Məhkəmə qərarları › İş №1(101)-599/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-599/2025

21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-599/2025 21.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X9 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, tərcüməçi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1973-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2şamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini, psixotrop maddə olan metamfetamini, həmçinin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalin kapsullarını əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 8,251 qram olan narkotik vasitə heroini, ümumi təmiz çəkisi 0,182 qram olan psixotrop maddə metamfetamini və təsiredici maddəsinin ümumi miqdarı 0,9 qram olmaqla 03 ədəd ağ-qəhvəyi rəngli, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan, güclü təsir edən maddə olan preqabalin tərkibli kapsulları əldə edib üzərində saxlamaqla 27 may 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi 96 ünvanının qarşısına daşımış, 27 may 2024-cü il tarixdə, saat 13:50 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi 96 ünvanının qarşısında həmin narkotik vasitə heroindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,199 qram və 0,575 qram olmaqla ümumi təmiz çəkisi 0,774 qram hissəsini Şahid1 satdıqdan sonra, Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi 96 ünvanının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinib saxlanılaraq, ünvan 3 ünvanında yerləşən Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin inzibati binasına gətirilərək üzərinə müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 5,598 qram, 09 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,554 qram, 0,176 qram, 0,193 qram, 0,129 qram, 0,200 qram, 0,121 qram, 0,110 qram, 0,198 qram, 0,198 qram, ümumi təmiz çəkisi 1,879 qram olmaqla öz aralarında və Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eyni olan qəhvəyi rəngli tozşəkilli maddələr şəklində kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,106 qram və 0,076 qram, ümumi təmiz çəkisi 0,182 qram olmaqla xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd konvalyutda, bir kapsulda təsiredici maddəsinin miqdarı 0,3 qram olmaqla, təsiredici maddəsinin ümumi miqdarı 0,9 qram olmaqla 03 ədəd ağ-qəhvəyi rəngli “Preqabalin” tərkibli narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən kapsullar aşkar edilərək götürülmüşdür. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmuş, müharibə veteranıdır. Birinci qrup əlil bacısı onun himayəsində olmaqla birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi 96 ünvanında yerləşən qarajda yaşamışlar. Narkotik vasitə istifadəçisidir. Narkotik vasitəni müxtəlif şəxslərdən adətən internet vasitəsi ilə almış, pulunu terminalla ödəmişdir. Sonuncu dəfə tutulmamışdan bir neçə gün qabaq narkotik vasitə almış, təxminən 0,2-0,3 qram çəkisi olan narkotik vasitəni 30 manata əldə etmişdir. Şahid1la bir nəfər vasitəsilə tanış olmuş, Fəridə bir neçə dəfə özü istifadəsi üçün aldığı narkotik vasitəni hədiyyə kimi vermişdir. Fərid ondan narkotik vasitə istədiyi üçün onunla görüşmək istəməmişdir. xx.xx.2024-cü il tarixdə yaşadığı evdən pul götürürək metroya tərəf, karta pul yükləmək üçün yollanmışdır. Təxminən səhər saat 8-9 radələrində Fərid ilə yolda rastlaşmışdır. Həmin zaman əlində kağız dəsmal (salfetka) olmuş və Fərid onun əlindəki kağız dəsmalı görüb istəmiş, o da vermişdir. Fərid ondan aldığı kağız dəsmalla öz ayaqqabısını silmişdir. Həmin anda polislər onlara yaxınlaşmış, özlərini təqdim etmiş və daha sonra ondan Fəridə nə verdiyini soruşmuşlar. O isə sonuncuya sadəcə kağız dəsmal verdiyini söyləmiş və Fəriddən dəsmalı polislərə göstərməsini istəmişdir, lakin sonuncu bunu etməmişdir və bunun səbəbini o bilməmişdir. Onların saxlanıldığı yer Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin yerləşdiyi binanın arxası olmuş və həmin yerə qapı açılmışdır. Polis əməkdaşları onu qapıdan içəri salmış, üzəri yoxlanılmış, ayağına bağlanmış elektron nəzarət vasitəsini çıxarmış, üzərində 45 manata aldığı telefon, pulqabı, veteran vəsiqəsindən başqa hər hansı qanunsuz heç bir şey aşkar edilməmişdir. Polislər ona yaşadığı evdə də axtarış aparacaqlarını demişlər. O, sonunculara evdə heç nə olmadığını bildirsə də, polislər buna məhəl qoymamış və onun yaşadığı evə yollanmışlar. Həmin evdə onun xəstə bacısı da yaşamış və polis əməkdaşları bunu nəzərə almayaraq yenə də evi axtarmağa davam etmişlər. Lakin heç nə tapmamışlar. Əlil olan bacısı xəstəliyi ilə əlaqədar əvvəllər preqabalin tərkibli dərmandan istifadə etmiş və həmin dərmandan evdə qalmışdır. Polis əməkdaşları qalan kapsulaları götürmüşlər. Daha sonra əməkdaşlardan biri ona divardan asılmış gödəkçəsinin qolunu açmasını söyləmiş, o da bunu etmiş və gödəkçədən bir ədəd selofan çıxmışdır. Bundan əlavə polislər özləri ilə bir neçə büküm gətirmiş və stolun üzərinə qoymuşlar. O, polislərdən bunun nə olduğunu soruşmuş və polislər ona digər şəxsi, yəni Fəridi tutub, onu sərbəst buraxa biləcəklərini bildirmişlər. O, polislərə Fəridə heç nə vermədiyini, yalnız polislər onları saxlayan zaman Fəridin üzərində narkotik vasitə olduğunu öyrəndiyini demişdir. Fəridin narkotik vasitəni haradan aldığı, necə tapdığı haqqında heç bir məlumatı yoxdur. Bundan sonra guya üzərinə polis bölməsində baxış keçirilmiş, ona məxsus olmayan telefon və polislərin özlərinin qoyduqları bükümlər ondan aşkar edilmişdir. “Samsung” markalı telefon ona məxsus deyil, o, həmin telefonu ilk dəfə görmüşdür. Ona məxsus telefon kiçik ölçülü olmuş və həmin telefon ilk dəfə üzərinə baxış keçirilən zaman elektron nəzarət vasitəsi ilə birlikdə polis əməkdaşları tərəfindən götürülmüşdür. Fəridlə heç bir telefon yazışması olmamış, ümumiyyətlə həmin mobil nömrədən istifadə etməmiş, həmin nömrə ona məxsus olmamışdır. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Polislər ona fiziki təzyiq göstərmiş, hədə-qorxu gələrək narkotik vasitəni İran vətəndaşından 100 manata əldə etdiyini söyləməsini tapşırmışlar. Halbuki, onun heç bir İran vətəndaşı ilə əlaqəsi olmamışdır. Qarabağ müharibəsi veteranı, himayəsində 1-ci qrup əlil bacısının olmasını, heç bir cinayət əməlini törətməməsini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu və ya ədavəti yoxdur. 27 may 2024-cü il tarixdə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin YYÇÜ üzrə baş inspektoru Şahid4 və cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid3 ilə birlikdə inzibati ərazidə xidmət aparmışdır. Həmin gün təxminən saat 14:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi 96 ünvanın qarşısında iki nəfər şəxsin onları görən kimi özlərini şübhəli apardıqlarından həmin şəxslərə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və həmin şəxslərdən də özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslərdən biri özünü Təqsirləndirilən şəxs, digəri isə Şahid1 kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs və Şahid1 özünü şübhəli aparmasını, verdikləri suallara qeyri-səmimi cavab verib yayınıb getməyə çalışdıqlarını görüb sonuncuları saxlayaraq Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə aparmışlar. Şöbədə həmin şəxslərin şəxsiyyəti müəyyən edilmiş, onların barəsində araşdırma aparılması üçün raportla şöbənin rəhbərliyinə məruzə edilmiş və sonuncuların barəsində araşdırma aparılması şöbənin təhqiqatçısı Emin Səfərova həvalə edilmişdir. Emin Səfərov müvafiq sənədləşmə işləri aparmış, vəkillər dəvət etmişdir. İlk olaraq onların və müdafiəçinin iştirakı ilə videoçəkilişlə Şahid1 üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Fərid özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu, özünə məxsus şəxsiyyət vəsiqəsini, həmin şalvarın sol yan cibindən iki ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, həmin maddələri elə həmin gün saat 13:55 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi 96 ünvanında tanıdığı və əvvəllər bir neçə dəfə narkotik vasitə əldə etdiyi Təqsirləndirilən şəxs şəxsi istifadə məqsədi ilə əldə etdiyini bildirmişdir. Axtarış zamanı Şahid1 üzərində başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Təhqiqatçı tərəfindən müvafiq sənədləşdirmə aparılmış, protokol tərtib olunuş, həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bundan sonra təhqiqatçı Emin Səfərov tərəfindən onların və müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zaman Təqsirləndirilən şəxs özü könüllü olaraq əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, əyninə olan qara rəngli solsuz gödəkçənin sağ yan cibindən içərisində üç ədəd kapsul olan bir ədəd dərman listini, içərisində qəhvəyi rəngli maddə olan çəhrayı rəngli bir ədəd sellofan bükümü, içərisində 11 ədəd sellofan bükümlər olan bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin bükümlərə baxış keçirən zaman bir ədəd çəhrayı rəngli bükümün içərisindən narkotik vasitə heroinə bənzər, 11 ədəd sellofan bükümlər olan bir ədəd şəffaf sellofan bükümə baxış keçirilən zaman isə 11 ədəd bükümlərdən 09 ədəd bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə, iki ədədinin içərisində ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisindəki qəhvəyi rəngli maddələrin “kakos” adı ilə tanınan narkotik vasitə heroin, ağ rəngli kristallik maddələrin ”patı” adı ilə tanınan psixotrop maddə metamfetamin, üç ədəd dərman kapsullarının isə psixotrop tərkibli dərman preparatı olan peraqabalin kapsulları olduğunu, həmin maddələri 24 may 2024-cü il tarixdə nömrəsini xatırlamadığı İran islam Respublikası vətəndaşından özünün istifadəsi üçün bank kartının hesabına 100 manat ödəməklə aldığını, istifadəsi üçün kiçik hissələrə ayıraraq, sellofanlara bükdüyünü, onunla birlikdə saxlanılan Şahid1 saxlanılmazan bir az əvvəl iki bükümdə narkotik vasitə heroin verdiyini bildirmişdir. Sonra Elmanın üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra Elmanın üzərindən aşkar olunmuş kütlələr qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, həmin protokolun doğruluğu iştirak edən şəxslər tərəfindən imzalarla təsdiq edilmişdir. Onlar tərəfindən saxlanılan şəxslərə qarşı heç bir təyziq və ya təsir olmamış, heç kimi heç nəyə məcbur etməmişlər. Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə bağlı şöbəyə əvvəllər də şifahi məlumatlar daxil olsa da əsaslı şübhələr olmadığından onunla bağlı əməliyyat tədbirləri həyata keçirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid3 və həmin şöbənin yetkinlik yaşına çatmayanlar üzrə baş inspektoru Şahid4 da Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 1 ildir ki, tanıyır, onunla heç bir qohumluğu və ya düşmənçiliyi yoxdur. 2023-cü ilin sonlarından narkotik vasitə olan “kakos” adı ilə tanınan heroindən istifadə etməyə başlamışdır. 27 may 2024-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək ağrıları olduğunu, bunun üçün də ona narkotik vasitə təşkil etməsini xahiş etmişdir. Elman da özündə narkotik vasitə olduğunu, satmadığını, amma ona verə biləcəyini bildirərək həmin narkotik vasitəni vermək üçün onunla yaşadığı ünvanın yaxınlığında, yəni ünvan 5aat 13:00 radələrində görüşmələrini bildirmişdir. Təxminən saat 13:50 radələrində qeyd olunan ünvanda Elman ilə görüşüb iki ədəd içərisində narkotik vasitə olan “kakos” adı ilə tanınan heroin olan bükümü kağız dəsmala (salfetkaya) bükülü halda Elmandan götürüb əynində olan göy rəngli cins şalvarının cibinə qoymuş və ayrılmaq istədikdə polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib hərəkətlərindən şübhələndikləri üçün onları Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə dəvət etmişlər. Şöbədə xidməti otaqda üzərinə şəxsi axtarış keçirilməsi təklif edilmişdir. Sonra sıra ilə, ayrıayrılıqda hər ikisinin üzərinə şəxsi axtarış keçirilmişdir. Onun üzərinə şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu, özünə məxsus şəxsiyyət vəsiqəsini və şalvarının sol yan cibində iki ədəd şəffaf sellofanın içərisində “kakos” adı ilə tanınan narkotik vasitə heroini təqdim etmişdir. Aşkar olunmuş iki ədəd büküm qablaşdırılmış, möhürlə möhürlənmiş və ekspertiza tədqiqinə göndəriləcəyi ona bildirilmişdir. Onun Elmanla əvvəldən münasibəti yaranmış, istifadə etmək üçün narkotik vasitəni bəzən ondan əldə etmişdir. O, Elmandan aldığı narkotik vasitələri heç vaxt satmamış, yalnız özü istifadə etmişdir. Saxlanılan zaman əldə etdiyi narkotik vasitə üçün o, Elmana heç bir məbləğdə pul ödəməmiş, çünki həmin vaxt pulu olmamışdır. Lakin, əvvəllər 2-3 dəfə Elmandan narkotik vasitə alarkən adətən 10 manat dəyərində aldığı üçün həmin məbləğdə pulu Elmana ödəmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə şəxsi axtarış keçirilərkən onlara qarşı hər hansı bir zor, təzyiq olmamış, səmimi olaraq hər şeyi etiraf etmiş, etdiyi əmələ görə peşmandır. Həmin əməlinə görə Nərimanov Rayon Məhkəməsinin hökmünə əsasən məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin təhqiqatçısı X15 tərəfindən tərtib olunmuş, Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin CA üzrə baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid3, PŞ-nin YYÇÜ baş inspektoru Şahid4, 25 saylı vəkil bürosundan dəvət olunmuş vəkil X7, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 27 may 2024-cü il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 14:00 radələrində Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları tərəfindən ünvan 6 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq saat 14:15 radələrində şübhəli şəxs qismində 16-cı PŞ-nə gətirilmişdir. 16-cı PŞ-də ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olundu. Nərimanov RPİ 16-cı PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid3, PŞ-nin YYÇÜ baş inspektoru Şahid4 və 25 saylı vəkil bürosundan dəvət olunmuş vəkil X5 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, şalvarının sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, əynindəki qara rəngli qolsuz gödəkçəsinin sağ yan cibindən içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli maddə olan çəhrayı və şəffaf sellofana bükülmüş 01 ədəd bükümü, 03 ədəd dərman kapsulları olan 01 ədəd listi, içərisində şəffaf rəngli, kristal şəkilli maddə olan 02 ədəd və içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli maddə olan 09 ədəd şəffaf sellofana bükülmüş bükümlər olan 01 ədəd bağlamanı təqdim etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitə olan heroin, psixotrop maddə olan metamfetamin yerləşdirdiyi bükümləri, eyni zamanda psixotrop tərkibli dərman kapsullarını xx.xx.2024-cü il tarixdə İİR vətəndaşından sifariş etməsi ilə 100 manat qarşılığında aldığını və Babək prospektindən götürdüyünü bildirmişdir. Aşkar olunmuş narkotik vasitə, psixotrop maddə olan bükümlər, eyni zamanda 03 ədəd dərman kapsulları olan list iştirakçıların, həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə qablaşdırıldı, 218 nömrəli möhürlə möhürləndi. Bununla da şübhəli şəxsin üzərində şəxsi axtarış başa çatdı, iştirakçılar tərəfindən heç bir şikayət, vəsatət daxil olmadı. Şəxsi axtarış aparılması otaq şəraitində süni işıqlanmada aparıldı, saat 17:00-da başladı və 17:40-da başa çatdırıldı. Axtarış aparılan zamanı “Panasonic HC-V770” video kamerası vasitəsilə çəkiliş aparıldı (cild 1, i/v 51-53). - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş və maddi sübut kimi tanınmış DVD diskə baxış keçirilmiş və baxış zamanı 27 may 2024-cü il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 28 may 2024-cü il tarixli, 3-16-16/2-6/3004 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №218” dairəvi möhür əksi, “(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,598 qram və 9 (doqquz) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,554 qram, 0,176 qram, 0,193 qram, 0,129 qram, 0,200 qram, 0,121 qram, 0,110 qram, 0,198 qram, 0,198 qram, ümumi təmiz çəkisi 1,879 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin ümumi təmiz çəkisi 7,477 qramdır və həmin heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibində görə eynidirlər; 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,106 qram və 0,076 qram, ümumi təmiz çəkisi 0,182 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; bir ədəd konvalyutdaki 3 ədəd ağ-qəhvəyi rəngli kapsullar preqabalin tərkibli kapsullardır və 3 ədəd kapsullarda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 0,9 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir kapsulda 0,3 qram preqabalin olmaqla). 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. Preqabalin 18 mart 2016-ci il tarixli Azərbaycan Respunlikasının qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahisı"na daxildir. Heroinin təmiz çəkisi: 5,598 qr., tədqiqata sərf edildi: 0,1 qr., qalıq 5,498 qr.; heroinin ümumi təmiz çəkisi: 1,879 qr., tədqiqata sərf edildi: ümumi 0,18 qr., qalıq: 1,699 qr.; metamfetaminin ümumi təmiz çəkisi: 0,182 qr., tədqiqata sərf edildi: ümumi 0,08 qr., qalıq: 0,102 qr.; preqabalin kap. 3 ədəd, tədqiqata sərf edildi: 1 kap., qalıq: 2 kap. (cild 1, i/v 74- 77). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 05 sentyabr 2024-cü il tarixli, 6/4448 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası ƏN MEM-nin "Tədqiqat Obyekti №59”-li möhür əksi olan paketlərdəki X3 aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinlər, Şahid1 aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinlərlə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. İlkin tədqiqat zamanı X3 aşkar edilərək götürülmüş heroinlərin ayrı-ayrılıqda və ümumi təmiz çəkisi 28 may 2024-cü il tarixli 6/3004 saylı və Şahid1 götürülmüş heroinlərin ayrı-ayrılıqda və ümumi təmiz çəkisi 28 may 2024-cü il tarixli, 6/3003 saylı ekspert rəylərində göstərilmişdir. Qeyd: 1. E.Salmanov: heroinin ümumi təmiz çəkisi 7,197 qr, tədqiqata sərf edildi: ümumi 0,08 qr, qalıq:7,117 qr, 2. Şahid1: heroinin ümumi təmiz çəkisi: 0,674 qr, tədqiqata sərf edildi: ümumi 0,04 qr, qalıq: 0,634 qr. (cild 2, i/v 11-12). - “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 01 yanvar 2024-cü il tarixdən 27 may 2024-cü il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və göndərilən sms-lər və mətnləri, həmin nömrələrin sahiblərinin anket məlumatları "xxxx" MMC-dən götürülmüş üzərində “10447” rəqəmləri yazılmış 01 ədəd “CD” diskinə meydana çıxmış zərurətlə əlaqədar Nərimanov RPİ-nin 55 saylı xidməti otağında “HP” markalı kompüterdə baxış keçirib protokol tərtib edilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edildi: Bir ədəd “CD” fomatlı diskin üzərində “10447” rəqəmləri yazılmışdır. Həmin disk Nərimanov RPİ-nin İŞ-nin 55 saylı xidməti otaqda olan «HP» markalı kompyuterin DVD oxuyucusu vasitəsi ilə açıldıqda 01 ədəd “Mushteri zenglerinin detallashmasi_MSİSDN_553254453” adlı, 01 ədəd “SMS detallashmasi_MSİSDN_553254453” adlı, 01 ədəd “Zenglerin mexsusluq tarixcheleri_MSİSDN_553254453” adlı PDF formatlı fayl aşkar edildi. Həmin 01 ədəd “Mushteri zenglerinin detallashmaşi_MSİSDN_553254453” adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 01 yanvar 2024-cü il tarixdən 27 may 2024-cü il tarixədək olan müddətdə daxil olan zənglərin siyahısı göstərilmişdir. Həmin siyahıya baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2024-cü il tarixdə saat 22:22:10-da 48 saniyə, saat 22:22:59-da 123 saniyə, saat 22:25:07-də 13 saniyə, xx.xx.2024-cü il tarixdə saat 12:19:55-də 27 saniyə, xx.xx.2024-cü il tarixdə saat 00:20:58də 33 saniyə, xx.xx.2024-cü il tarixdə saat 15:22:39-da 42 saniyə, xx.xx.2024-cü il tarixdə saat 14:53:37-də 15 saniyə telefon əlaqəsinin olması müəyyən edildi. İkinci bir ədəd “SMS detallashmasi_MSİSDN_553254453” adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 01 yanvar 2024-cü il tarixdən 27 may 2024-cü il tarixədək olan müddət ərzində göndərilmiş SMSlərin siyahısı göstərilmişdir. Həmin siyahıya baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2024-cü il tarixdə 16:56:30-da “Brat bir xəbər yoxdı? Meni bidene sen başa duse bilersen”, saat 19:13:34-də “Qaqaş men sene xosymnan çox yigmiramda biləsən çox pisəm. Sen ol day seni yugmiyacam sen ananın qəbri olan kimi dede”, saat 20:48:41-də “Brat bir xəbər yıxdı qardaşımsan. Yığmağa üzüm gəlmir seni”, saat 22:47:55-də “Brat sen Allah xeber olan kimi də mene ne olar”, saat 23:46:55-də “Brat gozdeyiremde seni qardaşimsan yatmıram necə olur olsun yig”, xx.xx.2024-cü il tarixdə saat 20:29:07-də “Abi senin qadan alaram men metronan gelecem. Alman kimi tez dede”, saat 21:00:50-də “Qaqam, ey er çatırsa mən çıxım da evden yolum yarım saahatdi qatdasim”, saat 22:35:40-da “Day metro bağlandıqda qardaşım. Alınmırsa də senide narahat etmeyim”, xx.xx.2024-cü il tarixdə saat 00:07:25-də “Qaqa qadan alaram alınmırsa de mende draznit ollam axi mene bir söz de”, saat 01:26:57-də “Bu ne hereketdi? Sene men söz dedim axı qaqaş. Cvb ver mene söz var”, saat 14:48:12-də “Brat meni yig başqa işim var senle”, xx.xx.2024-sü il tarixdə saat 22:35:58-də “Brat hə de gəlimde qardaşımsan pisəm sabah verecem balamın cani”, ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2024-cü il tarixdə saat 13:21:24-də “Pul tapdım da cvb ver”, saat 13:24:52də “Brat var yoxun sikim axşam 5 də ataram 5 atıram indi. Pis ağrım var”, saat 13:26:15də “Burdayam da brat gecikirəm isə. Bir söz de” sözləri yazılmış mesajların göndərilməsi aşkar edildi. Eyni zamanda baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən xx.xx.2024-cü il tarixə saat 12:27:21də “Brat ya meni at corniya bilimki day qurtardı hərşey. Ozundə edensen bilirsen lomka nedi, Sen açıb normal yoxdu deyende men seni yığmıram”, xx.xx.2024-də saat 15:37:30da “Atdımda 18 brat”, saat 15:38:51-də “QAy qaqaş atdımda 18 döndüm axı burda” sözləri yazılmış mesajların göndərilməsi aşkar edildi. Sonuncu 01 ədəd “Zenglerin mexsusluq tarixcheleri_MSİSDN_553254453” adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olan 055- ***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 01 yanvar 2024-cü il tarixdən 27 may 2024-cü il tarixədək daxil və xaric olan mobil nömrələrin sahiblərinin anket məlumatları göstərilmişdir. Həmin siyahına baxış keçirilsə də iş üzrə sübut əhəmiyyəti kəsb edən hallar aşkar edilmədi (cild 1, i/v 246-247). - Məhkəmə baxışı zamanı "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, BKC/LGL-10447/24 nömrəli məktuba əlavə edilmiş CD diskə baxış keçirilmiş, baxış zamanı “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrə ilə əlaqə saxlayanlar arasında ***-***-**-** nömrəli mobil telefon Elmira Salamovanın (Təqsirləndirilən şəxs bildirdiyinə görə sonuncunun bacısı), ***-***-**-** nömrəli mobil telefon Əliəkbər Salamovun (Təqsirləndirilən şəxs bildirdiyinə görə sonuncunun qardaşı oğlu) adına qeydiyyata alınmışdır. - “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 istifadəsində olan ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 01 yanvar 2024-cü il tarixdən 27 may 2024-cü il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və göndərilən sms-lər və mətnləri, həmin nömrələrin sahiblərinin anket məlumatları "xxxx" MMC-dən götürülmüş üzərində “240060258” rəqəmləri, “nar Sənə ən yaxın” sözləri yazılmış 01 ədəd “CD” diskinə meydana çıxmış zərurətlə əlaqədar Nərimanov RPİ-nin 55 saylı xidməti otağında “HP” markalı kompüterdə baxış keçirib həmin protokolu tərtib edilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edildi: Bir ədəd “CD” fomatlı diskin üzərində “240060258” rəqəmləri, “nar Sənə ən yaxın” sözləri yazılmışdır. Həmin disk Nərimanov RPİ-nin İŞ-nin 55 saylı xidməti otaqda olan «HP» markalı kompyuterin DVD oxuyucusu vasitəsi ilə açıldıqda 01 ədəd “SMS-Tarixcesi-**********0***-*******52 (2)” adlı, 01 ədəd “SMS-Tarixcesi-**********0***-*******52” adlı, 01 ədəd “Zenglerin-Detallasmasi- **********0***-*******52-4” adlı və 01 ədəd “Zenglerin-Mexsusluq-Tarixceleri-**********0***- *******52- NAR-4” adlı PDF formatlı fayl aşkar edildi. Həmin 01 ədəd “SMS-Tarixcesi- **********0***-*******52 (2)” adlı fayl açıldıqda ekranda Şahid1 istifadəsində olan ***-***-**- ** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 01 yanvar 2024-cü il tarixdən 27 may 2024-cü il tarixədək olan müddət daxil olan SMS-lərin siyahısı göstərilmişdir. Həmin siyahıya baxış keçirilsə də iş üçün sübut əhəmiyyəti kəsb edən hal aşkar edilmədi. İkinci bir ədəd “SMS-Tarixcesi-**********0***-*******52” adlı fayl açıldıqda ekranda Şahid1 istifadəsində olan ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 01 yanvar 2024-cü il tarixdən 27 may 2024-cü il tarixədək olan müddət ərzində göndərilmiş SMSlərin siyahısı göstərilmişdir. Həmin siyahıya baxış keçirilən zaman Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** saylı mobil nömrəyə xx.xx.2024-cü il tarixdə saat 20:29:07-də “Abi senin qadan alaram men metronan gelecem. Alınan kimi tez dede”, saat 21:00:50-də “Qaqam eyer çatırsa mən cxmda evden yolum yarm saahatdi qatdasim”, saat 22:35:40-da “Day metro bağlandıqda qardaşım. Alınmırsa də senide narahat etmeyim”, xx.xx.2024-cü il tarixdə saat 00:07:25-də “Qaqa qadan alaram alınmırsa de mende draznit ollam axi mene bir söz de”, saat 01:26:57-də “Bu ne hereketdi? Sene men söz dedim axı qaqaş. Cvb ver mene söz var”, xx.xx.2024-cü il tarixdə saat 22:35:58-də “Brat hə de gəlimde qardaşımsan pisəm sabah verecem balamın cani”, ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2024-cü il tarixdə saat 13:21:24-də “Pul tapdım da cvb ver, saat 13:24:52-də “Brat var yoxun sikim axşam 5 də ataram 5 atıram indi. Pis ağrım var”, saat 13:26:15-də “Burdayam da brat gecikirəm isə. Bir söz de” sözləri yazılmış mesajların göndərilməsi aşkar edilmişdir. 01 ədəd “Zenglerin-Detallasmasi-**********0***-*******52-4” adlı fayl açıldıqda ekranda Şahid1 istifadəsində olan ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 01 yanvar 2024-cü il tarixdən 27 may 2024-cü il tarixədək olan müddət daxil olan zənglərin siyahısı göstərilmişdir. Həmin siyahıya baxış keçirilən zaman Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin arasında xx.xx.2024-dü il tarixdə saat 22:22:10-da 48 saniyə, saat 22:22:59-da 123 saniyə, saat 22:25:07-də 13 saniyə, xx.xx.2024-cü il tarixdə saat 12:19:55-də 27 saniyə, xx.xx.2024-cü il tarixdə saat 00:20:58-də 33 saniyə, xx.xx.2024-cü il tarixdə saat 15:22:39-da 42 saniyə, xx.xx.2024-cü il tarixdə saat 14:53:37-də 15 saniyə telefon əlaqəsinin olması müəyyən edildi. Sonuncu 01 ədəd “Zenglerin-Mexsusluq-Tarixceleri- 2024081.4120***-*******52-NAR-4” adlı fayl açıldıqda ekranda Şahid1 istifadəsində olan ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 01 yanvar 2024-cü il tarixdən 27 may 2024-cü il tarixədək daxil və xaric olan mobil nömrələrin sahiblərinin anket məlumatları göstərilmişdir. Həmin siyahına baxış keçirilən zaman ***-***-**-** saylı mobil nömrənin X4 adına qeydiyyata alınması müəyyən edildi (cild 1, i/v 250-251). - Məhkəmə baxışı zamanı "xxxx" LLC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, AZF/LGL-2857/24 nömrəli məktuba əlavə edilmiş CD diskə baxış keçirilmiş, baxış zamanı “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. - Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin xx.xx.2024-cü il tarixli, N-3-13-50-1/2-5485 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi faktı ilə bağlı müvafiq tədbirlər keçirilmiş, hadisənin kənardan şahidi olan şəxs və ya şəxsləri müəyyən etmək mümkün olmamışdır. Hal-hazırda əməliyyat tapşırığında göstərilən xüsusatlarla bağlı zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin və baş vermiş hadisənin şahidi ola biləcək şəxs(lər)in yeri müəyyən olunarsa Nərimanov RPİ-nin İŞ-nə təmin olunacaqdır (cild 1, i/v 223). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 X14 X8 xx.xx.2024-cü il tarixli, 4462 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, i/v 7-8). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 1963 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs əvvəllər, cinayəti törədən vaxt xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə hazırda cəmiyyət üçün təhlükəli deyil (cild 2, i/v 2-4). - xx.xx.2024-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” qərardan və həmin tarixli protokoldan, məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 27 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 4(005)-721/2024 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(005)-1178/2024 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır (cild 1, i/v 39, 42, 155-159, cild 2, i/v 144-147). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamə və ona əlavə olunmuş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-163/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (cild 1, i/v 207-209, 210-217). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 21-1/3-22835-22 nömrəli məktubundan görünür ki, məhkum Salamov X6 Rayon Məhkəməsinin 1(005)-163/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Hökm və onun icrasına dair hakimin göstərişi xx.xx.2023-cü il tarixdə Bakı şəhər probasiya idarəsinə daxil olmuş və həmin tarixdə mövcud qanunvericiliyə əsasən məhkumun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış və cəzasının sonu xx.xx.2024-cü il tarixdə hesablanmışdır. xx.xx.2024-cü il tarixinədək məhkum Təqsirləndirilən şəxs cəzasının 01 il 01 gününü çəkmiş, çəkilməmiş hissəsi 05 ay 25 gün təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-16/2-12044/2024 nömrəli məktuba əlavə edilmiş məhkum Təqsirləndirilən şəxs hərəkət trayektoriyasına dair elektron monitorinq sistemindən çıxarışdan görünür ki, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində Təqsirləndirilən şəxs hərəkəti yaşadığı ünvan ətrafında qeydə alınmışdır (cild 1, i/v 225-226). - xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 10 ədəd bükümdə ilkin təmiz çəkisi 7,477 qram olan narkotik vasitə heroinin, 02 ədəd bükümdə ilkin təmiz çəkisi 0,182 qram olmuş psixotrop maddə metamfetaminin, 03 ədəd kapsulda olan preqabalin kapsullarının maddi sübut kimi tanınması, qalıq qalmış 7,117 qram çəkidə narkotik vasitə heroinin, 0,102 qram çəkidə psixotrop maddə metamfetaminin, 02 ədəd preqabalin kapsullarının saxlanış üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskin, "xxxx" MMC-dən alınmış 01 ədəd CD formatlı diskin, "xxxx" MMC-dən alınmış 01 ədəd CD formatlı diskin maddi sübut kimi tanınması qərara alınmışdır (cild 2, i/v 23-42). - Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 1(005)-440/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, həmin hökmə əsasən Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 1 (bir) il 9 (doqquz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə, metamfetamin isə psixotrop maddədir. 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na əsasən preqabalin güclü təsir edən maddədir. 21 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” siyahılarına əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda, 800 qram olduqda xüsusilə külli miqdarda narkotik vasitə, metamfetaminin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda külli miqdarda, 400 qram olduqda isə xüsusilə külli miqdarda psixotrop maddə hesab olunur. 2016-cı il 18 mart tarixli “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Preqabalin (S)-3-(aminometil)-5metilheksan turşusu güclü təsir edən maddələrə aiddir. Həmin qanunla təsdiq edilmiş 1 №-li əlavə - Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının siyahısına əsasən Preqabalin (S)-3-(aminometil)-5-metilheksan turşusunun kütləsi 5 qam olduqda külli miqdarda, 1000 qram olduqda xüsusilə külli miqdarda güclü təsir edən maddə hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsinin tərkibini yaradır. Həmin maddənin dispozisiyasında CM-nin 234.2-ci maddəsinə istinadən motiv və məqsədin konkret göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onların müəyyən edilməsinin sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması üçün dörd şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddələrinin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməli, yaxud da narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirməlidir; - şəxs belə əməlləri qanunsuz etməlidir; - narkotik vasitələr və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsinə əsasən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satmaq bu maddənin tərkibini yaradır. Məhkəmə qeyd edir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir. Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələri satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində "miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində "digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11 -ci maddəsində nəzərdə tutulmuş "digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə, həmçinin psixotrop maddə, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalin kapsullarını əldə etməsi, saxlaması və daşıması özü tərəfindən inkar edilsə də, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, araşdırılmış ekspertiza rəyləri, Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsi vasitəsilə aparılmış yazışmaları və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə icraatı zamanı verdiyi ifadəni, yəni üzərində heç bir narkotik vasitə və psixotrop maddə olmaması, narkotik vasitənin satışı ilə məşğul olmaması, telefonun ona məxsus olmaması, polis əməkdaşları tərəfindən aldadılması barədə verdiyi ifadəni müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Təqsirləndirilən şəxs iş materiallarına əlavə edilmiş telefon nömrəsi ilə aparılmış SMS yazışmaların ona aid olmadığını bildirsə də həmin mobil nömrənin məhz onun istifadəsində olması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmışdır. Belə ki, həmin mobil nömrə vasitəsi ilə telefon danışıqların qeydə alındığı nömrələr Təqsirləndirilən şəxs yaxın ailə üzvlərinə və qohumlarına məxsus olması təqsirləndirilən şəxsin özü tərəfindən də təsdiq edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilən zaman, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində, barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmədə vedriyi ifadəsində, eyni zamanda Şahid1la üzləşməsi zamanı verdiyi ifadəsində narkotik vasitə satıcısı olmadığını, xx.xx.2024-cü il tarixdə tanışı olan Fərid adlı şəxs onunla əlaqə saxlayıb, ağrıları olduğundan narkotik vasitə olan heroin verməyini xahiş edərək pulunun olmadığını dediyini, o da razılaşaraq saat 13:55 radələrində ünvan 6 ünvanın qarşısında Fəridlə görüşərək 02 ədəd bükümdə narkotik vasitə olan heroini verdiyini, bundan sonra Fəridlə dayanıb söhbət edən zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib hərəkətlərindən şübhələndikləri üçün onları 16-cı PŞ-nə apardıqlarını, baxış zamanı göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonunu, şalvarının sol yan cibindən özünə məxsus AA1608500 seriya və nömrəli şəxsiyyət vəsiqəsini, əynindəki qara rəngli qolsuz gödəkcənin sağ yan cibindən içərisində spesifik qoxuya malik, qəhvəyi və şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümü, 03 ədəd dərman kapsulları olan 01 ədəd listi, içərisində şəffaf sellofana bükülmüş 09 ədəd büküm və şəffaf sellofana bükülmüş 02 ədəd büküm olan 01 ədəd şəffaf rəngli sellofan paketi təqdim etdiyini, çəhrayı və şəffaf sellofanda olan iri büküm “kakos” adı ilə tanınan heroin, 09 ədəd büküm hər birində də “kakos” adı ilə tanınan heroin, digər 02 ədəd bükümdə isə “patı” adı ilə tanınan metamfetmain olduğunu, həmin narkotik vasitələri və psixotrop maddələri öz istifadəsi üçün əldə etdiyini, həmin narkotik vasitə və psixotrop maddələri bütöv şəkildə əldə etdiyini, sadəcə özü istifadə edərkən həcminin çox olmaması üçün bir istifadəlik bükümlərə bükdüyünu, həmin bükümləri Fəridə təmənnasız verdiyini, çünki, Fəridin pulu olmadığını, Fəridə əvvəllər də özü narkotik vasitə və psixotrop maddələrini verdiyi, sadəcə öz aldığı məbləği yenidən narkotik vasitə əldə edə bilməsi üçün aldığını, heç kimə narkotik vasitə və psixotrop maddə satmadığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə baxış keçirilərkən ona qarşı hər hansı bir zor, təzyiq olmadığını, səmimi olaraq hər şeyi etiraf etdiyini, etdiyi əmələ görə peşman olduğunu göstərmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi halları əvvəllər mübahisələndirməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2019cu tarixli «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair» Qərarında qeyd olunur ki, Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin məzmununa əsasən, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin ittihamdan müdafiə olunmaq məqsədi ilə verdiyi yalan ifadəsini və cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallara dair ifadəsini bir-birindən fərqləndirməlidir. İrlandiyanın İngiltərəyə qarşı işi üzrə 20 mart 2018-ci il tarixli Avropa Məhkəməsinin qərarında göstərilmişdir ki, sübutun qiymətləndirməsi üçün “əsaslı şübhələrdən kənar” standartını rəhbər tutaraq sübutetmə prosesini həyata keçirən məhkəmə belə sübut qismində yalnız işin faktiki halları ilə uyğun olan və ya həmin hallarla təkzib edilməyən, habelə, kifayət qədər güclü, aydın əlamətlərə məxsus olan hallar istifadə edə bilər. Bu nöqteyi nəzərdən sübutların toplanılması zamanı tərəflərin davranışı da nəzərdən keçirilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs müharibə veteranı olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna ağır cinayətlərdən biri daxil olduğundan Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 1(005)-163/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 05 (beş) ay 25 (iyirmi beş) gün hissəsi bir günə iki gün hesablanmaqla 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddət hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 114 (yüz on dörd) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Nərimanov rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş və tədqiqatdan sonra qalıq qalmış 7,117 qram çəkidə narkotik vasitə heroin, 0,102 qram çəkidə psixotrop maddə metamfetamin, 02 ədəd preqabalin kapsulları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı, "xxxx" MMC-dən alınmış 01 ədəd CD formatlı, "xxxx" MMC-dən alınmış 01 ədəd CD formatlı disklər iş materiallarında saxlanılmalı, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman götürülmüş və iş materiallarına əlavə edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon qanuni sahibi Təqsirləndirilən şəxs və ya onun yaxın ailə üzvlərinə qaytarılmalıdır. Bundan əlavə, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Güvən” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2302/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 38 (otuz səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Güvən” Vəkil Bürosunun hesabına 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti olaraq 05 (beş) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 1(005)-163/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 05 (beş) ay 25 (iyirmi beş) gün hissəsi bir günə iki gün hesablanmaqla 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddət hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 05 (beş) il 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 27 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş və tədqiqatdan sonra qalıq qalmış 7,117 qram çəkidə narkotik vasitə heroin, 0,102 qram çəkidə psixotrop maddə metamfetamin, 02 ədəd preqabalin kapsulları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı, "xxxx" MMC-dən alınmış 01 ədəd CD formatlı, "xxxx" MMC-dən alınmış 01 ədəd CD formatlı disklər iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman götürülmüş və iş materiallarına əlavə edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon qanuni sahibi Təqsirləndirilən şəxs və ya onun yaxın ailə üzvlərinə qaytarılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, “Güvən” Vəkil Bürosunun hesabına 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar