Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-600/2020 19.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyası 14 saylı vəkil bürosunun vəkilləri X10, Müdafiəçi2 və 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə, xx xxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Maştağa qəsəbəsi, Ləhiş bağ massivi, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotikmaddələr olan bitkiləri külli miqarda kultivasiya etmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hazırlayıb, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən qanunsuz narkotik tərkibli çətənə bitkisinin toxumlarını əldə edərək 2019-cu ilin aprel ayında həmin toxumları şifahi razılaşma ilə aldığı Maştağa qəsəbəsi, Gülçülük sovxozu ərazisində yerləşən nömrəsiz həyətdə olan polietilenlə örtülmüş istixanada əkdikdən sonra tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup halında 2019-cu ilin aprel ayından iyul ayının 19-na qədər olan müddətdə həmin toxumları aqrotexniki qaydada qulluq göstərərək, yetişdirib kultivasiya etmiş, xx xxxx 2019-cu ildə saat 11:58-də Sabunçu RPİ-nin 14-cü Polis bölməsinin əməkdaşları tərəfindən «Xaş-xaş 2019» planına əsasən keçirilən əməliyyataxtarış tədbirləri zamanı həmin əraziyə baxış keçirilərkən külli miqdarda, 550 ədəd ümumi çəkisi yaş halda 630 kq olan əkilib- becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq çıxarılmış və 70 ədəd kisəyə qablaşdırılıb götürülmüşdür. Bundan başqa, o 2019-cu ildə istintaqla müəyyən olunmamış tarixdə, yerdə və mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan kustar üsulla şəxsi istahlak miqdarından artıq miqdarda 5.893 qram narkotik vasitə qurudulmuş marixuana əldə edib özündə saxlamaqla daşımış, barəs ində axtarış elan olunmasına dair xx xxxx 2019-cu il tarixli 50367 saylı qərara əsasən xx xxxxxxx 2019-cu ildə Sabunçu RPİ-nin 14-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhərində 1-ci mikrorayon ərazisində saxlanılaraq 14-cü Polis bölməsinə gətirilmiş və bölmədə həmin tarixdə saat 18:20-də üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən polietilen bağlamada 5.893 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2qabaqcadan əlbir olan bir qrup şəxslə qanunsuz olaraq tərkibində narkotik maddələr olan əkilib-becərilməsi qadağan olunmuş çətənə bitkisini külli miqdarda kultivasiya etmişdir. Belə ki, o, 2019-cu ilin aprel ayında tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxslə razılaşdıqları kimi Təqsirləndirilən şəxs1 Maştağa qəsəbəsi Gülçülük sovxozunda yerləşən nömrəsiz həyətyanı sahəsindəki istixanada qanunsuz əkdiyi tərkibində narkotik maddələr olan əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisini 2019-cu ilin aprel ayından iyul ayının 19-na qədər olan müddətdə suvarıb alaqlarını təmizləyib, aqro-texniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, xx xxxx 2019-cu ildə saat 11:58-də Sabunçu RPİ-nin 14-cü Polis bölməsinin əməkdaşları tərəfindən «Xaş-xaş 2019» planına əsasən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı həmin əraziyə baxış keçirilərkən külli miqdarda, 550 ədəd ümumi çəkisi yaş halda 630 kq olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitikiləri aşkar olunaraq çıxarılmış və 70 ədəd kisəyə qablaşdırılıb götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, Maştağa qəsəbəsi, «dərə-qılınc» adlanan ərazidəki 500 kv.metr torpaq sahəsini 2019-cu ilin yanvar ayında bibisi oğlu Şahid1 10.000 manata almışdır. Aralarında heç bir alqı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir. Torpaq sahəsinin ona aid sənədi yoxdur. O, həmin torpaq sahəsini alarkən həyətdə istixana olmuş və istixanada heç bir bitki əkilməmişdir. O, özü narkotik vasitə marixuana qəbul etmişdir. Hər dəfə marixuana alanda içərisindən toxumlarını seçib cəmi 600-ə yaxın toxum yığmışdır. 2019-cu ilin aprel ayında aldığı toxumları həmin həyətdə əkmək qərarına gəlmiş və heç kimin iştirakı olmadan toxumları istixanada əkmişdir. Çətənə bitkisi yetişdirmək və qulluq etmək üçün bir məhəllədə yaşayan Novruza müraciət etmişdir. Novruzla günü 15 manata razılaşmışlar. İstixanada «damla» suvarma sistemi quraşdırmışdır. Novruz çətənə bitkilərinə qulluq etməyə, alaqlarını təmizləməyə başlamışdır. Həyətdə taxtadan yay mətbəxi də olmuşdur. Həmin mətbəxə bir ədəd soyuducu və 1 ədəd çarpayı da qoymuşdur. 2019-cu ilin aprel ayından polis əməkdaşları yoxlama keçirən günə qədər çətənə bitkisinə o, və Novruz qulluq etmişlər. 2019-cu ilin iyul ayının 20-də məlumat alıb ki, polis əməkdaşları həyətə gəlmiş, çətənə bitkisi əkilməsini aşkar etmiş və həyətdə olan Novruz və Ceyhunu tutmuşlar. Ceyhunun çətənə bitkisi əkilməsində və yetişdirilməsində həqiqətən heç bir iştirakı olmamışdır. Ceyhunun tutulmasını bilib onun atasının yanına getmiş, həyətin ona məxsus olduğunu etiraf etmişdir. Lakin, Ceyhunun etiraf etməsini, onu da, Novruzu da qurtaracağını bildirmişdir. Sonra polisin onu axtardığını bilib, Ceyhuna və Novruza kömək edə bilməyəcəyini başa düşüb gizlənməyə başlamışdır. Daha sonra polis əməkdaşları tərəfindən tutulmuşdur. Tutulduqdan sonra 14-cü Polis bölməsinə gətirilmiş və üzərinə baxış keçirilən zaman, cibindəki polietilen torbada marixuana aşkar edilərək götürülmüşdür. Həmin marixuananı tutulmamışdan qabaq həyətdə əkdiyi çətənə bitkisinin hissələrini yığıb qurudub hazırlamış və istifadəsi üçün özündə saxlamışdır. O, həmin çətənə bitkisini özü istifadə etmək üçün əkib becərmişdir. Heç kimə satmaq məqsədi olmamışdır. Hərəkətindən peşman olmuşdur. Təqsirləndirilən şəxs2 o, fəhlə kimi pulunu verib ki, çətənə bitkisinə qulluq etsin. Onun həmin narkotik vasitəyə başqa aidiyyatı olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadə verməkdən imtina etmişdir. Azərbaycan Respublikası CPM-nin 327-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, çətənə bitkisi əkilən həyətdə işləməyə onu Əhməd cəlb etmişdir. Həyətə 2019-cu ilin aprel ayında gəlmiş, daha doğrusu onu Əhməd gətirmişdir. Əhməd əvvəlcədən ona həyətdə çətənə kolları əkməsini demiş, onlara qulluq etməli olduğunu, yəni suvarmağı, alaqlarını təmizləməyi tapşırmışdır. Əhmədlə günü 15 manata işləməyə razılaşmışdır. Həmin gündən Əhməd onu həyətinə gətirmişdir. Həyətdə bir istixana və taxtadan quraşdırılmış yay mətbəxi, çarpayı və soyuducu olmuşdur. İstixanada çətənə bitkiləri təxminən 10 sm hündürlüyündə olmuşlar. O, çətənə kollarını damla suvarma sistemi ilə sulamış və əli ilə alaq edərək, alaq otlarını kisələrə yığmışdır. 2019-cu ilin iyul ayının 19-da səhər saat 5 radələrində siqaret almaq üçün həyətdən çıxmış, yolda Ceyhuna rast gəlmişdir. Ceyhundan haradan gəldiyini soruşanda Ceyhun dəniz kənarından gəldiyini söyləmişdir. O Ceyhuna həyətdə «nəşə» çəkməyi təklif etmiş, Ceyhun razılaşmışdır. Birlikdə Əhmədin həyətinə gəlmişlər. Həyətdə o, kolların birindən yarpaqlarını dərmiş və həyətdəki yay mətbəxində quraşdırılmış lampanın altına qoyub 10-15 dəqiqə saxlamışdır ki, bir qədər qurusun. Bundan sonra filtrli siqaretin tütünü ilə qatıb yenidən siqaretin kağızına doldurmuşdur. O, və Ceyhun həmin “nəşə” dən istifadə etmişlər. Ceyhun yuxulayıb həyətdə qalmışdır. O, səhər yuxudan oyananda bir neçə nəfərin hasardan həyətə düşdüklərini görmüşdür. Onlar həyətə düşən kimi, polis əməkdaşları olduqlarını bildirmiş və tərpənməməyi tələb etmişlər. Onu yerə yıxıb əllərini qandallamışlar. Ceyhun yuxudan ayılanda onun da qolunu qandallamışlar. Polis əməkdaşları həyətin kimə məxsus olmasını soruşmuşlar. O, bilmədiyini demişdir. Ceyhun da əvvəl bildirmişdir ki, bilmir. Polis əməkdaşları onu döymüş və tələb etmişlər ki, ya həyətin sahibinin adını deməlidir, ya özü etiraf etməlidir. Ceyhun həyətin Əhmədə məxsus olmasını bilsə də, öz boynuna götürmüş və çətənə bitkisini onun əkdiyini etiraf etmişdir. Bundan sonra polis əməkdaşları ona və Ceyhuna telefonla çəkiliş aparacaqlarını bildirib həyətdən bayıra çıxartmışlar. Çəkiliş başlayanda Ceyhun yenə yalandan həyətin ona məxsus olmasını söyləmiş, o, isə bildirmişdir ki, həyətdə fəhləlik edir. Polis əməkdaşları həyətə baxış keçirməli olduqlarını söyləyib yenidən həyətə daxil olmuşlar. İstixananı və orada əkilmiş çətənə kollarını çəkmişlər. Çəkiliş qurtarandan sonra onları polis bölməsinə aparmış və orada sənədləşdirmişlər. O, protokola imza etmiş, adından yazılmış izahatı imzalamışdır. O, həmçinin göstərmişdir ki, polis əməkdaşları həyətə gəlib həyətin kimə məxsus olmasını soruşanda Əhmədi ələ verməmək üçün onun adını çəkməmişdir. Həmin vaxt Ceyhun polislərin onu döyməsi nəticəsində həyətin özünə məxsus olmasını etiraf etdiyi üçün o da sonradan ifadələrində həyətin Ceyhuna məxsus olmasını, çətənə bitkisinin Ceyhun tərəfindən əkilməsini söyləmişdir. Ceyhunla tanış olduqdan sonra onun dəvəti ilə Ceyhun Əhmədin həyətinə 3-4 dəfə «nəşə» çəkmək üçün gəlmişdir. Ceyhun istixanada çətənə kollarını görmüşdür. O, həyətin Əhmədə məxsus olmasını, çətənənin onun tərəfindən əkilməsini Ceyhuna demişdir. Nə Əhməd, nə Ceyhun satmaq üçün çətənə bitkisinin hissələrini toplamamışlar. Ümumiyyətlə nə özü, nə Əhməd, nə Ceyhun həyətdən çətənə bitkisinin hissələrini satmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Sabunçu RPİ-nin 14-cü Polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 2019-cu ilin iyul ayında Respublika üzrə «Xaş-xaş 2019» əməliyyatı keçirilmişdir. Həmin əməliyyatın planına əsasən həyətyanı sahələrdə narkotik tərkibli bitkilərin əkilməsi və yabanı halda bitən sahələr aşkar edilmişdir. 2019-cu ilin iyul ayının 19-da Maştağa qəsəbəsi Gülçülük sovxozu ərazisində nömrəsiz evdə yaşayan Ceyhun adlı şəxsin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkisi yetişdirməsi barədə məlumat daxil olmuşdur. Həmin əməliyyat məlumatı ilə bağlı əməliyyat qrupu yaradılmışdır. Həmin qrupda o da iştirak etmişdir. Həyətyanı sahəyə baxış keçirilməsi üçün mütəxəssis aqronom dəvət edilmişdir. Bundan sonra Şahid7 olduğu ünvana getmişlər. Şahid7 və onun tanışı Təqsirləndirilən şəxs2 istixanada olmuşlar. X9 ev sahibi Şahid7 həyətində narkotik tərkibli çətənə bitkisi yetişdirməsi barədə məlumat daxil olmasını, «Xaş-xaş 2019» əməliyyatının keçirilməsi ilə əlaqədar həyətə baxış keçirməli olduqlarını elan etmişlər. Ceyhunun baxış keçirilməsinə etirazı olmadığından həyətə daxil olmuşlar. Həyətin sahəsi təxminən 450 kv.metr olmuş, 100 kv.metr sahədə istixana quraşdırılmışdır. İstixanaya daxil olanda bitki yetişdirilməsi məlum olmuşdur. Mütəxəssis kimi dəvət olunmuş aqronom bitkilərə baxıb narkotik tərkibli çətənə bitkisi olması və bitkiyə qulluq edilməklə yetişdirilməsini bildirmişdir. Çətənə bitkilərinin hündürlüyü təxminən 100-150 sm olmuşdur. Çətənə bitkilərini sayanda 550 ədəd olması müəyyən olunmuşdur. Sorğu-sual zamanı Şahid7 çətənə bitkisinin onun tərəfindən əkilib-becərilməsini, çətənə bitkisini marixuana hazırlayıb satmaq niyyəti ilə yetişdirməsini söyləmişdir. Aşkar olunmuş çətənə bitkiləri çıxarılmış və kisələrə qablaşdırılmışdır. Təhqiqatçı baxış barədə protokol tərtib etmişdir. Baxış prosesi video kamera ilə çəkilmişdir. Şahid7 və Təqsirləndirilən şəxs2 polis bölməsinə gətirilmişlər. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, həmin istixanada Ceyhunun ödədiyi 10-15 manat müqabilində fəhləlik edərək çətənə bitkisinə qulluq etmişdir. Həmçinin xx.xx.2019-cu ildə Təqsirləndirilən şəxs1 barəsində Sabunçu RPİ-nin İstintaq şöbəsində axtarış elan olunmağı ilə bağlı axtarış işi açılmışdır. Axtarışda olan Təqsirləndirilən şəxs1 Bakıxanov qəsəbəsi ərazisində olması barədə məlumat daxil olmuşdur. Bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupunda o da iştirak etmişdir. Bakıxanov qəsəbəsi ərazisində «Akkord» şirkətinin inşa etdiyi binaların yanında Təqsirləndirilən şəxs1 «Hunday» markalı avtomobildə olmasını görmüşlər. Onu yaxalamaq üçün avtomobildən düşəndə Təqsirləndirilən şəxs1 polis əməkdaşlarını görüb avtomobili idarə edərək uzaqlaşsa da, onu öz avtomobilləri ilə izləyərək Sumqayıt şəhərində yaxalayıb, 14-cü Polis bölməsinə gətirmişlər. Onun tutulması barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs1 üstündə şəxsi axtarış aparılması bölmənin təhqiqatçısına tapşırılmışdır. Onlar da axtarışın aparılmasında iştirak etmişlər. Axtarış zamanı Təqsirləndirilən şəxs1 şalvarının cibində polietilen bağlamada ot mənşəli kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin kütlənin narkotik vasitə marixuana olmasını, həyətində əkdiyi çətənə kolundan toplayaraq qurudub istifadəsi üçün hazırlamasını bildirmişdir. Aşkar olunmuş ot kütləsi qablaşdırılıb, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Axtarış videoçəkilişlə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Sabunçu RPİ-nin 14-cü PB-də əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxsləri əvvəllər tanımamışdır. xx.xx.2019-cu ildə Təqsirləndirilən şəxs1 barəsində Sabunçu RPİ-nin İstintaq şöbəsində axtarış elan olunmağı ilə bağlı axtarış işi açılmışdır. Axtarışda olan Təqsirləndirilən şəxs1 Bakıxanov qəsəbəsi ərazisində olması barədə məlumat daxil olmuşdur. Bununla əlaqədar əməliyyat müvəkkilləri Şahid4 və Şahid5lə Bakıxanov qəsəbəsi ərazisində «Akkord» şirkətinin inşa etdiyi binaların yanında Təqsirləndirilən şəxs1 «Hundai» markalı avtomobildə olmasını görmüşlər. Onu yaxalamaq üçün avtomobildən düşəndə Təqsirləndirilən şəxs1 polis əməkdaşlarını görüb avtomobili idarə edərək uzaqlaşsada, onu öz avtomobilləri ilə izləyərək Sumqayıt şəhərində yaxalayıb, 14cü Polis bölməsinə gətirmişlər. Onun tutulması barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs1 üstündə şəxsi axtarış aparılması bölmənin təhqiqatçısına tapşırılmışdır. Onlar da axtarışın aparılmasında iştirak etmişlər. Axtarış zamanı Təqsirləndirilən şəxs1 şalvarının cibindən polietilen bağlamada ot mənşəli kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin kütlənin narkotik vasitə marixuana olmasını, həyətində əkdiyi çətənə kolundan toplayaraq qurudub istifadəsi üçün hazırlamasını bildirmişdir. Aşkar olunmuş ot kütləsi qablaşdırılıb, möhürlənmişdir. Baxış zamanı videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs2 tanımır. O, Maştağa qəsəbəsi “Gülçülük” sovxozu ərazisində həyətyanı sahədə narkotik tərkibli çətənə bitkisi əkilib becərilən istixanada olan əməliyyatda iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 tanımır, Təqsirləndirilən şəxs2 isə iş üzrə əməliyyat tədbiri keçirərkən tanımışdır. O, Sabunçu RPİ-nin 14-cü Polis bölməsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 2019-cu ilin iyul ayında Respublika üzrə «Xaş-xaş 2019» əməliyyatı keçirilmişdir. Həmin əməliyatın planına əsasən həyətyanı sahələrdə narkotik tərkibli bitkilərin əkilməsi və yabanı halda bitən sahələr aşkar edilməliymiş. 2019-cu ilin iyul ayının 18-19 tarixlərində Maştağa qəsəbəsi Gülçülük sovxozu ərazisində nömrəsiz evdə yaşayan Ceyhun adlı şəxsə məxsus istixanada narkotik tərkibli çətənə bitkisi yetişdirməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupunda o da iştirak etmişdir. Həyətyanı sahəyə baxış keçirilməsi üçün mütəxəssis aqronom dəvət edilmişdir. Bundan sonra Şahid7 məxsus istixanaya getmişlər. Orada istixananın sahibi Şahid7 və onun tanışı Təqsirləndirilən şəxs2 olmuşlar. X9 ev sahibi Şahid7 həyətində narkotik tərkibli çətənə bitkisi yetişdirməsi barədə məlumat daxil olmasını, «Xaş-xaş 2019» əməliyyatının keçirilməsi ilə əlaqədar həyətə baxış keçirməli olduqlarını elan etmişlər. Ceyhunun baxış keçirilməsinə etirazı olmadığından həyətə daxil olmuşlar. Həyətin sahəsi təxminən 450 kv.metr olmuş, 100 kv.metr sahədə istixana quraşdırılmışdır. İstixanaya daxil olanda orada bitki yetişdirilməsi məlum olmuşdur. Mütəxəssis kimi dəvət olunmuş aqronom bitkilərə baxıb narkotik tərkibli çətənə bitkisi olmasını bildirmiş, həmçinin aqranom həmin bitkilərə qulluq edilməklə yetişdirildiyini bildirmişdir. İstixanada olan çətənə bitkilərinin hündürlüyü təxminən 100-150 sm olmuşdur. Çətənə bitkiləri sayılarkən 550 ədəd olması müəyyən olunmuşdur. Sorğu-sual zamanı Şahid7 çətənə bitkisinin onun tərəfindən əkilibbecərilməsini, çətənə bitkisini marixuana hazırlayıb satmaq niyyəti ilə yetişdirməsini söyləmişdir. Aşkar olunmuş çətənə bitkiləri çıxarılıb kisələrə qablaşdırılmışdır. Təhqiqatçı baxış barədə protokol tərtib etmişdir. Baxış prosesi video kamera ilə çəkilmişdir. Bundan sonra Şahid7 və Təqsirləndirilən şəxs2 polis bölməsinə gətirilmişlər. Təqsirləndirilən şəxs2 Ceyhunun ödədiyi 10-15 manat müqabilində çətənə bitkisinə qulluq etdiyini bildirmişdir. O, xx.xx.2019-cu ildə Təqsirləndirilən şəxs1 saxlanılmasında və üzərinə baxış keçirilməsində iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Sabunçu RPİ-nin 14-cü Polis bölməsində əməliyyat müvəkkili işləyir. 2019-cu ilin iyul ayında Respublika üzrə «Xaş-xaş 2019» əməliyyatı keçirilmişdir. 2019-cu ilin iyul ayının 18-19 tarixlərində Maştağa qəsəbəsi Gülçülük sovxozu ərazisində nömrəsiz evdə yaşayan Ceyhun adlı şəxsin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkisi yetişdirməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupunda o, digər əməliyyatçılar-Şahid3, Şahid2 və Şahid4 iştirak etmişlər. Həmin həyətyanı sahəyə baxış keçirilməsi üçün mütəxəssis aqronom da dəvət edilmişdir. Əməliyyat qrupunun üzvləri ilə birlikdə Şahid7 məxsus istixanaya getmişlər. Həmin ünvanda özünü istixananın sahibi kimi təqdim edən Şahid7 və Təqsirləndirilən şəxs2 olmuşlar. X9 ev sahibi Şahid7 həyətində narkotik tərkibli çətənə bitkisi yetişdirməsi barədə məlumat daxil olmasını, «Xaş-xaş 2019» əməliyyatının keçirilməsi ilə əlaqədar həyətə baxış keçirməli olduqlarını elan etmişdir. Ceyhunun baxış keçirilməsinə etirazı olmadığından həyətə daxil olmuşlar. Həyətin sahəsi təxminən 450 kv.metr olmuş, 100 kv.metr sahədə isə istixana quraşdırılmışdır. İstixanaya daxil olanda orada bitki yetişdirilməsi məlum olmuşdur. Mütəxəssis kimi dəvət olunmuş aqronom bitkilərə baxıb narkotik tərkibli çətənə bitkiləri olmasını bildirmiş, həmçinin aqronom həmin bitkilərə qulluq edilməklə yetişdirildiyini bildirmişdir. İstixanada olan çətənə bitkilərinin hündürlüyü təxminən 100- 150 sm olmuşdur. Çətənə bitkiləri sayılarkən bitkilərin 550 ədəd olması müəyyən olunmuşdur. Sorğu-sual zamanı Şahid7 çətənə bitkisinin onun tərəfindən əkilib-becərilməsini, çətənə bitkisini marixuana hazırlayıb satmaq niyyəti ilə yetişdirməsini söyləmişdir. Aşkar olunmuş çətənə bitkiləri çıxarılıb kisələrə qablaşdırılmışdır. Təhqiqatçı baxış barədə protokol tərtib etmişdir. Baxış prosesi video kamera ilə çəkilmişdir. Bundan sonra Şahid7 və Təqsirləndirilən şəxs2 polis bölməsinə gətirilmişlər. Təqsirləndirilən şəxs2 Ceyhunun ödədiyi 10-15 manat müqabilində çətənə bitkisinə qulluq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin vaxt həmin həyətdə olmamışdır. Bundan başqa 17.10 2019cu ildə Təqsirləndirilən şəxs1 saxlanılması, üzərinə baxış keçirilməsi əməliyyatında da o, iştirak etmişdir. Belə ki, 17.10 2019-cu ildə Təqsirləndirilən şəxs1 barəsində Sabunçu RPİnin İstintaq şöbəsində axtarış elan olunmağı ilə bağlı axtarış işi açılmışdır. Təqsirləndirilən şəxs1 Sumqayıt şəhərində yaxalayıb 14-cü Polis bölməsinə gətirmişlər. Onun tutulması barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs1 üstündə şəxsi axtarış aparılmış və Təqsirləndirilən şəxs1 şalvarının cibində polietilen bağlamada ot mənşəli kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin kütlənin narkotik vasitə marixuana olmasını, həyətində əkdiyi çətənə kolundan toplayaraq qurudub istifadəsi üçün hazırlamasını bildirmişdir. Aşkar olunmuş ot kütləsi qablaşdırılıb, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Axtarış videoçəkilişlə aparılmışdır. Şahid5 elan olunmuş cinayət işinin 1-ci cild 182-ci vərəqəsində olan xx.xx.2019-cu il tarixli şəxsi axtarış keçirilməsi və götürmə barədə protokola əsasən bildirmişdir ki, 17.10 2019-cu ildə Təqsirləndirilən şəxs1 saxlanılması, üzərinə baxış keçirilməsi əməliyyatında o iştirak etmişdir. Lakin adının həmin protokola niyə yazılmadığını hal-hazırda xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası CM-nin 180.2-ci maddəsi ilə məhkum olunmuşdur. Azadlığa çıxandan sonra narkotik vasitə marixuanadan istifadə etməyə başlamış, lakin hal-hazırda narkotikdan istifadə etmir. Təqsirləndirilən şəxs2 tanıyır. Digər Təqsirləndirilən şəxs1 isə tanımamışdır. xx xxxx 2019-cu ildə saat 05 radələrində bibisi oğlu Namiq və dostu Sərxanla dəniz kənarından Namiqin avtomobilində yaşadağı məhəlləyə gəlmişdir. Orada evə getmək üçün avtomobildən düşmüşdür. Evə gedərkən qəsəbə sakini Novruzu görüb onunla görüşmüşdür. Novruzu kəndlisi kimi tanımışdır. Novruz onların məhəlləsində qaldığını və qaldığı evdə ağaclara qulluq edib fəhlə kimi çalışdığını bildirmiş və onu qaldığı evə dəvət edib birlikdə narkotik vasitə qəbul etməyi ona təklif etmişdir. O, Novruzun təklifi ilə razılaşmış və mağazaya gedib pivə alaraq Novruzun qaldığı evə getmişdir. O, həmin gün birinci dəfə Novruzun yanına getmişdir. Həyətdə istixana görmüş, lakin qaranlıq olduğu üçün istixanada nə əkildiyini görməmişdir. Novruz istifadə etmək üçün divardan asılmış budaqdan marixuananın yarpaqlarını dərmişdir. Yarpaqları siqaretin tütünü ilə qatıb siqaretə doldurub ikisidə istifadə etmişlər. Bundan sonra onu yuxu tutduğu üçün, həyətdə olan çarpayıda uzanıb yatmışdır. Yuxudan oyananda təxminən saat 10 radələrində başının üstündə tanımadığı silahlı şəxsləri görmüşdür. Onlar özlərini polis əməkdaşları kimi təqdim edib, həyətin kimə məxsus olmasını soruşmuşlar. O, heç nədən xəbəri olmadığını, həmin həyətə saat 5-də gəldiyini bildirmişdir. Polis əməkdaşları ondan Əhməd barədə soruşanda o, Əhmədi tanımadığını demişdir. Polis əməkdaşları ona çəkiliş olacağını, ya həyətin ona məxsus olmasını etiraf etməsini, ya da Əhmədə məxsus olmasını bildirməyini demişlər. O, Əhmədi tanımadığını və həyətin Əhmədin olmasını deyə bilməyəcəyini bildirəndə, polislər ona həyətin özünə məxsus olmasını etiraf etməyini demişlər. Polis əməkdaşları aqronomun iştirakı ilə həyətdəki istixanaya baxış keçirmişlər və baxış zamanı istixanada 550 ədəd çətənə kolunun yetişdirilməsini aşkar etmişlər. O, parnikdə nə əkilməsini bilməmiş, yalnız polis əməkdaşları onu parnikə aparanda orada narkotik əkilməsini bilmişdir. Onların tələbi ilə o, çətənə bitkisini əkib yetişdirməyini etiraf etmişdir. Çəkiliş aparılmış və çəkiliş zamanı 2019-cu ilin may ayının sonunda çətənə bitkisini əkdiyini etiraf etmişdir. Bundan sonra onu və Novruzu polis bölməsinə gətirmişlər. Polis bölməsində olarkən Əhməd onun atasının vasitəsi ilə xəbər göndərmişdir ki, axıra kimi həyətin və əkilmiş çətənə bitkisinin ona məxsus olmasını etiraf etsin, onu azad etdirəcəkdir. Bu səbəbdən o, istintaq zamanı da çətənə bitkisini əkib yetişdirməyini etiraf etmişdir. Əhməd həbs olunandan sonra Əhmədin onu məsuliyyətdən qurtara bilməyəcəyini, ona isə uzun müddətli cəza veriləcəyini başa düşmüşdür. Bu səbəbdən də düzgün ifadə vermək qərarına gəlmişdir. Bundan sonra onu azadlığa buraxmışlar. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid7 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1 tanımamış, onu cəmi bir dəfə toy məclisində görmüşdür. Onunla heç bir münasibəti olmamışdır. Əhməd də kəndlisidir, lakin, onunla heç bir münasibəti olmamışdır. O, həbs olunandan sonra həmin torpaq sahəsinin Təqsirləndirilən şəxs1 məxsus olduğunu bilmişdir. O, Novruzdan həyətin kimə məxsus olmasını soruşmamışdır. Atabala Manafovu tanımır. Şahid7 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuş və ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 61-63 və 72-74-cü vərəqələrində olan ifadələrində Şahid7 aşağıdakıları göstərmişdir: «...2019-cu ilin may ayının ortalarında əvvəldən tanıdığım Maştağa qəsəbə sakini Əhmədlə görüşdüm. Əhmədə boş sahədə çətənə bitkisi əkməyi və yetişəndən sonra qurudaraq marixuana hazırlayıb satmağı təklif etdim. Əhməd razılaşdı və bildirdi ki, mənim Maştağa qəsəbəsində boş sahəm var. Həmin sahədə istixana qurmaq və yetişdirmək olar. Bundan sonra mən həmin sahədə öz vəsaitimi sərf edib 3000 manata istixana quraşdırdım. Bundan sonra 2019-cu ilin may ayının sonunda Qəbələ rayonuna getdim və orada tanımadığım şəxsdən 500 ədəd çətənə toxumu aldım. Həmin toxumu istixanada əkdim. Bundan sonra kənddə fəhləlik edən Novruz adlı şəxslə razılaşdım ki, çətənə bitkisinin yetişdirilməsində köməklik etsin. Novruz alaq etmək, sulamaqla məşğul olurdu.2019-cu ilin may ayının 30-dan tutulan günə qədər 550 ədəd çətənə kolu yetişdirildi. Çətənə bitkilərini yetişdirməkdə məqsədim hissələrini yığıb qurutmaqla marixuana hazırlayıb satmaq və qazanc əldə etmək idi. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid7 bildirmişdir ki, elan olunmuş ifadələri təsdiq etmir. İfadələrin sonunda olan imzalar onundur, lakin həmin vaxt qorxub elə ifadə vermişdir. Cinayət işinin 2-ci cild 166-184-cü vərəqələrində olan xx xxxxx 2020-ci il tarixli “Sübutların təhlil edilməsi, qiymətləndirilməsi, əməlin tövsif edilməsi, cinayət təqibinə hissəvi xitam verilməsi barədə” qərardan görünür ki, Şahid7 əməli Azərbaycan Respublikası CM-nin 237.2.1 və 237.2.3-cü maddələrindən həmin Məcəllənin 307.1-ci maddəsinə tövsif edilmiş, CM-nin 237.2.1 və 237.2.3-cü hissələrində barəsində cinayət təqibinə xitam verilmişdir. Cinayət işinin 2-ci cild 217-218-ci vərəqələrində olan Sabunçu RPİ-nin müstəntiqi, polis mayoru Köçəriyev Elməddin Rövşən oğlunun xx xxxxx 2020-ci il tarixli Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işindən Şahid7 barəsində CM-nin 307.1-ci maddəsi ilə başqa cinayət işi ayrılmışdır. Cinayət işinin 2-ci cild 153-154-cü vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunun müstəntiqi X6 xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şahid7 döyülməsi ilə bağlı izahatda göstərilən əsasla bağlı araşdırma aparılmış, yoxlama materialında cinayət hadisəsinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsində qeyd edilmişdir ki, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 dayısı oğludur. Maştağa qəsəbəsi «dərə-qılınc» adlanan ərazidə 500 kv.metr torpaq sahəsi olmuşdur. Torpaq sahəsi 4 tərəfdən mişar daşları ilə tikilən 180 sm. hündürlüyündə hasarlarla əhatə olunmuşdur. Həmin torpaq sahəsinə dair heç bir sənədi yoxdur. 2019-cu ilin yanvar ayının əvvəllərində dayısı oğlu Əhməd torpaq sahəsini almaq istədiyini bildirmişdir. Torpaq sahəsinin alqı-satqısını 12.000 manata razılaşmışlar. Lakin o, torpağın sənədinin olmadığını bildirmişdir. 2019-cu ilin fevral ayında Əhməd ona torpaq sahəsinin pulundan 5000 manat ödəmişdir. Qalan 7000 manatı isə 2019-cu ilin may ayında ödəyəcəyinə söz vermişdir. O, razılaşıb, 5000 manatı qəbul edərək həyətin darvazasının açarlarını ona vermişdir. Bir müddət sonra Əhməd pulu ödəmədiyi üçün onun evinə getmişdir. Əhməd müəyyən səbəblərdən pulu hazırlaya bilmədiyini bildirib bir neçə ay vaxt istəmişdir. Əhməd qohumu olduğu üçün ona sentyabr ayına qədər vaxt vermişdir. Əhməd torpaq sahəsini alanda həmin sahədə ev tikib, özünə toy edəcəyini demişdir. Lakin, torpaq sahəsinədə ev tikməmiş, yalnız istixana düzəltmişdir. O, torpaq sahəsini Əhmədə satandan sonra həmin toraq sahəsinə getməmişdir. xx.xx.2019-cu ildə o, polis bölməsinə dəvət olunmuşdur. Orada həmin torpaq sahəsində çətənə bitkisi əkildiyi ona məlum olmuşdur. O, polis bölməsində həmin sahəni Əhmədə satdığını və Əhmədin həmin sahədə hansı bitkiləri əkməsindən məlumatı olmadığını bildirmişdir. Torpaq sahəsinin çıxarışı olmamış, həmin torpaq sahəsini ona satan şəxs etibarnamə ilə satmışdır. O da torpağı Əhmədə sənədsiz öz aralarında razılaşaraq satmışdır. Hal-hazırda torpağı satan adamın adını xatırlamır. Məhkəmə təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 5-ci vərəqəsində olan Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 xx xxxx 2019-cu il tarixli raportundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Xaş-Xaş 2019” tədbirlər planına əsasən “Ceyhun” adlı şəxsin Maştağa qəsəbəsi, Gülçülük sovxozu, nömrəsiz həyətyanı sahədə yerləşən istixanada qanunsuz olaraq narkotik vasitə olan marixuana əkib becərməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin 1-ci cild 6-cı vərəqəsində olan Şahid7 xx xxxx 2019-cu il tarixli ərizəsindən görünür ki, Şahid7 ona məxsus olan Maştağa qəsəbəsi, Gülçülük sovxozunda yerləşən həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 1-ci cild 7-9-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2019-cu il tarixli baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, vət. Şahid7 Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük sovxozu, nömrəsiz həyətyanı sahədə yerləşən istixanada qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib becərməsi barədə məlumata əsasən, Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həmin həyətyanı sahəyə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həyətyanı sahə 450 kv.m-dən ibarətdir və onun 400 kv.m sahəsi istixanadır. İstixanaya baxış keçirilən zaman oradan ortalama 110-150 sm hündürlüyündə, 550 ədəd narkotik tərkibli bitki olan marixuanaya bənzər bitkilər, istixananın yan tərəfindən isə kisəyə qoyulmuş, qurudulmuş marixuana bitkisinə bənzər ot aşkar olunmuşdur. Bundan başqa həyətyanı sahəyə baxış keçirən zaman çarpayının altından 1 ədəd tərəzi aşkar edilmişdir. Sorğu zamanı Şahid7 bildirmişdir ki, təxminən 2019-cu ilin may ayının sonlarında özünə məxsus həyətyanı sahədə satmaq məqsədilə təxminən 400-500 ədəd marixuana bitkisi əkmişdir. İstixanadan aşkar edilmiş 1 kisə qurudulmuş otun isə marixuana bitkisi olduğunu və özü yığdığını bildirmişdir. Cinayət işinin 12-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2019-cu il tarixli, 1/3983 №-li Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şahid7 sidikdə THC (marixuana) aşkar edilmişdir. Cinayət işinin 13-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2019-cu il tarixli, 1/3984 №-li Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 sidikdə THC (marixuana) aşkar edilmişdir. Cinayət işinin 1-ci cild 19-20-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli, 18659 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vət.Şahid7 X11 ərazisində istixanadan əkilib-becərilən narkotik vasitəyə oxşar kütlə” sözlər və imzalar olan 70 ədəd torbada, ümumi sayı 550 (beş yüz əlli) ədəd, ümumi çəkisi – 630,0 kq olan yaş vəziyyətdə olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş “Vət. Şahid7 X12 ərazisində istixanadan götürülmüş qurudulmuş ot halında narkotik vasitə marixuanaya oxşar kütlə” yazıları və imzalar olan bir ədəd kisədə təmiz çəkisi – 2400,0 qram olan bitki mənşəli kütlənin tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur, o narkotik vasitələrə aid deyildir. Cinayət işinin 1-ci cild 93-94-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2019-cu il tarixli CD diskdəki görüntülərə baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış keçirilən yer Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük sovxozu, nömrəsiz evin həyətyanı sahəsidir. Həyətə daxil olan kimi darvazanın qarşısında istixana quraşdırılmış və həmin istixanada bitkilər əkilməsi görünür. Sorğu zamanı ev sahibi Şahid7 istixanada çətənə bitkisi yetişdirdiyini, 2019-cu ilin may ayının sonunda əkdiyini bildirmiş, həmçinin yanında olan Təqsirləndirilən şəxs2 adlı şəxsin isə həmin bitkilərə qulluq edib, suvardığını, alağının təmizlənməsi ilə məşğul olduğunu və gözətçi kimi olduğunu qeyd etmişdir. Baxışda iştirak edən aqronom Ramis Bayramov istixanadakı bitkilərin yüksək səviyyədə qulluq edilmiş, əkilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri olduğunu qeyd etmişdir. Bundan başqa baxış zamanı istixananın digər tərəfində 01 ədəd kisədə qurudulmuş bitkilər və çarpayının altından tərəzi aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin bitkiləri çətənə bitkisindən yığdığını bildirmişdir. Cinayət işinin 1-ci cild 72-74-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid7 dindirmə protokolundan görünür ki, həmin narkotik vasitələrin toxumlarını satış məqsədilə onun təklifi ilə Əhməd adlı şəxsə məxsus istixanada qulluq göstərərək yetişdirib, sulamışdır. Cinayət işinin 1-ci cild 107-108-ci vərəqələrində olan ibtidai istintaq araşdırmasını aparan müstəntiqin xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmişdir. Cinayət işinin 1-ci cild 180-ci vərəqəsində olan xx xxxxxxx 2019-cu il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 hüquq müdafiəçisinin etirazı olmadan üzərinə baxış keçirilməsinə heç bir etiraz etməmişdir. Cinayət işinin 1-ci cild 181-183-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxxx 2019-cu il tarixli şəxsi axtarış keçirilməsi və götürülmə barədə protokoldan və protokola əlavə edilmiş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış başlanılmazdan əvvəl ona üzərində qanunla qadağan olunmuş maddi sübutun olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs1 isə üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofana bükülmüş içərisində yaşıl rəngli spesifik iyə malik maddəni təqdim edərək ona məxsus olduğunu söyləmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 ondan aşkar edilmiş maddənin marixuana kimi tanınan narkotik maddə olduğunu, təxminən 3 ay bundan öncə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük sovxozu ərazisində əkdiyi marixuanadan götürərək üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş yaşıl rəngli narkotik vasitəyə bənzər maddə qablaşdırılaraq, möhürlənmişdir. Şəxsi axtarış zamanı “Samsung” markalı mobil telefonla videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 186-cı vərəqəsində olan xx xxxxxxx 2019-cu il tarixli, 1/5874 saylı Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 sidikdə THC (marixuana) aşkar edilmişdir. Cinayət işinin 1-ci cild 192-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli, 26165 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs1 üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi-5,893 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin 2-ci cild 44-47-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid7 və Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid7 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməyərək, bildirmişdir ki, xx xxxx 2019-cu il tarixdə saat 05 radələrində yaşadığı məhəlləyə qayıdan zaman Novruzla qarşılaşmış və Novruz ona qaldığı evə gedib nəşə qəbul etməyi təklif etmiş və onunla birlikdə narkotik vasitədən istifadə etmiş, sonra onları polis əməkdaşları saxlamışlar. Təqsirləndirilən şəxs1 ona xəbər göndərmişdir ki, tapılan narkotik vasitələri öz üzərinə götürsün, sonradan Əhməd ona kömək edəcəkdir. Bu səbəbdən o, ibtidai istintaq orqanına yalan demiş, əslində isə narkotik bitkiləri Təqsirləndirilən şəxs1 əkib-becərmişdir. Cinayət işinin 2-ci cild 50-52-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli telefon məlumatlarına baxış keçirilməsi barədə protokoldan və protokola əlavə edilmiş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan sms-zəng məlumatlarına baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs1 ilə 63 dəfə, Şahid7 ilə 26 dəfə telefon əlaqəsinin qeydə alınması müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 58-59-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli CD diskdəki görüntülərə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılması zamanı ona üzərində saxladığı əşyaları təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs1 əynindəki şalvarının sağ yan cibindən kağız parçası, 1 ədəd polietilen torbada bitki mənşəli ot və kağız, xırda pulları təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 1 ədəd torbada olan bitkinin nəşə olduğunu, həyətində əkdiyi çətənə bitkisindən özünün istifadəsi üçün topladığını bildirmişdir. Məhkəmə baxışında elan olunmuş ittihamda Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilmiş, Təqsirləndirilən şəxs2 isə özünü təqsirli bilməmişdir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxslərin ibtidai istintaqda verdiyi ifadələrinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib işin faktiki hallarına uyğun gəlməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsi və Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək ifadə verməkdən imtina etməsi özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli isə CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş, onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən adı “çətənə növlü bitkilər” olan narkotik vasitənin 16 ədədi külli miqdar hesab edilir. Həmçinin, həmin qanuna əsasən narkotik vasitə hesab edilən marixuana-kannabisin 5 qramı şəxsi istehlak miqdarından artıq, 500 qramı isə külli miqdar hesab edilir. Bundan başqa,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2013-ci il tarixli Qərarında göstərilmişdir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin İİİ Siyahısında Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş, tərkibində narkotik maddələr olan tiryək xaşxaşı, yağlı xaşxaşın digər növləri, çətənə növlü bitkilər; yetişdirmək məqsədilə qanunsuz becərilməsi təşkil edilmiş, çoxillik xaşxaşın və yabanı bitmiş çətənələrin kol-kosları; Azərbaycan Respublikasının ərazisində iqlim şəraitinə görə bitməyən və kultivasiyası qadağan edilən kokain kolu və kat bitkisi aid edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu yabanı bitkilərin toplanmasının kultivasiyaya aid edilib-edilməməsi məsələsi ilə əlaqədar qeyd edir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlülüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. CM-nin 237.1-ci maddəsinin “kultivasiya” anlayışı öz hüquqi mənasına görə tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və toplanmasından fərqli olaraq tərkibində xüsusi narkotik maddələr olan bitkilərin əkilməsi və yetişdirilməsi üçün xüsusi şəraitin yaradılması, həmçinin onların yetişdirilməsi üsullarının təkmilləşdirilməsi, yeni sortların alınması, onların məhsuldarlığının və əlverişsiz hava şəraitinə dözümlülüyünün artırılmasına yönələn hərəkətləri nəzərdə tutur. “Kultivasiya” anlayışının tərkibinə yabanı şəkildə bitən bitkilərin toplanması kimi əlamətin daxil edilməsi bu anlayışın elmi və hüquqi mənaları ilə uzlaşmır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən onların törətmiş olduqları cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 2-ci cild 157-158-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Baş Əməliyyat və X2 daxil olmuş xx xxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cild 147-ci vərəqəsində olan Sabunçu RİHB-nın Maştağa qəsəbəsi üzrə nümayəndəliyindən daxil olmuş xx xxxx 2020-ci il tarixli, 1181 №-li xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində X4 qonşulardan və sakinlərdən heç bir şifahi və ya yazılı məlumat daxil olmamışdır. Cinayət işinin 2-ci cild 30-31-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 xx xxxxxx 2020-ci il tarixli, 133 №li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 ÇƏTƏNƏ bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs1 müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Cinayət işinin 2-ci cild 164-165-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Baş Əməliyyat və X2 daxil olmuş xx xxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. Cınayət işinin 1-ci cild 159-cu vərəqəsində olan ƏƏSMN yanında Dövlət X13 Sabunçu rayon şöbəsindən daxil olmuş xx xxxxxxxx 2019-cu il tarixli, ********** №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 DSMF-nun Sabunçu rayon şöbəsindən 2-ci qrup əlilliyə görə xx.xx.2019-cu ildən müddətsiz 130 (yüz otuz) manat sosial müavinət alır. Cinayət işinin 1-ci cild 236-237-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X3 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 1964 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarkterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs2 olan kəmağıllıq onu ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Təqsirləndirilən şəxs2 anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs2 hal-hazırda öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarında olduğundan anlaqlıdır. Təqsirləndirilən şəxs2 istintaq üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs2 halhazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 1-ci cild 128-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 xx xxxxxx 2019-cu il tarixli, 1949 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 NARKOMANİYA xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs2 İİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs2 İİ qrup əlil olmasını Azərbaycan Respublikası CMnin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq xx xxxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 166-cı vərəqəsində olan xx xxxxxxx 2019-cu il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan və cinayət işinin 1-ci cild 174-cü vərəqəsində olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxxx 2019-cu il tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 218-220-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxxx 2019-cu il tarixli, 4(008)438/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Digər Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq xx xxxx 2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 47-48-ci vərəqələrində olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2019-cu il tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 102-103-cü vərəqələrində olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 4(008)-300/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 550 ədəd çətənə kolu və 5,893 qr. qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan hissəsi məhv edilməli, 2 ədəd CD diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin aləti, həmçinin, dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 174, 82 (yüz yetmiş dörd manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin aşkar olunmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia verilməmişdir. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: 1.Təqsirləndirilən şəxs1Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək04 (dörd) il06 (altı) aymüddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 550 ədəd çətənə kolu və 5,893 qr. qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan hissəsi məhv edilsin, 2 ədəd CD diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 174, 82 (yüz yetmiş dörd manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.