Məhkəmə qərarları › İş №1(101)-598/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-598/2022

08.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-598/2022 08.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs hüquqi varisi – anası X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X9, iştirakları ilə, xx xxxxxxxx 1985-ci il tarixdə Ağcabədi rayonunun, Hüsülü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci ilin iyul ayının ortalarında, istintaqa dəqiq məlum olmayan gündə, gecə saat 02 radələrində X6 məxsus olmaqla etibarnamə əsasında idarə etdiyi “Lexus İS 300” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti ilə 20 yanvar metrostansiyası istiqamətində hərəkətdə olarkən yolun sağ kənarında dayanmış vəziyyətdə olan “Kia Rio” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb, həmin avtomobilin sükanı arxasında əyləşmiş “Nunu” ləqəbi ilə tanınan qadın libasında olmaqla cinsi azlıq nümayəndəsi Zərərçəkmiş şəxs ilə 100 manat pul müqabilində cinsi əlaqədə olmağa razılaşıb özünün idarə etdiyi avtomobilinə dəvət etmiş, Zərərçəkmiş şəxs onun idarə etdiyi avtomobilin qabaq ön sərnişin oturacağında əyləşib ünvan 2 ünvanında yerləşən “McDonald’s” adlı restoran istiqamətində birlikdə gedərkən, sonuncu avtomobildə ikisinin birlikdə videogörüntüsünü şəxsi istifadəsində olan mobil telefonu ilə qeydə almış, birlikdə Bakı şəhəri ərazisində vaxt keçirdikdən sonra Zərərçəkmiş şəxs 100 manat məbləğində pul ödəməklə tanış olduqları əraziyə qayıdaraq orada düşürtmüş, bundan sonra cinsi azlıq nümayəndəsində özünün videogörüntüsünün olmasından narahat olub, həmin videogörüntünü silib-silməməsi ilə maraqlanmaq məqsədilə 13 avqust 2021-ci il tarixdə Zərərçəkmiş şəxslə Bakı şəhəri ərazisində yerləşən 20 Yanvar metrostansiyasının yaxınlığında yenidən görüşmüş, özünün istifadəsində olan “İphone X” markalı mobil telefonda olan +**********5 saylı nömrənin dəstəklədiyi “WhatsApp” proqramı təminatı vasitəsi ilə 13 avqust 2021-ci il tarixdən 18 avqust 2021-ci il tarixədək olan müddət ərzində sonuncunun istifadəsində olmuş mobil cihazın dəstəklədiyi “WhatsApp” proqramı üzərindən işlətdiyi telefonla mütəmadi əlaqə saxlayaraq onunla danışmış, istintaqa dəqiq məlum olmayan müxtəlif ünvanlarda görüşmüş, videogörüntünün silinib-silinməməsinə əmin olmaq üçün Zərərçəkmiş şəxs özünə inandırmaq, aralarında etibarlı münasibət qurmaq məqsədilə onun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Birkart Umico” adlı “416973******7254” nömrəli kart hesabına və hər görüşlərində birbaşa olmaqla müxtəlif məbləğlərdə pullar vermiş, Zərərçəkmiş şəxs cinsi azlıq nümayəndəsi kimi planlaşdırdığı sinə böyütmə əməliyyatının xərclərini öz üzərinə götürmüş, 16 avqust 2021-ci il tarixdə idarə etdiyi həmin avtomobillə Zərərçəkmiş şəxslə birlikdə Gəncə şəhəri istiqamətində gedib–qayıdan zaman Zərərçəkmiş şəxs özünə qarşı müsbət tərəfdaş hissinin yarandığını anlayıb yenidən videogörüntünü silibsilməməsini soruşmuş, lakin sonuncu silmədiyini, paylaşdığını bildirdikdə, hər an həmin videogörüntünün ortaya çıxa biləcəyindən, dost-tanışları arasında, eləcə də, cinsi azlıq nümayəndəsi ilə münasibət saxlaması kimi hərəkətlərin aşkara çıxdığı halda kriminal aləmdə nüfuzdan düşəcəyindən ehtiyatlanıb, Zərərçəkmiş şəxs mobil telefonunu ələ keçirib içərisində olan videogörüntünü silmək və müqavimət göstərəcəyi halda isə öldürmək kimi təfəkküründə yaratdığı tələbatını cinayət törətməklə təmin etmək məqsədilə ondan qisas almaq qərarına gəlib, bunu arzu etməklə özündə cinayət törətmək qətiyyətini yaradaraq törədəcəyi əməlin ictimai təhlükəliliyini dərk etməklə hadisənin yeri, vaxtı, üsulu və hadisənin kimsəsiz, boş sahədə törədilməsi ilə bağlı plan qurduqdan sonra, hazırladığı plana uyğun olaraq 17 avqust 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən əldə etdiyi təxminən dəstəyi 10 sm, tiyəsinin uzunluğu isə 15 sm olan deşici-kəsici aləti-bıçağı avtomobildə gizlədib, saat 22 radələrində idarə etdiyi “Lexus İS 300” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs kirayə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1766-cı məhəllənin qarşısındakı avtomobil yolunun kənarından götürüb, istirahət gəzintisi adı ilə Xaçmaz şəhəri istiqamətində aparmış, lakin həmin yolda törədəcəyi cinayətin şəraitinin münbit olmadığı qənaətinə gələrək 18 avqust 2021-ci il tarixə keçən gecə Xaçmaz şəhərindən bəhanə gətirib, Bakı şəhəri istiqamətində geri dönüş edib qayıdarkən 18 avqust 2021-ci il tarixdə, saat 05-06 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsinin ərazisindən keçib, həmin rayonun Puta qəsəbəsi ərazisində Lökbatan-Qızıldaş avtomobil yolununun Lökbatan istiqamətində sağ kənarında içərisində, ətrafında heç kimin və yaşayışın mövcud olmadığı “40°18'05"N, 49°39'01"E” koordinatlarda yerləşən yarımçıq tikilinin həyətinə sürüb avtomobilində olan deşici kəsici aləti əynində olan paltarları arasında gizlətməklə Zərərçəkmiş şəxslə birlikdə avtomobildən düşüb, yenidən həmin videogörüntünü silib-silməməsi ilə bağlı mübahisə edərək sonuncunun çantasından mobil telefonunu götürməyə çalışmış, bununla əlaqədar aralarında yaranmış qarşılıqlı dartışma zamanı Zərərçəkmiş şəxs mobil telefonu ona verməyib aktiv qorumaqla üz nahiyəsindən bir dəfə şillə, bel nahiyəsindən bir dəfə təpik zərbəsi vuraraq ona “boyunun, sol almacıq nahiyəsinin sıyrıqları, sağ kürəkaltı nahiyənin qançırı” diaqnozu ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətləri yetirərkən sonuncunu öldürmək məqsədi ilə paltarları arasında gizlətdiyi istintaqa məlum olmayan mənbədən əldə edib daşıdığı deşici-kəsici aləti-bıçağı sağ əlində tutmaqla Zərərçəkmiş şəxs üzərinə gedib müqavimətini qırmaq üçün əvvəlcə qasıq nahiyəsindən bir dəfə təpiklə zərbə endirib, sonuncunun ağrıdan yarı oturaq vəziyyətdə bir qədər qabağa əyilməsindən istifadə edərək, cəld arxa tərəfinə keçməklə onun həyatı üçün əhəmiyyətli olan orqanlarının, o cümlədən ürəyinin, ağciyərlərinin yerləşdiyi bel və kürək nahiyəsi istiqamətində dayanmadan ardıcıl olaraq ümumilikdə 9 ədəd, o cümlədən, döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edən və ürəyi zədələyən iki ədəd, sağ kürəkaltı nahiyənin daxilə nüfuz edərək döş boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yarası (cəmi 3 ədəd) ümumilikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olmaqla birbaşa ölümü ilə səbəbli əlaqəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid, sağ kürəkaltı nahiyənin bir ədəd, sağ kürək nahiyyəsinin bir ədəd, belin sol səthinin bir ədəd, belin sağ səthinin bir ədəd, döş qəfəsinin sağ yan səthinin bir ədəd daxilə nüfuz etməyən və sol sağrının bir ədəd deşilmiş-kəsilmiş yaraları (cəmi 6 ədəd) ümumilikdə və hər biri ayrı-ayrılıqda həyati olmaqla canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirərək Zərərçəkmiş şəxs qisas motivi ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2021-ci ilin iyul ayının ortalarında Bakı şəhərində olarkən 20 yanvar dairəsinin ətrafında “Kia Rio” markalı avtomobildə iki nəfər qızın oturduğunu görmüş, həmin vaxt xanım zənn etdiyi şəxslərə yaxınlaşıb tanış olmaq istədiyini bildirmiş, idarə etdiyi “Lexus” markalı avtomobilindən düşməmiş, avtomobilini sonradan ləqəbini Nunu bildiyi şəxsin idarə etdiyi avtomobilin yanında saxlamış, Nunu ləqəbli şəxs qara saçda, yanındakı qız isə sarı saçlı olmuş, onunla söhbət edən ilkin olaraq sarı saçlı qız olmuş, həmin şəxs ona tanış ola biləcəklərini, amma 100 manat məbləğində pul müqabilində görüşdüklərini demiş, bundan sonra xanım zənn etdiyi şəxslərə xəbər edəcəyini bildirmiş, avtomobilini bir az qarşıya verib, əvvəldən tanıdığı başqa qızlara zəng etmiş, həmin vaxt gecə təxminən saat 02 radələri olmuş, qızla görüşə bilmədiyi üçün yenidən həmin “Kia Rio” markalı avtomobilə işarə etmiş, hər iki xanım zənn etdiyi şəxslərə qara saçlı ilə görüşmək istədiyini bildirmiş, bundan sonra Nunu ləqəbli qız avtomobilini rahat bir yerdə saxlamış, sarı saçlı qız isə başqa avtomobilə tərəf getmiş, qara saçlı Nunu isə gəlib onun avtomobilində yanında oturmuş, avtomobilini yemək almaq istədiyi üçün Gənclik metrosu yaxınlığında yerləşən “McDonald’s” adlı restoran istiqamətində idarə etmişdir. Yolda olarkən avtomobilində olan şəxsin adının Nunu olduğunu bilmiş, özünü isə Mirşahid olaraq təqdim etdikdə Nunu ləqəbli şəxs ona adının uzun olduğunu, telefonuna “Miron” kimi qeyd edəcəyini bildirmiş, cavabında hər hansı bir fikir söyləməmiş, bundan sonra yolda olarkən avtomobilində xarici musiqi qoşmuş, Nunu ləqəbli şəxs maşında musiqinin səsini artıraraq öz mobil telefonu ilə əli ilə mahnıya uyğun hərəkətlər edib, video və şəkil çəkməyə başlamış, həmin videonu çəkərkən onu da kadrlara daxil etmişdir. Nunu ləqəbli şəxsə video çəkməməsini və evli olduğunu bildirmiş, Nunu ləqəbli şəxs ona razılıq verərək daha sonra video çəkməmiş, qeyd olunan restorana çatdıqda maşından düşüb, Nunu ləqəbli şəxsdən nə yemək istədiyini soruşmuş, bu zaman Nunu ləqəbli şəxs ona kişi səsi ilə cavab verdikdə həmin şəxsin cinsi azlıq nümayəndəsi olduğunu başa düşmüş, ardınca Nunu ləqəbli şəxsə maşından düşüb getməsini demiş, sonuncu isə ona etiraz etməyə başlayaraq polisə şikayət edəcəyini, videogörüntünü yayacağını bildirmiş, Nunu ləqəbli şəxs ona 100 manat məbləğində pulu verməli və 20 yanvar dairəsi yaxınlığında onu düşürməli olduğunu söyləmiş, problem yaranmaması üçün Nunu ləqəbli şəxsi aparıb 20 yanvar dairəsi yaxınlığında düşürmüş, həmçinin sonuncuya 100 manat məbləğində pul vermiş, lakin Nunu ləqəbli şəxsin mobil telefon nömrəsini götürməmişdir. Bundan sonra qaldığı mehmanxanaya qayıtmış, oturub fikirləşəndə videonun yayılmasından narahat olmuş, Rusiya Federasiyasında kriminal aləmdə hörmətinin olmasından, eləcə də, bir cinsi azlıq nümayəndəsi ilə videogörüntüsünün yayılmasından narahat olmuş, ardınca internetdə Nunu haqqında axtarış aparmış, həmin vaxt təzəlikcə Nunu ləqəbli şəxsin internetdə gəlinlik paltarında videogörüntüsü yayılmış, qeyd olunan videogörüntüdə olan şərhlərə baxdıqda Nunu ləqəbli şəxsin Ağdam rayonundan olduğunu bilmiş, bundan sonra isə bütün tanıdığı şəxslərə Nunu adlı cinsi azlıq nümayəndəsini axtardığını bildirmişdir. Həmçinin öz növbəsində özü də Zərərçəkmiş şəxs axtarmağa davam etmiş, 12 avqust 2021-ci il tarixdə arvadı ilə övladını Türkiyə Cumhuriyyətinə yola salaraq Bakı şəhərində tək qalmış, 13 avqust 2021-ci il tarixə keçən gecə saat təxminən 02 radələrində 20 yanvar dairəsinə Zərərçəkmiş şəxs tapmaq üçün getmiş, həmin tarixə qədər də 2-3 dəfə 20 yanvar dairəsində Zərərçəkmiş şəxs axtarmış, lakin sonuncunu tapa bilməmiş, qeyd olunan tarixdə isə gecə saatlarında Zərərçəkmiş şəxs avtomobilində görmüş, həmin vaxt Zərərçəkmiş şəxs yaxınlaşaraq əlaqə nömrəsini istəmiş, Zərərçəkmiş şəxs ona “whatsapp” proqramında istifadə etdiyi mobil telefon nömrəsini vermiş, bundan sonra isə özünün istifadəsində “İphone X” markalı mobil telefonda olan +**********5 saylı mobil nömrənin dəstəklədiyi “WhatsApp” proqramı təminatı vasitəsi ilə 13 avqust 2021-ci il tarixdən 18 avqust 2021-ci il tarixədək olan müddət ərzində sonuncunun istifadəsində olmuş mobil cihazın dəstəklədiyi “WhatsApp” proqramı üzərindən işlətdiyi telefonla mütəmadi əlaqə saxlamış, Zərərçəkmiş şəxs öldürmək niyyəti həmin vaxt olmamış, Zərərçəkmiş şəxslə danışmağa başlayaraq videogörüntünü silməyini bildirmişdir. Zərərçəkmiş şəxs isə ona videogörüntünü silmədiyini deyərək ondan pul istəməyə başlamış, bundan sonra Zərərçəkmiş şəxs ondan istədiyi 300 manat məbləğində pulu sonuncunun bank hesabına köçürmüş, buna baxmayaraq Zərərçəkmiş şəxs videogörüntünü silməmiş, Zərərçəkmiş şəxslə 2-3 gün bu formada danışmış, lakin Zərərçəkmiş şəxs yenə onu şantaj etməyə davam etmişdir. Zərərçəkmiş şəxs ona zəng etdikdə isə problem yaranmaması üçün mülayim danışmış, bundan sonrakı dövrdə Zərərçəkmiş şəxs ondan 200 və 100 manat məbləğində pul vəsaitləri istəmiş, yenə həmin pulları Zərərçəkmiş şəxs kart hesabına göndərmiş, pulları öz kartından göndərməmiş, həmin pulları Zərərçəkmiş şəxs milion aparatı vasitəsi ilə köçürmüş, həmin vaxt Zərərçəkmiş şəxs artıq ona plastik sinə böyütmə əməliyyatı etdirmək istədiyini bildirmiş, pulları da həmin məqsədlə aldığını demişdir. Bundan sonra 16 avqust 2021-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxslə görüşüb Gəncə şəhəri istiqamətində getmiş, Gəncə şəhərinə çatdıqdan sonra oturmağa yer tapmamış, yolda olarkən avtomobilini özü idarə etmiş, Göygöl rayonunda Zərərçəkmiş şəxslə birlikdə 1-2 saat gəzmiş, bundan sonra isə geri Bakı şəhərinə qayıtmış, qayıdanda isə yorğun olduğundan avtomobilini idarə etməsi üçün Zərərçəkmiş şəxs vermiş, sonuncu onun avtomobilini idarə etmiş, qayıdanda isə avtomobilin arxa oturacaqlarında uzanıb yatmışdır. Bakı şəhərinə qayıdanda da Zərərçəkmiş şəxs əlbəəl 400 manat məbləğində pul vermiş, lakin Zərərçəkmiş şəxs yenə videogörüntünü silməmişdir. 17 avqust 2021-ci il tarixdə saat təxminən 21-22 radələrində yenə danışıb görüşərək Xaçmaz rayonuna getmiş, həmin görüşdən əvvəl Zərərçəkmiş şəxs ona gözünün qabağında videogörüntünü siləcəyinə vəd vermiş, bu səbəbdən Zərərçəkmiş şəxs Xırdalan şəhərindən götürüb Xaçmaz rayonuna getmiş, orada bir-iki nəfər yadında qalmayan şəxslərlə maşın almaq üçün görüşmüş, lakin razılaşma əldə olunmamış, görüş zamanı isə Zərərçəkmiş şəxs maşında oturmuş, bundan sonra birlikdə Bakı şəhəri istiqamətində geri qayıtmış, yolda olarkən Zərərçəkmiş şəxs videogörüntünü silməsini bildirmiş, lakin Zərərçəkmiş şəxs yenə ondan pul istəmişdir. Zərərçəkmiş şəxs ona həkimlə danışdığını və 1-2 gün içində əməliyyata girib sinə böyütmə əməliyyatı etdirəcəyini demiş, həmin vaxt 2.000 manat məbləğində pulu da cibində olmuşdur. Zərərçəkmiş şəxs videogörüntünü silsə həmin pulu verəcəkmiş, lakin Zərərçəkmiş şəxs pulu verəcəyini dedikdə, Zərərçəkmiş şəxs artıq ona cinsiyyət orqanını da dəyişmək istədiyini və bu səbəbdən əlavə də 10.000 manat məbləğində pul lazım olduğunu bildirmiş, artıq bundan əsəbiləşərək Zərərçəkmiş şəxs videogörüntünü sildirə bilməyəcəyini başa düşmüşdür. Qobu qəsəbəsi istiqamətində olarkən yol kənarında yarım tikili olduğunu görüb, həmin istiqamətdə avtomobilini idarə etmiş, bundan sonra isə avtomobilindən düşüb daşın üzərində oturaraq fikirləşməyə başlamış, Zərərçəkmiş şəxs də onun ardınca avtomobildən düşüb onun yanına gəlmiş, yenə Zərərçəkmiş şəxs 2.000 manat məbləğində pul verə biləcəyini demiş, lakin Zərərçəkmiş şəxs ona 2.000 manat məbləğində puldan sonra 10.000 manat məbləğində pul verəcəyi təqdirdə videogörüntünü yaymayacağını söyləmiş, bu zaman aralarında mübahisə yaranmışdır. 18 avqust 2021-ci il tarixdə saat 06 radələrində aralarında mübahisə başlayarkən Zərərçəkmiş şəxs söyüşlə danışmağa başlamış, mübahisə zəminində Zərərçəkmiş şəxs videogörüntünü silməyəcəyini və onu şantaj edərək pul istəməyə davam edəcəyini artıq başa düşdüyündən öldürmək qərarına gəlmiş, ardınca Zərərçəkmiş şəxs onun üstünə gəlib üzünə şillə zərbəsi vurmuş, hətta onun üzündə nazik cızıq da yaranmış, o da dərhal Zərərçəkmiş şəxs xaya nahiyəsindən bir dəfə təpik zərbəsi vurmuşdur. Zərərçəkmiş şəxs ondan boyca hündür olmuş, zərbəni vurduqdan sonra Zərərçəkmiş şəxs əyilmiş, Zərərçəkmiş şəxs telefonunu ələ keçirmək üçün çantasını götürmək istəyəndə, Zərərçəkmiş şəxs onun bel nahiyəsinə bir dəfə təpik zərbəsi vurmuş, zərbə nəticəsində yerə yıxılmış, həmin vaxt da Zərərçəkmiş şəxs xaya nahiyəsindən dəymiş zərbəyə görə yenə çökmüş vəziyyətdə olmuş, bundan sonra Zərərçəkmiş şəxs çökmüş vəziyyətdə olarkən üzərində olan çantadan bıçaq çıxarmış, həmin bıçağın dəstəyi çəhrayı rəngli olmaqla dəstəyinin üzərində kəllə skeletinin şəkili həkk edilmiş, həmin bıçağın iti hissəsi yandan içəridən çıxmış, Zərərçəkmiş şəxs onun üzərinə təkrar hücum edəndə artıq bıçaq açıq vəziyyətdə olmuş, bu zaman Zərərçəkmiş şəxs əlini burub bıçağı Zərərçəkmiş şəxs əlindən almış, bıçağı əlindən alarkən Zərərçəkmiş şəxs dartdığından sonuncu təkrar yerə yıxılmış, ələ keçirdiyi bıçaqla Zərərçəkmiş şəxs bel və kürək nahiyələrinə dayanmadan çox sayda bıçaq zərbələri vurmuş, bıçaq zərbələrini Zərərçəkmiş şəxs yerə tam yıxılmamasına görə dayanmadan vurmuş, sonda Zərərçəkmiş şəxs tam yerə yıxıldığını gördükdə hərəkətlərini dayandırmışdır. Zərərçəkmiş şəxs qəsdən öldürərkən 09 dəfə endirdiyi zərbələri Zərərçəkmiş şəxs tam yerə çökməməsinə görə olmuş, Zərərçəkmiş şəxs tam özünü itirib yerə çökdüyünü görəndə dayanıb, hadisə yerindən uzaqlaşmış, bundan sonra Zərərçəkmiş şəxs əşyalarını götürüb, hadisə yerindən gedərək əşyaları yandırmış, alətlə Zərərçəkmiş şəxs mobil telefonunu isə dənizə atmış, özü isə mehmanxanaya qayıtmışdır. Zərərçəkmiş şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan “Birkart Umico” adlı “416973******7254” nömrəli kart hesabına 16.08.2021-ci il tarixdə saat 06:51-də 220 manat məbləğində və 17.08.2021-ci il tarixdə saat 05:09-da 150 manat məbləğində pul vəsaitləri mədaxil etmiş, bundan başqa da Zərərçəkmiş şəxs ilk tanış olanda 100 manat məbləğində pul vermiş, həmçinin 17.08.2021-ci il tarixdə Gəncə şəhərindən qayıtdıqdan sonra Zərərçəkmiş şəxs 20 yanvar dairəsi yaxınlığında düşürəndə 400 manat məbləğində pul vermiş, Zərərçəkmiş şəxs öldürdüyü bıçağı və sonuncunun mobil telefonunu şok vəziyyətində olduğu üçün fərqli-fərqli ünvanlarda dənizə atmış, mobil telefon şifrəli olduğuna görə açıb videogörüntünü silə bilmədiyindən onu dənizə məhv olması üçün atmışdır. Zərərçəkmiş şəxs qəsdən öldürdüyü bıçağın uc hissəsi deşici, yan hissəsi isə kəsici olmuş, bıçağın dəstəyindən sonrakı hissəsinin uzunluğu təxminən 10-12 sm, dəstəyin özü isə təxminən 10 sm olmuş, Zərərçəkmiş şəxslə tanış olarkən, eləcə də, sonrakı görüşləri zamanı yanlarında kimsə olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun kiçik oğlu olmuş, 1994-cü ildən 2007-ci ilədək Ağcabədi rayonu, Türkçadır qəsəbəsində yaşamış, bundan sonra 2007-ci ildə dövlət tərəfindən ona verilən ünvan 3 ünvanında yaşamağa başlamışdır. Mərhum Zərərçəkmiş şəxs onunla, ailə üzvləri ilə, eləcə də digər qohumları ilə münasibəti hər zaman mehriban olmuşdur. 2014-cü ildə oğlu Zərərçəkmiş şəxs bir neçə gün evə gəlmədiyi üçün nigaran qalmış, oğlunun itkin düşməsi barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Məlumatdan təxminən 2 saat vaxt keçdikdən sonra Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsindən ona zəng daxil olmuş, oğlu Zərərçəkmiş şəxs Bakı şəhəri Nəsimi rayon polis idarəsində olduğu ona bildirilmişdir. O, dərhal polis idarəsinə getmiş, orada ona Zərərçəkmiş şəxs soyğunçuluq cinayəti törətdiyinə görə həbs olunduğu söylənilmiş, təxminən 6 ay sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hökmü ilə oğlu bəraət alaraq azadlığa buraxılmışdır. Daha sonra oğlu Zərərçəkmiş şəxs 2015-ci ildən etibarən təxminən 3-4 il ərzində avtobusla Ağdam-Bakı marşurutunda sürücü işləmiş, 2017-ci ildə isə Günel Nuriyeva ilə rəsmi qaydada ailə həyatı qurmuşdur. Onların birgə nikahdan bir azyaşlı Ömər adlı oğlu olmuş, təxminən 8-9 aydan sonra oğlu Zərərçəkmiş şəxs arvadı Günel Nuriyeva ilə yola gedə bilmədiyi üçün nikahları pozulmuşdur. Bundan sonra oğlu Zərərçəkmiş şəxs çox vaxt müxtəlif ünvanlarda kirayədə yaşamış, olduğu evə ayda bir dəfə gəlmiş, dəfələrlə oğlu Zərərçəkmiş şəxs nə üçün evə gəlmədiyini soruşduqda sonuncu ona “*5000” adlı taksi şirkətində sürücü kimi Qəbələ, Oğuz rayonlarında taksi sürücüsü işlədiyini demişdir. 2021-ci ilin may ayında oğlu Zərərçəkmiş şəxs evə gələrək avtomobil almaq üçün 4.000 manat məbləğində pul yığdığını, avtomobil almaq üçün maddi köməkliyə ehtiyacının olduğunu demiş, atası Şahid1 10.000 manat məbləğində pulu Zərərçəkmiş şəxs avtomobil almaq üçün vermişdir. Bundan sonra əri Şahid1 öz adına “Kia Rio” markalı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobili alaraq etibarnamə ilə oğlu Zərərçəkmiş şəxs vermişdir. Sonra 2021-ci ilin iyul ayının ortalarında evdə olan zaman Zərərçəkmiş şəxs keçmiş həyat yoldaşı Günel Nuriyeva onun əri Şahid1 ismarıc yazaraq Zərərçəkmiş şəxs “youtube” sosial şəbəkəsində gəlin paltarında videogörüntüsünün yayıldığını demiş, daha sonra “youtube” sosial şəbəkəsinə daxil olaraq videoya baxmış, oğlu Zərərçəkmiş şəxs ilə münasibəti normal olaraq qalmış, həmin videogörüntü youtube sosial şəbəkəsində çıxdıqdan sonra dəfələrlə oğlu Zərərçəkmiş şəxs evə gəlməsini bildirsə də, sonuncu səhv etdiyini və özünü bağışlaya bilmədiyini ona bildirmişdir. Sonuncu dəfə oğlu Zərərçəkmiş şəxs ilə 16 avqust 2021-ci il tarixdə saat 16 radələrində danışmış, həmin vaxt Zərərçəkmiş şəxs ona Tovuz rayonundan qayıtdığını, oraya sərnişin apardığını, sərnişinin 1.000 manat pul verdiyini, hal-hazırda Hacıqabul rayonu ərazisində olduğunu demişdir. Oğlu Zərərçəkmiş şəxs istifadəsində ***-***-**-** mobil telefon nömrəsinə 19 avqust 2021-ci il tarixdə zəng etsə də, zəng çatmamış, bundan başqa onun “Whatsapp” proqramına zəng etsə də, yenə sonuncu cavab verməmişdir. Oğlu Zərərçəkmiş şəxs “Whatsapp” proqramında son görülmə tarixi 18 avqust 2021-ci il tarixdə saat 05:59 olmuş, bu barədə hüquq mühafizə orqanına hər hansı bir məlumat verməmişdir. 23 avqust 2021-ci il tarixdə günorta saatlarında əri Şahid1 Bakı şəhəri Qaradağ rayon polis idarəsinin 10-cu polis bölməsinə çağırılmış və oraya getdikdən sonra oğlu Zərərçəkmiş şəxs öldürüldüyünü bilmişdir. Hazırda isə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onunla, ailə üzvləri ilə, eləcə də digər qohumları ilə münasibəti hər zaman mehriban olmuş, eləcə də, Zərərçəkmiş şəxs istər qohumları, istərsə də hər hansı başqa şəxslərlə ədavət və ya düşmənçiliyi olmamışdır. 2014-cü ildə dəqiq ayın və günün xatırlamasa da oğlu Əhəd bir neçə gün evə gəlmədiyi üçün oğlundan nigaran qalmş, buna görə də oğlunun itkin düşməsi barədə Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə məlumat vermişdir. Məlumatdan təxminən 2 saat vaxt keçdikdən sonra Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsindən ona zəng olunmuş və Zərərçəkmiş şəxs Nəsimi rayon polis idarəsi tərəfindən saxlanılması barədə məlumat verilmişdir. O, dərhal polis idarəsinə getmiş, orada Zərərçəkmiş şəxs soyğunçuluq cinayəti törətdiyini və həbs olunduğunu ona söyləmişlər. Təxminən 6 ay sonra Nəsimi rayon məhkəməsinin hökmü ilə oğlu Zərərçəkmiş şəxs bəraət alaraq azadlığa buraxılmışdır. Oğlu Zərərçəkmiş şəxs 2015-ci ildə təxminən 3-4 il ərzində ona məxsus Sprinter markalı avtobusla Ağdam-Bakı marşurutunda sürücü kimi işləmişdir. 2017-ci ildə oğlu Zərərçəkmiş şəxs Günel Nuriyeva ilə rəsmi qaydada ailə həyatı qurmuş və birgə nikahlarından bir azyaşlı Ömər adlı oğlu olmuşdur. Təxminən 8-9 aydan sonra Zərərçəkmiş şəxs arvadı Günel Nuriyeva ilə yola gedə bilmədiyi üçün nikahları pozulmuş, məhkəmə tərəfindən çıxarılmış qətnamə əsasında Zərərçəkmiş şəxs 170 manat məbləğində aliment pulu ödəmişdir. Oğlu Zərərçəkmiş şəxs çox vaxt müxtəlif ünvanlarda kirayədə yaşamış, evə ayda bir dəfə gəlibgetmiş, dəfələrlə oğlu Zərərçəkmiş şəxs nə üçün evə gəlmədiyini soruşduqda Zərərçəkmiş şəxs *5000 taksi şirkətində Qəbələ, Oğuz rayonlarında taksi sürücüsü kimi işlədiyini demişdir. 2021-ci ilin may ayında oğlu Zərərçəkmiş şəxs evə gələrək ona avtomobil almaq üçün 4000 manat məbləğində pul yığdığını, avtomobil almaq üçün ona maddi köməklik etməyini xahiş etmiş, o da etiraz etməyərək 10.000 manat məbləğində Zərərçəkmiş şəxs pul vermişdir. Bundan sonra Zərərçəkmiş şəxslə birlikdə “Kia rio” markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxmış, 14.000 manata razılaşaraq avtomobili öz adına rəsmiləşdirmiş və oğlu Zərərçəkmiş şəxs avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Təxminən 2021-ci ilin iyul ayının ortalarında evdə olan zaman Zərərçəkmiş şəxs əvvəlki həyat yoldaşı Günel Nuriyeva ona mesaj yazaraq Zərərçəkmiş şəxs “Youtube” sosial şəbəkəsində gəlin paltarında video görüntüsünün yayıldığını demişdir. O, sonra “Youtube” sosial şəbəkəsinə daxil olaraq videogörüntüyə baxmış, həyat yoldaşına Zərərçəkmiş şəxs zəng edərək evə gəlməsini bildirmiş, arvadı X16 Nuriyevə zəng edərək evə çağırsa da, Zərərçəkmiş şəxs belə bir qələt elədiyindən özünü bağışlaya bilmədiyini deyərək evə gəlməmişdir. Sonuncu dəfə həyat yoldaşı X10 Nuriyev ilə 16 avqust 2021-ci il tarixdə saat 16 radələrində danışmış, həmin vaxt Zərərçəkmiş şəxs ona Tovuz rayonundan qayıtdığını, oraya sərnişin apardığını, sərnişinin ona 1.000 manat pul verdiyini, telefonla danışdığı vaxt Bakıya qayıtdığını, hal-hazırda Hacıqabul rayonu ərazisində olduğunu demişdir. 19 avqust 2021-ci il tarixdə arvadı X10 Nuriyevin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng etmiş, lakin Zərərçəkmiş şəxs nömrəsinə zəng çatmamışdır. O, İstifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əvvəlcədən tanımadığı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi arasında 23 iyul 2021-ci il tarixdə saat 19:46-dan 18 avqust 2021-ci il tarixdə saat 07:31-dək olan müddət ərzində 10 dəfə uzunmüddətli danışıqları olmuş, ilk danışıqları zamanı həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilməmişdir. Həmin danışıqlar zamanı ona zəng edən Təqsirləndirilən şəxs də oğlu Zərərçəkmiş şəxs ətrafından olan şəxslərdən olduğunu və ondan pul almaq üçün bu yola əl atdıqlarını düşünmüş, Təqsirləndirilən şəxs ona zəng edib oğlu Zərərçəkmiş şəxs ona hədə-qorxu gəlməklə, ondan şəkil və ya videolarını sosial şəbəkələrdə yayaraq hədələyib pul istədiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs cinsi azlıq nümayəndələri ilə oturub durduğunu düşündüyündən inanmamış, hətta Təqsirləndirilən şəxs ona telefonla danışıqları zamanı oğlu Zərərçəkmiş şəxs belə hədə-qorxu gəlməyə davam etsə öldürəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs önəm verməyərək inanmamış, məsələnin ciddi olduğunu düşünməmiş, həmçinin oğlu Zərərçəkmiş şəxslə də əlaqəni kəsmiş, həmin vaxt artıq oğlu Zərərçəkmiş şəxs gəlinlik paltarında videogörüntüsü yayılmış, bu səbəbdən də oğlu Zərərçəkmiş şəxs uzaqlaşmışdır. Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs öldürə biləcəyinə inanmamış, lakin 18 avqust 2021-ci il tarixdə ona zəng edib, oğlunu öldürdüyünü dediyində də ona inanmamışdır. Hətta oğlunun dostu Məhərrəmə də zəng edib, oğlu barədə maraqlanmış, lakin Məhərrəm də hər hansı bir xəbərinin olmadığını demiş, Təqsirləndirilən şəxslə danışıqları ancaq bu mövzuda olmuşdur. Hazırda Təqsirləndirilən şəxslə barışmışlar, ona qarşı şikayətləri və tələbləri yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, nə özünün, nə də atası Şahid1 Təqsirləndirilən şəxs ailəsi ilə hər hansı bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxslə bir dəfə, 2021-ci ilin iyul ayının ortalarında Bakı şəhərində Avtovağzalda olarkən tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq, vərəqdə mobil nömrə təqdim edərək o nömrəyə zəng etməyini bildirmişdir. Həmin şəxs özünü təqdim etmədiyindən onun adını bilməmiş, həmin şəxs ona mobil nömrə verərək qardaşı ilə əlaqədar vacib zəng etməli olduğunu və zəng etməsə problem yaranacağını demişdir. Bundan sonra qeyd olunan mobil nömrəyə zəng etmiş, həmin mobil nömrənin sahibi özünü Miri olaraq ona təqdim etmiş, telefon danışıqları zamanı Miri adlı şəxs ona cinsi azlıq olan qardaşının ona hədə-qorxu gələrək pul istədiyini söyləmiş, ilk öncə etiraz edərək, bəlkə həmin cinsi azlıq nümayəndəsinin onun qardaşı olmadığını bildirmişdir. lakin Miri adlı şəxs ona əminliklə şantaj edən şəxsin onun qardaşı olduğunu demiş, Miri adlı şəxsə mobil telefonu vasitəsi ilə normal qaydada zəng etmiş, bundan sonra Təqsirləndirilən şəxslə aralarında çox sayda danışıqlar olmuşdur. Hətta bu barədə atası Şahid1 də bildirmiş, Miri adlı şəxsin mobil nömrəsini atasına da göndərmiş, atası Şahid1 də Miri adlı şəxslə danışmış, ilk danışıqlarından sonra Ağcabədi rayonu ərazisində Təqsirləndirilən şəxslə ayaqüstü görüşmüşdür. Görüş zamanı onların yanında başqa kimsə iştirak etməmiş, görüş zamanı Miri adlı şəxs ona Zərərçəkmiş şəxs qız bilib tanış olduğunu, Əhədin onun maşınında video çəkdiyini, özünün hörmət sahibi olduğunu, Əhədin video müqabilində pul tələb etdiyini, Əhəd bu hərəkətlərinə son verməsə Əhədi öldürəcəyini bildirmişdir. O da öz növbəsində elə qardaşının olmadığını, öldürə bilirsə gedib öldürməsini demiş, buna baxmayaraq Miri adlı şəxsin onun qardaşını öldürə biləcəyinə inanmamışdır. Bundan sonra bir daha Miri adlı şəxslə görüşməmiş, sadəcə Təqsirləndirilən şəxslə mobil telefonla danışmış, həmin danışıqlarda Miri adlı şəxs ancaq ona qardaşının onu təhdid etdiyini bildirmiş, həmişə Təqsirləndirilən şəxs qardaşı ilə heç bir əlaqəsinin olmadığını demişdir. 18 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək Zərərçəkmiş şəxs öldürdüyünü demiş, bu səbəbdən də məlumatı dəqiqləşdirmək üçün Təqsirləndirilən şəxslə mütəmadi əlaqə saxlamış, həmin danışıqlar zamanı da sonuncunun onun qardaşını öldürməsinə inanmamış, Təqsirləndirilən şəxs danışıqları zamanı sonuncunun onun qardaşına gücünün çatmayacağını, qardaşını öldürə bilməyəcəyini, yalan danışdığını demişdir. Təqsirləndirilən şəxs isə ona qardaşının onun canını boğazına yığdığından onu öldürdüyünü, ona yalan danışmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən “Manqal” adlı kafeni hər gün səhər saat 09dan axşam saat 23-dək işlədir. 22 avqust 2021-ci il tarixdə hər gün olduğu kimi səhər saat 09-dan işlətdiyi “Manqal” adlı kafeyə getmiş, gün ərzində də orada olmuşdur. Həmin axşam təxminən saat 19 radələrində Puta qəsəbəsində yaşayan tanıdığı Şahid3 onun işlətdiyi kafeyə gələrək Puta qəsəbəsi ərazisində yolun kənarında tikilinin həyətində meyit gördüyünü demiş, ilk əvvəl Şahid3 inanmamış, daha sonra Şahid3 onu həmin meyit olan əraziyə aparacağını söyləmiş, ardınca sonuncu ilə birlikdə həmin əraziyə getmişdir. Onlar oraya çatdıqda həmin ərazidə üzü üstə uzanıqlı halda meyit olduğunu görmüş, bu barədə dərhal Bakı şəhəri Qaradağ rayon polis idarəsinə məlumat vermişdir. Bundan sonra həmin əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları gəlmiş, ardınca isə meyit müayinə olunması üçün ekspertizaya aparılmışdır. Şahid3 meyiti necə aşkar etdiyini soruşduqda sonuncu ona 22 avqust 2021-ci il tarixdə günorta saat 15 radələrində velosiped sürmək üçün özünə məxsus velosipedlə evdən çıxıb qısa yol ilə Qaradağ rayonu, Korgöz qəsəbəsinə getdiyini, orada 30-40 dəqiqə velosiped sürdükdən sonra getdiyi yol ilə geri qayıdan zaman təxminən saat 16 radələrində Qaradağ rayonu, Puta qəsəbəsi istiqamətində yolun sağ tərəfində yarım tikilinin yanından keçən zaman həmin həyətdən pis qoxunun gəldiyini hiss etdiyindən, dərhal dayanaraq yarım tikilinin həyətinə baxdıqda qaraltı olduğunu görmüşdür. O, qaraltının yerdə üzü üstə olan meyit olduğunu, həmin vaxt qorxduğu üçün velosipedlə evə getdiyini, lakin evdə bu barədə heç kimə hər hansı bir məlumat vermədiyini, evdə yuyunduqdan sonra onun yanına gəlib gördükləri haqqında danışdığını bildirmişdir. Meyit aşkar olunan vaxt ərazidə kimisə görməmiş, həmçinin ərazidə şübhəli nəyisə müşahidə etməmiş, eyni zamanda ərazidə hər hansı bir şübhəli şəxs görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs “Nunu” ləqəbi ilə 14 iyul 2021-ci il tarixdən etibarən tanımışdır. Zərərçəkmiş şəxs 18 iyul 2021-ci il tarixdə özünə ad günü edəcəyini deyərək, onu Huqqa adlı restorana dəvət etmiş və həmin məclisdə iştirak etmişdir. Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 16 mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşən mənzili Zərərçəkmiş şəxs kirayə götürmək istədiyindən sonuncunun əvəzinə həmin evə gedib baxmış, baxdıqdan sonra Zərərçəkmiş şəxs 350 manat müqabilində həmin mənzili kirayə götürmüşdür. Mənzili kirayə götürdükdən sonra hər gün Zərərçəkmiş şəxs yaşadığı evə gedərək sonuncu ilə birlikdə yaşamış, Zərərçəkmiş şəxs kirayədə yaşadığı mənzilin açarının bir ədəd surətini çıxardaraq ona vermişdir. Bundan başqa 16 avqust 2021-ci il tarixdə səhər saat 08 radələrində Zərərçəkmiş şəxs yaşadığı evə gedərək orada yatmış, axşam saat 17 radələrində Zərərçəkmiş şəxs yaşadığı evdən çıxıb işləmək üçün 20 yanvar metrostansiyasının yaxınlığına getmiş, bundan sonra axşam saatlarında işlərini yekunlaşdırdıqdan sonra Zərərçəkmiş şəxs yaşadığı evə getmiş, həmin vaxt evdə kimsə olmamışdır. O, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək harada olduğunu soruşmuş, Zərərçəkmiş şəxs Miron adlı şəxslə Tovuza getdiyini demişdir. Zərərçəkmiş şəxs nə üçün Tovuz rayonuna getdiyini, Mironun kim olduğunu soruşduqda Zərərçəkmiş şəxs ona Mironun inkassatorların müdiri olduğunu, pulla bağlı Tovuz rayonuna getdiyini və sabah qayıdacaqlarını söyləmişdir. Növbəti gün, yəni 17 avqust 2021-ci il tarixdə saat 10 radələrində yenidən işləmək üçün evdən çıxıb 20 yanvar metrostansiyasının yaxınlığına getmişdir. Orada bir az dayandıqdan sonra təxminən saat 12 radələrində Zərərçəkmiş şəxs ona zəng edərək harada olduğunu soruşmuş, həmin vaxt Zərərçəkmiş şəxs 20 yanvar dairəsinin yaxınlığında yerləşən “Kontakt home” adlı mağazanın qarşısında dayandığını demişdir. Zərərçəkmiş şəxs ona avtomobilini Şamaxinka adlanan istiqamətdə idarə etməyini, yolun sağ tərəfində ağ rəngli sedan tipli “Lexus” markalı avtomobilin arxasında saxlamağını demiş, idarə etdiyi avtomobil ilə asta surətlə yolun sağ istiqaməti ilə hərəkət edən zaman təxminən onun avtomobilindən 5-6 metr qabaqda ağ rəngli “Lexus” markalı avtomobilin dayandığını görüb həmin avtomobilin arxasında saxlayan zaman Zərərçəkmiş şəxs də yolun kənarında dayandığını görmüşdür. O, avtomobili Zərərçəkmiş şəxs yanında saxlamış, Zərərçəkmiş şəxs onun avtomobilinə oturan zaman sürməyini demiş, həmin avtomobilin yanından keçən zaman Zərərçəkmiş şəxs əli ilə yolun sağında dayanmış vəziyyətdə olan ağ rəngli “Lexus” markalı avtomobili göstərərək Mirona məxsus olduğunu söyləmişdir. Bundan sonra Zərərçəkmiş şəxs yaşadığı evə birlikdə getmiş, evdə olan zaman təxminən saat 14- 15 radələrində Zərərçəkmiş şəxs özünə məxsus mobil telefonu ilə Miron adlı şəxslə mikrofonla danışdığını eşitmişdir. Danışıq zamanı Miron Zərərçəkmiş şəxs görüşmək istədiyini bildirmiş, Zərərçəkmiş şəxs isə həmin şəxsə döş üçün silikon protez qoydurmaq istədiyini deyərək, səhv etmirsə 1.000 və ya 2.000 manat məbləğində pul istəmişdir. Miron ləqəbli şəxs isə Zərərçəkmiş şəxs kartında pul olmadığını, gecə saat 23:00-dan sonra pul yükləyəcəyini, hazırda 300 manat məbləğində pulu kart hesabına köçürəcəyini, qalan pulu isə gecə köçürəcəyini demişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs yanına gələrək oturmuş, Zərərçəkmiş şəxs ona videogörüntü göstərmiş, həmin videogörüntüdə Zərərçəkmiş şəxs özünə məxsus olmayan avtomobili idarə etdiyini, Zərərçəkmiş şəxs arxasında isə bir nəfər kişinin olduğunu görmüş, həmin kişinin kim olduğunu soruşduqda sonuncu ona həmin kişinin Miron olduğunu bildirmişdir. Bundan sonra təxminən saat 19 radələrində Zərərçəkmiş şəxs rəfiqəsi kimi tanıdığı Alla ləqəbli qadın ona zəng edərək Masazır qəsəbəsində yerləşən Göyçə mehmanxanasına aparmağını xahiş etmiş, evdən çıxan zaman Zərərçəkmiş şəxs ona evdə olmayacağını, Miron ilə Xaçmaz rayonuna gedəcəklərini, həmçinin evə Cavid adlı dostunun gələcəyini bildirmişdir. O, öz növbəsində heç nə deməyərək, evdən çıxmış, Alla ləqəbli qadını götürüb Masazır qəsəbəsinə aparmış, yolda olduqları zaman Alla ləqəbli qadın ondan 20 dəqiqə gözləməyini xahiş etmişdir. Alla ləqəbli qadını Göyçə mehmanxanasının qarşısında düşürdərək orada gözləmiş, təxminən 25-30 dəqiqə vaxt keçdikdən sonra Alla ləqəbli qadın bir kişi ilə onun avtomobilinə oturmuş, həmin şəxsləri Xırdalan dairəsinin yaxınlığında düşürtmüşdür. Həmin ərazidə biraz taksi kimi dayandıqdan sonra Zərərçəkmiş şəxs mobil telefonuna zəng etmiş, Zərərçəkmiş şəxs telefona cavab verərək Sumqayıt yolunda olduğunu, Miron ilə Xaçmaz rayonuna getdiyini, tez-tez zəng etməyini xahiş etmişdir. O da həmin gün, 17 avqust 2021-ci il tarixdə axşam saat 23 radələrində yenidən Zərərçəkmiş şəxs zəng etmiş, Zərərçəkmiş şəxs ona Xaçmaz rayonunda olduğunu demişdir. Həmin gecə saat 23:54-də Zərərçəkmiş şəxs onun mobil telefon nömrəsinə ismarıc daxil olmuş, həmin ismarıcda “zeng vur denen maman məni öldürür pulunu göndər 12 dən sonra dayanmadan yığ Alaya ver danışın mənə pulu göndərtdir” məzmunlu ifadələr qeyd olunmuş, həmin gecə yəni 18 avqust 2021-ci il tarixdə saat 00:06-da Zərərçəkmiş şəxs ikinci ismarıc daxil olmuş, həmin ismarıcda “men yazanda zeng vur” sözləri yazılmış, bundan sonra saat 00:06-da Zərərçəkmiş şəxs onun mobil telefon nömrəsinə yenə ismarıc daxil olmuş, qeyd olunan ismarıcda “sms atacam gozun telde olsun qurban olum” sözləri yazılmışdır. Ardınca 10 saniyə vaxt keçdikdən sonra saat 00:06-da Zərərçəkmiş şəxs yenə ismarıc daxil olmuş, həmin ismarıcda isə “deyesen bu başıma oyun acacaq” sözləri yazılmış, ardınca dərhal Zərərçəkmiş şəxs mobil telefon nömrəsinə zəng etmiş, Zərərçəkmiş şəxs telefona cavab verərək hər şeyin qaydasında olduğunu bildirmişdir. Qısa müddət keçəndən sonra Alla ləqəbli qadını yanına çağırmış, həmin qadın onun maşını tərəfə gəlmiş, həmin vaxt Alla ləqəbli qadına hazırda Xaçmaz tərəfdə olan “Nunu” ləqəbli Zərərçəkmiş şəxs zəng edəcəyini, anasının adından danışmaq lazım olduğunu, danışıq zamanı anasının adından pulun olmamasını, aclıq olduğunu bildirmək lazım olduğunu, bu səbəbdən bank kartına pul göndərməsini tapşırmağını və bunu Zərərçəkmiş şəxs xahiş etdiyini bildirmişdir. Alla ləqəbli qadın onunla razılaşmış, ardınca “Nunu” ləqəbli Zərərçəkmiş şəxs zəng edəndə Alla ləqəbli qadın Zərərçəkmiş şəxslə guya anası kimi qeyd olunan şəkildə danışmışdır. Bir neçə saat sonra 20 yanvar dairəsinə getmiş, oradan Alla ləqəbli qadın ilə tanımadığı bir kişini Göyçə mehmanxanasına aparmış, Göyçə mehmanxanasında olduğu zaman təxminən saat 04:17-də Zərərçəkmiş şəxs yenidən zəng etmiş, Zərərçəkmiş şəxs yolda olduğunu və Bakı şəhərinə qayıtdığını demişdir. Bundan sonra Zərərçəkmiş şəxs zəng etməmiş, Zərərçəkmiş şəxs yaşadığı evə gedib orada yatmış, evə gələndə Cavid adlı şəxsin də evdə yatdığını görmüşdür. Cavidi evə Zərərçəkmiş şəxs özü buraxmış, 18 avqust 2021-ci il tarixdə səhər saat 11 radələrində Zərərçəkmiş şəxs zəng etmiş, lakin sonuncunun mobil telefon nömrəsi sönülü olmuşdur. Həmin günü dəfələrlə Zərərçəkmiş şəxs zəng etsə də sonuncunun telefon nömrəsi sönülü olmuş, 20 avqust 2021-ci il tarixdə yenidən Zərərçəkmiş şəxs zəng etmiş, lakin telefon nömrəsi yenə sönülü olmuşdur. Zərərçəkmiş şəxs telefonu sönülü olduğu üçün telefona cavab verməməsini, Miron adında bank işçisi ilə yoxa çıxıb 3 gündür sözlərini yazmış, 23 avqust 2021-ci il tarixdə saat 23 radələrində “Kontakt home” adlı mağazanın qarşısında dayandığı zaman ondan biraz aralıda dayanan Alla ləqəbli qadın ona yaxınlaşaraq Zərərçəkmiş şəxs bıçaqlandığını demişdir. Bundan sonra öz növbəsində gedib, hüquq mühafizə orqanlarına ifadə vermiş, daha sonra Miron ləqəbli şəxsin Təqsirləndirilən şəxs olduğunu və Zərərçəkmiş şəxs öldürdüyünü bilmişdir. Zərərçəkmiş şəxs hər hansı bir şəxslə düşmənçiliyi və ya ədavəti olmamış, Zərərçəkmiş şəxs üzərində və ya evində kəsici-deşici alət, eləcə də, çəhrayı rəngli bıçaq saxlamasını görməmişdir. Zərərçəkmiş şəxs sinə böyütmək əməliyyatı etdirmək istəmiş, bu barədə həkimlə də danışmış, Zərərçəkmiş şəxs həmçinin cinsiyyət dəyişmək istəyi də olmuş, amma Zərərçəkmiş şəxs cinsiyyət dəyişmək əməliyyatını planlaşdırmamış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs fərqli vaxtlarda pul verməsini Zərərçəkmiş şəxs ona özü demiş, lakin hansı məbləğdə və nə zaman pul verməsini bilməmişdir. Həmçinin hadisə günü də Zərərçəkmiş şəxs Alla ləqəbli qadının anası adından danışdırmasında da səbəb Təqsirləndirilən şəxs pul alması olmuş, Zərərçəkmiş şəxs ailə üzvləri ilə münasibəti normal olmuşdur. Zərərçəkmiş şəxs qorxusuz, özünü çox rahat aparan, özündən razı və davakar biri kimi tanımış, Zərərçəkmiş şəxs hər kəslə xırda bir məsələdən mübahisə yaradan bir insan olmuş, Zərərçəkmiş şəxs üçün həyatda yeganə məqsəd hər kəsdən pul almaq olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Bakı şəhəri, Nəsimi rayonu ərazisində 3-cü mikrorayon dairəsində yerləşən kafedə xidmətçi olaraq işləyir. Bütün tanışları ilə yaxınları onu “Alla” ləqəbi ilə tanıyır, “Nunu” ləqəbli Zərərçəkmiş şəxs 2021-ci ilin əvvəllərindən tanımış, sonuncunu Bakı şəhərində 20 yanvar dairəsi yaxınlığında yadında qalmayan bir kafedə görüb tanış olmuşlar. Həmin vaxtdan tanışlıqları yaranaraq münasibətləri normal olmuş, Zərərçəkmiş şəxs cinsi azlıq nümayəndəsi olduğunu bilmiş, Zərərçəkmiş şəxs həmişə onun yanında qadın geyimində olmuşdur. “Nunu” ləqəbli Zərərçəkmiş şəxslə sonuncu əlaqəsi 17 avqust 2021-ci il tarixdə baş tutmuş, həmin gün təxminən saat 20-21 radələrində Şahid5 zəng edib, onu 20 yanvar dairəsinə aparmasını söyləmiş, sonuncu onu gəlib 20 yanvar dairəsinə aparmışdır. Onlar maşında yolda olarkən Şahid5 “Nunu” ləqəbli Zərərçəkmiş şəxslə danışmış, Şahid5 “Nunu” ləqəbli Zərərçəkmiş şəxs sevgilisi olmuşdur. Şahid5 onu 20 yanvar dairəsində düşürtmüş, orada bir nəfər tanışını gözləmiş, qısa müddət keçəndən sonra dairə yaxınlığında dayanan Şahid5 onu yanına çağırdıqda sonuncunun maşını tərəfə getmiş, həmin vaxt Şahid5 ona hazırda Nabran tərəfdə olan “Nunu” ləqəbli Zərərçəkmiş şəxs zəng edəcəyini, sonuncuyla anasının adından danışmaq lazım olduğunu, danışıq zamanı anasının adından pulun olmamasını, aclıq olduğunu bildirmək lazım olduğunu, bu səbəbdən bank kartına pul göndərməsini tapşırmağını danışmışdır. O da öz növbəsində Şahid5 ilə razılaşmış, “Nunu” ləqəbli Zərərçəkmiş şəxs zəng edəndə sonuncu ilə guya anası kimi danışmış, danışıq zamanı Zərərçəkmiş şəxs aclıq olduğunu, pulunun olmadığını və təcili bank hesabına pul göndərməyini bildirmişdir. Bununla da danışıq başa çatmış, bundan sonra bir nəfər adını hazırda xatırlamadığı tanışı ilə Masazır qəsəbəsində yerləşən “Göyçə” otelinə getmişlər. həmin mehmanxanaya onu Şahid5 aparıb gətirmiş, həmin mehmanxanaya həmin gün iki dəfə getmiş, hər ikisində onu Şahid5 aparmışdır. Hər iki gedişində fərqli adamlarla qeyd olunan mehmanxanaya getmiş, həmin gün 2-ci gedişində, mehmanxanada olanda “Nunu” ləqəbli Zərərçəkmiş şəxs onun öz mobil nömrəsinə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng edərək, onunla təxminən 3-4 dəqiqə danışıq aparmışdır. Zərərçəkmiş şəxs ondan ümumi şəkildə halallıq istəmiş, öz növbəsində başqa heç nə soruşmadan Zərərçəkmiş şəxs halallıq vermiş, həmin danışıq zamanı Zərərçəkmiş şəxs ölməyə gedirsən ki, halallıq istəyirsən deyə soruşmuşdur. Zərərçəkmiş şəxs isə ona qayıdacağını bildirmiş, sadəcə olaraq bundan əvvəl 20 yanvar dairəsində olarkən “Nunu” ləqəbli Zərərçəkmiş şəxs ona həmin dairəyə gəlməməyini tələb etmiş, bundan başqa Zərərçəkmiş şəxs ondan bir neçə dəfə pul almış, həmin danışıq zamanı da Zərərçəkmiş şəxs ona heç bir cinsi azlığın və kişinin ona qadağa qoymasının mümkün olmadığını, rahat həyatını yaşamağını demişdir. öz növbəsində Zərərçəkmiş şəxs cinsi azlıq nümayəndəsi olduğundan, yəni, şərləməsindən, döyməsindən qorxduğundan biraz çəkinmişdir. Bu səbəbdən də Zərərçəkmiş şəxslə razılaşaraq halallıq vermiş, bu danışıqdan təxminən 15-20 dəqiqə sonra başqa bir tanımadığı bir mobil nömrədən onun istifadəsində olan mobil nömrəyə zəng daxil olmuşdur. Həmin danışıq zamanı bir nəfər kişi cinsli şəxs ona özünü polis kimi təqdim edərək, ona Yasamal rayon polis idarəsinin əməkdaşı olduğu bildirmiş, həmin şəxsdən adını soruşduqda ona sonra tanıyarsan deyə cavab vermişdir. Həmin kişi ondan “Nunu” ləqəbli Zərərçəkmiş şəxs ondan pul alıb-almamasını soruşmuş, qorxusundan “Nunu” ləqəbli Zərərçəkmiş şəxs ondan pul almadığını söyləmiş, bununla da danışıq başa çatmışdır. Bundan sonra həmin kişi ona zəng etməmiş, həmçinin həmin danışıqdan sonra onun “Nunu” ləqəbli Zərərçəkmiş şəxslə danışığı olmamış və bir neçə gün sonra “Nunu” ləqəbli Zərərçəkmiş şəxs öldürüldüyünü eşitmişdir. Şahid5 deməsi ilə “Nunu” ləqəbli Zərərçəkmiş şəxslə anası adından danışarkən sonuncu ona mama kimi müraciət edərək uzaqda olduğunu, səhv etmirsə Nabranda olduğunu, bank hesab kartına pul atacağını bildirmiş, həmin danışıq zamanı Zərərçəkmiş şəxs bir nəfər adamın yanında olduğunu demişdir. Lakin o, həmin adamın adını söyləməmiş, sadəcə həmin danışıqdan sonra “Nunu” ləqəbli Zərərçəkmiş şəxs yanındakı şəxsdən pul əldə etmək üçün onu anası kimi danışdırtdığını başa düşmüşdür. Zərərçəkmiş şəxs ona bir neçə dəfə son dövrdə estetik sinə əməliyyatı etdirmək istədiyini demiş, sosial şəbəkələrdə “Nunu” ləqəbli Zərərçəkmiş şəxs toy videosu kimi yayılan videogörüntüdən sonra Zərərçəkmiş şəxs hər hansı bir dəyişiklik hiss etməmiş, sonuncu həmişə olduğu kimi olmuş, bununla bağlı Zərərçəkmiş şəxs ailə üzvləri ilə hər hansı bir problemi olmamışdır. Zərərçəkmiş şəxs qorxusuz, hədəqorxu gələn, özündən çox razı olan bir şəxs kimi tanımış, bütün qadınlar sonuncunu bu formada tanımış, bütün qadınlar Zərərçəkmiş şəxs tərəfindən şərlənməsindən qorxmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, hər hansı bir əmək fəaliyyəti ilə məşğul olmur. O, cinsi azlıq nümayəndəsidir və cinsi azlıq kimi ləqəbi “Nəfəs”-dir. “Nunu” ləqəbli Zərərçəkmiş şəxs ilə münasibəti normal olmuş, hər ikisi cinsi azlıq nümayəndəsi olduğundan münasibətləri mehriban olmuşdur. Zərərçəkmiş şəxs 2021-ci ilin əvvəllərindən ortaq cinsi azlıqlar vasitəsi ilə tanımış, Zərərçəkmiş şəxs istifadəsində ağ rəngli “Kia” markalı avtomobili olmuşdur. Zərərçəkmiş şəxs son dövrdə Xırdalan şəhərində kirayə ev tutaraq sevgilisi Şahid5 ilə yaşamış, Zərərçəkmiş şəxslə teztez mobil telefonla əlaqə saxlayaraq bir tanış kimi görüşmüşlər. “Nunu” ləqəbli Zərərçəkmiş şəxs “Miro” kimi adlandırılan Təqsirləndirilən şəxslə münasibəti barədə ona hər hansı bir məlumat verməmiş, Zərərçəkmiş şəxs yaxınında “Emka” ləqəbli cinsi azlıq nümayəndəsi və sevgilisi Şahid5 olmuşdur. Zərərçəkmiş şəxs ailə üzvləri ilə münasibəti normal olmuş, ailə üzvlərinin Zərərçəkmiş şəxs cinsi azlıq nümayəndəsi olmasından xəbərləri olmuş və Zərərçəkmiş şəxs ailəsi ilə hər hansı bir problemi olmamışdır. “Nunu” ləqəbli Zərərçəkmiş şəxs plastik sinə böyütmə əməliyyatı etdirmək istəyinin olması barədə məlumatlı olmuş, sonuncu özü bu barədə ona danışmış, hətta Zərərçəkmiş şəxs ona 2021-ci ilin avqust ayında yaxın günlərdə əməliyyat edəcəyini demişdir. 18 avqust 2021-ci il tarixdən sonra Zərərçəkmiş şəxs zəng çatmayandan sonra əməliyyatda olduğunu düşünmüş, sonradan Zərərçəkmiş şəxs öldürüldüyünü eşitmişdir. “ Nunu” ləqəbli Zərərçəkmiş şəxs mehriban, qorxusuz, cəsarətli, özünə güvənən, deyib-gülən bir şəxs kimi tanımış, 17.08.2021-ci il tarixdə olan danışıqlarında Zərərçəkmiş şəxs ona bir oğlanla rayonları gəzib gəldiyini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs ona növbəti gündə Quba-Xaçmaz istiqamətində eyni oğlanla rayona gedəcəyini demiş, lakin Zərərçəkmiş şəxs ona konkret hansı oğlanla rayona getdiyini söyləməmişdir. Zərərçəkmiş şəxs həqiqətən də həmin vaxt iki dəfə rayona getmiş, çünki rayona getməsi ilə bağlı Zərərçəkmiş şəxs özünün videolarını çəkib whatsapp proqramında paylaşmış, Zərərçəkmiş şəxs ona həmin oğlanın kimliyi barədə hər hansı bir məlumat verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2018-ci ildən etibarən yaxın dostluq münasibətləri olmuşdur. 2018-ci ildə X2 rayonuna qayıtdıqdan sonra ortaq dostları vasitəsi ilə Təqsirləndirilən şəxslə tanış olmuş, sonuncu ilə həmin vaxtdan etibarən dostluq etmiş, Təqsirləndirilən şəxs Miri adı ilə həmişə çağırmış, gündəlik olaraq daima əlaqə saxlayıb görüşmüşlər. lakin Təqsirləndirilən şəxs tutulduğunu sonuncunun qardaşı Əlidən eşitmiş, Əli ona bu barədə tutulduğu gün demiş, Təqsirləndirilən şəxs bir nəfər cinsi azlıq nümayəndəsini qəsdən öldürdüyünü bildirmişdir. bir müddət sonra isə rayonda yayılan söz-söhbətlərdən Təqsirləndirilən şəxs həmin cinsi azlığı ikisinin birlikdə olduqları videonun yayılmamasına görə öldürdüyünü eşitmişdir. Onun bundan başqa bu barədə məlumatı olmamış, “Nunu” ləqəbli Zərərçəkmiş şəxs tanımamış, Təqsirləndirilən şəxs tutulan günə qədər cinsi azlıqla bağlı hər hansı bir probleminin olması barədə ona hər hansı bir məlumat verməmişdir. ümumiyyətlə Təqsirləndirilən şəxs özünə qapalı biri olduğundan cinsi azlıq nümayəndəsi ilə probleminin olması haqqında heç bir dostuna məlumat verməmiş Təqsirləndirilən şəxs özünə qapalı, ciddi, heç kimin sözün heç kimə deməyən biri olmuş, sonuncunun ətrafında dostu az olmuşdur. Təqsirləndirilən şəxs uzun müddət Rusiya Federasiyasında yaşamış, Təqsirləndirilən şəxs kriminal aləmə meyilli və kriminal adətlərə önəm vermiş, eyni zamanda Təqsirləndirilən şəxs mərd, dostluğa önəm verən bir dostdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, Ağcabədi rayonu ərazisində kafe işlədir və bəzi hallarda ev təmirində usta kimi işləyir. Təqsirləndirilən şəxs ilə tanışlığı təxminən bir il bundan əvvələ təsadüf etmiş, Təqsirləndirilən şəxs əvvəllər Rusiya Federasiyasında yaşamış, Təqsirləndirilən şəxs atası X8 rayon sakini kimi uzun müddət tanımışdır. Təqsirləndirilən şəxs Rusiya Federasiyasından qayıtdıqdan sonra münasibətləri yaranmış, aralarında normal və etibarlı münasibət olmuşdur. Münasibətləri yarandıqdan sonra Təqsirləndirilən şəxs “Miri” adı ilə çağırımış, Təqsirləndirilən şəxs əsasən Bakı şəhərində yaşamışdır. Təqsirləndirilən şəxs Ağcabədi rayonuna gəldikdə əlaqə saxlayıb görüşmüş, lakin Təqsirləndirilən şəxslə Bakı şəhərində heç vaxt görüşməmişlər. Təqsirləndirilən şəxs özünə qapalı insan olmuş, Təqsirləndirilən şəxs cinayət törətdiyinə görə həbs olunmasını qardaşı Əli Mehdiyevdən və atası Təvəkgül Mehdiyevdən eşitmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət barədə yəni bir nəfər cinsi azlıq nümayəndəsini qəsdən öldürməsini Ağcabədi rayon camaatından eşitmiş, hadisədən bir neçə gün sonra həmin cinsi azlıq nümayəndəsinin özünə toy etməsi ilə bağlı “tiktok” mobil telefon proqramında yayılmış videosunu rayon camaatından kiminsə telefonunda görmüşdür. Həmin hadisə ilə bağlı başqa heç bir məlumatı olmamış, “Nunu” ləqəbli Zərərçəkmiş şəxs ümumiyyətlə tanımamış, Təqsirləndirilən şəxs ünsiyyətə girməyi sevməyən, hər adamın yanında söz danışmayan xarakteri olmuşdur. Təqsirləndirilən şəxs tutulduqdan sonra ətrafda olan xatırlamadığı şəxslərdən cinsi azlıq nümayəndəsi olan şəxsin Təqsirləndirilən şəxslə video çəkdiyini, videonu silmək üçün hədə-qorxu gələrək pul istədiyini, videonu silmədiyinə görə də Təqsirləndirilən şəxs “Nunu” ləqəbli cinsi azlığı öldürdüyünü eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, “Nunu” ləqəbli Zərərçəkmiş şəxs sosial şəbəkədə “odnoklassniki” adlı proqramda olan səhifəsindən tanımışdır. 2021-ci ilin avqust ayında həmin səhifədən sonuncunun yerləşdirdiyi mobil telefon nömrəsini əldə edib əlaqə saxlamış, Zərərçəkmiş şəxs həmin internet səhifəsində adını “Nuray trans” olaraq qeyd edərək mobil telefon nömrəsini paylaşmışdır. Ardınca Zərərçəkmiş şəxs zəng etdikdə sonuncu ilə telefon danışığı zamanı cinsi əlaqə üçün 20 manat məbləğində pula razılaşmış, Zərərçəkmiş şəxs onu Xırdalan şəhərində yerləşən evinə dəvət etmişdir. Xırdalan şəhərində olduğundan qısa müddət ərzində Zərərçəkmiş şəxs evinə getmiş, həmin evdə təxminən 10-15 dəqiqə olmuş, görüş zamanı Zərərçəkmiş şəxs ona tələsdiyini və Quba-Xaçmaz istiqamətində rayona gedəcəyini bildirmiş, qısa müddət ərzində Zərərçəkmiş şəxslə cinsi əlaqədə olmuş, əlaqə başlamamışdan öncə Zərərçəkmiş şəxs mobil telefonuna zəng daxil olmuş, həmin danışıq zamanı Nunu ləqəbli Zərərçəkmiş şəxs danışdığı adama gəlib onu götürməsini və gözlədiyini demişdir. Danışığın ardınca da Zərərçəkmiş şəxs ona rayona getdiyini söyləmiş, ardınca Zərərçəkmiş şəxslə qısa müddət əlaqədə olduqdan sonra 20 manat məbləğində pul vermişdir. Əlaqə bitdikdən sonra da Nunu ləqəbli Zərərçəkmiş şəxs kimləsə danışıb, rayona getdiyini demiş, bundan sonra həmin evdən çıxıb getmiş, Zərərçəkmiş şəxs evində olarkən evdə başqa kimsə olmamış, Zərərçəkmiş şəxslə daha sonra əlaqə saxlamamışdır. “Nunu” ləqəbli Zərərçəkmiş şəxs ilə görüşü zamanı sonuncu onunla əlaqədə olmamışdan əvvəl danışdığı, rayona getdiyi oğlana Miri və ya Miro kimi oxşar bir ləqəblə müraciət etmiş, Zərərçəkmiş şəxs ona rayona bir nəfər oğlanla getdiyini bildirmiş, lakin Zərərçəkmiş şəxs ona konkret olaraq ad deməmiş, Zərərçəkmiş şəxslə 17 avqust 2021-ci il tarixdə saat 21:41-dən etibarən görüşmüşdür. Məhkəmədə ifadəsi elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 22 avqust 2021-ci il tarixdə saat 08 radələrində işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən çıxıb yaşadığı evə getmiş, həmin gün günorta saat 15 radələrində özünə məxsus velosipedlə evdən çıxıb qısa yol ilə Qaradağ rayonu, Korgöz qəsəbəsinə getmiş, orada 30-40 dəqiqə velosiped sürdükdən sonra yenidən qısa yolla evə getmək üçün həmin yolu geri qayıdarkən təxminən saat 16 radələrində Qaradağ rayonu, Puta qəsəbəsi istiqamətində yolun sağ tərəfindən yarım tikilinin yanından keçən zaman həmin həyətdən pis qoxunun gəldiyini hiss etmiş, dərhal həmin ərazidə dayanaraq yarım tikilinin həyətinə baxdıqda qaraltı olduğunu görmüş, yarım tikilinin həyətində olan həmin qaraltı yerdə üzü üstə olan meyit olmuş, həmin vaxt qorxduğu üçün velosipedlə dərhal evə getmiş, lakin evdə bu barədə heç kimə hər hansı bir məlumat verməmiş, evdə yuyunduqdan sonra dostu Şahid4 işlətdiyi kafeyə getmiş, gördükləri barədə sonuncuya məlumat vermiş, Şahid4 onun sözlərinə inanmadığı üçün birlikdə həmin əraziyə təkrar getmiş, həmin əraziyə çatdıqda Şahid4 meyiti gördüyü ərazini göstərmiş, həmin vaxt Şahid4la birlikdə sonuncunun işlətdiyi Puta qəsəbəsində yerləşən kafeyə qayıtmış, təxminən saat 19 radələrində Şahid4 Bakı şəhəri Qaradağ rayon polis idarəsinə zəng edərək gördüyümüz meyiti məlumat vermiş, bundan sonra həmin əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları gəlmiş və meyit müayinə olunması üçün ekspertizaya aparılmışdır. Meyiti aşkar etdiyi ərazidə kimisə görməmiş, meyiti 22.08.2021-ci il tarixdə saat 16 radələrində velosiped ilə həmin ərazidən keçdiyi vaxt aşkar etmiş, qorxduğu üçün hadisə barədə dərhal məlumat verməmiş, lakin dostu Şahid4 ilə birlikdə meyit olmasını dəqiqləşdirdikdən sonra dərhal sonuncu ilə birlikdə polisə məlumat vermiş, meyiti aşkar etdiyi vaxt ətrafda şübhəli nəsə müşahidə etməmiş, eyni zamanda həmin vaxt ərazidə hər hansı bir şəxs görməmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2021-ci ilin əvvəllərindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində yayıcı vəzifəsində işləyir, “Nunu” ləqəbli Zərərçəkmiş şəxs təxminən 11-12 avqust 2021-ci il tarixlərdə tanımış, sonuncuyla münasibəti normal olmuş, aralarında hər hansı bir qohumluq və ya düşmənçilik münasibətləri olmamışdır. 11-12 avqust 2021-ci il tarixlərdən birində gecə saatlarında yaşadığı Sumqayıt şəhərindən vaxt keçirmək üçün 20 yanvar dairəsinə getmiş, həmin gün gecə saatlarında 20 yanvar dairəsinin yaxınlığında avtobus dayanacağında olarkən “Nunu” ləqəbli Zərərçəkmiş şəxs istifadəsində olan ağ rəngli “Kia Rio” markalı avtomobili ilə ona yaxınlaşaraq söhbət etməyə başlamış, bir qədər söhbət etdikdən sonra Zərərçəkmiş şəxs maşınına oturmuş, həmin vaxt Zərərçəkmiş şəxs cinsi azlıq nümayəndəsi olduğunu bilmiş, maşında oturarkən Zərərçəkmiş şəxs ona iki sevgilisinin olduğunu danışmış, Zərərçəkmiş şəxs ona birinci sevgilisinin adının Dilqəm olduğunu və sonuncuyla birlikdə yaşadığını, Dilqəmin pis günündə daima yanında olduğunu və taksi sürücüsü olduğunu danışmış, bundan sonra isə Zərərçəkmiş şəxs ona ikinci sevgilisinin Miro adlı şəxs olduğunu, həmin şəxsin bankda inkassator adlanan avtomobillərin rəisi olduğunu bildirmiş, bu söhbətləri Zərərçəkmiş şəxs onunla sadəcə avtomobildə tanışlıq məqsədi ilə söhbət edərkən danışmış, tanış olarkən Zərərçəkmiş şəxs qadın geyimində olaraq özünü “Nunu” kimi ona təqdim etmiş, öz növbəsində özünü Cavid olaraq Zərərçəkmiş şəxs təqdim etmiş, tanışlıq zamanı avtomobildə “Xumar” ləqəbli başqa bir cinsi azlıq nümayəndəsi də olmuş, təxminən bir saata yaxın söhbət etdikdən sonra “Nunu” ləqəbli Zərərçəkmiş şəxs ona yaşadığı evə gedib yemək yeməyi təklif etmiş, intim əlaqə olmayacağı halda gələcəyini dedikdə Zərərçəkmiş şəxs onunla razılaşmışdır. Bundan sonra üçü birlikdə Zərərçəkmiş şəxs Xırdalan şəhərində yaşadığı evə getmiş, onların ardınca Dilqəm adlı şəxs evə gəlmiş, dördü oturub birlikdə yemək yemiş, yeməkdən sonra “Xumar” ləqəbli şəxs evdən çıxmış, sonuncunun ardınca Dilqəm də evdən çıxıb getmiş, qısa müddət sonra isə Dilqəm geri qayıtmış, evin qonaq otağında divanda yatmış, “Nunu” ləqəbli Zərərçəkmiş şəxs isə otağında yatmış, səhəri gün isə yuxudan oyanıb evinə getmiş, həmin gün Zərərçəkmiş şəxs ***-***-**-** saylı mobil telefon nömrəsini götürmüş, daha sonra isə Dilqəmin Zərərçəkmiş şəxs sevgilisi olduğunu bildiyindən əlaqə saxlamamışdır. 17 avqust 2021-ci il tarixdə təxminən saat 20 radələrindən sonra Bakı şəhərində olan iş yerindən çıxdıqdan sonra Sumqayıt şəhərinə evə qayıtmaq istəməmiş, bu səbəbdən “Nunu” ləqəbli Zərərçəkmiş şəxs zəng edərək Bakı şəhərində olduğunu, maşını ilə onu işdən götürüb apara bilib-bilməyəcəyini soruşmuş, Zərərçəkmiş şəxs isə ona hazırda işinin olduğunu, rayona gedəcəyini, hazırlaşdığını, taksiylə evinə gəlməyini söyləmiş, bundan sonra isə taksi ilə “Nunu” ləqəbli Zərərçəkmiş şəxs yaşadığı evə getmiş, evə girəndə “Nunu” ləqəbli Zərərçəkmiş şəxs artıq evdən çıxırmış, Zərərçəkmiş şəxs yenə qadın geyimində olmuş, Zərərçəkmiş şəxs geyimi güllü və fərqli rəngli olmuş, evə daxil olanda qapını Zərərçəkmiş şəxs ona açaraq ayaqüstü onunla iki dəqiqə söhbət etmiş, Zərərçəkmiş şəxs ona Miro adlı şəxslə Quba, ya da Xaçmaz rayonuna getdiyini, növbəti gün geri qayıdacağını, Dilqəmin evə gələcəyini deyərək evdən çıxmış, həmin vaxt təxminən saat 22 radələri olmuş, Zərərçəkmiş şəxs evdən çıxandan sonra yatmış, yuxudan oyananda isə Dilqəmin də divanda yatdığını görmüş, növbəti gün oyanıb evinə getmiş, həmin gündən sonra isə “Nunu” ləqəbli Zərərçəkmiş şəxs bir xəbər olmamış, bir neçə gün sonra isə “Nunu” ləqəbli Zərərçəkmiş şəxs bıçaqlanaraq öldürüldüyünü eşitmiş, ümumiyyətlə “Nunu” ləqəbli Zərərçəkmiş şəxs qorxusuz, deyib-gülən, özünü çox rahat aparan bir şəxs kimi tanımışdır. Məhkəmədə ifadəsi elan edilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayından etibarən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində plastik cərrah vəzifəsində işləyir, “Nunu” ləqəbli Zərərçəkmiş şəxs həkimi olmuşdur. Belə ki, 2019-cu ilin noyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs onun həmin vaxt işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etmiş, həmin vaxtdan tanışlıqları yaranmış, Zərərçəkmiş şəxs haradansa onun plastik cərrah olduğunu eşidib, onun yanına plastik burun əməliyyatı etdirmək üçün gəlmiş, öz növbəsində Zərərçəkmiş şəxs üçün xəstəlik tarixi açaraq müayinə etmiş, daha sonra isə 14 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, X15 küçəsi, ev 121 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xəstəxanasında Zərərçəkmiş şəxs plastik burun əməliyyatı etmiş, əməliyyat uğurla başa çatmış və xəstənin hər hansı bir narazalığı olmamışdır. Bundan sonra isə 2021-ci ilin yay aylarında Zərərçəkmiş şəxs ona 2-3 dəfə zəng edib, plastik sinə böyütmə əməliyyatı etdirmək istədiyini bildirmiş, öz növbəsində Zərərçəkmiş şəxs bu əməliyyat barədə məlumatlandırmış, həmçinin sonuncu dəfə Zərərçəkmiş şəxs 2021-ci ilin avqust ayının ortalarında ona zəng edib hazırda işlədiyi xəstəxanaya gəlmiş, Zərərçəkmiş şəxs ondan əməliyyatın qiyməti barədə maraqlanmış, Zərərçəkmiş şəxs 2.500 manat məbləğində pul müqabilində əməliyyat edə biləcəyini demiş, sonuncu həmin pulu 2.000 manata endirmək istəmiş, öz növbəsində bunun mümkünsüz olduğunu demiş, bundan sonra Zərərçəkmiş şəxslə hər hansı bir əlaqəsi olmamış, bir müddət sonra sosial şəbəkələrdə olan xəbərlərdən Zərərçəkmiş şəxs öldürüldüyünü öyrənmişdir. “Nunu” ləqəbli Zərərçəkmiş şəxs yanında ancaq “Günay” ləqəbli cinsi azlıq nümayəndəsini görmüş, son ləqəbləri qeyd olunanlar birlikdə sonuncu dəfə onun yanına 2021-ci ilin avqust ayında gəlmişdir. Sonuncu görüş zamanı “Nunu” ləqəbli Zərərçəkmiş şəxs ona sinə böyütmə əməliyyatı etdirmək üçün 2.000 manat məbləğində pulu düzəldə biləcəyini demiş, Lakin Zərərçəkmiş şəxs ona pulu necə və haradan əldə edəcəyini deməmiş, “Nunu” ləqəbli Zərərçəkmiş şəxs qorxusuz, özünü çox rahat aparan, deyib-gülən bir şəxs kimi tanımış, cinayət hadisəsindən sonra Zərərçəkmiş şəxs müxtəlif şəxsləri şantaj etdiyini yadında qalmayan şəxslərdən eşitmiş, hətta Zərərçəkmiş şəxs sonuncu dəfə onun yanına gələndə guya zarafatla 2.000 manata əməliyyat etməsə, onu da şantaj edəcəyini demiş, buna baxmayaraq Zərərçəkmiş şəxs ciddiyə almamışdır. 17.08.2021-ci il tarixdə saat 12:26 və 14:28-də olan danışıqları zamanı Zərərçəkmiş şəxs onun yanına gəlmək istədiyini bildirərək, iki saat sonra onun yanına gələrək qəbulunda olmuş, son görüşləri də qeyd olunan tarixdə baş tutmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X13 22.09.2021-ci il tarixli 78 nömrəli rəyindən görünür ki, 1994-cü il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizasında döş qəfəsinin sol yarısının arxa səthinin iki ədəd daxilə nüfuz edən və ürəyi zədələyən yaraları, sağ kürəkaltı nahiyənin bir ədəd döş boşluğuna keçən deşilmiş-kəsilmiş yarası, sağ kürəkaltı nahiyənin bir ədəd, sağ kürək nahiyyəsinin bir ədəd, belin sol səthinin bir ədəd, sağ səthinin bir ədəd, döş qəfəsinin sağ yan səthinin bir ədəd daxilə nüfuz etməyən və sol sağrının bir ədəd deşilmiş-kəsilmiş yaraları aşkar olunmuş, qeyd olunan xəsarətlər deşicikəsici əşya (alət) təsirindən yaranmış, həyati olmuş, ölümündən az əvvəl törənmiş, dərəcələrinə görə ürəyin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin iki ədəd və sağ kürəkaltı nahiyənin döş boşluğuna keçən bir ədəd deşilmişkəsilmiş yaraları həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malik olmuş və həyati olmaqla mərhum Zərərçəkmiş şəxs ölümü ilə bir-başa səbəbli əlaqəli olmuşdur. Sağ kürəkaltı nahiyənin bir ədəd, sağ kürək nahiyəsinin bir ədəd, belin sol səthinin bir ədəd, sağ səthinin bir ədəd, döş qəfəsinin sağ yan səthinin bir ədəd daxilə nüfuz etməyən və sol sağrının bir ədəd deşilmiş-kəsilmiş yaraları həyati olmuş və canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilmişdir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb ürəyin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin iki ədəd deşilmiş-kəsilmiş yaraları olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən Zərərçəkmiş şəxs ölümünün onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan (23.08.2021-ci il saat 00:20-də) 4-6 gün əvvəl baş verdiyi güman edilmişdir. Mərhum Zərərçəkmiş şəxs meyiti kəskin çürümə dəyişikliklərinə məruz qaldığından onun ölümündən əvvəl hər-hansı bir xəstəlikdən əziyyət çəkməsi barədə fikir söylənilməsi mümkün olmamışdır. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş əzələ toxumasında məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs meyiti meyitxanaya daxil olduqda əynindı çürümə mayesi ilə bulaşıqlı qara rəngli şalvar olmuş və şalvarda hər-hansı bir zədə aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini nəzərə alaraq, qeyd olunan xəsarətlərin deşici-kəsici əşya (alət) təsirindən, eləcə də, bıçaq təsirindən törənməsi mümkün hesab olunmuşdur. Mərhum Zərərçəkmiş şəxs meyiti çürüməyə məruz qaldığından onun məqsədyönlü hərəkət edib-etməməsi və onun ölümü dərhal və ya müəyyən zaman keçdikdən sonra baş verməsi haqqında konkret fikir söyləmək mümkün olmasa da, onun bədən səthində aşkar olunmuş xəsarətləri nəzərə alıb, mərhumun çox qısa müddət ərzində hərəkət edə bilməsi istisna olunmuşdur. Mərhum Zərərçəkmiş şəxs meyitinin müayinə zamanı sol yuxarı ətrafının bazu oynağından olmamasını həmin nahiyənin ətraf toxumalarının qeyri-müəyyən formalı didilməsini və əzələlərinin qopma xarakterinə oxşayan xüsusiyyətlərini nəzərə alaraq mərhumun sol yuxarı ətrafının hər-hansı yırtıcı heyvan tərəfindən parçalanması mümkün hesab edilmişdir. (Cild 04, iş vər. 143-149). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X13 16.12.2021-ci il tarixli 1/78 nömrəli əlavə ekspert rəyindən görünür ki, 1994-cü il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs adına tərtib edilmiş 78 nömrəli meyit rəyinin məlumatlarına və məhkəmə-kriminalistik aktına əsasən, sonuncunun meyitinin məhkəmə-tibbi müayinəsi zamanı döş qəfəsinin sol yarısının arxa səthinin iki ədəd daxilə nüfuz edən və ürəyi zədələyən yaraları, sağ kürəkaltı nahiyənin daxilə nüfuz edərək döş boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yarası, sağ kürəkaltı nahiyənin bir ədəd, sağ kürək nahiyyəsinin bir ədəd, belin sol səthinin bir ədəd, sağ səthinin bir ədəd, döş qəfəsinin sağ yan səthinin bir ədəd daxilə nüfuz etməyən və sol sağrının bir ədəd deşilmişkəsilmiş yaraları aşkar olunmuş, qeyd olunan xəsarətlər deşici-kəsici əşya (alət) təsirindən yaranmış, həyati olmuş, dərəcələrinə görə ürəyin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin iki ədəd və sağ kürəkaltı nahiyənin daxilə nüfuz edərək döş boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yaraları həm ümumilikdə, həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malik olmuşdur. Sağ kürəkaltı nahiyənin bir ədəd, sağ kürək nahiyəsinin bir ədəd, belin sol səthinin bir ədəd, sağ səthinin bir ədəd, döş qəfəsinin sağ yan səthinin bir ədəd daxilə nüfuz etməyən və sol sağrının bir ədəd deşilmiş-kəsilmiş yaraları həm ümumilikdə, həm də ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilmişdir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb ürəyin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin iki ədəd deşilmiş-kəsilmiş yaraları olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən Zərərçəkmiş şəxs ölümünün onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan (23.08.2021-ci il saat 00:20-də) 4-6 gün əvvəl baş verdiyi güman edilmişdir. Mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı çürümə dəyişiklikləri fonunda yuxarıda qeyd olunan xəsarətlərdən başqa hər hansı xəsarət və ya xəsarət izi, o cümlədən, yanıq xəsarətləri aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs meyitinin sağ kürəkaltı nahiyəsində aşkar olunmuş döş boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yarası daxil nüfuz etmiş, lakin mərhum Zərərçəkmiş şəxs meyiti kəskin çürümə dəyişikliklərinə məruz qaldığından həmin proyeksiyada olan daxili orqanlarda çürümə fonunda zədə aşkar edilməmiş, bu səbəbdən həmin xəsarətin ölümünə səbəb olub-olmaması barədə dəqiq fikir söyləmək mümkün olmasa da, əgər həmin xəsarət daxili orqanı zədələmişdirsə və yaxud qanaxmaya səbəb olmuşdursa ölümünə səbəb olması istisna olunmamışdır. Mərhum Zərərçəkmiş şəxs meyiti kəskin çürüməyə məruz qaldığından, yəni onun baş, üz, boyun və gövdənin ön səthində yumşaq toxumalar aşkar olunmadığından və tam skletləşdiyindən üst çənədə soldan ön kəsici dişin düşməsinin travmatik olub-olmaması və düşmə müddəti haqqında dəqiq fikir söyləmək mümkün olmamışdır. Eyni səbəblərdən mərhumun meyitində aşkar olunmuş sol tərəfli İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X-Xİ-Xİİ, sağ tərəfli Vİ- Vİİ-Vİİİ-İX-X-Xİ-Xİİ qabırğalar orta körpücük sümüyü xətti üzrə sınıqlarının həyati olubolmaması və yaranma müddəti haqqında dəqiq fikir söyləmək mümkün olmasa da, məhkəmə-tibbi kriminalistik aktda qeyd olunanları, eləcə də, onun meyitində döş sümüyünün, sınmış qabırğaların fraqmentlərinin və sol yuxarı ətrafın olmamasını nəzərə alaraq, qeyd olunan qabırğaların sınıqları iti uca malik küt əşyanın təsirindən törənmiş və yırtıcı, gəmirici heyvanların dişinin təsirindən törənməsi daha inandırıcı olmuşdur. (Cild 05, iş vər. 93-98). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X13 12 noyabr 2021-ci il tarixli 681/2021-MTBŞ saylı ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs məxsus 02 ədəd tuman iç-içə keçirilmiş vəziyyətdə, şalvar, hadisə yerində götürülmüş büzqalter və bir neçə parça fraqmentləri kəskin qoxulu, nəm və eroziyaya uğradığı, həmçinin üzərində çoxsaylı həşərat süfrələri müəyyən edildiyi üçün, tədqiqata yararsız hesab edilmiş və həmin geyim əşyalarının məhkəmə-tibbi bioloji tədqiqatının aparılması mümkün olmamışdır. Ekspertizaya təqdim olunan mərhum Zərərçəkmiş şəxs məxsus dırnaq kəsikləri üzərində qan və hüceyrə elementləri aşkar edilməmişdir. Məhkəmə bioloji ekspertizaya təqdim edilən, avtomaşına baxış zamanı götürülüb 04 cüt nazik yapışan lövhələr arasında qablaşdırılmış cəmi 12 ədəd obyekt və hadisə yerindən götürülmüş tükəbənzər yığımda olan obyektlər insanın təbii baş tükləridir. Avtomaşından götürülmüş tüklərdən biri ağarmağa başlayan tük olub yarı rənglənmiş, avtomaşından götürülmüş digər tüklər isə rənglənməmiş, hadisə yerindən götürülüb tədqiq edilmiş tüklərin hamısı da bu və ya digər dərəcədə rənglənmiş, onlarında arasında tam rənglənmiş tüklər də olmuş, avtomaşından götürülmüş üç tük üzərində morfoloji quruluşun pozulması əlamətləri aşkar olunmuş, avtomaşından götürülmüş əksər tüklər yaşama qabiliyyətini itirib, özləri düşmüş, bir ədədi isə küt təsir mexanizmi ilə milindən ayrılmışdır. Avtomaşından götürülmüş tüklərlə hadisə yerindən götürülmüş tük yığımında olan tüklər müqayisə olunduqda əsas morfoloji əlamətlərinə və müqayisə olunan tüklərdə müşahidə olunan oxşar rənglənmə əlamətinə görə avtomaşından götürülmüş 2-1 saylı tük ilə hadisə yerindən götürülmüş yığımda olan tüklər arasında əsasən oxşarlıq müəyyən edilmişdir. Avtomaşından götürülmüş digər tüklər əsas morfoloji əlamətlərinə görə hadisə yerindən götürülmüş tüklərdən fərqli olmuşdur. (Cild 04, iş vər. 175-184). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30.09.2021-ci il tarixli 6/3969 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd olunan 01 (bir) ədəd şalvarın, 01 (bir) ədəd büstqalterin və 01 (bir) ədəd alt tumanın səthləri üzərində kənar lif mikrohissəcikləri olmuşdur. (Cild 04, iş vər. 125-128). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 Təqsirləndirilən şəxs barəsində kompeks ambulator məhkəmə psixiatrik və psixioloji ekspertizasının 22.11.2021-ci il tarixli 2755 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur, hazırkı psixiatrik müayinə zamanı Təqsirləndirilən şəxs psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir, Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində əqliintellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, hövsələsizlik, emosional reaksiyalara meyillilik, fərdi-psixi xüsusiyyətlərində inadkarlıq, özünə qarşı həddən artıq hörmət tələb etmək, ətrafdakıların onun barəsində danışdıqlarına önəm vermək, özünü psixoloji müdafiə etməyə meyillilik, özü üçün seçdiyi əlverişli mövqeyi davamlı müdafiə etmək, eqosentrizm aşkar olunur. Təqsirləndirilən şəxs özünə tənqidi yanaşmaq qabiliyyətinə malikdir, ümumilikdə səmimidir, bəzi nüanslarda səmimi olmaya bilər. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə (18 avqust 2021-ci il tarixdə) hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qərarda təsvir olunan cinayət törədən zaman, yəni 18 avqust 2021-ci il tarixdə və ondan sonrakı dövrdə anlaqlılığı istisna etməyən psixi pozuntudan əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində inadkarlıq, özünə qarşı həddən artıq hörmət tələb etmək, ətradakıların onun barəsində danışdıqlarına önəm vermək, özünü psixoloji müdafiə etməyə meyillilik, qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik, özü üçün seçdiyi əlverişli mövqeyi davamlı müdafiə etmək, eqosentrizm aşkar olunur. Təqsirləndirilən şəxs özünə tənqidi yanaşmaq qabiliyyətinə malikdir, ümumilikdə səmimidir, bəzi nüanslarda səmimi olmaya bilər. Təqsirləndirilən şəxs düşdüyü vəziyyəti adekvat olaraq qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs özündən uydurmağa, yalan danışmağa patoloji meyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəb yaranmış, həmin halın yaranması fərdi-psixi xüsusiyyətləri fonunda situasiya ilə şərtləşmişdir. Hazırda psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik müəyyən olunmur. Təqsirləndirilən şəxs 18 avqust 2021-ci il tarixdə cinayət əməlini törədən zaman qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (affekt halında) olmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman davranışının psixoloji motivi Zərərçəkmiş şəxs ona qarşı şantaj xarakterli hərəkətinin qarşısını almaqla cəmiyyət içində öz mövqeyini qorumaq kimi psixoloji nüansdan ibarət olmuşdur.(Cild 05, iş vər. 59-63). Hadisə yerinə baxış keçirilməsi haqqında 22 və 23 avqust 2021-ci il tarixli protokollardan görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi ərazisi Lökbatan-Qızıldaş avtomobil yolunun kənarında yerləşən özbaşına yarım tikilidir. Həmin özbaşına yarımtikili Lökbatan-Qızıldaş avtomobil yolunun üzü Lökbatan qəsəbəsi istiqamətində yolun sağ kənarında yerləşir. Avtomobil yolundan yaşayış evinin avtomobil yolunan paralel girişinə məsafə 06 metr təşkil edir. Yaşayış evinin həyətinin qarşı tərəfinin girişi daşlar ilə hörülmüş və bu səbəbdən də həmin yerdən həyətyanı sahəyə daxil olmaq mümkün olmadı. Yaşayış evinin həyətyanı sahəsinin mişar daşı ilə hörülmüşdür. Həmin mişar daşı ilə hörülmüş hasar boyunca 40 metr irəlilədikdə hasarın hündür sahəsi başa çatır və həmin ərazidən sonrakı hasar yerdən 60 sm məsafədə davam edir. Hasarın hündür sahəsinin başa çatdığı hissədən evin həyətinə daxil olduqda həyətyanı sahədə çoxlu nizamsız düzülmüş halda mişar daşlarının olduğu görünür. Özbaşına tikilinin həyətyanı sahəsində sərbəst şəkildə piyada, lakin məhdud şəkildə maşınla hərəkət etmək mümkündür. Özbaşına tikilinin darvazası yoxdur, hər tərəfi 2 mişar daşı ilə hasarlanmışdır. Özbaşına yarım tikilinin həyəti torpaqlıqdır, bir hissəsində mişar daşları tökülmüşdür. Özbaşına yarımtikili təmirsizdir, kürsülüdür, evin giriş qapısı və pəncərələri yoxdur. Evin girişinə nizamsız halda düzülmüş 7 pilləli pilləkən ilə qalxılır. Evin girişi nizamsiz halda mişar daşı ilə hörülmüşdür. Həmin girişdən çətin halda dəhlizə daxil olunur. Evin döşəməsi yoxdur, bir otaqdan digər otağa daxil olmaq üçün nahamar və nizamsız haldan taxta parçaları düzülmüşdür. Evin girişinə daxil olduqda sol tərəfdə təmirsiz, qapısız otaq vardır. Həmin otağa daxil olduqda çoxlu sayda taxtalar qoyulmuşdur və sağ tərəfdə 3 otaq vardır. Evin digər otaqları da təmirsiz, qapısızdır, otaqlar da çox sayda taxta parçaları vardır. Qeyd olunan ərazidə həyətyanı sahəyə daxil olduqda yerdə torpaq örtüyünün üzərində qara tünd rəngli maddə vardır, naməlum kişi meyiti 22 avqust 2021-ci il tarixdə saat 20 radələrində həmin yerdə aşkar edilmişdir. Hadisə yerinə meyitə vizual baxarkən, naməlum meyit çürümüş vəziyyətdə olmuş, meyitin sol qolunun olmadığı aşkar edilmişdir. Meyitin kürək nahiyəsində kəsilmiş-deşilmiş yara xəsarətləri aşkar olunmuşdur. Özbaşına tikilinin həyətində meyitə tərəf 01 (bir) ədəd qara rəngli ayaqqabı şərti 01 (bir) rəqəmi ilə nömrələnərək götürülmüş, meyitə tərəf istiqamətdə 70 sm-də olan qanabənzər maddə steril DNT çöpü ilə götürülmüş və şərti 02 (iki) rəqəmi ilə işarələnmiş, ardınca 50 sm məsafədə olan qanabənzər maddə steril DNT çöpü ilə götürülmüş və şərti 03 (üç) rəqəmi ilə nömrələnmiş, bundan sonra həmin qanabənzər maddənin yanında 01 (bir) ədəd qara rəngli ayaqqabı şərti 04 (dörd) rəqəmi ilə nömrələnərək götürülmüşdür. Naməlum meyitə tərəf hərəkət edən zaman 01 (bir) parça materialdan hissə şərti 05 (beş) rəqəmi ilə nömrələnərək götürülmüş, yanında isə 01 (bir) ədəd qırmızı rəngli süni dırnaq aşkar olunaraq 06 (altı) rəqəmi ilə işarələnərək götürülümüş, həmin süni dırnağın sağ tərəfindən 01 (bir) ədəd dağılmış vəziyyətdə olan süni saç şərti 07 (yeddi) rəqəmi ilə nömrələnərək götürülmüş, hadisə yerində olan 01 (bir) ədəd sümük şərti 08 (səkkiz) rəqəmi ilə işarələnərək götürülümüş, naməlum meyitə yaxın tərəfdə 01 (bir) ədəd büstqalter şərti 09 (doqquz) rəqəmi ilə nömrələnərək götürülmüş, meyitin sol hissəsində qanabənzər ləkələr aşkar olunmuş, steril DNT çöpü ilə götürülmüş, şərti 10 (on) rəqəmi ilə işarələnmişdir. Özbaşına tikilinin qarşısında üzü üstə sol qolu olmayan naməlum meyitin yanında qanabənzər ləkələr aşkar edilmiş, steril DNT çöpü ilə götürülərək şərti 11 (on bir) rəqəmi ilə nömrələnmişdir. Bundan sonra naməlum kişi cinsli meyit xarici və daxili müayinə olunması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X13 Bakı şəhəri Qaradağ rayon şöbəsinə təhvil verilmişdir. Hadisə yerinə baxış aparılması haqqında protokola əlavə edilmiş fotoşəkilə əsasən, hadisə baş vermiş yerin “40°18'05"N, 49°39'01"E” koordinatlarda yerləşdiyi müəyyən edilmişdir. (Cild 01, iş vər. 5-15, 40-50). 23 avqust 2021-ci il tarixli meyitə baxış aparılması haqqında protokoldan görünür ki, kişi cinsli meyit kəskin çürümə dəyişikliyinə məruz qalmış, naməlum kişi cinsli meyitin boyununun uzunluğu 188 sm-dir. Meyitin bütün bədən səthi qara qonuru rəngdə olub, meyit çürümə mayesi və qazları hesabına şişmiş, dərinin epidermisi çirkli bozumtul rəngli bəzi nahiyələrində soyulmuş haldadır. Meyit qacıması tam boşalmışdır. Meyitin baş və boyun nahiyəsində ağımtıl rəngli çoxsayda qurd və qurd sürfələri vardır. Başın və üzün yumşaq toxumaları qeyd olunmur. Əllə yoxladıqda kəllə tağı sümükləri patoloji hərəkətsizdir. Hər iki göz alması göz yuvalarında yoxdur. Ağız boşluğundan köpüklü çirkli qonur-qırmızımtıl maye (çürümə mayesi) xaric olur. Üst çənədə ön kəsici diş diş yuvasında yoxdur, digər dişləri tam və təbii olmaqla yerindədir. Üz sklet sümükləri əllədikdə patoloji hərəkətsizdir. Döş qəfəsinin və qarının dəri və dərialtı piy toxuması qeyd olunmur, daxili orqanlar asanlıqla nəzərə çarpır. Döş sümüyü yoxdur, sol tərəfdə Vİİİ-İX-X-Xİ-Xİİ qabırğalar sınmışdır. Dəriüstlüyü bel, sağrı, sağ yuxarı ətrafda, bud-diz oynaqları hissəvi şəkildə soyulmuş vəziyyətdədir. Boyun bədənə mütənasibdir, orta uzunluqda və qalınlıqdadır. Xarici cinsiyyət üzvləri kişi tipli olub, düzgün inkişaf etmişdir. Arxa keçəcək dəliyi qapalıdır, ətraf dərsinin dəri üstlüyü hissəvi soyulmuş, çirkli yaşılımtıl rəngdədir, ətrafı çürümə mayesi ilə bulaşıqdır. Fəqərə sütunu əllədikdə patoloji hərəkətsizdir. Sol yuxarı ətraf bazu oynağından yoxdur. Sağ yuxarı və aşağı ətrafları düzgün inkişaf etmişdir, əllə yoxladıqda tamdırlar. Meyitdə sol kürək nahiyəsinin tış hissəsində 2,0x0,5 sm ölçüdə, boylama bir qədər çəp istiqamətli, kənarları hamar, bucaqlarından biri iti digəri küt olan, zondla müayinə zaman daxilə keçən bir ədəd yara, sol kürək nahiyəsində qeyd olunan yaradan 3 sm sağda 2,0x1,0 sm ölçüdə bir ədəd, sol kürəkaltı nahiyənin iç hissəsində 2,0x1,0 sm ölçülərdə, eyni xarakterli və rəngli yaralar vardır. Sağ kürəkaltı nahiyənin iç hissəsində 1,5x0,2sm ölçüdə bir ədəd, boylama bir qədər çəp istiqamətli, kənarları hamar, zondla müayinə zamanı daxilə nüfüz etməyən yara, sağ kürək nahiyəsində arxa qoltuq xətti üzrə İİ - İİİ qabırğalar səviyyəsində 1,0x0,1 sm ölçüdə bir ədəd, belin sol yarısında 2,8x0,5 sm ölçüdə bir ədəd, belin sağ yarısında 2,0x0,3 sm ölçüdə bir ədəd, döş qəfəsinin sağ yan səthində 2,0x0,5 sm ölçüdə bir ədəd, sol sağrının yuxarı tış hissəsində 2,2x0,3 sm ölçüdə bir ədəd eyni xarakterli yaralar olan xəsarətlər aşkar olunmuşdur. Naməlum kişi meyitindən sağ ovuc əkslərinin 01 ədəd daktiloxəritəsi, meyitin sağ əlinin İİİ barmağından 1 ədəd dırnaq nümunəsi, İİ, İİİ, İV barmaqlarının dırnaqlarının üzərində olan süni dırnaq nümunələri və meyitin əynində olmuş qara rəngli şalvar və şalvar fraqmenti götürülmüşdür. (Cild 01, iş vər. 21-32). Cinayət işinin materiallarına əlavə edilmiş 27 avqust 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, avtomobil cinayət işi üzrə Təqsirləndirilən şəxs idarə etdiyi “Lexus İS 300” markalı ** VC *** dövlət qeydiyyat nişanlı avtomobil olmuş, baxışda iştirak edən Təqsirləndirilən şəxs hadisə baş verən gün daima həmin avtomobil ilə hərəkətdə olduğunu bildirmişdir. Avtomobilin qabaq sağ oturacağının ayaqaltı hissəsindən iki ədəd uzun qara saç teli aşkar edilərək götürülmüş, avtomobilin arxa oturacağında çəhrayı rəngli bir ədəd qovluq və bir ədəd göy rəngli torba aşkar edilmiş, həmin qovluqda üç ədəd qəbz, iki manat məbləğində pul vəsaitləri, bir ədəd eynək qabı, bir ədəd yükləmə cihazı, bir ədəd “Vertu” markalı mobil cihaz, bir ədəd avtomobil açarı, bir ədəd qara kitabça aşkar edilərək götürülmüşdür. Avtomobilin arxa saxlanc yerini açdıqda bir ədəd qara rəngli iri çanta, bir ədəd uzunsov orta ölçülü çanta, bir ədəd göy rəngli asılqan və bir ədəd qara rəngli parça materialdan olan çanta aşkar olunaraq götürülmüş, qara rəngli iri çantanı açdıqda içərisdinə şəxsi geyim əşyalarının, gigiyenik vasitələrin, sənədlərin olduğu müəyyən edilmiş, uzunsov çantanı açdıqda isə 42 sm ölçüdə ov silahı aşkar edilmiş, həmin silahın üzərində çap hərfləri ilə “kral varms, magnum, made in turkey 12/763-TS 870 NBD” sözləri yazılmış, həmçinin çantada 08 ədəd gilizlər olmuşdur. Parça materialdan olan qutunu açdıqda içərisində avtomobilə aid üç ədəd təkər açarının olduğu müəyyən edilmişdir. Baxış zamanı içərisində kassa mədaxil qəbzi, iki manat pul vəsaitləri, bir ədəd eynək, bir ədəd yükləmə cihazı, bir ədəd “Vertu” markalı mobil cihaz, bir ədəd avtomobil açarı, bir ədəd qara kitabça olan bir ədəd çəhrayı rəngli qovluq, eləcə də, içərisində silah və patronlar olan bir ədəd çanta və saç telləri qablaşdırılaraq götürülmüşdür. (Cild 01, iş vər. 193-210). İş materiallarında olan 16 sentyabr 2021-ci il tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş məlumatlara baxış aparılması haqqında protokoldan görünür ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən 20.08.2021-ci il tarixdə saat 05:23-də Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Ay q....be tеlefonа cаvаb vеr yoxsа аnаvа zеng еdеcеm miron аdindа bank iscisi ile yoxа cixib 3 gundur” məzmunlu ismarıc göndərilmişdir. (Cild 02, iş vər. 233-244). Cinayət işinin materiallarına əlavə edilmiş 17 sentyabr 2021-ci il tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş məlumatlara baxış aparılması haqqında protokoldan görünür ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 17 və 18 avqust 2021-ci il tarixlərdə daxil olan ismarıclar onun ifadəsində göstərdikləri ilə eynilik təşkil etmişdir. 17.08.2021-ci il tarixdə saat 20:03-də Təqsirləndirilən şəxs sonuncu danışığını Bakı şəhəri, Təbriz küçəsində apardıqdan sonra mobil telefon nömrəsindən 18.08.2021-ci il tarixdə saat 07:31-dək Bakı şəhəri, Salamzadə küçəsində danışıq aparana qədər istifadə etməmişdir. Qeyd olunun 9 saatdan artıq müddət ərzində onun mobil telefon nömrəsinə hər hansı bir zəng daxil olmamış, eləcə də, zəng edilməmişdir. Bu həmin mobil telefonun hadisə zamanı söndürülməsinin sübutudur. Bundan əlavə Zərərçəkmiş şəxs istifadəsində olmuş mobil telefon nömrəsinin hadisə zamanı olduğu ünvanlar müəyyənləşdirilərkən, sonuncunun həqiqətən 17 və 18 avqust 2021-ci il tarixlərdə Xaçmaz rayonu ərazisində olduğu aşkar edilmişdir. Bundan əlavə protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrəsi ilə qəsdən öldürdüyü Zərərçəkmiş şəxs qardaşı Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi arasında Zərərçəkmiş şəxs gəlinlik geyimində videogörüntüsünün yayılmasından sonra danışıqlar olmuşdur. Hər iki şəxs arasında 16 dəfə danışıqların aparıldığı aşkar olunmuşdur. Həmin danışıqlar Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə 23 iyul 2021-ci il tarixdə saat 18:09da cinayət işi üzrə Təqsirləndirilən şəxs zəng etməsi ilə başlamış və 11 avqust 2021-ci il tarixdə saat 19:10-da onlar arasında sonuncu danışıq baş tutmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi ilə qəsdən öldürdüyü Zərərçəkmiş şəxs atası Şahid1 istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəsi arasında Zərərçəkmiş şəxs gəlinlik geyimində videogörüntüsünün yayılmasından sonra danışıqlar olmuşdur. Həmin danışıqlar Şahid1 istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsi ilə 23 iyul 2021-ci il tarixdə saat 19:46-da cinayət işi üzrə Təqsirləndirilən şəxs zəng etməsi ilə başlamış və 18 avqust 2021-ci il tarixdə saat 07:31də, yəni, Şahid1 artıq qəsdən öldürüldükdən həmən sonra onlar arasında sonuncu danışıq baş tutmuşdur. Cild 03, iş vər. 1-16). Cinayət işinin materiallarına əlavə edilmiş 25 sentyabr 2021-ci il tarixli baxış aparılması haqqında protokoldan və protokola əlavə edilmiş 01 ədəd CD diskdə fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhərində “Huqqa” adlı restoranda özünə gəlinlik geyimində ad günü keçirmiş, həmin ad günü ilə əlaqədar videogörüntü sosial şəbəkələrdə yayılmış, www.youtube.com internet səhifəsində “Bakıda cinsi azlıq nümayəndələri toy etdi” adlı videogörüntü olmuş, həmin videogörüntü 51 saniyə müddəti əhatə etmiş, Həmin videogörüntüdə Zərərçəkmiş şəxs qadın bəzəyində, uzun saçlı, gəlinlik paltarında olmaqla, mobil telefonu ilə özünü və digərlərini lentə almışdır. (Cild 03, iş vər. 96-99). 28 oktyabr 2021-ci il tarixli baxış aparılması haqqında protokoldan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş dövlət yol polisi idarəsindən daxil olmuş 08 oktyabr 2021-ci il tarixli 016-117618-1221 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskdən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs idarə etdiyi “Lexus” markalı **-VS- *** dövlət qeydiyyat nişanlı avtomobilin 17 avqust 2021-ci il tarixdə saat 00:04:47-dən 18 avqust 2021-ci il tarixdə saat 23:29:52-dək olan müddət ərzində hərəkət istiqamətləri barədə məlumatlar cədvəl şəklində əks olunmuş, həmin məlumatlara əsasən qeyd olunan avtomobilin 17 avqust 2021-ci il tarixdə saat 21:12:48-də Ekologiya postu ərazisində, həmin tarixdə saat 22:15:24-də Bakı-Quba yolunun 17-ci kilometrliyində Quba istiqamətində müşahidə kameralarına düşdüyü aşkar edilmiş, eyni zamanda həmin tarixdə avtomobilin Xaçmaz şəhərinə qədər hərəkətdə olduğu və 18 avqust 2021-ci il tarixdə saat 00:11:49-da Xaçmaz şəhərində 8 nömrəli məktəb liseyin qarşısında müşahidə kameralarına düşdüyü müəyyən olunmuş, bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Lexus” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin 18 avqust 2021-ci il tarixdə saat 00:38:12-dən etibarən Bakı istiqamətində hərəkət etdiyi, həmin tarixdə saat 04:37:24də Bakı kənar dairəvi yolunun 7.2-ci kilometrliyində və bundan 01 saatdan artıq vaxt keçəndən sonra yalnız həmin tarixdə saat 06:05:09-da Xocahəsən yolu istiqamətində müşahidə kameralarına düşdüyü aşkar edilmişdir. Daha sonra isə 18 avqust 2021-ci il tarixdə saat 06:08:26-dan etibarən Təqsirləndirilən şəxs idarə etdiyi “Lexus” markalı **-VS- *** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı şəhəri ərazisində müşahidə kameralarında əks olunduğu müəyyən olunmuşdur. (Cild 04, iş vər. 55-59). Şəxsin tanınmaya təqdim edilməsi haqqında 24 avqust 2021-ci il tarixli protokola əsasən, zərərçəkmiş şəxsin hüquqi varisi X1 bazu nahiyəsində döymə olmasına, sonradan həmin döymənin silinməsinə baxmayaraq ləkəsinin qalmasına, oğlunun boyunun 185 sm olmasına, ayağının ayaqqabı ölçüsünün 45 olmasına, sifətinin və boyununun uzun olmasına görə təqdim olunan meyitin oğlu Zərərçəkmiş şəxs olaraq dəqiqliklə tanımışdır. (Cild 01, iş vər. 70). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında 25 avqust 2021-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə ifadəsində “Nunu” adlandırdığı və 18 avqust 2021-ci il tarixdə qəsdən qətlə yetirdiyi Zərərçəkmiş şəxs dəqiqliklə tanımışdır. (Cild 01, iş vər. 132-133). Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş 30.09.2021-ci il tarixli tam məxfi məktubdan edilən 05 oktyabr 2021-ci il tarixli çıxarışdan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus nömrələr statistik məlumatlar üzrə təhlil edilmiş, sonuncu 17 avqust 2021-ci il tarixdə saat 19:30-20:40 aralığında Bakı şəhəri, Nərimanov rayonu ərazisində olmuş, oradan saat 21:20-də Xırdalan şəhərinə getmiş, həmin gün saat 21:35-də “Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Delfin hotel” ünvanı yaxınlığında ***-***-**-** saylı nömrəsini söndürmüş, həmin mobil nömrə 18 avqust 2021-ci il tarixdə saat 06:53-də “ünvan 6 ünvanı yaxınlığında aktivləşdirilmiş, Təqsirləndirilən şəxs istifadəsində olan hər iki mobil nömrə həmin gecə sönülü olmuşdur. Təqsirləndirilən şəxs məxsus olan +**********5 saylı Rusiya Federasiyasının mobil operatoruna məxsus nömrənin son 6 ayda əlaqəsi və ya rouminq məlumatları qeydə alınmamışdır. Bundan başqa öldürülən Zərərçəkmiş şəxs məxsus olmuş mobil telefon nömrələrinin anten məlumatlarına əsasən, 18 avqust 2021-ci il tarixdə gecə saatlarında Xaçmaz və Quba rayonlarına getməsi və Bakı şəhərinə qayıtması müşahidə edilmiş, sonuncuyla eyni marşrut üzrə hərəkət etmiş digər nömrə qeydə alınmamışdır. Bununla yanaşı, Zərərçəkmiş şəxs Şahid5 ilə hadisə günü yazışmaları və çoxsaylı zəngləşmələri sonuncunun Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasındakı münasibətdən məlumatlı olmasını ehtimal etməyə əsas vermişdir. Belə ki, Zərərçəkmiş şəxs Şahid5 17 avqust saat 23:54-də “zəng vur denən maman məni öldürür pulun göndər 12-dən sonra dayanmadan yığ alaya ver danışsın mənnən pulu göndərdir”, 18 avqust 2021-ci il tarixdə saat 00:06-da “mən yazanda zəng vur”, “sms atacam gözün teldə olsun qurban olum”, “deyəsən bu başıma oyun açacaq” məzmunlu sms-lər göndərmiş, statistik məlumatlara əsasən 17 avqust 2021-ci il tarixdə saat 23:54-dən 18 avqust 2021-ci il tarixdə saat 02:32-dək 10 dəfə danışıq aparmışlar. (Cild 03, iş vər. 153-154). Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş 07.10.2021-ci il tarixli tam məxfi məktubdan edilən 13 oktyabr 2021-ci il tarixli çıxarışdan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə uzun müddət Rusiya Federasiyasında yaşamış, bir müddət öncə Azərbaycan Respublikasına qayıdaraq Bakı şəhərində yerləşmiş və Ağcabədi rayonuna nadir hallarda səfərlər etmiş, Təqsirləndirilən şəxs kriminala meyilli və Rusiya Federasiyasında cinayətkar mühitlə əlaqəli bir şəxs olmuşdur. (Cild 03, iş vər. 204). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən daxil olmuş 07.12.2021-ci il tarixli məxfi məktubdan edilən 09 dekabr 2021-ci il tarixli çıxarışdan görünür ki, həbsdə saxlanılan Təqsirləndirilən şəxs 18.08.2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu ərazisində Zərərçəkmiş şəxs qətlə yetirdikdən sonra sonuncunun əl çantasından ona məxsus mobil telefonu götürərək əl çantasını yandırmış, qətl törədərkən istifadə etdiyi dəmir aləti və Zərərçəkmiş şəxs mobil telefonunu dənizə atmış, hadisədən sonra o, Zərərçəkmiş şəxs qardaşı Şahid2 “whatsapp” proqramı vasitəsi ilə zəng etmiş və qardaşını qətlə yetirdiyini bildirərək ondan şikayət edib-etməməyi ilə maraqlanmışdır. Bundan başqa hadisədən sonra Təqsirləndirilən şəxs “Gənclik” metrostansiyasının yaxınlığında yerləşən mehmanxanaya getmiş, orada qaldığı müddətdə əvvəllər tanımadığı qadınla bir neçə dəfə cinsi əlaqədə olmuşdur. Ümumilikdə Təqsirləndirilən şəxs kriminal aləmə meyilli olmuş, həbs olunmamışdan əvvəl ***-***-**-** və +92-20-280-575 saylı mobil telefon nömrələrindən istifadə etmiş, sosial şəbəkələrdə “Mehdiyev Miri” kimi qeydiyyatdan keçmiş, eyni zamanda o, Rusiya Federasiyasının Sverdlovsk vilayətində yaşamış və ticarətlə məşğul olmuş, həmin dövrdə əslən Balakən rayonundan olan şəxslərlə mübahisə zamanı onlara silahla zor tətbiq etdiyinə görə 380 saat müddətinə islah işləri cəzasına məhkum edilmişdir. (Cild 05, iş vər. 54). Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətindən daxil olmuş Zərərçəkmiş şəxs bank hesablarından edilən çıxarışlardan görünür ki, “Birkart Umico” adlı AZN valyutalı ******************** nömrəli hesab üzərindən “416973******7254” nömrəli kart hesabı Zərərçəkmiş şəxs adına rəsmiləşdirilmiş və həmin kart hesabına 01.01.2021-ci il tarixdən etibarən çox sayda pul vəsaitləri mədaxil edilmiş, o cümlədən, 16.08.2021-ci il tarixdə saat 06:51-də 220 manat və 17.08.2021-ci il tarixdə saat 05:09-da 150 manat məbləğində pul vəsaitləri mədaxil edilmişdir. (Cild 04, iş vər. 219-274). Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş 21 sentyabr 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 11 avqust 2021-ci il tarixdən 14 avqust 2021-ci il tarixədək olan müddət ərzində həyat yoldaşı X3 ilə birlikdə ünvan 7 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mehmanxanasında qalmış, daha sonra 15 avqust 2021-ci il tarixdə gecə 02:39-da mehmanxanaya tək daxil olmaqla, həmin gün günorta saatlarında mehmanxananı tərk etmiş, ardınca 18 avqust 2021-ci il tarixdə səhər saat 06:48-də mehmanxanaya tək daxil olmuş və həmin gün axşam saatlarında çıxış etmişdir. (Cild 03, iş vər. 31-49). Cinayət işinin materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin 735183 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, “Lexus İS 300” markalı **-VC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili 06.02.2020-ci il tarixdə X5 adına rəsmiləşdirilmişdir. (Cild 01, iş vər. 119). Cinayət işinin materiallarına əlavə edilmiş “Giriş-Çıxış və Qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin altsistemlərindən əldə olunmuş sərhəd keçmə hesabatlarından məlum olur ki, Təqsirləndirilən şəxs C00346298 saylı Azərbaycan Respublikasının ümumvətəndaş pasportu ilə 03.07.2014-cü il tarixdə Azərbaycan Respublikasının ərazisindən çıxmış, 11.07.2019-cu il tarixdə Azərbaycan Respublikasının ərazisinə daxil olmuş və həmin tarixdən sonra ölkə ərazisini tərk etməmişdir. (Cild 05, iş vər. 90). Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarının 4-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Qeyd olunan Plenum Qərarının 8-ci bəndinin 4-cü abzasında göstərilmişdir ki, Cinayətin gizlədilməsi məqsədilə meyidin məhv edilməsi və ya hissələrə parçalanması xüsusi amansızlıqla adam öldürmə kimi qiymətləndirilə bilməz. X14 21-ci bəndinə əsasən, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1ci maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Həmçinin, qeyd edilən tələbnamədən görünür ki, 23.07.2019-cu il tarixdə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə polis şöbəsi tərəfindən Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 162-ci maddəsinin 4-cü hissəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş və barəsində **********000651 nömrəli dövlətlərarası axtarış elan olunmuşdur. (Cild 03, iş vər. 25). Cinayət işinin materiallarına əlavə edilmiş Ağcabədi rayon icra hakimiyyəti tərəfindən təqdim olunmuş 22 sentyabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, üç övladı var və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (Cild 03, iş vər. 185). İş materiallarında olan notarial qaydada təsdiq edilmiş sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 07.06.2020-ci il təvəllüdlü Aşırov David Mirşahidoviç, 18.07.2005-ci il təvəllüdlü Dibirova Revana Mirşahid qızı və 24.06.2008-ci il təvəllüdlü Dibirov Emil Mirşahid oğlu olmaqla iki azyaşlı, bir yetkinlik yaşına çatmayan övladı vardır. (cild 05, iş vərəqə 185-192) İş materiallarında olan 02.04.2022-ci il tarixli, **********612 nömrəli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs hüquqi varisi – anası X4 Təqsirləndirilən şəxs qarşı şikayəti, iddiası, maddi və mənəvi tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını, AR CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağının olmasını, AR CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsin baş vermiş cinayət hadisəsinə qədərki qanunsuz və əxlaqsız davranışını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cinayət işində cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İşdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal olduğundan və ağırlaşdırıcı hallar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cəza təyin edilərkən, təqsirləndirilən şəxsə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında, yəni sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin maddi sübut otağında saxlanılan 02 (iki) ədəd qara rəngli ayaqqabı, 01 (bir) ədəd parça material, 01 (bir) ədəd qırmızı rəngli süni dırnaq, 01 (bir) ədəd dağılmış vəziyyətdə olan süni saç, 01 (bir) ədəd sümük, 01 (bir) ədəd büstqalter, meyitin sağ ovuc əkslərinin 01 (bir) ədəd daktiloxəritəsi, meyitin sağ əlinin İİİ barmağından 01 (bir) ədəd dırnaq nümunəsi, İİ, İİİ, İV barmaqlarının dırnaqlarının üzərində olan 03 (üç) ədəd süni dırnaq nümunələri, meyitin əynində olmuş 01 (bir) ədəd qara rəngli şalvar və 01 (bir) ədəd şalvar fraqmenti, avtomobildən götürülmüş 12 (on iki) ədəd saç telləri, 01 (bir) ədəd qapı açarı, 01 (bir) ədəd “Kia” markalı avtomobilin açarının işarəsi və 01 (bir) ədəd yanmış halda olan avtomobil açarının hissəsi istismara yararsız halda olduqlarından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 278 manat 16 qəpik pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş materiallarında olan 24 avqust 2021-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 4(002)-184/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 24 avqust 2021-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 107-108; 188-192) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 24 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 5 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 30 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 24 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 278 manat 16 qəpik pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübutlar - Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin maddi sübut otağında saxlanılan 02 (iki) ədəd qara rəngli ayaqqabı, 01 (bir) ədəd parça material, 01 (bir) ədəd qırmızı rəngli süni dırnaq, 01 (bir) ədəd dağılmış vəziyyətdə olan süni saç, 01 (bir) ədəd sümük, 01 (bir) ədəd büstqalter, meyitin sağ ovuc əkslərinin 01 (bir) ədəd daktiloxəritəsi, meyitin sağ əlinin İİİ barmağından 01 (bir) ədəd dırnaq nümunəsi, İİ, İİİ, İV barmaqlarının dırnaqlarının üzərində olan 03 (üç) ədəd süni dırnaq nümunələri, meyitin əynində olmuş 01 (bir) ədəd qara rəngli şalvar və 01 (bir) ədəd şalvar fraqmenti, avtomobildən götürülmüş 12 (on iki) ədəd saç telləri, 01 (bir) ədəd qapı açarı, 01 (bir) ədəd “Kia” markalı avtomobilin açarının işarəsi və 01 (bir) ədəd yanmış halda olan avtomobil açarının hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 5 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 30 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Əhməd Quliyev Hakimlər Azər Paşayev İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar