Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-599/2023 17.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X16 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X9, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən “Bravo market”lər şəbəkəsinə aid mağazada mühafizəçi vəzifəsində işləmiş, Bakı şəhəri, ünvan 2 ünvanda yaşamış, ünvan 3yatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittihama görə o, şəxsi münasibətlər zəminində insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2022-ci il tarixdə saat 11:18 radələrində ünvan 5 ünvanında yerləşən «Neptun Supermarket» mağazasının qarşısında, Heydər Əliyev prospekti istiqamətində yolun sağ tərəfində yerləşən piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkidə Zərərçəkmiş şəxs 21 fevral 2022-ci il tarixdə onun rəsmi nikaha daxil olmaqla ailə həyatı qurduğu arvadı Şahid1 müntəzəm olaraq mobil telefon vasitəsilə zəng etməsi, habelə SMS-lər yazaraq sonuncunu narahat etməsi və bu qəbildən olan hərəkətlərinə son qoymasına dair onun xəbərdarlıqlarına məhəl qoymaması səbəbindən Zərərçəkmiş şəxsla aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı üzərində olan tiyəsinin orta xətt boyu uzunluğu 80 mm, dəstəyinin uzunluğu 110 mm, ümumi uzunluğu 190 mm olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən bir neçə dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs sol ağ ciyərin zədələnməsi, sol tərəfli hemopnevmotoraks və qanaxma ilə müşayiət olunan döş qəfəsinin sol yarısının daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş - kəsilmiş yarası ilə nəticələnən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan və insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, döş qəfəsinin sol yarısının daxilə keçməyən 2 (iki) ədəd deşilmiş - kəsilmiş yaraları ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya və döş qəfəsinin sol yarısının 1 (bir) ədəd səthi kəsilmiş yarası ilə nəticələnən, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs 2022-ci ilin avqust ayından etibarən tanıyır, onunla qohumluğu yoxdur, əvvəllər aralarında ədavət və ziddiyyət olmamışdır. O, hazırda arvadı olan Şahid1 ilə 2018-ci ilin sentyabr ayında Bakı şəhərində tanış olmuş və həmin vaxtdan da səmimi münasibətləri yaranmışdır. 22 fevral 2021-ci ildə Şahid1 ilə rəsmi nikaha daxil olmuşlar, lakin «COVİD-19» pandemiyası səbəbindən ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar toy mərasimi keçirməmişlər. Minayə ilə, eləcə də Minayənin ailəsi ilə aralarında olan razılaşmaya əsasən, onlar rəsmi olaraq nikaha daxil olsalar da, Minayə Bakı şəhəri, Binəqədi rayonunda öz ata evində yaşamışdır. Onun özü isə qeydiyyatda olduğu ünvan 6 ünvanında anası ilə yaşamışdır. 26 avqust 2022-ci il tarixdən arvadı Minayə onun anası ilə birgə yaşadığı ünvana köçmüş, orada onlarla bir yerdə yaşamağa başlamışdır. 2022-ci ilin avqust ayının əvvəllərində arvadı Minayə söhbət əsnasında ona 2017-ci ildən tanıdığı və bir neçə il əvvəl ünsiyyətdə olduğu Zərərçəkmiş şəxs onu mütəmadi olaraq narahat etdiyini, habelə heç bir səbəb olmadan tez-tez onun mobil telefonuna zəng etdiyini bildirmişdir. Həmin zaman Minayə hələ onunla bir yerdə yaşamamışdır. Bununla əlaqədar arvadı Minayəni bir daha narahat etməməsi üçün o, Nicatla görüşüb danışmaq qərarına gəlmişdir. Həmin ərəfələrdə yəni 2022-ci ilin avqust ayının ortalarında təxminən saat 18 radələrində arvadı Minayə ilə birlikdə olan zaman Nicat növbəti dəfə gizli nömrədən Minayəyə zəng etdiyi üçün Minayədən telefonu alıb Nicatla danışaraq onunla görüşüb söhbət etmək istədiyini bildirmişdir. Nicat razılaşmış və elə həmin gün saat 19 radələrində Nicatla Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən “Neptun supermarket” mağazasının qarşısında görüşmüşlər. O, Nicata Minayə ilə rəsmi nikahda olduqlarını, Minayədən əl çəkməsini, ona bir daha zəng etməməsini bildirmiş, evli qadına zəng edib onu narahat etməyin kişilikdən olmadığını demişdir. Nicat isə istifadəsində olan telefon nömrəsini ona bildirərək istənilən vaxt onunla görüşüb həmin söhbəti davam etməyə hazır olduğunu, eyni zamanda heç kimdən çəkinmədiyini bildirmişdir. Bu söhbətdən sonra o, güman etmişdir ki, Zərərçəkmiş şəxs bir daha Minayəyə zəng edib onu narahat etməz. 22 avqust 2022-ci il tarixdə gecə saat 01 radələrində o, Nicatın mobil telefonuna zəng vurub bildirmişdir ki, rəsmi arvadı Minayə tezliklə onun evinə köçəcək, onlar bir yerdə yaşayacaqlar. Bildirmişdir ki, bir daha Minayəyə zəng etməsin, habelə Minayə ilə əlaqə və ünsiyyət saxlamağa cəhd etməsin. Nicat onunla razılaşaraq bir daha Minayəyə zəng etməyəcəyini vəd edib “Allah xoşbəxt etsin” deyib onu təbrik etmişdir. 26 avqust 2022-ci il tarixdə Minayə onun anası ilə birgə yaşadığı ünvana köçmüş və birlikdə yaşamağa başlamışlar. 05 sentyabr 2022-ci il tarixdə səhər saat 10 radələrində evdə olan zaman arvadı Minayə Nicatın ondan əl çəkmədiyini və bir-iki gün qabaq “WhatsApp” proqramı vasitəsilə yenidən ona mesaj yazaraq hal-əhvalı ilə maraqlandığını, bildirib Nicatın onu narahat etdiyini demişdir. O, Nicatın Minayədən xoşluqla əl çəkməyəcəyini görüb onu qorxutmaq qərarına gəlmiş və bu məqsədlə Minayəyə birlikdə Nicatla görüşüb söhbət edərək bu məsələyə son qoyacağını bildirmişdir. O, Minayəyə daha heç bir söz demədən, mətbəx otağına keçib oradan gizlincə qara rəngli dəstəyi olan mətbəx bıçağını götürüb sağ tərəfdən şalvarının belindəki kəmərin altına salaraq gizlətmişdir. Belə qərara gəlmişdir ki, əgər Nicat arvadı Minayənin yanında artıq-əskik hərəkət etsə, həmin bıçağı göstərib onu qorxutsun. Bundan sonra Minayənin mobil telefonu ilə Nicatın mobil telefonuna zəng edib niyə Minayədən əl çəkmədiyini soruşaraq onunla görüşmək istədiyini bildirmiş və Nicat da görüşməyə razılıq vermişdir. Onlar Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən “Neptun supermarket” mağazasının qarşısında görüşmüşlər. Onlar həmin yerə Minayə ilə bir yerdə Minayənin idarə etdiyi “Kia Sportage” minik markalı ** RC *** dövlət qeydiyyat nişanlı avtomobillə getmişlər. “Neptun supermarket” mağazasının qarşısına çatdıqda Nicatın yolun kənarında səkinin üzərində dayanıb onları gözlədiyini görmüşlər və Minayə onun göstərişi ilə avtomobili Nicatın yanına sürüb səkinin yanında saxlamışdır. Həmin vaxt o, avtomobildə sərnişin üçün nəzərdə tutulmuş qabaq sağ oturacaqda oturubmuş. Avtomobildən düşməyə macal tapmamış Nicat cəld ona yaxınlaşıb avtomobilin qapısını açaraq sağ əli ilə çiynindən tutub özünə doğru zorla dartmış və onu nalayiq söyüşlə söymüş, çıx bayıra demişdir. O da əsəbləşərək avtomobildən düşmüşdür. O, Nicatdan əlini onun yaxasından çəkməsini tələb etmişdir. Lakin Nicatın əhəmiyyət vermədiyini və əli ilə onun çiynindən tutaraq özünə doğru dartmağa davam etdiyini görüb Nicatın sifətinə yumruqla bir zərbə vurmuşdur. Nicat əlini onun çiynindən çəkib bir addım geri çəkilərək üstünə cummuşdur. Daha sonra Nicatın qarın nahiyəsinə təpiklə bir zərbə vurmuşdur. Bu an Nicatın bir anlıq dayandığını görüb onu qorxutmaq üçün şalvarının belində olan bıçağı sağ əli ilə dartıb çıxartmışdır. Buna baxmayaraq, Nicat yenidən onun üstünə cumub onu yumruqla vurmaq istəmişdir. Həmin an cəld tərpənərək sağ əlində tutduğu bıçaqla Nicatın sinəsinə 3 (üç) dəfə zərbə vurmuşdur. Zərbələrin təsirindən Nicat əlləri ilə sinəsini tutub yerə oturmuşdur. Bu vaxt bir anlıq Nicatın sinə nahiyəsinin qana bulaşdığını görüb ona yazığı gəlmiş və daha ona toxunmayaraq kənara çəkilmişdir. Hadisəni görən tanımadığı bir neçə şəxs yaxınlaşaraq Nicata köməklik göstərmişlər. Həyəcanlı vəziyyətdə olduğundan ətrafdakılardan təcili-tibbi yardıma zəng etmələrini xahiş etmişdir. Bu zaman hadisə yerinə post-patrul xidməti avtomobili yaxınlaşmışdır. O, avtomobildən iki nəfər polis əməkdaşının düşdüyünü görüb onlara yaxınlaşaraq səkinin kənarında oturmuş Nicata işarə edib onu bıçaqla vurduğunu demiş və əlindəki bıçağı polis əməkdaşlarından birinə könüllü surətdə təqdim etmişdir. Polis əməkdaşları bıçağı ondan alıb onlarla birlikdə Nərimanov rayon polis idarəsinin 18-ci polis şöbəsinə getmək üçün xidməti avtomobilə oturmasını tələb etmişlər. Etiraz etməyərək onlardan Nicat üçün təcili-tibbi yardım çağırmalarını xahiş edib avtomobilə əyləşmişdir. Polis əməkdaşları Nicata yaxınlaşaraq onun vəziyyəti ilə maraqlanmışlar. Bu vaxt təcili-tibbi yardım avtomobili hadisə yerinə gəlmiş və həkimlər Nicata ilkin tibbi yardım göstərməyə başlamışlar. Bundan sonra həmin polis əməkdaşlarının müşayiəti ilə post-patrul xidməti avtomobilində 18- ci polis şöbəsinə getmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, iş üzrə zərərçəkmiş şəxs Nicat Məmmədovu hadisədən bir ay əvvəl tanımışdır. Arvadı Minayə onu Nicat adlı şəxsin narahat etdiyini bildirdikdən sonra Minayəyə gizli nömrədən zəng gəlmiş, o, həmin zəngə cavab verib Nicatla ilk dəfə söhbət etmək üçün görüş təyin etmişdir. Həmin görüşdə Nicat bildirmişdir ki, Minayə ilə əvvəl münasibəti olmuşdur. O, isə Minayə ilə onun münasibətlərinin olmasından xəbərdar olduğunu, Minayənin artıq ailəli olduğunu, onu narahat etməməsini Nicatdan tələb etmişdir. Şahid1 «Landau School» təhsil müəssəsində riyaziyyat müəllimi olaraq fəaliyyət göstərir. Minayənin deməsindən bilmişdir ki, o, Zərərçəkmiş şəxs əvvəldən bildirmişdir ki, o atasıgildə yaşamasına baxmayaraq artıq rəsmi nikaha daxil olub və ailəlidir, onunla danışması düz deyil. İlk dəfə Zərərçəkmiş şəxsla görüşəndə Nicat Minayənin onu sevmədiyini, ona görə ona zəng etdiyini bildirmişdir. O, isə Minayə onu sevməsəydi, onunla ailə qurmazdi demişdir. Bundan sonra Nicat xoşbəxt olun demiş, o isə hesab etmişdir ki, artıq Nicat başa düşmüş və Minayəni narahat etməz. Hadisə günü o, bıçağı Nicatı vurmaq məqsədilə deyil, qorxutmaq məqsədi ilə götürmüşdür. Lakin Nicat onun sinəsindən yapışıb onu maşından bayıra atdığından o, əsəbiləşib onu əvvəlcə yumruqla vurmuşdur. Daha sonra isə onun da əl qol atdığını görüb bıçaqla vurmuşdur. O, tutulmamışdan əvvəl Bravo marketdə mühafizəçi işləmişdir. Son olaraq göstərmişdir ki, artıq zərərçəkmiş şəxslə barışmışdır. Törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır, onunla ədavəti, düşmənçiliyi olmamışdır. Şahid1 2018-ci ildən tanıyır, onunla qohumluğu yoxdur, aralarında ədavət və düşmənçilik olmamışdır. Şahid1 ilə 2018-ci ilin sonlarında kiçik qardaşı Timur Vəliməmmədovun Bakı şəhəri, Səbail rayonunda yerləşən «Landau School» təhsil müəssəsinə kursa qəbulu ilə əlaqədar həmin təhsil müəssisəsində olarkən təsadüfən orada işləyən Şahid1 görüb onu bəyənmişdir. Elə həmin ərəfələrdə Şahid1 ilə öz təşəbbüsü ilə ciddi niyyətlə ailə qurmaq məqsədi ilə tanış olmuşlar. Onların münasibəti səmimiləşmiş, 2018-ci ilin sonlarından 2019-cu ilin iyun ayına kimi Şahid1 ilə Bakı şəhərində tez-tez görüşmüş, eləcə də telefon vasitəsilə əlaqə saxlamışlar. Daha sonra onun gözlərində olan irsi xəstəlik barəsində Şahid1 bildirmişdir. Bu xəstəlik irsi olduğundan danışıb razılığa gəlmiş və 2019-cu ilin iyun ayında ayrılmışlar. O, 2022-ci ilin iyun ayında Minayə ilə münasibətləri bərpa edib yenidən onunla görüşmək qərarına gəlmişdir. Bu məqsədlə 2022-ci ilin iyun ayının əvvəllərindən başlayaraq özünə məxsus ***-***-**-** mobil telefon nömrəsindən Minayənin ***-***-**-** mobil telefon nömrəsinə yenidən zəng etməyə başlamış, bir neçə dəfə telefon vasitəsilə danışmışlar. 2022-ci ilin avqust ayının ortalarında Minayəyə zəng etməsindən əri Təqsirləndirilən şəxs xəbər tutmuş və onun zənginə Təqsirləndirilən şəxs cavab vermiş, onunla telefonda danışıb bildirmişdir ki, görüşsünlər. Onlar Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən “Neptun supermarket” mağazasının qarşısında görüşüb söhbət etmişlər. Anar ona bildirmişdir ki, Minayə ilə rəsmi nikaha daxil olmuşlar. Karantin rejimi olduğuna görə hələ ki toy etmirlər. Ona görə də ondan Minayə ilə əlaqə və ünsiyyəti kəsməsini tələb etmişdir. O, isə Anara onu başa düşdüyünü bildirmişdir. Həmin vaxtdan sonra Minayə ilə əlaqəsini kəsmişdir. Ona zəng etməmişdir. Daha sonra 05 sentyabr 2022-ci il tarixdə Anar ona zəng edib əvvəlcədən xəbərdarliq etdiyi, Minayəni narahat etməməsini bildirdiyi halda niyə Minayəyə sms yazdığını soruşmuş, o, isə Minayəyə sms yazmadığından əsəbləşmiş və onlar Anarla telefonla mübahisə etmişlər. Onlar telefonda bu söhbəti görüşüb danışmağı razılaşmışlar. Beləliklə həmin gün saat 11 radələrində Anarla görüşüb söhbət etmək məqsədi ilə yaşadığı mənzili tərk edib Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən “Neptun supermarket mağazasının qarşısına gedərək, yolun əks tərəfində səkidə dayanıb Anarı gözləməyə başlamışdır. Saat 11:15 radələrində Anar Minayənin idarə etdiyi “Kia Sportage” minik markalı avtomobillə “Neptun supermarket” mağazasının qarşısına, onun yanına gəlmişdir. Anar maşından düşmədən ona üzünü tutub söhbət etmək üçün avtomobilə minməyini tələb etmişdir. Lakin o, etiraz edərək Anardan avtomobildən düşməsini istəmişdir. Anarın avtomobildən düşməməsi onu əsəbləşdirmiş, o, qadının yanında dava etmək istəmədiyindən Anarın yaxasından tutub avtomobildən düşürmüşdür. O, cəld yumruqla Anarın sinəsindən vurmuşdur. Anar özünü toparlayıb üstünə cumaraq sağ əlində tutduğu bıçaqla onun sinəsinə üç dəfə zərbə vurmuşdur. Nəticədə o, sinəsindən xəsarət almışdır. Bu vaxt Minayə avtomobildən düşüb onlara yaxınlaşaraq Anarı kənara çəkmişdir. Sinəsindən qan axdığını görüb əlləri ilə sinəsini tutaraq səkinin kənarında əyləşmişdir. Həmin vaxt yaxınlıqdan keçən tanımadığı şəxs təcili tibbi yardım çağırmışdır. Bir neçə dəqiqə sonra təcili tibbi yardım avtomobili və polis əməkdaşları hadisə yerinə gəlmişlər. Həkimlər ona ilkin tibbi yardım göstərib təcili tibbi yardım avtomobili ilə X17 aparmışlar. Orada əməliyyat olunmuşdur. Bir müddət X14, bir müddət “Medical Plaza” Hospitalında müalicə almışdır. Hazırda sağalıb, vəziyyəti yaxşıdır. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, o, ilk dəfə Anarla görüşdükləri zaman o, Anara bildirmişdir ki, Minayə onu sevmir. Həmin zaman Təqsirləndirilən şəxs çox əsəbiləşmiş, ona irad bildirmişdir. Bir daha Minayəyə zəng etməməsini tələb etmişdir. O, bir daha Minayəyə nə sms yazmış, nə də zəng etməmişdir. Buna baxmayaraq 05 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edib nəyə görə Minayəyə sms yazdığını soruşmasını o, başa düşməyib. Ona görə də Anarla telefonda əsəbi danışmış və onlar mübahisə etmişlər. Buna görə də Anar təklif etmişdir ki, görüşüb söhbət etsinlər. Hadisə zamanı Təqsirləndirilən şəxs heç bir nalayiq hərəkət etməmiş, o cümlədən söyüş söyməmişdir. Həmin vaxt hadisə yerində başqa heç kəs olmamışdır. O, Təqsirləndirilən şəxsla hazırda barışmışdır. Hadisənin baş verməsində Təqsirləndirilən şəxs günahkar hesab etmir. Düşünür ki, onun özü səhvə yol verərək ailəli qadını narahat etmişdir. Buna görə peşmançılıq çəkir. Son olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi yoxdur. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, iş üzrə Təqsirləndirilən şəxs onun rəsmi əridir. İş üzrə Zərərçəkmiş şəxs 2018-ci ildən tanıyır. Nicatla tanış olduqdan sonra Nicat onu sevdiyini və onunla ailə qurmaq istədiyini bildirdiyi üçün Nicatın niyyətinin ciddi olduğunu düşünüb bir neçə ay onunla ünsiyyətdə olmuşlar. Daha sonra Nicat gözlərinin zəif gördüyünü, bunun irsi olduğunu bildirib onunla ailə qurmaq istəmədiyini demişdir. Bundan sonra onlar ayrılmış, əlaqələri kəsilmişdir. Buna baxmayaraq, Nicat mütəmadi olaraq onunla əlaqə və ünsiyyət saxlamağa çalışmış, tez-tez təhsil aldığı universitetə gəlib-getmişdir. Nicatın bu hərəkətləri onu narahat etdiyi üçün həmin ərəfələrdə bir neçə dəfə onun mobil telefonuna zəng vurub ondan əl çəkməsini və onu bir daha narahat etməməsini tələb etmişdir. Nicat bir müddət ondan əl çəksə də, sonradan yenidən ona tez-tez zəng etməyə və sevgi SMS-ləri yazmağa başlamışdır. Lakin Nicata inanmadığı üçün onun telefon zənglərinə və SMS-lərinə reaksiya verməmişdir. Bir müddət sonra Nicatın telefon zənglərindən əl çəkmədiyini görüb ona zəng edə və SMS yaza bilməməsi üçün Nicatın mobil telefon nömrəsini öz mobil telefonunda bloklamışdır. Buna baxmayaraq, Nicat müxtəlif anonim nömrələrdən ona zəng etmiş, habelə SMS-lər yazaraq onunla ünsiyyət saxlamasını və görüşməyə davam etməsini tələb etmişdir. 2019cu ilin sentyabr ayında Bakı şəhərində Anarla tanışlıqdan sonra qarşılıqlı olaraq birbirlərini sevdikləri üçün 22 fevral 2021-ci il tarixdə onunla rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və 2022-ci ilin avqust ayında daimi olaraq Anarın mənzilinə köçmüşdür. Anarla ailə qurduqdan bir müddət sonra Nicatın anonim nömrələrdən ona zəng edərək SMS-lər yazmağa davam etdiyini görüb bir neçə dəfə onun telefon zənglərinə cavab verərək ailə qurduğunu söyləyib ondan əl çəkməsini tələb etmişdir. Lakin Nicat dediklərinə əhəmiyyət verməmiş və ona öz nömrəsindən, bəzən isə anonim nömrələrdən zəng vurub SMS yazmağa davam etmişdir. Bu səbəbdən bir neçə dəfə məcburiyyət qarşısında qalıb Nicata zəng vuraraq ona zəng etməməsini tələb etsə də, heç bir nəticəsi olmamışdır. Nicatın ondan əl çəkmədiyini görüb 2022-ci ilin avqust ayının əvvəllərində bu barədə əri Anara danışaraq Nicatın onu mütəmadi olaraq narahat etdiyini, habelə heç bir səbəb olmadan tez-tez mobil telefonuna zəng etdiyini bildirmişdir. Anar bununla əlaqədar onu bir daha narahat etməməsi üçün Nicatla görüşüb danışacağını vəd etmişdir. Həmin ərəfələrdə yəni 2022-ci ilin avqust ayının ortalarında Nicat növbəti dəfə gizli nömrədən ona zəng etmişdir. Telefona cavab verən zaman zəng vuran şəxsin Nicat olduğunu görüb narahat olaraq onunla danışması üçün telefonu əri Anara vermişdir. Anar telefonu ondan alıb Nicatla danışaraq nəyə görə onu narahat etdiyini soruşub bir daha ona zəng etməməsini tələb etmişdir. Lakin Nicat ona zəng etməyə davam edəcəyini bildirdiyi üçün Anar Nicata ondan nə istədiyini və niyə əl çəkmədiyini aydınlaşdırmaq üçün görüşüb söhbət etməyi təklif etmişdir. Nicat razılaşmış və elə həmin gün saat 19 radələrində əri Anar Nicatla Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən “Neptun supermarket” mağazasının qarşısında görüşmüşlər. Anar evə qayıtdıqdan sonra Nicatla görüşüb söhbət etdiyini, lakin Nicatın onu başa düşmək istəmədiyini və ondan əl çəkməsi barədə dediklərinə Nicatın ciddi əhəmiyyət vermədiyini bildirmişdir. Həmin ərəfələrdə ona yenidən anonim nömrələrdən zənglər gəldiyi üçün 22 avqust 2022-ci il tarixdə gecə saat 01 radələrində Anar Nicatın mobil telefonuna zəng vurub bir daha ona zəng etməməsini tələb etmişdir. Nicat həmin vaxt Anarla razılaşaraq bir daha ona zəng etməyəcəyinə söz vermişdir. 2022-ci ilin sentyabr ayının əvvəllərində Nicat ona yenə mesajlar yazaraq haləhvalı ilə maraqlanmağa və niyə görə Anara ərə getməsi barədə onu sorğu-sual etməyə başlamışdır. Nicatın bu hərəkətlərindən bezib 05 sentyabr 2022-ci il tarixdə səhər saat 10 radələrində evdə olan zaman Anara bu barədə danışaraq Nicatın ondan əl çəkmədiyini və bir-iki gün qabaq “WhatsApp” proqramı vasitəsilə yenidən ona mesajlar yazdığını demişdir. Anar bu məsələyə son qoymaq üçün Nicatla görüşüb söhbət etməyi təklif etmişdir. Nicat etiraz etməyərək Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən “Neptun supermarket” mağazasının qarşısında Anan gözləyəcəyini bildirmişdir. Saat 11 radələrində Anarla birlikdə mənzili tərk edərək Nicatla görüşüb söhbət etmək üçün onun idarə etdiyi “Kia Sportage” minik markalı ** RC *** dövlət qeydiyyat nişanlı avtomobillə Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən “Neptun supermarket” mağazasının qarşısına getmişlər. “Neptun supermarket” mağazasının qarşısına çatdıqda Nicatın yolun kənarında səkinin üzərində dayanaraq gözlədiyini görmüşlər. Odur ki, avtomobili Nicatın yanına sürüb səkinin yanında saxlamışdır. Həmin vaxt əri Anar avtomobildə sərnişin üçün nəzərdə tutulmuş qabaq sağ oturacaqda oturubmuş. Anar avtomobildən düşməyə macal tapmamış Nicat cəld Anara yaxınlaşıb avtomobilin qapısını açaraq sağ əli ilə onun çiyinindən tutub onu özünə doğru zorla dartmış və onu nalayiq söyüşlə söyərək avtomobildən düşməsini tələb etmişdir. Bu səbəbdən Anar əsəbiləşib avtomobildən düşərək Nicatdan əlini onun çiyinindən çəkməsini tələb etmiş, lakin Nicat əl çəkmədiyi üçün onlar dalaşmağa başlamışdır. Bunu görüb qorxaraq özünü itirmiş və nə edəcəyini bilməmişdir. Bu vaxt Anarla Nicatın tutaşdığını görüb nəhayət özünü toparlayaraq onların dalaşmasına imkan verməmək üçün cəld avtomobildən düşüb onlara yaxınlaşmışdır. Onlara yaxınlaşmağa macal tapmamış bir anlıq Anarın əlində bıçaq Nicatdan aralanıb geri çəkildiyini və Nicatın sinə nahiyəsinin qana bulaşdığını görmüşdür. Bu səbəbdən həyacanlanaraq ağlamağa başlamış və bu zaman Nicat əlləri ilə sinəsini tutub yerə oturmuşdur. Anara yaxınlaşıb niyə belə bir hərəkət etdiyini soruşaraq təcili-tibbi yardıma zəng vurmaq üçün avtomobilinə qayıtmışdır. Bu vaxt hadisəni görən tanımadığı bir neçə şəxs yaxınlaşaraq Nicata köməklik göstərmişlər. Həmin vaxt həyəcanlı olduğu üçün özünü itirdiyinə görə təcili tibbi yardıma zəng vurmaq üçün avtomobildən mobil telefonunu tapa bilməmişdir. Bu vaxt hadisə yerinə post-patrul xidməti avtomobili gəlmiş və Anar avtomobildən düşən polis əməkdaşlarına yaxınlaşıb Nicatı bıçaqla vurduğunu deyərək həmin bıçağı polis əməkdaşlarından birinə təqdim edərək onların tələbi ilə post-patrul xidməti avtomobilinə oturmuşdur. Bu zaman təcili-tibbi yardım avtomobili də hadisə yerinə gəlmiş və həkimlər Nicata tibbi yardım göstərməyə başlamışlar. Sonra o, əri Anarın ardınca öz avtomobili ilə 18-ci polis şöbəsinə getmişdir. Söz-söhbət olmaması və Nicatın bir daha onu narahat etməyəcəyini güman etdiyi üçün onun barəsində hüquq- mühafizə orqanlarına şikayət etməmişdir. Ona zəng etdiyinə görə hər dəfə Nicata etirazını blildirdikdə Nicat and-aman edərək bir daha ona zəng etməyəcəyini vəd etmiş, lakin qısa bir müddət sonra yenidən ona zəng etməyə və və SMS yazmağa davam etmişdir. Nicatın onu əri Anarla birlikdə görüb nəhayət evli olduğunu başa düşərək bir daha ona zəng vurmayacağını güman etdiyi üçün həmin gün Anarla birlikdə Nicatla görüşüb söhbət etməyə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X19 1-ci patrul bölüyünün polis nəfəridir. Hadisə ilə bağlı bildirmək istəyir, 05 sentyabr 2022-ci il tarixdə təxminən saat 11- 12 radələrində Daxili işlər Nazirliyinin Əlahiddə X19 1-ci patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə sonuncunun idarə etdiyi «Fiat Doblo» minik markalı ** AP *** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində xidməti vəzifələrini icra edən zaman Daxili İşlər Nazirliyinin X7 Xidmətindən ünvan 5 ünvanında yerləşən «Neptun Supermarket» mağazasının qarşısında iki nəfər kişi cinsli şəxsin arasında münaqişə baş verməsi barədə məlumat alıb dərhal hadisə yerinə getmişlər. Hadisə yerinə çatan zaman sonradan adını bildiyi bir nəfər şəxsin, sonradan şəxsiyyəti müəyyənləşdirilmiş Zərərçəkmiş şəxs paltarları qana bulaşmış vəziyyətdə səkinin kənarında oturduğunu, hazırda təqsirləndirilən şəxs kürsüsündə əyləşmiş Təqsirləndirilən şəxs isə əlində bıçaq tutmuş vəziyyətdə Şahid1 ilə yanaşı təxminən 10-15 metr aralıda “Kia Sportage” minik markalı avtomobilin yanında dayandığını görmüşlər. Hadisə yerinə gəldiklərini görən Təqsirləndirilən şəxs yaxınlaşıb üzərində qana bənzər maye ləkəsi olan əlindəki bıçağı ona təqdim etmiş və Zərərçəkmiş şəxs işarə edərək arvadına SMS- lər yazaraq tez-tez zənglər etdiyi üçün onu bıçaqla vurduğunu demişdir. Bıçağı Təqsirləndirilən şəxs alıb onu xidməti avtomobilə kimi müşayiət edərək avtomobilə əyləşməsini tələb etmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etməyib Zərərçəkmiş şəxs kömək göstərilməsi üçün təcili-tibbi yardım çağırmağı xahiş edərək avtomobilə əyləşmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bıçağı səliqəli şəkildə sellofan bağlamaya yerləşdirib xidməti avtomobilin salonunda əşyalar üçün nəzərdə tutulmuş saxlanc yerinə qoyduqdan sonra Zərərçəkmiş şəxs yanında olan polis serjantı Şahid3 təcili-tibbi yardım çağırıbçağırmadığını soruşmuşdur. Şahid3 artıq təcili-tibbi yardımın çağırıldığını bildirmişdir. Həmçinin yaxınlıqdakı şəxslər də təcili tibbi yardıma zəng vurduqlarını bildirmişlər. Bir neçə dəqiqə sonra təcili-tibbi yardım avtomobili hadisə yerinə gəlmiş və tibb işçiləri Nicat Məmmədova ilkin tibbi yardım göstərməyə başlamışlar. Bundan sonra Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün hər hansı təhlükə olmadığını görüb Şahid3lə birlikdə Təqsirləndirilən şəxs xidməti avtomobillə ərazi aidiyyəti üzrə Nərimanov RPİ-nin 18-ci polis şöbəsinə aparıb təhvil verərək hadisə ilə bağlı qanunamüvafiq tədbir görülməsi üçün həmin şöbənin rəisinə raportla məruzə etmişlər. Təqsirləndirilən şəxs hadisə yerində ona təqdim etdiyi bir ədəd bıçağı raporta əlavə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 da digər Şahid2 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı elan və tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Cinayət işinin matedriallarında olan “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 05 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlamışdır. (cild 01, iş vər 01) Cinayət işinin materiallarında olan “Götürmə aparılması” haqqında 05 sentyabr 2022ci il tarixli protokoldan görünür ki, 05 sentyabr 2022-ci il tarixdə saat 12-30-da Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X1 Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X19 1-ci Patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid2 təqdim etdiyi bir ədəd bıçağın götürülməsi haqqında protokolu tərtib etmişdir, Təqsirləndirilən şəxs, hal şahidləri- X5, X8 iştirakları ilə Şahid2 təqdim etdiyi bir ədəd bıçaq götürülmüşdür. Təqdim edilən bıçaq qara rəngli dəstəyi və gümüşü rəngli tiyəsi olan qatlanmayan bıçaqdır. Bıçaq tiyə və dəstək hissədən ibarət olmaqla ümumi uzunluğu 19 santimetrdir. Bıçağın tiyəsinin uzunluğu 8 sm, orta hissədə eni 1,5 sm olmaqla bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malikdir. Tiyənin sol yan səthində “Berghoff. Rostfrei” sözləri, digər sözlər və rəqəmlər təsvir olunmuşdur. Bıçağın dəstəyinin uzunluğu 11 sm, orta hissədə eni 1,6-2 sm olmaqla hər iki üzünə qara rəngli plastikə oxşar materialdan üzlük çəkilmiş və üzlüklər iki ədəd metal bərkidici ilə bərkidilmişdir. Götürmədə iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, 05 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən “Neptun Supermarket” mağazasının qarşısında məhz həmin bəçaqla vuraraq Zərərçəkmiş şəxs xəsarət yetirmiş və könüllü olaraq həmin bıçağı hadisə yerinə gələn polis əməkdaşı Şahid2 təqdim etmişdir. Götürmə saat 13-35-də başa çatmışdır, iştirakçılar tərəfindən imzalanmışdır. (cild 01, iş vər 18-19) Cinayət işi materiallarında olan “Baxış keçirilməsi haqqında” 05 sentyabr 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 05 sentyabr 2022-ci il tarixdə Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin təhqiqatçısı X3 tərəfindən Təqsirləndirilən şəxs, hal şahidləri- X6 və X11 iştirakları ilə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xəsarət yetirilməsi faktı ilə bağlı hadisə yerinə baxış keçirmişlər. Hadisə yeri ünvan 7 ünvanda yerləşən “Neptun Supermarket” mağazasının qarşısında, Heydər Əliyev prospekti istiqamətində yolun sağ tərəfində yerləşən piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkidir. Səkiyə daş plita döşənmişdir. Səkinin kənarında minik avtomobilləri üçün nəzərdə tutulmuş duracaq zonası vardır. Hadisə yeri Təhlükəsiz şəhər Xidmətinin TŞ 6-009 nömrəli kameralarının müşahidə zonasında yerləşir. (cild 1, iş vərəq20-27) Cinayət işi materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (cild 1, iş vərəq 76-77) İşdə olan Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 4(005)-972/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 05 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. (cild 1, iş vərəq 98- 102) Cinayət işi materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəq 124-125) Cinayət işi materiallarında olan AR SN Məhkəmə Tibbi Ekspertiza və X12 X23 tərəfindən verilmiş 1012 nömrəli, 06 oktyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər deşici-kəsici təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən şəraitə və müddətə, yəni 05 sentyabr 2022-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə sol ağciyərin zədələnməsi, sol tərəfli hemopnevmotoraks və qanaxma ilə müşaiyət olunan döş qəfəsinin sol yarısının daxilə nüfuz edən 1 (bir) ədəd deşilmişkəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, döş qəfəsinin sol yarısının daxilə keçməyən 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları sağlamlığın qısamüddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, döş qəfəsinin sol yarısının 1 (bir) ədəd səthi kəsilmiş yarası sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. (cild 1, iş vərəq 170-172) Cinayət işi materiallarında olan AR Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş arayış, xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Cinayət işi materiallarında olan AR SN Məhkəmə-tibbi kriminalistik və məhkəmə kriminalistik ekspertizasının 27 oktyabr 2022-ci il tarixli 535/2022-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkcənin sol qolunun ön səthində bir ədəd və köynəyin ön səthinin sol nahiyəsində dörd ədəd dəlib - keçən zədə aşkar olunmuşdur. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici- kəsici alətin (alətlərin), o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş zərərçəkmiş şəxs X4 məxsus köynəyin boyun nahiyəsində tikilmiş etiketin sol kənarı aralanmış vəziyyətdə olub, bu da, köynəyin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş zərərçəkmiş şəxs X4 məxsus köynəyin ön səthinin sol nahiyəsində aşkar edilmiş dörd ədəd deşilmişkəsilmiş zədələr onun bədəninin döş qəfəsinin sol yarısına daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yarısının daxilə keçməyən iki ədəd deşilmişkəsilmiş və bir ədəd səthi kəsilmiş yarası ilə yerdəyişməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Gödəkcənin sol qolunun ön səthində olan bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəni üzərində öz əksini tapmamışdır. Bu da, yalnız paltarın zədələnməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş zərərçəkmiş şəxs X4 məxsus şalvar və idman ayaqqabısı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Zədələr yetirilən an zərərçəkmiş şəxslə xəsarəti yetirən şəxs müxtəlif qarşılıqlı vəziyyətdə olmuşlar. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim edilmiş bıçağın üzərində sonradan hər hansı bir əlavə və düzəlişlər edilməmişdir. (cild 1, iş vərəq 225-229) Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus köynək, gödəkcə, şalvar, 1 (bir) cüt idman ayaqqabısı və bıçaq üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Ləkələrdə qanun qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni, həmçinin alfa və beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri O-alfa, beta (İ) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. (cild 1, iş vərəq 230-234) Cinayət işi materiallarında olan Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 05 oktyabr 2022-ci il tarixli 2941 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman ondan hər hansı psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə etmək və bunun məsuliyyətini dərk etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. (cild 1, iş vərəq 244-247) İş materiallarına əlavə edilmiş 18 yanvar 2023-cü il tarixli ərizədən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs yazılı ərizədə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət materiallarında olan zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş bütün sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması onun özünün etirafedici ifadəsi, hadisənin baş vermə yeri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu və məhkəmə iclasında elan edilmiş digər iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 28.1 və 28.4-cü maddələrinin müddəalarına əsasən məhkəmələr cinayət işlərinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə törədilmiş əmələ qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini hadisədən bilavasitə əvvəl, eləcədə hadisə zamanı Zərərçəkmiş şəxs qeyri-əxlaqı davranışları nəticəsində törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib peşman olmasını, könüllü təqsirini boynuna almasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, əməli zərərçəkmiş şəxsin qeyri-əxlaqı davranışları nəticəsində törətməsi onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41-ci maddəsinin müddəalarına əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının müvafiq müddəalarına əsasən məhkəmələr tərəfindən hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların məcmusunu, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini, onun şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət əməlinə görə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunmasını mümkün sayaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunan həmin cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Sınaq müddəti ərzində təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti başa çatanadək onun davranışı üzərində nəzarəti həyata keçirəcək orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək ona bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxs davranışına nəzarət Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası CİM-nin 181.1-ci maddəsinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalında həbsdən azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri isə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübutlar – Nərimanov RPİ-də saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş şalvar, qısaqol köynək, gödəkcə və idman ayaqqabılarından ibarət geyim əşyaları dəyərini itirdiyindən, cinayətin aləti olan məişət təyinatlı mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə 02 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddəti başa çatanadək onun davranışı üzərində nəzarəti həyata keçirəcək orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs davranışına nəzarət qeydiyyat yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar – Nərimanov RPİ-də saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş şalvar, qısaqol köynək, gödəkcə və idman ayaqqabılarından ibarət geyim əşyaları dəyərini itirdiyindən, cinayətin aləti olan məişət təyinatlı mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-599/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-599/2023
17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver