çalışmışlar. Onlar sürücünün və avtomobildə olan sərnişinlərin həyəcanlanmalarından, eyni zamanda onlardan tez bir zamanda yayınaraq getmək istədiklərini görüb üzərlərində və ya avtomobildə qanunla əldə edilməsi, daşınması, gəzdirilməsi qadağan edilən əşya, maddə və ya predmet olmasından şübhələnmişlər və onları Sabunçu RPİ-nin 14-cü PB-nə dəvət etmişlər. Onlar ilk əvvəl bölməyə getmək istəməmişlər və Sumqayıt şəhərindən gəldikləri üçün yolu tanımadıqlarını, tez bir zamanda Sumqayıt şəhərinə qayıtmalı olduqlarını bildirərək getmək üçün icazə istəmişlər. Lakin onların özlərini şübhəli aparmalarından, suallara dağınıq cavab vermələrindən, həmçinin bölməyə getməkdən narahatçılıq keçirdiklərini nəzərə alıb onları “Saipa” markalı, ** PC *** dövlət nömrə nişanlı avtomobillə birlikdə bölməyə gətirmişlər. Bölmədə aparılan ilkin araşdırma zamanı sürücünün - xx.xx.1990-cı il tarixində Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Nəsimi küçəsi 434-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs, sərnişinlərdən birinin - 20.07.1991-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi ev 1, mənzil 55-də qeydiyyatda olan və yaşayan X13, sərnişinlərdən digərinin isə - 13.06.1993-cü il tarixində Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ev 63-də qeydiyyatda olan və yaşayan X27 olduğu müəyyən edilmişdir. Gətirilmiş şəxslərin şəxsiyyətlərini müəyyən etdikdən sonra müvafiq raport yazaraq Növbətçi Hissəyə təqdim etmişlər. Raport üzrə araşdırmanın aparılması bölmənin təhqiqatçısı, polis baş leytenantı Firan İsgəndərova həvalə edilmişdir. Firon İsgəndərov tərəfindən ilk əvvəl sürücü Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, ona şübhəli şəxs qismində tutulması ilə bağlı hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçi X16 gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilərək etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs videoçəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra ondan vəkilinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sarı rəngli plastik qabı təqdim etmişdir. Plastik qabın içərisinə baxış keçirilən zamanda oradan bir ədəd qara rəngli siqaret kağızında olan bükülü, eyni zamanda 13 ədəd şəffaf sellofan bükülülər aşkar edilmişdir, qara rəngli siqaret kağızında olan bükülüyə baxış keçirilən zaman oradan toz-kristalşəkilli maddə, digər bükümlərə baxış keçirilən zaman isə qəhvəyi rəngli maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükümlərdə olan maddələrin nə olduğu soruşulan zaman o, bükümlərdə olan maddələrin metafetamin və heroin olduğunu, onları bir ay əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindən üzdən tanıdığı, lakin adını, soyadını və harada yaşamasını bilmədiyi şəxsdən, şəxsi istifadəsi üçün 500 manat aldığını demişdir. Bundan sonra aşkar edilmiş maddə təhqiqatçı tərəfindən qablaşdırılmış, daha sonra müvafiq protokol tərtib edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Saipa” markalı, ** PC *** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs “Saipa” markalı, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçiriləcəyi ona elan edilmiş və bu barədə qərarla tanış edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilinə baxışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilmiş və bununla bağlı etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra avtomobilində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs avtomobilində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən əşya, predmet və ya maddə olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Saipa” markalı, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobildən qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən maddə, əşya və ya predmet aşkar edilməmişdir. Aparılmış hərəkətlərlə bağlı protokol tərtib edilmiş və həmin protokollarda tərəflərindən imzalanmışdır. Daha sonra Firon İsgəndərov tərəfindən X17 şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, ona şübhəli şəxs qismində tutulması ilə bağlı hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçi X23 gəldikdən sonra təhqiqatçı tərəfindən X21 hüquq və vəzifələri izah edilmiş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra X14 şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilərək etirazının olub-olmaması soruşulmuşdur. X28 videoçəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra ondan vəkilinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. X28 şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman X28 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd şəffaf sellofan bükülünü təqdim etmişdir. Bükümlərə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli maddə olduğu aşkar edilmişdir. X15 bükümlərdə olan maddələrin nə olduğu soruşulan zaman o, bükümlərdə olan maddələrin heroin olduğunu, onu 23 oktyabr 2021-ci il tarixində Sumqayıt şəhərindən üzdən tanıdığı, lakin adını, soyadını və harada yaşamasını bilmədiyi şəxsdən, şəxsi istifadəsi üçün 20 manat aldığını demişdir. Bundan sonra aşkar edilmiş maddə təhqiqatçı tərəfindən qablaşdırılmış, daha sonra müvafiq protokol tərtib edilmişdir. Daha sonra Firon İsgəndərov tərəfindən X6 şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, ona şübhəli şəxs qismində tutulması ilə bağlı hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçi X18 gəldikdən sonra təhqiqatçı tərəfindən X7 hüquq və vəzifələri izah edilmiş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra X5 şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilərək etirazının olub- olmaması soruşulmuşdur. X13 videoçəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra ondan vəkilinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. X13 şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olubolmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman X13 əynində olan tünd boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızında olan bükümü təqdim etmişdir. Bükümə baxış keçirilən zaman içərisində 2 ədəd şəffaf sellofan bükülü olduğu, bükülünün içirisində isə boz rəngli qəhvəyi rəngli maddə olduğu aşkar edilmişdir. X5 bükümlərdə olan maddələrin nə olduğu soruşulan zaman o, bükümlərdə olan maddələrin heroin olduğunu, onu 5 gün əvvəl Sumqayıt şəhərindən üzdən tanıdığı, lakin adını, soyadını və harada yaşamasını bilmədiyi şəxsdən, şəxsi istifadəsi üçün 20 manat aldığını demişdir. Bundan sonra aşkar edilmiş maddə təhqiqatçı tərəfindən qablaşdırılmış, daha sonra müvafiq protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs “Saipa” markalı, ** PC *** dövlət nömrə nişanlı avtomobili ilə yolun əksi istiqamətində hərəkət edərək qəza şəraiti yaratdığını gördükləri üçün saxlamışlar. Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Şəxsi axtarış və avtomobilə baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid4 Şahid1 Müstəcab oğlunun ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid1 Müstəcab oğlunun ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 218-221). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza 24 oktyabr 2021-ci il tarixli 6/4729 saylı rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “X1 üzərindən...” və s. yazılar, imzalar olan zərfdəki (№1) 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,630 qram; 0,452 qram; ümumi təmiz çəkiləri 1,082 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “X4 üzərindən...” və s. yazılar, imzalar olan zərfdəki (№2) 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,512 qram; 0,477 qram; ümumi təmiz çəkiləri 0,989 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “X2 üzərindən...” və s. yazılar, imzalar olan zərfdə (№3) 14 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,950 qram; 0,379 qram; 0,542 qram; 0,321 qram; 0,457 qram; 0,512 qram; 0,791 qram; 0,573 qram; 0,553 qram; 0,397 qram; 0,253 qram, 0,285 qram; 0,483 qram, 0,022 qram, ümumi təmiz çəkiləri 9,518 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 ədəd bükümdə təmiz çəkisi 1,539 qram ağ rəngli, kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. X5, X15 aşkar edilmiş heroin kütlələri və Təqsirləndirilən şəxs aşkar edilmiş heroin kütlələri (14 bükümdən 13 ədəd kiçik bükümlərdəki) kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 3,950 qram heroin kütləsi digər bükümlərdəki heroin kütlələrindən kimyəvi tərkibinə görə fərqlidir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş siyahılar üzrə: heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrimin siyahısına (Siyahı İ), metafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-ın siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinin ümumi təmiz çəkisi 1,082 qram, tədqiqata sərf olundu 0,08 qram, qalıq 1,002 qram, heroinin ümumi təmiz çəkisi 0,989 qram, tədqiqata sərf olundu 0,08 qram, qalıq 0,909 qram, heroinin ümumi təmiz çəkisi 9,518 qram, tədqiqata sərf olundu 0,14 qram, qalıq 9,378 qram, metafetaminin ümumi təmiz çəkisi 1,539 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 1,489 qram, cild 1, iş vərəqə 89-92). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X30 Şəxsi Ambulator X3 9 dekabr 2021-ci il tarixli, 4980 saylı rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metafetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 269-270). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan “CD diskə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Sabunçu rayon Pİ-nin 14-cü PB-nin inzibati otaqlarından birində onun üzərinə şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı, polis baş leytenantı Firon İsgəndərov tərəfindən saxlanılan Təqsirləndirilən şəxs özünü təqdim etməsi bildirir. Bundan sonra Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra ondan saxlanılmasının səbəblərinin ona aydın olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs isə avtomobili əks yolla hərəkət etdirdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılan zaman özünü şübhəli apardığı üçün saxlanılmasının ona aydın olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini, şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilir və bununla bağlı etirazının olub-olmaması soruşular. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sarı rəngli plastik qabı təqdim etdi. Plastik qabın içərisinə baxış keçirilən zamanda oradan bir ədəd qara rəngli siqaret kağızında olan bükülü, eyni zamanda 13 ədəd şəffaf sellofan aşkar edildi. Təqsirləndirilən şəxs bükümlərdə olan maddələrin nə olduğu soruşulan zaman o, bükümlərdə olan maddələrin metafetamin və heroin olduğunu, onları 1 ay əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindən üzdən tanıdığı, lakin adını, soyadını və harada yaşamasını bilmədiyi şəxsdən, şəxsi istifadəsi üçün 500 manat aldığını dedi (cild 1, iş vərəqə 189). Cinayət işinin materiallarında olan “CD diskə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdən sonra Sabunçu rayon Pİ-nin 14-cü PB-nin həyətində idarə etdiyi “Saipa” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçiriləcəyi ona elan edilir, eyni zamanda bu barədə qərarla tanış edilir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilinə baxışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilir və bununla bağlı etirazının olub-olmaması soruşular. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra avtomobilində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs avtomobilində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən əşya, predmet və ya maddə olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Saipa” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilir və avtomobildən qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən maddə, əşya və ya predmet aşkar edilmir (cild 1, iş vərəqə 190). Cinayət işinin materiallarında olan “mobil telefon aparatına baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Baxış zamanı mobil telefonu ilkin olaraq işə saldıqdan sonra ekranın aşağı hissəsində zəng etmək, “WhatsApp” sosial şəbəkəsindən istifadə etmək və şəkil çəkmək üçün keçidin olduğu, telefondan zəng etmək üçün lazım olan keçidin üzərinə basdıqda Təqsirləndirilən şəxs müxtəlif günlərdə müxtəlif şəxslərlə əlaqə saxladığı, əlaqə saxladığı şəxslərin içərisində X9 və X19 olmadığı müəyyən edilmişdir. Həmçinin Sms yazmaq üçün lazım olan keçidin üzərinə basdıqda 14 aprel 2021-ci il tarixindən 24 oktyabr 2021-ci il tarixədək olan müddət ərzində smslər qəbul etdiyi, smslərin əsasən müxtəlif sosial şəbəkə, elektronika dükanlarından və müxtəlif şəxslərdən daxil olduğu və göndərildiyi müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yalnız “Babi” adlı şəxslərdən səs yazıları formasında sms gəldiyi, səs yazılarından cinayət işi üzrə əhəmiyyət kəsb edən məlumatlar olmadığı müəyyən edilmişdir (cild 1, iş vərəqə 256- 266). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 9,378 qram olan narkotik vasitə heroin, 1,489 qram psixotrop maddə metafetamin və “Samsung Galaxy AZO” mobil telefonu maddi sübut kimi tanınaraq Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqə 274-291). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 dekabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2,177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli qərarı ilə cəzası 4 (dörd) il 9 (doqquz) aya endirilmiş, 23 fevral 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqə 201-202). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki cinayətə görə cəzasını çəkib qurtardıqdan 2 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələblərinə əsasən onun məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 oktyabr 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 8). İş materiallarında olan Sabunçu rayon məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 24 oktyabr 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 180-182). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 24 oktyabr 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 109 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 9,378 qram olan narkotik vasitə heroin və 1,489 qram psixotrop maddə metafetamin məhv edilməli; -Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş “Samsung Galaxy AZO” mobil telefonu onun yaxın qohumlarına qaytarılmalı; -Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı və idarə etdiyi “Saipa” markalı ** PC *** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilməsini özündə əks etdirən 2 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 24 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 109 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 9,378 qram olan narkotik vasitə heroin və 1,489 qram psixotrop maddə metafetamin məhv edilsin; -Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş “Samsung Galaxy AZO” mobil telefonu onun yaxın qohumlarına qaytarılsın; -Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı və idarə etdiyi “Saipa” markalı ** PC *** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilməsini özündə əks etdirən 2 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-597/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-597/2022
27.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver