Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-598/2025 08.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər- Müdafiəçi2, Müdafiəçi1, Müdafiəçi3 və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Binəqədi rayonu, Baza-Güzdək qəsəbəsi, HYH Y/X N12 ünvanında qeydiyyatda olmaqla barəsində həbs qətimkan tədbiri seçilənədək ünvan 2 ünvanında yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN- nin PX-nin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, ünvan 3 ünvanında qeydiyyatda olmaqla barəsində həbs qətimkan tədbiri seçilənədək həmin ünvanda yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN-nin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edərək üzərində saxlayaraq daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. İşin faktiki halları
2. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanılması, daşınması və satılması barədə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra, istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə Bakı şəhəri, Nərimanov rayonu, X24 küçəsi 12 saylı ünvanın yaxınlığına gətirilməklə gizlədilmiş külli miqdarda narkotik vasitəni gizlədildiyi yerdən götürmək məqsədi ilə qrup üzvü Təqsirləndirilən şəxs1 ilə birlikdə onların cinayətkar niyyətindən məlumatsız olan və şəxsiyyəti istintaqla müəyyən edilməyən taksi sürücüsünün idarə etdiyi avtomobillə 24 may 2024-cü il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X24 küçəsi, 12 saylı ünvanın yaxınlığına gələrək aralarındakı rol bölgüsünə və ümumi cinayətkar niyyətə uyğun olaraq avtomobildə qrupun digər üzvü Təqsirləndirilən şəxs1 narkotik vasitəni gizlədildiyi yerdən götürərək avtomobilə gətirməsini gözləmiş, sonuncu avtomobildən düşərək Bakı şəhəri, Nərimanov rayonu, X24 küçəsi 12 saylı ünvanın yaxınlığında gizlədilmiş ümumi təmiz çəkisi 3010 qram olamqla külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib əlində saxlamaqla daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Nərimanov RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Şahid5mn 24 may 2024-cü il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X24 küçəsi 12 saylı ünvanın qarşısında saxlanılması zamanı qaçaraq hadisə yerindən uzaqlaşmış, polis əməkdaşları tərəfindən saxlanılaraq ünvan 7əşən Nərimanov RPİ-nin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılarkən sağ əlində saxlamış olduğu qara rəngli sellofan torbada, ayrı-ayrılıqda təmiz çəkiləri 950 qram, 1015 qram, 1045 qram olmaqla 03 ədəd qara rəngli sellofan bükümlərdə, ümumi təmiz çəkisi 3010 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.
3. Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanılması, daşınması və satılması barədə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra, istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə Bakı şəhəri, Nərimanov rayonu, X24 küçəsi 12 saylı ünvanın yaxınlığına gətirilməklə gizlədilmiş külli miqdarda narkotik vasitəni gizlədildiyi yerdən götürmək məqsədi ilə qrup üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə onların cinayətkar niyyətindən məlumatsız olan və şəxsiyyəti istintaqla müəyyən edilməyən taksi sürücüsünün idarə etdiyi avtomobillə 24 may 2024-cü il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X24 küçəsi 12 saylı ünvanın yaxınlığına gələrək aralarındakı rol bölgüsünə və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs2 avtomobildə onu gözlədiyindən avtomobildən düşərək Bakı şəhəri, Nərimanov rayonu, X24 küçəsi 12 saylı ünvanın yaxınlığında gizlədilmiş ümumi təmiz çəkisi 3010 qram olamqla külli miqdarda narkotik vasitə qurudulmuş marixuam qanunsuz olaraq əldə edərək əlində saxlamaqla daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Nərimanov RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 24 may 2024-cü il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X24 küçəsi 12 saylı ünvanın qarşısında saxlanılıb ünvan 7əşən Nərimanov RPİ-nin inzibati binasına gətirilərək orada üzərində şəxsi axtarış və götürmə zamanı sağ əlində saxlamış olduğu qara rəngli sellofan torbada, ayrı-ayrılıqda təmiz çəkiləri 950 qram, 1015 qram, 1045 qram olmaqla 03 ədəd qara rəngli sellofan bükümlərdə, ümumi təmiz çəkisi 3010 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
4. xx.xx.2024-cü il tarixli raportdan (cild 01, iş vərəqə 4) görünür ki, xx.xx.2024-cü il tarixində daxil olmuş əməliyyat məlumatı əsasında Tehran adlı şəxsin narkotik vasitlərin dövriyyəsi ilə məşğul olması göstərilmişdir. Eyni zamanda daxil olmuş məlumatda “Tehran” adlı şəxsin xx.xx.2024-cü il tarixdə, saat 00.30 radələrində ünvan 9 ünvanın qarşısında olacağı və üzərində mütəmadi narkotik vasitə saxlaması, həmin şəxsin geyimi və xüsusi əlamətləri bildirilmişdir.
5. xx.xx.2024-cü il tarixli tutma haqqında protokoldan (cild 01, iş vərəqə 22-23) görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə, Azərbaycan Respublikası CMnin 234-cü madəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.
6. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə protokoldan (cild 01, iş vərəqə 31-32) görünür ki, şəxsi axtarış və götürmə başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə ünvan 10 ünvanının qarşısında Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nə gətirilmiş Təqsirləndirilən şəxs1 təklif edildi ki, üzərində dövriyyəsi qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri varsa könüllü surətdə təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs1 sağ əlində olan qara rəngli sellofan paketi təqdim etdi. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 (bir) ədəd qara rəngli sellofan paketin içərisinə baxış keçirən zaman, həmin paketin içərisindən 01(bir) ədəd qara rəngli sellofan paketə bükülərək yapışqan lentlə örtülmüş və üzərində "K-40" yazısı olan bağlamanın içərəsindən yaşıl rəngli spesifik qoxuya malik maddə, 01 (bir) ədəd qara rəngli sellofan paketə bükülərək yapışqan lentlə örtülmüş və üzərində "K-49" yazısı olan bağlamanın içərəsindən yaşıl rəngli spesifik qoxuya malik maddəni, 01 (bir) ədəd qara rəngli sellofan paketə bükülərək yapışqan lentlə örtülmüş və üzərində "K-83" yazısı olan bağlamanın içərəsindən yaşıl rəngli spesifik qoxuya malik maddəni təqdim etdi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli cins şalvarının arxa sağ cibindən təqdim etdiyi 01 (bir) ədəd qara rəngli üzərində "Prada" yazısı olan pul kisəsinin içərisindən isə 1 (bir) ədəd Azərbaycan Beynəlxalq Bankına məxsus üzərində 4127-2211-2985-0972 saylı bank kartını, 01 (bir) ədəd Kapital Banka məxsus üzərində 4169-xx-xx-1571-9200 saylı bank kartını, 01 (bir) ədəd Kapital Banka məxsus üzərində 4169-7414-8290-8330 saylı bank kartı, 01 (bir) ədəd Kapital Banka məxsus 4169-7385-8325-2501 saylı bank kartı, Təqsirləndirilən şəxs1 məxsus üzərində AA ******* nömrəli şəxsiyyət vəsiqəsi, 01 (bir) ədəd Təqsirləndirilən şəxs1 məxsus Mİ N00241 saylı vəsiqə və 01 (bir) ədəd Təqsirləndirilən şəxs1 məxsus ********** saylı şəhadətnamə və 01 (bir) ədəd üzərində A25552962 saylı 1 manat pul əskinası, 01 (bir) ədəd üzərində A696659004 saylı 1 manat pul əskinası, 01 (bir) ədəd üzərində A31834274 saylı 1 manat pul əskinas ,01 (bir) ədəd A3298800 saylı 1 manat pul əskinası, 01 (bir) ədəd üzərində B 12012887 saylı 1 manat pul əskinaslarını şalvarının sağ yan cibindən 01 (bir) ədəd göy rəngli "Xiaomi Redmi" markalı mobil telefon cihazı könüllü təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs1 sağ əlində olan və təqdim etdiyi qara rəngli sellotan paketin içərisindən 01 (bir) ədəd qara rəngli sellofan paketə bükülərək yapışqan lentlə örtülmüş üzərində "K-40" yazısı olan bağlamanın içərəsindən yaşıl rəngli spesifik qoxuya malik maddə, 01(bir) ədəd qara rəngli sellofan paketə bükülərək yapışqan lentlə örtülmüş və üzərində "K-49" yazısSİ olan bağlamanın içərəsindən yaşıl rəngli spesifik qoxuya malik maddəni, 01 (bir) ədəd qara rəngli sellofan paketə bükülərək yapışqan lentlə örtülmüş və üzərində "K-83" yazısı olan bağlamanın içərəsindən yaşıl rəngli spesifik qoxuya malik maddəni iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülərək qablaşdırıldı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər Üçün" 44 nömrəli möhürü ilə möhürləndi.
7. xx.xx.2024-cü il tarixli tutma haqqında protokoldan (cild 01, iş vərəqə 22-23) görünür ki, Şahid5 xx.xx.2024-cü il tarixdə, Azərbaycan Respublikası CM-nin 234-cü madəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törtəməkdə şübhəli şəxs qismində tutulmuşdur.
8. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə protokoldan (cild 01, iş vərəqə 81-82) görünür ki, “DVD" diskdə şübhəli şəxs Təqsirləndirilən şəxs1 iştirakı ilə aparılmış "şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən videogörüntülər 01 ədəd qovluqda yerləşdirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 bildirdi ki, görüntüdə olan şəxs onun özüdür. Həmin videogörüntüyə baxış zamanı müəyyən edildi ki, şəxsi axtarışa başlanmazdan əvvəl baş təhqiqatçı Toğrul Məmmədov tərəfindən iştirakçılara hüquq və vəzifələri izah edilir və daha sonra Təqsirləndirilən şəxs1 üzərində qanunla dövriyyəsi qadağan edilən maddə və əşyaları təqdim etməsi bildirildikdən sonra sonuncu əlində olan qara rəngli sellofan paketi taqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi həmin sellofan paketə baxış zamanı həmin paketin içərisində 01 ədəd qara rəngli sellofan paketə bükülərək yapışqan lentlə ortulmuş, uzərində "K-40" yazısı olan bağlamanın içərəsindən yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, 01(bir) ədəd qara rəngli sellofan paketə bükulərək yapışqan lentlə örtülmüş və uzərində "K-49" yazısı olan bağlamanım içərəsindən yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər madda. 01(bir) ədəd qara rəngli sellofan paketa bükülərək yapışqan lentlə örtülmüş və uzərində "K-83" yazısı olan bağlamanın içərəsindən yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddənin olduğu müəyyən edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan boz rangli cins şalvarının arxa sağ cibindən təqdim etdiyi 01(bir) ədəd qara rəngli üzərində "Prada" yazısı olan pul kisəsinin içərisindən isə bir ədəd Azərbaycan Beynəlxalq Bankına məxsus uzərində 4127-2211-2985-40972 saylı bank kartı, 01 (bir) ədəd Kapital Banka məxsus üzərində 4164-xx-xx-1571-9200 saylı bank kartı, 01(bir) ədəd Kapital Banka məxsus üzərində 4169-7414-8290-8330 saylı bank kartı, 01(bir) ədəd Kapital Banka məxsus 4169-7385-325-2501 saylı bank kartı, Təqsirləndirilən şəxs1 məxsus üzərində AA ******* nömrəli şəxsiyyət vəsiqəsi, 01 (bir) ədəd Təqsirləndirilən şəxs1 məxsus MN 004241 saylı vəsiqə və 01 (bir) ədəd Təqsirləndirilən şəxs1 məxsus ********** saylı şəhadətnamə və 01(bir) ədəd üzərində A25552962 saylı 1 manat pul əskinası, 01 (bir) ədəd üzərində A93298800 saylı 1 manat pul əskinası, 01(bir) ədəd üzərində B 12012887 saylı 1 manat pul əskinası, 01 (bir) ədəd üzərində A696659004 saylı 1 manat pul əskinası, 01(bir) ədəd üzərində A31834274 saylı 1 manat pul əskinasını şalvarının sağ yan cibindən 01 (bir) ədəd göy rəngli "Xiaomi Redmi" markalı mobil telefon cihazı təqdim etmişdir. Daha sogra Təqsirləndirilən şəxs1 təqdim etdiyi iş uçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülərək baş təhqiqatçı Toğrul Məmmədov tərəfindən qablaşdırılaraq götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 bildirdi ki, diskdə olan görüntülər həqiqətdir və reallığı əks etdirir, DVD diskdə heç bir əlavə və montaj edilməmişdir. Üzərində aparılan şəxsi axtarış zamanı videoçəkilişlə qeydə alınmış bütün görüntülər olduğu kimi təsvir olunmuşdur
9. Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16-2-7/818 nömrəli rəyindən (cild 01, iş vərəqə 70-73) görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “...Şübhəli Təqsirləndirilən şəxs1....” yazıları və imzalar olan qara rəngli polietilen torbadakı 03 (üç) ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 950 qram; 1015 qram; 1045 qram narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi-3010 qramdır. Qeyd: Marixuananın ümumi çəkisi - 3010 qram(l-3N°li ob), tədqiqata istifadə olundu cəmi- 0,3 qram (hər obyektdən 0,1 qram götürüldü) qalıq-3009,7 qram
10. xx.xx.2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan (cild 01, iş vərəqə 97-98) görünür ki, ********* saylı cinayət işi üzrə törədilməsi müəyyən edilən cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci madddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır.
11. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 01, iş vərəqə 100-101) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmışdır.
12. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 01, iş vərəqə 100-101) görünür ki, Şahid5 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmışdır.
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(005)- 713/2024 saylı qərarından (cild 01, iş vərəqə 158-162) görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 24 may 2024-cü il tarixdən hesablanmışdır.
14. 25 may 2024-cü il tarixli qərardan (cild 01, iş vərəqə 163-165) görünür ki, Şahid5 barəsində həsblə bağlı olmayan başqa qətimkan tədbiri seçilməsi qərara alınmışdır.
15. xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində həsblə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Şahid5 barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilməsi qərara alınmışdır.
16. xx.xx.2024-cü il tarixli şəxsin fotoşəkillə tanınmaya təqdim edilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 201) görünür ki, Təqsirləndirilən şəxs1 ona tanınmaya təqdim edilmiş fotoşəkillərdən Təqsirləndirilən şəxs2 şəkilini tanımışdır.
17. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli 5(005)- 1367/2024 saylı qərarından ( cild 01, iş vərəqə 213) görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin CAŞ-nın axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin əməliyyatişi üzrə rəis müavini Cavid İsmayılzadənin tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir.
18. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən (cild 1, iş vərəqi: 225-226) görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Hərbi Məhkəməsinin xx.xx.2016cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir.
19. 26.06.2024-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan (cild 01, iş vərəqə 243-244) görünür ki, Təqsirləndirilən şəxs2 26 iyun 2024-cü il tarixdə saat 17:40-da şübhəli şəxs qismində tutulmuşdur.
20. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 02, iş vərəqə 13-14) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.
21. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-873/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından (cild 02, iş vərəqə 53-59) görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 24 sentyabr 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 iyun 2024-cü il tarixdən hesbalanmışdır.
22. Doğum haqqında şəhadətnamələrin surətlərindən (cild 02, iş vərəqə 66-68) görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X9, xx.xx.2016-ci il təvəllüdlü X5, xx.xx.2021-ci il tarixli X6 adlı üç uşağı vardır.
23. X7 tərəfindən verilmiş qəbzdən (cild 01, iş vərəqə 71) görünür ki, onun tərəfindən Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd **********540316 saylı bank kartı təhvil alınmışdır.
24. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən (cild 02, iş vərəqi: 83-85) görünür ki, Təqsirləndirilən şəxs2 Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasın Cinyət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 05 ay 01 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29 177.2.1,29 177.2.2 və 29, 177.4-cü maddələri ilə təqsirli bilinib 02 il 04 ay 13 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 05 ay 21 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir.
25. 28.08.2024-cü il tarixli telefon danışıqlarına baxış keçirilməsi barədə protokoldan (cild 01, iş vərəqə 114-115) görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********31 saylı "xxxx" MMC-yə məxsus nömrənin xx.xx.2023-cü il tarixdən xx.xx.2024cü il tarixinədək olan zənglərə, anten məlumatlarına, SMS siyahısına və SMS mətnlərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********31 saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə, saat 00:09:17-də +**********51 saylı mobil nömrəyə “qaq dedim dedi almir menede 10 at seher gorwerik” məzmunlu, xx.xx.2024-cü il tarixdə, saat 19:17:23-də Təqsirləndirilən şəxs2 arvadı Cəmilə Rzaxanovanm adına rəsmiləşdirilmiş +**********36 saylı mobil nömrəyə “Ay brat necə edey pul parada var mən olem cavabda vermse” məzmunlu, Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********31 saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə, saat 00:22:31-də +**********99 saylı mobil nömrədən “Qaqa gedirem şeyi verim ilşada” məzmunlu, xx.xx.2023-cü il tarixdə, saat 21:02-də +**********99 saylı mobil nömrədən “Salam necesen neymse yoxdu cekmeye biri gun işden gelende vererem püküm” məzmunlu, xx.xx.2024-cü il tarixdə, saat 16:58:41-də +**********99 saylı mobil nömrədən “Salam qaqa necesen neymse varsa 5 6 tüsdü vurardıq biri gün 5 mnt vererem” məzmunlu, xx.xx.2024-cü il tarixdə, saat 13:29:50-də +**********99 saylı mobil nömrədən “Salam neynırsen neymse var cekmeye qaqa” məzmunlu, xx.xx.2024-cü il tarixdə, saat 13:27:15-də +**********99 saylı mobil nömrədən “lOvar sende şey götürey ceket” məzmunlu “SMS”-lərin daxil olduğu, Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********31 saylı mobil nömrənin anten əhatə dairəsənə dair məlumatların iş materialları ilə uyğun təşkil etidiyi, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********36 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********31 saylı mobil nömrələr arasında olan danışıqların siyahısı təhlil edilərkən xx.xx.2024-cü il tarixdə, saat 22.07.13-də ilk zəngin Təqsirləndirilən şəxs2 tərəfindən edildiyi və günün qalan hissəsində qeyd edilən şəxslər arasında qarşılıqlı zənglərin olduğu, +**********31 saylı mobil nömrənin Təqsirləndirilən şəxs1, +**********51 saylı mobil nömrənin Şahin Şəkərova, +**********36 saylı mobil nömrənin isə Cəmilə Rzaxanovaya məxsus olduğu müəyyən edilmişdir.
26. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsi Ambulator X1 dair 12 iyun 2024-cü il tarixli, 4199 nömrəli rəydən (cild 02, iş vərəqə 117- 118) görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.
27. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X22 tərəfindən verilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 1738 saylı rəyindən (cild 02, iş vərəqə 119-122) görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədən ‘ zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hadisə baş verən zaman hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 hadisə baş verən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs1 barəsində tibbi xaraktehi məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür.
28. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X22 tərəfindən verilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 1960 saylı rəyindən (cild 02, iş vərəqə 123-126) görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hadisə baş verən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 hadisə baş verən zaman öz hərəkətlərini dərk etmək və idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür.
29. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsi Ambulator X1 dair 05 iyul 2024-cü il tarixli, 4607 nömrəli rəydən (cild 02, iş vərəqə 127- 128) görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.
30. Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında qərardan (cidl 02, iş vərəqə 148-178) görünür ki, Təqsirləndirilən şəxs1 25 may 2024-cü il tarixdə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilməsi və barəsində Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranov tərəfindən həmin tarixdə həbsdə saxlama müddətinin əvvəli 24 may 2024-cü il tarixdən hesablanmaqla barəsində 04(dörd) ay həddində, yəni 24 sentyabr 2024-cü il tarixədək həbs qətimkan tədbirinin seçilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs2 28 iyun 2024-cü il tarixdə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilməsi və barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov tərəfindən həmin tarixdə həbsdə saxlama müddətinin əvvəli 26 iyun 2024-cü il tarixdən hesablanmaqla istintaq müddəti həddində, yəni 24 sentyabr 2024-cü il tarixədək həbs qətimkan tədbirinin seçilməsinin nəzərə alınması, Şahid5 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edərək üzərində saxlamaqla daşıması aparılmış istintaqla sübuta yetirilmədiyindən, cinayət işinin həmin xüsusatla bağlı hissəsinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilərək həmin xüsusatla bağlı araşdırma materialı ayrılaraq icraata qəbul edilməsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 206-cı yəni, qaçaqmalçılıq maddəsi ilə cinayət təqibi başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci madəsinə əsasən rədd edilməsi, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.4-cü maddəsi ilə cinayət təqibi başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci madəsinə əsasən rədd edilməsi, şəxsiyyəti istintaqla müəyyən edilməyən "Toyota" markalı, "Prius" modelli avtomobilin sürücüsü barəsində cinayət təqibi başlanması Azərbaycan Respublikası CPMnin 39.1.2-ci madəsinə əsasən rədd edilməsi, Şahid5 barəsində Azərbaycan Respublikası CM-nin 307-ci maddəsi ilə cinayət təqibi başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci madəsinə əsasən rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şahid5 xəsarət alması xüsusatı üzrə cinayət təqibinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilməsi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaqa vermiş olduğu ifadələrində özlərini təqsirli hesab etməmələri ilə bağlı xüsusatlar cinayət işinin materialları ilə tam təkzib olunduğundan özünü müdafiə üçün gətirdikləri dəlil kimi qiymətləndirilərək rədd edilsin və istintaqa vermiş olduğu ifadələrinin həmin hissələri iş materiallarına uyğun olmadığından sübut kimi qəbul edilməməsi, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 3010,0 qram olan narkotik vasitə qurudulmuş marixuananın iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla qalıq qalmış 3009,7 qram narkotik vasitə qurudulmuş marixuana məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmasından ötrü Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi, "Şəxsi axtarış və götürmə aparılması" haqqında 24 may 2024-cü il tarixli istintaq hərkətlərinin videoçəkilişləri əks etdirilmiş 01 ədəd "DVD" formatlı disk və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********31 saylı <<Bakcell>>> MMCyə məxsus nömrənin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək olan zənglərə, anten məlumatlarına, SMS siyahısına və SMS mətnlərinə dair məlumatların əks olunduğu 01 ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilsin və cinayət işinin materiallarına əlavə edilmələri nəzərə alınması, təqsirləndirilən şəxsin ifadələrinin qalan hissələri, şahid ifadələri, Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16- 16/2-6/4698 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 şəxsi Ambulator X1 dair xx.xx.2024-cü il tarixli, 3-16-16-2-7/818 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 şəxsi Ambulator X1 dair 12 iyun 2024-cü il tarixli, 4199 nömrəli və 05 iyul 2024-cü iltarixli, 4607 nömrəli rəyləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X22 tərəfindən verilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 1738 saylı rəyi va xx.xx.2024-cü il tarixli, 1960 saylı rəyi, şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin protokolları, diskə baxış keçirilməsi haqqında istintaq hərəkətinin protokolları, telefon danışıqlarına baxış keçirilməsi haqqında istintaq hərəkətinin protokolu, üzləşdirmə istintaq hərəkətinin protokolu, şəxsin tanınmaya təqdim edilməsi haqqında istintaq hərəkətinin protokolu və işdə olan digər hüquqi sənədlər sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır.
31. 285 nömrəli Hərbi Hissə tərəfindən verilmiş Fəxri Fərmandan görünür ki, Təqsirləndirilən şəxs1 vəzifə borcunu yerinə yetirilməsində fərqləndiyinə, döyüş hazırlığı və nizam-intizamda əldə etdiyi nailiyyətlərə görə təltif olunmuşdur.
32. İ-38477 saylı və İ-12863 saylı Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs1 “Vətən müharibəsi iştirakçısı” medalı və “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
33. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 2-3 ildir ki, narkotik vasitə və psixotrop maddə metamfetimdən istifadə edir. İstifadə etmiş olduğu narkotik vasitə və psixotrop maddələri əvvəllər tanıdığı Abşeron rayonu, Güzdək qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2 alaraq istifadə etmişdirş. 23 may 2024-cü il tarixdə istifadə etmək üçün “nəşə” kimi tanınan narkotik vasitə qurudulmuş marixuana almaq istəmişdir. Buna görə də istifadəsində olan 055-787-16- 31 saylı mobil nömrə ilə Seymurun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayıb ondan narkotik vasitə qurudulmuş marixuana satmasını istəmişdir. Seymur isə hazırda narkotik vasitəsi olmadığını, lakin təxminən 1 saat ərzində Bakı şəhəri, Nərimanov rayonu ərazisindən narkotik vasitə götürüb qayıdacağını bildirib ondan təxminən 1-2 saat sonra yaşadığı evin yanma gedib onu gözləməyini istəmişdir. O da təxminən 2 saat gözlədikdən sonra Seymurun yaşadığı Güzdək qəsəbəsindəki evinin yaxınlığına gedib Seymura zəng edərək yaşadığı evin yaxınlığında olduğunu bildirmişdir. Seymur isə Nərimanov rayonu ərazisində olduğunu bildirib onu da Nərimanov rayonu ərazisinə çağırmışdır. Seymurdan onu Nərimanov rayonu ərazisinə dəvət etməsinin səbəbini soruşduqda Seymur narkotik vasitəni hələki götürə bilmədiyini, buna görə də narkotik vasitəni birlikdə götürmək üçün onu yanma çağırdığını bildirmişdir. O da Seymura etiraz etməyib Güzdək qəsəbəsində əvvəllər tanımadığı şəxsin idarə etdiyi taksiyə əyləşib Seymurla aralarında olan razılaşmaya uyğun olaraq “Nəriman Nərimanov”metrosunun yaxınlığındakı “Mado” adlı restoranın qarşısına gəlmişdir. 23 may 2024-cü il tarixdə, saat 23:40 radələrində həmin taksi ilə “Nəriman Nərimanov”metrosunun yaxınlığındakı “Mado” adlı restoranın qarşısına gəlib, taksidən düşmüş, taksi sürücüsündən isə onu gözləməsini istəmişdir. Taksidən düşəndə Seymurla, Seymurun tanışı olan Günelin yolun kənarında durduqlarını görüb onlara yaxınlaşmışdır. Seymurdan onu hansı səbəbdən çağırdığını soruşduqda Seymur tanışı olan İran İslam Respublikası vətəndaşının onun üçün külli miqdarda “nəşə” kimi tanınan narkotik vasitə qurudulmuş marixuana göndərdiyini, həmin narkotik vasitənin Nərimanov rayonu ərazisində gizlədildiyini, narkotik vasitəni götürmək üçün getmələrinə baxmayaraq ətrafda adam gördüklərindən götürə * bilmədiklərini bildirib istifadə etməyi üçün pulsuz olaraq verəcəyi narkotik vasitənin qarşılığında ona göndərilmiş narkotik vasitəni gizlədildiyi yerdən götürüb verməyini istəmişdir. İlk olaraq tərəddüd etsə də, Seymur ona pulsuz olaraq kifayət qədər narkotik vasitə verəcəyini bildirib onu narkotik vasitəni gizlədildiyi yerdən götürməyə razı salmışdır. Razı olduqdan sonra Seymurla danışıb razılaşmışlar ki, Seymur və Günellə birlikdə onun gəldiyi taksi ilə narkotikin gizlədildiyi yerə gedəcəklər, Seymurgil avtomobildə qalacaqlar, o isə avtomobildən düşüb narkotik vasitəni götürərək avtomobilə qayıdacaqdır. Onun taksi sürücüsü ilə razılaşmasına əsasən onu Seymurgillə birlikdə Müşfiqabad qəsəbəsinə aparmalıymış. Beləliklə də, onlar gəldiyi taksiyə əyləşmişlər, o, taksidə ön oturacaqda, Seymurla Günel isə arxa oturacaqda əyləşmişdirlər. Taksi sürücüsünə rayondan azuqə göndərildiyini, həmin azuqəni götürdükdən sonra Müşfiqabad qəsəbəsinə gedəcəklərini bildirmişlər və hərəkətə başlamışlar. Seymurun verdiyi istiqamətə uyğun olaraq taksi ilə Nərimanov rayonu, A.M.Cümə küçəsi 12 saylı ünvanın yaxınlığına gəlmişlər və ağaclıq olan yerə çatdıqda Seymur sürücüdən avtomobilini saxlamasını istəmişdir. Taksi sürücüsü avtomobili saxladıqdan sonra avtomobildən düşmüş, Seymur da avtomobildən düşərək yaxınlıqdakı ağacı göstərib narkotik vasitənin həmin ağacın dibində gizlədildiyini bildirmiş və yenidən avtomobilə əyləşmişdir. O isə avtomobildən aralanıb təxminən 20- 30 metr getdikdən sonra narkotik vasitəni gizlədildiyi yerə çatmış və ətrafı axtararaq qara rəngli sellofan torbanın içərisində olan narkotik vasitəni taparaq götürmüşdür. Qara rəngli sellofan torbada olan narkotik vasitəni sağ əlində tutaraq avtomibilə tərəf getmək istədikdə 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Nərimanov RPİ-nin əməkdaşları olduqlarını və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onlarla birlikdə Nərimanov RPİ-ə getməyini xahiş etmişlər. Polis əməkdaşları ona yaxınlaşan zaman görmüşdür ki, Seymur onun tutulduğunu görüb taksidən düşərək qaçmış, Günel taksidən düşərək kənarda gözləmiş, taksi sürücüsü isə avtomobili sürərək oradan uzaqlaşmış, iki nəfər mülki geyimli şəxs isə Günelə yaxınlaşaraq onu da saxlamışdırlar. Polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-ə getmişdir. İdarədə ona bildirmişdirlər ki, üzərində şəxsi axtarış və götürmə aparacaqlar. Ona görə də hüquqlarını izah edib, vəkil siyahısı təqdim etmişlər ki, istədiyi vəkili hüquqlarının müdafiəsi üçün seçə bilsin. O da təqdim olunmuş siyahıdan X10 hüquqlarının müdafiəsi üçün seçmişdir. Polis əməkdaşı vəkil X10 şöbəyə dəvət etmişdir. Vəkil gəldikdən sonra onun və onu Nərimanov RPİ-ə gətirmiş əməkdaşların iştirakları ilə üzərində şəxsi axtarış və götürmə aparmağa başlamışdırlar. Polis əməkdaşı ona təklif etmişdir ki, üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin. O da sağ əlində saxladığı qara rəngli sellofan torbanı masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan sonra onun təqdim etdiyi sellofan torbaya baxış keçirilmiş və sellofan torbanın içərisində hər birinin üzərində ayrı-ayrılıqda “K-40”, “K-49” və “K-83” yazıları yazılmış, üzərləri yapışqan lentlə örtülmüş 03 ədəd qara rəngli sellofan bağlamalar olduğu müəyyən edilmişdir. Həmin bağlamlarm içərisinə baxdıqda isə içərilərində “nəşə” kimi tanınan narkotik vasitə qurudulmuş marixuana olduğu müəyyən edilmiş və qablaşdırılaraq götürülmüşdür. Həmçinin üzərində olan şəxsi əşyalarını, mobil telefonunu, sənədlərini, bank kartlarını və pulunu da təqdim etmişdir. Onun təqdim etdiyi mobil telefonu, sənədləri və bank kartları ona izah verilməklə götürülsə də pulu və digər şəxsi əşyaları özümə qaytarılmışdır. Üzərində şəxsi axtarış və götürmə aparılan zaman aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 3010 qram olan narkotik vasitə qurudulmuş marixuananı tanışı olan Təqsirləndirilən şəxs2 istəyi ilə Seymurun ona istifadə etməyi üçün verəcəyi narkotik vasitənin qarşılığında gizlədildiyi yerdən götürmüşdür. Həmin narkotik vasitə Seymura məxsus olduğundan avtomobilə qayıtdıqdan sonra Seymura təhvil verəcəkmiş. Narkotik istifadəçisidir, satışı ilə məşğul olmur. Seymurla aralarında olan razılaşmaya əsasən, Seymurun dediyi yerdən narkotik vasitəni götürüb avtomobilə gətirərək ona verəcəkmiş. Seymur isə bunun qarşılığında ona istifadə etməyi üçün narkotik vasitə verəcəkmiş. Həmin narkotik vasitənin necə və kim tərəfindən onun götürdüyü yerə gətirilməsi barədə dəqiq məlumatı yoxdur. Lakin, Seymur demişdir ki, həmin narkotik vasitə onun tanışı olan İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə həmin yerə gətirilmişdir. Güneli Seymurun vasitəsi ilə tanımış və əvvəllər bir neçə dəfə Seymurun yanında görmüşdür. Günellə onun arasında heç bir razılaşma olmamışdır. Seymurla danışan zaman ona məlum olmuşdur ki, Günel Seymurla birlikdə narkotik vasitəni götürmək üçün gəlmiş, lakin tutulacaqlarından qorxduqlarına görə götürə bilməmişdirlər. Narkotik vasitənin götürülməsi ilə bağlı Günellə aralarında heç bir razılaşma olmamışdır.
34. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs2 Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə və psixotrop maddə istifadəçisidir, hazırda barəsində qanunsuz olaraq psixotrop maddə əldə etməyi ilə bağlı Abşeron Rayon Məhkəməsinin icraatında cinayət işi məhkəmə baxışındadır. Təqsirləndirilən şəxs1 və Şahid5 əvvəllər tanımış, onlarla aralarında heç bir ədavət və düşməçilik yoxdur. Belə ki, Şahid5 ilə ofsiant işlədiyi Müşfiqabad qəsəbəsində yerləşən “Veqas” adlı çay evində tanış olmuşlar. Şahid5 azyaşlı övladları və anası ilə birlikdə Müşfiqabad qəsəbəsində yaşayır, Günel də onun kimi narkotik vasitələrin istifadəçisidir və təxminən 5 aydır tanış olmuşlar, aralarında sevgi münasibəti vardır. Günellə mütəmadi olaraq birlikdə narkotik vasitə istifadə etmişlər, istifadə etdikləri narkotik vasitələri ya o, ya da Günel tapmışdır. Təqsirləndirilən şəxs1da uzun müdətdir ki, narkotik vasitə istifadəçisi kimi tanımış, çox səmimi olmasa da aralarında dostluq münasibəti vardır. 2023-cü ilin may ayının əvvəllərində Tehranla söhbət edən zaman istifadə etdiyi narkotik vasitəni dostluq etdiyi İran İslam Respublikası vətəndaşından aldığını və həmin şəxsə çox etibar etdiyini bildirib onun da narkotik vasitəni həmin şəxsdən almağını məsləhət görmüşdür. O da Tehranın məsləhəti ilə onun dediyi İran İslam Respublikası vətəndaşıyla “Whatsapp” vasitəsi ilə əlaqə saxlayıb özü istifadə etmək üçün 10 qram çəkidə “nəşə” kimi tanınan narkotik vasitə qurudulmuş marixuana sifariş etmişdir. Həmin şəxs isə sifariş etdiyi narkotik vasitənin dəyərini onun dediyi bank hesab kartına göndərməyini istəmişdir. Narkotik vasitə almaq üçün lazım olan hazırda dəqiq xatırlamadığı məbləği ödəmə terminalı vasitəsi ilə iranlının dediyi bank hesab kartına köçürmüşdür. Razılaşmalarına əsasən pulu ödədikdən sonra iranlı narkotik vasitənin gizlədildiyi yeri ona deyəcəkmiş, o da həmin narkotik vasitəni gizlədildiyi yerdən götürüb istifadə edəcəkmiş. Pulu ödəməyinə baxmayaraq iranlı onu aldadıb narkotikin gizlədildiyi yeri ona deməmişdir. Bu barədə Tehrana bildirmiş, Tehar isə həmin şəxsə etibar etdiyini, həmin iranlının başqa vaxt narkotik vasitəni çatdıracağını bildirmişdir. Təxminən 15 gün sonra Tehranın dediyi həmin iranlı “Whatsapp” vasitəsi ilə onunla əlaqə saxlayıb onun inamını qazandığını, özünün işləri olduğundan narkotik vasitəni göndərə bilmədiyini, almış olduğu pulun qarşılığında sifariş etdiyi 10 qram çəkidə narkotik vasitəni çatdıracağını bildirmişdir. Belə ki, 23 ‘ may 2024-cü il tarixdə həmin iranlı yenidən onunla əlaqə saxlayıb 10 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı öz adamı vasitəsi ilə Nərimanov rayonu ərazisində gizlətdiyini bildirib narkotiki götürmək üçün Nərimanov rayonu ərazisinə gəlməyini istəmişdir. O da Günellə əlaqə saxlayıb Müşfıqabad qəsəbəsi ərazisində onunla görüşmüş və Nərimanov rayonu ərazisinə birlikdə gəlməyi təklif etmişdir. Günel etiraz etmədiyindən Günellə birlikdə tanımadıqları taksi ilə xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsinin yaxınlığına gəldikdən sonra avtomobildən düşmüşlər. İranlı ilə əlaqə saxlayıb Nərimanov rayonu ərazisində olduğunu bildirmiş və bir neçə dəqiqə sonra iranlı ona narkotik vasitənin gizlədildiyi yerin konumunu göndərmişdir. Həmin konuma uyğun olaraq Günellə birlikdə bir neçə dəqiqə piyada getdikdən sonra ünvan 10 ünvanın yaxınlığına gəlmişlər. Həmin əraziyə çatdıqda ətrafda bir neçə şəxsin gəzişdiyini görüb həmin şəxslərin polis əməkdaşları olduqlarını zənn etmiş və iranlı əlaqə saxlamışdır. İranlı isə ona heçnədən qormamağmı bildirib narkotik vasitənin qaraj tipli qurğunun yaxınlığındakı ağacın dibində olduğunu bildirmişdir. Günel onu kənarda gözləmiş, o isə ağacın yanma gedib narkotik vasitəni götürmək istədikdə narkotik vasitənin qara rəngli sellofan torbada olduğunu və böyük həcmdə olduğunu görüb götürməkdən qorxmuş və Günelin yanma qayıdaraq narkotik vasitənin külli miqdarda olduğunu bildirib tez bir zamanda həmin ərazidən uzaqlaşmaqlarını istəmişdir. Daha sonra isə Günellə birlikdə həmin ərazidən uzaqlaşaraq piyada Nərimanov rayonu ərazisində yerləşən “Mado” adlı restoranın yanma gəlib iranlı ilə əlaqə saxlamış və həmin yerdəki narkotik vasitənin çoxluğu səbəbindən götürmədiyini bildirmişdir. İranlı isə onu həmin narkotik vasitəni götürməyə razı salmağa çalışsa da buna nail ola bilməmişdir. Həmin vaxt Tehran ona zəng etmiş və harada olduğunu soruşmuşdur. Tehrana onun dediyi iranlının 10 qram adı ilə onu Nərimanova çağırıb külli miqdarda narkotik vasitə götüzdürmək istədiyini bildirib baş verənləri ona danışmışdır. Tehran isə narkotik vasitənin gizlədildiyi yeri ondan soruşmuşdur. Narkotik vasitənin gizlədildiyi yer barədə Tehrana bildirdikdə Tehran özünün də əvvəllər həmin yerdən iranlının vasitəsi ilə narkotik vasitə götürdüyünü, həmin iranlıya etibar etdiyini, narkotik vasitəni götürmək üçün özünün gələcəyini bildirmişdir. Tehrandan özünün iranlı ilə danışıb öz aralarında məsələni həll etmələrini istədikdə Tehran əvvəllər iranlını aldatdığını buna görə də onunla danışa bilməyəcəyini bildirmişdir. Daha sonra Tehran ondan gözləməyini, narkotiki götürdükdən sonra onun pulunu ödəyərək sifariş etdiyi 10 qram çəkidə marixuananı ona verəcəyini bildirmişdir. Tehranın xahişi ilə Günellə birlikdə onu “Mado” adlı restoranın yaxınlığında gözləmişdir. 23 may 2024-cü il tarixdə, saat 23:40 radələrində Tehran tanımdığı taksi ilə onların yanlarına gəlmiş və taksidən düşərək onlarla görüşmüşdür. Taksi sürücüsü getmədiyindən Tehrandan taksi sürücüsünün kim olduğunu və niyə gözlədiyini soruşmuşdur. Tehran isə taksi sürücüsünün onun tanışı olduğunu, narkotik vasitəni götürmək üçün həmin taksi ilə gedəcəklərini, narkotik vasitəni götürdükdən sonra onlara Müşfıqabad qəsəbəsinə aparacağını, qarşılığında isə 20 manat yol pulu verəcəklərini, lakin taksi sürücüsünün narkotik vasitə götürəcəklərindən məlumatı olmayacağmı bildirmişdir. Beləliklə də, Tehranın gəldiyi taksiyə əyləşmişlər, Tehran taksidə ön oturacaqda, Günel isə arxa oturacaqda əyləşmişdir. Taksi sürücüsünə rayondan azuqə göndərildiyini, həmin azuqəni götürdükdən sonra Müşfıqabad qəsəbəsinə gedəcəklərini bildirmişlər və hərəkətə başlamışlar. Narkotik vasitənin gizlədildiyi yerin konumu onun telefonunda olduğundan onun konuma uyğun verdiyi istiqamət üzrə taksi ilə Nərimanov rayonu, A.M.Cümə küçəsi 12 saylı ünvanın yaxınlığına gəlmişlər və narkotik vasitənin ' gizlədildiyi ağaclıq olan yerə çatdıqda sürücüdən avtomobili saxlamasını istəmişdir. Taksi sürücüsü avtomobili saxladıqdan sonra Tehran avtomobildən düşmüş, o da avtomobildən düşərək yaxınlıqdakı ağacı göstərib narkotik vasitənin həmin ağacın dibində gizlədildiyini bildirmiş və yenidən avtomobilə əyləşmişdir. Avtomobilə əyləşdikdən sonra ilk dəfə həmin əraziyə gəldikdə gördüyü şəxslərin yenidən həmin ərazidə olduqlarını gördükdə həmin şəxslərin polis əməkdaşları olduqlarına əmin olmuş və taksi sürücüsündən avtomobili sürməsini istəmişdir. Taksi sürücüsü avtomobili bir qədər irəli sürdükdən sonra avtomobili saxlatdırmış və Güneldən avtomobildən düşməsini istəmişdir. Günellə birlikdə avtomobildən düşdükdən sonra, Tehranın polis əməkdaşları tərəfindən tutulacağını güman etdiyini bildirmiş və onunla birlikdə oradan qaçmasını istəmişdir. Günel isə ona məhəl qoymayıb avtomobildən düşüdükləri yerdə dayanmış, o isə qaçaraq oradan uzaqlaşmışdır. Sonradan eşitmişdir ki, Tehran narkotik vasitəni götürdükdən sonra polis əməkdaşları tərəfindən Günellə birlikdə saxlanılmışlar. Şahid5 və Təqsirləndirilən şəxs1 uzun müddətdir tanıyır, onlarla arasında heç bir ədavət və ya düşmənçilik yoxdur. Şahid5nm ifadəsində göstərdikləri yalandır. Belə ki, Günelə Bakı şəhəri, Nərimanov rayonu ərazisinə 10 qram çəkidə “nəşə” kimi tanınan narkotik vasitə qurudulmuş marixuana götürmək üçün getdiyini bildirdikdə Günel onunla birlikdə gələcəyini bildirib həmin narkotik vasitədən ona da istifadə etmək üçün verməyini istəmişdir. O da etiraz etmədiyindən Günellə birlikdə Bakı şəhəri, Nərimanov rayonu ərazisinə gəlmişdir. Narkotik vasitənin gizlədildiyi yerə çatdıqda Günel kənarda gözləmiş, o isə narkotiki götürmək üçün getmişdir, narkotik vasitənin həcmi böyük olduğundan götürmədən geri qayıtmışdır. Güneli narkotik vasitəni götürməsi üçün göndərməmiş, aralarında belə bir razılaşma olmamışdır. Günel ümumiyyətlə narkotik vasitənin gizlədildiyi yerə yaxınlaşmamışdır. Həmin vaxt Günellə aralarında şəxsi münasibətlər zəminində, yəni Günel ona aqressiv cavab verdiyinə görə mübahisə olmuş və Günelə bir neçə şillə vurmuşdur. Günelin başındakı və qolundakı xəsarətlər isə xx.xx.2024-cü il tarixədək yaranmışdır. Həmin xəsarətləri Günelə o yetirməmişdir. Təqsirləndirilən şəxs1 yalan danışır. Heç vaxt Tehrana narkotik vasitə satmamış, ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Narkotik vasitə sifariş etdiyi İran İslam Respublikasının vətəndaşını Tehranın vasitə ilə tanımışdır. Tehranı narkotik vasitəni götürmək üçün Nərimanov rayonu, ərazisinə çağırmamışdır. Tehranla aralarında mütəmadi olaraq dost kimi telefon danışıqları olmuşdur. Narkotik vasitəni götürməkdən imtina edib “Mado” adlı restoranın yanma qayıtdıqda Tehran təsüdüfən ona zəng etmiş və danışıq zamanı iranlının 10 qram adı ilə onu Nərimanova çağırıb külli miqdarda narkotik vasitə götüzdürmək istədiyini bildirib baş verənləri ona danışmışdır. Tehran isə narkotik vasitənin gizlədildiyi yer barədə ondan məlumat aldıqdan sonra özünün də əvvəllər həmin yerdən iranlının vasitəsi ilə narkotik vasitə götürdüyünü, həmin iranlıya etibar etdiyini, narkotik vasitəni götürmək üçün özünün gələcəyini bildirmişdir. Tehrandan özünün iranlı ilə danışıb öz aralarında məsələni həll etmələrini istədikdə Tehran əvvəllər iranlını aldatdığını buna görə də onunla danışa bilməyəcəyini bildirmişdir. Daha sonra Tehran ondan gözləməyini, narkotiki götürdükdən sonra onun pulunu ödəyərək sifariş etdiyi 10 qram çəkidə marixuananı ona verəcəyini bildirdiyindən onu gözləmişdir. Tehranı narkotik vasitə götürmək üçün çağırmamış, əksinə Tehran özü narkotik vasitəni götürməkdə təkid edib onu gözlətmişdir. Tehran narkotiki götürmədiyini bildikdən sonra özü təkidlə narkotiki götürmək üçün gəlmək istədiyini, əgər narkotiki gəlib götürərsə onun pulunu ödəyib sifariş etdiyi 10 qram çəkidə narkotik vasitəni ona verəcəyini bildirmişdir. Tehran narkotik vasitənin gizlədildiyi yeri təxminən bilmiş, dəqiq məlumat isə ona göndərilən konumdaymış. Bu səbəbdən də Tehranla birlikdə getmişdir. Şahid5 və Təqsirləndirilən şəxs1 tutulduqlarından, o isə qaçaraq uzaqlaşdığından narkotikin ona məxsus olduğu görüntüsü yaradıb məsuliyyətdən boyun qaçırmaq niyyətində olmuşlar. Buna görə də onun əleyhinə ifadə vermişdirlər. Narkotik istifadəçisidir, satışı ilə məşğul olmur. Həmin narkotik vasitənin necə və kim tərəfindən Tehranın götürdüyü yerə gətirilməsi barədə dəqiq məlumatı yoxdur.
35. Məhkəmə istintaqında şahid qismində dindiirlmiş Şahid1 Nadir oğlu ifdadəsində göstərmişdir ki, 23 may 2024-cü il tarixində daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində şübhəli şəxs Təqsirləndirilən şəxs1 tərəflərindən X24 küçəsində saxlanılaraq məsuliyyətə cəlb olunmuşdur. Saxlanılan zaman onun əlində qara rəngli sellofan paket olmuş və Təqsirləndirilən şəxs1 izahatında həmin paketin içərisində narkotik vasitə olduğunu və Seymur adlı şəxsin tapşırığı əsasında həmin paketi əvvəlcədən ona deyilən ünvandan götürdüyünü bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs1 barəsində əməliyyat məlumatı daxil olmuşdur. O və Şahid2 əməliyyat zamanı Tehranı saxlamışlar. Seymur isə hadisə yerindən qaçıb uzaqlaşmışdı. Seymurun adını Tehran bildirmişdir. O Seymuru zahiri olaraq, qaranlıqda görmüşdür. Şahidin ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs1, Şahid5 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış və aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. 23 may 2024-cü il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan “Tehran” adlı şəxsin 24 may 2024-cü il tarixdə, saat 00:30 radələrində Nərimanov rayonu, A.M.Cümə küçəsi 12 ünvanının qarşısına gələcəyi, qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə gəzdirməsi, saxlaması və daşıması və satışında şübhəli olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, “Tehran” adlı şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün Nərimanov RPİ-nin rəhbərliyinə məruzə edilmiş, müvafiq icazə verildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Nərimanov RPİ-nin CAŞ-m əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Nərimanov RPİ-nin CAŞ-m kiçik inspektoru, polis baş serjantı Şahid3, Nərimanov RPİ-nin CAŞ-m kiçik inspektoru, polis baş serjantı Şahid4 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmış, həmin əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Daha sonra keçirilmiş ilkin tədbirlərlə “Tehran” adlı şəxsin olduğu yer müəyyən edilərək 24 may 2024cü il tarixdə saat 00:15 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 12 ünvanının qarşısı və ətraf ərazilər o və əməliyyat qrupunun digər üzvləri tərəfindən əməliyyat müşahidəsinə götürülmüşdür. Bir neçə dəqiqə sonra, yəni 24 may 2024-cü il tarixdə saat 00:30 radələrində həmin əraziyə yaxınlaşan “Toyota” markalı, “Prius” modelli avtomobil yaxınlaşmışdır. Həmin avtomobildən zahiri əlamətlərinə görə “Tehran”a bənzəyən və bir nəfər tanımadıqları şəxs düşmüşdür. Onlar qısa müddət söhbət etdikdən sonra digər şəxs avtomobilə əyləşsə də “Tehran” yaxınlıqdakı ağaca yaxınlaşıb ağacın yanından sellofan paket götürmüşdür. O və əməliyyat qrupunun digər üzvü Şahid2 ilə birlikdə “Tehrana”, əməliyyat qurupunu digər üzvləri isə “Toyota” markalı, “Prius” modelli avtomobilə yaxınlaşmışdırlar. Özlərini təqdim edib həmin şəxsin anket məlumatlarını dəqiqləşdirərək ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah etmişlər və üzərində narkotik vasitə olub- olmaması barədə şifahi sorğu-sual etmişdirlər. Şifahi sorğu zamanı həmin şəxs Təqsirləndirilən şəxs1 olduğunu, tanışı olan Seymur adlı şəxsin tapşırığı ilə həmin əraziyə narkotik vasitə əldə etmək üçün gəldiyini və əlindəki torbada narkotik vasitə olduğunu bildirmişdir. Həmin vaxt, yəni əməliyyat qrupunun digər üzvləri “Toyota” markalı, “Prius” modelli avtomobilə yaxınlaşan anda avtomobildən biri qadın olmaqla iki nəfər düşmüş, sürücü isə avtomobili sürüb həmin ərazidən uzaqlaşmışdır. Avtomobildən düşən şəxslərdən biri, sonradan Təqsirləndirilən şəxs2 olduğunu bildikləri şəxs qaçaraq oradan uzaqlaşsa da, digəri, sonradan Şahid5 olduğunu bildikləri şəxs isə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin yerdə müvafiq sənədləşmənin aparılmasına şərait olmadığına görə Təqsirləndirilən şəxs1 və Şahid5 saxlanıldıqları yerdən Nərimanov RPİ-ə gətirilmişdir. Nərimanov RPİ-yə gəldikdən sonra Təqsirləndirilən şəxs1 və Şahid5 şübhəli şəxs qismində tutulmuşlar və hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi ilə təmin olunmuşlar. Daha sonra isə şöbənin inzibati binasında xidməti otaqlardan birində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərində videoçəkiliş aparılmaqla müdafiəçisinin, Nərimanov RPİnin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Nərimanov RPİ-nin CAŞ-m kiçik inspektoru, polis baş serjantı Şahid3, Nərimanov RPİ-nin CAŞ-m kiçik inspektoru, polis baş serjantı Şahid4 və onun iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 əlində olan qara rəngli sellofan paketi təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi həmin sellofan paketə baxış zamanı həmin paketin içərisində 01 ədəd qara rəngli sellofan paketə bükülərək yapışqan lentlə örtülmüş, üzərində “K-40” yazısı olan bağlamanın içərəsindən yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, 01 (bir) ədəd qara rəngli sellofan paketə bükülərək yapışqan lentlə örtülmüş və üzərində “K-49” yazısı olan bağlamanın içərəsindən yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, 01 (bir) ədəd qara rəngli sellofan paketə bükülərək yapışqan lentlə örtülmüş və üzərində “K-83” yazısı olan bağlamanın içərəsindən yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddənin olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi baş təhqiqatçı Toğrul Məmmədov tərəfindən qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitəni tanışı olan Seymur adlı şəxsin tapşırığına uyğun olaraq həmin ərazidən götürdüyünü bildirmişdir. Daha sonra isə şöbənin inzibati binasında xidməti otaqlardan birində şübhəli şəxs qismində tutulmuş Şahid5 üzərində videoçəkiliş aparılmaqla müdafiəçisinin, Nərimanov RPİ-nin CAŞ-m əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Nərimanov RPİ-nin CAŞ-m kiçik inspektoru, polis baş serjantı Şahid3, Nərimanov RPİ-nin CAŞ-m kiçik inspektoru, polis baş serjantı Şahid4, Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı X12 və onun iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Şahid5 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid5 üzərində paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya olmadığım bildirmişdir. Bundan sonra Şahid5nm üzərində şəxsi axtarış aparılsa da bu kimi əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 və Şahid5 saxlanılan zaman, eləcə də idarədə olduqları zaman ona qarşı heç bir fiziki və ya psixi zor tətbiq edilməmişdir.
36. Məhkəmə istintaqında şahid qismində dindiirlmiş Şahid3 ifdadəsində göstərmişdir ki, may ayında əməliyyat məlumatı daxil olmuşdur. Onlar əməliyyat qrupu ilə birlikdə deyilən əraziyə yaxınlaşmışlar. Bu zaman şübhəli şəxslər “Toyota Prius” markalı avtomobil ilə həmin əraziyə yaxınlaşmışlar. Bu zaman avtomobildən şübhəli şəxslər və 01 nəfər qadın da enmişdir. O Günel adlı həmin xanıma yaxınlaşmış, Şahid1 və Şahid2 isə Tehrana yaxınlaşmışdır. Seymur isə cəld tərpənərək avtomobili sürüb getmişdir. Daha sonra şübhəli şəxsləri polis idarəsinə dəvət etmişlər. Tehranın əlində sellofan paket də olmuşdur. Həmin paketin içərisindən marixuana aşkar olunmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisənin üzərindən çox vaxt keçdiyi üçün Seymur və Tehranın şəxsiyyətini fərqləndirə bilmir. Seymur hadisə yerindən qaçıb getmişdir. O, fərdi olaraq Şahid5 saxlayaraq məsuliyyətə cəlb etmiş, o Tehrana yaxınlaşmamışdır. Taksinin dayandığı yer ilə hadisə yeri arasında nə qədər məsafə olduğunu xatırlamır. Şahidin ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, Nərimanov RPİ-nin cinayət-axtarış şöbəsinin kiçik inspektoru vəzifəsində işləyir, polis baş serjantıdır. Təqsirləndirilən şəxs1, Şahid5 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış və aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. Mahiyyəti üzrə bildirirəm ki, 23 may 2024-cü il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan "Tehran" adlı şəxsin 24 may 2024-cü il tarixdə, saat 00:30 radələrində Nərimanov rayonu, A.M.Cümə küçəsi 12 ünvanının qarşısına gələcəyi, qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə gəzdirməsi, saxlaması və daşıması və satışında şübhəli olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən əməliyyat məlumatı daxil oldu. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, "Tehran" adlı şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün Nərimanov RPİ-nin rəhbərliyinə məruzə edildi, müvafiq icazə verildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi. Nərimanov RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Nərimanov RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Nərimanov RPİ-nin CAŞın kiçik inspektoru, polis baş serjantı Şahid4 və onun iştirakı ilə əməliyyat qrupu yaradıldı, həmin əməliyyat qrupuna rəhbərlik Şahid1 həvalə edildi. Daha sonra keçirilmiş ilkin tədbirlərlə "Tehran" adlı şəxsin olduğu yer müəyyən edilərək 24 may 2024-cü il tarixdə saat 00:15 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 12 ünvanının qarşısı və ətraf ərazilər mən və əməliyyat qrupunun digər üzvləri tərəfindən əməliyyat müşahidəsinə götürüldü. Bir neçə dəqiqə sonra, yəni 24 may 2024-cü il tarixdə saat 00:30 radələrində həmin əraziyə yaxınlaşan "Toyota" markalı, "Prius" modelli avtomobil yaxınlaşdı. Həmin avtomobildən zahiri əlamətlərinə görə "Tehran”a bənzəyən və bir nəfər tanımadıqları şəxs düşdü. Onlar qısa müddət söhbət etdikdən sonra digər şəxs avtomobilə əyləşsə də "Tehran" yaxınlıqdakı ağaca yaxınlaşıb ağacın yanından sellofan paket götürdü. O və əməliyyat qrupunun digər üzvü Şahid4 ilə birlikdə "Toyota" markalı, "Prius" modelli avtomobilə, əməliyyat qurupunu digər üzvləri isə "Tehrana" yaxınlaşdılar. Qeyd edilən avtomobilə yaxınlaşan zaman həmin avtomobildən biri qadın, biri isə kişi olmaqla iki nəfər düşdü, sürücü isə avtomobili sürüb həmin ərazidən uzaqlaşdı. Avtomobildən düşən şəxslərdən biri, sonradan Təqsirləndirilən şəxs2 olduğunu bildiyimiz şəxs qaçaraq oradan uzaqlaşsa da, digəri, sonradan Şahid5 olduğunu bildiyimiz şəxsə yaxınlaşıb özlərinə təqdim edərək anket məlumatlarını dəqiqləşdirdik. Həmin şəxs isə Şahid5 olduğunu tanışı olan Təqsirləndirilən şəxs2la birlikdə həmin əraziyə gəldiyini, Seymurun ilk olaraq ondan narkotikvasitəni gizlədildiyi yerdən götürməsi tapşırdığını, lakin narkotik vasitəni götürməkdən imtina edərək getmək istədikdə Seymurun məcbur onu yanında saxladığını bildirdi. Həmin vaxt, yəni əməliyyat qrupunun digər üzvləri "Tehrana" yaxınlaşaraq onu saxladılar. Həmin yerdə müvafiq sənədləşmənin aparılmasına şərait olmadığına görə Təqsirləndirilən şəxs1 və Şahid5 saxlanıldıqları yerdən Nərimanov RPİ-ə gətirildi. Nərimanov RPİ-yə gəldikdən sonra Təqsirləndirilən şəxs1 və Şahid5 şübhəli şəxs qismində tutuldular və hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi ilə təmin olundular. Daha sonra isə şöbənin inzibati binasında xidməti otaqlardan birində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərində videoçəkiliş aparılmaqla müdafiəçisinin, Nərimanov RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Nərimanov RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Nərimanov RPİ-nin CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid4 və onun iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 paltarlarında. əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edildi. Təqsirləndirilən şəxs1 əlində olan qara rəngli sellofan paketi təqdim etdi. Təqsirləndirilən şəxs1 təqdim etdiyi həmin sellofan paketə baxış zamanı həmin paketin içərisində 01 ədəd qara rəngli sellofan paketə bükülərək yapışqan lentlə örtülmüş, üzərində "K-40" yazısı olan bağlamanıniçərəsindən yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, 01(bir) ədəd qara rəngli sellofan paketə bükülərək yapışqan lentlə örtülmüş və üzərində "K-49" yazısı olan bağlamanın içərəsindən yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, 01(bir) ədəd qara rəngli sellofan paketə bükülərək yapışqan lentlə örtülmüş və üzərində "K-83" yazısı olan bağlamanın içərəsindən yaşıl rəngli. narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddənin olduğu müəyyən edildi. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi baş təhqiqatçı Toğrul Məmmədov tərəfindən qablaşdırılaraq götürüldü. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitəni tanışı olan Seymur adlı şəxsin tapşırığına uyğun olaraq həmin ərazidən götürdüyünü bildirdi. Daha sonra isə şöbənin inzibati binasında xidməti otaqlardanbirində şübhəli şəxs qismində tutulmuş Şahid5 üzərində videoçəkiliş aparılmaqla müdafiəçisinin, Nərimanov RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Nərimanov RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Nərimanov RPİ-nin CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid4. Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı X12 və mənim iştirakım ilə şəxsi axtarış keçirilməyə başlanıldı. Şəxsi axtarış zamanı Şahid5 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edildi. Bu təklifdən sonra Şahid5 üzərində paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya olmadığını bildirdi. Bundan sonra Şahid5 üzərində şəxsi axtarış aparılsa da bu kimi əşya və predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs1 və Şahid5 saxlanılan zaman, eləcə də idarədə olduğu zaman ona qarşı heç bir fiziki və ya psixi zor tətbiq edilməmişdir
37. Məhkəmə istintaqında şahid qismində dindiilmiş Şahid5 ifdadəsində göstərmişdir ki, 25 gün bundan öncə doğuş etmiş və hazırda həm fiziki, həm də psixoloji olaraq özünü yaxşı hiss etmir. Əvvəlki ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmək üçün saxlanıldıqları yerə getmişdir. Ona həmin yerə getməsini Seymur deməmişdir. Hadisənin təfərrüatlarını tam olaraq xatırlamır. Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki təxminən 2 ildir ki, narkotik vasitə və psixotrop maddə metamfetimdən istifadə edir. İstifadə etmiş olduğu narkotik vasitə və psixotrop maddələri tanımadığı müxtəlif şəxslərdən almışdır, evlidir, 2 azyaşlı övladı var, azyaşlı övladları və anası ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Müşfiqabad qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayır. Müşfiqabad qəsəbəsində yerləşən “Veqas” adlı çay evində ofsiant işləyirmiş, Seymur adlı şəxsi də həmin çay evindən tanıyır. Belə ki, Seymur həmin çay evinə müştəri kimi gəlirmiş və həmin çay evində münasibətləri yaranmışdır. Seymur da onun kimi narkotik vasitələrin istifadəçisidir və təxminən 3 aydır tanış olmuşlar, aralarında da sevgi münasibəti vardır. Seymurla mütəmadi olaraq birlikdə narkotik vasitə istifadə etmişlər, istifadə etdikləri narkotik vasitələri isə Seymur tədarük edirmiş. Onun istifadəsində mobil telefon olmadığından 23 may 2024-cü il tarixdə Seymur iş yoldaşı olan Aytac adlı qızın telefonuna zəng edərək onunla danışıb Bakı şəhəri, Nərimanov rayonuna getdiyini bildirib onun də onunla birlikdə getməyini istəmişdir. O etiraz etmədiyindən bir müddət sonra Seymur tanımadığı taksi ilə onun işlədiyi çay evinin qarşısına gəlib onunla görüşmüş və onlar birlikdə Seymurun gəldiyi taksi ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisinə gəlmişlər. Yolda olan zaman Seymur Bakı şəhəri, Nərimanov rayonu ərazisindən narkotik vasitə götürməli olduğunu, narkotik vasitəni gizlədildiyi yerdən götürəcəyi təqdirdə ona da narkotik vasitə verə biləcəyini bildirmişdir. O narkotik vasitənin nə qədər olacağını soruşduqda Seymur narkotik vasitənin tanışı olan İran İslam Respublikasının vətəndaşı tərəfindən ona göndərildiyini və bir ədəd kibrit qutusunda olduğunu bildirmişdir. O da onunla razılaşdığından xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsinin yaxınlığına gəldikdən sonra avtomobildən düşdülər. Seymurla bir neçə dəqiqə piyada getdikdən sonra ünvan 10 ünvanın yaxınlığına gəlmişlər. Seymur yaxınlıqdakı ağacı göstərib narkotik vasitənin həmin ağacın dibində gizlədildiyini bildirib həmin narkotik vasitəni götürərək gətirib ona verməyini istəmişdir. O da həmin ağacın yanma gedib narkotik vasitəni götürmək istədikdə narkotik vasitənin qara rəngli sellofan torbada olduğunu və böyük həcmdə olduğunu görüb götürməkdən qorxmuş və Seymurun yanma qayıdaraq həmin narkotik vasitəni götürməyəcəyini və yaşadığı evinə qayıdacağını bildirmişdir. Seymur isə onun sağ qolundan əlləri ilə yapışaraq ondan * uzaqlaşmağına imkan verməmişdir. Seymurun əlindən çıxıb qaçmaq istədikdə Seymur sol qaş nahiyəsinin üst tərəfindən və başının sol tərəfindən yumruqla vuraraq ona xəsarət yetirmişdir. Qorxduğundan onun yanında qalmışdır. Həmin vaxt Seymur Tehran adlı tanışı ilə telefonla danışmış və onu Nərimanov rayonuna çağırmışdır. Tehranı gözləmək üçün “Nəriman Nərimanov” metrosunun yaxınlığındakı “Mado” adlı restoranın qarşısına gəlib orada Tehranı gözləmişlər. 23 may 2024-cü il tarixdə, saat 23:40 radələrində Tehran taksi ilə “Nəriman Nərimanov” metrosunun yaxınlığındakı “Mado” adlı restoranın qarşısına gəlib, taksidən düşmüş, taksi sürücüsündən isə onu gözləməsini istəyib onların yanma gəlmişdir. Tehranla Seymur söhbət edən zaman kənarda onları gözləyirmiş. Onlar söhbət etdikdən sonra razılaşmışlar ki, Seymur və Tehranla birlikdə Tehranın gəldiyi taksi ilə narkotikin gizlədildiyi yerə gedəcəklər, onlar avtomobildə Tehranı gözləyən zaman Tehran avtomobildən düşüb narkotik vasitəni götürərək avtomobilə qayıdacaqdır. Beləliklə də, Tehranın gəldiyi taksiyə əyləşmişlər, Tehran taksidə ön oturacaqda, Seymurla birlikdə isə arxa oturacaqda əyləşmişlər. Taksi sürücüsünə rayondan azuqə göndərildiyini, həmin azuqəni götürdükdən sonra Müşfiqabad qəsəbəsinə gedəcəklərini bildirmişlər və hərəkətə başlamışlar. Seymurun verdiyi istiqamətə uyğun olaraq taksi ilə Nərimanov rayonu, A.M.Cümə küçəsi 12 saylı ünvanın yaxınlığına gəlmişlər və ağaclıq olan yerə çatdıqda Seymur sürücüdən avtomobilini saxlamasını istəmişdir. Taksi sürücüsü avtomobili saxladıqdan sonra Tehran avtomobildən düşmüş, Seymur da avtomobildən düşüb Tehranla söhbət etdikdən sonra yenidən avtomobilə əyləşmişdir. Tehran avtomobildən aralanıb təxminən 20-30 metr getdikdən sonra narkotik vasitəni gizlədildiyi yerə çatmışdır. Bir neçə dəqiqə sonra Seymur arxaya baxıb Tehranın tutulduğunu bildirib avtomobildən düşərək qaçmışdır. Seymur avtomobildən düşdükdən sonra taksi sürücüsü onun da avtomobildən düşməyini istədiyindən o da avtomobildən düşüb yolun kənarında gözləmiş, taksi sürücüsü isə avtomobili sürərək oradan uzaqlaşmışdır. Həmin vaxt 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Nərimanov RPİ-nin əməkdaşları olduqlarını və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onlarla birlikdə Nərimanov RPİ-ə getməyini xahiş etmişdirlər. Polis əməkdaşları ona yaxınlaşan zaman görmüşdür ki, iki nəfər mülki geyimli şəxs isə Tehranı saxlamışlar. Polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-ə getmişdir. İdarədə ona bildirmişdirlər ki, üzərində şəxsi axtarış və götürmə aparacaqlar. Ona görə də hüquqlarını izah edib, vəkil siyahısı təqdim etmişdirlər ki, istədiyi vəkili hüquqlarının müdafiəsi üçün seçə bilsin. O da təqdim olunmuş siyahıdan X2 hüquqlarının müdafiəsi üçün seçmişdir. Polis əməkdaşı vəkil X2 şöbəyə dəvət etmişdir. Vəkil gəldikdən sonra onun və onu Nərimanov RPİ-ə gətirmiş əməkdaşların iştirakları ilə üzərində şəxsi axtarış və götürmə aparmağa başlamışdırlar. Polis əməkdaşı ona təklif etmişdir ki, üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin. O da üzərində bu kimi əşya və ya predmetin olmadığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilsə də üzərindən qanunla qadağan edilmiş şəya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılan zaman aşkar edilərək götürlümüş ümumi təmiz çəkisi 3010 qram olan narkotik vasitə qurudulmuş marixuananı tanışı olan Seymurun istəyi ilə Seymurun ona istifadə etməyi üçün verəcəyi narkotik vasitənin qarşılığında gizlədildiyi yerdən götürmüşdür. Həmin narkotik vasitə Seymurə məxsus olduğundan avtomobilə qayıtdıqdan sonra Seymurə təhvil verəcəkmiş. Narkotik istifadəçisidir, satışı ilə məşğul olmur. Seymurla aralarında olan razılaşmaya əsasən, Seymurun dediyi yerdən narkotik vasitəni götürüb ona verdikdən sonra ona istifadə etməyi üçün narkotik vasitə verəcəkmiş. Lakin, narkotikin çox olduğunu gördüyündən qorxub götürməmiş, evlərinə qayıtmaq istəsə də Seymur onu döyərək buna mane olmuşdur. Həmin narkotik vasitənin necə və kim tərəfindən həmin yerə gətirilməsi barədə dəqiq məlumatı yoxdur. Lakin, Seymur demişdir ki, həmin narkotik vasitə onun tanışı olan İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə həmin yerə gətirilmişdir. Tehranı Seymurun vasitəsi ilə tanımış və əvvəllər bir neçə dəfə Seymurun yanında görmüşdür. Tehranla onun arasında heç bir razılaşma olmamışdır. Narkotik vasitənin götürülməsi ilə bağlı Tehranla aralarında heç bir razılaşma olmamışdır. Seymur Abşeron rayonu, Güzdək qəsəbəsində yaşayır, istifadəsində isə ***-***-**-** saylı mobil nömrə vardır. Seymurun digər anket məlumatlarını bilməsə də görsə dərhal tanıyar.
38. Məhkəmə istintaqında ifadəsi elan edilməklə, tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş polis baş serjantı Şahid4 və polis leytenantı Şahid2 oxşar məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, Nərimanov RPİ-nin cinayət-axtarış şöbəsinin kiçik inspektoru vəzifəsində işləyir, polis baş serjantıdır. Təqsirləndirilən şəxs1, Şahid5 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış və aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. Mahiyyəti üzrə bildirir ki, 23 may 2024-cü il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan "Tehran" adlı şəxsin 24 may 2024-cü il tarixdə, saat 00:30 radələrində Nərimanov rayonu, A.M.Cümə küçəsi 12 ünvanının qarşısına gələcəyi, qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə gəzdirməsi, saxlaması və daşıması və satışında şübhəli olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən əməliyyat məlumatı daxil oldu. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, "Tehran" adlı şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün Nərimanov RPİ-nin rəhbərliyinə məruzə edildi, müvafiq icazə verildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi. Nərimanov RPİ-nin CAŞ-ın baş əməliyyatmüvəkkili, polis kapitanı Şahid1, Nərimanov RPİnin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Nərimanov RPİ-nin CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid3 və mənim iştirakım ilə əməliyyat qrupu yaradıldı, həmin əməliyyat qrupuna rəhbərlik Şahid1 həvalə edildi. Daha sonra keçirilmiş ilkin tədbirlərlə "Tehran" adlı şəxsin olduğu yer müəyyən edilərək 24 may 2024-cü il tarixdə saat 00:15 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 12 ünvanının qarşısı və ətraf ərazilər mən və əməliyyat qrupunun digər üzvləri tərəfindən əməliyyat müşahidəsinə götürüldü. Bir neçə dəqiqə sonra, yəni 24 may 2024-cü il tarixdə saat 00:30 radələrində həmin əraziyə yaxınlaşan "Toyota" markalı, "Prius" modelli avtomobil yaxınlaşdı. Həmin avtomobildən zahiri əlamətlərinə görə "Tehran”a bənzəyən və bir nəfər tanımadığımız şəxs düşdü. Onlar qısa müddət söhbət etdikdən sonra digər şəxs avtomobilə əyləşsə də "Tehran" yaxınlıqdakı ağaca yaxınlaşıb ağacın yanından sellofan paket götürdü. Mən və əməliyyat qrupunun digər üzvü Şahid3 ilə birlikdə "Toyota" markalı. "Prius" modelli avtomobilə, əməliyyat qurupunu digər üzvləri isə "Tehrana" yaxınlaşdılar. Qeyd edilən avtomobilə yaxınlaşan zaman həmin avtomobildən biri qadın, biri isə kişi olmaqla iki nəfər düşdü, sürücü isə avtomobili sürüb həmin ərazidən uzaqlaşdı. Avtomobildən düşən şəxslərdən biri, sonradan Təqsirləndirilən şəxs2 olduğunu bildiyimiz şəxs qaçaraq oradan uzaqlaşsa da, digəri, sonradan Şahid5olduğunu bildiyimiz şəxsə yaxınlaşıb özümüzü təqdim edərək anket məlumatlarını dəqiqləşdirmişlər. Həmin şəxs isə Şahid5 olduğunu tanışı olan Təqsirləndirilən şəxs2la birlikdə həmin əraziyə gəldiyini, Seymurun ilk olaraq ondan narkotik vasitəni gizlədildiyi yerdən götürməsi tapşırdığını, lakin narkotik vasitəni götürməkdən imtina edərək getmək istədikdə Seymurun məcbur onu yanında saxladığını bildirdi. Həmin vaxt, yəni əməliyyat qrupunun digər üzvləri "Tehrana" yaxınlaşaraq onu saxladılar. Həmin yerdə müvafiq sənədləşmənin aparılmasına şərait olmadığına görə Təqsirləndirilən şəxs1 və Şahid5 saxlanıldıqları yerdən Nərimanov RPİ-ə gətirildi. Nərimanov RPİ-yə gəldikdən sonra Təqsirləndirilən şəxs1 və Şahid5 şübhəli şəxs qismində tutuldular və hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi ilə təmin olundular. Daha sonra isə şöbənin inzibati binasında xidməti otaqlardan birində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərində videoçəkiliş aparılmaqla müdafiəçisinin, Nərimanov RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Nərimanov RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Nərimanov RPİ-nin CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid3 və mənim iştirakım ilə şəxsi axtarış keçirilməyə başlanıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edildi. Təqsirləndirilən şəxs1 əlində olan qara rəngli sellofan paketi təqdim etdi. Təqsirləndirilən şəxs1 təqdim etdiyi həmin sellofan paketə baxış zamanı həmin paketin içərisində 01 ədəd qara rəngli sellofan paketə bükülərək yapışqan lentlə örtülmüş, üzərində "K-40" yazısı olan bağlamanın içərəsindən yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, 01(bir) ədəd qara rəngli sellofan paketə bükülərək yapışqan lentlə örtülmüş və üzərində "K-49" yazısı olan bağlamanın içərəsindən yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, 01(bir) ədəd qara rəngli sellofan paketə bükülərək yapışqan lentlə örtülmüş və üzərində "K-83" yazısı olan bağlamanın içərəsindən yaşıl rəngli,narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddənin olduğu müəyyən edildi. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi baş təhqiqatçı Toğrul Məmmədov tərəfindən qablaşdırılaraq götürüldü. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitəni tanışı olan Seymur adlı şəxsin tapşırığına uyğun olaraq həmin ərazidən götürdüyünü bildirdi. Daha sonra isə şöbənin inzibati binasında xidməti otaqlardan birində şübhəli şəxs qismində tutulmuş Şahid5 üzərində videoçəkiliş aparılmaqla müdafiəçisinin, Nərimanov RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Nərimanov RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Nərimanov RPİ-nin CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid3, Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı X12 və mənim iştirakım ilə şəxsi axtarış keçirilməyə başlanıldı. Şəxsi axtarış zamanı Şahid5 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edildi. Bu təklifdən sonra Şahid5 üzərində paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya olmadığını bildirdi. Bundan sonra Şahid5 üzərində şəxsi axtarış aparılsa da bu kimi əşya və predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs1 və Şahid5 saxlanılan zaman, eləcə də idarədə olduğu zaman ona qarşı heç bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. . Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, Nərimanov RPİ-nin əməliyyat-axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytnantıdır. Təqsirləndirilən şəxs1, Şahid5 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış və aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. Mahiyyəti üzrə bildirmişdir ki, 23 may 2024-cü il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan “Tehran” adlı şəxsin 24 may 2024-cü il tarixində, saat 00:30 radələrində Nərimanov rayonu, A.M.Cümə küçəsi 12 ünvanının qarşısına gələcəyi, qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə gəzdirməsi, saxlaması və daşıması və satışında şübhəli olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, “Tehran” adlı şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi ilə müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün Nərimanov RPİ-nin rəhbərliyinə məruzə edildi, müvafiq icazə verildikdən sonra əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi. Nərimanov RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Nərimanov RPİ-nin CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid3, Nərimanov RPİ-nin CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid4 və onun iştirakı ilə əməliyyat qrupu yaradıldı, həmin əməliyyat qrupuna rəhbərlik Şahid1 həvalə edildi. Daha sonra keçirilmiş ilkin tədbirlərlə “Tehran” adlı səxsin olduğu yer müəyyən edilərək 24 may 2024-cü il tarixdə saat 00:15 radələrində ünvan 12 ünvanının qarşısı və ətraf ərazilər o və digər əməliyyat qrupunun digər üzvləri tərəfindən əməliyyat müşahidəsinə götürüldü. Bir neçə dəqiqə sonra, yəni 24 may 2024-cü il tarixdə saat 00:30 radələrində həmin əraziyə yaxınlaşan “Toyota” markalı, “Prius” modelli avtomobil yaxınlaşdı. Həmin avtomobildən zahiri əlamətlərinə görə “Tehran”a bənzəyən və bir nəfər tanımadıqları şəxs düşdü. Onlar qısa müddət söhbət etdikdən sonra digər şəxs avtomobilə əyləşsə də “Tehran” yaxınlıqdakı ağaca yaxınlaşıb ağacın yanından sellofan paket götürdü. O əməliyyat qrupunun digər üzvü Şahid1 ilə birlikdə “Tehrana”, əməliyyatqrupunun digər üzvləri isə “Toyota” markalı, “Prius” modelli avtomobilə yaxınlaşdılar,Özlərini təqdim edib həmin şəxsin anket məlumatlarını dəqiqləşdirərək ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah etmişlər və üzərində narkotik vasitə olub-olmaması barədə şifahi sorğu-sual etmişlər. Şifahi sorğu zamanı həmin Təqsirləndirilən şəxs1 olduğunu, tanışı olan Seymur adlı şəxsin tapşırığı il əraziyə narkotik vasitə əldə etmək üçün gəldiyini və əlindəki torbada narkotik olduğunu bildirdi. Həmin vaxt, yəni əməliyyat qrupunun digər üzvləri “Toyota” markalı, “Prius” modelli avtomobilə yaxınlaşan anda avtomobildən biri qadın olmaqla iki nəfər düşdü, sürücü isə avtomobili sürüb həmin ərazidən uzaqlaşdı. Avtomobildən düşən şəxslərdən biri, sonradan Təqsirləndirilən şəxs2 olduğunu bildikləri şəxs qaçaraq oradan uzaqlaşsa da, digəri, sonradan Şahid5 olduğunu bildikləri şəxs isə əməkdaşları tərəfindən saxlanıldı. Həmin yerdə müvafiq sənədləşmənin aparılması üçün şərait olmadığına görə Təqsirləndirilən şəxs1 və Şahid5 saxalanıldıqları yerdən Nərimanov RPİ-ə gətirildi. Nərimanov RPİ-yə gəldikdən sonra Təqsirləndirilən şəxs1 və Şahid5 şübhəli şəxs qismində tutuldular və hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi ilə təmin olundular. Daha sonra isə şöbənin inzibati binasında xidməti otaqlardan birində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərində videoçəkiliş aparılmaqla müdafiəçisinin, Nərimanov RPİnin CAŞ-ın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Nərimanov RPİ-nin CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid3, Nərimanov RPİ-nin CAŞ-m kiçik inspektoru, polis baş serjantı Şahid4 və onun iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanıldı, Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 əlində olan qara rəngli sellofan paketi təqdim etdi,Təqsirləndirilən şəxs1 təqdim etdiyi həmin sellofan paketə baxış zamanı həmin paketin içərisində 01 ədəd qara rəngli sellofan paketə bükülərək yapışqan lentlə örtülmüş, üzərində “K-40” yazısı olan bağlamanın içərəsindən yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, 01 (bir) ədəd qara rəngli sellofan paketə bükülərək yapışqan lentlə örtülmüş və üzərində “K-49” yazısı olan bağlamanın içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, 01 (bir) qara rəngli sellofan paketə bükülərək yapışqan lentlə örtülmüş və üzərində “K-83”a yazısı olan bağlamanın içərəsindən yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddənin olduğu müəyyən edildi. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi baş təhqiqatçı Toğrul Məmmədov tərəfindən qablaşdırılaraq götürüldü. Şəxsi axtarış Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitəni tanışı olan Seymur adlı şəxsin tapşırığına uyğun olaraq həmin ərazidən götürdüyünü bildirdi. Daha sonra isə şöbənin inzibati binasında xidməti otaqlardan birində şübhəli şəxs qismində tutulmuş Şahid5 üzərində videoçəkiliş aparılmaqla müdafiəçisinin, Nərimanov RPİ-nın CAŞ-ın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1,Nərimnaov RPİnin CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid3, Nərimanov RPİ-nin CAŞ-m kiçik inspektoru, polis baş serjantı Şahid4, Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı X12 və onun iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanıldı. Şəxsi axtarış zamanı Şahid5 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edildi. Bu təklifdən sonra Şahid5 üzərində paltarlarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya olmadığını bildirdi. Bundan sonra Şahid5nm üzərində şəxsi axtarış aparılsa da bu kimi əşya və predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs1 və Şahid5 saxlanılan zaman, eləcə idarədə olduğu zaman ona qarşı heç bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır
39. Təqsirləndirilən şəxs1 məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, may ayının 23-də Güzdək qəsəbəsindən Nərimanov rayonuna Seymurla görüşmək üçün gəlmişdir. Həmin vaxt Seymur ilə aralarında mübahisə olmuşdur. O, əsəbləşdiyindən və avtomobildə xanım olduğu, birbirlərinə hörmətsizlik etməkdən çəkindiyindən avtomobildən düşmüşdür. Seymur ona birlikdə gedərək yeyib-içməklərini təklif etmişdir. O isə bu təklifdən imtina etmişdir. Sonra Seymurgil uzaqlaşmış, o isə parkın kənarı ilə getmişdir. Həmin vaxt mülki geyimli polis əməkdaşları onu saxlayıb avtomobilə əyləşdirmiş və polis bölməsinə gətirmişlər. Bölmədə 2 nəfər polis əməkdaşı qarşısına bir ədəd kisə qoyaraq bildirmişlər ki, “sən bu kisənin arxasınca gəlmişdin”. O isə bildirmişdir ki, onun bu kisədən heç xəbəri olmamışdır. Həmin vaxt polislərdən biri onu sinəsindən vurmuş, digər polis isə onu vurana qarşı hörmətsizlik etməməsini, onun qazi olduğunu, hətta telefonuna baxış keçirdiklərini və axtardıqları adamın o olmadığını, onu səhvən gətirdiklərini bildirmişdir. 15-20 dəqiqə polis bölməsində qaldıqdan sonra onu oradan başqa yerə aparmışlar. O, həmin yeri dəqiq tanımamışdır. Polis əməkdaşları Seymur ilə görüşərkən, sonuncunun yanında gördüyü qızı da tutub avtomobilə mindirmişlər və onları yenidən bölməyə gətirmişlər. Orada ona kisədə olan narkotik vasitəni könüllü formada boynuna almağı demişlər. Əks halda polislər ona qarşı bildiklərini edəcəklərini, onun vəziyyətini ağırlaşdıracaqlarını bildirmişlər. O, polislərə bildirmişdir ki, “narkotik vasitələrin mənim olmadığını etiraf edirəm, əgər mənim olsaydı, həmin zaman boynuma alardım”. Həmin vaxt polis əməkdaşları bildirmişlər ki, Seymurun adını verəcəyi təqdirdə onu buraxacaqlar. O, kisənin Seymura aid olub-olmadığını bilmədiyi üçün, sonuncunun adını verə bilməyəcəyini dedikdə, ona bildirmişlər ki, içərisində narkotik olan kisəni aparıb evinə qoyacaqlar və guya kisəni oradan tapılmış kimi göstərəcəklər. Polis əməkdaşları onu döymüş, mənəvi təzyiq göstərmiş və kisədə olan narkotikin Seymura aid olduğunu etiraf etməsi üçün ona təzyiq etmişlər. Buna görə də o məcburiyyətdən kisənin Seymura aid olduğunu demişdir. O, ümumiyyətlə həmin kisədə narkotik vasitə olub-olmadığını da bilməmişdir, çünki içərisini ona göstərməmişlər. Polis əməkdaşları ona bildirmişlər ki, “biz sənə nə deyiriksə, sən də videoçəkiliş zamanı həmin sözləri təkrar et”. O, qeyd etmişdir ki, Vətən Müharibəsi zamanı ilk dəfə narkotik vasitələrin istifadəçisi olmuş və buna görə də peşman olmuş, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmədən xahiş etmişdir ki, ona köməklik edilsin. Çünki o bu məsələyə görə, hətta öz həyatına da qəsd etmiş və bir ay xəstəxanada yatmışdır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitələrdən ilk dəfə müharibə vaxtı və müharibədən sonra, təxminən 10 ay müddətində istifadə etmişdir. Narkotik vasitələri tanışları vasitəsilə əldə etmişdir. Tanışlarla toplaşaraq, 5-10 manatdan pul yığıb narkotik almışlar. O, heç vaxt şəxsən özü, narkotik almağa getməmişdir. Təqsirləndirilən şəxs2 toy mərasimində tanımış və beləcə münasibətləri yaranmışdır. Seymurla birlikdə narkotik vasitələrdən istifadə etmişlər. Telefon danışıqlarına baxış keçirilməsi haqqında protokolla tanış olmamışdır. Qeyd edilən yazışmalarla əlaqədar bildirmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə istəmiş, lakin sonuncu üzərində narkotik olmadığını bildirmişdir. Onu Nərimanov parkının yaxınlığında tutmuşlar. Həmin vaxt onun əlində heç nə olmamışdır. Kisəni ona polis bölməsinə apardıqdan sonra, həmin bölmənin 3-cü mərtəbəsində vermişlər. Ona bildirmişlər ki, “boynuna al ki, bu kisə sənindir”. O, polis əməkdaşlarına bu kisənin ona aid olmadığını bildirmişdir. Həmin vaxt polislərdən biri onu vurmuş, digər polis isə bildirmişdir ki, “qazidir, hörmətsizlik etmə demişdir. Axtardığımız adam bu deyil, səhv adam gətirilib”. 15-20 dəqiqə sonra onu başqa yerə aparmışlar. Həmin yer də Nərimanov ərazisi olmuş, lakin polis bölməsi olmamışdır. Orada Güneli də tutub gətirmiş, avtomobilə onunun yanına əyləşdirmişlər. Günel onun tanışı olmamışdır. Sonuncu Seymurla avtomobildə olmuş və o Güneli ilk dəfə həmin avtomobildə görmüşdür. Onu polis bölməsindən başqa yerə apararkən döymüşlər. O, oxuma-yazma bilmədiyi üçün bu barədə heç yerə şikayət etməmişdir.Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisələr Seymurun danışdığı kimi cərəyan etməmiş, Seymur telefonda ona 10 qram narkotik əldə etmək məqsədilə gəldiyini demiş, o da cavabında “qorxma, götür” demişdir. O, prosesin həmin hissələrində iştirak etməmişdir. Seymur 02 ay əvvəl narkotik əldə etmək məqsədilə ondan bir nəfərin mobil nömrəsini almışdır. Hadisələrin sonrakı gedişatı barədə məlumatı olmamışdır. Seymur ona zəng edərək, narkotiki götürmək üçün gəldiyini, lakin orada gözlədiyindən artıq miqdarda narkotik maddə olduğunu demiş, o da Seymura qorxmamağı məsləhət görmüşdür. Lakin Seymur narkotiki götürməyəcəyini bildirərək, onu yeyib-içməyə dəvət etmişdir. O, Nərimanov parkına gəldikdən sonra, avtomobilin içərisində Güneli görmüş və yeyib-içmək fikrindən daşınmışdır. Seymurgillə sağollaşıb, ayrılmış və cəmi 05 metr yol qət etmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onlar narkotiki əvvəllər pul qarşılığında, Seymurun tanışından əldə etmişlər. O, bu hadisələrin şahidi olmadığı üçün, Seymur və Günelin arasında nə baş verdiyini və Nərimanov ərazisində nə ilə qarşılaşdıqlarını bilməmişdir. Həmin İran vətəndaşını tanımışdır. Lakin sonuncu ilə onun arasında narkotik əldə etmək barədə hər hansı danışıq və sövdələşmə olmamışdır. Seymur ona yalnız narkotik maddələrin çəkisinin 10 qramdan çox olduğunu bildirmişdir. Seymurun həmin narkotiki sonradan götürüb-götürmədiyini bilməmişdir. O, ittihamda qeyd edilən miqdarda narkotiki yerindən götürməmiş və belə bir niyyəti də olmamışdır. İran vətəndaşının mobil nömrəsini Seymura o vermişdir. Həmin gün Seymur narkotik maddə alacağı barədə ona əvvəlcədən məlumat verməmişdir. O, həmin gün Seymurdan narkotik əldə etmək niyyətində olmuşdur. Seymur telefonda onunla danışarkən, Elnur da Seymurun yanında olmuşdur. Seymur onu yeyib-içmək məqsədilə Nərimanov rayonuna çağırmışdır.
40. Təqsirləndirilən şəxs2 məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, aprel ayının sonları Tehran ilə əyləşib, yeyib-içmişlər. Onlar həmin zaman marixuana çəkmək istəmişlər. Lakin istədikləri narkotiki tapa bilməmişlər. Bu zaman Tehran ona bir tanışının mobil nömrəsini verərək, həmin şəxslə danışıb narkotik istəməsini məsləhət görmüşdür. Tehran həmçinin həmin şəxs nömrəni kimdən əldə etməyini soruşarsa, Tehranın adını deməməsini xahiş etmişdir. Həmin şəxs danışıq zamanı ona 100,00 Azərbaycan manatı qarşılığında 10 qram marixuana verə biləcəyini bildirmişdir. O da razılaşmış, həmin şəxsə pul köçürməsi etmişdir. Lakin nə həmin axşam, nə də sonrakı günlərdə həmin şəxs ona vəd etdiyi narkotiki verməmişdir. Bu proses təxminən 01 ay davam etmişdir. May ayının 23-ü həmin şəxs ona zəng edərək, narkotiki Nərimanov rayonu ərazisinə yerləşdirdiyini bildirmişdir. O da Günellə birlikdə həmin yerə getmişdir. Tehranın isə onların Nərimanov rayonuna getdiklərindən xəbəri olmamışdır. O, narkotacirin ona işarə verdiyi yerə daxil olan zaman, orada sellofan paketlərdə, külli miqdarda narkotik vasitə görmüşdür. Bu zaman həyəcanlanıb, çölə qaçmışdır. Yaxınlıqdakı parkda, skamyada əyləşmişdir. Su içib, özünə gəlməyə çalışmışdır. O, təxminən 15-20 dəqiqə skamyada əyləşmişdir. Bu zaman Günel ona buradan uzaqlaşmağı məsləhət görmüşdür. O da həmin ərazidə polis əməkdaşlarının olmasından ehtiyat edərək, parkdan getmişlər. Nərimanov metrosuna yaxınlıqda yerləşən “Mcdonalds” restoranı istiqamətinə getmişlər. Bu zaman Tehrandan ona cavabsız zəng gəldiyini görmüşdür. O, Tehrana zəng edib, baş verənləri danışmışdır. Tehran isə həmin zaman orada olan bütün narkotiki götürməyi məsləhət görərək, narkotaciri tanıdığını, sonuncu ilə daha əvvəllər də ticarət etdiyini və həmin şəxsin etibarlı biri olduğunu demişdir. O, Tehranla sağollaşdıqdan bir qədər sonra, Tehran da həmin əraziyə gəlmişdir. Onlar əvvəlcə birlikdə yeyib-içmək istəmişlər, lakin sonradan razılaşa bilməmişlər. Həmin zaman Tehranın yanında Elnur adlı şəxs də olmuşdur. Bir qədər sonra o Tehrangillə sağollaşıb, oradan getmişdir. Tehranın isə haraya getdiyini bilməmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik olan torbanı yerindən götürməmişdir. Həmin torbada nə qədər çəkidə narkotik olduğunu bilməmişdir. O, oradan narkotik götürməmişdir. Günelin də heç bir günahı olmamışdır. Bu faktı bir çox sübutlar təsdiq etmişdir. İran vətəndaşı ilə o danışmışdır. İran vətəndaşı ilə “whatsapp” vasitəsilə danışmışdır. O çıxıb evə getmiş, Tehranın hara getdiyini görməmişdir. Günel və o Tehranla sağollaşıb ayrılmışlar. İlk əvvəl Tehran onlardan ayrılıb getmişdir. Tehran gedəndən 15-20 dəqiqə sonra parkdan çıxıb getmişdir. Narkotik qoyulan yer, Nərimanov parkından uzaq məsafədə olmuşdur. Tehran yolu keçib, “Mcdonalds” restoranı tərəfə getmişdir. Günel də sonardan çıxıb getmişdir. O və Elnur “20 Yanvar” dairəsi istiqamətinə getmişlər. O, oradan da evə getmişdir. Tehran may ayının 23-ü, o isə iyun ayının 26-sı həbs olunmuşdur. O, Tehrana zəng etməmişdir. Tehrana narkotik vasitələrin həcminin çox olduğunu demişdir. Tehran cavabında ona qorxmamağı və narkotik vasitələrin hamısını götürməyi məsləhət görmüşdür. Məqsədi əldə etdiyi narkotiki satmaq yox, istifadə etmək olmuşdur. Gündəlik təxminən 1-2 qram narkotik maddədən istifadə etmişdir. Günelə narkotik satmamışdır. Tehranı narkotikin yerləşdirildiyi ünvana dəvət etməmişdir. Sonuncu, özü həmin zaman ona zəng etmişdir. İttiham aktı ilə tanış olmuşdur. O, ittiham aktına imza etməmişdir. İfadəsini müstəntiq kompyuter vasitəsilə yazmamışdır. İttiham aktında qeyd olunan ifadənin müəyyən hissələri ilə razı olmuş, lakin müəyyən hissələrdə razılaşmadığı məqamlar da olmuşdur. O, Təqsirləndirilən şəxs1 saxlanıldığı anın şahidi olmamışdır. O, yalnız Qobu ərazisində yerləşən polis idarəsinə çağırıldıqdan sonra baş verənləri öyrənmişdir. İttiham aktında qeyd olunan saatlarda, o “20 Yanvar” dairəsi ərazisində olmuşdur. O, 18:30 radələrində Müşfiqabad qəsəbəsindən, şəhər istiqamətinə yolanmışdır. 20:30 radələrində artıq Nərimanov rayonu ərazisində olmuşdur. Tehran isə təqribən 21:30- 22:30 radələrində Nərimanov ərazisinə gəlmişdir. Günel onun oraya 10 qram narkotik vasitə əldə etmək məqsədilə getdiyini bilmişdir. Tehranın hadisədən 01 ay əvvəl verdiyi mobil nömrə ilə əlaqə saxlayaraq, narkotik vasitə əldə etməyə cəhd göstərmişdir. Tehranın İran vətəndaşının narktoik vasitələri adətən haraya “zakladka” etdiyini bilmişdir. O da telefonda yeri İran vətəndaşına izah etmişdir. O Tehrana qorxduğunu bildirmiş, sonuncu isə qorxmamağı və narkotik vasitələri yerindən götürməyi məsləhət görmüşdür. Həmin vaxt Tehran spirtli içkinin təsirində olmuşdur. Saat təxminən 23:00 radələri olmuşdur. Elnurun özü də nəyə görə Tehranla birlikdə həmin əraziyə gəldiyini bilməmişdir. Elnurun narkotikdən xəbəri olmamışdır. Baş verənlər barədə ən doğru məlumatı Elnur öz ifadəsində qeyd etmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, cinayət işi materiallarında qeyd olunan izahat və ifadələrdə yazılanlar tamamilə yalandır. Hadisə əslində başqa formada baş vermişdir. Günelin isə baş verənlərdən ümumiyyətlə xəbəri olmamışdır. Günel Nərimanov parkına narkotik əldə etmək məqsədilə getməmişdir. Günel özü də narkotik maddə istifadəçisi olmuşdur. O, Günel ilə sevgili münasibətində olmuş və onlar bir evdə yaşamışlar. Lakin o Günelə narkotik vasitə verməmişdir.
Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
41. CM-nin 234.4.1. və 234.4.3. maddələrinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
42. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
43. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
44. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
45. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
46. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
47. Maddə 59.1.4. cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hallardan biridir.
48. Maddə 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
49. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
50. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
51. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
52. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
53. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
54. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
55. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
56. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
57. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, qurudulmuş kannabis marixuana təmiz halda 5 qramdan artıq xeyli miqdar, 500 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanun
58. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
59. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
60. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
61. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərar
62. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
63. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
64. 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz
Avropa Məhkəməsinin presedent hüququ
65. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
66. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********31 saylı "xxxx" MMC-yə məxsus nömrənin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək olan zənglərə, anten məlumatlarına, SMS siyahısına və SMS mətnlərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********31 saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə, saat 00:09:17-də +**********51 saylı mobil nömrəyə “qaq dedim dedi almir menede 10 at seher gorwerik” məzmunlu, xx.xx.2024-cü il tarixdə, saat 19:17:23-də Təqsirləndirilən şəxs2 arvadı Cəmilə Rzaxanovanm adma rəsmiləşdirilmiş +**********36 saylı mobil nömrəyə “Ay brat necə edey pul parada var mən olem cavabda vermse” məzmunlu, Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********31 saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə, saat 00:22:31-də +**********99 saylı mobil nömrədən “Qaqa gedirem şeyi verim ilşada” məzmunlu, xx.xx.2023-cü il tarixdə, saat 21:02:ll-də +**********99 saylı mobil nömrədən “Salam necesen neymse yoxdu cekmeye biri gun işden gelende vererem püküm” məzmunlu, xx.xx.2024-cü il tarixdə, saat 16:58:41də +**********99 saylı mobil nömrədən “Salam qaqa necesen neymse varsa 5 6 tüsdü vurardıq biri gün 5 mnt vererem” məzmunlu, xx.xx.2024-cü il tarixdə, saat 13:29:50-də +**********99 saylı mobil nömrədən “Salam neynırsen neymse var cekmeye qaqa” məzmunlu, xx.xx.2024-cü il tarixdə, saat 13:27:15-də +**********99 saylı mobil nömrədən “lOvar sende şey götürey ceket” məzmunlu “SMS”-lər aşkar edilmişdir. Həmin sms mətnlərinin narkotik vasitə dövriyyəsi ilə bağlı məzmunda olmasına əsaslı şübhələr vardır. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması və digər sübutlar narkotik vasitənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir.
67. Bundan başqa təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs1 barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-713/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında çıxış edərək vətən müharibəsi iştirakçısı olduğunu, psixologiyası pozulduğu üçün narkotik vasitə istifadə etdiyini, narkotik vasitəni Seymur adlı şəxsdən pul müqabilində aldığını bildirmişdir. Narkotik vasitəni Nərimanov rayonunun ərazisindən götürmüş, həmin narkotik vasitənin bir sellofan olduğunu biməmiş, Seymur ona bir istifadəlik verməli olmuş, narkotik satışı ilə məşğul olmadığını bildirmiş və əlavə olaraq, hər hansı narazılıqları, onlara qarşı polis əməkdaşlarının kobud rəftarı və s barədə məlumat verməmişdir.
68. Həmçinin Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-873/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının məzmunundan görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında çıxış edərək vəsatət və təqdimata etiraz etdiyini bildirmiş və əlavə olaraq ona irəli sürülmüş ittihamla bağlı hər hansı narazılıqları və s barədə məlumat verməmişdir.
69. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərin özləri verilmiş ittiham üzrə özlərini təqsirli bilməmələrinə dair verdiyi ifadələr işin hallarına uyğun olmayan, özünümüdafiə xarakterli, onların cinayət məsuliyyətindən yayınmasına kömək məqsədli ifadələr kimi qiymətləndirilməlidir.
70. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən (bax: qərarın 57-ci bəndi) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.
71. Məhkəmənin mövqeyinə görə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən cinayətin başqa şəxslə əlbir olmaqla törədilməsinə dair ittiham da əsaslıdır. Belə ki, Təqsirləndirilən şəxs2 öz ifadəsində Tehranın İİR vətəndaşı ilə əlaqə saxladığını, onun etibarlı şəxs olması barədə ona bildirdiyini demiş, həmçinin Tehran da öz növbəsində ifadəsində İİR vətəndaşını tanıdığını, ondan narkotik vasitə əldə etdiyini demişdir. Bundan başqa hər iki təqsirləndirilən şəxs öz ifadələrində məsuliyyətdən yayınmağa çalışmış ifadələrində yalnız narkotik vasitə istifadəsi ilə məşğul olduqlarını bildirmişlər. Məhkəmə hər iki təqsirləndirilən şəxsin ifadəsinə özünümüdafiə xarakterli ifadə kimi qiymət verir.
72. Təqsirləndirilən şəxslərin özlərini müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər tutulduqdan sonra onlara fiziki təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nə də başqa şəxslər bildirməmiş, istintaq təcridxanasına yerləşdirilərkən üzərində hər-hansı xəsarət olması və ya döyülməsi barədə məlumat verməmişdir. Nəzərə almaq lazımdır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.
73. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (qərarın 50,51,52-ci bəndlərindəki normativ aktlara əsasən).
74. Məhkəmə təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq halda olmasını habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, olar qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə qurudulmuş marixuananı məhz satış məqsədilə əldə etmişlər.
75. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 42,43,44-cü bəndləri).
76. Elektron məhkəmə informasiya sistemindən əldə edilən məlumatdan, həmçinin məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2013-cü il təvəllüdlü X9, xx.xx.2016-ci il təvəllüdlü X5, xx.xx.2021-ci il tarixli X6 olmaqla üç azyaşlı uşağı vardır. Həmin halları, məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmçinin vətən müharibəsində iştirak etməsini, bununla bağlı medalla təltif edilməsini məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
77. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində aşağı həddə cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
78. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər ikisi ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 45-ci bəndi).
79. İşdə olan tutma protokollarından və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 26 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qərarı ilə xx.xx.2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 54-cü bəndi).
80. İşdə olan tutma protokollarından və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 24 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qərarı ilə xx.xx.2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxslər hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 54-cü bəndləri).
81. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı onun tutulduğu 26 iyun 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
82. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı onun tutulduğu 24 may 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
83. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
84. İş üzrə maddi sübut olan, Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatından sonra Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 3010.0 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Digər maddi sübut – üzərlərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 2 (iki) ədəd CD disk və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********31 saylı «Bakcell MMC-yə məxsus nömrənin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək olan zənglərə, anten məlumatlarına, SMS siyahısına və SMS mətnlərinə dair məlumatların əks olunduğu 01 ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. (qərarın 55-ci bəndi).
85. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.
86. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 39 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 56-cı bəndi).
87. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddələr ilə ona 05 (beş ) il 06 (altı) ay il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 24 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddələr ilə ona 05 (beş ) il 06 (altı) ay il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 26 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş və Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 3010.0 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, üzərlərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 2 (iki) ədəd CD disk və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********31 saylı «Bakcell MMC-yə məxsus nömrənin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək olan zənglərə, anten məlumatlarına, SMS siyahısına və SMS mətnlərinə dair məlumatların əks olunduğu 01 ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Aygün Qurbanova Hakimlər Telman Hüseynov Fərid Namazov