Məhkəmə qərarları › İş №1(101)-60/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-60/2023

10.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-60/2023 10.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, zərərçəkmiş şəxslər Şahid1, Şahid2, Şahid3, müdafiəçi – Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Özbəkistan Respublikası, Daşkənd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində 2 (iki) azyaşlı əkiz uşağı olan, işləməyən, üzərində ödənilməmiş məhkumluğu olan, həbs olunanadək Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, ev 10, mənzil 28-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəkləri hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə vahid niyyətlə maddi nemətin rüşvət qismində verilməsinə təkrarən qeyrilərini təhrik etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə rəfiqəsi Şahid1 özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin kapitan rütbəli əməkdaşı kimi təqdim etməklə, həmin Xidmətdə yüksək vəzifələrdə işləyən şəxslərlə guya yaxın əlaqələrinin olmasını, müəyyən pul müqabilində istənilən şəxsi dövlət qurumlarına işə düzəldə biləcəyini mütəmadi şəkildə bildirməsi ilə əlaqədar Şahid1 övladı Şahid4 Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinə işə düzəltməsində köməklik göstərilməsinə dair 2018-ci ilin sonlarında Şahid1 məxsus ünvan 1 ünvanında yerləşən evində görüşləri zamanı sonuncunun özünə müraciəti ilə əlaqədar 2018-ci ilin noyabr-dekabr aylarında qeyd olunan yaşayış evində sonuncuya özünün Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyində işləyən şəxslərlə geniş əlaqələrə malik olduğunu, həmin səfirlikdə işləyən “Nataşa” adlı şəxslə guya yaxın münasibətinin olduğunu, həmin əlaqələrindən istifadə edərək Şahid4 aylıq əmək haqqı 3.000 manat olmaqla, səfirlikdə qısa müddətə hər hansı bir işə düzəldə biləcəyini yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu həmin səfirliyin “Nataşa” adlı səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını özü barədə formalaşdırdığı inam və etibardan sui-istifadə edərək bildirib, Şahid1 razılığını almaqla onunla sövdələşərək, həmin adla 2018-ci ilin noyabr-dekabr aylarında ayrı-ayrı vaxtlarda sonuncuya məxsus Abşeron rayonu, Saray qəsəbəsindəki həmin evdə 10.000 (on min) manat məbləğində nağd pul vəsaitini, habelə 1 ədəd çəkisi 15 qram, dəyəri 3.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 5.100 manat olan 750 əyyarlı “carera and carera” brendli üzük, 1 ədəd çəkisi 10 qram, dəyəri 4.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 6.800 manat olan 750 əyyarlı brilyant qaşlı qızıl üzük, 1 ədəd çəkisi 25 qram, dəyəri 7.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 11.900 manat olan 750 əyyarlı brilyant qaşlı qızıl boyunbağı, 1 ədəd çəkisi 14 qram, dəyəri 500 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 850 manat olan 750 əyyarlı çəhrayı-göy qaşlı qızıl üzük, 1 ədəd çəkisi 10 qram, dəyəri 1.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.700 manat olan 750 əyyarlı qızıl üzük, 1 ədəd çəkisi 17 qram, dəyəri 2.000 manat olan 750 əyyarlı ağ daşlı dəst qızıl sırğa-üzük, 1 ədəd çəkisi 7 qram, dəyəri 500 manat olan 750 əyyarlı qızıl nişan üzüyü, 1 ədəd çəkisi 15 qram, dəyəri 1.800 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 3.060 manat olan 750 əyyarlı brilyant qaşlı qızıl zapinka, 1 ədəd çəkisi 17 qram, dəyəri 600 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.020 manat olan 750 əyyarlı silsilə sırğa qızıl üzük və 1 ədəd çəkisi 10 qram, dəyəri 2.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 3.400 manat olan 750 əyyarlı brilyant qaşlı qızıl üzüyü alıb, həmin pul vəsaitini, eləcə də qızıl-zinət əşyalarını sataraq əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə yolu ilə Şahid1 məxsus cəmi 46.330 (qırx altı min üç yüz otuz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə hüquqi şəxsin - dövlətin, qurumlarının nüfuzunun qorunub saxlanılması ilə bağlı hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 və Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verilməsinə Şahid1 təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə rəfiqəsi Şahid1 vasitəsi ilə tanış olduğu Şahid2 özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin kapitan rütbəli əməkdaşı kimi təqdim etməklə, həmin Xidmətdə yüksək vəzifələrdə işləyən şəxslərlə guya yaxın əlaqələrinin olduğunu, müəyyən pul müqabilində istənilən şəxsi dövlət qurumlarına işə düzəldə biləcəyini mütəmadi şəkildə bildirməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xəstəxanasında diş həkimi vəzifəsinə düzəltməsində köməklik göstərilməsinə dair 2018-ci ilin dekabr ayında Şahid1 məxsus ünvan 1 ünvanında yerləşən evində görüşləri zamanı Şahid2 özünə müraciəti ilə əlaqədar, həmin vaxt qeyd olunan evdə sonuncuya özünün və atasının guya Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində işlədiyini, bu səbəbdən həmin Xidmətdə işləyən yüksək vəzifəli şəxslərlə guya yaxın əlaqələrinin olduğunu, həmin əlaqələrindən istifadə edərək Şahid2 tezliklə Xidmətin xəstəxanasında diş həkimi vəzifəsinə işə düzəldəcəyini yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu həmin Xidmətin səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək bildirib, Şahid2 razılığını almaqla, sonuncu ilə sövdələşərək, həmin adla 2018-ci ilin dekabr ayının sonlarında ünvan 1 ünvanında yerləşən Şahid1 məxsus həmin evdə 10.000 (on min) manat məbləğində nağd pul vəsaitini, eləcə də inandırmaq üçün onun barəsində tərcümeyi-halı, şəxsiyyət vəsiqəsinin surətini, yaşayış yerindən arayışı, hərbi biletin əslini Şahid2 alıb, həmin pul vəsaitini şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan suiistifadə yolu ilə Şahid2 məxsus 10.000 (on min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə hüquqi şəxsin dövlətin, qurumlarının nüfuzunun qorunub saxlanılması ilə bağlı hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verilməsinə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə rəfiqəsi Şahid1 vasitəsi ilə tanış olduğu Şahid3 özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin kapitan rütbəli əməkdaşı kimi təqdim etməklə, həmin Xidmətdə yüksək vəzifələrdə işləyən şəxslərlə guya yaxın əlaqələrinin olduğunu, müəyyən pul müqabilində istənilən şəxsi dövlət qurumlarına işə düzəldə biləcəyini mütəmadi şəkildə bildirməsi ilə əlaqədar şəkər xəstəliyi ilə əlaqədar barəsində əlillik dərəcəsi təyin edilib əlilliyə görə pensiya almasında köməklik göstərilməsinə dair 2020-ci ilin yanvar-fevral aylarında Şahid1 və Şahid3 ilə görüşləri zamanı sonuncunun özünə müraciəti ilə əlaqədar, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışan yüksək vəzifəli şəxslərlə guya yaxın əlaqələrinin olduğunu, həmin əlaqələrindən istifadə edərək Şahid3 tezliklə şəkər xəstəliyi ilə əlaqədar əlillik dərəcəsi təyin ediləcəyi və əlilliyə görə pensiya alacağını yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həmin səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını özü barədə formalaşdırdığı inam və etibardan sui-istifadə edərək bildirib, Şahid3 razılığını almaqla onunla sövdələşərək, həmin adla 2020-ci ilin yanvar-fevral ayında ünvan 2 ünvanında yerləşən Şahid3 məxsus evin həyətində 1.000 (min) manat məbləğində nağd pul vəsaitini, eləcə də tibbi arayış sənədini Şahid3 alıb, həmin pul vəsaitini şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə yolu ilə Şahid3 məxsus 1.000 (min) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə hüquqi şəxsin - dövlətin, qurumlarının nüfuzunun qorunub saxlanılması ilə bağlı hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təkrarən təhrik etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2020-ci ilin avqust ayında X7 ilə ailə həyatı qurmuşdur. Lakin sonradan onun ailəsi dağılmışdır. Ailəsinin dağılmasına səbəb isə Şahid1 onun keçmiş qaynanasına onun əvvəllər məhkum həyatı yaşadığını deməsi olmuşdur. O, X7 ilə 2020-ci ilin oktyabr ayında boşanmışdır. Şahid1, Şahid2 və Şahid3 onun barəsində etdikləri şikayət ilə əlaqədar o, bildirmək istəyir ki, həmin şəxslərə qarşı heç bir cinayət törətməmiş və həmin şəxslərdən heç bir məbləğdə pul almamışdır. Ona görə də o, elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. İttiham aktında qeyd edilir ki, guya o, dələduzluq etdiyi şəxslərə özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edərək etibarlarından sui-istifadə edərək pullarını ələ keçirib öz şəxsi ehtiyaclarına sərf etmişdir. O, bu ittihamları qəbul etmir. O, Şahid1 çoxdan tanıyır. Belə ki, o, Şahid1 ilə birlikdə təxminən 2013-cü ildə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında tanış olmuş, sonra isə onlar cəza çəkmək üçün Bakı şəhəri, Xətai rayonunda yerləşən 4 saylı cəzaçəkmə müəssisəsinə göndərilmişlər və orada birlikdə cəza çəkmişlər. Onların həmin vaxtdan birbiri ilə mehriban münasibətləri yaranmışdır. O, 2017-ci il tarixdə azadlığa çıxmışdır. Şahid1 isə səhv etmirsə 2018-ci il tarixdə azadlığa çıxmışdır. Sevinc azadlığa çıxdıqdan sonra onu tapmış və bundan sonra onların münasibətləri normal şəkildə davam etmişdir. Sevinc hər zaman ona qarşı yaxşı münasibət bəsləmiş, sanki ona ana olmuşdur. Onun cəzaçəkmə müəssisəsində cəza çəkmiş bir şəxs kimi özünü Şahid1 Dövlət Təhlükəsizlik Ximdətinin əməkdaşı kimi təqdim etməyi mümkün deyil. O, Şahid1 ilə birlikdə eyni cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Onun anası ağır xəstəlikdən əziyyət çəkir, atası isə çoxdan onu, bacısını və anasını ataraq çıxıb getmişdir. Atası heç vaxt onlarla birlikdə yaşamamışdır. Bütün bunları Şahid1 də bilmişdir. Belə olduğu təqdirdə onun özünü və atasını Şahid1 Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi, hətta atasını Dövlət Təhlükəsizlik Xidmətinin generalı kimi təqdim etməsi heç bir halda mümkün deyil. Onun heç vaxt Dövlət Təhlükəsizlik Xidmətində işləyən hər hansı bir tanışı olmamışdır. Onun anası ağır xəstəlikdən əziyyət çəkir, bunu Şahid1 də bilmişdir. Onun anasının xəstəliyinə görə müalicəsi çox bahalı olmuşdur. Onun bu xərci ödəməsi qeyri-mümkün olmuşdur. Bu səbəbdən də Şahid1 ona anasının müalicəsi üçün bir neçə dəfə yardım etmiş, yəni anasının müalicəsi üçün pul vermiş, habelə bir neçə dəfə anasının müalicəsi zamanı xəstəxanaya gələrək anasını ziyarət etmişdir. Eyni zamanda Şahid1 onun anasına görə bir neçə dəfə öz qızıl-zinət əşyalarını da ona vermişdir ki, o, həmin qızılları sataraq əldə etdiyi pulu anasının müalicəsinə xərcləsin. O, Sevincə həmin pulları geri qaytara bilməyəcəyini, maddi imkanının zəif olduğunu bildirmişdir. Sevinc də ona demişdir ki, “eybi yoxdur, mən səni öz qızım kimi bilirəm, bu pulları sənə xətir verirəm”. İttiham aktında qeyd edilir ki, guya o, Sevincin oğlu Şahid4 50.000 manat pulun müqabilində Dövlət Təhlükəsizlik Xidmətində və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyindəki tanışları vasitəsilə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyində hər hansı bir işə qəbul etdirəcəyinə köməklik göstərə biləcəyini demiş, buna görə də Sevincdən nağd şəkildə 10.000 manat və bir neçə dəfə bahalı qızıl-zinət əşyaları almışdır. O, heç vaxt Dövlət Təhlükəsizlik Xidmətində işləməmiş və onun Dövlət Təhlükəsizlik Xidmətində işləyən tanışları olmamışdır. O, Şahid1 ilə eyni cəzaçəkmə müəssisəsində cəza çəkmiş və Sevinc də bilmişdir ki, o, heç vaxt Dövlət Təhlükəsizlik Xidmətində işləyə bilməz. Ona görə də onun belə bir yalanına Sevincin inanması mümkün deyil. Bu isə o deməkdir ki, o, heç vaxt Şahid1 sonuncunun oğlu Şahid4 Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyində işə qəbul etdirəcəyinə köməklik göstərə biləcəyi müqabilində hər hansı bir vəsait və qızıl-zinət əşyaları almamışdır. Şahid1 öz oğlunu onunla evləndirmək istəmişdir. O isə 2020-ci ilin yanvar ayında başqa bir şəxslə nişanlanmışdır. Bundan sonra onun nişanlısı ondan Sevinc, habelə Sevincin tələbə yoldaşları olan Sevda və Nərgizlə əlaqələri kəsməyini tələb etmişdir. O da buna görə Sevinc, Sevda və Nərgizlə əlaqələrini kəsmişdir. Bundan sonra isə Sevinc ona demişdir ki, “elə ərə getmək istəyirdinsə, mənim oğluma ərə gedərdin də, niyə başqasına ərə gedirsən?”. Sevincin oğlu Pərviz ondan təxminən 2-3 yaş balaca olduğuna görə o, Sevincin oğluna ərə getməyi qəbul etməmişdir. Bundan sonra Sevinc ondan bunun əvəzini çıxmağa başlamış və ona şər-böhtan atmağa başlamışdır. Sevinc ondan şikayət etmiş, həmçinin tələbə yoldaşları olan rəfiqələrini, yəni Sevda və Nərgizi də ona qarşı öyrətməyə başlamışdır. Sevda və Nərgiz də ona qarşı ifadələr vermişlər. O, Sevda və Nərgizdən nəyə görə ona qarşı yalan ifadələr verdiklərini soruşduqda, Sevda və Nərgiz bildirmişlər ki, “Sevinc bizim yaxın rəfiqəmizdir, Sevinc nə desə, biz də onu edəcəyik”. Hətta Sevda və Nərgiz ona demişdir ki, “sən Sevincə pul ver, biz də bundan sonra şikayətimizdən imtina edək”. O, Şahid2 və Şahid3 da Şahid1 vasitəsilə tanımışdır. Həmin şəxslər Şahid1 ilə qrup yoldaşı olmuşlar və bugünə qədər də dostluqlarını davam etdirirlər. İttiham aktında qeyd edilir ki, guya o, Sevda və Nərgizə də özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edərək sonuncuların da etibarından suiistifadə edib Şahid2 Dövlət Təhlükəsizlik Xidmətinin xəstəxanasında diş həkimi kimi işlə təmin edilməsinə köməklik göstərəcəyinə dair vəd vermişdir. Onun anasının ağır xəstəlikdən əziyyət çəkdiyini, atasının isə onu, bacısını və anasını çoxdan atıb getdiyini, atasının onlarla birlikdə yaşamadığını Sevda və Nərgiz də Şahid1 vasitəsilə bilmişlər. Ona görə də o, bu ittihamı da əsassız hesab edir, çünki cəza çəkmiş bir şəxsin Dövlət Təhlükəsizlik Xidmətində işləməsi mümkün deyil və onun bu yolla Şahid2 aldadaraq pulunu ələ keçirməsi və Şahid2 da ona inanması mümkün deyil. Eyni zamanda ittiham aktında qeyd edilir ki, guya o, şəkər xəstəliyi ilə əlaqədar əlilliyə görə əmək pensiyası almaq üçün köməklik göstərə biləcəyi adı ilə Şahid3 1.000 manat alaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işləyən tanışlarına vermişdir. Bu da yalandır, çünki onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işləyən tanışları olmamışdır. Təqsirləndirilən şəxs qeyd etdiklərinin nəzərə alınaraq ona elan edilmiş ittiham üzrə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dəfələrlə vermiş olduğu etirafedici ifadələrini, zərərçəkmiş şəxslərin və şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda təhlil edib və təhlil nəticəsində əldə edilmiş nəticəni nəzərə alaraq, eləcə də həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməməsi, özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəməməsi, vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəkləri hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə vahid niyyətlə maddi nemətin rüşvət qismində verilməsinə təkrarən qeyrilərini təhrik etməməsi, habelə Şahid1, Şahid2 və Şahid3 dələduzluq yolu ilə heç bir məbləğdə pul almaması ilə bağlı verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi inkaredici ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2013-cü ildə 04 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən zaman Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin vaxtdan onların arasında mehriban münasibətlər yaranmışdır. Cəza çəkən zaman Könülə analıq etmiş, əlindən gələn köməkliyi Könülə etmişdir. Onlar cəzaçəkmə müəssisəsində olduqları zaman Könül özünü ona, eləcə də digər məhkumlara Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim etmişdir. Könül demişdir ki, guya xüsusi məqsəd üçün Könül cəzaçəkmə müəssisəsinə yerləşdirilmişdir. 2017-ci il tarixdə Könül azadlığa çıxmışdır. O isə 2018-ci il tarixdə azadlığa çıxmışdır. O, azadlığa çıxdıqdan sonra onların münasibətləri davam etmişdir. O, hər zaman Könülə analıq etmiş, sonuncunun bütün problemlərini həll etmişdir. Könül tez-tez onun yaşadığı evə gələrək orada qalmışdır. Elə həmin vaxt Könül ona əgər lazım olarsa onun oğlunu müəyyən pul müqabilində dövlət qurumlarının birində işə düzəltməyə kömək edə biləcəyini bildirmişdir. O, məhkum olunduğundan onun oğlu dövlət orqanlarında işə düzələ bilməmişdir. Onun məhkumluğu oğlunun işə düzəlməsinə mane olmuşdur. Buna görə də o, oğlu Şahid4 işə düzəltmək istəmişdir. Növbəti dəfə Könül onun oğlunu işə düzəltmək barədə köməyini təklif etdikdə, o, Könüldən oğlunu hansısa işə düzəltməsini xahiş etmişdir. Bu vaxt Təqsirləndirilən şəxs onun oğlu Pərvizi pul müqabilində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinə işə qəbul etdirəcəyinə köməklik göstərə biləcəyini, habelə Pərvizin aylıq 3.000 manat əmək haqqı alacağını ona demişdir. Könül ona demişdir ki, “ora çox bahadır, sən mənə 30.000 manat ver, mən sənin oğlun Pərvizin işini düzəldim”. O da Könüllə razılaşaraq dəyəri 40.000 manatdan artıq olan qızıllarını və 10.000 manat pulu Könülə vermişdir ki, Könül Pərvizi işə düzəltsin. Onlar qızıllarla birlikdə pulun ümumi məbləğini təxminən 51.000-52.000 manat məbləğində müəyyən etmişlər. Könül ondan pulu aldıqdan sonra 1-2 həftəyə oğlunun məsələsini həll edəcəyini bildirmişdir. Lakin Könül onun qızıllarını və pulunu alsa da, verdiyi vədi yerinə yetirməmişdir. Əksinə Könül vaxtı gecikdirməyə başlamış, hər dəfə müxtəlif bəhanələr uyduraraq nə oğlunu işə düzəltmiş, nə də ki, onun verdiyi qızılları və pulu ona geri qaytarmışdır. O, Təqsirləndirilən şəxs 6 il tanıdığından sonuncuya inanmışdır. O, Könül ilə barışmamış, ona görə də Könüldən pulunu tələb edir. Könül onun pulunu verdiyi halda şikayətini geri götürəcək. Lakin halhazırda o, Könüldən verdiyi pulun qaytarılmasını tələb edir. Zərərçəkmiş şəxs Şahid1 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, onun Təqsirləndirilən şəxs ilə münasibəti olmamışdır. O, Könülü yaxın rəfiqəsi olan Şahid1 vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs Şahid1 ilə eyni vaxt ərzində cəzaçəkmə müəsisəsində cəza çəkmişdir. Şahid1 cəzaçəkmə müəsisəsindən çıxdıqdan sonra Könül tez-tez Sevincin evinə gəlmişdir. O, Könülü Sevincin evində görmüş və onlar beləcə tanış olmuşlar. Onun Könül ilə ədavəti olmamışdır. Sonradan o, Sevincdən eşitmişdir ki, Könül Sevincin qızıllarını toya gedərkən istifadə etmək adı ilə almış və sonradan geri qaytarmamış, eləcə də Sevincin oğlunu işə düzəltmək üçün pul almış, lakin oğlunu işə düzəltməmiş, daha doğrusu Könüldən xəbər çıxmamışdır. Könül ona MTN-də yüksək vəzifədə işlədiyini bildirmişdir. Könül onu yenidən MTN-nin hospitalında stomatologiya şöbəsində həkim kimi işə düzəltmək üçün ondan 10.000 manat pul almışdır. Könül ondan aldığı 10.000 manat pulun müqabilində onu işə düzəldəcəyini demişdir. 31 dekabr günü, yəni Yeni İl bayramından bir gün əvvəl onlar Şahid1n evində Yeni İli keçirərkən Könül ona demişdir ki, “10.000 manat pulu mənə çatdır, yanvar ayının 15-i işləməyə başlayacaqsan”. Könül Sevincin rəfiqəsi olduğundan o, Könülə inanıb 10.000 manat pulu Könülə vermişdir. O, Könülə pulu öz evində vermişdir. Belə ki, Könül onun yaşadığı evə gələrək ondan şəxsən 10.000 manat pulu alıb getmişdir. Könül ondan pulu aldıqdan sonra Könüldən heç bir xəbər çıxmamışdır. Sonra Könül müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişdir. O da məcbur qalıb Könüldən şikayət etməyə başlamışdır. Şikayətlərindən sonra Könül ona ümumilikdə 4.700 manat pul qaytarmışdır. Könül hazırda ona 5.300 manat pul qaytarmalıdır. O, Könüldən pulun qaytarılmasını tələb edir. Zərərçəkmiş şəxs Şahid2 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs yaxın rəfiqəsi Şahid1 vasitəsilə tanımışdır. O, Könüllə Şahid1 evində rastlaşmış və oradan onların tanışlığı başlamışdır. O, şəkər xəstəsidir. Təqsirləndirilən şəxs bu barədə eşitdikdə, ona pensiya almalı olduğundan ala biləcəyini və onun üçün pensiya düzəldə biləcəyini bildirmişdir. O, Könülü forma ilə gördüyündən sonuncuya inanmışdır. Ona görə də o, Könülə pul vermişdir ki, şəkər xəstəsi olduğundan ona pensiya düzəltsin. Sonra Könül onun evinə gəlmiş və pensiya düzəltmək adı ilə ondan 1.000 manat pul almışdır. Könül ondan pul alsa da, verdiyi vədi yerinə yetirməmişdir. Sonra o, Könüldən pulunu tələb etməyə başlamışdır. Könül özü pulu qaytarmaqdan imtina etsə də, sonradan yadında qalmadığı şəxsin vasitəsi ilə ondan alınmış 1.000 manat pul onun özünə geri qaytarılmışdır. Onun Könülə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs Şahid3 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Milli Aviasiya Akademiyasında gömrük işinin təşkili ixtisası üzrə təhsil almışdır. O, qeyd edilən akademiyanı 2011-ci ildə bitirmişdir. Təqsirləndirilən şəxs onun anası Sevinc ilə birlikdə eyni cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Orada Könül onun anası ilə yaxşı münasibət qurmuş və anası ilə Könül cəzalarını çəkib bitirdikdən sonra da münasibətlərini davam etdirmişlər. Könül azadlığa çıxdıqdan sonra onların evlərinə tez-tez gəlib-getmişdir. Könül sanki onların evlərinin bir üzvü olmuşdur. Könül özünü onlara DİN-in işçisi kimi təqdim etmişdir. Həmin vaxt Könül onun anasını inandırmışdır ki, onu Rusiya Federasiyasının Azərbaycanda fəaliyyət göstərdiyi Səfərliyində sürücü kimi işə düzəldəcək və o, aylıq olaraq 3.000 manat məbləğində maaş alacaq. Bununla bağlı o, hətta həmin vaxt işlədiyi iş yerindən də çıxmışdır ki, Könülün dediyi işə çağırıldığı vaxt tez ora gedə bilsin. Həmçinin o, Könülün dediyi işlə bağlı kursa da getməyə başlamışdır. Onlar Könülə bu məqsədlə 10.000 manat pulu nağd şəkildə vermişlər. Həmçinin onun anası Könülə öz qızıl-zinət əşyalarını da vermişdir. Anasının Könülə hansı dəyərdə qızıl-zinət əşyalarını verməsini o, hazırda dəqiq olaraq xatırlamır. Lakin o, dəqiq bilir ki, onun anası Könülə 10.000 manat pulu nağd şəkildə vermişdir. O, anasının Könülə nə qədər qızıl verdiyini bilmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun bacısıdır. Könülün 2 (iki) əkiz övladı var. Həmin uşaqlar doğulduqdan qısa müddət sonra Könül həbs edildiyindən əkiz uşaqlar onun himayəsindədir. Könülün uşaqları demək olar ki, analarını görməmişlər. Uşaqların səhhətində problem var, həmçinin Könül həbs edildiyindən uşaqların heç bir sənədi yoxdur. Könül 2013-cü il tarixdə Bakı şəhəri, Xətai rayonunda yerləşən 04 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən zaman həmin vaxt orada cəza çəkən Şahid1 ilə tanış olmuşdur. Sevinclə Könülün arasında həmin vaxt çox yaxşı münasibətlər olmuşdur. Könülün cəzası bitdikdən sonra da Könül Şahid1 ilə münasibətlərini davam etdirmişdir. Bir müddətdən sonra o, eşitmişdir ki, Könülün Şahid1 borcu yaranmışdır. Lakin onun həmin borcun hansı məsələ ilə bağlı olmasından heç bir məlumatı olmamışdır. Könül ilə Sevinc arasında pul problemi yarandıqdan sonra o, bacısı Könülə kömək etmək məqsədi ilə Könülün borcundan 2.000 manat pulu Şahid1 ödəmişdir. Bu barədə qəbzlər var, bildiyinə görə həmin qəbzlər cinayət işinin materiallarına əlavə edilmişdir. O, Sevincə təxminən 3 (üç) dəfə pul ödəmişdir. Şahid1 Könülün ona 30.000 manat borcu olduğunu desə də, Könül iddia edir ki, Könülün Sevincə həmin məbləğdə borcu yoxdur. Sevincin Könülün DTX işçisi olması və məhz bu addan istifadə edərək Sevincdən pul alması barədə dedikləri doğru deyil. X13 ilə birlikdə eyni cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Könül və Sevinc məhkumluq həyatı yaşamışlar. Belə olduğu təqdirdə Könülün DTX işçisi kimi özünü təqdim etməsi, Sevincin isə Könülə inanması sadəcə olaraq mümkün deyil. Ümumiyyətlə onların yaxın qohumlarının arasında da xüsusi rütbə daşıyan heç kəs yoxdur. Onlar ailədə iki bacıdırlar, yalnız anaları var. Onlar atalarını görməmişlər. Ataları onları uşaqlıqdan atıb çıxıb getmişdir. Bildiyinə görə atası uzun müddətdir ki, Rusiyada yaşayır. Onların ataları heç vaxt DTX-da işləməmişdir. Onlar 2002-ci ildən atalarını görməmişlər. Hərdən telefon ilə əlaqə saxlamışlar. Təxminən 20 ildir ki, onun atası Rusiyada yaşayır, atası heç vaxt hüquq mühafizə orqanlarına aid forma geyinməmişdir. O, Şahid2 və Şahid3 Şahid1 evində olan Yeni İl qonaqlığında görmüşdür. O, Nərgizi ikinci dəfə Könülün Nərgizdən aldığı pulu Nərgizə qaytaran zaman görmüşdür. Həmin vaxt Nərgiz ona guya Könülün onu harasa işə düzəldəcəyini bildirmişdir. Lakin bu mümkün deyil, çünki Könül özü işsiz olmuş, heç bir yerdə işləməmişdir. Şahid1 Könülü öz qızı kimi istəmiş, hətta Könülü öz oğlu ilə evləndirmək istəmişdir. X2 təxminən 10 yaş balaca olduğundan Könül bununla razılaşmamışdır. Bildiyinə görə Könül ailə qurduqdan sonra Sevinc Könülü qısqanmış və bundan sonra Sevinc ilə Könülün arasında problemlər yaranmışdır. Lakin o, Sevincin hansı səbəbdən Könüllə problem yaşamasını hələ də tam başa düşə bilməmişdir. Onun başqa heç bir məlumatı yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 oktyabr 2020-ci il tarixli təqrirdən (cild 1, iş vərəqə 10) görünür ki, Şahid1 Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə müraciət edərək Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək 10.000 manat pulunu və ümumi dəyəri 45.000 manat olan qızıl-zinət əşyalarını, eləcə də tanışı Şahid2 da 10.000 manat məbləğində pul vəsaitini aldadaraq aldığını bildirmişdir. 10 dekabr 2020-ci il tarixli qəbzdən (cild 1, iş vərəqə 229) görünür ki, Təqsirləndirilən şəxs bacısı Şahid5 Şahid1 4.000 manat, Şahid3 isə 500 manat pul qaytarmışdır. 05 yanvar 2021-ci il tarixli Bakı Dəmir Yolu Xəstəxanası tərəfindən verilmiş arayışdan (cild 1, iş vərəqə 40) görünür ki, Təqsirləndirilən şəxs 7 (yeddi) həftəlik hamilədir. 12 yanvar 2021-ci il tarixli “Whatsapp” yazışmalarına baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 155-159) görünür ki, Şahid1 xx.xx.2020-ci il tarixdə vermiş olduğu izahatına əlavə etdiyi, oğlu Şahid4 Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinə işə düzəlməsi, Şahid2 Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xəstəxanasına həkim kimi işə qəbul edilməsi və Şahid3 şəkər xəstəliyi ilə əlaqədar pensiya almasına köməklik göstərilməsi məsələləri ilə bağlı Təqsirləndirilən şəxs ilə göstərilən şəxslər arasında müxtəlif vaxtlarda “Whatsapp” proqramı vasitəsi ilə apardıqları yazışmaları əks etdirən mesajlara baxış keçirilmiş və həmin mesajlar əsasında müəyyən edilmişdir ki, “Whatsapp” proqramı vasitəsi ilə aparılmış yazışmalar (mesajlar) 2019-cu ilin aprel, iyun, iyul, avqust, sentyabr, oktyabr və noyabr aylarını əhatə edir və cəmi 30 vərəqdən ibarətdir. Baxış zamanı Şahid1 bildirmişdir ki, öz istifadəsində olan ***-***-**-** mobil nömrənin olduğu teıefonun kontakt bölməsində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsini qeyd etmiş, bu qeyddə də Təqsirləndirilən şəxs adını “Pinqvin” kimi qeyd edərək həmin yazıya pinqvin və ürək şəkli də əlavə etmişdir. Qeyd olunan mesajlarda, eləcə də canlı olaraq görüşləri zamanı Təqsirləndirilən şəxs ona “Nana" deyərək müraciət etmişdir. Baxışda iştirak edən Şahid1 30 vərəqdən ibarət Təqsirləndirilən şəxs ilə apardığı “Whatsapp” yazışmalarının hər bir vərəqində qeyd edilən mesajları ardıcıllıqla göstərməklə, ucadan həmin mesajları oxuyub, öz yazdıqları mesajları “Sevinc”, Təqsirləndirilən şəxs yazdığı mesajları isə “Könül” kimi qeyd edib izahını verməklə bildirmişdir: Foto - 1 Sevinc: Məndən aldığı pulları və qızıl-zinət əşyalarını Nataşadan alaraq mənə qaytarmasını tələb edirəm. Könül: Problem yoxdur, alıb verəcəyi barədə yazır. Foto - 2 Könül: Aldıqlarını 1-ci gün gətirib verəcəyini, ona kiminsə pulu lazım olmadığını yazır. Sevinc: 1-ci günün artıq bitməsi barədə yazıram. Foto - 3 Sevinc: Sabah hamının pulunu gətirməsini, rəfiqəsi Şahid2 5 aydır ki, pul aldığını, bu cür iş görülmədiyi barədə yazır. Könül: 1-ci gün gətirəcəyini, hazırda onun anasının xəstəliyi ilə Türkiyədə olması barədə yazır. Foto - 4 Sevinc: DTX-da işləməsinə inandığım üçün işdə olub-olmasını, bizdən aldığı pulları və qızıl-zinət əşyalarını Nataşadan götürərək özündə saxlamasını və sonra qızım Ədilənin gəlib ondan götürməsi barədə yazıram. Foto - 5 Könül: Anası Əminə ilə Türkiyəyə gedərək orada analiz verdiklərini, 15-i tarixində qayıdacağı barədə yazır. Foto - 6 və 7 Könül: Hələ də respublikaya qayıtmadığını, qayıdan zaman hər şeyi mənə danışacağını, narahat olmamağımı, 30 avqust xınası və 1 sentyabr tarixlərində toyu olacağı barədə yazır. Foto - 8 Könül: İnsanları tanımaq olmadığını, üzüvə gülən insandan qorx atalar sözünün düz olduğunu, məni çox istədiyi, mən onun üçün həm ata, həm ana, həm bacı, həm də rəfiqəm olmağım barədə yazır. Rəfiqələrimin iş üçün ona verdiyi pul vəsaitlərini tələb etdiyimizdən, o bu sözləri yazır. Onun deməyinə əsasən guya ki, onların işləri düzəlir, lakin rəfiqələrim ondan ona verdiyi pulları əsassız olaraq istəyirlər. Foto - 9 Sevinc: Ona nə zaman gələcəyini, rəfiqələrim Sevda və Nərgizin onda olan pul və sənədlərini qaytarması barədə yazıram. Könül: Kiminsə pulu ona lazım olmadığını, 2019-cu ilin 28 tarixində gələrək onların sənəd və pullarını qaytaracağı barədə yazır. Foto - 10 Sevinc: Ona insanları gic yerinə qoymamasını, rəfiqələrimi mənim üstümə ataraq getməsi barədə yazıram. Rəfiqələrim Təqsirləndirilən şəxsm mənim vasitəmlə tanıdıqları üçün belə yazmışam. Könül: Məni çox istədiyini, hazırda xəstə olduğunu və sağalıb gələcəyi barədə yazır. Foto- 11 Könül: Artıq az müddət qaldığını, qısa zamanda rəfiqlərimin işlərinin düzələcəyi, guya ki, Nərgizin xəstəliyi ilə əlaqədar pensiya çıxması işi düzəldikdə bizim ona inanacağımızı, hazırda həkimdə olduğunu, oradan çıxandan sonra mənə yazacağını və axşam respublikaya qayıdacağı barədə yazır. Sevinc: Gələrək bizim əmlakımızı qaytarması barədə yazıram. Foto - 12 Sevinc: Məni gic yerinə qoymamağını, mənə harada olması barədə açıqlama verməməsini və bizdən aldığı əmlakı gətirib qaytarması barədə yazıram. Foto - 13 Sevinc: Ona heç bir pislik etmədiyimi, niyə bu cür etdiyini, bizdən aldığı əmlakı gətirib verməsini, əgər vermək istəmirsə, açıq deməsi barədə yazıram. Könül: Sabah gələcəyi barədə yazır. Foto - 14 və 15 Könül: Ona niyə inanmadığımı, gələrək hər şeyi yoluna qoyacağını və verdiyi sözlərin üstündə duracağı barədə yazır. Sevinc: Əgər onun mənə hörməti olsaydı məni bu vəziyyətə salmayacağı, 8 aydır ki, məni doladığını, əlimdə olan əmlakımı məndən alaraq qaçdığını və çətin ki, bir daha qayıdacağını və bu barədə kiməsə deməyə utandığımı yazıram. Foto - 16 Sevinc: Onun artıq nə qədər gizlənəcəyini, 6 aydır ki, guya gələcəyi barədə yazıram. Könül: Gələcəyini, ona yalvarmamağımı, gəlməli olduğu barədə bildiyini və məndən aldığı əmlakımı qaytaracağı barədə yazır. Foto - 17 Sevinc: Onun Azərbaycan Respublikasında olduğunu, əgər bu barədə öyrənə bilmişəmsə, deməli başqa şeyləri də öyrənə biləcəyimi, bizdən aldığı əmlakımızı qaytarmasını, əks halda özümün onlara gedəcəyimi, özünün gizlənə bildiyini, lakin anasının gizlənə bilməyəcəyi barədə yazıram. Könül: Bakı şəhərində olmaması barədə yalan deyirsə, ölməyi, ona heç kimin pulu və sənədinin lazım olmadığı barədə yazır. Foto - 18 Sevinc: Guya DTX-da rəhbərliyi altında işləyən Ramin adlı şəxs ilə guya əvvəl də danışdığını, işi gec həll edəcəyi barədə yazıram. Könül: Gələrək bütün məsələləri yoluna qoyacağı barədə yazır. Foto - 19 Sevinc: Onun sayəsində ağladığımı, əmlakımızı qaytarması üçün ona nə qədər müddət lazım olması barədə yazıram. Könül: Guya onun anası ilə birlikdə Almaniya FR-da əməliyyat olması və toyunun da saxlanılması barədə yazır. Foto - 20 Sevinc: İnsanların əmlakını alaraq hələ də onları borclu çıxarmağını, onun AR-nın CM-nin 178-ci maddəsinin müddəalarındakı olduğu kimi pulu alıb yalandan guya ki, işə adam düzəltiyi barədə yazıram. Könül: Guya ki, o rəfiqələrimdən aldığı sənədi kiminləsə danışaraq götürməsi barədə yazır. Foto -21 Könül: Məsələləri özü həll edərək məni rəfiqələrimin yanında utandırmayacağı, mənim utanmamağımı, guya ki, hansısa bir adamla danışaraq məsələni həll edəcəyi barədə yazır. Sevinc: Biyabır olduğumu, əmlakımızı qaytarması və artıq oğlumun və rəfiqələrimin işini düzəltməməsi barədə yazıram. Foto - 22 Sevinc: Rəfiqələrimin sənədlərini və əmlakımızı nə vaxt qaytaracağı barədə yazıram. Könül: Guya danışdığı adamın Şahid2 sənədinin götürərək qaytara bildiyini, Şahid3 sənədinin yalnız o, qayıtdıqdan sonra verə biləcəyini və mənim qızıl-zinət əşyalarımın ona lazım olmadığı barədə yazır. Foto - 23 Könül: Mənim qızıl-zinət əşyalarımın ona lazım olmadığını, onun üçün dəyərli insan olduğum barədə yazır. Sevinc: Onun yalan danışması, əmlakımızı qaytarmayacağı və heç bir iş düzəltməyəcəyi barədə yazıram. Foto - 24 və 25 Sevinc: 1 ilə yaxındır ki, iş düzəltmək adı ilə bizim pulumuzu və malımızı almasını, rəfiqələrimi mənim üzümə tanımasını, onların yanında məni pis vəziyyətə qoymasını və bu işə görə rəfiqələrimin mənə tez-tez zəng etmələri barədə yazıram. Könül: Rəfiqələrimin sənədinin ona lazım olmadığı, hazırda guya ki, onun respublikanın hüdudlarından kənarda olduğunu, əgər burda olsaydı sənədləri taksi vasitəsi ilə göndərə biləcəyi barədə yazır. Foto - 26 Sevinc: Onun nə etməsini, iş düzəldən olmadığını, pulu iş adı ilə almışdırsa, həll etməyini, belə bir qanunsuz iş görməsinə baxmayaraq hələ də bizi borclu çıxarması barədə yazıram. Könül: Mənə heç kimin heç nəyi lazım deyil yazır. Foto - 27 Könül: Mənə heç kimin heç nəyi lazım deyil, özünün Nərgizin kartını verib bağışlamasını istəyəcək, mənim qızıllarımı taxmadığını və gəlib qaytaracağı barədə yazır. Sevinc: Yoxsa ki, düzəldərdin, yazıram. Foto - 28 Könül: Mən ondan əmlakımızı tələb etdikdə, guya ki, mənimlə zarafat mənasında qızıl-zinət əşyalarımı sataraq bal ayına getməsi barədə yazır. Sevinc: Zarafat mənasında mənə yazdığı “sataraq bal ayına getməsi” cümləsinə cavab olaraq hər şey ola bilər, ondan hər şeyi gözlədiyimi və mənə məxsus qızıl-zinət əşyalarımı tərəfindən qaytarmayacağı və onun yerində olsaydım aldıqlarımı qaytarması barədə yazıram. Foto - 29 Könül: Ona yazdığım onun yerində olsam aldığlarını qaytarardım yazısına cavab olaraq, ürəyimsən, düz deyirsən, bağışla səni çox üzmüşəm deyə yazır. Sevinc: Heç kimə daha inanmıram yazıram. Foto - 30 Sevinc: Niyə yalan danışması, xəstə olması barədə ona inanmadığımı, gəlib bizim əmlakımızı qaytarması barədə yazıram. Könül: Ayın 17 mənə dəqiq bir söz deyəcəyi, onda yalnız Şahid3 pensiya kartının və mənim qızıl-zinət əşyalarımın olması barədə yazır. Baxışda iştirak edən Şahid1 bildirmişdir ki, mesajlardan da açıq-aydın şəkildə göründüyü kimi Təqsirləndirilən şəxs ona, Şahid2 və Şahid3 qarşı etdiyi qanunsuz hərəkətlər öz təsdiqini tapır. Təqsirləndirilən şəxs onun oğlunu Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinə işə düzəltməsinə köməklik göstərməsi üçün ondan aldığı pul və qızıl-zinət əşyalarını həmin səfirlikdə işləyən guya "Nataşa" adlı şəxsə vermişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs ona ***-***-**-** saylı mobil telefon nömrəsini verərək, həmin nömrənin guya “Nataşa” adlı şəxsə aid olduğunu bildirmişdir. Bir neçə dəfə həmin nömrədən kimsə “whatsapp” proqramı vasitəsi ilə ona yazaraq oğlunun işinin tezliklə alınacağını və narahat olmamağını bildirmişdir. Lakin sonradan həmin nömrə söndürülmüşdür. O, həmin mesajları sildiyi üçün təqdim edə bilməmiş, sonradan isə qeyd edilən həmin nömrənin Təqsirləndirilən şəxs anası X4 məxsus olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs ondan başqa yaxın rəfiqələri olan Şahid2 Dövlət Təhlükəsizliyi Xidmətinin Xəstəxanasına həkim işinə düzəltməsinə köməklik göstərməsi üçün sonuncudan aldığı pulu guya ki, DTX-nin yüksək vəzifəli əməkdaşına və Şahid3 pensiya almağına köməklik göstərməsi üçün sonuncudan aldığı pulu guya ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən tanışlarına verdiyini bildirmişdir. Onlar Təqsirləndirilən şəxs bu barədə dediklərinə ilk vaxtlarda inansalar da, sonradan hər şeyin yalan olduğunu başa düşmüşlər. 18 yanvar 2021-ci il tarixli telefon məlumatları olan diskə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 169) görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsi ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı möbil nömrəsi arasında 01 yanvar 2018-ci il tarixdən 31 yanvar 2020-ci il tarixə qədər aparılan telefon danışıqlarına baxış keçirilmiş və həmin vaxt cinayət işi üçün əhəmiyyət kəsb edən hər hansı xüsusat aşkar olunmamışdır. 24 yanvar 2021-ci il tarixli telefon məlumatları olan diskə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 178-179) görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi ***- ***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri, Şahid1 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsi, Şahid3 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsi vasitəsi ilə həmin şəxslərin arasında 01 yanvar 2018-ci il tarixdən 31 yanvar 2020-ci il tarixədək olan dövrdə müəyyən edilən çoxsaylı mesajlaşların əsas və ümumi məzmununu Təqsirləndirilən şəxs Şahid1, Şahid2 və Şahid3 aldadaraq əmlaklarını ələ keçirməsi, həmin şəxslərdən qaçıb gizlənərək əmlaklarını qaytarmaması və bununla bağlı aralarında yaranmış narazılıq, habelə mübahisə təşkil etmişdir. Bundan başqa, telefon danışıqlarını əhatə edən fayllarda Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-**, ***-***-**-**, ***-***-**- ** və ***-***-**-** saylı mobil nömrələri, Şahid1 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsi, Şahid2 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsi, Şahid3 istifadə etdiyi ***- ***-**-** saylı mobil nömrəsi vasitəsi ilə həmin şəxslərin arasında 01 yanvar 2018-ci il tarixdən 31 yanvar 2020-ci il tarixədək olan dövrdə çoxsaylı telefon danışıqları olmuşdur. 30 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 195) görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 sentyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməklə ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Daha sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli qərarı ilə onun törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilərək ona 4 (dörd) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzasının sonu azad olunmuşdur. 10 fevral 2021-ci il tarixli qəbzdən (cild 1, iş vərəqə 230) görünür ki, Təqsirləndirilən şəxs bacısı Şahid5 Şahid1 əlavə olaraq 2.000 manat pulu geri qaytarmışdır. 05 mart 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 47-84) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələr ilə yeni məzmunda ittiham elan edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Şahid1, Şahid2 və Şahid3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,312-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 2 (iki) ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır. 26 mart 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 2, iş vərəqə 85-88) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə yeni məzmunda ittiham elan edilmişdir. 26 mart 2021-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 2, iş vərəqə 116-119) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 26 mart 2021-ci il tarixli iltizamdan (cild 2, iş vərəqə 120) görünür ki, həmin gün Təqsirləndirilən şəxs iltizam alınmışdır. 22 aprel 2021-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-995/2021 saylı qərarından (cild 2, iş vərəqə 197-199) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunması qərara alınmışdır. 02 iyun 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan (cild 2, iş vərəqə 228) görünür ki, Təqsirləndirilən şəxs 30 may 2022-ci il tarixdə, saat 18:45-də Abşeron rayonu, Xırdalan şəhəri ərazisində tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. 24 sentyabr 2013-cü il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-751/2013 saylı hökmündən (cild 1, iş vərəqə 241-251) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinmiş və ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 05 may 2017-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-139/2017 saylı qərarından (cild 1, iş vərəqə 252-253) görünür ki, Təqsirləndirilən şəxs ərizəsi təmin edilmiş və onun cəzası 7 (yeddi) il 6 (altı) ay müddətə endirilmişdir. 27 dekabr 2017-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-514/2017 saylı qərarından (cild 1, iş vərəqə 254) görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və ona 4 (dörd) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, habelə cəzasını çəkməsi nəzərə alınmaqla, o, cəzadan azad olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi sübutların tədqiqində iştirak etmişlər, onlar məhkəmə istintaqında dindirilmiş şəxslərə suallar verməklə sərbəst şəkildə müdafiə hüququnu həyata keçirmişlər, habelə irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllərin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, mötəbər sübutlar əsasında məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Şahid1 ilə birlikdə 2013-cü il tarixdə 04 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş və həmin vaxtdan onların arasında etibarlı münasibətlər yaranmışdır. Təqsirləndirilən şəxs cəzasını çəkdikdən sonra 2017-ci il tarixdə, Şahid1 isə cəzasını çəkdikdən sonra 2018-ci il tarixdə azadlığa çıxmışdır. Könül ilə Sevinc xeyli müddət eyni cəzaçəkmə müəssisəsində cəza çəkdiklərindən onların hər biri digərinin məhkum olunmasını bilmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Şahid1 2018-ci il tarixdə cəzasını çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs ilə olan münasibətlərini davam etdirmişdir. Belə ki, Könül dəfələrlə Sevincin yaşadığı evə gedərək orada qalmış, həmçinin Sevincin oğlu Pərvizlə, Sevincin yaxın münasibətlərdə olduğu rəfiqələri Şahid2 və Şahid3 ilə tanış olmuşdur. Başqa sözlə, onların arasında cəzaçəkmə müəssisəsində yaranmış etibarlı münasibətlər onlar cəzalarını çəkib qurtardıqdan sonra daha da davam etmişdir. Nəticədə Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Şahid1 özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə, yüksək vəzifədə işləyən şəxslərlə guya yaxın əlaqələrinin olduğunu, müəyyən pul müqabilində Şahid1 oğlu Şahid4 Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyində işə düzəlməsində köməklik göstərilməsinə dair yalan vəd verərək 2018-ci ilin noyabr-dekabr aylarında ayrı-ayrı vaxtlarda Şahid1 məxsus Abşeron rayonu, Saray qəsəbəsindəki evdə 10.000 (on min) manat məbləğində pul vəsaitini, habelə 1 ədəd çəkisi 15 qram, dəyəri 3.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 5.100 manat olan 750 əyyarlı “carera and carera” brendli üzük, 1 ədəd çəkisi 10 qram, dəyəri 4.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 6.800 manat olan 750 əyyarlı brilyant qaşlı qızıl üzük, 1 ədəd çəkisi 25 qram, dəyəri 7.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 11.900 manat olan 750 əyyarlı brilyant qaşlı qızıl boyunbağı, 1 ədəd çəkisi 14 qram, dəyəri 500 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 850 manat olan 750 əyyarlı çəhrayıgöy qaşlı qızıl üzük, 1 ədəd çəkisi 10 qram, dəyəri 1.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.700 manat olan 750 əyyarlı qızıl üzük, 1 ədəd çəkisi 17 qram, dəyəri 2.000 manat olan 750 əyyarlı ağ daşlı dəst qızıl sırğa-üzük, 1 ədəd çəkisi 7 qram, dəyəri 500 manat olan 750 əyyarlı qızıl nişan üzüyü, 1 ədəd çəkisi 15 qram, dəyəri 1.800 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 3.060 manat olan 750 əyyarlı brilyant qaşlı qızıl zapinka, 1 ədəd çəkisi 17 qram, dəyəri 600 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.020 manat olan 750 əyyarlı silsilə sırğa qızıl üzük və 1 ədəd çəkisi 10 qram, dəyəri 2.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 3.400 manat olan 750 əyyarlı brilyant qaşlı qızıl üzüyünü alıb ələ keçirməklə, daha sonra əldə etdiyi qızıl-zinət əşyalarını sataraq həmin əşyaların satışından əldə edilmiş pulu şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə yolu ilə Şahid1 məxsus cəmi 46.330 (qırx altı min üç yüz otuz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmçinin özbaşına olaraq özünü vəzifəli şəxs kimi təqdim etməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 və Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid1 təhrik etmişdir. Bundan başqa, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Şahid1 vasitəsi ilə tanış olduğu Şahid2 özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə, yüksək vəzifələrdə işləyən şəxslərlə guya yaxın əlaqələrinin olduğunu, müəyyən pul müqabilində Şahid2 Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xəstəxanasında diş həkimi vəzifəsinə düzəlməsində köməklik göstərilməsinə dair yalan vəd verərək 2018-ci ilin dekabr ayının sonlarında ünvan 3 ünvanında yerləşən Şahid1 məxsus həmin evdə 10.000 (on min) manat məbləğində nağd pul vəsaitini, eləcə də Şahid2 inandırmaq üçün sonuncuya aid tərcümeyi-halı, şəxsiyyət vəsiqəsinin surətini, yaşayış yerindən arayışı, hərbi biletin əslini Şahid2 alıb, daha sonra həmin pul vəsaitini şəxsi ehtiyaclarına xərcləyərək aldatma və etibardan sui-istifadə yolu ilə Şahid2 məxsus 10.000 (on min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, habelə özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Şahid1 vasitəsi ilə tanış olduğu Şahid3 özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə, yüksək vəzifələrdə işləyən şəxslərlə guya yaxın əlaqələrinin olduğunu, müəyyən pul müqabilində Şahid3 əlillik dərəcəsi təyin edilib əlilliyə görə pensiya almasında köməklik göstərilməsinə dair yalan vəd verməklə 2020-ci ilin yanvar-fevral ayında ünvan 2 ünvanında yerləşən Şahid3 məxsus evin həyətində 1.000 (min) manat məbləğində nağd pul vəsaitini, eləcə də Şahid3 aid tibbi arayışı Şahid3 alıb, daha sonra həmin pul vəsaitini şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə yolu ilə Şahid3 məxsus 1.000 (min) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmiş, habelə özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təkrarən təhrik etmişdir. Hər üç şəxsin, yəni Şahid1, Şahid2 və Şahid3 Təqsirləndirilən şəxs əvvəlcədən tanımalarına və Təqsirləndirilən şəxs şəxsiyyəti ilə bağlı kifayət qədər dolğun məlumata sahib olmalarına, eləcə də Təqsirləndirilən şəxs əvvəllər dələduzluq cinayətini törətdiyinə görə cəza çəkməyini, habelə Şahid1 kifayət qədər uzun müddət ərzində Təqsirləndirilən şəxs ilə birlikdə eyni cəzaçəkmə müəssisəsində cəza çəkməyini bilmələrinə baxmayaraq, Şahid1, Şahid2 və Şahid3 ayrı-ayrılıqda Təqsirləndirilən şəxs inanaraq sonuncunun Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı olmasına inanmaları, bu əsasla ayrı-ayrılıqda Təqsirləndirilən şəxs etibar edib pul vəsaiti vermələri, bundan başqa, Şahid1 pul vəsaiti ilə yanaşı, həmçinin qızıl-zinət əşyalarını da Təqsirləndirilən şəxs verməsi inandırıcı və ağlabatan görünməsə də, məhkəmə istintaqında tədqiq edilmiş və cinayət işinin materiallarında olan 12 yanvar 2021-ci il tarixli “Whatsapp” yazışmalarına baxış keçirilməsi haqqında protokoldan açıq-aşkar görünür ki, Təqsirləndirilən şəxs Şahid1, Şahid2 və Şahid3 çox peşakarcasına özü barəsində yalan məlumatlar verərək sonuncuları inandırmaqla yalan vədlər vermiş, verdiyi yalan vədlərin müqabilində Şahid1 ümumilikdə 46.330 (qırx altı min üç yüz otuz) manat, Şahid2 ümumilikdə 10.000 (on min) manat və Şahid3 ümumilikdə 1.000 (min) manat məbləğində pulu dələduzluqla ələ keçirməklə aldatma və etibardan sui-istifadə yolu ilə Şahid1 məxsus cəmi 46.330 (qırx altı min üç yüz otuz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmçinin özbaşına olaraq özünü vəzifəli şəxs kimi təqdim etməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 və Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Habelə Təqsirləndirilən şəxs Şahid2 məxsus 10.000 (on min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, habelə özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təkrarən təhrik etmişdir. Həmçinin Təqsirləndirilən şəxs Şahid3 məxsus 1.000 (bir min) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmiş, habelə özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təkrarən təhrik etmişdir. Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamla bağlı məhkəmə onu da qeyd edir ki, ağır cinayət kateqoriyasına aid olan onun törətmiş olduğu sonuncu cinayət əməli zərərçəkmiş şəxs Şahid3 ilə bağlı olduğundan və həmin əməl ünvan 2 ünvanında yerləşən evin həyətində törədildiyindən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş sonuncu ağır cinayət əməli Bakı şəhərində törədilmiş və buna görə də qeyd edilən cinayət işinin aidiyyəti Bakı Ağır Cinayətlər Məhkəməsinə aiddir. Bundan başqa, məhkəmə onu da qeyd edir ki, 12 yanvar 2021-ci il tarixli “Whatsapp” yazışmalarına baxış keçirilməsi haqqında protokol - Təqsirləndirilən şəxs əleyhinə olan yeganə sübut deyil. Belə ki, qeyd edilən protokolda öz əksini tapmış məlumatlar və hallar, həmçinin Şahid1, Şahid2 və Şahid3 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri ilə də öz təsdiqini tapmışdır. Əlavə olaraq, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Şahid1, Şahid2 və Şahid3 qarşı törətmiş olduğu cinayət əməlləri Təqsirləndirilən şəxs icazəsi və təşkilatçılığı ilə həyata keçirilən sonraki hərəkətlərlə də öz təsdiqini tapmışdır. Belə ki, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş 10 dekabr 2020-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs bacısı Şahid5 Təqsirləndirilən şəxs Şahid1 dələduzluq yolu ilə ələ keçirdiyi pulun bir hissəsini, yəni 4.000 (dörd min) manat, Şahid3 isə dələduzluq yolu ilə ələ keçirdiyi pulun bir hissəsini, yəni 500 (beş yüz) manat pulu geri qaytarmışdır. 10 fevral 2021-ci il tarixli qəbzdən isə görünür ki, Təqsirləndirilən şəxs bacısı Şahid5 əlavə olaraq Şahid1 2.000 manat pulu geri qaytarmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz əməlləri nəticəsində dələduzluq yolu ilə ələ keçirilmiş pul vəsaitlərinin hissə-hissə onun yaxın qohumu olan bacısı Şahid5 tərəfindən Şahid1 və Şahid3 geri qaytarılması bir daha onu təsdiq edir ki, həqiqətən də Təqsirləndirilən şəxs qeyd edilən şəxslərin qanunsuz şəkildə pul vəsaitini ələ keçirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi tam şəkildə öz təsdiqini tapmışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılması və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4-cü maddəsinə əsasən - ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Cinayət hüququ nəzəriyyəsinə görə: təhrikçi öz fəaliyyəti ilə başqasında cinayət törətmək qətiyyəti yaradan şəxsdir. Təhrikçilik başqa şəxsdən cinayət törətməyə sövq edən hərəkətlərin bilavasitə edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, hər hansı şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (Cinayət Məcəlləsinin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (Cinayət Məcəlləsinin 32.4, 312-ci maddələri) kimi qiymətləndirilir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri vardır və onun törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə tövsif olunmalıdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə tövsif edir. Eyni zamanda həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin qeyd edilən cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir. Eyni zamanda Təqsirləndirilən şəxs əməlində cinayətlərin məcmusu var. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, himayəsində 2 (iki) azyaşlı əkiz uşağının olmasını, həmin uşaqların yaşını, zərərçəkmiş şəxslər Şahid1 və Şahid2 vurulmuş ziyanın qismən ödənilməsini, digər zərərçəkmiş şəxs Şahid3 vurulmuş ziyanın tam şəkildə ödənilməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Eyni zamanda onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən sadə residivin olması müəyyən edilmişdir. Bu səbəbdən də sadə residiv onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 sentyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, habelə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli qərarı ilə onun əməlləri Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilərək ona 4 (dörd) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə, bundan başqa, cəzasını çəkməsi nəzərə alınmaqla, həmin gün cəzadan azad olunmasına baxmayaraq, bundan qısa müddət sonra (Şahid1 və Şahid2 nisbətdə) yenidən qəsdən az ağır və ağır cinayət əməllərini törətmişdir. Bu da Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin sadə residivini təşkil edir. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsinə nisbətdə törətdiyi cinayət əməlində ağırlaşdırıcı hal kimi həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi də öz təsdiqini tapmışdır. Belə ki, Cinayət Məcəlləsinin 310-cu maddəsinin dispoziyasında göstərilən əməllərin təkrar törədilməsi həmin maddənin tövsifedici əlamətləri kimi nəzərdə tutulmamışdır. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəllənin 310-cu maddəsində nəzərdə tutulan cinayət əməlini təkrar törətməsi həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsini təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən isə sadə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkumluq yalnız şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir, şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il 25 may tarixli Qərarı). Həmçinin həmin qərarda göstərilmişdir ki, məhkumluq yalnız şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir, şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il 25 may tarixli Qərarı). Cinayət qanunvericiliyində cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, habelə yetkinlik yaşına çatmayan şəxslər barəsində fərqli məhkumluğun ödənilməsi müddətləri nəzərdə tutulmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə müvafiq olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində isə onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır (Məcəllənin 83.4-cü maddəsi). Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır (Məcəllənin 83.4-cü maddəsi). Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən - bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 17.3-cü maddəsinə əsasən - şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Qeyd edilənləri, habelə təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlinin (Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsinə nisbətdə) birbaşa qulluq mənafeyinə qarşı yönəldiyini, sözügedən cinayət əməlinin yüksək ictimai təhlükəli olduğunu və həmin cinayətin insanların qanun və dövlət hakimiyyəti qarşısında bərabərlik və sosial ədalət prinsiplərini kobud şəkildə pozduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirli bilinməlidir. Onun əməlində cəzanı ağırlaşdıran hallar kimi sadə residiv və cinayətlərin təkrar törədilməsi nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ona azadlıqdan məhrum etmə növündə vahid cəza, Cinayət Məcəlləsinin 310 və 32.4,312.2-ci maddələri ilə isə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Yalnız bu cəza vasitəsi iləcəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 310-cu maddələrində göstərilən cinayətlər cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına, Cinayət Məcəlləsinin 312.2-ci maddəsində göstərilən cinayət isə ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin “xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə” müddəası həm qadın, həm də kişi məhkumlara aiddir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq qəti azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli onun Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qərarına əsasən tutulduğu vaxtdan, yəni 30 may 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə maddi sübutların taleyini həll edərək qeyd edir ki, iş üzrə maddi sübut olub cinayət işinə əlavə edilmiş "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 2 (iki) ədəd disk hökm qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 30 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində çıxış edən və "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 2 (iki) ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar