Məhkəmə qərarları › İş №1(101)-598/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-598/2021

21.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-598/2021 21.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid mütəxəssis X2 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1984-cü il sentyabrın 30-da Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi qaydada fəhlə işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149.2.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 2009-cu ildən Şahid ilə qeyri-rəsmi nikah münasibətinə daxil olmaqla sonuncunun keçmiş əri X8 ilə birgə nikahından anadan olmuş və onlarla birlikdə yaşayan övladı Zərərçəkmiş şəxs 2005-ci il 21 yanvar təvəllüdlü olduğunu dəqiq bildiyi halda 2020-ci il yanvarın 24-də saat 01-02 radələrində Şahid evdə olmamasından istifadə edərək cinsi ehtirasını ödəməkdən ötrü yaşadıqları ünvan 2 saylı evin yataq otağındakı çarpayıda yatan Zərərçəkmiş şəxs üstünə çıxıb sonuncunun əynindəki paltarını çıxarmış, qollarını və ağzını əlləri ilə tutmaqla zor tətbiq etmiş, iradəsinə zidd olaraq zorla təbii yolla cinsi əlaqədə olub onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs zorlamış, nəticədə 2020-ci il avqustun 08-də tibbi müayinə zamanı sonuncuda 29 həftəlik hamiləlik müəyyən edilmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 149.2.3.-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməklə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs zorlamamış və heç bir cinayət törətməmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan 2005-ci il 21 yanvar təvəllüdlü Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, bir yaşı olanda valideynləri ayrıldığına görə onlar Gəncə şəhərindən Bakı şəhərinə köçmüşlər. 2009-cu ildə anası Şəhla Eldar qızı X6 Babayev ilə qeyri-rəsmi ailə həyatı qurduğundan onlar sonuncuya məxsus mənzildə yaşamağa başlayaraq o, Natiqi atası kimi qəbul etmişdir. Bəzən Gəncə şəhərinə gedib öz atası ilə görüşsə də onun bütün tələbatlarını Natiq ödəmiş, 2011-ci ildə anası ilə Natiqin Nihat adlı oğlu dünyaya gəlmişdir. Yaşadıqları mənzil bir otaqdan ibarət olduğundan onlar eyni yataqda yatmışlar, böyüdükcə Natiq ona qarşı daha da xoş münasibət göstərməyə başlamışdır. 2020-ci il yanvarın 23-də anası ikigünlük Gəncə şəhərində yaşayan onun böyük bacısı Günətaygilə yollandığından o, Nihat və Natiq ilə birlikdə qalmış, gecə saat 01-02 radələrində yuxuda olarkən qılçasında nəsə hiss etməklə ayılmış və Natiqin əli ilə onun ayağına toxunduğunu, əynindəki şortiki və alt paltarını aşağıya endirərək qurşaq hissəsini yorğanla örtdüyünü görmüşdür. O, həyəcanlandığından heç bir söz deyə bilməmiş, durmaq istəyəndə sonuncu onun üstünə çıxıb əli ilə ağzını tutmaqla sakit olmasını söylədikdə qorxusundan sözünə əməl etmiş, Natiq digər əli ilə geyindiyi donu yuxarıya qaldıraraq alt paltarını çıxartmış, müqavimət göstərməyə cəhd etsə də sonuncu qollarını sıxıb ona mane olmuş, bu zaman cinsiyyət orqanına nəyinsə daxil olduğunu və ağrı yarandığını hiss edəndə Natiqin öz cinsiyyət orqanını onun cinsiyyət orqanına saldığını anlamışdır. O, çırpınmaqla Natiqin altından çıxmağa çalışsa da sonuncu güc tətbiq edərək əli ilə ağzını tutub qışqırmağına mane olmuş, Natiq təxminən bir dəqiqə cinsiyyət orqanını hərəkət etdirdikdən sonra öz cinsiyyət orqanından bədəninin daxilinə doğru maye axdığını hiss etmiş, sonuncu onun üstündən durmaqla olanları danışsa, anasının onu öldürəcəyini, Natiqi həbs edəcəklərini, qardaşının isə yetim qalacağını söyləmişdir. Səhərisi gün zəng vurduqda və axşam evə qayıdanda anasına bu barədə heç nə deməmiş, 2020-ci ilin iyul ayında qarnında şişkinlik əmələ gəldiyini gördükdə Natiq hamilə olduğu halda uşağın düşməsi üçün ona dərman verəcəyini bildirmiş, 2020-ci il avqustun 05-də gecə saaatlarında qarın nahiyəsində şiddətli ağrılar başladığından Natiq ağrıkəsici dərman almağa getmiş, anası yaxşılaşmadığını görərək təcili tibbi yardıma zəng vurmuşdur və evlərinə gələn həkimlər onu 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar, orada həkimlər hamilə olduğunu bildirəndə Natiq ona yaxınlaşıb heç kimə heç nə deməməsini tapşırmışdır. Taksi ilə evə qayıdarkən parkın yanında düşmüşlər və o, anasını kənara çəkməklə olanları danışmışdır. Həmin gecə anası ilə qonşularıgildə qalmış və polis əməkdaşları zəng vuraraq onları Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə dəvət etmişlər. İş üzrə şahid qismində dindirilən Şahid övladı olan şahid Zərərçəkmiş şəxs ilə uyğun ifadə verdi. Məhkəmə iclasında ifadəsi elan edib tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahatda, şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələrində ittiham olunduğu əməlləri tam etiraf etməklə törətdiyi cinayəti təfsilatı ilə izah etmiş, 2020-ci il dekabrın 07-də təqsirləndirilən şəxs qismindəki son ifadəsində özünü təqsirli bilməmişdir (1-ci cild, iş vərəqi 28-30, 50-52, 101-103 və 284-285). İş materiallarında olan 2005-ci il 08 may tarixli AZ-İ seriyalı 576087 №-li doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs 2005-ci il yanvarın 21-də anadan olmuşdur, yəni hadisə zamanı 15 yaşı tamam olmaqla yetkinlik yaşına çatmamışdır (1-ci cild, iş vərəqi 8). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 07 avqust tarixli protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsindəki birotaqlı mənzilə baxış zamanı Zərərçəkmiş şəxs çarpayını göstərib hadisənin orada baş verdiyini bildirmiş, fotocədvəl protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 13-19). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 07 avqust tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 152.1.-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 39). İş materiallarında olan 2017-ci il 03 noyabr tarixli AZ-İV seriyalı 013761 №-li doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 2011-ci il 06 yanvar təvəllüdlü Nihat adlı övladı vardır (1-ci cild, iş vərəqi 53). İş materiallarında olan «Diaqnoz» tibb mərkəzinin 2020-ci il 08 avqust tarixli çıxarışından görünür ki, Zərərçəkmiş şəxs 29 həftəlik hamiləlik müəyyən olunmuşdur (1-ci cild, iş vərəqi 55). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 08 avqust tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini göstərib hadisəni təfsilatı ilə danışmaqla ifadəsini təsdiqləmiş, fotocədvəl protokol əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 85-89). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 09 avqust tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edildiyi Azərbaycan Respublikasının CM-nin 152.3.-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 90-91). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 09 avqust və 2020-ci il 18 avqust tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs və yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yanaq epiteli qaşıntısı nümunələri götürülmüşdür (1-ci cild, iş vərəqi 105 və 124). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2020-ci il 09 avqust tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 152.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2020-ci il avqustun 07dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 116- 118). İş materiallarındakı Xətai Rayonu İcra hakimiyyəti başçısının Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin tərtib etdiyi 2020-ci il 13 avqust tarixli 657 nömrəli arayışdan və eyni tarixli 658 nömrəli xasiyyətnamədən görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır (1-ci cild, iş vərəqi 120-121). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2020-ci il avqustun 14-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (1-ci cild, iş vərəqi 122). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 18 avqust tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bətnindən cansız olaraq dünyaya gəlmiş körpənin qan nümunəsi götürülmüşdür (1-ci cild, iş vərəqi 126). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibbi Ekspertiza və X5» publik hüquqi şəxsinin 2020-ci il 18 avqust tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyaya gətirdiyi İ dərəcəli yarımçıq doğulmuş döldə bətndaxili hipoksiyadan antenatal ölüm baş vermişdir (1-ci cild, iş vərəqi 130). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibbi Ekspertiza və X5» publik hüquqi şəxsinin Bakı şəhər şöbəsinin canlı şəxsin ekspertizasına dair 2020-ci il 14 avqust tarixli 386 nömrəli ekspert rəyindən görünür ki, 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkarlanmamış, sonuncunun qızlıq pərdəsinin tamlığı pozulmamaqla qızlıq pərdəsinin anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir, Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla arxa keçəcək dəliyi vasitəsilə cinsi əlaqədə olmanı göstərən əlamətlər müəyyən olunmamışdır (1-ci cild, iş vərəqi 140-143). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 2020-ci il 20 avqust tarixli 20/409R nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ölü doğduğu körpənin bioloji atası 99,99999947% ehtimalla Təqsirləndirilən şəxsdir (1-ci cild, iş vərəqi 145-152). İş materiallarında olan Azərbaycan Respublikası «Müstəqil Məhkəmə Ekspertizası» məhdud məsuliyyətli cəmiyyətinin məhkəmə-psixoloji ekspertizasına dair 2020-ci il 24 avqust tarixli 303 №-li rəyindən görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs əqli inkişafına, fərdi-psixi xüsusiyyətlərinə və hadisə zamanı keçirdiyi emosional halına görə ona qarşı edilən hərəkətlərə müqavimət göstərmək, habelə ona qarşı edilən seksual hərəkətləri qavramamaqla həmin hərəkətlərin mahiyyətini tam dərk etmək qabiliyyətinə malik olmamışdır, ekspertiza tədqiqatının dəyəri 200 manatdır (1-ci cild, iş vərəqi 154- 162). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasına dair 2020-ci il 09 sentyabr tarixli 1775 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmamaqla ittiham edildiyi əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulmasından əziyyət çəkməmiş, o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edərək onları idarə etmək iqtidarında olduğundan anlaqlı hesab olunmalıdır, sonuncunun məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild, iş vərəqi 164-165). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasına dair 2020-ci il 01 oktyabr tarixli 1963 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmamaqla fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin daxili aləmə yönəlməsi) daha yaxındır, sonuncu sadəlövhlük, özünə qarşı hörmət tələb edə bilməmək kimi xüsusiyyətlərə malikdir, hadisə zamanı affekt vəziyyətində olmamışdır (1-ci cild, iş vərəqi 171-174). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 31 oktyabr tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə üzləşdirilərkən birincisi ifadəsini təsdiq etmiş, sonuncu isə Zərərçəkmiş şəxs zorlamadığını, onunla zor tətbiq etməklə cinsi əlaqədə olmadığını, hadisə zamanı sərxoş vəziyyətdə olduğundan sonuncunun ona müqavimət göstərməsini xatırlamadığını bildirmişdir (1-ci cild, iş vərəqi 184-187). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin təkrar məhkəmə-psixoloji ekspertizasına dair 2020-ci il 04 noyabr tarixli 2205 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınaraq onunla edilən hərəkətlərin xarakterini və mənasını anlaya bilərdi, sonuncu hadisə zamanı özünün psixi yaş və fərdipsixi xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından asılı olaraq müqavimət göstərmək qabiliyyətinə malik olsa da situasiya ilə əlaqədar müqavimət göstərə bilməmişdir (1-ci cild, iş vərəqi 188-190). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin komisyon məhkəmə-psixoloji ekspertizasına dair 2020-ci il 16 noyabr tarixli 11/368 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə, əqli və psixi inkişafına görə baş verən hadisəni adekvat qavramaq, yadda saxlamaq, hadisə barəsində düzgün ifadə vermək, ona qarşı edilən hüquqazidd hərəkətlərin mahiyyətini dərk etməklə müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur, sonuncunun əqli inkişafında psixi xəstəliklə bağlı olmayan gerilik, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyllilik əlamətləri müşahidə olunmamışdır, ekspertiza tədqiqatının dəyəri 110 manatdır (1-ci cild, iş vərəqi 222-225). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 26 noyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məhkəmətibbi ekspertizasının keçirilməsi üçün analiz verməkdən imtina etmiş, bir ədəd disk protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 236-237). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibbi Ekspertiza və X5» publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasına dair 2020-ci il 27 noyabr tarixli 566 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməməklə sonuncunun cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir, onun xarici cinsiyyət üzvlərində cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya, arxa keçəcək dəliyi nahiyəsində hər hansı bir xəsarət, xəsarət izi və dəyişiklik müəyyən edilməmişdir, Təqsirləndirilən şəxs cinsiyyət üzvünün ölçüləri onun gərginləşmiş vəziyyətdə Zərərçəkmiş şəxs ilə qızlıq pərdəsini pozmadan cinsi əlaqəyə girməyə imkan vermir (1-ci cild, iş vərəqi 239-242). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 01 dekabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 152.3.-cü maddəsindən həmin Məcəllənin 149.2.3.-cü maddəsinə tövsif olunmuşdur (1-ci cild, iş vərəqi 244-247). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Prokurorluğunun sübutların qiymətləndirilməsi haqqında 2020-ci il 04 dekabr tarixli, habelə 2020-ci il 07 dekabr tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 149.2.3.-cü maddəsi ilə yenidən ittiham elan olunmuş, Zərərçəkmiş şəxs bətnindəki dölün vaxtından əvvəl ölü doğulması faktı ilə cinayət təqibinin başlanması rədd edilmişdir (1-ci cild, iş vərəqi 268-277). Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 149.2.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikasının CM-nin 149.2.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs zorlamaması, sonuncuya qarşı heç bir seksual xarakterli hərəkət etməməsi, eləcə də istintaqın sonunda təqsirləndirilən şəxs qismində verdiyi ifadədə özünü təqsirli bilməməsi barədə göstərdiklərinə, bununla da özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxsin və şahidin ifadələri, özünün ibtidai istintaqdakı izahatı, şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələri, ekspert rəyləri, ifadənin yerində yoxlanılması və üzləşdirmə protokolları, üzləşdirmə istintaq hərəkətləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasının işdə cəzanı yüngülləşdirən hal olmaqla yanaşı tərəflər arasında barışıq əldə edilmədiyini nəzərə alır. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3.-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia, maddi sübut və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 310 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili X7 tərəfindən 12 iş saatı müddətində həyata keçirilmişdir. Məhkəmədə mütəxəssis xidməti X3 tərəfindən 100 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində, mütəxəssis və ya ekspertlərə hər iş saatı üçün 0,35 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının, Azərbaycan Respublikasının CPM-nin 195.1.2.-ci və 195.2.-ci maddələrinə müvafiq olaraq, mütəxəssis tərəfindən görülən işin haqqının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı X4 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 72 manat, mütəxəssis qismində iştirak edən X2 nəfinə («Bank Respublika» hesab nömrəsi: ******************) 35 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadıəsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2020-ci il avqustun 07-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 149.2.3.-cü maddəsi ilə təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 2020-ci il avqustun 07-dən hesablansın. 310 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı X4 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 72 manat, mütəxəssis qismində iştirak edən X2 nəfinə («Bank Respublika» hesab nömrəsi: ******************) 35 manat köçürülsün. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar