Məhkəmə qərarları › İş №1(101)-597/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-597/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-597/2025 15.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov X9 Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, Müdafiəçi 15 saylı Vəkil bürosunun vəkili X11, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, yetkinlik yaşına çatmayan 1 uşağı olan, məhkum olunmamış, Naxçıvan MR, Şərur rayonu, Qaraxun kəndində qeydiyyatda olan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin maddənin əldə edilməsi, saxlanması, daşınması və satılması barədə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə Bakı şəhəri ərazisinə gətirilməklə gizlədilmiş külli miqdarda narkotik vasitəni gizlədildiyi yerdən götürüb onun göstərişinə uyğun formada müqəddəratına sərəncam verməklə satışını həyat keçirməyi şəxsiyyəti istintaqa məlum olmayan həmin şəxsə vəd verib razılaşdıqdan sonra, sonuncunun göstərişi ilə 07 iyun 2023-cü il tarixdə saat 00:45 radələrində ünvan 1 ünvanın yaxınlığında 03 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 530,0 qram, 300,0 qram, 290,0 qram, ümumi təmiz çəkisi 1120,0 qram olmaqla külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı gizlədildiyi yerdən taparaq satış məqsəd ilə qanunsuz olaraq əldə etməklə, üzərində saxlayaraq daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07 iyun 2024-cü il tarixdə saat 00:45 dəqiqədə ünvan 1 ünvanın qarşısında saxlanılıb ünvan 2əşən Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin inzibati binasına gətirilərək orada aparılan şəxsi axtarış və götürmə zamanı çiynindən asılmış qara rəngli çantadan 03 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 530,0 qram, 300,0 qram, 290,0 qram, ümumi təmiz çəkisi 1120,0 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, onu Nərimanovda saxlayıblar, saat təxminən gecə 11-12 radələrində və üzərində 4 qram marixuana olmuşdur. Verilən suallara cavab olaraq isə bildirmişdir ki, narkotik vasitdən istifadə edir. Üzərində olan 4 qram narkotiki ona konum atıldıqdan sonra gedib həmin yerdən götürmüşdür. Aşkar olunmuş 1 kq narkotik vasitə ona aid deyil, ona təzyiq ediblər. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrin müxtəlif növlərindən istifadə edir, ailəlidir, 2 azyaşlı övladı var. Təxminən 1 il olar ki, Azərbaycana qayıtmış, özü Bakı şəhərində fərdi əməklə məşğul olsa da ailə üzvləri Şərur rayonunda yaşayırlar. 2024cü ilin may ayı ərzində işləri zəif olduğundan borcu yaranmış, həmçinin də övladının müalicəsi üçün pul lazım olmuşdur. Həmin ərəfələrdə onunla eyni məhəllədə yaşayan Məhəmməd adlı şəxsə danışan zaman ona yaxşı gəlirli iş tapacağına söz vermişdir. Bu danışıqlarından bir neçə gün sonra Məhəmməd onunla əlaqə saxlayıb onun nömrəsini bir nəfərə verdiyini, həmin şəxslə əlaqə saxlamağını istəmişdir. O da Məhəmmədin dediyi +**********97 saylı nömrəni öz telefonunda “hhh” adı ilə qeyd edib istifadə etdiyi 051 *** ** ** saylı nömrə ilə qeydiyyatdan keçdiyi “Whatsapp” vasitəsi ilə həmin şəxsə ismarıc yazaraq əlaqə saxlamışdır. Həmin şəxs isə İran İslam Respublikasının vətəndaşı olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olduğunu, əgər onun şərtləri ilə razı olarsa ona yüksək gəlir verəcəyini bildirmişdir. Belə ki, razılaşmalarına əsasən həmin şəxsin ona dediyi ünvanlardan narkotik vasitəni götürüb dediyi digər ünvanlara qoyacaqmış və bunun qarşılığında ona pul verəcəkmiş. Razılaşdıqlarından həmin şəxs ondan xəbər gözləməyini istəmiş, o də həmin şəxsdən xəbər gözləmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Bakı şəhərində tanışının övladının sünnət toyunda olmuşdur. Toyda olduğu vaxt “hhh” adı ilə telefonunda qeyd etdiyi həmin iranlı ona “Whatsapp” vasitəsi ilə ismarıc yazaraq onun göndərəcəyi konuma gedib, orada gizlədilmiş narkotik vasitəni götürərək onun deyəcəyi digər ünvana aparmağını istəyib bunun qarşılığında ona 4000 manat pul verəcəyini bildirmişdir. O da etiraz etmədiyindən həmin şəxs ona narkotik vasitənin gizlədildiyi yerin konumunu “Whatsapp” vasitəsi ilə göndərmişdir. Daha sonra toydan çıxıb tanımadığı taksi ilə “Whatsapp” vasitəsi ilə ona göndərilən konuma doğru getmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə, saat 00:40-da narkotikin gizlədildiyi Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 4 ünvanının qarşısına gəlmişdir. Həmin yerdə taksidən düşərək ərazini gəzib divarın arxasından narkotik vasitəni tapmışdır. Həmin narkotik vasitə qara rəngli çiyin çantasının içərisində olmuşdur. Narkotik vasitəni tapdıqdan sonra içərisində narkotik vasitə olan çantanı çiynindən asmış və bir qədər həmin yerdən uzaqlaşdıqdan sonra 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin əməkdaşları olduqlarını bildirib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onlarla birlikdə Nərimanov RPİ-nin 18-ci PŞ-ə getməsini xahiş etmişlər. Onlarla birlikdə Nərimanov RPİ-nin 18-ci PŞyə getmişdir. Polis Şöbəsində onun üzərində şəxsi axtarış və götürmə aparacaqları barədə məlumat vermişdirlər. Ona görə də hüquqlarını izah edib, vəkil siyahısı təqdim etmişdirlər ki, istədiyi vəkili hüquqlarının müdafiəsi üçün seçə bilsin. O da təqdim olunmuş siyahıdan X8 hüquqlarının müdafiəsi üçün seçmişdir. Polis əməkdaşı vəkil X8 şöbəyə dəvət etmişdir. Vəkil gəldikdən sonra onun və onu Nərimanov RPİ-nin 18-ci PŞ-ə gətirmiş əməkdaşların iştirakları ilə üzərində şəxsi axtarış və götürmə aparmağa başlamışdırlar. Polis əməkdaşı ona təklif etmişdir ki, üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etmişdir. O da çiynindəki qara rəngli çantanı, əynində olan qara rəngli şalvarın yan cibindən bir ədəd pul qabını, bir ədəd Samsung markalı telefonu, bir ədəd “vincester” siqaret qutusunu və bir ədəd alışqanı masanın üzərinə qoyaraq üzərində olan əşyaların bunlardan ibarət olduğunu bildirmişdir. Masanın üzərinə qoyduğu çantaya baxıldıqda içərisindən 3 ədəd qara rəngli sellofana bülkülmüş və üzəri yapışqan lentlə bağlanmış büküm aşkar edilmişdir. Həmin bükümlərin hər üçü qayçı ilə kəsildiyi zaman içərisində narkotik vasitə qurudulmuş marixuananın olduğu aşkar edilmişdir. Bundan əlavə təqdim etdiyi pul qabının içərisində ona məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd leo bank, bir ədəd Kapital bank kartı və nəqliyyat kartları aşkar edilmişdir. Həmin aşkar olunmuş 3 ədəd qara rəngli sellofan bükümlər qablaşdırılmışdır. Təqdim etdiyi Samsung markalı mobil telefon, bank kartları və içərisində narkotik vasitə qurudulmuş marixuana olan bükümlər sübut əhəmiyyəti kəsb etdiyi üçün qablaşdırılaraq götürülmüş, siqaret və alışqan isə özünə geri qaytarılmışdır. Məhəmmədi yaşadığı məhəllədən tanıyır. Məhəmməd qısa müddət, yəni təxminən 15 gün onun kirayə yaşadığı evin yaxınlığında kirayədə qalmış, daha sonra isə Türkiyə Respublikasına köçüb getmişdir. Məhəməddin yalnız adını bilir, onun digər anket məlumatlarını bilmir. İran İslam Respublikası vətəndaşının istifadəsində olan +**********97 saylı nömrəni ona Məhəmməd vermiş və telefonunda “hhh” adı ilə qeyd etmişdir. Həmin şəxsin kim olduğu barədə dəqiq məlumatı yoxdur, həmin şəxs özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş, lakin adını və digər məlumatlarını deməmişdir. Razılaşmalarına əsasən həmin şəxsin dediyi yerdən narkotik vasitəni götürüb onun dediyi digər ünvana aparacaqmış və bunun qarşılığında onun kartına pul göndərəcəkmiş. Həmin narkotik vasitə qurudulmuş marixuananın necə və kim tərəfindən onun götürdüyü yerə gətirilməsi barədə dəqiq məlumatı yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, daxil olmuş məlumatı əsasında əməliyyat qrupu yaradılmış, əməliyyat tədbirləri keçirilərək təqsirləndirilən şəxs saxlanılaraq idarəyə gətirilmiş, üzərinə baxış keçirilərkən ondan marixuana aşkar olunmuşdur. Verilən suallara cavab olaraq isə bildirmişdir ki, şəxsə qarşı hər hansı zor və ya təzyiq göstərilməmişdir. Şahid2 ibtidai araşdırma zamanı Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. 06 iyun 2024-cü il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Təqsirləndirilən şəxs Nərimanov rayonu, “Montin” qəsəbəsində qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə gəzdirməsi, saxlaması və daşıması və satışında şübhəli olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəhbərliyinə məruzə edilmiş, müvafiq icazə verildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmış, həmin əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Daha sonra keçirilmiş ilkin tədbirlərlə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək 07 iyun 2024cü il tarixdə saat 00:35 radələrində Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 4 ünvanının qarşısı və ətraf ərazilər o və əməliyyat qrupunun digər üzvü tərəfindən əməliyyat müşahidəsinə götürülmüşdür. Bir neçə dəqiqə sonra, yəni 07 iyun 2024-cü il tarixdə saat 00:40 radələrində zahiri əlamətlərindən Təqsirləndirilən şəxs bənzər, sonradan isə sonuncunun olduğu müəyyən edilən şəxsin piyada olaraq Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 4 ünvanının qarşısına gəlib bir qədər gəzdikdən sonra həmin ərazidə divarın arxasında gizlədilmiş qara rəngli çiyin çantasını götürərək həmin ərazidən uzaqlaşmaq istədiyini görmüşdür. Bu zaman Elçinə yaxınlaşaraq özlərini təqdim edib anket məlumatlarını dəqiqləşdirərək həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdirlər. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edərək üzərində narkotik vasitə olub-olmaması barədə şifahi sorğu-sual etmişdirlər. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində daşıdığı çantada narkotik vasitə olduğunu bildirmişdir. Həmin yerdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına şərait olmadığına görə sonuncu saxlanıldığı yerdən Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirilçişdir. Nərimanov RPİ- nin 18-ci PŞ-nə gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Daha sonra isə şöbənin inzibati binasında xidməti otaqlardan birində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla müdafiəçisinin, Nərimanov RPİ-nin 18-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və onun iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra sonuncu çiynindəki qara rəngli çantanı, əynində olan qara rəngli şalvarın yan cibindən bir ədəd pul qabını, bir ədəd Samsung markalı telefonu, bir ədəd “vincester” siqaret qutusunu və bir ədəd alışqanı masanın üzərinə qoyaraq üzərində olan əşyaların bunlardan ibarət olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu çantaya baxıldıqda içərisindən 3 ədəd qara rəngli sellofana bülkülmüş və üzəri yapışqan lentlə bağlanmış büküm aşkar edilmişdir. Həmin bükümlərin hər üçü qayçı ilə kəsildiyi zaman içərisində qurudulmuş ot formasında olan spesifik iyə malik bitki mənşəli kütlə aşkar edilmişdir. Bundan əlavə təqdim olununmuş pul qabının içindən Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd leo bank, bir ədəd Kapital bank kartı və nəqliyyat kartları aşkar edilmişdir. Həmin aşkar olunmuş 3 ədəd qara rəngli sellofan bükümlər qablaşdırılmışdır. Təqdim olunan Samsung markalı mobil telefon, bank kartları sübut əhəmiyyəti kəsb etdiyi üçün qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəni haradan aldığı və nə üçün üzərində gəzdirdiyi soruşduqda narkotik vasitəni İran vətəndaşından Vatsap vasitəsilə onlayn alaraq götürdüyünü, pulunu isə sonra karta göndərəcəyini bildirmişdir. Bundan sonra boş zərf götürülərək, həmin zərfin içərisi iştirakçılara göstərilmiş, aşkar olunmuş bank kartları mobil telefon boş zərflərin içərisinə qoyularaq, qablaşdırılmış, narkotik vasitə olması şübhə edilən bükümlər qablaşdırılaraq DİN-in 224 saylı möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Siqaret və alışqan istintaq marağı kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman, eləcə də şöbədə olduğu zaman ona qarşı heç bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə gətirilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2024-cü il cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişinin köçürüldüyü bir ədəd diskdən) görünür ki, Təqsirləndirilən şəxs çiynindəki qara rəngli çantanı, əynində olan qara rəngli şalvarın yan cibindən bir ədəd pul qabını, bir ədəd Samsung markalı telefonu, bir ədəd “vincester” siqaret qutusunu və bir ədəd alışqanı masanın üzərinə qoyaraq üzərində olan əşyaların bunlardan ibarət olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu çantaya baxıldıqda içərisindən 3 ədəd qara rəngli sellofana bülkülmüş və üzəri yapışqan lentlə bağlanmış büküm aşkar edilmişdir. Həmin bükümlərin hər üçü qayçı ilə kəsildiyi zaman içərisində qurudulmuş ot formasında olan spesifik iyə malik bitki mənşəli kütlə aşkar edilmişdir. Bundan əlavə təqdim olununmuş pul qabının içindən şəxsiyyət vəsiqəsi, bir ədəd leo bank, bir ədəd Kapital bank kartı və nəqliyyat kartları aşkar edilmişdir. Həmin aşkar olunmuş 3 ədəd qara rəngli sellofan bükümlər qablaşdırılmışdır. Təqdim olunan Samsung markalı mobil telefon, bank kartları sübut əhəmiyyəti kəsb etdiyi üçün qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəni haradan aldığı və nə üçün üzərində gəzdirdiyi soruşdulduqda narkotik vasitəni İran vətəndaşından Vatsap vasitəsilə onlayn alaraq götürdüyünü, pulunu isə sonra karta göndərəcəyini bildirmişdir. Bundan sonra boş zərf götürülərək, həmin zərfin içərisi iştirakçılara göstərilmiş, aşkar olunmuş bank kartları mobil telefon boş zərflərin içərisinə qoyularaq, qablaşdırılmış, narkotik vasitə olması şübhə edilən bükümlər qablaşdırılmışdır. Siqaret və alışqan istintaq marağı kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD formatlı optik disk cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2024-cü il tarixli “mobil telefon cihazına baxış keçirilməsi” haqqında protokolda qeyd olunmuşdur ki, “Samsung” markalı mobil telefonun “Qalareya” bölməsinə baxış zamanı qaraj tipli tikilinin fotoşəkillərinin üzərində müəyyən yerlərin işarələnmiş şəkillərinin olması, həmin mobil telefonun “WhatsApp Business” proqramına baxış zamanı isə “hhh” adı ilə qeyd edilmiş +**********97 saylı xarici ölkənin mobil operatoruna məxsus mobil nömrə ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində narkotik vasitə və psixotrop maddələrin satışını təşkil etmək məqsədi ilə narkotik vasitə və psixotrop maddənin “hhh” adı ilə qeyd edilmiş +**********97 saylı mobil nömrənin istifadəçisi tərəfindən Təqsirləndirilən şəxs çatdırılması məzmununda qraşılıqlı olaraq səsli ismarıcların göndərilməsi, həmin səs yazılarma baxış zamanı isə Təqsirləndirilən şəxs özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “hhh” adı ilə qeyd edilmiş +**********97 saylı mobil nömrənin istifadəçisi ilə qarşılıqlı olaraq səsli mesajlar göndərərək, sonuncunun göndərəcəyi narkotik vasitənin pul qarşılığında gizlədildiyi yerdən götürülərək başqa ünvana daşınması barədə razılığa gəldikləri, daha sonra isə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə narkotik vasitə götürmək üçün Nərimanov rayonu ərazisinə gəldiyi müəyyən edilmişdir. Mobil telefon cihazına baxış keçirilməsinin görüntülərini özündə əks etdirən foto cədvəl və 01 ədəd CD formatlı optik disk cinayət işinin materiallarına əlavə olunmuşdur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16-2-7/932 nömrəli ekspert rəyindən görünür ki, üzərində “....Təqsirləndirilən şəxs” yazı və imzalar olan 3 (üç) ədəd üzəri skoçla bağlanmış qara rəngli sellofan bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 530 qram, 300 qram, 290, qram olmaqla, ümumi çəkisi 1120 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitədir qrudulmuş marixuanadır. Ekspert tədqiqatından sonra qalıq çəkisi 1119,85 qram olan narkotik vasitə qurudulnmuş marixuana Nərimanov RPİ-nin saxlancına təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli 5655 nömrəli Səhiyyə Nazirliyi Respublika X10 X13 X3 dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin epizodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif edilir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının,habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, göründüyü kimi məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin (bir hissəsinin) ona məxsus olmadığını və üzərinə qoyulduğunu, narkotik vasitəni satmaq fikri olmadığını, satmaq barədə kimdənsə tapşırıq almadığını, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər edildiyini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, videoçəkilişdən istifadə edilməklə axtarış-baxış keçirilmişdir. Axtarış-baxışın nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bundan əlavə, xx.xx.2024-cü il tarixli “mobil telefon cihazına baxış keçirilməsi” haqqında protokolda qeyd olunmuşdur ki, “Samsung” markalı mobil telefonun “Qalareya” bölməsinə baxış zamanı qaraj tipli tikilinin fotoşəkillərinin üzərində müəyyən yerlərin işarələnmiş şəkillərinin olması, həmin mobil telefonun “WhatsApp Business” proqramına baxış zamanı isə “hhh” adı ilə qeyd edilmiş +**********97 saylı xarici ölkənin mobil operatoruna məxsus mobil nömrə ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində narkotik vasitə və psixotrop maddələrin satışını təşkil etmək məqsədi ilə narkotik vasitə və psixotrop maddənin “hhh” adı ilə qeyd edilmiş +**********97 saylı mobil nömrənin istifadəçisi tərəfindən Təqsirləndirilən şəxs çatdırılması məzmununda qraşılıqlı olaraq səsli ismarıcların göndərilməsi, həmin səs yazılarma baxış zamanı isə Təqsirləndirilən şəxs özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “hhh” adı ilə qeyd edilmiş +**********97 saylı mobil nömrənin istifadəçisi ilə qarşılıqlı olaraq səsli mesajlar göndərərək, sonuncunun göndərəcəyi narkotik vasitənin pul qarşılığında gizlədildiyi yerdən götürülərək başqa ünvana daşınması barədə razılığa gəldikləri, daha sonra isə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə narkotik vasitə götürmək üçün Nərimanov rayonu ərazisinə gəldiyi müəyyən edilmişdir. Mobil telefon cihazına baxış keçirilməsinin görüntülərini özündə əks etdirən foto cədvəl və 01 ədəd CD formatlı optik disk cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2024-cü il tarixli 5655 nömrəli Səhiyyə Nazirliyi Respublika X10 X13 X3 dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin epizodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Bundan başqa, məhkəmə qeyd edir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən psixoloji və fiziki təzyiqlərə məruz qalması barədə təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi dəlillər işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsiləndirilən şəxsin tutulan zaman polis əməkdaşları tərəfindən fiziki və ya psixoloji təzyiqlərə məruz qalmasının müəyyən edilməsi barədə araşdırma aparılaraq və ekspert rəyi də nəzərə alınmaqla cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş narkotik vasitənin (bir hissəsinin) ona məxsus olmadığı və üzərinə qoyulduğu, narkotik vasitəni satmaq fikri olmadığı, satmaq barədə kimdənsə tapşırıq almadığını, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər etməsi barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsi zamanı ifadəsində bildirdiklərini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (ibtidai araşdırmanın ilkin mərhələsi zamanı verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, narkotik vasitənin miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində əsas meyar olmasa da məhkəmə işin digər hallarını, təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitənin istehlak miqdarından dəfələrlə artıq miqdar təşkil etməklə birdəfəlik istehlak üçün nəzərdə tutulmamasını, bükümlər (bağlamalar) halında olmasını, həmçinin şəxsin mobil telefonuna baxış zamanı aşkar olunmuş məlumatların məzmununu nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib- qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib- edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X14rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı (ibtidai araşdırmanın ilkin mərhələsi zamanı verdiyi ifadəsi), şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və baxış protokolları və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bununla yanaşı, cinayət işinin materiallarından və elektron məhkəmə informasiya sistemindən görünür ki, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmayan bir uşağı var. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini (təqsirini) qismən etiraf etməsini, əvvəllər məhkum olunmaması və yetkinlik yaşına çatmayan 1 uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin diferensiallaşdırılmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi (yaşayış yeri) üzrə narkoloji dispanserində (kabinetdə) profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Nərimanov RPİ-nin maddi sübutların saxlanc anbarında kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 1119,85 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd optik disk (DVD), mobil telefon cihazına baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd (CD) disk cinayət işinin materiallarında saxlanılmalı, “Samsung” markalı bir ədəd mobil telefon təqsirləndirilən şəxsin özünə və ya qohumlarına qaytarılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Bununla yanaşı məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və barəsində 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxs ərazi (yaşayış yeri) üzrə narkoloji dispanserində profilaktik (kabinetdə) qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Nərimanov RPİ-nin maddi sübutların saxlanc anbarında kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 1119,85 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk, mobil telefon cihazına baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd cd formatlı optik disk cinayət işinin materiallarında saxlanılsın, “Samsung” markalı bir ədəd mobil telefon təqsirləndirilən şəxsin özünə və ya qohumlarına qaytarılsın. İş üzrə ekspertiza xərci 70 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 15 saylı Vəkil bürosunun vəkili X6 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 manat məbləğində pul ödənilsin və hüquqi yardıma görə pul məbləğinin ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar