Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-599/2021 27.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Mikayılov Eldar Əli oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri Xətai rayonu 4cü Rezervuar küçəsi ev 1-də qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib, daşıyıb və saxlamışdır. Belə ki, vətəndaş Təqsirləndirilən şəxs istintaqa məluma olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 3 ədəd bükümdə şəxsi istehsal miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,961 qram olan psixotrop maddə metamfetamini, 8 ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 8,150 qram olan kustar üsullar hazırlanmış narkotik vasitə heroini və 20 ədəd üzərində “F/M40” sözləri yazılmış tabletlərdə şəxsi istehlak miqdarından artıq miqdarda təsir maddəsi ümumilikdə 0,8 qram olan narkotik vasitə metadonu əldə edib, daşıyaraq, saxlamış, X5 Alayının 8-ci patrul bölüyünün əməkdaşları tərəfindən 14 sentyabr 2020-ci il tarixdə saat 09:30-da Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi “Kanal” marketin yaxınlığında saxlanılaraq, Sabunçu RPİ-nin 14cü PB-nə aparılmış və orada video çəkiliş ilə Təqsirləndirilən şəxs üstünə keçirilən şəxsiaxtarış zamanı onun əynində olan qara rəngli şalvarın sağ aşağı yan cibindən istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşıyaraq saxladığı 2 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 0,150 qram, 0,030 qram, ümumi təmiz çəkisi isə 0,180 qram olan kustar üsullar hazırlanmış narkotik vasitə heroin və 1 ədəd bükümdə təmiz çəkisi 0,031 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Ravon Nexia R3 SX” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin salonundakı saxlanc yerindəki qara rəngli qutunun içərisindən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşıyaraq, saxladığı 6 ədəd bükümdə külli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 0,121 qram, 3,357 qram, 1,110 qram, 2,484 qram, 0,360 qram, 0,538 qram ümumi təmiz çəkisi isə çəkisi 7,970 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış heroin, 2 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,631 qram, 0,299 qram, ümumi təmiz çəkisi isə 0,930 qram olan psixotrop maddə metamfetamin və 02 ədəd üzərlərində “Methadone 40” markalanma yazısı olan blisterdə ümumilikdə 20 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş tabletlərdə şəxsi istehsal miqdarından artıq miqdarda təsir maddəsi ümumilikdə 0,8 qram olan narkotik vasitə metadon aşkar edilərək, polis əməkdaşları tərəfindən götürülərək sənədləşdirilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə olan heroin və metamfetamin istifadəçisidir, təxminən 1 ildən çoxdur ki, həmin maddələri qarışdıraraq inyeksiya yolu ilə istifadə etmişdir. 13.09.2020-ci il tarixdə axşam saatlarında tanışı Vüqar adlı şəxslə yaşadığı Xətai rayonu Əhmədli qəsəbəsində görüşmüş, Vüqar özü də narkotik maddələrin istifadəçisidir. Vüqardan onda narkotik maddə olub-olmadığını soruşmuş, Vüqar da ona bir ədəd qara qutuda narkotik maddələr vermişdir, həmin qutunun içərisində bükümlərdə narkotik maddələr heroin və metamfetamin, həmçinin metadon dərmanları olmuşdur. Vüqar həmçinin ona bir ədəd elektron tərəzidə vermişdir ki, narkotik maddələri alan zaman onların çəkisini çəkə bilsin. O, həmin qutuda olan narkotik maddələri və elektron tərəzini idarə etdiyi “Ravon Nexia” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin bardoçokuna qoymuş, bir büküm metamfetamini və iki büküm heroini isə üstündə saxlamışdır ki, istifadə edər. 14.09.2020-ci il tarixdə səhər saat 09 radələrində o, Vüqarın xahişi ilə idarə etdiyi “Ravon Nexia” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Vüqarı Maştağa qəsəbəsinə aparmışdır. O, avtomobili Maştağa qəsəbəsində “Kanal” marketin yaxınlığında saxlamış və Vüqar avtomobildən düşmək istəyən zaman 2 nəfər polis əməkdaşı onlara yaxınlaşmışlar. Bu zaman Vüqar avtomobildən düşərək qaçıb getmişdir. Polis əməkdaşları ona yaxınlaşmışlar və kim olduğunu soruşub, özünü şübhəli apardığını qeyd etmişlər. Polis əməkdaşları onun üstündə qanunla qadağan edilmiş hər hansı əşya və predmet olub-olmadığını soruşmuşlar. O, bildirmişdir ki, özü narkotik vasitə istifadəçisidir, üstündə və avtomobildə narkotik maddə vardır. Bundan sonra polis əməkdaşları onu Sabunçu RPİ-nin 14-cü PB-nə dəvət etmişlər. Həmin zaman o, polis əməkdaşlarına heç bir etirazını bildirməmiş və onların təklifi ilə razılaşaraq birlikdə Sabunçu RPİ-nin 14-cü PB-nə gəlmişdir. PB-də olan zaman onun üzərinə baxış keçirilməsi zərurəti olduğunu polis əməkdaşları ona bildirmişlər, o, polis əməkdaşlarına heç bir etirazını bildirməmişdir. Sonra PB-nin xidməti otaqlarının birində video çəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş və o, baxışa müdafiəçinin iştirakı olmadan keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ona təklif etmişlər ki, üzərində qanuna zidd əşya və ya predmet varsa təqdim etsin. Bu zaman o, əynində olan qara rəngli şalvarının sağ aşağı yan cibindən 2 büküm narkotik maddə heroin və bir büküm metamfetamini çıxardaraq masanın üzərinə qoymuşdur. Sorğu sual zamanı o, polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar edilmiş maddələr heroin və metamfetamindir. Həmin maddələri 13 sentyabr 2020-ci il tarixdə tanışı Vüqar adlı şəxs ona vermişdir. Baxış zamanı polis əməkdaşları üzərindən aşkar edilən narkotik vasitə olan heroini və metamfetamini qablaşdırmışlar və buna dair müvafiq sənədləşdirmə aparılmışdır. Tərtib edilmiş sənədlər onun və iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Bundan sonra polis əməkdaşları idarə etdiyi “Ravon Nexia” markalı 99-PE- 164 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirmişlər. Baxış zamanı o, avtomobilin bardoçukunda saxlamış qara qutunu və bir ədəd elektron tərəzini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Həmin qutunun içərisində 06 ədəd bükümdə narkotik maddə heroin, iki ədəd bükümdə metamfetamin və 20 ədəd tabletdə metadon dərmanı olması aşkar edilmişdir. Həmçinin o, bildirmişdir ki, həmin maddələri və elektron tərəzini də Vüqar adlı şəxs ona vermişdir. O, özü həmin narkotik maddələri istifadə etmək üçün avtomobildə saxlamışdır. Avtomobilə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən digər hallar aşkar edilməmişdir. Bundan sonra həmin maddələr və elektron tərəzi polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmış və müvafiq sənədləşmə aparılmışdır. Tərtib edilmiş sənədlər onun və polis əməkdaşları tərəfindən imzalanaraq təsdiq edilmişdir. O, Vüqar adlı şəxsi bir neçə aydır ki, tanımışdır, Vüqarda narkotik maddə istifadə etmişdir, Vüqarın şəxsiyyəti barədə, heç nə bilmir, ancaq Vüqarı Xətai rayonu Əhmədli qəsəbəsində bilmədiyi ünvanda yaşadığını bilir. O, narkotik vasitədən təxminən 1 ildən çoxdur ki, istifadə etmiş, narkotik vasitə istifadə etməyinə görə onu buna heç kim təhrik etməmiş, həmçinin o, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Onun daimi istifadəsində ***-***-**-** nömrə olmuş və həmin nömrəni özü istifadə etmişdir. Əlavə olaraq göstərmişdir ki, onun istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə 01.08.2020-ci il tarixdən 14.09.2020-ci il tarixədək olan müddətdə daxil olan və çıxan zənglərin, sms-lərin mətinlərindən görünən: 17.08.2020-ci il tarixdə saat 21:42-də ***-***- **-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “05 kola 5- də patı ama qardaşımsan ele eleki temiz olsunda kolanın vesi 15-20 deqiqye ordayam” ; 20.08.2020-ci il tarixdə saat 23:39-da ***-***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “Samir 5 qr tema var 22 m alarsız patı meti gonderir 130 m çatmırki pulu vurum gedim götürüm isdiyrsiz lap patı ya meti goturum verim tez cvb de” ; 21.08.2020-ci il tarixdə saat 00:10-da ***-***-**-** mobil telefon nömrəsindən göndərilmiş sms mətni “Samir brat bidene mene imkan varsa yaz o tereflerde M-40var? Barədə smslərin onun mobil telefonuna gəlməsindən xəbəri olmamışdır. O, həmin smslərə cavab yazmamış, bu da sənədlərdən də təsdiq olunur, həmin smslərin də kim tərəfindən yazılmasını bilmir. O, heç vaxt heç kimə narkotik vasitə satmamış nə də ki, verməmişdir. O, özü narkotik maddələrdən istifadə etmişdir. X1 ona narkotik vasitə və psixotrop maddə satmaması və həmçinin həmin vaxtı onun üzərində və avtobiiində narkotik maddə olmasından Vüqarın xəbəri olmamısını təsdiq edir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı vəzifəsində işləmişdir. 14 sentyabr 2020-ci il tarixdə Sabunçu RPİnin 14-cü PB-də əməliyyat qrupunda xidmətdə olan zaman X5 Alayının 8-ci patrul bölüyünün əməkdaşları tərəfindən xidməti ərazidə, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi “Kanal” marketin yaxınlığında saxlanılmış Təqsirləndirilən şəxs özünü şübhəli apardığına görə Sabunçu RPİ-nin 14-cü PB-nə gətirilmişdir. 14-cü PB-də xidməti otaqda polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilərkən video çəkilişdən də istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində qara rəngli şalvarın sağ aşağı yan cibindən bir ədəd ağ kağıza bükülmüş 02 ədəd bükümdə narkotik maddə heroinə bənzər maddə və bir ədəd bükümdə narkotik maddə olan metamfetaminə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin vaxtı bildirmişdir ki, həmin bükümlərdə metamfetamin və heroin vardır, özünə məxsusdur və şəxsi istifadəsi üçün tanışından almışdır. Təqsirləndirilən şəxs üstündən başqa qanunla qadağan edilmiş digər əşya və predmet aşkar olunmamışdır. Aşkar edilmiş həmin bükümlər zərfə qoyularaq, qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Ravon Nexia” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirilmişdir ki, avtomobildə qanunla qadağan olunmuş hər hansı əşya və predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs həmin vaxtı avtomobilin qabaq sağ qapısını açaraq saxlanc yerində olan bir ədəd qara rəngli qutunu və bir ədəd elektron tərəzini çıxararaq təqdim etmişdir. Həmin qara qutunun içərisindən 08 ədəd bükümlərdə narkotik maddələrə bənzər maddə olması, həmçinin üzərində “metadon” yazılmış 2 ədəd blisterdə dərman vasitəsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddələr narkotik maddələrdir özünə məxsusdur və 13.09.2020-ci il tarixdə almışdır. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, elektron tərəzini isə aldığı narkotik maddələri çəkmək üçün istifadə edir. Bundan sonra avtomobilə baxış keçirən zaman iş üçün əhəmiyyət kəsb edən digər əşya və premdet aşkar edilməmişdir. Həmin maddələr zərfə qoyularaq qablaşdırılmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və avtomobilə baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokollar polis əməkdaşları və saxlanılan Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiqlənmişdir. Həmin vaxtı polis şöbəsində Təqsirləndirilən şəxs qarşı heç bir zor tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, X5 Alayının 8-ci patrul bölüyünün polis nəfəri polis serjantı vəzifəsində işləyir. 14 sentyabr 2020-ci il tarixdə saat 09:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində ƏÇPA-nin 8-ci patrul bölüyünün polis nəfəri polis serjantı Şahid3 ilə ərazidə xidmətdə olan “Kanal” marketin yaxınlığında “Ravon Nexia” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayanmış vəziyyətdə olduğunu görmüşlər və həmin avtomobilə yaxınlaşan zaman avtomobildə iki nəfər şəxsin olduğunu və sərnişin qismində oturan şəxsin onları görən kimi avtomobildən düşərək oradan qaçdığını görmüşlər. Avtomobilin sürücüsü də avtomobildən düşüb qaçmaq istəyən zaman saxlanılmış və bu zaman ondan nə səbəbə görə qaçmaq istədiyini soruşduqda bildirmişdir ki, üzərində və idarə etdiyi avtomobildə özünə məxsus narkotik maddə saxlayır və buna görə qaçmaq istəmişdir. Buna görə də həmin şəxsi, idarə etdiyi avtomobili ilə birlikdə şübhəli şəxs qismində Sabunçu rayon polis idarəsinin 14-cü PB-nə gətirmişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Tərəflərindən baş vermiş hadisə ilə bağlı raport yazılmışdır. 14-cü PB-də xidməti otaqda həmin bölmənin əməkdaşlarının iştirakı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilərkən video çəkilişdən də istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində qara rəngli şalvarın sağ aşağı yan cibindən bir ədəd ağ kağıza bükülmüş 02 ədəd bükümdə narkotik maddə heroinə bənzər maddə və bir ədəd bükümdə narkotik maddə olan metamfetaminə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin vaxtı bildirmişdir ki, həmin bükümlərdə metamfetamin və heroin vardır, özünə məxsusdur və şəxsi istifadəsi üçün tanışından almışdır. Təqsirləndirilən şəxs üstündən başqa qanunla qadağan edilmiş digər əşya və predmet aşkar olunmamışdır. Aşkar edilmiş həmin bükümlər zərfə qoyularaq, qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Ravon Nexia” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirilmişdir ki, avtomobildə qanunla qadağan olunmuş hər hansı əşya və premdet varsa təqdim etsin. Təqsirləndirilən şəxs həmin vaxtı avtomobilin qabaq sağ qapısını açaraq saxlanc yerində olan bir ədəd qara rəngli qutunu və bir ədəd elektron tərəzini çıxararaq təqdim etmişdir. Həmin qara qutunun içərisindən 08 ədəd bükümlərdə narkotik maddələrə bənzər maddə olması, həmçinin üzərində “metadon” yazılmış 2 ədəd blisterdə dərman vasitəsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddələr narkotik maddələrdir özünə məxsusdur və 13.09.2020-ci il tarixdə almışdır. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, elektron tərəzini isə aldığı narkotik maddələri çəkmək üçün istifadə edirmiş. Bundan sonra avtomobilə baxış keçirən zaman iş üçün əhəmiyyət kəsb edən digər əşya və premdet aşkar edilməmişdir. Həmin maddələr zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və avtomobilə baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokollar polis əməkdaşları və saxlanılan Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiqlənmişdir. Həmin vaxtı polis şöbəsində Təqsirləndirilən şəxs qarşı heç bir zor tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 41-45-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 14 sentyabr 2020-ci il tarixli, 6/1877 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: üzərində “VətTəqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” və s.yazılar, imzalar olan zərfdəki (No1) 01 ədəd ağ kağıza bükülmüş 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,150 qram; 0,030 qram, ümumi təmiz çəkiləri 0,180 qram qəhvəyi rəngli, maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 01 ədəd bükümdə 0,031qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamirıdir, -üzərində “Vət.Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilindən...” və s.yazılar, imzalar olan zərfdəki (No2) 02 ədəd üzərlərində “Methadone 40” markalanma yazısı olan blisterdə ümumilikdə 20 ədəd üzərlərində F/M40 yazısı həkk olunmuş tabletlərin tərkibində narkotik vasitəmetadon müəyyən edildi. 20 ədəd tabletin tərkibində ümumilikdə 0,8 qram metadon təsiredici maddəsi müəyyən edildi; 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,121 qram; 3,357qram; 1,110 qram; 2,484 qram; 0,360 qram; 0,538 qram, ümumi təmiz çəkiləri 7,970 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitəheroindir, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,631 qram; 0,299 qram, ümumi təmiz çəkiləri 0,930 qram ağ rəngli Kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Vət. Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar olunmuş eyni növlü maddələr kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı 1); Metamfetamin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı 1), Metadon “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahsına (Siyahı 2) daxildir. Cinayət işinin 118-119-cu vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının 12 oktyabr 2020-ci il tarixli, 2822 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərinin tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 78-80-ci vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 8 ədəd bükümdə ümumi təmiz çəkisi 8,15 qram, ekspertiza tədqiqatından sonra qalıq qalan 7,990 qram olan kustar üsullar hazırlanmış narkotik vasitə heroin, 03 ədəd bükümdə ümumi təmiz çəkisi 0,961 qram, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,871 qram olan psixotrop maddə metamfetamin, 02 ədəd üzərlərində “Methadone 40” markalanma yazısı olan blitserdə ümumilikdə 20 ədəd, ekspertiza tədqiqatından sonra 18 ədəd olan üzərlərində “F/M40” yazısı həkk olunmuş tabletlərdə təsir maddəsi ümumilikdə 0,8 qram olan narkotik vasitə metadon və bir ədəd elektron tərəzi cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, saxlanılması üçün Sabunçu RPİ- nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Cinayət işinin 50-51, 133-141-ci vərəqlərində olan protokollardan görünür ki, iş üzrə təqsirləndirən şəxs Təqsirləndirilən şəxs üstünə keçirilmiş şəxsi axtarış və idarə etdiyi avtomobilə keçirilmiş baxış kamera vasitəsi ilə video çəkilişlə qeydiyyata alınaraq 2 ədəd DVD diskə köçürülmüş və iş materiallarına əlavə edilmişdir. Həmin video diskə keçirilən baxış zamanı da Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin aşkar edilərək götürülməsi tam şəkildə aydın olunur. Odur ki, Təqsirləndirilən şəxs üstünə və idarə etdiyi avtomobilə Sabunçu RPİ- nin 14-cü Polis bölməsində keçirilmiş baxış zamanı qeydə alınmış video görüntülər olan 02 ədəd DVD disk sübutu əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş üzrə maddi subut olan DVD disklərə məhkəmə iclasında baxış keçirilmişdir. DVD disklərdə olan görüntülər işin hallarına uyğundur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs oğlundan qanunda nəzərdə tutulmuş külli miqdardan artıq heroinin aşkar edilməsini, bundan başqa digər növ narkotik vasitə metodon və psixotrop maddə metafetaminin aşkar edilməsini, satışa hazırlamaq məqsədi ilə ayrı-ayrı bükümlərə ayrılmasını Təqsirləndirilən şəxs oğlunun narkotik vasitə və psixotrop maddələri satmaq niyyəti ilə əldə etməsinin sübutu kimi qiymətləndirir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 14 və 68-70-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu 14 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 86-87-ci vərəqlərində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ AR Hərbi Məhkəməsinin 02.04.2003-cü il tarixli hökmü ilə CM-nin 279.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza 02 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 23.06.2010-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 08.11.2010-cu il tarixli qərarı ilə CM-nin 77-ci maddəsinə əsasən cəzanın çəkilməmiş 01 il 03 ay 15 günü azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs oğlu tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 14 sentyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 12 oktyabr 2020-ci il tarixli, 2822 saylı ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 109,09 (yüz doqquz manat doqquz qəpik) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 8 ədəd bükümdə ümumi təmiz çəkisi 8,15 qram, ekspertiza tədqiqatından sonra qalıq qalan 7,990 qram olan kustar üsullar hazırlanmış narkotik vasitə heroin, 03 ədəd bükümdə ümumi təmiz çəkisi 0,961 qram, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,871 qram olan psixotrop maddə metamfetamin, 02 ədəd üzərlərində “Methadone 40” markalanma yazısı olan blitserdə ümumilikdə 20 ədəd, ekspertiza tədqiqatından sonra 18 ədəd olan üzərlərində “F/M40” yazısı həkk olunmuş tabletlərdə təsir maddəsi ümumilikdə 0,8 qram olan narkotik vasitə metadon və bir ədəd elektron tərəzi məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, video görüntülər olan 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 14 sentyabr 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 109,09 (yüz doqquz manat doqquz qəpik) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 8 ədəd bükümdə ümumi təmiz çəkisi 8,15 qram, ekspertiza tədqiqatından sonra qalıq qalan 7,990 qram olan kustar üsullar hazırlanmış narkotik vasitə heroin, 03 ədəd bükümdə ümumi təmiz çəkisi 0,961 qram, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,871 qram olan psixotrop maddə metamfetamin, 02 ədəd üzərlərində “Methadone 40” markalanma yazısı olan blitserdə ümumilikdə 20 ədəd, ekspertiza tədqiqatından sonra 18 ədəd olan üzərlərində “F/M40” yazısı həkk olunmuş tabletlərdə təsir maddəsi ümumilikdə 0,8 qram olan narkotik vasitə metadon və bir ədəd elektron tərəzi məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs oğluna verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Eldar Mikayılov