Məhkəmə qərarları › İş №1(101)-597/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-597/2024

16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-597/2024 16.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Abşeron Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, mütəxəssis –psixoloq X5 iştirakı ilə qapalı məhkəmə iclasında xx xxxxxx 1982-ci ildə Cəlilabad rayonunun Ləkin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki az yaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Ləkin kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən zor tətbiq etməklə, habelə başqa şəxslərə zor tətbiq etmək hədəsi ilə on dörd yaşına çatmayan zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qonşuluğunda yaşayan xx xxxxxx 2009-cu ildə doğulmaqla on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs ilə “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsilə yazışmaqla münasibət yaradaraq 4 ildən sonra, sonuncunun 18 yaşına çatdıqda onunla ailə qurmağını vəd edərək Zərərçəkmiş şəxs öz cinsi ehtirasını təmin etmək məqsədi ilə 01 dekabr 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanın qarşısında Zərərçəkmiş şəxs ilə görüşüb küçədə heç kimin olmadığından istifadə etməklə qəflətən onun dodaqlarından öpüb, qolundan tutaraq, hərəkətlərini məhdudlaşdırmaqla qaçmasına imkan verməyib, zor tətbiq edərək köməksiz vəziyyətindən istifadə etməklə əli ilə onun cinsiyyət orqanını sığallamış, öz cinsi orqanını ona əli ilə oxalamağa məcbur edərək cinsi ehtirasını təmin etdikdən sonra bu barədə hər hansı şəxsə məlumat verdiyi halda atasını öldürəcəyi ilə hədələmiş, bununla kifayətlənməyərək üstündən 3-4 gün keçdikdən sonra, zor tətbiq etməklə, aşkar surətdə on dörd yaşına çatmayan şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətləri edilməsinə yönəlmiş cinayət hərəkətlərini inadla davam edərək, 2022-ci ilin dekabr ayının əvvəllərində dəqiq vaxtı istintaqa məlum olmayan gündə saat 17-18 radələrində Zərərçəkmiş şəxs müvəqqəti yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 54 nömrəli evin 1-ci mənzilinə dəvət edib, sonuncunun oraya gəlməsinə nail olduqdan sonra həmin ünvandakı evinin girişində yerləşən yardımçı otağa salıb qucaqlayaraq dodaqlarından öpüb, fərdi-psixi xususiyyətlərinə görə onunla edilən hərəkətlərin xarakter və mənasını tam dərk etmə qabiliyyətinə malik olmayan, intim münasibətin, cinsi əlaqənin mahiyyətini tam dərk etməkdə çətinlik çəkən, yaxın qohumlarının üzərində zor tətbiq ediləcəyi hədəsinin təsiri altında olan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə əynində olan şalvar və alt paltarını aşağı salıb arxa keçəcək vasitəsilə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla təkrarən zor tətbiq etməklə öz cinsi ehtirasını pozğun formada təmin edərək on dörd yaşına çatmamış Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əslən Cəlilabad rayonu, Ləkin kəndindəndir, lakin 2023-cü ilin aprel ayının əvvələrindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsində nömrəsini xatırlamadığı yaşayış binasının mənzilində arvadı X6 və azyaşlı övladları ilə birlikdə yaşayır. Özü fərdi qaydada Zabrat qəsəbəsində yerləşən dəmir qapı sexində qaynaqçı işləmişdir. Zərərçəkmiş şəxs və onun ailəsini təxminən 2022-ci ilin iyun ayının sonlarından onlar qonşuluqda olan evə kirayə köçəndən sonra tanımışdır. Fatimənin atası Habil ilə aralarında bir qonşu kimi yaxın münasibətləri yaranmış, küçədə bir-birlərini görəndə salamlaşmışlar. Təxminən 2022-ci ilin noyabr ayının sonlarında axşam saatlarında 070 320-27-10 saylı mobil nömrədən “WhatsApp” proqramı vasitəsi ilə onun istifadə etdiyi 055 491-56-82 saylı mobil nömrənin “WhatsApp” proqramına “salam” sözü yazılmışdır. O, səhərisi gün həmin mətni görüb “salam” cavabı yazaraq kim olması barədə maraqlanmışdır. O zaman həmin şəxs qonşusu Habilin azyaşlı qızı Fatimə olduğunu ona bildirmişdir. Bundan sonra da Fatimə ona bir neçə dəfə SMS-lər yazmışdır. Fatimə ilə “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə yazışdıqları müddətdə o, heç bir vaxt Fatiməyə hər hansı bir əxlaqsız təkliflər etməmiş, əxlaqsız şəkillər, o cümlədən özünün çılpaq şəkillərini Fatiməyə göndərməmiş, həmin şəkilləri tanıdığı başqa qadına göndərmişdir. Fatiməni heç vaxt öz evinə dəvət etməmiş, ona qarşı heç bir əxlaqsız hərəkətlər etməmişdir. bunlar hamısı ona qarşı şər-böhtandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusu kimi tanıyır, qonşu kimi heç bir münasibəti olmamışdır. Lakin Vasifin azyaşlı uşaqları ilə qonşu kimi bir məhəllədə oynamışdır. O, əvvəllər ailəsi ilə yaşadığı Siyəzən rayonu, Yenikənd kəndində Vüqar Qasımov adına tam orta məktəbin 7-ci sinif şagirdi olmuş, lakin 2022-ci ilin iyun ayının sonlarında Bakı şəhərinə köçdükləri üçün qeyd olunan məktəbdən çıxmış, müvəqqəti olaraq məktəbə getməmişdir. 2022-ci ilin noyabr ayının sonlarında mağazadan evə çörək alıb qaydarkən ara küçələrin birində Təqsirləndirilən şəxs ona yaxınlaşaraq mobil nömrəsini ona verməyi xahiş etmişdir. Həmin vaxt o, həyacan keçirmiş və tez evə getmişdir. Lakin 28 noyabr 2022-ci il tarixdə günorta saatlarında mağazaya tək çörək almağa getdikdə yenə Vasif ilə rastlaşmış və bu dəfə Vasifin xahişi ilə telefon nömrəsini ona vermişdir. Bundan sonra Vasifin dəvəti ilə 2 dəfə onun evində olmuşdur, həmin vaxt Vasif evdə tək olmuş, Vasif onu tamam soyundurmuş, özü də soyunmuş, onu öpmüş, əlləri ilə onun cinsiyyət orqanını sığallamağı məcbur etmişdir. İkinci dəfə isə Vasif onun yalnız şalvarını çıxartmış, lakin onunla cinsi əlaqədə olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Həmin ifadəsində göstərmişdir ki, telefon nömrəsini Vasifə verdikdən sonra gizlicə atasının mobil telefon kitabçasına baxıb «Vasif qonşu» kimi qeyd olunan 055 491- 56-82 saylı mobil nömrəsini özündə qeyd etmişdir. O, elə düşünmüşdür ki, Vasif onunla münasibət yaratmaq istəyir və bu səbəbdən Vasifə yazmaq qərarına gəlmişdir. Həmin gün, 29 noyabr 2022-ci il tarixinə keçən gecə saatlarında o, istifadəsində olan 070 320-27-10 saylı mobil nömrədən Vasifin 055 491-56-82 saylı mobil nömrəsinə “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə «Salam» yazmış və Vasif də səhərisi gün ona cavab vermişdir. Bu şəkildə onların Vasif ilə münasibətləri yaranmışdır. Vasiflə yazışarkən sonuncu ondan atasının harada olub olmadığından maraqlanırmış, nəyəsə görə atası Habilə əsəbləşib onu təhqir edirmiş. Həmçinin bir birlərinə sevgi ilə bağlı qarşılıqdı sms mətnləri yazırmışlar. Vasif onu sevdiyini və 4 il sonra 18 yaşı tamam olduqda onu götürüb özü ilə aparacağını, birlikdə ər-arvad kimi yaşayacaqlarını bildirmişdir. O, Vasifin sözlərinə inanaraq özü də xəyallara getmiş və Vasifə daha da bağlanmışdır. 01 dekabr 2022-ci il tarixdə günorta saatlarında Vasif ilə telefonda yazışarkən sonuncu çıxacağını bildirmişdir. O da Vasifə çıxacağını demişdir. Belə ki, özü çörək almağa çıxmalı imiş. Daha sonra evdən çıxmış və küçədə Vasifin onun arxası ilə gəldiyini görmüşdür. O, mağazaya girib çörək aldıqdan sonra bayıra çıxmış, saat təxminən 16:00 radələri olardı, küçədə heç kimin olmadığı yerdə Vasif qəflətən ona yaxınlaşmış və dodaqlarından öpərək sağ əli ilə onun cinsiyyət orqanını sığallamağa başlamışdır. Həmin anda o, Vasifin əlindən çıxıb qaçmaq istəmiş, lakin Vasif onun qolundan tutaraq oradan getməyə imkan verməmişdir. Vasif onu bir qədər öpdükdən sonra arxası ilə evlərinə getməyi təklif etmiş, özü isə əlində çörək olduğu üçün sonuncuya etiraz etmişdir. Bundan sonra Vasif şalvarının zamokunu açıb öz cinsiyyət orqanını çölə çıxartmış və ona onun cinsiyyət orqanını əli ilə oynatmağa məcbur etmişdir. O, köməksiz vəziyyətdə olduğunu düşünüb bir anlıq Vasifdən qorxmuş və sonuncunun dediyi kimi sağ əlində çörək olmaqla sol əli ilə Vasifin cinsiyyət orqanını oynatmağa başlamışdır. Vasif özü də əli ilə ona kömkəlik göstərməklə cinsi ehtirasını başa çatdırmışdır. Vasifin cinsiyyət orqanından ağ maye çıxmış, sonuncu mayeni yerə tökmüşdür. Daha sonra Vasif bu barədə kiməsə bildirdiyi halda atasını öldürəcəyi ilə onu hədələmişdir. O da Vasifdən qorxduğu üçün və özü də utandığına görə Vasiflə bu hərəkətləri etməyi barədə yaxın qohumları və başqa tanışlarına heçnə bildirməmişdir. Bunun üstündən təxminən 3-4 gün keçdikdən sonra, 2022-ci ilin dekabr ayının əvvəllərində xatırlamadığım bir gün Vasif onu yaşadığı evə dəvət etmişdir. O da Vasifə etiraz etməmiş və həmin gün saat 17:00-18:00 radələrində çörək almaq adı ilə evdən çıxıb Vasifin yaşadığı evə doğru yollanmışdır. Vasif evin həyətinin darvazasının qapısını açıq saxladığı üçün o, dərhal evin həyətinə girmişdir. Daha sonra Vasif onu evin həyətində olan əl damı kimi bir otağa salmışdır. Orada Vasif əvvəlcə onun dodağından öpməyə başlamış, sonra isə şalvar və alt paltar tumanını aşağı salaraq öz cinsiyyət orqanının bir hissəsini onun arxa keçəcəyinə salmışdır. Bu anda o, biraz ağrı hiss etmiş, lakin dözə bildiyi üçün Vasifə heçnə deməmişdir. Vasif arxa keçəcəyinə salıb onunla əlaqədə olduqdan sonra cinsi ehtirasını başa çatdırmış və başa çadırana yaxın cinsiyyət orqanını çıxardaraq çölə çıxıb ağ mayeni orada yerdə olan daşın yanına tökmüşdür. Daha sonra Vasif cinsi əlaqədə olmaqları barədə kiməsə bildirdiyi halda atasını öldürəcəyi ilə onu hədələmişdir. O da Vasifdən qorxduğu üçün və özü də utandığına görə Vasiflə bu hərəkətləri etməyi barədə yaxın qohumları və başqa tanışlarına heçnə bildirməmişdir. Vasiflə cinsi əlaqədə olduqları gün sonuncunun evində ailə üzvləri olmamış, özü tək olmuşdur. Hər iki hadisədən sonra Vasiflə yalnız telefonda yazışmışlar, hətta bir dəfə Vasif öz cinsiyyət orqanının şəkilini də ona atmışdır. Vasif ona bir daha görüşərək cinsi əlaqədə olmağı təklif edirmiş, lakin ailə üzvləri evdə olduğu üçün bayırda görüşməyi bildirirmiş. O da kiminsə onları görə biləcəyindən qorxub bayırda görüşmək istəməmişdir. Bu səbəbdən Vasiflə bir daha görüşməmiş, cinsi əlaqədə olmamışlar. 10 dekabr 2022-ci il tarixdə gecə saatlarında o, evdə yatdığı zaman atası telefonuna girib baxmış və Vasiflə yazışmalarını aşkar etmişdir. Bu hadisələrin üstü açıldıqdan sonra anası ərizə ilə polisə müraciət etmişdir. Lakin o vaxta kimi Vasiflə cinsi əlaqədə olmağı barədə anası Əmanətə bildirməmiş, anası və atası Vasiflə yalnız telefonda yazışmağı və sonuncunun ona əxlaqsız təkliflər etdiyini bilmişlər. Vasif adlı qonşusundan başqa bir şəxslə qeyri təbii yolla və ya başqa formada cinsi əlaqədə olmamış, Vasiflə cinsiyyət orqanına olmamış, yalnız arxa keçəcək vasitəsi ilə cinsi əlaqədə olmuş, həmçinin bir dəfə də Vasifin cinsiyyət orqanını əli ilə oynatmışdır. Zərərçəkmiş şəxs əlavə olaraq göstərmişdir ki, 2022-ci ilin noyabr ayında xatırlamadığı tarixdə atası Habil ona bildirmişdir ki, gedib qonşu Vasifin mobil nömrəsini istəsin, atasına Vasifin nömrəsi nəyə görə lazım olduğundan məlumatı olmamış və bu barədə ondan soruşmamışdır. Həmin vaxt o, Vasifin yaşadığı evə getmiş və arvadı Şəlalədən Vasifin mobil nömrəsini götürmüşdür. O zaman bunu Vasifə yazmaqdan ötrü deyil, atasına lazım olduğu üçün etmiş və bu baş vermiş hadisədən bir qədər əvvəl olmuşdur. Zərərçəkmiş şəxs əvvəlki ifadəsində Vasifin ona yaxınlaşaraq əlində olan bir kağızı əynində olan gödəkçənin sol cibinə qoyaraq oradan aralandığını, evə gəldikdə Vasifin onun cibinə qoyduğu kağızda 055 491-56-82 saylı mobil nömrəsini yazdığını göstərsə də, sonradan bunu təkzib etmiş və Vasifin sözlərinə əsasən özünün sonuncuya kağızda mobil nömrəsini verdiyini təsdiq etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusu kimi tanıyır, Zərərçəkmiş şəxs isə doğma qızıdır. Qızının 14 yaşı var, azyaşlıdır. Təqsirləndirilən şəxs ailəlidir, həyat yoldaşı və 2 azyaşlı uşaqları vardır. Onlar Fatimə ilə eyni məktəbə gedirlər, lakin Fatimədən yaşca kiçikdirlər. Keçən ilin qış ayında qızının telefondakı “WhatsApp” proqramına baxdıqda orada Təqsirləndirilən şəxs çılpaq şəkillərini, həmin şəkillərdə özünün cinsiyyət orqanını nümayiş etdirdiyini, qızına əxlaqsız yazılar yazdığını, onu əxlaqsız hərəkətlərə sövq etdiyini görmüşdür. Həmin yazılarda Vasif qızına cinsi əlaqə təklif edirdi. Həmçinin Fatiməni hədələyərək Fatimənin atasını, yəni onun ərini söyürdü. Fatimədən bu görüntülərə aydınlıq gətirməsini istəmiş, Fatimə də etiraf etmişdir ki, iki dəfə Vasif onu evinə çağırmış, onu orada öpmüş və arxadan ona toxunmuşdur. Fatimə hətta ona demişdir ki, Vasif onu yolda gördükdə də öpürdü. Fatimə bildirmişdir ki, Vasif öz nömrəsini ona vermiş, o da Vasiflə yazışmışdır. Bundan sonra Vasifgilə gedərək onun etdiyi hərəkətlərlə maraqlanmışlar. Lakin Vasif etdiyi hərəkətləri boynuna almamışdır. Bundan sonra polisə müraciət etmişlər. Onların şikayətindən sonra Vasif etdiyi hərəkətləri boynuna almışdır. Qızını polisdə müstəntiq onun və pedaqoqun iştirakı ilə dindirmişdir. Qızı onun və pedaqoqun yanında bildirmişdir ki, Vasif öz evində onu soyunduraraq cinsiyyət orqanı ilə arxadan qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Vasif Fatiməni atasını öldürməklə hədələdiyi üçün Fatimə qorxusundan onlara heç bir şey deməmişdir. Hətta burada belə başqa otaqda olsa da Fatimə Təqsirləndirilən şəxs qorxur, həyəcan keçirir. Anasının verdiyi ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Zərərçəkmiş şəxs anasının ifadəsini təsdiq etmiş və bildirmişdir ki, həqiqətən Təqsirləndirilən şəxs evində onu soyundurduqdan sonra cinsiyyət orqanı ilə onun arxasına toxunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşu kimi tanıyır. Vasifi və onun ailəsini, yəni arvadı və 2 azyaşlı uşağını qonşu kimi tanımış, münasibətləri yaxşı olmuş, hətta Vasifin yoldaşı ilə yaxın münasibətdə olmuşlar. 10 dekabr 2022-ci il tarixdə gecə saatlarında qardaşı Habil onun yanına gələrək Fatimənin “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə 055 491-56-82 saylı mobil nömrə ilə xoşagəlməz yazışmaları göstərmişdir. O, həmin nömrənin “WhatsApp” profilindəki şəxsin şəkilinə baxdıqda görmüşdür ki, qonşuları Vasifin şəkilidi. Bunu gördükdən sonra onlar çox narahatçılıq keçirmiş, Vasifgilə gedib ondan Vasifin harada olmasını soruşmuş, Vasif qarşısına çıxdıqda ondan telefondakı şəkil və yazıların nə demək olmasını soruşmuş, sonuncu həyacan keçirmiş və yalandan demişdir ki, guya həmin mobil nömrə olan telefonu itirmişdir. Lakin o və Habil Vasifə inanmayaraq polisə gedib şikayət etmişlər. Polisdə onların şikayət etdiyi gün Vasifi saxlamışlar. Qardaşı qızı Fatimə isə əvvəl Vasiflə yazışmasını inkar etsə də sonradan ona bildirmişdir ki, Vasif məhəllədəki bir dalan kimi yerdə onun şalvarını və alt paltarlarını soyundurmuş, öz şalvarını və alt paltarını aşağı çəkərək arxadan onunla cinsi əlaqədə olmuşdur. Vasif onu atasını öldürməklə hədələdiyi üçün qorxusundan heç kəsə baş vermiş hadisə barədə danışmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir qonşu kimi tanımış, onunla münasibətləri yaxşı olmuş, Vasifin arvadı onun həyat yoldaşı ilə yaxşı münasibətdə olmuş, qızı Fatimə isə Vasifin azyaşlı uşaqları ilə bir məktəbdə oxumaqla bir yerdə oynayırdılar. Qızına öz adına olan mobil telefonu istifadə etmək üçün vermişdir. Lakin bir dəfə qızının telefondakı yazışmaları yoxlayarkən “WhatsApp” profilində qonşuları Vasifin şəklini və yazışmalarını görmüşdür. Dərhal bunları bacısı Nargiləyə göstərmiş, sonuncu ilə birlikdə Vasifgilə gedərək Vasifə telefonda olanları göstərərək bunların nə olduğu ilə maraqlanmışlar. Sonuncu həyacan keçirmiş və yalandan demişdir ki, guya həmin mobil nömrə olan telefonu itirmişdir. Lakin o və bacısı Nargilə Vasifə inanmayaraq polisə gedib şikayət etmişlər. Polisdə onların şikayət etdiyi gün Vasifi saxlamışlar. Qızı Fatimə isə əvvəl Vasiflə yazışmasını inkar etsə də sonradan bacısı Nargiləyə bildirmişdir ki, Vasif məhəllədəki bir dalan kimi yerdə onun şalvarını və alt paltarlarını soyundurmuş, öz şalvarını və alt paltarını aşağı çəkərək arxadan onunla cinsi əlaqədə olmuşdur. Vasif qızını atasını öldürməklə hədələdiyi üçün qızı qorxusundan heç kəsə baş vermiş hadisə barədə danışmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Zərərçəkmiş şəxs Fatimə və onun anası Əmanət qonşuları olub. Onun qonşularla münasibəti yaxşı olmuşdur. Əri Vasif hər gün səhər işə gedib axşam işdən qayıdırdı. Onun Fatiməni evinə dəvət etmək üçün nə vaxtı, nə də imkanı olmamışdır. Lakin bir gün Fatimə onun evinə gələrək əri Vasifin mobil telefon nömrəsini istəmiş və bildirmişdir ki, Vasifin nömrəsini atası istəyir. O da Fatiməyə ərinin telefon nömrəsini vermişdir. Əmanət onun evinə gəlmişdir. X13 SMS-lər yazmasını, fotoşəklini göndərməsini demişdir, lakin ona başqa bir söz deməmişdir. O, ərinin Fatiməyə nə isə yazmasının səbəbini bilmir, ərinə ittiham olunan əməllər haqqında heç bir məlumatı yoxdur. Onun özü heç bir yerdə işləmir, hər gün evdə olur, əri Vasif Fatiməni evə gətirmiş olsaydı bunu mütləq bilərdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirliliyi qismən özünün, zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin və şahidlərin məhkəmə baxışı zamanı verdikləri ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən müəyyən olunur ki,vətəndaş Qanuni nümayəndə beş altı ay olarki qonşuluqdan tanıdığı Vasif adlı şəxsin 2022-ci ilin dekabr ayının əvvəlindən başlayaraq azyaşlı qızı Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Vhatsapp” proqramı vasitəsilə nalayiq sözlər, əxlaqsız təkliflər yazmışdır. Bu mütəmadi baş vermişdir. 10 dekabr 2022-ci ildə təsadüfən Fatimənin mobil telefonuna baxdıqda Vasif adlı şəxsin ona əxlaqsız təkliflər etməsi məzmununda mesajlar görmüş, qızından bunu xəbər aldıqda Vasifin ona hədə qorxu gəlməsini bildirərək bizə məlumat verməyə qoymadığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “götürmə və baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs təqdim etdiyi Samsung J3 markalı mobil telefona anası (qanuni nümayəndəsi) Qanuni nümayəndə iştirakı ilə baxış keçirilən zaman “WhatsApp” qovluğunda Zərərçəkmiş şəxs istifadəsində olan 070 320-27-10 saylı mobil nömrə ilə 055 491-56-82 saylı mobil nömrənin arasında sms yazışmaları aşkar edildi. Zərərçəkmiş şəxs bildirmişdir ki, 055 491-56-82 saylı mobil nömrə məhz Təqsirləndirilən şəxs məxsusdur. Baxış zamanı Zərərçəkmiş şəxs ilk dəfə 29 noyabr 2022-ci il tarixdə 070 320-27-10 saylı mobil nömrədən 055 491-56-82 saylı mobil nömrəsinə «Salam» mətni yazması və sonradan onların arasında sevgi münasibəti üzərində qurulmuş sms mətnləri aşkar edildi. Təqsirləndirilən şəxs ona “4 il sonra 18 yaşın tamam olduqda səni götürüb özümlə aparacağam” mətni yazmış, həmçinin Zərərçəkmiş şəxs öz cinsiyyət orqanının şəkilini atmışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan müəyyən olunur ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilən zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı etdiyi seksual xarakterli zorakılıq hərəkətlərini sonuncunun üzünə qarşı deyərək Təqsirləndirilən şəxs əməllərini bir daha təsdiq etm işdir. Məhkəmədə elan edilib araşdırılmış “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli bilinərək xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay 20 (iyirmi) gün müddətinə həbs qətimkan tədbiri seçilməklə, həbsin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Bu məhkəmə iclasında Təqsirləndirilən şəxs hakimə verdiyi izahatında Fatmə Əliyeva ilə sadəcə whatsap vasitəsi ilə yazışdıqlarını, ona şəkillər yolladığını etiraf etmişdir. Məhkəmədə elan edilib araşdırılmış “ifadələrin yerində yoxlanması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanın qarşısını göstərərək bildirdi ki, 01 dekabr 2022-ci il tarixdə saat 16:00 radələrində məhz həmin yerdə Təqsirləndirilən şəxs onun köməksiz vəziyyətindən istifadə etməklə dodaqlarından öpüb cinsi orqanını ona əli ilə oxalamağa məcbur etmiş, habelə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 3nvanın girişində olan yardımçı otağı göstərərək bildirdi ki, 2022-ci ilin dekabr ayının əvvəllərində saat 17:00-18:00 radələrində Təqsirləndirilən şəxs onun dodaqlarından öpərək şalvar və alt paltarını aşağı salıb arxa keçəcək vasitəsilə cinsi əlaqədə olaraq ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyini təsdiq etmişdir. Müəyyən edilmişdir ki, hadisə yerləri Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanın qarşısı və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 3nvanın girişində olan yardımçı otağıdır. Məhkəmədə elan edilib araşdırılmış “Məhkəmə Tibbi Ekspertiza və X7” X12 15 dekabr 2022-ci il tarixli 1003 nömrəli ekspert rəyindən müəyyən olunur ki;

1. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir.

2. Zərərçəkmiş şəxs arxa keçəcəkdə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Məhkəmədə elan edilib araşdırılmış “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 17 mart 2023-cü il tarixli 1313 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs sakit təbiətlilik, konfliktə və mübahisəyə meyilli olmamaq, sadəlöhvlük, tez inanmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs kimi fərdi-psixi xüsusiyyətlərinə görə (sakit təbiətlilik, konfliktə və mübahisəyə meyilli olmamaq, sadəlöhvlük, tez inanmaq və s.) onunla edilən hərəkətlərin xarakter və mənasını tam dərk etmək qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs intim münasibətin, cinsi əlaqənin mahiyyətini tam dərk etməkdə çətinlik çəkir, normalarla müqayisə edib məntiqi olaraq əlaqələndirmək, qiymətləndirmək bacarığı zəif inkişaf etmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 20 may 2023-cü il tarixli 1382 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək vəonları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onalır idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış “Məhkəmə Tibbi Ekspertiza və X7” X12 16 iyun 2023-cü il tarixli 257 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. Məhkəmədə tədqiq olunmuş «sübutlraın qiymətləndirilməsi barədə» xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə ittiham verilmiş, məhkəmə-tibbi ekspertizasının 15 dekabr 2022-ci il tarixli 1003 nömrəli, 16 iyun 2023-cü il tarixli 257 nömrəli, məhkəmə-psixiatrik ekspertizasının 20 may 2023-cü il tarixli 1382 nömrəli, məhkəmə-psixoloji ekspertizasının 06 dekabr 2021-ci il tarixli 2910 nömrəli və 17 mart 2023-cü il tarixli 1313 nömrəli rəyləri sübut kimi qiymətləndirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İinformasiya İdarəsindən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə iş üzrə toplanmış bütün sübutlara və işin obyektiv hallarına qiymət verməklə belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə düzgün olaraq tövsif etmiş və Təqsirləndirilən şəxs bu maddə ilə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsi xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 2015-cu il təvəllüdlü uşağı vardır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı etdiyi əməllərini etiraf etməməsi, zərərçəkmiş şəxsə qarşı seksual xarakterili zorakılıq hərəkətləri etməməsi, onunla qeyri-təbii yol ilə cinsi əlaqədə olmaması barədə ifadəsi cinayət işində olan bütün sübut növləri- zərərçəkmiş şəxsin, qanuni nümayəndəsi və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları və cinayət işinin məhkəmədə tədqiq edilmiş digər materialları ilə tam təkzib edilmiş və Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs zor tötbiq etmklə, habelə atasını öldürəcəyi ilə hədələməklə onun köməksiz vəziyyətindən istifadə edərək ona qarşı təkrarən seksual xarakterli zorakılıq hərəkətləri etməsi tam sübuta yetirilmidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsinin dispozisiyasında göstərilən əməlini xx.xx.2022-ci tarixdə törətmişdir. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsində olan 150.3.3-cü maddəsində nəzərdə tutulmuş əmələ görə cəza müddətləri 8 ildən 15 ilə qədər azadlıqdan məhrum etmə kimi müəyyən edilmişdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə” 27 dekabr 2022-ci il tarixli qanunun 3.3.5-ci bəndinə əsasən 150.3.3-cü maddənin dispozisiyasından “təqsirkar şəxs üçün aşkar surətdə” sözləri çıxarılmış, sanksiyada “səkkiz ildən on beş” sözləri “üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on beş ildən iyirmi» sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsinə əsasən cəza təyin edilən zaman, cinayət əməli törədilən zaman qüvvədə olan CM-nin müddəaları nəzər alınmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Belə ki, CMnin 61-ci maddəsində azyaşlı və köməksiz vəziyyətdə olan şəxsə qarşı cinayətin törədilməsi cəzası ağırlaşdıran hallar olsa da həmin maddənin (61.1-ci maddə) tələbinə əsasən CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına biləz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir . Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X3 təməl prinsiplərindəndir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəliyini, əməlin azyaşlı şəxsə qarşı törədildiyini nəzərə alaraq hesab edir ki, onun islah olunması yalnız cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən CM-nin 150.3.3-cü maddəsi xüsusilə ağır cinayətlərə aiddir. Azərbaycan Respublikası CMnin CM-nin 56.1.3-cü maddəsinə əsasən qəsdən törədilmiş xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs kimi Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Mahdı Rahımını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakını müəyyən etmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə,

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli “22” aprel 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Rasim Sadıxov Hakimlər: Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar