Məhkəmə qərarları › İş №1(101)-597/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-597/2023

08.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-597/2023 08.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1980-cı ildə Ermənistan Respublikası, Yerevan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvələr məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küçəsi 9-da qeydiyyatda olan, ünvan 3-da kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə - heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan “Rövşən” adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 01 ədəd bükümdə təmiz çəkisi 2,433 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroini xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu, Xətai prospektində yerləşən “Yaşıl Bazar”ın yaxınlığında əldə edib üzərində saxlamaqla daşımış, həmin gün, yəni xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinə gətirilmiş, şöbənin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü kağıza bükülmüş təmiz çəkisi 2,433 qram olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 6- 7 aydır ki, narkotik vasitə olan heroindən istifadə etmiş, xx.xx.2022-ci il tarixdə axşam saatlarında narkotik maddə olan heroin almaq məqsədilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Yaşıl Bazar”ın qarşısına gedərək əvvəllər də narkotik vasitə olan heroin aldığı “Rövşən” adlı şəxslə görüşüb ondan öz istifadəsi üçün 20 manat ödəməklə 01 ədəd içərisində kakos olan büküm almışdır.“Rövşən”lə sağollaşıb ondan aralandıqda evinə getmiş, təxminən saat 21 radələrində Nərimanov rayonu, F.Məmmədov küçəsində yerləşən yaşadığı binadakı mənzildən onu 2 nəfər mülki geyimdə olan Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin əməkdaşları ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün onlarla birlikdə şöbəyə getməyi təklif etmişlər. Həmin vaxt üzərində Rövşəndən aldığı bir büküm narkotik maddə olan heroin olmuşdur. Polislərə etiraz etmədən onlarla birlikdə sonuncuların maşını ilə şöbəyə getmişdir. Onu saxlayan polis əməkdaşları ona qarşı heç bir fiziki zor və təzyiq etməmişlər. Şöbədə həmin polislər onu təhqiqatçıya təqdim etmişlər. Təhqiqatçı müdafiəçi dəvət edərək müdafiəçinin iştirakı ilə videoçəkiliş aparmaqla ona üzərində olan əşyaları masanın üzərinə qoymasını təklif etmişdir. O da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən gümüşü kağıza bükülmüş 01 ədəd bükümü çıxarıb masa üzərinə qoymuşdur. Təhqiqatçı həmin bükümü zərfə qoyaraq möhürləmiş və baxışın bütün iştirakçıları tərəfindən həmin zərf və baxışa dair protokol imzalanmışdır. Onu saxlayan polis əməkdaşlarına qarşı heç bir şikayəti və tələbi yoxdur. Təhqiqatçı ona bildirmişdir ki, ona CM-nin 234.1-ci maddəsi ilə ittiham verilməklə işi yerli məhkəməyə göndəriləcəkdir. Lakin onun əməli CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilmiş və Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir. Ondan aşkar ounmuş bükümdə cəmi 0,1 qram heroin olmuş, ittihamda isə 2,433 qram heroin göstərilmişdir. Bununla razı deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs saxladıqları gün tanımışdır, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində «Yaşıl bazarın» yanında saxlamışlar. Həmin vaxt o və şöbənin sahə inspektoru Şahid2 həmin ərazidə xidmətdə idilər. Təqsirləndirilən şəxs saxladıqları zaman o, heç bir müqavimət göstərməmiş, onlarla birlikdə şöbəyə getməyə razılaşmışdır. Şöbədə təhqiqatçı vəkil dəvət edərək sonuncunun iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etməyi təklif etmiş və Təqsirləndirilən şəxs özü masanın üzərinə şalvarın cibindən bir ədəd büküm qoyaraq içində «kakos», yəni heroin olduğunu, onu öz istifadəsi üçün Rövşən adlı şəxsdən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, bu narkotikin istifadəçisidir, öz istifadəsi üçün əldə etmişdir. Həmin tarixdə bir çox əməliyyatlar keçirilmiş, küçələrdə şübhəli olan şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi üçün şöbəyə dəvət olunmuşlar. Təqsirləndirilən şəxs küçədə həyəcanlı vəziyyətdə olmuş, qeyri-adekvat aparırdı. Təqsirləndirilən şəxs təqdim etdiyi bir büküm olmuş, o bükümün çəkisini artıq xatırlamır. Bu arada o, 38 nəfər narkomanın saxlanılmasında iştirak etmiş, bütün halları artıq dəqiqliklə xatırlaya bilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin sahə inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşu ərazinin sakini, narkotik istifadəçisi kimi tanımışdır. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində şöbənin əməliyyat müvəkkili Şahid1 ilə «Yaşıl bazarın» yaxınlığında Təqsirləndirilən şəxs saxlayıb şöbəyə gətirmişlər. Şöbədə təhqiqatçı vəkil dəvət etmiş və sonuncunun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. O və həmkarı Şahid1 baxışda iştirak etmişlər. Baxış videoçəkilişlə keçirilmiş və təhqiqatçı ilk olaraq Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməyi tələb etmiş və Təqsirləndirilən şəxs şalvarın cibindən bir büküm təqdim edərək içində narkotik olduğunu bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, hal-hazırda isə yadında qalanları bildirir. Narkotikin çəkisini, Təqsirləndirilən şəxs həmin narkotiki haradan və kimdən əldə etdiyi barədə dediklərini xatırlamır. Şahidlərin verdikləri ifadələrlə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs bildirmişdir ki, cibindən çıxan narkotiki «Yaşıl bazarın» yaxınlığında Rövşən adlı şəxsdən 20 manata öz istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞnin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 xx.xx.2022ci il tarixli raportundan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində sahə inspektoru, polis baş leytenantı Ruslan İloyasovla b irlikdə xidməti ərazi olan ünvan 3 ünvanının qarşısında özünü şübhəli aparan bir şəxsi şöbəyə dəvət edərək onun 1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” 16 sentyabr 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Qiyasov X4 RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Ramil Əmrahzadə tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixlə Nərimanov RPİ 18-ci PŞ-nin inzibati binasındp müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış apparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü kağıza bükülmüş maddəni təqdim edərək onun heroin olduğunu, həmin gün bu heroini Xətai prospektində “Rövşən” adlı şəxsdən 20 manata əldə etdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış 18 sentyabr 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış qətimkan tədbirinin seçilməsi barədə Nərimanov Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə, yəni 16 yanvar 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/5270 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №224” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs –imza, - iki imza. Tərtib etdi: R.Əmrahzadə -imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi – 2,433 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Republikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsin 9356 saylı, xx.xx.2022-ci il tarixli məlumatına əsasən Təqsirləndirilən şəxs arxiv məlumatına əsasən yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” X7 4532 saylı, xx.xx.2022-ci il tarixli məlumatına əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən “Opioidlərin istifadə edilməsi nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə həmin mərkəzdə qeydiyyatdadır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2022-ci il tarixli, 3668 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman öz hərəkətlərinin faktini xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək qabiliyyətində olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlıqlı hesab edilməlidir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7108 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazlrda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə daxil olan, çıxan zəng və sms-lərin siyahısının, eləcə də anten əhatə dairəsi barədə məlumatların əldə olunması məqsədilə Nərimanov Rayon Məhkəməsinin 5(005)-1232-2022 nömrəli, 03 oktyabr 2022-ci il tarixli qərarı müvafiq qaydada icra edilməsi üçün Bakcell MMCyə göndərilmiş, lakin texniki nasazlıq səbəbindən məlumatların əldə edilməsi mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış şübhəli şəxsin üzərində keçirilən şəxsi axtarış protokolundan və şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə baxışdan müəyyən olunur ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümünü könüllü olaraq təhqiqatçıya təqdim təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi gümüşü rəngli kağız bükümünün içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik maddə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, təqdim etdiyi bükümün içərisindəki maddə “kakas”dur, həmin maddəni 16 sentyabr 2022-ci il tarixdə “Yaşıl Bazar”ın yaxınlığında “Rövşən” adlı şəxsdən öz istifadəsi üçün 20 manata almış, satış məqsədi olmamışdır. Bundan sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə təkrar baxış keçirilir və əlavə heç nə aşkar edilmir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-in ********* saylı, xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni əldə etdiyi “Rövşən” adlı şəxsi müəyyən etmək mümkün olmamış, həmin şəxsin müəyyən edilməsi üçün ********* nömrəli cinayət işindən “Rövşən” adlı şəxs barəsində ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmədə elan edilib araşdırılmış tələbnamədən, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə ittiham olunduğu CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilib. Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o ailəldir, himayəsində xx.xx.2020-ci il təvəllüdlü oğlu vardır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin, külli miqdar təşkil edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərində 2,433 qram deyil, cəmi 0,1 qram heroin olması barədə ifadəsi polis əməkdaşlarının ifadələri, üzərinə videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş DVD diskdəki görüntülərlə, məhkəmə ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, işin digər hallarını, eləcə də aşkar edilmiş narkotik vasitənin çəkisini (nisbətən az olmasını) və onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, məhkəmənin 18 sentyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 16 sentyabr 2022-ci ildən hesablanmışdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,383 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003- cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir İş üzrə ekspertiza xərcləri olan 92 (doxsan iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün Bakı Şəhəri 3 saylı Vəkil Bürosunun nəfinə 180 AZN (yüz səksən) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş - ekspertizanın tədqiqatından sonra 2,383 qram çəkidə qalıq qalmış heroin məhv edilsin, şəxsi axtarış və götürmə video görüntülər əks olunmun 01ədəd “DVD” ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci olan 92 (doxsan iki) manat məbləğində pul Təqsirləndirilən şəxs qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi 180 AZN (yüz səksən) manat pul Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar