Məhkəmə qərarları › İş №1(101)-599/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-599/2024

06.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-599/2024 06.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X20, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 16 saylı vəkil bürosunun vəkili X2, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx xxxx 1969-cu il tarixdə Kürdəmir rayonu, Xırdapay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergilər Xidmətində qeydiyyatdan keçməyən "xxxx" Şirkətinin rəhbəri vəzifəsində işləmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylıİstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Əlisəfa oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 182.2.3, 182.4, 221.3 və 322.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Əlisəfa oğlu toplanmış kifayət qədər sübutlar məcmusıı ilə təqsirləndirilir ondan ötrü ki, o, özbaşına qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla və öldürməklə hədələməklə, ictimai qaydanı kobud surətdə pozaraq, silah qismində əşyalardan istifadə etməklə zərərçəkmiş şəxsin üzərində zor tətbiq edilməsi hədəsi ilə hədə qorxu ilə külli miqdarda əmlak tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Əlisəfa oğlu tamah niyyəti ilə özbaşına qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq özgənin əmlakını ələ keçirmək məqsədilə hədə-qorxu ilə tələb etmə yolu ilə qazanc əldə etmək qərarına gəlib, əvvəllər aralarında birgə biznes fəaliyyətləri olmuş tanışı Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılmasına dair xx.xx.2022-ci il tarixli qərarından, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Təqsirləndirilən şəxs Əlisəfa oğlundan 500.000 (beş yüz) manat pulun Zərərçəkmiş şəxs arvadı Xəlilova Südabə Zəkəriyyə qızına ödənilməsinə dair qüvvədə saxlanılmış xx.xx.2023-cü il tarixli qərarından narazı qalaraq, eləcə də aralarında baş tutmuş çoxsaylı məhkəmə çəkişmələrinin bütün instansiyalarda əks tərəfin xeyrinə qərarlar qəbul edilməsinə yəni uduzmasına baxmayaraq mübahisə predmeti olmuş pulu özbaşına hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirməkdən ötrü 06 aprel 2023-cü il tarixdə saat 08:30 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi 2-ci yeni sahəyə gəlib qabaqcadan tanınmaması üçün tədbirlər görərək əyninə ağ rəngli «karantin kamuflyajlı» kombinezonu geyinib üzünə tibbi maska taxaraq güya həmin ərazidə dezinfeksiya işləri aparılması kimi davranıb Zərərçəkmiş şəxs yaşadığı evdən çıxmasını gözləmiş, həmin vaxt Zərərçəkmiş şəxs idarə etdiyi “Lexus 570” markalı ** MQ *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evdən çıxıb küçə ilə hərəkətdə olarkən içərisində sərnişin qismində sonuncunun arvadı Xəlilova Südabə Zəkəriyyə qızı olan avtomobilin qarşısını kəsərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə əlində olan dərman səpən aparatdan silah qismində istifadə edərək avtomobilin qabaq ön mühərrik qoruyucu hissəsinə zərbələr endirmiş, habelə əynindəki paltarının cibindən çıxartdığı «MP-654K» markalı pnevmatik tapancanı silah qismində istifadə edərək hədəqorxu ilə zor tətbiq edib ondan xüsusilə külli miqdarda, 4.165.000 (dörd milyon yüz altmış beş min) manat məbləğində pulu zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla və öldürməklə hədələyərək tələb etmiş, eləcə də MP-654K markalı pnevmatik tapança ilə avtomobilin yan şüşəsinə zərbələr endirməklə avtomobilə ümumilikdə 300 manat maddi zərər vurub zərərçəkmiş Zərərçəkmiş şəxs 300 manat maddi ziyan yetirməklə qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs arvadının və özünün baş verənlərdən, həmçinin təqsirləndirilən şəxsin əlində olan silahın odlu silah olmasından qorxduğu üçün cəld tərpənərək avomobili idarə edib hadisə yerindən uzaqlaşmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Əlisəfa oğlu ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, "xxxx" tikinti şirkətinin rəhbəri olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. O, Zərərçəkmiş şəxs təxminən 2009-cu ildən tanıyır. Həmin illərdə o, “Socar” şirkətinin Sosial Təchizat İdarəsində işləmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs isə Prezident Adminstrasiyasında işləmişdir və dövlət tikintilərinə nəzarət edən səlahiyyətli şəxs omuşdur. Zərərçəkmiş şəxs onun kuratoru olmuşdur. 2009-cu ildə ilk dəfə Zərərçəkmiş şəxs atasının Bakı şəhəri, M.Muxtarov küçəsində yerləşən evinə apararaq evin təmir işlərini "xxxx" tikinti şirkətinə həvalə etmişdir. Rəhbərlik etdiyi "xxxx" tikinti şirkəti olaraq evin dizaynını işləyib, smetasını çıxarıb, təmir işlərini görmüşlər. Sonra 2009-cu ildə Zərərçəkmiş şəxs eyni ərazidə ofis binasının təmirini rəhbərlik etdiyi "xxxx" tikinti şirkətinə tapşırmışdır. Həmin ofis binası köhnə mənzil istismar idarəsinin yerində imiş. Şirkət olaraq 1 mərtəbəli binanı söküb yerində 3 mərtəbəli bina inşa edib təhvil vermişlər. Zərərçəkmiş şəxs oğluna məxsus mənzilin təmirini də onun rəhbərlik etdiyi "xxxx" tikinti şirkətinə həvalə etmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs həyat yoldaşı Südabə Xəlilova ilə tanış olmuşdur. Belə ki, həmin mənzilin dizayn işinə Zərərçəkmiş şəxs həyat yoldaşı Südabə Xəlilova rəhbərlik edirmiş, onların göndərdikləri dizayn modellərini Südabə Xəlilova seçirmiş. 2011-ci ilin son aylarında maşında olarkən Zərərçəkmiş şəxs həyat yoldaşı Südabə Xəlilova ona müraciət edərək oğlunun kommersiya ilə məşğul olmasını istədiyini, torpaq sahəsi almaq istədiyini demişdir. O, Qobu qəsəbəsində ona məxsus ticarət mərkəzinin yaxınlığında olan 5 ha 95 sot olan torpaq sahəsini almağı Zərərçəkmiş şəxs həyat yoldaşı Südabə Xəlilovaya məsləhət görmüşdür. Beləliklə, Zərərçəkmiş şəxs həyat yoldaşı Südabə Xəlilova ilə həmin torpaq sahəsinə baxmağa getmişdir. Sonra Zərərçəkmiş şəxs da gəlib torpaq sahəsinə baxmışdır. 2011-ci ilin son aylarında 5 ha 95 sot torpaq sahəsi 550.000 manat məbləğində Südabə Xəlilovanın adına satın alınmışdır. Alqı-satqı müqaviləsi də olmuşdur. Həmçinin onda kupçanın kserosurəti vardır. Südabə Xəlilovanın istəyi ilə "xxxx" tikinti şirkəti olaraq həmin ərazidə zavod tikməyə başlamışlar. Zavod “Azdekopanel” olacaqmış, hazır divar panellərini isə Avstriyadan yox Çindən gətirmişdir. Belə ki, nümayəndələri ilə Çinə gedib dəmir panellərini almış, özü ilə Çindən 7 nəfər mütəxəssis gətirmiş və zavodu qurmuşlar, 5.600 m2 da mal istehsal etmişlər. 2013-cü ildə təmir işləri bitmişdir və açılış tədbiri olmuşdur və Südabə Xəlilova ilə Zərərçəkmiş şəxs şəxsən özləri zavodun açılışına gəlmişlər. Zavodun təmiri zamanı Zərərçəkmiş şəxs əvvəllər pulun bir hissəsini vermiş, sonradan pul verməmişdir. Yəni zavodun təmir-tikinti işlərini öz vəsaiti ilə etmişdir. Zərərçəkmiş şəxs ona 490.000 manat vermiş, bunu təsdiq edən qəbzlər onda var. O, zavoda 1.450.000 manat öz cibindən xərc çəkmiş, bunu sübut edə biləcək akt, yəni Zərərçəkmiş şəxs mühəndisləri ilə onun şirkətinin mühəndislərinin üzləşmə aktı da onda var. 2015-ci ildən Zərərçəkmiş şəxsla arasında mübahisələr başlamışdır, çünki Zərərçəkmiş şəxs onun pulunu verməmişdir. Fikrincə Zərərçəkmiş şəxs “Bayraq Meydanında” yaranmış problemə görə onun pulunu qaytara bilməmişdir. Çünki Zərərçəkmiş şəxs “Bayraq Meydanında” aparılan işlərdə kurator imiş və ona demişdir ki, problemləri var, pulunu qaytarması üçün onun bir müddət gözləməyini xahiş etmişdir. O da ortaq tanışların xətrinə səbr edərək Zərərçəkmiş şəxs pulunu ödəməyini gözləmişdir. Lakin 2015-ci ildə Zərərçəkmiş şəxs həyat yoldaşı Südabə Xəlilovanın güya onlardan xəbərsiz zavod inşa etdiyinə görə onu məhkəməyə verdiyini və ona qarşı 1.750.000 manatlıq mülki iddia qaldırdığını öyrənmişdir. Halbuki inşa edilən zavod elə Südabə Xəlilovanın adına olmuş və zavodun açılışında Zərərçəkmiş şəxs və Südabə Xəlilova iştirak etmişlər. Zavodun vergi ödəyəcisi kimi eyniləşdirmə nömrəsi olmamışdır, çünki zavod hələ o mərhələyə gəlib çatmamışdır, belə ki, şirkət 5.600 m2 da mal istehsal etdikdən sonra Zərərçəkmiş şəxs pulu ödəməməsinə görə zavodda işlər dayanmışdır. O, Abşeron Rayon Məhkəməsi, Apellyasiya Məhkəməsi, Ali Məhkəmələrində güya Südabə Xəlilova və Zərərçəkmiş şəxs xəbərsiz zavod təmir etdiyinə görə günahlandırılmışdır. Beləliklə, 2021ci ildə Südabə Xəlilovanın iddiası təmin olunmuş, məhkəmə qətnamə çıxararaq 1.750.000 manatlıq iddianı 500.000 manata endirmişdir. Qətnamənin surəti onda var. O, qətnamədən apellyasiya şikayəti, kassasiya şikayətləri vermiş, lakin müddət keçməsi adı ilə şikayəti təmin olunmamışdır. Məhkəmənin çıxardığı qətnamə icraya yönəldilsə də o, 500.000 manatı ödəyə bilməmiş, ona 10 sutka inztibati həbs verilmişdir. Həbsdən çıxdıqdan sonra barəsində cnayət işi açacaqlarını demişlər. Sonra 2021-ci ildə «Bayraq Meydanı» ilə üzbəüz yerləşən “Azinport” şirkətinin ofisində o, onun vəkili Rüstəm, sürücüsü Həmid, Şirin adlı dostu, Zərərçəkmiş şəxs vəkili Kamandar, Zərərçəkmiş şəxs məxsus olan «Azinport» şirkətinin direktoru İlham Musayev və Zərərçəkmiş şəxs adını bilmədiyi digər hüquqşünası ilə görüşmüşlər. «Azinport» şirkətinin rəhbəri Azər Əsgərov və icraçı direktoru isə İlham Musayevdir və hər ikisi də Zərərçəkmiş şəxs işçiləri imişlər. Ofisdə onlar onun pulu olmadığına görə Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində, Məhəmməd Xiyabani küçəsində yerləşən 9 sotluq qızının adına olan 3 mərtəbəli evi qiymətləndirmişlər. O, evi o şərtlə verməyə razı olmuşdur ki, 3 gün ərzində Zərərçəkmiş şəxsla üz-üzə əyləşib aralarındakı haqq-hesabı həll etsinlər. İlham Musayev telefonla Zərərçəkmiş şəxsla əlaqə saxlayıb onun qızının adına olan evi verəcəyini demişdir. Həmin gün Kamandar, İlham Musayevin gətirdiyi qiymətləndirmə komissiyası Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən qızının adına olan evi 750.000 manat dəyərində qiymətləndirmişdir. Onun gətirdiyi qiymətləndirmə komissiyası evi 1.450.000 manat dəyərində qiymətləndirmişdir. X14 demişlər ki, Zərərçəkmiş şəxs deyir ki, əslində evi 3 günə özünə qaytaracaq, bunu etməkdə məqsədi odur ki, Südabə onun pulu ödədiyini bilsin. Beləliklə, onlar evi 520.000 manata İlham Musayevin adına rəsmi və qanuni şəkildə alqı-satqı etmişlər. Amma 3 gün sonra heç biri ilə əlaqə saxlaya bilməmişdir. Ondan Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Məhəmməd Xiyabani küçəsində yerləşən evi tərk etməyini istəmişlər. Evdən çıxmağı üçün onu məhkəməyə vermişlər. Hazırda övladlarını da evdən çıxarmışlar. O, Hikmətlə görüşüb, haqsızlıq etdiyini demək istəmişdir. Çünki Zərərçəkmiş şəxs onun zənglərini açmamış, qarşısına çıxanda maşını saxlayıb onunla danışmamışdır. Bunun üçün dəfələrlə Hikməti görüşə çağırsa da Hikmət onunla görüşməkdən imtina etmişdir. Buna görə o, məcbur qalıb Hikməti evindən işə gedərkən qarşılamağı qərara almışdır. Həmin məqsədlə 06 aprel 2023-cü il tarixdə səhər saatlarında taksi ilə Hikmətin yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən evin qarşısına gəlmişdir. O, bilmişdir ki, Zərərçəkmiş şəxs onu görsə maşını saxlamayacaq, buna görə Zərərçəkmiş şəxs onu tanımasın deyə gəlməzdən qabaq özünə mağazadan dezinfeksiya forması, dezinfeksiya aparatı, eynək almışdır. O, Zərərçəkmiş şəxs maşını ilə həyətdən çıxdığını görüb bir qədər aralandıqdan sonra onun qarşısına keçmişdir. Hikmət maşını onun üstünə sürmüş, lakin onun qaçmadığını görüb özü dayanmışdır. O, Hikmətə maşından düşüb söhbət etməyi, ona olan borcunu və evini qaytarmağını tələb etmişdir. O, qətiyyən nalayiq ifadələr işlətməmişdir. Ümumən o, nalayiq ifadələr işlədən insan olmamışdır. Maşında Zərərçəkmiş şəxs tək olmuşdur. O, maşının qapısını açıb onu düşürmək istəsə də Zərərçəkmiş şəxs maşını sürüb getmişdir. Onun Zərərçəkmiş şəxs pulunu qaytarmağını tələb etmək fikri olmuş, lakin öldürmək niyyəti olmamış və o, Zərərçəkmiş şəxs hədə-qorxu gəlməmişdir. Onun əlində silah olmamış, əlində sadəcə dezinfeksiya aparatı olmuşdur. O, maşının şüşəsinə həmin aparatla vursa da, maşına heç bir zərər vurmamışdır, maşını sındırmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs Əlisəfa oğlu bildirmişdir ki, Zərərçəkmiş şəxs 2009-2014-cü illərdə ona borcu yaranmış, 2009-2014-cü illərdə Zərərçəkmiş şəxs üçün gördüyü işə görə öz cibindən pul xərcləmişdir. Zərərçəkmiş şəxs müəyyən qədər məbləğ ödəmişdir. Görülmüş iş 8.000.000 manatdan yuxarı məbləğ olmuşdur. 06 aprel 2023-cü il tarixdən əvvəl Zərərçəkmiş şəxsla danışmaq üçün dəfələrlə cəhd etmiş, Zərərçəkmiş şəxs iş yerinə getmişdir. Zərərçəkmiş şəxs onunla danışmağı hər dəfə rədd edib bildirmişdir ki, məhkəmə qətnamə çıxarmış və qətnaməyə əsasən onun Zərərçəkmiş şəxs borcu vardır, Zərərçəkmiş şəxs ona borcu yoxdur. Zərərçəkmiş şəxs əvvəllər ona borclu olduğunu desə də, sonradan bildirmişdir ki, ona borcu yoxdur. Audit "xxxx" tikinti şirkəti tərəfindən keçirilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə verilərkən auditlə bağlı sənədləri Abşeron Rayon Məhkəməsinə təqdim etsə də sənədlər işə əlavə edilmədən özünə qaytarılmışdır. O, 06 aprel 2023-cü il tarixinə qədər dəfələrlə Zərərçəkmiş şəxsla xahişlə-minnətlə görüşməyə çalışmış, hətta Zərərçəkmiş şəxs özü əvvəl ona borcunu qaytaracağını da demişdir. Zərərçəkmiş şəxs onu məhkəməyə vermiş və Abşeron Rayon Məhkəməsi təqdim etdiyi sənədlər işə əlavə edilməmişdir, qətnamə Zərərçəkmiş şəxs xeyrinə çıxarılmışdır. Belə ki, qətnaməyə əsasən güya o, Zərərçəkmiş şəxs və yoldaşı Südabə Xəlilovanın xəbəri olmadan zavodu inşa etmişdir. Bu səbəbdən o, məhkəməyə müraciət etməmiş və 06 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxsla danışmaq üçün qarşısına çıxmışdır. O, 06 aprel 2023-cü il tarixdə mobil telefonunu götürməmişdir və telefonunu götürməmə səbəbi izini itirmək olmamışdır. O, hadisə yerindən nomal şəkildə uzaqlaşmışdır. O, hadisə yerindən öz maşını ilə uzaqlaşmamış, yoldan taksi saxladaraq taksi ilə uzaqlaşmışdır. O, hadisədən sonra heç kimin telefonundan istifadə etməmişdir. O hadisə günü marketə daxil olaraq siqaret və su almışdır. O, Zərərçəkmiş şəxsla arasında olan problemlərin həlli üçün 2015-ci ildə Azərbaycan DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmiş, Zərərçəkmiş şəxs izahatı alınmış, Zərərçəkmiş şəxs izahatında zavod və digər adresləri özünün Təqsirləndirilən şəxs sifariş verdiyini bildirmişdir. Daha sonra 2016-cı ildə cənab Prezidentə və birinci vitse-prezidentə müraciət etmiş, 2019 və 2021-ci illərdə Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Vətəndaşların Qəbulu İdarəsinə, Baş Nazir Əli Əsədova və bibisi Təranə xanıma, bacısı Gülsüm Musayevaya müraciət etmiş, müraciətlərin məzmunu eyni olmuş və məhkəmədə verdiyi ifadə ilə də eyni olmuşdur. Azərbaycan DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi müraciəti aidiyyəti üzrə Nərimanov Rayon Polis İdarəsinə göndərmiş, 2016-cı ildə Nərimanov Rayon Polis İdarəsindən cavab verilmişdir ki, mülki məhkəmə prosesi getdiyindən bu məsələyə müdaxilə edə bilmir. Azərbaycan Respublikasının Baş Prokurorluğu mövcud məsələ ilə bağlı məhkəmə qətnaməsi çıxarıldığından heçnə edə bilmədiklərini bildirmişlər. Onun heç bir müraciətinə baxılmamışdır. Nərimanov Rayon Polis İdarəsində Zərərçəkmiş şəxs izahatı alınmış, izahatında Zərərçəkmiş şəxs bildirir ki, “zavod və digər adresləri özüm Təqsirləndirilən şəxs sifariş vermişəm”. Zərərçəkmiş şəxs sifarişi ilə Heydər Əliyev prospektində 1 mərtəbəli 32 №-li Mənzil İstismar İdarəsinin binasını sökərək Əli Əsədovun bacısı X11 adına 3 mərtəbəli ofis binası inşa etmiş, bu birinci obyekt olmuşdur. Binanın içindəki mebelləri quraşdırmışdır. Binanın arxasında qonşuların bağ sahəsindən bir az sahə alaraq birmərtəbəli Mənzil İstismar İdarəsi inşa etmişdir. Bu ikinci obyekt imiş. Zərərçəkmiş şəxs həmin adresdən ona 280.000 manat pul borclu qalmışdır. O, 10 ay həmin yerdə kirayə qalıb Zərərçəkmiş şəxs 50.000 manat nağd şəkildə əlbəəl kirayə pulu ödəmişdir. Zərərçəkmiş şəxs sifariş verdiyi ofis onun vəsaiti hesabına tikilmiş, Zərərçəkmiş şəxs pulun bir hissəsini vermiş, lakin ona 280.000 manat pul borclu qalmışdır. Həmin 280.000 manat qeyd etdiyi 4.165.000 manata daxil olmuşdur. İkinci obyekt binanın arxasında qonşuların bağ sahəsindən alaraq inşa etdiyi birmərtəbəli Mənzil İstismar İdarəsi imiş. 175.000 manat pulu Zərərçəkmiş şəxs verməli imiş və həmin pul da 4.165.000 manata daxil olmuşdur. Zərərçəkmiş şəxs Mənzil İstismar İdarəsinin binasında ofis tikdirdiyi üçün həmin binanın zərərini ödəmişdir. Üçüncü obyekt Zərərçəkmiş şəxs sifarişi ilə Xətai rayonu ərazisində yeni tikili binanın birinci mərtəbəsinin təmiri və mebellərinin quraşdırılması olmuşdur. Zərərçəkmiş şəxs bu binadan ona 140.000 manat borclu qalmışdır. Xətai rayonu ərazisində binanın təmirini sifariş edən vaxt Zərərçəkmiş şəxs Prezident Adminstrasiyasında işləmişdir. Xətai rayonu ərazisində sifarişi verilən obyekt Zərərçəkmiş şəxs adını bilmədiyi dostunun olmuşdur. 4-cü obyekt Zərərçəkmiş şəxs sifarişi ilə Bilgəh qəsəbəsində yerləşən Əli Əsədovun qaynı Kamil Dilbazova məxsus villanın təmiri olmuşdur. Villanın üzərini aqlay daşı ilə düzmüş, həyətini təmir etmişdir. Zərərçəkmiş şəxs ona 46.000 manat pul borclu qalmışdır. Zərərçəkmiş şəxs sifarişi ilə Baksovet ərazisində, Səadət sarayının yanında yerləşən köhnə bina olan atasının evinə 1 mərtəbə də əlavə edib mansart (dam) tikmiş və 3 mərtəbəli etmişdir. 485.000 manatlıq iş üçün Zərərçəkmiş şəxs ona 250.000 manata yaxın pul vermiş və qalan pulu borclu qalmışdır. Sonra Zərərçəkmiş şəxs sifarişi ilə onun oğlu X12 məxsus Heydər Əliyev prospektində yerləşən obyekti tikmişdir. Sonradan həmin mağaza qaytarılsa da o, həmin mağazanı tam təmir etmişdir. Zərərçəkmiş şəxs ona 65.000 manat pul borclu qalmışdır. Sonra Zərərçəkmiş şəxs sifarişi ilə onun oğlu X8 məxsus ev tikmişdir. Zərərçəkmiş şəxs 54.000 manat puldan 42.000 manat ödəmiş və 8.000 manat pul borclu qalmışdır. Zərərçəkmiş şəxsla onun gördüyü işləri, Zərərçəkmiş şəxs məxsus adresləri yoxlamaq üçün 2015-ci ildə audit yoxlaması keçirilmişdir. Audit yoxlaması nəticəsinə görə də Zərərçəkmiş şəxs ona 4.165.000 manat borcu olmuşdur. Audit aktında borclu kimi ad yazılmamış, adreslər göstərilməmişdir. Onun tək istəyi 2015-ci ildə keçirilən görülmüş işlər üzrə keçirilən audit yoxlamasında göstərilən Zərərçəkmiş şəxs özünün də təsdiq etdiyi məbləğ olan 4.165.000 manatı ödəməsi imiş. Zərərçəkmiş şəxsla arasında üzləşmə aktına əsasən zavod ölçülərək 1.450.000 manat dəyərində qiymətləndirilmiş, amma Zərərçəkmiş şəxs sadəcə 500.000 manat ödəmişdir. 4-5 il ərzində 4.165.000 manatı öz cibindən vermişdir. O, tikinti ilə məşğul olaraq bu pulu qazanmışdır. VÖEN nömrəsini əzbər bilmir. Onun "xxxx", “XP inşaat”, “EDM Qrup” tikinti şirkətləri var imiş. "xxxx" tikinti şirkətində 30 milyona yaxın dövriyyəsi olmuşdur. Vergi ödəyicisi kimi əlavə dəyər vergisi ödəmişdir. O, direktor yox, "xxxx", “XP inşaat”, “EDM Qrup” tikinti şirkətlərinin təsisçisi olmuşdur. O, 10 ay kirayə qalanda Zərərçəkmiş şəxs öz qazandığı puldan 1 aya 5.000 manat olmaqla ümumilikdə 50.000 manat kirayə pulu vermişdir. Audit sərbəst aparılmışdır. Sonrakı məhkəmə iclasında təqsirləndirilən şəxs əlavə ifadə verərək bildirmişdir ki, 2009-cu ildə Zərərçəkmiş şəxs ona 1) Heydər Əliyev prospekti 99 A ünvanında yerləşən ofis binası ilə bağlı dəmir-beton işlərinə görə 84.000 manat, ofis binasının tam təmirindən 295.000 manat, proyektinin işlənməsi və Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiqlənməsinə görə 62.000 manat, həmin adresdə Zərərçəkmiş şəxs oğluna aid mağazadakı işlərlə bağlı 28.000 manat, həmçinin həmin adresdə 1 mərtəbəli binanı tikib 3 mərtəbəli bina tikərkən qonşunun divarları çatladığına və qonşu cənab Prezidentə teleqram vurub şikayət etdiyinə görə o, qonşuya 70.000 manat verdiyinə görə 70.000 manat, yeni tikilən Mənzil İstismar İdarəsinin tikintisi və tam təmirindən 58.000 manat, yeni tikilən Mənzil İstismar İdarəsinin yenidən qurulması üçün qoşqularla edilən 38.000 manatlıq razılaşmaya görə 38.000 manat, yeni ofis binasına ödədiyi icarə haqqı üçün Zərərçəkmiş şəxs 50.000 manat borcu, Zərərçəkmiş şəxsla onun gördüyü işləri, Zərərçəkmiş şəxs məxsus adresləri yoxlamaq üçün 2015-ci ildə audit yoxlaması keçirilmiş, audit yoxlaması nəticəsinə görə də Zərərçəkmiş şəxs ona 4.165.000 manat borcu olduğu müəyyən edilmişdir. Audit aktında borclu kimi ad yazılmamış, adreslər göstərilmişdir. Zərərçəkmiş şəxsla arasında üzləşmə aktına əsasən zavod ölçülərək 1.450.000 manat dəyərində qiymətləndirilmiş, amma Zərərçəkmiş şəxs sadəcə 500.000 manat ödəmişdir. 4- 5 il ərzində 4.165.000 manat pulu öz cibindən vermişdir. O, Zərərçəkmiş şəxs qarşısına çıxarkən üzərində odlu silah olmamış, üzərində pnevmatik zərərsiz silah olmuşdur. O, istintaq zamanı əlində tapança olmasına dair ifadə verməmişdir. Pnevmatik tapança barədə ona müstəntiq Elvin müəllim demişdir. Zərərçəkmiş şəxs ona zəng edərək restorana çağırmış, avans verəcəyini demişdir. 500.000 manat ümumi görülmüş işlər üzrə avans olmuşdur. Avans yəni, 4.000.000 alacağı puldan öncədən verilən müəyyən hissə olmuşdur. 500.000 manat avans verilməsi ilə bağlı görüşdükləri restoran Zərərçəkmiş şəxs məxsus olmuşdur. Çünki restoranın birinci mərtəbəsi boş olmuşdur. O, restorana tək daxil olmuş, sürücüsü çöldə dayanmışdır. Zərərçəkmiş şəxs yanında bir nəfər tələbə yoldaşı oturmuş, restoranın qarşısında isə Azər, Maqsud və 7-8 nəfər olmuşdur. Həmin insanlar onu qarşılayıb Zərərçəkmiş şəxs yanına aparmışlar. O, sənədləri Zərərçəkmiş şəxs təqdim etmişdir. Zərərçəkmiş şəxs razılaşmasına əsasən 500.000 manat pulu ödəmişdir. Lakin səhəri gün Zərərçəkmiş şəxs mühəndisləri gələrək Qobu zavodunu ölçmüş, əlavə olaraq da 60.000 manat pul yazmışlar. Lakin o, bildirmişdir ki, kubikləri 38 qəpiyə yox, 32 qəpiyə almış və 60.000 manat pul silinmişdir. Mühəndislər digər adresləri ölçməyə getməmişlər və o, məhkəməyə verilmişdir. O, məhkəməyə verilsə də qarşılıqlı iddia verməmişdir. Lakin 500.000 manat avans təsdiq olunandan sonra icraya çağırılmış, 10 sutka inzibati həbs verilmişdir. 10 gün sonra icradan çağırılmış və pulu ödəmədiyinə görə barəsində cinayət işi başladılacağı bildirilmişdir. O, vəkil Kamandar müəllimlə danışmış və Kamandar müəllim demişdir ki, narahat olmasın, Zərərçəkmiş şəxs pulu ödəməyini, sonra onun evini və pulunu qaytaracağını deyir. Hətta Zərərçəkmiş şəxs şirkətinin icraçı direktoru İlham müəllim demişdir ki, ev və ya dəyəri olan hansısa bir şeyi Zərərçəkmiş şəxs versin. Sonra Kamandar müəllim fikrini dəyişmiş və evi alqı-satqı etməyi istəmişdir. Kamandar, İlham və icra məmuru ona demişdir ki, barəsində cinayət işi qaldırılacaq, həbs olunacaq, həbsdə də onu incidəcəklərini icra məmuru demişdir. Buna görə o, evi Südabə Xəlilovanın adına keçirməyə məcbur qalmışdır. Notariusda evin alqı-satqısı olmuş, evin pulu Kamandarın özündə qalmış, ona verilməmişdir. Kamandarın ofisin qabağında pulu ona vermişdir, o, pulu videoçəkiliş zamanı versin. O, ofisə getmiş və videoçəkilişlə pulu ödəmişdir. Alqı-satqı ilə bağlı banka pul deyəsən tam məbləğdə keçirilmişdir. Audit yoxlama zamanı auditləri icraçı direktor dəvət etmişdir. Akt «SV Group»la Zərərçəkmiş şəxs gördüyü işlərin siyahısıdır. Zərərçəkmiş şəxs audit yoxlamasından xəbəri olmuşdur. Hazırda da «Azinport” şirkətinin mühəndisləri olan S.Məmmədov və Sarıyev onun mühəndisləri ilə biryerdə həmin aktı tərtib etmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Əlisəfa oğlunun əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunmuş, ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 47-49-cu, 59-61-ci, 168-170-ci və 220-222-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs Əlisəfa oğlu aşağıdakıları göstərmişdir: «... Mən onu qorxutmaq üçün sürücü qapısına yaxınlaşıb, özümlə götürdüyüm pnevmatik tapancanı göstərdim ki, qaça bilməyəcəyini zənn edib qorxaraq yerə düşsün. ...Mən sürücü qapısı tərəfə gələrək qapını açıb qolundan yapışaraq aşağı düşürtmək istədikdə, gördüm ki, maşından Südabənin səsi gəlir...” Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, dəqiq xatırlamasa da təxminən 2006-2009-cu illərdə Xüsusi Dövlət Mühafizə Xidmətinin polkovniki onu Təqsirləndirilən şəxsla tanış edərək Təqsirləndirilən şəxs qonşusu olduğunu işə ehtiyacı olduğunu bildirmiş, həmçinin xahiş etmişdir ki, o, Təqsirləndirilən şəxs onun şirkəti ilə əməkdaşlıq edə biləcək şəxslərlə tanış etsin. O, Təqsirləndirilən şəxs “Socar” şirkətinin ölkədə genişmiqyaslı tikinti işləri ilə məşğul olan Sosial Şöbəsinin rəhbərinə məsləhət görərək xahiş etmişdir ki, Təqsirləndirilən şəxs tikinti şirkəti ilə əməkdaşlıq etsin. Həqiqətən də “Socar” şirkətinin Sosial Şöbəsi Təqsirləndirilən şəxs fəaliyyətini yoxlayıb bəyəndikləri üçün Təqsirləndirilən şəxs tikinti şirkəti ilə müqavilə əsasında əməkdaşlıq etməyə başlamışlar. X17 Sarkozi cənab Prezidentlə birlikdə ölkəyə açılacaq Fransız Məktəbinin təməl daşını qoymaq üçün Azərbaycana gələcəkmiş. Bu məqsədlə ölkədə bəzi abadlıq işləri görülməkdə imiş. Həmin abadlıq işlərində məhz Təqsirləndirilən şəxs da iştirak etmişdir. Çünki Təqsirləndirilən şəxs öz işi ilə tanınmağa başlamışdır. Təqsirləndirilən şəxs dəfələrlə onun qulluğunda durmağa hazır olduğunu demişdir. O isə Təqsirləndirilən şəxs ondan heçnə istəmədiyini, amma bir haldaki belə yaxşı tikinti işləri görə bilirsə onun atasının evinin təmirini də etməyini istəmişdir. Beləliklə o, 2009-cu ildən Təqsirləndirilən şəxsla əməkdaşlıq etməyə başlamışdır. O, 2009-cu ildə atasının evinin təmir-tikinti işlərini Təqsirləndirilən şəxs həvalə etmiş və Təqsirləndirilən şəxs da gördüyü işin qarşılığında əmək haqqısını almışdır. O, Təqsirləndirilən şəxs işinin öhdəsindən layiqincə gəldiyini görüb oğlunun və sonra da qardaşı oğlunun evinin təmirini də Təqsirləndirilən şəxs həvalə etmiş, işin sonunda da pulu artıqlaması ilə ödəmişdir. Hətta Təqsirləndirilən şəxs hər yerdə demişdir ki, Zərərçəkmiş şəxs onun pulunu artıqlaması ilə ödəyir. Onun belə xasiyyəti yoxdur ki, kiməsə iş gördürüb pulunu verməsin. Əgər pulu varsa o, öz pulu ilə həmin işi edir, yoxdursa da heç vaxt hansısa işi gördürmür. Sonra Təqsirləndirilən şəxs ondan çevrəsində evini təmir etdirən şəxslər olub-olmadığını soruşduqda o, Təqsirləndirilən şəxs kömək məqsədi ilə onu çevrəsindəki şəxslərə yönləndirmiş, Təqsirləndirilən şəxs da həmin şəxslərin təmir-tikinti işlərini görüb pulunu almışdır. Təqribən 2015-ci illərin ortalarında hiss etmişdir ki, Təqsirləndirilən şəxs onu aldatmağa çalışır və müxtəlif bəhanələr edərək, ondan pullar əldə etmək istəyir. Onda buna çox əhəmiyyət verməmiş və müəyyən məbləğləri Təqsirləndirilən şəxs ödəmişdir. Təqribən 2015-ci ilin payız ayında Təqsirləndirilən şəxs ona zəng edib görüşmək istədiyini və ona güya pul borclu olduğunu demişdir. 01 noyabr 2015-ci ildə ona "xxxx" GROUP Şirkətindən güya şirkətə 1 milyon məbləğində borcu olmasına dair məktub daxil olmuşdur. Məktubu onun evinə gözətçi gətirmişdir. Məktubun məzmununda qeyd olunmuşdur ki, onun tikinti işləri üçün "xxxx" GROUP Şirkəti bankdan kredit götürüb zavod tikmişdir. O, Təqsirləndirilən şəxsla görüşüb danışmış, amma məsələ həll olunmamışdır. 2015-ci ilin payız aylarında o, Təqsirləndirilən şəxsla “Riviera” restoranında görüşmüş, həmin gün Təqsirləndirilən şəxs ona qarşı çox aqressiv davranaraq ona pul verməyi üçün üstünə bıçaq çəkib ona əl qaldırmış və restorandan qalxıb küçəyə çıxmasına imkan verməmişdir. O, ailə, iş nüfuzuna görə çox qorxmuşdur. Çünki o, 2015-ci ildə Prezident Adminstrasiyasında işləyib və bu məsələnin ictimaiyyətə yayılmağından ehtiyyat etmişdir. O, bu mundar işdən yaxasını qurtarmaq üçün Təqsirləndirilən şəxs borcu olmadığı halda tanışlarına zəng etmiş və tanışları 500.000 manat pulu Təqsirləndirilən şəxs şirkətinə aparıb vermişlər. Onun çevrəsindəki dostları ona irad tutaraq verdiyi pulun Təqsirləndirilən şəxs gördüyü işin dəyərindən artıq olduğunu, onun Təqsirləndirilən şəxs niyə borclu qaldığını demişlər. Çünki onun Təqsirləndirilən şəxs heç bir borcu olmaya-olmaya ona 500.000 manat pul vermək məcburiyyətində qalmışdır. Təqsirləndirilən şəxs hətta cənab Prezidentə də məktub yazaraq onun Vahidə pul borclu olduğunu, onun güya Fransa, İngiltərə və Türkiyədə restoranları, mehmanxanaları olduğunu yazmışdır. Bu məktubdan sonra Ramiz Mehdiyevin dərkənarı ilə X1 Şöbəsinin müdiri Eldar Nuriyev onu yanına çağırmış və onun adına olan hər şeyin ciddi yoxlanılacağını bildirmişdir. O, Eldar Nuriyevə nəyinki onun, hətta həyat yoldaşı və tanışlarının adına etibarnamə yazaraq onların da xaricdə olan mülklərinin yoxlanılmasına razı olduğunu demişdir. Çünki yazılanlar doğru olmamışdır. Həqiqətən də barəsində ciddi yoxlama olmuş və nəticədə məktubda yazılanların doğru olmadığı təsdiq olunmuşdur. O, həyat yoldaşı ilə bu məsələnin artıq ciddi olduğunu görüb bu problemi qanun qarşısında həll etməyi qərara almışdır. Qobuda yerləşən torpaq sahəsi həyat yoldaşının adına olduğu üçün 2016-cı ildə həyat yoldaşının adı ilə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi yazmışdır. 2016-2019-cu illər ərzində onların iddiası 3 məhkəmədə, Abşeron Rayon Məhkəməsi, Apellyasiya Məhkəməsi, Ali Məhkəmədə baxılmış və arvadının xeyrinə qətnamə və qərarlar qəbul olunmuşdur. Yəni Təqsirləndirilən şəxs onların ailəsinə pulu ödəməsinə dair qətnamə qəbul olunmuşdur. Hətta məhkəmə prosesləri davam edən dövrdə də bağ evindəki gözətçi ona zəng edib evin qapısının Təqsirləndirilən şəxs tərəfindən “sındırılaraq” döyüldüyünü demişdir. Gözətçi videoçəkiliş etmiş, o, səhəri gün gözətçi ilə birlikdə Xəzər Rayon Polis İdarəsinə gedib videoçəkilişi göstərmiş və şikayət ərizəsi yazmışdır. Təqsirləndirilən şəxs Xəzər Rayon Polis İdarəsinə çağırılmışdır. Həmin gündən sonra Təqsirləndirilən şəxs artıq ona zəng etməmiş, onun qapısını döyməmişdir. Amma Ali Məhkəmənin qətnaməsindən sonra Təqsirləndirilən şəxs yenidən onu narahat etməyə, dayanmadan zənglər etməyə başlamışdır. Belə ki, onların iddiası yüksək məbləğdə olsa da yenə də nəticə olaraq 2019-cu ildə Ali Məhkəmə Təqsirləndirilən şəxs ona 500.000 manat borclu olduğunu təsdiq edən qətnamə çıxarmışdır. O, Təqsirləndirilən şəxsla ünsiyyətini tamamilə kəsmiş və işi sadəcə Hüquq- Mühafizə Orqanlarına həvalə etməyin düzgün olduğunu düşünmüşdür. Təqsirləndirilən şəxs dəfələrlə seyfdə saxladığı sənədlər olduğunu deyib ona hədə-qorxu gəlmişdir. O isə Təqsirləndirilən şəxs xəbər çatdırmışdır ki, əgər həqiqətən də əlində onun borcu olduğunu təsdiq edən sənədlər varsa, qanuni qaydada onu məhkəməyə versin, barəsində istintaq açılsın, həqiqətən də onun borcu olduğunu məhkəmə təsdiq edərsə o borcu ödəyəcəkdir. Amma onun heç vaxt Təqsirləndirilən şəxs bir qəpik belə borcu qalmamışdır. 2022-ci ilin yay ayında Təqsirləndirilən şəxs maşının qabağını kəsib mübahisə etmiş, pul borclu olduğunu deyib pulunu istəmişdir. O, yenə də polisə müraciət edib şikayət ərizəsi yazmışdır. Lakin polis əməkdaşları Təqsirləndirilən şəxs axtarsalar da tapa bilməmişlər, Təqsirləndirilən şəxs polisdən gizlənmişdir. Sonradan onun vəkili ona bildirmişdir ki, Təqsirləndirilən şəxs məhkəmənin qətnaməsi ilə əlaqədar borcunu ödəmək üçün evini satır, lakin Təqsirləndirilən şəxs evinə 750.000 manat qiymət qoyub deyir ki, o, ona 250.000 manat pul versin və o onun borcunu bağlayacaq. O, vəkilinə də bildirmişdir ki, o heç bir halda yazışaraq belə Təqsirləndirilən şəxsla ünsiyyətdə olmaq istəmir və Təqsirləndirilən şəxs nə istəyirsə etsin. Onun vəkili sonra ona demişdir ki, Təqsirləndirilən şəxs evini sataraq pulu ödəməyə hazırdır. Beləliklə, o, Təqsirləndirilən şəxsla görüşmədən Təqsirləndirilən şəxs ona olan borcunu onun vəkili Kamandar Nəsirova ödəmişdir. Onun vəkili pulu alarkən videoçəkiliş də edib ona göstərmişdir. Onun həyat yoldaşı da məktub yazaraq Təqsirləndirilən şəxs qarşı iddiası olmadığını bildirmişdir. Amma Təqsirləndirilən şəxs təhqirli, hədə dolu məktublara, smslərinə davam etmişdir. Təqsirləndirilən şəxs yenə də Prezident Adminstrasiyası, Prokurorluq Orqanlarına məktublar yazmışdır. 06 aprel 2023-cü il tarixdə saat 08.30 radələrində o və həyat yoldaşı Südabə Xəlilova onun idarə etdiyi «Lexus» markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Şağan qəsəbəsi tərəfdən işə gedərkən kamuflaj formada biri maşının qarşısına çıxmışdır. Həmin şəxs Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs onun maşınının qabağına yaxınlaşaraq əlindəki aparatla maşının şüşəsinə nəsə püskürdüb cibindən silah çıxarmışdır. Təqsirləndirilən şəxs maşını qarşısından maşının qapısına gəlib qapıya zərbələr endirmişdir. O və həyat yoldaşı təəccüb içində olmuşdur. Təqsirləndirilən şəxs ondan 4 milyon manat pul tələb etmişdir. O, maşının qapısını biraz açmış, Təqsirləndirilən şəxs ona “çıx bayıra” deyərək pulu qaytarmasa ona nəsə edəcəyini demişdir. O, Təqsirləndirilən şəxs əlində əsl silahı dəqiqliklə və aydın şəkildə görmüşdür. O, həyat yoldaşının qışqırma səsinə şokdan ayılaraq maşının qazına basıb ordan uzaqlaşmışdır. O, dərhal polisə yaxılaşıb ərizə yazmışdır. O, təqsirləndirilən şəxslə barışıq əldə etməmiş, ondan şikayətçidir, o, Təqsirləndirilən şəxs qanunamüvafiq cəza verilməsini xahiş edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs bildirmişdir ki, onun Təqsirləndirilən şəxs borcu olmamışdır. Həmçinin onun Təqsirləndirilən şəxs sifariş verdiyi işlərinin dəyərinin 4.000.000 manat olmasını dəqiqliklə deməsi qeyri-mümkündür. O, əgər audit yoxlamasını qəbul etmişdirsə həmin sənədlərdə imzası da olmalıdır. Amma qətiyyən onun imzası həmin sənədlərdə olmamışdır. O, Təqsirləndirilən şəxs təmir-tikinti üçün öz adından atasının evi, həyat yoldaşının adına olan oğlunun və qardaşı oğlunun evi olmaqla 3 ev sifariş vermişdir. O, bütün təmir xərclərini son qəpiyinə kimi ödəmişdir. Lakin heç bir müqavilə bağlanmamışdır. O, Təqsirləndirilən şəxs pulu hissə-hissə verməklə pulunu artıqlaması ilə ödəmişdir. Onun Təqsirləndirilən şəxs ödənişini etməyini görən kifayət qədər çoxlu şahidlər olmuşdur. Təqsirləndirilən şəxs onun səmimi adam olmağından istifadə edərək, tamah məqsədi ilə onun ona borclu olduğunu demişdir. Əgər həqiqətən onun Təqsirləndirilən şəxs borcu olsaymış Təqsirləndirilən şəxs onun başqa sifarişlərini yerinə yetirməzmiş. Demək o, Təqsirləndirilən şəxs pulunu ödəmişdir ki, Təqsirləndirilən şəxs da onun başqa sifarişlərini yerinə yetirmişdir. Təqsirləndirilən şəxs siyahını özü tərtib etməkdə maraqlı olmuşdur. Hər bir təmir işlərindən sonra o, Təqsirləndirilən şəxs pulu ödəyib halallıqla ondan ayrılmışdır. Sonrakı məhkəmə iclasında Zərərçəkmiş şəxs əlavə ifadə verərək bildirmişdir ki, kifayət qədər vaxt keçdiyindən o, Heydər Əliyev prospektində yerləşən ofisin sifarişi barədə heçnə xatırlamır. Həmin ofis binasının ona heç bir aidiyyəti olmamışdır. X3 30 ildir ki tanıyırmış. O, 06 aprel tarixində baş vermiş hadisə ilə bağlı zərərçəkən şəxsdir. Həmçinin onun sifariş vermədiyi obyektlərlə bağlı ona suallar verilir. Təqsirləndirilən şəxs əvvəl ondan iddia etdiyi məbləğ 1 milyon manat imişsə, artıq həmin məbləğ artıb 4 milyon manat olmuşdur, bu o deməkdir ki, Təqsirləndirilən şəxs ildən ilə məbləği artırır. Yəqin ki, Təqsirləndirilən şəxs 2 ildən sonra ondan 8 milyon manat tələb edəcəkdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında onun iştirakı olmadan keçirilən auditdən danışır. Həmin audit Təqsirləndirilən şəxs öz şirkəti daxilində olmuşdur. Təqsirləndirilən şəxs sifarişlərin ödənilən pullarını xərcləmişdir və öz şəriki ilə arasında söz-söhbətləri olmuşdur. O, X4 məxsus ofisin təmirini Təqsirləndirilən şəxs sifariş verməmişdir. O, Teymur Xəlilovu tanıyır. O, Təqsirləndirilən şəxs qardaşı oğlunun evinin təmirini tapşırmışdır. O Təqsirləndirilən şəxs bütün pulu ödəmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs onun atasının evini, həyat yoldaşının adına olan oğlunun evini də təmir edib pulunu da artıqlaması ilə ondan almışdır. Onun atasından qalan şəxsi ev təmir edilmişdir. Həmin ev “Baksovet”-də “Səadət” Sarayının yanında yerləşir. Onun həmin mənzilinə dair 28.000 manat borcu olmamışdır. Bir daha bildirir ki, Təqsirləndirilən şəxs onun hansı sifarişini edibsə pulunu artıqlaması ilə almışdır. Təqsirləndirilən şəxs ona 50.000 manat icarə haqqı verməmişdir. Kamil bəyi tanıyır. Onun Bilgəh qəsəbəsində yerləşən evinin təmirini də Təqsirləndirilən şəxs sifariş vermişdir və Kamil bəy Təqsirləndirilən şəxs pulunu ödəmişdir. O, Kamil bəyin Təqsirləndirilən şəxs təmir üçün hansı miqdarda pul ödədiyini bilməmişdir. Amma 100 faiz bilir ki, Kamil bəy Təqsirləndirilən şəxs pulunu tam şəkildə ödəmişdir. Təqsirləndirilən şəxs ata evindən başqa onun evini təmir etməmişdir. Onun 500.000 manat pul tanışı vasitəsilə Təqsirləndirilən şəxs şirkətinə verilmişdir. O, dəqiqliklə həmin tanışının kim olduğunu xatırlamır. Lakin şirkətdən ona pulun çatması ilə bağlı zəng gəlmişdir. Təqsirləndirilən şəxs ondan 1 milyon manat pul istəmişdir. O isə artıq öz nüfuzuna görə, ailəsinə və yaxınlarına görə qorxub borcu olmadığı halda Təqsirləndirilən şəxs 500.000 manat pulu göndərmişdir. O, 500.000 manat pulu Təqsirləndirilən şəxs ödəyən zamanlarda Prezident Adminstrasiyasında baş məsləhətçi vəzifəsində, cənab Prezidentin köməkçisi, yəni hazırki Baş Nazirin xidmətində işləmişdir. Təqsirləndirilən şəxs 2015-ci ildə ona bıçaq çəkib, əl qaldırmışdır. Təbiiki, o, belə bir insandan qorxacaq imiş. O, elə bir insan olmamışdır ki, hər dəfə üstünə hücum çəkən insanla qarşılaşıb ona cavab versin. O, təbiiki, bu məsələdən yaxa qurtarmaq üçün 500.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. 2015-ci ilin payız aylarında o, Təqsirləndirilən şəxsla “Riviera” restoranında görüşmüşdür. Həmin restoranın sahibi Şair adlı şəxs olmuşdur. Təqsirləndirilən şəxs onunla danışmaq istədiyindən o, onu “Riviera” restoranına aparmışdır. Həmin restoranda da Təqsirləndirilən şəxs ona əl qaldırmış, onu təhqir edib, səsini yüksəltmişdir. “Riviera” restoranında kriminal aləmin şəxsləri iştirak etməmişdir. “Riviera” restoranında onun yanında oturan şəxs sinif yoldaşı olmuş, onu 10 ildir tanıyırmış, amma həmin şəxsin adını çəkmək istəmir. O, “Riviera” restoranında Təqsirləndirilən şəxs ailəsi ilə hədələməmişdir. O, 500.000 manat pulu heç bir borc və ya iş qarşılığında Təqsirləndirilən şəxs verməmişdir. O yalnızca öz nüfuzundan və Təqsirləndirilən şəxs qorxduğuna görə ona 500.000 manat vermək məcburiyyətində qalmışdır. O, Şaqiyev və Məmmədov adlı şəxslər tanımır. Onun nə şirkəti, nə də qurğuları olmamışdır ki, işçiləri, mühəndisləri də olsun. Təqsirləndirilən şəxs yalan danışır. Zavodda ölçmə işi aparan mühəndisləri tanımamışdır. Təqsirləndirilən şəxs onu Hüquq-Mühafizə Orqanlarına şikayət etməyi yadında deyil. Uzun müddət keçdiyindən onun Nərimanov RPİ-də dindirilməsi yadında deyil. Zavodun torpaq sahəsi həyat yoldaşının adına olmuşdur. Həmin torpaq sahəsinin alınması üçün danışıqları Təqsirləndirilən şəxs aparmışdır. Təqsirləndirilən şəxs pulu ondan almış, alqı-satqını Təqsirləndirilən şəxs özü etmişdir. O, həmin torpaq sahəsinin alqı-satqısı üçün Təqsirləndirilən şəxs nə qədər pul verdiyini xatırlamır. Həmin torpaq sahəsində anbar tikiləcəkmiş. Anbarın layihəsi təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilərək cinayət işi materiallarına əlavə edilmiş 2016-ci il tarixə aid zərərçəkmiş şəxsin Nərimanov RPİ-də verdiyi izahat elan olunmuş və izahatın sonunda imza zərərçəkmiş şəxsə təqdim edilmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs bildirmişdir ki, imza onun imzasıdır. O, 2016-cı ildə izahatda dediklərini hazırda xatırlamır. Lakin o, təsdiq edir ki, o tanışlarının evinin təmirini Vahid Xəlilova tapşırmışdir. Südabə Xəlilovaya məxsus 5 ha torpaq sahəsində Vahid Xəlilov heç bir iş aparmamış, əgər iş aparılmışsa da, onun arvadı Südabə Xəlilovanın heç bir imzası yoxdur. Həmin torpaq sahəsində anbar var. Qobu adlanan ərazidə zavod tikilməmişdir. Anbarın hansı vəsaitlə tikilməyi yadında deyil. Anbarın tikilməyini Təqsirləndirilən şəxs özü ondan xəbərsiz sifariş etmişdir. Onun həyat yoldaşı Südabə Xəlilovaya anbarın tikilməsinə icazə verildiyi halda zavod tikilməsi barədə Abşeon Rayon İcra Hakimiyyətindən rəsmi sənəd daxil olmamışdır. Sənəd olsa belə onlara daxil olmamışdır. Onun həyat yoldaşı Südabə Xəlilova zavodun açılışında iştirak etməmişdir. 06 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs «Lexus» markalı avtomobilin qarşısına yaxınlaşaraq əlindəki aparatla maşının şüşəsinə nəsə püskürtmüş, əlini cibinə salııb maşının sol tərəfinə keçmişdir. Təqsirləndirilən şəxs əlindəki silahla pəncərəyə vurmuşdur. Vahid Xəlilov qışqıraraq “pulu ver” deyirmiş. Maşının qapısını açsa da həyat yoldaşı Südabə Xəlilovunın qışqırığından şokdan oyanıb maşını sürərək uzaqlaşmışdır. Həmin vaxt ətrafda heç kim olmamışdır. 2022-ci ildə də eyni hadisə baş vermişdir. Təqsirləndirilən şəxs maşınının qabağını kəsib pul istəmiş, onlar sözləşmişlər və o, ordan uzaqlaşmışdır. 2022-ci ildə Təqsirləndirilən şəxs əlində silah yox imiş. Ümumiyyətlə 06 aprel 2023-cü il tarixli hadisə 3-cü dəfədir onun başına gəlir. Birinci dəfə 2015-ci ildə Təqsirləndirilən şəxs bağının qapısını sındırmış, o, Xəzər RPİ-nə ərizə yazmışdır. İkinci dəfə də Təqsirləndirilən şəxs 2022-ci ilin yay aylarında maşının qabağını kəsmişdir, aralarında mübahisə etmişlər, o ordan uzaqlaşıb Polis Bölməsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs əvvəlcədən polisə 400 manat cəriməsi olduğuna görə polisdən qorxub ondan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs ona şəxsən borcu yoxdur. Təqsirləndirilən şəxs 500.000 manat borcunu ödəmişdir. Abşeron Rayon Məhkəməsinin qətnaməsinin icrasından xəbəri var. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs 2021-ci ilin yaz aylarında Yasamal rayonu, Yeni Yasamal ərazisi dairəvi yolun üzərində yerləşən 2 mərtəbəli evi ona satmışdır. Rəsmi notariat qaydada aralarında alqı-satqı müqaviləsi bağlanılmış və o razılaşdığı qaydada Təqsirləndirilən şəxs 520.000 manat pulu ödəmişdir. Lakin Təqsirləndirilən şəxs evi boşaltmamış, o, məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə orqanı, həmçinin Ali Məhkəmə evin ona təhvil verilməsi barədə 3 qərar qəbul etmişdir. Qərarın icrası İcra Şöbəsinə həvalə edilmişdir. Nəticədə ev boşaldılaraq ona təhvil verilmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid bildirmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. O, ”Azman” MMC-də işləyir. ”Azman” MMC-nin mülkiyyət hüququ ona məxsusdur. O, inşaat fəaliyyəti ilə məşğuldur, ”Azman” MMC-də konkret əmək haqqısı vardır. O, 2.000 manat əmək haqqı alır. O, 2017-ci ildən ”Azman” MMC-də işləyir. O, Təqsirləndirilən şəxs evi 2021-ci ildə almışdır. O, 2006-2015-ci illərdə “KAMAZ” Ticarət Kompaniyasının Azərbaycan rəsmi nümayəndəsi və direktoru olmuşdur. O, ”KAMAZ” Ticarət Kompaniyasında işləyərkən 2.000 dollar əmək haqqı alır. 2006-2015ci illərdə dolların kursu 0,78 olmuşdur. Mənzil Təqsirləndirilən şəxs qızının adına olmuşdur. Onun tək gəliri maaşı deyil, o, 23 ildir ki hərbi təqaüd alır. 520.000 manat pulun 200.000 manatını dostu Rusiya vətəndaşı Elçin Şahbazovdan borc almış, pulun qalan 300.000 manat hissəsi ona məxsus olmuşdur. 300.000 manat pulda ailə üzvlərinin də qazancları var. Mənzili o qiymətləndirməmişdir. Təqsirləndirilən şəxs 520.000 manata satmış, o da həmin qiymətə evi almışdır. O, Kamandar Nəsibovdan eşitmişdir ki, Təqsirləndirilən şəxs mənzili satır. Yekunda bəlli olmuşdur ki, evin sahəsinin yarısı heç sənədlə Təqsirləndirilən şəxs məxsus deyil. Kamandar Nəsibov vaxtı ilə onun şirkəti ilə əməkdaşlıq etmiş, bir binada işləmişdir. Onun mənzilinə qiymətləndirmə göndərmişlər və onun mənzilinə 750.000 manat qiymət qoymuşlar. Ona demişlər ki, onun özü də qiymətləndirmə gətirməlidir. Təqsirləndirilən şəxsla arasında qiymət söhbəti olmamışdır. Texniki pasporta əsasən 9 sot yox, 4 sot torpaq sahəsi onun aldığı əmlaka aid olmuşdur. Torpaq sahəsinin qalan hissəsi paylı mükiyyət üzrə "xxxx" MMC-yə məxsusdur. Torpağın sotu 2021-ci illərdə 30.000-40.000 manat olmuşdur. "xxxx" MMCin rəhəbri Yusif bəy ona 4 sot əlavə torpağı 120.000 manata təklif etmişir. Sənədlə torpaq sahəsi ona aid olmadığından sahibinə qaytarılmışdır. NNT Servis MMC tərəfindən torpaq sahəsinə hasar çəkiləcəkmiş. O, hasar çəkilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Alqı-satqı 2021-ci ilin aprel ayının sonlarında olmuşdur. Təqsirləndirilən şəxs özü də ilkin olaraq evini 1.000.000 manata satışa qoymuşdur, o, müraciət edən kimi evin qiymətini 1.450.000 manat etmişdir. 500.000 manat pulu Təqsirləndirilən şəxs nə etməsinə dair məlumatı yoxdur. O, Kamandar Nəsibov tərəfindən akt tərtib olunmasında iştirak etməmişdir. O, Zərərçəkmiş şəxs tanıyır. Belə ki, Zərərçəkmiş şəxs onun qardaşı ilə 2019-cu ildə Nazirlər Kabinetində bir yerdə işləmişdir. Lakin qardaşı hazırda vəfat etmişdir. O mənzilin satışından verilən pulun Zərərçəkmiş şəxs həyat yoldaşı Südabə Xəlilovaya verildiyini eşitmişdir, amma tam dəqiq bilmir. O, X18 Xələfovla Zərərçəkmiş şəxs arasında olan mübahisələr olduğunu, məhkəmə tərəfindən Zərərçəkmiş şəxs xeyrinə qətnamə çıxarıldığını eşitmişdir. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında olan mübahisədən olan məlumatı bu olmuşdur ki, hər ikisi hesab edir ki, birinin digərinə pul borcu vardır. O, bu barədə sadəcə şifahi məlumatlar eşitmişdir. Onun Təqsirləndirilən şəxs əmlakına həbs qoyulmasından xəbəri olmamşdır. Müdafiəçinin təqdim etdiyi və cinayət işi materiallarına əlavə edilən "xxxx" MMC-nin qiymətləndirmə rəyi elan edilmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid bildirmişdir ki, elan edilən sənədlə bağlı məlumatı yoxdur. Alqı-satqı ərəfəsində Təqsirləndirilən şəxs həbs olunması barədə məlumatı olmamışdır. O, evin necə 1.450.000 manat qiymətləndirilə bildiyini anlamamışdır, bu məsələ onun üçün mübahisə predmeti olmuşdur. O, elan edilən sənədin MMC tərəfindən necə tərtib olunduğunu bilir. O, uzun illər əmlak bazarında işləmişdir və sənədlərin tərtib olunma qaydasını çox yaxşı bilir. Hazırda o, evi satmaq üçün elan yerləşdirmiş, ancaq hələ də evə alıcı çıxmamışdır. O evi 700.000 manata satışa qoymuşdur ki, heç olmazsa 550.000 manata evi sata bilsin. Lakin onun ətrafındakı insanlar həmin qiymətə görə ona gülmüşlər, yəni qiymət mənzilin dəyərinə uyğun deyildir. İndi harda qala ki, həmin evin qiyməti 1.450.000 manat ola, bu mümkün deyildir. Həmin evi heç 500.000 manata alan insan da yoxdur. Təqsirləndirilən şəxs bugün ona 520.000 manat ödəsə evi ona geri satar. Şahid istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 113-114-cü vərəqələrində olan ifadəsində Şahid aşağıdakıları göstərmişdir: “2021-ci ilin aprel ayında Təqsirləndirilən şəxs ev satdığını bilmişdir. Həmin evə baxmış ev onun xoşuna gəldiyi üçün onu almaq fikrinə düşmüşdür. Həmin ev Yasamal rayonu, Yeni Yasamal Y/M-də dairəvi yolda yerləşirmiş. Həmin evi 520.000 manata razılaşmışlar, rəsmi qaydada Təqsirləndirilən şəxsla notariat kontorunda alqı satqı müqaviləsi bağlamışlar və o, qeyd edilən məbləği ona vermişdir. Bundan sonra Vahid Xəlilov bir müdətinə evi boşaltmalı imiş. Lakin o, evi boşaltmadığına görə hər dəfə müxtəlif bahənələr gətirməyə başlamış və evi boşaltmamışdır. Bundan sonra o, məcbur olub onun evi boşaltmağı üçün məhkəməyə müraciət etmişdir. xx.xx.2022-ci ildə sonuncu məhkəmə yəni ki, Ali Məhkəmə evi boşaldaraq ona təhvil verilməsi barədə qərar qəbul etmişdir. Bundan sonra Məhkəmənin qərarı icra olunması üçün İcra Şöbəsinə yönəldilmiş və aprel ayının sonlarında ev boşaldılaraq ona təhvil verilmişdir. Təqsirləndirilən şəxs Əlisəfa oğlunun göstərdikləri yalandır. Vahid evi satırmış, o, həmin evi almış və pulunu Vahidə ödəmişdir. Bundan başqa onun Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs aralarında olan söz söhbətlərindən tam məlumatı olmasa da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs borcu olmuş, onların arasında dəfələrlə məhkəmələr olmuşdur. Vahid ev satmış o, isə ondan ev almışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 4.165.000 manat borcu olması yalandır. Bu barədə məhkəmədə olmuş və Hikmət müəllimin xeyrinə qərar qəbul edilmişdir.” Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid bildirmişdir ki, imza onun imzasıdır. O, ibtidai istintaq zamanı da bildirmişdir ki, o, şifahi olaraq Kamandar Nəsibovdan eşitmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pul borcu olmuşdur. İş üzrə müdafiəçinin vəsatəti əsasında məhkəmə iclasına əlavə şahid Xəlilova Südabə Zəkəriyyə qızı 28 noyabr 2023-cü il tarixdə məhkəməyə teleqramla müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ona və ailə üzvlərinə qarşı etdiyi qanunsuz hərəkətləri nəticəsində səhhətində problemlər yaranmış və bu səbəbdən məhkəməyə gələ bilmir. Məhkəmə iclasında cinayət işinin 13-cü vərəqəsində olan və elan olunaraq tədqiq edilmiş Xəlilova Südabə Zəkəriyyə qızının izahatından görünür ki, 09.08.22-ci il tarixində saat 08:50 radələrində Xəzər rayonu, Şağan qəsəbəsi yeni sahədə həyat yoldaşı Zərərçəkmiş şəxs avtomobili ilə yaşadığı evdən çıxıb işə getmək istəyərkən adını Vahid kimi eşitdiyi şəxs qarşılarını qəsdən kəsərək həyat yoldaşı ilə söhbət etmək istədiyini bildirmiş, həyat yoldaşı Zərərçəkmiş şəxs avtomobildən enən zaman həmin şəxs küçədə ictimai yerdə Hikmətə yaxınlaşaraq guya Hikmətin ona borcunun olması barəsində əsassız və absurd iddiasını bildirməklə sözlə ucadan qışqırmaqla münaqişə yaradaraq, həyat yoldaşı Hikməti sözlə ölümlə hədələmiş, həmçinin irəli sürdüyü bu əsassız iddiası təmin edilmədiyi halda özünə qəsd edəcəyini bildirmişdir. Həmin vaxt isə həyat yoldaşı Hikmət həmin şəxsə izah etmişdir ki, onun heç bir borcu yoxdur və onun yolunu kəsməklə, onunla münaqişə yaradaraq hədə-qorxu gəlməklə qanunların tələblərini pozaraq ona qarşı xuliqanlıq hərəkətləri edir. Bundan sonra baş vermiş hadisə barəsində DİN-nin 102 xidmətinə məlumat vermişdir. Həmin vaxt o, həyat yoldaşının avtomobilinin daxilində imiş və bu baş verənlərin bilavasitə şahidi olmuşdur. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 aprel 2023-cü il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, sonuncu Bakı şəhəri, Xəzər rayon Polis İdarəsi 1-ci Polis şöbəsinə müraciət edərək 06 aprel 2023cü il tarixdə saat 08.30 radələrində Təqsirləndirilən şəxs Əlisəfa oğlunun ağ rəngli karantin kamuflajında, ağzında tibbi maskada onun idarə etdiyi **-MU-*** dövlət qeydiyyat nişanlı «Lexus» markalı avtomobilinə əlində olan dərman səpən aparat və tapanca ilə basqın edərək, avtomobilin şüşələrini sındırmağa və qapısını açmağa cəhd edərək, pul tələb etmiş, pul verilmədiyi təqdirdə onu öldürəcəyini bildirmişdir. Cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin 1-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Anar İsayevin xx.xx.2023-cü il tarixli raportundan görünür ki, 06.04.23-cü il tarixində Zərərçəkmiş şəxs ərizəsində bildiriyi 06.04.23-cü il tarixində saat 08.30 radələrində Xəzər rayonu Şağan qəsəbəsi ərazisində onunla ədavəti olan Təqsirləndirilən şəxs Əlisəf oğlu adlı şəxsin onun idarə etdiyi “Lexus” markalı avtomobilinin önünü kəsərək, onun üzərinə tapanca tuşlamaqla pul tələb edərək ölümlə hədələməsi faktı hadisə yerinə video müşahidə cihazlarına baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin 15-18-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 aprel 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, hadisə yerinə, yəni Xəzər rayonu, Şağan qəsəbəsi, 2-ci yeni sahəyə baxış keçirilmişdir. Baxış keçirilən yer kənarı asfalt örtüyə malik bir küçədir, küçənin adı yoxdur. Həmin küçədə vətəndaş Zərərçəkmiş şəxs idarə etdiyi “Lexus” markalı avtomobilə basqın olunmuş və silahla hədə gəlinmişdir. Hadisənin baş verdiyi yerdə, yol kənarında 02 ədəd plasmas bankada yanacaq maye aşkar edilmişdir. Hadisə yerində video müşahidə cihazlarına baxış zamanı müəyyən edilir ki, həqiqətən xx.xx.2023-cü il tarixində saat 08:30 radələrində vətəndaş Zərərçəkmiş şəxs idarə etdiyi “Lexus” markalı qara rəngli, **-MM-*** qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən bir nəfər şəxs ağ karantin pandemiya kamuflyajında, üzündə tibbi maska ilə onun yolunu kəsmiş, avtomobilin qapısını açaraq sürücünün üzərinə silah və silah qismində predmet tuşlamaqla onu hədələmişdir. Sürücü dərhal avtomobilin qapısıı bağlamaqla avtomobili idarə edib hadisə yerindən qaçmağa nail ola bilmişdir. Hadisə yerindən aşkar edilmiş, üzərində yanacaq (benzin) maye olan plasmas butulkalar maddi sübut kimi götürülmüşdür. Hadisə yerinə video görüntülərə baxış zamanı çəkilmiş fotolar protokola əlavə edilmişdir. Cinayət işinin 19-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 aprel 2023-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, baxış keçirilən nəqliyyat vasitəsi qara rəngli «Lexus» markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Həmin avtomobilin sol qapısında plasmas örtüyün üzərində küt əşya ilə burulmaya xarakterik sürtülmə formasında iz vardır. Avtomobilin digər hissə və detallarında əzik, batıq izləri müəyyən edilməmişdir. Cinayət işinin 150-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “İndividual Services» MMC-nin arayışından görünür ki, ** MU *** dövlət qeydiyyat nömrəsi olan «Lexus 5.7» markalı avtomaşına 300 (üç yüz) manat maddi ziyan dəymişdir. Cinayət işinin 27-32-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 aprel 2023-cü il tarixli axtarış və götürmə aparılması barədə protokoldan və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, ünvan 3 ünvanında yerləşən ofis binası 18-ci mərtəbəsində yerləşir. Təqsirləndirilən şəxs istifadə etdiyi iş otağında masa və dolablar vardır. Cinayət xarakterli heç bir əşya və predmet aşkar olunmamışdır. Cinayət işinin 88-91-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 aprel 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Əlisəfa oğlu arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs Əlisəfa oğlunun xx.xx.2023-cü il tarixdə əynində ağ rəngli karantin kamuflyajında, ağzında tibbi maska onun yolunu kəsərək üzərinə hücum etdiyini, şalvarının sağ yan cibindən tapancasını çıxarmaqla avtomobilin qapısını vurub şüşəni sındırmağa cəhd etdiyini, onun üzərinə tapanca tuşlayaraq ondan pul tələb etdiyini və pul vermədiyi təqdirdə onu ödürəcəyini bildirmişdir. Cinayət işinin 100-102-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 23/316 nömrəli 25 aprel 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd TO5-100298 nömrəli silah zavod üsulu ilə X24 silah zavodunda istehsal olunmuş 4.5 mm kalibirli olmaqla MP- 654K «Baykal» modelli idman məşq və təlim üçün nəzərdə tutulmuş pnevmatik tapancadır, odlu silah hesab edilmir və texniki cəhətdən sazdır. Lakin darağın içərisində sıxılmış hava ilə doldurulmuş balon olmadığına görə həmin tapanca halhazırda təyinatı üzrə istifadəsi üçün yarasızdır. Tapança sonradan heç bir kustar üsulu ilə edilmiş dəyişikliklərə məruz qalmamaışdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq, zavod üsulu ilə istehsal olunmuş 4.5 mm diamterli qırmaqları və sıxılmış hava balonu yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli MP-654K «Baykal» moddeli tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır vətəyinatı üzrə istifadə üçün yararlıdır. Cinayət işinin 111-ci vərəqəsində olan və məkəmədə tədqiq edilərək araşdırılmış video görüntülərə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş 01 ədəd diskə məhkəmə iclas zalında quraşdırılmış komputer vasitəsilə baxış keçirilərək, hadisə yerində quraşdırılmış təhlükəsizlik kameralarının monitorunda 6 aprel 2023-cü il tarixdə saat 08:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi 2-ci sahədə yerləşən küçədə bir nəfər ağ rəngli, sanitariya və dezinfeksiya işçilərinin uniformaları olan kamuflyajda əlində dərman səpən aparatla qara rəngli “Lexus” markalı avtomobilin qarşısına keçərək avtomobili saxlatdığı, daha sonra sürücü qapısına yaxınlaşaraq əlindəki silaha bənzər əşya ilə həmin qapıya zərbələr edirməsi və qapını açması, bu zaman avtomobilin hadisə yerindən çıxıb getməsi müəyyən olunmuşdur. Cinayət işinin 246-cı vərəqəsində olan 5 noyabr 2015-ci il tarixli kassa mədaxil qəbzindən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən 500.000,00 (beş yüz min) manat pul vəsaiti "xxxx" MMC-ə ödənilmişdir. Cinayət işinin 197-204-cü vərəqələrində olan Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X9 30 iyun 2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, 2015ci ilin noyabr ayında təqsirlrəndirilən şəxs Təqsirləndirilən şəxs Əlisəfa oğlunun Səbail rayonu, Bayıl qəsəbəsində “Riviera” restoranında Təqsirləndirilən şəxs Davud oğluna qarşı qanunsuz hərəkətlər edərək 500.000 manat alması ilə əlaqədar cinayət işindən material ayrlaraq Səbail RPİ-nin İŞ-nə göndərilir, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə zor tətbiq etmək hədəsi ilə pul tələb etməməsi barədə ifadəsində göstərdiyi xüsusatlar özünü müdafiə xarakterili, gördüyü işlərə görə pul ödənilməməsi barədə xüsusatlar isə mülki iddia xarakteri daşıdığından bu xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Əlisəfa oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, zərərçəkmiş şəxsə hədə-qorxu gəlməmiş, sadəcə Zərərçəkmiş şəxs ona olan borcunu tələb etmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs Əlisəfa oğlunun məhkəmə istintaqı zamanı irəli sürülmüş ittihamla bağlı ifadəsində göstərilən xüsusatları yuxarıda sadalanan müqayisəli qaydada yoxlamış və həmin ifadəni ağır cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə ərəfəsində verdiyi ifadələr tədqiq edilərkən müəyyən olunmuşdur ki, o, ona qarşı irəli sürülmüş ittihamla bağlı fərqli məzmunda ifadələr verməklə, iş üzrə ziddiyyətlər yaratmağa çalışaraq cinayət məsuliyyətindən yayınmağa çalışmışdır. Təqsirləndirilən şəxs hər dəfə müxtəlif ziddiyyətli ifadələr verməklə ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilmədiyi halda, həmin ittihamı təkzib edəcək, tutarlı və mötəbər dəlillər göstərməmişdir. Əksinə biri-digəri ilə ziddiyyət təşkil edən ifadələr verməklə məhkəməni yanlış istiqamətə yönəltməyə çalışmışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin həmin dəlillərini əsassız hesab edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən bildirmişdir ki, "xxxx" tikinti şirkətinin rəhbəri olmaqla 2009-2015-ci illər ərzində 14 obyekt üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs sifarişləri əsasında 14 obyektdə müxtəlif təmir-tikinti işləri aparmış, həmin dövr ərzində öz şəxsi vəsaitindən istifadə etmiş və həmin işlərə görə Zərərçəkmiş şəxs ona 4.337.100 manat və 324.980 dollar borcu qalmışdır. Öz ifadələrini təsdiq etməsi üçün təqsirləndirilən şəxs və onun müdafiəçisi Osman Kazımov məhkəməyə müxtəlif əlyazmaların, sərbəst auditorun aktının, fotoşəkillərin kserosurətlərini təqdim etmişdir. Bununla əlaqədar, məhkəmə kollegiyası hesab edir ki, rəsmi sənəd hesab edilməyən qaralama vərəqlərində əks etdirilmiş pul məbləğinə aid məlumatların dolğun və düzgün olması barədə birmənalı fikir söyləməyə əsas yoxdur. Güya sərbəst auditorun 13 mart 2015-ci il tarixli auditin hansı əsaslara görə, harada, kimin sifarişi əsasında müxtəlif hesablamalar aparılması, faktiki mövcud olmayan mühasibatlıq sənədlərinin, yəni: smeta, deffekt aktların, forma 2, mədaxil-məxaric sənədlərin, xəzinə orderlərin, aylıq-rüblük hesabatların, pul vəsatinin dövriyyəsi, baza məlumatların, elektron qaimələrin, kassa aparatının fiksal yaddaşından çıxarışının olmadığı halda, əsas isə mütəxəsisslərin yerində görülmüş işlərin nəzarət ölçüsü aparılmadan şərhsiz sübut növü kimi qəbul edilə bilməz. Bundan əlavə, təqsirləndirilən şəxs tərəfindən təqdim olunan audit rəyində «SV QRUP MMC»-nin təsisçilərinə ünvanlanmış yoxlamanı əks etdirir, onun Zərərçəkmiş şəxs heç bir aidiyyəti olması aktda qeyd olunmamış, sonuncu həmin aktı imza etməmişdir. Belə olan halda qeyd olunan sənədlərin təqsirləndirilən şəxsin dəllilərini sübut kimi qiymətləndirilməsinin mümkünsüz olması mübahisəsizdir. Təqsirləndirilən şəxs sübut kimi istinad olunan həmin sənədləri mötəbər sayıla bilməz və təqsirləndirilən şəxsin bu ifadəsinin rəvayət üzərində qurulduğuna dəlalət edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X25 üzrə Baş İdarəsindən 14 sentyabr 2023-cü il tarixdə **********462200 nömrəli məhkəməyə daxil olmuş məktubundan görünür ki, «SV QRUP MMC» vergi orqanında vergi ödəyicisi kimi vergi uçotuna alınması barədə məlumat müəyyən edilməmişdir. Qeyd etmək lazımdır ki, cinayət işinə əlavə edilmiş həmin sənədlərin kserosurətinin mənsubiyyəti və mənbəyi müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2.7-ci maddəsi istintaq və ya digər prosessual hərəkətlərin icraatın qaydalarının kobud pozuntularla müşayiət olunması ilə əldə edilən məlumatların sübut kimi qəbul edilməsini istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2.8-ci maddəsində qeyd edilmişdir ki, sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda sənədlər və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Yəni məlumatın, sənədin və digər əşyanın məhkəməyə məlum olmayan şəxsdən alınması, habelə onların əldə edildiyi mənbənin müəyyən edilməməsi dedikdə, məlumatın, sənədin və digər əşyanın alındığı şəxsin göstərilə bilməməsi, həmin şəxsin şəxsiyyəti barədə məlumat verilməməsi, haradan və kimdən alındığının məlum olmaması başa düşülür. Azərbaycan Respublikası CPM-nin 135.3-cü maddəsinə görə ittiham üzrə sübut kimi sənədlərin əsli və ya əslinə bərabər surəti istifadə edilməlidir. Cinayət prosesində sənədlərin surətindən istifadə olunmasına tərəflərin razılığı ilə icazə verilir. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən həmin Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində vergi orqanında vergi ödəyicisi kimi vergi uçotuna qeydiyyata alınmamış «SV QRUP MMC»-yə dair sənədlər mötəbər sayıla bilməz. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə prosesinin ilk vaxtlarından özünün əməllərinə haqq qazandırmaq üçün və məsuliyyətdən yayınmaq məqsədilə araşdırmanı başqa istiqamətə yönəltməyə çalışmış, güya zərərçəkmiş şəxsin ona külli miqdarda borcu olduğu üçün həmin hərəkətləri törətməsini bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs bildirir ki, 2011-ci ildə Zərərçəkmiş şəxs arvadı X26 rayonunda 5 hektar 95 sot torpaq sahəsini almağı təklif etmiş və sonuncu onun təklifinə qulaq asaraq 550.000 manata həmin torpaq sahəsini almış və həmin sahədə Zərərçəkmiş şəxs razılığı ilə "xxxx" MMC “Azdekopanel” zavodun inşasına başlayaraq öz cibindən 1.490.000 manat pul vəsaiti xərcləmişdir, yəni zavodun tikinti və təmir işlərini öz vəsaiti hesabına tikmişdir. 2015-ci ildə Zərərçəkmiş şəxs həyat yoldaşı güya həmin zavodun tikintisini onların xəbəri olmadan aparılmasını iddia edrək ona qarşı 1.750.000 manatlıq iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmədə bütün instansiyalarda onların xeyrinə qanunsuz qətnamə və qərar qəbul olunmuşdur. Lakin Təqsirləndirilən şəxs bütün bu ifadələri cinayət işinə əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-463/2017 nömrəli qətnaməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 yanvar 2019-cu il tarixli, 2(105)-329/2019 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2019-cu il tarixli, 2(102)-4676/19 nömrəli qərarı ilə tam təkzib olunur . Belə ki, cinayət işinə əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-463/2017 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Xəlilova Südabə Zəkəriyyə qızının, cavabdehlər Abşeron Rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə, "xxxx" MMC-yə, Təqsirləndirilən şəxs və X10 qarşı "vurulan ziyanın əvəzinin ödənilməsi, mülkiyyətində olan torpaq sahəsinin sahibliyinə və istifadəsinə qaytarılması, qanunsuz inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülməsi tələbinə dair iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsində baxılaraq, iddiaçı Xəlilova Südabə Zəkəriyyə qızının mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsindəki 5.975 ha torpaq sahəsində "xxxx" MMC-nin Təqsirləndirilən şəxs və X15 tərəfindən qanunsuz inşa edilmiş tikili cavabdehlər "SV-QRUP MMC-nin Təqsirləndirilən şəxs və X7 hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətinə qaytarılması, Xəlilova Südabə Zəkəriyyə qızının mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5.975 ha torpaq sahəsi cavabdehlər "xxxx" MMC-nin, Təqsirləndirilən şəxs Əlisala oğlunun, X7 qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçı Xəlilova Südabə Zəkəriyyə qızının sahibliyinə və istifadəsinə verilməsi və cavabdehlər "xxxx" MMC, Təqsirləndirilən şəxs Əlisəfa oğlu və X5 müştərək qaydada 2013-cü ilin iyun ayında verilmiş 644.000 manat, 2014-cü ilin aprel ayında verilmiş 200.000 manat, xx.xx.2015-ci il tarixdə verilmiş 500.000 manat olmaqla, cəmi 1.344.000 manat və həmin pul məbləğinin ödənilməməsi nəticəsində əldən çıxmış fayda kimi 366.600 manat olmaqla, cəmi 1.710.600 (bir milyon yeddi yüz on min altı yüz) manat pulun tutularaq iddiaçı Xəlilova Südabə Zəkəriyyə qızına verilməsi, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 100 manatın cavabdehlər SV - QRUP MMC, Təqsirləndirilən şəxs Əlisəfa oğlu, X6 müştərək qaydada tutalaraq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi, iddianın qalan hissədə əsassız olduğundan və iddiaya cavab verməli olmayan şəxslərə qarşı yönəldiyindən rədd edilməsi qət edilmişdir. Cinayət işi materiallarına əlavə edilən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 yanvar 2019-cu il tarixli, 2(105)-329/2019 nömrəli qətnaməsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-463/2017 saylı, 20 sentyabr 2017-ci il tarixli qətnaməsindən cavabdehlər Təqsirləndirilən şəxs Əlisəfa oğlu və X16 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılaraq, cavabdehlər Təqsirləndirilən şəxs Əlisəfa oğlu və X7 apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, iddiaçı Xəlilova Südabə Zəkəriyyə qızının mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5.975 ha torpaq sahəsində "xxxx" MMC, Təqsirləndirilən şəxs Əlisəfa oğlu və X15 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlər "SV-QRUP MMC-nin, Təqsirləndirilən şəxs Əlisəfa oğlunun və X7 hesabına sökülərək torpaq sahəsi cavabdehlər "xxxx" MMC-nin, Təqsirləndirilən şəxs Əlisəfa oğlunun və X7 qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçı Xəlilova Südabə Zəkəriyyə qızının sahibliyinə və istifadəsinə verilməsi, cavabdehlər "xxxx" MMC, Təqsirləndirilən şəxs Əlisəfa oğlu və X6 müştərək qaydada 500.000 (beş yüz min) manat pul tutularaq iddiaçı Xəlilova Südabə Zəkəriyyə qızına verilməsi, iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlar "xxxx" MMC, Təqsirləndirilən şəxs Əlisəfa oğlu və X6 müştərək qaydada alınaraq iddiaçıya verilməsi, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumunun isə cavabdehlərın özlərinə aid edilməsi, iş üzrə məhkəmə əmtəəşünaslıq və xəttşünaslıq ekspertizalarının 200 (iki yüz) manat dəyərinin cavabdehlər "xxxx" MMC, Təqsirləndirilən şəxs Əlisəfa oğlu və X6 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qərara alınmışdır. Cinayət işi materiallarına əlavə edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2019-cu il tarixli, 2(102)-4676/19 nömrəli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 09 yanvar 2019-cu il tarixli qətnaməsindən iddiaçı Xəlilova Südabə Zəkəriyyə qızı tərəfindən verilmiş kassasiya şikayətinə baxılaraq, iddiaçı Xəlilova Südabə Zəkəriyyə qızının kassasiya şikayətinin təmin edilməməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 09 yanvar 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs güya zərərçəkmiş şəxsin ona külli miqdarda olduğu borca görə sonuncunun avtomobilinə basqın edərək, ondan məcburiyyət qarşısında borcunu tələb etməsi barədə irəli sürdüyü dəlliləri təqsirləndirilən şəxsin sonradan düşünülmüş müdafiə strategiyası qurmaq, cinayətkar əməllərini ört-basdır etmək, həmçinin məsuliyyətdən azad olunmaq üçün öz mülahizəsinə əsaslanan, baş vermiş hadisənin təfərrüatlarını təhrif etməyə yönəldilmiş müdafiə xarakterli ifadələrdir. Həmçinin, öz ifadələrini davam edərək Təqsirləndirilən şəxs bildirmişdir ki, Yasamal rayon məhkəməsinin çıxardığı qərara görə o, 500.000 manat pulu Xəlilovlar ailəsinə ödəməli imiş, lakin onun vəsaiti olmadığı səbəbindən o, məcburiyyət qarşısında özünə məxsus Bakı şəhəri, Yeni Yasamal qəsəbəsi, Məhəmməd Xiyabani küçəsində yerləşən evi Zərərçəkmiş şəxs tanışı İlham Musayevin adına rəsmiləşdirmişdir. Lakin ona Zərərçəkmiş şəxs vəd vermişdir ki, alqı-satqı rəsmiləşdiriləndən 3 gün sonra həmin evə o qayıdacaq və 500.000 manat ona qaytarılacaqdır. Ona 500.000 manat evə görə verilsə də, sonradan Zərərçəkmiş şəxs vəkili Kamandar Nəsibov həmin pulu ondan geriyə götürmüş yəni həmin vədləri Zərərçəkmiş şəxs yerinə yetirməyərək, onun evdən çıxmasına nail olmuşdur. Təqsirləndirilən şəxsin yürütdüyü həmin dəlillər yoxlanılaraq aşağıdakılar müəyyən edilmişdir: Belə ki, cinayət işinin 116-118-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış ******* №-li Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X19 ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 1781.9 kv/m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 347 kv/m sahəsini 520000 manata Şahid mülkiyyətinə vermişdir. Cinayət işinin 119-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən **********44-10301 nömrəli çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 1733 kv/m fərdi yaşayış evi Şahid məxsusdur. Cinayət işinin 110-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs Əlisəfa oğlunun xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayon məhkəməsinin 1(004)-171/2022 saylı, xx.xx.2022-i il tarixli icra sənədi üzrə ünvan 5 ünvanında yerləşən evini boşaltmaq üçün Novruz bayramı ilə əlaqədar, həmçinin başqa ev tapmaq üçün mart ayının sonuna qədər vaxt verilməsini xahiş etmiş və həmin vaxtadək evi könüllü surətdə boşaldıb təhvil verəcəyini, mənzili boşaltmadığı halda məcburi şəkildə boşaldılmasına razı olduğunu bildirmişdir. Cinayət işinin 121-123-cü vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli, xx/xx-38104/18 saylı məktubu və məktuba əlavə edilmiş poçt qəbzlərindən görünür ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-171/2022- 020 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası xx.xx.2023-cü il tarixə saat 11:00-a ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 1781.9 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə Şahid məxsus 347 kv.m (B tikilisi) sahəsi X19 tərəfindən öz vəsaiti hesabına boşaldılaraq Şahid təhvil verilməlidir. Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşları xx.xx.2023-cü il tarixə saat 11:00-a ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 1781.9 kv.m-dən ibarət olan mənzildə olmaları xahiş olunur. Cinayət işinin 124-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs Əlisəfa oğlunun xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Yasamal rayon məhkəməsinin 1(004)-171/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə ünvan 5 ünvanında yerləşən 347 kv/m sahəsi darvazalı B tikilisi onun tərəfindən tam şəkildə boşaldılaraq, evdə heç bir əmlak, əşya, pul, qızıl-zinət əşyası, dəyərli və dəyərsiz əmlak saxlanılmadan evi açarları ilə birlikdə təqdim etmişdir. Mənzildə o, yaşadığına görə sənədi özü icra etmişdir. Onun heç bir etiraz və tələbi yoxdur, icra işinə xitam verilməsini xahiş edir. Cinayət işinin 125-133-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli 2(004)- 171/2022 saylı qətnaməsi ilə Təqsirləndirilən şəxs hazırki məhkəməyə verdiyi ifadələri təkzib olunmuşdur. Belə ki, həmin qətnaməyə əsasən iddiaçı Şahid cavabdeh X13 (Təqsirləndirilən şəxs qızı) qarşı "fərdi yaşayış evinin boşaldılıb təhvil verilməsi” tələbinə dair iddiası təmin edilərək, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 1781,9 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə Şahid məxsus 347 kv.m (B tikilisi) sahəsi X19 tərəfindən öz vəsaiti hesabına boşaldılaraq Şahid təhvil verilməsi qət edilmişdir. Cinayət işinin 134-140-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-3754/2022 nömrəli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Əlisəfa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Apellyasiya Məhkəməsində baxılaraq apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-171/2022 №-li qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cinayət işinin 141-149-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022ci il tarixli, 2(102)-5931/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Əlisəfa oğlu tərəfindən verilmiş kassasiya şikayətinə baxılaraq kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-3754/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası CPM-nin 65.7-ci maddəsinə görə, məhkəmənin mülki iş üzrə qanuni qüvvəyə minmiş qərarı cinayət prosesini həyata keçirən orqan və cinayət işinə baxan məhkəmə üçün yalnız hadisənin olub-olmaması hissəsində məcburidir. Azərbaycan Respublikası CPM-nin 142.2-ci maddəsinə görə mülki işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. Azərbaycan Respublikası CPM-nin 141.1.3-cü maddəsinin tələbinə görə məhkəmə üçün preyudisial qaydada məcburi qüvvəyə malik qərarla müəyyən edilmiş hallar məhkəmə tərəfindən sübutsuz qəbul edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Əlisəfa oğlunun ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələri yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə qətnamə və qərarları ilə tam təkzib olunur. Göründuyü kimi, Təqsirləndirilən şəxs Əlisəfa oğlunun ifadələri sonradan düşünülmüş müdafiə strategiyası qurmaq, cinayətkar əməllərini ört-basdır etmək, həmçinin məsuliyyətdən azad olunmaq üçün öz mülahizəsinə əsaslanan, baş vermiş hadisənin təfərrüatlarını təhrif etmə xarakteri daşıyır. Bundan başqa, məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, hadisədən qabaq Təqsirləndirilən şəxs ondan dəfələrlə hədə-qorxu ilə pul tələb etmiş, onun üzərində zor göstəriləcəyi bildirilmişdir. Cinayət işinin 240-241-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin baş təhqiqatçısı, Anar İsayevin NK-12489 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 sentyabr 2022ci il tarixli qərarından görünür ki, 09 avqust 2022-ci il tarixdə saat 08.50 radələrində Xəzər rayonu Şağan qəsəbəsi yeni sahədə yaşadığı evinin yaxınlığında küçədə Təqsirləndirilən şəxs Əlisəfa oğlu zərərçəkmiş Zərərçəkmiş şəxs yolunu kəsərək ictimai yerdə onu sözlə ölümlə hədələmişdir. Zərərçəkmiş şəxsin məhkəmədə belə məzmunda ifadə verməsi sonuncunun ifadəsinin doğruluğuna işarə edir və Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin baş təhqiqatçısı, Anar İsayevin NK-12489 saylı material üzrə 15 sentyabr 2022-ci il tarixli qərarı Təqsirləndirilən şəxs həqiqətən uzun müddət ərzində Zərərçəkmiş şəxs təqib etməsini bir daha təsdiq edir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsin verdiyi ifadələrinin məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib hesab edir ki, məhkəmədə bu barədə verdiyi ifadələri cinayət məsuliyyətindən yayınmağa yönələn ifadələrdir və özünümüdafiə xarakteri daşıyır. Məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək, Təqsirləndirilən şəxs Əlisəfa oğluna irəli sürülmüş ittihamdan CM-in 182.2.3-cü maddəsi çıxarılmasını təklif etmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, nə qədər ki, Təqsirləndirilən şəxs Əlisəfa oğlunun CM-nin 182.2.3-ci maddəsi ilə olan əməlləri ittiham olunduğu CM-nin 184.4-cü maddəsi ilə əhatə olunur, belə olan halda Azərbaycan Respublikası CPM-nin 318.1-ci madəsinə müvafiq olaraq CM-nin 182.2.3-ci maddəsi onun ittihamından çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Əlisəfa oğluna qarşı irəli sürülmüş ittihamdan CM-in 182.2.3-cü maddəsi çıxarılmalıdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Əlisəfa oğlunun ona elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs Əlisəfa oğlunun törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 182.4, 221.3 və 322.2-ci maddələri ilə düzgün tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 oktyabr 2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Belə ki, qeyd olunan plenum qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə cinayət əməli özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə anından başa çatmış hesab edilir. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilibedilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur. Hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir…Özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələb etmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədə-qorxu ilə tələb etmə cinayətinin obyektiv cəhəti hesab olunur. Nəzərdən qaçırılmamalıdır ki, hədə-qorxu ilə tələb etmənin predmetini zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının mülkiyyətində olan əmlakla yanaşı, əmlaka olan hüquq və digər əmlak xarakterli hərəkətlər təşkil edə bilər. Əmlak xarakterli hərəkətlər isə təqsirkara müəyyən maddi fayda gətirən hərəkət kimi başa düşülür (borcun mövcudluğunu təsdiq edən sənədin, ümumi əmlakda olan paydan imtina və s.)…Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur.Qeyd olunmalıdır ki, istənilən hədə-qorxu real olmalı və zərərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu ilə tələb etmə zamanı hədə-qorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədə-qorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər.Zor tətbiq etmə hədəsi dedikdə isə, sağlamlığa yüngül, az ağır və ağır zərər vurulması hədəsi başa düşülür. Bundan başqa, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, İctimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi … ictimai qayda dedikdə isə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. Zor tətbiq etmə ilə hədələmə dedikdə isə zərərçəkmiş şəxsi fiziki zor tətbiq ediləcəyi ilə qorxutmaqla onun şüuruna və iradəsinə psixi təsir göstərmə başa düşülür. Hədələmə zamanı təqsirkar zərərçəkən şəxsi döymə,sağlamlığına zərər vurma, bədən üzvlərini kəsmə, öldürmə və s. ilə qorxuda bilər. Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilətövsüf edilməsi üçün əsasdır. Göründüyü kimi Təqsirləndirilən şəxs Əlisəfa oğlu Zərərçəkmiş şəxs ağ rəngli karantin kamufləjında, ağzında tibbi maskada onun idarə etdiyi 10–MU-200 dövlət qeydiyyat nişanlı «Lexsus» markalı avtomobilinə əlində olan dərman səpən aparat və habelə silah qismində istifadə edilə bilən pnevmatik tapanca ilə basqın edərək, zor tətbiq etmə ilə hədələyərək avtomobilin şüşələrini sındırmağa və qapısını açmağa çəhd edərək, pul tələb etmiş, pul verilmədiyi təqdirdə onu öldürəcəyini bildirmiş , bu isə ona dəlalət edir ki, hədə-qorxu real olmuş və zərərçəkmiş şəxsin üzərində zor göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayəthəquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhləkəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin məddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin məvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs Əlisəfa oğlu barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhləkəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 175-ci vərəqəsində olan və məhkəmədə tədqiq olunaraq araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 02 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Əlisəfa oğlu məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs Əlisəfa oğlunun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Əlisəfa oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Əlisəfa oğluna azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs Əlisəfa oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs Əlisəfa oğluna ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 07 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 42-ci vərəqəsində olan materiallardan görünür ki, cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokol 07 aprel 2023-cü il tarixdə tərtib olunmuşdur. Həmçinin, cinayət işinin 71-74-cü vərəqələrində olan Bakı şəhəri Xəzər rayon məhkəməsinin 08 aprel 2023-cü tarixli təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs Əlisəfa oğlu barəsində həbsetmənin əvvəli 07 aprel 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanmış bir ədəd «CD» diskin cinayət işi materiallarına əlavə olunması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutlar anbarında saxlanılan 01 ədəd T05-100298 nömrəli zavod üsulu ilə X24 silah zavodunda istehsal olunmuş 4.5 mm kalibirli olmaqla MP-654K Baykal modelli idman məşq və təlim üçün nəzrədə tutulmuş pnevmatik tapanca Azərbaycan Respublikası CM-nin 99-1.1.1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə edilməli və Daxili İşlər Nazirliyinin Maddi-texniki təminat idarəsinin silah-sursat anbarına təhvil verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs Əlisəfa oğlunun törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxs cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək ona dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1 maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs Əlisəfa oğlunda cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilmədiyindən, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmadığından ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cu il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Əlisəfa oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 182.4, 221.3 və 322.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə təqsirli bilinərək 13 (on üç) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs Əlisəfa oğlu qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə məəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 07 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanmış bir ədəd «CD» diskin cinayət işi materiallarına əlavə olunması nəzərə alınsın və cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutlar anbarında saxlanılan 01 ədəd T05-100298 nömrəli zavod üsulu ilə X24 silah zavodunda istehsal olunmuş 4.5 mm kalibirli olmaqla MP-654K Baykal modelli idman məşq və təlim üçün nəzrədə tutulmuş pnevmatik tapanca Azərbaycan Respublikası CMnin 99-1.1.1-maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə edilərək Daxili İşlər Nazirliyinin Maddi-texniki təminat idarəsinin silah-sursat anbarına təhvil verilsin. Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmən surətinin verildiyi andan 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar